Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-44/2023 07.12.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi4, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi2, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs4 və müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Ağsu rayonu, Ərəbmehdibəy kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olmuş, məhkumluğu ödənilmiş, Ağsu rayonu, Ərəbmehdibəy kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X1 saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx.xx.1975-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olmuş, məhkumluğu ödənilmiş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla Ağsu rayonu, Ərəbmehdibəy kəndində yaşayan Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx.xx.1979-cu il tarixdə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olmuş, məhkumluğu ödənilməmiş, ünvan 4 ünvanında qeydiyyatda olmaqla, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X1 saxlanılan Təqsirləndirilən şəxs3 CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx.xx.1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olmuş, məhkumluğu ödənilməmiş, ünvan 5 ünvanında qeydiyyatda olmaqla, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X1 saxlanılan Təqsirləndirilən şəxs4 CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair dair cinayət işinə məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında başqa saxlanc yerinə qanunsuz daxil olmaqla təkrarən oğurluq etmişdir. Belə ki o, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 2021-ci ilin sentyabr ayının əvvəllərində, gündüz vaxtı Ağsu rayonu, Ərəbmehdibəy kəndi ərazisində yerləşən otlaq sahəsinin yaxınlığına gələrək ətrafda başqa şəxslərin olmadığına əmin olduqdan sonra həmin otlaq sahəsində otlayan, Zərərçəkmiş şəxs1 məxsus bir baş, ağ rəngli, dişi, yerli cinsdən olan, yeddi yaşında, diri çəkisi 150 kiloqram olan inəyi gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 900 manat məbləğində maddi ziyan vurmaqla qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2la birlikdə oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 08 fevral 2023-cü il tarixdə saat 03 radələrində Ağsu rayonu Qaraqaşlı kəndində yerləşən Zərərçəkmiş şəxs3 məxsus evin yaxınlığına gələrək, həmin evin sahibinin yatmasına əmin olduqdan sonra evin həyətinə hasarından daxil olmaqla evin həyətində yerləşən tövlənin dəmir torlardan ibarət hasarından tövləyə qanunsuz daxil olub oradan üç baş, dişi, yerli cinsdən olan, bir yaşında, hər birinin diri çəkisi 20-22 kiloqram olan, birinin satış qiyməti 160 manat olmaqla 480 manat dəyərində qoyunları və üç baş, dişi, yerli cinsdən olan, 3-4 aylıq, hər birinin diri çəkisi 17-20 kiloqram olan, birinin satış qiyməti 150 manat olmaqla 450 manat dəyərində quzuları gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 930 manat məbləğində maddi ziyan vuraraq başqa saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə cinayət əlaqəsinə girərək əvvəlcədən aralarında olan rol bölgüsünə və razılaşmaya əsasən Təqsirləndirilən şəxs3la Təqsirləndirilən şəxs4 oğurluq yolu ilə əldə edəcəkləri bir baş dananı avtomobil ilə Bakı şəhərinə daşıyıb satmaq üçün 06 mart 2023-cü il tarixdə saat 03 radələrində ümumi niyyətlərinin bilavasitə həyata keçirilməsi zamanı Təqsirləndirilən şəxs1 məxsus, Ağsu rayonu, Ərəbmehdibəy kəndində yerləşən evə gələrək orada gözləmiş, o isə həmin tarixdə saat 03 radələrində Təqsirləndirilən şəxs2la birlikdə Ağsu rayonu, Ərəbmehdibəy kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus evin yaxınlığına gələrək, həmin evin sahibinin yatmasına əmin olduqdan sonra Təqsirləndirilən şəxs2la birlikdə evin həyətinə qanunsuz daxil olmuş, Təqsirləndirilən şəxs2 ümumi niyyətlərinin bilavasitə həyata keçirilməsi zamanı təhlükəsizliklərini təmin etmək üçün evin həyətində yerləşən tövlənin qarşısında pusquda dayanmaqla, o, tövləyə qapısından qanunsuz daxil olaraq, Zərərçəkmiş şəxs2 məxsus bir baş, şabalıdı rəngli, dişi, yerli cinsdən olan, bir yaşında, diri çəkisi 170 kiloqram olan dananı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 1.200 manat məbləğində maddi ziyan vurmaqla, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4la birlikdə başqa saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında başqa saxlanc yerinə qanunsuz daxil olmaqla təkrarən oğurluq etmişdir. Belə ki, o, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 2021-ci ilin sentyabr ayının əvvəllərində, gündüz vaxtı Ağsu rayonu, Ərəbmehdibəy kəndi ərazisində yerləşən otlaq sahəsinin yaxınlığına gələrək ətrafda başqa şəxslərin olmadığına əmin olduqdan sonra həmin otlaq sahəsində otlayan, Zərərçəkmiş şəxs1 məxsus bir baş, ağ rəngli, dişi, yerli cinsdən olan, yeddi yaşında, diri çəkisi 150 kiloqram olan inəyi gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 900 manat məbləğində maddi ziyan vurmaqla qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1la birlikdə oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə cinayət əlaqəsinə girərək əvvəlcədən aralarında olan rol bölgüsünə və razılaşmaya əsasən Təqsirləndirilən şəxs3la Təqsirləndirilən şəxs4 oğurluq yolu ilə əldə edəcəkləri bir baş dananı avtomobil ilə Bakı şəhərinə daşıyıb satmaq üçün 06 mart 2023-cü il tarixdə saat 03 radələrində ümumi niyyətlərinin bilavasitə həyata keçirilməsi zamanı Təqsirləndirilən şəxs1 məxsus, Ağsu rayonu, Ərəbmehdibəy kəndində yerləşən evə gələrək orada gözləmiş, o isə Təqsirləndirilən şəxs1la birlikdə həmin tarixdə saat 03 radələrində Ağsu rayonu Ərəbmehdibəy kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus evin yaxınlığına gələrək, həmin evin sahibinin yatmasına əmin olduqdan sonra Təqsirləndirilən şəxs1la birlikdə evin həyətinə qanunsuz daxil olmuş, o, ümumi niyyətlərinin bilavasitə həyata keçirilməsi zamanı təhlükəsizliklərini təmin etmək üçün evin həyətində yerləşən tövlənin qarşısında pusquda dayanmaqla, Təqsirləndirilən şəxs1 isə tövləyə qapısından qanunsuz daxil olaraq, Zərərçəkmiş şəxs2 məxsus bir baş, şabalıdı rəngli, dişi, yerli cinsdən olan, bir yaşında, diri çəkisi 170 kiloqram olan dananı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 1.200 manat məbləğində maddi ziyan vurmaqla, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4la birlikdə başqa saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında başqa saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək əvvəlcədən aralarında olan razılığa və rol bölgüsünə əsasən oğurluq yolu ilə əldə edəcəkləri bir baş dananı etibarnamə əsasında idarə etdiyi, “Kia Ceed minik” markalı, **- OL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhərinə daşıyıb satmaqla bağlı razılığa gələrək 06 mart 2023-cü il tarixdə saat 03 radələrində ümumi niyyətlərinin bilavasitə həyata keçirilməsi zamanı Təqsirləndirilən şəxs4la birlikdə Təqsirləndirilən şəxs1 məxsus, Ağsu rayonu, Ərəbmehdibəy kəndində yerləşən evə gəlib orada gözləmiş, Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 isə həmin tarixdə saat 03 radələrində Ağsu rayonu, Ərəbmehdibəy kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus evin yaxınlığına gələrək, həmin evin sahibinin yatmasına əmin olduqdan sonra növbə ilə evin həyətinə qanunsuz daxil olmuş, Təqsirləndirilən şəxs2 ümumi niyyətlərinin bilavasitə həyata keçirilməsi zamanı təhlükəsizliklərini təmin etmək üçün evin həyətində yerləşən tövlənin qarşısında pusquda dayanmaqla, Təqsirləndirilən şəxs1 isə tövləyə qapısından qanunsuz daxil olaraq, Zərərçəkmiş şəxs2 məxsus bir baş, şabalıdı rəngli, dişi, yerli cinsdən olan, bir yaşında, diri çəkisi 170 kiloqram olan dananı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 1.200 manat məbləğində maddi ziyan vurmaqla, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4la birlikdə başqa saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs4 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında başqa saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında əvvəlcədən aralarında olan razılığa və rol bölgüsünə əsasən oğurluq yolu ilə əldə edəcəkləri bir baş dananı Təqsirləndirilən şəxs3 məxsus avtomobil ilə Bakı şəhərinə daşıyıb sataraq mənfəət əldə etməklə bağlı razılığa gələrək 06 mart 2023-cü il tarixdə saat 03 radələrində ümumi niyyətlərinin bilavasitə həyata keçirilməsi zamanı Təqsirləndirilən şəxs3la birlikdə Təqsirləndirilən şəxs1 məxsus, Ağsu rayonu, Ərəbmehdibəy kəndində yerləşən evə gələrək orada gözləmiş, Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 isə həmin tarixdə saat 03 radələrində Ağsu rayonu Ərəbmehdibəy kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus evin yaxınlığına gələrək, həmin evin sahibinin yatmasına əmin olduqdan sonra növbə ilə evin həyətinə qanunsuz daxil olmuş, Təqsirləndirilən şəxs2 ümumi niyyətlərinin bilavasitə həyata keçirilməsi zamanı təhlükəsizliklərini təmin etmək üçün evin həyətində yerləşən tövlənin qarşısında pusquda dayanmaqla, Təqsirləndirilən şəxs1 isə tövləyə qapısından qanunsuz daxil olaraq, Zərərçəkmiş şəxs2 məxsus bir baş, şabalıdı rəngli, dişi, yerli cinsdən olan, bir yaşında, diri çəkisi 170 kiloqram olan dananı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 1.200 manat məbləğində maddi ziyan vurmaqla, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la birlikdə başqa saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 CMin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs2 həmkəndliləridir. 2021-ci ilin sentyabr ayının əvvəllərində, gündüz vaxtı, saat 10 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs2la birlikdə yaşadığı kənd ərazisində imiş. Söhbət əsnasında Təqsirləndirilən şəxs2 ona oğurluq etməyi təklif etmiş, o, Təqsirləndirilən şəxs2 nə oğurlaya biləcəklərini soruşmuş, Təqsirləndirilən şəxs2 kənd sakinlərinə məxsus inəklərin otlaq sahəsində otladıqlarını və oradan inək oğurlaya biləcəklərini bildirmişdir. O, maddi imkanının zəif olması səbəbindən Təqsirləndirilən şəxs2 təklifi ilə razılaşmış və Təqsirləndirilən şəxs2la birlikdə kənd ərazisindəki otlaq sahəsinə getmişlər. Həmin vaxt orada bir neçə inəyin otladığını görüb oraya yaxınlaşmış, ətrafa nəzər salıb ətrafda başqa adamların olmadığını görüb orada otlayan bir baş inəyə yaxınlaşmışlar. Bundan sonra Təqsirləndirilən şəxs2la köməkləşib bir baş dişi, ağ rəngli inəyi digər inəklərdən ayırıb Təqsirləndirilən şəxs2 yaşadığı evin həyətinə gətirmiş, daha sonra həmin inəyi tövləyə salmışlar. Bundan sonra Təqsirləndirilən şəxs2 ona oğurladıqları inəyi dərhal satmağı təklif etmiş, o, razılaşıb mal-qara alqı-satqısı ilə məşğul olan, tanışı Şahid3 zəng vurmuşdur. O, tanışına məxsus bir baş inək olduğunu və satmaq istədiklərini bildirmiş, Şahid3 ondan inəyin satış üçün yararlı olub-olmadığını soruşmuş, o, inəyin kök olduğunu və satışa yararlı olduğunu bildirmişdir. Bundan sonra Şahid3 inəyə baxmaq üçün gələ biləcəyini bildirmiş və telefon əlaqəsini bitirmişlər. Həmin gün saat 14 radələrində Şahid3 “Ford” markalı yük avtomobili ilə Ağsu rayonu, Ərəbmehdibəy kəndinə gəlmişdir. O, Şahid3la kənd ərazisində görüşmüş və avtomobillə Təqsirləndirilən şəxs2 Ağsu rayonu, Ərəbmehdibəy kəndində yaşadığı evin qarşısına getmiş, evin həyətinə daxil olmuş, Təqsirləndirilən şəxs2la salamlaşmışlar. Şahid3 Təqsirləndirilən şəxs2 bir baş inəyin harada olduğunu soruşmuş, Təqsirləndirilən şəxs2 inəyin tövlədə olduğunu demişdir. Təqsirləndirilən şəxs2 inəyi tövlədən həyətə çıxarmış, Şahid3 inəyə baxdıqdan sonra Təqsirləndirilən şəxs2 neçə manata satmaq istədiyini soruşmuşdur. Təqsirləndirilən şəxs2 bir baş inəyi 600 manat qarşılığında satmaq istədiyini dedikdə Şahid3 bir baş inəyi 300 manat qarşılığında ala biləcəyini və daha artıq pul verə bilməyəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 300 manat qarşılığında satacağına Şahid3la razılaşmışdır. Daha sonra o, Təqsirləndirilən şəxs2 və Şahid3la birlikdə bir baş inəyi yük avtomobilinə yükləmiş, bundan sonra Şahid3 Təqsirləndirilən şəxs2 300 manat məbləğində pul vermişdir. Daha sonra Şahid3 sağollaşıb oradan çıxıb getmiş, Təqsirləndirilən şəxs2 300 manat məbləğində pulu onunla birlikdə xərcləmişdir. Bundan başqa o, ifadəsinə əlavə olaraq bildirmişdir ki, Ağsu rayonu, Qaraqaşlı kəndində yerləşən evin tövləsindən üç baş qoyun və üç baş quzu oğurlamışdır. Belə ki, əvvəlcədən Ağsu rayonu, Qaraqaşlı kəndinin kənarında heyvanların saxlanılması üçün tövlə olduğunu və həmin tövlədə heyvan saxlandığını görmüşdür. Lakin o, həmin tövlənin və heyvanların kimə məxsus olduğunu bilmirmiş. O, 08 fevral 2023-cü il tarixdə gecə saat 02 radələrində Bakı şəhərindən Ağsu rayonuna gəlmiş, Ağsu şəhərində yerləşən avtovağzalın yanında taksidən düşdükdən sonra bir müddət gözləyib başqa bir taksi ilə Ağsu rayonu, Qaraqaşlı kəndinə getmişdir. O, Ağsu rayonu, Qaraqaşlı kəndinə çatdıqdan sonra kəndin kənarı ilə gedən yolda taksidən düşmüş və piyada getməyə başlamış, tövlənin kənarında olan qara rəngli darvazanın yanına çatdıqdan sonra biraz gözləmişdir. Həmin vaxt saat 03 radələri imiş. Sonra o, darvazanın kənarında olan hasarın üstündən keçib həyətə düşmüş, həyətə düşdükdən sonra darvazanın əl qapısını içəri tərəfdən açaraq tövlənin qarşısına gəlmişdir. Tövlənin qarşısında qəhəl var imiş. O, qəhəlin qapısında qıfıl olduğunu görüb setkanın üstündən qəhəlin içərisinə keçmiş, qəhəldə işıq lampasının yandığını görüb işığı söndürmüş, daha sonra tövləyə tərəf baxanda sol tərəfdəki qapını açmışdır. İçəridə 35-40 baş qoyun və quzu var imiş. O, içəri keçib qoyunlardan 3 baş qoyunu bir-bir gətirib qəhəlin setkasının üstündən qəhəldən çöl tərəfə, həyətə atmış, sonra isə 3 baş quzuları da həmin qaydada qəhəlin setkasının üstündən çölə çıxartmışdır. Bundan sonra qapını açıb heyvanları həyətdən çölə yolun kənarına çıxartmış, daha sonra heyvanları yoldan keçirib kəndin kənarındakı boş sahə ilə Ağsu şəhərinin çıxışına aparıb Ağsu-Kürdəmir-Bəhrəmtəpə yoluna çıxartmışdır. Yolun kənarında təxminən 10-15 dəqiqə gözlədikdən sonra Ağsu şəhəri tərəfdən “Vaz 2104” markalı avtomobilin gəldiyini görmüş, avtomobilin sürücüsünə işarə etdikdən sonra avtomobil dayanmışdır. O, avtomobilin sürücüsünə Kürdəmir rayonu heyvan bazarına heyvan aparmaq istədiyini demişdir. Həmin şəxs də ondan heyvanların oğurluq olub-olmamasını soruşmuş, o, isə heyvanların oğurluq olmadığını və öz heyvanları olduğunu bildirmişdir. Bundan sonra heyvanları avtomobilin yük yerinə yerləşdirmişdir. Daha sonra o, heyvanları Kürdəmir rayonu heyvan bazarına aparmış, heyvanları bazarda düşürdükdən sonra avtomobil sürücüsünə 30 manat pul verib yola salmışdır. Bazarda bir müddət gözlədikdən sonra heyvanları bir nəfər tanımadığı şəxsə ümumilikdə 500 manat məbləğində pul qarşılığında satmışdır. Bundan sonra Kürdəmir rayonundan Bakı şəhərinə getmişdir. O, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əvvəlcədən tanıyırmış. Təqsirləndirilən şəxs4 isə bir baş dananı oğurladıqları gün tanımışdır. Tanışı Təqsirləndirilən şəxs3la 2023-cü ilin fevral ayının sonlarında “vatsapp” proqramı vasitəsilə əlaqə saxlayan zaman Təqsirləndirilən şəxs3 ondan bir baş dana oğurlaya bilib-bilməyəcəyini soruşmuş, o, dana oğurlaya biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs3 nə vaxt dana oğurlasa avtomobili ilə dananı daşımağa ona kömək edə biləcəyini demiş, o, Təqsirləndirilən şəxs3la razılaşmış və telefon əlaqəsini bitirmişlər. Bundan sonra bir neçə gün ərzində haradan oğurluq edə biləcəyini düşünmüşdür. 05 mart 2023-cü il tarixdə saat təxminən 22:30 radələrində Ağsu rayonu, Ərəbmehdibəy kəndində yaşadığı evdə imiş. Bu zaman Təqsirləndirilən şəxs2 mobil telefonuna zəng vurub onun yaşadığı evə gəlməsini xahiş etmiş, bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs2 onun evinə gəlmişdir. O, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs3la danışıb razılaşdığını, bir baş dana oğurlayacaqlarını və Təqsirləndirilən şəxs3 avtomobili ilə Bakı şəhərinə aparacaqlarını demişdir. Təqsirləndirilən şəxs2 onlarla birlikdə oğurluq edə biləcəyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs2 məxsus bir baş dananı oğurlamağı ona təklif etmişdir. O, Zərərçəkmiş şəxs2 ilə razılaşmış və Təqsirləndirilən şəxs3 mobil telefonuna zəng vurmuşdur. O, Təqsirləndirilən şəxs3la salamlaşmış və edəcəyi oğurluq barədə plan qurmağa başlamışdır. Plana əsasən o, Təqsirləndirilən şəxs2la birlikdə Zərərçəkmiş şəxs2 məxsus evin həyətində yerləşən tövləsinə daxil olub bir baş dananı oğurlamalı imişlər. Təqsirləndirilən şəxs3 və tanışı Təqsirləndirilən şəxs4 isə oğurladıqları bir baş dananı Bakı şəhərinə aparıb orada satmalı imişlər. Plan qurduqdan sonra Təqsirləndirilən şəxs3 tanışı Təqsirləndirilən şəxs4la birlikdə avtomobillə gələcəyini və bir neçə saata kəndə çatacaqlarını demişdir. Bundan sonra telefon əlaqəsini bitirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs2 yaşadığı evə geri qayıtmış, o, isə öz evində Təqsirləndirilən şəxs3la Təqsirləndirilən şəxs4 yaşadığı kəndə gəlmələrini gözləmişdir. O, 06 mart 2023-cü il tarixdə saat təxminən 02:30 radələrində Təqsirləndirilən şəxs3 mobil telefonuna zəng vurub harada olduğunu soruşmuş, Təqsirləndirilən şəxs3 bir neçə dəqiqəyə yaşadığı evə çatacaqlarını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 zəng vurub bu barədə məlumat vermiş və evinə dəvət etmişdir. Təqsirləndirilən şəxs2 razılaşıb onun yaşadığı evə gəlmişdir. Bir neçə dəqiqə ərzində Təqsirləndirilən şəxs2la yaşadığı evdə söhbət etmişlər. 06 mart 2023-cü il tarixdə saat təxminən 03 radələrində Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 avtomobil ilə yaşadığı evə gəlmiş və avtomobili evin həyətinə salmışlar. Onlar Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4la salamlaşıb söhbət etməyə başlamışlar. Söhbət zamanı Zərərçəkmiş şəxs2 məxsus bir baş dananı oğurlayıb Təqsirləndirilən şəxs3 avtomobilinə yükləyəcəklərinə razılaşmışlar. O, evdə olan balaca tikilidən dananı bağlamaq üçün özü ilə ip götürmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 yaşadığı evdə onları gözləmişlər. 06 mart 2023-cü il tarixdə saat təxminən 03:30 radələrində Təqsirləndirilən şəxs2la birlikdə Zərərçəkmiş şəxs2 məxsus evin yaxınlığına gəlmişlər. Onlar ətrafı müşahidə edib heç kimin olmadığını və ev sahibinin yatdığını anlamışlar. Razılaşmalarına əsasən Təqsirləndirilən şəxs2 evin kol-kosdan ibarət çəpərindən evin bağına daxil olmuş, o, isə küçə ilə hərəkət edib Zərərçəkmiş şəxs2 məxsus evin giriş qapısının qarşısına gəlmişdir. Təqsirləndirilən şəxs2 evin həyəti ilə piyada hərəkət edib evin giriş qapısına yaxınlaşmış və daxil olmağı üçün balaca qapını açmışdır. Daha sonra o, qapıdan evin həyətinə daxil olmuşdur. Bundan sonra birlikdə tövlənin qarşısına gəlmişlər. Təqsirləndirilən şəxs2 tövlənin qapısına bağlanmış məftilləri əli ilə yerindən açmış və tövlənin giriş hissəsində pusquda dayanmışdır. O, isə tövləyə daxil olmuş, əlindəki alışqanın fənəri ilə tövlədəki danaları baxmış və birini seçərək dananı bağlandığı ipdən açmışdır. Daha sonra özü ilə gətirdiyi iplə dananın başını bağlamış və həmin bir baş, şabalıdı rəngli dananı tövlədən çölə çıxarmışdır. Bundan sonra həmin dananı evin giriş qapısına tərəf gətirmişlər və dananı qapıdan çölə çıxarmışlar. Bundan sonra Təqsirləndirilən şəxs2 evin həyəti ilə geri hərəkət edib evin həyətinə daxil olduğu çəpərə yaxınlaşmış və oradan küçəyə tullanmışdır. Daha sonra yolda görüşüb dananı kənd ərazisindən keçən yolun kənarı ilə piyada onun yaşadığı evə aparmışlar. Bundan sonra dördü birlikdə dananı toyuq hininə salmışlar və dananın ayaqlarını iplə bağlamışlar. Daha sonra hamısı birlikdə köməkləşib dananı Təqsirləndirilən şəxs3 məxsus “KİA” markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin yük yerinə yerləşdirmişlər. Bundan sonra dananı satıb əldə edilmiş pulu aralarında bərabər böləcəklərinə razılaşmışlar. Daha sonra dananı aparıb satmaq üçün o, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4la birlikdə Təqsirləndirilən şəxs3 məxsus avtomobillə Bakı şəhərinə getmişlər. Təqsirləndirilən şəxs2 isə oradan çıxıb öz yaşadığı evə getmişlər. Onlar təxminən 09 radələrində Bakı şəhərinə çatmışlar. Daha sonra Təqsirləndirilən şəxs4 qardaşı Seymur adlı şəxsin Zabrat qəsəbəsində yaşadığı evə getmişlər. Onlar dananı evin həyətinə düşürüb orada bağlamışlar. Bundan sonra Təqsirləndirilən şəxs4 təklifi ilə qohumu Şahid1 Zabrat qəsəbəsində yaşadığı evinə getmişlər. Şahid1la salamlaşıb bir baş dana olduğunu və satmaq istədiklərini bildirmişlər. Şahid1 həmin dananı haradan əldə etdiklərini soruşmuşdur. Təqsirləndirilən şəxs4 həmin danının ona məxsus olduğunu bildirmişdir. Bundan sonra Şahid1 dananı bağladıqları evə gələrək danaya baxmışdır. Bundan sonra Şahid1 onunla razılaşıb həmin dananı 550 manat qarşılığında almışdır. Bundan sonra əldə etdikləri pulu aralarında bölüşdürmüşlər. Belə ki, o, 200 manat məbləğində pulu Namiq Məmmmədova, Namiq Məmmmədov da 60 manat pulu Təqsirləndirilən şəxs4 vermişdir. Daha sonra onlar sağollaşıb ayırlmışlar. Bundan bir gün sonra Təqsirləndirilən şəxs2 tutulduğunu eşitmişdir. Polis əməkdaşlarının onu da tutacağını güman etdiyi üçün Bakı şəhərində gizlənməyə başlamışdır. 10 aprel 2023-cü il tarixdə Rusiya Federasiyasına uçuş üçün bilet almışdır. O, həmin gün hava limanında olan zaman polis əməkdaşları tərəfindən saxlanılmış və istintaqa təhvil verilmişdir. Hazırda Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 dəymiş ziyanı tam olaraq ödəmişdir. O, törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs1 həmkəndliləridir. 2021-ci ilin sentyabr ayının əvvəllərində, gündüz vaxtı, saat təxminən 10 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs1la birlikdə yaşadığı kənd ərazisində imiş. O, söhbət əsnasında Təqsirləndirilən şəxs1 oğurluq etməyi təklif etmiş, Təqsirləndirilən şəxs1 nə oğurlaya biləcəklərini ondan soruşmuşdur. O, Təqsirləndirilən şəxs1 kənd sakinlərinə məxsus inəklərin otlaq sahəsində otladıqlarını və oradan inək oğurlaya biləcəklərini bildirmişdir. Təqsirləndirilən şəxs1 onun təklifi ilə razılaşmış və kənd ərazisindəki otlaq sahəsinə getmişlər. Həmin vaxt orada bir neçə inəyin otladığını görüb oraya yaxınlaşmışlar. Onlar ətrafda başqa adamların olmadığını görüb bir baş inəyi oğurlamaq qərarına gəlmişlər. Bundan sonra Təqsirləndirilən şəxs1la köməkləşib bir baş dişi, ağ rəngli inəyi digər inəklərdən ayırıb yaşadığı evin həyətinə gətirmişlər. Daha sonra həmin inəyi tövləyə salmışlar. Bundan sonra Təqsirləndirilən şəxs1 həmin inəyi satmaq lazım olduğunu demişdir. Təqsirləndirilən şəxs1 İsmayıllı rayon sakini olan, adını sonradan öyrəndiyi Şahid3 zəng vurmuş, dostuna məxsus bir baş inək olduğunu və satmaq istədiklərini bildirmiş, Şahid3 inəyin satış üçün yararlı olub-olmadığını soruşduqda Təqsirləndirilən şəxs1 inəyin kök olduğunu və satışa yararlı olmasını demişdir. Bundan sonra, Şahid3 inəyə baxmaq üçün gələ biləcəyini bildirmiş və telefon əlaqəsini bitirmişlər. Həmin gün saat 14 radələrində Şahid3 Təqsirləndirilən şəxs1 zəng vurub Ağsu rayonu, Ərəbmehdibəy kəndində olduğunu demiş, Təqsirləndirilən şəxs1 qarşısına çıxacağını bildirmiş və evdən çıxıb getmişdir. Bir neçə dəqiqə sonra “Ford” markalı yük avtomobili yaşadığı evin qarşısına gəlmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 yanında iki nəfər tanımadığı şəxs var imiş. Onlardan biri avtomobilin sürücüsü digəri isə alıcı Şahid3 imiş. O, onlarla salamlaşmışdır. Şahid3 ondan bir baş inəyin harada olduğunu soruşmuş, o, inəyin tövlədə olduğunu bildirmiş və inəyi tövlədən həyətə çıxarmışdır. Şahid3 inəyə baxdıqdan sonra ondan neçə manata satmaq istədiyini soruşmuş, o, bir baş inəyi 600 manat qarşılığında satmaq istədiyini demişdir. Şahid3 bir baş inəyi ondan 300 manat qarşılığında ala biləcəyini və daha artıq pul verə bilməyəcəyini bildirmişdir.Bundan sonra inəyi 300 manat qarşılığında satacağına Şahid3 ilə razılaşmışdır. Daha sonra o, Şahid3 və Təqsirləndirilən şəxs1 ilə birlikdə bir baş inəyi yük avtomobilinə yükləmişlər. Bundan sonra Şahid3 ona 300 manat məbləğində pul vermişdir. Daha sonra onlar sağollaşıb çıxıb getmişlər. O, əldə etdiyi 300 manat məbləğində pulu Təqsirləndirilən şəxs1la birlikdə xərcləmişdir. O, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 əvvəlcədən tanıyır. Təqsirləndirilən şəxs1 onun həmkəndlisidir və ləqəbi Laçındır. Təqsirləndirilən şəxs4 isə bir baş dananı oğurladığı gün tanımışdır. O, 05 mart 2023-cü il tarixdə saat təxminən 22:30 radələrində Ağsu rayonu, Ərəbmehdibəy kəndində yaşadığı evdə imiş. Bu zaman Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng vurub onunla hal-əhval tutmuşdur. Daha sonra Təqsirləndirilən şəxs1 qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs2 məxsus bir baş dananı tövləsindən onunla birlikdə oğurlamaq istədiyini, tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 kəndə gələrək oğurluq etməkdə onlara köməklik edəcəklərini və oğurlayacaqları dananı satmaq üçün avtomobil ilə Bakı şəhərinə aparacaqlarını bildirmişdir. O, Təqsirləndirilən şəxs1la razılaşmış və söhbət etmək üçün Təqsirləndirilən şəxs1 Ağsu rayonu, Ərəbmehdibəy kəndində yaşadığı evə getmişdir. Onlar birlikdə edəcəkləri oğurluğun planını qurmuşlar. Plana əsasən o, Təqsirləndirilən şəxs1la birlikdə Zərərçəkmiş şəxs2 məxsus evin həyətində yerləşən tövləsinə daxil olub bir baş dananı oğurlamalı imiş. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 isə oğurladıqları bir baş dananı Bakı şəhərinə aparıb orada satmalı imişlər. Bundan sonra Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 mobil telefonuna zəng vurub harada olduğunu soruşmuşdur. Təqsirləndirilən şəxs3 tanışı Təqsirləndirilən şəxs4la birlikdə avtomobillə gəldiyini və bir neçə saata kəndə çatacaqlarını demişdir. Bundan sonra onlar telefon əlaqəsini bitirmişlər. Onlar plan qurduqdan sonra yaşadığı evə geri qayıtmış və Təqsirləndirilən şəxs3la Təqsirləndirilən şəxs4 yaşadığı kəndə gəlmələrini gözləmişdir. O, evində olan zaman Təqsirləndirilən şəxs3 mobil telefonuna zəng vurub edəcəkləri oğurluq barədə yenidən danışmış, Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs4la birlikdə gəldiyini və oğurlayacaqları dananı birlikdə avtomobili ilə Bakı şəhərinə aparıb satacaqlarını bildirmişdir. Bundan sonra onları gözlədiyini bildirib telefon əlaqəsini bitirmişdir. 06 mart 2023-cü il tarixdə saat təxminən 02:30 radələrində Təqsirləndirilən şəxs1 onun mobil telefonuna zəng vurub Təqsirləndirilən şəxs3la Təqsirləndirilən şəxs4 bir neçə dəqiqəyə onun yaşadığı evə çatacaqlarını bildirib onu da öz evinə dəvət etmişdir. O, razılaşıb Təqsirləndirilən şəxs1 yaşadığı evə getmişdir. Bir neçə dəqiqə ərzində Təqsirləndirilən şəxs1la evdə söhbət etmişlər. 06 mart 2023-cü il tarixdə saat təxminən 03 radələrində Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 avtomobil ilə Təqsirləndirilən şəxs1 yaşadığı evə gəlmişlər. Onlar avtomobili evin həyətinə salmışlar. Salamlaşdıqdan sonra Təqsirləndirilən şəxs1la Zərərçəkmiş şəxs2 məxsus bir baş dananı oğurlayıb Təqsirləndirilən şəxs3 avtomobilinə yükləyəcəklərinə razılaşmışlar. Bundan sonra Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Təqsirləndirilən şəxs1 yaşadığı evdə onları gözləmiş, 06 mart 2023-cü il tarixdə saat təxminən 03:30 radələrində Təqsirləndirilən şəxs1la birlikdə Zərərçəkmiş şəxs2 məxsus evin yaxınlığına gəlmişlər. Onlar ətrafı müşahidə edib heç kimin olmadığını və ev sahibinin yatdığını anlamışlar. Razılaşmalarına əsasən o, evin kol-kosdan ibarət çəpərindən evin bağına daxil olmuşdur. Təqsirləndirilən şəxs1 isə küçə ilə hərəkət edib Zərərçəkmiş şəxs2 məxsus evin giriş qapısının qarşısına tərəf getmişdir. O, evin həyəti ilə piyada hərəkət edib evin giriş qapısına yaxınlaşmış və Təqsirləndirilən şəxs1 daxil olması üçün balaca qapını açmışdır. Daha sonra Təqsirləndirilən şəxs1 qapıdan evin həyətinə daxil olmuş, sonra birlikdə tövlənin qarşısına gəlmişlər. O, tövlənin qapısına bağlanmış məftilləri əli ilə yerindən açmış və tövlənin giriş hissəsində pusquda dayanmışdır. Təqsirləndirilən şəxs1 tövləyə daxil olmuş və əlindəki alışqanın fənəri ilə tövlədəki danalara baxıb birini seçərək dananı bağlandığı ipdən açmışdır. Daha sonra Təqsirləndirilən şəxs1 özü ilə gətirdiyi iplə dananın başını bağlamış və həmin bir baş, şabalıdı rəngli dananı tövlədən çölə çıxarmışdır. Bundan sonra həmin dananı evin giriş qapısına tərəf gətirmişlər və Təqsirləndirilən şəxs1 dananı qapıdan çölə çıxarmışdır. Bundan sonra o, Zərərçəkmiş şəxs2 şübhələnməməsi üçün evin qapısını bağlamışdır. Daha sonra o, evin həyəti ilə geri hərəkət edib evin həyətinə daxil olduğu çəpərə yaxınlaşmış və oradan küçəyə tullanmışdır. Daha sonra yolda görüşüb dananı kənd ərazisindən keçən yolun kənarı ilə piyada Təqsirləndirilən şəxs1 yaşadığı evə aparmışlar. Bundan sonra dördü birlikdə dananı toyuq hininə salmışlar və dananın ayaqlarını iplə bağlamışlar. Daha sonra hamısı birlikdə köməkləşib dananı Təqsirləndirilən şəxs3 məxsus “KİA” markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin yük yerinə qoymuşlar. Bundan sonra dananı satıb əldə edilmiş pulu aralarında bərabər böləcəklərinə razılaşmışlar. Daha sonra dananı aparıb satmaq üçün Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 birlikdə Təqsirləndirilən şəxs3 məxsus avtomobillə Bakı şəhərinə getmişlər. O, isə oradan çıxıb öz yaşadığı evə getmişdir. O, həmin gün təxminən saat 07 radələrində Təqsirləndirilən şəxs1 mobil telefonuna zəng vurmuşdur. Lakin Təqsirləndirilən şəxs1 mobil telefonuna zəng çatmadığını görüb Təqsirləndirilən şəxs4 mobil telefonuna zəng vurmuşdur. O, Təqsirləndirilən şəxs4 harada olduqlarını soruşmuşdur. Təqsirləndirilən şəxs4 hələ Bakı şəhərinə çatmadıqlarını bildirmiş və telefon əlaqəsini bitirmişlər. Daha sonra olanlardan xəbəri olmamış və polis əməkdaşları tərəfindən saxlanılmışdır. Hazırda Zərərçəkmiş şəxs2 dəymiş ziyanı tam, Zərərçəkmiş şəxs1 isə qismən ödəmişdir. O, törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittihamda özünü qismən - CM-in 177.2.1-ci maddəsi ilə təqsirli bilir. Ona CM-in 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmir. O, bir baş dananın oğurlandığı yerə, yəni Zərərçəkmiş şəxs2 məxsus evin tövləsinə daxil olmadığını və bir baş dananı Bakı şəhərinə avtomobili ilə aparmaq üçün Təqsirləndirilən şəxs1 məxsus evdə gözlədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 əvvəlcədən tanıyırmış. 05 mart 2023-cü il tarixdə saat təxminən 22:30 radələrində tanışı Təqsirləndirilən şəxs4la birlikdə Bakı şəhərində imiş. Bu zaman tanışı Təqsirləndirilən şəxs1 ona zəng vurub onunla hal-əhval tutmuşdur. Təqsirləndirilən şəxs1 bir baş danası olduğunu və Bakı şəhərinə aparmaq üçün ona avtomobil lazım olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs1la razılaşıb həmin dananı Bakı şəhərinə avtomobili ilə daşıya biləcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 onun kəndə gəlməsini bildirmişdir. O, Təqsirləndirilən şəxs1la razılaşmış və telefon əlaqəsini bitirmişlər. Daha sonra bu barədə həmin vaxt yanında olan ətraflı Təqsirləndirilən şəxs4 danışmış, Təqsirləndirilən şəxs4 da ona kömək edə biləcəyini bildirmişdir. Bundan sonra da “KİA” markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə Təqsirləndirilən şəxs4la birlikdə əyləşmiş və Ağsu şəhəri istiqamətində yola düşmüşlər. 06 mart 2023-cü il tarixdə saat təxminən 03 radələrində tanışı Təqsirləndirilən şəxs1 Ağsu rayonu, Ərəbmehdibəy kəndində yaşadığı evə çatmışlar. Onlar evə daxil olub Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la salamlaşmışlar. O, Təqsirləndirilən şəxs1 bir baş dananın harada olduğunu soruşmuşdur. Təqsirləndirilən şəxs1 bir baş dananın evinin həyətində olan yarımtikilidə olduğunu bildirmiş və Təqsirləndirilən şəxs2la birlikdə evin həyətinin qaranlıq tərəfinə getmişdir. O, isə Təqsirləndirilən şəxs4la birlikdə evin içində gözləmiş, Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 təxminən bir saatdan sonra geri dönmüşlər. Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 gətirdikləri bir baş, şabalıdı rəngli dananı evin həyətindəki tikilinin içinə salmışlar. Onlar köməkləşib dananın ayaqlarını iplə bağlamış və ona məxsus minik avtomobilinin yük yerinə qoymuşlar. Bundan sonra dananı satıb əldə edilmiş pulu aralarında bölüşəcəklərinə razılaşmışlar. Daha sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4la birlikdə Bakı şəhərinə yola düşmüşlər. Təqsirləndirilən şəxs2 isə işləri olduğu üçün onlarla gəlməmişdir. Onlar həmin tarixdə təxminən saat 08-09 radələrində Bakı şəhəri, Zabrat qəsəbəsinə çatmışlar. Bundan sonra onlar Təqsirləndirilən şəxs4 qardaşı Şahid2la birlikdə yaşadığı evə getmiş və dananı avtomobildən evin həyətinə düşürmüşlər. Daha sonra Təqsirləndirilən şəxs4 təklifi ilə adını sonradan bildiyi Şahid1 yaşadığı evin yaxınlığına getmişlər. O, Təqsirləndirilən şəxs1la birlikdə avtomobildə gözləmiş, Təqsirləndirilən şəxs4 Şahid1la söhbət etməyə getmişdir. Bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs4 Şahid1la birlikdə gəlib avtomobilinə əyləşmişlər. Bundan sonra danaya baxmaq üçün ona məxsus avtomobillə Təqsirləndirilən şəxs4 Zabrat qəsəbəsində yaşadığı evə getmişlər. Orada Şahid1 söhbət əsnasında dananın kimə məxsus olduğunu soruşmuş, Təqsirləndirilən şəxs1 dananın özünə məxsus olduğunu demişdir. Bundan sonra Şahid1 Təqsirləndirilən şəxs1 dananı neçə manata satmaq istədiyini soruşmuşdur. Təqsirləndirilən şəxs1 600 manat qarşılığında dananı satmaq istədiyini bildirmiş, Şahid1 550 manat məbləğində pul verə biləcəyini demiş, onlar razılaşmışlar. Şahid1 550 manat məbləğində pulu sayıb Təqsirləndirilən şəxs1 vermiş və dananı oradan yaşadığı evə aparmışdır. Bundan sonra əldə etdikləri pulu aralarında bölüşdürmüş və sağollaşıb ayrılmışlar. Daha sonra o, Bakı şəhərində polis əməkdaşları tərəfindən saxlanılmışdır. Ona yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs4 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əvvəlcədən tanıyırmış. Təqsirləndirilən şəxs2 isə bir baş dananı oğurlayan zaman tanımışdır. 05 mart 2023-cü il tarixdə saat təxminən 22:30 radələrində tanışı Təqsirləndirilən şəxs3la birlikdə Bakı şəhərində imiş. Bu zaman Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 zəng vurub həmkəndlisinə məxsus evin tövləsindən tanışı Təqsirləndirilən şəxs2la birlikdə bir baş dana oğurlamaq istədiyini və daşıyıb Bakı şəhərində satmaq üçün onlara avtomobil lazım olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1la razılaşıb oğurladıqları dananı Bakı şəhərinə avtomobili ilə daşıya biləcəyini bildirmişdir. Həmçinin bir neçə dəqiqə sonra onunla birlikdə Bakı şəhərindən çıxıb Ağsu rayonu, Ərəbmehdibəy kəndinə gələcəyini Təqsirləndirilən şəxs1 demişdir. Bundan sonra onlar telefon əlaqəsini bitirmişlər. Təqsirləndirilən şəxs3 tanışı Təqsirləndirilən şəxs1 bir baş dana oğurlayacağını, oğurladıqdan sonra həmin dananı Bakı şəhərinə daşımaq üçün avtomobil lazım olduğunu və Təqsirləndirilən şəxs1 kömək etmək üçün Ağsu rayonuna getmək lazım olduğunu ona bildirmişdir. O, Təqsirləndirilən şəxs3la razılaşıb oğurluq etməkdə kömək edə biləcəyini demişdir. Bundan sonra oğurlanacaq dananı daşımaq məqsədilə Təqsirləndirilən şəxs3 məxsus “KİA” markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağsu rayonu istiqamətində yol düşmüşlər. Onlar 06 mart 2023-cü il tarixdə saat təxminən 03 radələrində Təqsirləndirilən şəxs1 Ağsu rayonu Ərəbmehdibəy kəndində yaşadığı evə çatmışlar. Evə daxil olub Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la salamlaşmışlar. Onlar aralarında Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 bir baş dananı oğurlayıb evə gətirəcəklərinə və həmin dananı Təqsirləndirilən şəxs3 avtomobili ilə Bakı şəhərinə aparıb satacaqlarına razılaşmışlar. Bundan sonra Təqsirləndirilən şəxs3la birlikdə Təqsirləndirilən şəxs1 yaşadığı evdə gözləmişlər. Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 isə həmkəndlilərinin evindən oğurluq etmək üçün çıxıb getmişlər. Bundan təxminən 40 dəqiqə sonra Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 geri qayıtmışlar. Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 oğurladıqları bir baş şabalıdı rəngli dananı evin həyətindəki tikilinin içinə salmışlar. Onlar köməkləşib dananın ayaqlarını iplə bağlamış və Təqsirləndirilən şəxs3 məxsus minik avtomobilinin yük yerinə qoymuş, daha sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3la birlikdə Bakı şəhərinə yola düşmüşlər. Onlar həmin tarixdə təxminən 08 radələrində Bakı şəhəri, Zabrat qəsəbəsinə çatmışlar. Bundan sonra qardaşı Şahid2la birlikdə yaşadığı evə getmiş və dananı avtomobildən evin həyətinə düşürmüş, daha sonra onun təklifi ilə tanışı Şahid1 yaşadığı evə getmişlər. O, Şahid1la görüşüb hal-əhval tutduqdan sonra tanışına məxsus bir baş dana olduğunu və həmin dananı satmaq istədiyini bildirmişdir. Şahid1 dananın harada olduğunu ondan soruşduqda o, dananı yaşadığı evə gətirdiyini və oraya gedib danaya baxa biləcəklərini bildirmişdir. Bundan sonra Şahid1 onunla razılaşmış və Təqsirləndirilən şəxs3 məxsus olan avtomobillə Zabrat qəsəbəsində yaşadığı evə getmişlər. Orada Şahid1 söhbət əsnasında dananın kimə məxsus olduğunu soruşmuş, Təqsirləndirilən şəxs1 dananın özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra Şahid1 Təqsirləndirilən şəxs1 dananı neçə manata satmaq istədiyini soruşmuş, Təqsirləndirilən şəxs1 600 manat qarşılığında dananı satmaq istədiyini demişdir. Şahid1 Təqsirləndirilən şəxs1 550 manat məbləğində pul verə biləcəyini demiş və onlar razılaşmışlar. Şahid1 550 manat məbləğində pulu sayıb Təqsirləndirilən şəxs1 vermiş və dananı oradan yaşadığı evə aparmışdır. Bundan sonra əldə etdikləri pulu aralarında bölüşdürüb sağollaşıb ayrılmışlar. Daha sonra o, Bakı şəhərində polis əməkdaşları tərəfindən saxlanılmışdır. O, törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərdi ki, o, Ağsu rayonu, Ərəbmehdibəy kəndində yerləşən evində ailə üzvləri ilə birlikdə yaşayır. Yaşadığı kənddə maldarlıqla məşğul olur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun həmkəndliləridir. 2021-ci ilin sentyabr ayının əvvəllərində, gündüz vaxtı, səhər saatlarında yeddi baş mal-qarasını Ağsu rayonu, Ərəbmehdibəy kəndində nobata göndərmişdir. Həmin gün axşamçağı mal-qara nobatdan geri qayıdan zaman bir baş, dişi, yerli cinsdən olan, yeddi yaşında inəyin əskik olduğunu müəyyən etmişdir. Bundan sonra kənd ərazisində gəzib bir baş inəyini axtarmağa başlamış, lakin bir baş inəyini tapa bilməmişdir. Bundan bir neçə gün sonra kənd camaatı arasında ona məxsus inəyin həmkəndliləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən oğurlanması barədə şaiələr yayılmışdır. O, ilk öncə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la görüşüb söhbət etmiş, onlardan ona məxsus bir baş inəyi oğurlayıb-oğurlamadıqlarını soruşmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona məxsus bir baş inəyi oğurladıqlarını etiraf etmişlər. O, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 inəyin harada olduğunu soruşmuş, Təqsirləndirilən şəxs1 bir baş inəyini mal-qara satışı ilə məşğul olan tanışına satdıqlarını demişdir. O, inəyini tələb etdikdə isə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qısa zaman ərzində inəyini ona geri qaytaracaqlarını bildirmişlər. Həmçinin ondan polisə şikayət etməməsini xahiş etmişlər. O, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 inəyini geri qaytaracaqlarını düşünüb bu barədə polisə məlumat verməmişdir. 2023-cü ilin mart ayında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmkəndlisi Zərərçəkmiş şəxs2 məxsus bir baş dananı oğurladıqlarını öyrənmişdir. Bundan sonra polisə şikayət etmişdir. Ona dəymiş ziyan qismən ödənmişdir. Belə ki, ona 300 manat pulu Təqsirləndirilən şəxs2 ödəmişdir. Qalan məbləğ isə ödənilməmişdir. Təqsirləndirilən şəxslərə ədalətli və qanuni cəza verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixli məhkəmə iclasında bildirmişdir ki, o, Ağsu rayonu, Ərəbmehdibəy kəndində yaşayır. Özünə məxsus 13 baş iri buynuzlu heyvanı var və həmin heyvanları evinin həyətindəki tövlədə saxlayırmış. 05 mart 2023-cü il tarixdə saat təxminən 19 radələrində iri buynuzlu heyvanları örüşdən gəlmişdir. O, heyvanlarını evinin həyətindəki tövləyə yerləşdirmiş və tövlənin qapısını məftillə sıxaraq bağlamışdır. Bundan sonra yaşadığı evdə məişət işləri ilə məşğul olmuş və yatmışdır. Ertəsi gün yəni, 06 mart 2023-cü il tarixdə saat təxminən 07 radələrində mal-qarasını örüşə yola salmaq üçün tövləyə yaxınlaşmışdır. O, tövlənin qapısına bağladığı məftilin yerindən boşaldığını görmüş, bu zaman tövlənin qapısının kənar şəxs tərəfindən açılmasından şübhələnmişdir. Bundan sonra tövlənin qapısını açıb içəri daxil olmuş və heyvanlarını saymağa başlamış, bu vaxt mal-qarasından bir baş, dişi, bir yaşında danasının yerində olmadığını müəyyən etmişdir. Həmçinin dananı bağladığı ipin də yerə atıldığını görmüş, bundan sonra o, bir baş danasının oğurlandığını anlayıb bu barədə DİN-in “102” xidməti zəng mərkəzinə məlumat vermişdir. Ona dəymiş maddi ziyan tam olaraq ödənilmiş və hazırda heç bir şikayət və ya tələbi yoxdur. Zərərçəkmiş şəxs3 xx.xx.2023-cü il tarixli məhkəmə iclasında bildirmişdir ki, o, Ağsu rayonu, Qaraqaşlı kəndində övladları ilə birlikdə yaşayır. Yaşadığı kənddə təsərrüfatla məşğul olur və şəxsi təsərrüfatında iri və xırdabuynuzlu heyvanlar saxlayır. Yaşadığı evin həyətində evdən təxminən 20-25 metr aralıda heyvanları saxladığı tövlə yerləşir. Tövlənin qarşı tərəfində isə qəhəl var. Xırda buynuzlu heyvanlardan qoyun heyvanlarını kənd sakinləri ilə birgə kəndin örüş sahəsində növbəli şəkildə otarırmışlar. 07 fevral 2023-cü il tarixdə də qoyunlarını örüş sahəsinə ötürübmüş. Həmin gün axşam saat təxminən 18 radələrində heyvanlar örüşdən gəlmiş və heyvanları oğlu İsmayıl Bəkirovla birlikdə yemləyib yaşadığı evin həyətində olan tövləyə salmışlar. O, heyvanları tövləyə saldıqdan sonra yaşadığı evə keçmişdir. Həmin gün axşam saat 22 radələrində yatmışlar. 08 fevral 2023-cü il tarixdə saat 07:30 radələrində yuxudan oyanıb heyvanları açıb yemləmək üçün tövləyə getmişdir. O, tövlənin qapısını açıb heyvanları tövlənin qarşısında olan qəhələ keçirmişdir. Həmin vaxt tövlənin qapısı bağlı olduğundan oğurluq olmasını hiss etməmişdir. O, heyvanları qəhələ keçirtdikdən sonra heyvanların peyinini arabaya yığıb həyətin darvazasından çölə çıxarmaq istəyən zaman həyətin darvazasının qapısının açıq vəziyyətdə olduğunu görmüş, oğurluq edilməsindən şübhələnmiş və heyvanları saymış, bu zaman heyvanlardan 3 baş qoyunun və 3 baş quzunun əskik olduğunu görmüşdür. O, 3 baş qoyun və 3 baş quzunun oğurlandığını bildikdən sonra DİN-nin “102” xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Ümumilikdə 6 baş xırdabuynuzlu heyvanlarının oğurlanması nəticəsinə ona 930 manat məbləğində maddi ziyan dəymişdir. Maddi ziyan ona ödənilməmişdir. Zərərçəkmiş şəxs3 xx.xx.2023-cü il tarixli məhkəmə iclasında bildirmişdir ki, Ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qimində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, ünvan 6 ünvanında ailə üzvlərilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs4 onun həm qohumu, həm də qonşusudur. Təqsirləndirilən şəxs3 da əvvəlcədən Təqsirləndirilən şəxs4 vasitəsilə tanıyırmış. Sonradan adını öyrəndiyi Təqsirləndirilən şəxs1 06 mart 2023-cü il tarixdə tanımışdır. 06 mart 2023-cü il tarixdə saat təxminən 11 radələrində Bakı şəhəri, Zabrat-2 qəsəbəsində yaşadığı evdə imiş. Bu zaman Təqsirləndirilən şəxs4 onun yanına gəlib onunla salamlaşmış, hal-əhval tutduqdan sonra Təqsirləndirilən şəxs4 tanışına məxsus bir baş dana olduğunu və həmin dananı satmaq istədiklərini bildirmişdir. O, dananın harada olduğunu soruşduqda Təqsirləndirilən şəxs4 dananı qardaşı Seymurun evinə gətirdiklərini və oraya gedib danaya baxa biləcəyini bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs4la razılaşıb evindən küçəyə çıxmış, bu zaman küçədə metallik rəngli, “Kia” markalı avtomobilin dayandığını görmüşdür. O, avtomobili görüb onun Təqsirləndirilən şəxs3 məxsus olduğunu anlamış, sonra Təqsirləndirilən şəxs4la birlikdə həmin avtomobilə əyləşmişdir. Həmin vaxt avtomobildə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3la salamlaşmış və birlikdə Təqsirləndirilən şəxs4 Zabrat qəsəbəsində yaşadığı evinə getmişlər. O, evə daxil olan zaman dananın evin həyətinə bağlandığını görmüş, söhbət əsnasında dananın kimə məxsus olduğunu soruşmuşdur. Təqsirləndirilən şəxs1 dananın ona məxsus olduğunu bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs4 həmin dananı oğurlayıb-oğurlamadıqlarını soruşmuşdur. Təqsirləndirilən şəxs4 dananı oğurlamadıqlarını demiş, bundan sonra o, Təqsirləndirilən şəxs1 dananı neçə manata satmaq istədiyini soruşmuş, Təqsirləndirilən şəxs1 600 manat qarşılığında dananı satmaq istədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs1 550 manat məbləğində pul verə biləcəyini demişdir. Təqsirləndirilən şəxs1 onunla razılaşmış və 550 manat məbləğində pulu sayıb Təqsirləndirilən şəxs1 verib dananı oradan yaşadığı evin tövləsinə aparmışdır. 06 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ona satdığı bir baş dananı oğurluq yolu ilə əldə etdiklərini bilməmiş, Təqsirləndirilən şəxs4 ona həmin dananın Təqsirləndirilən şəxs1 məxsus olduğunu və xarici ölkəyə uçuş bileti almaq üçün pul lazım olduğundan dananı satmaq istədiyini bildirmişdir. İş üzrə digər şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs4 onun doğma qardaşıdır və onunla eyni evdə yaşayır. Təqsirləndirilən şəxs3 da əvvəlcədən qardaşı Təqsirləndirilən şəxs4 dostu kimi tanımışdır. Təqsirləndirilən şəxs1 isə 06 mart 2023-cü il tarixdə tanımışdır. O, 06 mart 2023-cü il tarixdə saat təxminən 10 radələrində yaşadığı evdə imiş. Yuxudan oyanıb evin həyətinə düşən zaman həyətdə bir baş dananın olduğunu və həyətdə qardaşı Təqsirləndirilən şəxs4la Təqsirləndirilən şəxs3 tanımadığı bir nəfər şəxsin söhbət etdiklərini görmüşdür. Həmçinin həyətdə “Kia” markalı, gümüşü rəngli avtomobil də var imiş. O, qardaşı Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və sonradan adını öyrəndiyi Təqsirləndirilən şəxs1la salamlaşmış, daha sonra qardaşı Təqsirləndirilən şəxs4 həmin dananı haradan əldə etdiklərini soruşmuş, Təqsirləndirilən şəxs4 həmin bir baş dananın Təqsirləndirilən şəxs1 məxsus olduğunu, yaşadığı kənddən xarici ölkəyə uçuş biletini almaq üçün həmin dananı satmağa gətirdiyini bildirmiş, bundan sonra o, yaşadığı evə geri dönmüşdür. Bir neçə dəqiqə sonra evin pəncərəsindən həyətə baxan zaman tanışı Şahid1 həyətdə olduğunu və Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1la söhbət etdiyini görmüşdür. O, həyətə düşmüş və Şahid1 həmin dananı apardığını görmüş, daha sonra Təqsirləndirilən şəxs4 dananı neçə manata satdığını soruşmuş, Təqsirləndirilən şəxs4 550 manat qarşılığında həmin bir baş dananı Şahid1 satdıqlarını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 avtomobilə əyləşib oradan çıxıb getmişlər. 06 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 onun evinə gətirdiyi bir baş dananı oğurluq yolu ilə əldə etdiklərini bilməmişdir, Təqsirləndirilən şəxs4 ona həmin dananın Təqsirləndirilən şəxs1 məxsus olduğunu və xarici ölkəyə uçuş bileti almaq üçün pul lazım olduğundan dananı satmaq istədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, İsmayıllı rayonu, Kürdmaşı kəndində ailə üzvləri ilə birlikdə yaşayır və mal-qaranın alışısatışı ilə məşğul olur. “Laçın” ləqəbli Təqsirləndirilən şəxs1 əvvəlcədən tanıyırmış. Təqsirləndirilən şəxs2 isə 2021-ci ilin sentyabr ayında inək alan zaman tanımışdır. 2021-ci ilin sentyabr ayının əvvəllərində, gündüz vaxtı, saat təxminən 11 radələrində Təqsirləndirilən şəxs1 onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng vurub dostuna məxsus bir baş inək olduğunu və satmaq istədiklərini bildirmiş, o, Təqsirləndirilən şəxs1 inəyin satış üçün yararlı olub-olmadığını soruşmuş, Təqsirləndirilən şəxs1 inəyinin kök olduğunu və satışa yararlı olmasını demiş, bundan sonra o, inəyə baxmaq üçün gələ biləcəyini bildirmişdir. Həmin gün tanımadığı “Ford” markalı yük avtomobili sifariş etmiş və həmin yük avtomobili ilə Ağsu rayonu, Ərəbmehdibəy kəndinə getmişdir. O, Təqsirləndirilən şəxs1la telefon əlaqəsi saxlamış və onunla kənd ərazisində görüşmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs1 da avtomobilə əyləşmiş və Təqsirləndirilən şəxs1 göstərməsi əsasında Təqsirləndirilən şəxs2 Ağsu rayonu, Ərəbmehdibəy kəndində yaşadığı evin qarşısına getmişlər. Bundan sonra evin həyətinə daxil olaraq Təqsirləndirilən şəxs2la salamlaşmışlar. O, Təqsirləndirilən şəxs2 bir baş inəyin harada olduğunu soruşmuş, Təqsirləndirilən şəxs2 inəyin tövlədə olduğunu bildirmiş və inəyi tövlədən həyətə çıxarmışdır. O, inəyə baxdıqdan sonra Təqsirləndirilən şəxs2 neçə manata satmaq istədiyini soruşmuş, Təqsirləndirilən şəxs2 bir baş inəyi ona 600 manat qarşılığında satmaq istədiyini demiş, o, bir baş inəyi 300 manat qarşılığında ala biləcəyini və daha artıq pul verə bilməyəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 həmin inəyi ona 300 manat qarşılığında satacağına razılaşmışdır. Daha sonra o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la birlikdə bir baş inəyi yük avtomobilinə yükləmişlər. Bundan sonra o, Təqsirləndirilən şəxs2 300 manat məbləğində pul vermiş və sağollaşaraq oradan çıxıb getmişdir. Təqsirləndirilən şəxs2 bir baş inəyi alan zaman Təqsirləndirilən şəxs2 ona satdığı bir baş inəyin oğurluq yolu ilə əldə edildiyini bilməmiş, Təqsirləndirilən şəxs1 həmin dananın Təqsirləndirilən şəxs2 məxsus olduğunu demişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə cinayət işi başlanmış və icaata qəbul edilmişdir. “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. “Cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 07 mart 2023-cü il tarixdə saat 13:50də tutulmuşdur. “Cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 07 mart 2023-cü il tarixdə saat 17:00da tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 CM-in 177.2.1-ci maddəsi ilə təqsiriləndirilən şəxs qismində cəlb edilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs4 CM-in 177.2.1-ci maddəsi ilə təqsiriləndirilən şəxs qismində cəlb edilmişdir. Ağsu Rayon Məhkəməsinin 4(016)-08/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs4 barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Ağsu Rayon Məhkəməsinin 4(016)-09/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs3 barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır. “Cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 21 mart 2023-cü il tarixdə saat 13:30da tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsiriləndirilən şəxs qismində cəlb edilmiş, qərar təqsirləndirilən şəxsə elan olunmaqla, elan edilən ittihamın mahiyyəti ona izah edilmiş və qərarın surəti ona təqdim olunmuşdur. Ağsu Rayon Məhkəməsinin 4(016)-10/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 barəsində 02 ay 17 gün müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs3 Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilərək 01 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə CM-in 76.3.1-ci maddəsinə əsasən 02 ay 25 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilərək 02 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilərək 04 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 09 ay 06 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Xəzər Rayon Polis İdarəsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ona istinad olunan maddələrdə göstərilən cinayət əməllərini törətməsi təsdiqini tapmadığından, onun barəsində olan cinayət təqibinə xitam verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs4 Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilərək, həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən 2.500 manat cərimə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə CM-in 177.2.2 və 234.1-ci maddələri ilə təqsirləndirilərək, həmin Məcəllənin 67.1, 68.2-ci maddələrinə əsasən 01 il 10 ay azadlıqdan məhrumetmə, 2.500 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı ildə cəzasının sonu ilə azad olunmuş, xx.xx.2021-ci ildə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli Amnistiya Qərarının 1.8-ci bəndinə əsasən, cərimə cəzasından azad edilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilərək, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 08 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-112/2022 nömrəli, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs4 CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrumetmə cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 02 (iki) gün çıxılaraq üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs4 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəlinin 15 sentyabr 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs1 Hərbi Dəniz Qüvvələrinin Hərbi Tribunalının xx.xx.1997-ci il tarixli hökmü ilə CM-in 226-1-ci maddəsi ilə təqsirləndirilərək 02 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.1998-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1998-ci il tarixli Amnistiya Qərarına əsasən azad olunmuşdur. Ağsu Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilərək 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2001-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilərək 04 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2008-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Ağsu Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə CM-in 221.3-cü maddəsi ilə təqsirləndirilərək 04 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2014-cü ildə cəzasının sonu ilə azad olunmuş, X3 Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsinin 2-ci hissəsinin “Z” bəndi ilə təqsirli bilinərək 03 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin Ağsu rayon Polis şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Şəki Ağır Cinayətlər Məhkəməsində Təqsirləndirilən şəxs1 barədə Rusiya Federasiyası X3 Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünün tanınması və tənzimlənməsi ilə bağlı işə baxılmamışdır. Ağsu Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 CM-in 105-ci maddəsi ilə təqsirləndirilərək aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 1 il müddətində azadlıqdan məhrum edilmədən islah işləri cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs2 Hərbi Dəniz Qüvvələrinin Hərbi Tribunalının xx.xx.1997-ci il tarixli hökmü ilə CM-in 143-cü maddəsinin 4-cü hissəsinin 41-ci bəndi ilə təqsirləndirilərək 03 il şərti sınaq müddəti olmaqla, 07 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Ağsu Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə CM-in 237.1-ci maddəsi ilə təqsirləndirilərək 800 manat cərimə cəzasına məhkum edilmişdir. İşdən görünür ki, cərimə cəzası ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/1859 nömrəli, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 1 baş, şabalıdı rəngli, dişi, yerli cinsdən olan, 1 yaşında və 170 kq çəkidə dananın 2023-cü ilin mart ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 2.200 manatdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsiriləndirilən şəxs qismində cəlb edilmişdir. “Axtarışda olan şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə saat 13:45-də Bakı Hava Limanında saxlanılaraq Ağsu rayon Polis şöbəsinə gətirilmişdir. Ağsu Rayon Məhkəməsinin 4(016)-11/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/3435 nömrəli, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən heyvanların aşağıda qeyd olunan tarixlərə olan orta bazar qiyməti nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir: 01 baş, şabalıdı rəngli, dişi, yerli cinsdən olan, 1 yaşında və diri çəkisi 170 kq olan dana 2023-cü ilin mart ayına – 1.200 manat, 01 baş, ağ rəngli, dişi, yerli cinsdən olan, 7 yaşında və diri çəkisi 150 kq olan inək 2021-ci ilin sentyabr ayına – 900 manat, 03 baş hər biri ayrı-ayrılıqda dişi, yerli cinsdən olan, 01 yaşında, hər birinin diri çəkisi 20-22 kq olan qoyunlar 2023-cü ilin fevral ayına – 480 (3x160 man) manat, 03 baş hər biri ayrı-ayrılıqda dişi, yerli cinsdən olan, 3-4 aylıq, hər birinin diri çəkisi 17-20 kq olan quzular 2023-cü ilin fevral ayına - 450 (3x150 man) manatdır. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 CM-in 177.2.1-ci maddəsi ilə elan edilmiş ittihama əlavələr etməklə, ona CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs4 CM-in 177.2.1-ci maddəsi ilə elan edilmiş ittihama əlavələr etməklə, ona CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihama əlavələr etməklə, ona CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihama əlavələr etməklə, ona CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs3 19 may 2023-cü il tarixli qərarla CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs4 20 may 2023-cü il tarixli qərarla CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 20 may 2023-cü il tarixli qərarla CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs1 22 may 2023-cü il tarixli qərarla CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs3 ifadəsində göstərilən xüsusatlar onun cinayət məsuliyyətini yüngülləşdirməyə hesablandığından, özünü müdafiəsi kimi qiymətləndirilməklə 19 may 2023-cü il tarixli qərarla rədd edilməsi nəzərə alınmış, Şahid1 barəsində CM-in 194-cü maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş, Şahid3 barəsində CM-in 194-cü maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş, Şahid2 barəsində CM-in 307-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş, Zərərçəkmiş şəxs2 1.200 manat məbləğində maddi ziyan vurulması nəzərə alınmış, Zərərçəkmiş şəxs1 900 manat məbləğində maddi ziyan vurulması nəzərə alınmış, Zərərçəkmiş şəxs3 930 manat məbləğində maddi ziyan vurulması nəzərə alınmış, cinayət işi üzrə zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, təqsirləndirilən şəxslərin özlərinin etirafedici ifadələri, ekspert rəyləri və digər istintaq hərəkətləri protokolları iş üzrə sübut növü kimi qiymətləndirilmişdir. Ağsu Rayon Məhkəməsinin 4(016)-22/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 həbsdə saxlama müddəti 20 gün, yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Ağsu Rayon Məhkəməsinin 4(016)-20/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs4 həbsdə saxlama müddəti 20 gün, yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Ağsu Rayon Məhkəməsinin 4(016)-21/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddətinin uzadılması barədə Ağsu Rayon Prokurorluğu tərəfindən verilmiş təqdimat rədd edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 1(037)-36/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş, onlara qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs3 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, ona dəymiş ziyan tam şəkildə ödənilmiş, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi yoxdur. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər dəlillərlə təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətmiş olduqları cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq CM-in qeyd olunan maddələri ilə tövsif edilmiş, onların hərəkətlərində əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onlara CM-in 8, 41 və 58-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslərə cəza təyin edərkən məhkəmə, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, törətdikləri cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olubolmamasını, o cümlədən onlara təyin ediləcək cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 vurumuş olduğu ziyanı tam ödəməsini, onlarla barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 vurmuş olduğu ziyanı tam ödəməsini, onlarla barışıq əldə etməsini, Zərərçəkmiş şəxs1 vurmuş olduğu ziyanı qismən ödəməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs3 törətdiyi əməli qismən etiraf etiraf etməsini, Zərərçəkmiş şəxs2 ona qarşı heç bir şikayətinin olmamasını, onunla barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs4 törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, Zərərçəkmiş şəxs2 ona qarşı heç bir şikayətinin olmamasını, onunla barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməllərində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı özünü ona elan olunmuş ittiham üzrə qismən - CM-in 177.2.1-ci maddəsi ilə təqsirli bilmiş, CM-in 177.2.3-cü maddəsi ilə təqsirinin olmadığını göstərmişdir. Belə ki, o, yəni Zərərçəkmiş şəxs2 məxsus bir baş dananın oğurlandığı zaman tövləyə daxil olmadığını, dananı Bakı şəhərinə avtomobili ilə aparmaq üçün Təqsirləndirilən şəxs1 məxsus evdə gözlədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli Qərarının 10-cu bəndində göstərilmişdir ki, özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. Həmin Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, CM-in 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-in 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-in 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4la birlikdə oğurladığı, Zərərçəkmiş şəxs2 məxsus bir baş dananı özünə məxsus olan, “Kia Ceed minik” markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhərinə aparıb orada Şahid1 550 manat məbləğində pul qarşılığında satmaları və həmin satışdan mənfəət əldə etmələri müəyyən edilmişdir. İbtidai istintaq zamanı toplanmış sübutlar məhkəmə istintaqı zamanı ağlabatan əsaslarla təkzib olunmamış, onların qəbul olunmasının yolverilməzliyi Təqsirləndirilən şəxs3 və müdafiəçisi tərəfindən əsaslandırıla bilinməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM) 125.8-ci maddəsinin tələbinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Qanunun bu müddəası ibtidai istintaq sübutlarının doğruluğu prezumpsiyasını nəzərdə tutur. Nə qədər ki, həmin sübutlar ağlabatan əsaslarla təkzib edilməyib onlar həqiqidir. Məhkəmə Təqsirləndirilən şəxs3 əməlində cinayətin sadə residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. CM-in 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 65.2-ci maddəsinə görə, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 əməlinə münasibətdə residiv CM-in 61.1.1-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq, ona cəza CM-in 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs4 əməlində cinayətin təhlükəli residivinin olmasını cəzanı ağırlaşdıran hallar kimi nəzərə alır. CM-in 18.2.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır. CM-in 65.2-ci maddəsinə görə, təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 əməlinə münasibətdə residiv CM-in 61.1.1-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq, ona cəza CM-in 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndinə görə, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il Qərarının 50-ci bəndində qeyd olunmuşdur ki, məhkəmə residivin müəyyən olunması zamanı CM-in 18-ci maddəsinin tələblərinə əməl etməli və bu zaman CM-in 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv etdiyindən, belə məhkumluqlar istər residivin müəyyən edilməsi, istərsə də başqa şəkildə, o cümlədən təqsirləndirilənin şəxsiyyətini xarakterizə edən hal qismində nəzərə alınmamalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxslər tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini səciyyələndirən halları, cəzalarını yüngülləşdirən halları və işin digər faktiki halları nəzərə alaraq, həm də cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham edildiyi maddələrdə müəyyən edilmiş azadlığın məhdudlaşdırılması, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi əsaslı və ədalətlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Ona görə də məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab edir. CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 10 aprel 2023-cü il tarixdən 07 dekabr 2023-cü il tarixədək həbsdə saxlandığı 07 ay 27 gün və Təqsirləndirilən şəxs2 21 mart 2023-cü il tarixdən 07 iyun 2023-cü il tarixədək həbsdə saxlandığı 02 ay 17 gün müddət onlara təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə hesablanmalıdır. CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Hökmün icrası təqsirləndirilən şəxsin yaşadığı yer üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal həbsdən azad olunmalıdır. Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmə haqqında iltizam” növündə qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmə haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barələrində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzalarının əvvəli şübhəli şəxs qismində tutulduqları və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, xx.xx.2023-cü il tarixdən hesablanmalı və cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və maddi sübut yoxdur. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində məhkəmə xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 hər birinə ayrı-ayrılıqda məhkəmədə göstərilmiş 20 saat hüquqi yardıma görə 120 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkillər Müdafiəçi4, Müdafiəçi2, Müdafiəçi1 və Müdafiəçi3 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə və CPM-in 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrinə əsasən, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. CM-in 66.5-ci maddəsinə əsasən İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan 03 (üç) il azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökm üzrə təyin edilmiş cəzaya qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 05 (beş) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 10 aprel 2023-cü il tarixdən 07 dekabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 07 (yeddi) ay 27 (iyirmi yeddi) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən hesablanmaqla, ona təyin olunan 05 (beş) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində 03 (üç) il 08 (səkkiz) ay 06 (altı) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə Ağsu rayonunun ərazisi hüdudlarını tərk etməmək, gün ərzində saat 23:00-dan saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 21 mart 2023-cü il tarixdən 07 iyun 2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) ay 17 (on yeddi) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən hesablanmaqla, ona təyin olunan 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində 02 (iki) il 06 (altı) ay 26 (iyirmi altı) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə Ağsu rayonunun ərazisi hüdudlarını tərk etməmək, gün ərzində saat 23:00-dan saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmə haqqında iltizam” növündə qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablansın, cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs4 CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinib, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablansın, cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlansın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində məhkəmə xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 müştərək qaydada tutularaq, dövlət büdcəsinə (Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, X2, kod: 210005, VÖEN: **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab AZ34CTRE********************) ödənilsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 hər birinə ayrı-ayrılıqda məhkəmədə göstərilmiş 20 saat hüquqi yardıma görə 120 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkillər Müdafiəçi4, Müdafiəçi2, Müdafiəçi1 və Müdafiəçi3 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №1(016)-44/2023
Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-44/2023
07.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver