Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-33/2023 18.05.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X25 Natiq oğlunun sədrliyi, X21 oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun hüquqlarını müdafiə edən fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1973-cü ildə Ağsu şəhərində аnаdаn оlmuş, Аzərbаycаn Respublikаsı vətəndаşı, аzərbаycаnlı, оrtа təhsilli, işsiz, evli, Ağsu rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Ağsu şəhəri Azərbaycan küçəsi ev 7-də qeydiyyatda olmaqla, Ağsu şəhəri H.Əliyev küçəsi ev 76-da yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X5 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qanunsuz olaraq odlu silah, onun komplekt hissəsini və döyüş sursatını əldə edib, daşımaqla saxlamış və üzərində gəzdirmişdir. Belə ki, o, istintaqa dəqiq məlum olmayan vaxtda keçmiş Çin Xalq Respublikasında zavod üsulu ilə hazırlanmış, qundağı qatlanan, “Tupe 56-1” modelli, texniki cəhətdən saz və atəşə yararlı, yivli odlu silah hesab edilən 27141592 nömrəli, 7,62 mm kalibrli, “AKC” tipli Kalaşnikov konstruksiyalı avtomatı, həmin silahın komplekt hissəsi olan, zavod üsulu ilə istehsal olunmuş, 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş iki ədəd darağı və həmin silahda istifadə edilmək üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən 60 ədəd zavod üsulu ilə hazırlanmış 7,62x39 mm kalibrli atəşə yararlı patronları istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib, yerini dəyişməklə daşıyaraq yaşadığı Ağsu şəhəri H.Əliyev küçəsi 76 saylı evə gətirib, həmin evin həyətində olan yardımçı tikilidə saxlamış, 11 yanvar 2023-cü il tarixdə qeyd edilən patronlardan 02 ədədini qanunsuz olaraq üzərində gəzdirərkən, bu barədə daxil olmuş məlumat əsasında həmin tarixdə saat 11:30 radələrində Ağsu şəhəri H.Əliyev küçəsində yerləşən musiqi məktəbinin yaxınlığında piyada şəkildə hərəkətdə olarkən Ağsu rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 1 ünvanda yerləşən Ağsu RPŞ-nə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli şalvarının sağ yan cibindən Kalaşnikov konstruksiyalı avtomat silahından atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı olan atəşə yararlı 02 ədəd 7,62x39 mm kalibrli patronlar və həmin tarixdə saat 13:40 radələrində yaşadığı Ağsu şəhəri H.Əliyev küçəsi 76 saylı evdə axtarış aparılan zaman yivli odlu silah olan 27141592 nömrəli, 7,62 mm kalibrli, qundağı qatlanan, “Tupe 56-1” modelli, “AKC” tipli Kalaşnikov konstruksiyalı avtomat, həmin silahın komplekt hissəsi olan, 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş iki ədəd darağ və döyüş sursatı hesab edilən 58 ədəd zavod üsulu ilə hazırlanmış 7,62x39 mm kalibrli patronlar aşkar edilərək götürülmüşdür. Həmin hərəkətləri Təqsirləndirilən şəxs CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclasında ona CM-nin 228.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2022-ci ilin noyabr ayının sonlarında günorta saatlarında Ağsu rayonu “Şeyx Dursun” qəbiristanlığına, mərhum atası Məzahir Mirzəyevin qəbrini ziyarət etmək üçün getmişdir. Qəbiristanlıqda atasının məzarını ziyarət edib, qəbrin ətrafını təmizləyərkən məzarın kənarında olan kol-kosun içərisində politilen torbada hansısa əşyanın olduğunu görmüş, həmin əşyanın nə olmasını yoxlamaq üçün kol-kosa yaxınlaşanda kol-kosun altında olan politilen torbanın içərisində bir ədəd avtomat kalaşnikov silahı və yanında iki ədəd patronla dolu daraq olduğunu görmüşdür. Bundan sonra Kalaşnikov silahını və iki ədəd darağı yerindən götürüb, daraqda olan patronları çıxarıb saymış, darağların hər birinin içərisində 30 ədəd patron olmaqla ümumilikdə 60 ədəd patron olmasını müəyyən etmişdir. Sonra o, ətrafa baxıb, onu kiminsə görüb-görmədiyini yoxlamış və ətrafda heç kimin olmamasını müəyyən etmişdir. Günorta vaxtı olduğundan o, silahı kimsə görər deyə özü ilə götürüb, evə gətirmək istəməmiş, ona görə də silahı götürüb başqa bir kol-kosun içərisində yaxşı şəkildə gizlətmiş və gecə gəlib aparar deyə oradan çıxıb getmişdir. Həmin gün axşam düşməsini və havanın qaralmasını gözləmiş, axşam hava qaraldıqdan sonra yenidən qəbiristanlığa gedərək silahı gizlətdiyi yerdən götürüb, yaşadığı evə gətirmişdir. Silahı evə gətirdikdən sonra həyətində olan yardımçı tikilidə gizlətmişdir. Həmin vaxtdan etibarən o, silahı həmin yardımçı tikilidə gizli şəkildə saxlamış və bu barədə də heç kimə bir söz deməmişdir. Qəbiristanlıqdan tapdığı Kalaşnikov silahını istifadə etməmiş, lakin patronlarından özünə təsbeh düzəltmək istəmiş və buna görə də həmin patronlardan 2 ədədini polis əməkdaşları tərəfindən saxlanılmamışdan təxminən 2-3 gün əvvəl götürüb, cibində saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat 11:30 radələrində Ağsu şəhəri H.Əliyev küçəsində yerləşən musiqi məktəbinin yaxınlığında piyada hərəkətdə olarkən Ağsu rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşıb, özlərini təqdim edərək onun odlu silah və döyüş sursatı saxlamaqda və gəzdirməkdə şübhəli olduğunu bildirib, onu Ağsu rayon Polis Şöbəsinə dəvət etmişlər, həmin vaxt üzərində iki ədəd patron olduğu üçün o, heç bir etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Ağsu rayon Polis Şöbəsinə gəlmiş, Ağsu rayon Polis Şöbəsində ona silah və döyüş sursatı saxlamaqda və gəzdirməkdə şübhəli olduğu bildirilib, şübhəli kimi tutulduğu izah edilərək müdafiəçi dəvət olunmuş, sonra müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah olunaraq müdafiəçinin yanında ondan üzərində narkotik vasitə, hər hansı odlu silah və döyüş sursatı olub-olmaması barədə soruşulmuş, o da üzərində kalaşnikov avtomatına məxsus 2 ədəd patronlar olduğunu etiraf etmiş və həmin patronları əynində olan qara rəngli şalvarının sağ yan cibindən çıxardaraq təqdim etmişdir. Bundan sonra ondan qanunsuz olaraq odlu silah saxlayıb-saxlamadığı soruşdulduqda, o, yaşadığı evin həyətində olan yardımçı tikilidə bir ədəd kalaşnikov avtomatı, iki ədəd həmin avtomatın darağı və daha 58 ədəd patron saxladığını və lazım gələrsə onları da təqdim edə biləcəyini demiş, bundan sonra müdafiəçi və polis əməkdaşları ilə birlikdə yaşadığı Ağsu şəhəri H.Əliyev küçəsində yerləşən 76 saylı evə getmişlər, yaşadığı evə çatdıqdan sonra müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri ona izah olunmuş, sonra o, həyətdə olan yardımçı tikilidə gizlətdiyi kalaşnikov avtomatını polis əməkdaşlarına təqdim etmiş, onun və müdafiəçinin iştirakı ilə təqdim etdiyi bir ədəd kalaşnikov avtomatına, onun iki ədəd darağına və daraqların içərisində olan 58 ədəd patronlara baxış keçirilmiş, baxış keçirildikdən sonra bir ədəd kalaşnikov avtomatı, həmin silaha məxsus iki ədəd daraq və 58 ədəd patronlar polis əməkdaşları tərəfindən götürülərək qablaşdırılmışdır. Üzərindən aşkar olunaraq götürülmüş patronlarla yaşadığı evdən götürülmüş patronlar eyni silaha yəni saxladığı kalaşnikov avtomatına məxsusdur. Həmin silahla heç vaxt cinayət törətməmişdir. Həmin silahın onda olması barədə heç bir şəxsə məlumat verməmiş, silaha marağı olduğu üçün həmin silahı könüllü formada təqdim etmək istəməmiş və həmin silahı saxlamışdır. Təqsirləndirilən şəxs daha sonra ifadəsində törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkdiyini, cinayətin açılmasında köməklik göstərməsini, ailəli olmasını, himayəsində iki yetkinlik yaşına çatmayan uşaq olmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını nəzərə alaraq ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkdiyini, cinayətin açılmasında köməklik göstərməsini, ailəli olmasını, himayəsində iki yetkinlik yaşına çatmayan uşaq olmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş X15 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, 2020-ci ildən Ağsu RPŞ-nin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs оğlu ilə hər hansı düşmənçilik və ədavəti yoxdur. Ona Ağsu şəhəri H.Əliyev prospekti ev 76-da yаşаyаn Təqsirləndirilən şəxs оğlu yaşadığı evdə odlu silah, onun komplekt hissələrini, döyüş sursatını saxlaması, həmçinin odlu silaha məxsus döyüş sursatını üzərində gəzdirməsi barədə əməliyyat məlumаtı dахil оlmuş, həmin məlumat raportla RPŞ-nin rəhbərliyinə məruzə olunduqdan sonra Təqsirləndirilən şəxs ətrаfındа təхirəsаlınmаz əməliyyаt-ахtаrış tədbirləri keçirmək zərurəti yаrаndığındаn bu tədbirlərin keçirilməsi rəhbərlik tərəfindən ona həvalə olunmuş və bu bаrədə tərəfindən qərаr qəbul edilmişdir. xx.xx.2023-cü il tаriхdə sааt 11:30 rаdələrində o, RPŞ-nin CAB-ın əməliyyat müvəkkilləri, polis leytenantı Sərvər Fərəcli və polis leytenantı Aqşin Mirzəxanlı ilə birlikdə Ağsu şəhəri H.Əliyev küçəsində musiqi məktəbinin yaxınlığında xidmətdə olan zaman Təqsirləndirilən şəxs həmin küçədə olması müəyyən olunaraq, Təqsirləndirilən şəxs üzərində odlu silaha məxsus döyüş sursatı gəzdirməsində şübhəli olduğu üçün üzərində şəxsi axtarış aparacaqları barədə qərar qəbul olunduğunu və polis əməkdaşları ilə birlikdə Ağsu RPŞ-nə getməsini bildirmiş, Təqsirləndirilən şəxs də üzərində şəxsi axtarış apararılmasına və polis əməkdaşları ilə birlikdə Ağsu RPŞ-nə getməsinə heç bir etirazı olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onlarla birlikdə Ağsu RPŞ-nə gəlmiş və oraya vəkil dəvət olunmuşdur. Video çəkiliş aparmaqla və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs hüquqları izah edilərək ondan üzərində narkotik vasitə, hər hansı odlu silah və döyüş sursatı olub-olmaması barədə soruşulmuş, Təqsirləndirilən şəxs də üzərində kalaşnikov avtomatına məxsus 2 ədəd patronlar olduğunu demişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin patronları təqdim etməyi bildirildikdə o, həmin patronları əyninə geyindiyi qara rəngli şalvarının sağ yan cibindən çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı əşya olub-olmaması soruşulduqda Təqsirləndirilən şəxs üzərində olan siqaret qutusunu, bir ədəd yandıranı və cib dəsmalını çıxarıb təqdim etmiş və üzərində başqa heç bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah saxlayıb-saxlamaması soruşulmuş, cavabında Təqsirləndirilən şəxs yaşadığı evin həyətində olan yardımçı tikilidə bir ədəd kalaşnikov avtomatı saxladığını və lazım gələrsə həmin avtomatı təqdim edə biləcəyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs və müdafiəçisi ilə birlikdə onun yaşadığı evə getmişlər, Təqsirləndirilən şəxs yaşadığı evə çatdıqdan sonra video çəkiliş aparmaqla müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah olunmuş, sonra Təqsirləndirilən şəxs yardımçı otağda gizlətdiyi kalaşnikov avtomatını çıxararaq təqdim etmiş, müdafiəçisinin iştirakı ilə təqdim etdiyi bir ədəd kalaşnikov avtomatına, həmin avtomatın iki ədəd darağına və daraqların içərisində olan 58 ədəd patronlara baxış keçirilmiş, sonra Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakı ilə baxış keçirilmiş bir ədəd 27141592 nömrəli, kalaşnikov avtomatı, həmin silaha məxsus iki ədəd daraq və 58 ədəd patronlar ekspertizaya göndərilməsi üçün götürülərək, qablaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 və X10 iş üzrə digər şahid X7 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək göstərilən xüsusatları bir daha təsdiq etmişdirlər. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 11 yanvar 2023-cü il tarixli qərardan görünür ki, xx.xx.1973-cü il tarixdə ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs odlu silah və döyüş sursatı saxlamaqda şübhəli olduğu üçün Təqsirləndirilən şəxs üzərinə və yaşadığı mənzilə baxış keçirilməsi üçün təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, əməliyyat-axtarış tədbirləri aparıldıqdan sonra qərar məhkəmə nəzarətini həyata keçirən Ağsu rayon məhkəməsinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. - “Şübhəli şəxsin tutulması haqqında” 11 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. - Şəxsi axtarış və götürmə aparılması haqqında 11 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən ona üzərində qanunsuz saxlanılan narkotik vasitə, eləcə də silah və döyüş sursatı, həmçinin cinayət xarakterli digər əşya və predmetlər vardırsa onları könüllü təqdim etməsi təklif olunmuş, o əynində olan qara rəngli şalvarının sağ yan cibində olan 2 ədəd 7,62 mm-lik avtomat kalaşnikov silahına məxsus patronları təqdim etmişdir. Həmin 2 ədəd 7,62 mm-lik avtomat kalaşnikov silahına məxsus patronlar ekspertiza tədqiqatı üçün maddi sübut kimi götürülmüş və zərfə qoyularaq DİN-nin 93 saylı möhürü ilə möhürlənmiş və axtarış zamanı istifadə olunan video çəkiliş əks olunan disk və fotoşəkillər protokola əlavə edilmişdir. Şəxsi axtarış və götürmə hərəkətləri aparılarkən Təqsirləndirilən şəxs həmçinin yaşadığı evində qanunsuz olaraq avtomat kalaşnikov silahı saxladığını bildirmişdir. - Axtarış və götürmə aparılması barədə 11 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətində yerləşən yardımçı tikilinin (otağın) sag tərəfində qoyulmuş tikiş maşının üzərinə yığılmış əşyaların arasından 1 ədəd qara sellofana bükülmüş və üzəri skoçla bağlanmış əşyanı təqdim edib avtomat olduğunu bildirmiş, eləcə də parçaya bükülmüş və üzəri skoçla bağlanmış əşyanı təqdim edərək həmin avtomatın darağı olduğunu bildirmişdir. Həmin əşyalar açılaraq bir ədəd 27141592 nömrəli, kalaşnikov avtomatı, həmin silaha məxsus iki ədəd daraq və 58 ədəd patronlar aşkar olunaraq sübut kimi götürülmüş və zərfə qoyularaq DİN-nin 93 saylı möhürü ilə möhürlənmiş və axtarış zamanı istifadə olunan video çəkiliş əks olunan disk və fotoşəkillər protokola əlavə edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş 11 yanvar 2023-cü il tarixli, 23/18 saylı rəyin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş 27141592 nömrəli silah, 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə Çin dövlətində, silah zavodunda istehsal olunmuş TİP-56-1 (AKS-47) modelli, Kalaşnikov konstruksiyalı avtomatdır, odlu yivli silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın təyinatı hər hansı bir kustar üsulu ilə dəyişikliklərə məruz qalmamışdır. Tədqiqata təqdim edilmiş 2 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır, Tədqiqata təqdim edilmiş, cəmi 60 ədəd patronlar zavod üsulu ilə, keçmiş SSRİ dövlətində istehsal olunmuş, 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuşştat patronlarıdır, döyüş sursatı hesab edilir və atəş üçün yararlıdır. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-in KTİ-də yerləşən güllə-giliz kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında məlumat veriləcəkdir. Qeyd: təqdim edilmiş cəmi 60 ədəd 7,62x39 mm kalibrli patronlardan 03 ədədi eskperimental atəş zamanı istifadə olunduğu bildirilmişdir. - Cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 228.1-ci maddəsi ilə cinayət işi başlanmış və aidiyyəti üzrə Ağsu RPŞ-nin İQ-na göndərilmişdir. - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 12 yanvar 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmişdir. - Əşyanın maddi sübut hesab edilməsi haqqında 12 yanvar 2023-cü il qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində və yaşadığı ünvanda götürmə və axtarış aparılarkən aşkar edilərək götürülmüş 27141592 nömrəli, 7,62 mm kalibrli, TİP-56-1 AKS- 47 modelli Kalaşnikov konstruksiyalı avtomatı, həmin silahın komplekt hissəsi olan, zavod üsulu ilə istehsal olunmuş, hər birinə 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş iki ədəd darağı və döyüş sursatı hesab edilən tədqiqatdan sonrakı qalan sayı 57 ədəd olan zavod üsulu ilə hazırlanmış 7,62x39 mm kalibrli patronlar ********* nömrəli cinayət işi üzrə maddi sübut hesab edilmiş və Ağsu RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X26 “Ağsu Rayon Mərkəzi Xəstəxanası” X20 xx.xx.2023-cü il tarixli PHŞ-6-25/2-2012023 nömrəli məktubundan görünür ki, ünvan 4 ünvanında yaşayan 1973-cü il təvəllüdlü, Mirzəyev X8 pozuntusu diaqnozu ilə “Ağsu RMX” PHŞ-in ruhi-əsəb və narkomaniya xəstəliklərinə görə dispanser qeydiyyatdadır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş 18 yanvar 2023-cü il tarixli 3-13-11/2-782/23 nömrəli məktubdan görünür ki, 7,62 mm kalibrli, 27141592 nömrəli TİP-56-1 (AK-47) modelli Kalaşnikov konstruksiyalı avtomatdan eksperimental qaydada atılmış güllə və giliz nümunələri idarənin “güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış balistik sistemi vasitəsilə yoxlanmış və müqayisəli təqdqiqat zamanı eynilik aşkar edilməmişdir. - Ağsu Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli 5(016)-01/2023 nömrəli qərarından görünür ki, xx.xx.1973-cü il tarixdə Ağsu şəhərində anadan olmuş, Ağsu şəhəri H.Əliyev prospekti, ev 76-da yaşayan Təqsirləndirilən şəxs odlu silah və döyüş sursatı saxlamaqda şübhəli olduğu üçün Təqsirləndirilən şəxs üzərinə və yaşadığı mənzilə baxış keçirilməsi üçün təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə Ağsu rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı X15 qəbul edilmiş və həmin Şöbənin rəisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli qərarı qanunauyğun hesab edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-ballistik ekspertizasının 13 fevral 2023-cü il tarixli 3/84 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd silah-Çin Xalq Respublikasında zavod üsulu ilə hazırlanmış, “Калашников” konstruksiyalı, qundağı qatlanan, “AKC” tipli, 7,62 mm kalibrli, “Tupe 56-1” modelli, 27141592 nömrəli avtomat silahdır, üzərində təyinatını dəyişdirən əlavə və ya dəyişiklik edilməmişdir-yivli odlu avtomatik döyüş silahıdır, saz vəziyyətdədir və atəş açmaq üçün yararlıdır. Tədqiqata 2 ədəd sandıqçanın birinə 30 ədədi, digərinə isə 27 ədədi doldurulmuş vəziyyətdə göndərilmiş, cəmi 57 ədəd patron - zavod üsulu ilə hazırlanmış, pistonları mərkəzdən alışan, 1943-cü il nümunəli, 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrə malik “Калашников” konstruksiyalı “AK” (“AKM”, “AKC”, “AKMC”) markalı avtomat silahlarda, “RPK” (RPKC) markalı əl pulemyotlarında, “CKC” karabinində və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardırlar-döyüş sursatıdırlar, atəşə (istifadəyə) yaralıdırlar və təyinatlarına və kalibrlərinə uyğun olaraq, həmçinin tədqiqata təqdim edilmiş 7,62 mm kalibrli, “Tupe 56-1” modelli, 27141592 nömrəli avtomat silahda da istifadə oluna bilərlər. Aparılmış ekspertiza tədqiqatının dəyəri 74 (yetmiş dörd manat) manat təşkil edir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X20 məhkəmə-psixiatrik ekspertizasının 11 fevral 2023-cü il tarixli 380 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs əvvəllər hər hansı psixi xəstəlik keçirməsi müəyyən edilməmiş, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs оğlu törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs оğlunun əməli CM-nin 21-ci maddəsinin əlamətləri altına düşmür. Təqsirləndirilən şəxs qeyd olunan əməli törədən anda öz törətdiyi əməli düzgün qavramaq qabiliyyətinə malik omuş, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. - Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 17 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 16 mart 2023-cü il tаriхli qərаrlа CM-nin 228.1-ci mаddəsi ilə elаn edilmiş ittihаm dəyişdirilmədən qüvvəsində saxlanılmış, iş üzrə təyin edilmiş məhkəmə-ballistik ekspertizаlarının xx.xx.2023-cü il tаriхli 23/18 saylı və xx.xx.2023-cü il tarixli 3/84 saylı rəyləri, təqsirləndirilən və şahid ifadələri, digər istintaq hərəkətlərinin protokolları sübut növü kimi tаnınmış, iş üzrə Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş bir ədəd texniki cəhətdən saz və atəşə yararlı, yivli, odlu, döyüş silahı olan 27141592 nömrəli, 7,62 mm kalibrli, qundağı qatlanan, “Tupe 56-1” modelli, “AKC” tipli Kalaşnikov konstruksiyalı avtomat, həmin silahın komplekt hissəsi olan, zavod üsulu ilə istehsal olunmuş, 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş 02 ədəd daraqlar və döyüş sursatı hesab edilən təqdqiqatdan sonrakı qalığı 57 ədəd təşkil edən zavod üsulu ilə hazırlanmış 7,62x39 mm kalibrli patronlar işüzrə maddi sübut kimi tanınaraq, saxlanması üçün Ağsu RPŞ-nin silah otağına təhvil verilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 21 iyun 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “odlu silah” anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan “Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı” Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən “odlu silah” dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-in 228-ci maddəsi çıxış edir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinin 1, 3, 5 və 6-cı bəndlərinə əsasən silah - canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir; mülki silah - özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır; döyüş sursatı - müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır; soyuq silah - konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfatməişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır; 3-cü maddəsinin İİ hissəsinin 1, 2 və 5-ci bəndlərinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi, ictimai yerlərdə örtüksüz silahın gəzdirilməsi, xəncərlərin, beybutların, ov bıçaqlarının, əliçliklərinin, toppuzların, nunçakların, gürzlərin, beşbarmaqların və başqa zərbə-dağıdıcı təsirli əşyaların (idman alətləri istisna edilməklə) dövriyyəsi qadağandır; 21-ci maddəsinin İİİ hissəsinə əsasən mülki silah sahibi bu Qanunun tələblərinə əsasən əldə edilmiş silahı qeydiyyatdan keçirməli, bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi silahın təyinatı üzrə istifadə edilməsi və daşınması qaydalarına əməl etməlidir; 24-cü maddəsinə əsasən bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-ci il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan ifadələrlə tərtib olunmalı, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, CPM-in 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 228.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. CM-nin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - Cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında 11 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.1973-cü ildə Ağsu şəhərində аnаdаn оlmuş, Аzərbаycаn Respublikаsı vətəndаşı, оrtа təhsilli, evli, işsiz, deməsinə görə əvvəllər məhkum olunmuş, Ağsu şəhəri, Azərbaycan küçəsi, ev 7-də qeydiyyatda olmaqla Ağsu şəhəri, H.Əliyev küçəsi ev 76-da yаşаyаn Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 12:30-da CMnin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - Ağsu Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli qərarından görünür ki, xx.xx.1973-cü ildə Ağsu şəhərində аnаdаn оlmuş, Аzərbаycаn Respublikаsı vətəndаşı, оrtа təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmuş, Ağsu şəhəri, Azərbaycan küçəsi, ev 7də qeydiyyatda olmaqla Ağsu şəhəri, H.Əliyev küçəsi ev 76-da yаşаyаn Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 3 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 11 yanvar 2023-cü il tarixdən, saat 12:30-dan hesablanmışdır. - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 24 yanvar 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Riqa Şəhəri Mərkəzi Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli qərarı ilə 176 Latviya Respublikasının M.1H; 15.4 maddəsinə əsasən həbs edilmiş və xx.xx.2001-ci ildə həbsdən azad olunmuşdur, PRİOBRAJEN Respublikası Bələdiyyə Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmünə əsasən RF-nin 228 H1 maddəsi ilə 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Qobustan Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmünə əsasən CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrum etmə və 2 il nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilmiş, xx.xx.2009-cu ildə Azərbaycan Respublikası MM-in Amnistiya Qərarı ilə cəzadan azad olunmuşdur, xx.xx.2015-ci il tarixli qərarla Ağsu RPŞ tərəfindən CM-nin 234.1-ci maddəsinə əsasən həbs edilmiş və həmin tarixdə CPM-in 39.1.3-cü maddəsinə əsasən cinayət işinə xitam verilmişdir, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş (həbs olunma tarixi xx.xx.2017) və xx.xx.2018-ci ildə cəzanın sonu ilə azad edilmişdir. Ağsu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş (həbs olunma tarixi xx.xx.2019) və xx.xx.2021-ci ildə cəzanın sonu ilə azad edilmişdir. - Ağsu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkmiş, cəza çəkməsinin əvvəli, tutulduğu xx.xx.2019-cu il tarixdən hesablanmışdır. - X6 xx.xx.2023-cü il tarixli, 3-16-17/33/2-1590/2023 saylı məktubundan görünür ki, Ağsu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(016)-34/2019 saylı hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs sonuncu dəfə xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək Penitensiar Xidmətin Şəki Penitensiar Müəssisəsinin ciddi rejimli korpusunda cəza çəkmiş, xx.xx.2021-ci il tarixdə X1 cəzasının sonu ilə azad olunmuşdur. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 18.4.3-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar nəzərə alınmır. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmçinin, yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilibödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Məlum olduğu kimi, Təqsirləndirilən şəxs Şamaxı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2018-ci ildə cəzanın sonu ilə azad edilmiş və onun bu hökm üzrə məhkumluğu xx.xx.2021-ci ildə ödənilmişdir. Lakin Ağsu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2021-ci ildə cəzanın sonu ilə azad edilmişdir. Qanunvericiliyin yuxarıda istinad edilən tələbləri baxımından məhkəmə hesab edir ki, əvvəllər az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxs kimi cəzanı çəkib qurtardığı gündən iki il keçmədən, 12 yanvar 2023-cü il tarixdə yenidən qəsdən cinayət törətdiyinə görə təqsirləndirilən şəxsin məhkumluğu ödənilməmiş hesab olunur, onun əməlində CMnin 18.1-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin residivi vardır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 12-ci bəndində göstərilmişdir ki, cinayətlərin residivi, təhlükəli residivi və xüsusi təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən, cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs CM-nin 228.1-ci maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ağsu rayon İcra Hakimiyyəti Başçısının Ağsu şəhər İnzibati Ərazi İdarəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli Arayışından görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi 1950-ci il təvəllüdlü X2, 1980-ci il təvəllüdlü X4, 2012-ci il təvəllüdlü X16, 2014-cü il təvəllüdlü X11r. - Ağsu rayon İcra Hakimiyyəti Başçısının Ağsu şəhər İnzibati Ərazi İdarəsi üzrə Nümayəndəliyi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə və məişətdə özünü yaxşı aparmır, böyüklərə hörmət etmək bacarığına malik deyil, Təqsirləndirilən şəxs ailəlidir, 2 övladı var, davranış qaydalarına tam əməl etmir, Təqsirləndirilən şəxs bir neçə dəfə həbs olunsa da Ağsu rayon İcra Hakimiyyəti Başçısının Ağsu şəhər İnzibati Ərazi İdarəsi üzrə Nümayəndəliyinə yazılı, nə də şifahi cinayət xarakterli material və məlumat daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə himayəsində iki azyaşlı uşağın olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Həmçinin, məhkəmə Təqsirləndirilən şəxs ailəli olmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını, cinayəti səmimi etiraf etməsini və törətdiyi əməldən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə cinayətlərin residivini CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə məhkəmə Təqsirləndirilən şəxs CM-nin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. CPM-in 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 11 yanvar 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, 12 yanvar 2023-cü il tarixdə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir, ona görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin tutulduğu və ibtidai istintaq dövründə həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətlərinə daxil edilməklə, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalıdır. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. CPM-in 346.1.13-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməli olduğu məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilməlidir. CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs kimi və əməlində cinayətlərin residivi olduğundan, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə CPM-in 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; təqsirləndirilən şəxsin üzərində və yaşadığı evində axtarış və götürmə aparılmasını özündə əks etdirən iki ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, maddi sübut qismində tanınaraq Ağsu rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan 27141592 nömrəli, 7,62 mm kalibrli, TİP-56- 1 AKS-47 modelli Kalaşnikov konstruksiyalı avtomatı, həmin silahın komplekt hissəsi olan, zavod üsulu ilə istehsal olunmuş, hər birinə 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş iki ədəd darağı və döyüş sursatı hesab edilən tədqiqatdan sonrakı qalan sayı 57 ədəd olan zavod üsulu ilə hazırlanmış 7,62x39 mm kalibrli patronlar CM-nin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə edilərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 10 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı gündən, yəni 11 yanvar 2023-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəsissəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Ağsu rayon Polis Şöbəsinin saxlanc anbarına təhvil verilən maddi sübut – 27141592 nömrəli, 7,62 mm kalibrli, TİP-56- 1 AKS-47 modelli Kalaşnikov konstruksiyalı avtomatı, həmin silahın komplekt hissəsi olan, zavod üsulu ilə istehsal olunmuş, hər birinə 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş iki ədəd darağı və döyüş sursatı hesab edilən tədqiqatdan sonrakı qalan sayı 57 ədəd olan zavod üsulu ilə hazırlanmış 7,62x39 mm kalibrli patronlar CM-nin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə edilərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Təqsirləndirilən şəxs aparılmış ekspertiza tədqiqatının dəyəri 74 (yetmiş dörd) manat alınıb Respublika büdcəsinin aşağıdakı hesabına keçirilsin: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi-VÖEN-**********, hesab-AZ34CTRE********************01. Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 10 saat hüquqi yardıma görə 60 manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №1(016)-33/2023
Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-33/2023
18.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver