Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-39/2023 24.08.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X18 Natiq oğlunun sədrliyi, Məmmədova Esma Kərim qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun hüquqlarını müdafiə edən fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, məhkumluğu olmayan, Ağsu şəhəri, C.Şərifov küçəsi ev 1/20-də qeydiyyatda olmaqla yaşayan, barəsində Ağsu rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli qərarı ilə üç ay müddətinə həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X3 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlamış və daşıyaraq satmışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 0,59 qram çəkidə, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib yerini dəyişməklə daşıyıb Ağsu şəhərinə gətirərək üzərində saxlamış, 22 fevral 2023-cü il tarixdə saat 18 radələrində tanışı Şahid4 ondan Şahid3 istehlakı məqsədilə bir narkotik vasitə olan qurudulmuş marixuananı satmasını xahiş etmiş, o, bir büküm narkotik vasitə olan qurudulmuş marixuananı 10 manat məbləğində pul müqabilində Amil Məhhərəmova sata biləcəyinə razılaşaraq Şahid4 yaşadığı ünvan 1 ünvanında yerləşən evə getmiş, orada narkotik vasitənin satışından mənfəət əldə etmək məqsədilə Şahid4 bank kartına on manat məbləğində pul köçürməsini tələb etdikdə sonuncu razılaşaraq Amil Məhhərəmovun ödəmə terminalı vasitəsilə kartına göndərdiyi 10 manat məbləğində pulu həmin gün saat 18:53-də mobil telefonunda olan “Leo Bank”-a məxsus mobil tətbiq vasitəsilə 409858****5049 nömrəli kartından onun istifadəsində olan “Kapital Bank”-a məxsus 416973****5762 nömrəli kartına köçürmüş, daha sonra Şahid4 qanunsuz olaraq satış məqsədi olmadan əldə etdiyi şəxsi istehlak miqdarında olan həmin narkotik vasitəni daşıyaraq tanışı Şahid3 əldə edə bilməsi üçün yaşadığı evin yaxınlığındakı ağacın dibində gizlətmiş, həmin tarixdə saat 18 radələrində Şahid3 tanışı Şahid4 yaşadığı evin yaxınlığındakı ağacın qarşısına gələrək Şahid4 orada gizlətdiyi narkotik vasitəni qanunsuz olaraq satış məqsədi olmadan əldə edərək daşıyıb üzərində saxlamış, 23 fevral 2023-cü il tarixdə saat 10:30 radələrində Ağsu rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində üzərində narkotik vasitə gəzdirməkdə şübhələnildiyi üçün Şahid3 Ağsu şəhəri, S.Vurğun küçəsində saxlanılaraq rayon polis şöbəsinin ünvan 2 ünvanında yerləşən inzibati binasına gətirilmiş, orada həmin tarixdə saat 10:55 radələrində üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd kağız bükümdə, təmiz çəkisi 0,59 qram olan, bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış, narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadədə ona CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o, Şahid4 və Şahid3 əvvəlcədən tanıyırmış. 22 fevral 2023-cü il tarixdə saat təxminən 18 radələrində Ağsu şəhər ərazisində imiş. Bu vaxt Şahid4 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng vurmuşdur. O, zəngə cavab verib Şahid4lə salamlaşmışdır. Şahid4 tanışı “Törə” ləqəbli Şahid3 pul qarşılığında bir büküm qurudulmuş marixuana almaq istədiyini demişdir. O, qurudulmuş marixuanası olduğunu və bir bükümünü 10 manat müqabilində sata biləcəyini bildirmişdir. Şahid4 onunla razılaşmış və telefon əlaqəsini bitirmişlər. Bundan sonra Şahid4 yaşadığı Ağsu şəhəri, H.Əliyev küçəsində yerləşən evinə getmişdir. O, Şahid4lə salamlaşıb evin otağına birlikdə daxil olmuşlar. Şahid4 Şahid3 verməli olduğu bir büküm qurudulmuş marixuananı ondan istəmişdir. O, şalvarının cibindən sellofan bükümdə olan, iki baş qurudulmuş marixuananı çıxarmış və bir baş marixuananı Şahid4 vermişdir. Şahid4 ondan bank hesab kartının nömrəsini soruşmuşdur. O, Şahid4 “Kapital Bank”-a məxsus olan, **********005762 nömrəli bank kartının nömrəsini demişdir. Bundan sonra Şahid4 Şahid3 onun kartına göndərdiyi 10 manat məbləğində pulu mobil telefonunda olan mobil tətbiq vasitəsilə onun bank kartına göndərmişdir. Bundan sonra Şahid4 ona verdiyi bir baş marixuananı, evindən götürdüyü ağ rəngli salfet kağızına bükmüşdür. Bundan sonra Şahid4 həmin bir ədəd, içində qurudulmuş marixuana olan bükümü siqaret qutusunun içinə qoymuş və yaşadığı məhəllənin yaxınlığındakı ağacın dibinə atmışdır. Daha sonra Şahid4 evə geri dönmüşdür. Bundan sonra o, özü ilə gətirdiyi bir büküm qurudulmuş marixuananı bir ədəd siqaretə doldurmuş və Şahid4lə birlikdə həmin marixuananı istifadə etmişlər. Bundan sonra Şahid4lə sağollaşıb oradan çıxıb getmişdir. 23 fevral 2023-cü il tarixdə Ağsu şəhəri C.Şərifov küçəsində piyada hərəkətdə olarkən, Ağsu rayon Polis Şöbəsinin əməkdaşları onu saxlamışlar və onlarla birlikdə rayon polis şöbəsinə getməsini təklif etmişlər. O, razılaşıb polis əməkdaşları ilə birlikdə rayon polis şöbəsinə gəlmişdir. Daha sonra vəkil dəvət edilmiş və ona hüquqları izah olunaraq şübhəli şəxs qismində tutulmuşdur. O, Şahid4 ilə narkotik vasitələrin satışında ona kömək edəcəyinə əvvəlcədən razılaşmamışdır. 22 fevral 2023-cü il tarixdə Şahid4 onun mobil nömrəsinə zəng edərək tanışı Şahid3 öz istifadəsi üçün bir büküm qurudulmuş marixuana istədiyini və Şahid3 üçün təşkil etməsini xahiş etmişdir. O, da özündə olan narkotik vasitə qurudulmuş marixuananı 10 manat pul qarşılığında sata biləcəyini bildirmişdir. Daha sonra o, Şahid4 evinə gedərək orada Şahid3 verməsi üçün bir büküm narkotik vasitə qurudulmuş marixuananı Şahid4 vermişdir. Şahid4 Şahid3 onun bank kartına göndərdiyi 10 manat məbləğində pulu mobil tətbiq vasitəsilə onun kartına göndərmişdir.Şahid4 Şahid3 bir büküm narkotik vasitə olan qurudulmuş marixuana təşkil etməkdə marağı olmamışdır. O, əldə etdiyi 10 manat puldan Şahid4 verməmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə satıcısı deyil. Həmin gün onun və Elvinin ad günü imiş. Bakı şəhərində Elvin demişdir ki, ikimiz də pul qoyaq marixuana alaq. Bundan sonra o, Bakı şəhərində marixuana almış, amma pulun yarısını Elvin qoymalı imiş, lakin qoymamışdır. Birlikdə gəlmişlər Ağsu rayonuna. O, Elvinə təklif etmişdir ki, sən də pul qoy bölək çəkək. Lakin Elvin pul verməmişdir. Elvin deməmişdir ki, onun pulu yoxdu sat. O, 3 yerə bölmüş birini birlikdə çəkmişlər. O, 20 manat verib almış, amma 10 manatını Elvin verməli imiş, Elvin istəməsə imiş 10 manatlıq da ala bilərmiş. Elvin pul verə bilməmiş deyə öz payına düşən hissəni satmışdır. Təqsirləndirilən şəxs daha sonra ifadəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını nəzərə alaraq əməlinin düzgün tövsif edilib ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi Təqsirləndirilən şəxs iki yetkinlik yaşına çatmayan uşağının olmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını nəzərə alaraq əməlinin düzgün tövsif edilib ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, Ağsu RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 23 fevral 2023-cü il tarixdə saat 10 radələrində Şahid3 narkotik vasitələri qanunsuz əldə edərək istifadə etməsi və üzərində saxlaması barədə məxfi mənbədən məlumat daxil olmuşdur. Daxil olmuş məlumatı yoxlamaq məqsədilə həmin məlumat raportla şöbənin rəhbərliyinə məruzə etmişdir. Şahid3 ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirmək zərurəti yarandığından bu tədbirlərin keçirilməsi şöbə rəhbərliyi tərəfindən ona həvalə olunmuş və bu barədə tərəfindən qərar qəbul edilmişdir. Bundan sonra şöbənin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Ağsu şəhəri Səməd Vurğun küçəsinə getmişlər. Onlar həmin tarixdə saat təxminən 10:30 radələrində Şahid3 həmin küçədə piyada hərəkətdə olmasını görüb Şahid3 saxlamışlar. Onlar Şahid3 özlərini təqdim etmiş və üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib Şahid3 rayon polis şöbəsinə gəlməyə dəvət etmişlər. Şahid3 etiraz etmədən onlarla birlikdə rayon polis şöbəsinə gəlmişdir. Bundan sonra o, rayon polis şöbəsində CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Şahid3 hüquqları izah edildikdən sonra özünün seçdiyi vəkilin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Şahid3 üzərində şəxsi axtarış aparılarkən Şahid3 əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən, bir ədəd kağız bükümdə narkotik vasitə olan marixuanaya bənzər maddəni çıxarıb təqdim etmişdir. Şahid3 həmin maddənin narkotik vasitə olan marixuana olduğunu, 22 fevral 2023-cü il tarixdə Ağsu şəhər sakini Elvin adlı şəxsə zəng edərək şəxsi istifadəsi üçün bir büküm marixuana təşkil etməsini xahiş etdiyini, daha sonra Elvinin onunla əlaqə saxlayaraq kartına on manat məbləğində pul göndərməyini istəməsini, həmin gün Elvinin kart hesabına 10 manat pul göndərdiyini, Elvin adlı şəxsin marixuananı ağacın dibində gizlətdiyini və marixuananı həmin ağacın dibindən götürüb əldə etdiyini bildirmişdir. Daha sonra həmin marixuanaya bənzər maddə ekspertizaya təqdim edilməsi üçün elektron tərəzi ilə ölçülmüş və qablaşdırılmışdır. Daha sonra bu barədə tərtib olunmuş protokol ucadan oxunmuş və iştirakçılarla birlikdə həmin protokolu imzalayaraq təsdiq etmişlər. Daha sonra həmin gün keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid3 narkotik vasitəni verən şəxs, yəni Şahid4 Ağsu şəhəri H.Əliyev küçəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilmişdir. Şahid4 şübhəli şəxs qismində tutulduqdan sonra üzərində şəxsi axtarış aparılmışdır. Həmin vaxt Şahid4 üzərindən narkotik vasitə aşkar edilməmişdir. Dindirilən zaman Şahid4 22 fevral 2023-cü il tarixdə Şahid3 onun kartına 10 manat məbləğində pul göndərdiyini, öz növbəsində həmin pulu tanışı Samir adlı şəxsin hesab kartına göndərdiyini, pul kartına yükləndikdən sonra Samir adlı tanışının Şahid3 verməsi üçün ona bir büküm qurudulmuş marixuana verdiyini, həmin marixuananı yaşadığı evin yaxınlığında ağacın dibində gizlətdiyini və daha sonra Şahid3 həmin narkotik vasitəni gəlib oradan götürdüyünü bildirmişdir. Bundan sonra Samir adlı şəxin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilmiş və həmin şəxsin Ağsu şəhər sakini Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Həmin gün Təqsirləndirilən şəxs Ağsu şəhəri C.Şərifov küçəsində saxlanılaraq Ağsu rayon Polis Şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra onun üzərində şəxsi axtarış aparılmış, həmin vaxt Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar edilməmişdir. Lakin Təqsirləndirilən şəxs dindirilən zaman ondan tanışı Şahid4 narkotik vasitə satıb-satmaması soruşulduqda Təqsirləndirilən şəxs 22 fevral 2023-cü il tarixdə tanışı Şahid4 onun kartına 10 manat mələğində pul göndərdiyini və həmin pulun qarşılığında Şahid4 başqa şəxsə verməsi üçün narkotik vasitə olan qurudulmuş marixuana verdiyini bildirmişdir. Daha sonra bu barədə tərtib olunmuş protokol ucadan oxunmuş və iştirakçılarla birlikdə həmin protokolu imzalayaraq təsdiq etmişlər. İş üzrə şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, narkotik vasitə olan marixuananın aludəçisidir. Əvvəllər CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Şahid4 əvvəlcədən tanıyırmış. O, 22 fevral 2023-cü il tarixdə saat təxminən 18 radələrində Ağsu şəhəri ərazisində yerləşən, “Gəgəli Stayankası” adlanan ərazidə imiş. O, qurudulmuş marixuana əldə edib istifadə etmək üçün istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə tanışı Şahid4 istifadəsində olan mobil nömrəsinə zəng vurmuşdur. Şahid4 zənginə cavab verdikdə salamlaşmış və özü istifadə etməsi üçün ona bir büküm qurudulmuş marixuana təşkil edə bilib-bilməyəcəyini Şahid4 soruşmuşdur. Şahid4 bu barədə tanışı ilə soraqlaşıb ona xəbər verəcəyini bildirmişdir. O, Şahid4lə razılaşmış və telefon əlaqəsini bitirmişdir. Bundan bir neçə dəqiqə sonra, yəni saat təxminən 18:30 radələrində Şahid4 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “whatsapp” proqramı vasitəsilə mesaj yazaraq tanışından bir büküm qurudulmuş marixuana əldə etdiyini və həmin marixuananı tanışının 10 manata satmaq istədiyini ona bildirmişdir. O, Şahid4lə razılaşaraq Şahid4 mobil nörməsinə zəng vurmuşdur. O, Şahid4lə telefonla danışa-danışa “Gəgəli Stayankası” adlanan yerdə, “Sanif” marketdə quraşdırılmış ödəmə terminalının qarşısına keçmişdir. Şahid4 “Leo Bank”-a məxsus bank hesab kartının nömrəsini ona dedikdən sonra o, ödəmə terminalı vasitəsilə Şahid4 hesabına on manat məbləğində pul göndərmişdir. Şahid4 10 manat pulun onun kartına yükləndiyini və bir büküm qurudulmuş marixuananı yaşadığı evin yaxınlığında gizlədib ona yığıb məlumat verəcəyini bildirmişdir. O, Şahid4lə razılaşmışdır. Bir neçə dəqiqə sonra Şahid4 ona zəng vurub bir büküm qurudulmuş marixuananı siqaret qutusunun içinə qoyduğunu və yaşadığı məhəllənin yaxınlığındakı ağacın dibinə atdığını bildirmişdir. Bundan sonra o, həmin tarixdə saat təxminən 18:55 radələrində tanımadığı taksiyə əyləşib Şahid4 yaşadığı, Ağsu şəhəri H.Əliyev küçəsində yerləşən evin yaxınlığına getmişdir. Şahid4 ona başa saldığı ağaca yaxınlaşdıqda ağacın dibində bir ədəd “Rothmans” markalı siqaret qutusu olduğunu görmüşdür. O, siqaret qutusunu yerdən götürüb içinə baxdıqda bir ədəd, kağız salfet büküm olduğunu görmüşdür. O, həmin bükümü götürmüş və piyada oradan uzaqlaşmışdır. Yaşadığı evə gəlib bükümün içinə baxdıqda içində qurudulmuş marixuana olduğunu görmüşdür. Bundan sonra həmin marixuananın bir hissəsini istifadə etmişdir. Geridə qalan hissəsini isə cibinə qoymuşdur. 23 fevral 2023-cü il tarixdə saat təxminən 10 radələrində bir büküm marixuananı cibinə qoyub yaşadığı evdən çıxmışdır. Ağsu şəhəri S.Vurğun küçəsində piyada hərəkətdə olarkən, polis əməkdaşları onu saxlamışlar. Polis əməkdaşları özlərini təqdim edib narkotik vasitəni üzərində gəzdirməkdə şübhəli olduğu üçün onu Ağsu rayon Polis Şöbəsinə dəvət etmişlər. O, razılaşaraq polis əməkdaşları ilə birlikdə Ağsu rayon Polis Şöbəsinə gəlmişdir. Daha sonra vəkil dəvət edilmiş və ona hüquqları izah olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Sonra dəvət olunmuş vəkilin iştirakı ilə üzərində qanunsuz əşya olub-olmaması soruşulduqda o, üzərində narkotik vasitə olan qurudulmuş marixuana olmasını etiraf etmiş və əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən, bir bükümdə olan olan marixuananı çıxararaq təhvil vermişdir. O, üzərindən aşkar edilmiş bir büküm, qurudulmuş marixuananı 22 fevral 2023-cü il tarixdə saat təxminən 18 radələrində tanışı Şahid4 onun kart hesabına 10 manat pul göndərməklə əldə etmişdir. Şahid4 bir büküm qurudulmuş marixuananı adını demədiyi tanışından əldə edəcəyini ona deyibmiş. Lakin konkret olaraq narkotik vasitəni alacağı şəxsin adını ona deməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid4 məhkəmə iclasında verdiyi ifadəsində ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, o, Şahid3 və Təqsirləndirilən şəxs əvvəlcədən tanıyırmış. 22 fevral 2023-cü il tarixdə saat təxminən 18 radələrində yaşadığı evdə imiş. Tanışı Şahid3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng vurmuşdur. Şahid3 onunla salamlaşmış və özü istifadə etməsi üçün bir büküm qurudulmuş marixuana lazım olduğunu bildirmiş və ondan öz istifadəsi üçün qurudulmuş marixuana təşkil edə bilibbilməyəcəyini soruşmuşdur. O, qurudulmuş marixuananı tanışından götürüb verə biləcəyini bildirdikdə Şahid3 onunla razılaşmış və telefon əlaqəsini bitirmişlər. Bundan sonra tanışı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng vurmuşdur. Təqsirləndirilən şəxs zəngə cavab verdikdə salamlaşmış və tanışı Şahid3 pul qarşılığında bir büküm qurudulmuş marixuana almaq istədiyini Təqsirləndirilən şəxs bildirmişdir. Təqsirləndirilən şəxs hazırda özündə qurudulmuş marixuana olduğunu və 10 manat müqabilində sata biləcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxsla razılaşmış və telefon əlaqəsini bitirmişlər. Bundan sonra həmin gün saat təxminən 18:30 radələrində istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Şahid3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “whatsapp” proqramı vasitəsilə mesaj yazaraq tanışından marixuana əldə edib ona verə biləcəyini bildirmiş və 10 manat pulu bank hesab kartına göndərməsini Şahid3 xahiş etmişdir. Şahid3 onunla razılaşmışdır. Bundan sonra Şahid3 telefon vasitəsilə danışa-danışa ödəmə terminalı vasitəsilə “Leo Banka” məxsus olan, **********625049 hesab nömrəli bank kartına on manat məbləğində pul göndərmişdir. O, 10 manat pulun kartına yükləndiyini Şahid3 bildirmiş və bir büküm qurudulmuş marixuananı yaşadığı evin yaxınlığında gizlədib yığıb məlumat verəcəyini demişdir. Şahid3 onunla razılaşmışdır. Bu zaman Təqsirləndirilən şəxs onun yaşadığı evə gəlmişdir. O, Şahid3 verməli olduğu bir büküm qurudulmuş marixuananı Təqsirləndirilən şəxs istəmişdir. Təqsirləndirilən şəxs şalvarının cibindən sellofan bükümdə olan, iki baş qurudulmuş marixuananı çıxarmış və bir baş marixuananı ona vermişdir. O, Təqsirləndirilən şəxs bank kartının nömrəsini soruşmuş, Təqsirləndirilən şəxs kartının nömrəsini ona dedikdən sonra o, Şahid3 onun kartına göndərdiyi 10 manat məbləğində pulu mobil telefonunda olan “Leo Banka” məxsus mobil tətbiq vasitəsilə Təqsirləndirilən şəxs bank hesab kartına göndərmişdir. Bundan sonra həmin bir baş marixuananı ağ rəngli salfet kağızına bükmüşdür. Daha sonra o, həmin bir ədəd, içində qurudulmuş marixuana olan bükümü siqaret qutusunun içinə qoymuş və yaşadığı məhəllənin yaxınlığındakı ağacın dibinə atmışdır. Bundan sonra istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Şahid3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng vurub bir büküm qurudulmuş marixuananı siqaret qutusunun içinə qoyduğunu və yaşadığı məhəllənin yaxınlığındakı ağacın dibinə atdığını bildirmişdir. Daha sonra o, yaşadığı evə geri dönmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs özü ilə gətirdiyi digər bir büküm marixuananı mükafat olaraq bir ədəd siqaretə doldurmuş və birlikdə həmin marixuananı çəkmişlər. Daha sonra Şahid3 “whatsapp” proqramı vasitəsilə onun mobil nömrəsinə mesaj yazaraq bir büküm marixuananı ağacın dibindən götürdüyünü ona bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onunla sağollaşıb oradan çıxıb getmişdir. O, 23 fevral 2023-cü il tarixdə Ağsu şəhəri H.Əliyev küçəsində piyada hərəkətdə olarkən, polis əməkdaşları onu saxlamışlar və onlarla birlikdə Ağsu rayon Polis Şöbəsinə getməyini təklif etmişlər. O, polis əməkdaşları ilə razılaşıb birlikdə rayon polis şöbəsinə gəlmişdir. Daha sonra özünün seçdiyi vəkil dəvət edilmiş və ona hüquqları izah olunaraq şübhəli şəxs qismində tutulmuşdur. O, narkotik vasitə olan marixuananın satışı barədə Təqsirləndirilən şəxsla əvvəlcədən razılığa gəlməmişdir. 22 fevral 2023-cü il tarixdə Şahid3 ondan öz istifadəsi üçün bir büküm qurudulmuş marixuana təşkil etməsini xahiş etmişdir. O, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildiyi üçün Təqsirləndirilən şəxs zəng vurub marixuana təşkil etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs da 10 manat məbləğində pul qarşılığında Şahid3 verməsi üçün ona bir büküm qurudulmuş marixuana vermişdir. O, həmin bükümü Şahid3 vermişdir. Təqsirləndirilən şəxs əldə etdiyi 10 manat puldan ona verməmişdir. Şahid4 məhkəmə iclasında ifadəsində, həmçinin Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəni təkzib edərək qeyd etmişdir ki, əvvəllər Samirlə birlikdə narkotik vasitə istifadə etmişlər. Ağsu rayonuna gələrkən də əvvəlcədən narkotik vasitə alınması ilə bağlı Samirlə aralarında heç bir razılıq olmamışdır. Bakıdan gələndə Samirdə marixuanna olmasından məlumatı olmuşdur. Samirin narkotik vasitə satmasını bilmirmiş, sadəcə soruşmuş, o, da razılaşmışdır. Samir demişdir ki, ona pul lazımdı, köməklik elə, o da belə köməklik etmişdir. Samirədən soruşmuşdur ki, Amilin 10 manat pulu var, marixuana istəyir, Samir də demişdir ki, var verək. Ona pul çatmamış, o, Amildən pulu alıb Samirə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - Cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 24 fevral 2023-cü il tarixli qərardan görünür ki, fakta görə CM-nin 234.2-ci maddəsi ilə cinayət işi başlanmış və aidiyyəti üzrə Ağsu RPŞ-nin İQ-na göndərilmişdir. - Şəxsi axtarış və götürmə aparılması haqqında 23 fevral 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 10:55 radələrində Ağsu RPŞ-nin TQ-nin təhqiqatçısı, polis kapitanı Elnur Əzizov tərəfindən Ağsu RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili, polis leytenantı Şahid1, Ağsu RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və Müdafiəçi iştirakları ilə şübhəli şəxs Şahid3 üzərində videoçəkilişlə şəxsi axtarış və götürmə aparılması zamanı əyninə geyindiyi qara rəngli şalvarının sağ yan cibindən bir ədəd kağız bükümdə, kağız ilə birlikdə 1,44 qram çəkidə, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddə aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə aparılması zamanı Şahid3 üzərindən aşkar edilmiş narkotik vasitəni 22 fevral 2023-cü il tarixdə Ağsu şəhər sakini Elvin adlı şəxsin bank kartına on manat məbləğində pul göndərərək əldə etdiyini bildirmişdir. Foto şəkillər və CD disk protokola əlavə edilmişdir. - Şəxsi axtarış və götürmə aparılması haqqında 23 fevral 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 14:20 radələrində Ağsu RPŞ-nin TQ-nin təhqiqatçısı, polis kapitanı Elnur Əzizov tərəfindən Ağsu RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili, polis leytenantı Şahid1, Ağsu RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və müdafiəçi X5 iştirakları ilə şübhəli şəxs Şahid4 üzərində videoçəkilişlə şəxsi axtarış və götürmə aparılması zamanı narkotik vasitə aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə aparılması zamanı Şahid4 tanışı Şahid3 üzərindən aşkar edilmiş bir büküm, narkotik vasitə olan qurudulmuş marixuananı 22 fevral 2023-cü il tarixdə Ağsu şəhər sakini Samir adlı tanışından bank kartına 10 manat pul göndərməklə aldığını və tanışı Şahid3 əldə edərək istifadə etməsi üçün həmin narkotik vasitəni yaşadığı evin yaxınlığındakı ağacın dibində gizlətdiyini bildirmişdir. Foto şəkillər və CD disk protokola əlavə edilmişdir. - Şəxsi axtarış və götürmə aparılması haqqında 23 fevral 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 15:50 radələrində Ağsu RPŞ-nin TQ-nin təhqiqatçısı, polis kapitanı Elnur Əzizov tərəfindən Ağsu RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili, polis leytenantı Şahid1, Ağsu RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və müdafiəçi X8 iştirakları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış və götürmə aparılması zamanı narkotik vasitə aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə aparılması zamanı Təqsirləndirilən şəxs tanışı Şahid4 narkotik vasitə satıb-satmaması soruşulduqda o, 22 fevral 2023-cü il tarixdə tanışı Şahid4 10 manat pul qarşılığında başqa şəxsə verməsi üçün narkotik vasitə olan qurudulmuş marixuana satdığını bildirmişdir. Foto şəkillər və CD disk protokola əlavə edilmişdir. - Şübhəli şəxs qismində cəlb etmə haqqında 23 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs HK-1/93 saylı material üzrə CM-nin 234.2-ci maddəsində nəzərdə tütülmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - Şübhəli şəxs qismində cəlb etmə haqqında 23 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 15.40 radələrində HK-1/93 saylı material üzrə CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - Cinayət işinin icraata qəbul edilməsi haqqında 24 fevral 2023-cü il tarixli qərardan görünür ki, CM-nin 234.2-ci maddəsi ilə fakta görə başlanmış ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və davam etdirilmişdir. - Üzləşdirmə aparılması haqqında 24 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Şahid3 ilə şübhəli şəxs Şahid4 arasında üzləşdirmə aparılmış, üzləşdirmə zamanı Şahid3 22 fevral 2023-cü il tarixdə saat 18 radələrində narkotik vasitə olan qurudulmuş marixuana əldə edib istifadə etmək üçün Şahid4 zəng etdiyini, özü istifadəsi üçün bir büküm qurudulmuş marixuana təşkil etməsini Şahid4 xahiş etdiyini, həmin gün Şahid4 “Leo Bank”-a məxsus bank kartına on manat məbləğində pul göndərdiyini, Şahid4 onu xahişi ilə bir büküm qurudulmuş marixuana əldə edib yaşadığı evin yaxınlığında gizlətdiyini, daha sonra həmin ağacın dibindən siqaret qutusunda, bir ədəd kağız salfet bükümdə olan qurudulmuş marixuananı götürüb yaşadığı evə getdiyini, həmin narkotik vasitənin bir hissəsini istifadə etdiyini, bir hissəsini 23 fevral 2023-cü il tarixdə saat 10 radələrində cibinə qoyub yaşadığı evdən çıxdığını və Ağsu şəhəri S.Vurğun küçəsində piyada hərəkətdə olarkən polis əməkdaşlarının onu saxladıqlarını Şahid4 üzünə qarşı deməklə ifadəsini bir daha təsdiq etmişdir. - Üzləşdirmə aparılması haqqında 24 fevral 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Şahid4lə şübhəli şəxs Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış, həmin vaxt Şahid4 22 fevral 2023-cü il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs zəng edərək tanışı Şahid3 pul qarşılığında bir büküm qurudulmuş marixuana almaq istədiyini dediyini, Təqsirləndirilən şəxs bir büküm marixuananı 10 manat müqabilində sata biləcəyini ona bildirdiyini, daha sonra Təqsirləndirilən şəxs onun yaşadığı evə gəldiyini, Təqsirləndirilən şəxs bir büküm marixuananı ona verdiyini, bundan sonra Şahid3 kartına göndərdiyi 10 manat məbləğində pulu mobil telefonunda olan “Leo Banka” məxsus mobil tətbiq vasitəsilə Təqsirləndirilən şəxs bank kartına göndərdiyini üzünə qarşı deməklə, Təqsirləndirilən şəxs bir daha ifşa etmişdir. - Tutulmuş şəxsin azad edilməsinə və barəsində qətimkan tədbirinin seçilməsinə dair 25 fevral 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs Ağsu RPŞ-nin müvəqqəti saxlanma yerindən azad edilmiş və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. - Mobil telefona baxış keçirilməsi haqqında 01 mart 2023-cü il tarixli protokoldan görünür ki, Şahid4 məxsus bir ədəd, “Xiomi” markalı, “Redmi Note 8 pro” modelli mobil telefona baxış keçirilən zaman mobil telefonda olan, “Leo Bank”-a məxsus mobil tətbiq vasitəsilə ödəyici Şahid4 tərəfindən “Leobank”-a məxsus olan 409858****5049 nömrəli kartdan “Kapital Bank”-a məxsus 416973****5762 nömrəli karta xx.xx.2023-cü il tarixdə saat 18:53-də 10 manat məbləğində pul göndərilməsi müəyyən edilmiş və iş üçün əhəmiyyət kəsb etdiyindən Şahid4 416973****5762 nömrəli karta xx.xx.2023-cü il tarixdə saat 18:53-də 10 manat məbləğində pul göndərməsini sübuta yetirən köçürmənin surəti götürülmüşdür. - İş materiallarına əlavə edilmiş Leobanka məxsus çıxarışın surətindən görünür ki, Ödəyici adı Elvin Xasıyev qeyd edilmiş 409858****5049 nömrəli kartdan xx.xx.2023-cü il tarixdə, saat 18.53-də 10 manat məbləğində pul 416973****5762 nmrəli karta göndərilmişdir. - İş materiallarına əlavə edilmiş Kapital Banka məxsus ödəniş kartı üzrə çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs məxsus 416973****5762 nömrəli karta xx.xx.2023-cü il tarixdə 10 manat pul daxil olmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 Bölməsi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 23 fevral 2023-cü il tarixli 17/208 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tətqiqata təqdim edilmiş, üzərində “Şahid3 üzərindən aşkar edilərək götürülmüş kütlə...” sözləri, adlar, imzalar yazılmış zərfin içərisindəki 01 ədəd kağız bükümdə, təmiz çəkisi 0,59 qram olan bitki mənşəli kütlə tərkibində narrkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Qeyd: marixuananın təmiz çəkisinin 0,59 qr. , tədqiqata sərf edildi - 0,02 qr. , qalıq 0,57 qr. - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 03 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmişdir. - Ağsu Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 5(016)-06/2023 saylı qərarından görünür ki, Ağsu RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid1 xx.xx.2023cü il tarixli qərarı və həmin qərar əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirinin nəticələri qanuni hesab edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanserinin 08 aprel 2023-cü il tarixli, 604 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Ağsu Rayon Mərkəzi Xəstəxsanası” X17 13 mart 2023-cü il tarixli PHŞ/6-25-2- 184/23 saylı məktubundan görünür ki, Ağsu şəhəri, C.Şərifov küçəsi ev 1/20-də qeydiyyatda olan Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi ilə əlaqədar “Ağsu RMX” PHŞ-nə müraciət etməmiş və dispanser qeydiyyata götürülməmişdir. - Əşyanın maddi sübut hesab edilməsi haqqında 14 mart 2023-cü il qərardan görünür ki, Şahid3 üzərində şəxsi axtarış aparılarkən aşkar edilərək götürülmüş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in X10 2 nömrəli möhürü ilə möhürlənmiş, 01 ədəd, zərfin içində olan, bir ədəd kağız bükümdə, 0,57 qram çəkidə (tədqiqatdan sonrakı çəkisi) narkotik vasitə olan qurudulmuş marixuana, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən aşkar edilərək götürülmüş “Kapital Bank”-a məxsus, **********005762 nömrəli kart və Şahid3 ödəmə terminalı vasitəsilə pul köçürməsini əks etdirən videogörüntülər olan bir ədəd “CD” disk 14 mart 2023-cü il tarixli qərarla cinayət işi üzrə maddi sübut hesab edilmişdir. - Sübutların qiymətləndirilməsi haqqında 26 aprel 2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs 03 mart 2023-cü il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamın məzmununa əlavələr edilməklə ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə yenidən ittiham elan edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1–ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şahid4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1–ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şahid4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şahid3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şahid4 barəsində Azərbaycan Respublikası İXMin 206-cı maddəsi ilə inzibati icraat açılması üçün qərarın surəti Ağsu rayon X14 Təhlükəsizlik Bölməsinə göndərilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şahid3 barəsində Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə inzibati icraat açılması üçün qərarın surəti Ağsu rayon X14 Təhlükəsizlik Bölməsinə göndərilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs əldə edərək satdığı narkotik vasitənin əldə olunma mənbəsi ilə bağlı cinayət işinin başlanılması rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şahid3 üzərində şəxsi axtarış aparılarkən aşkar edilərək götürülmüş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin X10 2 nömrəli möhürü ilə möhürlənmiş 01 ədəd, zərfin içində olan, bir ədəd sellofan bükümdə, 0,57 qram çəkidə (tədqiqatdan sonrakı çəkisi) narkotik vasitə olan qurudulmuş marixuananın, və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən aşkar edilərək götürülmüş “Kapital Bank”-a məxsus, **********005762 nömrəli kartın 14 mart 2023-cü il tarixli qərarla cinayət işi üzrə maddi sübut hesab edilərək şöbənin maddi sübutların saxlanması otağına təhvil verilməsi, Şahid3 ödəmə terminalı vasitəsilə pul köçürməsini əks etdirən videogörüntülər olan “CD” diskin iş materiallarında saxlanması nəzərə alınmış, qərarın təsviri hissəsində göstərilənlərə əsasən təqsirləndirilən şəxsin özünün etirafedici ifadələri, şahidlərin ifadələri, üzləşdirmə protokolları, maddi sübutlar, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin X10 23 fevral 2023-cü il tarixli, 17/208 saylı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji Dispanserinin məhkəmə-narkoloji ekspertizasının 16 mart 2023-cü il tarixli 462, 463 və 08 aprel 2023-cü il tarixli, 604 nömrəli ekspert rəyləri cinayət işi üzrə sübut növü kimi qiymətləndirilmişdir. Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Həmin qanunun 1.0.11-ci maddəsində Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışının şərhi verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 9-cu bəndi ilə məhkəmələrə izah edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitəni 3 yerə bölmüş və birini satmışdır. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-ci il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan ifadələrlə tərtib olunmalı, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitəni satmasını təkzib etməsini özünü müdafiə xarakteri kimi qiymətləndirir. Belə ki, o, ibtidai istintaq zamanı törədilmiş cinayəti etiraf etmiş, bundan başqa Təqsirləndirilən şəxs narkotik vasitəni satmasını təkzib etməsi Şahid4 məhkəmə iclasında, həmçinin ibtidai istintaq zamanı verdiyi eyni məzmunlu ifadələri və iş materiallarına əlavə edilmiş sənədlərlə təsdiq olunur. Odur ki, CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. CM-nin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma—üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - Cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında 23 fevral 2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.1992-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, məhkumluğu olmayan, Ağsu şəhəri, C.Şərifov küçəsi ev 1/20-də yaşayan Təqsirləndirilən şəxs 23 fevral 2023-cü il tarixdə, saat 15:25-də CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - Tutulmuş şəxsin azad edilməsinə və barəsində qətimkan tədbirinin seçilməsinə dair xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 25 fevral 2023-cü il tarixdə müvəqqəti saxlama yerindən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - Ağsu Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli qərarından görünür ki, xx.xx.1992-ci il tarixdə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Ağsu şəhəri, C.Şərifov küçəsi, ev 1/20-də yaşayan Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 3 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 03 mart 2023-cü il tarixdən hesablanmışdır. - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 20 mart 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs cinayət məhsuliyyətinə cəb edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının: 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 2-ci bəndində qeyd olunmuşdur ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ağsu rayon İcra Hakimiyyəti Başçısının Ağsu şəhər İnzibati Ərazi İdarəsi üzrə Nümayəndəliyinin 13 mart 2023-cü il tarixli, 5-34-13/2-3-768/2023 saylı Arayışından görünür ki, Təqsirləndirilən şəxs Ağsu şəhəri, C.Şərifov küçəsi, ev 1/20-də qeydiyyatda olmaqla ailə tərkibi: 1969-cu il təvəllüdlü X6, 1966-cı il təvəllüdlü X1, 2014-cü il təvəllüdlü X2r. - Ağsu rayon İcra Hakimiyyəti Başçısının Ağsu şəhər İnzibati Ərazi İdarəsi üzrə Nümayəndəliyi tərəfindən təqdim edilmiş 13 mart 2023-cü il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs nizam-intizamlıdır, ona verilən tapşırıqları yerinə yetirir, ailə və məişətdə özünü aparmağı bacarır, böyüklərə hörmət etməyi bacarır, ailəli olub ayrılmışdır, himayəsində azyaşlı övladı vardır, onun barəsində Ağsu rayon İcra Hakimiyyəti Başçısının Ağsu şəhər İnzibati Ərazi İdarəsi üzrə Nümayəndəliyinə nə yazılı nə də şifahi cinayət xarakterli material daxil olmamışdır. CM-nin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə himayəsində bir azyaşlı uşağın olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Həmçinin, məhkəmə Təqsirləndirilən şəxs Məzahi oğlunun ilk dəfə cinayət törətməsini, ailəsinin yeganə qazanc gətirən olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. CPM-in 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 23 fevral 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, 25 fevral 2023-cü il tarixdə müvəqqəti saxlama yerindən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, 03 mart 2023-cü il tarixdə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, həmin iki gün müddət, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə qəti cəzadan bir günə bir gün hesabı ilə çıxılmalı və cəzaçəkmə müddətinin başlanğıcı barəsində “həbs qətimkan tədbiri seçildiyi” tarixdən hesablanmalıdır. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. CPM-in 346.1.13-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməli olduğu məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilməlidir. CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğundan ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə CPM-in 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Ağsu rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan - ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə məhv olunmalı, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən aşkar edilərək götürülmüş “Kapital Bank”-a məxsus, **********005762 nömrəli kart qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılmalı, maddi sübut olan bir ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunmalı və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs CMnin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 20 (iyirmi) iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 3 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 23 fevral 2023-cü il tarixdən 25 fevral 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı gündən, yəni 03 mart 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Ağsu rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilən ilkin təhqiqat araşdırması zamanı şübhəli şəxs Şahid3 üzərində şəxsi axtarış aparılarkən aşkar edilərək götürülmüş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin X10 2 nömrəli möhürü ilə möhürlənmiş 01 ədəd zərfin içində olan, bir ədəd kağız bükümdə, 0,57 qram çəkidə (tədqiqatdan sonrakı çəkisi) narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Ağsu rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən aşkar edilərək götürülmüş “Kapital Bank”-a məxsus, **********005762 nömrəli kart qanuni sahibi Təqsirləndirilən şəxs təhvil verilsin. İş üzrə cinayət işində saxlanılan 01 ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs aparılmış ekspertiza tədqiqatının dəyəri 35,97 (otuz beş manat 97 qəpik) manat alınıb Respublika büdcəsinin aşağıdakı hesabına keçirilsin: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ**********0000003944, SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi-VÖEN-**********, hesab- AZ34CTRE********************01. Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 20 (iyirmi) saat hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №1(016)-39/2023
Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-39/2023
24.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver