Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-40/2025 14.11.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərəçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, 11 avqust 1969-cu il tarixdə Ağsu rayonu, Cəlayir kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Ağsu rayonu, Cəlayir kəndində qeydiyyatda olmaqla yaşayan, “barəsində başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 188.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, torpağın mülkiyyətə verilməsinə dair JN-96A nömrəli şəhadətnaməyə əsasən atası X9 məxsus Ağsu rayonu Cəlayir kəndi ərazisində yerləşən 0,2014 ha torpaq sahəsinə bitişik sərhədləri ayrılmamış Ağsu rayon Kəndoba Bələdiyyəsinin mülkiyyətində olmaqla ümumi istifadədə olan yola aid 0,0078 ha torpaq sahəsini 20 dekabr 2024-cü il tarixdən 31 dekabr 2024-cü il tarixədək olan müddət ərzində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan dəmir dayaqlar və metal lövhələr vasitəsilə özbaşına hasarlayaraq hazırkı vaxtadək istifadəsini davam etdirmişdir. Bununla da, Təqsirləndirilən şəxs CM-in 188.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, Ağsu rayonu Cəlayir kəndində yaşayır, atası X9 məxsus Ağsu rayonu Cəlayir kəndində yerləşən 0,34 hektar torpaq sahəsi vardır. O və digər ailə üzvləri hazırda atası X9 məxsus Ağsu rayonu Cəlayir kəndində yerləşən 0,34 hektar torpaq sahəsində tikilmiş fərdi yaşayış evində yaşayırlar. Yaşadığı həyətyanı sahənin yanında Ağsu rayonu Cəlayir kənd sakinlərindən 10 ailənin istifadə etdiyi su arxı keçir. Su arxının onun evinin yanından keçən hissəsi atası X7 mülkiyyətində olan torpaq sahəsidir. 2024-cü ilin dekabr ayında o, həmin su arxının keçdiyi, ərazisi 78 kvadrat metr olan torpaq sahəsini hasarlatmaq qərarına gəlmişdir. Bundan sonra o, həmin hasarı çəkdirmək üçün adlarını xatırlamadığı ustaları dəvət etmişdir. Həmin ustalar 20 dekabr 2024-cü il tarixdə yaşadığı evə gələrək həyətinə bitişik olan, orada bələdiyyənin mülkiyyətindəki 78 kvadrat metr torpaq sahəsinin ətrafını onun göstərişi ilə hasarlamağa başlamışlar. Bunun üçün əvvəlcə hasarlanacaq yerin özülü betonla tökülmüş, daha sonra həmin beton özül quruyub bərkidikdən sonra onun üzərinə metal lövhələrlə hasar çəkilmişdir. O, özü də hasarlama işlərində şəxsən iştirak etmişdir. Bütün hasarlama işləri 31 dekabr 2024-cü il tarixdə başa çatdırılmışdır. Onun hasarlayaraq zəbt etdiyi torpaq sahəsi faktiki olaraq bələdiyyənin mülkiyyətindədir və onun həmin torpaq sahəsinə mülkiyyət hüququ yoxdur. Bələdiyyə mülkiyyətinə aid olan zəbt etdiyi torpaq sahəsinin dəmir çəpərini sökərək bələdiyyəyə təhvil vermişdir. Əməlindən peşmandır. Ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərəçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, Ağsu rayon Kəndoba kəndində ailə üzvləri ilə birlikdə yaşayır. 2010-cu ilin fevral ayından Ağsu rayon Kəndoba Bələdiyyəsinin sədri vəzifəsində işləyir. Ağsu rayon Cəlayir kənd sakini Təqsirləndirilən şəxs Əlşaban oğlunu tanıyır. Həmin şəxslə heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. Əvvəllər Ağsu rayon Cəlayir Bələdiyyəsi və Ağsu rayon Kəndoba Bələdiyyəsi ayrı-ayrılıqda fəaliyyət göstərirmişlər. Sonradan Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında qanun qəbul olunmuş və həmin qanuna müvafiq olaraq, 29 yanvar 2025-ci il tarixdə respublika ərazisində keçirilən bələdiyyə seçkilərindən sonra Ağsu rayon X11 rayon Kəndoba Bələdiyyəsinə birləşdirilmiş və Cəlayir Bələdiyyəsinin səlahiyyətlərinə xitam verilmişdir. Hal-hazırda Ağsu rayon Cəlayir Bələdiyyəsi fəaliyyət göstərmir və Ağsu rayon Cəlayir kəndi ərazisində olan bələdiyyə mülkiyyətindəki torpaqlar Ağsu rayon Kəndoba Bələdiyyəsinin mülkiyyətinə verilmişdir. Ağsu rayon X11 rayon Kəndoba Bələdiyyəsinə birləşdirildikdən sonra ona Ağsu rayon Cəlayir kənd sakini Usubov X12 rayon Kəndoba Bələdiyyəsinin mülkiyyətində olan Ağsu rayonu Cəlayir kəndi ərazisində yerləşən ümumi istifadədə olan yola aid 0,0078 ha torpaq sahəsinin ətrafını qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan hasarlayaraq özbaşına tutmuşdur. Təqsirləndirilən şəxs hazırda Ağsu rayon Kəndoba Bələdiyyəsinə məxsus təxminən 0,0078 ha torpaq sahəsini özbaşına tutaraq zəbt etməsini Kəndoba Bələdiyyəsinin sədri seçildikdən sonra öyrənmişdir, Təqsirləndirilən şəxs həmin torpaq sahəsinin ətrafını nə vaxt hasarlaması tarixlərini dəqiq bilmir. Təqsirləndirilən şəxs zəbt etdiyi torpaq sahəsinin dəmir çəpərini sökərək bələdiyyəyə təhvil vermişdir. Odur ki, onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, o, Ağsu rayonu Cəlayir kəndi ərazisində ailə üzvləri ilə birlikdə yaşayır. Ağsu rayonu Cəlayir kəndində onun evinin yaxınlığında Təqsirləndirilən şəxs yaşayır, Təqsirləndirilən şəxsla aralarında ədavət və ya düşmənçilik yoxdur. Təqsirləndirilən şəxs yaşadığı evin yanından kəndin ümumi suvarma arxı keçir. Həmin suvarma arxı vasitəsilə onun da həyətyanı sahəsinə su gəlir. Su arxınının keçdiyi yerin yaxınlığında Təqsirləndirilən şəxs həyətyanı sahəsi yerləşir. 20 dekabr 2024-cü il tarixdə Habil yaşadığı evin kənarında yerləşən suvarma arxını öz həyətyanı sahəsinə daxil edərək, faktiki olaraq Ağsu rayon Cəlayir bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin kənarlarını metal lövhələrlə hasarlamağa başlamışdır. Belə ki, Təqsirləndirilən şəxs əvvəlcə həmin yerdə suvarma arxını öz həyətyanı sahəsinin sərhədlərinin içərəsinə daxil etmək üçün hasarlanacaq yerin ətrafına dəmir borular basdırmışdır. Eyni zamanda hasarlanacaq yerə beton tökdürmüş, həmin dəmir boruları basdırdıqdan sonra orada hasarlama işlərinə başlamışdır. Habil hasarlama işlərini bir neçə gün ərzində davam etdirmiş və bütün hasarlama işləri 31 dekabr 2024-cü il tarixdə tamamlamışdır. Habil su arxını öz həyətyanı sahəsinin sərhədlərinə daxil etmək üçün hasarlama işlərini metal lövhələrlə həyata keçirmişdir. Bununla da Habil kənd camaatının həyətyanı sahəsinə gedən su arxını öz həyətyanı sahəsinin sərhədlərinin içərisinə daxil edərək faktiki olaraq özünə aid olmayan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsini qanunsuz olaraq zəbt etmişdir. Habilin bələdiyyə mülkiyyətinə aid torpaq sahəsini öz həyətyanı sahəsinə əlavə edərək qanunsuz istifadə etməsinə görə su arxından istifadə edən kənd sakinləri ilə buna etiraz etdikləri üçün Habillə dəfələrlə söhbət edib su arxını öz həyətyanı sahəsindən ayırmasını xahiş etmişdir. Lakin Habil onların dediklərinə məhəl qoymadan hazırki vaxta qədər də su arxının hasara alınmasını aradan qaldırmayaraq qanunsuz fəaliyyətini davam etdirmişdir. Buna görə də kənd sakinləri ilə birlikdə Habilin barəsində şikayət etmişlər. Habilin barəsində şikayət etdikdən sonra bununla bağlı müvafiq araşdırma aparılmış, araşdırma zamanı mütəxəssislərin iştirakı ilə Təqsirləndirilən şəxs tərəfindən qanunsuz tutulmaqla istifadə olunan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinə baxış keçirildikdən sonra Təqsirləndirilən şəxs Ağsu rayon Kəndoba Bələdiyyəsinin mülkiyyətində olan ümumi istifadədə olan yola aid 0,0078 ha torpaq sahəsinin ətrafını qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan hasarlayaraq özbaşına tutması müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid3, Şahid4, Şahid5 və Şahid6 Şahid1 ilə eyni məzmunlu ifadə verdilər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “Cinayət işinin başlanması haqqında” 19 may 2025-ci il tarixli qərardan görünür ki, fakta görə CM-in 188.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidmətinin Şamaxı ərazi Şöbəsinin Torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun müdiri X2, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidmətinin Şamaxı ərazi Şöbəsinin torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun aparıcı məsləhətçisi X4 və Ağsu rayon Cəlayir bələdiyyəsinin sədri X1 iştirakları ilə tərtib edilmiş 13 yanvar 2025-ci il tarixli aktdan görünür ki, Ağsu rayon Cəlayır kənd sakinlərinin həmkəndliləri Təqsirləndirilən şəxs tərəfindən Cəlayir kəndi ərazisində bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin zəbt edilməsi faktının araşdırılmasına köməklik göstərilməsi ilə Əmlak Məslələri Dövlət Xidmətinə ünvanladığı kollektiv müraciətə uyğun olaraq Xidmətin Şamaxı ərazi şöbəsinin əməkdaşları və bələdiyyə sədrinin iştirakı ilə Ağsu rayon Cəlayır bələdiyyəsi ərazisinə birgə baxış keçirilmiş və araşdırma aparılmışdır. Müraciətə uyğun olaraq vətəndaşlarla telefon əlaqəsi saxlanılmış və birgə baxışa dəvət edilmişdir. Cəlayır kəndi ərazisində şikayətçilərin göstərdiyi əraziyə baxış zamanı ümumilikdə təxminən 30 kv.m torpaq sahəsinin metal lövhələr vasitəsi ilə çəpərləndiyi müşahidə edilmişdir. Aparılan araşdırma zamanı həmin ərazinin Təqsirləndirilən şəxs məxsus həyətyanı sahə olduğu aşkarlanmışdır. Vətəndaş ilə telefon əlaqəsi saxlanılmış və sözügedən təxminən 30 kv.m torpaq sahəsindən istifadə ilə bağlı hər hansı hüquqmüəyyənedici sənəd tələb edilmişdir. Lakin Təqsirləndirilən şəxs tərəfindən heç bir sənəd təqdim edilməmişdir. Yuxarıda qeyd olunan çəpərlənmiş torpaq sahəsi barədə aparılan araşdırma zamanı torpaq sahəsinin heç bir vətəndaşın mülkiyyətinə verilmədiyi müəyyən edilmişdir. Sözügedən hal ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Şamaxı Ərazi İdarəsinə sorğu verilmişdir. Şamaxı ərazi idarəsinin verdiyi müvafiq arayışlara əsasən müəyyən edilmişdir ki, qeyd olunan ərazilər üzərində hüquqların dövlət qeydiyyatına alınmamışdır və torpaq sahəsi Cəlayır bələdiyyəsinin mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsidir. - “Ağsu Rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən verilmiş 07 aprel 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs ruhi-əsəb və narkomaniya xəstəliyinə görə “Ağsu Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nə müraciət etməmiş və dispanser qeydiyyata götürülməmişdir. - Azərbaycan Respublikasının İqtisadiyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsindən daxil olmuş 23 aprel 2025-ci il tarixli məktubdan görünür ki, Ağsu rayon Cəlayir kənd sakini Təqsirləndirilən şəxs göstərdiyi və faktiki istifadə etdiyi həyətyanı torpaq sahəsinin sərhədləri, koordinatları, konfiqurasiyası çöl geodeziya ölçmə işləri nəticəsində müəyyən edilmiş və rəyə əlavə edilmiş sxemdə öz əksini tapmışdır. Ağsu rayonu Cəlayir kəndinin DVG məlumatları (islahat nəticələrini özündə əks etdirən xəritə materialları) ilə vətəndaşların faktiki istifadəçilikləri (həyətyanı məqsədilə) arasında uyğunsuzluq olduğundan Ağsu rayon Cəlayir kənd sakini Təqsirləndirilən şəxs naturada göstərdiyi və faktiki istifadə etdiyi 0,2092 ha (2092 kv. m) həyətyanı torpaq sahəsinin Ağsu rayonu Kəndoba bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin koordinatları ilə üstüstə düşməsini müəyyən etmək mümkün olmamış, lakin X5 X6 (TEKİUS) əsasən Ağsu rayonu Cəlayir kənd sakini Təqsirləndirilən şəxs naturada göstərdiyi və faktiki istifadə etdiyi 0,2092 ha (2092 kv. m) həyətyanı torpaq sahəsinin 0,0078 ha (78(kv. m) hissəsi bələdiyyə mülkiyyətinə aid ümumi istifadədə olan yola, 0,2014 (2014 kv. m) hissəsi isə X7 JN-96A nömrəli şəhadətnaməyə əsasən mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. - “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 19 may 2025-ci il tarixli qərardan görünür ki, Ağsu rayonu Kəndoba kənd bələdiyyəsi cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. - “Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi kimi tanınma haqqında” 27 may 2025-ci il tarixli qərardan görünür ki, Ağsu rayonu Kəndoba bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyun 2025-ci il tarixli rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” PHŞ-nin 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-41/2-1153/2025 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Ağsu rayon Cəlayir kənd sakini Təqsirləndirilən şəxs göstərdiyi və faktiki istifadə etdiyi həyətyanı torpaq sahəsinin sərhədləri, koordinatları, konfiqurasiyası çöl ölçmə işləri nəticəsində müəyyən edildi və mütəxəssis rəyinə əlavə edilmiş sxemdə öz əksini tapmışdır. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Ağsu rayonu Cəlayir kəndinin kəndinin DVG məlumatları (islahat nəticələrini özündə əks etdirən xəritə materialları) ilə vətəndaşların faktiki istifadəçilikləri (həyətyanı məqsədilə) arasında uyğunsuzluq olduğundan Ağsu rayon Cəlayir kənd sakini Təqsirləndirilən şəxs naturada göstərdiyi və faktiki istifadə etdiyi 0,2092 ha (2092 kv. m) həyətyanı torpaq sahəsinin Ağsu rayonu Kəndoba bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsini müəyyən etmək mümkün olmamış, lakin X5 X6 (TEKİUS) əsasən Ağsu rayonu Cəlayir kənd sakini Təqsirləndirilən şəxs naturada göstərdiyi və faktiki istifadə etdiyi 0,2092 ha (2092 kv. m) həyətyanı torpaq sahəsinin 0,0078 ha(78(kv. m) hissəsi bələdiyyə mülkiyyətinə aid ümumi istifadədə olan yola, 0,2014 (2014 kv. m) hissəsi isə X7 JN-96A nömrəli şəhadətnaməyə əsasən mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 13 iyun 2025-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs Ağsu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.2-ci bəndinə əsasən cəzasının çəkilməmiş hssəsindən azad edilmişdir. - Ağsu Rayon İcra Hakimiyyəti Başçısının X16 Ərazi Dairəsi üzrə İcra Nümayəndəliyindən verilmiş 04 iyul 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağsu rayonu Cəlayir kəndində anadan olmuş, orada qeydiyyatda olmaqla hal-hazırda həmin kənddə yaşayır və ailəlidir. Təqsirləndirilən şəxs kənd camaatı ilə yaxşı münasibətdədir. O, kəndin xeyir və şər işlərində yaxından iştirak edir və bu xüsusiyyətinə görə kənd ağsaqqallarının hörmətini qazanmışdır. O, ailə və məişətdə özünü nizam-intizamlı aparır. Onun barəsində X16 Ərazi Dairəsi üzrə İcra Nümayəndəliyinə heç bir mənfi xarakterli məlumat daxil olmamış və kənd ictimaiyyəti arasında müsbət xarakterizə olunmuşdur. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” 07 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 188.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. - “Qətimkan tədbirinin seçilməsi haqqında” 07 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. - “Sübutların qiymətləndirilməsi haqqında” 08 iyul 2025-ci il tarixli qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs 07 iyul 2025-ci il tarixdə CM-in 188.1-ci maddəsi ilə elan edilmiş ittihama əlavə və dəyişiklik edilməsi zərurəti olmadığından həmin ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilmədən qüvvəsində saxlanılması, İqtisadiyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsindən göndərilmiş 23 aprel 2025-ci il tarixli, 3-21-3-41/2- 1153/2025 nömrəli məktubda göstərilmiş Təqsirləndirilən şəxs naturada göstərdiyi və faktiki istifadə etdiyi həyətyanı torpaq sahəsinin 0,0078 ha hissəsinin bələdiyyə mülkiyyətinə aid ümumi istifadədə olan yola aid olması barədə məlumatlar dəqiq olduğundan istintaq zamanı Təqsirləndirilən şəxs elan edilmiş ittihamda həmin məktubda göstərilmiş məlumatların qeyd olunmasının nəzərə alınması, şahid qismində dindirilmiş Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid6 və Təqsirləndirilən şəxs ifadələrində olan “31 dekabr 2025-ci il” tarixi texniki səhv olduğu üçün “31 dekabr 2024-cü il” kimi nəzərə alınmasını, cinayət işi üzrə toplanmış sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi baxımından zərər çəkmiş hüquqi şəxsin nümayəndəsinin, təqsirləndirilən şəxsin özünün ifadəsi, eləcə də şahidlərin ifadələri, hadisə yerinə baxış protokolu, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən Ağsu rayon Polis şöbəsinə göndərilmiş 04 fevral 2025-ci il tarixli, 3-21-3/2-1404/2025 nömrəli məktub və 13 yanvar 2025-ci il tarixli akt, İqtisadiyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsindən göndərilmiş 23 aprel 2025-ci il tarixli, 3-21-3-41/2-1153/2025 nömrəli məktub, məhkəmətorpaqşünaslıq ekspertizasının 05 iyun 2025-ci il tarixli, 10/3696 nömrəli rəyinin sübut növü kimi qəbul edilməsi qərara alınmışdır. - Ağsu Rayon İcra Hakimiyyəti Başçısının X16 Ərazi Dairəsi üzrə nümayəndəsi X8, Kəndoba bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs iştirakları ilə tərtib edilmiş 13 noyabr 2025-ci il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs Ağsu rayonu Cəlayır kəndi ərazisində yerləşən evinə keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, o, evinin arxa hissəsində yeni çəkilmiş dəmir çəpəri sökərək əvvəlki vəziyyətinə qaytarmış və bələdiyyə mülkiyyətinə aid olan zəbt olunmuş 30 kv. m torpaq sahəsi Kəndoba Bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs təhvil verilmişdir. Beləliklə, məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadələri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər dəlillərlə təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 188.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma – səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq CM-in qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərində əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM) 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxsə cəza təyin edərkən məhkəmə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni CM-in 15.2-ci maddəsinə əsasən, həmin cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, qanunsuz olaraq zəbt edilən torpaq sahəsinin dəmir çəpərini sökərək bələdiyyəyə təhvil verməsi cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Hökmün icrası təqsirləndirilən şəxsin yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 188.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 21 saat hüquqi yardıma görə 231 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə və CPM-in 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrinə əsasən, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Ağsu rayonunun ərazisi hüdudlarını tərk etməmək, gün ərzində saat 23:00-dan saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə Ağsu rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət büdcəsinə (Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, X3, kod: 210005, VÖEN: **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab AZ34CTRE********************) ödənilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 21 saat hüquqi yardıma görə 231 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №1(016)-40/2025
Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-40/2025
14.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver