Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-35/2023 27.07.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X13 Natiq oğlunun sədrliyi, Məmmədova Esma Kərim qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndəsi X2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, onun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1987-ci ildə Ağsu rayonu, Çiyni kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Ağsu şəhəri, Meleratorlar qəsəbəsində qeydiyyatda olmaqla Ağsu şəhəri, S.Şirazi küçəsi, ev 2-də yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx.xx.1980-ci ildə Ağsu rayonu, Qiyaslı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Ağsu rayonu, Qiyaslı kəndində qeydiyyatda olmaqla Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən parkda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.1-ci, 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında anbara qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 04 fevral 2023-cü il tarixdə, saat 21 radələrində Ağsu şəhər Bələdiyyəsinin mülkiyyətində olan Ağsu şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən Mədəniyyət və İstirahət parkının içərisindəki, səhnə kimi istifadə olunan inzibati tikilinin qarşısına gəlmiş, aralarında olan razılaşmaya əsasən o, pusquda gözləmiş, Təqsirləndirilən şəxs2 həmin səhnənin daxilində yerləşən anbarın arxa giriş qapısını baltanın tiyəsi ilə açdıqdan sonra sonuncu anbara qanunsuz daxil olaraq, anbardan bir ədəd Çin Respublikasının istehsalı olan, SHİMGE markalı, 220 voltluq 80 (səksən) manat məbləğində su mühərrikini oğurlayıb zərəçəkmiş Ağsu şəhər Bələdiyyəsinə 80 (səksən) manat məbləğində maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında anbara qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 05 fevral 2023-cü il tarixdə saat 21 radələrində Ağsu şəhər Bələdiyyəsinin mülkiyyətində olan Ağsu şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən Mədəniyyət və İstirahət parkının içərisindəki, səhnə kimi istifadə olunan inzibati tikilinin qarşısına gəlmiş, aralarında olan razılaşmaya əsasən o, pusquda gözləmiş, Təqsirləndirilən şəxs2 həmin səhnənin daxilində yerləşən anbarın arxa giriş qapısını dəmir metalla açdıqdan sonra sonuncu anbara qanunsuz daxil olaraq, anbardan bir ədəd Türkiyə Respublikasının istehsalı olan, Arçelik markalı, 5,5 kv-luq, 350 manat məbləğində su mühərrikini oğurlamaqla zərərçəkmiş şəxs Ağsu şəhər Bələdiyyəsinə 350 manat məbləğində, ümumilikdə isə Ağsu şəhər Bələdiyyəsinə 430 manat məbləğində ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında anbara qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında anbara qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamış, təkrarən oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 04 fevral 2023-cü il tarixdə saat 21 radələrində Ağsu şəhər Bələdiyyəsinin mülkiyyətində olan Ağsu şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən Mədəniyyət və İstirahət parkının içərisindəki, səhnə kimi istifadə olunan inzibati tikilinin qarşısına gəlmiş, əvvəlcədən aralarında olan rol bölgüsünə və razılığa əsasən Təqsirləndirilən şəxs1 kənarda dayanıb ətrafdan kənar şəxslərin gəlib-gəlməməsini gözləmiş, o, isə inzibati tikilinin daxilində yerləşən anbarın arxa giriş qapısını baltanın tiyəsi ilə açdıqdan sonra anbara qanunsuz daxil olaraq anbardan bir ədəd Çin Respublikasının istehsalı olan, SHİMGE markalı, 220 voltluq 80 (səksən) manat məbləğində su mühərrikini oğurlayıb zərərçəkmiş şəxs Ağsu şəhər Bələdiyyəsinə 80 manat məbləğində maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında anbara qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 05 fevral 2023-cü il tarixdə saat 21 radələrində Ağsu şəhər Bələdiyyəsinin mülkiyyətində olan Ağsu şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən Mədəniyyət və İstirahət parkının içərisindəki, səhnə kimi istifadə olunan inzibati tikilinin qarşısına gəlmiş, əvvəlcədən aralarında olan rol bölgüsünə və razılığa əsasən Təqsirləndirilən şəxs1 kəınarda dayanıb ətrafdan kənar şəxslərin gəlib-gəlməməsini gözləmiş, o, isə həmin səhnənin daxilində yerləşən anbarın arxa giriş qapısını dəmir metalla açaraq anbara qanunsuz daxil olub anbardan bir ədəd Türkiyə Respublikasının istehsalı olan, Arçelik markalı, 5,5 kv-luq, 350 manat məbləğində su mühərrikini oğurlayıb zərərçəkmiş şəxs Ağsu şəhər Bələdiyyəsinə 350 manat məbləğində, ümumilikdə isə Ağsu şəhər Bələdiyyəsinə 430 manat məbləğində maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında anbara qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşasa da, sonradan həyatında baş verən problemlərə görə həmin evi satmış və tutulmamışdan qabaq qardaşına məxsus evdə, yəni ünvan 2 ünvanında yaşayırmış. Hal-hazırda həyat yoldaşından boşanmış və övladları keçmiş həyat yoldaşı ilə birlikdə yaşayır. Əvvəllər üzərində narkotik vasitə saxladığından məhkum olunmuşdur. Hazırda heç bir yerdə işləmir. Çox vaxt Ağsu şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən parkda, səhnənin bir otağında qalan Təqsirləndirilən şəxs2la yoldaşlıq edərək, birlikdə əldə etdiyi pulla aldıqları spirtli içkiləri içərək, günlərini keçirirlər. 04 fevral 2023-cü il tarixdə axşam üstü saat təxminən 20 radələrində Turabla birlikdə parkda olarkən, siqaret və spirtli içki almaq üçün pulları olmamışdır. Həmin vaxt Turab ona parkın səhnəsinin daxilində olan, anbar kimi istifadə olunan otağın içərisində su mühərriki olduğunu, həmin su mühərrikini satıb pul əldə edib-etməyəcəyini soruşmuşdur. O, da su mühərrikinin içində mis olduğunu, mühərriki satıb pul əldə edə biləcəyini bildirmişdir. Turab səhnənin qapısının bağlı olduğunu bildirib, ondan qapını nə ilə açacağını soruşmuşdur. O da balta olduğunu, baltanı gətirib qapını açmağı təklif etmiş və baltanı gətirmək üçün getmişdir. O həmin gün qaldığı evdə istifadə etdiyi baltanın tiyəsini itiləmək üçün ustaya vermişdir. Usta baltanın tiyəsini itilədikdən sonra o, parkın yaxınlığında olan kafedə domino oynadığı üçün baltanı gətirib parkın kənarında olan yerdə gizlətmişdir. O, Turabdan aralanıb parkın kənarına getmiş və baltanı gətirib Turaba vermişdir. Həmin vaxt saat təxminən 21 radələri olmuşdur. Onlar səhnənin arxa hissəsində olan otağın qapısının yanına gəlmişlər. O, biraz kənarda dayanmışdır. Onun kənarda dayanmağının məqsədi, kimsə gələrsə Turaba xəbər vermək olmuşdur. Turab baltanın tiyəsini plastik materialdan olan qapının kənarı ilə əlcək hissəsinin yanından qapının arasına salıb qapını içəri basaraq açmışdır. Bundan sonra Turab otağa daxil olmuş və əlində bir ədəd su mühərriki ilə geri qayıtmışdır. O, Turabdan su mühərrikini alıb qaldığı evə gedərkən Meleratorlar qəsəbəsində olan dayanacağın kənarında gizlətmiş və yaşadığı evə getmişdir. Səhəri gün, yəni 05 fevral 2023-cü il tarixdə o, həmin su mühərrikini götürüb Ağsu şəhərində əlvan metal qəbulu ilə məşğul olan Tofiq adlı şəxsin obyektinə gedib, su mühərrikini 4 (dörd) manat qarşılığında Tofiqə satmışdır. Daha sonra 4 manat pulu alıb, Turabın yanına gedib, əldə etdiyi pulun 2 manatını Turaba vermişdir. Həmin gün, yəni 05 fevral 2023-cü il tarixdə axşam vaxtlarında saat 21 radələrində parkda Turabla birlikdə olarkən, Turab səhnənin arxasında olan otağın içərisində başqa bir su mühərrikin də olduğunu, həmin mühərriki də gətirəcəyini, aparıb həmin mühərriki də satmağını bildirmişdir. Sonra Turab səhnənin arxa hissəsinə keçmiş və qapını açmaq üçün bir ədəd dəmir parçası tapmışdır. Bundan sonra Turab həmin dəmir parçası ilə otağın qapısını açmış və otağa daxil olmuşdur. Bu zaman o, otaqdan biraz kənarda dayanmışdır. Onun kənarda dayanmağının məqsədi kimsə gələrsə Turaba xəbər vermək olmuşdur. Bir neçə dəqiqədən sonra Turab əlində bir ədəd su mühərriki ilə geri qayıtmışdır. O, Turabdan su mühərrikini alıb, qaldığı evə gedərkən su mühərrikini Meleratorlar qəsəbəsində olan dayanacağın kənarında gizlətmiş və yaşadığı evə getmişdir. Onu da qeyd etmişdir ki, ikinci dəfə oğurladıqları su mühərriki birinci dəfə oğurladıqları su mühərrikindən böyük olmuşdur. Səhəri gün, yəni 06 fevral 2023-cü il tarixdə o, həmin yerə gəlib su mühərrikini götürmüş və dayanacaqdan biraz aralıda, mühərrikin üst hissəsini qırıb, içində olan misləri götürüb, Tofiqin obyektinə gedərək, mis sarğıları Tofiqə vermişdir. Tofiq mis sarğıları tərəzidə çəkdikdən sonra ona 22 manat 50 qəpik pul vermişdir. O, Tofiqdən pulu aldıqdan sonra Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “fəhlə bazarı” deyilən yerə gedərək Turabla görüşmüşdür. Daha sonra mağazadan spirtli içki olan araq alaraq kafeyə getmişlər. Turabla birlikdə yemək yeyib, spirtli içki qəbul etmişlər. 07 fevral 2023-cü il tarixdə hər ikisini polis şöbəsinə gətirmiş, onlardan oğurluq edib-etməmələrini soruşmuşlar. Onlar da oğurluq etdiklərini etiraf etmişlər. Əlavə olaraq bildirmişdir ki, həmin su mühərriklərini o, parkın səhnəsinin içərisində olan otaqdan götürməmişdir. Həmin su mühərriklərini otaqdan Təqsirləndirilən şəxs2 götürüb ona vermişdir. Turab həmin su mühərriklərini otaqdan götürən zaman o, ətrafda kimsə gələrsə Turaba xəbər vermək üçün gözləmişdir. O, həmin su mühərriklərini Tofiq adlı şəxsə satmış və əldə etdiyi pulu Turabla bölmüşlər. Birinci oğurluğu 04 fevral 2023-cü il tarixdə axşam saat 21 radələrində, ikinci oğurluğu isə 05 fevral 2023-cü il tarixdə axşam saat 21 radələrində etmişlər. İkinci dəfə oğurladığı su mühərrikinin üst hissəsini Meleratorlar qəsəbəsində dayanacağın yanında balta ilə qıran zaman balta da sındığı üçün o, baltanı su mühərrikinin hissələrini atdığı zibilliyə tullamışdır. O, başqa yerlədən oğurluq etməmişdir. Təqsirləndirilən şəxs1 daha sonra ifadəsində əməlindən səmimi peşmançılıq çəkdiyini, törətdiyi əməli səmimi etiraf etməsini, məhkumluğunun olmamasını, zərər çəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərər çəkmiş şəxslə barışmalarını, zərər çəkmiş şəxsin şikayətçi olmamasını, himayəsində azyaşlı uşaqlarının olmasını, əlil olmasını nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 təqsirləndirilən şəxsin əməlindən səmimi peşmançılıq çəkdiyini, törətdiyi əməli səmimi etiraf etməsini, məhkumluğunun olmamasını, zərər çəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərər çəkmiş şəxslə barışmalarını zərər çəkmiş şəxsin şikayətçi olmamasını, himayəsində azyaşlı uşaqlarının olmasını, əlil olmasını nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Ağsu rayon Qiyaslı kəndində ailə üzvləri birlikdə yaşasa da, sonradan yaşadığı ev yandığından və baş verən problemlərlə bağlı uzun müddət evsiz qalmışdır. Sonradan ona Ağsu şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən parkın səhnəsinin bir otağında qalmağa icazə verildiyindən, o, təxminən 8 ilə yaxındır ki, həmin otaqda qalır. Hal-hazırda ailəsindən ayrılmışdır və tək yaşayır. Əvvəllər oğurluq əməli törətdiyindən məhkum olunmuşdur. Hazırda heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs1 uzun müddətdir ki, tanıyır. Çox vaxt Təqsirləndirilən şəxs1 ilə yoldaşlıq edərək, birlikdə əldə etdikləri pulla aldıqları spirtli içkiləri içərək, günlərini keçirirlər. 04 fevral 2023-cü il tarixdə axşam üstü, saat təxminən 20 radələrində Namiklə birlikdə parkda olarkən, Namik pulunun olmadığını, pula ehtiyacının olduğunu bildirmişdir. O da Namikə parkın içərisində yerləşən səhnənin digər otağında, satılıb pul əldə edilməli əşyalar olduğunu, götürüb versə, satıb-sata bilməyəcəyini soruşmuşdur. Namikdə sata biləcəyini demişdir. Bundan sonra o, Namikə səhnənin qapısının bağlı olduğunu, Namikdən qapını nə ilə açacağını soruşmuşdur. Namik də balta olduğunu, baltanı gətirib qapını açmağı təklif etmiş və baltanı gətirmək üçün getmişdir. Biraz sonra Namik balta ilə parka gəlmişdir. Lakin o, Namikin baltanı haradan gətirdiyini bilməmişdir. Bundan sonra Namik baltanı ona vermişdir. Həmin vaxt saat 21 radələri olmuşdur. O da baltanın tiyəsini plastik materialdan olan qapının kənarı ilə əlcək hissəsinin yanından qapının arasına salıb qapını içəri basaraq açmışdır. Həmin vaxt Namik gələn olsa xəbər etsin deyə ondan biraz kənarda dayanmışdır. Bundan sonra içəri daxil olub, həmin otaqda olan bir ədəd su mühərrikini götürərək, çölə çıxardıb, Namikə vermişdir. O, su mühərrikini Namikə verdikdən sonra səhnənin qapısını oğurluq etdiklərini kimsə bilməsin deyə bağlamışdır. Namik həmin su mühərrikini götürüb aparmışdır. Səhəri gün, yəni 05 fevral 2023-cü il tarixdə saat təxminən 11 radələrində M.Ə.Rəsulzadə küçəsində parkın kənarında Namiklə görüşmüş. Namik ona su mühərrikini ucuz qiymətə satdığını, pulun az olduğunu bildirib ona 2 manat pul vermişdir. O da həmin pulla siqaret almışdır. Bundan sonra Namik çıxıb getmişdir. Həmin gün axşam vaxtlarında saat təxminən 21 radələrində Namiklə yenidən parkda görüşmüşlər. O, Namiklə görüşən zaman səhnənin içərisində başqa bir su mühərriki də olduğunu, həmin mühərriki də götürüb ona verəcəyini, həmin mühərriki satdıqdan sonra pulunu gətirib ona verməsini bildirmişdir. Bundan sonra o, səhnənin içərisində olan otağa daxil olmaq üçün dəmir metal axtarmağa başlamışdır. Bu zaman səhnənin arxasında dəmir parçası olduğunu görmüşdür. Bundan sonra həmin dəmir parçası ilə yenidən qapını açmışdır. Belə ki, dəmir parçasının plastik materialdan olan qapının kənarı ilə əlcək hissəsinin yanından qapının arasına salıb qapını içəri basaraq açmışdır. Həmin vaxt Namik gələn olsa xəbər etsin deyə ondan biraz kənarda dayanmışdır. O, otağa daxil olduqdan sonra otaqda olan digər su mühərrikini də götürüb, çölə çıxıb mühərriki Namikə vermişdir. Bundan sonra qapını bağlamışdır. Namik su mühərrikini ondan aldıqdan sonra gec olduğunu hazırda mühərriki sata bilməyəcəyini, sabah satıb, pulunu gətirəcəyini bildirmişdir. Onu da qeyd etmişdir ki, ikinci dəfə oğurladıqları su mühərriki birinci dəfə oğurladıqları su mühərrikindən böyük olmuşdur. 06 fevral 2022-ci il tarixdə Namik onunla M.Ə.Rəsulzadə küçəsində yerləşən fəhlə bazarında görüşərək, mühərriki satdığını bildirmişdir. Daha sonra mağazadan spirtli içki olan araq alaraq kafeyə getmişlər. Namiklə birlikdə yemək yeyib, spirtli içki qəbul etmişlər. Bundan sonra Namik çıxıb getmişdir. 07 fevral 2022-ci il tarixdə polis əməkdaşları onların oğurluq etdiyini bildirib, onları Ağsu rayon Polis Söbəsinə dəvət etmişlər. Əlavə olaraq bildirmişdir ki, həmin su mühərriklərini parkın səhnəsinin içərisində olan otaqdan o, götürüb Namikə vermişdir. Səhnənin plastik materialdan olan qapısının arasına birinci dəfə baltanın tiyəsini ikinci dəfə isə dəmir parçası salaraq, qapını açıb, otaqda olan su mühərriklərini oğurlayıb, satıb pul əldə etməsi üçün Namikə vermişdir. Onlar birinci oğurluğu 04 fevral 2023-cü il tarixdə axşam saat 21 radələrində, ikinci oğurluğu isə 05 fevral 2023-cü il tarixdə axşam saat 21 radələrində etmişlər. Oğurluq etdiyi səhnənin arxa hissəsində 2 otaq var. Ona həmin otaqlardan birində qalmağa icazə verilmişdir. Digər otaqda isə, yəni oğurluq etdiyi otaqda qalmağına icazə verilməmişdir. Başqa yerlədən oğurluq etməmişdir. Təqsirləndirilən şəxs2 daha sonra ifadəsində əməlindən səmimi peşmançılıq çəkdiyini, törətdiyi əməli səmimi etiraf etməsini, məhkumluğunun olmamasını, zərər çəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərər çəkmiş şəxslə barışmalarını zərər çəkmiş şəxsin şikayətçi olmamasını nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 təqsirləndirilən şəxsin əməlindən səmimi peşmançılıq çəkdiyini, törətdiyi əməli səmimi etiraf etməsini, məhkumluğunun olmamasını, zərər çəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərər çəkmiş şəxslə barışmalarını zərər çəkmiş şəxsin şikayətçi olmamasını nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin nümayəndəsi X4 ifadəsində göstərmişdir ki, Ağsu şəhəri Azərbaycan küçəsi ev 15-də ailə üzvləri ilə birlikdə yaşayır. 2020-ci ildən Ağsu şəhər bələdiyyəsinin sədr müavini vəzifəsində işləyir. İşlədiyi bələdiyyənin mülkiyyətində Ağsu şəhər M.Ə.Rəsulzadə küçəsində yerləşən “Mədəniyyət və İstirahət Parkı”ı vardır. Gündəlik olaraq həmin parkın təmizlik və digər işlərinə nəzarət edir. Onu da qeyd etmişdir ki, Mədəniyyət və İstirahət Parkının içərisində şənliklərin və tədbirlərin keçirilməsi üçün səhnə deyilən inzibati tikili yerləşir. Bayram şənliklərində və kütləvi tədbirlər zamanı həmin səhnədən istifadə olunur. Səhnənin olduğu tikilidə səhnədən əlavə yardımçı otaqlar da vardır. Həmin otaqlardan biri də anbar kimi istifadə olunur. Belə ki, parkın təmizliyi ilə məşğul olan işçilərin əşya və ləvazimatları, həmçinin parkın işıqlandırılmasında, suvarılmasında və bir çox işlərin görülməsində lazım olan əşya, avadanlıq və ləvazimatlar həmin anbara yığılır. Anbarda elektrik naqilləri, elektrik dirəkləri, parkın təmizliyi ilə məşğul olan fəhlələrin paltarları, su vedrələri, zibil tullantılarının atılması üçün nəzərdə tutulmuş arabalar vardır. Həmin anbarın qapısının açarları da onda olur. O, hər gün həmin anbarın qapısını açır və işçilər özlərinə lazım olan əşya və ləvazimatları götürülər. 6-cı və bazar günləri iş olmadığı üçün onlar parka getmirlər. Sonuncu dəfə 03 fevral 2023-cü il tarixdə o, həmin otağın qapısını açmışdır. Həmin gün otaqdan hər hansı əşyanın oğurlanmasına rast gəlməmişdir. 06 fevral 2023-cü il tarixdə səhər saatlarında “Mədəniyyət və İstirahət Parkı”ının təmizlik işlərinə nəzarət etməyə gedərkən, parkın səhnəsinin daxilində yerləşən otağın plastik materialdan olan arxa qapısının açılmasını aşkar etmişdir. Otağın içərisinə daxil olarkən otağın içərisində olan 1(bir) ədəd Çin Respublikasının istehsalı olan “shlmse” markalı 220 voltluq 135 manat məbləğində su mühərrikinin və 1(bir) ədəd Rusiya Federasiyasının istehsalı olan, 5,5 kv-luq, 350 manat məbləğində fantanın su mühərrikinin yerində olmadığını, naməlum şəxs tərəfindən oğurlanmasını aşkar etmişdir. Bu səbəbdən də 07 fevral 2023-cü il tarixdə rayon polis şöbəsinə rəsmi olaraq bu barədə müraciət etmişdir. X4 əlavə ifadəsində göstərmişdir ki, o, Ağsu rayon X7 Qrupuna verdiyi əvvəlki ifadəsini təsdiq edir. Lakin bildirir ki, əvvəlki ifadəsində oğurlanmış su mühərikklərinin markasını və əlamətlərini səhv göstərmişdir. Belə ki, o, ifadəsində Türkiyə Cümhuriyyətinin istehsalı etdiyi mühərrikin səhvən Rusiya Federasiyasının istehsalı olduğunu bildirmişdir. Həmin su mühərriki Türkiyə Cümhuriyyətinin istehsalı olmaqla Arçelik firmasına məxsusdur və 5,5 KV-luq su motorudur. Digər su mühərrikinin isə markasını səhv göstərmişdir. Belə ki, həmin su mühərriki də Çin Respublikasının istehsalıdır, SHİMGE markalı və 220 voltluq su mühərrikidir. Həmin su mühərriklərinin qiymətləri ilə bağlı məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olumuş və ekspertizanın xx.xx.2023-cü il tarixli 9/1888 saylı rəyində həmin su mühərriklərinin qiymətləri göstərilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə tanış olmuşdur. O, ekspertizanın rəyində göstərilən qiymətlərlə razıdır. Heç bir narazılığı, şikayəti və yaxud vəsatəti yoxdur. Zərər çəkmiş şəxs daha sonra ifadəsində təqsirləndirilən şəxslərin ziyanı ödədiklərini, onlarla barışdıqlarını, şikayətçi olmadıqlarını, bundan başqa təqsirləndirilən şəxslərin əməllərindən səmimi peşmançılıq çəkmələrini, törətdikləri əməli səmimi etiraf etmələrini nəzərə alaraq onlara azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X5 ifadəsində ibtidai istintaqda verdiyi ifadəni təsdiq etdiyini bildirərək qeyd etmişdir ki, ünvan 3 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Hal-hazırda əlvan və qara metalların qəbulu işi ilə məşğul olur. Onun yaşadığı evin həyətində metal qəbulu məntəqəsi vardır. O, həmin məntəqədə əlvan və qara metalların qəbulunu həyata keçirir. Təqsirləndirilən şəxs1 Ağsu şəhər sakini kimi tanıyır. Aralarında heç bir ədavət və ya düşmənçiliyi yoxdur. 05 fevral 2023-cü il tarixdə saat təxminən 10 radələrində metal qəbulu məntəqəsində olan zaman Təqsirləndirilən şəxs1 məntəqəyə bir ədəd su mühərriki gətirib, həmin mühərrikin yararsız vəziyyətdə olduğunu və həmin mühərriki metal kimi satmaq istədiyini bildirib mühərrikin müqabilində nə qədər pul verəcəyini soruşmuşdur. Təqsirləndirilən şəxs1 ona mühərrikin yararsız vəziyyətdə olduğunu dediyi üçün o da mühərriki metal (dəmir) kimi qəbul edəcəyi təqdirdə dəmirin bir kiloqramının 40 qəpik olmasını, mühərrikin isə çəkisinin 10 kiloqrama yaxın olduğunu nəzərə alıb mühərriki alacağı təqdirdə 4 (dörd) manat pul verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 onunla razılaşmışdır. Onu da qeyd etmişdir ki, o, Təqsirləndirilən şəxs1 su mühərrikini alan zaman mühərrikin oğurluq olub-olmamasını soruşmuş, Namik isə su mühərrikinin oğurluq olmadığını mühərriki yararsız vəziyyətdə zibillikdən tapdığını bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs1 su mühərrikini alıb 4 (dörd) manat pul vermişdir. Təqsirləndirilən şəxs1 da çıxıb getmişdir. Bundan bir gün sonra yəni 06 fevral 2023-cü il tarixdə saat təxminən 10 radələrində Təqsirləndirilən şəxs1 metal qəbulu məntəqəsinə gələrək 2,5 kiloqramlıq mis metal gətirdiyini və satmaq istədiyini bildirmişdir. Həmin vaxt o, Namikdən mis metalın oğurluq olub-olmamasını soruşmuş, Namik isə mis metalın oğurluq olmadığını yaşadığı evdən gətirdiyini bildirmişdir. Bundan sonra o, mis metalı Təqsirləndirilən şəxs1 qəbul edib Namikə 22 manat 50 qəpik pul vermişdir. Təqsirləndirilən şəxs1 çıxıb getmişdir. 07 fevral 2023-cü il tarixdə polis əməkdaşları onun metal qəbulu məntəqəsinə gələrək ondan son iki gün ərzində kimlərdən metal qəbul etdiyini soruşmuşlar. O da son iki gün ərzində kimlərdən, hansı metalları qəbul etdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs1 aldığı su mühərrikini və mis metalı istəmişlər. O da həmin su mühərrikinin hissələrini və mis metalı polis əməkdaşlarına təqdim etmişdir. Onu da qeyd etmişdir ki, Təqsirləndirilən şəxs1 su mühərrikini ona satdıqdan sonra o, həmin mühərriki hissələrə ayırmışdır. Onun əlvan və qara metalların qəbulu ilə məşğul olmağı barədə icazəsi var və o, vergi ödəyicisidir. Məhkəmə iclasında dövlət ittihamçısı yekun çıxışında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamın birinci epizodu üzrə əməldə cinayət tərkibi olmadığından cinayət təqibindən hissəvi imtina edərək, təqsirləndirilən şəxslərin hər birinə münasibətdə, verilmiş ümumi ittihamdan 1-ci epizodun və 2-ci epizod üzrə CM-in 177.2.2-ci maddəsinin xaric edilməsini, onlara qarşı cinayət təqibinin CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə davam etdirilməsini xahiş etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 08 fevral 2023-cü il tarixli qərardan görünür ki, material üzrə fakta görə CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. - 07 fevral 2023-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, X2 iştirakı ilə hadisə yerinə, yəni Ağsu şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən Mədəniyyət və İstirahət parkının içərisindəki, səhnə kimi istifadə olunan inzibati tikiliyə baxış keçirilmiş, baxış zamanı Mehman Səfərov həmin inzibati tikilinin içərisində yerləşən otaqdan 2 ədəd su mühərriklərinin oğurlanmasını bildirmişdir. Foto şəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir. - 07 fevral 2023-cü il tarixli maddi sübutun götürülməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 metal qəbulu fəaliyyəti ilə məşğul olan Tofiq Səmədova xx.xx.2023-cü il tarixdə satdığı 01 ədəd sumatoru və xx.xx.2023-cü il tarixdə satdığı su motorunun mis metalı maddi sübut əhəmiyyətinə malik olduğu üçün Tofiq Səmədovdan təhvil götürülmüşdür. Foto şəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir. - Ağsu Rayonu Ağsu Bələdiyyəsinin 08 fevral 2023-cü il tarixli, 04 saylı məktubuna əsasən, M.Ə.Rəsulzadə küçəsində yerləşən Mədəniyyəət və İstirahət parkı 02 avqust 2002-ci il tarixli Akta əsasən Azərbaycan Respublikasının Nazirlər kabinetinin 08 iyul 2002-ci il tarixli, 106 nömrəli qərarına uyğun olaraq “Rayon kommunal müəssisələri kombinatının və mənzil istismarı idarəsinin balansında olan bəzi əmlakların Ağsu bələdiyyəsinin balansına verilməsi haqqında” Ağsu rayon İcra Hakimiyyəti Başçının 30 iyul 2002-ci il tarixli, 85 saylı sərəncamının icrası ilə əlaqədar rayon Kommunal müəssisələri kombinatının balansında olan əmlaklar aşağıdakı qaydada Ağsu Bələdiyyəsinin balansına əvəzsiz olaraq verilmişdir. Mədəniyyət və İsirahət parkının sahəsi 14116,8 kvadrat metr, ilkin balans dəyəri 912.90 manat, bərpa edildikdən sonra 2016-cı ildə 4089,60 manat olmuşdur. - 08 fevral 2023-cü il tarixli qərardan görünür ki, Ağsu şəhər Bələdiyyəsi cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. - 08 fevral 2023-cü il tarixli qərardaş görünür ki, Ağsu şəhər Bələdiyyəsinin sədr müavini X6 zərərçəkmiş şəxsin nümayəndəsi kimi tanınmışdır. - 08 fevral 2023-cü il tarixli əşyaların maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 metal qəbulu fəaliyyəti ilə məşğul olan Tofiq Səmədova satdığı bir ədəd su matorunun hissələri və bir ədəd su matorunun mis metalı cinayət işi üzrə maddi sübut hesab edilmişdir. - 08 fevral 2023-cü il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanması barədə protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs1 iştirakı ilə onun ifadəsi yerində yoxlanılmış və Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi xüsusatları ifadəsinin yerində yoxlanılması zamanı bir daha təsdiq etmişdir və foto şəkillər çəkilərək həmçinin videoçəkilişin olduğu CD-disk iş materiallarına əlavə edilmişdir. - 08 fevral 2023-cü il tarixli maddi sübutlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, bir ədəd su mühərrikinin hissələri və digər su mühərrikinin mis metalı Təqsirləndirilən şəxs1 təqdim olunarkən Təqsirləndirilən şəxs1 həmin su mühərrikini bütöv halda Tofiq Səmədova satdığını, Tofiq Səmədovun həmin mühərriki hissələrə ayırdığını, digər su mühərrikini isə özü yararsız vəziyyətə salaraq mis metalını Tofiq Səmədova satdığını bildirmişdir. Foto şəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir. - 08 fevral 2023-cü il tarixli maddi sübutlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 su mühərrikini bütöv halda Təqsirləndirilən şəxs1la birlikdə oğurlamışlar və Təqsirləndirilən şəxs1 su mühərrikini bötöv halda Tofiq Səmədova satmışdır. Daha sonra Təqsirləndirilən şəxs2 ikinci dəfə oğurladıqları su mühərrikini Təqsirləndirilən şəxs1 özü yararsız vəziyyətə salıb su mühərrikinin mis metalını Tofiq Səmədova satmışdır. Foto şəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir. - Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 09 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1-ci, 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. - Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 09 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1-ci, 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. - 10 fevral 2023-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 iştirakı ilə onun ifadəsi yerində yoxlanılmış və Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi xüsusatları ifadəsinin yerində yoxlanılması zamanı bir daha təsdiq etmişdir və foto şəkillər çəkilərək həmçinin videoçəkilişin olduğu CD-disk iş materiallarına əlavə edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 04 aprel 2023-cü il tarixli 9/1888 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin fevral ayına orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 430,0 manat müəyyən olunur. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində aşağıdakı kimi müəyyən olunmuşdur. 1. bir ədəd Çin Respublikasının istehsalı olan, SHİMGE markalı, 220 voltluq su mühərriki - 80 manat, 2. bir ədəd Türkiyə Respublikasının istehsalı olan, Arçelik markalı, 5,5 kv-luq su mühərriki - 350 manat. - Sübutların qiymətləndirilməsi haqqında 12 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixli qərarla CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamın məzmununa dəyişiklik edilməklə ona həmin Məcəllənin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmiş, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixli qərarla CM-nin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə elan edilmiş ittihamın məzmununa dəyişiklik edilməklə ona həmin Məcəllənin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmiş, əməlində cinayət tərkibi omadığından X3 barəsində cinayət təqibi başlanması rədd edilmiş, iş üzrə vurulmuş ziyanın məbləği 430 manat məbləğində qəbul edilmiş, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/1888 saylı rəyi, təqsirləndirilən, zərərçəkmiş və şahid ifadələri, həmçinin cinayət işi materiallarına əlavə edilmiş sənədlər və 2 ədəd CD disk sübut növü kimi tanınmış, iş üzrə Təqsirləndirilən şəxs1 metal qəbulu fəaliyyəti ilə məşğul olan Tofiq Səmədova satığı 1 ədad su mühərrikinin hissələrinin və 1 ədəd su mühərrikinin mis metalının 08 fevral 2023cü il tarixli qərarla cinayət işi üzrə maddi subut kimi tanınması nəzərə alınmışdır. - 13 aprel 2023-cü il tarixli təqsirləndirilən şəxsə elan olunmuş ittihamın məzmununa dəyişikliklər edilməklə ona yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. - 13 aprel 2023-cü il tarixli təqsirləndirilən şəxsə elan olunmuş ittihamın məzmununa dəyişikliklər edilməklə ona yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-ci il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan ifadələrlə tərtib olunmalı, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli qərarına əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Yaşayış sahəsi dedikdə yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Bina dedikdə istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Həmin Qərarda həmçinin göstərilir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-in 16.2-ci maddəsinə müvafiq olaraq, CM-in 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-in 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir. Həmin Qərarda eyni zamanda göstərilmişdir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, Cinayət Məcəlləsinin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri CM-in 177.2.2-ci maddəsi ilə düzgün tövsif edilməmişdir. Belə ki, CM-nin 177-ci maddəsinin qeyd hissəsinin birinci bəndinə əsasən bu Məcəllənin 177.2.1-177.2.3- 2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Hazırkı ittihamdan isə görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara elan olunmuş ittihamın birinci epizodu üzrə, yəni 04 fevral 2023-cü il tarixdə, saat 21 radələrində Ağsu şəhər Bələdiyyəsinin mülkiyyətində olan Ağsu şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən Mədəniyyət və İstirahət parkının içərisindəki, səhnə kimi istifadə olunan inzibati tikilinin daxilində yerləşən anbarından 80 (səksən) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Həmçinin zərər çəkmiş şəxsə dəymiş ziyan ödənilmiş və zərər çəkmiş şəxs şikayətçi deyil. Göründüyü kimi törədilmiş əməl nəticəsində əmlakın mülkiyyətçisinə yüz manatdan aşağı, yəni səksən manat məbləğdə ziyan vurulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati məsuliyyətə cəlb edilir. Həmin maddənin qeyd hissəsinə əsasən bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Bundan başqa həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamdan oğurluğun təkrar törədilməsinə dair tövsifedici bəndi, yəni CM-in 177.2.2-ci maddəsi xaric edilməlidir. CPM-in: 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır (21.1.). Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır (21.2.). Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür (21.3.). 41.3-cü maddəsinə dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. 43.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsləri, onların müdafiəçilərini, zərərçəkmiş şəxsləri və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirlilikləri özlərinin etirafedici ifadələri ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri ayrılıqda CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir, onların cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. CPM-in 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində ittiham hökmü çıxarılmalı və onların hər birinə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə (177.2.1); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə (177.2.3) - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - Cinayət törətməkdə şübhəli olan şəxsi tutma haqqında 08 fevral 2023-cü il tarixli protokoldan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1-ci, 177.2.2ci və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə xx.xx.2023cü il tarixdə saat 15:00 radələrində şübhəli şəxs qismində tutulmuşdur. - Cinayət törətməkdə şübhəli olan şəxsi tutma haqqında 08 fevral 2023-cü il tarixli protokoldan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1-ci, 177.2.2ci və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərni törətməkdə xx.xx.2023cü il tarixdə saat 19:30 radələrində şübhəli şəxs qismində tutulmuşdur. - Ağsu Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs1 barəsində 3 ay müddətinə həbs qətimkan tədbir seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. - Ağsu Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs2 barəsində 3 ay müddətinə həbs qətimkan tədbir seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 28 mart 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Ağsu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və cəzasını xx.xx.2022-ci il tarixdə çəkib qurtarmışdır. - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 28 mart 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Ağsu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinib 3000 (üç min) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. - Ağsu Rayon İcra və Probasiya Şöbəsinin 092/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Ağsu Rayon Məhkəməsinin 1(016)- 30/2016 saylı, xx.xx.2016-cı il tarixli hökmünə əsasən 3000 (üç min) manat məbləğində cərimə cəzasına məhkum edilmiş, onun barəsində olan cərimə cəzası Ağsu Rayon Məhkəməsinin 7(016)-01/2019 saylı qərarı ilə 424 (dörd yüz iyirmi dörd) saat ictimai işlər cəzası ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxs2 cəzasını xx.xx.2020-ci il tarixdə çəkib qurtarmışdır. Təqsirləndirilən şəxs1 Ağsu Rayon Məhkəməsinin 1(016)-08/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs1 cəzasını xx.xx.2022-ci il tarixdə çəkib qurtarmışdır. Hər iki şəxs hal-hazırda Ağsu Rayon İcra və Probasiya Şöbəsinin qeydiyyatında yoxdur. CM-nin: 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 Ağsu Rayon Məhkəməsinin 1(016)-30/2016 saylı, xx.xx.2016-cı il tarixli hökmünə əsasən 3000 (üç min) manat məbləğində cərimə cəzasına məhkum edilmiş, onun barəsində olan cərimə cəzası Ağsu Rayon Məhkəməsinin 7(016)-01/2019 saylı qərarı ilə 424 (dörd yüz iyirmi dörd) saat ictimai işlər cəzası ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxs2 cəzasını xx.xx.2020-ci il tarixdə çəkib qurtarmışdır. Təqsirləndirilən şəxs1 isə Ağsu Rayon Məhkəməsinin 1(016)- 08/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və cəzasını xx.xx.2022-ci il tarixdə çəkib qurtarmışdır. Hər iki şəxs hal-hazırda Ağsu Rayon İcra və Probasiya Şöbəsinin qeydiyyatında yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər cinayət törətməyə görə məhkum olunsalar da onlara azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən həmin cinayətlərə görə məhkumluqlar CM-nin 18.4.4-cü maddəsinə əsasən residiv yaratmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının: 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 2-ci bəndində qeyd olunmuşdur ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğlunun CM-nın 177.2.1 və 177.2.3-cü maddələri ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ağsu rayon İcra Hakimiyyəti Ağsu şəhər Mənzil İstismar Sahəsi tərəfindən verilmiş 10 aprel 2023-cü il tarixli məktub və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaxınlarının dediyinə görə həbs olunduğu günədək ünvan 5 ünvanında yaşayır. Onun barəsində Ağsu rayon Mənzil İstismar Sahəsinə nə yazılı, nə də şifahi şikayət xarakterli material daxil olmamışdır. - Ağsu rayon İcra Hakimiyyəti Başçısının Çaparlı kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin 11 aprel 2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 Ağsu rayonunun Qiyaslı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamır. - Ağsu rayon İcra Hakimiyyəti Başçısının Çaparlı kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.1980-cı il tarixdə Ağsu rayonu, Qiyaslı kəndində anadan olub. Uzun illərdir ki, Qiyaslı kəndində yaşamır. Hal-hazırda Ağsu rayonu, Qiyaslı kəndində yaşamır, yaxınlarının dediyinə görə Ağsu şəhərində müxtəlif ünvanlarda yaşayır. - ünvan 8tubundan görünür ki, 04-05 fevral 2023-cü il tarixində Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində olan Ağsu şəhər Bələdiyyəsinin mülkiyyətindəki Mədəniyyət və İstirahət parkının səhnəsinin içərisində yerləşən otaqdan oğurlanmış su mühərrikləri ilə bağlı Ağsu bəldiyyəsinə dəymiş maddi ziyan tam olaraq ödənilmişdir. CM-nin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsi CM-nin 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini CM-nin 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmə əlavə olaraq Təqsirləndirilən şəxs2 cinayəti səmimi etiraf etməsini, törətdiyi əməldən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal qismində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Məhkəmə zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsi CM-nin 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini CM-nin 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmə əlavə olaraq Təqsirləndirilən şəxs1 cinayəti səmimi etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CMnin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal qismində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin onun şəxsiyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq belə qənaətə gəlir ki, ona CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan 08 fevral 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan, Ağsu Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 08 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 09 fevral 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 08 fevral 2023-cü il tarixdən hesablanmışdır. CPM-in 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı tutulduğu və həbsdə olduğu 08 fevral 2023-cü il tarixdən 27 iyul 2023-cü il tarixdək olan müddət 5 (beş) ay 19 (on doqquz) gün müddət həbsdə olma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunacaq cəzadan çıxılmaqla onun üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin onun şəxsiyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq belə qənaətə gəlir ki, ona CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan 08 fevral 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan, Ağsu Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 08 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 09 fevral 2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 08 fevral 2023-cü il tarixdən hesablanmışdır. CPM-in 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı tutulduğu və həbsdə olduğu 08 fevral 2023-cü il tarixdən 27 iyul 2023-cü il tarixdək olan müddət 5 (beş) ay 19 (on doqquz) gün müddət həbsdə olma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunacaq cəzadan çıxılmaqla onun üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Məhkəmə CPM-in 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Ağsu rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs1 metal qəbulu fəaliyyəti ilə məşğul olan Tofiq Səmədova satdığı bir ədəd su mühərrikinin hissələri və bir ədəd su mühərrikinin mis metalı zərər çəkmiş şəxsə qaytarılmalı, CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 50 manat ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Cinayət işinin materiallarından görünür ki, məhkəmə icraatı zamanı isə dövlət hesabına dəvət olunmuş vəkil Müdafiəçi1 Təqsirləndirilən şəxs1, vəkil Müdafiəçi2 Təqsirləndirilən şəxs2 hüquqi yardım göstərmişdir. Məhkəmə hesab edir ki, vəkillərin iş materialları ilə tanış olmaqla birlikdə həmin təqsirləndirilən şəxslərə göstərdikləri hüquqi yardıma görə iştirak etdikləri müddət üçün, Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən, hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla, müdafiəçilərə müvafiq hesablaşma hesabı üzərindən 6 saylı Vəkil Bürosu vasitəsi ilə əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 verilmiş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi xaric edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 hazırkı iş üzrə ibtidai istintaq zamanı tutulduğu və həbsdə olduğu 08 fevral 2023-cü il tarixdən 27 iyul 2023-cü il tarixədək olan 05 (beş) ay 19 (on doqquz) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 02 (iki) il 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, yaşadığı Ağsu rayonunun hüdudlarını tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs1 verilmiş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi xaric edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 hazırkı iş üzrə ibtidai istintaq zamanı tutulduğu və həbsdə olduğu 08 fevral 2023-cü il tarixdən 27 iyul 2023-cü il tarixədək olan 05 (beş) ay 19 (on doqquz) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 02 (iki) il 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, yaşadığı Ağsu rayonunun hüdudlarını tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Maddi sübut qismində tanınmış Ağsu rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs1 metal qəbulu fəaliyyəti ilə məşğul olan Tofiq Səmədova satdığı bir ədəd su mühərrikinin hissələri və bir ədəd su mühərrikinin mis metalı hökm qanuni qüvvəyə mindikdən sonra zərər çəkmiş şəxs Ağsu şəhər Bələdiyyəsinə qaytarılsın. İş üzrə məhkəmə məsrəfi olan 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub X1, Kod 2100 05, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi-VÖEN-**********, hesab-AZ34CTRE********************01 hesabına ödənilsin. Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı göstərdiyi 20 (iyirmi) saat hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi1 hesabına köçürülməsi, şəxs Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərdiyi 20 (iyirmi) saat hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi2 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №1(016)-35/2023
Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-35/2023
27.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver