Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-41/2024 22.08.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Ağsu rayonu, Yenilik kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, çobanlıqla məşğul olan, Ağsu rayonu, Yenilik kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Belə ki o, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 10 noyabr 2023-cü il tarixdə saat 13 radələrində Ağsu rayonu Yenilik kəndi ərazisində yerləşən otlaq sahəsinə gələrək ətrafda çobanın və başqa şəxslərin olmadığına əmin olduqdan sonra həmin otlaq sahəsində nəzarətsiz qalmış xırdabuynuzlu heyvanlardan ibarət sürüdən Zərərçəkmiş şəxs1 məxsus bir baş, boz rəngli, erkək, yerli cinsdən olan, bir yaşında, diri çəkisi təxminən 20-22 kiloqram olan keçini ayırıb özü ilə aparıb gizli olaraq talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs1 140 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 27 noyabr 2023-cü il tarixdə saat 11 radələrində Ağsu rayonu Yenilik kəndi ərazisində yerləşən otlaq sahəsinə gələrək sürünü otaran çobanın orada olmadığına əmin olduqdan sonra həmin otlaq sahəsində otlayan sürünün içindən Zərərçəkmiş şəxs2 məxsus bir baş, ağ rəngli, dişi, yerli cinsdən olan, bir yaşında, diri çəkisi təxminən 19-20 kiloqram olan keçini ayırıb özü ilə aparıb gizli olaraq talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs2 130 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, 28 noyabr 2023-cü il tarixdə saat 12 radələrində Ağsu rayonu Yenilik kəndi ərazisində yerləşən otlaq sahəsində Ağsu rayonu Yenilik kənd sakinlərinə məxsus xırdabuynuzlu heyvanlardan ibarət sürünü otararkən təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə həmin örüş sahəsində xırdabuynuzlu heyvanları otaran Şahid3 yaxınlaşaraq otardıqları sürülərin birbirinə qarışması zamanı bir baş qoyunun sürüsünə qarışdığını deyərək Şahid3 aldadıb sonuncunun otardığı sürüdən Zərərçəkmiş şəxs3 məxsus bir baş, ağ rəngli, dişi, yerli cinsdən olan, üç yaşında, diri çəkisi təxminən 50 kiloqram olan qoyunu aparıb gizli olaraq talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs3 300 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs CM-in 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, Ağsu rayon Yenilik kəndində ailə üzvlərilə birlikdə yaşayır. O, həmkəndlilərinin heyvanlarını pul qarşılığında nobata aparır və əziyyət haqqı olaraq 15 manat pul alır. O, 10 noyabr 2023-cü il tarixdə saat təxminən 13 radələrində yaşadığı evdən bir ədəd bıçaq götürüb Ağsu rayon Yenilik kəndində yerləşən örüş sahəsinə getmişdir. Həmin vaxt örüş sahəsində heyvanların nəzarətsiz qalaraq otladığını və nobatçının orada olmadığını görmüşdür. Ətrafda heç kimin olmadığını anladıqdan sonra yaxınlaşaraq sürüdən, sonradan həmkəndlisi Zərərçəkmiş şəxs1 məxsus olduğunu bildiyi, bir baş, boz rəngli, erkək keçini ayırmışdır. Bundan sonra o, əlindəki çomaqla həmin keçini qabağına salıb piyada yaxınlıqdakı dağa aparmış, daha sonra o, həmin keçini kəsmişdir. O, keçini soymağa və hissələrə ayırmağa başlamış, sonra ocaq qalayaraq həmin keçini ocağın üzərində bişirib bir hissəsini yemiş, geridə qalan hissəsini isə orada qoyub yaşadığı evə getmişdir. 27 noyabr 2023-cü il tarixdə saat təxminən 11 radələrində oğurluq etmək məqsədilə yaşadığı evdən bıçaq və sellofan torba götürüb Yenilik kəndində yerləşən örüş sahəsinə getmişdir. O, qoyun-keçi sürüsünün örüş sahəsində otladığını görmüş, sürünün çobanının orada olmadığını anladıqdan sonra sürünün içərisinə daxil olub, sonradan Zərərçəkmiş şəxs2 məxsus olmasını bildiyi, bir baş dişi keçini sürünün içərisindən ayırıb örüş sahəsinin 100 metr kənarında olan kolluq əraziyə aparmışdır. Orada keçini kəsmiş və hissələrə ayırıb sellofan torbaya qoyaraq yaşadığı evə gətirmişdir. Evə gələn zaman anası X5 onun əlində sellofan torbanın içərisində olan hissələrə bölünmüş əti görüb haradan gətirdiyini soruşmuşdur. O, anasına əti aldığını bildirmiş, anası əti haradan aldığını soruşduqda o, əsəbləşərək acı cavab vermişdir. Bundan sonra o, əsəbi halda oğurladığı keçinin hissələrə bölünmüş ətini yaşadığı kəndin arxa hissəsində olan dərəyə atmışdır. 28 noyabr 2023-cü il tarixdə həmkəndlisi Elxan Heydərov nobat növbəsini onun əvəzinə yerinə yetirməyini xahiş etmişdir. O, Elxan Heydərovla razılaşıb ondan 15 manat əmək haqqı almışdır. Həmin gün saat 08 radələrində nobata getmişdir. Həmin gün həmkəndlisi Şahid3 də nobatda imiş. Şahid3 otardığı sürü ondan 60-70 metr məsafədə imiş. Həmin gün saat təxminən 12 radələrində oğurluq etmək qərarına gəlmiş, bundan sonra Şahid3 yaxınlaşaraq həmkəndlisi Elxan Heydərova məxsus bir baş qoyunun onun sürüsünə qarışdığını bildirmiş və həmin bir baş qoyunu ayırıb aparmalı olduğunu Şahid3 demişdir. Şahid3 ona inanmış və bir baş qoyunu aparmasına icazə vermişdir. Bundan sonra o, həmin bir baş qoyunu sürüdən ayırıb öz otardığı sürünün yanına gətirmişdir. Həmçinin otardığı sürüdən bir baş keçini də oğurlayıb qoyunun yanına gətirmiş, bundan sonra həmin gün saat təxminən 16 radələrində heyvan alveri ilə məşğul olan Şahid4 zəng edib özünə məxsus bir baş keçini və bir baş qoyunu ona satmaq istədiyini bildirmişdir. Şahid4 bazarda satışın zəif olmasını və tövləsində saxladığı heyvanları da sata bilmədiyini demişdir. O, Şahid4 heyvanlarını satmaqda ona kömək etməsini xahiş etmiş, Şahid4 ona kömək edə biləcəyini bildirmişdir. O, həmçinin qoyun və keçini ona göndərə bilməsi üçün taksi lazım olduğunu və taksiyə verməyə pulu olmadığını bildirmişdir. Şahid4 taksi fəaliyyəti ilə məşğul olan xalasıoğlu Şahid1 bu barədə xahiş edə biləcəyini və taksi pulunu heyvanları satdıqdan sonra verə biləcəyini bildirmişdir. O, razılaşmış və telefon əlaqəsini bitirmişlər. Şahid1 bir neçə dəqiqə sonra ona zəng etmiş və onun olduğu örüş sahəsinə gəlmişdir. Bundan sonra o, bir baş keçinin və bir baş qoyunun ayaqlarını iplə bağlayıb Şahid1 qırmızı rəngli “VAZ 21011” markalı avtomobilinin yük yerinə qoymuşdur. Şahid1 həmin heyvanların kimə məxsus olduğunu soruşmuşdur. O, həmin heyvanların ona məxsus olduğunu və maddi imkanı zəif olduğundan heyvanları satmaq istədiyini bildirmişdir. Şahid1 da ona inanmış, bundan sonra Şahid1 avtomobilini işə salaraq heyvanları götürüb Şamaxı rayonuna getmişdir. O, heyvanları otardıqdan sonra saat 18 radələrində heyvanları nobatdan qaytarıb gətirmiş, həmin gün saat 19 radələrində evdən çıxıb yolun kənarı ilə Ağsu rayonuna saçını kəsdirməyə gedirmiş. Yolda gedən zaman həmkəndlisi Zərərçəkmiş şəxs3 istifadəsində olan mobil nömrəsinə zəng edib ona məxsus qoyunun onun otardığı heyvanlara qarışdığını bildirmiş və həmin heyvanı qaytarmağını ondan xahiş etmişdir. O, həmin heyvanın Elxan Heydərovun heyvanlarının içərisində olduğunu demişdir. Zərərçəkmiş şəxs3 birlikdə Elxana məxsus heyvanlarının içərisinə baxmağı təklif etmişdir. Bu zaman Zərərçəkmiş şəxs3 kənddə olmadığını və Elxanın heyvanlarının içərisinə sabah baxıb deyəcəyini bildirmişdir. Kənddən bir qədər uzaqlaşıb gedirmiş ki, Zərərçəkmiş şəxs3 onu səsləyərək dayanmağını istəmişdir. Bu zaman İmranın yanında Şahid3 də gəlirmiş. Yanına yaxınlaşdıqdan sonra Zərərçəkmiş şəxs3 Hidayətin otardığı heyvanların içərisindən ayırdığı qoyunun ona məxsus olduğunu demişdir. O, qoyunun Elxana məxsus olduğunu və həmin heyvanı Elxanın yeni aldığını demişdir. Zərərçəkmiş şəxs3 birlikdə gedib Elxanın tövləsindəki heyvanlarına baxmağı təklif etmişdir. Bundan sonra Elxanın yaşadığı evə getmişlər. Elxanın heyvanlarına baxan zaman Elxan heyvanlarının sayının tam olduğunu və heyvanların içərisində başqa heyvan olmadığını demişdir. Bundan sonra o, bəhanə edərək İmrana məxsus qoyunun başqa kənd heyvanına qarışıb getdiyini və heyvan tapılmasa sabah ona həmin heyvanı tapıb verəcəyini bildirmişdir. O, bundan sonra yaşadığı evə getmişdir. Həmin gün axşam radələrində Şahid4 ona zəng vurub həmin heyvanları satdığını və 350 manat məbləğində pul əldə etdiyini demişdir. Bundan sonra həmin pulu bank kartına göndərə bilməsi üçün bankomata yaxınlaşmaq məqsədilə Ağsu şəhərinə getmişdir. O, Şahid4 kart hesabı deyəcəyini bildirmiş və pulu həmin karta göndərməsini xahiş etmişdir. Daha sonra yaxınlıqdakı tanımadığı şəxsə yaxınlaşmış və ondan kart hesabına pul yüklətdirmək istədiyini bildirmişdir. Həmin şəxs onunla razılaşmış və həmin şəxsin kart nömrəsini zəng vurub Şahid4 demişdir. Bir neçə dəqiqə sonra Şahid4 kart hesabına 350 manat pul göndərmişdir. Daha sonra o, həmin pulu kart hesabından çıxarmış və öz şəxsi məsrəfləri üçün xərcləmişdir. Ertəsi gün polis əməkdaşları onun yaşadığı evə gələrək onun barəsində şikayət olunduğu üçün Ağsu rayon polis şöbəsinə dəvət etmişlər. Şahid4 heyvan alveri ilə məşğul olur. O, əvvəllər də özünə məxsus olan qoyunu Şahid4 satmışdır. O, yenidən Şahid4 satmaq üçün ona müraciət etmişdir. Həmçinin oğurladığı heyvanları Ağsu şəhərinə satmağı təhlükəli imiş. Heyvan sahibləri heyvanlarını qəssabxanadan tapa bilərmiş. Şahid4 və Şahid1 onun oğurluq etməsindən xəbəri olmamışdır. O, törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxslərlə barışdığını və onlara dəymiş ziyanı ödədiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 göstərdi ki, o, Ağsu rayonu, Yenilik kəndində ailə üzvlərilə birlikdə yaşayır. Yaşadığı kənddə təsərrüfatla məşğul olur. Öz şəxsi təsərrüfatında qoyun və keçiləri var. Yaşadığı kənddə aşağı məhəllə və yuxarı məhəllə nobat növbələri vardır. Heyvanları yaşadığı kənd ərazisində həmkəndliləri ilə növbəli şəkildə nobata qoşaraq otarır. Heyvanlar hər gün tezdən saat 08 radələrində otarmaq üçün örüş sahəsinə aparılır və axşam saat 18 radələrində isə qaytarılır. 27 noyabr 2023-cü il tarixdə heyvanlarını örüşə yola salmışdır. Həmin tarixdə nobat növbəsi Zərərçəkmiş şəxs1 imiş. Həmin gün axşam saat təxminən 18 radələrində heyvanları örüş sahəsindən gəldikdən sonra heyvanlarını evinin həyətində olan tövləyə aparmışdır. Tövləsində heyvanlarını sayarkən bir baş keçisinin əskik olduğunu müəyyən etmişdir. Bundan sonra o, nobat növbəsində olan qohumu Zərərçəkmiş şəxs1 zəng edib bir baş keçisinin örüşdən gəlmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 ona məxsus olan keçinin necə və hansı şəraitdə yoxa çıxmasından məlumatı olmadığını demişdir. Bundan sonra Ağsu rayon Polis Şöbəsinə müraciət edərək bir baş keçisinin oğurlandığını bildirmişdir. Ona məxsus bir baş keçinin oğurlanması nəticəsinə ona 130 manat ziyan dəymişdir. Ona dəymiş maddi ziyan tamamilə ödənilmiş, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı hər hansı şikayəti yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 göstərdi ki, o, Ağsu rayonu, Yenilik kəndində ailə üzvlərilə birlikdə yaşayır. Yaşadığı kənddə aşağı məhəllə nobat növbəsi və yuxarı məhəllə nobat növbəsi olmaqla 2 nobat növbəsi vardır. Heyvanları yaşadığı kənd ərazisində həmkəndliləri ilə növbəli şəkildə nobata qoşaraq otarırmışlar. 28 noyabr 2023-cü il tarixdə nobat növbəsi həmkəndlisi X7 olduğu üçün heyvanları Sarkarın oğlu Şahid3 Sarkar oğlu 08 radələrində toplayaraq otarmaq üçün örüş sahəsinə aparmışdır. Həmin gün axşam saat 18 radələrində heyvanları örüş sahəsindən qaytarıb gətirdikdə heyvanları həyətində olan tövləyə salıb saymağa başlamışdır. Ona məxsus 40 baş qoyunlarından 1 baş qoyunun əksik olduğunu aşkar etmişdir. Bu zaman Şahid3 zəng edib məlumat vermişdir. Şahid3 nahar vaxtı yuxarı məhəllənin nobat növbəsində olan Təqsirləndirilən şəxs ona yaxınlaşdığını, otardığı heyvanların qarışdığını, sürüdən ayrılıb onun sürüsünə qoşulan qoyunun Elxan Heydərova məxsus olmasını bildirdiyini və həmin bir baş qoyunu otardığı heyvanlara qoşaraq apardığını bildirmişdir. Bundan sonra Şahid3 ilə görüşüb birlikdə Təqsirləndirilən şəxs evinə getmişlər. Evlərindən soruşduqda, Qahirin evdə olmadığını çörək almaq üçün mağazaya getdiyini bildirmişlər. O, Qahirə zəng edib harada olmasını soruşduqda, Qahir Ağsu rayonuna saçını kəsdirmək üçün getdiyini demişdir. O, Hidayətlə birlikdə kəndin giriş hissəsinə tərəf getmişdir. Ağsu istiqamətində piyada gələn zaman Qahirin piyada getdiyini görmüşlər. Qahirin yanında yaxınlaşmış, Elxanın adı ilə ayırdığı qoyunu ona göstərməsini xahiş etmişdir. Qahir əvvəlcə onunla getmək istəməsə də, ondan heyvanı göstərməsini tələb etdiyi üçün razılaşaraq onlarla birlikdə Elxanın evinə getmişlər. O, Elxanı çağırıb ondan yeni qoyun alıb-almadığını soruşmuş, Elxan yeni qoyun almadığını və qoyunlarının içərisində başqa qoyun olmadığını demişdir. Elxan heyvanlarına baxmağı təklif etmişdir. Bundan sonra birlikdə Elxanın tövləsinə gedib baxmışlar. Lakin onun qoyununun Elxanın heyvanlarının arasında olmadığını görmüşdür. Bu zaman Qahir müxətlif bəhanələr gətirməyə başlamışdır. O, Qahirə əgər 29 noyabr 2023-cü il tarixdə səhər saatlarında qoyunu gətirib verməsə barəsində polisə şikayət edəcəyini demişdir. Qahir onun qoyununu səhər taparaq qaytaracağını demişdir. Bundan sonra çıxıb getmişlər. 29 noyabr 2023-cü il tarixdə o, Qahirin telefonuna bir neçə dəfə zənglər etsə də, Qahir telefonuna cavab verməmişdir. Daha sonra Ağsu RPŞ-yə gedərək bir baş qoyununun Təqsirləndirilən şəxs tərəfindən oğurlanması barədə məlumat vermişdir. Ona məxsus bir baş qoyunun oğurlanması nəticəsinə ona 300 manat məbləğində ziyan dəymiş, polis əməkdaşlarının səyi nəticəsində bir baş qoyunu ona geri qaytarılmışdır. Həmçinin bir baş qoyunun ona geri qaytarıldığına görə Təqsirləndirilən şəxs ilə barışmış və Təqsirləndirilən şəxs barəsində şikayəti yoxdur. Zərərçəkmiş şəxs1 məhkəməyə teleqram göndərərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. O, ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Ağsu rayonu, Yenilik kəndində ailə üzvlərilə birlikdə yaşayır. Öz şəxsi təsərrüfatında 15 baş qoyun və 5 baş keçisi vardır. Yaşadığı Yenilik kəndində aşağı məhəllə növbəsi və yuxarı məhəllə növbəsi olmaqla iki nobat növbəsi vardır. O, saxladığı heyvanları yaşadığı kənd ərazisində növbəli şəkildə nobata qoşaraq otarırmış. Nobata qoşulmuş heyvanlar hər gün səhər saat 08 radələrində otarılmaq üçün örüş sahəsinə aparılır və axşam saat 18 radələrində isə qaytarıb kəndə gətirilir. 10 noyabr 2023-cü il tarixdə həmkəndlisi Zərərçəkmiş şəxs2 nobat növbəsində imiş. Zərərçəkmiş şəxs2 ona və digər sakinlərə məxsus heyvanları Ağsu rayonu Yenilik kəndində yerləşən örüş sahəsinə aparmışdır. 10 noyabr 2023-cü il tarixdə saat təxminən 18 radələrində ona məxsus qoyun və keçilər örüş sahəsindən gəlmişlər. O, heyvanlarını həyətində olan tövləsinə aparmışdır. Tövlədə heyvanlarını sayarkən beş baş keçisindən bir başının əskik olduğunu müəyyən etmiş, bundan sonra o, nobat növbəsində olmuş Zərərçəkmiş şəxs2 zəng edib bir baş keçisinin nobatdan gəlmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs2 keçinin necə və hansı şəraitdə yoxa çıxmasından məlumatı olmadığını demişdir. O, keçisinin itməsini güman edib bir neçə gün axtarsa da tapa bilməmişdir. 27 noyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 məxsus bir baş keçinin itməsi barədə məlumat almışdır. Artıq bir baş keçisinin oğurlanmasından şübhələnərək 29 noyabr 2023-cü il tarixdə Ağsu rayon Polis Şöbəsinə gələrək şikayət etmişdir. Ona məxsus bir baş keçinin oğurlanması nəticəsində ona 140 manat məbləğində maddi ziyan dəymişdir. Ona dəymiş maddi ziyan tamamilə ödənilmiş, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı hər hansı şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Ağsu rayon Yenilik kəndində ailə üzvlərilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs həmkəndlisidir. Yaşadığı Yenilik kəndində aşağı məhəllə növbəsi və yuxarı məhəllə növbəsi olmaqla iki nobat növbəsi vardır. Heyvanlarını yaşadığı kənd ərazisində həmkəndliləri ilə növbəli şəkildə nobata qoşaraq otarırmış. Heyvanlarını hər gün səhər saat 08 radələrində otarılması üçün nobata qoşurmuş və heyvanlar axşam saat 18 radələrində isə nobatdan gətirilirmiş. 28 noyabr 2023-cü il tarixdə nobat növbəsi onda olduğu üçün saat 08 radələrində həmkəndlilərinin heyvanlarını toplayaraq otarmaq üçün Yenilik kəndi ərazisindəki örüş sahəsinə aparmışdır. Həmin gün saat 12 radələrində onun sürüsü ilə aşağı məhəllənin sürüsü biri-birilərinə qarışmışdır. Aşağı məhəllənin nobat növbəsini həmkəndlisi Təqsirləndirilən şəxs otarırmış. Təqsirləndirilən şəxs ilə köməkli heyvanları ayırmağa başlamışlar. Heyvanlar aralanıb gedən zaman Təqsirləndirilən şəxs heyvanların içərisindən bir baş, ağ rəngli, dişi qoyunun ayaqlarından tutaraq sürünün içərisindən çıxartmışdır. O, həmin qoyunun həmkəndlisi X9 məxsus olduğunu, qoyunu yeni aldığını və otardığı sürüdən ayrılıb onun sürüsünə qarışdığını bildirmişdir. O, Təqsirləndirilən şəxs inanmış və Təqsirləndirilən şəxs həmin qoyunu aparmışdır. Təqsirləndirilən şəxs heyvanları otarmağa davam etmişdir. Artıq nahar vaxtı olduğu üçün atası Sərkər Karmukov növbəni dəyişməyə örüş sahəsinə gəlmiş, atası Sərkərə heyvanları təhvil verib evə gəlmişdir. Həmin gün axşam saat 18 radələrində atası Sərkər heyvanları örüş sahəsindən qaytarıb gətirmişdir. Heyvanları gətirdikdən təxminən bir saat sonra Zərərçəkmiş şəxs3 ona zəng edib bir baş qoyununun nobatdan qayıtmadığını bildirmişdir. O, qoyunun nahar vaxtı aşağı məhəllənin nobat növbəsində olan Təqsirləndirilən şəxs otardığı heyvanlara qarışdığını, Qahirin heyvanlardan birinin həmkəndlisi Elxan Heydərova məxsus olduğunu bildirərək 1 baş qoyunu otardığı sürüyə qoşaraq apardığını demişdir. Bundan sonra evdən çıxıb Zərərçəkmiş şəxs3la görüşərək birlikdə Qahirin yaşadığı evə getmişlər. Qahiri çağırsa da, valideynləri Qahirin evdə olmadığını bildirmişlər. Zərərçəkmiş şəxs3 Qahirin istifadəsində olan telefonuna zəng edib nahar vaxtı qoyunları qarışdırıb onun qoyununu Elxanın qoyunu olmasını bildirirək apardığını demişdir. Təqsirləndirilən şəxs sabah bu barədə söhbət edəcəyini demişdir və telefon əlaqəsini bitirmişlər. Bundan sonra Zərərçəkmiş şəxs3 ilə birlikdə kəndin giriş hissəsinə tərəf getmişlər. Ağsu şəhəri istiqamətində piyada gələn zaman kənddən təxminən 500 metr aralıda yolun kənarı ilə Ağsu rayonu istiqamətində Qahirin piyada getdiyini görmüşlər. Qahirə yaxınlaşıb ona Elxan Heydərovla söhbət etməyə getməyi təklif etmişdir. Qahir əvvəlcə getmək istəməsə də, ona heyvanı göstərməsini tələb etdiyi üçün razılaşmışdır. Bundan sonra birlikdə Elxanına evinə getmişlər. O, Elxanı çağırıb təzə qoyun alıb-almadığını soruşmuşdur. Elxan təzə qoyun almadığını, qoyunlarının içərisində də, başqa qoyun olmadığını demiş və onlar heyvanlarına baxmağa təklif etmişdir. Bundan sonra birlikdə Elxanın tövləsinə gedib baxmışlar. Lakin İmranın qoyununun onun heyvanlarının arasında olmadığını gormüşlər. Bundan sonra Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs 29 noyabr 2023-cü il tarixdə səhər saatlarında qoyunu gətirib verməsə onun barəsində polisə şikayət edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs İmranın heyvanının kənd heyvanlarına qarışdığını deyərək səhər tapıb qaytaracağını demişdir. Bundan sonra oradan çıxıb getmişlər. 29 noyabr 2023-cü il tarixdə İmran, Qahirin telefonuna bir neçə dəfə zənglər etsə də, Qahir zənglərə cavab verməmişdir. İmran heyvanı onun nobat növbəsində oğurlandığı üçün qoyununu ondan tələb etdiyinə görə bu barədə atasına bildirmişdir. Atası Sərkər də, polisə gedərək heyvanın Qahir tərəfindən oğurlanması barədə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, ünvan 1 ünvanında ailə üzvlərilə birlikdə yaşayır. Şamaxı şəhərində qoyun, quzu və inək alveri ilə məşğul olur. O, bu yolla öz maddi ehtiyaclarını qarşılayır. Təqsirləndirilən şəxs əvvəlcədən tanıyır. Təqsirləndirilən şəxs təsərrüfatla məşğul olur və çobançılıq edir. Təqsirləndirilən şəxs bir neçə dəfə ona qoyun və quzu satmışdır. Şahid1 onun xalası oğludur. 28 noyabr 2023-cü il tarixdə saat təxminən 16 radələrində Təqsirləndirilən şəxs onun mobil nömrəsinə zəng vurub özünə məxsus bir baş keçini və bir baş qoyunu ona satmaq istədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs bazarda satışın zəif olmasını və tövləsində saxladığı heyvanları da sata bilmədiyini bildirmiş, Təqsirləndirilən şəxs ondan özünə məxsus olan heyvanları satmaqda kömək etməsini xahiş etmişdir. O, Təqsirləndirilən şəxs kömək edə biləcəyini bildirmiş, Təqsirləndirilən şəxs həmçinin qoyun və keçini ona göndərə bilməsi üçün ona taksi lazım olduğunu və taksiyə verməyə pulu olmadığını bildirmişdir. O, taksi fəaliyyəti ilə məşğul olan xalasıoğlu Şahid1 bu barədə xahiş edə biləcəyini və əziyyət pulunu heyvanları satdıqdan sonra verə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs razılaşmış və telefon əlaqəsini bitirmişlər. Bundan sonra Şahid1 zəng vurub Təqsirləndirilən şəxs məxsus heyvanları avtomobili ilə Şamaxı şəhərinə gətirməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs onunla razılaşmış və Təqsirləndirilən şəxs zəng vuracağını bildirmişdir. Daha sonra telefon əlaqəsini bitirmişlər. Həmin gün Şahid1 avtomobili ilə bir baş qoyun və bir baş keçini Şamaxı şəhərinə gətirib ona təhvil vermişdir. Həmin gün iri və xırdabuynuzlu heyvanların alveri ilə məşğul olan tanışı Şahid2la görüşmüş, söhbət əsnasında tanışının özünə məxsus olan bir baş qoyunu və bir baş keçini ona verdiyini, həmin heyvanları sataraq pulunu həmin tanışına göndərməli olduğunu Şahid2 bildirmişdir. Həmçinin bir baş qoyunu və bir baş keçini almaq istəyib-istəmədiyini Şahid2 soruşmuş, Şahid2 heyvanlara baxıb bəyənərsə ala biləcəyini demişdir. Bundan sonra o, həmin bir baş qoyunu və bir baş keçini yaşadığı evin tövləsindən çıxarıb Şahid2 yanına aparmışdır. Şahid2 həmin heyvanlara baxdıqdan sonra onunla razılaşaraq bir baş qoyun və bir baş keçiyə görə ümumilikdə 350 manat məbləğində ona pul vermiş, bundan sonra oradan çıxıb getmişdir. O, həmin gün axşam radələrində 350 manat pulun hamısını Təqsirləndirilən şəxs dediyi kartın balansına göndərmişdir. Təqsirləndirilən şəxs bir boş qoyunu və bir baş keçini oğurluq yolu ilə əldə etdiyini bilməmişdir. Təqsirləndirilən şəxs həmin heyvanların pay olaraq verildiyini ona demişdir. Təqsirləndirilən şəxs oğurluq etməyindən xəbəri olmamışdır. O, Təqsirləndirilən şəxs kömək etmək məqsədilə həmin heyvanları satıb bütün pulu ona vermişdir. O, iri və xırdabuynuzlu heyvanların alveri ilə məşğul olduğu üçün Təqsirləndirilən şəxs ona müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Ağsu rayon Elabad kəndində ailə üzvlərilə birlikdə yaşayır. “Vaz 21011” markalı **-CE-*** nömrəli avtomobililə taksi fəaliyyəti göstərərək maddi ehtiyaclarını ödəyir. Təqsirləndirilən şəxs əvvəlcədən tanıyır. Şahid4 onun xalasıoğludur və Şamaxı şəhərində heyvan alveri ilə məşğul olur. 28 noyabr 2023-cü il tarixdə saat təxminən 16:30 radələrində Ağsu şəhəri ərazisində avtomobilində əyləşib müştəri gözləyirmiş. Bu zaman xalasıoğlu Şahid4 onun mobil nömrəsinə zəng edərək Ağsu rayon Yenilik kənd sakini Təqsirləndirilən şəxs məxsus olan bir baş qoyun və bir baş keçini Şamaxı şəhərinə apararaq ona verməsini xahiş etmişdir. O, bir baş qoyunun və bir baş keçinin harada olmasını soruşmuş, Şahid4 Təqsirləndirilən şəxsla əlaqə saxlayıb bu barədə məlumat ala biləcəyini demişdir. O, Şahid4 heyvanları Şamaxı şəhərinə aparmağına görə əziyyət pulunu kimin ödəyəcəyini soruşmuş, Şahid4 Təqsirləndirilən şəxs məxsus heyvanları satdıqdan sonra əldə edilən puldan Təqsirləndirilən şəxs ona pul verəcəyini bildirmişdir. O, əziyyət haqqı olaraq 30 manat alacağını bildirmişdir. Şahid4 bu barədə Təqsirləndirilən şəxs da deyəcəyini bildirmiş, bundan sonra Şahid4la telefon əlaqəsini bitirmişdir. Daha sonra Təqsirləndirilən şəxs zəng vurub harada olduğunu soruşmuş, Təqsirləndirilən şəxs Ağsu rayon Yenilik kəndi ərazisindəki örüş sahəsində olduğunu bildirmişdir. Bundan sonra o, həmin yerə getmiş, orada Təqsirləndirilən şəxsla görüşmüşdür. Təqsirləndirilən şəxs söhbət əsnasında həmin heyvanların ona pay verildiyini və maddi imkanı zəif olduğundan heyvanları satmaq istədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs bir baş keçini və bir baş qoyunu onun avtomobilinin yük yerinə yükləmiş, o, Təqsirləndirilən şəxs əziyyət haqqını kimin verəcəyini soruşmuşdur. Təqsirləndirilən şəxs Şahid4 heyvanları satıb pulu ona verdikdən sonra əziyyət haqqını verəcəyini demişdir. O, Təqsirləndirilən şəxsla razılaşmış və oradan çıxıb getmiş, saat təxminən 18 radələrində Şamaxı şəhərinə çatmışdır. O, yaşadığı evin yaxınlığında Şahid4la görüşmüş, bundan sonra həmin bir baş qoyunu və bir baş keçini Şahid4 təhvil vermişdir. Daha sonra o, oradan çıxıb getmişdir. Təqsirləndirilən şəxs həmin heyvanların pay olaraq ona verildiyini demişdir. Onun Təqsirləndirilən şəxs oğurluq etməyindən xəbəri olmamışdır. O, taksi kimi həmin heyvanları Şamaxı şəhərinə aparmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 14 dekabr 2023-cü il tarixli qərardan görünür ki, fakta görə CM-in 177.2.2-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. - “Zərərçəkmiş şəxs kimi tanıma haqqında” 14 dekabr 2023-cü il tarixli qərarlardan görünür ki, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və X3 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışlar. - “Cinayət törətməkdə şübhəli olan şəxsi tutma haqqında” 14 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 dekabr 2023-cü il tarixdə, saat 22:00-da tutulmuşdur. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 16 dekabr 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.2.2-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. - “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” 16 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, o, 16 dekabr 2023-cü il tarixdə, saat 12:40-da müvəqqəti saxlama yerindən azad edilmişdir. - “Əşyanın maddi sübut hesab edilməsi haqqında” 16 dekabr 2023-cü il tarixli qərardan görünür ki, ilkin təhqiqat zamanı əldə edilərək sahiblərinə qaytarılmış, Zərərçəkmiş şəxs3 məxsus bir baş, ağ rəngli, dişi, yerli cinsdən olan, üç yaşında, diri çəkisi 50 kq olan qoyun və X2 məxsus bir baş, ağ-qara rəngli, erkək, hələb cinsli, iki yaşında, diri çəkisi 25-30 kq olan keçi ********* nömrəli cinayət işi üzrə maddi sübut hesab edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 26 yanvar 2024-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Ağsu rayon Polis şöbəsində CM-in 177.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış, iş hal-hazırda icraatdadır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 yanvar 2024-cü il tarixli 9/145 nömrəli rəyindən görünür ki, ekspertiza təyin edilməsi haqqında qərarda göstərilən xırdabuynuzlu heyvanların 2023-cü ilin noyabr ayına olan orta-bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 790,00 manat müəyyən edilmişdir. O cümlədən: Zərərçəkmiş şəxs1 məxsus bir baş, boz rəngli, erkək, yerli cinsdən olan, bir yaşında, diri çəkisi 20-22 kiloqram olan keçi - 140,00 manat müəyyən edilir. Zərərçəkmiş şəxs2 məxsus bir baş, ağ rəngli, dişi, yerli cinsdən olan, bir yaşında, diri çəkisi 19-20 kiloqram olan keçi -130,00 manat müəyyən edilir. X2 məxsus bir baş, ağ-qara rəngli, erkək, hələb cinsli, iki yaşında, diri çəkisi 25-30 kiloqram olan keçi - 220,00 manat müəyyən edilir. Zərərçəkmiş şəxs3 məxsus bir baş, ağ rəngli, dişi, yerli cinsdən olan, üç yaşında, diri çəkisi 50 kiloqram olan qoyun – 300 manat müəyyən edilir. - Ağsu Rayon İcra Hakimiyyəti başçısının Xanbulaq İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs orta məktəbi bitirdikdən sonra hərbi xidmətə getmiş, hərbi xidmətdən qayıtdıqdan sonra fərdi təsərrüfatla məşğul olub. Ailə və məişətdə özünü nizam-intizamlı aparıb. Kənddə yaşadığı dövrdə kənd ağsaqqallarının hörmətini qazanmışdır. Dövlətin keçirdiyi tədbirlərdə yaxından iştirak edib və hökümətin apardığı uğurlu siyasəti dəstəkləyib. Bu günə kimi onun haqqında Xanbulaq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamışdır. - “Sübutların qiymətləndirilməsi haqqında” 03 mart 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs 16 dekabr 2023cü il tarixli qərarla CM-in 177.2.2-ci maddəsi ilə elan edilmiş ittihamın məzmununa əlavələr və dəyişikliklər etməklə ona CM-in 177.2.2-ci maddəsi ilə yenidən ittiham elan edilməsi, X2 məxsus bir baş keçinin talanması faktı Təqsirləndirilən şəxs CM-in 177.2.2-ci maddəsi ilə elan edilmiş ittihamdan çıxarılması, zərərçəkmiş şəxs X1 cinayət işində zərərçəkmiş şəxs qismində iştirakına xitam verilməsi, Təqsirləndirilən şəxs barəsində CM-in 179.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilməsi, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati icraat açılmasından imtina edilməsi, Şahid1 barəsində CM-in 177.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Şahid4 barəsində CM-in 177.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Şahid2 barəsində CM-in 194-cü maddəsi ilə cinayət işinin başlanılmasının rədd edilməsi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 məxsus bir baş qoyunu talaması faktı üzrə Təqsirləndirilən şəxs əməlinin oğurluq kimi tövsif edilməsinin əsaslı hesab edilməsi, Şahid3 barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi, X4 ifadəsi Təqsirləndirilən şəxs müdafiəsinə yönəldiyindən onun ifadəsinin sübut kimi qiymətləndirilməməsi, iş üzrə maddi sübutların, sahiblərinə, yəni Mirzəkərim Pənahova və Zərərçəkmiş şəxs3 qaytarılmasının nəzərə alınması, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 məhkəmə-əmtəəşünaslıq ekspertizasının 18 yanvar 2024-cü il tarixli, 9/145 nömrəli ekspert rəyi ilə razı olmalarının nəzərə alınması, cinayət işi üzrə zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanların məhkəməəmtəəşünaslıq ekspertizasının 18 yanvar 2024-cü il tarixli, 9/145 nömrəli ekspert rəyinə əsasən hesablanmasının nəzərə alınması, təqsirləndirilən şəxsin özünün etirafedici ifadələri, zərərçəkmiş şəxslərin və Şahid1, Şahid2, Şahid3, Şahid4 ifadələri, məhkəməəmtəəşünaslıq ekspertizasının 18 yanvar 2024-cü il tarixli, 9/145 nömrəli ekspert rəyinin iş üzrə sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır. - Ağsu Rayon Məhkəməsinin 1(016)-41/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi və onun haqqında axtarış elan edilməsi qərara alınmışdır. - “Axtarışda olan şəxsin tutulması barədə” 11 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 iyun 2024-cü il tarixdə İsmayıllı rayonu ərazisində tutularaq Ağsu RPŞ-nin MSY-nə yerləşdirilmişdir. - Zərərçəkmiş səxs Zərərçəkmiş şəxs1 03 iyul 2024-cü il tarixli ərizəsindən görünür ki, ona dəymiş maddi və ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş, onunla barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. - Zərərçəkmiş səxs Zərərçəkmiş şəxs3 04 iyul 2024-cü il tarixli ərizəsindən görünür ki, ona dəymiş maddi və mənəvi ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş, onunla barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. - Zərərçəkmiş səxs Zərərçəkmiş şəxs2 04 iyul 2024-cü il tarixli ərizəsindən görünür ki, ona dəymiş maddi və ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş, onunla barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslər və şahid ifadələri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər dəlillərlə təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq CM-in qeyd olunan maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərində əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxsə cəza təyin edərkən məhkəmə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni CM-in 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəməsini və zərərçəkmiş şəxslərlə barışmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran hal yoxdur. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 14 dekabr 2023-cü il tarixdən 16 dekabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün və 11 iyun 2024-cü il tarixdən 22 avqust 2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) ay 11 (on bir) gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə hesablanmalıdır. Hökmün icrası təqsirləndirilən şəxsin yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal həbsdən azad olunmalıdır. Onun barəsində “başqa yerə getməmə haqqında iltizam” növündə qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış – Zərərçəkmiş şəxs3 məxsus 1 (bir) baş qoyunun qanuni sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 18 saat hüquqi yardıma görə 108 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrinə əsasən, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 14 dekabr 2023-cü il tarixdən 16 dekabr 2023cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün və 11 iyun 2024-cü il tarixdən 22 avqust 2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) ay 11 (on bir) gün müddətin 1 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində 02 (iki) il 07 (yeddi) ay 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Ağsu rayonunun ərazisi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün gecə saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə Ağsu rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış – Zərərçəkmiş şəxs3 məxsus 1 (bir) baş qoyunun qanuni sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət büdcəsinə (Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, X6, kod: 210005, VÖEN: **********, müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab AZ34CTRE********************) ödənilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 18 saat hüquqi yardıma görə 108 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №1(016)-41/2024
Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-41/2024
22.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver