Məhkəmə qərarları › İş №1(016)-4/2023

Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-4/2023

16.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-4/2023 16.11.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X21 Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Esma Kərim qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Şahid1, Təqsirləndirilən şəxs və onun hüquqlarını müdafiə edən vəkilləri Müdafiəçi1, Müdafiəçi2 iştirakları ilə, xx.xx.1988-ci ildə Ağsu rayonu, Kəndoba kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, natamam orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağsu rayonu, Kəndoba kəndində qeydiyyatda olmaqla Ağsu şəhəri, S.Rzayev küçəsində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmuşdur. Belə ki, o, xx.xx.1988-ci ildə anadan olmaqla yetkinlik yaşına çatdığı halda tanışı xx.xx.2006-cı ildə anadan olmaqla 16 yaşına çatmayan Zərərçəkmiş şəxs ilə 2021-ci ilin iyun ayının ortalarında Zərərçəkmiş şəxs yaşadığı Ağsu rayon Yenilik kəndində yerləşən evin ikinci mərtəbəsində ilk dəfə qeyri təbii yolla, 2021-ci ilin iyul ayının əvvəllərində isə həmin evin ikinci mərtəbəsində təbii yolla cinsi əlaqədə olmaqla 16 yaşına çatmayan Zərərçəkmiş şəxs ilə seksual xarakterli hərəkətlər etmiş və cinsi əlaqədə olmuşdur. Bununla da Təqsirləndirilən şəxs CM-nin 152.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona CM-in 152.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ona elan edilmiş ittihamın mahiyyəti və mənası aydındır. O, hal-hazırda fərdi əməklə məşğul olur. Zərərçəkmiş şəxs tanıyır. Zərərçəkmiş şəxs ilə təxminən 2021-ci ildə tanış olmuşdur. Təxminən 2020-ci ildə Sənubərin anası Zəminə xanımdan heyvan almışdır. Həmin vaxtdan onların ailəsini tanımışdır. Bundan sonra da bir dəfə də onlardan nar almışdır. Zərərçəkmiş şəxs ilə isə onun tanışlığı bir il bundan qabaq yaranmışdır. Belə ki, Sənubər anası Zəminənin mobil telefonu ilə bir neçə dəfə ona zəng etmiş və onların arasında tanışlıq yaranmışdır. Bundan sonra onların münasibətləri daha da yaxınlaşmışdır və onlar telefonda danışmağa başlamışlar. 2021-ci ilin iyun ayının ortalarında dəqiq xatırlamadığı gündə Sənubərlə telefonda danışan vaxt o, Sənubərlə cinsi əlaqədə olmaq istədiyini bildirmişdir. Sənubərdə onunla evlənəcəyi halda yalnız arxadan, yəni qeyri təbii yolla cinsi əlaqədə ola biləcəyini demişdir. O, da Sənubərlə razılaşmışdır. Bundan bir neçə gün sonra axşam Sənubərin yaşadığı evə getmiş və söhbət etməyə başlamışdır. Saat təxminən 23 radələrinə qədər onlarla söhbət etmişdir. Sonra getmək istədiyini bildirmiş və gedən zaman Sənubər onunla birlikdə evin ikinci mərtəbəsinə çıxmışdır. Sənubərlə yuxarda otaqların birinə keçmiş və söhbət etməyə başlamışlar. Sonra söhbət əsnasında o, Sənubərlə cinsi əlaqəyə girmək istədiyini demişdir. Sənubər isə ona yalnız arxadan cinsi əlaqəyə girəcəyini demişdir. O da Sənubərlə razılaşmışdır. Sonra o Sənubərlə arxadan, yəni qeyri təbii yolla cinsi əlaqədə olmuşdur. Bundan sonra isə o, çıxıb getmişdir. Bundan bir neçə gün sonra, təxminən 2021-ci ilin iyul ayının əvvələrində o, Sənubərə zəng etmiş və onlar telefonda danışmağa başlamışlar. Danışıq zamanı o, yenidən Sənubərlə cinsi əlaqədə olmaq istədiyini bildirmişdir. Sənubər də onunla razılaşmışdır. Sonra o, axşam Sənubərgilə getmişdir. Yemək yedikdən sonra Sənubərlə söhbət etmək istədiyini bildirib evin ikinci mərtəbəsinə çıxmaq istədiyini demişdir. Sənubər də onunla evin ikinci mərtəbəsinə çıxmışdır. Onlar otağa keçdikdən sonra o, Sənubərlə cinsi əlaqədə olmaq istədiyini deyib uzanmağını istəmişdir. Sonra o, Sənubərlə öndən, yəni təbii yolla cinsi əlaqədə olmuşdur. Sənubərlə cinsi əlaqədə olub qurtardıqdan sonra çıxıb getmişdir. Bundan sonra o, Sənubərlə danışmamışdır. O, Sənubərin hamilə olmağını isə 2022-ci ilin yanvar ayında eşitmişdir. 2022-ci ilin aprel ayının əvvəllərində Ağsu rayon Pirhəsənli kənd sakini Firidun adlı şəxs, yəni Sənubərin bacısı Sənəmin qayınatası ona zəng edib onunla görüşmək istədiyini bildirmişdir. O da Firudinlə Ağsu şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən Z.Əliyeva adına parkda görüşmüşdür. Görüş zamanı Firidun ona Zərərçəkmiş şəxs ondan hamilə olduğunu bildirib uşağın ondan olduğunu, bu məsələni heç kəsin bilməməsi üçün uşağı süni doğuşla götüzdürmək lazım olduğunu, ona görə də bu işləri həll etməyə 1100 manat pul lazım olduğunu bildirmişdir. O da Firidunla razılaşmışdır. O, həmin gün Firidunun oğlu Şükürlə Zərərçəkmiş şəxs yaşadığı evdə görüşüb 1100 manat pulu Şükürə vermişdir. Bundan 15-20 gün sonra isə Firidun ona zəng edərək işi həll etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs ilə ilk dəfə 2021-ci ilin iyun ayının ortalarında qeyri təbii yolla cinsi əlaqədə olmuşdur. İkinci dəfə isə 2021-ci ilin iyul ayının əvvələrində öndən yəni təbii yolla cinsi əlaqədə olmuşdur. O, Zərərçəkmiş şəxs ilə Sənubərin yaşadığı evin ikinci mərtəbəsində olan otaqda cinsi əlaqədə olmuşdur. Zərərçəkmiş şəxs ilə razılığ əsasında cinsi əlaqədə olmuşdur. Zərərçəkmiş şəxs 16 yaşına çatmadığını bilməmişdir. O Sənubərin yetkinlik yaşına çatdığını təxmin etmişdir. Təqsirləndirilən şəxs daha sonra ifadəsində törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşmanlıq çəkməsini, ailəli olmasını, himayəsində dörd az yaşlı uşağının olmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını, özünün ağır dərəcəli şəkər xəstəsi olmasını, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin və onun qanuni nümayəndəsinin şikayətçi olmamasını, zərər çəkmiş şəxsin ailə qurmasını, baş vermiş hadisə zamanı dünyaya gəlmiş uşağa atalığının verməsini, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşmanlıq çəkməsini, baş vermiş hadisə zamanı dünyaya gəlmiş uşağa atalığının verməsini, ailəli olmasını, himayəsində dörd az yaşlı uşağının olmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını, özünün ağır dərəcəli şəkər xəstəsi olmasını, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin və onun qanuni nümayəndəsinin şikayətçi olmamasını, zərər çəkmiş şəxsin ailə qurmasını, əvvəllər məhkum olunmamasını, ilk dəfə az ağır cinayət törətməsini, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşmanlıq çəkməsini, baş vermiş hadisə zamanı dünyaya gəlmiş uşağa atalığının verməsini, ailəli olmasını, himayəsində dörd az yaşlı uşağının olmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını, özünün ağır dərəcəli şəkər xəstəsi olmasını, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin və onun qanuni nümayəndəsinin şikayətçi olmamasını, zərər çəkmiş şəxsin ailə qurmasını, əvvəllər məhkum olunmamasını, ilk dəfə az ağır cinayət törətməsini, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs qanuni nümayəndə və mütəxəssisin iştirakı ilə məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, Ağsu rayonu Yenilik kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs tanıyır. Ariflə təxminən bir il bundan əvvəl tanış olmuşdur. Təxminən bir il bundan qabaq Arif onlardan heyvan almışdır. Həmin vaxtdan Arifi tanımışdır. Sonra o, Ariflə telefonla danışmağa başlamış və onların arasında tanışlıq yaranmışdır. Bundan sonra onların münasibətləri daha da yaxınlaşmışdır. 2022-ci ilin iyun ayının ortalarında dəqiq xatırlamadığı gündə Ariflə telefonda danışan vaxt Arif onunla cinsi əlaqədə olmaq istədiyini bildirmişdir. O isə yalnız arxadan yəni, qeyri təbii yolla cinsi əlaqədə ola biləcəyini demiş və bir şərtinin də olduğunu bildirmişdir. Arif isə şərtinin nə olduğunu soruşmuşdur. O da Arifə onunla evlənəcəyi halda arxadan cinsi əlaqədə olacağını bildirmişdir. Arif də onunla razılaşmış və evlənəcəyini bildirmişdir. Bundan bir neçə gün sonra axşam Arif onlara gəlmişdir. Arif onlara gəldikdən sonra onunla söhbət etməyə başlamışdır. Saat təxminən 23 radələrinə qədər Arif onlarla söhbət etmişdir. Sonra Arif getmək istədiyini bildirmişdir. Arif gedən zaman isə o, Ariflə birlikdə evin ikinci mərtəbəsinə çıxmışdır. Bu zaman anası onun ikinci mərtəbəyə çıxdığını görüb niyə görə ora çıxdığını soruşmuşdur. Arif də anasına onunla görüşmək, söhbət etmək istədiyini demişdir. Anam isə sadəcə söhbət edib getməsini bildirmişdir. Sonra o, Ariflə birlikdə yuxarı çıxmışdır. Ariflə yuxarda otaqların birinə keçmiş və söhbət etməyə başlamışlar. Sonra söhbət əsnasında Arif onunla cinsi əlaqəyə girmək istədiyini demişdir. O isə yalnız arxadan cinsi əlaqəyə girəcəyini demişdir. Arif də onunla razılaşmışdır. Sonra Arif onunla arxadan, yəni qeyri təbii yolla cinsi əlaqədə olmuşdur. Bundan sonra Arif çıxıb getmişdir. Bundan bir neçə gün sonra təxminən 2021-ci ilin iyul ayının əvvəllərində Arif ona zəng etmiş və onlar telefonda danışmağa başlamışlar. Danışıq zamanı Arif yenidən onunla cinsi əlaqədə olmaq istədiyini bildirmişdi. O da Ariflə razılaşmışdır. Sonra Arif axşam onlara gəlmişdir. Yemək yedikdən sonra atası yatmışdır. Arif isə onunla söhbət etmək istədiyini bildirib evin ikinci mərtəbəsinə çıxmaq istədiyini demişdir. O da Ariflə evin ikinci mərtəbəsinə çıxmışdır. Onlar otağa keçdikdən sonra Arif onunla cinsi əlaqədə olmaq istədiyini deyib ondan uzanmağını istəmişdir. O da uzanmışdır. Sonra Arif onunla öndən cinsi əlaqədə olmuşdur. O, Ariflə cinsi əlaqədə olub qurtardıqdan sonra Arif çıxıb getmişdir. Sonra o, yatmaq üçün aşağı düşmüşdür. Bu zaman cinsiyyət üzvündən qan axdığını görmüşdür. O, Arifə zəng edib cinsiyyət üzvündən qan axdığını demişdir. Arif isə narahat olmamağını bildirmişdir. Həmin vaxtdan sonra Arif onlara gəlməmişdir. Bundan bir ay sonra o, artıq xəstə, yəni aybaşı olmadığını görmüşdür. Sonra o, bu barədə anasına bildirmişdir. Anası isə səbəbini ondan soruşduqda o, səbəbini bilmədiyini demişdir. Anası isə narahat olmamağını demişdir. 2021-ci ilin dekabr ayında isə o, hamilə olduğunu hiss etmişdir. Bundan sonra o, anası ilə birlikdə Ağsu rayon Mərkəzi Xəstrəxanasına getmişdir. Xəstəxanada Günel həkimin yanına gedib müayinə olunmuşdur. Həkim ondan neçə yaşının olduğunu soruşmuşdur. O da 15 yaşının olduğunu demişdir. Bundan sonra həkim ondan nişanlı olub-olmadığını soruşmuşdur. O da nişanlı olmadığını demişdir. Sonra həkim onun hamilə olduğunu, bətnindəki uşağın isə 4-5 aylıq olduğunu bildirmişdir. Sonra onlar xəstəxanadan evə getmişlər. Anası ondan kiminlə cinsi əlaqədə olduğunu soruşmuşdur. O da Ariflə cinsi əlaqədə olduğunu, Arifdən hamilə qaldığını bildirmişdir. Lakin o, bu barədə heç kimə bir söz deməmişdir. Bundan sonra o, hamilə olduğunu gizlətməyə başlamışdır. 2022-ci ilin mart ayında onun ağrıları başlamışdır. Sonra onlar hamilə olduğunu bacısı Sənəmin qayınatası Firudinə bildirmişdir. Firudin də ondan kimdən hamilə qaldığını soruşmuşdur. O da Arifdən hamilə qaldığını demişdir. xx.xx.2022-ci il tarixdə o, anası Sənubər, Firudin və Firidinin oğlu Şükürlə birlikdə Ağsu rayon Mərkəzi Xəstəxanasına getmişlər. Həmin gün o, Ağsu rayon Mərkəzi Xəstəxanasında doğuş həyata keçirmişdir. Doğuş zamanı da onun həkimi Günel həkim olmuşdur. O, doğuş keçirdikdən sonra 3 gün xəstəxanada qalmışdır. 3 gündən sonra Ağsu RMX-dan çıxıb Pirhəsənli kəndinə Şükürün yaşadığı evə getmişdir. Orada da 3 gün qalmışdır. Sonra Firudin onun uşağını saxlamaq istəyən adam olduğunu bildirmiş və ondan uşağı ona vermək istəyib-istəmədiyimizi soruşmuşdur. O da uşağı saxlamaq istəmədiyini, uşağı vermək istədiyini demişdir. Sonra Firudin da uşağı aparıb Bakı şəhərində uşağı saxlamaq istəyən şəxslərə vermişdir. Ariflə ilk dəfə arxadan qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. İkinci dəfə isə öndən təbii yolla cinsi əlaqədə olmuşdur. Hamilə olduğunu öyrəndikdən sonra Ariflə cinsi əlaqədə olmamışdır. Təqsirləndirilən şəxslə öz razılığı əsasında cinsi əlaqədə olmuşdur. Ona qarşı heç bir hədə qorxu, zorakılıq və yaxud hər hansı məcburiyyət halları olmamışdır. O, yaşının neçə olması barədə Təqsirləndirilən şəxs heç bir söz deməmişdir. Zərərçəkmiş şəxs daha sonra ifadəsində təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasına zərərçəkmiş şəxsin qanuni nümayəndəsi və şahid kimi dəvət olunmuş Şahid1 ifadəsində ibidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirərək göstərmişdir ki, o, Ağsu rayon Yenilik kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Hal-hazırda fərdi əməklə məşğul olur. Zərərçəkmiş şəxs onun doğma qızıdır. Qızı Sənubər də onunla birlikdə yaşayır. 2021-ci ilin avqust ayında qızı Sənubər ona artıq ayın əvvəlində xəstə yəni aybaşı olmadığını bildirmişdir. O da Sənubərdən niyə görə xəstə, yəni aybaşı olmadığını soruşmuşdur. Sənubər isə səbəbini bilmədiyini demişdir. O da Sənubərə narahat olmamağını bildirmişdir. 2021-ci ilin dekabr ayında isə o, Sənubərin qarın nahiyəsinin böyüdüyünü görmüş və Sənubərdən niyə görə qarın nahiyəsinin şişdiyini soruşmuşdur. Sənubər isə yenə də ona səbəbini bilmədiyini demişdir. Bundan sonra o, Sənubərlə birlikdə Ağsu rayon Mərkəzi Xəstəxanasına getmişdir. Xəstəxanada Günel həkimin yanına gedib qızı Sənubəri müayinə etmişlər. Həkim ondan qızının neçə yaşı olduğunu soruşmuşdur. O da qızının 15 yaşı olduğunu bildirmişdir. Bundan sonra həkim qızından nişanlı olub olmadığını soruşmuşdur. O da Sənubərin nişanlı olmadığını demişdir. Sonra həkim qızı Sənubərin hamilə olduğunu, bətnindəki uşağının 4-5 aylıq olduğunu bildirmişdir. Sonra onlar xəstəxanadan evə getmişlər. O, qızından kiminlə cinsi əlaqədə olduğunu soruşmuşdur. Qızı da ona Arif adlı şəxslə cinsi əlaqədə olduğunu bildirmişdir. Arif adlı şəxs onlardan bir dəfə heyvan bir dəfə də nar almışdır. O, Arifi həmin vaxtdan tanıyır. Həmçinin 2021-ci ilin iyun-iyul aylarında Arif bir neçə dəfə onlara gəlib getmişdir. Arif onlara gələn vaxt qızı Sənubərlə evin ikinci mərtəbəsinə çıxıb orada söhbət etmişlər. Lakin o, qızının Ariflə cinsi əlaqədə olduğunu bilməmişdir. O, qızını xəstəxanaya aparıb hamilə olduğunu öyrəndikdən sonra Arifə zəng edib qızı Sənubərin hamilə qaldığını bildirmişdir. Lakin Arif qızı ilə cinsi əlaqədə olmadığını demişdir. Sonra o, Ariflə danışığını yekunlaşdırmışdır. Lakin onlar bu barədə heç kimə bir söz deməmişlər. Bundan sonra onlar Sənubərin hamilə olduğunu gizlətməyə başlamışlar. 2022-ci ilin mart ayında Sənubərin ağrıları başlamışdır. Sonra onlar Sənubərin hamilə olduğunu qudası Firudinə bildirmişlər. Firudin də qızı Sənubərin kimdən hamilə qaldığını soruşmuşdr. O da Sənubərin Arifdən hamilə qaldığını demişdir. xx.xx.2022-ci il tarixdə o, qızı Sənubər, Firudin və Firudinin oğlu Şükürlə birlikdə Ağsu rayon Mərkəzi Xəstəxanasına getmişlər. O, qızının azyaşlı olduğu halda cinsi əlaqədə olduğunu və uşaq dünyaya gətirdiyini gizlətmək məqsədilə Firudinlə məsləhətləşib qızını digər qızı Sənəm Məmmədovanın adı ilə xəstəxanada qeydiyyatdan keçirmişdir. Həmin gün qızı Sənubər Ağsu rayon Mərkəzi Xəstəxanasında doğuş həyata keçirmişdir. Doğuş zamanı da qızının həkimi Günel həkim olmuşdur. Hətta qudası Firudin Günel həkimə 300 manat da pul vermişdir. Qızı doğuş keçirdikdən sonra 3 gün xəstəxanada qalmışdır. 3 gündən sonra qızını Ağsu RMX-dan çıxarıb Pirhəsənli kəndinə yeznəsi Şükür Cəfərlinin yaşadığı evə aparmışlar. O da yeznəsi Şükürün yaşadığı evə getmişdir. Sonra o, qudası Firudinlə məsləhətləşib qızı Sənubərin uşaq dünyaya gətirməsi faktını gizlətmək istəmişdi. Firudin isə bir nəfər tanıdığı şəxsin olduğunu və uşağı həmin şəxsə saxlamaq məqsədilə verməyi bildirmişdir. Bundan sonra Firudin qohumu, Mingəçevir şəhər sakini Sədaqət adlı şəxslə danışmışdır. Firudin həmin şəxslə danışdıqdan sonra Bakı şəhərindən bir nəfər şəxsin olduğunu və uşağı saxlamaq istədiklərini deyib uşağı onlara vermək lazım olduğunu bildirmişdir. O da Firudinlə razılaşmışdır. Bundan 2-3 gün sonra Firudin, qızı Sənəm və yeznəsi Şükür uşağı Bakı şəhəri Sulutəpə qəsəbəsinə aparıb orada Mehman adlı şəxsə vermişlər. Qızı Sənubərin deməsinə görə Sənubər Təqsirləndirilən şəxslə cinsi əlaqədə olmuşdur və qızının dünyaya gətirdiyi uşağın atası Təqsirləndirilən şəxsdir. Zərərçəkmiş şəxs 16 yaşına çatmadığı halda Təqsirləndirilən şəxslə cinsi əlaqədə olub, hamilə qalmasını gizlətmək üçün polisə məlumat verməmişdir. Həmçinin Zərərçəkmiş şəxs yeni doğduğu qız uşağını Mehman adlı şəxsə saxlamaq məqsədilə vermişlər. Mehman ona pul verməmişdir. Mehmanın Firudinə pul verməsindən isə onun xəbəri yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi və Şahid1 ifadəsində həmçinin qeyd etmişdir ki, zərər çəkmiş şəxs X8 evlənmişdir, bu barədə foto şəkilləri də məhkəməyə təqdim etmişdir. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi və Şahid1 daha sonra ifadəsində zərər çəkmiş şəxsin təqsirləndirilən şəxslə barışdığını, onlara dəymiş ziyanın tam ödənilməsini, ona qarşı şikayət və tələblərinin olmamasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasına şahid kimi dəvət olunmuş Şahid2 ifadəsində ibidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirərək göstərmişdir ki, o, Bakı şəhəri Hövsan qəsəbəsi Bağlar Massivində qeydiyyatda olmaqla Ağsu şəhəri M.Ə.Rəsulzadə küçəsi döngə 2 ev 2-də ailəsi ilə birlikdə yaşayır. Hal-hazırda Ağsu rayon Mərkəzi Xəstəxanası PHŞ-də Doğum Şöbəsində mama-ginekoloq işləyir. Zərərçəkmiş şəxs tanımır. Zərərçəkmiş şəxs ilə onun heç bir ədavət və ya düşmənçiliyi, yaxud hər hansı yaxın münasibəti olmamışdır. 01 aprel 2022-ci il tarixdə o, Xəstəxanada növbədə olarkən bir nəfər qadının doğuş həyata keçirmək istədiyini bildirmişlər. O, növbədə olduğu üçün həmin xəstəni qəbul etmişdir. Sonra isə xəstəni doğum Şöbəsinə yerləşdirmişlər. O, xəstənin yaxınlarından xəstəni xəstəxanada qeydiyyatdan keçirməyi bildirmişdir. Belə ki xəstəxanaya müraciət edən şəxs şəxsiyyət vəsiqəsi ilə birlikdə qeydiyyat növbəsinə yaxınlaşıb nə üçün xəstəxanaya müraciət etdiyini bildirdikdən sonra şəxsə növbədə olan həkimin adına qeydiyyat tələb olunur. O da xəstənin yaxınlarından qeydiyyatdan keçməyini istədikdə xəstənin yaxınları ona xəstə ilə məşğul olmağını qeydiyyat məsələsini özləri həll edəcəklərini bildirmişlər. O da bundan sonra Zərərçəkmiş şəxs doğum otağına aparıb onun doğumunu həyata keçirmişdir. Doğum normal şəkildə keçmiş və Zərərçəkmiş şəxs qızı dünyaya gəlmişdir. O, doğumu həyata keçirdikdən sonra xəstənin doğmunu rəsmiləşdirməyə başlamışdır. O, qeydiyyat vərəqindən xəstənin X9 olduğunu öyrənmiş və xəstəlik tarixinə Zərərçəkmiş şəxs Sənəm Məmmədova kimi qeyd etmişdir. Sonra doğuş həyata keçirən ana və qızına 3 gün ərzində xəstəxanada qalmaq lazım olduğu üçün onları xəstəxanada saxlamışlar. 3 gündən sonra isə ana və qızı kafi vəziyyətdə evə buraxılmışlar. 09 may 2022-ci il tarixdə isə saat 20 radələrində o, növbədə olan zaman bir nəfər qadın keysəriyyə əməliyyatı üçün Doğum Şöbəsinə daxil olmuşdur. O, növbədə olduğu üçün həmin xəstəni qəbul etmişdir. Sonra isə xəstəni doğum Şöbəsinə yerləşdirmişlər və xəstə keysəriyyə əməliyyatı ilə doğuş həyata keçirmişdir. O, doğumu həyata keçirdikdən sonra xəstənin doğumunu rəsmiləşdirməyə başlamışdır. O, qeydiyyat vərəqindən xəstənin X9 olduğunu öyrənmişdir. Bu zaman isə o, xəstənin bir ay əvvəl doğuş keçirdiyini xatırlamış və bunun necə baş verdiyini öyrənmək üçün araşdırma aparılması məqsədilə şifahi formada Xəstəxananın rəhbərliyinə, yəni Xəstəxananın baş həkimi Əli Hüseynova müraciət etmişdir. Baş həkim Əli Hüseynov isə bu məsələnin araşdırılacağını bildirmişdir. Bu gün yəni xx.xx.2022-ci il tarixdə onlara məlum olmuşdur ki, xx.xx.2002-ci il tarixdə təbii şəkildə doğuş həyata keçirən qadın Zərərçəkmiş şəxs olmuşdur. Lakin Zərərçəkmiş şəxs yaxınları Sənubəri öz adı ilə deyil bacısı Sənəm Məmmədovanın adından qeydiyyatdan keçirmiş, o, rəsmiləşdirmə aparan zaman isə ona Sənəm Məmmədovanın şəxsiyyətini təsdiq edən sənədi vermişlər. 09 may 2022-ci il tarixdə X9 doğuş həyata keçirdikdən sonra bu məsələ barədə özləri araşdırma aparmaq istədikləri üçün Ağsu rayon Polis Şöbəsinə məlumat verməmişlər. 2022-ci ilin dekabr ayında Zərərçəkmiş şəxs ona müraciət etmiş, o da Zərərçəkmiş şəxs baxıb onun ultrasəs müayinəsindən keçməyini tövsiyyə etmişdir. Sənubər ona hamilə olmasını bildirməmişdir. Həmçinin Sənubərin hamilə olmasını da bilməmişdir. Zərərçəkmiş şəxs doğuş həyata keçirməsi müqabilində mənə pul verməmişlər. Nə də ki o, Zərərçəkmiş şəxs yaxınlarından pul almamışdır. Məhkəmə iclasına şahid kimi dəvət olunmuş Şahid3 ifadəsində ibidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirərək göstərmişdir ki, o, Ağsu rayonu Pirhəsənli kəndində yaşayır. Zərərçəkmiş şəxs tanıyır. Sənubər onun gəlini Sənəm Məmmədovanın bacısıdır. 2022-ci ilin mart ayında oğlu Şükür Cəfərli ona Zərərçəkmiş şəxs hamilə olduğunu demişdir. O da Sənubərin evli olmadığını, bu halda necə hamilə qalmasını soruşmuşdur. Şükür isə ona heç bir söz deməmişdir. Sonra o, Zərərçəkmiş şəxs necə hamilə qalmasını, uşağın kimdən olduğunu soruşmuşdur. Sənubər isə ona əvvəlcə heç bir söz deməsə də sonradan Arif adlı şəxslə cinsi əlaqədə olduğunu və ondan sonra hamilə qaldığını bildirmişdir. Sonra isə Sənubərin anası ona Sənubərin hamilə qalmasını heç kimin bilməməsini, uşağı götüzdürmək lazım olduğunu demişdir. O da bunun üçün pul lazım olduğunu demişdir. Sonra Sənubərin anası ona Arifin mobil nömrəsini verib Ariflə danışmağını, Arifin onlara pul verməyəcəyini və pulu Arifdən onun almağını istəmişlər. O da Arifə zəng edib görüşmək lazım olduğunu bildirmişdir. Bundan sonra o, Ariflə Ağsu şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən Z.Əliyeva adına parkda görüşmüşdür. Söhbət zamanı o, Zərərçəkmiş şəxs hamilə olduğunu, bugün-sabah uşağının olacağını, uşağın isə ondan olduğunu bildirmişdir. Arif isə uşağın ondan olmadığını, lakin köməklik etmək məqsədilə pul verəcəyini demişdir. Bundan sonra Arif onun oğlu Şükürlə Sənubərgildə görüşüb Şükürə 1100 manat pul vermişdir. Sonra o, Mingəçevir şəhərində yaşayan Sədaqət adlı qohumuna zəng edib məsələni izah etmiş və uşağı götüzdürmək lazım olduğunu bildirmişdir. Sədaqət isə ondan uşağın neçə aylıq olduğunu soruşmuşdur. O da uşağın 6 aylıq olduğunu demişdir. Sədaqət isə bunun mümkün olmadığını demişdir. Lakin Sədaqət uşağı doğulduqdan sonra saxlamaq üçün başqa bir şəxsə verməyi təklif etmişdir. O da heç bir söz deməmişdir. Sonra onlar qərara gəlmişlər ki, uşaq doğulsun. Lakin Zərərçəkmiş şəxs yaşı az olduğu üçün doğuş zamanı Sənubəri öz adı ilə deyil bacısı, yəni onun gəlini Sənəm Məmmədovanın adı ilə qeydiyyatdan keçirmək istəmişlər. 01 aprel 2022-ci il tarixdə oğlu Şükür və Zəminə, Sənubəri Ağsu rayon Mərkəzi Xəstəxanasına aparmışlar. O, isə 2 saat sonra Xəstəxanaya getmişdir. O, xəstəxanaya getdikdən sonra uşağın doğulduğunu öyrənmişdir. Sonra o, doğuşu həyata keçirən Günel həkimə 300 manat pul vermişdir. Sonra Sənubər və qızı xəstəxanada qalmışdır. O, isə yaşadığı evə getmişdir. 3 gün sonra Sənubər və uşağı xəstəxanadan çıxarıb oğlu Şükürün yaşadığı evə gətirmişlər. Zəminə ona uşağın doğulmasını heç kəsin bilməməsini və uşağı başqa bir şəxsə vermək lazım olduğunu demişdir. O da bundan sonra Sədaqətə zəng edib adam tapmasını və uşağı həmin adama vermək lazım olduğunu demişdir. 2-3 gün sonra Sədaqət ona zəng edib bir nəfər adam olduğunu və uşağı götürüb saxlamaq istədiklərini, onun telefon nömrəsini həmin şəxsə verdiyini bildirmişdir. Həmin gün bir nəfər şəxs ona zəng edib, adının Mehman olduğunu, Bakı şəhərində yaşadığını, uşaqları olmadığını və uşağı övladlığa götürüb saxlamaq istədiklərini bildirmiş və ondan nə qədər pul alacağını soruşmuşdur. O, isə pul götürməyəcəyini, uşağı təmənnasız verəcəyini demişdir. Həmin şəxsdə ona uşağı Bakı şəhərinə aparmağını və onlara verməyini bildirmişdir. Həmçinin ondan uşağın kim olduğunu soruşduqda o, uşağın öz nəvəsi olduğunu və qız uşağı olduğuna görə oğlunun istəmədiyini demişdir. 2 gün sonra o, gəlini Sənəm Məmmədova və oğlu Şükür Cəfərli ilə birlikdə öz idarə etdiyi Niva markalı avtomobillə uşağı Bakı şəhəri Sulutəpə qəsəbəsinə aparmışlar. Sulutəpə qəsəbəsinin girişində Mehman adlı şəxlə görüşdükdən sonra uşağı Mehmana vermişdir. Mehman da ona 300 manat pul vermişdir. O da bundan sonra çıxıb gəlmişdir. Lakin o, Sədaqətə uşağı Mehmana verdiyini deməmişdir. Sədaqət ondan soruşduqda o, uşağın öldüyünü bildirmişdir. Zərərçəkmiş şəxs 16 yaşına çatmadığı halda Təqsirləndirilən şəxslə cinsi əlaqədə olub, hamilə qalmasını bilmişdir, lakin bu barədə polisə məlumat vermək lazım olduğunu bilmirmiş. Ona görə də məlumat verməmişdir. Zərərçəkmiş şəxs anası qızı Sənubərin hamilə olmasını və uşaq dünyaya gətirməsini gizlətmək üçün doğuş zamanı Sənubəri öz adı ilə deyil bacısı Sənəm Məmmədovanın adından qeydiyyatdan keçirməyi təklif etmiş, o da bu işə köməklik göstərmişdir. Zərərçəkmiş şəxs doğuş həyata keçirməsini gizlətmək və uşağın doğulmasını heç kəsin bilməməsi üçün anası Zəminənin təklifi ilə uşağı Mehman adlı şəxsə saxlamaq məqsədilə vermişdir. Mehman ona 300 manat pulu şirinlik məqsədilə vermişdir. Onun uşağı satmaq niyyəti olmamışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 26 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 152.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. - Zərərçəkmiş şəxs qismində tanınmaq haqqında 26 may 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış və ona qərar elan edilməklə hüquq və vəzifələri izah edilmişdir. - Zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin təyin edilməsi haqqında 26 may 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs qanuni nümayəndəsi qismində anası Şahid1 təyin olunmuş və hüquq və vəzifələri izah edilmişdir. - Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Ş.T.Quliyev adına “Ağsu Rayon Mərkəzi Xəstəxsanası” X16 12 iyul 2022-ci il tarixli, 636 saylı məktubundan görünür ki, Ağsu rayonu, Kəndoba kənd sakini, 1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs ruhi-əsəb və narkomaniya xəstəlikləri ilə əlaqədar Ağsu Rayon Mərkəzi Xəstəxsanası PHŞ-nə müraciət etməmiş dispanser qeydiyyata götürülməmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X22 tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının 27 may 2022-ci il tarixli, 104 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, 2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizasına və onun adına Ağsu RMX-na tərtib olunmuş 0065938/220 saylı xx.xx.2022-ci il tarixli xəstəlik tarixində qeyd olunanlara əsasən Zərərçəkmiş şəxs 39-40 həftəlik hamilə olmuş, normal doğuş keçirmiş, normal quruluşlu, normal çəkili qız övladı dünyaya gəlmişdir. Onun bədən səthi üzərində heç bir xəsarət və ya xəsarət izi yoxdur. Zərərçəkmiş şəxs düz bağırsağını yoxlayan zaman onda qeyri-təbii yolla cinsi əlaqədə olmanın əlamətləri vardır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2022-ci il tarixli 22/493 R saylı rəyindən görünür ki, keçirilmiş ekspertiza nəticəsində Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və Zərərçəkmiş şəxs dünyaya gətirdiyi qadın cinsindən olan uşaqdan götürülmüş qan nümunələrinin DNT profilləri müəyyən edildi. Keçirilmiş ekspertiza nəticəsində müəyyən edildi ki, Zərərçəkmiş şəxs dünyaya gətirdiyi qadın cinsindən olan uşağın bioloji atası 99/99% ehtimalla Təqsirləndirilən şəxsdur. Keçirilmiş ekspertiza nəticəsində müəyyən edildi ki, Zərərçəkmiş şəxs dünyaya gətirdiyi qadın cinsindən olan uşağın bioloji anası 99/99% ehtimalla Zərərçəkmiş şəxsdır. - Sübutların qiymətləndirilməsi haqqında 25 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunması və ona CM-nin 152.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilməsi, Şahid3 əməlində CM-nin 144 və 307-ci maddələrinin tərkibi olmadığından barəsində həmin maddələrlə cinayət təqibi başlanmasının rədd edilməsi, Şahid1 əməlində CM-nin 307-ci maddəsinin tərkibi olmadığından barəsində həmin maddə ilə cinayət təqibi başlanmasının rədd edilməsi, X2 və X1 əməllərində CM-nin 174-cü maddəsinin tərkibi olmadığından barələrində həmin maddə ilə cinayət təqibi başlanmasının rədd edilməsi, Şahid2 vəzifəli şəxs kimi əməllərinə qiymət verilməsindən ötrü cinayət işindən material ayrılmaqla, toplanmış materialın istintaq aidiyyəti üzrə Ağsu rayon prokurorluğuna göndərilməsi, X4 göstərdiyi xüsusatlar üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət təqibinin başlanılmasının rədd edilməsi, iş üzrə Təqsirləndirilən şəxs ifadəsinin, həmçinin zərərçəkmiş şəxs və şahid ifadələrinin, məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 104 saylı rəyinin, məhkəmə-genetik ekspertizasının xx.xx.2022-ci il tarixli 22/493 R saylı rəyinin sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır. - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 13 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmişdir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-ci il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan ifadələrlə tərtib olunmalı, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, qanuni nümayəndə və mütəxəssisin iştirakı ilə dindirilmiş zərər çəkmiş şəxsi və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən qanuni nümayəndə və mütəxəssisin iştriakı ilə dindirilmiş zərər çəkmiş şəxs, şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 152.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 152.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. CM-nin 152.1-ci maddəsinə əsasən on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında 13 avqust 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 09 iyul 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının: 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 2-ci bəndində qeyd olunmuşdur ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs CM-nin 152.1-ci maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ağsu rayon İcra Hakimiyyəti Başçısının Kəndoba kənd İnzibati Ərazi İdarəsi üzrə Nümayəndəliyinin 11 avqust 2022-ci il tarixli, 241 saylı Arayışından görünür ki, Təqsirləndirilən şəxs Ağsu rayonu, Kəndoba kəndində qeydiyyatda olmaqla hal-hazırda Ağsu şəhərində yaşayır və ailə üzvləri – X3 -xx.xx.1987, X5 -xx.xx.2009, X6 -xx.xx.2012, X12 -xx.xx.2021. - Ağsu rayon İcra Hakimiyyəti Başçısının Kəndoba kənd İnzibati Ərazi İdarəsi üzrə Nümayəndəliyi tərəfindən təqdim edilmiş 11 avqust 2022-ci il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağsu rayonu, Kəndoba kəndində qeydiyyatda olmaqla hal-hazırda Ağsu şəhəri, S.Rzayev küçəsində yaşayır. Təqsirləndirilən şəxs təvazökarlığı və səmimiyyəti ilə kənd sakinləri arasında hörmət qazanmışdır. Kənddə yaşadığı müddətdə özünü nizam-intizamlı aparmışıdr. O, kənd əhalisi arasında özünü nümunəvi şəxs kimi tanıdıb, kəndin xeyir şər işlərində iştirak edir və buna görə də kənd ağsaqqallarının hörmətini qazanmışdır. Təqsirləndirilən şəxs ailə və məişətdə özünü nizam-intizamlı aparır. Onun barəsində kənd icra nümayəndəliyinə hal-hazıra kimi heç bir ərizə və şikayət daxil olmamışdır. - Foto şəkillərdən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ərə getmişdir. - Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Ağsu Rayon Mərkəzi Xəstəxanası” X19 18-1-25/2-A-707-1113/23 saylı xx.xx.2023-cü il tarixli Arayışından görünür ki, Ağsu rayonu, Kəndoba kənd sakini xx.xx.1988-ci il tarixli Təqsirləndirilən şəxs “Şəkərli diabet tip 2 (iki) orta ağır forma” diaqnozu ilə xəstədir və “Ağsu RMX” PHŞ-nin endokrinoloji kabinetində dispanser qeydiyyatındadır. Əsas “Ağsu RMX” PHŞ-nin 2049 nömrəli ambulator tibbi katası. CM-nin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində dörd azyaşlı uşağın olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini CM-nin 59.1.12ci maddəsinə əsasən, zərərçəkmiş şəxsə dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini CM-nin 59.1.13-cü maddəsinə əsasən yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmə əlavə olaraq Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşmanlıq çəkməsini, baş vermiş hadisə zamanı dünyaya gəlmiş uşağa atalığını verməsini, ailəli olmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını, ağır dərəcəli şəkər xəstəsi olmasını, zərər çəkmiş şəxsin və onun qanuni nümayəndəsinin şikayətçi olmamasını, zərər çəkmiş şəxsin ailə qurmasını, əvvəllər məhkum olunmamasını, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində CM-nin 61.1.1-ci maddəsində nəzərdə tutulmuş təkrarçılıq əlamətinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən ilk dəfə az ağır cinayət törətməsini, işin faktiki hallarını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, törətdiyi əməli etiraf etməsini, törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşmanlıq çəkməsini, ailəli olmasını, himayəsində dörd azyaşlı uşağının olmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını, ağır dərəcəli şəkər xəstəsi olmasını, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin və onun qanuni nümayəndəsinin şikayətçi olmamasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, baş vermiş hadisə zamanı dünyaya gəlmiş uşağa atalığının verməsini, əvvəllər məhkum olunmamasını, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını, həmçinin onun şəxsiyyətini nəzərə alaraq, habelə cəzanın ədalətli olmasını və şəxsin islah olunmasına təsirini təmin etmək üçün Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmasını mümkün sayır və hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 152.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli və təyin olunan cəza onun barəsində CM-nin 70-ci maddəsi tətbiq olunmaqla şərti olaraq tətbiq edilməlidir. Təqsirləndirilən şəxs sınaq müddəti müəyyən olunmalı və üzərinə onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, həmçinin elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza şərti tətbiq edildiyindən onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Cinayət işi üzrə mülki iddia və maddi sübut yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; məhkəmə məsrəfinin tutulmasına səbəb olacaq ekspertiza isə keçirilməmişdir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 45 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il 06 (altı) ay müddətə azalıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə və sınaq müddəti müəyyən olunmaqla Təqsirləndirilən şəxs qəti cəza kimi təyin edilən azadlıqdan məhrum etmə cəzası şərti tətbiq edilsin. Sınaq müddəti 02 (iki) il müəyyən edilsin və hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə Ağsu rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Ağsu rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Cinayət işi üzrə mülki iddia, maddi sübut və üzərinə həbs qoyulmuş əmlak, eləcə də xüsusi müsadirə olunması təklif olunan əmlak yoxdur. Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 45 (qırx beş) saat hüquqi yardıma görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi2 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün surəti ona verildiyi andan) 20 gün müddətinə Ağsu Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar