Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-32/2023 20.04.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Ağsu rayonu, Kalva kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Ağsu rayon Kalva kənd orta məktəbində gözətçi işləyən, evli, əvvəllər məhkum olunmayan, Ağsu rayonu, Kalva kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 244-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmişdir. Belə ki, tamah niyyəti ilə 06 fevral 2023-cü il tarixdə saat 22 radələrində atası X10 məxsus Ağsu rayonu Kalva kəndi ərazisində yerləşən çayxanada bir qrup şəxsin pul vəsaitləri, maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyri müəyyənlikdən və təsadüfdən asılı olan kartla oynanılan, «üç kart» oyun növünə aid qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmiş, həmin tarixdə Ağsu rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ərazidə xidmət aparılarkən 4 nəfər şəxsin masa arxasında əyləşməklə «üç kart» qumar oyunu oynaması müəyyən olunaraq onların qarşısından oyunda istifadə etdikləri 36 ədəd oyun kartları və masanın üzərindəki ümumilikdə 95 manat məbləğində pulların aşkar edilərək aktlaşdırılıb, götürülməsi faktı əsasında toplanmış ilkin təhqiqat materialları olmuşdur. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs CM-in 244-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, Ağsu rayon Kalva kəndi ərazisində atası X10 məxsus köhnə tikili vardır, həmin tikilini atası keçmişdə çayxana kimi işlətmişdir. Lakin həmin yer təxminən 2 ildir ki, istifadə olunmur. Son vaxtlar gəliri az olduğu üçün sözügedən köhnə tikilini təmir etdirərək işlətmək qərarına gəlmişdir. Buna görə də təxminən 10 gündür ki, həmin yeri açaraq çayxana kimi istifadəyə vermişdir. 06 fevral 2023-cü il tarixdə saat 22 radələrində həmkəndliləri Şöhrət Hacıyev, Arif Yusifov, Gülxan Kərimli və Vüsal Soltanovla birlikdə işlətdiyi çayxanada növbəli şəkildə domino oyunu oynamışlar. Domino oyunu oynayarkən həmkəndliləri işlətdiyi çayxanada kart vasitəsi ilə «3 kart» qumar oynamağı və bərabərlik olduğu halda ona 1 manat pul ödəməyi təklif etmişlər, o, isə həmkəndliləri ilə razılaşmış və çayxananın qapısını arxadan bağlayaraq çayxanada çoxdan qalan kağız materiallı 1 dəst kartı gətirib, qumar oynamaları üçün həmkəndliləri Şöhrət Hacıyev, Arif Yusifov, Gülxan Kərimli və Vüsal Soltanova vermişdir. Bundan sonra həmkəndliləri ortalığa hərəyə 1 (bir) manat pul qoyaraq kart vasitəsi ilə “3 kart” qumar oyunu oynamağa başlamışdırlar. Həmkəndliləri onun işlətdiyi çayxanada qumar oynayarkən o, oyunda bərabərlik olduğu halda yerdən 1 manat pul götürür, həmçinin əlavə pul alaraq oyunun iştirakçılarına çay verib, xidmət göstərmişdir. Həmkədliləri çayxanada yerləşən masalardan birində əyləşib qumar oynamağa başladıqdan təxminən 15 dəqiqə sonra o, çayxananın qapısının döyüldüyünü eşitmiş və qapıya yaxınlşaraq qapını açdıqda digər həmkəndliləri Bəxtiyar Şirinov və Gülümxan Kərimlinin gəldiyini görmüş, Gülümxan Kərimli çayxanaya daxil olaraq qardaşı Gülxanı götürməyə gəldiyini deyib, Bəxtiyar Şirinovla birlikdə içəri daxil olmuş, lakin onlar qumar oyunmayaraq kənarda dayanaraq qumar oynayan şəxslərə baxmağa başlamışdırlar. Bundan təxminən 10 dəqiqə sonra, yəni saat 23-də çayxananın qapısının yenidən döyülməsini eşitmiş, qapıya yaxınlaşaraq qapını açdıqda polis əməkdaşları içəri daxil olmuş və çayxanada həmkəndliləri Şöhrət Hacıyev, Arif Yusifov, Gülxan Kərimli və Vüsal Soltanovun masada əyləşib ortalığa pul qoyaraq kart oyunu vasitəsi ilə qumar oynadıqlarını aşkarlamışdırlar. Bundan sonra polis əməkdaşları onlara qumarxana təşkil etmə və qumar oyunlarında iştirak etmənin qanunsuz olduğunu bildirərək qumar oynadıqları masanın və onların foto şəkillərini çəkib, müvafiq araşdırma aparılması üçün onları RPŞ-nə dəvət etmişdirlər. O, həmin çayxanada əvvələr qumar oyunları keçirilməsi üçün yer təşkil etməmiş, 06 fevral 2023-cü il tarixdə ilk dəfə qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmiş, həmçinin qumar oyunlarının keçirilməsi üçün yer təşkil etməsi nəticəsində cəmi 9 manat gəlir əldə etmişdir. Əməlindən peşmandır. Bu səbəbdən, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 bildirdi ki, 06 fevral 2023-cü il tarixdə saat 23 radələrində həmkəndlisi Gülümxan Kərimlinin idarə etdiyi avtomobil ilə yaşadıqları kənd ərazisində gəzərkən, Gülümxan Kərimli yaşadıqları kənd ərazisində yerləşən Təqsirləndirilən şəxs işlətdiyi çayxanaya gedərək oradan qardaşı Gülxanı götürmələrini bildirmiş, o, bu barədə Gülümxan Kərimli ilə razılaşmış və birlikdə Gülümxanın idarə etdiyi avtomobil ilə Təqsirləndirilən şəxs işlətdiyi çayxanaya getmişlər. Təqsirləndirilən şəxs işlətdiyi çayxanaya çatdıqda çayxananın qapısının bağlı olduğunu görmüşlər və qapını döyməyə başlamışlar, həmin vaxt Təqsirləndirilən şəxs gəlib qapını açmış və o, Gülümxan Kərimli ilə birlikdə çayxanaya daxil olmuşdur. Çayxanaya daxil olduqda orada həmkəndliləri Vüsal Soltanov, Gülxan Kərimli, Şöhrət Hacıyev və Arif Yusifovun 3 kart oyunu vasitəsi ilə ortalığa pul qoyub qumar oynadıqlarını görmüşlər, bundan sonra Gülümxan Kərimli ilə o, qumar oyununa qoşulmadan kənardan oyunu izləməyə başlamışdır. Bundan təxminən 5 dəqiqə sonra, yəni saat 23 radələrində çayxanaya polis əməkdaşları gələrək orada qumar oynanılmasını aşkarlamışlar, sonra qumar oyunlarının keçirilməsi və təşkil olunmasının qanunsuz olmasını izah edərək qumar oynanılan kartları və ortalıqda olan 95 (doxsan beş) manat pulu aktlaşdıraraq götürüb, onları araşdırma aparılması üçün polis şöbəsinə dəvət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 şahid X7 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, 06 fevral 2023-cü il tarixdə saat 21 radələrində yaşadığı kənd ərazisində olarkən bekarçılıq olduğundan kənd ərazisində yerləşən həmkəndlisi Təqsirləndirilən şəxs işlətdiyi çayxanaya həmkəndliləri ilə domino oynamağa və çay içməyə getmişdir. O, çayxanaya çatdıqda orada çayxananı işlədən Təqsirləndirilən şəxs olmuş, bir qədər sonra isə həmin çayxanaya digər həmkəndliləri Vüsal Soltanov, Şöhrət Hacıyev və Arif Yusifov da gəlmişdir. Həmkəndliləri gəldikdən sonra çayxanada yerləşən masada əyləşib, birlikdə domino oynamağa başlamışlar. Onlar bir müddət domino oynadıqdan sonra saat təxminən 22:30 radələrində aralarında razılaşıb, kart vasitəsi ilə 3 kart qumar oyunu oynamaq qərarına gəlmişlər və bu barədə çayxananı işlədən Təqsirləndirilən şəxs deyərək qumar oyunu oynayan zaman ona “seka” pulu verəcəklərini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs onlarla razılaşmış və çayxanada olan kartı onlara verərək qumar oynamalarına şərait yaratmışdır. Qumar oynamağa başladıqdan bir qədər sonra həmkəndliləri Bəxtiyar Şirinov və Gülümxan Kərimli də onların qumar oynadıqları çayxanaya gəlmişlər, lakin onlar oyuna qoşulmayaraq kənardan dayanıb sadəcə olaraq oyuna baxmağa başlamışlar. Bundan təxminən 10 dəqiqə sonra, yəni saat 23 radələrində çayxanaya polis əməkdaşları gələrək onların qumar oynamalarını aşkarlamış, sonra qumar oyunlarının keçirilməsi və təşkil olunmasının qanunsuz olmasını izah edərək qumar oynadıqları kartları və ortalıqda olan 95 manat pulu aktlaşdıraraq götürüb, araşdırma aparılması üçün onları polis şöbəsinə dəvət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 və X11 şahid X8 ilə eyni məzmunlu ifadə verdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, 06 fevral 2023-cü il tarixdə saat 21 radələrində yaşadığı kənd ərazisində olarkən bekarçılıq olduğundan kənd ərazisində yerləşən həmkəndlisi Təqsirləndirilən şəxs işlətdiyi çayxanaya həmkəndliləri ilə domino oynamağa getmişdir. O, çayxanaya çatdıqda həmkəndliləri Gülxan Kərimli və Vüsal Soltanovla rastlaşaraq çayxanada yerləşən masada əyləşib domino oynamağa başlamışdır. Birlikdə domino oynayarkən bir qədər sonra çayxanaya daha bir həmkəndlisi Arif Yusifov da gəlmiş və Arif də onlarla birlikdə domino oynamağa başlamışdır. Bir müddət domino oynadıqdan sonra saat təxminən 22:30 radələrində aralarında razılaşıb, kart vasitəsi ilə 3 kart qumar oyunu oynamaq qərarına gəlmişlər və bu barədə çayxananı işlədən Təqsirləndirilən şəxs deyərək qumar oyunu oynayan zaman ona “seka” pulu verəcəklərini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs onlarla razılaşmış və çayxanada olan kartı onlara verərək qumar oynamalarına şərait yaratmışdır. Təqsirləndirilən şəxs işlətdiyi çayxanada qumar oynayan zaman bir qədər sonra həmkəndliləri Bəxtiyar Şirinov və Gülümxan Kərimli də onların qumar oynadıqları çayxanaya gəlmiş, lakin onlar oyuna qoşulmayaraq kənardan oyuna baxmağa başlamışlar. Bundan təxminən 10 dəqiqə sonra, yəni saat 23 radələrində çayxanaya polis əməkdaşları gələrək onların qumar oynadıqlarını aşkarlamışlar, sonra qumar oyunlarının keçirilməsi və təşkil olunmasının qanunsuz olmasını izah edərək qumar oynadıqları kartları və ortalıqda olan 95 manat pulu aktlaşdıraraq götürüb, araşdırma aparılması üçün onları polis şöbəsinə dəvət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağsu RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X5 ifadəsində göstərmişdir ki, 2010-cu il tarixdən etibarən DİO-da xidmət edir. Hazırda Ağsu RPŞ-nin İTB-nin sahə rəisi vəzifəsində xidmət edir, rütbəsi polis mayorudur. Ağsu rayon Kalva kəndi inzibati ərazisi daxili əmrlə ona təhkim olunduğundan həmin kəndin və ətraf kəndlərin sahə rəisidir. 06 fevral 2023-cü il tarixdə RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis baş serjantı Tural Alıyev ilə birlikdə Ağsu rayon Kalva kəndi və ətraf kəndlərdə xidmətdə olmuşdur. Həmin gün saat 23 radələrində Ağsu rayon Kalva kəndi ərazisində xidmət apararkən həmin kənd ərazisində yerləşən çayxanaların birinin yanından keçən zaman çayxananın işıqlarının yandığını və çayxanadan səs-küy gəldiyini müəyyən etmişdir. Bundan sonra polis baş serjnatı Tural Alıyev ilə birlikdə həmin çayxananın giriş qapısının qarşısına yaxınlaşmış, qapıya yaxınlaşıb, qapını açmaq istədikdə çayxananın qapısının bağlı olmasını müəyyən etmiş, sonra qapını açmaları üçün bir neçə dəfə döymüş, bundan sonra çayxananı işlədən Təqsirləndirilən şəxs gəlib qapını açmış və polis baş serjantı Tural Alıyev ilə birlikdə çayxanaya daxil olmuşdur. Çayxanaya daxil olan zaman çayxanada yerləşən otaqlardan birində olan masanın arxasında dörd nəfər şəxsin, yəni Şöhrət Hacıyevin, Vüsal Soltanovun, Gülxan Kərimlinin və Arif Yusifovun əyləşərək üç kart qumar oyunları növünə aid oyun vasitəsi ilə ortalığa pul qoyub qumar oynadıqlarını, Gülümxan Kərimli və Bəxtiyar Şirinovun isə ayaqüstə dayanaraq qumar oynayan şəxlsərə baxdıqlarını müəyyən etmişlər. Bundan sonra qumar oyunlarının keçirilməsinin qanunsuz olmasını həmin şəxslərə izah edərək, qumar oynanılan masanın foto şəkillərini çəkib, sübuti əhəmiyyət kəsb etdiyindən qumar oynanılan zaman istifadə olunan 36 ədəd oyun kartlarını, 3 ədəd 20 manatlıq, 3 ədəd 5 manatlıq, 20 ədəd 1 manatlıq əskinaslar olmaqla ümumilikdə 95 manat pulu aktlaşdıraraq götürüb, müvafiq olaraq araşdırma aparılması üçün həmin şəxsləri RPŞ-nə dəvət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 və X6 şahid X5 ilə eyni məzmunlu ifadə verdilər. İş üzrə digər X2 məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM) 317-ci maddəsinə əsasən, məhkəmə qeyd olunan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, CPM-in 317-ci maddəsinə əsasən, bu Məcəllənin 226.1-226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağırılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün hallarının hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Məhkəmə iclasında X2nun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuşdur. X2 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. Ağsu rayon Kalva kəndində yerləşən keçmiş sovet dövründən qalan köhnə tikili ona məxsusdur, həmin tikilinin sənədləri qaydasındadır. Oğlu Təqsirləndirilən şəxs həmin yeri gündəlik olaraq 2-3 saat ərzində çayxana kimi işlətmişdir. Həmin yerdə Ağsu rayon Kalva kənd sakinləri Arif Yusifovun, Şöhrət Hacıyevin, Vüsal Soltanovun və Gülxan Kərimlinin qumar oyunları oynamasından, həmçinin oğlu Təqsirləndirilən şəxs həmin yerdə qumarxana təşkil etməsindən onun məlumatı olmamışdır. Oğlu Təqsirləndirilən şəxs həmin yeri çayxana kimi istifadə edəcəyini deyərək ondan həmin yeri istifadə etməyə icazə almış, buna görə də oğluna həmin yeri işlətməsi üçün icazə vermişdir. 07 fevral 2023-cü il tarixdə səhər saatlarında o, məsələdən xəbər tutmuş və polis əməkdaşlarının ona məxsus olan, lakin oğlu Təqsirləndirilən şəxs çayxana kimi işlətdiyi köhnə tikilidə kənd sakinlərinin qumar oynamasını müəyyən etmələrini və həmin şəxsləri saxlamaları barədə məlumat almışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” 07 fevral 2023-cü il tarixli qərardan görünür ki, fakta görə CM-in 244-1.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. “Şübhə edilən şəxsin tutulması haqqında” 07 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuşdur. “Əşyanın maddi sübut hesab edilməsi haqqında” 07 fevral 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə 3 ədəd 20 manatlıq, 3 ədəd 5 manatlıq, 20 ədəd 1 manatlıq əskinaslar və 36 ədəd kağız materialı oyun kartları maddi sübut hesab edilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 09 fevral 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-in 244-1.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” 09 fevral 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş və o, müvəqqəti saxlama yerindən azad edilmişdir. Ağsu Rayon İcra Hakimiyyəti başçısının Kalva kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı – xx.xx.2001-ci il təvəllüdlü X14, oğlu – xx.xx.2019-cu il təvəllüdlü X19, qızı – xx.xx.2021-ci il təvəllüdlü X1 ibarətdir. Kalva kənd tam orta məktəbinin direktoru təfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə “S.Şükürov” adına Kalva kənd tam orta məktəbinə gözətçi kimi işə qəbul olunmuş, işlədiyi müddət ərzində özünün sakit, mehriban davranışı, işinə məsuliyyətlə yanaşması ilə fərqlənmişdir. Verilən tapşırıqları vaxtında yerinə yetirmiş, kollektiv arasında nümunəvi davranışı ilə çalışmışdır. Bu xasiyyətinə görə kollektivin hörmətini qazanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabdan görünür ki, əməliyyatsorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barəsində heç bir məlumat yoxdur. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 14 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 09 fevral 2023-cü il tarixli qərarla CM-in 244-1.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, barəsində CM-in 244-1.2.1-ci maddəsi ilə cinayət təqibi başlanması rədd edilmiş, qərarın surəti X12, X8, X4 və X11 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə tədbir görülməsi üçün RPŞ-nin İTB-nə göndərilmiş, X7 və X3 barəsində inzibati icraat açılmasından imtina edilmiş, cinayət işi üzrə alınmış şahid ifadələri, hadisə yerinə baxış protokolu və digər istintaq hərəkətləri protokolları iş üzrə sübut növü kimi tanınması nəzərə alınmış, istintaq zamanı çayxanada olan masadan aşkar edilərək, aktlaşdırılıb götürülmüş 36 ədəd oyun kartı və 3 ədəd 20 manatlıq, 3 ədəd 5 manatlıq 20 ədəd 1 manatlıq əskinasların (ümumilikdə doxsan beş manat pulun) 07 fevral 2023-cü il tarixli qərarla cinayət işi üzrə maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Beləliklə, aparılmış məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, şahid ifadələri eləcə də işin tədqiq olunmuş digər materialları ilə sübuta yetirilir. CM-in 244-1.1-ci maddəsinə əsasən, qumar oyunlarının təşkili və ya keçirilməsi, habelə qumar oyunlarının keçirilməsi üçün yer təşkiletmə və ya saxlama beş min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq CM-in qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərində əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ibtidai istintaq zamanı 07 fevral 2023-cü il tarixdən 09 fevral 2023-cü il tarixədək saxlanıldığı 2 gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə hesablanmalıdır. Hökmün icrası təqsirləndirilən şəxsin yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş materiallarında saxlanılan və maddi sübüt kimi tanınmış 03 ədəd 20 manatlıq, 03 ədəd 5 manatlıq, 20 ədəd 1 manatlıq əskinaslar CM-in 99-1.1.2-ci maddəsinə əsasən məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. İş materiallarında saxlanılan və maddi sübüt kimi tanınmış 36 ədəd oyun kartları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 10 saat hüquqi yardıma görə 60 manat məbləğində pulun dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrinə əsasən, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs CM-in 244-1.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib, 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 07 fevral 2023-cü il tarixdən 09 fevral 2023-cü il tarixədək saxlanıldığı 2 (iki) gün müddətin 1 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində 08 (səkkiz) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Ağsu rayonunun ərazisi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün gecə saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə Ağsu rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş materiallarında saxlanılan və maddi sübüt kimi tanınmış 03 ədəd 20 manatlıq, 03 ədəd 5 manatlıq, 20 ədəd 1 manatlıq əskinaslar CM-in 99-1.1.2-ci maddəsinə əsasən məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın. İş materiallarında saxlanılan və maddi sübüt kimi tanınmış 36 ədəd oyun kartları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 10 saat hüquqi yardıma görə 60 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №1(016)-32/2023
Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-32/2023
20.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver