Məhkəmə qərarları › İş №1(016)-42/2025

Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-42/2025

19.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-42/2025 19.09.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X28 Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəbrayılova Könül Alov qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1972-ci il tarixdə İsmayıllı rayonu Lahıc qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Ağsu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edildiyi 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi Ağsu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 01 il 03 ay 09 gün müddətə azadlıqdan məhrum etmə cəzasına əvəz edilmiş, məhkumluğu ödənilməmiş, İsmayıllı rayonu Lahıc qəsəbəsində qeydiyyatda olmaqla Ağsu rayonu Bənəcik kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 263.1- 1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, 28 mart 2025-ci il tarixdə saat 14 radələrində etibarnamə əsasında idarə etdiyi “Daewoo Damas minik” markalı, ** UE *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu şəhəri ərazisindən keçən 159-cu kilometrliyi ilə Göyçay şəhəri istiqamətində 80 km/saat sürətlə hərəkət edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, buna riayət etməyərək eyni istiqamətdə öndə həmin avtomobil yolunun sağ hərəkət hissəsində sola dönmə əməliyyatı aparmaq üçün dayanmış Şahid1 idarə etdiyi “Vaz 21061 minik” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ hissəsi ilə toqquşmasından sonra “Vaz 21061 minik” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin sola doğru yerində fırlanmaqla əks hərəkət zolağına çıxması nəticəsində “Vaz 21061 minik” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin əks hərəkət zolağı ilə Şamaxı rayonu istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs1 70 km/saat saat sürətlə idarə etdiyi “Opel Astra minik” markalı, ** HM *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmasının təsirindən “Opel Astra minik” markalı, ** HM *** dövlət qeydiyyat nişanlı avtomobilin Şamaxı rayonu istiqamətində hərəkətini davam etdirib yolun sağ ehtiyyat hissəsində yerləşən “Azpetrol” X13 çıxış hissəsində dayanıqlı vəziyyətdə olan “Kamaz 55111 yük” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşmasına, nəticədə “Opel Astra minik” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 S2(bel) fəqərənin qapalı sınığı ilə nəticələnən dərəcəsinə görə səhhətin uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid, həmin avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs2 C2(boyun) fəqərə cisminin yerini dəyişən travmatik sınığı ilə nəticələnən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı ittiham irəli sürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, “Daevo Damas minik” markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. Avtomobil idarə etmək üçün B1, B, C1 və C kateqoriyalı sürücülük vəsiqəsi vardır. 28 mart 2025-ci il tarixində təxminən saat 14 radələrində o, idarə etdiyi avtomobil ilə Ağsu şəhəri H.Əliyev prospektindən yaşadığı Ağsu rayonu Bənəcik kəndi istiqamətində hərəkətdə imiş. Həmin vaxt avtomobildə tək imiş, avtomobildə sərnişin yox imiş. Həmin vaxt o, avtomobili təxminən 80 km/saat sürətlə hərəkət etdirirmiş. Hərəkət zamanı onun qarşısında “VAZ 21061 minik” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil hərəkət edirmiş. Şəhər ərazisində yerləşən “Azpetrol YDM”-in qarşısında olan zaman həmin avtomobilin sürücüsü sürəti azaltmış və dönmə işığını yandıraraq sola dönmə əməliyyatını həyata keçirmişdir. Bu zaman onun hərəkət sürəti çox olduğu üçün idarə etdiyi “Daevo Damas minik” markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qarşı tərəfi “VAZ 21061 minik” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ hissəsinə çırpılmışdır. Təxminən 1 dəqiqə avtomobildə huşsuz vəziyyətdə qaldıqdan sonra avtomobildən düşmüş və “Opel Astra minik” markalı, ** HM *** dövlət qeydiyyat nişanlı avtomobilin onun qarşısında hərəkətdə olan “Vaz 21061 minik” markalı avtomobil ilə toqquşmasını, daha sonra “Opel Astra minik” markalı, ** HM *** dövlət qeydiyyat nişanlı avtomobil yolun kənarında hərəkətsiz vəziyyətdə olan “Kamaz 55111 yük” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmasını görmüşdür. Bir qədər sonra hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım işçiləri gəlmişlər. Daha sonra o, xəstəxanaya müraciət etmişdir. Xəstəxanada sağ əlinin 5-ci barmağının daraq sümüyünün sınması ona məlum olmuşdur. Hərəkətdə olan zaman onun qarşısında hərəkət edən “VAZ 21061 minik” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin sola dönəcəyini təxminən 10 metr məsafədən görmüşdür. Hadisənin qarşısını almaq üçün əyləcdən istifadə etmişdir. O, baş vermiş yol-nəqliyyat hadisəsindən bilavasitə əvvəl spirtli içkilərdən, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən maddələrdən istifadə etməmişdir. Təqsirləndirilən şəxs daha sonra ifadəsində törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını, himayəsində xəstə uşaqlarının olmasını nəzərə alaraq ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi Təqsirləndirilən şəxs daha sonra ifadəsində törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını, himayəsində xəstə uşaqlarının olmasını nəzərə alaraq ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahatında göstərmişdir ki, o, etibarnamə əsasında ** HM *** dövlət qeydiyyat nişanlı, “Opel Astra minik” markalı avtomobili idarə edir. O, Ağsu rayonu istiqamətindən Bakı şəhəri istiqamətində sərnişin daşımaqla taksi sürücüsü kimi fəaliyyət göstərir. Avtomobil idarə etmək üçün “B” kateqoriyalı sürücülük vəsiqəsi vardır. 28 mart 2025-ci il tarixində qardaşı oğlu Zərərçəkmiş şəxs2 ilə birlikdə yaşadığı kənddən idarə etdiyi avtomobil vasitəsi ilə çıxmışlar. Həmin vaxt Ağsu rayon Mərkəzi Xəstəxanasının qarşısında yerləşən küçədən Bakı şəhərinə aparmaq məqsədi ilə 3 azyaşlı uşaq və bir nəfər qadını avtomobilin arxa sərnişin oturacağına əyləşdirmişdir. Həmin vaxt qardaşı oğlu Qurban qabaq sərnişin oturacağında əyləşmişdir. Daha sonra Bakı şəhərinə getmək üçün yola düşmüşlər. Avtomobil ilə Bakı-Şamaxı-Yevlax avtomobil yoluna çıxmış və üzü Bakı şəhəri istiqamətində hərəkətə davam etmişdir. Həmin vaxt avtomobilin hərəkət sürəti təxminən 70 km/saat təşkil edirmiş. Həmin vaxt əks istiqamətli yoldan “Vaz 21061 minik” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil gəlirmiş. Həmin avtomobilin hərəkət etməsini 50 metr məsafədən görürmüş. Daha sonra həmin “VAZ 21061 minik” markalı avtomobilin sola dönmək istədiyini anlamışdır. Həmin vaxt aralarında təxminən 15 metr məsafə var imiş. Həmçinin yolun sağ kənarında yerləşən Azpetrol YDM-in çıxış hissəsində “Kamaz” markalı yük avtomobili yolun hərəkət hissəsinə çıxmaq istəyirmiş. Həmin vaxt o, sürətini azaltmamış, hərəkət etdiyim sürətlə də keçib gedəcəyini düşünmüşdür. Həmin vaxt anidən “Vaz 21061 minik” markalı avtomobil yolun əks istiqamətinə çıxaraq onun idarə etdiyi avtomobilin ön sol hissəsinə çırpılmışdır. Zərbədən sonra o, “Daevo Damas minik” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobili görmüşdür. Ardınca isə idarəetməni itirdiyi üçün yolun sağ tərəfində YDM-in çıxış hissəsində dayanıqlı vəziyyətdə olan “Kamaz 55111 yük” markalı avtomobilin qarşı sol hissəsinə çırpılmışdır. Qurban huşunu itirdiyi üçün onu ayıltmağa çalışmışdır. Daha sonra arxada əyləşmiş sərnişinlərin səhhəti ilə maraqlanmışdır. Daha sonra yaxınlıqda olan tanımadığı şəxslər yaxınlaşaraq onları avtomobildən düşürmüşlər. Daha sonra hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım işçiləri gəlmişlər. Xəstəxanada onun çanaq sümüyünün sınması məlum olmuşdur. Həmçinin hadisənin qarşısını almaq üçün hər hansı bir hərəkət etməmişdir. İdarə etdiyi avtomobil texniki cəhətdən saz olmuşdur. O, həmin vaxt avtomobilində yük olmamasını, hadisədən əvvəl “VAZ 2106 minik” markalı avtomobil ilə aralarında 20 metr məsafə olmasını və həmin məsafədən onun hərəkəti üçün təhlükə yaranmasını, “VAZ 21061 minik” markalı avtomobilin “Daevo Damas minik” markalı avtomobil tərəfindən vurulduğu və “VAZ 21061 minik” markalı avtomobilin onun hərəkət zolağına çıxdığı anda “VAZ 21061 minik” markalı avtomobil ilə onun idarə etdiyi “Opel Astra minik” markalı, ** HM *** dövlət qeydiyyat nişanlı avtomobil arasında təxminən 2 metr məsafənin olmasını, heç vaxt, o cümlədən baş vermiş yol-nəqliyyat hadisəsindən bilavasitə əvvəl spirtli içkilərdən, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən maddələrdən istifadə etməməsini göstərmişdir. Zərərçəkmiş şəxs1 daha sonra ifadəsində ona dəymiş ziyanın ödənilmədiyini, təqsirləndirilən şəxslə şifahi razılaşdığını, bu halların nəzərə alaraq ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun əmisidir. Əmisi etibarnamə əsasında ** HM *** dövlət qeydiyyat nişanlı, “Opel Astra minik” markalı avtomobili idarə edir. Əmisi Ramil özü hazırda taksi fəaliyyəti ilə məşğul olur və Ağsu rayonu ilə Bakı şəhəri arasında sərnişindaşıma fəaliyyətini həyata keçirir. 28 mart 2025-ci il tarixində saat 12 radələrində Bakı şəhərinə getmək məqsədi ilə əmisinin idarə etdiyi avtomobil ilə yaşadığı kənddə olan zaman sərnişin qismində əyləşmişdir. Həmin vaxt ön sərnişin oturacağında əyləşmişdir. Əmisi Ramil sərnişin qismində Bakı şəhərinə aparmaq məqsədi ilə Ağsu rayon Mərkəzi Xəstəxanası ilə üzbəüz olan küçədən tanımadığı bir nəfər orta yaşlı qadın və üç azyaşlı uşağı avtomobilin arxa salonuna əyləşdirmişdir. Daha sonra Bakı şəhərinə getmək üçün yola düşmüşlər. Onlar avtomobil ilə Bakı-Şamaxı-Yevlax avtomobil yoluna çıxmış və üzü Bakı şəhəri istiqamətində hərəkətə davam etmişlər. Həmin vaxt avtomobilin hərəkət sürəti təxminən 70 km/saat təşkil edirmiş. Ağsu rayonu ərazisində yerləşən “Azpetrol” YDM-nin qarşısına çatmalarına az qalmış əks istiqamətdən “Vaz 21061 minik” markalı avtomobilin hərəkətini dayandırmasını görmüşlər. Həmin vaxt anidən “Vaz 21061 minik” markalı avtomobilin arxasında gələn “Daevo Damas minik” markalı avtomobil həmin “Vaz 21061 minik” markalı avtomobilin arxa hissəsinə çırpılmışdır. Zərbənin təsirindən həmin “Vaz 21061” markalı avtomobil əks istiqamətə, yəni əmisinin idarə etiyi avtomobilin hərəkət istiqamətinə çıxmış və avtomobilin ön sol hissəsinə çırpılmışdır. Həmin vaxt əmisi əyləcdən istifadə edə bilməmişdir. Ardınca əmisinin idarə etdiyi avtomobil YDM-dən çıxmaq istəyən dayanıqlı vəziyyətdə olan “Kamaz” markalı yük avtomobilinin ön sol hissəsinə çırpılmışdır. Daha sonra əmisi və o, bədənlərinin müxtəlif nahiyələrindən xəsarətlər almışlar. Yaxınlıqda olan tanımadığı şəxslər yaxınlaşaraq onları avtomobildən düşürmüşlər. Daha sonra hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım işçiləri gəlmişlər. Xəstəxanada onun boyun fəqərə sümüyünün sınması məlum olmuşdur. Həmçinin əmisinin də çanaq sümüyü sınmışdır. Lakin onun arxa oturacaqda əyləşmiş sərnişinlər barədə hər hansı bir məlumatı və onlarla əlaqəsi yoxdur. Zərərçəkmiş şəxs1 daha sonra ifadəsində ona dəymiş ziyanın ödənilmədiyini, təqsirləndirilən şəxslə barışmadığını, bu halların nəzərə alaraq cəza təyin edilmə məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, “VAZ 21061 minik” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Onun həmin avtomobili idarə etmək üçün B1, B, C1 və C kateqoriyalı sürücülük vəsiqəsi vardır. 28 mart 2025-ci il tarixdə saat 12 radələrində o, idarə etdiyi “VAZ 21061 minik” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ağsu şəhəri H.Əliyev prospektindən Ağsu şəhəri ərazisində yerləşən “Azpetrol” adlı yanacaq doldurma məntəqəsinə doğru hərəkətdə imiş. Həmin vaxt qabaq sərnişin oturacağında həmkəndlisi Şahid3 əyləşmişdir və həmin vaxt avtomobildə başqa şəxs yox imiş. Həmin vaxt o, avtomobili təxminən 60 km/saat sürətlə hərəkət etdirirmiş. O, “Azpetrol” adlı yanacaq doldurma məntəqəsinə daxil olmaq istədiyi üçün təxminən giriş hissəsinə 20 metr qalmış əyləcdən istifadə edərək hərəkət sürətini azaltmış və sola dönmə işıq siqnalını yandırmışdır. Həmin vaxt ondan arxada hər hansı bir nəqliyyat vasitəsini görməmişdir. Lakin qarşıdan, yəni əks istiqamətdən “Opel Astra minik” markalı, ** HM *** dövlət qeydiyyat nişanlı avtomobilin gəldiyini görürmüş. Buna görə də o, əks istiqamətdən gələn “Opel Astra minik” markalı, ** HM *** dövlət qeydiyyat nişanlı avtomobili buraxıb sola dönmək fikrində imiş. Həmin vaxt artıq avtomobili dayanıqlı vəziyyətdə saxlamışdır. Bu zaman arxadan gələn markasını və dövlət qeydiyyat nişanını sonradan bildiyi “Daevo Damas minik” markalı, ** UE *** dövlət qeydiyyat nişanlı avtomobil onun idarə etdiyi “VAZ 21061 minik” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ hissəsinə çırpılmışdır. Zərbənin təsirindən onun idarə etdiyi avtomobil yolun əks istiqamətinə çıxmış və nəticədə qarşıdan gələn “Opel Astra minik” markalı, ** HM *** dövlət qeydiyyat nişanlı avtomobil onun idarə etdiyi avtomobilin qarşı sol hissəsinə çırpılmışdır. Ardınca isə həmin “Opel Astra minik” markalı, ** HM *** dövlət qeydiyyat nişanlı avtomobil yanacaqdoldurma məntəqəsininin çıxışında dayanıqlı vəziyyətdə olan “Kamaz 55111 yük” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşı hissəsinə çırpılmışdır. Hadisədən sonra o və avtomobildə qabaq sərnişin oturacağında əyləşmiş sərnişin Şahid3 avtomobildən düşmüşlər. Ardınca hadisə yerinə polis əməkdaşları gəlmişlər. Daha sonra qabırğasında ağrılar olduğu üçün o, Ağsu RMXna müraciət etmişdir. O, hadisə zamanı xəsarət alsa da, Şahid3 heç bir xəsarət almamışdır. O, hərəkətdə olan zaman arxasında hərəkət edən “Daevo Damas minik” markalı, ** UE *** dövlət qeydiyyat nişanlı avtomobili görməmişdir. O, heç vaxt, o cümlədən baş vermiş yol-nəqliyyat hadisəsindən bilavasitə əvvəl spirtli içkilərdən, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən maddələrdən istifadə etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, onun özünə məxsus **-BA-*** dövlət qeydiyyat nişanlı, “Kamaz 55111 yük” markalı avtomobili vardır. Avtomobili idarə etmək üçün B1, B, C1 və C kateqoriyalı sürücülük vəsiqəsi vardır. 28 mart 2025-ci il tarixində təxminən saat 14 radələrində o, idarə etdiyi yük avtomobili ilə Ağsu şəhəri H.Əliyev prospektində yerləşən “Azpetrol YDM”-dən magistrala çıxmaq istəyirmiş. Həmin vaxt yanında heç kəs yox imiş. İdarə etdiyi yük avtomobili dayanıqlı vəziyyətdə imiş. Həmin vaxt Ağsu şəhərindən Göyçay rayonu istiqamətində hərəkətdə olan “VAZ-2106” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilin sürücüsü sola dönmə işığını yandıraraq yanacaq doldurma məntəqəsinə daxil olmaq istəyən zaman onun arxası ilə hərəkətdə olan “Daevo” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil gəldiyi sürət ilə də “VAZ-2106” markalı avtomobilin arxa hissəsinə çırpılmışdır. Həmin vaxt “VAZ-2106” markalı avtomobil zərbənin təsirindən əks istiqamətli yola çıxmışdır. Bu zaman əks istiqamətdən gələn “Opel” markalı, dövlət qeydiyya nişanını xatırlamadığı avtomobilin qarşı sol hissəsi ilə yolun əks istiqamətində olan “Vaz-2106” markalı avtomobilin qarşı sol hissəsi toqquşmuşdur. Daha sonra isə “Opel” markalı avtomobil yoldan çıxaraq ona məxsus yük avtomobilinin qarşı sol hissəsinə çırpılmışdır. Bundan sonra o, yük avtomobilindən düşərək “Opel” markalı avtomobilə yaxınlaşmışdır. Avtomobildə əyləşmiş olan sərnişinin düşməsinə kömək etmişdir. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmişdir. Yol-nəqliyyat hadisəsi baş verən zaman hər hansı bir xəsarət almamışam. O, heç vaxt, o cümlədən baş vermiş yol-nəqliyyat hadisəsindən bilavasitə əvvəl spirtli içkilərdən, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən maddələrdən istifadə etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Şahid1 onun tanışıdır, Cahidlə münasibətləri yaxşıdır. 28 mart 2025-ci il tarixdə saat 14 radələrində o, Cahidin idarə etdiyi “VAZ 21061 minik” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ağsu şəhəri H.Əliyev prospektindən Ağsu şəhəri ərazisində yerləşən “Azpetrol” adlı yanacaq doldurma məntəqəsinə doğru hərəkətdə imiş. Həmin vaxt o, qabaq sərnişin oturacağında əyləşmişdir və həmin vaxt avtomobildə başqa şəxs yox imiş. Həmin vaxt Cahid avtomobili təxminən 60 km/saat sürətlə hərəkət etdirirmiş. Cahid “Azpetrol” adlı yanacaq doldurma məntəqəsinə daxil olmaq istədiyi üçün təxminən giriş hissəsinə 20 metr qalmış əyləcdən istifadə edərək hərəkət sürətini azaltmış və sola dönmə işıq siqnalını yandırmışdır. Həmin vaxt qarşıdan, yəni əks istiqamətdən “Opel Astra minik” markalı, ** HM *** dövlət qeydiyyat nişanlı avtomobilin gəldiyini görürmüş. Həmin vaxt Cahidin idarə etdiyi avtomobili dayanıqlı vəziyyətdə saxlamışdır. Bu zaman arxadan gələn markasını və dövlət qeydiyyat nişanını sonradan bildiyi “Daevo Damas minik” markalı, ** UE *** dövlət qeydiyyat nişanlı avtomobil Cahidin idarə etdiyi “VAZ 21061 minik” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ hissəsinə çırpılmışdır. Zərbənin təsirindən Cahidin idarə etdiyi avtomobil yolun əks istiqamətinə çıxmış və nəticədə qarşıdan gələn “Opel Astra minik” markalı, ** HM *** dövlət qeydiyyat nişanlı avtomobil onun idarə etdiyi avtomobilin qarşı sol hissəsinə çırpılmışdır. Ardınca isə həmin “Opel Astra minik” markalı, ** HM *** dövlət qeydiyyat nişanlı avtomobil yanacaqdoldurma məntəqəsininin çıxışında dayanıqlı vəziyyətdə olan “Kamaz 55111 yük” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşı hissəsinə çırpılmışdır. Hadisədən sonra o və Cahid avtomobildən düşmüşlər. Ardınca hadisə yerinə polis əməkdaşları gəlmişlər. O, hadisə zamanı heç bir xəsarət almamışdır. Məhkəmə iclasına şahid kimi dəvət olunmuş Şahid4 məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirak edə bilmədiyini və ibtidai istintaqda verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Bundan sonra məhkəmə iclasında Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadə elan edilmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd etmişdir ki, Zərərçəkmiş şəxs1 Ağsu və Bakı şəhərləri arasında taksi fəaliyyəti ilə məşğul olan şəxs kimi tanıyır. 28 mart 2025-ci il tarixində övladları xx.xx.2016-cı il təvəllüdlü X16, xx.xx.2022-ci il təvəllüdlü X20 və xx.xx.2013-cü il təvəllüdlü X17 ilə birlikdə qohumunun yaşadığı Ağsu şəhəri ərazisində yerləşən evdə imiş. O, həmin gün Bakı şəhərinə getmək üçün 28 mart 2025-ci il tarixdə saat 12 radələrində övladları X16, X20 və X17 qohumunun yaşadığı Ağsu şəhərində yerləşən evdən çıxaraq Zərərçəkmiş şəxs1 idarə etdiyi **-HM-*** dövlət qeydiyyat nişanlı, “Opel Astra” markalı minik avtomobilinə əyləşmişdir. Həmin vaxt qabaq sərnişin oturacağında adını sonradan bildiyi Zərərçəkmiş şəxs2 əyləşmişdir. Həmin vaxt o və övladları X16, X20 və X17 **-HM-*** dövlət qeydiyyat nişanlı, “Opel Astra” markalı minik avtomobilində arxa sərnişin oturacağında əyləşmişlər. Daha sonra Bakı şəhərinə getmək üçün yola düşmüşlər. Onlar avtomobil ilə Bakı-Şamaxı-Yevlax avtomobil yoluna çıxmış və üzü Bakı şəhəri istiqamətində hərəkətə davam etmişlər. Həmin vaxt avtomobilin hərəkət sürəti təxminən 70 km/saat təşkil edirmiş. Ağsu rayonu ərazisində yerləşən “Azpetrol” X9rşısına çatmalarına az qalmış əks istiqamətdən “Vaz 2106” markalı avtomobilin hərəkətini dayandırmasını görmüşdür. Həmin vaxt anidən “Vaz 2106” markalı avtomobilin arxasında gələn “Daevo” markalı avtomobil həmin “Vaz 2106” markalı avtomobilin arxa hissəsinə çırpılmışdır. Zərbənin təsirindən həmin “Vaz 2106” markalı avtomobil əks istiqamətə, yəni Zərərçəkmiş şəxs1 idarə etdiyi **-HM-*** dövlət qeydiyyat nişanlı, “Opel Astra” markalı minik avtomobilin hərəkət istiqamətinə çıxmış və avtomobilin ön sol hissəsinə çırpılmışdır. Ardınca Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobil YDM-dən çıxmaq istəyən dayanıqlı vəziyyətdə olan “Kamaz” markalı yük avtomobilinin ön sol hissəsinə çırpılmışdır. Zərbənin təsirindən avtomobildə olan övladları X16, X20 və X17 xəsarət almışlar. Daha sonra yaxınlıqda olan tanımadığı şəxslər onlara yaxınlaşaraq onları avtomobildən düşürmüşlər. Daha sonra hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım işçiləri gəlmiş və onları Ağsu Rayon Mərkəzi Xəstəxanasına gətirmişlər. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 13 iyun 2025-ci il tarixli qərarından görünür ki, fakta görə CM-nin 263.1-1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. - Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 28 mart 2025-ci il tarixli Protokoldan görünür ki, hadisə yeri Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu şəhəri ərazisindən keçən 159-cu kilometrliyidir. Hadisə yeri yaşayış məntəqəsi olmaqla sürət həddi 60 km/saatdır. Hadisə yerində yol iki tərəflidir. Yol düz, quru, asfalt örtüklü olmaqla hərəkət hissəsinin eni 8 metrdir. Hadisə yerində Göyçay rayonu istiqamətində yolun sağ ehtiyat hissəsinin eni 2 metr, sol ehtiyat hissənin eni isə 2 metrdir. Hadisə yerində qarşıqarşıya nəqliyyat axınını ayırmaq üçün kəsik ağ xətlər vardır. Baxış zamanı “Daevo Damas minik” markalı **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Vaz 21061 minik” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşduğu yer müəyyən edildi. Toqquşmanın baş verdiyi hərəkət zolağının eni 4 metrdir. “Daevo Damas minik” markalı **- UE-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı-Şamaxı-Yevlax yolunun Ağsu şəhəri ərazisindən keçən 159-cu kilometrliyində Göyçay rayonu istiqamətində 80 km/saat sürətlə eyni istiqamətdə öndə sola dönmə əməliyyatı aparmaq üçün dayanıqlı vəziyyətə gətirilmiş “Vaz-2106” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ hissəsinə yolun sağından mərkəzinə doğru 2 metr məsafədə hərəkət hissə üzərində çırpılması nəticəsində toqquşma baş vermişdir. Toqquşma “Daevo Damas minik” markalı avtomobilin sol yan qanadı ilə “Vaz 21061 minik” markalı avtomobilin arxa hissəsi arasında baş vermişdir. Toqquşmadan sonra “Vaz 21061 minik” markalı avtomobilin sola doğru yerində fırlanmaqla əks hərəkət zolağına çıxması nəticəsində əks hərəkət zolağı ilə Şamaxı rayonu istiqamətində 70 km/saat sürətlə hərəkətdə olan “Opel Astra minik” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, toqquşma baş verməmişdən öncə “Opel Astra minik” markalı və “Vaz 21061 minik” markalı avtomobillər arasında 20 metr məsafə olmuş, həmin məsafədə isə “Opel Astra minik” markalı avtomobilin hərəkəti üçün təhlükə yaranmış, toqquşmanın təsirindən “Opel Astra minik” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobil Şamaxı rayonu istiqamətində hərəkətini davam etdirib yolun sağ ehtiyyat hissəsində yerləşən “Azpetrol” YDM-in çıxış hissəsində dayanıqlı vəziyyətdə olan “Kamaz 55111 yük” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı yük avtomobil ilə toqquşmuşdur. Toqquşma “Opel Astra minik” markalı avtomobilin sağ yan qanadı ilə “Kamaz 55111 yük” markalı avtomobilin sol yan qanadı arasında baş vermişdir. Hadisə yerinin sxemi və foto şəkillər protokola əlavə edilmişdir. - “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları” haqqında 28 mart 2025-ci il tarixli, 92 aktdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə keçirilən müayinə zamanı sərxoş olmamışdır. - "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Şahid2 məxsus olan KAMAZ-5511 YÜK **-BA-*** dövlət qeydiyyat nişanlı avtomaşını təmir etməklə birlikdə cəmi 2968 manat ziyan dəymişdir. - “999” X18 və Avtomobillərə Texniki Xidmət Məntəqəsinin xx.xx.2025-ci il tarixli № 7/2025 saylı ziyan aktından görünür ki, Şahid1 məxsus olan VAZ 2106 markalı, **-BH- *** dövlət qeydiyyat nişanlı avtomaşını təmir etməklə birlikdə cəmi 5820 manat ziyan dəymişdir. - BB519646 saylı Sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs B1, B, C1, C kateqoriyalı sürücülük vəsiqəsi əsasında xx.xx.2033-cü ilə kimi sürücülük hüququ vardır. - 16 aprel 2025-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş 01 ədəd diskdən görünür ki, “Daevo Damas minik” markalı **-UE- *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı-Şamaxı-Yevlax yolunun Ağsu şəhəri ərazisindən keçən 159-cu kilometrliyində Göyçay rayonu istiqamətində eyni istiqamətdə öndə sola dönmə əməliyyatı aparmaq üçün dayanıqlı vəziyyətə gətirilmiş “Vaz-2106” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ hissəsinə yolun sağından mərkəzinə doğru hərəkət hissə üzərində çırpılması nəticəsində toqquşma baş vermiş, toqquşmadan sonra “Vaz 2106” markalı minik avtomobilin sola doğru yerində fırlanmaqla əks hərəkət zolağına çıxması nəticəsində əks hərəkət zolağı ilə Şamaxı rayonu istiqamətində hərəkətdə olan “Opel Astra” markalı **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, toqquşmanın təsirindən “Opel Astra” markalı **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobil Şamaxı rayonu istiqamətində hərəkətini davam etdirib yolun sağ ehtiyat hissəsində yerləşən “Azpetrol” YDM-in çıxış hissəsində dayanıqlı vəziyyətdə olan “Kamaz” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşmuşdur. - Məhkəmə-tibbi ekspertizasının 19 aprel 2025-ci il tarixli, 79 nömrəli rəyindən görünür ki, Şahid1 məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarət – döş qəfəsinin sağ yarısının X qabırğanın qapalı yerini dəyişməyən sınığı – küt-bərk əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə avtomobil qəzası nəticəsində əmələ gəlməsi inkar edilmir və dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. - Məhkəmə-tibbi ekspertizasının 19 aprel 2025-ci il tarixli, 83 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər – başın ənsə nahiyəsində yumşaq toxumanın əzilmiş-cırılmış yarası və sağ əlin V əl darağı sümüyünün qapalı yerini dəyişməyən sınığı – küt-bərk əşyanın(əşyaların) təsirindən törənmişlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə avtomobil qəzası nəticəsində əmələ gəlməsi inkar edilmir və dərəcələrinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. - Məhkəmə-tibbi ekspertizasının 19 aprel 2025-ci il tarixli, 90 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarət – C2(boyun) fəqərə cisminin yerini dəyişən travmatik sınığı – kütbərk əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə avtomobil qəzası nəticəsində əmələ gəlməsi inkar edilmir və dərəcəsinə görə həyat üçün təhlükəli sağlamlığa ağır zərər vurmaya aiddir. - Məhkəmə-tibbi ekspertizasının 05 iyun 2025-ci il tarixli, 91 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarət – S2(bel) fəqərənin qapalı sınığı – küt-bərk əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə avtomobil qəzası nəticəsində əmələ gəlməsi inkar edilmir və dərəcəsinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. - Məhkəmə-tibbi ekspertizasının 28 aprel 2025-ci il tarixli, 105 nömrəli rəyindən görünür ki, X10 məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində xx.xx.2025-ci il tarixinə uyğun xəsarət izləri aşkar edilməmişdir. - Məhkəmə-tibbi ekspertizasının 26 aprel 2025-ci il tarixli, 106 nömrəli rəyindən görünür ki, X5 məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarət – başın sağ alın vər hər iki qaşarası nahiyələrdə sıyrıq izləri – küt-bərk əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə avtomobil qəzası nəticəsində əmələ gəlməsi inkar edilmir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərələri təyin edilmir. - Məhkəmə-tibbi ekspertizasının 26 aprel 2025-ci il tarixli, 107 nömrəli rəyindən görünür ki, X11 məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarət – sağ mil-bilək oynağının bayır səthində sıyrıq izi, sağ diz oynağının bayır səthində çapıq – küt-bərk əşyanın(əşyaların) təsirindən törənmişlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə avtomobil qəzası nəticəsində əmələ gəlmələri inkar edilmir və dərəcələrinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. - Məhkəmə-tibbi ekspertizasının 26 aprel 2025-ci il tarixli, 108 nömrəli rəyindən görünür ki, Şahid4 məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində xx.xx.2025ci il tarixinə uyğun xəsarət izləri aşkar edilməmişdir. - Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 7 may 2025-ci il tarixli, 8/864 nömrəli rəyindən görünür ki: 1. İstintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən Daewoo Damas markalı, ** UE *** dövlət qeydiyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Nəsrulayev avtomobili yaşayış məntəqəsində 60 km/saat sürətdən artıq sürətlə, yəni 80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. 2. İstintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən Vaz-2106 markalı, ** BH *** dövlət qeydiyat nişanlı avtomobilin sürücüsü Şahid1 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. 3. İstintaq tərəfindən göstərilən şəraitdə Opel Astra markalı, ** HM *** dövlət qeydiyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. Sürücü Şahbazov avtomobili yaşayış məntəqəsində 60 km/saat sürətdən artıq sürətlə, yəni 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. 4. İstintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən Kamaz 55111 markalı, ** BA *** dövlət qeydiyat nişanlı avtomobilin sürücüsü Şahid2 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. - “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 13 iyun 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. - “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 13 iyun 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. - “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən daxil olmuş 30 iyun 2025-ci il tarixli, 18-1-47/2-835/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Poliklinika Şöbəsinin “Ruhi-əsəb” və “Narkoloji” kabinetlərində dispanser qeydiyyatda yoxdur. - Ağsu Rayon Polis Şöbəsinin 20 iyul 2025-ci il tarixli raportundan görünür ki, xx xxxxxx 1972-ci il tarixdə İsmayıllı rayonu Lahıc qəsəbəsində anadan olmuş, İsmayıllı rayonu Lahıc qəsəbəsində qeydiyyatda olmaqla Ağsu rayonu Bənəcik kəndində yaşayan Təqsirləndirilən şəxs B1, B, C1 və C kateqoriyalı, BB519646 nömrəli sürücülük vəsiqəsi vardır, “Daewoo Damas minik” markalı, ** UE *** dövlət qeydiyyat nişanlı avtomobil X6 məxsusdur və Təqsirləndirilən şəxs həmin avtomobili idarə etmək üçün etibarnaməsi vardır, eləcə də Təqsirləndirilən şəxs 28 mart 2025-ci il tarixdə və həmin tarixdən əvvəlki müddətdə sürücülük hüququ məhdudlaşdırılmamamışdır. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 22 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. - Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və cinayət işinin icraatına hissəvi xitam verilməsi haqqında 24 iyul 2025-ci il tarixli qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs 22 iyul 2025-ci il tarixdə CM-nin 263.1-1-ci maddəsi ilə elan edilmiş ittihama əlavə və dəyişiklik edilməsi zərurəti olmadığından həmin ittiham və barəsində seçilmiş başqa yerə getməmək haqqında “iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İXMnin 327.8-ci maddəsi ilə inzibati icraatın başlanması rədd edilmiş, eyni zamanda Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsi nəticəsində “Vaz 21061 minik” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilə, “Opel Astra minik” markalı, ** HM *** dövlət qeydiyyat nişanlı avtomobilə və “Kamaz 55111 yük” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurması CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulmadığından həmin xüsusat üzrə Təqsirləndirilən şəxs ittiham elan edilməməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsi törətməsi və bunun nəticəsində özünün başın ənsə nahiyəsində yumşaq toxumanın əzilmiş-cırılmış yarası və sağ əlin V əl darağı sümüyünün qapalı yerini dəyişməyən sınığı ilə nəticələnən dərəcəsinə görə səhhətin uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarət alması Təqsirləndirilən şəxs əməlində CM-nin 263.1-ci maddəsinin tərkib əlamətlərini yaratmadığından həmin xüsusat üzrə Təqsirləndirilən şəxs ittiham elan edilməməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs əməlinin CM-nin 263.1-1-ci maddəsi ilə tövsif edilməsi kifayət hesab edilərək, ona elan edilmiş ittihamda əlavə olaraq CM-nin 263.1-ci maddəsinin göstərilməməsi nəzərə alınmış, Şahid1 əməlində CM-nin 263-cü maddəsinin tərkib əlamətləri mövcud olmadığına görə CPM-in 39.1.2-ci maddəsinə əsasən onun barəsində həmin maddə ilə cinayət işinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs1 əməlində CM-nin 263-cü maddəsinin tərkib əlamətləri mövcud olmadığına görə CPM-in 39.1.2-ci maddəsinə əsasən onun barəsində həmin maddə ilə cinayət işinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs1 “Opel Astra minik” markalı, ** HM *** dövlət qeydiyat nişanlı avtomobili yaşayış məntəqəsində 60 km/saat sürətdən artıq sürətlə, yəni 70 km/saat sürətlə idarə edərək “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozması onun əməlində Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsinin (yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşma) tərkibini yaratdığından, qərarın surəti onun barəsində İXM-nin həmin maddəsi ilə inzibati qaydada tədbir görülməsindən ötrü aidiyyəti üzrə Ağsu Rayon Polis X27 Polisi Bölməsinə göndərilmiş, Şahid2 əməlində CM-nin 263-cü maddəsinin tərkib əlamətləri mövcud olmadığına görə CPM-in 39.1.2-ci maddəsinə əsasən onun barəsində həmin maddə ilə cinayət işinin başlanması rədd edilmiş, cinayət işi üzrə toplanmış sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi baxımından hadisə yerinə baxış keçirilməsi barədə 28 mart 2025-ci il tarixli protokol, həmin protokola əlavə edilmiş sxem və fotocədvəllər, 16 aprel 2025-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokol və həmin protokola əlavə edilmiş 01 ədəd disk, məhkəmə-tibbi ekspertizasının 19 aprel 2025-ci il tarixli, 79 nömrəli rəyi, məhkəmə-tibbi ekspertizasının 19 aprel 2025-ci il tarixli, 83 nömrəli rəyi, məhkəmə-tibbi ekspertizasının 19 aprel 2025-ci il tarixli, 90 nömrəli rəyi, məhkəmətibbi ekspertizasının 05 iyun 2025-ci il tarixli, 91 nömrəli rəyi, məhkəmə-tibbi ekspertizasının 28 aprel 2025-ci il tarixli, 105 nömrəli rəyi, məhkəmə-tibbi ekspertizasının 26 aprel 2025-ci il tarixli, 106 nömrəli rəyi, məhkəmə-tibbi ekspertizasının 26 aprel 2025ci il tarixli, 107 nömrəli rəyi, məhkəmə-tibbi ekspertizasının 26 aprel 2025-ci il tarixli, 108 nömrəli rəyi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 7 may 2025-ci il tarixli, 8/864 nömrəli rəyi, iş üzrə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 ifadələri, iş üzrə şahid qismində dindirilmiş Şahid1, Şahid2, Şahid3, Şahid4 ifadələri və Təqsirləndirilən şəxs ifadəsi sübut növü kimi qəbul edilmişdir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-ci il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan ifadələrlə tərtib olunmalı, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərər çəkmiş şəxsləri və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.1- 1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxslərin, şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 263.1-1ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, CPM-in 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 263.1-1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. CM-nin 263.1-1-ci maddəsinə əsasən Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 22 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə CM-nin 234.1, 93.1.4-cü maddələri ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2007-ci il tarixli Amnistiya haqqında qərarının 1.1-ci bəndinə əsasən cəzadan azad olunmuş, Ağsu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.5-ci bəndinə əsasən cəzadan azad olunmuş, Ağsu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 237.1, 69.3-cü maddələri ilə 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Ağsu RPŞ-nin xx.xx.2022-ci il tarixli qərarı ilə CM-nin 128-ci maddəsi üzrə CPM-in 40.3-cü maddəsinə əsasən xitam verilmiş, Ağsu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 237.1, 52-1.5-ci maddələri ilə 01 il 03 ay 09 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 02 ay 28 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2023-cü il tarixdə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının: 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 2-ci bəndində qeyd olunmuşdur ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.1-1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 26.1-ci maddəsinə əsasən isə ehtiyatsızlıqla törədilmiş cinayət hesab olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının Lahıc Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 23 iyul 2025-ci il tarixli, 141 və 142 nömrəli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonu Lahıc qəsəbəsində qeydiyyatdadır, ailə tərkibi xx.xx.1981-ci il təvəllüdlü arvadı X12, xx.xx.2001-ci il təvəllüdlü qızı X7 və xx.xx.2003-cü il təvəllüdlü oğlu X1 ibarətdir. - İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının Lahıc Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin Xasiyyətnaməsindən görünür ki, X4 müsbət xarakterizə olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxs X2 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən səmimi peşman olmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını, zərər çəkmiş şəxslərlə barışığa cəhd etməsini CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X2 cəzasını ağırlaşdıran hal qismində CMnin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, ... məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, həmçinin təqsirləndirilən şəxs X2 şəxsiyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri X2 təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. CPM-in 346.1.13-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməli olduğu məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilməlidir. CM-in 56.1.1-ci maddəsinə əsasən, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələbinə əsasən belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs X4 ona təyin olunacaq cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzasının əvvəli həbsə alındığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. CPM-in 175.5-ci maddəsinə əsasən, müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X3 azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olsa da, onun məntəqə tipli cəzaçəkmə müəssəsinə göndərilməsinədək barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz olunmasına zərurət yoxdur, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəzanın icrası CM-in 45-ci və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154cü maddəsinin tələblərinə uyğun təmin edilməlidir. Məhkəmə CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Cinayət işi üzrə mülki iddia və maddi sübut yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; CPM-in 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab olunan 200 manat ekspertiza xərci X1 tutulub Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X2 CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 12 iş saatı müddətinə bərabər tutulduğundan, hər iş saatı üçün 11 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə və CPM-in 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrinə əsasən, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs CM-in 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət büdcəsinə (Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, X15, kod: 210005, VÖEN: **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab AZ34CTRE********************) ödənilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 12 saat hüquqi yardıma görə 132 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar