Məhkəmə qərarları › İş №1(016)-34/2025

Ağsu Rayon Məhkəməsi Qərar — İş №1(016)-34/2025

30.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 1(016)-34/2025 30.06.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X13 Natiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəbrayılova Könül Alov qızının katibliyi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 iştirakı ilə, X7 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsinin) 148-ci və 147.1-ci maddələri ilə cinayət işinin başlanması barədə xüsusi ittiham qaydasında şikayət vermiş X4 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında audio və video yazı aparılmaqla baxaraq, MÜƏYYƏN ETDİ: X1 Zahir Mahir oğlunun barəsində Cinayət Məcəlləsinin 148-ci və 147.1-ci maddələri ilə cinayət işinin başlanması barədə xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılır ki, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan xx.xx.1982-ci il təvəllüdlü X9 ilə 2022-ci ilin oktyabr aylarında faktiki evlənərək ailə qurmuş və xx.xx.2023-cü ildə isə rəsmi olaraq nigaha daxil olmuşdur. Birgə nigahdan övladları olmamışdır. Ailə qurduqdan təxminən 3 ay sonra o, onunla kobud davranmağa başlamışdır. 2025-ci ilin aprel ayının axırlarına kimi onlar bir yerdə yaşamaqla, birgə təsərrüfatı idarə etmişlər. Bundan sonra münasibətləri kəskin pisləşdiyi üçün faktiki olaraq ayrılmışlar. Ona dəfələrlə boşanmaqlarını təklif etməyinə baxmayaraq, o, buna razılıq verməmişdir. X12 qarşı cəfəng bəhanələr uyduraraq və dəfələrlə ona qarşı təhqir və böhtanlar ataraq, söyüb-döymüşdür. O, atasını, anasını və onu ağır söyüşlər edib təhqirlər etmişdir. Qadına yaraşmayan nəlayiq söyüşlər söymüşdür. xx.xx.2025-ci ildə o, ona qarşı zor işlədərək Ağsu şəhərində qaldıqları evə apararaq söyüb-döyürmüş və mobil telefonunu qırmışdır. Sonra qapını arxadan bağlayaraq, qanunsuz olaraq onun azdlığını əlindən almışdır. Bu səbəbdən heç kimə müracət edə bilməmişdir. Sonra onu xx.xx.2024cü ildə aşbaz işləmək üçün Xocalı şəhərinə aparmışdır. Orada olan zaman Zahir yenidən onu təhqir və böhtan ataraq, deyirdi ki, Sən kişilərlə gəzirsən. Demişdir ki, “Sənə kiminsə əli dəyib?” Kimləsə yatıb durmusan?” O, isə belə şeyin olmadığının və ona şər atdığını bildirmişdir. Beləliklə oradan ayrılıb Ağsu şəhərinə qayıtmışdır. Lakin o yenə də onu döyürək təhqir etmişdir. Zahir onu qohumlarının yanında biyabır etmişdir. Hətta atası və digər qohumları ondan üz döndəriblər. Sonunda fürsət tapan kimi, onun bu hərəkətlərinə dözməyərək, xx.xx.2024-cü də Ağsu Rayon Polis Şöbəsinə şikayət ərizə ilə müraciət etmişdir. Lakin Zahir, anası ilə birlikdə həmin polis şöbəsində ona yenidən olmayan şər və böhtanlar atmışdırlar. Həmçinin onlar da ondan şikayət etmişdirlər. Bu səbəbdən polis çağrışı əsasında xx.xx.2025-ci ildə polis şöbəsinə getmişdir. Anası üzərinə yalandan şər və böhtan atmışdır. Guya onların yorğan döşəklərini oğurlamış və s. Sonra qorxusundan və maddi imkansızlığından polis şöbəsinə gedə bilmədiyi üçün araşdırma nəticəsiz qalmışdır. Bundan sonra xx.xx.2024-cü il tarixində problemlərini həll etmək məqsədi ilə “Xəzər” TV-də yayımlanan Lalə Azərtacın aparıcı olduğu “Təsir dairəsi” verilişinə çıxmışdırlar. Lakin Zahir canlı yayımlanan verlişdə, tamaşaçıların gözü qarşısında onu yenə də söyüb, təhqirlər edərək, əli ilə başına yumruqlar endirmişdir. Zahir dayanmadan sosial şəbəkələrdə onu, anasının gorunu və qohumlarını ağla sığmayan şəkildə təhqir edir. “Tik Tok” sosial şəbəkəsində onun şəklini yerləşdirərək üzərində təhqir və böhtanlar yazır. Onun bəzi yazdıqlarını ar edərək olduğu kimi, yəni şərhə heç bir düzəliş etmədən qeyd etmişdir, “ZEHEb. AllAh. sEHE. bElA. BERsİH. KEHbE.sEH”, “ZEjHEb. KEhbElİK. EdiR.bAKdA. E1XAN. ROjAl. sİKİR”, “50. MAHATA. BERİR. bAKdA.”, “ZEHEb. bAKdA. BERİR. KİjMET. KAlXd. 60. MAHATA” və sairə təhqiramiz ifadələr qeyd etmişdir. O, ondan faktiki olaraq ayrılmış, lakin qorxusundan onunla birlikdə gedib müvafiq VVADQ şöbələrində rəsmi olaraq ayrıla bilmir. X9 “Xəzər TV” televiziya kanalının efirində “Təsir dairəsi” verilişində ona qarşı qeyri-etik və təhqiredici ifadələr işlətmişdir. Hər bir vətəndaş kimi o da bu şəxsin kütləvi efirdə, bütün Azərbaycana yayımlanan televiziya kanalında işlətdiyi bu nalayiq və təhqiramiz ifadələrini özünə qarşı ən pis təhqir kimi qəbul edir və bu şəxsin qanunvericiliyə uyğun ən ciddi məsuliyyətə cəlb edilməsini xahiş edir. Bundan əlavə X8 “Tik Tok” və “You Tube” sosial şəbəkələrində onu, qohumlarını atasını və rəhmətlik anasını təhqir etmişdir. X9 “Tik Tok” sosial şəbəkəsinin şərhlər bölməsində “zenəb əlamdar qızı” adlı profil adı ilə, ona və anasına qarşı böhtanlar yazmışdır. O, ona qarşı aşağıdakı şərhi yazmışdır. Onun yazdıqlarını olduğu kimi, yəni yazdığı şərhə heç bir düzəliş etmədən qeyd edir. “Ay peysər Gelecemeee o evide elinden alacam sikdir edecem senj Qalasan kirayələrdə Kafdar anon vare ancığım ağzına olsun” X7 digər yazılarını o bura qeyd etmir. Çünki başqa yazılar etik qaydalara uyğun gəlmir. X9 ona və qohumlarına qarşı böhtan, yəni yalan olduğunu bilə-bilə onların şərəf və ləyaqətini ləkələyən və ya onları nüfuzdan salan məlumatları kütləvi informasiya vasitəsində və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayıblar. X9 tərəfindən onlar təhqir olunmuşdur. Yəni kütləvi informasiya vasitəsində və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şərəf və ləyaqətləri nalayiq formada qəsdən alçatmışdır. Bildirir ki, mənfi çaları olan nalayiq, bayağı və küçə söyüşlərinin sözügedən şəxslər tərəfindən “Xəzr” TV efirindən bütün ölkə vətəndaşlarının eşidə biləcəyi tərzdə səsləndirilməklə və “Tik Tok” sosial şəbəkəsində barələrində böhtanlar yazılmaqla şəxsiyyətləri alçaldılmışdır. Sosial səyfəsində çıxışlar edərək, guya o, 5 nəfər oğlanlarla bir yerdə əxlaqsız gəzmiş və sair. Bütün bu sübutları diskə köçürtmüş və hörmətli məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası CM-nin 148-ci maddəsinin mahiyyətindən də göründüyü kimi, şərəf və ləyaqətin alçaldılması şəxsiyyətə nisbətdə baş verdikdə, təhqir hesab edilir. Belə olduğu təqdirdə, milyonlarla ölkə vətəndaşlarının efirdən səsləndirilən ifadələrə görə X9 haqqında qanunamüvafıq tədbir görülməlidir. O, çox əziyyət çəkir. Belə ki, X9 işləyir. Əgər hadisələr belə davam edərsə, gələcəkdə pis nəticələnə bilər. Bunun qarşısı alınmalıdır. Yaranan bu söz-söhbətdən sonra ona elə gəlirdi ki, yolda, küçədə, məhəllədə hərəkət edərkən hamı ona baxır. Son günlərdə onların ailəsinə qarşı kinayəli baxışlar, həqarətli nəzərlər hiss edir. İş yoldaşlarının və qonşuların üzünə baxa bilmir. X3 valideynləri və bacısı onu və qohumlarını hər yerdə təhqir edirlər. Onlar onun və qohumlarının dalınca yalan və böhtan dolu sözlər yaymaqla məşğuldurlar. O, onu və qohumlarını kütləvi nümayiş etdirərək, internet informasiya ehtiyatında şərəf və ləyaqətlərini nalayiq formada qəsdən alçaltmağla məşğuldur. Bildirmək istəyir ki, başqa şəxslərin həyatına aid məlumatların yayılması qanunla qadağan olunub. Hər kəsin azadlıq, mənzil toxunulmazlığı, şəxsi toxunulmazlıq və şəxsi sirrinin (o cümlədən ailə həyatının, yazışmaların, telefon danışıqlarının, poçt, teleqraf və başqa məlumatların) qorunması hüquqları vardır. Onlar rayon əhalisi içində xəcalət çəkirlər. Hörmətdən düşmüşlər. Şərəfləri, ləyaqətləri və işgüzar nüfuzları zədələnib. Bu səbəbdən qohumları ona nifrət bəsləyir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində şikayət verilmiş şəxs X9 şikayəti qəbul etməyərək xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayətə əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, şikayətin məzmunu Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun deyil. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 293.3-cü maddəsinə görə böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası; 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılır. Xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-in 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. CPM-in 74.1-ci maddəsində cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılması, 74.2.1-ci maddəsində uzanan cinayətin başa çatdığı yerin onun törədildiyi yer hesab olunması, 74.2.2-ci maddəsində cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yerin davam edən cinayətin başa çatdığı yer hesab olunması, 74.3-cü maddəsində xaricdə törədilməsi ehtimal olunan cinayət üzrə iş təqsirləndirilən şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəməyə aid olması müəyyən olunmuşdur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarının 12-ci bəndində göstərilmişdir ki, kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Lakin, xüsusi ittiham qaydasında şikayət vermiş X5 CPM-in 74-cü maddəsi ilə müəyyən olunmuş məhkəmə aiddiyyəti qaydalarını pozaraq böhtan və ya təhqir xarakterli sonuncu məlumatların yayıldığı kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəməsinə müraciət etməli olduğu halda, Ağsu Rayon Məhkəməsinə müraciət etmişdir. Belə ki, xüsusi ittiham qaydasında şikayətdən göründüyü kimi, ünvan 1 ünvanında yaşayan X2 informasiya vasitəsi sayılan “Xəzər” TV, “Tik Tok” və “You Tube” sosial şəbəkələrdə yerləşdirilən videodakı çıxışlarında yalan olduğunu bilə-bilə Zeynəb Şükürovaya böhtan ataraq təhqir etməklə onun şərəf və ləyaqətini ləkələyən və eləcə də nüfuzdan salan məlumatları yayaraq şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltdığı göstərilmişdir. “Xəzər” TV-nin hüquqi ünvanı ünvan 4əbəkələrin hüquqi ünvanının məlum olmaması, yaxud da onların xaricdə qeydiyyata alınması barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Lakin göründüyü kimi, böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayət üzrə “Xəzər” TV-nin hüquqi ünvanı məlumdur. Bundan başqa xüsusi ittiham qaydasında şikayət vermiş şəxs sonuncu məlumatların yayıldığı, yəni törədilməsi ehtimal olunan cinayət əməlinin başa çatdığı internet portalının hüquqi ünvanı və ya bü ünvanın məlum olmaması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Beləliklə, qeyd olunanlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət CPM-in 293.3.1-293.3.7-cü maddəsində göstərilən xüsusi ittiham qaydasında verilmiş şikayətin forma və məzmununa dair tələblərinə riayət edilmədən verildiyindən, yəni xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyətini müəyyən etmək mümkün olmadığından və işə məhz Ağsu Rayon Məhkəməsində baxılmalı olmasını təsdiq edən sənədləri təqdim etmək vəzifəsinin xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin üzərinə düşdüyündən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və CPM-nin 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X7 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsinin) 148-ci və 147.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X5 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar