Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-45/2024 18.10.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X18 Natiq oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X4, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1993-cü ildə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, "xxxx" MMC-də təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi işləmiş, əvvəllər məhkum olunmuş, Ağsu şəhəri Y.Məmmədəliyev küçəsi, ev 21-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X3 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 0,479 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib yerini dəyişdirərək daşıyıb yaşadığı Ağsu şəhərinə gətirərək üzərində saxlamış, 01 mart 2024-cü il tarixdə saat 02:30 radələrində Ağsu rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Ağsu şəhəri Y.Məmmədəliyev küçəsində saxlanılan zaman törətdiyi cinayət əməlini ört-basdır etmək və cinayət məsuliyyətindən yayınmaq məqsədilə üzərində olan narkotik vasitə heroini polis əməkdaşlarının gözü qarşısında udmuş, daha sonra polis əməkdaşları tərəfindən ünvan 1 ünvanında yerləşən inzibati binasına aparılaraq orada saat 03:00 radələrində narkotik vasitənin aşkar edilərək götürülməsi məqsədilə xüsusi tibbi maye içirdilərək mədəsinin yuyulması zamanı mədə qusuntusundan bir ədəd şəffaf sellofan bükümdə 0,479 qram təmiz çəkidə narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı ittiham irəli sürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsində ona CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. O, əvvəllər qanunsuz olaraq narkotik vasitə saxladığına görə cinayət məsuliyyətinə cəlb olumuşdur. Narkotik vasitə alüdəçisi olduğu üçün narkotik vasitə əldə edərək istifadə edir. xx.xx.2024-cü il tarixdə günorta saat 16:30 radələrində Ağsu şəhəri Şlanba adlanan ərazidə olan parkda gəzərkən zibil qutusunun yanında balaca sellofan bükülü olduğunu görmüşdür. Həmin sellofan ona maraqlı gəldiyi üçün yerdən götürmüş, daha sonra sellofana baxanda içərisindəki narkotik vasitə olan heroin olduğunu görmüşdür. O, həmin sellofanı cibimə qoymuş və evə gəlmişdir. Həmin narkotik vasitənin bir hissəsini evdə istifadə etdikdən sonra qalan hissəsini cibimə qoymuşdur. xx.xx.2024-cü il tarixdə saat 02:30 radələrində küçəyə çıxan vaxtı polis əməkdaşlarının ona tərəf gəldiyini görüb qorxduğu və utandığı üçün tez narkotik vasitəni ağzına ataraq udmuşdur. Polis əməkdaşları onun narkotik vasitəni udduğunu görüb dərhal onu Ağsu RMX-na aparmışlar. Həmin tarixdə saat 03 radələrində Ağsu RMX-da həkimlər ona maye içizdirmə yolu ilə mədəsini yumuşlar və mədə qusuntusundan udduğu narkotik vasitə heroin aşkar edilmişdir. Sonra bu barədə protokol tərtib edilmişdir. Bundan sonra onu Ağsu RPŞ-nə gətirmişlər. Daha sonra o, şübhəli şəxs qismində tutulmuş, vəkil dəvət edilmiş və ona hüquqları izah olunmuşdur. Sonra dəvət olunmuş vəkilin iştirakı ilə üzərində qanunsuz əşya olub-olmaması soruşulduqda o, üzərində narkotik vasitə olmadığını, narkotik vasitəni udduğunu, Ağsu RMX-da mədəsi yuyularkən mədə qusuntusundan aşkar olunduğunu etiraf etmişdir. Sonra bir ədəd sellofana bükülmüş narkotik vasitə olan heroin elektron tərəzidə çəkilmiş və protokol tərtib edilmişdir. Daha sonra göstərmişdir ki, narkotik vasitə olan heroini xx.xx.2024-cü il tarixdə Ağsu şəhərində Şlanba adlanan ərazidə olan parkda zibil qutusunun yanından tapmışdır. Narkotik vasitə olan heroini heç kəsdən almamışdır. O, narkotik vasitələrin satışı ilə məşğul olmur. Onun ağrıları olduğu üçün narkotik vasitədən istifadə edir Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs ona CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun üzərində narkotik vasitə olmamışdır. Ağsu RMX-da həkimlər ona maye içizdirmə yolu ilə mədəsini yumuşlar və mədə qusuntusundan heçnə çıxmamış, bu zaman polis əməkdaşları ora narkotik vasitə olan heroin atmışlar və onun üzərindən aşkar edilmiş kimi qeyd etmişlər. Təqsirləndirilən şəxs daha sonra ifadəsində özünü təqsirli bilmədiyi üçün ittiham aktında qeyd olunan narkotik vasitənin onun üzərindən çıxmadığına, üzərinə qoyulduğuna görə barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyi üçün ittiham aktında qeyd olunan narkotik vasitənin onun üzərindən çıxmadığına, üzərinə qoyulduğuna görə barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, o, Ağsu RPŞ-nin X1 əməliyyat müvəkkili vəzifəsində işləyir. ünvan 2-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz saxlaması barədə ona məxfi mənbədən məlumat daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədilə PPXB-nin polis nəfəri Şahid3 ilə birlikdə xx.xx.2024-cü il tarixdə saat 02:30 radələrində Ağsu şəhəri Y.Məmmədəliyev küçəsində olarkən Təqsirləndirilən şəxs görmüşlər. Onlar Təqsirləndirilən şəxs yaxınlaşıb Təqsirləndirilən şəxs saxlamaq istəyərkən Təqsirləndirilən şəxs onların polis əməkdaşları olduğunu bilib əlində olan bükülünün içərisindəki narkotik vasitəyə bənzər maddəni bükülü ilə birlikdə ağzına ataraq udmuşdur. Onlar Təqsirləndirilən şəxs narkotik vasitəni udduğunu görüb Təqsirləndirilən şəxs saxlamış və dərhal bu barədə Ağsu RPŞ-nin rəhbərliyinə məruzə etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs mədəsinin yuyularaq narkotik vasitənin aşkar edilməsi məqsədilə Ağsu rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Xəstəxanada Təqsirləndirilən şəxs qusdurulmasına köməklik edə bilən tərkibində sodalı məhlul olan xüsusi maye hazırlanmış və həmin mayeni Təqsirləndirilən şəxs içirtmişlər. Bundan sonra Təqsirləndirilən şəxs qusmuş və Təqsirləndirilən şəxs mədə qusuntusunda bir ədəd sellofan bükümdə narkotik vasitəyə bənzər maddənin olduğunu aşkar etmişlər. Daha sonra həmin maddə Təqsirləndirilən şəxs mədə qusuntusunun içərisindən götürülmüş və bu barədə akt tərtib olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs mədə qusuntusundan aşkar olunmuş bir ədəd sellofan bükümdə olan narkotik vasitəyə bənzər maddə götürülərək qablaşdırılmışdır. Bu barədə protokol tərtib olunaraq ucadan oxunmuş, iştirakçılarla birlikdə həmin protokolu təsdiq etmişlər. Sonra Təqsirləndirilən şəxs onlarla birlikdə rayon polis şöbəsinə gəlmişdir. Bundan sonra rayon polis şöbəsində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə hərəkətləri aparılmışdır. Axtarış və götürmə hərəkətləri aparılan zaman Təqsirləndirilən şəxs üzərindən hər hansı narkotik vasitə və ya qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs mədə qusuntusundan aşkar olunaraq götürülmüş bir ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan heroinə bənzər maddə Təqsirləndirilən şəxs təqdim olunmuş və Təqsirləndirilən şəxs şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə bənzər maddənin özünə məxsus olduğunu və polis əməkdaşları tərəfindən saxlanılan zaman həmin narkotik vasitəni qorxduğu üçün udduğunu bildirmişdir. Daha sonra həmin narkotik vasitəyə bənzər maddə ekspertizaya təqdim olunması üçün yenidən qablaşdırılmışdır. Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan heroini kimdən, nə vaxt və haradan əldə etməsi barədə hər hansı əməliyyat məlumatı yoxdur. Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisidir. Lakin Təqsirləndirilən şəxs narkotik vasitələrin alqı-satqısı ilə məşğul olması barədə hər hansı əməliyyat məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3, Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadələr verərək göstərilən xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, o, ünvan 3 ünvanında yaşayır. 01 mart 2024cü il tarixdə saat 02 radələrində özünü narahat hiss etdiyi üçün Ağsu rayon Mərkəzi Xəstəxanasına getmişdir. Həkimlər ona tibbi yardım göstərdikdən sonra bir neçə saat xəstəxanada qalmağını, özünü yaxşı hiss etdikdən sonra gedəcəyini bildirmişlər. Saat təxminən 03 radələrində o, evə getmək istəyərkən polis əməkdaşları onu qəbul şöbəsinə dəvət edərək Ağsu şəhər sakini Təqsirləndirilən şəxs mədəsinin yuyulduğunu və mədə qusuntusundan bir ədəd sellofan bükümdə narkotik vasitəyə bənzər maddənin aşkar olunduğunu bildirib həmin narkotik vasitəyə bənzər maddəni qablaşdıraraq götürəcəklərini bildirmişlər. O da həmin vaxt orada iştirak etmişdir. Həmin maddə şəffaf sellofana bükülmüşdür və mixəyi-qara rəngdə olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs narkotik vasitəyə bənzər maddənin ona məxsus olduğunu, polis əməkdaşları onu saxlayan zaman qorxduğu üçün narkotik vasitəni udduğunu bildirmişdir. Daha sonra həmin maddə polis əməkdaşlarına təqdim olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs mədə qusuntusundan aşkar olunmuş bir ədəd sellofan bükümdə olan narkotik vasitəyə bənzər maddə polis əməkdaşları tərəfindən qablaşdırılmışdır. Bu barədə protokol tərtib olunaraq ucadan oxunmuş, iştirakçılarla birlikdə həmin protokolu təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 Şahid6 ifadəsi ilə eyni məzmunlu ifadələr verərək göstərilən xüsusatları bir daha təsdiq etmişlər. Əlavə olaraq bildirmişdir ki, o, Ağsu rayon Mərkəzi Xəstəxanasında xadimə vəzifəsində işləyir, Təqsirləndirilən şəxs mədəsinin yuyulması üçün növbətçi həkim Şahid4 tapşırığı ilə maska, əlcək, tənzif və sodalı məhlul vermişdir. Özü isə Təqsirləndirilən şəxs qusduğu zaman orada olmamış, həmin vaxt orada Şahid5 Səfdər oğlu olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, o, hal-hazırda Ağsu rayon Mərkəzi Xəstəxanasında həkim-terapevt vəzifəsində işləyir. 01 mart 2024-cü il tarixdə növbədə olduğu vaxt gecə saat 03:00 radələrində Ağsu rayon Polis Şöbəsinin əməkdaşları bir nəfər şəxsi Ağsu rayon Mərkəzi Xəstəxanasına gətirib həmin şəxsin Ağsu şəhər sakini Təqsirləndirilən şəxs olduğunu Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi və saxlanması ilə məşğul olduğunu, 01 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlayan zaman Təqsirləndirilən şəxs əlində olan narkotik vasitəni udduğunu, bundan dərhal sonra Təqsirləndirilən şəxs Ağsu rayon Mərkəzi Xəstəxanasına gətirdiklərini və mədəsinin yuyularaq qusdurulmasını bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs qəbul şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs qusdurulmasına köməklik edə bilən, tərkibində sodalı məhlul olan xüsusi maye hazırlanmış və həmin mayeni Təqsirləndirilən şəxs içirtmişlər. Bundan sonra Təqsirləndirilən şəxs qusmuş və Təqsirləndirilən şəxs mədə qusuntusundan bir ədəd sellofan bükümdə narkotik vasitəyə bənzər maddənin olduğunu aşkar etmişlər. Həmin maddə şəffaf sellofana bükülmüşdür və mixəyi-qara rəngdə olmuşdur. Daha sonra həmin maddə Təqsirləndirilən şəxs mədə qusuntusunun içərisindən götürülmüş və polis əməkdaşlarına təqdim olunmuşdur. Həmçinin bu barədə akt da tərtib edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs mədə qusuntusundan aşkar olunmuş bir ədəd sellofan bükümdə olan narkotik vasitəyə bənzər maddə polis əməkdaşları tərəfindən götürülmüş və qablaşdırılmışdır. Bu barədə protokol tərtib olunaraq ucadan oxunmuş, iştirakçılarla birlikdə həmin protokolu təsdiq etmişlər. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs qusan zaman o, orada olmamışdır, orada Şahid5 Səfdər oğlu olmuşdur və Şahid5 bükümü gətirərək Təqsirləndirilən şəxs mədə qutusundan çıxdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Səfdər oğlu Şahid4 ifadəsi ilə eyni məzmunlu ifadələr verərək göstərilən xüsusatları bir daha təsdiq etmişlər. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs üzü divara tərəf dayanıb qusmuş, həmin vaxt polis əməkdaşları Təqsirləndirilən şəxs aralıda dayanmışlar, qusduqdan sonra qabı o, götürərək içərisinə baxış keçirmişdir. Ora kiminsə nəsə atmasının şahidi olmamışdır. Təqsirləndirilən şəxs mədə qusuntusundan düşənlərə o, baxış keçirən zaman mayenin içərisindən bir ədəd sellofan bükümdə narkotik vasitəyə bənzər maddənin olduğunu aşkar edərək təhvil vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - Cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 01 mart 2024-cü il tarixli qərarından görünür ki, fakta görə CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və aidiyyəti üzrə Ağsu RPŞ-nin İQ-na göndərilmişdir. - 01 mart 2024-cü il tarixdə polis əməkdaşlarının və tibb işçilərinin iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində olan narkotik vasitə heroini udduğu üçün polis əməkdaşları tərəfindən dərhal Ağsu rayon Mərkəzi Xəstəxanasına aparılmış və Ağsu RMX-da polis əməkdaşlarının və tibb işçilərinin iştirakı ilə xüsusi tibbi maye içirdilərək mədəsinin yuyulması zamanı mədə qusuntusundan bir bükümdə narkotik vasitəyə oxşar kütlə aşkar olunmuş və bu barədə akt tərtib edilərək həmin kütlə Ağsu RPŞ-nin əməkdaşlarına təhvil verilmişdir. - Əşyaya baxış və götürmə haqqında 01 mart 2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs mədəsinin yuyulması zamanı mədə qusuntusundan bir bükümdə narkotik vasitəyə oxşar kütlə aşkar olunmuş, bu barədə akt tərtib edilərək həmin kütlə təhvil verilmişdir. Həmin narkotik vasitə heroinə bənzər kütlə sellofana bükülüdür, Təqsirləndirilən şəxs bildirmişdir ki, polis əməkdaşları onu saxlayarkən qorxduğu üçün həmin narkotik vasitəni udmuşdur. Həmin narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş, narkotik vasitə heroinə bənzər kütlə sellofanla birlikdə çəkisinin 0,5 qram təşkil etməsi müəyyən edilmişdir. İş üçün sübuti əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. Əşyaya baxış və götürmə zamanı foto şəkillər çəkilərək protokola əlavə edilmişdir. - Şəxsi axtarış və götürmə haqqında 01 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən hər hansı narkotik vasitə və ya qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs mədə qusuntusundan aşkar olunaraq götürülmüş bir ədəd şəffaf sellofan bükümdə narkotik vasitə olan heroin Təqsirləndirilən şəxs təqdim olunmuş və Təqsirləndirilən şəxs şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinin ona məxsus olduğunu və polis əməkdaşları onu saxlayan zaman həmin narkotik vasitəni udduğunu bildirmişdir. Aşkar edilmiş narkotik vasitəyə bənzər kütlənin dəqiq çəkisinin və tərkibinin müəyyən edilməsi məqsədilə ekspertiza tədqiqaatı üçün maddi sübut kimi götürülmüş və zərfə qoyularaq möhürlənmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan bir ədəd “Realme” markalı mobil telefon sübuti əhəmiyyət kəsb etdiyi üçün qablaşdırılaraq götürülmüşdür. Axtarış zamanı foto şəkillər və istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcı protokola əlavə edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 Bölməsi tərəfindən verilmiş 01 mart 2024-cü il tarixli 3-16-16-2-17/220 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs mədə qutusundan aşkar olunmuş kütlə.” sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi - 0,479 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”-na daxildir. Qeyd: Heroinin təmiz çəkisi – 0,479 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq – 0,429 qram. Eyni zamanda ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 69,10 manatdır. - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 02 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X19 “Ağsu Rayon Mərkəzi Xəstəxsanası” X16 07 mart 2024-cü il tarixli, 18-1-25/2-256/24 saylı məktubundan görünür ki, ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs ruhi-əsəb xəstəlikləri ilə əlaqədar “Ağsu RMX” PHŞ-nə müraciət etməmiş və dispanser qeydiyyata götürülməmiş, lakin Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi ilə əlaqədar “Ağsu RMX” PHŞ-nin narkoloji kabinetində dispanser qeydiyyatda dayanır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin 23 mart 2024-cü il tarixli, 494 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs оğlu narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. - Sübutların qiymətləndirilməsi haqqında 27 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 01 mart 2024-cü il tarixli qərarla CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs mədə qutusundan aşkar edilmiş narkotik vasitə olan heroinin çəkisi məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16-2-17/220 saylı rəyi ilə müəyyən olunmuş, iş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16-2-17/220 saylı, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 494 saylı rəyləri, təqsirləndirilən şəxs və şahid ifadələri, həmçinin bir ədəd CD-disk sübut əhəmiyyətinə malik olduğundan sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs mədə qutusundan aşkar edilmiş bir ədəd bükümdə narkotik vasitə heroinin tədqiqatdan sonrakı qalıqları iş üzrə maddi sübut kimi tanınmış və Təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış olduqdan sonra saxlanması üçün Ağsu RPŞ-də olan maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-ci il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan ifadələrlə tərtib olunmalı, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək polis əməkdaşları tərəfindən saxlanılan zaman onun üzərində narkotik vasitə olmaması, qusan zaman mədəsindən heçnə çıxmaması və polislər tərəfindən ora narkotik vasitə qoyulması ilə bağlı dedikləri özünü müdafiə xarakteri kimi qiymətləndirir. Belə ki, cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı, həmçinin barəsində həbs qətimkan tədbirinin seçilib-seçilməməsi ilə bağlı keçirilən məhkəmə iclasında saxlanılan zaman ona hər hansı təsirin olmasına, mədəsi yuyulan zaman mədə qutusundan narkotik vasitə çıxmamasına, narkotik vasitənin polis tərəfindən qoyulmasına dair söz deməmiş, bununla bağlı vəsatət və ya ərizə verməmiş, eyni zamanda məhkəmə tərəfindən verilən suala cavab olaraq təqsirini etiraf etmiş, barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilməsini xahiş etmişdir. Odur ki, CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 01 mart 2024-cü il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 mart 2024-cü il tarixdə saat 04:30-da şübhəli şəxs qismində tutulmuşdur. - Ağsu Rayon Məhkəməsinin 02 mart 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 01 mart 2024-cü il tarixdən hesablanmışdır. - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 27 mart 2024-cü il tarixli tələbnamədən görünür ki, Cəfərov X6 Ağır Cinayətlər Məhkəməsinin 11 avqust 2021-ci il tarixli hökmünə əsasən CM-nin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, ona 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilmişdir. - Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 avqust 2021-ci il tarixli 1(099)- 468/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, ona 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 70-ci maddəssinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilmişdir. - Ağsu rayon Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli 1(016)-23/2023 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs hazırkı iş üzrə ibtidai istintaq zamanı tutulduğu 23 oktyabr 2023-cü il tarixdən 25 oktyabr 2023-cü il tarixədək olan 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 avqust 2021-ci il tarixli 1(099)-468/2021 saylı hökmü üzrə təyin edilmiş 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilməmiş qalan 08 (səkkiz) ay 03 (üç) gün hissəsi birləşdirmək yolu ilə üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası və 08 (səkkiz) ay 03 (üç) gün nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası saxlanılmışdır. - Şəki Apellyasiya Məhkəməsinin 1(107)-174 saylı, 25 aprel 2024-cü il tarixli qərarından görünür ki, apellyasiya protesti təmin edilmiş, Ağsu Rayon Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli 1(016)-23/2023 nömrəli hökmü dəyişdirilmiş, Ağsu rayon Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli 1(016)-23/2023 nömrəli hökmündən “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökm üzrə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 avqust 2021-ci il tarixli 1(099)- 468/2021 saylı hökmü üzrə təyin edilmiş 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilməmiş qalan 08 (səkkiz) ay 03 (üç) gün hissəsi birləşdirmək yolu ilə üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası və 08 (səkkiz) ay 03 (üç) gün nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası saxlanılması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən 08 (səkkiz) ay 03 (üç) gün nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası müstəqil icra olunması, Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-da səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Ağsu rayonunun ərazisi hüdudlarını tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Ağsu rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın.” ilə bağlı müddəalar xaric edilmiş, CM-in 71.5-ci maddəsinə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs tətbiq edilmiş şərti məhkum etmə ləğv edilmiş və ona CM-nin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilmiş, Ağsu Rayon Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli 1(016)-23/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 234.1-ci maddəsi ilə qəti olaraq təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası CM-nin 67.1-ci maddəsinə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 avqust 2021-ci il tarixli hökmü ilə təqsirli bilindiyi CM-nin 263- 1.3-cü maddəsi ilə təyin edilmiş 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilməmiş qalan 8 (səkkiz) ay 3 (üç) gün hissəsi və 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) ay 03 (üç) gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və onun cəzasını məntəqə tipli cəzaçəkmə müəssəsində çəkməsi müəyyən edilmiş, Təqsirləndirilən şəxs barəsində Ağsu rayon Məhkəməsinin 02 mart 2024-cü il tarixli 4(016)-19/2023 nömrəli qərarı ilə həbs etmənin əvvəli 01 mart 2024-cü tarixdən hesablanmaqla 3 (üç) ay müddətə qətimkan tədbiri qismində həbs seçilməsi nəzərə alınmış, Ağsu Rayon Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli 1(016)-23/2023 nömrəli hökmü baxılmış apellyasiya protestinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının: 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 2-ci bəndində qeyd olunmuşdur ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ağsu rayon İcra Hakimiyyəti Başçısının Ağsu şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 27 mart 2024-cü il tarixli, 5-34-13/2-3-712/2024 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Ağsu şəhər Y.Məmmədəliyev küçəsi 21 saylı evdə yaşamaqla aşağıdakı tərkibdə ailə üzvləri var: anası-1956-cü il təvəllüdlü - X9. - Ağsu rayon İcra Hakimiyyəti Ağsu şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən təqdim edilmiş Xasiyyətnamədən görünür ki, 1993-cü ildə anadan olmuş Təqsirləndirilən şəxs Y.Məmmədəliyev küçəsi 21 saylı evdə yaşayır, ailə və məişətdə özünü aparmağı, böyüklərə hörmət etməyi bacarır. Təqsirləndirilən şəxs barədə Ağsu rayon İcra Hakimiyyəti Ağsu şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə nə yazılı, nə də şifahi cinayət xarakterli material və məlumat daxil olmamışdır. - Bərdə regional ASAN Xidmət mərkəzi Qeydiyyat şöbəsinn 11 noyabr 2020-ci il tarixli AZ-İİ № 132727 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 11 noyabr 2020-ci il tarixdə hərbi əməliyyatlar, digər partlayış və qəlpə zədələri ilə Döyüş meydanında ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında həmin tarixdə 321 nömrə ilə qeyd edilmişdir. CM-nin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs şəhid qardaşı olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs oğluna CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. CM-nin: 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır İş materiallarına əlavə edilmiş Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 avqust 2021-ci il tarixli 1(099)-468/2021 saylı hökmündən, Ağsu Rayon Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli, 1(016)-23/2023 nömrəli hökmündən və Şəki Apellyasiya Məhkəməsinin 1(107)-174 saylı, 25 aprel 2024-cü il tarixli qərarından görünür ki, 24 oktyabr 2022-ci il tarixdə CM-nin 234.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə çıxarılmış hökm qanuni qüvvəyə minmədən Təqsirləndirilən şəxs 01 mart 2024-cü il tarixdə CM-nin 234.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə yenidən təqsirləndirilən şəxs kimi cəlb edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzası Şəki Apellyasiya Məhkəməsinin 1(107)-174 saylı, 25 aprel 2024-cü il tarixli qərarı ilə təyin edilmiş cəza ilə CM-nin 66.1 və 66.2-ci maddəsinin (Cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsi) normalarına əsasən qismən toplanmalı və ona qəti cəza təyin edilməlidir. CPM-in 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 01 mart 2024-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, 02 mart 2024-cü il tarixdə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir, ona görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanma müddəti cəzaçəkmə müddətlərinə daxil edilməklə, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalıdır. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. CPM-in 346.1.13-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməli olduğu məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilməlidir. CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Ağsu Rayon Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli 1(016)-23/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş və Şəki Apellyasiya Məhkəməsinin 1(107)-174 saylı, 25 aprel 2024-cü il tarixli qərarı ilə Ağsu Rayon Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli 1(016)-23/2023 nömrəli hökmü həmin hissədə dəyişdirilməmiş, Təqsirləndirilən şəxs CM-in 71.5-ci maddəsinə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən tətbiq edilmiş şərti məhkum etmə ləğv edilmiş və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilmiş, Ağsu Rayon Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli 1(016)-23/2023 nömrəli hökmü ilə ona təqsirli bilindiyi CM-nin 234.1-ci maddəsi ilə qəti olaraq təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla azadlıqdan məhrumetmə cəzası CM-nin 67.1-ci maddəsinə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 avqust 2021-ci il tarixli hökmü ilə təqsirli bilindiyi CM-nin 263-1.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə qəti cəza təyin edilmiş və cəzasını məntəqə tipli cəzaçəkmə müəssəsində çəkməsi müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ilk dəfə qəsdən törədilmiş cinayətə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğundan ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə CPM-in 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut olan tədqiqatdan sonra qalıq qalmış təmiz çəkisi – 0,429 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli; iş üzrə cinayət işində saxlanılan 01 ədəd “CD” disklər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci 69,10 manat təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs CMnin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 20 (iyirmi) iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Şəki Apellyasiya Məhkəməsinin 1(107)-174 saylı, 25 aprel 2024-cü il tarixli qərarı ilə təyin edilmiş 08 (səkkiz) ay 03 (üç) gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) ay 03 (üç) gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı gündən, yəni 01 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Ağsu rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilən maddi sübut olan tədqiqatdan sonra qalıq qalmış təmiz çəkisi – 0,429 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak eləcə də, xüsusi müsadirə olunması təklif olunan əmlak yoxdur. İş üzrə cinayət işində saxlanılan 01 ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs aparılmış ekspertiza tədqiqatının dəyəri 69,10 (altmış doqquz manat on qəpik) manat alınıb Respublika büdcəsinin aşağıdakı hesabına keçirilsin: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi-VÖEN-**********, hesab- AZ34CTRE********************01. Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 20 (iyirmi) saat hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil X5 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №1(016)-45/2024
Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-45/2024
18.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver