Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-47/2023 16.11.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1966-cı il tarixdə Ağsu rayonu, Kalva kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X3 İdarəsinin Ağsu rayon X6 kənd Mədəniyyət evinin direktoru vəzifəsində çalışan, Ağsu rayonu, Kalva kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 259.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, 2022-ci ilin dekabr ayının əvvəllərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X3 İdarəsinin Ağsu rayon X6 kənd Mədəniyyət evinin direktoru vəzifəsində çalışan zaman həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 17 noyabr 2011-ci il tarixli, 3-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Mədəni-maarif müəssisələrində olan qulluqçu vəzifələrinin Vahid X2”-da nəzərdə tutulmuş, mədəniyyət evinin əmlakının qorunmasını təmin etmək, müəssisənin əmlakından və vəsaitindən istifadə edilməsi üçün əmr, sərəncam vermək, etibarnamələri imzalamaq kimi səlahiyyətləri olmasından istifadə edərək, cinayətdən xəbərsiz həmkəndlisi Şahid4 qanunsuz olaraq şifahi göstəriş verib Ağsu rayonu,0 Kalva kəndi ərazisində yerləşən, Ağsu rayon X6 kənd Mədəniyyət evinin həyətindən meşə fonduna daxil olmayan, akasiya cinsinə məxsus olan 08 sm diametrli 08 ədəd, 12 sm diametrli 03 ədəd, 16 sm diametrli 09 ədəd, 20 sm diametrli 03 ədəd, 28 sm diametrli 02 ədəd, gavalı cinsinə məxsus olan 16 sm diametrli 01 ədəd, ümumilikdə 26 ədəd ağacları motorlu mişarla kəsdirərək zərərçəkmiş Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X3 İdarəsinə 3.700 (üç min yeddi yüz) manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vuraraq öz qulluq mövqeyindən istifadə etməklə meşə fonduna daxil olmayan ağacları qanunsuz kəsmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs CM-in 259.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, 2011-ci ildən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X3 İdarəsinin Ağsu rayon X6 kənd Mədəniyyət evinin direktoru vəzifəsində çalışır. Şahid4 onun həmkəndlisidir. X9 evinin binası yarasız vəziyyətdə olduğu üçün Kalva kənd tam orta məktəbinin köhnə binasında fəaliyyət göstərir. Həmin məktəbə qaz xətti çəkilmədiyi üçün qış aylarında istiliyi təmin etmək məqsədilə orada odun sobası yandırırmış. 2022-ci ilin qış mövsümündə odun tədarükü olmadığından X9 evinin həyətindəki ağacları kəsib oduncaq kimi istifadə etmək qərarına gəlmiş, buna görə də o, 2022-ci ilin dekabr ayının əvvəllərində həmkəndlisi Şahid4la telefon əlaqəsi saxlamış, Şahid4 X9 evinin həyətindəki ağacları kəsməsini xahiş etmişdir. Şahid4 ondan həmin ağacları kəsəcəyi təqdirdə məsuliyyətə cəlb edilib-edilməyəcəyini soruşmuş, o, Şahid4 ağacların özünə aid olduğunu və ağacları kəsəcəyi halda heç bir problem yaranmayacağını demişdir. Bundan sonra Şahid4 onunla razılaşmış və pul qarşılığında ağacları kəsəcəyini bildirmiş, sonra onlar telefon əlaqəsini bitirmişlər. Həmin gün saat təxminən 16 radələrində o, Şahid4la kənd ərazisində görüşüb X9 evinin həyətinə getmişdir. Onun göstərişi əsasında Şahid4 özü ilə gətirdiyi motorlu mişarla mədəniyyət evinin həyətindəki ağacları kəsməyə başlamış, ağacların kəsilməsi təxminən iki saat ərzində davam etmişdir. Şahid4 kəsdiyi ağacları xırda-xırda doğramış, bundan sonra o, həmin oduncaqları atına yükləyərək Kalva kənd tam orta məktəbinin köhnə binasına aparmışdır. X9 evinin həyətindən təxminən 20-25 ədəd akasiya və bir ədəd gavalı ağacı kəsdirmişdir. Hazırda onun tərəfindən vurulmuş maddi ziyan ödənilmişdir. Buna görə də, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs bildirdi ki, o, 2017-ci ildən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X3 İdarəsində baş məsləhətçi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəlcədən tanıyır. Təqsirləndirilən şəxs hazırda Ağsu rayon X6 kənd Mədəniyyət evinin direktoru vəzifəsində çalışır. Ağsu rayon X6 kənd Mədəniyyət evinin binası hazırda istifadəyə yararsız vəziyyətdədir, lakin hələ də X9 evinin ərazisi və köhnə binası Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X3 İdarəsinin balansındadır. 2022-ci ilin dekabr ayında Təqsirləndirilən şəxs X9 evinin həyətindən ağacları qanunsuz olaraq kəsdirməsi barədə Ağsu rayon Mədəniyyət Mərkəzinə məlumat daxil olmuşdur. Bundan sonra rəbərliyin göstərişi ilə o, Ağsu rayonu Kalva kəndində yerləşən köhnə X9 evinin həyətinə getmiş, həyətə baxış keçirən zaman iyirmidən çox ağacın kəsildiyini müəyyən etmişdir. Daha sonra, ağacların qanunsuz olaraq kəsilməsi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən akt tərtib edilmişdir. Təqsirləndirilən şəxs Ağsu rayon X6 kənd Mədəniyyət evinin həyətindən ağacları kəsdirməsi barədə əvvəlcədən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X3 İdarəsinə və ya Ağsu rayon Mədəniyyət Mərkəzinə məlumat verməmişdir. Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyan ödənilmişdir. Buna görə də, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Ağsu rayonu, Kalva kəndində yaşayır. Fəhlə kimi işləyib öz maddi ehtiyaclarını qarşılayır. Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Təqsirləndirilən şəxs Ağsu rayon X6 kənd Mədəniyyət evinin direktoru vəzifəsində çalışır. 2022-ci ilin dekabr ayının əvvəllərində, gündüz vaxtı, saat təxminən 12 radələrində Təqsirləndirilən şəxs onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng vurub onunla salamlaşmış, söhbət əsnasında köhnə X9 evinin həyətində ağaclar olduğunu və həmin ağacların kəsilməli olduğunu ona bildirmişdir. O, həmin ağacların kəsilməsinin cinayət olub-olmadığını Təqsirləndirilən şəxs soruşmuş, Təqsirləndirilən şəxs ağacların kəsilməsinin qanunsuz olmadığını və özünün cavabdeh olduğunu bildirmişdir. Bundan sonra, o, Təqsirləndirilən şəxslə razılaşmış və ağacları pul qarşılığında kəsə biləcəyini demiş, daha sonra telefon əlaqəsini bitirmişlər. O, həmin gün saat təxminən 16 radələrində Təqsirləndirilən şəxslə kənd ərazisində görüşüb X9 evinin həyətinə getmişdir. Təqsirləndirilən şəxs göstərişi əsasında özü ilə gətirdiyi motorlu mişarla oradakı ağacları kəsməyə başlamış, ağacları təxminən iki saat ərzində kəsmiş və xırda-xırda doğramışdır. İşini bitirdikdən sonra Təqsirləndirilən şəxs ona on beş manat məbləğində pul vermiş, bundan sonra o, oradan çıxıb getmişdir. O, X9 evinin həyətindən təxminən 20-25 ədəd akasiya və bir ədəd gavalı ağacı kəsmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində 2019-cu ildən aparıcı məsləhətçi müfəttiş vəzifəsində çalışır. 05 yanvar 2023-cü il tarixdə idarəyə Ağsu rayonu, Kalva kəndi ərazisində yerləşən, köhnə X9 evinin həyətindən direktor Təqsirləndirilən şəxs ağacları kəsməsi barədə məlumat daxil olmuşdur. Həmin gün idarə rəhbərliyinin göstərişi əsasında 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş mütəxəssisi Şahid2 ilə birlikdə Ağsu rayonu Kalva kəndinə getmiş, ağacların kəsildiyi yerə birlikdə baxış keçirmək üçün Təqsirləndirilən şəxslə telefon əlaqəsi saxlamışlar. Danışıq zamanı Təqsirləndirilən şəxs Bakı şəhərində olduğunu və baxışda iştirak edə bilməyəcəyini bildirmiş, bundan sonra Şahid2la birlikdə X9 evinin həyətinə baxış keçirmişlər. Baxış zamanı oradan akasiya cinsinə məxsus olan 08 sm diametrli 08 ədəd, 12 sm diametrli 3 ədəd, 16 sm diametrli 9 ədəd, 20 sm diametrli 3 ədəd, 28 sm diametrli 2 ədəd, gavalı cinsinə məxsus olan, 16 sm diametrli 1 ədəd olmaqla, ümumilikdə 26 ədəd ağacların kəsildiyini və həmin ağacların motorlu mişarla kəsilməsini müəyyən etmişlər. Onlar ərazinin fotoşəkillərini çəkmiş və qeydiyyat apararaq idarəyə geri dönmüşlər. Daha sonra o, Təqsirləndirilən şəxs idarəyə dəvət edib izahatını almış, Təqsirləndirilən şəxs izahatı alınan zaman ağacların öz göstərişi əsasında kəsilməsini və X9 evini qızdırmaq üçün sobada yandırdığını bildirmişdir. Onlar Şahid2la birlikdə 17 yanvar 2023-cü il tarixli akt tərtib edərək X5 Xidmətinə rəsmi məlumat vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində 2019-cu ildən baş mütəxəssis vəzifəsində çalışır. 05 yanvar 2023-cü il tarixdə idarəyə Ağsu rayonu, Kalva kəndi ərazisində yerləşən, köhnə X9 evinin həyətindən direktor Təqsirləndirilən şəxs ağacları kəsməsi barədə məlumat daxil olmuşdur. Həmin gün idarə rəhbərliyinin göstərişi əsasında 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçi müfəttişi Şahid1 ilə birlikdə Ağsu rayonu Kalva kəndinə getmişdir. Onlar ağacların kəsildiyi yerə birlikdə baxış keçirmək üçün Təqsirləndirilən şəxslə telefon əlaqəsi saxlamış, danışıq zamanı Təqsirləndirilən şəxs Bakı şəhərində olduğunu və baxışda iştirak edə bilməyəcəyini bildirmişdir. Bundan sonra Şahid1la birlikdə X9 evinin həyətinə baxış keçirmişlər. Baxış zamanı oradan akasiya cinsinə məxsus olan 08 sm diametrli 08 ədəd, 12 sm diametrli 3 ədəd, 16 sm diametrli 9 ədəd, 20 sm diametrli 3 ədəd, 28 sm diametrli 2 ədəd, gavalı cinsinə məxsus olan, 16 sm diametrli 1 ədəd olmaqla, ümumilikdə 26 ədəd ağacların kəsildiyini və həmin ağacların motorlu mişarla kəsilməsini müəyyən etmişlər. Onlar ərazinin fotoşəkillərini çəkmiş və qeydiyyat apararaq idarəyə geri dönmüşlər. Onlar Şahid1la birlikdə 17 yanvar 2023-cü il tarixli akt tərtib edərək X5 Xidmətinə rəsmi məlumat vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Ağsu rayonu, Kalva kəndindəki evində yaşayır. Təqsirləndirilən şəxs Ağsu rayon X6 kənd Mədəniyyət evinin direktoru vəzifəsində çalışır. Təqsirləndirilən şəxslə aralarında əvvəlcədən ədavət var. Belə ki, Təqsirləndirilən şəxs bir neçə dəfə onun barəsində təhqiramiz ifadələr işlətmiş, bundan sonra münasibətləri pisləşmişdir. O, Təqsirləndirilən şəxs 2022-ci ilin dekabr ayının əvvəllərində X9 evinin həyətindəki ağacları qanunsuz kəsdirdiyini eşitmiş, Təqsirləndirilən şəxs ağacları qanunsuz kəsdirməsi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə məlumat vermiş və Təqsirləndirilən şəxs barəsində araşdırma aparılmağa başlanmışdır. Təqsirləndirilən şəxs barəsində şikayət etdiyini eşitmiş və münasibətləri daha da pisləşmişdir. O, 28 yanvar 2023-cü il tarixdə saat 17 radələrində X9 evinin yaxınlığından keçən zaman Təqsirləndirilən şəxs Mədəniyyət evinin həyətində dayandığını görmüş, mədəniyyət evinin həyətinə nəzər salan zaman oradakı ağacların dibindən kəsilmiş halda olduğunu görmüşdür. O, Təqsirləndirilən şəxs yanından keçəndə Təqsirləndirilən şəxs onun ünvanına nalayiq ifadələr işlətmiş, o isə səbirli olub polisə şikayət edəcəyini demiş, Təqsirləndirilən şəxs polisə şikayət edəcəyi təqdirdə onu öldürəcəyini bildirmiş, o isə heç bir şey demədən yaşadığı evə gəlmişdir. Bundan sonra DİN-in “102” xidməti-zəng mərkəzinə Təqsirləndirilən şəxs mədəniyyət evinin həyətindəki ağacları kəsməsi və onu öldürəcəyi ilə hədələməsi barədə məlumat vermişdir. Hazırda Təqsirləndirilən şəxs barəsində şikayət və ya tələbi yoxdur. O, Təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxs 2022-ci ilin dekabr ayının əvvəllərində X9 evinin həyətindən ağac kəsdirməsini kənd sakinlərindən eşitmiş və həmin yerə sonradan baxan zaman oradan həqiqətən ağacların kəsildiyini müəyyən etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması haqqında” 13 mart 2023-cü il tarixli qərardan görünür ki, fakta görə CM-in 259.2.3-cü maddəsi ilə cinayət işi başlanılmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərib edilmiş 17 yanvar 2023-cü il tarixli, 75521 nömrəli aktdan görünür ki, 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 05 yanvar 2023-cü il tarixli, 0003 saylı sərəncamına və İdarəyə daxil olmuş məlumata əsasən Ağsu rayonu, Kalva kənd ərazisində yerləşən köhnə Mədəniyyət evinin həyətyanı sahəsində ağacların kəsildiyi əraziyə baxış keçirilmiş, araşdırma aparılmışdır. Əraziyə baxış keçirmək məqsədilə X9 evinin direktoru Təqsirləndirilən şəxslə telefon əlaqəsi saxlanılmış və ağacların kəsildiyi əraziyə dəvət olunmuşdur. Lakin Təqsirləndirilən şəxs kənd ərazisindən uzaqda olduğundan araşdırmada iştirak edə bilməyəcəyini bildirmişdir. Əraziyə baxış keçirən zaman qanunsuz kəsilmiş ağaclar aşağıdakı kimi qeydiyyata alınmışdır: Akasiya cinsindən diametri d=8 sm 8 ədəd, d=12 sm 3 ədəd, d=16 sm 9 ədəd, d=20 sm 3 ədəd, d=28 sm 2 ədəd, cəmi 25 ədəd, gavalı cinsindən d=16 sm bir ədəd, cəmi 26 ədəd kök üstə yaş vəziyyətdə olan ağacların motorlu mişarla kök hissəsindən kəsilərək ərazidən aparıldığı məlum olmuşdur. Araşdırma müddətində X9 evinin direktoru Təqsirləndirilən şəxs yazılı izahat verərək qeyd olunan ağacların onun göstərişinə əsasən kəsildiyini və ağacların kəsilmə səbəbinin rəhbərlik etdiyi yeni Mədəniyyət evində mavi qaz yanacağının olmaması və havaların çox soyuq keçməsi ilə əlaqədar olduğunu bildirdi. Araşdırma müddətində kəsilmiş ağacların oduncaq hissələrinin Mədəniyyət evinin isidilməsi məqsədi ilə istifadə olunduğu müəyyən olundu. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 fevral 2023-cü il tarixli, 7/240; 9/1213 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş 8 ədəd diametri 8 sm, 3 ədəd diametri 12 sm, 9 ədəd diametri 16 sm, 3 ədəd diametri 20 sm, 2 ədəd diametri 28 sm olan akasiya, 1 ədəd diametri 16 sm olan gavalı ağacları kök üstə yaş vəziyyətdə kəsilmişlər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 19 iyun 2023-cü il tarixli cavabdan görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barəsində heç bir məlumat yoxdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 21 iyun 2023-cü il tarixli məktubundan görünür ki, Ağsu rayonu, Kalva kəndi ərazisində yerləşən Ağsu Rayon X6 kənd Mədəniyyət evinin həyətində 25 ədəd kök üstə yaş akasiya və 1 ədəd gavalı ağacının direktor Təqsirləndirilən şəxs göstərişi əsasında qanunsuz kəsilmiş ağacların kəsildiyi ərazinin mülkiyyətçisinin və dəqiq koordinatlarının müəyyən edilməsi ilə bağlı mütəxəssisin iştirakının təmin edilməsi barədə Ağsu rayon Polis şöbəsinin məktubuna baxılmışdır. Ərazi idarəsinin mütəxəssisi tərəfindən nümayəndələrinin birgə iştirakı ilə sözügedən torpaq sahəsində çöl-ölçmə işləri aparılmışdır. Aparılmış ölçmə işlərinin nəticəsi elektron məlumat bazasına əsasən araşdırılmışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, həmin torpaq sahəsi dövlət mülkiyyətinə aid X3 Mərkəzinin X9 evinin əvvəlki yerləşdiyi ərazidir. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 22 iyun 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X3 İdarəsi cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. “Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi kimi tanınma haqqında” 23 iyun 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə zərərçəkmiş Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X3 İdarəsinin nümayəndəsi qismində Zərərçəkmiş şəxs tanınmışdır. Ağsu Rayon Mədəniyyət Mərkəzi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 1991-ci il tarixdən 2003-cü il tarixədək Ağsu rayon Mədəniyyət Şöbəsində müxtəlif vəzifələrdə çalışmışdır. 2011-ci ildən hal-hazıradək Ağsu rayon X9 evinin direktoru vəzifəsini icra edir. Rayonun mədəni həyatında fəal iştirak edən Təqsirləndirilən şəxs özünü səriştəli, intizamlı rəhbər kimi göstərə bilmiş və rəhbərlik etdiyi kollektivdəki işçilərin dərin hörmət və rəğbətini qazanmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 24 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 259.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. “Qətimkan tədbirinin seçilməsi haqqında” 24 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 27 iyun 2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs CM-in 259.2.3-cü maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, barəsində CM-in 134, 259.3 və 309-cu maddələri ilə cinayət işinin başlanması rədd edilmiş, barəsində CM-in 308-ci maddəsi ilə ittiham elan edilməmiş, Şahid4 barəsində CM-in 32.5 və 259-cu maddələri ilə cinayət işinin başlanması rədd edilmiş, 21 fevral 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokol, 16 iyun 2023-cü il tarixli baxış aparılması haqqında protokol, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 17 yanvar 2023-cü il tarixli, 75521 nömrəli akt, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 28 fevral 2023-cü il tarixli, 7/240; 9/123 nömrəli ekspert rəyi və şahidlərin ifadələri iş üzrə sübut kimi qiymətləndirilmişdir. "xxxx" ASC-nin Ağsu filialının xx.xx.2023-cü il tarixli, 21787 nömrəli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs 3.700 manat məbləğində dəymiş ziyanı X1 ödəmişdir. Beləliklə, aparılmış məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, ekspert rəyi, şahid ifadələri, eləcə də işin tədqiq olunmuş digər materialları ilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 259.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərində əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, ilk dəfə cinayət əməli törətməsini və dəymiş maddi ziyanı tam olaraq ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Hökmün icrası təqsirləndirilən şəxsin yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 259.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 18 saat hüquqi yardıma görə 108 manat məbləğində pulun dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrinə əsasən, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Ağsu rayonunun ərazisi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün gecə saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə Ağsu rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət büdcəsinə (Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, X4, kod: 210005, VÖEN: **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab AZ34CTRE********************) ödənilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 18 saat hüquqi yardıma görə 108 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №1(016)-47/2023
Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-47/2023
16.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver