Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-4/2024 29.02.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndəsi və vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs, Müdafiəçi1 iştirakları ilə, xx.xx.1954-cü ildə Ağsu rayonu, Pirhəsənli kəndində anadan olmuş, ali təhsilli, evli, Səhiyyə Nazirliyinin MTE və PA Birliyinin Kürdəmir rayon Şöbəsinin rəisi işləmiş və Ağsu rayon Şöbəsinin rəisi vəzifəsini əvəz etmiş, barəsində “vəzifədən kənarlaşdırma qətimkan tədbiri seçilmiş”, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Ağsu rayonu, Pirhəsənli kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 151-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, zərərçəkmiş şəxsin sair asılılığından istifadə etməklə cinsi əlaqəyə girmişdir. Belə ki, Təqsirləndirilən şəxs 07 noyabr 2022-ci il tarixdə saat 17 radələrində ünvan 3 ünvanında yerləşən Məhkəmə Tibbi Ekspertiza və X3 Ağsu Rayon Şöbəsinin inzibati binasının ona təhkim edilmiş xidməti otağında Ağsu Rayon Polis Şöbəsinin Təhqiqat qrupunda əvvəllər tanımadığı Zərərçəkmiş şəxs müraciəti əsasında araşdırılan material üzrə Zərərçəkmiş şəxs bədən xəsarətlərinin olub-olmaması, müsbət halda həmin xəsarətlərin sağlamlığına zərər vurulması dərəcəsi və əmələ gəlmə şəraitinin müəyyən edilməsi məqsədilə qəbul edilməklə icra edilməsi üçün məhkəmə-tibbi ekspertizasına göndərilmiş 03 noyabr 2022-ci il tarixli məhkəmə-tibbi ekspertizası təyin edilməsi qərarı əsasında müayinə olunması üçün müraciət etmiş Zərərçəkmiş şəxs onunla həmin vaxt xidməti otağına bitişik olduğu, birbaşa giriş-çıxış əlaqəsi olan Ağsu Rayon Mərkəzi Xəstəxanasının inzibati binasında çoxlu sayda tibb personalı və digər şəxslərin olmasına baxmayaraq, xidməti otağında təbii üsulla cinsi əlaqədə olmayacağı təqdirdə sonuncuda ümumiyyətlə bədən xəsarətinin müəyyən edilməməsi ilə bağlı məhkəmə-tibbi ekspertizasının həqiqətə uyğun olmayan rəyini bir ay müddətində tərtib etməklə təhqiqat orqanına göndərəcəyini, bunun nəticəsində müraciəti əsasında toplanmış material üzrə onun əleyhinə qərar qəbul edilməklə cinayət haqqında bilə-bilə yalan xəbərçilik etməyə görə cinayət məsuliyyətinə cəlb ediləcəyini, habelə onu sonradan özünə köməkçi kimi işə düzəldəcəyini bildirib, maddi asılılıq istisna olunmaqla onun azadlıqdan məhrum edilmə və ya digər cəzalara məhkum edilməsinə səbəb ola biləcək, cinayət təqibi orqanının əsas sübut növü kimi istinad edəcəyi məhkəmə-tibbi ekspertizası rəyini tərtib edən şəxs kimi, həmçinin sosial vəziyyətinə görə sair asılılığından istifadə etməklə Zərərçəkmiş şəxs təbii üsulla cinsi əlaqəyə girməyə məcbur etmiş və bu məcbur etmənin nəticəsi olaraq sonradan istifadəsində olan mobil telefon vasitəsilə dəfələrlə zəng edib yenidən xidməti otağına gəlməsini tələb edərək, gəlməsinə nail olmuş, 2022-ci ilin noyabr ayının əvvələrindən etibarən sonuncu dəfə həmin ayın 29-da olmaqla hər birində təxminən saat 17 radələrində yəni, xidməti iş vaxtlarında Zərərçəkmiş şəxs ilə ünvan 3 ünvanında yerləşən Məhkəmə Tibbi Ekspertiza və X3 Ağsu rayon Şöbəsinin inzibati binasındakı digər xidməti otağında ümumilikdə dörd dəfə təbii yolla cinsi əlaqədə olmuşdur. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs CM-in 151-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirsiz bilərək göstərdi ki, o, CM-in 151-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmir. Ağsu rayon Pirhəsənli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs tanıyır. 07 noyabr 2022-ci il tarixdə Ağsu RPŞ-nin təhqiqatçısı, polis kapitanı Taleh Osmanovun məhkəmə-tibbi ekspertizasının təyin edilməsi haqqında qərarına əsasən, öz xidməti otağında Zərərçəkmiş şəxs müayinə etmişdir. Səhv etmirsə Zərərçəkmiş şəxs xidməti otağına günün birinci yarısı gəlibmiş. Lakin saatını dəqiq xatırlamır. Çox vaxt günün birinci yarısı saat 10:30 radələrinə qədər MTE və PA Birliyinin Ağsu rayon Şöbəsində olur, sonra isə MTE və PA Birliyinin Kürdəmir rayon Şöbəsinə gedir. Günorta saat 15 radələrində Kürdəmir rayonundan Ağsu rayonuna qayıdır. Otağına daxil olduqda Zərərçəkmiş şəxs bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 10:15 radələrində Ağsu şəhəri, Şirvan restoranının yanında tanıdığı Aysel adlı vətəndaş onun saçını yolmuş, lakin Aysel adlı xanımdan şikayətçi olmamış, amma Azərbaycan Respublikasının DİN “102” xidməti-zəng mərkəzinə müraciət etdiyinə görə müayinə olunmağa gəlmişdir. Həmçinin, İlahə ondan xahiş etmişdir ki, heç bir xəsarət yazmasın. O, Zərərçəkmiş şəxs müayinə etdikdə, həqiqətən də heç bir xəsarəti olmadığını müəyyən etmiş və bu əsasla da tibbi rəy yazmışdır. Zərərçəkmiş şəxs otağını tərk edərkən, ağlamağa başlamış, evə getməyə pulu olmadığını, azyaşlı oğlunun evdə ac olduğunu bildirmişdir. O da Zərərçəkmiş şəxs yazığı gəldiyi üçün 20 manat pul vermişdir. Təxminən 3 gün sonra, Zərərçəkmiş şəxs barəsində məhkəmə-tibbi ekspertizasının rəyini yazaraq, təhqiqatçı Taleh Osmanova təqdim etmiş, bundan 7-10 gün, bəlkə də çox sonra, Zərərçəkmiş şəxs ona günü 10 manat məvacib qarşılığında marketlərə günəbaxan tumu payladığını bildirmişdir, daha sonra ondan daimi iş istəmiş, o da İlahəyə uyğun iş tapa bilməyəcəyini bildirmişdir. İlahənin hansı sənətlə məşğul ola biləcəyini soruşduqda saç ustası olduğunu, lakin heç kəsin münasib obyekt icarəyə vermədiyini, Ağsu şəhərində M.Ə.Rəsulzadə küçəsində gözəllik salonu üçün münasib yer olduğunu, həmin yeri icarəyə götürə bilsə 100 manat icarə haqqı verə biləcəyini bildirmiş, o isə həmin obyektin sahibini tanımadığını, lakin həmin şəxsi tanıya biləcək bir tanışı olduğunu İlahəyə bildirmişdir. İlahənin yanında həmin tanışı Eşqin adlı şəxsə zəng edərək, İlahənin kimsəsiz olduğunu, xeyriyyə məqsədilə M.Ə.Rəsulzadə küçəsində yerləşən obyekti icarəyə verməsi üçün obyektin sahibindən xahiş etməsini bildirmiş, Eşqin isə İlahənin adını eşitdikdə, İlahənin barəsində heç kəsdən xahiş etməməyini, İlahənin böhtançı qadın olmasını demişdir. O isə Eşqinə əhəmiyət verməmiş, daha sonra Zərərçəkmiş şəxs onu işə düzəldə bilməyəcəyini demişdir. Bu zaman Zərərçəkmiş şəxs ona ərinin həbsdə olduğunu, onsuzda ərindən ayrıldığını bildirmiş, çıxıb getmək istəyərkən müxtəlif əl-qol hərəkətləri, jest və mimikalarla onunla intim münasibətə girmək istədiyini ona hiss etdirmişdir. O da Zərərçəkmiş şəxs yaş fərqinin çox olduğunu, aralarında sevgi münasibətlərinin mümkün olmadığını demişdir. Zərərçəkmiş şəxs da “niyə də olmasın” deyə bildirmiş, o da Zərərçəkmiş şəxs onunla cinsi əlaqədə olmaq istədiyini başa düşmüş və Zərərçəkmiş şəxs hər görüş üçün 30 manat pul verəcəyini bildirmişdir. İlahə “Şamaxı Palace” otelinə getməyi istəmiş, həmçinin həmin otelin gecəlik qiymətinin 50 manat olduğunu bildirmişdir. O isə otelə getməkdən imtina edərək, xəstəxanada, xidməti iş otağının yanında arxiv otağının boş olduğunu və orada cinsi əlaqədə ola biləcəklərini İlahəyə bildirmişdir. Bundan sonra ailəli olduğunu bildirib Zərərçəkmiş şəxs ona zəng etməməyini, lazım olarsa özünün zəng vuracağını demiş, Zərərçəkmiş şəxs da onunla razılaşmış və çıxıb getmişdir. Səhəri gün saat 17 radələrində Zərərçəkmiş şəxs yenidən MTE və PA Birliyinin Ağsu rayon Şöbəsinə xidməti otağına gəlmiş, gəldikdən sonra ondan taksiyə vermək üçün pul istəmiş, o da Zərərçəkmiş şəxs 2 manat taksi pulu vermişdir. Sonra onlar xəstəxanada, xidməti iş otağının yanında olan və “arxiv otağı” adlandırılan boş otağa keçmiş və Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmuşlar. Daha sonra Zərərçəkmiş şəxs 30 manat pul vermiş, İlahə ondan onu evə aparmağını istəsə də, o, İlahəni apara bilməyəcəyini bildirərək, əlavə olaraq İlahəyə 2 manat taksi pulu vermişdir. Təxminən 3 gün sonra, Zərərçəkmiş şəxs ona zəng edərək, nə vaxt gələ biləcəyini soruşmuş, o da saat 17-18 radələrində gələ biləcəyini İlahəyə bildirdim. Saat 17 radələrində Zərərçəkmiş şəxs xəstəxanaya gələrək, taksiyə verməyə pulu olmadığını bildirdikdə yenidən İlahəyə 2 manat taksi pulu vermişdir. Daha sonra İlahə ilə birlikdə yenidən arxiv otağına gedərək, təbii yolla cinsi əlaqədə olmuşdur. Yenidən İlahəyə 30 manat pul vermiş, Zərərçəkmiş şəxs ilə münasibəti bu formada davam etmişdir. Ümumiyyətlə, 2022-ci ilin noyabr ayı ərzində Zərərçəkmiş şəxs ilə 4 dəfə cinsi əlaqədə olmuşlar. Bir dəfə Zərərçəkmiş şəxs ona zəng edərək, Sabirabad rayonuna getməyi xahiş etmiş, lakin o, işləri olduğunu və Sabirabad rayonuna gedə bilməyəcəyini bildirərək, dəstəyi asmışdır. Sonuncu dəfə Zərərçəkmiş şəxs ilə noyabr ayının sonlarında xəstəxanada cinsi münasibətdə olduqdan sonra, İlahə Ağsu rayonu, Qaraqaşlı kəndinə aparmağı ondan xahiş etmişdir. O, İlahəni Ağsu rayonu, Qaraqaşlı kəndinə apararkən tanımadığı bir çox insanların olduğu marketin qarşısında İlahə avtomobili saxlamağını istəmiş, o da İlahədən nə üçün insanların olduğu yerdə avtomobildən düşməsini, insanların münasibətlərini öyrənə biləcəyini soruşduqda, İlahə ona heç bir fərqi olmadığını, kim görsə də, heç nəyin dəyişməyəcəyini bildirmiş, lakin o bir az daha irəliyə gedərək, insanların olmadığı bir yerdə avtomobili saxlayaraq, İlahəni düşürmüşdür. Bundan sonra İlahənin küçə qadını olduğunu görmüş və bir daha ona zəng etməmişdir. Təxminən 2 gün sonra, xalası oğlu Nadir ona zəng vuraraq, vacib sözü olduğunu bildirmiş, o da Nadiri evinə dəvət etmişdir. Nadir bildirmişdir ki, kürəkəni Tərlan oturduğu məclisdə söhbət əsnasında onun şəkillərinin çəkildiyini və onu şantaj edəcəklərini eşitmiş, bu barədə oğlu Elçinə demişdir. Bundan sonra Tərlan və Elçin, Nadirin yanına gələrək bu məsələni Nadirə bildirmişlər. Ertəsi gün, Rusiya Federasiyasının telekom şəbəkələrindən birinə məxsus mobil nömrə ilə Tərlanın mobil telefonuna “Whatsapp” proqramı vasitəsilə zəng olunmuşdur. Tanımadığı bir nəfər rusdilli şəxs, Tərlana onun fotoşəkillərinin yayılmaması qarşılığında 15 min manat pul tələb etmişdir. O da qohumu Tərlana həmin şəxsi ələ almaq, həmçinin bir balaca vaxt qazanmaq üçün 1.500 manat pul verə biləcəyini, qarşılığında isə fotoşəkillərin yayılmamasını bildirmişdir. Tərlan isə 15 min manat pulu eşitdikdə, həmin şəxsə 3 min pul verə biləcəyini və şəkilləri yaymamağı demişdir. Ertəsi gün, həmin tanımadığı şəxs Tərlana yenidən zəng edərək, 7 min manat pula razı olduğunu bildirmiş, Tərlan isə 3 min manatdan artıq pul verə bilməyəcəyini həmin şəxsə demişdir. O da Tərlana tapşırmışdır ki, 3 min manatdan artıq pula razılaşmasın, həmçinin həmin şəxsin kimliyini öyrənməyə çalışsın. Əgər həmin şəxs yenə də daha çox pul tələb edərsə, o zaman polis şöbəsinə gedərək ərizə ilə müraciət edəcək. Onun məqsədi həmin şəxsə pul vermək olmamış, sadəcə həmin insanın şəxsiyyətini müəyyən etmək olmuşdur. Lakin bundan sonra, həmin şəxs daha zəng etməmişdir. Ertəsi gün Ağsu RPŞ-nin İQ-nin müstəntiqi, polis baş leytenantı Samir Məmmədov onu polis şöbəsinə dəvət edərək, Zərərçəkmiş şəxs şikayət ərizəsi yazdığını və ondan şikayət etdiyini bildirmişdir. Bir neçə gün sonra o, Ağsu RPŞ-nə Samir Məmmədovun xidməti otağına getmiş, Samir Məmmədov məsələ ilə bağlı ondan izahat almıdır. Ertəsi gün, ona məxsus olan çılpaq fotoşəkillər sosial şəbəkələrdə, internet portallarında yayılmış, şəkillərin yayılmasını gördükdə, şoka düşmüş, bir neçə tanışları ona zəng edərək, rüsvay olduğunu bildirmişlər. Onda olan məlumata görə, Zərərçəkmiş şəxs Ağsu rayonu ərazisində ondan əvvəl bir neçə şəxsə də böhtan və qarayaxma atmışdır. Ona məxsus fotoşəkillər yayılmamışdan qabaq qohumu Kənan Kərimov ona zəng edərək bildirmişdir ki, həmkəndlisi Bayram Aslanov zəng vuraraq demişdir ki, məclislərin birində Ağsu şəhəri, PMK adlanan ərazidə yaşayan, “Cığı” ləqəbi ilə tanınan Samir adlı şəxslə birlikdə olarkən Samir Cəfərov onun çılpaq fotoşəkillərinin mövcud olduğunu deyib ondan pul alacağını, əgər pul verməsə ona məxsus olan fotoşəkilləri yayaraq onu rüsvay edəcəyini bildirmişdir. O isə Kənana yalan söhbət olduğunu və heç bir fotoşəkili olmadığını bildirmişdir. Fotoşəkillər yayılana qədər bilmirmiş ki, onun çılpaq fotoşəkilləri çəkilmişdir. Zərərçəkmiş şəxs onunla birinci dəfə cinsi əlaqədə olmamışdan qabaq o, İlahəyə zəng etməmişdir, İlahə özü ona zəng etmədən onun yanına gəlmişdir. Cinsi əlaqədə olduqdan sonra isə o, İlahəni yola salanda tapşırmışdır ki, ailəlidir, ona zəng etməsin. Lazım olanda o, İlahəyə zəng edəcək. Odur ki, sonrakı vaxtlarda gəlməyini o zəng edib İlahəyə bildirmişdir. Zərərçəkmiş şəxs bildirdikləri tamamilə uydurmadır. Zərərçəkmiş şəxs şəxsən ona Ayseldən şikayəti olmadığını, Aysellə barışdığını, ekspertiza müayinəsinə məcburi gəldiyini bildirmişdir. Onun Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmağının məhkəmə-tibbi ekspertizasının rəyi ilə heç bir əlaqəsi yoxdur. Zərərçəkmiş şəxs onunla pul qarşılığında cinsi əlaqədə olmuşdur. Bu sadəcə İlahənin ona qarşı qurduğu oyundur. Həmçinin, Zərərçəkmiş şəxs Aysel Qəhrəmanova barəsində şikayəti əsasında toplanmış araşdırma materialında, İlahənin Ayseldən heç bir şikayəti olmaması öz əksini tapmışdır. X42 şikayət etmirsə nə üçün, ondan daha çox xəsarət yazmağını istəyə bilər. Zərərçəkmiş şəxs ekspertiza müayinəsindən 7-10 gün, bəlkədə çox sonra onunla əlaqəli heç bir işi olmasına baxmayaraq, xidməti iş otağına gəlmiş, həmçinin əl-qol hərəkətləri və mimikaları ilə onunla cinsi əlaqədə olmaq istəməsini ona hiss etdirmişdir. O da Zərərçəkmiş şəxs cinsi əlaqədə olmaq üçün 30 manat pul təklif etmiş, İlahə də onunla razılaşmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA birliyinin Ağsu rayon şöbəsi Ağsu rayon mərkəzi xəstəxanası ilə eyni binada yerləşsə də, binaya giriş qapıları tamamilə ayrıdır. Şöbənin daxilində 6 otaq var. O, 2022-ci ilin noyabr ayı ərzində Zərərçəkmiş şəxs ilə ümumilikdə 4 dəfə cinsi əlaqədə olmuş və bunların hamısı şöbənin daxilində yerləşən açarı sadəcə onda mövcud olan arxiv otağında baş vermişdir. Zərərçəkmiş şəxs hər dəfə təxminən saat 17-18 radələrində şöbəyə gəldiyindən onunla Zərərçəkmiş şəxs başqa MTE və PA birliyinin Ağsu rayon şöbəsində digər heç kəs olmamışdır. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, o, xəstəxanaya gedib gələndə Anar onu görmüşdü. Anar onu çağırmışdır. Onu post patrulun komandiri kimi tanıyır. Hündürboyludu, səhv eləmirsə Ağsunun hansısa kəndindəndi. Anar onu çağıraraq, ona demişdir ki, “İçəridə kamera görüntüləri var. Biz onsuzda onu tapıb çıxaracağıq, Zahir doktor da bir neçə xanımla əvvəllər orda olub. Sən o şəkili bizə çəkib verəcəksən, verməsən də onsuz biz onu tapıb çıxaracağıq. Onda sənin özünə də cinayət işi düşür. Sən də biyabır olacaqsan, körpə uşağını da əlindən alacaqlar.” O, Anarla votsap vasitəsilə danışaraq şəkili çəkdiyini və telefonda olduğunu bildirmiş, ona problem olub-olmayacağını soruşduqda, and içmişdir ki, ona heç bir problem yaranmayacaq. Nə də ki, şəkil heç bir yerdə paylaşılmayacaq. Dedi ki, sadəcə olaraq o, Zahiri çağıracaq, onunla bir ağsaqqal kimi danışacaq ki, yəni ayıbdı, belə bir şey olmaz rayonun içində. Lakin ona demədi ki, onu şantaj edəcək. Anar onu çağırmış, polis şöbəsində qapıda telefonları yığırlar. O, içəri girəndə də telefonunu almışlar. O, telefonu uşağa görə koda qoymur. Anar ondan telefonun kodunu soruşanda telefonunun kodda olmadığını, aça biləcəyini demişdir. Açdı və dedi ki, narahat olma şəkilləri götürür, şəkillər onda olacaq, ikinci bir insanda olmayacaq, heç bir yerdə paylaşılmayacaq. Amma səhərisi gün görmüşdür ki, şəkillər hər yerdə paylaşılıb. Şükufə xanım da, Leyla xanım da dedi bu şəkil nədi, niyə belə hərəkət eləmisən, belə şəkil paylaşmısan? İlahə də şəkil paylaşmadığını demişdir. Onlar da qeyd edib ki, bilmirdilər ki, İlahə şəkil paylaşacaq. Elə bir insan kimi tanımırlar. O da demişdir ki, şəkili o, yox, Anar paylaşıb. Şahid, Vüsal Hüseynov və Samir Məmmədov da onu polis şöbəsinə çağırmışlar. İlahə onlardan şəkil paylaşılıb, ona bir ziyan dəyib-dəyməyəcəyini soruşduqda, müstəntiq Samir Məmmədov ona demişdir ki, “yox, narahat olma, biz uşaq deyilik ki, sənə ordan heç bir ziyan gələ bilməz.”. O, Təqsirləndirilən şəxs ilə könüllü surətdə cinsi əlaqədə olmuş, Təqsirləndirilən şəxs tərəfindən ona hədə-qorxu gəlinməmiş, ona qarşı hər hansı şikayəti və tələbi yoxdur. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, o, Təqsirləndirilən şəxs ilə könüllü surətdə 4 dəfə cinsi əlaqədə olmuş, onunla görüşəndən sonra hər dəfə ona 30-40 manat pul verirdi. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X32 ifadəsində göstərmişdir ki, o, Ağsu rayonu Qaraqaşlı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs gəlinidir. Zərərçəkmiş şəxs X43la 2015-ci il tarixdə ailə həyatı qurmuş və Kürdəmir rayon Yenikənd kəndindən Ağsu rayon Qaraqaşlı kəndinə gəlin köçmüşdür. Həmin vaxtdan bəri onlarla birlikdə yaşayır. X43 2021-ci il tarixdə CM-in 177-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Hal-hazırda cəzasını çəkir. Ağsu rayon Qaraqaşlı kəndində ata yurdunda 2 ev vardır. Həmin evlərin birində gəlini Zərərçəkmiş şəxs azyaşlı nəvəsi Ceyhun Hüseynli ilə birlikdə yaşayır. O isə həyat yoldaşı Gültəkinlə birlikdə digər evdə yaşayır. Gəlini və nəvəsinə də o baxır, ehtiyaclarını da özü ödəyir. Təqsirləndirilən şəxsla heç bir ədavət və ya düşmənçiliyi yoxdur. Onun hadisədən xəbəri var. Bununla bağlı bildirir ki, İlahə heç kimi şantaj etməmiş və heç kimin şəkillərini internetdə paylaşmamışdır. X38 Hüseynovun fotoşəkillərinin paylaşılması ilə bağlı heç kimdən eləcə də Təqsirləndirilən şəxs pul tələb etməmişdir. İş üzrə digər şahid X23 məhkəməyə teleqram göndərərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid X8 ibtidai istintaqda verdiyi ifadəsi məhkəmə iclasında elan olunmuşdur. Şahid X23 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, o, Ağsu rayon, Qaraqaşlı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs onun uzaq qohumudur. Onun Təqsirləndirilən şəxsla heç bir ədavət və ya düşmənçiliyi yoxdur. Həmçinin o, Zərərçəkmiş şəxs da qiyabi olaraq tanıyır. Bildiyinə görə İlahə Kürdəmir rayonundan Ağsu rayon Qaraqaşlı kəndinə gəlin köçmüşdür. 2022-ci ilin noyabr ayında dəqiq xatırlamadığı gündə Təqsirləndirilən şəxs yadında qalmayan nömrədən onun istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsinə zəng etmişdir. Təqsirləndirilən şəxs ona zəng etdikdən sonra bir nəfər xanım olduğunu, həmin xanımın Ağsu rayon Qaraqaşlı kəndində yaşadığını, əvvəllər saç ustası işlədiyini, xanımın Kürdəmir rayonundan olduğunu və Kürdəmir rayon Polis Şöbəsində baş müstəntiq vəzifəsində işləyən bir nəfər şəxsin qohumu olduğunu demişdir. Daha sonra Təqsirləndirilən şəxs baş müstəntiq vəzifəsində işləyən şəxsin həmin xanımın işə düzəlməyində köməklik göstərilməsini xahiş etdiyini və ondan həmin xanımın işə düzəlməsində köməklik göstərməyini istəmişdir. O da həmin xanımın Qaraqaşlı kəndində yaşadığını eşitdikdən sonra həmin xanımın adının nə olduğunu soruşmuşdur. Təqsirləndirilən şəxs da həmin xanımın adının İlahə olduğunu demişdir. O da Təqsirləndirilən şəxs əvvəlcə həmin xanım haqqında maraqlanacağını bildirmiş və telefon danışığını yekunlaşdırmışdır. Bundan sonra o, dost və tanışlarından Zərərçəkmiş şəxs barədə maraqlanmış və öyrənmişdir ki, Zərərçəkmiş şəxs Kürdəmir rayon Yenikənd kəndindən Ağsu rayon Qaraqaşlı kəndinə gəlin köçmüşdür. Həmçinin ona bildirmişlər ki, Zərərçəkmiş şəxs yaxşı işçi deyil və Zərərçəkmiş şəxs işə düzəlməsi və yaxud hardasa iş tapması məsələlərinə qarışmasın. O da Təqsirləndirilən şəxs yenidən zəng edib Zərərçəkmiş şəxs işə düzəlməsində köməklik göstərə bilməyəcəyini demişdir. Təqsirləndirilən şəxs da ona heç bir söz deməmişdir. Bundan bir neçə gün sonra isə o, Zərərçəkmiş şəxs ekspert Təqsirləndirilən şəxs barəsində şikayət etdiyini öyrənmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs göstərdi ki, xx.xx.2023-cü il tarixdə məhkəmə qurtarandan təxminən 15-20 dəqiqə sonra məhkəmənin qarşısına çıxmış, məhkəmənin qarşısına çıxandan sonra İlahə xanım ona zəng vuraraq Gəgəli dayanacağının yanında dayandığını demiş və ora gəlməyimi xahiş etmişdir. Danışan zaman yanından sürətlə post patrul maşınının keçdiyini eşitmişdir. Keçəndən elə 2 dəqiqə sonra İlahənin qışqırmasını, “nə istəyirsiz məndən? Əcəb eləmişəm demişəm” sözlərini deməsini eşitmişdir. Bundan sonra başa düşmüşdür ki, xanımı aparıblar polisə. O, öz vəkilinə zəng vurmuş, hadisəni danışmış, hadisə ilə maraqlanmağını xahiş etmişdir. Özü şəxsən telefondakı səsləri, qızın qışqırmasını eşitmişdir. Vəkilə zəng vuranda vəkili İlahənin qayınatasının da bu barədə ona zəng vurmasını bildirmişdir. Vəkil polis şöbəsinə getmiş, içəri girəndə müstəntiq Rəhimin səsini eşitmiş, qapını açmış, Rəhim onu görmüş və qapını bağlamışdır. Daha sonra, o, xanımı müdafiə etmək, polisin əlindən almaq üçün baş prokurorluğun qaynar xəttinə yığmış, hadisəni olduğu kimi danışmışdır. Səhəri gün o, işlə əlaqədar həmin dayanacağa getmiş, orda ət mağazası var, ət almaq üçün ora getmişdir. Ora gedən zaman yanına bir nəfər adam yaxınlaşmış, ona dünən orda onun söhbətinin getdiyini demiş, nə məsələ olduğunu soruşmuşdur. O, həmin adamdan nə ilə bağlı söhbət getdiyini soruşduqda, həmin adam bildirmişdir ki, polis maşını ora gəlmiş, 2 nəfər olmuşlar, biri müstəntiq Rəhim idi. İlahəni tutmuş, maşına mindirmiş, götürüb aparmışlar polisə. O, İlahədən şikayətçi deyil, İlahənin polislərdən qorxduğunu onların dediyi kimi ifadə verdiyini bilir. İlahəni heç bir otağa salmamış, onunla danışmamışdır. O, Zərərçəkmiş şəxs qapının ağzında təxminən 5 dəqiqə kimi görmüşdür. Birinci qızın qayınatası yanına gəlmiş, qızın onunla barışmaq istədiyini demiş, o da barışmaq istəyirsə getsin məhkəmədə desin demişdir. Qızın qayınatası gəlininin birinci onunla görüşmək istədiyini bildirmiş, İlahə onun yanına gələndə ona, polislərin onu hədələdiklərini, qorxutduqlarını demiş, guya Zahir gəlinə nəsə edəcək, yolda gedəndə maşınla vuracak. O, qıza demiş ki, “mən 5 ayda bir dəfə sənə nəsə eləmişəm? Bir xəbər göndərmişəm?” Qız cavabında yox demiş, o da demiş ki, kim sənə deyirsə səhv deyir. Daha sonra İlahə ona barışmaq istədiyini, məhkəməyə gəlib izahat vermək istədiyini bildirmiş, o da razılaşmışdır. İlahə ona nömrəsini vermiş, demiş ki, bu nömrəsi polisdə yoxdur, istədiyi vaxt zəng edə bilər. O, İlahə ilə danışanda bildirmişdir ki, polis ondan 7.000 manat pul alıb və indiyə kimi də əl çəkmir. Səhəri gün eşitmişdir ki, İlahə qayınatası ilə prokurorluğa getmiş, prokurorluqda qışqıraraq demişdir ki, 7.000 pul alıblar, onun 2.000-ni verərdilər də mənə. Bunu İlahənin qayınatası da eşitmişdir. Səhəri gün onu prokurorluq çağırmış və qorxutmuşdur ki, o, əgər şikayət etsə ona cinayət işi qaldıracaqlar. Müstəntiq Rəhim onu qorxutmuş, prokurorluğda ərizə yazdırmışdır ki, guya o, təhlükəli adamdır. Polislər İlahəni məcbur etmiş onun şəkillərini çəkmişdir. Onun şəkillərini polis Anar paylaşmışdır. Polisin İlahəni zorla apardığını görən var. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, Zahir onu qorxutmuş, qayntasına deyib ki, bu işi onsuz da o, qazanacaq, buna görə də qaynatası ona demişdir ki, doktorla danış aranızda razılığa gəlin, barışın. O, Vüsal deyə birini tanımır, Samir müəllim və Rəhim müəllim isə işinə baxan müstəntiq olublar. xx.xx.2023-cü il tarixli məhkəmə iclası başlamadan öncə Zahir onu yoldaşı və uşağı ilə təhdid etmiş, demişdir ki, yoldaşın da həbsdədir, yəqin istəməzsən yoldaşının, uşağının başına iş gəlsin. Doktor ona demişdir ki, ona xəsarət də yazacaq, indi işlədiyi işdən də çıxacaq, ona iş də düzəldəcək, amma bir şərtlə ki, onunla münasibətdə olacaq. O da qorxduğu üçün təklifini qəbul etmiş, rəydə heçnə yazmadığını bilməmişdir. Şəkili çəkməkdə də məqsədi o olmuşdur ki, desə heç kəs münasibətlərinin olmasına inanmayacaqdı. Buna görə də şəkilləri çəkmişdir. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, Zahir ona demişdir ki, şəkilin necə yayılmasını səndən soruşsalar de ki, onu Anar göndərdi, Anarın onu qorxutduğunu deməyini istəmişdir. O da uşağına görə qorxmuş və ifadəsini dəyişmiş, Anarın adını vermişdir. Təsir altında qaldığı üçün belə ifadə vermişdir. Onu heç kim polis şöbəsinə məcbur aparmayıb. xx.xx.2023-cü il tarixdə məhkəmədən çıxandan sonra telefonla Zahirlə danışmışdır. Şahidla heç bir əlaqəsi olmayıb, telefonla belə danışmamışdır. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X24 ifadəsində göstərmişdir ki, doktor onun qayınatasının xalası oğludur. 2022-ci ilin noyabr ayında dəqiq xatırlamadığı gündə mobil telefonuna Whatsapp proqramı vasitəsilə tanımadığı və Rusiya Federasiyasına məxsus mobil telefon şəbəkəsindən yadında qalmayan nömərədən zəng gəlmiş və zəng edən şəxs ona kimliyini bildirmədən Zahir həkimin bir qızla münasibəti olduğunu demişdir. O, hadisəni qayınatasına demiş, qayınatası da Təqsirləndirilən şəxs zəng edib danışmışdır. Səhəri gün Təqsirləndirilən şəxs ona zəng edərək onu Ağsu rayon Mərkəzi Xəstəxanasında yerləşən iş yerinə çağırmış, o da Təqsirləndirilən şəxs iş yerinə getmiş, Təqsirləndirilən şəxsla görüşdükdən sonra Zahir ona İlahə adında bir xanım olduğunu, onunla münasibəti olduğunu demişdir. Bundan sonra, Təqsirləndirilən şəxs ondan Zərərçəkmiş şəxs ilə danışıb söhbət etməyini, İlahənin şikayətçi olmaması üçün köməklik etməyini istəmiş və İlahənin mobil telefon nömrəsini ona vermişdir. Təqsirləndirilən şəxs həmçinin İlahəyə pul təklif etməyini də istəmiş, o isə İlahə adlı xanımı tanımadığını, bu məsləyə qarışmaq istəmədiyini, deyib İlahə ilə danışmayacağını bildirmişdir. Verilən suallara cavab olaraq şahid X24 bildirmişdir ki, onu heç kim bıçaqlanmayıb, yıxılıb xəsarət almış və qolu sınmışdır. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında Təqsirləndirilən şəxs göstərdi ki, Tərlan da düzgün ifadə vermir belə ki, hadisə belə olmuşdur. Xalasıoğlu Nadir ona zəng vuraraq, vacib sözü olduğunu bildirmişdir. O da Nadiri evinə dəvət etmişdir. Nadir bildirmişdi ki, kürəkəni Tərlan oturduğu məclisdə söhbət əsnasında onun şəkillərinin çəkildiyini və pul verməyəcəyi halda onu şantaj edəcəklərini eşitmiş, bu barədə oğlu Elçinə demişdir. Bundan sonra Tərlan və Elçin, Nadirin yanına gələrək bu məsələni Nadirə bildirmişlər. Nadir onunla görüşmüş və hadisəni ona danışmışdır. Səhəri gün görüşəndə o, etiraf etmişdir ki, belə bir xanım olub və o, onunla münasibətdə olmuşdur. Ola bilər ki, şəkillərini çəkib, amma xəbəri olmayıb. Zəng etdikdən sonra Tərlan gəlmiş, Tərlana demişdir ki, əgər yenə zəng gələrsə 1.500 manat pul təklif et ki, şəkillər yayılmasın. İki gün sonra Tərlana zəng etmiş və Tərlan vəziyyətin pis olduğunu, ona zəng edən şəxslərin 15.000 manat pul vermələrini istədiyini, Tərlan da bu məbləğ çox olduğu üçün qarşılığında 1.500 manat pul deyə bilmədiyini, 3.000 manat dediyini bildirmişdir. O, Tərlana demişdir ki, problem deyil, əsas odur öyrənsinlər ki, kimdi bu zəng edən. 2 gün sonra Tərlana zəng vurub vəziyyəti soruşmuş və Tərlan həmin adamların 7.000-ə düşdüklərini demişdir. O, Tərlana demişdir ki, eybi yox əsas öyrən ki, adam kimdir, onu versin polisə, elə səhvi də orda oldu ki, polisə versin sözünü Təlana dedi. 2 gün sonra Tərlana yenidən zəng edib vəziyyəti soruşmuş və Tərlan artıq ona zəng etmədiklərini demişdir. Hadisədən 15-20 gün keçdikdən sonra eşitmişdir ki, Tərlanı bıçaqlayıblar. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, bir məclisdə oturanda Tərlan biri ilə mübahisə etmiş sonra məsələni həll etmək üçün Şıxdursun qəbristanlığına getmişlər. Məclisdə kimsə polisin ardıyca danışmış, Tərlan polisi müdafiə etmiş, mübahisə buna görə olmuşdur. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, Ağsu rayonu, Qaraqaşlı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs tanıyır. Zərərçəkmiş şəxs rəfiqəsidir. İlahə ilə bir neçə ildir ki, yaxın münasibətləri var. Ekspert Təqsirləndirilən şəxs tanımırmış, lakin sonradan tanımışdır. Təqsirləndirilən şəxsla heç bir ədavət və ya düşmənçiliyi yoxdur. 2022-ci ilin noyabr ayında dəqiq xatırlamadığı gündə İlahə ilə birlikdə olan zaman İlahənin telefonla danışdığını görmüşdür. O, İlahədən kiminlə danışdığını soruşduqda İlahə ekspert Təqsirləndirilən şəxsla danışdığını bildirmiş və ağlamağa başlamışdır. O, İlahənin ağladığını və pis olduğunu görüb nə baş verdiyini soruşmuş, İlahə də bir neçə gün əvvəl Aysel adlı xanımla mübahisə etdiyini, bununla əlaqədar Ağsu rayon Polis Şöbəsinə şikayət etdiyini, işin təhqiqatçı Taleh Osmanov tərəfindən araşdırıldığını, ekspertiza təyin olunduğunu, ekspertizadan keçdiyini bildirmişdir. Zərərçəkmiş şəxs daha sonra demişdir ki, ekspertizadan keçən zaman ekspert Təqsirləndirilən şəxs ona əxlaqsız təkliflər etmişdir. Təqsirləndirilən şəxs İlahəyə xəsarətin ağır yazılması, onu köməkçi kimi öz yanında işə götürməsi, bundan başqa əgər xəsarət yazılmasa cinayət məsuliyyətinə cəlb ediləcəyini bildirərək İlahəni cinsi əlaqədə olmağa məcbur etmişdir. O İlahədən Təqsirləndirilən şəxsla cinsi əlaqədə olub-olmamasını soruşduqda İlahə Təqsirləndirilən şəxs tərəfindən qorxudulduğunu və məcbur edildiyini bildirib Təqsirləndirilən şəxsla bir neçə dəfə cinsi əlaqədə olduğunu demişdir. İlahədən nə üçün Təqsirləndirilən şəxs cinsi əlaqəyə girməyə razılaşdığını soruşduqda İlahə bildirmişdir ki, Təqsirləndirilən şəxs ona demişdir ki, təklifi ilə razılaşmadığı halda xəsarət yazmayacaq və belə olan halda İlahənin özünü məsuliyyətə cəlb edəcəklər. İlahə də tutulduqdan sonra azyşalı uşağının ac qalacağından, həmin uşağa heç kimin baxmayacağından qorxduğu üçün Təqsirləndirilən şəxs təklifi ilə razılaşmışdır. O, İlahəyə bu barədə polisə şikayət etməsini dedikdə İlahə qorxduğu və biyabır olacağı üçün polisə şikayət etmədiyini bildirmişdir. Bundan əlavə də o, bir neçə dəfə də İlahənin Təqsirləndirilən şəxsla telefonla danışdığının şahidi olmuşdur. İlahədən Təqsirləndirilən şəxsla harada cinsi əlaqədə olduğunu soruşduqda İlahə Təqsirləndirilən şəxsla Ağsu rayon Mərkəzi Xəstəxanasında boş otaqların birində cinsi əlaqədə olduğunu demişdir. Bundan bir neçə gün sonra isə o, İlahənin Təqsirləndirilən şəxs barəsində Ağsu rayon Polis Şöbəsinə şikayət etdiyini öyrənmişdir. O İlahədən nə üçün Təqsirləndirilən şəxs çılpaq fotoşəkillərini çəkdiyini soruşduqda İlahə ona demişdir ki, əgər bu şəkilləri çəkməsəydi Təqsirləndirilən şəxs onunla cinsi əlaqədə olmasını sübut edə bilməyəcəkdi. Zərərçəkmiş şəxs sonuncu dəfə Təqsirləndirilən şəxsla cinsi əlaqədə olan zaman Təqsirləndirilən şəxs köməkçi kimi işə götürməyəcəyəni, sadəcə 20-30 manat pul vercəyini, həmçinin Təqsirləndirilən şəxs onun barəsində verdiyi rəydə heç bir xəsarət qeyd etmədiyini öyrəndikdən sonra onun barəsində şikayət etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X33 ifadəsində göstərmişdir ki, 2022-ci ilin dekabr ayının əvvəlləri 1-2-si tarixlərində Zərərçəkmiş şəxs Şöbəyə yaxınlaşaraq Təqsirləndirilən şəxsla bağlı şikayəti olduğunu demiş, o, şöbə rəisinə məruzə etmiş və işə baxılması ona həvalə olunmuşdur. Sonra o, Zərərçəkmiş şəxs izahatını almış, Zərərçəkmiş şəxs izahatında xəsarətləri ilə bağlı rəy alması üçün ekspert Təqsirləndirilən şəxs yanına getdiyini, Təqsirləndirilən şəxs həmin rəyi çıxarması üçün onunla cinsi əlaqədə olmasını bildirdiyini qeyd etmişdir. Həmçininin izahatında göstərdi ki, o, Təqsirləndirilən şəxs təklifi ilə razılaşmış onunla cinsi əlaqədə olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs çılpaq fotoşəkillərini də ona təqdim etmişdir. Daha sonra həmin işlə bağlı Təqsirləndirilən şəxs dəvət etmiş və xidməti iş otağında izahatını almışdır. İzahatında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsyla cinsi əlaqədə olmasını etiraf etsə də onu seksual xarakterli hərəkətlərə məcbur etdiyini etiraf etməmişdir. O da Təqsirləndirilən şəxs izahatını olduğu kimi almışdır. Daha sonra o, zərərçəkmiş şəxslə birgə hadisə yerinə baxış keçirmiş, sonra Təqsirləndirilən şəxs onun barəsində Ağs rayon prokurorluğuna şikayət etdiyi üçün material ondan alınmışdır. Verilən suallara cavab olaraq şahid X33 bildirmişdir ki, Zərərçəkmiş şəxs tanışı ilə əvvəl mübahisəsi olub. Onunla bağlı təhqiqatda araşdırma gedib. Onunla bağlı Təqsirləndirilən şəxs yanına gedib, orda münasibətləri yaranıb. Deməsinə görə Təqsirləndirilən şəxs onun xeyrinə, digər qıza ittiham irəli sürə biləcəyi rəy yazacağını demiş bunun üçün Zərərçəkmiş şəxs razılaşmışdır. Daha sonra Zərərçəkmiş şəxs rəyin onun xeyrinə olmadığını görmüş və şikayət etmişdir. Zərərçəkmiş şəxs heç kim şəkil çəkməsi üçün məcbur etməyib. Polis tərəfindən ona heç bir təzyiq olmayıb. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, 14 ildir polis işləyir. Zərərçəkmiş şəxs rayon sakini kimi tanıyır. Onun Zərərçəkmiş şəxsyla telefon danışığı olmayıb. Bu işlə bağlı məlumatı yoxdur. Təqsirləndirilən şəxs şəkillərini o, çəkdirməmişdir. Verilən suallara cavab olaraq Şahid bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə heç vaxt telefon danışıqları olmayıb. Şöbədə eşitmişdir ki, belə bir söhbət var. Zərərçəkmiş şəxs izahatında onun haqqında dedikləri yalandır. O, Zərərçəkmiş şəxs heç bir şey deməmiş, şəkilləri onun telefonundan götürməmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X29 ifadəsində göstərmişdir ki, o, cinayət işinin müstəntiqi olmuş, istintaqı aparmışdır. İstintaqı aparan zamanı Təqsirləndirilən şəxs CM-in 151-ci maddəsi ilə ittiham vermişdir. Təqsirləndirilən şəxs özünü həmin ittihamla təqsirli bilmir və bildirir ki, o, Zərərçəkmiş şəxsyla rəy məsələsi ilə bağlı yox pul müqabilində birlikdə olmuşdur. Halbuki, o, Samir Məmmədova ilkin ifadə verən zaman heç ümumiyyətlə belə bir işin olmadığını bildirmiş, ancaq S.Məmmədov ona fotoşəkillərin olduğunu bildirdikdən sonra belə bir şey olduğunu, münasibətlərinin rəy məsələsi ilə bağlı olduğunu yox, pul müqabilində olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs bildirir ki, burda şantaj məsələsi var. Hansı ki baş prokurorluq həmin işin ətraflı araşdırılmasını tapşırmışdır. O, işlə bağlı Tərlan Bədirovun və Nadir Qədirovun da ifadələrini almışdır. Tərlan ifadəsində göstərmişdir ki, ona zəng gəlmiş və qohumu Təqsirləndirilən şəxs çılpaq şəkilləri olduğu bildirilmiş, o bu barədə Təqsirləndirilən şəxs gedib deyəndə Təqsirləndirilən şəxs ümumiyyətlə belə bir məsələnin olmadığını bildirmişdir. Bunu həmçinin Nadir Qədirov da öz ifadəsinə təsdiq etmişdir. İşin içində də var. Rəy məsələsinə qalanda Təqsirləndirilən şəxs da bildirir ki, onun Zərərçəkmiş şəxsyla münasibəti ümumiyyətlə rəylə bağlı olmamışdır. Bildirir ki, o əgər pul qarşılığında xanımla münasibətdə olubsa bunu əvvəllər də edə bilərdi niyə o zaman yox, indi etmişdir?! Həmçinin o, onların telefon danışıqlarını da işin içinə əlavə etmişdir. Burda təxminən 30-a yaxın telefon danışığı var və əksəriyyəti də Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs edilən zənglərdir. Burda Təqsirləndirilən şəxs ifadəsində ziddiyyətlər yaranır. Belə ki, o, bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs onun yanına gəlib ekspertizadan keçdikdən sonra, birinci ifadəsində deyir 7 gün, ikinci ifadəsində deyir 10 gündən sonra Zərərçəkmiş şəxs ona zəng etmiş və işə düzəlməsi üçün ona köməklik etməsini istəmişdir, halbuki, telefon danışıqlarında xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs zəng etməsi məsələsi var. Onun Təqsirləndirilən şəxsla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Yəni onun məqsədi Təqsirləndirilən şəxs törətdiyi hərəkətlərlə bağlı ona ədalətli cəza təyin olunmasıdır. Təqsirləndirilən şəxs bu gün onu, S.Məmmədovu və digər şəxsləri ittiham edir. Lakin bu iş Ağsu rayon Polis şöbəsində ilkin formada material formasında araşdırıldıqdan sonra prokurorluq bu işin materialını tələb edib və cinayət işi prokurorluq tərəfindən başlanılıb. Yəni bu qədər hüquq mühfizə orqanı əməkdaşının Təqsirləndirilən şəxsla qərəzçiliyi var?! Həmçinin Təqsirləndirilən şəxs ifadəsində demişdir ki, Zərərçəkmiş şəxs onun yanına gələrkən bildirmişdir ki, ona xəsarət yazmasın, o, qızla barışıb, halbuki təhqiqat materiallarında da görünür ki, Zərərçəkmiş şəxs həmin xanımla barışması və şikayətini geri götürməsi ilə bağlı hər hansı bir material yoxdur. Verilən suallara cavab olaraq şahid X29 bildirmişdir ki, O, Zərərçəkmiş şəxs aparmamış, Şöbəyə dəvət etmişdir. Zərərçəkmiş şəxs ona zəng edib izahat vermək istədiyini demiş, o da izahat verməsi üçün Zərərçəkmiş şəxs dəvət etmişdir. Zərərçəkmiş şəxs qayınatasıyla birgə gəlmiş və izahatında bildirmişdir ki, məhkəmə prosesindən qabaq məhkəmənin inzibati binasında olan otaqların birində Təqsirləndirilən şəxs ona hədə qorxu gəldiyi üçün polisin əleyhinə ifadə vermişdir. Təqsirləndirilən şəxs bir neçə dəfə istintaq zamanı dəvət etmiş, lakin Təqsirləndirilən şəxs dəfələrlə yubatmış, bir həftəyə kimi gecikdirmişdir. O da vaxtında gəlmədiyi üçün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuşdur. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında müdafiə tərəfinin təşəbbüsü ilə şahid qismində dindirilmiş X13 ifadəsində göstərdi ki, o, 20 aprel 2023-cü il tarixdə inşaat materialları satılan “İlyasoğlu” mağazadan əhəng alıb evə gedərkən yolda “Elit” marketlə “Sanif” marketin arasında İlahəni görmüşdür. O, telefonla danışırdı. O, telefonla danışan zaman polis maşını gəlmişdir. Onlardan biri Rəhim idi, onlar İlahəni məcburi şəkildə maşına mindirib aparmışlar. Verilən suallara cavab olaraq şahid X13 bildirmişdir ki, Zərərçəkmiş şəxs əynində şalvar var idi, lakin rəngini xatırlamır, İlahəni necə aparmaqları və hadisənin necə olmağı tam yadındadır. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında müdafiə tərəfinin təşəbbüsü ilə şahid qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, o, bazarda Təqsirləndirilən şəxs görmüş, hadisə barədə eşitdiyi üçün ona yaxınlaşıb, niyə belə səhv elədiyini, onun də başına belə bir hadisə gəldiyini bildirmişdir. Belə ki, o, “Çənlibel” kafesini işlədir. Bir dəfə ona zəng edilərək şər atılacağını, ora İlahə adında bir xanım gələcəyini bildirmişdilər. O, kafeyə getmiş, orada İlahə və ondan başqa iki xanımın olduğunu, uyğun olmayan geyim geyindiklərini və yelləncəkdə yelləndiklərini görmüşdür. Ofisiantlardan bunları soruşmuş, ofisiant ona qızların çay içdiklərini, kimisə gözlədiklərini, axşam yemək yeyəcəklərini bildirmişdir. O, ofisianta qızlara yemək olmadığını, kafeni bağladıqlarını deməsini bildirmiş, daha sonra ofisiant ona xəbər vermişdir ki, həmin qızlar telefonla danışmış, yanlarına bir cavan oğlan gəlmiş və birgə çay içib, onun maşını ilə çıxıb getmişlər. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında müdafiə tərəfinin təşəbbüsü ilə şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, 7-8 ay bundan əvvəl İlahə xanım ona “Whatsap” vastəsilə şəkillər göndərmiş, o, xanımdan kim olduğunu soruşduqda xanım başqa bir qadının adını verərək, şəkilləri başqa xanıma göndərmək istədiyini bildirmişdir. O, xanıma səhv düşdüyünü demiş, xanım ona görüntülü yığmışdır. Bu zaman yanında uşaq da var imiş. Xanım ona Kürdəmir rayonunun Yenikənd kəndindən olduğunu, Ağsu rayonuna paltar almağa gələcəyini bildirdi. Səhəri gün saat 8 radələrində xanım ona zəng edərək, Ağsuya gələcəyini, görüşüb çay içməyi təklif etmiş, o, xanıma demişdir ki, əgər onu ilişdirmək üçün gəlirsə gəlməsin. Bir neçə saat sonra xanım gəlmiş, Ceyhun Dadaşova məxsus “Tukson” markalı qara rəngli maşına əyləşmiş və çay içmək üçün perevala qalxmış, bir az getmişlər ki, polis əməkdaşları 07 markalı maşınla onu saxlayıb polis şöbəsinə gətirmişlər. Daha sonra, ona 50 manat cərimə yazmışlar, guya o, səs-küy etmişdir, ödənişi edəndən sonra buraxmışlar. Bununla bağlı bütün lazımi orqanlara ərizə ilə müraciət etmişdir. Verilən suallara cavab olaraq şahid X9 bildirmişdir ki, bununla bağlı Azərbaycan Respublikasının Prezidentinə, Ombudsmana, Azərbaycan Respublikasının Baş Prokurorluğuna da müraciətlər etmişdir. Onunla görüşən xanım məhkəmə zalında əyləşən İlahə idi. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında məhkəmənin təşəbbüsü ilə şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, 20 aprel 2023-cü il tarixdə Ağsu Rayon Məhkəməsində mühafizəçi o, idi. İşlə əlaqədar Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır. xx.xx.2023-cü il tarixdə də onlar məhkəmə iclasında iştirak etmək üçün gəlmişdilər. Münasibətləri normal idi, Təqsirləndirilən şəxs İlahəni təhdid etməsini görməmişdir. Təqsirləndirilən şəxs su içmək üçün otaqlardan birinə daxil oldu, Zərərçəkmiş şəxs da onun ardınca getdi, 1-2 dəqiqədən sonra otağa girib içəridə danışa bilməyəcəklərini bildirmiş və onlar çölə çıxaraq söhbətlərini çöldə davam etdirmişlər. Aralarında heç bir gərgin münasibət yox idi. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, Ağsu rayon Polis şöbəsinin əməkdaşı ilə telefon vasitəsilə danışmış, lakin həmin şəxsin Şahid olduğunu bilməmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, ekspert rəyi ilə onu təhqiqatçı tanış etməmişdir. Üçüncü dəfə cinsi əlaqədə olandan sonra Zahir özü ona demişdir ki, rəydə xəsarət almasına dair heçnə yazmayacaq. Təhqiqatçı özü də görmüşdü ki, onun bədənində xəsarətlər var. Sübutu olmadığı üçün Təqsirləndirilən şəxs ilə dördüncü dəfə görüşmüşdür. Heç kəs inanmayacaqdı, ona görə düşündü ki, görüşüb səsini yazsın. Aysel xanımla dalaşıb polisə düşəndə Anarın nömrəsini özündən almışdır. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ona verilən suallara cavab olaraq bildirmişdir ki, bəli, əvvəlki məhkəmə iclasında bildirmişdir ki, Zərərçəkmiş şəxs tanımır və onların arasında heç bir telefon danışığı olmayıb. Ərazidə xidmət apardığı vaxt Ağsu şəhərində körpünün üstündə 3 nəfər xanımın dalaşdığını görmüş, onları şöbəyə aparmışdır. İlahə xanım ona zəng edərək işin nəticəsini soruşub. Başqa heç bir məsələ ilə bağlı danışmayıblar. İş üzrə digər şahid X5 məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM) 317-ci maddəsinə əsasən, məhkəmə qeyd olunan şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, CPM-in 317-ci maddəsinə əsasən, bu Məcəllənin 226.1- 226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağırılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün hallarının hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Məhkəmə iclasında şahid X1 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuşdur. Şahid X5 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, o, ünvan 6 ünvanında azyaşlı qızı ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs tanıyır. Zərərçəkmiş şəxs ilə heç bir ədavət və ya düşmənçiliyi yoxdur. Ekspert Təqsirləndirilən şəxs isə tanımamış, lakin Təqsirləndirilən şəxs barəsində olan şikayətdən sonra qiyabi şəkildə tanımışdır. 2022-ci ilin noyabr ayında dəqiq xatırlamadığı gündə İlahə ilə birlikdə paltar almağa gedən zaman İlahənin tez-tez telefonla danışdığını görmüşdür. O, İlahədən kiminlə danışdığını soruşmuş, İlahə də ekspert-həkim Təqsirləndirilən şəxsla danışdığını bildirmişdir. O, İlahədən nə üçün ekspert-həkimlə danışdığını soruşmuş, İlahə də Ağsu şəhər sakini Aysel adlı xanımla mübahisə etdiyini, Aysel tərəfindən döyüldüyünü, müayinədən keçmək üçün ekspertizaya getdiyini, həmin vaxt Təqsirləndirilən şəxsla tanış olduğunu bildirmişdir. Daha sonra İlahə ekspert Təqsirləndirilən şəxs onu özünə köməkçi olaraq işə düzəldəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs ekspert Təqsirləndirilən şəxsla cinsi əlaqədə olmasını ona deməsə də lakin Təqsirləndirilən şəxsla tez-tez görüşdüyünü, Təqsirləndirilən şəxs ondan xoşu gəldiyini, Təqsirləndirilən şəxs ona cinsi əlaqədə olmaq təklifini etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla cinsi əlaqədə olmasını ona deməsə də o, İlahənin hərəkətlərindən və danışığından intim münasibətdə olduqlarını hiss etmişdir. Bir müddət sonra isə o, İlahənin ekspert Təqsirləndirilən şəxs barəsində şikayət etdiyini öyrənmişdir. Zərərçəkmiş şəxs ona Təqsirləndirilən şəxs köməkçi olaraq işə götürəcəyini demişdir. Bəlkə də Zərərçəkmiş şəxs sirrin yayılmaması üçün Təqsirləndirilən şəxs, İlahəyə ağır xəsarət yazması və əgər xəsarət müəyyən olunmazsa məsuliyyətə cəlb olunması sözlərini deyərək Zərərçəkmiş şəxs cinsi əlaqəyə girməyə məcbur etməsini qorxub deməmişdir. Həmçinin o, Zərərçəkmiş şəxs onunla bu barədə söhbət edərkən hərəkət və davranışlarından gərginlik keçirdiyini, hər hansısa təsir altında olduğunu hiss etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması haqqında” 13 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 151-ci maddəsi ilə cinayət işi başlanılmışdır. “Baxış keçirilməsi və götürmə aparılması barədə” 02 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi iki ədəd fotoşəkillərə baxış keçirilmiş və həmin fotoşəkillər material üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. “Cinayət işi başlanmasının hissəvi rədd edilməsi haqqında” 13 dekabr 2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs əməllərində CM-in 308 və 313-cü maddələrinin tərkib əlamətləri mövcud olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs, X18 əməllərində cinayət tərkibi olmadığından barələrində cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin maddi və sair asılılığından istifadə etməklə onu cinsi əlaqəyə girməyə məcbur etməsi faktı üzrə cinayət işinin başlanması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora vəsatət verilmişdir. “Zərərçəkmiş şəxs kimi tanınma haqqında” 13 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış və qərar ona elan olunmuşdur. “Şübhəli şəxsin tutulması haqqında” 20 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 dekabr 2022-ci il tarixdə, saat 17:00-da şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 21 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 20 dekabr 2022-ci il tarixdə, saat 17:00-da şübhəli şəxs CM-in 151-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. “Şübhəli şəxs qismində tutulmuş şəxsin saxlanıldığı MSY-dən azad edilməsi barədə” 21 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 21 dekabr 2022-ci il tarixdə, saat 22:30-da Ağsu RPŞ-nin MSY-dən azad edilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 21 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 28 dekabr 2022-ci il tarixli cavabdan görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barəsində heç bir məlumat yoxdur. Zərərçəkmiş şəxs müraciəti əsasında araşdırılan material üzrə Məhkəmə Tibbi Ekspertiza və X16 X41 Ağsu rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 266 saylı rəyindən görünür ki, 1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthində hər hansı bir xəsarət və ya xəsarət izi yoxdur. 15 iyul 2022-ci il tarixli MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X20 Hüquqi Şəxsinin 07 fevral 2023-cü il tarixli, 316 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs əqliintellektual imkanları (yaddaş, diqqət, qavrama, təfəkkür, dərketmə və s.) normaya uyğundur. İnadkarlıq özünə qarşı hörmət tələb etmək, emosionallıq, adaptivlik, situativlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Hadisə zamanı ona qarşı edilən hərəkətləri qavramaq və düzgün dərk etmək qabiliyyətinə malik olmuşdur. Əqli inkişafına, fərdi-psixi xüsusiyyətlərinə və hadisə şəraitinə görə Təqsirləndirilən şəxs hərəkətlərinə qarşı müqavimət göstərmək qabiliyyətinə malik olmuşdur. Psixoloji vəziyyəti norma daxilində olduğundan o, cinayət təqibi üzrə araşdırılmalı halları düzgün qavraya və düzgün ifadə edə bilər. Psixoloji vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Əqli-intellektual imkanlarına görə baş vermiş hadisəni düzgün təsvir etmək qabiliyyətinə malikdir. Fərdi-psixi xüsusiyyətlərində yalan danışmağa meyillilik əlamətləri müəyyən olunmamışdır. Ağsu Rayon Məhkməsinin 13 fevral 2023-cü il tarixli 4(016)-06/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “vəzifədən kənarlaşdırma” qətimkan tədbirinin seçilməsinə dair baş müstəntiq Rəhim Əhmədovun vəsatəti və Ağsu rayon prokuroru baş ədliyyə müşaviri Elnur Cəfərovun təqdimatı təmin edilmiş, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində “vəzifədən kənarlaşdırma” seçilməklə, prosessual məcburiyyət tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X17” X41 xx.xx.2023-cü il tarixli, 74 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs qızlıq pərdəsi pozulmuşdur, pozulma müddəti müayinədən 2 həftədən artıqdır. Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi. Zərərçəkmiş şəxs arxa keçəcəkdə onunla qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilmədi. Tək-tək hallarda qeyri-təbii yolla cinsi əlaqə zamanı xəsarət və ya xəsarət izi aşkar olunmursa bunu məhkəmə-tibbi yolla təyin etmək mümkün deyil. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 28 fevral 2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə CM-in 151-ci maddəsi ilə elan edilmiş ittihama dəyişikliklər edilməklə ona həmin maddə ilə yenidən ittiham edilmişdir. Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadələrində ittiham olunduğu cinayət əməli üzrə Zərərçəkmiş şəxs ilə pul müqabilində cinsi əlaqədə olması, ekspertiza rəyinin təhqiqatçı Taleh Osmanova təqdim edildiyi gündən 7 gün sonra Zərərçəkmiş şəxs onun yanına gələrək işə düzəlməyi xahiş etməsi, Zərərçəkmiş şəxs təhqiqat araşdırması zamanı Aysel Qəhrəmanova ilə barışdığını deyib rəydə heç bir xəsarət göstərməməsini bildirməsi məzmununda öz müdafiəsi üçün gətirdiyi dəlillər istintaq zamanı toplanmış mötəbər sübutlar məcmusu ilə təkzib edilməsi nəzərə alınmış, əməlində CM-in 149-cu maddəsinin tərkib əlamətləri müəyyən olunmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs əməllərində CM-in 308 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayətin tərkib əlamətlərinin olmaması ilə bağlı Ağsu Rayon Prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas Ramazan Məmmədov tərəfindən 13 dekabr 2022-ci il tarixdə qəbul edilmiş qərar nəzərə alınmış, cinayət işi üzrə hər hansı bir şəxsin əməlində CM-in 182-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş, cinayət işi üzrə hər hansı bir şəxsin əməlində CM-in 242-ci maddəsinin tərkib əlamətləri müəyyən edilmədiyindən həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş, iş üzrə Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, şahidlər X6, X7, X24, X2 və X19 ifadələri, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs üzləşdirmə protokolu, şahid X24 ilə şəxs Təqsirləndirilən şəxs üzləşdirmə protokolu, məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 74 saylı rəyi, məhkəmə-psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 316 saylı rəyi, 4 ədəd CD disklər, Zərərçəkmiş şəxs, Aysel Qəhrəmanova tərəfindən döyülməsi barədə Təhqiqat Qrupuna etdiyi müraciəti ilə bağlı Ağsu RPŞ-nin dəftərxanasının arxivindən götürülmüş sənədlərin surətləri sübut növü kimi qiymətləndirilmiş, Zərərçəkmiş şəxs İstintaq Qrupuna təqdim etdiyi 2 ədəd fotoşəkil maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılması nəzərə alınmışdır. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi 20 aprel 2023-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə könüllü surətdə cinsi əlaqədə olmuş, Təqsirləndirilən şəxs tərəfindən ona hədə-qorxu gəlinməmiş, ona qarşı hər hansı şikayəti və tələbi yoxdur. Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(016)-26/2023 nömrəli qərarından görünür ki, Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrə, Təqsirləndirilən şəxs ***-***-**-**, ***-***-**-** və ***-***- **-** saylı mobil nömrələrə, X15 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə, X18 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə, X11 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə və Şahid Səfa oğlunun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə 07 noyabr 2022-ci il tarixdən 30 aprel 2023-cü il tarixədək olan müddət ərzində daxil və xaric olunmuş SMS mətnləri, həmin mobil nömrələrə daxil və xaric olmuş zənglər, aparılmış danışıqlar, həmin nömrələrin anten dairəsi, həmin nömrələrin sahibləri və daxil və xaric olmuş zənglərin aid olduğu nömrələrin sahibləri barədə məlumatların məhkəməyə təqdim edilməsi həmin nömrələrin aid olduğu "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-yə həvalə edilmişdir. Ağsu Rayon Mərkəzi X22 Şəxsinin vəkil Müdafiəçi1 ünvanladığı 27 may 2023-cü il tarixli məktubdan görünür ki, Ağsu şəhər sakini X24 xx.xx.2022-ci il tarixdə “Bədənin müxtəlif nahiyyələrinin deşilib-kəsilmiş çoxsaylı bıçaq yaraları, sol dirsək oynağının arxa çıxığı” diaqnozu ilə xəstəxanaya müraciət etmişdir. Xəstə stasionar müalicəyə cəlb olunmuş, xx.xx.2022-ci il tarixdə müalicəni ambulator qaydada davam etdirməklə evə yazılmışdır. Beləliklə məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının, ekspert rəylərinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs hərəkətində CM-in 151-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibinin mövcudluğu məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamış, onun tərəfindən həmin cinayət əməlinin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmuşdur. Məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixli məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, o, Təqsirləndirilən şəxs ilə könüllü surətdə cinsi əlaqədə olmuş, Təqsirləndirilən şəxs tərəfindən ona hədə-qorxu gəlinməmiş, ona qarşı hər hansı şikayəti və tələbi yoxdur. Həmçinin, ona verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, o, Təqsirləndirilən şəxs ilə könüllü surətdə 4 dəfə cinsi əlaqədə olmuş, onunla görüşəndən sonra hər dəfə Təqsirləndirilən şəxs ona 30-40 manat pul vermişdir. Lakin xx.xx.2023-cü il tarixli məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixli məhkəmə iclası başlamadan öncə Təqsirləndirilən şəxs onu yoldaşı və uşağı ilə təhdid edərək qorxutduğu üçün o, həmin məhkəmə iclasında Anarın adını vermişdir. Şahidla heç bir əlaqəsi olmayıb, telefonla belə danışmamışdır. Lakin Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ona hədə-qorxu gəlindiyini, buna görə də xx.xx.2023-cü il tarixli məhkəmə iclasında yalan izahat vermək məcburiyyətində qaldığını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, 20 aprel 2023-cü il tarixdə Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məhkəmə iclasında iştirak etmək üçün gəlmişlər. Münasibətləri normal idi, Təqsirləndirilən şəxs İlahəni təhdid etməsini görməmiş, Təqsirləndirilən şəxs su içmək üçün otaqlardan birinə daxil olduqda, Zərərçəkmiş şəxs onun ardınca getmişdir. Daha sonra, onlara yaxınlaşaraq içəridə danışa bilməyəcəklərini bildirmiş və onlar çölə çıxaraq söhbətlərini çöldə davam etdirmişlər. Aralarında heç bir gərgin münasibət olduğunu görməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ardınca deyil, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ardınca otağa daxil olaraq, onunla danışmağa cəhd etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, xx.xx.2023-cü il tarixli məhkəmə iclasında müdafiə tərəfinin təşəbbüsü ilə şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, o, 20 aprel 2023-cü il tarixdə “Elit” marketlə “Sanif” marketin arasında İlahənin telefonla danışan zaman polis maşının ona yaxınlaşdığını müstəntiq Rəhim Əhmədovun və digər bir polis əməkdaşının həmin maşından düşərək İlahəni məcburi şəkildə maşına mindirib aparmışlar. Göründüyü kimi, 20 aprel 2023-cü il tarixli məhkəmə iclasında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə könüllü surətdə cinsi əlaqədə olması, Təqsirləndirilən şəxs qarşı hər hansı şikayəti və tələbinin olmaması barədə izahat verməsindən məlumatlı olan Ağsu rayon Polis şöbəsinin müstəntiqi X29 Zərərçəkmiş şəxs Ağsu Rayon Məhkəməsinin inzibati binasından çıxdıqdan sonra o, məcburi şəkildə polis maşınına mindirilərək şöbəyə aparılmışdır. Bundan sonra, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli məhkəmə iclasında izahat verərək xx.xx.2023-cü il tarixdə keçirilmiş iclasında veridiyi izahatın həqiqətə uyğun olmadığını bildirmişdir. Məhkəmə qeyd edir ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Təqsirləndirilən şəxs onunla cinsi əlaqədə olması qarşılığında bədənində olan xəsarətləri daha ağır yazacağını demiş, bundan sonra o da Təqsirləndirilən şəxsla cinsi əlaqədə olmağa məcbur olmuşdur. Lakin iş materiallarında olan Məhkəmə Tibbi Ekspertiza və X16 X41 Ağsu rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 266 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bədənində hər hansı bir xəsarət və ya xəsarət izinin mövcud olması kimi rəy verməmişdir. Bundan əlavə, Zərərçəkmiş şəxs rəyin nəticəsini bildiyi halda belə, Təqsirləndirilən şəxs ilə əlaqəsini kəsməmiş, hətta onunla yenidən cinsi əlaqədə olmuşdur. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, 7-8 ay bundan əvvəl bir xanım ona “Whatsap” vastəsilə şəkillər göndərmiş, o, xanımdan kim olduğunu soruşduqda xanım başqa bir qadının adını verərək, şəkilləri başqa birinə göndərmək istədiyini bildirmişdir. O, xanıma səhv düşdüyünü demiş, xanım ona görüntülü yığmışdır. Bu zaman yanında uşaq da olmuşdur. Səhəri gün xanım ona zəng edərək Ağsuya gələcəyini, görüşüb çay içməyi təklif etmişdir. X37 məxsus “Tukson” markalı maşına əyləşmiş və çay içmək üçün Ağsu dolaylarına qalxmışlar. Bir az getdikdən sonra polis əməkdaşları onu saxlayıb polis şöbəsinə gətirmişlər. Daha sonra, ona 50 manat cərimə yazılmış və cəriməni ödədikdən sora onu buraxmışlar. O, həmin xanımın məhkəmə zalında əyləşən Zərərçəkmiş şəxs olduğunu və bununla bağlı Azərbaycan Respublikasının Prezidentinə, Ombudsmana və Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciətlər etdiyini bildirmişdir. Məhkəmənin sorğusu əsasında Ağsu rayon Polis şöbəsi tərəfindən məhkəməyə göndərilən 15 iyul 2022-ci il tarixli MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. Bundan əlavə, məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən məhkəməyə göndərilən sənədlərdən görünür ki, X9 izahatında göstərdiyi hallarla bağlı həqiqətən də bir sıra dövlət qurumlarına mürciətlər edərək həmin halların araşdırılmasını xahiş etmişdir. Şahid qismində dindirilmiş X14 isə ifadəsində göstərmişdir ki, “Çənlibel” kafesini işlədir. Bir dəfə ona zəng edilərək şər atılacağını, ora İlahə adında bir xanım gələcəyini bildirmişlər. O, kafeyə getmiş, orada İlahə və ondan başqa iki xanımın olduğunu, uyğun olmayan geyim geyindiklərini və yelləncəkdə yelləndiklərini görmüşdür. Ofisiantlardan bunları soruşmuş, ofisiant ona qızların çay içdiklərini, kimisə gözlədiklərini, axşam yemək yeyəcəklərini bildirmişdir. O, ofisianta qızlara yemək olmadığını, kafeni bağladıqlarını deməsini bildirmiş, daha sona ofisiant ona xəbər vermişdir ki, həmin qızlar telefonla danışmış, yanlarına bir cavan oğlan gəlmiş və birgə çay içib, onun maşını ilə çıxıb getmişlər. Məhkəmə şahid qismində dindirilmiş X11 ifadəsi ilə bağlı qeyd edir ki, məhkəmə iclasında o, bildirmişdir ki, onu heç kim bıçaqlanmayıb, yıxılıb xəsarət almış və qolu sınmışdır. Lakin iş materiallarında olan Ağsu Rayon Mərkəzi X22 Şəxsinin vəkil Müdafiəçi1 ünvanladığı 27 may 2023-cü il tarixli məktubdan görünür ki, Ağsu şəhər sakini X24 xx.xx.2022-ci il tarixdə “Bədənin müxtəlif nahiyyələrinin deşilib-kəsilmiş çoxsaylı bıçaq yaraları, sol dirsək oynağının arxa çıxığı” diaqnozu ilə xəstəxanaya müraciət etmiş, xəstə stasionar müalicəyə cəlb olunmuş, xx.xx.2022-ci il tarixdə müalicəni ambulator qaydada davam etdirməklə evə yazılmışdır. Göründüyü kimi, X24 məhkəməyə verdiyi ifadəsində səmimi olmamış, məhkəməyə yalan məlumat verməklə ifadəsində göstərdiklərini şübhə altına almışdır. "xxxx" MMC-dən daxil olmuş telefon məlumatlarıdan müəyyən edildi ki, Ağsu rayon Polis şöbəsinin post-patrul xidməti bölüyünün manqa komandiri Şahid istifadəsində olan ***-***-**-** saylı və Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrələr arasında telefon danışıqları həyata keçirilmişdir. Belə ki, Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə vasitəsilə Şahid istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə, saat 14:49:19-da zəng etməklə 415 saniyə, xx.xx.2022-ci il tarixdə, saat 15:00:58-də zəng etməklə 79 saniyə, xx.xx.2022-ci il tarixdə, saat 15:03:37-də zəng etməklə 61 saniyə, xx.xx.2022-ci il tarixdə, saat 17:13:04-də zəng etməklə 124 saniyə, xx.xx.2022-ci il tarixdə, saat 20:31:09-da zəng etməklə 65 saniyə, xx.xx.2022-ci il tarixdə, saat 09:08:32-də zəng etməklə 152 saniyə, xx.xx.2022-ci il tarixdə, saat 09:08:32-də zəng etməklə 152 saniyə, xx.xx.2022-ci il tarixdə, saat 10:33:25-də zəng etməklə 112 saniyə, xx.xx.2022-ci il tarixdə, saat 12:15:18-də zəng etməklə 143 saniyə, xx.xx.2022-ci il tarixdə, saat 17:22:26-da zəng etməklə 29 saniyə, xx.xx.2022-ci il tarixdə, saat 09:58:22-də zəng etməklə 52 saniyə, xx.xx.2022-ci il tarixdə, saat 10:11:44-də zəng etməklə 54 saniyə, xx.xx.2022-ci il tarixdə, saat 12:50:28-də zəng etməklə 79 saniyə, xx.xx.2022-ci il tarixdə, saat 12:55:45-də zəng etməklə 229 saniyə, xx.xx.2022-ci il tarixdə, saat 14:14:41-də zəng etməklə 45 saniyə, xx.xx.2022-ci il tarixdə, saat 14:58:17-də zəng etməklə 122 saniyə, xx.xx.2022-ci il tarixdə, saat 17:35:20-də zəng etməklə 106 saniyə, xx.xx.2022-ci il tarixdə, saat 09:21:52-də zəng etməklə 24 saniyə, xx.xx.2022-ci il tarixdə, saat 14:27:12-də zəng etməklə 94 saniyə, xx.xx.2022-ci il tarixdə, saat 17:31:45-də zəng etməklə 209 saniyə ərzində telefon danışıqları həyata keçirmişlər. Bundan əlavə, Ağsu rayon Polis şöbəsinin post-patrul xidməti bölüyünün manqa komandiri Şahid istifadəsində olan ***-***-**-** saylı mobil nömrə vasitəsilə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə, saat 18:06:46-da zəng etməklə 15 saniyə, xx.xx.2022-ci il tarixdə, saat 23:23:46-da zəng etməklə 279 saniyə, xx.xx.2022-ci il tarixdə, saat 09:56:09-da zəng etməklə 106 saniyə, xx.xx.2022-ci il tarixdə, saat 10:01:55-də zəng etməklə 37 saniyə, xx.xx.2022-ci il tarixdə, saat 10:45:58-də zəng etməklə 37 saniyə, xx.xx.2022-ci il tarixdə, saat 09:09:35-də zəng etməklə 55 saniyə ərzində, həmçinin növbəti günlərdə də telefon danışıqları həyata keçirmişlər. Məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli məhkəmə iclasında, Şahid xx.xx.2023-cü il tarixli məhkəmə iclasında izahat verərkən bir-birilərini tanımadıqlarını və aralarında heç vaxt telefon danışıqları olmadığını bildirmişlər. Lakin göründüyü kimi, Təqsirləndirilən şəxs şəkilləri çəkilən gündən bir gün əvvəl, yəni xx.xx.2022-ci il tarixdə, şəkillər çəkilən gün, yəni xx.xx.2022-ci il tarixdə və sonrakı günlərdə Şahid və Zərərçəkmiş şəxs istifadələrində olan mobil nömrələr vasitəsilə birbirilərinə zəng edərək aralarında telefon danışıqları aparmışlar. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli məhkəmə iclasında verdiyi izahatı (Ağsu rayon Polis şöbəsinin əməkdaşı ilə telefon vasitəsilə danışmış, lakin həmin şəxsin Şahid olduğunu bilməmişdir.) məhkəməni yanıltmaq olmuşdur. Belə ki, Şahid və Zərərçəkmiş şəxs arasında bir neçə gün ərzində və günün müxtəlif vaxtlarında dəfələrlə telefon danışıqlarının olması, ilk zəngin xx.xx.2022-ci il tarixdə, saat 14:49:19-da Zərərçəkmiş şəxs tərəfindən Şahid edilməklə 7 dəqiqəyə yaxın bir-biri ilə danışmaları "xxxx" MMC-dən daxil olmuş telefon məlumatları ilə təsdiq edilir və Zərərçəkmiş şəxs ilk dəfə özünün zəng etdiyi və dəfələrlə telefon əlaqəsi saxladığı adamın kim olduğunu bilməməsi inandırıcı deyil. Bundan əlavə, xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, üçüncü dəfə cinsi əlaqədə olandan sonra Zahir özü ona demişdir ki, rəydə xəsarət almasına dair heçnə yazmayacaq. Sübutu olmadığı üçün Təqsirləndirilən şəxs ilə dördüncü dəfə görüşmüşdür ki, görüşüb səsini yazsın və daha sonra polisə şikayət eləsin. Lakin Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində verdiyi izahatlarında göstərmişdir ki, Təqsirləndirilən şəxs onunla sanki fahişə formasında danışması onda əsəb yaratmış, bundan təsirlənərək onun şəkillərini çəkməyə qərar vermiş və daha sonra onun barəsində şikayət etmişdir. Göründüyü kimi, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs şəkillərini çəkməsi və onun barəsində şikayət etməsi ilə bağlı səbəblərinə dair ziddiyyətli izahatlar vermişdir. Həmçinin, "xxxx" MMC-dən daxil olmuş telefon məlumatlarından müəyyən edilmişdir ki, Şahid və Zərərçəkmiş şəxs arasında zənglər ilk dəfə xx.xx.2022-ci il tarixdə (Təqsirləndirilən şəxs şəkilləri çəkilən gündən, yəni xx.xx.2022-ci il tarixdən bir gün əvvəl) başlamış və ondan sonra mütəmadi olaraq davam etdirilmişdir. Yuxarıda göstərilənlər Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə könüllü surətdə cinsi əlaqədə olmasını hesab etməyə əsas verir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə ərizə ilə Ağsu rayon Polis şöbəsinə müraciət edərək xx.xx.2022-ci il tarixdə, saat 11 radələrində Ağsu rayon sakini Aysel adlı şəxslə aralarında yaranmış münaqişə zamanı onun tərəfindən döyüldüyünü bildirərək, qanuni tədbir görülməsini xahiş etmişdir. Onun müraciəti əsasında araşdırılan material üzrə Zərərçəkmiş şəxs bədən xəsarətlərinin olubolmaması, olduğu təqdirdə həmin xəsarətlərin sağlamlığına zərər vurulması dərəcəsi və əmələ gəlmə şəraitinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertizasının təyin edilməsi haqqında qərar qəbul edilmiş və qərarın icra edilməsi üçün Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına göndərilmişdir. 07 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs müayinə etmiş, ekspertiza xx.xx.2022-ci il tarixdə başa çatmış və Məhkəmə Tibbi Ekspertiza və X16 X41 Ağsu rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 266 saylı rəyində 1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthində hər hansı bir xəsarət və ya xəsarət izinin olmaması göstərilmişdir. Ekspertizanın bitməsindən bir neçə gün sonra təqsirləndirilən şəxs Hüseynov X12 İlahə Mehman qızı ilə Məhkəmə Tibbi Ekspertiza və X16 X41 Ağsu rayon şöbəsinin inzibati binasındakı xidməti otağına bitişik digər otaqda, ümumilikdə dörd dəfə təbii yolla cinsi əlaqədə olmuşdur. Lakin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs maddi və ya sair asılılığından istifadə etməklə onu cinsi əlaqəyə girməyə məcbur etməsi məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. CPM-in 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hüseyn və başqaları Azərbaycana qarşı» iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, şahidlərin müxtəlif vaxtlarda verdikləri ifadələri arasındakı uyğunsuzluqlar, habelə ittiham tərəfinin təqdim etdiyi müxtəlif növ dəlillər arasındakı ciddi uyğunsuzluqlar şahidlərin etibarlılığına və ifadələrinin sübut qismində dəyərinə etiraz etmək üçün ciddi əsas yaradır. Belə etiraz özlüyündə işin faktoloji hallarına həmin ifadələr əsasında verilmiş qiymətə və son nəticədə məhkəmə araşdırmasının nəticəsinə təsir göstərə bilən etirazdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. CPM-in 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-in 42.1-ci maddəsinə görə, cinayət hadisəsi olmadıqda, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda, şəxsin cinayətin törədilməsinə aidiyyatı olmadıqda, onun təqsirliliyi sübuta yetirmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. CPM-in 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. CPM-in 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Məhkəmə həmçinin cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” və “vəzifədən kənarlaşdırma” növündə qətimkan tədbirləri ləğv edilməli, ondan məhkəmə xərcləri tutulmamalıdır. İş üzrə maddi sübut kimi tanınmış – Zərərçəkmiş şəxs İstintaq Qrupuna təqdim etdiyi 02 ədəd fotoşəkillər cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 80 saat hüquqi yardıma görə 480 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi1 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə və CPM-in 42, 344-350, 352, 353, 356, 358, 381, 384 və 385-ci maddələrinə əsasən, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs CM-in 151-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” və “vəzifədən kənarlaşdırma” növündə qətimkan tədbirləri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış – Zərərçəkmiş şəxs İstintaq Qrupuna təqdim etdiyi 02 ədəd fotoşəkillər cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 80 saat hüquqi yardıma görə 480 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi1 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №1(016)-4/2024
Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-4/2024
29.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver