Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-32/2024 04.04.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Ağsu rayonu, Elabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, məhkumluğu olmayan, Ağsu rayonu, Elabad kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə – CM) 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, 08 fevral 2024-cü il tarixdə saat 20:00 radələrində yaşadığı Ağsu rayonu, Elabad kəndində yerləşən evində spirtli içki qəbul etdikdən sonra, sərxoş vəziyyətdə, həmin evin həyətində digər evdə yaşayan ailə üzvlərinin yanına getmiş, anası Şahid Bakı şəhərinə getməyəcəyini, kənddə qalıb işləyəcəyini demişdir. Həmin vaxt anası öskürdüyü üçün ələ salındığını zənn etdiyindən anası Şahid ilə sözlü mübahisə etmişdir. Zərərçəkmiş şəxs anası ilə mübahisə etdiyi üçün əri Təqsirləndirilən şəxs sakit olmasını deyərkən, Təqsirləndirilən şəxs arvadından evindən çıxıb getməsini tələb etmişdir. Lakin Zərərçəkmiş şəxs ərinə evdən çıxmayacağını, evdə onun da payı olduğunu dediyi üçün onlar arasında şəxsi münasibətlər zəmnində mübahisə baş vermişdir. Mübahisə zamanı Təqsirləndirilən şəxs yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsinə vurmaqla, sonuncunun burun tağının bir qədər şişkinliyi, burun çəpərinin bir qədər sola əyilməsi və tənəffüs aktının sağ burun dəliyində bir qədər pozulması ilə nəticələnən burun sümüyünün yerini dəyişməyən sınığı ilə müşayiət olunan səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Zərərçəkmiş şəxs ilə 2010-cu ildə evlənərək, ailə həyatı qurmuşdur. Evlilikləri müddətində 2 övladları dünyaya gəlmişdir. Zərərçəkmiş şəxs ilə evliliklərinin ilk vaxtlarında münasibətləri normal olsa da, sonradan aralarında yaranmış ailə daxili söz söhbətlərinə görə mübahisələri olmuş, münasibətləri soyumuşdur. Təxminən 3 ay əvvəl Zərərçəkmiş şəxs ondan ayrılaraq, kənd ərazisində yerləşən ona məxsus başqa evdə yaşamağa başlamışdır. Bir neçə dəfə Rənaya evindən çıxıb, atasına məxsus evinə getməsini desə də, arvadı evindən çıxmamış, həmin evdə yaşamağa davam etmişdir. 08 fevral 2024-cü il tarixdə Bakı şəhərindən yaşadığı Elabad kəndinə gəlmişdir. Saat 19 radələrində özünə məxsus evdə spirtli içki qəbul etmiş, saat təxminən 20 radələrində sərxoş vəziyyətdə Rənadan ona məxsus evdən çıxıb getməsini tələb etmişdir. Rəna isə ona evdən çıxmayacağını, ona məxsus bütün mülklərini əlindən alacağını bildirmişdir. Daha sonra Rəna üzərinə gələrək, onunla mübahisə etməyə başlamış, o da həmin vaxt yumruqla Rənanın sifət nahiyəsinə vuraraq, arvadını döymüşdür. Rənanı döydükdən sonra həyətə düşmüş, əsəbləşdiyi üçün yerdən daş götürüb, evinə atmışdır. Rəna həmin vaxt “102” Xidmətinə məlumat verdiyindən, o polisin gələcəyindən qorxduğu üçün qaçıb, evdən uzaqlaşmışdır. Həmin vaxt onların arasında mübahisə 5-10 dəqiqə davam etmiş, mübahisə zamanı orada anası Şahid başqa heç kim olmamış, o cümlədən səs-küyə kənar şəxslər gəlməmişdir. O, törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, o 2010-cü ildə dayısı oğlu Təqsirləndirilən şəxs ilə evlənərək, ailə həyatı qurmuşdur. Evlilikləri müddətində 2 övladları dünyaya gəlmişdir. Təqsirləndirilən şəxs ilə evləndikdən sonra bir müddət Bakı şəhərində yaşasa da, son vaxtlar aralarında yaranmış mübahisələrə görə o, Ağsu rayonu Elabad kəndinə gələrək, həmin kənddə yerləşən, evlərində qaynanası Şahid ilə birlikdə yaşamağa başlamışdır. Təxminən 3 aydır əri Təqsirləndirilən şəxs ayrı yaşayır. Lakin, buna baxmayaraq əri Təqsirləndirilən şəxs onunla mübahisə etməyə davam etmiş, ondan evdən çıxıb, atasına məxsus evdə yaşamasını tələb etmişdir. 08 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhərindən yaşadıqları evə gəlmiş, saat 19 radələrində həyətdə yerləşən digər evdə spirtli içki qəbul etməyə başlamış, saat təxminən 20 radələrində sərxoş vəziyyətdə onların yanına gəlmişdir. Nəsir anası Şahid sabahdan iş tapıb, işləyəcəyini, Bakı şəhərinə getməyəcəyini bildirmiş, həmin vaxt qaynanası Xumar öskürməyə başlamış, qaynanası öskürdüyü üçün Nəsir lağa qoyulduğunu zənn etdiyindən, qaynanası ilə mübahisə etməyə başlamışdır. O, Nəsirə sakit olmasını deyərkən, Nəsir ondan burada nə işi olduğunu, evin özünə məxsus olduğunu deyərək, evdən çıxmasını tələb etmişdir. O, evdən çıxıb getməyəcəyini, evdə onun da payı olduğunu deyəndə, Nəsir yumruqla onun sifət nahiyəsinə vuraraq, boğazından yapışmışdır. O, Nəsirin əlindən çıxmaq istəyərkən, Nəsir təkrar sifətinə yumruqla, qarnına isə təpiklə vuararaq onu döymüşdür. Bundan sonra burnundan qan axmağa başlamış, burnundan qan axarkən, Nəsir çölə çıxıb, evə daş atmışdır. O da bundan sonra bu barədə zəng edərək, “102” xidmətinə məlumat vermişdir. Nəsir onun polisə məlumat verdiyini bildikdən sonra, qaçaraq evi tərk etmişdir. Həmin vaxt onların arasında olan mübahisə 5-10 dəqiqə davam etmiş, mübahisə zamanı həmin yerdə onlardan başqa qaynanası Şahid olmuş, səs-küyə kənar şəxslər gəlməmişdir. Təqsirləndirilən şəxsə ədalətli cəza verilməsini xahiş etdi. İş üzrə Şahid məhkəməyə teleqram göndərərək səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Şahid ibtidai istintaqda verdiyi ifadəsi məhkəmə iclasında elan olunmuşdur. Şahid ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğlu, Zərərçəkmiş şəxs isə gəlinidir. Nəsir ilə Rəna 2010-cu ildə evlənərək, ailə həyatı qurmuşlar. Evliliklərinin ilk dövrlərində oğlu Nəsirin arvadı Rəna ilə münasibətləri yaxşı olsa da, sonradan spirtli içkilərə meyillilik etdiyi üçün aralarında yaranmış mübahisələr səbəbindən münasibətləri soyumuşdir. Bu səbəblə də gəlini Rəna təxminən 3 ay əvvəl Nəsirdən ayrılaraq, onun yaşadığı evinə gəlmiş, onunla birlikdə yaşamağa başlamışdır. 08 fevral 2024-cü il tarixdə saat 19 radələrində oğlu Nəsir yaşadıqları evə gəlmiş, evin həyətində olan digər evdə spirtli içki qəbul etmiş, sonra sərxoş vəziyyətdə yanına gələrək, ona bundan sonra Bakı şəhərinə getməyəcəyini, iş tapıb, rayonda qalacağını bildirmişdir. Həmin vaxt özündən asılı olmadan öskürmüşdür. Nəsir onun öskürməsini lağ etməsi kimi zənn edib, onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı gəlini Rəna Nəsirdən sakit olmasını tələb edərkən, Nəsir arvadı Rəna ilə də mübahisə etmiş, Rənadan evdən çıxıb, atasının evinə getməsini tələb etmişdir. Rəna Nəsirə evdən çıxmayacağını, evdə payı olduğunu deyəndə, oğlu Nəsir yumruqla Rənanın sifət nahiyəsinə vuraraq, gəlinini döymüşdür. Zərbənin təsirindən Rənanın burnundan qan axmağa başlamışdır. Sonra oğlu Nəsir həyətə çıxaraq, yerdən götürdüyü daşı evinə atmışdır. Daha sonra Rəna hadisə barədə “102” xidmətinə zəng edərək, polisə məlumat vermiş, Nəsir də Rənanın polisə şikayət etməsini eşidib, həyəti tərk edərək, çıxıb getmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 01:29-da orta dərəcəli sərxoş olmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X3 xx.xx.2024-cü il tarixli, 41 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs Ağamehdi qızının bədən səthində aşağıdakı xəsarətlər vardır: burun tağının bir qədər şişkinliyi, burun çəpəri bir qədər sola əyilib və tənəffüs aktı sağ burun dəliyində bir qədər pozulması ilə nəticələnən burun sümüyünün yerini dəyişməyən qapalı sınığı küt bərk əşyanın təsirindən törənmişlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gəlmələri inkar edilmir və dərəcələrinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. - “Zərərçəkmiş şəxs kimi tanınma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs sadələşdirilmiş icraat materialı üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cüil tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs Ağsu Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il nəqliyyat vasitələrini idarə emək hüququ məhdudlaşdırılmaqla, 4 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli amnistiya qərarının 1.2-ci bəndinə əsasən cəzasının qalan hissəsindən azad edilmişdir. xx.xx.2024-cü il tarixli qərar ilə Bakı şəhər Binəqədi rayon Polis İdarəsində Təqsirləndirilən şəxs barəsində CM-in 128ci maddəsi ilə başlanılmış cinayət işinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü və CM-73.2-ci maddələrinə əsasən xitam verilmişdir. - Ağsu Rayon Məhkəməsinin 3(016)-76/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 15 gün müddətində inzibati qaydada həbs edilmişdir. Beləliklə, aparılmış məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, ekspert rəyi, eləcə də işin tədqiq olunmuş digər materialları ilə sübuta yetirilir. CM-in 128-ci maddəsinə əsasən, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq CM-in qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərində əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı sadələşdirilmiş icraat materialı üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 15 saat hüquqi yardıma görə 90 manat məbləğində pulun dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrinə əsasən, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Ağsu rayonunun ərazisi hüdudlarını tərk etməmək, gün ərzində saat 22:00-dan saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə Ağsu rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 15 saat hüquqi yardıma görə 90 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №1(016)-32/2024
Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-32/2024
04.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver