Məhkəmə qərarları › İş №1(016)-41/2023

Ağsu Rayon Məhkəməsi Qərar — İş №1(016)-41/2023

27.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 1(016)-41/2023 27.07.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X9 Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Esma Kərim qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun vəkili, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1960-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, ali təhsilli, X2 aparıcı mühəndisi işləyən, əvvəllər məhkum olunmuş, Goranboy rayonu, Kələk kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 178.2.3, 32.4, 312.1-ci maddələriylə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını dələduzluq yolu ilə ələ keçirmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla qeyriləri və özü vasitəsilə maddi neməti vahid niyyətlə rüşvət qismində verməyə qeyrisini qəsdən təhrik etmişdir. Belə ki, o, 19 yanvar 2022-ci il tarixdən etibarən X5 rəisi vəzifəsində işləyərkən, qulluq mövqeyindən istifadə edərək sakinlər arasında yaranmış nüfuz və etibarından suiistifadə edib aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 16 aprel 2022-ci il tarixdə Ağsu rayonu Gəgəli kənd sakini Şahid1 X6 nəzarətçi mühəndis vəzifəsində işə qəbul edilməsinə köməklik göstərilməsi üçün müraciət edən Zərərçəkmiş şəxs özünün məsul vəzifədə işləməsi ilə əlaqədar qurumun yüksək vəzifəli şəxsləri vasitəsilə Şahid1 işə qəbul olunmasını yalandan vəd verib, işə qəbul edilməsinin həlli üçün qurumun yüksək vəzifəli şəxslərinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs xeyrinə edəcəkləri hərəkətə görə birbaşa yolla şəxsən maddi nemət olan 2000 (iki min) manatının rüşvət qismində verilməsinin zəruri olmasını X5 Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən inzibati binasındakı xidməti otağında görüşləri zamanı zərərçəkmişi aldatmaqla bildirib ələ almaqla, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə yolu ilə Zərərçəkmiş şəxs məxsus 2000 (iki min) manat məbləğində pul vəsaitini ələ keçirib şəxsi ehtiyaclarına sərf etməklə dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla qeyriləri və özü vasitəsilə maddi nemət olan pul vəsaitini vahid niyyətlə rüşvət qismində verməyə Zərərçəkmiş şəxs qəsdən təhrik etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü qismən təqsirli bilərək və ərizə təqdim edərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs övladı Şahid1 işə düzəltmək üçün 2022-ci ilin avqust ayında X5 rəisi işlədiyi dövrdə onun qəbulunda olmuş, o, Zərərçəkmiş şəxs oğlunun sənədlərini toplamasını və X5 mühasibi Şahid3 verməsini bildirmiş, daha sonra onun rəis işlədiyi dövrədək Regional idarədən işə qəbul dayandırılmış, bu səbəbdən Şahid1 işə qəbul ola bilməmiş, 2022-ci ilin noyabr ayında iş yeri X2 aparıcı mühəndisi vəzifəsinə dəyişildikdən sonra Zərərçəkmiş şəxs dəfələrlə ona zəng edərək, oğlu Şahid1 işi ilə bağlı suallar verməyə başlamış, ona pul verdiyini bildirsə də, o, heç bir məbləğdə pul almadığını demişdir. Zərərçəkmiş şəxs heç bir məbləğdə pul vəsaiti tələb etməməklə, götürməmiş, 2022-ci ilin sentyabr ayında Ağsu rayon icra hakimiyyətinin başçısının müavini Şahid4 1000 manat borc pul almış, bu səbəblə, 2022-ci ilin dekabr ayında Şahid3 1000 manat pul göndərərək, həmin pul vəsaitini Şahid4 verməsini demişdir. Ona təqdim edilən DVD diskdə mövcud olan səs və videoyazılarda “A” qrafasının qarşısındakı səs yazılarının ona məxsus olduğunu bildirməklə, həmin səs yazılarının dəqiq xatırlamadığı tarixlərdə Zərərçəkmiş şəxslə telefon danışıqları zamanı qeydə alınmasını göstərmişdir. Ağsu rayon icra hakimiyyətinin başçısının müavini Şahid4 onunla əlaqə saxlayaraq, ona verdiyi 1000 manat borc pulu Zərərçəkmiş şəxs aldığını demiş, buna görə də Zərərçəkmiş şəxs köməklik etməsini tapşırmış, o da Zərərçəkmiş şəxslə telefon danışığı zamanı bank kartını ona göndərməsini, imkanı olduğu zaman pul göndərəcəyini ifadə etmişdir. Sonda təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödədiyini, onunla barışıq əldə etdiyini, cinayət nəticəsində vurulmuş zərərin 25 faizi məbləğində dövlət büdcəsinə ödəniş etdiyini qeyd edərək barəsində olan cinayət təqibinə xitam verilməsini, həmçinin əməlində CM-nin 32.4, 312.1-ci maddələrinin tərkib əlamətləri olmadığından CM-nin 32.4, 312.1-ci maddələrinin ittihamdan çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini, onunla barışıq əldə etməsini, cinayət nəticəsində vurulmuş zərərin 25 faizi məbləğində dövlət büdcəsinə ödəniş etməsini qeyd edərək barəsində olan cinayət təqibinə xitam verilməsini, həmçinin əməlində CM-nin 32.4, 312.1-ci maddələrinin tərkib əlamətləri olmadığından CM-nin 32.4, 312.1-ci maddələrinin ittihamdan çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, oğlu Şahid1 işə düzəltmək məqsədilə 2022-ci ilin aprel ayının əvvəllərində X5 sabiq müdiri Təqsirləndirilən şəxs qəbuluna getmiş, Təqsirləndirilən şəxs nəzarətçi vəzifəsində boş iş yeri olduğunu təsdiqləmiş, daha sonra ondan oğlu Sadiqi gətirməsini istəmiş, bir neçə gün sonra oğlu Sadiq ilə birlikdə Təqsirləndirilən şəxs qəbuluna getmiş, Ağası Sadiqə baxaraq bir neçə suallar vermiş, daha sonra işləyə biləcəyini güman edərək, daha sonra tək gəlməsini bildirmiş, bir neçə gün sonra yenə də Təqsirləndirilən şəxs qəbuluna getmiş, Təqsirləndirilən şəxs işə götürmək səlahiyyəti olmadığından, işçini işə götürmək üçün əmrin baş idarə tərəfindən verildiyinə görə yuxarı vəzifəli şəxslərə “şirinlik vermək” lazım olduğunu demiş, bunun üçün ondan 2000 manat pul verməsini tələb etmiş, o da Təqsirləndirilən şəxs ilə razılaşaraq, 15 aprel 2022-ci il tarixdə Rabitəbankın Ağsu rayon filialından oğlu Şahid1 adına 1820 manat kredit pul götürmüş, qalan 200 manatı isə iş yoldaşı Şahid2 borc almış, 16 aprel 2022-ci il tarixdə yenidən Təqsirləndirilən şəxs qəbuluna gedərək 2000 manatı sonuncuya vermiş, Ağası Şahid1 işə düzəlməsini tezləşdirəcəyini bildirmiş, lakin 6-7 ay keçməsinə baxmayaraq Sadiqi işə düzəltməmiş, 2022-ci ilin noyabr ayında isə Təqsirləndirilən şəxs Ağsu rayonundakı vəzifəsindən azad olunmuşdur. O, daha sonra Təqsirləndirilən şəxs pulunu geri verməsini tələb etmiş, bir neçə dəfə telefon vasitəsilə əlaqə saxlayaraq pulunu qaytarmadığı halda, şikayət edəcəyini bildirmiş, 2022-ci ilin dekabr ayında X5 mühasibi Cavidan ona 1000 manat verərək, Ağasının göndərdiyini bildirmiş, pulun qalan hissəsini soruşduqda isə, Cavidan heç bir məlumatı olmadığını, Ağası ilə əlaqə saxlamasını bildirmiş, bundan sonra o, yenidən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlamış, Təqsirləndirilən şəxs 09 yanvar 2023-cü il tarixdə Ağsu rayonuna gələcəyini və pulunu geri qaytaracağını bildirmiş, lakin o zamandan sonra Təqsirləndirilən şəxs hər hansı bir xəbər göndərməmiş, pulunu geri qaytarmamışdır. Hazırda təqsirləndirilən şəxs ona dəyən ziyanı tam ödəmiş, onunla barışmış, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Bu barədə ərizəni də məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, X6 vakant iş yeri olduğu üçün atası Shaib Mirzəyev 2022-ci ilin aprel ayında X5 sabiq rəisi Təqsirləndirilən şəxs qəbuluna getmiş, Təqsirləndirilən şəxs onu işə düzəltmək üçün yuxarı vəzifədə işləyən şəxslərə “şirinlik” adı altında atasında 2000 manat pul tələb etmiş, atası bu vəziyyəti ona bildirdikdən sonra, o, Rabitəbankın Ağsu rayon filialından 1820 manat kredit götürmüş, daha sonra atası pulu tamamlamaq üçün, iş yoldaşı Şahid2 200 manat borc almış, 16 aprel 2022-ci il tarixdə atası Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs xidməti otağında 2000 manatı sonuncuya vermiş, bir neçə müddət sonra Təqsirləndirilən şəxs ilə dəfələrlə əlaqə saxlasalar da, sonuncu onun işə düzələcəyini bildirərək gözlətmiş, hətta müxtəlif vaxtlarda onu yubatmaq üçün öz qəbuluna dəvət etmiş, işə düzələcəyini bildirərək, onları aldatmış, 2022-ci ilin noyabr ayında Təqsirləndirilən şəxs Ağsu rayonunda işlədiyi vəzifəsindən azad edildikdən sonra onlar Təqsirləndirilən şəxs pulu geri tələb etmiş, sonuncu bir müddət onları yubatdıqdan sonra 2022-ci ilin dekabr ayında X5 mühasibi Cavidan vasitəsilə 1000 manat pulu geri qaytarmış, pulun qalanını tələb etdikdə isə, Təqsirləndirilən şəxs yenidən onları aldadaraq, yubatmağa başlamış, 18 fevral 2023cü ildə atası yenidən Təqsirləndirilən şəxs ilə əlaqə saxlamış, Təqsirləndirilən şəxs and içərək pulun qalan hissəsini də geri qaytaracağını bildirsə də, hələ də pulu geri qaytarmamışdır. Məhkəmə iclasına Şahid2 ifadəsində göstərmişdir ki, 2022-ci ilin aprel ayında Zərərçəkmiş şəxs ona oğlunu X6 nəzarətçi olaraq işə düzəldəcəyini, bu səbəbdən X5 sabiq rəisi Təqsirləndirilən şəxs 2000 manat pul verilməli olduğunu, 1800 manat Rabitəbankın Ağsu rayon filialından kredit götürdüyünü və əlavə 200 manata ehiyacı olduğunu bildirmiş, buna görə də ondan 200 manat borc alaraq yaxın müddətdə qaytaracağını demiş, o da iş yoldaşı olduğu üçün, həmçinin təcili ehtiyacı olduğundan Zərərçəkmiş şəxs 200 manat borc pul vermiş, bir müddət sonra Zərərçəkmiş şəxs soruşduqda, pulu Təqsirləndirilən şəxs verdiyini, lakin hələ oğlunu işə düzəltmədiyini bildirmiş, Təqsirləndirilən şəxs Sahib Mirzyevin pulunu geri qaytarmadığından Zərərçəkmiş şəxs ona olan 200 manat borcunu ödəyə bilməmişdir. Məhkəmə iclasına Şahid3 ifadəsində göstərmişdir ki, 2022-ci ilin dekabr ayında X5 sabiq rəisi Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq, taksi sürücüsünün 1000 manat pul gətirəcəyini və həmin pulu Zərərçəkmiş şəxs verməsini bildirmiş, taksi sürücüsü dəqiq xatırlamadığı tarixdə idarənin qarşısına gələrək ona 1000 manat pul vəsaitini vermiş, təxminən 10-15 dəqiqə sonra Zərərçəkmiş şəxs onun xidməti otağına gələrək, 1000 manat pul vəsaitini ondan götürmüş, daha sonra ondan pulun qalan hissəsini soruşmuş, lakin o, heç bir məlumatı olmadığını, Təqsirləndirilən şəxsla danışmasını bildirmiş, bu hadisədən sonra nə Təqsirləndirilən şəxsla nə də Zərərçəkmiş şəxslə heç bir əlaqəsi olmamışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - Cinayət işinin başlanması haqqında 26 aprel 2023-cü il tarixli qərardan görünür ki, fakta görə CM-nin 178.1 və 32.4, 312.1-ci maddələri ilə cinayət işi başlanmışdır. - Cinayət işinin icraata qəbul edilməsi haqqında 26 aprel 2023-cü il tarixli qərardan görünür ki, CM-nin 178.1 və 32.4, 312.1-ci maddələri ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir. - Zərər çəkmiş şəxs kimi tanımaq haqqında 27 aprel 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Ağsu rayonu, Gəgəli kəndi sakini Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanınmışdır. - Götürmə aparılması haqqında 27 aprel 2023-cü il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar Zərərçəkmiş şəxs tərəfindən verilən 01 ədəd üzəri ağ rəngli “DVD” disk, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. - Diskə baxış keçirilməsi haqqında 27 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs pulunu geri qaytaracağını bildirmiş, baxış zamanı Zərərçəkmiş şəxs diskdə olan hər iki faylda səs yazılarından “B” xanasının qarşısındakı sözlər və səs yazısı ona, “A” xanasının qarşısında olan səs yazısı Təqsirləndirilən şəxs məxsus olmasını, həmin diaqloqların onunla Təqsirləndirilən şəxs arasında telefon danışıqları zamanı baş verməsini bildirmişdir. Təqsirləndirilən şəxs da istintaq zamanı verdiyi ifadəsində “A” xanasının qarşısında olan səs yazısının özünə məxsus olmasını təsdiq etmişdir. - Üzləşdirmə haqqında 01 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid3 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış, üzləşdirmə zamanı Şahid3 2022-ci ilin dekabr ayında Təqsirləndirilən şəxs taksi sürücüsü vasitəsilə 1000 manat pul göndərməsini, həmin pul vəsaitini Zərərçəkmiş şəxs verməsini deməsini Təqsirləndirilən şəxs üzünə qarşı deməklə, sonuncunu bir daha ifşa etmişdir. - Üzləşdirmə haqqında 01 may 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs 16 aprel 2022-ci il tarixdə oğlu Şahid1 X6 nəzarətçi-mühəndis vəzifəsində işə düzəlməsi üçün, Təqsirləndirilən şəxs yüksək vəzifəli şəxslərə “şirinlik” vermək adı ilə ondan 2000 manat pul almasını, daha sonra Şahid1 işə düzəltməməsini, 2022-ci ilin dekabr ayında X5 mühasibi Şahid3 vasitəsilə 1000 manat pulunu geri qaytarmasını Təqsirləndirilən şəxs üzünə qarşı deməklə, sonuncunu bir daha ifşa etmişdir. - Cinayət işinin başlanması haqqında 05 may 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə CM-nin 178.1 və 32.4, 312.1-ci maddələrindən həmin Məcəllənin 178.2.3 və 32.4, 312.1-ci maddələrinə tövsif edilmişdir. - Üzləşdirmə haqqında 16 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid4 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış, üzləşdirmə zamanı Şahid4 Təqsirləndirilən şəxs heç vaxt borc pul verməməsini, Şahid1 hər hansı məbləğdə pul vəsaiti almamasını, Şahid1 köməklik göstərməsini Təqsirləndirilən şəxs tapşırmamasını Təqsirləndirilən şəxs üzünə qarşı deməklə, sonuncunu bir daha ifşa etmişdir. - 15.04.2022-ci il tarixli "xxxx" ASC-nin Ağsu filialına Ağsu rayonu Gəgəli kənd sakini Şahid1 tərəfindən verilmiş razılıq ərizəsindən və ödəniş cədvəlindən görünür ki, sonuncu banka verdiyi girov-zinət əşyalarının müqabilində 1820 (min səkkiz yüz iyirmi) manat kredit götürmüşdür. - X8 Enerji Təchizatı və Satış İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MA- 615 nömrəli məktubdan görünür ki, Hüseynov X3 ASC-nin sədrinin xx.xx.2022-ci il tarixli, K/22-00196 nömrəli əmri ilə X5 rəisi vəzifəsinə təyin edilmişdir. Həmçinin, rayon elektrik şəbəkəsinin rəisinin vəzifə təlimatlarından görünür ki, şəbəkə rəisinin işə qəbul ilə bağlı hər hansı əmr vermək səlahiyyəti mövcud deyildir. - Sübutların qiymətləndirilməsi haqqında 16 may 2023-cü il tarixli qərardan görünür ki, istintaqlamüəyyən edilməli hallar üzrə mümkün sübutların həcmi cinayət işi üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyindən, toplanmış sübutlar kifayət etmiş hesab olunmuş, X5 sabiq rəisi Təqsirləndirilən şəxs CM-nin 178.2.3 və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs barəsində CM-nin 311-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs barəsində CM-nin 178.2.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs barəsində CM-nin 308 və 309-cu maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Zərərçəkmiş şəxs barəsində CM-nin 312.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlar istintaq zamanı toplanmış mötəbər sübutlar məcmusu ilə təkzib edildiyindən özünün müdafiəsi üçün gətirdiyi dəlil hesab edilməklə rədd edilmiş, cinayət işinin materiallarında olan, zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş DVD disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işi materiallarında saxlanılmışdır. - Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 16 may 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-nin 178.2.3 və 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulan ittiham elan edilməsinə dair qərar qəbul edilmişdir. Beləliklə, Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirib məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq olunan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 178.2.3-cü maddələrinin tərkibi vardır. Lakin təqsirləndirilən şəxsin həmin maddə ilə cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Belə ki, CPM-in: 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. CM-in: 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəyən ziyan tam ödənilmiş, ona qarşı şikayət və tələbi yoxdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Hüseynov X4 Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən CM-nin 178.2.2, 178.2.3, 178.2.4-cü maddəsinə əsasən 3000 manat cərimə, 02 il müddətinə müəyyən vəzifə tutmaq hüququndan məhrum etmə cəzasına məhkum olunmuş, Goranboy Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən CM-nin 178.2.2, 178.2.3, 178.2.4, 66.3, 66.4 və 66.4-cü maddəsinə əsasən 5000 manat cərimə, 03 il müddətinə yerli və özünü idarə orqanlarında təşkilatçı və sərəncamverici vəzifə tutmaqdan məhrum etmə cəzasına məhkum olunmuş, “08 noyabr Zəfər günü münasibətilə elan edilməsi haqqında” AR MM xx.xx.2021-ci il tarixli qərarına əsasən ödənilməiş qalan 2000 manat cəriməni ödəməkdən azad edilmiş, Goranboy Rayon Polis Şöbəsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən CM-nin 128-ci maddəsi ilə təqsirləndirilmiş və xx.xx.2017-ci ildə CPM-in 39.1.11 maddəsinə əsasən qərara xitam verilmişdir. - "xxxx" ASC-nin Ağsu filialının xx.xx.2023-cü il tarixli, 1751 nömrəli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən X1 500 manat pul ödənilmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını və ona dəymiş ziyanı tam ödəməsini, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini, prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, CM-in 73-1.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun CM-nin 178.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-nin 32.4, 312.1-ci maddəsi ilə irəli sürülmüş ittihama münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət-hüquqi qiymətdir. Məhkəmə qeyd edir ki, nəzəriyyədə səlahiyyətli vəzifəli şəxsə çatdırmaq adı ilə rüşvət verən şəxsdən pulu və ya digər əmlakı alan və vədinə əməl etmək niyyətində olmayaraq həmin pulu (əmlakı) öz xeyrinə ələ keçirən şəxsin hərəkətləri yalançı vasitəçilik (psevdovasitəçilik) adlandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 14 iyul 2022-ci il tarixli qərarına əsasən rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vasitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib. Qeyd olunmalıdır ki, yalançı vasitəçinin hərəkətləri rüşvət verməyə təhrik kimi qiymətləndirilə bilməz, çünki yalançı vasitəçinin niyyəti bütün digər iştirakçılarla birgə bir cinayət əməlini törətməyə (rüşvət verməyə) deyil, digər şəxslərin əmlakını ələ keçirməyə şərait yaratmağa yönəlmişdir. Hətta yalançı vasitəçiyə qarşı rüşvət verməyə cəhdə təhrik etmə ittihamının irəli sürülməsi də burada vəziyyəti dəyişmir. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinun Plenumunun həmin tarixli qərarına əsasən yalançı vasitəçilik birbaşa olaraq dələduzluğun üsulu kimi göstərilmişdir. "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında " Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 36-cı bəndində göstərilir ki, vəzifəli şəxsə rüşvət vermək barədə təşəbbüsü bu yolla özgə əmlakını ələ keçirmək məqsədini həyata keçirən şəxsin özü irəli sürdükdə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarında və Konstitusiya Məhkəməsi Plenium “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” 2023-cü il 17 aprel tarixli Qərardadında (bu Qərar və Qərardad birlikdə götürülməklə, onların təsviri-əsaslandırıcı hissələrində) ifadə olunmuş hüquqi mövqelərə əsasən təqsirkarın əməli CM-in 178.1-ci maddəsinin dispozisiyası ilə əhatə olunduğundan və burada rüşvət verməyə təhrik etmə cinayətinin (CM-in 32.4, 312-ci maddələri) tərkibinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlər mövcud olmadığından əməl qeyd edilən cinayətlərin ideal məcmusu kimi deyil, yalnız CM-in 178-ci maddəsi ilə dələduzluq cinayəti kimi tövsif olunmalıdır. Cinayət işinin materiallarına nəzər yetirdikdə də müəyyən olunur ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirmək məqsədi daşıdığından və ümumiyyətlə hər hansı bir korrupsiya razılaşmasının əldə olunmasına çalışmadığından göstərilən əməllərin korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilmədiyindən, əksinə əmlakla bağlı olan ictimai münasibətlərə zərər vurmağa yönəldiyindən və bu əməllər yekunda CM-nin 178.2.3-cü maddəsi ilə tam əhatə olunduğundan, təqsirləndirilən şəxsin əlavə olaraq CM-nin 32.4, 312.1-ci maddəsi ilə təqsirli bilinməsinə zərurət yoxdur. CPM-in: 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı CM-nin 32.4, 312.1-ci maddəsi ilə irəli sürülmüş ittiham ümumi ittihamdan xaric edilməlidir. İş materiallarına əlavə edilmiş “polisin nəzarəti altına vermə haqqında iltizam” qətimkan tədbirinin seçilməsi haqqında 16 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən barəsində seçilmiş “polisin nəzarəti altına vermə haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq iş materiallarında saxlanılan 01 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı; məhkəmə məsrəfinin tutulmasına səbəb olacaq ekspertiza isə keçirilməmişdir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, CPM-in: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 12 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 39, 40, 43, 321, 344-347, 356 və 384- 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə irəli sürülmüş ittiham ümumi ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan 01 ədəd “DVD” disk cinayət işi materiallarında saxlanılsın. Qərardan 20 gün müddətinə Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar