Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-43/2024 20.06.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1964-cü il tarixdə Ağsu şəhərində anadan olmuş, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qanunsuz olaraq odlu silah, onun komplekt hissəsini, döyüş sursatını əldə edib daşımaqla yaşadığı evdə saxlamış və satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, texniki cəhətdən saz və atəşə yararlı, lülə qutusunun qapağında PS-608 nömrəsi qeyd olunmuş, 7,62 mm kalibrli, odlu və yivli silah olan AKMS markalı Kalaşnikov konstruksiyalı avtomatı, həmin silahın komplekt hissəsi olan, zavod üsulu ilə istehsal olunmuş, 30 ədəd 7,62 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş 01 ədəd sandıqçanı və zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 7,62x39 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş atəş üçün yaralı döyüş sursatı hesab edilən 05 ədəd patronları, eləcə də istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 0,314 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib, yerini dəyişməklə daşıyaraq Ağsu şəhərinə gətirmiş narkotik vasitə olan heroini üzərində, odlu silah, onun komplekt hissəsini, döyüş sursatını isə yaşadığı Ağsu şəhəri H.Əliyev küçəsi 6/1 saylı evin həyətində yerləşən tikilidə saxlamış, xx.xx.2024-cü il tarixdə saat 18:30 radələrində Ağsu RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində qanunsuz olaraq narkotik vasitə və odlu silah saxlamasında şübhələnildiyi üçün Ağsu şəhəri Nizami küçəsində saxlanılaraq rayon polis şöbəsinin ünvan 2 ünvanda yerləşən inzibati binasına gətirilib saat 19:10 radələrində üzərində şəxsi axtarış və götürmə hərəkətləri aparılarkən, əyninə geydiyi qara rəngli gödəkçəsinin sol yan cibindən, bir ədəd sellofan bükümdə 0,272 qram təmiz çəkidə və bir ədəd qızılı-ağ rəngli kağız bükümdə 0,042 qram təmiz çəkidə narkotik vasitə olan heroin, həmin tarixdə saat 19:40 radələrində yaşadığı ünvan 3 ünvanda axtarış və götürmə hərəkətləri aparılan zaman evin həyətindəki tikilinin içərisindəki rəfin arxasından yivli odlu silah olan 7,62 mm kalibrli, AKMS markalı, Kalaşnikov konstruksiyalı avtomat, həmin silahın komplekt hissəsi olan, 30 ədəd 7,62 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş 01 ədəd sandıqça və döyüş sursatı hesab edilən 05 ədəd zavod üsulu ilə hazırlanmış 7,62x39 mm kalibrli patronlar aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs CM-in 228.1-ci və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, ünvan 4 ünvanında anası ilə birlikdə yaşayır. Narkotik vasitələrin aludəçisidir. Uzun müddətdir ki, narkotik vasitələrdən istifadə etdiyi üçün səhhətində ağrılar yaranmışdır. Əvvəllər üzərində narkotik vasitə daşıdığından məhkum olunmuşdur. Təxminən 4-5 ay bundan əvvəl narkotik vasitə istifadə etmək üçün Ağsu şəhərinin ərazisindən keçən Ağsu çayının kənarına getmişdir. Ağsu çayının kənarında olan zaman çayın kənarında yerləşən beton konstruksiyanın yaxınlığındakı kolluğun yanında bir ədəd bükülü görüb yaxınlaşmışdır. Həmin bükülünü açdıqda bükülünün içərisində avtomat kalaşnikov silahı olduğunu görmüşdür. Silahın bir ədəd darağı və darağın içərisində patronlar olmuşdur. O, tez daraqda olan patronları çıxarıb saymışdır. Darağın içərisində 5 ədəd patronlar varmış. Bu zaman o, tez ətrafa baxıb onu kiminsə görüb-görmədiyini yoxlamışdır. Həmin vaxt orada heç kim olmamışdır. Sonra o, silahı poletilen kisəyə qoyub yaşadığı evə gətirmişdir. O, silahı evə gətirdikdən sonra evin həyətində yerləşən tikilinin içərisindəki şkafın arxasında gizlətmişdir. Həmin vaxtdan sonra o, silahı gizli şəkildə saxlayırmış və onun orada silah saxlamağından heç kəsin xəbəri olmamışdır. 18 yanvar 2024-cü il tarixdə səhər saatlarında Ağsu şəhəri, H.Əliyev küçəsində gəzərkən, yerdə selofan büküm görüb, həmin bükümü yerdən götürmüşdür. Bükümü açarkən içərisində, iki ədəd bükümlərdə əvvəllər istifadə etdiyi narkotik vasitə olan heroin olduğunu görmüşdür. Narkotik vasitə istifadə etdiyindən, tapdığı bükümdə olan narkotik vasitə heroini götürüb, əynində olan qara rəngli gödəkcəsinin sol yan cibinə qoymuşdur. Günün ikinci yarısında pul alacağı olduğundan, Kürdəmir rayonuna getmişdir. İşlərini həll etdikdən sonra Ağsu şəhərinə geri qayıtmaq üçün taksi fəaliyyəti ilə məşğul olan Ağsu rayon sakini X4 məxsus avtomobilə əyləşib Ağsu şəhərinə gəlmişdir. Ağsu şəhərinə çatdıqdan sonra saat təxminən 18:30 radələrində Ağsu şəhəri, Nizami küçəsində “Şlanba” deyilən ərazidə polis əməkdaşları onu saxlatdıraraq birlikdə Ağsu RPŞ-nə getməyi təklif etdikdə, o, polis əməkdaşları ilə birlikdə Ağsu RPŞ-nə gəlmişdir. Daha sonra vəkil dəvət etmişlər və ona hüquqları izah olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Sonra dəvət olunmuş vəkilin iştirakı ilə üzərində qanunsuz əşya olub-olmaması soruşulduqda o, üzərində narkotik vasitə olan heroin olmasını etiraf etmişdir. Sonradan protokol tərtib olunmuş və o, əynində olan qara rəngli gödəkcəsinin sol yan cibindən, bir ədəd bükümdə olan kakosu (heroini) çıxararaq təhvil vermişdir. Bundan sonra polis əməkdaşları ondan yaşadığı evdə qanunsuz olaraq odlu silah saxlayıb saxlamadığını soruşmuşlar. O da yaşadığı evin həyətində yerləşən tikilinin içərisində bir ədəd kalaşnikov avtomatı saxladığını və lazım gələrsə həmin silahı təqdim edə biləcəyini demişdir. Bundan sonra onun yaşadığı evə getmişlər. Yaşadığı evə çatdıqdan sonra müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri ona izah olunmuşdur. Sonra o, yaşadığı evin həyətində olan tikilinin içərisindəki rəfin arxasında gizlətdiyi kalaşnikov avtomatını polis əməkdaşlarına təqdim etmişdir. Onun və müdafiəçisinin iştirakı ilə təqdim etdiyi bir ədəd kalaşnikov avtomatına, avtomatın darağına və darağın içərisində olan 5 ədəd patronlara baxış keçirilmişdir. Bir ədəd kalaşnikov avtomatı, həmin silaha məxsus bir ədəd daraq və 5 ədəd patronlar polis əməkdaşları tərəfindən götürülmüş və qablaşdırılmışdır. O, həmin silahla heç vaxt cinayət törətməmişdir. Həmin silahın onda olması barədə heç kimin məlumatı olmamışdır.Üzərindən aşkar olunmuş narkotik vasitəni heç kəsdən almamışdır. O, narkotik vasitələrin aludəçisidir. Uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir. Lakin narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmur. O, törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, 18 yanvar 2024-cü il tarixdə Ağsu şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz qəbul etməsi, saxlaması, həmçinin qanunsuz odlu silah saxlaması barədə Ağsu RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 məxfi mənbədən daxil olmuş məlumatları yoxlamaq məqsədilə Şahid1 və PPXB-nin polis nəfəri Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs Ağsu şəhəri, Nizami küçəsində X4 məxsus **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobildə olarkən saxlayaraq rayon polis şöbəsinə gəlməyə dəvət etmişlər. Təqsirləndirilən şəxs da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə rayon polis şöbəsinə gəlmişdir. Bundan sonra vəkil dəvət olunmuş və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli, gödəkcəsinin sol cibindən bir ədəd sellofon bükümü təqdim etmiş və həmin bükümü 18 yanvar 2024-cü il tarixdə Ağsu şəhəri, H.Əliyev küçəsindən yerdən tapdığını bildirmişdir. Sonra həmin sellofan bükümün içərisindən 2 ədəd ayrı ayrı bükümlərdə narkotik vasitə olan heroinə bənzər kütlələr aşkar olunmuşdur. Daha sonra həmin narkotik vasitəyə bənzər kütlələr ekspertizaya təqdim olunması üçün qablaşdırılmışdır. Tərtib olunmuş protokol ucadan oxunmuş, iştirakçılarla həmin protokolu həm də möhürlənmiş zərfi imzalarla təsdiq etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs edilmiş sorğu-suallar zamanı o, yaşadığı ünvanda bir ədəd avtomat silahını gizlətdiyini bildirmişdir. Daha sonra iştirakçılarla birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Təqsirləndirilən şəxs evinin həyətində olan, tikilinin içərisini təqdim edərək, silahı həmin tikilidə gizlətdiyini bildirmiş, sonra tikiliyə daxil olaraq, həmin tikilidə olan şkafın arxasından kisənin içərisində olan bir ədəd avtomat silahını, bir ədəd darağı və beş ədəd patronları təqdim etmişdir. Daha sonra avtomat silahı və sursatları ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq götürülmüş, sonra tərtib olunmuş protokol ucadan oxunmuş, iştirakçılarla birlikdə həmin protokolu imzalarla təsdiq etmişlər. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini kimdən, nə vaxt və haradan əldə etməsi barədə hər hansı əməliyyat məlumatı yoxdur. Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisidir. Lakin onun narkotik vasitələrin alqı-satqısı ilə məşğul olması barədə hər hansı əməliyyat məlumatı yoxdur. Təqsirləndirilən şəxs kalaşnikov markalı avtomatı, bir ədəd darağı və 05 ədəd patronları haradan əldə etməsi barədə hər hansı əməliyyat məlumatı yoxdur. Lakin Təqsirləndirilən şəxs deməsinə görə həmin silahı, bir ədəd darağı və 05 ədəd patronları birlikdə tutulmamışdan 4-5 ay əvvəl Ağsu çayının sahilindən zibilliyin kənarından tapmışdır. İş üzrə digər Şahid3 məhkəməyə teleqram göndərərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid3 ibtidai istintaqda verdiyi ifadəsi məhkəmə iclasında elan olunmuşdur. Şahid3 ifadəsi Şahid2 ifadəsi ilə eynilik təşkil edir. İş üzrə digər Şahid1 oğlu məhkəməyə ərizə ilə müraciət edərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında Şahid1 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuşdur. Şahid1 ifadəsi Şahid2 ifadəsi ilə eynilik təşkil edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “Cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 19 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 228.1 və 234.1-ci maddələri ilə cinayət işi başlanılmışdır. - “Cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 18 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 yanvar 2024 il tarixdə saat 18:50-də şübhəli şəxs qismində tutulmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 19 yanvar 2024-cü il tarixli, 17/69 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütlə” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki sellofana bükülmüş 01 (bir) ədəd sellofan bükümdə və 01 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə uyğun olaraq ayrı-ayrılıqda təmiz çəkiləri 0,272 qr., 0,042 qr., ümumi çəkisi - 0,314 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 19 yanvar 2024-cü il tarixli 24/150 saylı rəyindən görünür ki; Tədqiqata təqdim edilmiş lülə qutusunun qapağında PS-608 nömrəsi olan silah 7,62 mm kalibrli zavod üsulu ilə xarici dövlətdə silah zavodunda istehsal olunmuş AKMS modelli, Kalaşnikov konstruksiyalı avtomatdır, odlu yivli silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın təyinatı hər hansı bir kustar üsulu ilə dəyişikliklərə məruz qalmamışdır. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yaralıdır. Tədqiqata təqdim edilmiş cəmi 05 ədəd patronlar zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarıdır, döyüş sursatı hesab edilir və atəş üçün yaralıdırlar. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” 20 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 228.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulan ittiham elan edilmişdir. - Ağsu Rayon Məhkəməsinin 4(016)-8/2024 nömrəli, 20 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 18 yanvar 2024-cü il tarixdən hesablanmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 20 fevral 2024-cü il tarixli cavabdan görünür ki, Əsədov X3 M.R. Xasavyurt Xalq Məhkəməsinin xx.xx.1985-ci il tarixli hökmü ilə RSFSR CM-in 154-cü maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə əməyə mütləq cəlb edilməklə ona şərti cəza təyin edilmiş, Bakı Şəhər Nərimanov Rayon Məhkəməsi tərəfindən CM-in 102-ci maddəsinin 1-ci hissəsi və 106-cı maddəsinin 2-ci hissəsinə əsasən həbs edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1992-ci il tarixli amnistiya qərarının 1A bəndinə əsasən xx.xx.1992-ci ildə azad edilmişdir. Ağsu Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə CM-in 204.1-ci maddəsi ilə təqsirli bilinib 06 ay müddətinə azadlıqdan məhrum edilmiş və xx.xx.2004-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə CM-in 29, 317-1.1-ci maddəsi ilə təqsirli bilinib 06 ay müddətinə azadlıqdan məhrum edilmiş və Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2013-cü il tarixli amnistiya qərarının 3-cü bəndinə əsasən cəzasının çəkilməmiş qalan hissəsindən xx.xx.2013-cü ildə azad edilmişdir. Ağsu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum edilmiş və xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Ağsu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum edilmiş və xx.xx.2020-cı il tarixdə Bakı şəhəri Nizami Rayon Məhəkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. Ağsu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum edilmiş xx.xx.2022-cı il tarixdə Bakı şəhəri Nizami Rayon Məhəkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 22 fevral 2024-cü il tarixli 3-16-16/2-3/232 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd predmet - zavod üsulu ilə istehsal edilmiş, Kalaşnikov konstruksiyalı 7,62 mm kalibrli, AKMS markalı, lülə qutusunun qapağında PS-608 nömrəsi qeyd olunmuş, yivli odlu avtomatik döyüş silahıdır, saz vəziyyətdədir, təyinatı üzrə atəş aşmaq üçün yararlıdır, üzərində təyinatını dəyişdirən əlavə və ya dəyişiklik edilməmişdir. Silahın sol səthində olan zavod nömrə nişanları sonradan kustar üsulla kənar predmet vasitəsilə dərindən silindiyindən həmin sahələrdə əks olunan zavod nömrə nişanlarının ilkin mətnini müəyyən etmək mümkün deyil. Tədqiqata təqdim edilmiş cəmi 02 (iki) ədəd predmet zavod üsulu ilə istehsal edilmiş, pistonları mərkəzdən alışan, 7,62x39 mm kalibrli olmaqla həmin kalibrə malik Kalaşnikov konstruksiyalı “AK” (“AKM”, “AKS”, “AKMS” markalı avtomat silahlarda “RPK” (RPKS) markalı əl pulemyotlarında “SKS” karabinində və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patrondur-döyüş sursatı hesab edilir, təyinatı üzrə istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş cəmi 01 (bir) ədəd predmet Kalaşnikov konstruksiyalı silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 30 ədəd 7,62 mm kalibrli patron tutumuna malik zavod üsulu ilə istehsal edilmiş sandıqçadır, istifadəyə yararlıdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin 29 fevral 2024-cü il tarixli, 360 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyndən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. - “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 11 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 228.1 və 234.1-ci maddələri ilə elan edilmiş ittihamın qüvvəsində saxlanması, əvvəllər CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və məhkumluq müddəti bitmədən yenidən qəsdən cinayət törətməsi CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilməsi, iş üzrə təyin edilmiş məhkəmə kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 17/69 saylı, DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli, 24/150 saylı, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16- 16/2-3/232 nömrəli, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 360 saylı rəyləri, təqsirləndirilən şəxs və şahid ifadələri, həmçinin 2 ədəd CD disklər sübut əhəmiyyətinə malik olduğundan sübut növü kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin tədqiqatda sonrakı qalıqları, eləcə də yaşadığı evin həyətində yerləşən tikilidə aşkar olunaraq götürülmüş bir ədəd kalaşnikov avtomatı, həmin silaha məxsus bir ədəd sandıqça və 02 ədəd patronlar iş üzrə maddi sübut kimi tanınması və təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış olduqdan sonra saxlanması üçün Ağsu RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi qərara alınmışdır. Beləliklə, Təqsirləndirilən şəxs CM-in 228.1 və 234.1-ci maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri etirafı ilə yanaşı, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. CM-in 228.1-ci maddəsinə əsasən, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə - iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Narkotik vasitələr” adlı İ Siyahının 83-cü qrafasına əsasən, 0,15 qram heroin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq CM-in qeyd olunan maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərində əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin əməlində cinayətin residivinin olmasını CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. CM-in 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 65.2-ci maddəsinə görə, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlinə münasibətdə residiv CM-in 61.1.1-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq, ona cəza CM-in 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzasının əvvəli şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, 18 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində məcburi müalicə tətbiq edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, xx.xx.1964-cü il təvəllüdlü Təqsirləndirilən şəxs 60 yaşı vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli, 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən 60 yaşından yuxarı olan kişilərə məcburi müalicə tətbiq oluna bilməz. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. CM-in 99-1.1-ci maddəsinə əsasən, xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkəmənin yekun qərarı ilə əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış Ağsu rayon Polis şöbəsində saxlanılan bir ədəd AKMS markalı, Kalaşnikov konstruksiyalı avtomat, həmin silaha məxsus bir ədəd sandıqça və 02 ədəd patronlar xüsusi müsadirə edilməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah-sursat anbarına təhvil verilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Ağsu rayon Polis şöbəsinin maddi sübutların saxlama kamerasında saxlanılan 01 ədəd zərfin içində olan, bir ədəd sellofan bükümdə 0,222 qram və bir ədəd qızılı-ağ rəngli kağız bükümdə 0,022 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 135,94 manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 20 saat hüquqi yardıma görə 120 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə və CPM-in 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrinə əsasən, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 18 yanvar 2024-cü il tarixdən hesablansın, cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış Ağsu rayon Polis şöbəsində saxlanılan bir ədəd AKMS markalı, Kalaşnikov konstruksiyalı avtomat, həmin silaha məxsus bir ədəd sandıqça və 02 ədəd patronlar xüsusi müsadirə edilməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah-sursat anbarına təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış və Ağsu rayon Polis şöbəsinin maddi sübutların saxlama kamerasında saxlanılan təqsirləndirilən şəxsin üzərindən aşkar edilərək götürülmüş 01 ədəd zərfin içində olan, bir ədəd sellofan bükümdə 0,222 qram və bir ədəd qızılı-ağ rəngli kağız bükümdə 0,022 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 135,94 (yüz otuz beş manat doxsan dörd qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət büdcəsinə (Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, X2, kod: 210005, VÖEN: **********, müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab AZ34CTRE********************) ödənilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 20 saat hüquqi yardıma görə 120 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №1(016)-43/2024
Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-43/2024
20.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver