Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-43/2025 03.10.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X31 Natiq oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəbrayılova Könül Alov qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1997-ci ildə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 küçəsi ev 127 inzibati bina ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri Suraxanı rayonu X10 küçəsi nömrəsiz evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X3 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 178.2.2-ci maddəsi təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, audio və video yazı aparılmaqla baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə başqa şəxslərin əmlakını təkrarən ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 ilə aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək sonuncunu Polşa Respublikasında işə qəbul etdirəcəyi və viza alacağı vədini verib heç bir səlahiyyəti və üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadığı halda bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumat verərək inandırıb 08 may 2024-cü il tarixdə saat 18:36-da Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin “MPAY” hesabından onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin “MPAY” hesabına köçürdüyü 500 manat pulu, 11 may 2024-cü il tarixdə saat 20:32-də Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin “MPAY” hesabından onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin “MPAY” hesabına köçürdüyü 500 manat pulu, 15 may 2024-cü il tarixdə saat 15:10-da Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin “MPAY” hesabından onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin “MPAY” hesabına köçürdüyü 180 manat pulu, 16 may 2024-cü il tarixdə saat 12:19-da Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin “MPAY” hesabından onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin “MPAY” hesabına köçürdüyü 60 manat pulu, 18 may 2024-cü il tarixdə saat 09:04-də Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin “MPAY” hesabından onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin “MPAY” hesabına köçürdüyü 10 manat pulu, 18 may 2024-cü il tarixdə saat 18:52-də Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin “MPAY” hesabından onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin “MPAY” hesabına köçürdüyü 200 manat pulu, ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs1 1450 manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Prezidentinin Mühafizə Xidmətində Şöbə rəisinin köməkçisi kimi təqdim edərək aralarında yaranmış etibarlı münasibətdən istifadə edib sonuncunun arvadı Şahid1 Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən sertifikasiya imtahanında müsbət nəticə əldə etdirəcəyi və Ağsu rayon Abasxanlı kənd tam orta məktəbində vakant olan təsərrüfat müdiri vəzifəsinə təyin etdirəcəyi vədini verib heç bir səlahiyyəti və üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyəti olmadığı halda bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumat verərək inandırıb Zərərçəkmiş şəxs2 xx.xx.2025-ci il tarixdə saat 15:34-də Ağsu şəhərinin çıxışında yerləşən “Zahid Market” adlı mağazada quraşdırılmış “Milli Ön” elektron ödəmə sistemi vasitəsilə onun tanışı Şahid2 məxsus 5213 6751 3432 3337 saylı kart hesabına köçürdüyü 2100 manat pulu, Zərərçəkmiş şəxs2 xx.xx.2025-ci il tarixdə saat 17:14-də Ağsu şəhəri S.Vurğun küçəsində yerləşən “Oba Market” adlı mağazada quraşdırılmış “E- Manat” elektron ödəmə sistemi vasitəsilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin MPAY hesabına köçürdüyü 900 manat pulu, Zərərçəkmiş şəxs2 xx.xx.2025-ci il tarixdə saat 18:54-də Ağsu şəhərinin çıxışında yerləşən “Elit Market” adlı mağazada quraşdırılmış “Milli Ön” elektron ödəmə sistemi vasitəsilə onun tanışı X13 məxsus son 8 rəqəmi 7888 8397 olan kart hesabına köçürdüyü 500 manat pulu, Zərərçəkmiş şəxs2 xx.xx.2025-ci il tarixdə saat 15:07-də Ağsu rayon Çaparlı kəndində yerləşən “Bəxtiyar Market” adlı mağazada quraşdırılmış “Milli Ön” elektron ödəmə sistemi vasitəsilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin M10 hesabına köçürdüyü 700 manat pulu, Zərərçəkmiş şəxs2 xx.xx.2025-ci il tarixdə saat 18:12-də Ağsu şəhəri S.Vurğun küçəsində yerləşən “Sanif Market” adlı mağazada quraşdırılmış “Milli Ön” elektron ödəmə sistemi vasitəsilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin M10 hesabına köçürdüyü 700 manat pulu və Zərərçəkmiş şəxs2 2025-ci ilin yanvar ayının sonlarında Ağsu şəhərində yerləşən marketlərin birindəki elektron ödəmə sistemi vasitəsilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin M10 hesabına köçürdüyü 100 manat pulu, ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs2 5000 manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı ittiham irəli sürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona CM-nin 178.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 1 küçəsi ev 127 inzibati bina ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri Suraxanı rayonu X10 küçəsi nömrəsiz evdə yaşayır. Hal-hazırda fərdi əməklə məşğul olur. Zərərçəkmiş şəxs1 şikayət ərizəsi ilə tanış olmuş və bununla bağlı bildirmək istəyir ki, Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Xətai rayonu, Ağ şəhərdə yerləşən “Croque.Baku” restoranında ofisiant işləyən zaman tanımışdır. Belə ki, hər ikisi adı çəkilən restoranda ofisiant işləmişlər. O, orada işləyən zaman Rəvana işləmək üçün Polşa Respublikasına gedəcəyini demişdir. Rəvan da Polşa Respublikasına getmək istəyini və Polşaya getməsinə köməklik etməyi ondan xahiş etmişdir. O da bununla maraqlanmış və Rəvana getmək üçün sənədləşmə işlərinin 02 aya yaxın müddət ərzində olacağını və getmək üçün ümumilikdə 1000 manat pul lazım olduğunu bildirmişdir. Rəvan da onunla razılaşmışdır. Bundan sonra ilk dəfə xx.xx.2024-cü il tarixdə Rəvan, istifadəsində olan mobil nömrənin “Mpay” hesabından onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin “Mpay” hesabına 500 manat pul göndərmiş və o, həmin pulu öz şəxsi ehtiyacı üçün xərcləmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə Rəvan yenə istifadəsində olan mobil nömrənin “Mpay” hesabından onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin “Mpay” hesabına 500 manat pul göndərmiş və o, həmin pulu da öz şəxsi ehtiyacı üçün xərcləmişdir. Bundan sonra onun maddi vəziyyəti pis olduğu üçün o, Rəvandan borc istəmiş və Rəvan da ona borc olaraq 12 may 2024-cü il tarixdən 03 iyun 2024-cü il tarixədək olan müddət ərzində 450 manat pul vermişdir. O, Zərərçəkmiş şəxs1 Polşaya getməsi üçün heç bir iş görməmiş və Rəvandan aldığı pulları öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Həmçinin onun Rəvandan aldığı 1450 manat pulun 1000 manatını Rəvanı Polşaya göndərmək üçün alsa da yerdə qalan 450 manatını borc olaraq almışdır. O, hal-hazırda etdiyi əməldən peşmandır və gələcəkdə bir daha bu cür hallara yol verməyəcəyinə söz verir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 olan borc ödənilmiş, onunla barışmışdır və o, şikayətçi deyildir. Bundan başqa Ağsu rayon Abasxanlı kənd sakini Zərərçəkmiş şəxs2 onun barəsində etdiyi şikayətlə tanış olmuşdur. O, Zərərçəkmiş şəxs2 həqiqətən də 4900 manat pulu aldadıb almışdır. Pulu almaqda məqsədi o olmuşdur ki, onun borcları varmış. Həmçinin qumar oyunlarında ona pul lazım olmuşdur. Ona görə də o, Zərərçəkmiş şəxs2 bu pulları almışdır. Zərərçəkmiş şəxs2 2025ci ilin yanvar ayında tanımışdır. 24 yanvar 2025-ci il tarixdə o, Ağsu şəhəri S.Vurğun küçəsində yerləşən Elit marketin qarşısında olarkən Zərərçəkmiş şəxs2lə tanış olmuşdur. Söhbət əsnasında Zərərçəkmiş şəxs2 arvadı Şahid1 müəllimlərin sertifikasiya imtahanından kəsildiyini, buna görə işdən çıxarıldığını, yenidən işə bərpa olunmasına köməklik lazım olduğunu, hətta Ağsu rayon Abasxanlı kənd tam orta məktəbində təsərrüfat müdiri vəzifəsinin vakant olduğunu bildirmişdir. O da Atifə arvadı Şahid1 müəllimlərin sertifikasiya imtahanından keçməsinə kömək edə biləcəyini demişdir. Həmçinin söhbət zamanı o, Ağsu rayon Ləngəbiz kəndində yaşayan babasının xəstə olduğunu, Ləngəbiz kəndinə gedəcəyini bildirmişdir. Sonra onlar birlikdə Ləngəbiz kəndinə getmişlər. Onlar yolda gedərkən o, Şahid1 müəllimlərin sertifikasiya imtahanından keçirəcəyini, bu işin həll olunması müqabilində 5000 min manat pul lazım olduğunu, pulun 2500 manatını əvvəlcə verəcəyini, 2500 manatını isə arvadı Şahid1 işə çıxdıqdan sonra verəcəyini Atifə bildirmişdir. Atif də onunla razılaşmışdır. Bundan sonra o, Ləngəbiz kəndində avtomobildən düşüb getmişdir. Atif də çıxıb getmişdir. xx.xx.2025-ci il tarixdə o, istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Atifə zəng edərək, 3000 manat pul göndərməyini deyib kart nömrəsi bildirmişdir. Atifdə xx.xx.2025-ci il tarixdə onun bildirdiyi 5213 6751 3432 3337 saylı kart hesabına 2100 manat pul köçürmüşdür. 5213 6751 3432 3337 saylı kart onun tanışı Şahid2 məxsusdur. Atif pulu Əlinin kart hesabına köçürdükdəın sonra o, Əli ilə birlikdə həmin pulu istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin M10 hesabına köçürmüşdür. Atif pulu köçürdükdən biraz sonra o, yenidən Atifə zəng edərək pulun qalanını da göndərməyini bildirmiş və Atifdən pulu ***-***-**-** saylı mobil nömrənin MPAY hesabına köçürməyini istəmişdir. Atif də xx.xx.2025-ci il tarixdə ***-***-**-** saylı mobil nömrənin MPAY hesabına 900 manat pul köçürmüşdür. Bundan sonra o, Atifə zəng edib bu işin alınmadığını aldığı pulları qaytarmaq istədiyini bildirmişdir. Atif isə ona bu işi dəqiqləşdirməyini, əgər həqiqətən alınmayacaqsa kart nömrəsi deyəcəyini bildirmişdir. O da həmin gün axşam qumarda uduzduğu üçün artıq Atifdən aldığı pulu qaytarmaqdan imtina etmişdir. Bundan 2 gün sonra o, yenidən Atifə zəng edib pul lazım olduğunu və pul göndərməyini demişdir. Atif də ona 500 manat pul göndərə biləcəyini demişdir. Bundan sonra o, tanışı X13 məxsus son 8 rəqəmi 7888 8397 olan kart nömrəsi bildirmişdir. Atif də xx.xx.2025-ci il tarixdə həmin kart hesabına 500 manat pul köçürmüşdür. Səhəri gün o, yenidən Atifə zəng edərək pul lazım olduğunu demişdir. Atif də xx.xx.2025-ci il tarixdə ***- ***-**-** saylı mobil nömrənin M10 hesabına 700 manat pul köçürmüşdür. Bundan sonra elə həmin gün yenidən ***-***-**-** saylı mobil nömrənin M10 hesabına 700 manat da pul köçürmüşdür. Həmin vaxtdan sonra Atif ona pul göndərməmişdir. Beləliklə Atif ümumilikdə ona 4900 manat pul göndərmişdir. Həmin vaxtdan sonra Atiflə əlaqə saxlamamışdır. xx.xx.2025-ci il tarixdə Atif təkrar onunla əlaqə saxlayıb pulu geri qaytarmağını istəmişdir. O da pulu geri qaytaracağını bildirmiş və Atifdən kart nömrəsi istəmişdir. Atif də ona kart nömrəsi göndərmişdir. Lakin pulu olmadığı üçün Atifin pulunu qaytara bilməmişdir. Təqsirləndirilən şəxs ifadəsini davam etdirərək göstərmişdir ki, Zərərçəkmiş şəxs1 yalan demişdir. Onun Polşa Respublikasında tanışı yoxdur, Rəvanı aldatmaq üçün bu cür bildirmiş və Rəvandan aldığı pulları öz şəxsi ehtiyacları üçün xərcləmişdir. O, Rəvandan 1450 manat pul almışdır. Həmin pulun 1000 manatını Rəvanı Polşa Respublikasında işə düzəlmək adı ilə, qalan 450 manat pulu isə borc olaraq almışdır. ***-***-**-** saylı mobil nömrə anası X4 adına qeydiyyatda olsa da ona məxsus olmuşdur və mobil nömrəni o, istifadə edirmiş. Həmçinin həmin mobil nömrənin MPAY mobil tətbiqini də o, istifadə etmişdir. ***-***-**-** saylı mobil nömrəni və mobil nömrənin MPAY mobil tətbiqini Zərərçəkmiş şəxs1 istifadə etmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş qəbzlərdən göründüyü kimi, ***-***-**-** saylı mobil nömrənin MPAY hesabından istifadəsində olan ***-***-**-** saylı və ***-***-**-** saylı mobil nömrələrin MPAY hesabına hissə-hissə olmaqla xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində ümumilikdə 2008 manat 74 qəpik pul köçürülmüşdür. Lakin həmin pulların içərisində az məbləğdə olan pullar Rəvanla birlikdə alış-veriş edərkən, playstationda oyun oynayarkən, restoranda çörək yeyərkən Zərərçəkmiş şəxs1 tərəfindən ona göndərilmiş və o da həmin pullarla hesabları ödəmişdir. Rəvan həmin pulları da hesablayıb deyir. O, Zərərçəkmiş şəxs2 arvadı Şahid1 Ağsu rayon Abasxanlı kənd tam orta məktəbində vakant olan təsərrüfat müdiri vəzifəsinə işə təyin etdirəcəyi ilə bağlı vəd verməmişdir. O, yalnız arvadı Şahid1 müəllimlərin sertifikasiya imtahanından keçirəcəyi barədə yalan vəd vermişdir. Həmçinin o, Atifdən ümumilikdə 5000 manat deyil 4900 manat pul almışdır. ***- ***-**-** saylı mobil nömrəni kimdən və haradan aldığını xatırlamır. Lakin həmin mobil nömrənin MPAY və M10 mobil tətbiqlərini o, istifadə etmişdir. X6 tanımır və həmin şəxslə heç bir münasibətim yoxdur. Mobil nömrəni isə satış dükanlarının birindən almışdır. X14 üzdən tanıyır. Həmin şəxslə yaxın münasibəti yoxdur. Sadəcə kart nömrəsi istəmişdir. Orxan Babayevdə ona kart nömrəsi bildirmişdir. O da Atifə pulu həmin kart hesabına köçürməsini demişdir. Atif də 500 manat pulu həmin kart hesabına köçürmüşdür. Orxan da həmin pulu ona vermişdir. Bakı şəhəri Xəzər rayon Binə Qəsəbəsi sakini X1 həqiqətən də 41 manatlıq meyvə tərəvəz və 200 manat nağd pul almışdır. X15 241 manat borcunu ödəmişdir. Bakı şəhəri Xəzər rayon X24 küçəsində yaşayan X7 həqiqətən də 20 manatlıq gül və 100 manat nağd pul almışdır. X16 120 manat borcumu ödəmişdir. Təqsirləndirilən şəxs daha sonra ifadəsində əməlindən səmimi peşmançılıq çəkdiyini, törətdiyi əməli səmimi etiraf etməsini, zərər çəkmiş şəxslərdən birinə dəymiş ziyanı tam ödəməsini, onunla barışmasını, digər zərər çəkmiş şəxsə də dəymiş ziyanın bir qismini ödəməsini, zərər çəkmiş şəxslərin şikayətçi olmamasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi təqsirləndirilən şəxsin əməlindən səmimi peşmançılıq çəkdiyini, törətdiyi əməli səmimi etiraf etməsini, zərər çəkmiş şəxslərdən birinə dəymiş ziyanı tam ödəməsini, onunla barışmasını, digər zərər çəkmiş şəxsə də dəymiş ziyanın bir qismini ödəməsini, zərər çəkmiş şəxslərin şikayətçi olmamasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında ailə üzvlərilə birlikdə yaşayır. 2024-cü ilin may ayında onunla birlikdə Bakı şəhəri, Xətai rayonu, Ağ şəhərdə yerləşən “Croque.Baku” restoranında ofisiant işləyən Təqsirləndirilən şəxs Polşa Respublikasında tanışının olduğunu, orada kabelayırma zavodunda çalışdığını, əmək haqqının yüksək olduğunu, əgər istəsə birlikdə gedib orada çalışa biləcəklərini demişdir. O da Əsədlə razılaşmışdır. Əsəd bildirmişdir ki, bunun üçün adambaşına 1450 manat pul verməlidilər ki, həmin çalışacaqları şirkət onlara viza versin ki, gedib çalışsınlar. O da ayrı-ayrı vaxtlarda ümumilikdə, Əsədə 2008 manat 74 qəpik məbləğində pul vermişdir. Həmin pulun 1450 manatını Polşa Respublikasında işə düzəlmək və viza almaq üçün, qalan məbləği isə borc olaraq vermişdir. Həmin vaxt Əsəd bildirmişdir ki, iyulun sonuna kimi gedəcəklər. Təxminən, iyun ayının ortalarında Əsəd bildirmişdir ki, doğulduğu Ağsu rayonunda xəstəsi var, ziyarət etməyə gedir. Həmin vaxtdan sonra Əsəd onunla bir-iki dəfə telefonda danışa zaman işin alınmadığını, bunun üçün pulunu geri qaytaracağına vəd versə də, onun telefon zənglərinə cavab verməyərək etibarından sui-istifadə edərək aldatmışdır. Hadisə 2024-cü ilin may ayında baş vermişdir. O, Əsədə ümumilikdə, 2008 manat 74 qəpik məbləğində pul vermişdir. O, həmin məbləği ayrı-ayrı vaxtlarda müxtəlif ərazilərdə Əsədin kart hesabına göndərmişdir. O, bütün pulları “MPAY” mobil tətbiqi vasitəsilə göndərmişdir. Belə ki, ilk dəfə xx.xx.2024-cü il tarixdə saat 18:36-da 500 manat Polşa Respublikasında işə düzəltmək üçün, xx.xx.2024-cü il tarixdə saat 20:32-də 500 manat Polşa Respublikasında işə düzəltmək üçün, xx.xx.2024-cü il tarixdə saat 19:20-də 47 manat şəxsi borc olaraq, xx.xx.2024-cü il tarixdə saat 22:42-də 100 manat şəxsi borc olaraq, xx.xx.2024-cü il tarixdə saat 15:10-da 180 manat Polşa Respublikasında işə düzəltmək üçün, xx.xx.2024-cü il tarixdə saat 18:59-da 191 manat şəxsi borc olaraq, xx.xx.2024-cü il tarixdə saat 12:19-da 60 manat Polşa Respublikasında işə düzəltmək üçün, xx.xx.2024-cü il tarixdə saat 09:04-də 10 manat Polşa Respublikasında işə düzəltmək üçün, xx.xx.2024-cü il tarixdə saat 18:52-də 200 manat Polşa Respublikasında işə düzəltmək üçün, xx.xx.2024-cü il tarixdə saat 17:35-də 14 manat şəxsi borc olaraq, xx.xx.2024-cü il tarixdə saat 19:58-də 30 manat şəxsi borc olaraq, xx.xx.2024-cü il tarixdə saat 12:30-da 16,74 manat şəxsi borc olaraq, xx.xx.2024cü il tarixdə saat 22:50-də 30 manat şəxsi borc olaraq, xx.xx.2024-cü il tarixdə saat 20:06da 50 manat şəxsi borc olaraq, xx.xx.2024-cü il tarixdə saat 02:07-də 80 manat şəxsi borc olaraq pullar göndərmişdir. O, Əsədə həmin pulları göndərən zaman yaşadığı ünvan 4 ünvanında və işlədiyi ünvan 5erləşən “Croque.Baku” restoranında olmuşdur. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə saat 02:07-də 80 manat məbləğində pulu göndərən zaman yaşadığı ünvan 4 ünvanında olmuşdur. Əsəd ona bildirmişdir ki, Polşa Respublikasında tanışı var, birgə gedib yüksək əmək haqqı ilə orada işləyəcəklər, o da Polşa Respublikasına getmək üçün viza almaqdan ötrü həmin məbləği Əsədə vermişdir. Zərərçəkmiş şəxs1 daha sonra ifadəsində qeyd etmişdir ki, hazırda təqsirləndirilən şəxslə barışmış, təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmiş, ona qarşı hər hansı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsə cəza təyin edilərkən qeyd olunanların nəzərə alınmasını xahiş etmiş və cəza məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Ağsu rayon Abasxanlı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs tanımırmış. Təqsirləndirilən şəxs ilə aralarında ədavət və düşmənçilik olmamışdır. Arvadı Şahid1 Ağsu rayon Abasxanlı kənd tam orta məktəbində ibtidai sinif müəlliməsi işləyirmiş. 2024-cü ildə keçirilən sertifikasiya imtahanından kəsilmişdir. Həmin vaxtdan sonra işləmir. xx.xx.2025-ci il tarixdə Ağsu şəhərində yerləşən “Elit” marketin qarşısında bankomatdan pul çıxardarkən Əsədlə tanış olmuşdur. Sonra söhbət zamanı Əsəd ona Prezidentin Mühafizə Xidmətində şöbə rəsinin köməkçisi vəzifəsində işlədiyini bildirmişdir. Əsədlə bir qədər söhbət etdikdən sonra o, Əsədə arvadı Şahid1 müəllimlərin sertifikasiya imtahanından kəsildiyini, buna görə işdən çıxarıldığını, yenidən işə bərpa olunmasına köməklik göstərməsini, hətta Ağsu rayon Abasxanlı kənd tam orta məktəbində təsərrüfat müdiri vəzifəsinin vakant olduğunu bildirmişdir. Əsəd də ona bu işdə kömək edə biləcəyini demişdir. Bundan sonra Əsəd öz telefonu ilə tanımadığı bir nəfər şəxslə əlaqə saxlayıb ona bu məsələni həll edə biləcəyini demişdir. Həmçinin söhbət zamanı Əsəd ona Ağsu rayon Ləngəbiz kəndində yaşayan babasının xəstə olduğunu, Ləngəbiz kəndinə gedəcəyini bildirmişdir. O da Əsədlə birlikdə Ləngəbiz kəndinə getmişdir. Onlar yolda gedərkən Əsəd ona arvadı Şahid1 müəllimlərin sertifikasiya imtahanından keçirəcəyini, əgər imtahan olmasa Ağsu rayon Abasxanlı kənd tam orta məktəbində vakant olan təsərrüfat müdiri vəzifəsinə təyin elətdirəcəyini, bu işin həll olunması müqabilində 5000 min manat pul lazım olduğunu, pulun 2500 manatını əvvəlcə verəcəyini, 2500 manatını isə arvadı Şahid1 işə çıxdıqdan sonra verəcəyini bildirmişdir. O da Əsədlə razılaşmışdır. Bundan sonra Əsəd Ləngəbiz kəndində avtomobildən düşüb getmişdir. O da Ağsu rayon Abasxanlı kəndinə yaşadığı evə qayıtmışdır. xx.xx.2025-ci il tarixdə Əsəd istifadəsində olan ***-***-**-** saylı nömrədən ona zəng edərək, işin həll olduğunu, lakin 2500 manat pul göndərməyini deyib kart nömrəsi bildirmişdir. O da xx.xx.2025-ci il tarixdə saat 15:34-də Ağsu şəhərinin çıxışında yerləşən “Zahid Market” adlı mağazada quraşdırılmış “Milli Ön” elektron ödəmə sistemi vasitəsilə Əsədin ona bildirdiyi 5213 6751 3432 3337 saylı kart hesabına 2100 manat pul köçürmüşdür. O, pulu köçürdükdən biraz sonra Əsəd ona zəng edərək əlavə 2500 manat pulu da göndərməyini bildirmişdir. O da Əsədə 2500 manat pul tapa bilməyəciyini, lakin 900 manat pul göndərə biləcəyini demişdir. Sonra isə Əsəd ondan ***-***-**-** saylı mobil nömrənin MPAY hesabına 900 manat pul köçürməyini istəmişdir. O da xx.xx.2025-ci il tarixdə saat 17:14-də Ağsu şəhəri S.Vurğun küçəsində yerləşən “Oba Market” adlı mağazada quraşdırılmış “E-Manat” elektron ödəmə sistemi vasitəsilə Əsədin ona bildirdiyi ***-***-**-** saylı mobil nömrənin MPAY hesabına 900 manat pul köçürmüşdür. Bundan 2 gün sonra Əsəd yenidən ona zəng edərək sertifikasiya imtahanı keçirilməyəcəyi üçün arvadı Şahid1 Ağsu rayon Abasxanlı kənd tam orta məktəbində boş qalan təsərrüfat müdiri vəzifəsinə təyin elətdirəcəyini bildirib yenidən pul lazım olduğunu və pul göndərməyini demişdir. O da Əsədə 500 manat pul göndərə biləcəyini demişdir. Bundan sonra Əsəd ona son 8 rəqəmi 7888 8397 olan kart nömrəsi bildirmişdir. O da xx.xx.2025-ci il tarixdə saat 18:54-də Ağsu şəhərinin çıxışında yerləşən “Elit Market” adlı mağazada quraşdırılmış “Milli Ön” elektron ödəmə sistemi vasitəsilə Əsədin ona dediyi son 8 rəqəmi 7888 8397 olan kart hesabına 500 manat pul köçürmüşdür. Səhəri gün Əsəd yenidən ona zəng edərək arvadı Şahid1 təsərrüfat müdiri vəzifəsi üçün keçirilən imtahanda iştirak edərkən heç bir suallara cavab verməyəcəyini, sadəcə komputerdə qeydiyyatdan keçəcəyini bildirib yenidən pul lazım olduğunu demişdir. O da xx.xx.2025-ci il tarixdə saat 15:17-də Ağsu rayon Çaparlı kəndində yerləşən “Bəxtiyar Market” adlı mağazada quraşdırılmış “Milli Ön” elektron ödəmə sistemi vasitəsilə Əsədin ona bildirdiyi ***-***-**-** saylı mobil nömrənin M10 hesabına 700 manat pul köçürmüşdür. Bundan sonra elə həmin gün saat 18:12-də Ağsu şəhəri S.Vurğun küçəsində yerləşən “Sanif Market” adlı mağazada quraşdırılmış “Milli Ön” elektron ödəmə sistemi vasitəsilə Əsədin ona bildirdiyi ***-***-**-** saylı mobil nömrənin M10 hesabına 700 manat da pul köçürmüşdür. Bundan bir neçə gün sonra isə o, Əsədin ona bildirdiyi ***-***-**-** saylı mobil nömrənin M10 hesabına 100 manat pul köçürmüşdür. Beləliklə o, Əsədə ümumilikdə 5000 manat pul göndərmişdir. Həmin vaxtdan sonra gözləməyə başlamışdır. xx.xx.2025-ci il tarixdə arvadı Şahid1 təsərrüfat müdiri vəzifəsi üçün keçirilən imtahanda iştirak etmiş, xx.xx.2025-ci il tarixdə cavab gəlmişdir ki, imtahandan kəsilmişdir. Bu barədə o, zəng vurub Əsədlə danışmışdır. Həmin vaxt Əsəd qısa zamanda imtahan olacağını bildirmişdir. O isə Əsədə artıq imtahanın keçirildiyini lakin arvadı Şahid1 kəsildiyini bildirmişdir. xx.xx.2025-ci il tarixdə Əsəd təkrar onunla əlaqə saxlayıb işin alınmadığını, pulu geri qaytaracağını bildirmiş və ondan kart nömrəsi istəmişdir. O da Əsədə kart nömrəsi göndərmişdir. Lakin Əsəd onun pulunu qaytarmamışdır. Həmin vaxtdan hal-hazıra kimi Əsəd onun pulunu qaytarmır. Zərərçəkmiş şəxs2 ifadəsini davam etdirərək göstərmişdir ki, Təqsirləndirilən şəxs ona arvadı Şahid1 müəllimlərin sertifikasiya imtahanından keçirəcəyi və Ağsu rayon Abasxanlı kənd tam orta məktəbində vakant olan təsərrüfat müdiri vəzifəsinə işə təyin etdirəcəyi ilə bağlı vədlər verərək onu aldadıb, inam və etibarından suiistifadə edərək ondan pul almışdır. Təqsirləndirilən şəxs Mirəzağa oğlunun ona verdiyi vədlərin təsiri altında o, Əsədə müxtəlif vaxtlarda hissə-hissə olmaqla ümumilikdə 5000 manat pul göndərmişdir. Zərərçəkmiş şəxs2 daha sonra ifadəsində qeyd etmişdir ki, hazırda təqsirləndirilən şəxs tərəfindən 1000 manat ödəmiş, qalıq borcu hissə-hissə ödəməyə söz vermişlər. Təqsirləndirilən şəxsə cəza təyin edilərkən qeyd olunanların nəzərə alınmasını və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid1 ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, Ağsu rayon Abasxanlı kəndində ailə üzvlərilə birlikdə yaşayır. 2010-cu il tarixdən Ağsu rayon Abasxanlı kənd tam orta məktəbində ibtidai sinif müəlliməsi işləyir. xx.xx.2024-cü il tarixdə Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin sertifikasiya imtahanından yaxşı nəticə əldə etmədiyi üçün kəsilmişdir. Həmin müddətdən sonra işləməmişdir. 24 yanvar 2025-ci il tarixdə əri Zərərçəkmiş şəxs2 Əsəd adlı bir nəfər şəxslə tanış olduğunu, həmin şəxsin Prezidentin Mühafizə Xidmətində şöbə rəsinin köməkçisi vəzifəsində işlədiyini bildirmişdir. Daha sonra Atif həmin şəxsin ona sertifikasiya imtahanında müsbət nəticə əldə etməyində köməklik göstərəcəyi, əgər sertifikasiya imtahanı olmasa Ağsu rayon Abasxanlı kənd tam orta məktəbində vakant olan təsərrüfat müdiri vəzifəsinə təyin elətdirəcəyi barədə söz verdiyini bildirmiş və bu işin həll olunması müqabilində 5000 min manat pul lazım olduğunu, pulun 2500 manatını əvvəlcə verəcəyini, 2500 manatını isə o, işə çıxdıqdan sonra verəcəyini bildirmişdir. Bundan sonra Atif həmin şəxslə mütamadi əlaqə saxlamağa və həmin şəxsə pul göndərməyə başlamışdır. Həmin vaxtlarda Əsəd Atiflə əlaqə saxlayıb Atifə sertifikasiya imtahanı keçirilməyəcəyi üçün onu Ağsu rayon Abasxanlı kənd tam orta məktəbində boş qalan təsərrüfat müdiri vəzifəsinə təyin elətdirəcəyini bildirmişdir. Onun bildiyinə görə Atif həmin şəxsə ümumilikdə 5000 manat pul göndərmişdir. Bundan sonra onlar gözləməyə başlamışlar. Daha sonra o, xx.xx.2025-ci il tarixdə Ağsu rayon Abasxanlı kənd tam orta məktəbində boş qalan təsərrüfat müdiri vəzifəsi üçün Şamaxı şəhərində keçirilən imtahanda iştirak etmişdir. xx.xx.2025-ci il tarixdə isə həmin imtahandan kəsildiyini öyrənmişdir. Bu barədə Atif zəng vurub Əsədlə danışan zaman həmin vaxt Əsəd qısa zamanda imtahan olacağını bildirmişdir. Atif isə Əsədə artıq imtahanın keçirildiyini lakin onun imtahandan kəsildiyini demişdir. Əsəd isə imtahanın cavablarını ona göndərməyi, bu barədə özünün maraqlanacağını bildirmişdir. Atif də imtahanın cavablarını Əsədə göndərmişdir. Bir neçə gün sonra isə Əsəd işin alınmadığını, pulu qaytaracağını bildirmişdir. Lakin bir müddət keçsə də Əsəd pulu qaytarmamışdır. Həmin vaxtdan hal-hazıra kimi Əsəd pulu qaytarmamışdır. Şahid1 ifadəsini davam etdirərək göstərmişdir ki, Təqsirləndirilən şəxs əri Zərərçəkmiş şəxs2 onun müəllimlərin sertifikasiya imtahanında müsbət nəticə əldə edəcəyi, daha sonra isə Ağsu rayon Abasxanlı kənd tam orta məktəbində vakant olan təsərrüfat müdiri vəzifəsinə təyin edilməyilə ilə bağlı vədlər verərək Zərərçəkmiş şəxs2 aldadıb, inam və etibarımdan sui-istifadə edərək Atifdən pul almışdır. Təqsirləndirilən şəxs Mirzağa oğlunun Atifə verdiyi vədlərin təsiri altında Atif Əsədə müxtəlif vaxtlarda hissəhissə olmaqla ümumilikdə 5000 manat pul göndərmişdir. İş üzrə digər Şahid2 məhkəmə baxış iclasında iştirak etməmiş və onun ibtidai istintaqda verdiyi ifadə məhkəmə iclasında elan olunmuşdur. Şahid2 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanında ailə üzvlərilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs tanıyır. Əsəd onun sinif yoldaşı olmuşdur. Onun Təqsirləndirilən şəxs ilə heç bir ədavət və ya düşmənçiliyi yoxdur. O, Xətai rayonu ərazisində yerləşən bərbərxanada işləyirmiş. 25 yanvar 2025-ci il tarixdə günorta vaxtlarında Əsəd həmin bərbərxanaya gəlmişdir. Həmin vaxt söhbət əsnasında Əsəd dayısının pul göndərmək istədiyini lakin kartı olmadığı üçün pulun onun kartına göndərilməsini istəmişdir. O da etiraz etməmiş və AzərTürkBanka məxsus kartının 5213 6751 3432 3337 saylı nömrəsini Əsədə demişdir. Bundan sonra Milli Ön ödəmə terminalı vasitəsilə bank kartına 2079 manat pulun köçürüldüyünü görmüşdür. Sonra Əsəd ona həmin pulu ***-***-**-** saylı mobil nömrəsinin M10 hesabına göndərməyini bildirmiş o, da həmin 2079 manat pulu Əsədin M10 hesabına göndərmişdir. O, pulu Əsədin M10 hesabına göndərdikdən sonra Əsəd çıxıb getmişdir. Əsəd həmin pulun hansı məqsədlə göndərilməsi barədə ona heç bir söz deməmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. - Qəbzlərə və vatsapp yazışmalarına baxış keçirilməsi barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 tərəfindən Təqsirləndirilən şəxs ilə vatsapp yazışmaları aparılmış və müxtəlif vaxtlarda kart vasitəsilə 4900 manat pul göndərilmişdir. - Zərər çəkmiş şəxs kimi tanıma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 iş üzrə zərər çəkmiş şəxs kimi tanınmışdır. - Baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, PashaPay MMC-dən müşayiət məktubu ilə birlikdə daxil olmuş CD diskə baxış keçirilmiş müxtəlif şəxslərin kart hesablarından və ya M10 hesablarından, həmçinin ödəmə terminallarından Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin M10 hesabına köçürülmüş pulların məbləğləri əks olunmuşdur. CD disk iş materiallarına əlavə edilmişdir. - Axtarışda olan şəxsin tutulması barəsində xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanılaraq Ağsu RPŞ-nə gətirilib aidiyy\ti üzrə MSY-nə təhvil verilmişdir. - Sabunçu RPİ-nin İstintaq Şöbəsinin cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 müraciəti əsasında hadisə yerində olunmuş, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsi, döngə 4 ünvvanında yerləşən fərdi yaşayış evidir. Hadisə yerinin foto şəkili çəkilərək iş materallarına əlavə edilmişdir. - Zərər çəkmiş şəxs kimi tanıma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 iş üzrə zərər çəkmiş şəxs kimi tanınmışdır. - Götürmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ona qarşı dələduzluq etmiş Təqsirləndirilən şəxs Mirzağa oğluna pul göndərməsini təsdiq edən vatsap yazışmaları olan 15 vərəqdən ibarət vatsap yazışmalarını könüllü təqdim etdiyi üçün cinayət işi üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. - ***-***-**-** saylı mobil nömrənin MPAY hesabına köçürülmüş qəbzlərdən görünür ki, ***-***-**-** mobil nömrəsindən ***-***-**-** saylı mobil nömrəsinə xx.xx.2024-cü il tarixdə 500, xx.xx.2024-cü il tarixdə 500, xx.xx.2024-cü il tarixdə 47, xx.xx.2024-cü il tarixdə 100, xx.xx.2024-cü il tarixdə 180, xx.xx.2024-cü il tarixdə 191, xx.xx.2024-cü il tarixdə 60, xx.xx.2024-cü il tarixdə 200, xx.xx.2024-cü il tarixdə 10, xx.xx.2024-cü il tarixdə 14, xx.xx.2024-cü il tarixdə 30, xx.xx.2024-cü il tarixdə 16,74, xx.xx.2024-cü il tarixdə 30, xx.xx.2024-cü il tarixdə 50, xx.xx.2024-cü il tarixdə 80 manat pul köçürülmüşdür. - Axtarışda olan şəxsin tutulması barəsində xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Sabunçu qəsəbəsi ərazisində saxlanılaraq MSY-yə təhvil verilməsi üçün 12-ci PŞ-nə gətirilmişdir. - Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ilə şübhəli şəxs qismində Təqsirləndirilən şəxs arasında keçirilmiş 05 dekabr 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs onu Polşa Respublikasında işə qəbul etdirəcəyi və viza alacağı ilə bağlı vədlər verərək aldadıb inam və etibarından sui-istifadə edərək hissə-hissə olmaqla ümumilikdə 1450 manat məbləğində pulunu ələ keçirdiyini Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. - Maddi ziyanın könüllü olaraq ödənilməsi haqqında 06 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs tərəfindən ələ keçirilmiş 1450 manat pul vəsaitinin 472 manat hissəsi Zərərçəkmiş şəxs1 ödənilmişdir. - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 06 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. - Sabunçu RPİ-nin İstintaq Şöbəsinin cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CMnin 178.1-ci maddəsi ilə təqsirləndiriləndirilməsinə dair ********* saylı cinayət işi Ağsu RPŞnin İstintaq Bölməsində ********* saylı cinayət işi ilə birləşdirilib birgə istintaq aparılması üçün Ağsu RPŞ-nin İstintaq Bölməsinə göndərilmişdir. - Cinayət işinin icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, CM-nin 178.1-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir. - Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi qanunvericiliyin tələbinə əsasən icraatında CM-nin 178.1-ci maddəsi ilə istintaq olunan ********* saylı cinayət işi ilə bir icraatda birləşdirilərək cinayət işinin istintaqı ********* nömrə altında davam etdirilmişdir. - Cinayət əməlinin tövsif edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli CM-nin 178.2.2-ci maddəsinə tövsif edilmişdir. - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. - Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ilə şübhəli şəxs qismində Təqsirləndirilən şəxs arasında keçirilmiş 11 iyul 2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs ona arvadı Şahid1 Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən sertifikasiya imtahanında müsbət nəticə əldə etdirəcəyi və Ağsu rayon Abasxanlı kənd tam orta məktəbində vakant olan təsərrüfat müdiri vəzifəsinə təyin etdirəcəyi ilə bağlı vədlər verərək, aldadıb inam və etibarından sui-istifadə edərək 25-29 yanvar 2025-ci il tarixdə hissə-hissə olmaqla ümumilikdə 5000 manat məbləğində pulunu ələ keçirdiyini Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X34 “Ağsu Rayon Mərkəzi Xəstəxanası” X25 22 iyul 2025-ci il tarixli, 18-1-25/2-545/25 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs ruhi-əsab xəstəliyinə görə Ağsu “RMX” PHŞnə müraciət etməmiş və qeydiyyata götürülməmişdir. - Təqsirləndirilən şəxsə elan olunmuş ittihamın məzmununa dəyişiklər edilməklə ona yenidən ittiham elan edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. - Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 28 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixli qərarla CM-nin 178.2.2-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs ifadələrində Zərərçəkmiş şəxs1 sonuncunu Polşa Respublikasında işə düzəltmək adı ilə 1000 manat pul aldığını, eləcə də Zərərçəkmiş şəxs2 arvadı Şahid1 müəllimlərin sertifikasiya imtahanından keçirəcəyi ilə bağlı Zərərçəkmiş şəxs2 4900 manat pul aldığını bildirməsi ilə bağlı xüsusatlar özünü müdafiə xarakterli olduğundan və toplanmış sübutlarla təsdiq edilmədiyindən özünün müdafiəsi üçün gətirdiyi dəlil hesab edilməklə rədd edilmiş, Şahid2, X21, X17 və X5 barələrində cinayət təqibin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs borc olaraq verdiyi 558 manat 74 qəpik pulun Təqsirləndirilən şəxs elan edilmiş ittihama daxil edilməməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs məhkumluğu olmayan hesab edilmiş, Bakı şəhəri Xəzər rayon Binə Qəsəbəsi sakini X2 müraciəti ilə bağlı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində Aəzrbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə göndərilmiş, Bakı şəhəri Xəzər rayon Şüvəlan Qəsəbə sakini X11 müraciəti ilə bağlı Xəzər rayon Polis İdarəsinin 3-cü polis Şöbəsində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tədbir görülməsi üçün inzibati xəta haqqında icraat açılması nəzərə alınmış, cinayət işi üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 ifadələri, şahidlər Şahid1 və Şahid2 ifadələri, Zərərçəkmiş şəxs2 istintaqa təqdim etdiyi whatsapp yazışmaları və pulların göndərilməsi ilə bağlı qəbzlər, Zərərçəkmiş şəxs1 istintaqa təqdim etdiyi pulların göndərilməsi ilə bağlı qəbzlər, PashaPay MMC-dən daxil olmuş 04 iyun 2025-ci il tarixli məktub, məktuba əlavə olunmus anket məlumatı və fotogörüntü, üzləşdirmə protokolları sübut əhəmiyyətinə malik olduğundan sübut növü kimi qiymətləndirilmişdir. - Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 03 oktyabr 2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Onunla barışmışdır, heç bir şikayət və tələbi yoxdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, 7 nömrəli Qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmələrin nəzərinə çatdırılmışdır ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Məhkəmələrə izah edilmişdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Təsvir olunan Qərarın tələbindən görünür ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olduğu halda əməl dələduzluq kimi tövsif edilməlidir. Bundan başqa, CM-in 178.1-ci maddəsinin dispozisiyasında dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi qeyd edilmişdir. Etibardan sui-istifadə etmə və aldatma özgə əmlakının talanmasının üsulu kimi çıxış edir. Təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-ci il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan ifadələrlə tərtib olunmalı, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərər çəkmiş şəxsləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi CPM-in 143-146-cı maddələrinə riayət etməklə toplanmış, tədqiq edilmiş, qiymətləndirilmiş və mənbəyinin mötəbərliyi, əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxs, şahid ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CMnin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 178.2.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. CM-nin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 178.2.2-ci maddəsinə əsasən eyni əməllər təkrar törədildikdə dörd mindən yeddi min manatadək cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - Sabunçu RPİ-nin İstintaq Şöbəsinin “Axtarışda olan şəxsin tutulması barəsində” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024cü il tarixdə saxlanılaraq Sabunçu RPİ-nin MSY-yə təhvil verilmişdir. - Sabunçu RPİ-nin İstintaq Şöbəsinin “Qətimkan tədbirinin seçilməsi haqqında” 06 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. - Ağsu RPŞ-nin NMQ-nin “Axtarışda olan şəxsin tutulması barəsində” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saxlanılaraq Ağsu RPŞ-nin MSY-yə təhvil verilmişdir. - Ağsu Rayon Məhkəməsinin 26 iyun 2025-ci il tarixli 4(016)-18/2025 saylı qərarından görünür ki, xx.xx.1997-ci il tarixdə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 7 küçəsi, ev 127 inzibati bina ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Hövsan qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 21 iyun 2025-ci il tarixdən hesablanmışdır. - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 15 may 2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xətai RPİ-nin xx.xx.2024-cü il tarixli qərarı ilə CM-nin 178.1-ci maddəsi ilə təqsiriləndirilərək icraata CPM-nin 73-1.1-ci maddəsinə əsasən xitam verilmişdir. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli 1(009)- 270/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmiş və onun barəsind CM-nin 178.2.2 və 178.2.3-cü maddələri ilə olan cinayət işinin icraatına xitam verilmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının: 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 2-ci bəndində qeyd olunmuşdur ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs CM-nın 178.2.2-ci maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 2496 saylı Arayışından görünür ki, Əsədzadə X9 rayonu X10 küçəsində nömrəsiz evdə qeydiyyatsız yaşayır. Ailə tərkibi: anası – X18 (1965), bacısı – X8 (1999). - Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 3-13-64/1-11539/2025 saylı Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərdən biri ilə barışmasını CM-nin 59.1.12-ci maddəsinə, zərərçəkmiş şəxslərdən birinə dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini CM-nin 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Həmçinin, məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlini könüllü etiraf etməsini, zərər çəkmiş şəxslərdən birinə də dəymiş ziyanı qismən (1000 manat) ödəməsini və qalan məbləğidə qısa müddətdə ödəməyəciyinə söz verməsini, həmin zərər çəkmiş şəxsin də şikayətçi olmamasını ona CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, zərər çəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini, zərər çəkmiş şəxslərin şikayət və tələblərinin olmamasını, həmçinin onun şəxsiyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq belə qənaətə gəlir ki, ona CM-nin 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bundan başqa CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. CPM-in 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 04 dekabr 2024-cü il tarixdə tutulmuş və 06 dekabr 2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, bundan sonra Ağsu Rayon Məhkəməsinin 26 iyun 2025-ci il tarixli 4(016)- 18/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 21 iyun 2025-ci il tarixdən hesablanmışdır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 04 dekabr 2024-cü il tarixdən 06 dekabr 2024-cü il tarixədək, həmçinin 21 iyun 2025-ci il tarixdən 03 oktyabr 2024-ci il tarixədək tutulduğu 03 (üç) ay 14 (on dörd) gün müddət həbsdə olma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunacaq cəzadan çıxılmaqla onun üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin olunacaq azadlığın mədudlaşdırılması cəzasının müddətinin əvvəlini məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs azadlığın mədudlaşdırılması cəzası təyin edildiyindən barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli, məhkəmə iclas zalından dərhal azad edilməli, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Cinayət işi üzrə mülki iddia, maddi sübut, ekspertiza xərci yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 20 iş saatı müddətinə bərabər tutulduğundan, hər iş saatı üçün 11 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 04 dekabr 2024-cü il tarixdən 06 dekabr 2024cü il tarixədək, həmçinin 21 iyun 2025-ci il tarixdən 03 oktyabr 2025-ci il tarixədək tutulduğu 03 (üç) ay 14 (on dörd) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 06 (altı) ay 28 (iyirmi səkkiz) gününə bərabər tutulmaqla ona təyin edilmiş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində 02 (iki) il 05 (beş) ay 02 (iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-da səhər saat 07:00-adək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Bakı şəhərinin ərazisi hüdudlarını tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin, məhkəmə iclas zalından dərhal azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə mülki iddia, maddi sübut, ekspertiza xərci və üzərinə həbs qoyulmuş əmlak eləcə də, xüsusi müsadirə olunması təklif olunan əmlak yoxdur. Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 20 (iyirmi) saat hüquqi yardıma görə 220 (iki yüz iyirmi) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №1(016)-43/2025
Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-43/2025
03.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver