Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-38/2024 23.05.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Ağsu rayonu, Çiyni kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, işsiz, Ağsu rayonu, Qaraqaşlı kəndində qeydiyyatda olmaqla həbs olunanadək həmin ünvanda yaşayan, barəsində Ağsu Rayon Məhkəməsinin 20 yanvar 2024-cü il tarixli qərarı ilə üç ay müddətində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 177.2.3-1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamış və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, 21 dekabr 2023-cü il tarixdə saat 16 radələrində Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində piyada hərəkətdə olan zaman Zərərçəkmiş şəxs məxsus olan, "xxxx" ASC-yə aid 523915******6953 nömrəli debet kartını yerdən taparaq həmin kartı sahibinə qaytarmaq üçün heç bir tədbir görmədən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə cibinə qoymuş, həmin tarixdə saat 17 radələrində cinayətdən xəbərsiz tanışı Şahid3 idarə etdiyi “Vaz 21074” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilinə Ağsu şəhəri, Nizami küçəsində yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsindən həmin debet kartı vasitəsilə nağdsız ödəniş edərək 30 manat məbləğində yanacaq doldurmaqla, həmin tarixdə saat 20:45 radələrində Ağsu şəhəri, Nizami küçəsində yerləşən “Əli Market”-dən həmin debet kartı vasitəsilə nağdsız ödəniş edərək 26 manat dəyərində uşaq bezləri almaqla, həmin tarixdə saat 21:40 radələrində cinayətdən xəbərsiz tanışı Şahid4 həmin debet kartı vasitəsilə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu şəhəri ərazisindən keçən hissəsinin kənarında yerləşən “Grandmart” marketdən 52 manat, 07 qəpik dəyərində ərzaq və qeyri-ərzaq məhsulları aldırmaqla, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs məxsus debet kartının balansında olan ümumilikdə 108 manat, 07 qəpik məbləğində pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs 108 manat, 07 qəpik məbləğində maddi ziyan vuraraq elektron məlumat daşıyıcısından istifadə etməklə oğurluq etmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, 12,87 qram çəkidə, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib yerini dəyişməklə daşıyıb Ağsu şəhərinə gətirərək üzərində saxlamış, 18 yanvar 2024-cü il tarixdə saat 22:50 radələrində Ağsu rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində üzərində narkotik vasitə gəzdirməkdə şübhələnildiyi üçün Ağsu rayonu, Qaraqaşlı kəndi ərazisində saxlanılaraq rayon polis şöbəsinin ünvan 3 ünvanında yerləşən inzibati binasına gətirilmiş, orada həmin tarixdə saat 23:20 radələrində üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkcəsinin sol iç cibindən, bir ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 12,87 qram olan, tərkibində narkotik maddələr olan, çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs CM-in 177.2.3-1-ci və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, Ağsu rayonu, Qaraqaşlı kəndində yaşayır. 21 dekabr 2023-cü il tarixdə saat təxminən 16 radələrində Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Z.Əliyeva” adına parkın kənarı ilə piyada hərəkət edirkən yolun kənarında yerə düşmüş vəziyyətdə "xxxx"-a məxsus kart olduğunu görmüş, kartı yerdən götürmüşdür. Kartın üstündə ad və soyad yazılmadığı üçün kimə məxsus olduğunu bilməmişdir. Kartı götürdükdən sonra kartın içərisində pul olub-olmamasını yoxlamaq qərarına gəlmiş, bundan sonra həmin gün saat təxminən 17 radələrində təsadüfən tanışı Şahid3 “Şlanba” adlanan yerdə görmüşdür. O, Şahid3 idarə etdiyi “Vaz 2107” markalı avtomobili ilə gəzmək istədiyini və benzin xərclərini ödəyəcəyini bildirmişdir. Şahid3 da işi olmadığı üçün onunla razılaşmış və Şahid3 avtomobilinə əyləşmişdir. Bundan sonra, Şahid3 avtomobilini Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən yanacaqdoldurma məntəqəsinə sürmüş, o, tapdığı kartı İlqara verib kartın özünə məxsus olduğunu, kartın içərisində pul olduğunu və yanacaq pulunu həmin kartla ödəməsini bildirmiş, Şahid3 da onunla razılaşmışdır. Lakin İlqara kartı tapdığını deməmişdir. Bundan sonra, İlqar kartı ondan alıb 30 manat dəyərində benzin pulunu həmin kart vasitəsilə ödəmişdir. O da kartın içərisində pul olduğuna tam əmin olmuşdur. İlqarın avtomobilinə yanacaq doldurduqdan sonra avtomobillə Ağsu şəhəri ərazisini gəzmişlər. Həmin gün saat 20:45 radələrində Ağsu şəhəri, Nizami küçəsində yerləşən “Əli” marketə getmiş, marketdən 26 manat dəyərində uşaq bezləri alıb pulunu həmin kart vasitəsilə ödəmişdir. Bundan sonra, o, aldığı uşaq bezlərini yaşadığı evə aparıb vermişdir. Uşaq bezlərini evə verdikdən sonra digər tanışı Şahid4 zəng edib yeyib-içmək istədiklərini bildirmişlər. Şahid4 yaşadığı evdə olduğunu demiş, bundan sonra onlar Talehin yaşadığı evin qarşısına getmişlər. Talehlə görüşüb biraz söhbət etdikdən sonra kartı Talehə vermiş və gedib yeyib-içmək üçün ərzaq və içki almasını bildirmiş, Taleh də onunla razılaşmışdır. Bundan sonra o, kameraya düşmək istəmədiyi üçün yorğun olduğunu deyib Taleh və İlqarla birlikdə mağazaya getməmişdir. Taleh və İlqar isə Grandmart marketə getmişlər. O, isə Ağsu şəhərində “Şlanba” adlanan yerə getmişdir. Bir az sonra Taleh ona zəng edib kartın balansında olan pula siqaret, pivə və s. məhsullar aldığını demiş, o da Talehə kartı gətirib ona verməsini bildirmişdir. Taleh kartı gətirib ona vermiş, o, da Talehin aldığı əşyaları istəmədiyini bildirmiş və həmin məhsulları Talehə vermiş, Taleh də bundan sonra çıxıb getmişdir. O, da kartı “Şlanba” adlanan yerdə zibil qabına atıb yaşadığı evə getmişdir. 22 dekabr 2023-cü il tarixdə polis əməkdaşları onu Ağsu rayon Polis Şöbəsinə dəvət edib tapdığı kartın harada olduğunu soruşmuşlar. O, kartı atdığını bildirmiş, tapdığı kartın Ağsu şəhər sakini Zərərçəkmiş şəxs məxsus olmasını sonradan bilmişdir. Bundan başqa, o, 16 yanvar 2024-cü il tarixdə gündüz vaxtı Ağsu rayonu, Qaraqaşlı kəndi ərazisində olarkən yerdə bir ədəd sellofan bükümü görüb yerdən götürmüşdür. Sellofan bükümə yaxından baxan zaman onun içində marixuanaya bənzər maddə olmasını müəyyən etmiş, sellofanı açıb içindəki maddəni iyləyən zaman onun marixuana olduğunu anlamışdır. Bundan sonra istifadə etmək məqsədilə içində marixuana olan sellofan bükümü cibinə qoymuş, daha sonra yaşadığı evə getmiş, həmin narkotik vasitənin bir hissəsini istifadə etmişdir. O, 18 yanvar 2024-cü il tarixdə saat 22 radələrində tapdığı narkotik vasitənin qalan hissəsini də cibinə qoyub yaşadığı evdən çıxaraq piyada hərəkət etməyə başlamışdır. Bu vaxt polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirmişlər. Həmçinin onlarla birlikdə Ağsu rayon polis şöbəsinə getməyini ondan tələb etmişlər. O, razılaşıb Ağsu rayon polis şöbəsinə gəlmişdir. Həmin gün o, şübhəli şəxs qismində tutulmuş və ona təqdim edilmiş siyahıdan hüquqlarını müdafiə etməsi üçün vəkil seçmişdir. Bundan sonra özü seçdiyi vəkil oraya dəvət edilmişdir. Bundan sonra ona hüquqları izah olunmuşdur. Həmin vaxt üzərində narkotik vasitə olub-olmaması soruşulduqda o, üzərində narkotik vasitə olmasını etiraf etmişdir. Sonra əynində olan qara rəngli gödəkcənin sol iç cibindən, bir ədəd sellofan bükümdə olan qurudulmuş marixuananı çıxararaq təhvil vermişdir. Ona həmin marixuananı haradan əldə etməsi barədə sual verilmişdir. O, marixuananı həbs olunmamışdan iki gün əvvəl yaşadığı kəndin ərazisində yerdən tapdığını demişdir. Daha sonra həmin marixuana ekspertizaya təqdim edilməsi üçün elektron tərəzi ilə ölçülmüş və qablaşdırılmışdır. Bundan sonra bu barədə tərtib edilən protokolu imzalamışdır. O, törətdiyi əməldən səmimi peşmançılıq çəkir, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş və onunla barışmışdır, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, o, 2023-cü ilin dekabr ayının ortalarında X5 şəhərində yerləşən filialına yaxınlaşıb istifadə etməsi üçün bir ədəd nömrəsi yadında qalmayan birbank debet kartı götürmüşdür. Həmin kart onun adına qeydiyyata alınmış, bundan sonra kartı istifadə etməyə başlamışdır. O, həmin karta pul köçürür və yaxud da kartda olan pulu nağdlaşadıraraq istifadə edir, həmçinin kart vasitəsilə alış-veriş edirmiş. 21 dekabr 2023-cü il tarixdə saat təxminən 16:30 radələrində o, Ağsu şəhəri, Natəvan küçəsində yerləşən Oba marketdə həmin kart vasitəsilə alış-veriş etdikdən sonra marketdən çıxıb Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsi ilə həmin küçədə yerləşən “Orxan Market”-ə kommunal ödəniş etmək üçün gəlmişdir. O, kommunal ödəniş etmək istəyərkən kartın üzərində olmadığını və kartı itirdiyini aşkar etmiş, bundan sonra o, kartı itirdiyi üçün yaşadığı evə getmişdir. Həmin gün axşam radələrində mobil telefonunda olan birbank tətbiqinə baxan zaman itirdiyi kartdan əvvəlcə 30 manat, sonra 26 manat sonra isə 52 manat pulun istifadə olunmasını aşkar etmiş, bundan sonra 22 dekabr 2023-cü il tarixdə Ağsu rayon Polis Şöbəsinə gələrək bu barədə müraciət etmişdir. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə məlum olmuşdur ki, o, kartı itirdikdən sonra həmin kartı Ağsu rayon, Qaraqaşlı kənd sakini Təqsirləndirilən şəxs taparaq kartdan qanunsuz olaraq istifadə etmişdir. İtirdiyi debet kartında olan pulların xərclənməsi nəticəsində ona 108 manat, 07 qəpik məbləğində maddi ziyan dəymiş, istintaq zamanı Təqsirləndirilən şəxs anası Mahir Məmmədova ona dəymiş maddi ziyanı tamamilə ödəmişdir. O, Təqsirləndirilən şəxs barışmış, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, o, 21 dekabr 2023cü il tarixdə saat təxminən 17 radələrində tanışı Təqsirləndirilən şəxs Ağsu şəhərində “Şlanba” adlanan yerdə görmüşdür. Şamxalla görüşdükdən sonra Şamxal onun idarə etdiyi “Vaz 2107” markalı avtomobillə gəzmək istədiyini, benzin pulunu verəcəyini bildirmiş, o da Şamxalla razılaşmış və Şamxal onun avtomobilinə minmişdir. Bundan sonra o, avtomobili Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən yanacaqdoldurma məntəqəsinə sürmüş, Şamxal ona kart verib kartın içərisində pul olduğunu və yanacaq pulunu həmin kartla ödəməsini bildirmiş, o da razılaşmışdır. Lakin Şamxal kartı tapdığını deməmişdir. Bundan sonra o, kartı Şamxaldan alıb 30 manat dəyərində benzin pulunu həmin kart vasitəsilə ödəmişdir. Onlar avtomobilə yanacaq doldurduqdan sonra kartı Şamxala qaytarmış və avtomobillə Ağsu şəhəri ərazisini gəzmişlər. Həmin gün saat 20:45 radələrində Ağsu şəhəri, Nizami küçəsində yerləşən Əli marketin qarşısına getmişlər. Şamxal marketə girib marketdən alış veriş etmiş və həmin kart vasitəsilə 26 manat dəyərində uşaq bezləri almışdır. Daha sonra Təqsirləndirilən şəxs onu Ağsu rayon, Qaraqaşlı kəndinə aparmağını istəmiş, o da Şamxalı avtomobili ilə Ağsu rayon, Qaraqaşlı kəndinə aparmışdır. Şamxal aldığı uşaq bezlərini evə verdikdən sonra digər tanışı Şahid4 zəng edib yeyib-içmək istədiyini bildirmiş, Taleh də yaşadığı evdə olduğunu demişdir. Bundan sonra onlar Talehin yaşadığı ünvanın qarşısına getmişlər. Talehlə bir az söhbət etdikdən sonra Şamxal kartı Talehə verib gedib yeyib-içmək üçün ərzaq və içki almasını bildirmiş, Taleh də razılaşmışdır. Bundan sonra o, Talehlə birlikdə Bolmart marketin qarşısına getmiş, Şamxal isə onunla getməmişdir. Bolmart marketin qarşısına çatdıqdan sonra Taleh marketə girmiş, o isə onu marketin çölündə avtomobildə gözləmişdir. Biraz sonra Taleh gəlib avtomobilə əyləşmiş və kart vasitəsilə 52 manatlıq alış-veriş etdiyini bildirmişdir. Sonra Taleh zəng edib bu barədə Şamxala məlumat vermiş, Şamxal da kartı aparıb ona verməsini bildirmişdir. Biraz sonra Talehlə birlikdə Şlanba deyilən yerə getmişlər. Taleh kartı Şamxala vermiş, Şamxal da Talehin aldığı əşyaları özündə saxlamağını demişdir. Bundan sonra o, həmin yerdən çıxıb getmişdir. 22 dekabr 2023-cü il tarixdə onu Ağsu rayon Polis Şöbəsinə dəvət etmişlər. Sonradan kartın Ağsu şəhər sakini Zərərçəkmiş şəxs məxsus olmasını bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, 21 dekabr 2023-cü il tarixdə saat təxminən 21 radələrində tanışı Təqsirləndirilən şəxs ona zəng edib yeyibiçmək istədiyini bildirmiş, o da yaşadığı evdə olduğunu demişdir. Bundan sonra Şamxal və tanışı Şahid3 onun yaşadığı ünvanın qarşısına gəlmişlər. Bir az söhbət etdikdən sonra Şamxal ona bir ədəd plastik kart verib gedib yeyib-içmək üçün ərzaq və içki almasını bildirmişdir. O, Şamxalla razılaşmış, İlqarla birlikdə Bolmart marketin qarşısına getmişdir. Şamxal isə onlarla getməmişdir. Bolmart marketin qarşısına çatdıqdan sonra o, marketə girmiş, marketə girdikdən sonra marketdən təxminən 52 manat dəyərində siqaret, pivə cipsi və bir-iki ərzaq almışdır. Sonra marketdən çölə çıxıb Şamxala zəng edib bu barədə bildirmiş, Şamxal da kartı qaytarmasını istəmişdir. Sonra o, İlqarla birlikdə Şlanba deyilən yerə getmiş, kartı Şamxala vermişdir. Şamxal da aldığı əşyaları özündə saxlamasını ona bildirmiş, bundan sonra o, aldığı əşyaları da götürüb yaşadığı evə getmişdir. 22 dekabr 2023-cü il tarixdə onu Ağsu rayon Polis Şöbəsinə dəvət etmişlər. Sonradan kartın Ağsu şəhər sakini Zərərçəkmiş şəxs məxsus olmasını bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, 18 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz əldə edərək istifadə etməsi, üzərində saxlaması və hazırda Ağsu rayonu, Qaraqaşlı kəndi ərazisində piyada hərəkətdə olması barədə ona məxfi mənbədən məlumat daxil olmuşdur. Bundan sonra həmin məlumatı şöbənin rəhbərliyinə məruzə etmiş və lazımi sənədləşdirməni aparmışdır. Bundan sonra Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirmək zərurəti yarandığından Ağsu RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyən, polis baş serjantı Şahid1 ilə birlikdə Ağsu rayonu, Qaraqaşlı kəndinə getmişlər. Onlar həmin tarixdə saat təxminən 22:50 radələrində Təqsirləndirilən şəxs Ağsu rayonu, Qaraqaşlı kəndində piyada hərəkətdə olmasını görüb saxlamışlar. Onlar Təqsirləndirilən şəxs özlərini təqdim etmiş və üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib rayon polis şöbəsinə gəlməyə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla rayon polis şöbəsinə gəlmiş, bundan sonra Təqsirləndirilən şəxs saxlanılaraq Ağsu rayon Polis Şöbəsinə gətirilməsini şöbə rəhbərliyinə raportla məruzə etmişdir. Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra özünün seçdiyi vəkilin iştirakı ilə onun üzərinə baxış keçirilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkcəsinin içəri sol cibindən, bir ədəd şəffaf sellofan bükümdə, narkotik vasitə olan marixuanaya bənzər maddəni çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olan marixuana olduğunu və iki gün əvvəl yaşadığı kəndin ərazisində yerdən tapdığını demişdir. Daha sonra həmin marixuanaya bənzər maddə ekspertizaya təqdim edilməsi üçün elektron tərəzi ilə ölçülmüş və qablaşdırılmışdır. Daha sonra bu barədə tərtib olunmuş protokol ucadan oxunmuş və iştirakçılar həmin protokolu imzalayaraq təsdiq etmişlər. İş üzrə digər Şahid1 məhkəməyə teleqram göndərərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid1 ibtidai istintaqda verdiyi ifadəsi məhkəmə iclasında elan olunmuşdur. Şahid1 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs narkotik vasitəni qanunsuz əldə edərək üzərində saxlaması barədə məxfi mənbədən daxil olmuş məlumatla əlaqədar 18 yanvar 2024-cü il tarixdə əməliyyat qrupu təşkil edilmişdir. 18 yanvar 2024-cü il tarixdə həmin məlumatla əlaqədar Ağsu rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Ağsu rayonu, Qaraqaşlı kəndinə getmişlər. Onlar Təqsirləndirilən şəxs piyada hərəkətdə olduğunu görmüş və Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib rayon polis şöbəsinə gəlməyə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla rayon polis şöbəsinə gəlmişdir. Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra özünün seçdiyi vəkilin iştirakı ilə onun üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin içəri sol cibindən, bir ədəd şəffaf sellofan bükümdə, narkotik vasitə olan marixuanaya bənzər maddəni çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olan marixuana olduğunu və iki gün əvvəl yaşadığı kəndin ərazisində yerdən tapdığını demişdir. Sonra həmin marixuanaya bənzər maddə ekspertizaya təqdim edilməsi üçün elektron tərəzi ilə ölçülmüş və qablaşdırılmışdır. Daha sonra bu barədə tərtib olunmuş protokol ucadan oxunmuş və iştirakçılar həmin protokolu imzalayaraq təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “Zərərçəkmiş şəxs kimi tanıma haqqında” 29 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. - “Cinayət törətməkdə şübhəli olan şəxsi tutma haqqında” 18 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 yanvar 2024-cü il tarixdə, saat 23:10-da tutulmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin 19 yanvar 2024-cü il tarixli, 17/71 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütlə.” yazısı, adlar və imzalar yazılmış 01 ədəd zərfin içərisindəki 01 ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi – 12,87 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 20 yanvar 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. - Ağsu Rayon Məhkəməsinin 4(016)-9/2024 saylı, 20 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində “həbs” seçilməklə, prosessual məcburiyyət tədbiri tətbiq edilməsi, həbsdə saxlama müddətinin 3 ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 18 yanvar 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. - “Əşyanın maddi sübut hesab edilməsi haqqında” 21 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən aşkar edilərək götürülmüş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin 3 nömrəli möhürü ilə möhürlənmiş 01 ədəd zərfin içində olan, bir ədəd şəffaf sellofan bükümdə, 12,77 qram çəkidə (tədqiqatdan sonrakı çəkisi) narkotik vasitə olan qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut hesab edilmişdir. - Ağsu Rayon İcra Hakimiyyəti başçısının X4 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 26 yanvar 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs orta məktəbi bitirikdən sonra hərbi xidmətdə olmuş, hərbi xidmətdən qayıtdıqdan sonra kənddə təsərrüfat işləri ilə məşğul olmuşdur. 2016-2020-ci illərdə həbsdə olmuşdur. Həbsdən qayıtdıqdan sonra kənddə təsərrüfat işləri ilə məşğul olmuşdur. Kənddə yaşadığı dövrdə gənclər və kənd sakinləri yanında hörmət qazanmışdır. Bu günə qədər onun haqqında X4 Ərazi Dairəsi üzrə Nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin 09 fevral 2024-cü il tarixli, 197 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 01 mart 2024-cü il tarixli cavabdan görünür ki, Ağsu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə təqsirlləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2.2-ci maddəsinə əsasən xitam verilmişdir. Ağsu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-in 29, 177.2.3 və 232.1-ci maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə həbsdən azad edilmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadələri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər dəlillərlə təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq CM-in qeyd olunan maddələri ilə tövsif edilmiş, onunun hərəkətlərində əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona CM-in 8, 41 və 58-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 31-ci bəndində qeyd olunur ki, cinayət iştirakçılıqla törədilmişsə iştirakçılığın forması, hər bir iştirakçının hərəkətlərinin və yaxud hərəkətsizliyinin nədə ifadə olunması əks etdirilməklə onların rolları hökmdə təsvir edilməlidir. Həmin Qərarın 36-cı bəndinin ikinci abzasında qeyd olunur ki, başqa şəxslər haqqında cinayət təqibi üzrə icraat ayrılmışsa, hökmdə həmin şəxslərin soyadları göstərilmədən, cinayətin haqqında icraat ayrılmış başqa şəxslərlə birlikdə törədildiyi qeyd edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. CM-in 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini və zərərçəkmiş şəxslə barışmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran hal yoxdur. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 18 yanvar 2024-cü il tarixdən 23 may 2024-cü il tarixədək həbsdə saxlandığı müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə hesablanmalıdır. Hökmün icrası təqsirləndirilən şəxsin yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal həbsdən azad olunmalı, barəsində “başqa yerə getməmə haqqında iltizam” növündə qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3-1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış və Ağsu rayon Polis Şöbəsinin maddi sübutların saxlama kamerasında saxlanılan təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış aparılarkən aşkar edilərək götürülmüş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin 3 nömrəli möhürü ilə möhürlənmiş 01 ədəd zərfin içində olan, bir ədəd şəffaf sellofan bükümdə, 12,77 qram çəkidə (tədqiqatdan sonrakı çəkisi) narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 34,55 manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 18 saat hüquqi yardıma görə 108 manat məbləğində pulun dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrinə əsasən, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs CM-in 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 18 yanvar 2024-cü il tarixdən 23 may 2024-cü il tarixədək həbsdə saxlanıldığı 04 (dörd) ay 05 (beş) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən hesablanmaqla, ona təyin olunan 3 (üç) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində 02 (iki) il 09 (doqquz) ay 20 (iyirmi) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Ağsu rayonunun ərazisi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün gecə saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Ağsu rayon Polis Şöbəsinin maddi sübutların saxlama kamerasında saxlanılan təqsirləndirilən şəxsin üzərindən aşkar edilərək götürülmüş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin 3 nömrəli möhürü ilə möhürlənmiş 01 ədəd zərfin içində olan, bir ədəd şəffaf sellofan bükümdə, 12,77 qram çəkidə (tədqiqatdan sonrakı çəkisi) narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 34,55 (otuz dörd manat əlli beş qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət büdcəsinə (Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, X2, kod: 210005, VÖEN: **********, müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab AZ34CTRE********************) ödənilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 18 saat hüquqi yardıma görə 108 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №1(016)-38/2024
Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-38/2024
23.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver