Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-46/2023 27.07.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1961-ci il tarixdə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işsiz, Şamaxı şəhəri, Təbriz küçəsi, ev 2-də qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək” haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, 25 aprel 2023-cü il tarixdə saat 19 radələrində tanışı Zərərçəkmiş şəxs Ağsu şəhəri, X8 küçəsində yerləşən 12 nömrəli evinə gedərək verdiyi borc pulun qalan hissəsini qaytarmasını tələb etmiş, Zərərçəkmiş şəxs aldığı borc pulu ona geri qaytara bilməyəcəyini deməsi səbəbindən aralarında şəxsi münasibətləri zəminində yaranmış mübahisə zamanı həmin evin mətbəxindən götürdüyü fincanla Zərərçəkmiş şəxs sol əlinə qəsdən vuraraq sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən, sol əlin İİ barmağının uc falanqasının ön və iç səthlərində əzilmiş yaraları, eləcə də sol əlin V barmağının proksimal falanqasının qapalı sınığı ilə müşayiət edilən, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirsiz bilərək ifadəsində göstərdi ki, o, ünvan 1 ünvanında yaşayır. Zərərçəkmiş şəxs bacısı Şahid1 vasitəsilə 2021-ci ildə tanımışdır. Zərərçəkmiş şəxs əvvəlcədən tanımadığı şəxslərə 6.000 manat məbləğində borcu var imiş. Zərərçəkmiş şəxs 2021-ci ilin noyabr ayında bacısı Şahid1 ona borc pul verməsini xahiş etmişdir. Şahid1 da onun evinə gələrək ondan rəfiqəsi Zərərçəkmiş şəxs üçün bir ay müddətinə 6.000 manat məbləğində borc pul istəmişdir. O, həmin pulu verə biləcəyini demiş və 6.000 manat məbləğində pulu bacısı Şahid1 vermişdir. Şahid1 həmin gün 6.000 manat məbləğində pulu aparıb Zərərçəkmiş şəxs vermişdir. O, pulu verdikdən bir ay keçdikdən sonra Zərərçəkmiş şəxs 6.000 manat məbləğində pulu geri istəmişdir. Zərərçəkmiş şəxs aldığı borc puldan 2.100 manat məbləğində hissəsini ona geri qaytarmışdır. Daha sonrakı vaxtlarda Zərərçəkmiş şəxs müxtəlif bəhanələr gətirərək qısa zamanda aldığı borc pulu ona geri qaytaracağını deyirmiş. Bu minvalla Zərərçəkmiş şəxs borc pul verməsindən xeyli vaxt keçmişdir. Zərərçəkmiş şəxs ona borclu olduğu pulun bir hissəsini geri qaytarmışdır. Lakin Zərərçəkmiş şəxs ona borclu olduğu 3.400 manat məbləğində pulu geri qaytarmamış, bundan sonra Zərərçəkmiş şəxs ilə münasibətləri pisləşmişdir. 25 aprel 2023-cü il tarixdə saat 19 radələrində bacısı Şahid1 ilə birlikdə verdiyi borc pulu geri almaq məqsədilə Zərərçəkmiş şəxs Ağsu şəhəri ərazisində yerləşən evinin qarşısına getmişlər. Bundan sonra bacısı Şahid1 ilə birlikdə Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə daxil olmuşlar və evin giriş qapısından Zərərçəkmiş şəxs səsləyərək çağırmışlar. Zərərçəkmiş şəxs qapını açdıqdan sonra evin mətbəxinə daxil olmuşlar. O, Zərərçəkmiş şəxs nə səbəbə borclu olduğu 3.400 manat məbləğində pulu ona geri qaytarmadığını soruşmuş, Zərərçəkmiş şəxs bir neçə gün sonra həmin pulu geri qaytaracağını demişdir. Bundan sonra o, mətbəxdə olan oturacaqda əyləşmiş və Zərərçəkmiş şəxs ilə söhbət etməyə başlamışdır. Şahid1 yenidən Zərərçəkmiş şəxs nə səbəbə borclu olduğu 3.400 manat məbləğində pulu geri qaytarmadığını soruşmuş, Zərərçəkmiş şəxs borclu olduğu pulu geri qaytara bilməyəcəyini bildirmiş və barəsində məhkəməyə şikayət etmələrini xahiş etmişdir. Bundan sonra Şahid1 əsəbləşmiş və Zərərçəkmiş şəxs ilə sözlə mübahisə etməyə başlamışdır. O, mübahisənin böyüyə biləcəyini ehtimal edib oturduğu yerdən qalxaraq onlara yaxınlaşmış, bu zaman Zərərçəkmiş şəxs yumruqla bir dəfə onun başının sol qabaq nahiyəsinə vurmuşdur. O, zərbənin təsirindən özünü itirmiş və geri çəkilmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs ayağı yerdə olan ayaqqabıya ilişmiş və arxa-arxaya gedərək yerə yıxılmışdır. Bundan sonra, Zərərçəkmiş şəxs yerdən qalxıb Daxili İşlər Nazirliyinin “102” xidmət-zəng mərkəzinə məlumat vermişdir. Onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs çıxış edərək ifadəsində göstərdi ki, o, Ağsu şəhəri, X8 küçəsi, ev 12 ünvanında qızı Şahid2 ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs və onun bacısı Şahid1 X4 vasitəsilə 2021-ci ildə tanımışdır. Belə ki, əvvəlcədən bir neçə şəxsə 6.000 manat məbləğində borcu var imiş. 2021-ci ilin noyabr ayında Tural Cəfərovdan ona borc pul verməsini xahiş etmişdir. Tural Cəfərov da ona 6.000 manat məbləğində borc pul vermişdir. O, pulu aldıqdan bir ay sonra işdən çıxarılmışdır. Bundan sonra Tural Cəfərovun anası Şahid1 və xalası Təqsirləndirilən şəxs bir neçə dəfə onun evinə gələrək Tural Cəfərovun ona verdiyi 6.000 manat pulu geri istəmişlər. O, aldığı borcdan 2.100 manat məbləğində hissəsini Tural Cəfərova geri vermişdir. Daha sonra ayrı-ayrı vaxtlarda da ümumilikdə 500 manat məbləğində pulu Şahid1 özü vermişdir. X6 3.400 manat məbləğində pul borcu qalmışdır. Həmin borca görə Şahid1 və Təqsirləndirilən şəxs bir neçə dəfə onun yaşadığı evə gələrək Tural Cəfərova olan borcunu tələb etmişlər. O, qısa vaxt ərzində pulu geri qaytaracağını demişdir. Lakin o, borclu olduğu 3.400 manat məbləğində pulu geri qaytara bilməmişdir. Bundan sonra Şahid1 və Təqsirləndirilən şəxs ilə münasibətləri pisləşmişdir. 25 aprel 2023-cü il tarixdə saat 19 radələrində yaşadığı evin mətbəxində imiş. Bu zaman evin həyətində kiminsə olduğunu görmüşdür. Bundan sonra evin qapısına yaxınlaşıb qapını açmışdır. Bu zaman Şahid1 və Təqsirləndirilən şəxs evə daxil olmuşlar. Şahid1 onun zənglərinə nə səbəbə cavab vermədiyini soruşmuş, o, mobil telefonunun qızı Şahid2 olduğunu bildirmişdir. Bundan sonra Şahid1 ondan borcu olduğu pulu tələb etmiş, o, hazırda pulunun olmadığını və yaxın zamanda borclu olduğu pulun bir hissəsini geri qaytaracağını demişdir. Bundan sonra Şahid1 ona əsəbləşmiş və sözlə mübahisə etməyə başlamışlar. Mübahisə zamanı Şahid1 iki əli ilə onun sinəsindən onu geriyə doğru itələmiş və o, arxası üstə yerə yıxılmışdır. Şahid1 onun üzərinə çıxıb əlləri ilə sinəsinin üzərindən basmağa və saçlarını yolmağa başlamış, o, Şahid1 əli ilə kənara itələyib ayağa qalxmışdır. Şahid1 onu uca səslə söyüb təhqir etməyə başlamışdır. O, da söyüşlərinə cavab olaraq Şahid1 söymüşdür. Bu zaman Təqsirləndirilən şəxs mətbəxdən götürdüyü fincanla onun sol əlinə vurmuş, zərbənin təsirindən onun barmaqları əzilmişdir. Bundan sonra əsəbləşib Təqsirləndirilən şəxs üzünə bir dəfə şillə ilə vurmuşdur. Daha sonra döyülməsi barədə Daxili İşlər Nazirliyinin “102” xidmət-zəng mərkəzinə məlumat vermişdir. O, təqsirləndirilən şəxsə ədalətli və qanuni cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Nərimanov rayonu, Böyükşor qəsəbəsi, PY UA 38/10 ünvanında yaşayır. Zərərçəkmiş şəxs əvvəlcədən tanıyırmış. Zərərçəkmiş şəxs 2021-ci ilin noyabr ayında ondan 6.000 manat borc pul verməsini xahiş etmişdir. O da razılaşıb bir hissəsini bacısı Təqsirləndirilən şəxs alıb Zərərçəkmiş şəxs 6.000 manat məbləğində borc pul vermişdir. Zərərçəkmiş şəxs həmin pulu qısa müddət ərzində ona geri qaytaracağını demişdir. Lakin Zərərçəkmiş şəxs ondan aldığı 6.000 manat məbləğində puldan bir hissəsini, yəni 2.600 manat məbləğində pulu ona geri qaytara bilsə də geridə qalan 3.400 manat məbləğində pulu geri qaytara bilməmişdir. Bundan sonra Zərərçəkmiş şəxs ilə münasibətləri pisləşmişdir. O, bir neçə dəfə Zərərçəkmiş şəxs evinə gedərək verdiyi borc pulu geri istəmişdir. Lakin Zərərçəkmiş şəxs hər dəfə müxtəlif bəhanələr gətirərək ondan aldığı borc pulu yaxın zamanda geri qaytaracağını deyirmiş. O, Zərərçəkmiş şəxs ondan aldığı pulu geri qaytara bilməyəcəyini anlamış, 25 aprel 2023-cü il tarixdə saat 19 radələrində bacısı Təqsirləndirilən şəxs ilə birlikdə verdiyi borc pulu geri almaq məqsədilə Zərərçəkmiş şəxs Ağsu şəhəri ərazisində yerləşən evinin qarşısına getmişdir. Bundan sonra bacısı Təqsirləndirilən şəxs ilə birlikdə Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə daxil olmuşlar. Daha sonra evin giriş qapısından Zərərçəkmiş şəxs səsləyərək çağırmış, Zərərçəkmiş şəxs qapını açdıqdan sonra evin mətbəxinə daxil olmuşlar. O, Zərərçəkmiş şəxs nə səbəbə ona borclu olduğu 3.400 manat məbləğində pulu geri qaytarmadığını soruşmuşdur. Zərərçəkmiş şəxs bir neçə gün sonra həmin pulu ona geri qaytaracağını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs özünü pis hiss edərək mətbəxdə olan oturacaqda əyləşmişdir. Zərərçəkmiş şəxs evin giriş qapısının önündə yerləşən pilləkəndə dayanıb onunla söhbət edirmiş. Söhbət əsnasında Zərərçəkmiş şəxs bacısı Təqsirləndirilən şəxs təhqir etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs kreslodan qalxıb Zərərçəkmiş şəxs yanına gəlmişdir. Onlar qarşılıqlı olaraq bir–birlərini söyüb təhqir etməyə başlamışlar. Qəflətən Zərərçəkmiş şəxs yumruqla bir dəfə Təqsirləndirilən şəxs başına vurmuşdur. Təqsirləndirilən şəxs zərbənin təsirindən özünü itirmiş və geri çəkilmişlər. Həmin vaxt Zərərçəkmiş şəxs ayağı yerdə olan ayaqqabıya ilişmiş və arxa-arxaya gedərək pilləkəndən yerə yıxılmışdır. Bundan sonra Zərərçəkmiş şəxs yerdən qalxıb Daxili İşlər Nazirliyinin “102” xidmət-zəng mərkəzinə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, ünvan 4 ünvanında anası Zərərçəkmiş şəxs ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs və onun bacısı Şahid1 2021-ci ildə tanımışdır. Anası Zərərçəkmiş şəxs 2021-ci ilin noyabr ayında Şahid1 oğlu X1 6.000 manat məbləğində borc pul alıbmış. Anası pulu aldıqdan bir ay sonra işdən çıxarılmışdır. Bundan sonra Tural Cəfərovun anası Şahid1 və xalası Təqsirləndirilən şəxs bir neçə dəfə yaşadıqları evə gələrək Tural Cəfərovun anasına verdiyi 6.000 manat pulu geri istəmişlər. Anası Zərərçəkmiş şəxs aldığı borcdan 2.100 manat məbləğində hissəsini Tural Cəfərova geri vermişdir. Daha sonra anası Zərərçəkmiş şəxs ayrı-ayrı vaxtlarda da ümumilikdə 500 manat məbləğində pulu Şahid1 vermiş və Tural Cəfərova 3.400 manat məbləğində pul borcu qalmışdır. Həmin borca görə Şahid1 və Təqsirləndirilən şəxs bir neçə dəfə yaşadıqları evə gələrək pul borcunu tələb etmişlər. Zərərçəkmiş şəxs qısa vaxt ərzində pulu geri qaytaracağını desə də borclu olduğu 3.400 manat məbləğində pulu geri qaytara bilməmişdir. Bundan sonra Şahid1 və Təqsirləndirilən şəxs ilə münasibətləri pisləşmişdir. O, 25 aprel 2023-cü il tarixdə saat 19 radələrində işdən evə gəlirmiş. Yaşadığı evin yaxınlığına çatanda səs-küy səsləri gəldiyini eşitmiş və dərhal evə daxil olmuşdur. Evin mətbəxinə daxil olan zaman Təqsirləndirilən şəxs mətbəxdəki kresloda əyləşdiyini, Şahid1 isə ayaq üstə dayandığını görmüşdür. Həmçinin Təqsirləndirilən şəxs və Şahid1 anasına qarşı nalayiq ifadələr işlədirmiş. Zərərçəkmiş şəxs isə mətbəxdəki pilləkəndə əyləşib barmaqlarını digər əli ilə tutubmuş. Həmçinin Zərərçəkmiş şəxs saçları dağınıq halda imiş. O, anasından nə baş verdiyini soruşmuş, Zərərçəkmiş şəxs aldığı borc pulla bağlı Təqsirləndirilən şəxs və Şahid1 evə gələrək mübahisə etdiyini, aralarında yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs onun əlinə fincanla vurub xəsarət yetirdiyini, barmaqlarının dəhşətli dərəcədə ağrıdığını, Şahid1 onu itələyərək yerə yıxdığını və saçlarını yolduğunu bildirmişdir. Təqsirləndirilən şəxs və Şahid1 anasına qarşı nalayiq ifadələr işlətdiyini görüb onları sakitləşdirməyə çalışmış, lakin Təqsirləndirilən şəxs və Şahid1 ona məhəl qoymadan anasını təhqir etməyə davam etmişlər. Şahid1 qəflətən anasının üzərinə gələrək onu döyəcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs və Şahid1 arasına girərək onları aralaşdırmışdır. Daha sonra Təqsirləndirilən şəxs və Şahid1 yaşadığı evdən çölə çıxarmışdır. Bundan sonra oraya Ağsu rayon Polis Şöbəsinin əməkdaşları gəlmiş və izahatlarının alınması üçün Ağsu rayon Polis Şöbəsinə dəvət edilmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə CM-in 128-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X5 38 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki; - Zərərçəkmiş şəxs sol əlin V barmağının proksimal falanqasının qapalı sınığı kütbərk əşyanın təsirindən törənmişdir. Törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gəlməsi inkar edilmir və dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. - Sol əlin İİ barmağın uc flanqasının ön-iç səthlərində əzilmiş yaraları küt-bərk əşyanın təsirindən törənmişdir. Törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gəlməsi inkar edilmir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X5 39 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, 1961-ci il təvəllüdlü Təqsirləndirilən şəxs bədəni üzərində eləcə də, başın sol alın-təpə nahiyəsində xx.xx.2023-cü il tarixinə uyğun xəsarət izləri aşkar edilməmişdir. “Zərərçəkmiş şəxs kimi tanınma haqqında” 16 may 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Ağsu Rayon İcra Hakimiyyəti başçısının Ağsu Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs nizam-intizamlıdır, ona verilən tapşırıqları yerinə yetirir, ailə və məişətdə özünü aparmağı bacarır, onun barəsində Ağsu Rayon İcra Hakimiyyəti başçısının Ağsu Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə nə yazılı nə də şifahi heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 19 iyun 2023-cü il tarixli cavabdan görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barəsində heç bir məlumat yoxdur. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərəkmona CM-in 128-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmiş, barəsində CM-in 221-ci maddəsilə cinayət təqibinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs və Şahid1 barələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üşün qərarın surəti Ağsu rayon X3 Təhlükəsizlik Şöbəsinə göndərilmiş, Təqsirləndirilən şəxs həmin hadisə zamanı Zərərçəkmiş şəxs xəsarət yetirməməsi barədə ifadəsində göstərdiyi xüsusatlar onun özünümüdafiəsi üçün gətirdiyi dəlil hesab edilməklə təsdiq edilmədiyindən rədd edilmiş, Şahid1 bacısı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirməməsi barədə ifadəsində göstərdiyi xüsusatlar sübut kimi qiymətləndirilmədən rədd edilmiş, ibtidai istintaqla Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs fincanla xəsarət yetirməsinin tam sübuta yetirilməsi nəzərə alınmış, bir ədəd, saxsı materiallı, ağ qulplu, üzərində “Bayce” sözü yazılmış fincanın cinayət işi üzrə maddi sübut hesab edilərək saxlanması üçün Ağsu RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilməsi nəzərə alınmış, Zərərçəkmiş şəxs ifadəsi, Şahid2 ifadəsi, məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 38 nömrəli ekspert rəyi və əlavə məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 38/02 nömrəli ekspert rəyi sübut kimi qiymətləndirilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri şahid ifadələri, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. CM-in 128-ci maddəsinə əsasən, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq CM-in qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərində əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni CM-in 15.2-ci maddəsinə əsasən, həmin cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxsnun şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, onun ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal müəyyən olunmamışdır. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası Ağsu rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut kimi tanınmış və Ağsu rayon Polis şöbəsinin maddi sübutlar otağında saxlanılan bir ədəd, saxsı materiallı, ağ rəngli, qulplu, üzərində “Bayce” sözü yazılmış fincan qanuni sahibinə geri qaytarılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 12 saat hüquqi yardıma görə 72 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrinə əsasən, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib, 1.000 (bir min manat) məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Ağsu rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Ağsu rayon Polis şöbəsinin maddi sübutlar otağında saxlanılan bir ədəd, saxsı materiallı, ağ rəngli, qulplu, üzərində “Bayce” sözü yazılmış fincan qanuni sahibinə geri qaytarılsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 12 saat hüquqi yardıma görə 72 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №1(016)-46/2023
Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-46/2023
27.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver