Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-37/2024 18.10.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X29 Natiq oğlunun sədrliyi Məhkəmə iclasının katibi Ağayev Rəşad Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X6, Təqsirləndirilən şəxs Nurı̇ yev Məhəbbət Baba oğlunun və onun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs Mürsəlov Sı̇ mran Mübarı̇ z oğlunun və onun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs İsgəndərov İlkı̇ n Pənah oğlunun və onun vəkili Müdafiəçi4 iştirakları ilə xx.xx.2006-cı ildə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Ağsu şəhəri, Xanlar küçəsi ev 2də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Nuri̇ yev Məhəbbət Baba oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.1, 177.2.3, 180.2.2, 180.2.3 və 180.2.4-cü maddələri, xx.xx.2003-cü ildə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 3-də qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Mürsəlov Si̇ mran Mübari̇ z oğlunun CM-in 177.2.1 və 177.2.3-cü maddələri, xx.xx.2003-cü ildə Ağsu rayonu, Maşadqanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağsu şəhəri, Meleoratorlar qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş İsgəndərov İlki̇ n Pənah oğlunun CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında audio və video yazı aparmaqla baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında binaya qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamış və təkrarən yaşayış sahəsinə qanunsuz olaraq girərək zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün təhlükəli olmayan zor tərbiq etməklə özgənin əmlakını açıq talamışdır. Təqsirləndirilən şəxs1 tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında, 24 oktyabr 2023-cü il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs1 məxsus, Ağsu şəhəri, H.Əliyev küçəsində yerləşən “Nicat” adlı marketə qanunsuz daxil olaraq orada olan bir blok, hər blokunda 10 qutu olan, ağ rəngli, qalın, 43 manat dəyərində “Sobranie” markalı siqaretləri, bir blok, göy rəngli, qalın, hər blokunda 10 qutu olan, 43 manat dəyərində “Sobranie” markalı siqaretləri, bir blok, hər blokunda 10 qutu olan, ağ rəngli, nazik, 43 manat dəyərində “Sobranie” markalı siqaretləri, bir blok, içində 10 qutu olan, 38 manat dəyərində kompakt “Vinston” markalı siqaretləri, 8 qutu, 25,60 manat dəyərində, “LD” markalı siqaretləri özləri ilə götürərək gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 192,6 (bir yüz doxsan iki manat, altmış qəpik) manat məbləğində maddi ziyan vurmaqla, qabaqcadan əlbir olan bir qrup şəxs halında binaya qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə 22 dekabr 2023-cü il tarixdə saat 00:30 radələrində orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində qonşusu Zərərçəkmiş şəxs2 yaşadığı, ünvan 1 ünvanında yerləşən evin yaxınlığına gələrək ətrafda başqa şəxslərin olmadığına əmin olduqdan sonra həmin evin həyətinə metal torlardan ibarət çəpərdən aşmaqla qanunsuz daxil olaraq səs-küy eşidib evin həyətinə çıxmış ev sahibi Zərərçəkmiş şəxs2 sağ göz nahiyəsinə qəsdən yumruqla vuraraq sonuncuya sağ göz yuvası ətrafı nahiyədə sağ göz altı yumşaq toxumanın bir qədər şişkinliyi fonunda qançır ilə müşayiət edilən, sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirərək həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə sonuncunun boyununda asılı vəziyyətdə olan Rusiya Federasiyası istehsalı, 583 əyar, 03 qram çəkidə, 300 manat dəyərində qızıl materiallı boyunbağını açıq formada talayaraq özü ilə aparıb Zərərçəkmiş şəxs2 300 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1, 177.2.3, 180.2.2, 180.2.3 və 180.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı ittiham irəli sürülmüşdür. Mürsəlov Sı̇ mran Mübarı̇ z oğlu təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında binaya qanunsuz daxil olmaqla oğurluq etmişdir. Mürsəlov Sı̇ mran Mübarı̇ z oğlu tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında, 24 oktyabr 2023-cü il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs1 məxsus, Ağsu şəhəri, H.Əliyev prospektində yerləşən “Nicat” marketin yaxınlığına gələrək, həmin marketin sahibinin orada olmadığına əmin olduqdan sonra, əvvəlcədən aralarında olan razılaşmaya əsasən o, ümumi niyyətlərinin bilavasitə həyata keçirilməsi zamanı təhlükəsizliklərini təmin etmək üçün qeyd olunan marketin yanında pusquda dayanmaqla, Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1lə birlikdə marketin pəncərəsindən, pəncərə şüşəsini təpiklə sındırıb marketə qanunsuz daxil olaraq, orada olan bir blok, hər blokunda 10 qutu olan, ağ rəngli, qalın, 43 manat dəyərində “Sobranie” markalı siqaretləri, bir blok, göy rəngli, qalın, hər blokunda 10 qutu olan, 43 manat dəyərində “Sobranie” markalı siqaretləri, bir blok, hər blokunda 10 qutu olan, ağ rəngli, nazik, 43 manat dəyərində “Sobranie” markalı siqaretləri, bir blok, içində 10 qutu olan, 38 manat dəyərində kompakt “Vinston” markalı siqaretləri, 8 qutu, 25,60 manat dəyərində, ağ rəngli, “LD” markalı siqaretləri özləri ilə götürərək gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 192,60 (yüz doxsan iki manat, altmış qəpik) manat məbləğində maddi ziyan vurmaqla, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3la birlikdə binaya qanunsuz daxil olmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı ittiham irəli sürülmüşdür. Təqsirləndirilən şəxs3 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında binaya qanunsuz daxil olmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında, 24 oktyabr 2023-cü il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs1 məxsus, Ağsu şəhəri, H.Əliyev prospektində yerləşən “Nicat” marketin yaxınlığına gələrək, həmin marketin sahibinin orada olmadığına əmin olduqdan sonra, əvvəlcədən aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 ümumi niyyətlərinin bilavasitə həyata keçirilməsi zamanı təhlükəsizliklərini təmin etmək üçün qeyd olunan marketin yanında pusquda dayanmaqla, o isə Təqsirləndirilən şəxs1 marketin şüşədən ibarət pəncərəsini sındırdıqdan sonra sonuncu ilə birlikdə marketin pəncərəsindən marketə qanunsuz daxil olaraq, orada olan bir blok, hər blokunda 10 qutu olan, ağ rəngli, qalın, 43 manat dəyərində “Sobranie” markalı siqaretləri, bir blok, göy rəngli, qalın, hər blokunda 10 qutu olan, 43 manat dəyərində “Sobranie” markalı siqaretləri, bir blok, hər blokunda 10 qutu olan, ağ rəngli, nazik, 43 manat dəyərində “Sobranie” markalı siqaretləri, bir blok, içində 10 qutu olan, 38 manat dəyərində kompakt “Vinston” markalı siqaretləri, 8 qutu, 25,60 manat dəyərində, ağ rəngli, “LD” markalı siqaretləri özləri ilə götürərək gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 192,60 (yüz doxsan iki manat, altmış qəpik) manat məbləğində maddi ziyan vurmaqla, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la birlikdə binaya qanunsuz daxil olmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs3 CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı ittiham irəli sürülmüşdür. Təqsirləndirilən şəxs1 ona CM-in 177.2.1, 177.2.3, 180.2.2, 180.2.3 və 180.2.4-cü maddələri ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında anası X12 ilə birlikdə yaşayır. 24 oktyabr 2023-cü il tarixdə saat təxminən 22 radələrində Ağsu şəhəri Nizami küçəsində yerləşən “Şlanba” deyilən ərazidə olarkən tanışı Təqsirləndirilən şəxs2 ilə görüşmüşdür. Həmin vaxtı o, Təqsirləndirilən şəxs2 ilə görüşərkən Simranın yanında əvvəllər tanımadığı, sonradan tanıdığı Təqsirləndirilən şəxs3 da olmuşdur. Bundan sonra onlar birlikdə Ağsu şəhəri H.Əliyev küçəsi ilə hərəkət edərək Ağsu şəhəri H.Əliyev küçəsində yerləşən “Nicat” marketin qarşısında gəlmişdirlər. O, Simranın yanında Təqsirləndirilən şəxs3 Ağsu şəhəri, H.Əliyev küçəsində yerləşən “Nicat” marketə girib ona bir ədəd “Argo” markalı siqaret almasını xahiş etmiş, Təqsirləndirilən şəxs3 da Ağsu şəhəri, H.Əliyev küçəsində yerləşən “Nicat” marketə girib çıxdıqdan sonra pulu az olduğuna görə marketin sahibinin ona siqaret satmadığını bildirmişdir. Mağaza sahibinin onlara siqaret satmamasına əsəbləşmişdirlər. Daha sonra öz aralarında razılaşaraq Ağsu şəhəri H.Əliyev küçəsində yerləşən “Nicat” marketdən oğurluq etmək qərarına gəlmişdirlər. Həmçinin marketin sahibinin marketi bağlayıb evinə getdikdən sonra marketin qabaq şüşəsini sındırıb marketdən pul və siqaret oğurlamaq barədə razılaşmışdırlar, lakin Təqsirləndirilən şəxs2 oğurluq etmək istmədəyini bildirmiş, buna baxmayaraq oğurlanmış siqaretdən ona da vermələrini xahiş etmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 oradan çıxıb getmişdir. Sonra isə o, əvvəlcə “Nicat” marketin qabaq şüşəsinə ayağı ilə təpik zərbəsi vurmuş, zərbə nəticəsində “Nicat” marketin sağ qabaq şüşəsi sınmışdır. Bundan sonra Təqsirləndirilən şəxs3la növbə ilə marketə girmişdirlər. Daha sonra mağazada axtarış aparmağa başlamışdırlar. O, əvvəlcə kassaya baxmış, lakin kassada pul olmamasını görmüşdür. Bundan sonra marketin siqaret vitirinindən ikisi birlikdə köməkləşərək təxminən 35-40 paçka siqaret məmulatları oğurlamışdırlar. Sonra isə oğurladıqları siqaretləri ayrı-ayrılıqda əyninlərində olan şalvarın və gödəkcənin cibinə qoymuşdurlar. Daha sonra marketə daxil olduqları yerdən, yəni pəncərədən növbə ilə çıxmışdırlar və Ağsu şəhəri H.Əliyev küçəsindən sağ tərəfə Ağsu şəhər 3 nömrəli məktəbin arxa tərəfindən ara məhləyə girərək Ağsu çayının kənarı ilə Simranın yaşadığı evə getmişdirlər. Orada Simranla görüşüb təxminən 15-20 ədəd siqaret qutusu Simrana vermişdirlər. Özü isə təxminən 4 qutu siqaret götürmüş, İlkin isə təxminən 10 qutu siqareti götürmüşdür. Orada olan zaman polis əməkdaşlarının onları axtarmasını öyrənib, siqaretləri Ağsu çayına atmışdırlar. Daha sonra oradan çıxıb, Ağsu şəhəri ərazisində ara küçələrə getmişdirlər, Simran isə yaşadığı evdə qalmışdır. Simranın evindən çıxıb getdikdən sonra o, İlkin İsgəndorvdan da ayrılmış və hərəsi öz yolu ilə getmişdir. Sonda bildirmişdir ki, 24 oktyabr 2023-cü il tarixdə saat 22 radələrində o, Təqsirləndirilən şəxs3la Ağsu şəhəri H.Əliyev küçəsində yerləşən “Nicat” marketin qabaq şüşəsini sındırmaqla oraya daxil olub oğurluq etmişdirlər, oğurladıqları siqaretləri satmamışdırlar, həmin siqaretləri çaya atmışdırlar, Ağsu şəhəri H.Əliyev küçəsində yerləşən “Nicat” marketin qabaq şüşəsini sındırıb marketə daxil olmaqda məqsədləri marketdən oğurluq etmək olmuşdur, “Nicat” marketdən oğurluq etməyi ilk növbədə o, təklif etmişdir, xx.xx.2023-cü il tarixdə axşam saat 22 radələrində Ağsu şəhəri H.Əliyev küçəsində yerləşən “Nicat” marketdən siqaret vitrinindən Təqsirləndirilən şəxs3la birlikdə köməkləşib təxminən 35-40 qutu, Sobranie, Vinston və LD markalı siqaretlər oğurlamışdırlar. Bundan başqa qeyd etmişdir ki, Zərərçəkmiş şəxs2 onun qonşusudur, həmin qadınla onun və ya ailə üzvlərinin münasibətləri normal olmuş, aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. 21 dekabr 2023-cü il tarixdə saat 09 radələrində yaşadığı evdən çıxıb dostuna kömək etmək üçün Ağsu şəhəri Gəgəli yolu adlanan ərazidə olan dönər satışı ilə məşğul olduğu yerə getmişdir. Orada dostuna kömək etdikdən sonra həmin tarixdə saat 21 radələrində oradan çıxıb anasının kirayə yaşadığı evə gəlmişdir. Evə gəldikdən sonra bir qədər evdə oturub, daha sonra nənəsi Gülputanın yaşadığı Xanlar küçəsində yerləşən evinə getmişdir. Nənəsinin yaşadığı evə gələndən sonra orada əvvəlcədən gizlətdiyi arağı götürüb özü ilə gətirdiyi fanta ilə birlikdə içmişdir. Spirtli içkini içib, bitirdikdən sonra oğurluq etmək qərarına gəlmişdir. Bunun üçün əvvəlcədən qonşuluqda yaşayan Aytək Əmirxanovanın evində mis və digər qiymətli əşyalar olduğunu bildiyi üçün həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Həmin gün saat təxminən 00:20 radələrində nənəsinin yaşadığı evdən çıxıb piyada Aytəkinin yaşadığı evinin kənarına gəlmiş, həmin yerə çatdıqdan sonra və ətrafda kimsənin olmadığına əmin olduqdan sonra orada dəmir tordan olan çəpəri aşıb Aytəkinin evinin həyətə daxil olmuş, sonra Aytəkinin evdə yatıb-yatmadığını öyrənmək üçün yataq otağının pəncərəsindən otağa baxmış, bu vaxtı Aytəkin onun pəncərədən içəri baxdığını görüb tez qapıya tərəf gəlmiş və qapını açan zaman onunla üz-üzə gəlmişdir. Bu vaxtı Aytəkin onu tutub saxlamaq istəmiş, o da Aytəkinin onu tanımasını istəmədiyi üçün bir qədər əlbəyaxa olmuş, sonra yumruqla Aytəkinin sifətinə bir dəfə zərbə endirmiş, buna görə də Aytəkin qışqırmağa başlamış, o, oradan qaçıb nənəsinin yaşadığı evə gəlib orada gizlənmiş, bir qədər sonra həmin yerə Ağsu rayon Polis Şöbəsinin əməkdaşları gələrək Aytəkinin ondan şikayət etdiyini bildirib, onu Ağsu RPŞ-yə gətirmişdirlər. Ağsu RPŞ-yə gətirdikdən sonra TTY çağıraraq onu sərxoşluq müayinəsindən keçirtmişlər və sərxoş olduğu aydınlaşdırılmışdır. Əlavə olaraq qeyd etmişdir ki, o, Zərərçəkmiş şəxs2 evinin həyətinə küçədən evin həyətinin dəmir torunu aşmaqla daxil olmuşdur, Zərərçəkmiş şəxs2 yaşadığı evə oğurluq etmək məqsədi ilə girmişdir, həmin vaxt o, tək olmuş, yanında heç kim olmamışdır, habelə o, Zərərçəkmiş şəxs2 evinə oğurluq məqsədi ilə girsə də, nə evin həyətindən, nədəki Aytəkinin boynundan boyunbağını oğurlamamışdır, həmin vaxt Aytəkin onu tanıdığı üçün onu itələyib oradan tez qaçıb getmişdir. Təqsirləndirilən şəxs daha sonra ifadəsində Zərərçəkmiş şəxs1 epizodu üzrə əməlindən səmimi peşmançılıq çəkdiyini, zərər çəkmiş şəxslə barışmalarını, ona dəymiş ziyanı tam ödəmələrini, zərər çəkmiş şəxsin şikayətçi olmamasını nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan yüngül cəza təyin olunmasını, həmçinin digər zərərçəkmişdən isə hər hansı əşya oğurlamamasını, ona qarşı soyğunçuluq etmək niyyətinin olmamasını nəzərə alaraq həmin epizod üzrə bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi3 Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 epizodu üzrə əməlindən səmimi peşmançılıq çəkdiyini, zərər çəkmiş şəxslə barışmalarını, ona dəymiş ziyanı tam ödəmələrini, zərər çəkmiş şəxsin şikayətçi olmamasını nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan yüngül cəza təyin olunmasını, həmçinin digər zərər çəkmişdən isə hər hansı əşya oğurlamamasını, ona qarşı soyğunçuluq etmək niyyətinin olmamasını nəzərə alaraq həmin epizod üzrə bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs1 24 oktyabr 2023-cü il tarixdə tanımışdır. Ağsu rayonu Maşadqanlı kənd sakini Təqsirləndirilən şəxs3 isə əvvəlcədən tanıyır. Mahiyyəti üzrə bildirir ki, 24 oktyabr 2023-cü il tarixdə saat təxminən 22 radələrində tanışı İlkin adlı şəxslə Ağsu şəhəri ərazisində yerləşən “Şlanba” deyilən yerdə olmuşdur. Bu zaman oraya sonradan adını öyrəndiyi Təqsirləndirilən şəxs1 gəlmişdir. Bundan sonra onlar birlikdə hərəkət edərək Ağsu şəhəri H.Əliyev küçəsində yerləşən “Nicat” marketin qarşısında gəlmişdir. İlkin bir ədəd siqaret almaq üçün “Nicat” marketə daxil olmuş, lakin bir qədər sonra çölə çıxıb mağaza sahibinin ona siqaret satmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 əsəbləşərək həmin mağazadan oğurluq edəcəyini bildirmişdir. İlkin adlı tanışı da Məhəbbətlə razılaşmışdır. Lakin o, oğurluq etmək istmədiyimi bildirmiş və oradan çıxıb getmişdir. Bundan təxminən 40 dəqiqə sonra İlkin və Məhəbbətlə təsadüfən yaşadığı evin yaxınlığında rastlaşmış, onlar “Nicat” marketə daxil olaraq oradan siqaret oğurladıqlarını bildirmişdirlər. Həmin vaxt Məhəbbətin əlində bir ədəd sellofan torbaya yığılmış siqaret qutuları olmuşdur. Bundan sonra İlkin və Məhəbbət polisin onları axtardığını bildirmiş və onun yaşadığı evə getməyi təklif etmişdirlər. O, razılaşaraq İlkin və Məhəbbəti evinə aparmışdır. Təqsirləndirilən şəxs1 yolda olan zaman ona oğurladığı siqaretlərdən bir qutu, göy qalın “Sobranie” markalı siqaret vermişdir. Onlar birlikdə evində olan zaman qəflətən qapı döyülmüş, bu zaman onlar polislərin gəldiyini anlamışdırlar. İlkin və Məhəbbət sellofan torbada olan siqaretləri də özləri ilə götürüb evin arxa tərəfindən küçəyə qaçmışdırlar. Bundan sonra o da yaşadığı evin hasarından tullanıb küçəyə çıxmışdır. Daha sonra magistral yola çıxaraq oradan tanımadığı maşına əyləşib, Şamaxı şəhərinə getmişdir. Həmin gün Şamaxı şəhərində küçədə gecələmiş, ertəsi gün yəni, 25 oktyabr 2023-cü il tarixdə saat təxminən 22 radələrində tanışı X16 ilə telefon əlaqəsi saxlayıb Bakı şəhərinə gedərək onun yaşadığı evdə gecələmişdir. 26 oktyabr 2023-cü il tarixdə saat təxminən 18 radələrində İzmir Quliyevlə Bakı şəhəri, Sulutəpə qəsəbəsində görüşmüş, Sulutəpə qəsəbəsində yerləşən kafelərin birində əyləşib çay içərkən kafeyə polis əməkdaşları daxil olmuş və onları saxlayaraq Ağsu rayon Polis şöbəsinə gətirmişdirlər. Təqsirləndirilən şəxs2 sözügedən marketə daxil olmamış və oğurluq etməmişdir, Təqsirləndirilən şəxs3la Təqsirləndirilən şəxs1 köməklik etməmişdir, onların oğurluq etməsini görüb oradan getmişdir. Sadəcə onlar oğurladıqları siqaretləri yaşadığı evə gətirmiş və ona bir qutu siqaret vermişdirlər. Təqsirləndirilən şəxs daha sonra ifadəsində qeyd olunan cinayəti törətmədiyini nəzərə alaraq onun barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 Təqsirləndirilən şəxs2 qeyd olunan cinayəti törətmədiyini nəzərə alaraq onun barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəlcədən tanıyır. 24 oktyabr 2023-cü il tarixdə saat təxminən 21 radələrində Ağsu şəhəri ərazisində yerləşən “Şlanba” deyilən yerdə Təqsirləndirilən şəxs2 ilə görüşmüşdür. Onlar söhbət edən zaman oraya Təqsirləndirilən şəxs1 da gəlmişdir. Sonra onlar birlikdə Ağsu şəhər ərazisində piyada hərəkət edərək “Şahmat” parkına gəlmişdirlər. Orada olan zaman Təqsirləndirilən şəxs1 Ağsu şəhəri H.Əliyev küçəsində yerləşən “Nicat” marketdən oğurluq etməyi təklif etmişdir. O, Təqsirləndirilən şəxs1lə razılaşıb oğurluq edə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs2 isə mağazaya daxil olmayacağını, lakin kənarda dayanıb oraya adam gələrsə onlara işarə verəcəyini demişdir. Onlar bu barədə razılaşmış və Ağsu şəhəri H.Əliyev küçəsində yerləşən “Nicat” marketin yaxınlığına getmişdirlər. Həmin vaxt saat təxminən 22:10 radələri olmuşdur. O, mağazaya daxil olub satıcıdan ona bir ədəd siqaret satmasını xahiş etmiş, lakin satıcı ona siqaret satmamışdır. Bundan sonra mağazadan çölə çıxmış və bu barədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 danışmışdır. Təqsirləndirilən şəxs1 oradan oğurluğu necə edəcəkləri barədə onları öyrətmiş və bu barədə söhbət edə-edə oradan bir qədər uzaqlaşmışdırlar. Sonra aralarında Təqsirləndirilən şəxs1lə oraya daxil olacaqlarına və Təqsirləndirilən şəxs2 pusquda dayanacağına, onlar mağazaya daxil olduqdan sonra Təqsirləndirilən şəxs2 yaşadığı evə gedəcəklərinə və Təqsirləndirilən şəxs2la yaşadığı evdə görüşəcəklərinə razılaşmışdırlar. Təxminən 20 dəqiqə sonra oraya yenidən geri dönmüşlər və mağazanın qapalı olduğunu müəyyən etmişdirlər. Bundan sonra razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 mağazanın yaxınlığındakı ara küçədə dayanmış və ətrafdan hər hansı bir şəxs və ya avtomobil gələcəyi təqdirdə onlara xəbər verəcəkdi. Bundan sonra Təqsirləndirilən şəxs1lə birlikdə marketin qarşısına gəlmişdirlər. Ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra Təqsirləndirilən şəxs1 təpiklə marketin pəncərəsini sındırmış və marketin içinə daxil olmuşdur. Həmin vaxt vitirində olan bəzi əşyalar yerə tökülmüş, daha sonra o, da həmin pəncərədən mağazaya daxil olmuşdur. İçəri daxil olub kassada axtarış aparmışlar və orada pul olmadığını müəyyən etmişdirlər. Daha sonra vitirində olan siqaretləri köməkləşib şalvarlarının və gödəkcələrinin cibinə yığmışdırlar. Təxminən mağazanın içində 15 dəqiqə qalmışdırlar. Daha sonra ilk öncə Təqsirləndirilən şəxs1 marketə daxil olduqları pəncərədən küçəyə çıxmışdır. Daha sonra o, da həmin üsulla marketdən çıxmışdır. Marketdən çıxdıqdan sonra dərhal mağazanın yanındakı ara küçəyə tərəf qaçmışdırlar. Həmin vaxt Təqsirləndirilən şəxs2 artıq orada olmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs1lə birlikdə Ağsu çayının kənarı ilə piyada hərəkət edib, Təqsirləndirilən şəxs2 yaşadığı evə getmişdirlər. Oraya çatdıqdan sonra Təqsirləndirilən şəxs2 yaşadığı evin mətbəxində əyləşmişdirlər. Orada Təqsirləndirilən şəxs2 oğurladıqları siqaretləri bir ədəd sellofan torbaya yığmışdır. Daha sonra həmin sellofan torbanı Təqsirləndirilən şəxs2 mətbəxin giriş hissəsinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs2 mətbəxdən çölə çıxıb küçəyə baxmış, o, polis əməkdaşlarının mülki avtomobillə yaxınlıqda hərəkətdə olmalarını bildirmiş və onların evdən çıxıb getmələrini təklif etmişdir. Bundan sonra Simranla razılaşaraq Təqsirləndirilən şəxs1lə birlikdə həmin evdən çıxıb getmişdirlər. Lakin oğurladıqları siqaretləri yığdığdıqları sellofan torba isə Təqsirləndirilən şəxs2 yaşadığı evdə qalmışdır. Ağsu şəhər ərazisində Təqsirləndirilən şəxs1lə sağollaşmış, 27 oktyabr 2023-cü il tarixdə isə Ağsu rayonu ərazisində polis əməkdaşları tərəfindən saxlanılmışdır. 24 oktyabr 2023-cü il tarixdə saat 22 radələrində o, Təqsirləndirilən şəxs1lə birlikdə “Nicat” marketdən təxminən 30-40 qutu siqaret oğurlamışdır, həmin marketdən “Sobranie” “Vinston” və “LD” markalı siqaretlər oğurlamışdırlar, həmin vaxt Təqsirləndirilən şəxs2 marketə daxil olmamış, onlar mağazaya daxil olana qədər kənarda pusquda dayanmışdır, oğurluq etməyi onlara Təqsirləndirilən şəxs1 təklif etmişdir. Təqsirləndirilən şəxs daha sonra ifadəsində törətdiyi əməli etiraf etdiyini, əməlindən səmimi peşmançılıq çəkdiyini, zərər çəkmiş şəxslə barışmalarını, ona dəymiş ziyanı tam ödəmələrini, zərər çəkmiş şəxsin şikayətçi olmamasını, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi4 Təqsirləndirilən şəxs3 törətdiyi əməli etiraf etdiyini, əməlindən səmimi peşmançılıq çəkdiyini, zərər çəkmiş şəxslə barışmalarını, ona dəymiş ziyanı tam ödəmələrini, zərər çəkmiş şəxsin şikayətçi olmamasını, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında ailəsilə birlikdə yaşayır. Ağsu şəhəri, H.Əliyev prospektində özünə məxsus rəsmi hüquqmüəyyənedici sənədləri olan “Nicat” market adı altında fəaliyyət göstərən marketi vardır. Həmin marketdə ərzaq və qeyri-ərzaq məhsullarının satışı ilə məşğul olur. Özü fərdi sahibkar kimi qeydiyyatdadır və adında olan VÖEN-lə vergi ödəyicisidir. Özünə məxsus olan “Nicat” adlı marketi ən geci axşam saat 23 radələrinə kimi işlədir. 24 oktyabr 2023-cü il tarixdə “Nicat” adlı marketini axşam saat 22:00-da bağlayıb, evinə getmişdir. Bundan təxminən bir saat sonra arvadı Şahid1 mağazadan ərzaq məhsulları götürmək üçün mağazaya getmişdir. Bir neçə dəqiqə sonra Şahid1 mobil onun nömrəsinə zəng vurub, mağazanın şüşəsinin sınmış vəziyyətdə olduğunu gördüyünü və bu barədə DİN-in “102” xidmətinə məlumat verdiyini bildirmişdir. Daha sonra o da marketə gedərək həqiqətən də marketin qabaq tərəfdə olan şüşəsinin sınmasını aşkar etmişdir. DİN-nin 102 xidmətinə oğurluq hadisəsi barədə məlumat verdikdən bir qədər sonra polis əməkdaşları hadisə yerinə gəlmişdirlər. Polis əməkdaşları hadisə yerinə gəldikdən sonra marketin içərisinə daxil olduqda mağazadakı əşyaların dağınıq vəziyyətdə olduğunu müəyyən etmişdirlər. Mağazadakı əşyalara nəzər yetirən zaman bir blok, hər blokunda 10 qutu olan, ağ rəngli, qalın, 41 manat dəyərində “Sobranie” markalı siqaretlərin, bir blok, göy rəngli, qalın, hər blokunda 10 qutu olan, 41 manat dəyərində “Sobranie” markalı siqaretlərin, bir blok, hər blokunda 10 qutu olan, ağ rəngli, nazik, 41 manat dəyərində “Sobranie” markalı siqaretlərin, bir blok, içində 10 qutu olan, 36 manat dəyərində kompakt “Vinston” markalı siqaretlərin, 8 qutu, 24 manat dəyərində, kompakt “LD” markalı siqaretlərin oğurlandığını müəyyən etmiş, həmçinin naməlum oğrular mağazada axtarış aparan zaman orada olan bəzi məhsulları yararsız hala salmışlar. Belə ki, naməlum şəxslər 4 ədəd, biri 1 litr həcmdə, birinin alış qiyməti 3 manat, 20 qəpik olmaqla, ümumilikdə 12 manat 80 qəpik dəyərində xlorları, 2 ədəd, biri 1,5 kq çəkidə olan, birinin alış qiyməti 9 manat olmaqla, ümumilikdə 18 manat dəyərində “Ariel” markalı yuyucu tozları, 4 ədəd, biri bir litr həcmdə, birinin alış qiyməti 2,20 manat olmaqla, ümumilikdə 8,80 manat dəyərində “ACE” markalı ağardıcı vasitələri, 3 ədəd, biri 700 qram çəkidə, birinin alış qiyməti 6 manat olan, ümumilikdə 18 manat dəyərində “Vanish” markalı maye ləkəaparan vasitəni, 4 ədəd, biri 500 qram çəkidə, hər birinin alış qiyməti 5 manat olan, ümumilikdə 20 manat dəyərində “Wash&Go” markalı şampunları tapdalayaraq və dağıdaraq yararsız hala salmışdırlar. Həmçinin mağazanın pəncərə şüşəsinin sındırılması nəticəsində ona əlavə 50 manat məbləğində maddi ziyan dəymişdir. Mağazada olan siqaretlərin oğurlanması nəticəsində ona 183 manat məbləğində maddi ziyan dəymişdir. Mağazada olan təmizləyici vasitələrin, şampunların və pəncərə şüşəsinin yararsız hala salınması nəticəsində ona 157,60 manat məbləğində maddi ziyan dəymişdir. Ona məxsus olan “Nicat” adlı marketimin içərisindən 4 blok “Sobranie” markalı siqaretlərin, bir blok “Vinston” markalı siqaretlərin və 8 qutu, “LD” markalı siqaretlərin oğurlanması nəticəsində 183 manat məbləğində maddi ziyan dəymişdir. Mağazada olan təmizləyici vasitələrin, şampunların və pəncərə şüşəsinin yararsız hala salınması nəticəsində ona ümumilikdə 157,60 manat məbləğində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs1 daha sonra ifadəsində qeyd etmişdir ki, hazırda təqsirləndirilən şəxslərlə barışmış, təqsirləndirilən şəxslər ona dəymiş ziyanı tam ödəmişlər, onlara qarşı hər hansı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxslərə cəza təyin edilərkən qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanında 2015-ci il təvəllüdlü oğlu ilə birlikdə yaşayır. Hal-hazırda heç bir yerdə işləmir, əri X9 təxminən 9 ildir ki, vəfat etmişdir. Təqsirləndirilən şəxs1 onun qonşusudur, Məhəbbətlə və ya ailə üzvləri ilə aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır, münaisbətləri normal olmuşdur. 21 dekabr 2023-cü il tarixdə saat təxminən 21 radələrində azyaşlı oğlu Hüseyn Əmirxanovu yatızdırmışdır. Bundan sonra isə qohumları ilə vatsap vasitəsi ilə görüntülü danışaraq vaxtını keçirməyə başlamışdır. Saat təxminən 00:30 radələrində o, artıq yerinə girib yatmaq üçün hazırlaşdığı anda evinin həyətindən səs gəldiyini eşitmişdir. Evinin həyətindən səs gəlməsi səbəbindən o, pəncərənin pərdəsini aralayaraq evinin həyətinə nəzər yetirmək istəmiş, pərdəni aralayaraq pəncərədən həyətə baxmaq istədikdə pəncərənin qarşısında qonşusu Təqsirləndirilən şəxs1 dayandığını görmüşdür. O, Məhəbbəti tanıdığı üçün və azyaşlı olduğu üçün gücü çatacağını zənn edərək Məhəbbəti qorxutmaq üçün və evindən getməsini təmin etmək üçün yataq otağında çarpayının altında gizlətdiyi bıçağı götürərək qapını açmış və qapını açar-açmaz Məhəbbət əlləri ilə onu geriyə itələmiş, həmin vaxt o, şoka düşdüyü üçün özünü itirmiş və Məhəbbətə nə etməsi, evinə nə üçün gəlməsi barədə suallar vermiş, lakin Məhəbbət buna məhəl qoymayaraq üzərinə hücum çəkərək onunla əlbəyaxa olub, yumruqla sağ gözaltı nahiyəsindən vurmuş, boynunda asılı vəziyyətdə olan Rusiya Federasiyası istehsalı, 3 qram çəkidə 583 əyar olmaqla 300 manat dəyərində qızıl boyunmağını əli ilə boynundan qoparmış, daha sonra o, Məhəbbətin boğazından tutaraq onu evindən uzaqlaşdırmağa çalışmışdır. Bundan sonra Məhəbbət evinin eyvanından həyətə tulllanmış və qaçaraq yaşadığı evdən çölə çıxıb, uzaqlaşmışdır. Bundan sonra o, köməklik göstərilməsi məqsədilə DİN-in 102 xidməti-zəng mərkəzi sisteminə və Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək şikayət etmiş və xəsarəti olduğundan MTE-dan müayinə olunmuşdur. 22 dekabr 2023-cü il tarixdə gecə saat 00:30 radələrində ünvan 6 ünvanında yaşadığı evdə olarkən evinin həyətindən səs gəldiyini eşitmiş, o, həmin səsin nə olmasını öyrənmək üçün pəncərədən həyətə baxdıqda qonşusu Təqsirləndirilən şəxs1 evinin həyətində olmasını görmüş, daha sonra Məhəbbəti qorxutmaq və evindən getməsini təmin etmək məqsədi ilə yatdığı çarpayının altında gizlətdiyi bıçağı götürərək qapını açmış, həmin vaxt Məhəbbət dərhal üzərinə hücum etmiş və onu sinəsindən əlləri ilə geriyə itələyərək onunla əlbəyaxa olmuş, sonra isə sağ gözaltı nahiyəsindən yumruqla vurub, boynundakı qızıl boyunbağını darataraq qopardıb, yenidən onu geriyə itələyərək oradan qaçıb getmişdir, həmin qızıl boyunbağı 3 qram çəkidə, Rusiya Federasiyası istehsalıdır, 583 əyardır və 300 manat dəyərindədir. Belə ki, həmin qızıl boyunbağını ona qardaşım Şahid4 300 manat müqabilində hədiyyə olaraq almışdır. Məhəbbətlə aralarındaki mübahisə təxminən 3-5 dəqiqə davam etmişdir. Mübahisə zamanı orada sadəcə olaraq 2015-ci il təvəllüdlü oğlu Hüseyn Əmirxanov olmuşdur, həmçinin onun səs-küyünə Məhəbbət qaçıb getdikdən sonra qonşuluqda yaşayan qohumları Şahid2 və atası Şahid3 gəlmişdir. Zərərçəkmiş şəxs2 daha sonra ifadəsində qeyd etmişdir ki, şikayətçidir, ona dəymiş ziyan ödənməmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid1 ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun əridir. Ağsu şəhəri H.Əliyev prospektində əri Zərərçəkmiş şəxs1 məxsus “Nicat” market adı altında fəaliyyət göstərən market vardır. 24 oktyabr 2023-cü il tarixdə, saat təxminən 22 radələrində əri Zərərçəkmiş şəxs1 işlətdiyi marketi bağlayaraq yaşadıqları evə gəlmişdir. Bundan təxminən bir saat sonra evə bəzi ərzaq məhsulları lazım olduğundan o, özlərinə məxsus marketdən bəzi ərzaq məhsulları götürmək üçün marketə getmişdir. Market yaşadıqları evin yaxınlığında yerləşdiyindən təxminən 3-5 dəqiqə sonra marketə çatmışdır. Marketə çatdıqda o, marketin ön şüşəsinin qırılmasını aşkarlamış və marketə naməlum şəxlsərin oğurluq məqsədi ilə daxil olduğunu müəyyən edərək baş vermiş hadisə barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Sonra isə əri Zərərçəkmiş şəxs1 zəng edərək hadisə barədə ərinə də məlumat vermişdir. Bir qədər sonra əri Zərərçəkmiş şəxs1 marketə gəlmişdir. Bundan bir qədər sonra da hadisə yerinə polis əməkdaşları gəlmişdirlər. Polis əməkdaşları hadisə yerinə gəldikdən sonra hadisə yerinə baxış keçirmişlər və hadisə yerini müayinə etmişdirlər. Həmin vaxt mağazadan 183 manat dəyərində müxtəlif markalı siqaretlərin oğurlandığını və mağazanın şüşəsinin sındırılması, habelə bəzi təmizləyici məhsulların yararsız hala salınması nəticəsində 157,60 manat maddi ziyan dəydiyini müəyyən etmişdirlər. Məhkəmə iclasında dindirilmiş Şahid4 ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun doğma bacısıdır. Bacısı Zərərçəkmiş şəxs2 ünvan 6 ünvanında yerləşən ata evilərində azyaşlı övladı ilə birlikdə yaşayır. O, isə işləri ilə əlaqədar olaraq Bakı şəhərində yaşayır. 2023-cü ilin mart ayında, yəni Novruz bayramı ərəfəsində bacısı Zərərçəkmiş şəxs2 ziyarət etmək üçün Ağsu rayonuna gəlmişdir. Həmin vaxt o, Ağsu rayonuna gələrkən Bakı şəhəri, M.Əcəmi metrosunun yaxınlığında fəaliyyət göstərən və qızıl satışı həyata keçirilən “Moskva” Univermağından bacısı Zərərçəkmiş şəxs2 bayram hədiyyəsi olaraq Rusiya Federasiyası istehsalı olan, 3 qram çəkidə və 583 əyar olmaqla 300 manata boyunbağı almışdır. Həmin boyunbağını bacısı Aytəkinə hədiyyə etmişdir və bacısı həmin boyunbağını aldıqdan sonra mütəmadi olaraq boynuna qızıl zinət əşyası olaraq taxıb, gəzdirmişdir. 22 dekabr 2023-cü il tarixdə isə bacısının qonşuluğunda yaşayan Təqsirləndirilən şəxs1 sərxoş vəziyyətdə bacısının evinə daxil olaraq bacısını döymüş və bacısına hədiyyə olaraq aldığı boyunbağını boynundan qopardaraq oğurlayıb aparmışdır. Hadisədən dərhal sonra bacısı ilə danışmış bacısı qeyd olunanları bildirərək Təqsirləndirilən şəxs1 onu vuraraq boynundan onun hədiyə aldığı boyunbağını qopararaq apardığını demişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, Ağsu şəhəri, Fizuli küçəsi ev 14-də ailə üzvlərilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs2 onunla qonşuluqda yaşayır. Zərərçəkmiş şəxs2 ilə əvvəllər normal münasibətləri olmuş, aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. 22 dekabr 2023-cü il tarixdə, saat 00:30 radələrində yaşadığı evdə olarkən çöldən qışqırıq səsləri gəlməsini eşitmişdir. Qulağına gələn qışqırıq səsləri həddindən artıq yüksək olduğundan o, çölə çıxaraq səsin mənbəyini öyrənmək qərarına gəlmişdir. Bundan əvvəl isə evdə olan atası Şahid3 da məlumat verərək çöldən qəribə qışqırıq səsləri gəlməsini bildirmişdir. Bundan sonra atası Şahid3la birlikdə evdən çölə çıxdıqda qışqırıq səslərinin qonşuluqda yaşayan Zərərçəkmiş şəxs2 evinin həyətindən gəlməsini müəyyən etmişdirlər. Sonra atası Şahid3la birlikdə qonşuları Zərərçəkmiş şəxs2 evinə gedərək Zərərçəkmiş şəxs2 evin dəhlizində ağladığını görmüşdürlər. Onlar Zərərçəkmiş şəxs2 yaxınlaşaraq nə baş verməsini soruşduqda Zərərçəkmiş şəxs2 evinə adam girdiyini, həmin adamı gördüyünü, sonra isə həmin adamın qaçaraq çıxıb getdiyini bildirmişdir. Onlar Zərərçəkmiş şəxs2 həmin adamın kim olduğunu soruşduqda Zərərçəkmiş şəxs2 evinə girən şəxsin qonşu Zahirənin oğlu Təqsirləndirilən şəxs1 olmasını bildirmişdir. Həmin vaxt o və atası Şahid3 Aytəkini sakitləşdirməyə çalışmış, bundan təxminən 10 dəqiqə sonra isə hadisə yerinə polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirməyə başlamışdırlar. Polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirildikdən və Zərərçəkmiş şəxs2 ərizəsi alındıqdan sonra o və atası Şahid3 oranı tərk edərək yaşadıqları evə getmişdirlər. Atası Şahid3 və o Zərərçəkmiş şəxs2 evinə çatdıqda Zərərçəkmiş şəxs2 ancaq ağlayan vəziyyətdə olmuşdur və çətinliklə danışmışdır, buna görə də onun sözlərini başa düşmək çətin olmuşdur, hazırda Aytəkinin Məhəbbətin onun boyunbağını oğurlaması barədə söz deməmiş, lakin evə girənin Məhəbbət olduğunu demişdir. Boğazında sep olmasını görməmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid3 ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, Ağsu şəhəri, Fizuli küçəsi ev 14-də ailə üzvlərilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs2 onunla qonşuluqda yaşayır. Zərərçəkmiş şəxs2 ilə əvvəllər normal münasibətləri olmuş, aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. 22 dekabr 2023-cü il tarixdə, saat 00:30 radələrində yaşadığı evdə olarkən oğlu Şahid2 yanına gələrək çöldən qışqırıq səsləri gəlməsini bildirmişdir. Sonra o, oğlu Şahid2la birlikdə evdən çölə çıxdıqda qışqırıq səslərinin qonşuluqda yaşayan Zərərçəkmiş şəxs2 evinin həyətindən gəlməsini müəyyən etmişdir. Sonra oğlu Şahid2la birlikdə qonşusu Zərərçəkmiş şəxs2 evinin həyətinə daxil olduqda Zərərçəkmiş şəxs2 evin dəhlizində ağladığını görmüşdürlər. Onlar Zərərçəkmiş şəxs2 yaxınlaşaraq nə baş verməsini soruşduqda Zərərçəkmiş şəxs2 evinə adam girdiyini, həmin adamı gördüyünü, sonra isə həmin adamın qaçaraq çıxıb getdiyini bildirmişdir, sonra o, Zərərçəkmiş şəxs2 polisə məlumat verməsini bildirmişdir. Zərərçəkmiş şəxs2 da DİN-nin 102 xidmətinə artıq məlumat verdiyini, polislərin gələcəyini demişdir. Bir qədər sonra hdisə yerinə polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirməyə başlamışdırlar. Polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirildikdən və Zərərçəkmiş şəxs2 ərizəsi alındıqdan sonra o və oğlu Şahid2 oranı tərk edərək yaşadıqları evə getmişdirlər. Sonradan o, Zərərçəkmiş şəxs2 evinə daxil olan şəxsin qonşusu Zahirənin oğlu Məhəbbət olduğunu öyrənmişdir. O, Zərərçəkmiş şəxs2 evinə çatdıqda Zərərçəkmiş şəxs2 ancaq ağlamışdır və çətinliklə danışmışdır, buna görə də onun sözlərini başa düşmək çətin olmuşdur, hazırda Aytəkinin Məhəbbətin onun boyunbağını oğurlaması barədə söz deməsini xatırlamır. Məhkəmə iclasında əlavə olaraq bildirmişdir ki, oğlu Şahid2 çölə çıxdıqdan sonra Aytəkin ona boynundan sepinin oğurlandığını demiş, lakin sepi kimin oğurladığını deməmişdir. Üzündə hər hansı xəsarət görməmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 26 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, fakta görə CM-nin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. - Baxış keçirilməsi haqqında 24 oktyabr 2023-cü il tarixdə tərtib olunmuş protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 iştirakı ilə keçirilmiş hadisə yerinə baxış keçirilməsi zamanı sonuncu Ağsu şəhəri H.Əliyev küçəsində yerləşən özünə məxsus “Nicat” market adı altında fəaliyyət göstərən marketdən bir blok, hər blokunda 10 qutu olan, ağ rəngli, qalın, 41 manat dəyərində “Sobranie” markalı siqaretlərin, bir blok, göy rəngli, qalın, hər blokunda 10 qutu olan, 41 manat dəyərində “Sobranie” markalı siqaretlərin, bir blok, hər blokunda 10 qutu olan, ağ rəngli, nazik, 41 manat dəyərində “Sobranie” markalı siqaretlərin, bir blok, içində 10 qutu olan, 36 manat dəyərində kompakt “Vinston” markalı siqaretlərin, 8 qutu, 24 manat dəyərində, kompakt “LD” markalı siqaretlərin oğurlanmasını, eləcə də 4 ədəd, biri 1 litr həcmdə xlorları, 2 ədəd, biri 1,5 kq çəkidə olan “Ariel” markalı yuyucu tozları, 4 ədəd, biri 01 litr həcmdə “ACE” markalı ağardıcı vasitələri, 3 ədəd, biri 700 qram çəkidə “Vanish” markalı maye ləkəaparan vasitəni, 4 ədəd, biri 500 qram çəkidə “ Wash&Go” markalı şampunları tapdalanaraq və dağıdılaraq yararsız hala salmınmasını, həmçinin mağazanın pəncərə şüşəsinin sındırılması nəticəsində ona əlavə 50 manat məbləğində maddi ziyan dəyməsini bildirmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. - Zərərçəkmiş şəxs kimi tanıma haqqında 26 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs1 iş üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. - Yetkinlik yaşına çatmayan şahidin qanuni nümayəndəsinin təyin edilməsi haqqında 26 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs1 qanuni nümayəndəsi qismində anası X12 təyin olunmuşdur. - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 26 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan olunmuşdur. - Yetkinlik yaşına çatmayanı nəzarət altına vermə haqqında 26 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, CM-nin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 anası X7 nəzarəti altına verilmişdir. - Şahidin ifadəsinin yerində yoxlanılması haqqında 27 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, ifadənin yerində yoxlanılması zamanı şahid Təqsirləndirilən şəxs3 göstərməsinə əsasən Təqsirləndirilən şəxs2 yaşadığı evin mətbəxindəki şkafın alt gözündən bir sellofan torabada, 09 ədəd, ağ rəngli, nazik “Sobranie” markalı siqaretlər, 04 ədəd, ağ rəngli, qalın “Sobranie” markalı siqaretlər, 05 ədəd, göy rəngli, qalın “Sobranie” markalı siqaretlər, 03 ədəd, ağ rəngli, compact “LD” markalı siqaretlər, 05 ədəd, “Winston” caster markalı siqaretlər aşkar edilərək götürülmüşdür. İfadənin yerində yoxlanılması zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. - Üzləşdirmə aparılması haqqında 27 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 ilə Təqsirləndirilən şəxs2 arasında şahid qismində üzləşdirmə aparılarkən Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 üzünə qarşı oğurluq cinayət əməlini birlikdə törətmələrini deməklə sonuncunu ifşa etmişdir. - Cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması haqqında 27 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs3 CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - Cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması haqqında 27 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 29 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 CM-nin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan olunmuşdur. - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 29 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan olunmuşdur. - Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin 06 noyabr 2023-cü il tarixli, 3-13-11/2-13537/2023 saylı məktubundan görünür ki, Ağsu şəhəri, H.Əliyev küçəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus marketdən baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri KTİ-nin ADİS-in bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmiş, müqayisəli tədqiqat nəticəsində yararlı olan əl izlərindən 01 ədəd əl barmaq izinin Təqsirləndirilən şəxs3 sağ əlin böyük barmağının əksi ilə eynilik təşkil etməsi müəyyən edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 27 noyabr 2023-cü il tarixli 9/8303 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən və təqdim edilən siqaretlərin 2023-cü ilin oktyabr ayına orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 192,60 (bir yüz doxsan iki manat altmış qəpik) manat müəyyən olunur. Həmin malların ayrıayrılıqda adları və qiymətləri aşağıdakı kimi müəyyən olunmuşdur – 10 qutu Ağ qalın sobranie markalı siqaret: 01 vahidinini qiyməti 4,30 manat, ümumi dəyəri – 43 manat, 10 qutu Göy qalın sobranie markalı siqaret: 01 vahidinini qiyməti 4,30 manat, ümumi dəyəri – 43 manat, 10 qutu Ağ nazik sobranie markalı siqaret: 01 vahidinini qiyməti 4,30 manat, ümumi dəyəri – 43 manat, 10 qutu Winston caster markalı siqaret: 01 vahidinini qiyməti 3,80 manat, ümumi dəyəri – 38 manat, 08 qutu LD compact markalı siqaret: 01 vahidinini qiyməti 3,20 manat, ümumi dəyəri – 25,60. Eyni zamanda ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır. - Əşyanın maddi sübut hesab edilməsi haqqında 05 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 şahid qismində ifadəsi yerində yoxlanılan zaman təqdim etdiyi 09 ədəd, ağ rəngli, nazik “Sobranie” markalı siqaretlər, 04 ədəd, ağ rəngli, qalın “Sobranie” markalı siqaretlər, 05 ədəd, göy rəngli, qalın “Sobranie” markalı siqaretlər, 03 ədəd, ağ rəngli, compact “LD” markalı siqaretlər, 05 ədəd, “Winston” caster markalı siqaretlər cinayət işi üzrə maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs1 geri qaytarılmışdır. - Maddi sübut kimi tanınmış əşyanın sahibinə qaytarılması haqqında 05 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış 09 ədəd, ağ rəngli, nazik “Sobranie” markalı siqaretlər, 04 ədəd, ağ rəngli, qalın “Sobranie” markalı siqaretlər, 05 ədəd, göy rəngli, qalın “Sobranie” markalı siqaretlər, 03 ədəd, ağ rəngli, compact “LD” markalı siqaretlər, 05 ədəd, “Winston” caster markalı siqaretlər zərə çəkmiş şəxs Zərərçəkmiş şəxs1 geri qaytarılmışdır. - Diskə baxış keçirilməsi barədə 14 dekabr 2023-cü il tarixli ptorokoldan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs1 oğuna məxsus mağazadan oğurluq edilməsi faktı əsasında hadisə yerindən götürülmüş müşahidə kamerasının görüntülərinin əks olunduğu “CD” diskdə olan birinci fayla baxış zamanı videogörüntünün 24 oktyabr 2023-cü il tarixə aid olması və 21 saniyədən ibarət olması, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 24 oktyabr 2023-cü il tarixdə saat 21:36 radələrində Ağsu şəhəri, H.Əliyev küçəsində yerləşən zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus “Nicat” marketin qarşısından marketi müşahidə edərək keçmələri müəyyən edimiş, “CD” diskdə olan ikinci fayla baxış zamanı videogörüntünün 24 oktyabr 2023-cü il tarixə aid olması və 13 saniyədən ibarət olması, Təqsirləndirilən şəxs1 24 oktyabr 2023-cü il tarixdə saat 22:29 radələrində Ağsu şəhəri, H.Əliyev küçəsində yerləşən zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus “Nicat” marketə qanunusuz olaraq daxil olmaq məqsədi ilə ön şüşəsini qırmağa çalışması və nəticədə marketin ön şüşəsini qırması müəyyən edilmiş, “CD” diskdə olan üçüncü fayla baxış zamanı videogörüntünün 24 oktyabr 2023-cü il tarixə aid olması və 3 dəqiqə, 14 saniyədən ibarət olması, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 24 oktyabr 2023-cü il tarixdə saat 22:41 radələrində Ağsu şəhəri, H.Əliyev küçəsində yerləşən zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus “Nicat” marketin Təqsirləndirilən şəxs1 tərəfindən sındıdırlmış ön şüşəsindən oğurluq etdikdən sonra çıxmaları müəyyən edilmişdir. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X30 “Ağsu Rayon Mərkəzi Xəstəxanası” X21 07 dekabr 2023-cü il tarixli, 18-1-25/2-916/2023 nömrəli məktubdan görünür ki, Ağsu şəhəri, Xanlar küçəsi ev 2-də yaşayan, 2006-cı il təvəllüdlü Təqsirləndirilən şəxs1, ünvan 3-də yaşayan, xx.xx.2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2, Ağsu şəhəri, Meleoratorlar qəsəbəsində yaşayan, xx.xx.2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs3 ruhi-əsab və narkomaniyaya görə Ağsu “RMX” PHŞ-nə müraciət etməmişlər və dispanser qeydiyyata götürülməmişdirlər. - Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 22 dekabr 2023-cü il tarixli qərardan görünür ki, fakta görə CM-nin 180.2.3-cü və 180.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. - Zərərçəkmiş şəxs2 Ağsu Rayon Polis Şöbəsinə xx.xx.2023-cü il tarixdə ünvanladığı ərizədən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 00:30 radələrində onunla qonşuluqda yaşayan Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətinə qanunsuz daxil olaraq onu yumruqla sağ göz altı nahiyyəsindən vurub döyərək boynundan asılı vəziyyətdə olan 3 qr çəkidə 583 əyar rus istehsalı 300 manat dəyərində boyunbağını qopardaraq oğurlayıb qaçaraq çıxıb getmişdir. Qeyd olunan ərizə xx.xx.2023-cü il tarixdə Ağsu Rayon Polis Şöbəsində qeydiyyata alınmışdır. - Baxış keçirilməsi haqqında 22 dekabr 2023-cü il tarixdə tərtib olunmuş protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 yaşadığı evin ünvan 8 ünvanında yerləşməsi, evinin həyətinin çöl qapısının paslanmış dəmir materiallı qapıdan ibarət olması, həyətə daxil olduqdan sonra sol tərəfdə iki mərtəbəli daş hasarla tiklimiş, təmirsiz vəziyyətdə evin yerləşməsi, evin pilləkənlərindən yuxarı qalxdıqda təmirsiz döşəməsi olan eyvanın yerləşməsi müəyyən olunmuşdur. Baxış zamanı Zərərçəkmiş şəxs2 22 dekabr 2023-cü il tarixdə saat təxminən 01 radələrində Təqsirləndirilən şəxs1 yaşadığı evin eyvanına gələrək otağın qapısını basaraq açmağa çalışmasını, həmin vaxt Təqsirləndirilən şəxs1 geriyə itələməsini, aralarında yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs1 onu döyməsini, sonra isə boğazında olan 03 qramlıq qızıl materiallı boyunbağını Təqsirləndirilən şəxs1 qopardaraq özü ilə götürüb aparmasını bildirmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. - Baxış keçirilməsi haqqında 22 dekabr 2023-cü il tarixdə tərtib olunmuş protokoldan görünür ki, baxış zamanı hadisə yerində Zərərçəkmiş şəxs2 məxsus olan qızıl boyunbağı müəyyən edilməmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. - xx.xx.2023-cü il tarixli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə müayinəyə göndərilmiş və orta dərəcəli sərxoş olduğu müəyyən edilmişdir. - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X11 X28 22 dekabr 2023-cü il tarixli, 279 saylı rəyindən görünür ki, 1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarət – sağ gözyuvası ətrafı nahiyədə sağ gözaltı yumşaq toxumanın bir qədər şişkinliyi fonunda qançır – küt–bərk əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gəlməsi inkar edilmir və sağlamlığa ZƏRƏR vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. - Zərərçəkmiş şəxs kimi tanıma haqqında 22 dekabr 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs2 iş üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. - Şübhəli edilən şəxsin tutulması haqqında 22 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuşdur. - Yetkinlik yaşına çatmayan şübhəli şəxsin qanuni nümayəndəsinin təyin edilməsi haqqında 22 dekabr 2023-cü il tarixli qərardan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs1 qanuni nümayəndəsi qismində anası X12 təyin olunmuşdur. - Üzləşdirmə aparılması haqqında 22 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 22 dekabr 2023-cü il tarixdə, saat 00:30 radələrində yaşadığı evin eyvanında onu yumruqla vuraraq, boğazında olan 300 manat dəyərində qızıl boyunbağını qopardaraq götürüb özü ilə aparmasını Təqsirləndirilən şəxs1 üzünə qarşı deməklə sonuncunu ifşa etmişdir. - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 22 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-nin 180.2.3-cü və 180.2.4-cü maddələri ilə ittiham elan edilmişdir. - Cinayət işinin bir icraatda birləşdirilməsi haqqında 23 dekabr 2023-cü il tarixli qərardan görünür ki, 26 oktyabr 2023-cü il tarixli qərarla CM-nin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə başlanılmış ********* nömrəli cinayət işi, 22 dekabr 2023-cü il tarixli qərarla CM-nin 180.2.3-cü və 180.2.4-cü maddələri ilə başlanılmış ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək cinayət işinin istintaqı ********* nömrə altında davam etdirilmişdir. - Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 23 dekabr 2023-cü tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl CM-nin 177.2.1, 177.2.3, 180.2.3 və 180.2.4-cü maddələrindən həmin məcəllənin 177.2.1, 177.2.3, 180.2.2, 180.2.3 və 180.2.4-cü maddələrinə tövsif edilmişdir. - Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 23 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1, 177.2.3, 180.2.2, 180.2.3 və 180.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. - Ağsu Rayon Məhkəməsinin 23 dekabr 2023-cü il tarixli qərarından görünür ki, xx.xx.2006-cı ildə Ağsu şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Ağsu şəhəri, Xanlar küçəsi ev 2-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs1 barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. - Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 25 dekabr 2023cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılmış, sonuncu Ağsu şəhəri Xanlar küçəsində yerləşən Zərərçəkmiş şəxs2 yaşadığı evin metal tordan ibarət çəpərinin qarşısında durararaq həmin yeri təqdim edib, 22 dekabr 2023-cü il tarixdə saat 00:30 radələrində oğurluq məqsədi ilə həmin metal tordan ibarət çəpərini aşmaqla Aytəkin Əmirxanaovanın evinin həyətinə daxil olduğunu, daha sonra Zərərçəkmiş şəxs2 evinin giriş qapısının qarşısında dayanaraq həmin yeri təqdim edib, 22 dekabr 2023-cü il tarixdə saat 00:30 radələrində Zərərçəkmiş şəxs2 evinin həyətinə daxil olduqdan sonra həyətdə səs saldığı üçün Zərərçəkmiş şəxs2 qapını açaraq çölə çıxdığını, Zərərçəkmiş şəxs2 çölə çıxmasından sonra tanınmamaq üçün qaçmaq istədiyini, lakin sonuncunun onu tutub saxlamasını, nəticədə əlbəyaxa olduqlarını, sonra isə yumruqla Aytəkinin sağ gözaltı nahiyəsindən vurub oradan qaçaraq çıxıb getdiyini, lakin gedərkən Zərərçəkmiş şəxs2 boynunda olan qızıl boyunbağını götürmədiyini, habelə başqa hər hansı bir əşya oğurlamadığını ifadəsinə uyğun şəkildə bildirmiş, ifadənin yerində yoxlanılması zamanı hadisə yeri təkrarən müayinə edilmiş, lakin hadisə yerinə Zərərçəkmiş şəxs2 məxsus qızıl boyunbağı aşkar edilməmişdir. İfadənin yerində yoxlanılması zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. - Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 27 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. - Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 27 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 CM-nin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 25 yanvar 2024-cü il tarixli 9/72 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd Rusiya Federasiyası istehsalı olan 583 əyar, 03 qram çəkidə, qızıl materiallı boyunbağının 2023cü ilin dekabr ayına orta bazar qiyməti nəzəri qaydada təxminən 255,00 (iki yüz əlli beş) manat (3 qram x 85 manat) müəyyən olunur. Qeyd: tədqiqat obyekti tədqiqata təqdim edilmədiyi üçün müəyyən edilmiş qiymətlərdə qismən dəyişiklik olması istisna edilmir. Eyni zamanda ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır. - Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 əlavə dindirilməsi haqqında 19 fevral 2024cü il tarixli protokoldan görünür ki, istintaqa verdiyi ilkin ifadəni təsdiq edir və cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının 25 yanvar 2024-cü il tarixli 9/72 nömrəli ekspert rəyi ilə tanış olmuşdur, həmin rəy ilə razı deyil. Belə ki, ona məxsus olan Rusiya Federasiyası istehsalı olan 03 qram çəkidə, 583 əyar qızıl boyunbağını qardaşı Şahid4 ona hədiyyə olaraq 300 manat müqabilində almışdır, lakin ekspert rəyində boyunbağının qiyməti 255 manat olması göstərilmişdir. Buna görə də istintaq zamanı ona dəymiş maddi ziyanın 300 manat olaraq hesablanmasını xahiş edir. - Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 21 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1, 177.2.3, 180.2.2, 180.2.3 və 180.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. - Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 22 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 21 fevral 2024-cü il tarixli qərarla CM-nin 177.2.1, 177.2.3, 180.2.2, 180.2.3 və 180.2.4-cü maddələri ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs2 27 dekabr 2023-cü il tarixli qərarla CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs3 27 dekabr 2023-cü il tarixli qərarla CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs1 barəsində CM-nin 181-ci maddəsi ilə cinayət təqibi başlanılması rədd edilmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində CM-nin 186-cı maddəsi ilə cinayət təqibi başlanılması rədd edilmiş, iş üzrə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 vurulmuş ziyanın məbləği 192,60 (altı yüz əlli iki) manat məbləğində, digər Zərərçəkmiş şəxs2 vurulmuş ziyanın məbləği 300 (üç yüz) manat məbləğində qəbul edilmiş, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/8303 saylı və 25 yanvar 2024-cü il tarixli, 9/72 saylı rəyləri, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X20-Təcrübi və X22 rayon şöbəsinin 22 dekabr 2023-cü il tarixli, 279 saylı rəyi, Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-11/2-13537/2023 saylı məktubu, təqsirləndirilən, zərərçəkmiş və şahid ifadələri, həmçinin cinayət işi materiallarına əlavə edilmiş istintaq hərəkətlərinin protokolları sübut növü kimi tanınmış, iş üzrə təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs3 ifadəsinin yerində yoxlanılması zamanı aşakar edilərək götürülmüş Zərərçəkmiş şəxs1 məxsus marketdən oğurlanmış siqartelərin 05 dekabr 2023-cü il tarixli qərarla cinayət işi üzrə maddi sübut kimi tanınaraq sahibinə geri qaytarılması nəzərə alınmışdır. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-ci il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan ifadələrlə tərtib olunmalı, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli qərarına əsasən talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. CM-nin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Əgər kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs CM-nin 180-cı maddəsi ilə məsuliyyət daşımalıdır. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək) oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Həmin Qərarda həmçinin göstərilir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 3-cü bəndinə görə müvafiq olaraq oğurluq, soyğunçuluq və quldurluq cinayətlərinin “təkrar törədilməsi” əlaməti üzrə tövsif edilməsi üçün CM-in 177, 180, 181-ci maddələri ilə nəzərdə tutulan iki və ya daha çox cinayətlərin (hər hansı ardıcıllıqla) törədilməsi tələb olunur. Cinayət Məcəlləsinin 16.3-cü maddəsinə müvafiq olaraq oğurluq və ya soyğunçuluq və ya quldurluq cinayətini törətmiş şəxsin əməlini “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə o halda tövsif etmək olar ki, yeni cinayəti törədən vaxt şəxs əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş və yaxud cinayət məsuliyyətindən azad edilmiş olmasın, eləcə də əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsin. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-nin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayələrin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir. Həmin Qərarda həmçinin qeyd edilir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Yaşayış sahəsi dedikdə yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Bina dedikdə istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Həmin qərarın 23-cü bəndində göstərilmişdir ki, həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmək (CM-in 180.2.4-cü maddəsi) dedikdə döymə və ya digər zorakı hərəkətlərlə zərərçəkmişə fiziki ağrı yetirmə və ya onun azadlığının məhdudlaşdırılması ilə bağlı hərəkətlər etmək (əl-ayağını bağlama, qollarına qandal keçirmə, ağzı bağlı otaqda saxlama və s.) başa düşülməlidir. Həmin qərarda vurğulanmışdır ki, Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş oğurluğa görə cinayət məsuliyyətinin yaranması üçün əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı (lakin beş min manatdan artıq olmayan) məbləğdə ziyanın vurulması tələb olunduğu halda, Cinayət Məcəlləsinin 177.2.1- 177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə cinayət məsuliyyəti vurulmuş ziyan yüz manatdan yuxarı məbləğdə olduqda yaranır. Vurulmuş ziyanın cinayət məsuliyyətini şərtləndirən minimal məbləği barədə tələb soyğunçuluq və quldurluq cinayətlərinə şamil olunmur və həmin əməllərə görə cinayət məsuliyyəti vurulmuş ziyanın Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd”inin 1-ci bəndində göstərilən məbləğlərdən az olub-olmamasından asılı olmayaraq yaranır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. CM-nin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1 və 3-cü bəndlərinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 aprel 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, oğurluğun təkrar, yəni iki dəfə və ya iki dəfədən çox törədilməsi zamanı əmlakın mülkiyyətçisinə və ya digər sahibinə hər bir əməl üzrə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət məsuliyyəti yaranır. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsləri, onların müdafiəçilərini, zərərçəkmiş şəxsləri və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1, 177.2.3, 180.2.2, 180.2.3 və 180.2.4-cü maddələrində, Mürsəlov Sı̇ mran Mübarı̇ z oğlunun CM-in 177.2.1 və 177.2.3-cü maddələrində, İsgəndərov İlkı̇ n Pənah oğlunun CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirlilikləri CPM-in 143-146-cı maddələrinə riayət etməklə toplanmış, tədqiq edilmiş, qiymətləndirilmiş və mənbəyinin mötəbərliyi, əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən CM-nin 177.2.1, 177.2.3-ci maddələri üzrə İsgəndərov İlkı̇ n Pənah oğlunun və Təqsirləndirilən şəxs1 etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla, Təqsirləndirilən şəxs1 CM-nin 180.2.2, 180.2.3 və 180.2.4cü maddələri üzrə təqsirliliyi isə zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əməli CM-nin 177.2.1, 177.2.3, 180.2.2, 180.2.3 və 180.2.4-cü maddələri, Mürsəlov Sı̇ mran Mübarı̇ z oğlunun əməli CM-in 177.2.1 və 177.2.3-cü maddələri, İsgəndərov İlkı̇ n Pənah oğlunun əməli CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxs Mürsəlov Sı̇ mran Mübarı̇ z oğlunun özünü təqsirli bilməməsini özünü müdafiə xarakteri kimi qiymətləndirir. Belə ki, cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs Mürsəlov Sı̇ mran Mübarı̇ z oğlu ibtidai istintaq və məhkəmə istintaqı zamanı bildirmişdir ki, Təqsirləndirilən şəxs1 “Nicat” marketdən oğurluq edəcəyini demiş, İlkin da Məhəbbətlə razılaşmışdır. O, sözügedən marketə daxil olmamış və oğurluq etməmiş, Təqsirləndirilən şəxs3la Təqsirləndirilən şəxs1 köməklik etməmiş, onların oğurluq etməsini görüb oradan getmişdir. Sadəcə onlar oğurladıqları siqaretləri onun yaşadığı evə gətirmiş və ona da bir qutu siqaret vermişdirlər. Lakin araşdırma nəticəsində Təqsirləndirilən şəxs3 ifadə verərkən qeyd etmişdir ki, Təqsirləndirilən şəxs1 “Nicat” marketdən oğurluq etməyi təklif etmiş, o, da razılaşmışdır. Təqsirləndirilən şəxs2 isə mağazaya daxil olmayacağını desə də pusquda dayanacağına, onlar mağazaya daxil olduqdan sonra Təqsirləndirilən şəxs2 yaşadığı evə gedəcəklərinə və Təqsirləndirilən şəxs2la yaşadığı evdə görüşəcəklərinə razılaşmışdırlar. İş materiallarına əlavə edilmiş üzləşmə protokoluna baxılan zaman Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 ifşa etməsi müəyyən edilir. Araşdırma nəticəsində Təqsirləndirilən şəxs1 də ifadə verərkən qeyd etmişdir ki, Təqsirləndirilən şəxs2 oğurluq etmək istmədəyini bildirmiş, buna baxmayaraq oğurlanmış siqaretdən ona da vermələrini xahiş etmişdir. Təqsirləndirilən şəxs3la birgə “Nicat” marketdən oğurluq etdikdən sonra Simranın yaşadığı evə getmişdirlər, orada Simranla görüşüb təxminən 15-20 ədəd siqaret qutusunu Simrana vermişdirlər. Bundan başqa Təqsirləndirilən şəxs3 ifadəsi 27 oktyabr 2023-cü il tarixdə yerində yoxlanılarkən onun göstərməsinə əsasən Təqsirləndirilən şəxs2 yaşadığı evin mətbəxindəki şkafın alt gözündən bir sellofan torabada, 09 ədəd, ağ rəngli, nazik “Sobranie” markalı siqaretlər, 04 ədəd, ağ rəngli, qalın “Sobranie” markalı siqaretlər, 05 ədəd, göy rəngli, qalın “Sobranie” markalı siqaretlər, 03 ədəd, ağ rəngli, compact “LD” markalı siqaretlər, 05 ədəd, “Winston” caster markalı siqaretlər aşkar edilərək götürülmüşdür. Məhkəmə Təqsirləndirilən şəxs1 “həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə zərər çəkmiş Zərərçəkmiş şəxs2 boyununda asılı vəziyyətdə olan qızıl boyunbağını açıq formada talaması” epizodu üzrə özünü təqsirli bilməməsini özünü müdafiə xarakteri kimi qiymətləndirir. Belə ki, zərər çəkmiş şəxs şikayətçi kimi ərizə verərkən və ilkin ifadə verərkən də “xx.xx.2023-cü il tarixdə saat 00:30 radələrində onunla qonşuluqda yaşayan Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətinə qanunsuz daxil olaraq onu yumruqla sağ göz altı nahiyyəsindən vurub döyərək boynundan asılı vəziyyətdə olan qızıl boyunbağını qopardaraq oğurlayıb qaçaraq çıxıb getdiyini” bildirmişdir. Eyni zamanda Şahid4 da ifadəsində hadisə olduğu gecə yəni xx.xx.2023-cü il tarixdə bacısı ilə danışarkən bacısının ona qonşuluqda yaşayan Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətinə qanunsuz daxil olaraq onu yumruqla sağ göz altı nahiyyəsindən vurub döyərək boynundan asılı vəziyyətdə olan qızıl boyunbağını qopardaraq oğurladığını bildirdiyini qeyd etmişdir. Odur ki, CPM-in 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Mürsəlov Sı̇ mran Mübarı̇ z oğlu, İsgəndərov İlkı̇ n Pənah oğlu barəsində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Təqsirləndirilən şəxs1 Xüsusi hissəsinin 177.2.1, 177.2.3, 180.2.2, 180.2.3 və 180.2.4-cü maddələrinin, Mürsəlov Sı̇ mran Mübarı̇ z oğluna Xüsusi hissəsinin CM-in 177.2.1 və 177.2.3-cü maddələrinin, İsgəndərov İlkı̇ n Pənah oğluna Xüsusi hissəsinin CM-in 177.2.1 və 177.2.3cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. CM-nin: 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 180.2.2, 180.2.3 və 180.2.4-cü maddələrinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama – təkrar törədildikdə; yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə; insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - Yetkinlik yaşına çatmayanı nəzarət altına vermə haqqında 26 oktyabr 2023cü il tarixli qərarda görünür ki, CM-nin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, xx.xx.2006-cı ildə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Ağsu şəhəri, Xanlar küçəsi ev 2-də yaşayan Təqsirləndirilən şəxs1 anası X7 nəzarəti altına verilmişdir. - Şübhəli şəxsin tutulması haqqında 22 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs1 CM-nin 180.2.3-cü və 180.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 22 dekabr 2023-cü il tarixdə saat 20:10-da tutulmuşdur. - Ağsu Rayon Məhkəməsinin 23 dekabr 2023-cü il tarixli 4(016)-43/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 22 dekabr 2023-cü il tarixdən hesablanmışdır. - Cinayət törətməsində şübhə yarandığında şəxsin tutulmasına dair 27 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs3 CM-nin 177.2.1-ci və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 27 oktyabr 2023-cü il tarixdə saat 19:40-da tutulmuşdur. - Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi barədə 29 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs xx.xx.2003-cü ildə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Ağsu rayonu, Maşadqanlı kəndində qeydiyyatda olmaqla Ağsu şəhəri, Meleratorlar qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs3 saxlanıldığı Ağsu rayon polis şöbəsinin müvəqqəti saxlanma yerindən azad edilmiş, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. - Cinayət törətməsində şübhə yarandığında şəxsin tutulmasına dair 27 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1-ci və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 27 oktyabr 2023-cü il tarixdə saat 21:30-da tutulmuşdur. - Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi barədə 29 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs xx.xx.2003-cü ildə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, ünvan 3-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs2 saxlanıldığı Ağsu rayon polis şöbəsinin müvəqqəti saxlanma yerindən azad edilmiş, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 04 dekabr 2023-cü il tarixdə tərtib edilmiş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 Ağsu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən CM-nin 29,177.2.1, 29,177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsiriləndirilərək 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.5-ci bəndinə əsasən cəzadan azad edilmiş, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. CM-nin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 18.4.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; 18.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materillarından görünür ki, xx.xx.2006-cı il təvəllüdlü Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatmayan vaxt, yəni Ağsu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən CM-nin 29,177.2.1, 29,177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsiriləndirilərək 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.5-ci bəndinə əsasən cəzadan azad edilmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının: 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 2-ci bəndində qeyd olunmuşdur ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1, 177.2.3, 180.2.2, 180.2.3 və 180.2.4-cü maddələri, Mürsəlov Sı̇ mran Mübarı̇ z oğlu və İsgəndərov İlkı̇ n Pənah oğlunun CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə törətdikləri əməl, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ağsu rayon İcra Hakimiyyəti Başçısının Ağsu şəhər inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin 05 dekabr 2023-cü il tarixli, 5-34-13/2-3-2991/2023 saylı Arayışından görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 3-də yaşamaqla ailə tərkibi - 1973-cü il təvəllüdlü X1r. - Ağsu rayon İcra Hakimiyyəti Başçısının Ağsu şəhər inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin 05 dekabr 2023-cü il tarixli, 5-34-13/2-3-2991/2023 təqdim etdiyi Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 nizam-intizamlıdır, ona verilən tapşırıqları yerinə yetirir, ailə və məişətdə özünü aparmağı bacarır, böyüklərə hörmət etməyi bacarır, onun barəsində nümayəndəliyinə nə yazılı, nə də şifahi cinayət xarakterli material daxil olmamışdır. - Ağsu rayon İcra Hakimiyyəti Başçısının Ağsu şəhər inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin 07 dekabr 2023-cü il tarixli, 5-34-13/2-3-3010/2023 saylı Arayışından görünür ki, Təqsirləndirilən şəxs1 Ağsu şəhəri, Xanlar küçəsi ev 17-də yaşamaqla ailə tərkibi - anası X10r. - Ağsu rayon İcra Hakimiyyəti Başçısının Ağsu şəhər inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin 05 dekabr 2023-cü il tarixli, 5-34-13/2-3-3010/2023 təqdim etdiyi Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ailə və məişətdə özünü aparmağı bacamır, böyüklərə hörmət etmək bacarığına malik deyil, Təqsirləndirilən şəxs1 davranış qaydalarına tam əməl etmir. - Ağsu rayon İcra Hakimiyyəti Başçısının Ərəbuşağı Kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin 06 dekabr 2023-cü il tarixli, 5-34-21/2-2-602/2023 saylı Arayışından görünür ki, X3 rayonunun Maşadqanlı kəndində yaşamaqla ailə tərkibi – atası X5, anası X2r. - Ağsu rayon İcra Hakimiyyəti Başçısının Ərəbuşağı Kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin 06 dekabr 2023-cü il tarixli təqdim etdiyi Xasiyyətnamədən görünür ki, X13 orta məktəbi bitirdikdən sonra 2021-ci ilin oktyabr ayında həqiqi hərbi xidmətə getmiş, 2023-cü ilin aprel ayında hərbi xidmətdən təxris olunmuş, ailə və məişətdə özünü nizamintizamlı aparır, kənddə böyük hörmət və nüfuza sahib olmuş, kənd ağsaqqallarının və gənclərin hörmətini qazanmış, dövlətin keçirdiyi tədbirlərdə yaxından iştirak edir və hökümətin apardığı uğurlu siyasəti dəstəkləyir, dövlət sirrini saxlamağı bacarır, o halhazırda Ağsu rayonunun Maşadqanlı kəndində yaşayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini CM-nin 59.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1, təqsirləndirilən şəxslərin Zərərçəkmiş şəxs1 ilə barışmalarını CM-nin 59.1.12-ci maddəsinə, Zərərçəkmiş şəxs1 dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini CM-nin 59.1.13-cü maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Mürsəlov Sı̇ mran Mübarı̇ z oğlunun və İsgəndərov İlkı̇ n Pənah oğlunun cəzalarını yüngülləşdirən hallar qismində nəzərə alır. Həmçinin, məhkəmə təqsirləndirilən şəxs İsgəndərov İlkı̇ n Pənah oğlunun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlini könüllü etiraf etməsini, əvvəllər məhkum olunmamasını, əməlindən peşman olmasını, təqsirləndirilən şəxs Mürsəlov Sı̇ mran Mübarı̇ z oğlunun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Mürsəlov Sı̇ mran Mübarı̇ z oğlunun və İsgəndərov İlkı̇ n Pənah oğlunun cəzasını ağırlaşdıran hal qismində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Mürsəlov Sı̇ mran Mübarı̇ z oğlunun və İsgəndərov İlkı̇ n Pənah oğlunun barələrində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla onların qəsdən az ağır cinayət törətmələrini, işin faktiki hallarını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin onların şəxsiyyətini, o cümlədən onların cəzasını yüngülləşdirən halları nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxslər təqsirləndirilən şəxslər Mürsəlov Sı̇ mran Mübarı̇ z oğlunun və İsgəndərov İlkı̇ n Pənah oğlunun azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmalarını mümkün sayaraq belə qənaətə gəlir ki, onlara CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Mürsəlov Sı̇ mran Mübarı̇ z oğlunun və İsgəndərov İlkı̇ n Pənah oğlunun azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxslər barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan 27 oktyabr 2023-cü il tarixli tutma protokolundan, həmçinin təqsirləndirilən şəxslər barəsində qətimkan tədbirinin seçilməsi və təqsirləndirilən şəxsi müvəqqəti saxlama yerindən azad etmə haqqında 29 oktyabr 2023-cü il tarixli qərarlardan görünür ki, Mürsəlov Sı̇ mran Mübarı̇ z oğlu və İsgəndərov İlkı̇ n Pənah oğlu 27 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 29 oktyabr 2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Mürsəlov Sı̇ mran Mübarı̇ z oğlu və İsgəndərov İlkı̇ n Pənah oğlunun ibtidai istintaq zamanı 27 oktyabr 2023-cü il tarixdən 29 oktyabr 2023cü il tarixədək tutulduğu 02 (iki) gün müddət həbsdə olma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunacaq cəzadan çıxılmaqla onun üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Mürsəlov Sı̇ mran Mübarı̇ z oğlu və İsgəndərov İlkı̇ n Pənah oğlunun üzərinə Ağsu rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:30-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Məhkəmə Mürsəlov Sı̇ mran Mübarı̇ z oğlu və İsgəndərov İlkı̇ n Pənah oğluna təyin olunacaq azadlığın mədudlaşdırılması cəzasının müddətinin əvvəlini məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını qanuni və əsaslı hesab edir. Mürsəlov Sı̇ mran Mübarı̇ z oğlu və İsgəndərov İlkı̇ n Pənah oğluna azadlığın mədudlaşdırılması cəzası təyin edildiyindən barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən hesab edir ki, cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri (CM-in 58.3-cü maddəsi), həmçinin CM-in 86-cı maddəsində sadalanan şərtlər nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 islah olunması üçün törətdiyi cinayətə görə barəsində cəza təyin edərkən hesab edir ki, ona CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması və 180.2.2, 180.2.3 və 180.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir (CM-66.2). Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. CM-nin: 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. CPM-in 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 22 dekabr 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, 23 dekabr 2023-cü il tarixdə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir, ona görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanma müddəti cəzaçəkmə müddətlərinə daxil edilməklə, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalıdır. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. CPM-in 346.1.13-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməli olduğu məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilməlidir. CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğundan ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; cinayət işi üzrə maddi sübut kimi tanınmış 09 ədəd, ağ rəngli, nazik “Sobranie” markalı siqaretlər, 04 ədəd, ağ rəngli, qalın “Sobranie” markalı siqaretlər, 05 ədəd, göy rəngli, qalın “Sobranie” markalı siqaretlər, 03 ədəd, ağ rəngli, compact “LD” markalı siqaretlər, 05 ədəd, “Winston” caster markalı siqaretlərin Zərərçəkmiş şəxs1 geri qaytarılması nəzərə alınmalı, bir ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxslərdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 CMnin 177.2.1, 177.2.3, 180.2.2, 180.2.3 və 180.2.4-cü maddələri ilə, Mürsəlov Sı̇ mran Mübarı̇ z oğlunun və İsgəndərov İlkı̇ n Pənah oğlunun CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçilərin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkillərin məhkəmədə iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxslərə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 45 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçilərə müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 180.2.2, 180.2.3 və 180.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2, 180.2.3 və 180.2.4-cü maddələri ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə, ona çəkilməsi üçün qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı gündən, yəni 22 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İsgəndərov İlkı̇ n Pənah oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən İsgəndərov İlkı̇ n Pənah oğlunun ibtidai istintaq zamanı 27 oktyabr 2023-cü il tarixdən 29 oktyabr 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. İsgəndərov İlkı̇ n Pənah oğlunun üzərinə hər gün saat 23:30-dan səhər saat 07:00adək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Ağsu rayonunun ərazisi hüdudlarını tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. İsgəndərov İlkı̇ n Pənah oğlunun üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Ağsu rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İsgəndərov İlkı̇ n Pənah oğlunun cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İsgəndərov İlkı̇ n Pənah oğlunun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Mürsəlov Sı̇ mran Mübarı̇ z oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Mürsəlov Sı̇ mran Mübarı̇ z oğlunun ibtidai istintaq zamanı 27 oktyabr 2023-cü il tarixdən 29 oktyabr 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Mürsəlov Sı̇ mran Mübarı̇ z oğlunun üzərinə hər gün saat 23:30-dan səhər saat 07:00adək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Ağsu rayonunun ərazisi hüdudlarını tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Mürsəlov Sı̇ mran Mübarı̇ z oğlunun üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Ağsu rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Mürsəlov Sı̇ mran Mübarı̇ z oğlunun cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Mürsəlov Sı̇ mran Mübarı̇ z oğlunun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. İş üzrə maddi sübut kimi tanınmış 09 ədəd, ağ rəngli, nazik “Sobranie” markalı siqaretlər, 04 ədəd, ağ rəngli, qalın “Sobranie” markalı siqaretlər, 05 ədəd, göy rəngli, qalın “Sobranie” markalı siqaretlər, 03 ədəd, ağ rəngli, compact “LD” markalı siqaretlər, 05 ədəd, “Winston” caster markalı siqaretlərin Zərərçəkmiş şəxs1 geri qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxslər Mürsəlov Sı̇ mran Mübarı̇ z oğlundan, İsgəndərov İlkı̇ n Pənah oğlundan və Təqsirləndirilən şəxs1 oğlundan aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (bir yüz) manat alınıb Respublika büdcəsinin aşağıdakı hesabına keçirilsin: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ**********0000003944, SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi-VÖEN-**********, hesab- AZ34CTRE********************01. Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından təqsirləndirilən şəxs Nurı̇ yev Məhəbbət Baba oğluna məhkəmə istintaqı zamanı göstərdiyi 45 saat hüquqi yardıma görə 270 manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi3 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından təqsirləndirilən şəxs Mürsəlov Sı̇ mran Mübarı̇ z oğluna məhkəmə istintaqı zamanı göstərdiyi 45 saat hüquqi yardıma görə 270 manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi1 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından təqsirləndirilən şəxs İsgəndərov İlkı̇ n Pənah oğluna məhkəmə istintaqı zamanı göstərdiyi 45 saat hüquqi yardıma görə 270 manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi4 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №1(016)-37/2024
Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-37/2024
18.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver