Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-39/2024 20.06.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx.xx.1990-cı ildə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağsu şəhəri, Nizami küçəsi, ev 19/1-də qeydiyyatda olmaqla, yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx.xx.2001-ci ildə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, bərbər işləyən, əvvəllər məhkum olunmamış, Ağsu şəhəri, Xətai küçəsi ev 8-də qeydiyyatda olmaqla, yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq etmişdir. Belə ki o, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə qohumu Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girib, oğurluq etmək barədə razılığa gələrək 20 noyabr 2023-cü il tarixdə, saat 18 radələrində pivot nəzarətçisi kimi işlədiyi Ağsu rayon Hacıqədirli kəndində yerləşən "xxxx" QSC-nin digər işçilərinin işdən çıxıb getmələrinə əmin olduqdan sonra "xxxx" QSC-yə məxsus pivot sulama sistemlərinin idarəetmə mərkəzinin həyətində olan konteynerlərin olduğu yerə geri qayıdaraq qohumu Təqsirləndirilən şəxs2 zəng edib, aralarında olan razılaşmaya və rol bölgüsünə əsasən sonuncuya "xxxx" QSC-nin yaxınlığına gəlməsini bildirdikdən sonra "xxxx" QSC-yə məxsus pivot sulama sistemlərinin idarəetmə mərkəzinin həyətində olan, özü və digər işçilərin də istirahət etməsi üçün nəzərdə tutulan konteynerlərə daxil olaraq, orada olan kəlbətinlə əvvəlcə konteynerlərin çöl hissəsinə bərkidilmiş bir ədəd Çin Respublikası istehsalı, 2020-ci il tarixdən istismar olunmuş, “Hisense” markalı, “AS- 18HR4SWATDG” modelli, təsir dairəsi 60 kv metr və 450 manat dəyərində olan, iki ədəd Türkiyə Respublikası istehsalı, 2020-ci il tarixdən istismar olunmuş, "xxxx" markalı, “HTSİNVERTER9A+” modelli, təsir dairələri 40 kv metr, hər biri ayrı-ayrılıqda 350 manat dəyərində olan kondisionerlərin mühərrik bloklarını, eləcə də həmin kondisionerlərin konteynerlərin daxilinə quraşdırılmış komplekt hissələrini yerindən söküb qohumu Təqsirləndirilən şəxs2lə əvvəlcədən təyin etdikləri yerə, yəni QSC-nin inzibati binasının qarşısından keçən Ağsu-Göydəlləkli-Ərəbmehdibəy yolunun kənarına daşıyıb gətirdikdən sonra Təqsirləndirilən şəxs2 idarə etdiyi Mercedes-Benz 290 markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobilin baqaj hissəsinə sonuncu ilə birlikdə yükləyib, apararaq zərərçəkmiş Ağsu Aqropark QSC-yə ümumilikdə 1.150 manat məbləğində maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq etmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs1 CM-in 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq etmişdir. Belə ki, o, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə qohumu Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək əvvəlcədən aralarında olan razılaşmaya və rol bölgüsünə əsasən oğurluq yolu ilə əldə edəcəkləri əmlakı idarə etdiyi, “MercedesBenz” 290 markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə daşıyıb gizlətməklə bağlı razılığa gələrək 20 noyabr 2023-cü il tarixdə saat 20 radələrində ümumi niyyətlərinin bilavasitə həyata keçirilməsi zamanı Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən təyin etdikləri yerə, yəni Ağsu rayon Hacıqədirli kəndində yerləşən "xxxx" QSC-nin inzibati binasının qarşısından keçən Ağsu-Göydəlləkli- Ərəbmehdibəy yolunun kənarına gəlib, orada gözləmiş, Təqsirləndirilən şəxs1 isə "xxxx" QSC-yə məxsus pivot sulama sistemlərinin idarəetmə mərkəzinin həyətində olan, özü və digər işçilərin də istirahət etməsi üçün nəzərdə tutulan konteynerlərə daxil olaraq, orada olan kəlbətinlə əvvəlcə konteynerlərin çöl hissəsinə bərkidilmiş bir ədəd Çin Respublikası istehsalı, 2020-ci il tarixdən istismar olunmuş, “Hisense” markalı, “AS-18HR4SWATDG” modelli, təsir dairəsi 60 kv metr və 450 manat dəyərində olan, iki ədəd Türkiyə Respublikası istehsalı, 2020-ci il tarixdən istismar olunmuş, "xxxx" markalı, “HTSİNVERTER9A+” modelli, təsir dairələri 40 kv metr, hər biri ayrı-ayrılıqda 350 manat dəyərində olan kondisionerlərin mühərrik bloklarını, eləcə də həmin kondisionerlərin konteynerlərin daxilinə quraşdırılmış komplekt hissələrini yerindən söküb, yolun kənarına, daşıyıb gətirmiş sonra sonuncu ilə birlikdə avtomobilin baqaj hissəsinə yükləyib apararaq zərərçəkmiş "xxxx" QSC-yə ümumilikdə 1.150 manat məbləğində maddi ziyan vurmaqla, qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq etmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs2 CM-in 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, 2021-ci ildən hal-hazıra kimi Ağsu rayonu Hacıqədirli kənd ərazisində yerləşən Ağsu Aqropark QSC-da pivot operatoru vəzifəsində işləyir. Hər gün saat 09:00-da o, işə gələrək axşam saat 18:00-da iş vaxtı bitdikdən sonra işdən çıxıb evə gedir. Təxminən bir ay bundan əvvəl o, qohumu olan Təqsirləndirilən şəxs2lə görüşüb, söhbət edərkən Hüseynə işlədiyi Aqropark QSC-yə məxsus çöl ərazidə olan pivot sulama sistemlərinin idarəetmə mərkəzinin həyətində olan konteynerlərə quraşdırılmış üç ədəd müxtəlif ölçülü və müxtəlif markalı kondisionerlər olmasını və həmin kondisionerləri oradan oğurlamaq istədiyini bildirmişdir. O, həmin kondisonerləri oğurlamaqda Hüseyin Mirzəyevdən ona kömək etməsini istəmiş ki, konteynerlərdən kondisionerləri oğurladıqdan sonra Hüseynə zəng etdikdə avtomobil taparaq gəlib, oğurladığı kondisionerləri aparsın. Hüseyin Mirzəyev də onunla razılşaraq kondisionerləri ordan kənara çıxartmasını, ona zəng etməsini bildirmiş və avtomobil taparaq gəlib götürəcəyini demişdir. Bununla da həmin kondisionerlərin Ağsu Aqropark QSC-yə məxsus pivot sualma sistemlərinin idarəetmə mərkəzinin həyətində olan konteynerlərdən oğurlayacaqları barədə əvvəlcədən Hüseyin Mirzəyevlə razılşmışdırlar. xx.xx.2023-cü il tarixdə o, səhər saat 09 radələrində işlədiyi Aqropark QSC-yə işə getmişdir. O, işə gedərkən artıq konteynerlərə quraşdırılmış kondisonerləri axşam işdən çıxdıqdan sonra oğurlamaq qərarına gəlmişdir. İş yerində 3 ədəd konteyner mövcuddur və həmin konteynerlerdən birinə bir ədəd digərində isə dörd ədəd kondisoner quraşdırılmışdır. Həmin gün axşam saat 18 radələrində iş vaxtı bitdikdən sonra o, iş yoldaşları ilə birlikdə Aqropark QSC-dən çıxış məntəqəsi istiqamətində çıxış kartını elektron nəzarət aparatına daxil edərək iş yoldaşları ilə birlikdə işdən çıxmışdır. İşdən çıxdıqdan sonra o, iş yoldaşlarının çıxıb getməsini gözləmiş, bir qədər sonra iş yoldaşlarının çıxıb getməsindən əmin olduqdan sonra yenidən QSC-nin inzibati binasının girişinə qayıdaraq giriş-çıxış məntəqəsinin müşahidə kamerasının bir müddət əvvəl xarab olduğunu və təmir etmək üçün söküldüyünü bildiyindən həmin hissədən daxil olma kartı ilə giriş məntəqəsindən içəri daxil olmuşdur. Sonra o, işlədiyi və oğurlamağı planladığı kondisonerlərin olduğu konteynerə geri qayıtmışdır. Bir qədər sonra, yəni QSC-nin digər işçilərinin işdən çıxıb getmələrinə əmin olduqdan sonra o, qaynı Təqsirləndirilən şəxs2 telefonla zəng edərək razılaşdıqları kimi bu gün kondisonerləri oğurlayacağını, zəng etdiyi zaman avtomobil ilə gələrək kondisonerləri götürməsini bildirmişdir. Telefon danışığı zamanı Təqsirləndirilən şəxs2 onunla razılaşmış və zəngini gözlədiyini bildirmişdir. Bundan sonra o, geri qayıdıb dörd ədəd kondisoner quraşdırılmış konteynerə daxil olaraq orada konteynerdə olan iş zamanı istifadə etdiyi kəlbətini götürərək iki ədəd "xxxx" markalı kondisonerləri sökərək mühərrik blokları ilə birlikdə yerə qoymuşdur. Sonra o, digər bir ədəd kondisioner quraşdırılmış konteynerə daxil olaraq kəlbətin ilə “Hisense” markalı kondisoneri sökərək həmin kondisioneri də yerə qoymuşdur. Ümumilikdə 3 ədəd kondisonerləri sökdükdən sonra qaynı Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Hüsyen Mirzəyevin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək kondisonerləri sökdüyünü və işlədiyi yerə gələn, yəni Ağsu- Göydəlləkli-Ərəbmehdibəy yolunun kənarına gətirdiyini, gəlib oradan kondisonerləri götürməsini, lakin gələrkən avtomobilin dövlət qeydiyyat nişanlarını gizlətməsini bildirmişdir. Bundan sonra o, konteynerin arxasında olan tikanlı məftilləri qırıb konteynerin arxa tərəfindən sökdüyü kondisonerləri təxminən 80-100 metr məsafədə yolun kənarına daşımışdır. Təxminən 30-40 dəqiqə sonra, yəni saat təxminən 20 radələrində qaynı Təqsirləndirilən şəxs2 Mercedes Benz 290 markalı, dövlət qeydiyyat nişanını sonradan **- ML-*** olaraq bildiyi avtomobil ilə Hüseynə bildirdiyi yerə gəlmişdir. Hüseyinlə birlikdə tələsik olaraq hər üç kondisioneri avtomobilin baqaj yerinə yerləşdirmişdirlər. Bundan sonra o, Hüseynə kondisionerləri gizlətməsini və nə onun yaşadığı ünvana, nə də öz yaşadığı ünvana aparmamasını bildirmişdir. Bundan sonra o, Hüseyni yola salmış və geri qayıdaraq iş yerində olan konteynerdə gecələmişdir. Həmin gün Təqsirləndirilən şəxs2 özünə məxsus olan ***-***-**-** saylı mobil nömrədən hadisədən sonra şikayət olduqda nömrəsi yoxlanarkən heç bir sübut olmasın deyə zəng etməmişdir. Sabahısı gün, yəni xx.xx.2023-cü il tarixdə saat 18 radələrində işdən çıxdıqdan sonra Hüseyinin işlədiyi bərbərxanaya gedərək onunla görüşüb, kondisonerlərihardagizlətiyini soruşmuş, Hüseyn ona kondisonerləri qohumu Əli Mirzəyevin həyətində gizlətdiyini bildirmişdir. Bundan təxminən 5-6 gün sonra o, Ağsu şəhəri, Nizami küçəsində tanımadığı taksi sürücüsü ilə Əli Mirzəyevin evinə getmiş, Əli Mirzəyevin evinə çatdıqda Əli evdə olmadığından qapını Əlinin anası Validə açmış və Validəyə Əlinin məlumatı olduğunu, evdə Hüseynlə ona məxsus kondisonerlər olduğunu deyərək həmin kondisonerlərdən birini götürməyə gəldiyini bildirmişdir. Bundan sonra o, tanımadığı taksi sürücüsü ilə birlikdə kondisioneri avtomobilə qoymuş və kondisioneri evinə gətirmişdir. Səhəri gün səhər saat 10-11 radələrində o, Ağsu şəhərində yerləşən avtovağzala getmiş orada tanımadığı taksi sürücüsünə yükü olduğunu və onu Şamaxı rayonuna aparmasını bildirmişdir. Taksi sürücüsü də onunla razılaşaraq yaşadığı evə gəlmiş və kondisioneri avtomobilinin yük yerinə yerləşdirmişdirlər. Sonra həmin taksi sürücüsü onu Şamaxı rayonuna aparmışdır. Şamaxı rayonuna çatdıqdan sonra orada yolun kənarında olan maşın təmir sexlərinin yaxınlığında düşüb kondisoneri də götürmüşdür. Sonra o, avtomobil təmir sexlərindən birinə yaxınlşaraq sexdə olan tanımadığı şəxslərdən birinə oğurladığı “Hisense” markalı kondisoneri 250 manat müqabilində satmışdır. Digər "xxxx" markalı kondisonerlər isə Əli Mirzəyevin evində qalmışdır. O, Ağsu Aqropark QSC-dən oğurluq edəcəyi ilə bağlı Təqsirləndirilən şəxs2lə kondisonerləri oğurladıqdan sonar gəlib apararaq gizlətməsi barədə əvvəlcədən razılaşmışdır, o, Şahid1 həmin kondisionerlərin oğurluq olması barədə heç bir söz deməmişdir və Əli özü də ondan bu barədə heçnə soruşmamışdır. O, törətdiyi əməldən səmimi peşmançılıq çəkir, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş və onunla barışmışdır, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, Təqsirləndirilən şəxs1 onun qohumudur. Təxminən bir ay bundan əvvəl o, Təqsirləndirilən şəxs1 ilə işlədiyi bərbərxanda görüşmüşdür. Həmin vaxt aralarında olan söhbət zamanı Fərid ona işlədiyi Aqropark QSC-yə məxsus çöl ərazidə yerləşən pivot sulama sistemlərinin idarəetmə mərkəzinin həyətində olan işçilərin istirahəti üçün nəzərdə tutulan konteynerlərə quraşdırılmış kondisionerlər olduğunu və həmin kondisionerləri oğurlmaq istədiyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 kondisionerləri yerindən sökdükdən sonra avtomobil ilə gəlib aparmaq üçün ona köməklik etməsini ondan istəmiş və bunun müqabilində oğurlanmış kondisionerlərdən birini işlətdiyi bərbərxanaya quraşdırmaq üçün ona verəcəyini demişdir. Buna görə də o, Təqsirləndirilən şəxs1 ilə razılşmış və kondisionerləri oğurlayıb, yolun kənarına, yəni "xxxx" QSC-nin qarşısından keçən Ağsu-Göydəlləkli-Ərəbmehdibəy yolunun kənarına çıxartmasını, ona zəng etməsini, avtomobil taparaq gəlib kondisionerləri oradan götürüb aparcağını bildirmişdir. xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək kondisionerləri bugün sökəcəyini və avtomobil ilə gələrək kondisionerləri aparmasını bildirmişdir. O, telefon danışığı zamanı Fəridlə razılaşmış və əmisi oğlu Şahid1 zəng edərək avtomobilini ona müvəqqəti olaraq verməsini xahiş etmiş, lakin Şahid1 rayonda olamadığını, avtomobilinin yaşadığı evin həyətində olduğunu, gedib oradan götürməsini bildirmişdir. Aralarında olan telefon danışığı zaman o, Şahid1 kondisioner oğurlamağa getdiyi barədə bir söz deməmişdir. Sonra o, Şahid1 məxsus Mercedes Benz 290 markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə "xxxx" QSC-nin yerləşdiyi Ağsu rayon Hacıqədirli kəndi istiqamətində yola düşmüşdür. Yolda gedərkən avtomobilin qeydiyyyat nişanları görsənməsin deyə, palçıqla qeydiyyat nişanlarını gizlətmişdir. İdarə etdiyi avtomobil ilə Ağsu rayon Hacıqədirli kəndi istiqamətində olduğu zaman Təqsirləndirilən şəxs1 ona yenidən zəng edərək kondisionerləri sökdüyünü, razılaşdıqları kimi Ağsu-Göydəlləkli-Ərəbmehdibəy yolunun kənarına çıxartdığını bildirmişdir. Bundan bir qədər sonra, yəni saat 20 radələrində o, Təqsirləndirilən şəxs1 ilə təyin etdiyi yerdə görüşmüş və birlikdə bir ədəd “Hisense” markalı, iki ədəd "xxxx" markal kondisionerləri mühərrik blokları ilə birlikdə avtomobilin baqaj hissəsinə yükləmişdirlər. Sonra Fərid geri, yəni iş yerinə qayıtmış, o, isə idarə etdiyi avtomobil ilə Ağsu şəhərinə, əmisi oğlu Şahid1 yaşadığı evə gələrək kondisionerləri Şahid1 yaşadığı evin həyətinə yerləşdirmişdir. Həmin vaxt Şahid1 evdə olmamışdır. Bundan bir müddət sonra Əli yaşadığı evə gəlmiş və kondisionerləri görərək ondan həmin kondisionerləri haradan əldə etdiyini, hətta oğurluq olub-olmamasını soruşmuş, lakin o, Əliyə yalan danışaraq kondisionerlərin oğurluq olmadığını, söküntü yerindən əldə etdiyini heç bir problemin olmadığını bildirmişdir. Bir müddət sonra kondisionerləri qohumu Təqsirləndirilən şəxs1 götürəcəyini deyərək oradan çıxıb, öz yaşadığı evə qayıtmışdır. Sonra o, Fəridlə telefon vasitəsi ilə əlaqə saxlayaraq oğurladıqları kondisionerləri Şahid1 evinə qoyduğunu demişdir. O, Fəridlə oğurluq edəcəkləri barədə təxminən bir ay bundan əvvəl Fəridin kondisonerləri konteynerdən çıxardıqdan sonra həmin kondisonerləri ordan avtomobil ilə gəlib, götürərək gizlədəcəyi barədə razılşmışdır, Şahid1 onların oğurluq etmələrindən heç bir məlumatı olmamışdır, o, kondisoneri işlədiyi bərbərxanaya quraşdırmaq istəmişdir, lakin Fərid ona hələ gözləməsini, aranın sakitləşməsini sonra quraşdıra biləcəyini bildirdiyindən kondisoneri hələ quraşdıra bilməmişdir. O, törətdiyi əməldən səmimi peşmançılıq çəkir, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş və onunla barışmışdır, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Ağsu rayon Hacıqədirli kəndində yerləşən "xxxx" QSC-nin insan resusları şöbəsinin müdiri vəzifəsində işləyir. "xxxx" QSC-nin hüquqi ünvanı ünvan 2 rayon Hacıqədirli kəndi ərazisində yerləşir. Hazırda istintaq olunan cinayət işi üzrə QSC-nin rəhbərliyi tərəfindən nümayəndə kimi təqdim olunmuşdur. "xxxx" QSC-nin əkin sahələrinin suvarılması üçün pivot sulama sistemləri mövcuddur. Həmin pivot sulama sistemləri elektron qaydada pivot operataorları tərəfindən idarə olunur. QSC-nin inzibati binasının yaxınlığında çöl ərazidə pivot sulama sistemlərinin idarəetmə mərkəzi yerləşir. Həmin mərkəzin həyətində operatorların və digər işçilərin istirahət etməsi üçün mobil konteynerlər quraşdırılmışdır. Həmin konteynerlərə isə müxtəlif markalı kondisionerlər quraşdırılmışdır. 21 noyabr 2023-cü il tarixdə, səhər saatlarında pivot sulama sistemlərinin idarəetmə mərkəzinin pivot operatoru Şahid5, həmçinin ondan bir qədər sonra QSC-nin mühafizə xidmətinin rəisi Şahid6 ona telefonla zəng edərək pivotsulama sistemlərinin idarəetmə mərkəzinin həyətində olan konteynerlərə quraşdırılmış üç ədəd kondisionerlərin oğurlanmasını bildirmişdirlər. Həmin məlumat əsasında o, pivot sulama sistemlərinin idarəetmə mərkəzinin yerləşdiyi əraziyə getmiş və orada pivot operatorlarının istirahəti üçün nəzərdə tutulan konteynerlərə quraşdırılımışbir ədəd Çin Respublikası istehsalı, 2020-ci il tarixdən istismar olunmuş, “Hisense” markalı, “AS-18HR4SWATDG” modelli, təsir dairəsi 60 kv metr və 800 manat dəyərində olan, iki ədəd Türkiyə Respublikası istehsalı, 2020-ci il tarixdən istismar olunmuş, "xxxx" markalı, “HTSİNVERTER9A+” modelli, təsir dairələri 40 kv metr, hər biri ayrı-ayrılıqda 703 manat dəyərində olan kondisionerlərin oğurlanmasını müəyyən etmişdir. Bundan sonra isə baş vermiş oğurluq hadisəsi ilə bağlı QSC-nin rəhbərliyinə məlumat vermiş və rəhbərliyin göstərişi ilə 22 noyabr 2023-cü il tarixdə baş vermiş oğurluq hadisəsi ilə bağlı Ağsu RPŞ-nə ərizə ilə müraciət etmişdir. Ağsu RPŞ-də aparılmış araşdırma ilə QSC-nin pivot sulama sistemlərinin idarəetmə mərkəzinin həyətində olan konteynerlərə quraşdırılmış üç ədəd kondisionerləri oğurlamış şəxslərin QSC-nin əməkdaşı olan Təqsirləndirilən şəxs1 və qohumu Təqsirləndirilən şəxs2 olmaları müəyyən edilmişdir. QSC-də baş vermiş oğurluq hadisəsi nəticəsində QSC-yə ümumilikdə 2.206 manat maddi ziyan dəymişdir. Belə ki, bir ədəd “Hisense” markalı, 60 kv təsir dairəsinə malik, 800 manat dəyərində, iki ədəd "xxxx" markalı, hər biri 40 kv təsir dairəsinə malik və hər biri 703 manat dəyərində olmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən dəymiş ziyanı tam olaraq ödənilmişdir, təqsirləndirilən şəxslərlə barışmışdır, onlara qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bidirdi ki, 2022-ci il tarixdən etibarən Ağsu rayon Hacıqədirli kəndi ərazisində yerləşən "xxxx" QSC-də pivot nəzarətçisi kimi işləyir. "xxxx" QSC-nin əkin sahələrinin sulanması üçün pivot sulama sistemlərindən istifadə olunur. Həmin sistemlərin işləmə mexaniziminə, texniki vəziyyətinə və idarə olunmasına nəzarət edirlər. Bundan başqa işi növbəli olduğundan işçilər günün istənilən vaxtı iş yerinə gələrək işlərini davam etdirə bilərlər. Həmçinin pivot sulama sistemlərinin idarəetmə mərkəzi QSC-nin inzibati binasının yaxınlığında yerləşir və mərkəzin həyətində işçilərin istirahəti üçün mobil konteynerlər quraşdırılmışdır. Həmin mobil konteynerlərə isə müxtəlif markalı kondisionerlər quraşdırılmışdır. Onunla bərabər pivot sulama sistemlərində Təqsirləndirilən şəxs1, Şahid5, Şahid7 və Laçın Abbaslı da işləyir. 20 noyabr 2023-cü il tarixdə, saat 18 radələrində o, Təqsirləndirilən şəxs1, Şahid7, Şahid5 və Laçın Abbaslı işlərini bitirərək nəzarət buraxılış məntəqəsindən çıxış kartını təqdim edərək iş yerindən çıxmışdırlar. Onlar işdən çıxarkən istirahətləri üçün nəzərdə tutulmuş mobil konteynerlərə quraşdırılmış kondisionerlər yerində olmuşdur. 21 noyabr 2023-cü il tarixdə səhər saatlarında iş yerinə qayıtdıqda o, çantasını konteynerə qoymaq üçün konteynerlərin olduğu yerə getdikdə konteynerlərə quraşdırılmış üç ədəd, yəni bir ədəd “Hisense” markalı, iki ədəd "xxxx" markalı kondisionerlərin oğurlandığını aşkarlamış və geri qayıdaraq bu barədə digər işçilərə məlumat vermişdir. Bundan sonra baş vermiş oğurluq hadisəsi barədə mühafizə rəisi Şahid6 məlumat vermişdirlər. Baş vermiş oğurluq hadisəsinə görə QSC-nin rəhbərliyi 22 noyabr 2023-cü il tarixdə Ağsu RPŞ-nə müraciət etmişdir. Ağsu RPŞ-də aparılan araşdırma ilə oğurluq hadisəsini törətmiş şəxslərin onlarla birlikdə işləyən Təqsirləndirilən şəxs1 və qohumu Təqsirləndirilən şəxs2 olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 20 noyabr 2023-cü tarixdə, saat 18 radələrində onlarla birlikdə nəzarət buraxılış məntəqəsində çıxış kartını təqdim edərək işdən çıxmış, sonradan isə geri qayıdaraq oğurluq hadisəsini törətmişdir. Təqsirləndirilən şəxs1 QSC-dən oğurluq etməsi barədə ona və ya digər işçilərə heç bir söz deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bidirdi ki, 2018-ci il tarixdən etibarən Ağsu rayon Hacıqədirli kəndi ərazisində yerləşən "xxxx" QSC-də pivot operatoru kimi işləyir. "xxxx" QSC-nin əkin sahələrinin sulanmasıüçün pivot sulama sistemlərindən istifadə olunur. Həmin sistemlərin işləmə mexaniziminə, texniki vəziyyətinə, eləcə də idarə olunmasına nəzarət edirlər. Bundan başqa işi növbəli olduğundan işçilər günün istənilən vaxtı iş yerinə gələrək işlərini davam etdirə bilərlər. Həmçinin pivot sulama sistemlərinin idarəetmə mərkəzi QSC-nin inzibati binasının yaxınlığında yerləşməklə mərkəzin həyətində işçilərin istirahəti üçün mobil konteynerlər quraşdırılmışdır. Həmin mobil konteynerlərə isə müxtəlif markalı kondisionerlər quraşdırılmışdır. Onunla bərabər pivot sulama sistemlərində Təqsirləndirilən şəxs1, Emin Şirəliyev və Laçın Abbaslı da işləyir. 20 noyabr 2023-cü il tarixdə, saat 18 radələrində o, Təqsirləndirilən şəxs1, Emin Şirəliyev və Laçın Abbaslı işlərini bitirərək nəzarət buraxılış məntəqəsindən çıxış kartını təqdim edərək iş yerindən çıxmışdır. Onlar işdən çıxarkən istirahətləri üçün nəzərdə tutulmuş mobil konteynerlərə quraşdırılmış kondisionerlər yerində olmuşdur. 21 noyabr 2023-cü il tarixdə səhər saatlarında iş yerinə qayıtdıqda iş yoldaşı Emin Şirəliyev çantasını konteynerə qoymaq üçün konteynerlərin olduğu yerə getdikdə konteynerlərə quraşdırılmış üç ədəd müxtəlif markalı kondisionerlərin oğurlandığını aşkarlamış və geri qayıdaraq onlara bu barədə məlumat vermişdir. Bundan sonra o və digər işçilər birlikdə konteynerlərin olduğu yerə getmiş və həqiqətən də bir ədəd “Hisense” markalı, iki ədəd "xxxx" markalı kondisionerlərin yerində olmadığını, oğurlandığını müəyyən etmişdirlər. Daha sonra onlar bu barədə mühafizə rəisi Şahid6 məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsinə görə QSC-nin rəhbərliyi 22 noyabr 2023-cü il tarixdə Ağsu RPŞ-nə müraciət etmişdir. Ağsu RPŞ-də aparılan araşdırma ilə oğurluq hadisəsini törətmiş şəxslərin onlarla birlikdə işləyən Təqsirləndirilən şəxs1 və qohumu Təqsirləndirilən şəxs2 olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 20 noyabr 2023-cü tarixdə, saat 18 radələrində onlarla birlikdə nəzarət buraxılış məntəqəsində çıxış kartını təqdim edərək işdən çıxmış, sonradan isə iş yerinə geri qayıdaraq oğurluq hadisəsini törətmişdir. Təqsirləndirilən şəxs1 QSC-dən oğurluq etməsi barədə ona və ya digər işçilərə heç bir söz deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində bidirdi ki, 2019-cu il tarixdən etibarən Ağsu rayon Hacıqədirli kəndi ərazisində yerləşən "xxxx" QSC-də mühafizə rəisi olaraq işləyir. "xxxx" QSC-nin əkin sahələrinin sulanması üçün pivot sulama sistemlərindən istifadə olunur. Həmin sistemlərin işləmə mexaniziminə, texniki vəziyyətinə pivot nəzarətçiləri və operatorları nəzarət edir. Pivot sulama sistemlərinin idarəetmə mərkəzinin həyətində işçilərin istirahət üçün mobil konteynerlər quraşdırılmışdır. Həmin mobil konteynerlərə isə müxtəlif markalı kondisionerlər quraşdırılmışdır. Pivot sulama sistemlərinin idarəetmə mərkəzi QSC-nin inzibati binasının yaxınlığında yerləşir, lakin həmin ərazi çöl ərazi olduğundan müşahidə kameraları ilə təchiz olunmamışdır. Şahid7, Təqsirləndirilən şəxs1, Emin Şirəliyev, Şahid5 və Laçın Abbaslı pivot sulama sistemlərində müxtəlif vəzifələrdə çalışırlar. Həmçinin onlar növbəli şəkildə işlədiklərinə görə günün istənilən vaxtı iş yerinə gələrək işlərini davam etdirə bilərlər. 20 noyabr 2023-cü il tarixdə, saat 18 radələrində Şahid7, Təqsirləndirilən şəxs1, Emin Şirəliyev, Şahid5 və Laçın Abbaslı işdən çıxaraq getmişdir. 21 noyabr 2023-cü il tarixdə səhər saatlarında isə Şahid7 ona telefonla zəng edərək pivot işçilərinin istirahəti üçün nəzərdə tutulmuş konteynerlərə quraşdırılmış üç ədəd müxtəlif markalı kondisionerlərin oğurlandığı barədə məlumat vermişdir. Buna görə də o, həmin yerə gedərək əraziyə baxış keçirtmiş və həqiqətən də bir ədəd “Hisense” markalı, iki ədəd "xxxx" markalı kondisionerlərin yerində olmadığını, oğurlandığını müəyyən etmişdir. Daha sonra o, bu barədə QSC-nin rəhbərliyinə və insan resusları şöbəsinin müdiri Zərərçəkmiş şəxs məlumat vermişdir. Daha sonra baş vermiş oğurluq hadisəsinə görə QSC-nin rəhbərliyi 22 noyabr 2023-cü il tarixdə Ağsu RPŞ-nə müraciət etmişdir. Ağsu RPŞ-də aparılan araşdırma ilə oğurluq hadisəsini törətmiş şəxslərin onlarla birlikdə işləyən Təqsirləndirilən şəxs1 və qohumu Təqsirləndirilən şəxs2 olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 20 noyabr 2023-cü tarixdə, saat 18 radələrində işdən çıxdıqdan sonra geri qayıdaraq oğurluq hadisəsini törətmişdir. Təqsirləndirilən şəxs1 QSC-dən oğurluq etməsi barədə ona və ya digər işçilərə heç bir söz deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bidirdi ki, 2021-ci il tarixdən etibarən Ağsu rayon Hacıqədirli kəndi ərazisində yerləşən "xxxx" QSC-də pivot nəzarətçisi kimi işləyir. "xxxx" QSC-nin əkin sahələrinin sulanması üçün pivot sulama sistemlərindən istifadə olunur. Həmin sistemlərin işləmə mexaniziminə, texniki vəziyyətinə, eləcə də idarə olunmasına nəzarət edirlər. Bundan başqa işi növbəli olduğundan işçilər günün istənilən vaxtı iş yerinə gələrək işlərini davam etdirə bilərlər. Həmçinin pivot sulama sistemlərinin idarəetmə mərkəzi QSC-nin inzibati binasının yaxınlığında yerləşir və mərkəzin həyətində işçilərin istirahəti üçün mobil konteynerlər quraşdırılmışdır. Həmin mobil konteynerlərə isə müxtəlif markalı kondisionerlər quraşdırılmışdır. Onunla bərabər pivot sulama sistemlərində Təqsirləndirilən şəxs1, Emin Şirəliyev, Şahid5 və Şahid7 da işləyir. 20 noyabr 2023-cü il tarixdə, saat 18 radələrində o, Təqsirləndirilən şəxs1, Emin Şirəliyev, Şahid7 işlərini bitirərək nəzarət buraxılış məntəqəsindən çıxış kartını təqdim edərək iş yerindən çıxmışdırlar. Onlar işdən çıxarkən istirahətləri üçün nəzərdə tutulmuş mobil konteynerlərə quraşdırılmış kondisionerlər yerində olmuşdur. 21 noyabr 2023-cü il tarixdə səhər saatlarında iş yerinə qayıtdıqda iş yoldaşı Emin Şirəliyev çantasını konteynerə qoymaq üçün konteynerlərin olduğu yerə getdikdə konteynerlərə quraşdırılmış üç ədəd müxtəlif markalı kondisionerlərin oğurlandığını aşkarlamış və geri qayıdaraq onlara bu barədə məlumat vermişdir. Bundan sonra o və digər işçilər birlikdə konteynerlərin olduğu yerə getmiş və həqiqətən də bir ədəd “Hisense” markalı, iki ədəd "xxxx" markalı kondisionerlərin yerində olmadığını, oğurlandığını müəyyən etmişdirlər. Daha sonra onlar bu barədə mühafizə rəisi Şahid6 məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsinə görə QSC-nin rəhbərliyi 22 noyabr 2023-cü il tarixdə Ağsu RPŞ-nə müraciət etmişdir. Ağsu RPŞ-də aparılan araşdırma ilə oğurluq hadisəsini törətmiş şəxslərin onlarla birlikdə işləyən Təqsirləndirilən şəxs1 və qohumu Təqsirləndirilən şəxs2 olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 20 noyabr 2023-cü tarixdə, saat 18 radələrində onlarla birlikdə nəzarət buraxılış məntəqəsində çıxış kartını təqdim edərək işdən çıxmış, sonradan isə iş yerinə geri qayıdaraq oğurluq hadisəsini törətmişdir. Təqsirləndirilən şəxs1 QSC-dən oğurluq etməsi barədə ona və ya digər işçilərə heç bir söz deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bidirdi ki, Təqsirləndirilən şəxs2 onun əmisi oğludur, onunla münasibətləri yaxşıdır, aralarında heç bir ədavət və ya düşmənçilik yoxdur. Həmçinin Təqsirləndirilən şəxs1 isə əmisi qızının əridir, onunla da münasibətləri yaxşıdır, aralarında heç bir ədavət və ya düşmənçilik yoxdur. 20 noyabr 2023-cü il tarixdə əmisi oğlu Təqsirləndirilən şəxs2 ona telefonla zəng edərək ona məxsus Mercedes Benz markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobilinin müvəqqəti olaraq lazım olduğunu, sökülmüş kondisionerlər olduğunu və avtomobili ilə kondisioner daşıyacağını bildirmişdir. Həmin vaxt o, rayonda olmadığından Təqsirləndirilən şəxs2 avtomobilini gedib yaşadığı evdən götürməsini bildirmişdir. Həmin gün saat 22 radələrində o, yaşadığı evə gəlmiş, yaşadığı evə gəldikdə əmisi oğlu Təqsirləndirilən şəxs2 avtomobili evə gətirdiyini, həmçinin evin həyətinə bir ədəd “Hisense” markalı, iki ədəd "xxxx" markalı kondisionerlər qoyduğunu görmüşdür. O, Hüseyndən həmin kondisionerləri haradan gətirdiyini soruşduqda, Hüseyn ona söküntü yerindən gətirdiyini bildirmiş, lakin o, şübhələndiyi üçün Hüseyndən həmin kondisionerlərin oğurluq olub-olmamasını soruşmuş, Hüseyn ona bir daha həmin kondisionerlərin oğurluq olmadığını bildirmiş və müvəqqəti olaraq onun evinin həyətində qalmasını ondan xahiş etmişdir. O, isə həmin kondisionerlərin oğurluq olmamasına inanaraq buna razılıq vermişdir. Bundan təxminən 5-6 gün sonra Təqsirləndirilən şəxs1 o, evdə olmadığı zaman yaşadığı evə gələrək həmin kondisionerlərdən “Hisense” markalı kondisioneri götürüb aparmışdır. Həmin kondisionerlərin ona heç bir aidiyyatı olmadığından o, bu barədə Hüseyn və Fəriddən maraqlanmamışdır. 14 dekabr 2023-cü il tarixdə polis əməkdaşları yaşadığı ünavana gələrək ona həyətində olan iki ədəd kondisionerin oğurluq olmasını bildirmişdirlər, sonra həmin kondisionerlərə baxış keçirilərək polis əməkdaşları tərəfindən kondisionerlər götürülmüş, o isə izahat verməsi üçün Polis Şöbəsinə dəvət olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bidirdi ki, Təqsirləndirilən şəxs1 şəxsən tanımır, həmin şəxslə təxminən 2023-cü ilin noyabr ayının sonlarında Şamaxı rayonunda tanış olmuşdur. Belə ki, həmin vaxt Şamaxı rayonu ərazisində yerləşən avtomobil təmiri sexlərinin qarşısında olarkən adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs1 kondisioner satmasını eşitmişdir. Təqsirləndirilən şəxs1 “Hisense” markalı kondisioner satmasını görərək, ona yaxınlaşıb kondisioneri neçəyə satmasını maraqlanmış, həmin vaxt Fərid ona kondisioneri 300 manata satdığını bildirmiş, o, kondisionerin qiymətinin büdcəsinə uyğun olmasını görüb həmin kondisioneri Təqsirləndirilən şəxs1 almaq qərarına gəlmiş, lakin Fəridlə kondisionerin qiymətini 250 manat müqabilində razılaşmışdır. Həmin vaxt Fəridə 250 manat pul ödəmiş və kondisioneri Fəriddən alaraq yaşadığı evə aparmışdır. O, Kondisioneri Təqsirləndirilən şəxs1 alarkən həmin kondisionerin oğurluq olması barədə heç bir məlumatı olmamışdır, həmçinin Fərid özü də ona kondisionerin oğurluq olmasını deməmişdir, həmin kondisioneri yaşadığı evdən sökdüyünü, pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Həmin kondisioner hazırda ondadır və onu istintaqa təqdim edə bilər. İş üzrə Şahid7 məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdr. Şahid7 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, 2019-cu il tarixdən etibarən Ağsu rayon Hacıqədirli kəndi ərazisində yerləşən "xxxx" QSC-də pivot nəzarətçisi kimi işləyir. "xxxx" QSC-nin əkin sahələrinin sulanması üçün pivot sulama sistemlərindən istifadə olunur. Həmin sistemlərin işləmə mexaniziminə, texniki vəziyyətinə nəzarət edirlər. Bundan başqa işi növbəli olduğundan işçilər günün istənilən vaxtı iş yerinə gələrək işlərini davam etdirə bilərlər. Həmçinin pivot sulama sistemlərinin idarəetmə mərkəzi QSC-nin inzibati binasının yaxınlığında yerləşməklə mərkəzin həyətində işçilərin istirahəti üçün mobil konteynerlər quraşdırılmışdır. Həmin mobil konteynerlərə isə müxtəlif markalı kondisionerlər quraşdırılmışdır. Onunla bərabər pivot sulama sistemlərində Təqsirləndirilən şəxs1, Emin Şirəliyev, Şahid5 və Laçın Abbaslı da işləyir. 20 noyabr 2023-cü il tarixdə, saat 18 radələrində o, Təqsirləndirilən şəxs1, Emin Şirəliyev, Şahid5 və Laçın Abbaslı işlərini bitirərək nəzarət buraxılış məntəqəsindən çıxış kartını təqdim edərək iş yerindən çıxmışdırlar. Onlar işdən çıxarkən istirahətləri üçün nəzərdə tutulmuş mobil konteynerlərə quraşdırılmış kondisionerlər yerində olmuşdur. 21 noyabr 2023-cü il tarixdə səhər saatlarında iş yerinə qayıtdıqda iş yoldaşı Emin Şirəliyev çantasını konteynerə qoymaq üçün konteynerlərin olduğu yerə getdikdə konteynerlərə quraşdırılmış üç ədəd müxtəlif markalı kondisionerlərin oğurlandığını aşkarlamış və geri qayıdaraq onlara bu barədə məlumat vermişdir. Bundan sonra o, da konteynerlərin olduğu yerə getmiş və həqiqətən də bir ədəd “Hisense” markalı, iki ədəd "xxxx" markalı kondisionerlərin yerində olmadığını, oğurlandığını müəyyən etmişdir. Daha sonra onlar bu barədə mühafizə rəisi Şahid6 məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsinə görə QSC-nin rəhbərliyi 22 noyabr 2023-cü il tarixdə Ağsu RPŞ-nə müraciət etmişdir. Ağsu RPŞ-də aparılan araşdırma ilə oğurluq hadisəsini törətmiş şəxslərin onlarla birlikdə işləyən Təqsirləndirilən şəxs1 və qohumu Təqsirləndirilən şəxs2 olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 20 noyabr 2023-cü tarixdə, saat 18 radələrində onlarla birlikdə nəzarət buraxılış məntəqəsində çıxış kartını təqdim edərək işdən çıxmış, sonradan isə geri qayıdaraq oğurluq hadisəsini törətmişdir. Təqsirləndirilən şəxs1 QSC-dən oğurluq etməsi barədə ona və ya digər işçilərə heç bir söz deməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 14 dekabr 2023-cü il tarixli qərardan görünür ki, fakta görə CM-in 177.2.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. - “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 14 dekabr 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə "xxxx" QSC zərərçəkmiş şəxs qismində tanınmışdır. - “Zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınma haqqında” 14 dekabr 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınmışdır. - “Cinayət törətməkdə şübhəli olan şəxsi tutma haqqında” 14 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 14 dekabr 2023-cü il tarixdə saat 19:50-də cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuşdur. - “Cinayət törətməkdə şübhəli olan şəxsi tutma haqqında” 14 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 14 dekabr 2023-cü il tarixdə saat 22:30-da cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuşdur. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” 16 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-in 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” 16 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 CM-in 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. - “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” 16 dekabr 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, o, MSY-dən azad olunmuşdur. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” 16 dekabr 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, o, MSY-dən azad olunmuşdur. - “Əşyaların maddi sübut hesab edilməsi haqqında” 17 dekabr 2023-cü il tarixli qərardan görünür ki, istintaq zamanı zəruri olduğundan götürülmüş bir ədəd Çin Respublikası istehsalı, “Hisesnse” markalı, AS-18HR4SWATDG” modelli, təsir dairəsi 60 kv metr olan, iki ədəd Türkiyə Respublikası istehsalı, "xxxx" markalı, “HTSİNVERTER9A+” modelli, təsir dairələri 40 kv metr olan kondisionerlər və mühərrik blokları maddi sübut qismində tanınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/10005 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda, təqdim edilmiş arayışda və foto cədvəllərdə göstərilən kondisionerlərin orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin noyabr ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən aşağıdakı kimi müəyyən olunmuşdur: 01 ədəd, Çin istehsalı, 2020-ci il tarixdən istismar olunmuş, 60 kv-lıq, “Hisense” markalı, “AS-18HR4SWATDG” model kondisioner-450,00 manat, 02 ədəd Türkiyə istehsalı, 40 kv-lıq, 2020-ci il tarixdən istismar olunmuş"xxxx" markalı, “HTSİNVERTER9A+” model kondisionerlər-700,00 (2 ədəd x 350 manat) manat. - Ağsu Rayon Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, 1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs1 ailəlidir və iki övladı var. O, yaşadığı küçənin sakinləri arasında özünü nizam-intizamlı aparmışdır. Onun haqqında yaşadığı müddət ərzində Ağsu Rayon Mənzil İstismar Sahəsinə nə yazılı, nə də şifahi şikayət daxil olmamışdır. - Ağsu Rayon İcra Hakimiyyəti başçısının Ağsu şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, 2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 ailə və məişətdə özünü aparmağı bacarır. Ona verilən tapşırıqları yerinə yetirir, böyüklərə hörmət etməyi bacarır, onun barəsində Ağsu Rayon İcra Hakimiyyəti başçısının Ağsu şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə nə yazılı nə də şifahi şikayət daxil olmamışdır. - Zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən dəymiş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxslərlə barışmış, onlara qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər dəlillərlə təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 177.2.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətlərində əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM) 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarılmalı və onlara CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildikləri maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxslərə cəza təyin edərkən məhkəmə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni CM-in 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən məhkəmə təqsirləndirilən şəxslərin törətdikləri əməli etiraf etmələrini, əməllərindən peşmançılıq çəkmələrini, zərərçəkmiş şəxsə vurduqları ziyanı tam olaraq ödəmələrini, zərərçəkmiş şəxslə barışmalarını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildiklər maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat dövründə ibtidai istintaq zamanı 14 dekabr 2023-cü il tarixdən 16 dekabr 2023-cü il tarixədək saxlanıldığı 2 gün müddət onlara təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə hesablanmalıdır. Hökmün icrası təqsirləndirilən şəxslərin yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd Çin Respublikası istehsalı, “Hisesnse” markalı, AS-18HR4SWATDG” modelli, təsir dairəsi 60 kv metr olan, iki ədəd Türkiyə Respublikası istehsalı, "xxxx" markalı, “HTSİNVERTER9A+” modelli, təsir dairələri 40 kv metr olan kondisionerlər və mühərrik bloklarının qanuni sahibinə geri qaytarılması nəzərə alınmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Rafiq oğlundan müştərək qaydada tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs1 məhkəmədə göstərilmiş 18 saat hüquqi yardıma görə 108 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs2 Rafiq oğluna məhkəmədə göstərilmiş 18 saat hüquqi yardıma görə 108 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi2 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə və CPM-in 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrinə əsasən, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 CM-in 177.2.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 14 dekabr 2023-cü il tarixdən 16 dekabr 2023-cü il tarixədək saxlanıldığı 2 gün müddətin 1 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə Ağsu rayonunun ərazisi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün gecə saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 CM-in 177.2.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 14 dekabr 2023-cü il tarixdən 16 dekabr 2023-cü il tarixədək saxlanıldığı 2 gün müddətin 1 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə Ağsu rayonunun ərazisi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün gecə saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd Çin Respublikası istehsalı, “Hisesnse” markalı, AS-18HR4SWATDG” modelli, təsir dairəsi 60 kv metr olan, iki ədəd Türkiyə Respublikası istehsalı, "xxxx" markalı, “HTSİNVERTER9A+” modelli, təsir dairələri 40 kv metr olan kondisionerlər və mühərrik bloklarının qanuni sahibinə geri qaytarılması nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Rafiq oğlundan müştərək qaydada tutularaq, dövlət büdcəsinə (Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, X1, kod: 210005, VÖEN: **********, müxbir hesab AZ41 NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab AZ34CTRE********************) ödənilsin. Təqsirləndirilən şəxs1 məhkəmədə göstərilmiş 18 saat hüquqi yardıma görə 108 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs2 Rafiq oğluna məhkəmədə göstərilmiş 18 saat hüquqi yardıma görə 108 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi2 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №1(016)-39/2024
Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-39/2024
20.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver