Məhkəmə qərarları › İş №1(016)-34/2023

Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-34/2023

01.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-34/2023 01.06.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər X8 və X1, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1967-ci il tarixdə Ağsu rayonu, Çiyni kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, orta təhsilli, "xxxx" MMC-nin Nar bağı təsərrüfatında anbardar işləyən, Ağsu rayon Çiyni kəndində qeydiyyatda olmaqla, yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxslərin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki o, 28 oktyabr 2022-ci il tarixdə saat 15 radələrində "xxxx" MMC-yə məxsus “New Holland TT75J” markalı, 06-T-797 dövlət qeydiyyat nişanlı traktoru, traktorları və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə edib, Ağsu-Kürdəmir-İmişli yolunun 17-ci km-də Ağsu rayonu istiqamətində hərəkətdə olan zaman yolun sol tərəfində yerləşən “AZ-Granata MMC”-yə məxsus anbar istiqamətində sola dönmə əməliyyatı edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinə əsasən, 1.1-1.3 xətlərini kəsib keçmək qadağan olduğu, həmin Qanunun 33-cü maddəsinin 4-cü hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitəsini sürücülük vəsiqəsi əsasında idarə etməli olduğu halda qeyd edilən tələblərə əməl etməyərək, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, idarə etdiyi traktorla əks istiqamətli hərəkət zolağına çıxmaqla arxadan gələrək ötmə əməliyyatı edən sürücü X1 idarə etdiyi “Vaz 21074” markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşması nəticəsində ehtiyatsızlıqdan “Vaz 21074” markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü X5 ağırlıq dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən burun sümüyünün yerini dəyişən sınığı, döş sümüyünün sınığı, hər iki gözaltı nahiyəsinin hematoması ilə müşaiyət edilən xəsarətlərin yetirilməsinə, “Vaz 21074” markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sərnişini X6 isə ağırlıq dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən sağ qaş nahiyəsinin yarası, sağ baldır və sol ayağın sıyrıqları, navikulyar sümükdə yerdəyişməmiş sınıq xətti və ətrafında sümük iliyi ödemi, 2-ci metatarzal sümüyün əsasında yerdəyişməmiş sınıq xətti, talusun navukulyar oynaq səthində 3 mm ölçüdə osteoxondral zədələnmə ocağı, tibianın medial malleusunda və fibulanın distal hissəsində 1-ci metatarzal sümüyün başında, 1-ci barmağın proksimal falanqasının əsasında minimal sümük iliyi ödemi ilə müşaiyət olunan xəsarətlərinin yetirilməsinə səbəb olmuşdur. Bununla da Təqsirləndirilən şəxs CM-in 263- 1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, Ağsu rayonu Çiyni kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Təxminən 7-8 ildir ki, "xxxx" MMC-nin Nar bağı təsərrüfatında anbardar vəzifəsində işləyir. Nar meyvəsi yetişən fəsildə işlədiyi anbara həddindən artıq nar meyvəsinin daşınması zərurəti yarandığından bəzi hallarda traktorların sürücüsü çatmadığına görə traktor idarə etmək üçün sürücülük vəsiqəsi olan və başqa xidmətlərdə işləyən əməkdaşlara traktorları müvəqqəti idarə etmələri tapşırılır. 1993-cü il tarixdə aldığı AB- 170763 nömrəli kənd təsərrüfatı texnikalarını idarə etmək üçün sürücülük vəsiqəsi olduğundan 01 oktyabr 2022-ci il tarixdən nar meyvələrinin yığım zamanı başladığı üçün yol vərəqi ilə "xxxx" MMC-yə məxsus “New Holland TT75J” markalı, 06-T-797 dövlət qeydiyyat nişanlı traktoru idarə etmək şirkətin Nəqliyyat şöbəsinin əməkdaşı Nicat Qurbanov tərəfindən ona həvalə olunmuşdur. 28 oktyabr 2022-ci il tarixdə səhər saatlarında yaşadığı evdən çıxaraq "xxxx" MMC-nin Ağsu rayonu, Qaravəlli kəndi yaxınlığında yerləşən təsərrüfat anbarına gəlmiş, orada yol vərəqi ilə ona təhkim edilmiş “New Holland TT75J” markalı, 06-T-797 dövlət qeydiyyat nişanlı traktoru götürüb, həmin anbarın yaxınlığında olan nar bağına getmiş, orada traktoru saxlayıb, sahədən yığılmış narları traktorun qoşqusuna yığdırmış, daha sonra isə traktoru sürərək anbar istiqamətində hərəkətə başlamışdır. Həmin gün saat 15 radələrində Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun 17-ci km-də hərəkətdə olduğu vaxt, təsərrüfat anbarına çatdığı üçün sola dönmə işığını yandırararaq anbar istiqamətində sola dönmə manevri etmiş, idarə etdiyi traktor ilə sola dönmə manevri edərkən arxadan gələn və idarə etdiyi traktora ötmə əməliyyatı edən “Vaz 21074” markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobil yüksək sürətlə gələrək idarə etdiyi traktorun ön sol təkərinə dəyərək dayanmış, toqquşmadan sonra o, traktordan düşüb, “Vaz 21074” markalı avtomobilin sürücüsünü və sərnişininin avtomobildən çıxmasına köməklik göstərmiş, daha sonra zəng vurub, təcili tibbi yardıma məlumat vermiş, bir qədər sonra hadisə yerinə təcili tibbi yardım avtomobili gəlmiş, Vaz 21074 markalı avtomobildə olan sərnişin və sürücünü Ağsu RMX-na aparmışdır. O isə hadisə yerində qalaraq polis əməkdaşlarının gəlməsini gözləməyə başlamışdır. O, 1993cü ildə AB-170763 nömrəli kənd təsərrüfatı texnikalarını idarə etmək üçün sürücülük vəsiqəsi əldə etmiş, lakin hadisə baş verən zaman sürücülük vəsiqəsinin etibarlılıq müddəti keçmişdir, hadisədən qabaq o, sola dönmə əməliyyatı yerinə yetirdiyindən traktorun sürətini minimuma endirib, saatda 10-15 km/s sürətlə hərəkət etmişdir, elecə də hadisədən əvvəl spirtli içki, psixotrop maddə və ya narkotik vasitə qəbul etməmiş, Həmçinin hadisə zamanı traktorda tək olmuşdur. O, hazırda zərərçəkmiş şəxslərlə barışmış, onlara dəyən maddi ziyanı ödəmişdir. Ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərəçəkmiş şəxs qismində dindirilmiş X9 göstərdi ki, “Vaz 21074” markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı minik avtomobili, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə ona məxsusdur və həmin avtomobili özü idarə edir. Təxminən 4-5 aydır ki, yaşadığı evin həyətində tikinti işləri gedir, buna görə də hərdən tikinti materialları almaq üçün idarə etdiyi avtomobili ilə Kürdəmir rayonuna getməli olur. 28 oktyabr 2022-ci il tarixdə, saat 14 radələrində tikinti materialları almaq üçün həmkəndlisi və qohumu olan X8 ilə birlikdə idarə etdiyi “Vaz 21074” markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Kürdəmir rayonuna getmişdir. Həmin gün saat 15 radələrində Kürdəmir rayonunda işlərini bitirmiş və Tariyel Hüseynov ilə birlikdə idarə etdiyi avtomobillə Ağsu-Kürdəmir-İmişli yolunun Ağsu rayonu istiqamətində yola çıxmışdır. Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun 17-ci km-də idarə etdiyi avtomobillə hərəkətdə olarkən qarşıda 06-T-797 dövlət qeydiyyat nişanlı qoşqulu traktorun asta sürətlə hərəkət etdiyini görüb, onu ötmək qərarına gəlmiş, bunun üçün o, sola dönmə işığını yandırıb, traktoru ötmək məqsədi ilə əks hərəkət zolağına çıxmış və ötmə əməliyyatı etməyə başlamış, lakin əks hərəkət zolağına çıxıb, ötmə əməliyyatı edərək 06-T-797 dövlət qeydiyyat nişanlı qoşqulu traktoru ötərkən həmin traktor anidən qarşısında sola dönmə əməliyyatı etmiş, həmin vaxt o, əyləci sıxaraq avtomobili saxlayıb, hadisənin qarşısını almaq istəsədə artıq aralarında qısa məsafə qaldığı üçün bu mümkün olmamış və nəticədə avtomobilinin ön hissəsi həmin traktorun ön sol təkərinə dəyərək yol nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində o və avtomobilinin ön sərnişin oturacağında əyləşən Tariyel Hüseynov xəsarət almış, sonra Tariyel Hüseynov özü avtomobildən yerə düşmüş, onu isə yol ilə keçən tanımadığı şəxslər avtomobilindən yerə düşürmüşlər, bir qədər sonra hadisə yerinə təcili tibbi yardım avtomobili gəlmiş və onu, həmçinin sərnişini X18 RMX-ya aparmışlar. Onun avtomobili idarə etmək üçün “B” kateqoriyalı sürücülük vəsiqəsi vardır, hadisədən qabaq avtomobili saatda 80-90 km/saat sürətlə hərəkət etdirmişdir, o, hadisədən qabaq spirtli içki, narkotik vasitə və ya psixotrop maddə qəbul etməmişdir, həmin vaxt avtomobildə təkcə həmkəndlisi Tariyel Hüseynov olmuşdur. Təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir və təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərəçəkmiş şəxs qismində dindirilmiş X8 göstərdi ki, X9 onun həmkəndlisi və qohumudur. Təxminən 3-4 aydır ki, Hətəmxan Hüseynovun evində tikinti işində işləyir. Tikinti işləri ilə əlaqədar olaraq tikinti materiallarının alınması zərurəti yarandığından Kürdəmir şəhərində yerləşən tikinti materialları mağazasına getməli olmuşlar. xx.xx.2022-ci il tarixdə saat təxminən 14 radələrində Hətəmxan Hüseynovun idarə etdiyi “Vaz 21074” markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə birlikdə yaşadıqları kənddən çıxaraq Kürdəmir şəhəri istiqamətində yola düşmüşlər. Həmin gün saat 15 radələrində Kürdəmir rayonuna çatdıqdan sonra oradan lazım olan tikinti materiallarını alıb, geri qayıtmaq üçün Ağsu-Kürdəmir-İmişli yolu ilə Ağsu şəhəri istiqamətində yola çıxmışlar. Həmin istiqamətdə Hətəmxan Hüseynovun idarə etdiyi “Vaz 21074” markalı, 99-NY- 112 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Ağsu-Kürdəmir- İmişli avtomobil yolunun 17-ci km-də hərəkətdə olarkən qarşıda qoşqulu traktorun asta sürətlə hərəkət etdiyini görmüşlər, həmin vaxt Hətəmxan Hüseynov traktoru ötmək qərarına gəlmiş və sola dönmə işığını yandırıb, əks hərəkət zolağına çıxaraq ötmə əməliyyat etməyə başlamış, Hətəmxan Hüseynov idarə etdiyi avtomobil ilə 06-T-797 dövlət qeydiyyat nişanlı traktoru ötərkən həmin traktor qarşılarında sola dönməyə, yəni əks hərəkət zolağına çıxmağa başlamış, buna görə Hətəmxan Hüseynov əyləcdən istifadə edib, avtomobili saxlamaq və toqquşmanın qarşısını almaq istəsə də, artıq aralarında az məsafə qaldığı üçün hadisənin qarşısını ala bilməmiş, nəticədə Hətəmxan Hüseynov idarə etdiyi avtomobilin ön hissəsi qarşıda sola dönmə manevri edən Təqsirləndirilən şəxs idarə etdiyi traktorun ön sol təkərinə dəyərək yol nəqliyyat hadisəsi baş vermişdir. Yol nəqliyyat hadisəsi baş verdikdən sonra o, birinci olaraq avtomobildən yerə düşmüş, sonra özü və Hətəmxan Hüseynovun xəsarət almasını görüb, təcili tibbi yardıma zəng edərək məlumat vermiş, daha sonra isə traktorun sürücüsü Təqsirləndirilən şəxs ilə birlikdə köməkləşərək avtomobildə sıxışan Hətəmxan Hüseynovu avtomobildən çıxarmışlar, bir qədər sonra hadisə yerinə təcilli tibbi yardım avtomobili gələrək onları Ağsu RMX-na aparmışdır. Hətəmxan Hüseynov hadisədən əvvəl avtomobilini saatda 80-85 km/saat sürətlə idarə etmişdir, həmçinin avtomobildə sərnişin qismində ondan başqa heç kim olmamışdır. Təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir və təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, 2022-ci ilin aprel ayından etibarən "xxxx" MMC-nin anbar, nəqliyyat və təsərrüfat işləri üzrə kordinatoru vəzifəsində işləyir. "xxxx" MMC-nin balansında olan nəqliyyat vasitələrini yol vərəqəsi əsasında bir ay müddətində həmin MMC-də işləyən sürücülərə idarə etmələri üçün verir. "xxxx" MMC-yə məxsus “New Holland TT75J” markalı, 06-T- 797 dövlət qeydiyyat nişanlı traktoru da 2022-ci ilin oktyabr ayının 1-dən MMC-nin Nar bağı təsərrüfatının anbardarı olan, lakin həmin dövr üçün sürücü vəsifəsini əvəz edən Təqsirləndirilən şəxs sürmək üçün yol vərəqi ilə vermişdir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs iş yerinə gələrək yol vərəqi ilə ona təhkim edilmiş “New Holland TT75J” markalı, 06-T-797 dövlət qeydiyyat nişanlı traktoru götürüb, həmin anbarın yaxınlığında olan nar bağına getmiş, orada traktoru saxlayıb, sahədən yığılmış narları traktorun qoşqusuna yığdırmışdır. Daha sonra traktoru sürərək anbar istiqamətində hərəkətə başlamış, saat 15 radələrində Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun 17-ci km-də hərəkətdə olduğu vaxt arxadan gələn Vaz 21074 markalı avtomobil onunla toqquşmuş, nəticədə Vaz 21074 markalı avtomobilin sürcüsü və sərnişini xəsarət almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, Ağsu rayonu Çaparlı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Hətəmxan Hüseynov onun atasıdır. Vaz 21074 markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı minik avtomobili atasına məxsusdur. 28 oktyabr 2022-ci il tarixdə X14 qohumu olan Tariyel Hüseynov ilə Kürdəmir rayonuna tikinti materialları almaq üçün getmişlər. Həmin gün saat 15 radələrində X14 və qohumu X12 rayonunda işlərini bitirdikdən sonra Ağsu rayonu istiqamətində geri qayıtmağa başlamışlar. X14 idarə etdiyi Vaz 21074 markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Ağsu rayonu istiqamətində gələrkən qarşısında hərəkətdə olan 06-T-797 dövlət qeydiyyat nişanlı traktora ötmə əməliyyatı edərkən həmin traktorun qarşısında sola dönmə əməliyyatı etməsi səbəbindən atasının idarə etdiyi avtomobil ilə həmin tarktorun toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə nəticəsində atası və sərnişini Tariyel Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Hadisə baş verən zaman o, hadisə yerində olmamış, lakin hadisə barədə ona qohumu Tariyel Hüsyenov telefonla zəng edərək məlumat vermiş, o, isə bu barədə DİNin 102 xidmətinə zəng edərək məlumat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 26 yanvar 2023-cü il tarixli qərardan görünür ki, fakta görə CM-in 263-1.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında 28 noyabr 2022-ci il tarixli, 845 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə keçirilən müayinə zamanı sərxoş olmamışdır. “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında 28 noyabr 2022-ci il tarixli, 846 nömrəli aktdan görünür ki, X9 həmin tarixdə keçirilən müayinə zamanı sərxoş olmamışdır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Ağsu X22 Mərkəzi tərəfindən verilmiş 01 noyabr 2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs məxsus kənd təsərrüfatı texnikalarını idarə etmək üçün verilən AB-170763 nömrəli sürücülük vəsiqəsinin etibarlılıq müddəti bitdiyindən qüvvədən düşmüş hesab olunur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X11 X20 xx.xx.2022-ci il tarixli, 260 saylı rəyindən görünür ki, X1 bədən səthində aşağıdakı xəsarətlər var: burun sümüyünün yerdəyişən sınığı, döş sümüyünün sınığı, hər iki gözaltı nahiyyəsinin hematoması. Qeyd olunan xəsarətlər hərəkətdə olan avtomobilin traktorla toqquşması zamanı avtomobilin salonunun küt hissələrinin təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən tarixə və vaxta, yəni xx.xx.2022-ci il tarixə uyğundur. Dərəcəsinə görə sağlamlığın uzun müddətli pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X11 X20 xx.xx.2022-ci il tarixli, 261 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət və ya xəsarət izi yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X11 X20 xx.xx.2022-ci il tarixli, 262 saylı rəyə xx.xx.2022-ci il tarixli Əlavədən görünür ki, X2 bədən səthində aşağıdakı xəsarətlər var: sağ qaş nahiyəsinin yarası, sağ baldır və sol ayağın sıyrıqları, navikulyar sümükdə yerdəyişməmiş sınıq xətti və ətrafında sümük iliyi ödəmi, 2ci metatarzal sümüyün əsasında yerdəyişməmiş sınıq xətti qeyd edilir. Talusun navukulyar oynaq səthində 3 mm ölçüdə osteoxondral zədələnmə ocağı, tibianın medial malleusunda və fibulanın distal hissəsində 1-ci metatarzal sümüyün başında, 1-ci barmağın proksimal falanqasının əsasında minimal sümük iliyi ödəmi xəsarətləri vardır. Qeyd olunan xəsarətlər hərəkətdə olan avtomobilin traktorla toqquşması zamanı avtomobilin salonun küt hissələrinin təsirindən törənmişdirlər, törənmə müddətləri qararda göstərilən vaxta, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 dekabr 2022-ci il tarixli, 8/3218 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “VAZ-21074” markalı, “**-NY-***” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmçinin tədqiqata təqdim edilmiş “New Holland TT75J markalı, 06-T-797 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. X2 notarial qaydasında təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş avtoqəza zamanı xəsarət almışdır. Ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmişdir. Hal-hazırda onunla barışmışdır. Gələcəkdə heç bir şikayət və tələbi olmayacaqdır. X1 notarial qaydasında təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş avtoqəza zamanı xəsarət almışdır. Ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmişdir. Hal-hazırda onunla barışmışdır. Gələcəkdə heç bir şikayət və tələbi olmayacaqdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 12 yanvar 2023-cü il tarixli cavabdan görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barəsində heç bir məlumat yoxdur. “Zərərçəkmiş şəxs kimi tanınma haqqında” 26 yanvar 2023-cü il tarixli qərardan görünür ki, X8 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. “Zərərçəkmiş şəxs kimi tanınma haqqında” 27 yanvar 2023-cü il tarixli qərardan görünür ki, X9 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Ağsu Rayon İcra Hakimiyyəti başçısının Çiyni kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədə bildirilmişdir ki, Təqsirləndirilən şəxs həqiqətən Ağsu rayonu, Çiyni kəndində yaşadığı müddətdə özünü nümunəvi aparmış, qohum-qonşunun məclislərində yaxından köməklik göstərmiş, kənd ictimaiyyəti arasında dərin nüfuza malikdir. Dövlət tədbirlərində nümayəndəliyə yaxından köməklik göstərmişdir. Onun barəsində Ağsu Rayon İcra Hakimiyyəti başçısının Çiyni kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 06 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. “Qətimkan tədbirinin seçilməsi haqqında” 06 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 31 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 06 mart 2023-cü il tarixli qərarla CM-in 263-1.1ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmış, onun əməlində CM-in 264-cü maddəsində nəzərdə tutulan cinayətin tərkibi olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş, X3 əməlində İXM-in 335.3-cü maddəsinin tərkib əlamətləri olduğundan barəsində həmin maddə ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Ağsu Rayon Polis Şöbəsinin DYPB-nə göndərilmiş, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması CM-in 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslər X8 və X9 ilə barışıq əldə etməsi CM-in 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tamamilə ödəməsi isə CM-in 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmış, X1 əməlinə hüquqi qiymət veriməsindən ötrü cinayət işindən material ayrılaraq ayrıca araşdırılmış, cinayət işi üzrə dindirilmiş şahidərin ifadələri, xx.xx.2022-ci il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokollar, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 dekabr 2022-ci il tarixli, 8/3218 nömrəli rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X15-Təcrübi və X21 rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 260 saylı və xx.xx.2022-ci il tarixli, 262 saylı rəyləri, eləcə də cinayət işinin materiallarına əlavə edilmiş digər mötəbər sənədlər sübut kimi qiymətəndirilmişdir. xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, X8 Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, X9 Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs CM-in 263-1.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri etirafı ilə yanaşı, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. CM-in 263.1-ci maddəsinə əsasən, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 263-1.1-ci maddəsinə əsasən, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq CM-in qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərində əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM) 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, ... məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Təqsirləndirilən şəxsə cəza təyin edərkən məhkəmə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni CM-in 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini və CM-in 26.1-ci maddəsinə əsasən, ehtiyatsızlıqdan törədilmiş cinayət hesab olunmasını nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, ilk dəfə cinayət əməli törətməsini, zərərçəkmiş şəxslərlə barışmasını və onlara dəymiş maddi ziyanı ödəməsini, ona qarşı hər hansı şikayətin olmamasını, himayəsində azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. CM-in 70.1-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. CM-in 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. CM-in 70.3-cü maddəsinə əsasən, şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. CM-in 70.5-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. CM-in 70.6-cı maddəsinə əsasən, şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun ehtiyatsızlıqdan ilk dəfə az ağır cinayət törətməsini, işin faktiki hallarını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, törətdiyi əməli etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ondan şikayətçi olmamalarını, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, həmçinin onun şəxsiyyətini nəzərə alaraq, habelə cəzanın ədalətli olmasını və şəxsin islah olunmasına təsirini təmin etmək üçün Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmasını mümkün sayır və hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzası təyin edilməli və təyin olunan azadlıqdan məhrum etmə cəzası onun barəsində CM-in 70-ci maddəsi tətbiq olunmaqla şərti olaraq tətbiq edilməlidir. Təqsirləndirilən şəxs sınaq müddəti müəyyən olunmalı və üzərinə onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və maddi sübut yoxdur. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 128 manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 15 saat hüquqi yardıma görə 90 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə və CPM-in 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrinə əsasən, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs CM-in 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası CM-in 70-ci maddəsinə əsasən 02 (iki) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Ağsu rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət büdcəsinə (Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, X4, kod: 210005, VÖEN: **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab AZ34CTRE********************) ödənilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 15 saat hüquqi yardıma görə 90 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar