Məhkəmə qərarları › İş №1(016)-40/2024

Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-40/2024

19.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-40/2024 19.09.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X14 Natiq oğlunun sədrliyi, Ağabəyli Kamran Uğur oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşünas X3, Təqsirləndirilən şəxs və onun hüquqlarını müdafiə edən fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1999-cu ildə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 180.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgənin əmlakını açıq talayaraq soyğuçuluq etmişdir. Belə ki, o, 07 yanvar 2024-cü il tarixdə saat 22 radələrində tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Ağsu rayonu Qaraqaşlı kəndi ərazisində Zərərçəkmiş şəxs yaxınlaşaraq yaxınlıqdakı mağazadan öz vəsaiti hesabına siqaret alıb ona verməsini tələb etmiş, Zərərçəkmiş şəxs onun tələbini yerinə yetirməkdən imtina etdiyinə görə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sifət nahiyəsinə qəsdən şillə ilə vuraraq həyat və ya sağlamlığı üçün təhlükəli olmayan fiziki zor tətbiq etməklə sonuncudan cibində olan bir qutu, göy rəngli, nazik, 02 manat 60 qəpik dəyərində, “Vegas” markalı siqareti alaraq tanışı Şahid2 və Şahid1 gözləri qarşısında açıq formada talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə 02 manat, 60 qəpik dəyərində əmlakını açıq talayaraq soyğuçuluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs CM-nin 180.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı ittiham irəli sürülmüşdür Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 180.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək 01 mart 2024-cü il tarixli ifadəsində göstərmişdir ki, o, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilir. Şahid2 əvvəlcədən tanıyırmış. Zərərçəkmiş şəxs üz simasından tanıyırmış. Amma Zərərçəkmiş şəxs adını bilmirmiş. Şahid1 əvvəlcədən tanıyırmış. Mahiyyəti üzrə bildirmişdir ki, 07 yanvar 2024-cü il tarixdə saat təxminən 20 radələrində Ağsu şəhəri, Nizami küçəsində yerləşən “Ümid” kafenin qarşısına gəlmişdir. Orada tanışı Şahid2 görmüşdür. Onlar görüşüb salamlaşmışlar. Orada bir qədər söhbət etdikdən sonra o, Şahid2 yaşadığı evə gedib orada yemək yeməyi təklif etmişdir. Şahid2 onunla razılaşmış və birgə onun yaşadığı evə getmişlər. Şahid2lə yaşadığı evdə yemək yemişlər və onlar yemək zamanı spirtli içki qəbul etmişlər. Həmin gün saat təxminən 22 radələrində Şahid2lə birlikdə mağazadan siqaret almaq məqsədilə evdən çıxıb Ağsu rayonu Qaraqaşlı kəndi istiqamətinə gəlmişlər. Ağsu rayonu Qaraqaşlı kəndində yerləşən “Dəniz” marketin qarşısında Şahid1 dayandığını görmüşlər. Onlar Şahid1 yaxınlaşmışlar və Şahid1 siqaret istəmişlər. Şahid1 ümumiyyətlə siqaret çəkmədiyini bildirmişdir.Bu zaman Zərərçəkmiş şəxs mağazadan çıxaraq onlara tərəf yaxınlaşmışdır. Zərərçəkmiş şəxs yaxınlaşdıqdan sonra ondan siqaret istəmişlər. Zərərçəkmiş şəxs ona bir ədəd və Şahid2 bir ədəd siqaret vermişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs öz pulu ilə mağazadan bir qutu siqaret alıb ona verməsini tələb etmişdir. Zərərçəkmiş şəxs ona siqaret almayacağını demişdir. O, əsəbləşib ətrafdakı adamaların görməməsi üçün söhbəti yaxınlıqdakı küçədə davam etdirməyi təklif etmişdir. Bundan sonra onlar yaxınlıqdakı aralıq küçəyə getmişlər. Söhbət əsnasında Zərərçəkmiş şəxs ona siqaret almaq istəmədiyini anlayıb şillə ilə Zərərçəkmiş şəxs sol sifət nahiyəsinə vurmuşdur. Daha sonra o, əli ilə Zərərçəkmiş şəxs gödəkcəsinin qabağından tutaraq özünə tərəf dartmışdır. Bu zaman Şahid1 araya girib onları aralamışdır. O, Zərərçəkmiş şəxs qışqıraraq cibində olan bir qutu siqareti ona verməsini tələb etmişdir. Zərərçəkmiş şəxs qorxaraq cibindən bir qutu, göy rəngli, nazik “Veqas” markalı siqareti çıxarıb ona vermişdir. O, həmin bir qutu siqareti alıb şalvarının cibinə qoymuşdur. Bundan sonra o, Şahid2lə birlikdə oradan çıxıb getmişdir. Təqsirləndirilən şəxs dindirilən zaman ona verilmiş əlavə suallara cavab olaraq Hüseyn Qəhramanovdan bir qutu siqareti almasına tanışı Şahid2 kömək etmədiyini, mübahisə zamanı qorxudaraq siqaretini almaq üçün Zərərçəkmiş şəxs sol sifət nahiyyəsinə şillə ilə vurduğunu, lakin Şahid1 vurmadığını, siqaret almağa pulu olmadığına görə Zərərçəkmiş şəxs siqaretini alıb cibinə qoyduğunu bildirmişdir. Təqsirləndirilən şəxs daha sonra ifadəsində əməlindən səmimi peşmançılıq çəkdiyini, zərər çəkmiş şəxslə barışmasını nəzərə alaraq ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkdiyini, hadisənin siqaret üstündə olduğunu, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, zərər çəkmiş şəxsin şikayətçi olmadığını, zərər çəkmiş şəxsində təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsinə dair xahişini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan ən yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Ağsu rayonu Qaraqaşlı kəndində ailə üzvlərilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs və Şahid2 hadisə günü tanımışdır. Mahiyyəti üzrə bildirmişdir ki, 07 yanvar 2024-cü il tarixdə saat təxminən 22 radələrində əmisioğlu Şahid1 ilə birgə Ağsu rayonu Qaraqaşlı kəndində yerləşən “Dəniz” marketə siqaret almaq üçün gəlmişlər. Onlar mağazanın qarşısına çatdıqda Şahid1 mağazanın qarşısında dayanmış və o, mağazaya daxil olmuşdur. O, həmin mağazadan siqaret almış və çölə çıxmışdır. Mağazadan çıxdıqda Təqsirləndirilən şəxs və Şahid2 əmisioğlu Şahid1la söhbət etdiklərini görmüşdür. O, yaxınlaşdıqda Şahid2 əmisioğlu Şahid1 siqaret istədiyini eşitmişdir. Şahid1 siqaret çəkmədiyini Şahid2 demişdir. Bundan sonra o, yaxınlaşaraq Şahid2 bir ədəd siqaret vermişdir. Həmçinin Təqsirləndirilən şəxs da bir ədəd siqaret vermişdir. Təqsirləndirilən şəxs ondan çəkməsi üçün mağazadan bir qutu siqaret almasını tələb etmişdir. O, Təqsirləndirilən şəxs pulumun olmadığını və buna görə siqaret almayacağını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs əsəbləşmiş və yaxınlıqdakı küçəyə gedərək orada söhbət etməyi təklif etmişdir. O, Şahid1la birlikdə yaxınlıqdakı küçəyə getmişdir. Söhbət əsnasında Təqsirləndirilən şəxs siqaret almayacağını anlayıb şillə ilə onun sol sifət nahiyəsinə vurmuşdur. Daha sonra Təqsirləndirilən şəxs əli ilə gödəkcəsinin qabağından tutaraq onu özünə tərəf dartmışdır. Bu zaman əmisioğlu Şahid1 araya girib Təqsirləndirilən şəxs ondan aralamışdır. Təqsirləndirilən şəxs ona qışqıraraq cibində olan bir qutu siqareti ona verməsini tələb etmişdir. O, Təqsirləndirilən şəxs ona xəsarət yetirə biləcəyindən qorxaraq cibindən bir qutu, göy rəngli, nazik “Veqas” markalı siqareti çıxarıb Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs həmin bir qutu siqareti şalvarının cibinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs və Şahid2 oradan çıxıb getmişlər. Daha sonra o, Şahid1la yaşadığı evə getmişdir. Daha sonra Ağsu rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir.Zərərçəkmiş şəxs dindirilən zaman ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, 07 yanvar 2024-cü il tarixdə saat 22 radələrində ondan bir qutu siqaretini Təqsirləndirilən şəxs almışdır. Həmin vaxt Şahid2 kənarda dayanıb söhbətə qulaq asırmış. Şahid2 Təqsirləndirilən şəxs kömək etməmişdir. Təqsirləndirilən şəxs həmin siqareti ondan almaqla ona 02 manat 60 qəpik məbləğində maddi ziyan vurmuşdur. Zərərçəkmiş şəxs məhkəmə-əmtəəşünaslıq ekspertizasının 19 fevral 2024-cü il tarixli, 9/534 nömrəli rəyi ilə əlaqədar əlavə dindirilən zaman qeyd olunan ekspert rəyi ilə razı olduğunu və ona dəymiş maddi ziyanın 02 manat 60 qəpik məbləğində hesablanmasına etirazı olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəni təkzib edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs onu vurmamış, siqaret istəmiş və o, özü etiraz etmədən siqareti Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs siqareti verməyinin səbəbi hər hansı fiziki və ya psixi təsir olmamışdır. Sübutların tədqiqindən sonra isə ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Qəhrəmanov X1 ifadəsində Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, şikayətçi olmadığını bildirmiş və ona yüngül cəza verilməsini xahiş etmişdir. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Ağsu rayonu Qaraqaşlı kəndində əmisinin evində yaşayır. Zərərçəkmiş şəxs əmisioğludur. Təqsirləndirilən şəxs və Şahid2 əvvəlcədən üz simalarından tanıyırmış. Lakin adlarını bilmirmiş. Mahiyyəti üzrə bildirmişdir ki, 07 yanvar 2024-cü il tarixdə saat 22 radələrində əmisioğlu Zərərçəkmiş şəxsla birgə Ağsu rayonu Qaraqaşlı kəndində yerləşən “Dəniz” marketə siqaret almaq üçün gəlmişdir. Onlar mağazanın qarşısına çatdıqda o, mağazanın qarşısında dayanmışdır. Zərərçəkmiş şəxs isə mağazaya siqaret almaq üçün daxil olmuşdur. Bu zaman onu kiminsə çağırdığını eşitmişdir. Ona Təqsirləndirilən şəxs və Şahid2 yaxınlaşmışdır. Şahid2 ona adının İzmir olduğunu bildirdib ondan siqaret istəmişdir. O, Şahid2 siqaret çəkmədiyinə görə siqaretinin olmadığını demişdir. Sonra əmisioğlu Zərərçəkmiş şəxs mağazadan çıxıb onlara tərəf gəlmişdir. Bu vaxt Şahid2 Zərərçəkmiş şəxs ona siqaret verməsini istəmişdir. Zərərçəkmiş şəxs özü üçün aldığı siqaretdən bir ədədini Şahid2 və bir ədədini Təqsirləndirilən şəxs vermişdir. Bu zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ona mağazadan bir qutu siqaret almalı olduğunu demişdir. Lakin Zərərçəkmiş şəxs siqaret almayacağını bildirmişdir. Təqsirləndirilən şəxs əsəbləşərək siqaret almasını Zərərçəkmiş şəxs yenidən tələb etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaxınlıqdakı aralıq küçəyə girib orada söhbəti davam etdirməyi təklif etmişdir. Bundan sonra birlikdə yaxınlıqdakı küçəyə getmişlər. Söhbət əsnasında Təqsirləndirilən şəxs sillə ilə Zərərçəkmiş şəxs sol sifət nahiyəsinə vurmuşdur. Daha sonra Təqsirləndirilən şəxs əli ilə Zərərçəkmiş şəxs gödəkcəsinin qabağından tutaraq onu özünə tərəf dartmışdır. Bu zaman o, araya girib Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aralamışdır. Təqsirləndirilən şəxs qışqıraraq cibində olan bir qutu siqareti ona verməsini Zərərçəkmiş şəxs tələb etmişdir. Zərərçəkmiş şəxs qorxaraq cibindən bir qutu, göy rəngli, nazik “Veqas” markalı siqareti çıxarıb Təqsirləndirilən şəxs vermişdir. Məhəmməd Umdov həmin bir qutu siqareti şalvarının cibinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs və Şahid2 oradan çıxıb getmişlər. Daha sonra o, Zərərçəkmiş şəxsla yaşadığı evə qayıtmışlar. Daha sonra Zərərçəkmiş şəxs bu barədə Ağsu rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Şahid1 dindirilən zaman ona verilmiş əlavə suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs və ya Şahid2 ona xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxs bir qutu siqareti Təqsirləndirilən şəxs almışdır. Həmin vaxt Şahid2 kənarda dayanıb söhbətə qulaq asırmış. İş üzrə şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında verdiyi ifadəsini təkzib edərək göstərmişdir ki, Zərərçəkmiş şəxs siqaret almaq üçün marketə girmiş, o isə çöldə dayanmış, bundan sonra Zərərçəkmiş şəxs siqareti alaraq marketdən çıxmış və bu zaman Təqsirləndirilən şəxs ona yaxınlaşaraq siqaret istəmiş, Zərərçəkmiş şəxs ona bir ədəd siqaret vermişdir. Daha sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ona yeni bir paçka siqaret almasını tələb etmiş, Hüseyn isə imtina etmiş və nəticədə aralarında mübahisə olmuş, mübahisədən sonra Zərərçəkmiş şəxs cibindəki bir paçka siqareti Təqsirləndirilən şəxs vermişdir. Polisdə ifadə verərkən ona hər hansı psixi və fiziki təsir olmamışdır. Sadəcə yadında qalanlar bunlardır, Məhəmmədin Hüseynə sillə vurmasını görməmişdir. Mübahisədən sonra Zərərçəkmiş şəxs cibindəki bir paçka siqareti Təqsirləndirilən şəxs verməsinin səbəbini bilmir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, o, ünvan 2 ünvanında anası ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs əvvəlcədən tanıyırmış. Zərərçəkmiş şəxs hadisə baş verən gün tanımışdır. Şahid1 əvvəlcədən tanıyırmış. İşin mahiyyəti üzrə bildirmişdir ki, 07 yanvar 2024-cü il tarixdə saat təxminən 20 radələrində Ağsu şəhəri, Nizami küçəsində yerləşən “Ümid” kafenin qarşısına gəlmişdir. Orada Təqsirləndirilən şəxsla rastlaşmışdır. Onlar görüşüb salamlaşmışlar. Orada bir qədər söhbət etdikdən sonra Təqsirləndirilən şəxs ona yaşadığı evə gedib yemək yeməyi təklif etmişdir. O, razılaşıb Təqsirləndirilən şəxsla birgə onun Ağsu şəhərində yaşadığı evə getmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə yemək yemişlər və onlar yemək zamanı spirtli içki qəbul etmişlər. Sonra onlar Təqsirləndirilən şəxsla siqaret almaq məqsədilə evdən çıxıb gəzərək Ağsu rayonu Qaraqaşlı kəndi istiqamətinə gəlmişlər. Ağsu rayonu Qaraqaşlı kəndində yerləşən “Dəniz” marketin qarşısında Şahid1 dayandığını görmüşlər. Onlar Şahid1 yaxınlaşmışlar və Şahid1la salamlaşıb ondan siqaret istəmişlər. Şahid1 ona siqaret çəkən olmadığını bildirmişdir. Bu zaman sonradan adını öyrəndiyi Zərərçəkmiş şəxs mağazadan çıxaraq onlara tərəf yaxınlaşmışdır. Zərərçəkmiş şəxs ona yaxınlaşdıqdan sonra ondan siqaret istəmişlər. Zərərçəkmiş şəxs ona bir ədəd və Təqsirləndirilən şəxs bir ədəd siqaret vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ona öz pulu ilə mağazadan bir qutu siqaret alıb gətirməsini tələb etmişdir. Zərərçəkmiş şəxs siqaret almayacağını demişdir. Təqsirləndirilən şəxs əsəbləşib ətrafdakı adamların görməməsi üçün söhbəti yaxınlıqdakı küçədə davam etdirməyi təklif etmişdir. Bundan sonra onlar yaxınlıqdakı aralıq küçəyə getmişlər. Söhbət əsnasında Zərərçəkmiş şəxs siqaret almayacığını bildirmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs siqaret almaq istəmədiyini anlayıb şillə ilə Zərərçəkmiş şəxs sol sifət nahiyəsinə vurmuşdur. Daha sonra Təqsirləndirilən şəxs əli ilə Zərərçəkmiş şəxs gödəkcəsinin qabağından tutaraq özünə tərəf dartmışdır. Bu zaman Şahid1 araya girib onları aralamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qışqıraraq cibində olan bir qutu siqareti ona verməsini tələb etmişdir. Zərərçəkmiş şəxs qorxaraq cibindən bir qutu, göy rəngli, nazik “Veqas” markalı siqareti çıxarıb Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs həmin bir qutu siqareti alıb şalvarının cibinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxsla birlikdə oradan çıxıb getmişlər. Şahid2 dindirilən zaman ona verilmiş əlavə suallara cavab olaraq bildirmişdir ki, mübahisə zamanı Şahid1 və Zərərçəkmiş şəxs vurmamışdır. O, Zərərçəkmiş şəxs siqaret almasını tələb etməmişdir. Zərərçəkmiş şəxs bir qutu siqareti almaqda Təqsirləndirilən şəxs kömək etməmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqənda 10 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 180.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata götürülmüşdür. - 09 yanvar 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Ağsu rayonu Qaraqaşlı kəndi ərazisidir. Baxış zamanı Zərərçəkmiş şəxs mübahisənin ilk öncə “Dəniz” marketin yaxınlığında başlandığını, sonra Təqsirləndirilən şəxsla birlikdə yaxınlıqdakı küçəyə getmələrini, mağazadan öz vəsaiti hesabına siqaret alıb ona verməsi barədə Təqsirləndirilən şəxs tələbini yerinə yetirməkdən imtina etdiyinə görə Təqsirləndirilən şəxs onun sifət nahiyəsinə şillə ilə vuraraq cibində olan bir qutu “Vegas” markalı siqareti almasını bildirmişdir. Hadisə yerinə baxış keçirilərkən foto şəkilər çəkilərək iş materiallarına əlavə edilmişdir. - Zərərçəkmiş şəxs qismində tanımaq haqqında 10 yanvar 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışıdr. - 10 yanvar 2024-cü il tarixli üzləşdirmə aparılması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə şahid Təqsirləndirilən şəxs arasında videoçəklişlə üzləşdirmə aparılmış, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs mağazadan öz vəsaiti hesabına siqaret alıb ona verməsi barədə Təqsirləndirilən şəxs tələbini yerinə yetirməkdən imtina etdiyinə görə Təqsirləndirilən şəxs onun sifət nahiyəsinə şillə ilə vuraraq cibində olan bir qutu “Vegas” markalı siqareti almasını üzünə qarşı deməklə Təqsirləndirilən şəxs bir daha ifşa etmiş və Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin düzgün ifadə verdiyi bildirərərk bir daha təsdiq etmişdir. Üzləşdirmə aparılmasını əks etdirən CD disk iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmişdir. - 11 yanvar 2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakı ilə Ağsu rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində əldə edilərək istintaqa təqdim edilmiş bir ədəd “CD” diskə tərəfimdən baxış keçirilmiş, baxış zamanı Zərərçəkmiş şəxs 07 yanvar 2024-cü il tarixdə saat 22:00 radələrində Ağsu rayonu Qaraqaşlı kəndi ərazisində yerləşən “Dəniz” marketdən alış-veriş edərək mağazadan çölə çıxması, daha sonra Zərərçəkmiş şəxs mağazanın yaxınlığında dayanmış simaları görünməyən şəxslərə yaxınlaşması, biri zərərçəkmiş Zərərçəkmiş şəxs olmaqla 4 nəfər şəxsin “Dəniz” marketin yaxınlığında, yolun kənarında dayanıb söhbət etmələri, daha sonra oradan birlikdə uzaqlaşmaları müəyyən edilmişdir. Baxış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs həmin görünütülərin hadisənin baş verdiyini günü əks etdirdiyini, 07 yanvar 2024-cü il tarixdə saat 22 radələrində Ağsu rayonu Qaraqaşlı kəndi ərazisində yerləşən “Dəniz” market yaxınlığında tanışı Şahid2 və Şahid1 ilə birlikdə dayandığını, bu zaman Zərərçəkmiş şəxsn mağazadan çıxaraq ona tərəf yaxınlaşdığını, bundan sonra Zərərçəkmiş şəxs siqaret istədiyini və Zərərçəkmiş şəxs ona bir ədəd və Şahid2 bir ədəd siqaret verdiyini, daha sonra Zərərçəkmiş şəxs öz pulu ilə ona bir qutu siqaret alıb gətirməsini tələb etdiyini, Zərərçəkmiş şəxs ona siqaret almayacağını dedikdə əsəbiləşdiyini və söhbəti yaxınlıqdakı küçədə davam etdirməyi təklif etdiyini və bundan sonra birlikdə yaxınlıqdakı küçəyə getdiklərini bildirmişdir. - 11 yanvar 2024-cü il tarixli üzləşdirmə aparılması haqqında protokoldan görünür ki, Şahid2 ilə şübhəli şəxs Təqsirləndirilən şəxs arasında videoçəklişlə üzləşdirmə aparılmış, üzləşdirmə zamanı mağazadan öz vəsaiti hesabına siqaret alıb verməsi barədə tələbini yerinə yetirməkdən imtina etdiyinə görə Zərərçəkmiş şəxs sifət nahiyəsinə şillə ilə vuraraq cibində olan bir qutu “Vegas” markalı siqareti almasını üzünə qarşı deməklə Təqsirləndirilən şəxs bir daha ifşa etmiş və Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin düzgün ifadə verdiyi bildirərərk bir daha təsdiq etmişdir. Üzləşdirmə aparılmasını əks etdirən CD disk iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmişdir. - 28 fevral 2024-cü il tarixli, zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs ifadəsinin yerində yoxlanılması zamanı o, Təqsirləndirilən şəxs onunla mübahisə etməyə başladığı yeri və sifətinə şillə ilə vuraraq ondan bir qutu siqareti aldığı yeri ifadəsinə uyğun şəkildə göstərərək ifadəsini bir daha təsdiq etmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 19 fevral 2024-cü il tarixli 9/534 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspetiza təyini haqqında qərarda göstərilən 01 qutu, göy rəngli, nazik “Vegas” markalı siqaretin 2024-cü ilin yanvar ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 2,60 manat müəyyən edilir. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X15 “Ağsu Rayon Mərkəzi Xəstəxsanası” X10 29 yanvar 2024-cü il tarixli 18-1-25/2-67/24 saylı məktubundan görünür ki, Ağsu şəhəri, Natəvan küçəsi ev 5-də yaşayan Təqsirləndirilən şəxs ruhi-əsəb xəstəliyi ilə əlaqədar “Ağsu RMX” PHŞ-nə müraciət etməmiş, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi ilə əlaqədar “Ağsu RMX” PHŞ-in Narkoloji kabinetində dispanser qeydiyyatda dayanır. - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 12 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. - Sübutların qiymətləndirilməsi haqqında 29 fevral 2024-cü il tarixli qərardan görünür ki, CM-nin 180.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə əməl həmin məcəllənin 180.2.4-cü maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs 12 yanvar 2024-cü il tarixli qərarla CM-in 180.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilərək ona CM-nin 180.2.4-cü maddəsi ilə yenidən ittiham elan edilmiş, Şahid2 barəsində CM-nin 180.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində CM-nin 180.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində CM-nin 181-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində CM-nin 182-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi CM-nin 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödəməsi CM-in 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal olması nəzərə alınmış, cinayət işi üzrə Zərərçəkmiş şəxs dəymiş maddi ziyanın 02 manat, 60 qəpik məbləğində hesablanması nəzərə alınmış, cinayət işi üzrə zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, təqsirləndirilən şəxsin ifadələri, zərərçəkmişin ifadəsinin yerində yoxlanılması protokolu, iş materiallarında olan üzləşdirmə protokolları, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 19 fevral 2024-cü il tarixli, 9/534 nömrəli ekspert rəyi iş üzrə sübut növü kimi qiymətləndirilmişdir. - Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 29 fevral 2024-cü il tarixli qərardan görünür ki, CM-nin 180.1-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi üzrə əməl həmin Məcəllənin 180.2.4-cü maddəsinə tövsif edilmişdir. - Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 01 mart 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndilirən şəxs Təqsirləndirilən şəxs CM-nin 180.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilərək ona CM-nin 180.2.4-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-ci il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan ifadələrlə tərtib olunmalı, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli qərarına əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin qərarın 23-cü bəndində göstərilmişdir ki, həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmək (CM-in 180.2.4-cü maddəsi) dedikdə döymə və ya digər zorakı hərəkətlərlə zərərçəkmişə fiziki ağrı yetirmə və ya onun azadlığının məhdudlaşdırılması ilə bağlı hərəkətlər etmək (əl-ayağını bağlama, qollarına qandal keçirmə, ağzı bağlı otaqda saxlama və s.) başa düşülməlidir. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 180.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə riayət etməklə toplanmış, tədqiq edilmiş, qiymətləndirilmiş və mənbəyinin mötəbərliyi, əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 180.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək zərər çəkmişi vurmaması və ondan siqaret tələb etməməsi, zərər çəkmişin siqareti onun istəyi əsasında könüllü olaraq verməsi ilə bağlı dediklərini özünü müdafiə xarakteri kimi qiymətləndirir. Bundan başqa ibtidai istintaq zamanı ona təsir göstərilməsi və qorxaraq özünü təqsirli bilməsini qeyd etsə də bu hal məhkəmə araşdırması zamanı təsdiqini tapmamışdır. Belə ki, cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı, həmçinin barəsində həbs qətimkan tədbirinin seçilib-seçilməməsi ilə bağlı keçirilən məhkəmə iclasında saxlanılan zaman ona hər hansı təsirin olmasına dair söz deməmiş, bununla bağlı vəsatət və ya ərizə verməmiş, eyni zamanda məhkəmə tərəfindən verilən suala cavab olaraq təqsirini etiraf etmiş, barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilməsini xahiş etmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş üzləşmə protokolları və onların CD yazılarına baxılan zaman zərər çəkmiş şəxsin və şahidin təqsirləndirilən şəxsi ifşa etməsi, təqsirləndirilən şəxsin isə onların dediklərini təsdiq etməsi müəyyən edilir. Həmin üzləşməyə dair CD disklərə baxış keçirildikdən sonra zərər çəkmiş şəxs ibtidai istintaq zamanı dediklərini təsdiq etdiyini, üzləşmə zamanı dediklərinin doğru olduğunu bildirmişdir. Odur ki, CPM-in 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Təqsirləndirilən şəxs Xüsusi hissəsinin 180.2.4-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. CM-nin 180.2.4-cü maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - Cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında 10 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 20:00-da CMnin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - Ağsu Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli qərardan görünür ki, xx.xx.1999-cu il tarixdə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmuş, olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində həbs seçilməklə, prosessual məcburiyyət tədbiri tətbiq edilmiş, həbsdə saxlanma müddəti 3 ay həddində müəyyən edilmişdir, həbsetmənin əvvəli 10 yanvar 2024-cü il tarixdən hesablanmışdır. - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağsu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən CM-nin 62, 180.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. - Ağsu Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs hazırkı iş üzrə ibtidai istintaq zamanı tutulduğu və həbsdə olduğu 23 may 2023-cü il tarixdən 05 oktyabr 2023-cü il tarixədək olan 04 ay 12 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 06 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00da səhər saat 07:00-adək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Ağsu rayonunun ərazisi hüdudlarını tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmuş, Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Ağsu rayon İcra və Probasiya Şöbəsinə həvalə edilmiş, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmış, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji kabinetdə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ağsu rayon İcra və probasiya şöbəsinin 19 sentyabr 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində Ağsu Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 1(016)-54/2023 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il 03 (üç) ay 06 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 01 (bir) ay 19 gün hissəsini çəkmiş, çəkilməmiş cəzası xx.xx.2024-cü il tarixə 02 (iki) il 01 (bir) ay 17 gün təşkil edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının: 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 2-ci bəndində qeyd olunmuşdur ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs CM-nin 180.2.4-cü maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ağsu rayon İcra Hakimiyyəti Başçısının Ağsu şəhər İnzibati Ərazi İdarəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 5-34-10/2-3-430/2024 saylı Arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında ailəsi ilə birgə yaşayır. Ailə tərkibi: atası – 1965-ci il təvəllüdlü X5, anası – 1974-ci il təvəllüdlü X4, bacısı – 1994-cü il təvəllüdlü X6r. - Ağsu rayon İcra Hakimiyyəti Başçısının Ağsu şəhər İnzibati Ərazi İdarəsi üzrə Nümayəndəliyi tərəfindən təqdim edilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə və məişətdə özünü aparmır, böyüklərə hörmət etmək bacarığına malik deyil,davranış qaydalarına tam əməl eləmir, bir dəfə məhkum olunmuşdur. - Zərər çəkmiş şəxsi Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmiş, o, onunla barışmış, Təqsirləndirilən şəxs barəsində şikayəti yoxdur. CM-nin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə zərərçəkmiş şəxslə barışıq əldə edilməsini CM-nin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini CM-nin 59.1.13cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Həmçinin, məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını CM-nin 59.2ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs CM-nin 180.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. CM-nin: 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. İş materiallarına əlavə edilmiş Ağsu rayon İcra və probasiya şöbəsinin 19 sentyabr 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində Ağsu Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 1(016)-54/2023 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il 03 (üç) ay 06 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 02 (iki) il 01 (bir) ay 17 gün təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasına Ağsu Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 1(016)-54/2023 saylı hökmü üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın qalıq qalmış 02 (iki) il 01 (bir) ay 17 gün hissəsi qismən birləşdirilməli və Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. CPM-in 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 10 yanvar 2024-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, 12 yanvar 2024-cü il tarixdə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir, ona görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanma müddəti cəzaçəkmə müddətlərinə daxil edilməklə, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalıdır. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. CPM-in 346.1.13-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməli olduğu məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilməlidir. CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğundan ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə CPM-in 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut yoxdur, iş üzrə cinayət işində saxlanılan 03 ədəd “CD” disklər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci 50 manat təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs CMnin 180.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 25 (iyirmi beş) iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən əsasən Təqsirləndirilən şəxs hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü üzrə təyin edilmiş 02 (iki) il 3 (üç) ay 06 (altı) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 (iki) il 01 (bir) ay 17 (on yeddi) gün hissəsi qismən birləşdirmək yolu ilə üzərində qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı gündən, yəni 10 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut, mülki iddia və üzərinə həbs qoyulmuş əmlak eləcə də, xüsusi müsadirə olunması təklif olunan əmlak yoxdur. İş üzrə cinayət işində saxlanılan 03 ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat alınıb Respublika büdcəsinin aşağıdakı hesabına keçirilsin: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi-VÖEN-**********, hesab-AZ34CTRE********************01. Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 25 (iyirmi beş) saat hüquqi yardıma görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar