Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 1(016)-4/2025 10.10.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X30 Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəbrayılova Könül Alov qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X8, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 və onun müdafiəçisi X10, Təqsirləndirilən şəxs və onun hüquqlarını müdafiə edən fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1989-cu il tarixdə Ağsu rayonu Ağabəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Ağsu rayonu Ağabəyli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində 07 fevral 2024-cü il tarixli qərarla başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, o, 30 oktyabr 2023-cü il tarixdə saat 09 radələrində Ağsu-Bico-Göylər avtomobil yolunun Ağsu rayonu Çaparlı kəndinin yaxınlığından keçən hissəsində AE 958329 nömrəli, BC kateqoriyalı sürücülük vəsiqəsi və etibarnamə əsasında, ayıq halda idarə etdiyi “Kamaz 5511 yük” markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Ağsu rayonu Bico kəndi istiqamətində hərəkətdə olarkən «Yol-hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda qeyd edilən tələbə əməl etməyərək həmin vaxt Şahid3 idarə etdiyi “VAZ-21063” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilini əks istiqamətli hərəkət zolağına keçməklə ötmə əməliyyatı edib əks hərəkət zolağında hərəkətdə olan Zərərçəkmiş şəxs2 idarə etdiyi “Kamaz 55111 yük” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə qarşı-qarşıya toqquşması nəticəsində, ehtiyatsızlıqdan zərərçəkmiş Zərərçəkmiş şəxs2 sağ əlin İİ-İİİ barmağın uc falanqalarında əzilmiş-cırılmış yaralar, dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlərin, eləcə də sağ saidin 1/3-nin yan-arxa səthində dəri və yumşaq toxumaların geniş ölçülü əzilmişcırılmış yaraları ilə müşahidə edilən mil sinirinin postravmatik neyropatiyası ilə nəticələnən, dərəcəsinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlərin, idarə etdiyi avtomobilində sərnişin qismində əyləşmiş zərərçəkmiş Zərərçəkmiş şəxs1 ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən, sağ bud sümüyünün orta 1/3 nahiyəsindən amputasiyası ilə nəticələnən xəsarətin yetirilməsinə səbəb olaraq yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Bununla da Təqsirləndirilən şəxs CM-nin 263.1-1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əvvəlcə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, məlum yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb Zərərçəkmiş şəxs2 olmuşdur. Onun həmin hadisənin baş verməsində heç bir təqsiri yoxdur. Bildirmişdir ki, Ağsu rayonu Ağabəyli kəndində ailə üzvlərilə birlikdə yaşayır. “Kamaz 5511” markalı **-LK- *** dövlət qeydiyyat nişanlı yük avtomobili atasının adına qeydiyyatdadır. O, həmin avtomobili etibarnamə əsasında idarə edir. Zərərçəkmiş şəxs2 həmkəndlisidir. Zərərçəkmiş şəxs1 əvvəlcədən tanıyırmış. “Kamaz 5511” markalı **-LK-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə pul qarşılığında yük daşıyır. Mahiyyəti üzrə bildirmişdir ki, 30 oktyabr 2023-cü il tarixdə saat təxminən 09 radələrində Ağsu rayonu Navahı kəndi ərazisində imiş. Bu zaman Zərərçəkmiş şəxs1 ona yaxınlaşaraq yük avtomobili ilə onu yaşadığı Şamaxı rayonu Bağırlı kəndi tərəfə aparmasın xahiş etmişdir. O, Çoşqun Quluyevlə razılaşmış və Çoşqun Quluyev yük avtomobilinin kabinasında əyləşmişdir. Bundan sonra saat təxminən 09:20 radələrində “Kamaz 5511” yük markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Ağsu-Bico-Göylər yolunda Ağsu rayon Bico kəndi istiqamətində hərəkət etməyə başlamışdır. Həmin vaxt qabaqdan “Vaz 2106” markalı avtomobil gəlirmiş. Həmin avtomobilin arxasında bir “Kamaz” markalı avtomobil gəlirmiş. Onu görmüşdür ki, “Kamaz” markalı avtomobil qarşında hərəkətdə olan minik avtomobilini ötmək üçün onun yoluna çıxaraq hərəkəti davam etdirmişdir. Öz yoluna qayıtmadığından bu anda o, özünə qarşı təhlükəni görüb tormozlama edərək avtomobilini öz hərəkət etdiyi yolun sağ kənarına çəkmişdir. Maşını dayanma anında toqquşma baş vermişdir.Onun üçün təhlükə yarananda o, maşınını hərəkət yolunun soluna çəksə imiş o zaman minik maşını ilə onun maşını qarşı qarşıya toqquşarmış. Minik maşınındakı şəxslər sağ qalmzamış. Ona görə ki, onun maşını ağır tonnajlı və yüklü imiş. Həmçinin minik maşını toqquşma olanda yanından keçib getmiyibmiş.Həmin minik maşınının sürəti hadisə vaxtı 50-60 az ola bilməzmiş. Onun verdiyi ilkin izahatında və ifadəsində onun üçün təhlükə yaranan anda ara məsafəsinin 60-70 metr olması fikri o vaxt həyəcanlı olduğundan və təkidlə soruşulduğundan o, onu başından olması üçün eləbelə deyibmiş. Çünki fikirləşibmiş ki, hadisə onun yolunda olmuşdur. Hadisə yerinə gələnlərin hamısı onun günahının olmadığını deyirmiş.Təhlükə yaranan anda maşınını yavaşlatmış və dayanma anında toqquşma olmuşdur. Qarşıdan gələn “Kamaz” onun avtomobilinin qabaq sağ orta hissəsindən çırpılaraq kabinasını sağa doğru əymişdir. Onun maşını tam yüklü olduğundan tormozlamanı dibə qədər eləsəymiş maşını aşarmış. Ona görə də bacardığı qədər tormozlamayla dayanma həddinə çatdırmışdır. Əlavə olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs2 ötmə edən zaman onunla arasında olan məsafəni dəqiq deyə bilməz. Toqquşma anında idar etdiyi avtomobil dayanmaq üzərə imiş. Son olaraq özünü təqsirli bildiyini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxslərlə barışmasını, zərər çəkmiş şəxslərə dəymiş ziyanı tam ödəməsini, sonuncuların ona qarşı şikayət və tələblərinin olmamasını nəzərə alaraq məhkəmədən barəsində olan CM-in 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilməsini xahiş etdi və bu barədə ərizəni məhkəməyə təqdim etdi. Təqsirləndirilən şəxsin müdafiəçisi hüquqlarını müdafiə etdiyi şəxsin özünü təqsirli bildiyini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxslərlə barışmasını, zərər çəkmiş şəxslərə dəymiş ziyanı tam ödəməsini, sonuncuların ona qarşı şikayət və tələblərinin olmamasını nəzərə alaraq nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, o, Şamaxı rayonu Bağırlı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs2 məlum hadisədən sonra tanımışdır. Təqsirləndirilən şəxs əvvəlcədən tanıyır. Mahiyyəti üzrə bildirmişdir ki, 30 oktyabr 2023-cü il tarixdə saat təxminən 09 radələrində Ağsu rayonu Navahı kəndi ərazisində yaşadığı kəndə getmək məqsədilə Təqsirləndirilən şəxs “Kamaz” markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə əyləşmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Kamaz” markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı yük avtomobil ilə Ağsu-Bico-Göylər yolunda Ağsu rayon Bico kəndi istiqamətində hərəkət etməyə başlamışlar. Ağsu rayon Çaparlı kəndinin yaxınlığında hərəkətdə olan zaman yolun əks istiqamətli hərəkət zolağında tünd rəngli, “Vaz 2106” markalı avtomobilin hərəkətdə olduğunu görmüşlər. Bu vaxt Zərərçəkmiş şəxs2 idarə etdiyi “Kamaz” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə əks hərəkət zolağına çıxmaqla “Vaz 2106” markalı avtomobili ötmüşdür. Lakin Zərərçəkmiş şəxs2 ötmə əməliyyatını başa çatdırdıqdan sonra öz hərəkət etməli olduğu zolağa geri qayıtmamışdır. Zərərçəkmiş şəxs2 onların hərəkət etdiyi zolaqla üzərinə doğru hərəkət etməyə davam etmişdir. Təqsirləndirilən şəxs toqquşacaqlarını görüb yük avtomobilinin sağa doğru hərəkət etdirmişdir. Zərərçəkmiş şəxs2 isə idarə etdiyi “Kamaz” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə üzərlərinə gələrək Təqsirləndirilən şəxs idarə etdiyi yük avtomobili ilə toqquşmuşdur. Bundan sonra o, avtomobilin kabinasında sıxışıb qalmışdır. Daha sonra Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 avtomobillərindən yerə düşmüşlər. Daha sonra oraya əvvəlcədən tanıdığı Ağsu rayonu Ləngəbiz kənd sakini olan Elməddin adlı şəxs gəlmiş və onu sıxışdığı yerdən çıxarmışdır. Bundan sonra təcili tibbi yardım avtomobilinə mindirilmiş və təcili tibbi yardım avtomobili ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına aparılmışdır. Toqquşma vaxtı Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobillər hərəkətdə olmuş, Təqsirləndirilən şəxs idarə etdiyi yük avtomobili dayanmamış, Təqsirləndirilən şəxs hərəkət etidiyi sürətlə Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobillə toqquşmuş, Təqsirləndirilən şəxs yük avtomobilini toqquşmadan əvvəl və toqquşma zamanı təxminən 30-40 km/saat sürətlə idarə etmiş, Zərərçəkmiş şəxs2 idarə etdiyi yük avtomobili ilə Şahid3 idarə etdiyi “Vaz 21063” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili ötüb keçən zaman Təqsirləndirilən şəxs idarə etdiyi “Kamaz 5511 yük” markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə arasında təxminən 80-100 metr məsafə var imiş. Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın tam ödənildiyini və bunların nəzərə alınmasını xahiş etdiyini bildirmiş və ozü tərəfindən imzalanmış ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, o, Ağsu rayonu Ağabəyli kəndində ailə üzvlərilə birlikdə yaşayır. X1 mülkiyyətində olan, “Kamaz 55111 yük” markalı, qırmızı rəngli, **-BG-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini etibarnamə əsasında idarə edirmiş. O, həmin yük avtomobili ilə X9 məxsus daş karxanasında sürücü kimi çalışır. Mahiyyəti üzrə bildirmişdir ki, Təqsirləndirilən şəxs həmkəndlisidir. O, Zərərçəkmiş şəxs1 məlum hadisədən sonra tanımışdır.30 oktyabr 2023cü il tarixdə təxminən saat 09:30 radələrində etibarnamə əsasında idarə etdiyi, “Kamaz 55111” yük markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Ağsu-Bico-Göylər avtomobil yolunda, Ağsu şəhəri istiqamətində hərəkətdə imiş. Bu zaman qarşımda hərəkətdə olan, adını sonradan öyrəndiyi Şahid3 idarə etdiyi “Vaz 21063” markalı, **-BD- *** dövlət qeydiyyat nişanlı avtomobili ötüb keçmişdir. O, ötməni başa çatdırmış, lakin öz hərəkət etməli olduğu zolağa geri qayıda bilməmişdir. Bu zaman Təqsirləndirilən şəxs idarə etdiyi, **-LK-*** dövlət qeydiyyat nişanlı, “Kamaz” markalı yük avtomobili ilə qarşıqarşıya toqquşmuşdur. Zərbənin təsirindən qolundan xəsarət almışdır. O, dərhal avtomobilindən yerə düşmüşdür. Daha sonra Təqsirləndirilən şəxs yük avtomobilinə yaxınlaşıb qapısını açaraq Təqsirləndirilən şəxs avtomobilindən aşağı düşürmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs1 sıxışıb avtomobildə qaldığını görmüşdür. Bundan sonra o, yerdə əyləşib hadisənin təsirindən çıxmağa çalışmışdır. Daha sonra oraya gəlmiş şəxslər Zərərçəkmiş şəxs1 və onu təcili tibbi yardım avtomobilinə mindirmişlər və Ağsu rayon Mərkəzi Xəstəxanasına aparılmışlar. Zərərçəkmiş şəxs2 əlavə olaraq bildirmişdir ki, o, idarə etdiyi yük avtomobili ilə Şahid3 idarə etdiyi “Vaz 21063” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili ötüb keçən zaman Təqsirləndirilən şəxs idarə etdiyi “Kamaz 5511 yük” markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə arasında təxminən 150- 160 metr məsafə var imiş. Toqquşma vaxtı Təqsirləndirilən şəxs idarə etdiyi yük avtomobili hərəkətdə imiş. Toqquşmadan əvvəl və toqquşan zaman o, avtomobilini təxminən 50-60 km/saat sürətlə idarə edirmiş. Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın tam ödənildiyini bildirmiş və ozü tərəfindən imzalanmış ərizəni məhkəməyə təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə CM-nin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. - “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, 30 oktyabr 2023-cü il tarixdə saat 10:05-dən saat 11:00-dək yolnəqliyyat hadisəsi yerinə baxış keçirilmiş, baxış zamanı nəqliyyat vasitələrinin toqquşma yerinin Ağsu-Bico-Göylər avtomobil yolunun Ağsu rayon Çaparlı kəndinin yaxınlığından keçən hissəsi olması, Ağsu-Bico-Göylər avtomobil yolunun hərəkət hissəsi 08 (səkkiz) metr enində asfalt örtükdən ibarət olmaqla, quru, düz və nahamar olması, hadisə yerinin yaşayış məntəqəsindən kənarda yerləşməsi, “Kamaz 55111 yük” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı və “Kamaz 5511 yük” markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı yük avtomobili qarşı-qarşıya toqquşmaları, hadisədən əvvəl “Kamaz 5511” markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı yük avtomobili Ağsu rayonu Bico kəndi istiqamətində hərəkətdə, “Kamaz 55111 yük” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil isə Ağsu şəhəri istiqamətində hərəkətdə olması, toqquşmuş avtomobillərin hadisədən sonrakı koordinatlarının – “Kamaz 55111 yük” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun hərəkət hissəsinin sağ kənarına 02 metr çıxmış olması, “Kamaz 5511 yük” markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol təkəri yolun hərəkət hissəsinin sol kənarına 06 metr məsafədə, qabaq sol təkəri yolun hərəkət hissəsinin sol kənarına 6 metr 50 sm məsafədə yerləşməsi, hadisə vaxtı hər iki avtomobilin texniki cəhətdən saz vəziyyətdə olması, “Kamaz 5511 yük” markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobilin banında çınqıl olması və “Kamaz 55111 yük” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobildə əlavə yük olmaması müəyyən edilmişdir. Foto şəkillər və hadisə yerinin sxemi protokola əlavə edilmişdir. - AE 958329 nömrəli sürücülük vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1989-cu il tarixdə Ağsu rayonunda anadan olmuş Təqsirləndirilən şəxs B, C kateqoriyalı sürücülük vəsiqəsi vardır. - Nəqliyyat vasitəsinin AD№713821 nömrəli qeydiyyat şəhadətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, “KAMAZ 5511 YÜK” markalı, 10LK832 dövlət qeydiyyat nişanlı avtomobil X3 məxsusdur. - ƏN-V№196057 saylı, xx.xx.2020-ci il tarixli Nəqliyyat vasitələrindən İstifadə edilməsi haqqında Etibarnamənin təsdiq edilmiş surətindən görünür ki, X6 “KAMAZ 5511 YÜK” markalı, 10LK832 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ xx.xx.2025-ci il tarixədək Təqsirləndirilən şəxs verilmişdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X33 İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-16/212-3967/2023 saylı məktubundan görünür ki, BDYPİ-nin mərkəzi informasiya sistemində xx.xx.1998-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 adına xx.xx.2021-ci il tarixdən xx.xx.2031-ci il tarixədək etibarlılığı olan BC 952171 saylı sürücülük vəsiqəsi, xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs adına xx.xx.2015-ci il tarixdən xx.xx.2025ci il tarixədək etibarlılığı olan AE 958329 saylı sürücülük vəsiqəsi mövcuddur. “Kamaz 55111” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil Ağsu rayonu Aağabəyli kənd sakini X7 adına, “Kamaz 5511” markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 adına qeydiyyatdadır. “Kamaz 55111” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs2 adına xx.xx.2023-cü il tarixdən xx.xx.2031-ci il tarixədək, “Kamaz 5511” markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs adına xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddətdə etibarnamə ilə istifadə edilir. - xx.xx.2023-cü il tarixli, 794 nömrəli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 12:00-da sərxoş deyildir. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X32 “Ağsu Rayon Mərkəzi Xəstəxanası” X26 28 noyabr 2025-ci il tarixli 18-1-25/2-888/23 nömrəli məktubundan görünür ki, Ağsu rayonu, Ağabəyli kənd sakinləri Təqsirləndirilən şəxs “Sağ göz üstü nahiyyəsinin sıyrılıb cırılmış yarası” diaqnozu ilə, Zərərçəkmiş şəxs2 “Sağ saidin çoxsaylı əzilib didilmiş yarası, sağ əl İİ-İİİ barmağın əzilib didilmiş yarası. Sağ əl İİ-İİİ barmağın distal sümüyünün qapalı sınığı” diaqnozu ilə, Şamaxı rayonunun Bağırlı kənd sakini X14 “Sağ budun 1/3-nin sağ incik sümüyünün boyunun qapalı sınığı, sağ içəri topuğun açıq qəlpəli yerini dəyişmiş sınığı, sağ saidin əzilib cırılmış yaraları” diaqnozu ilə “Ağsu RMX” PHŞ-nə müraciət etmiş, müvafiq tibbi yardım götərilmişdir. - Zərərçəkmiş şəxs qismində tanınma haqqında 28 noyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nmrəli cinayət işi üzrə X14 zərərçəkmiş şəxs qismində tanınmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X12 X26 xx.xx.2023-cü il tarixli 233 nömrəli canlı şəxsin ekspertizası rəyindən görünür ki, məhkəmətibbi ekspertizası zamanı Təqsirləndirilən şəxs bədən səthində sol gözün yuxarı qapaq nahiyəsində çapıq xəsarəti aşkar edilmişdir. Qeyd olunan xəsarət küt əşya təsirindən törənmişlər, törənmə müddətləri qararda göstərilən vaxta - yəni xx.xx.2023-cü il tarixdə avtomobil qəzası zamanı əmələ gəlməsi inkar edilmir. Ağırlıq dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər aşkar edilmişdir. Həmçinin ekspertiza zamanı Təqsirləndirilən şəxs sağ baldırın yuxarı-orta 1/3-nin ön hissəsində sıyrıq izləri xəsarəti aşkar edilmişdir. Qeyd olunan xəsarət küt əşya təsirindən törənmişlər, törənmə müddətləri qararda göstərilən vaxta - yəni xx.xx.2023-cü il tarixdə avtomobil qəzası zamanı əmələ gəlməsi inkar edilmir. Ağırlıq dərəcəsinə görə sağlamlığa zərərvurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X12 X26 xx.xx.2023-cü il tarixli 234 nömrəli canlı şəxsin ekspertizası rəyindən görünür ki, məhkəmətibbi ekspertizası zamanı 1998-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 bədəni üzərində sağ saidin yuxarı 1/3-nin yan-arxa səthində dəri və yumşaq toxumaların geniş ölçülü əzilmişcırılmış yaraları ilə müşahidə edilən mil sinirinin postravmatik neyropatiyası ilə müşayiət olunan, bərk əşyanın təsirindən törənmiş, avtomobil qəzası zamanı əmələ gəlməsi inkar edilməyən, törənmə müddəti 30 oktyabr 2023-cü il tarixə uyğun gələn, dərəcəsinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər aşkar edilmişdir. Həmçinin ekspertiza zamanı Zərərçəkmiş şəxs2 bədəni üzərində sağ əlin İİ-İİİ barmağın uc falanqalarında əzilmiş-cırılmış yaraları ilə müşahidə edilən, bərk əşyanın təsirindən törənmiş, avtomobil qəzası zamanı əmələ gəlməsi inkar edilməyən, törənmə müddəti 30 oktyabr 2023-cü il tarixə uyğun gələn, dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər aşkar edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X12 X26 xx.xx.2023-cü il tarixli 251 nömrəli canlı şəxsin ekspertizası rəyindən görünür ki, məhkəmətibbi ekspertizası zamanı Zərərçəkmiş şəxs1 bədən səthində sağ bud sümüyünün orta 1/3 nahiyəsindən amputasiyası xəsarəti aşkar edilmişdir. Qeyd olunan xəsarət küt-bərk əşyanın təsirindən törənmişlər, törənmə müddəti qararda göstərilən vaxta - yəni xx.xx.2023-cü il tarixdə avtomobil qəzası zamanı əmələ gəlməsi inkar edilmir. Ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. - Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə CM-nin 263.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi üzrə əməl həmin məcəllənin 263.1-1-ci maddəsinə tövsif edilmişdir. - Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 arasında Üzləşdirmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, ibtidai istintaq zamanı verdikləri ifadələrə uyğun ifadələr vermişlər və ifadələrində dediklərini bir birinin üzünə demişlər. - X14 ilə Zərərçəkmiş şəxs2 arasında Üzləşdirmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, ibtidai istintaq zamanı verdikləri ifadələrə uyğun ifadələr vermişlər və ifadələrində dediklərini bir birinin üzünə demişlər. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 dekabr 2023-cü il tarixli, 8/3625 nömrəli məhkəmə-yol nəqliyyat hadisələri rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara görə Kamaz 55111 markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən göstərilən şəraitdə Kamaz 5511 markalı, ** LK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Ekspertiza xərci 128 manat müəyyən edilmişdir. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X32 “Ağsu Rayon Mərkəzi Xəstəxanası” X26 xx.xx.2025-ci il tarixli 18-1-25/2-163/24 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ruhi-əsəb və narkomaniya xəstəliklərinə görə “Ağsu RMX” PHŞ-nə müraciət etməmiş, dispanser qeydiyyata götürülməmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - Ağsu RİH Başçısının Çaparlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi xx.xx.2024-cü il tarixli 5-34-16/2-3-26/2024 nömrəli Arayışından görünür ki, Təqsirləndirilən şəxs Ağsu rayonunun Ağabəyli kəndində qeydiyyatdadır və yaşayır. Ailə tərkibi: arvadı – xx.xx.1994-cü il təvəllüdlü X15, oğlu – xx.xx.2014-cü il təvəllüdlü X21, oğlu – xx.xx.2015-ci il təvəllüdlü X22, oğlu – xx.xx.2021-ci il təvəllüdlü X17r. - Ağsu RİH Başçısının Çaparlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən təqdim edilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. - “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə CM-in 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmiş, Zərərçəkmiş şəxs2 cinayət məsuliyyətindən azad edilmiş, Zərərçəkmiş şəxs2 iş üzrə zərərçəkmiş şəxsi qismində tanınmış, Zərərçəkmiş şəxs2 barəsində İXM-in 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Ağsu rayon X19 X29 göndərilmiş, Təqsirləndirilən şəxs əməlində CM-in 264-cü maddəsində nəzərdə tutulan cinayətin tərkibi olmadığından onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs2 əməlində CM-nin 264-cü maddəsində nəzərdə tutulan cinayətin tərkibi olmadığından onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs yol-nəqliyyyat hadisəsi zamanı dərəcələri təyin edilməyən xəsarət alması faktına görə Zərərçəkmiş şəxs2 barəsində cinayət təqibinin başlanması rədd edilmiş, xidmətlərin yerinə yetirilməsinə görə işəgötürənin Zərərçəkmiş şəxs2lə əmək müqaviləsi bağlayıb-bağlamaması, eləcə də digər halların araşdırılması məqsədilə cinayət işinin materiallarından ayrıca icraata material ayrılaraq araşdırma aparılması üçün Ağsu rayon Prokurorluğuna göndərilmiş, Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olması ЪМ-nин 59.1.4-ъü маддясиня ясасян onun cəzasını yüngülləşdirən hal olması nəzərə alınmış, cinayət işi üzrə dindirilmiş şahidlərin ifadələri, 30 oktyabr 2023-cü il tarixli, yolnəqliyyat hадисяsi йеринə бахыш кечирилməsi haqqında protokol, Azяrbaycan Respublikası Яdliyyя Nazirliyinin Mяhkяmя Ekspertizası Mяrkяzinin yol-nəqliyyat hadisələrinin ekspertizasının 25 dekabr 2023-cü il tarixli, 8/3625 saylı ekspert rəyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X18- Təcrübi və X20 rayon şöbəsinin 17 noyabr 2023-cü il tarixli, 233 nömrəli ekspert rəyi, 17 noyabr 2023-cü il tarixli, 234 nömrəli ekspert rəyi və 30 noyabr 2023-cü il tarixli, 251 saylı rəyi sübut kimi qiymətləndirilmişdir. - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nmrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmişdir. - “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 aprel 2024-cü il tarixli, 8/1113 nömrəli məhkəmə-yol nəqliyyat hadisələri rəyindən görünür ki, İstintaq tərəfindən təqdim olunan məlumatlara görə Kamaz 55111 markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunan məlumatlara görə Kamaz 5511 markalı, ** LK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Hərəkət üçün təhlükə yaranan anda tormozlama əməliyyatı aparmaqla sürücü Təqsirləndirilən şəxs toqquşma yerinə minimum Sa-Sd= (36-39,8-29,8-33,1)-(36,3-40,8-29,7-33,7) metr qalmış avtomobili dayandırmağa imkanı olmuşdur. Ekspertiza xərci 128 manat müəyyən edilmişdir. - “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 07 fevral 2024-cü il tarixli qərarla CM-in 263.1-1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, istintaq zamanı Zərərçəkmiş şəxs2 cinayət məsuliyyətindən azad edilməsi nəzərə alınmış, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 iş üzrə zərərçəkmiş şəxs qismində tanınması nəzərə alınmış, Təqsirləndirilən şəxs əməlində CM-in 264-cü maddəsində nəzərdə tutulan cinayətin tərkibi olmadığından onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs2 əməlində CM-in 264-cü maddəsində nəzərdə tutulan cinayətin tərkibi olmadığından onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs yol-nəqliyyyat hadisəsi zamanı dərəcələri təyin edilməyən xəsarət alması faktına görə Zərərçəkmiş şəxs2 barəsində cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olması CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal olması nəzərə alınmış, cinayət işi üzrə dindirilmiş şahidlərin ifadələri, zərərçəkmiş şəxslərin ifadələri, 30 oktyabr 2023-cü il tarixli, yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokol, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin yol-nəqliyyat hadisələrinin ekspertizasının 25 dekabr 2023-cü il tarixli, 8/3625 saylı və 19 aprel 2024-cü il tarixli, 8/1113 saylı ekspert rəyləri, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X18-Təcrübi və X20 rayon şöbəsinin 17 noyabr 2023-cü il tarixli, 233 nömrəli ekspert rəyi, 17 noyabr 2023-cü il tarixli, 234 nömrəli ekspert rəyi və 30 noyabr 2023-cü il tarixli, 251 saylı rəyi sübut kimi qiymətləndirilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 aprel 2024-cü il tarixli, 8/1113 nömrəli məhkəmə-yol nəqliyyat hadisələri rəyindən görünür ki, Məhkəmə tərəfindən verilmiş məlumatlara əsasən, yəni hərəkət üçün təhlükə yaranan anda avtomobillər arasında 120 metr, Kamaz-55111 markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət sürətinin 100 km/saat və Kamaz-5511 markalı, ** LK *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət sürətinin 50 km/saat olması şəraitində, Kamaz-5511 markalı, ** LK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Məhkəmə tərəfindən verilmiş məlumatlara əsasən, yəni hərəkət üçün təhlükə yaranan anda avtomobillər arasında 150 metr, Kamaz-55111 markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət sürətinin 100 km/saat və Kamaz-5511 markalı, ** LK *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət sürətinin 50 km/saat olması şəraitində, Kamaz-5511 markalı, ** LK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə tərəfindən verilmiş məlumatlara əsasən, yəni hərəkət üçün təhlükə yaranan anda avtomobillər arasında 120 metr, Kamaz-55111 markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət sürətinin 100 km/saat və Kamaz-5511 markalı, ** LK *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət sürətinin 60 km/saat olması şəraitində, Kamaz-5511 markalı, ** LK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Məhkəmə tərəfindən verilmiş məlumatlara əsasən, yəni hərəkət üçün təhlükə yaranan anda avtomobillər arasında 150 metr olması, Kamaz-55111 markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət sürətinin 100 km/saat və Kamaz-5511 markalı, ** LK *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət sürətinin 60 km/saat olması şəraitində, Kamaz-5511 markalı, ** LK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs avtomobili dayandırmağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Lakin təhlükə yaranan anda Kamaz-5511 markalı, ** LK *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən olduğu məsafə (Sa=56,3) ilə onun dayanma yolu (Sd=55,8) arasında məsafə (0,5 metr) çox kiçik olması (Sa-Sd=56,3-55,8=0,5) və toqquşmanın avtomobillərin qabaq sağ tərəfləri arasında yolun hərəkət hissəsində baş verməsi nəzərə alınmaqla Kamaz-5511 markalı, ** LK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü Təqsirləndirilən şəxs toqquşmaya kimi avtomobili dayandırdığı vəziyyətdə də avtomobillər arasında toqquşma baş verəcəkdir. Rəyin tədqiqi hissəsində qeyd olunan sual geniş izah olunmuşdur. Ekspertiza xərci 128 manat müəyyən edilmişdir. - Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, özünü təqsirli bilir, əməlindən peşmandır, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxslərlə barışmasını, zərər çəkmiş şəxslərə dəymiş ziyanı tam ödəməsini, sonuncuların ona qarşı şikayət və tələblərinin olmamasını nəzərə alaraq məhkəmədən barəsində olan CM-in 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilməsini xahiş etmişdir. - Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam ödənilmiş və bunların nəzərə alınmasını xahiş etmişdir. - Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Məhkəmə, toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 ilə barışdığından və onlara dəymiş ziyanı tam şəkildə ödədiyindən o, cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, CM-in 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CMin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə göstərilən halları, yəni zərərçəkmiş şəxsə vurulmuş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənildiyini, zərərçəkmiş şəxslərlə barışığın əldə edilməsini, habelə zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmamasını nəzərə alaraq hesab edir ki, CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1- 1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunmalıdır. Cinayət işi üzrə maddi sübut, mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusimüsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan cəmi 384 (üç yüz səksən dörd) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 52 (əlli iki) iş saatı müddətinə bərabər tutulduğundan, hər iş saatı üçün 11 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 40.3, 43.1.2, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunsun. Cinayət işi üzrə maddi sübut, mülki iddianın olmaması; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs aparılmış ekspertiza tədqiqatının dəyəri 384 (üç yüz səksən dörd) manat alınıb Respublika büdcəsinin aşağıdakı hesabına keçirilsin: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi-VÖEN-**********, hesab-AZ34CTRE********************01. Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 52 (əlli iki) saat hüquqi yardıma görə 572 (beş yüz yetmiş iki) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №1(016)-4/2025
Ağsu Rayon Məhkəməsi Qərar — İş №1(016)-4/2025
10.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver