Məhkəmə qərarları › İş №1(016)-47/2025

Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-47/2025

17.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-47/2025 17.10.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, xx xxxxxxxx 2004-cü il tarixdə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 ay 17 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, işsiz, Ağsu şəhəri X8 küçəsi ev 41/29 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X1 saxlanılan Təqsirləndirilən şəxs1 xx xxxxxxx 1992-ci il tarixdə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Ağsu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 180.2.2 və 180.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 01 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmiş, işsiz, Ağsu şəhəri X8 küçəsi, ev 82 mənzil, 11 ünvanında qeydiyyatda olmaqla Ağsu rayonu Ülgüc kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 oğlu təqsirləndirilir ondan ötrü ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 05 iyul 2025-ci il tarixdə, saat 03 radələrində Ağsu şəhəri, H.Əliyev prospektində yerləşən Zərərçəkmiş şəxs1 məxsus “Zeytun-3” adlı aptekin qarşısına gələrək əvvəlcə həmin ərazidə kənar şəxsin olmadığına əmin olub Təqsirləndirilən şəxs2 aptekin qapısının kilidini dəmir əşya ilə sındırmasından sonra aptekə qanunsuz daxil olaraq, aptekin içərisində olan kassadan 120 manat pulu oğurlayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 120 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 05 iyul 2025-ci il tarixdə, saat 03 radələrində Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus “Zeytun-7” adlı aptekin qarşısına gələrək əvvəlcə həmin ərazidə kənar şəxsin olmadığına əmin olduqdan sonra Təqsirləndirilən şəxs2 aptekin qarşı tərəfində olan parkda kənar şəxslərin gəlib-gəlməməsini xəbər vermək məqsədilə gözləmiş, həmin vaxt o, aptekin qapısının kilidini dəmir əşya ilə sındıraraq aptekə qanunsuz daxil olub, aptekin içərisində olan kassadan 215 manat pulu oğurlayıb zərər çəkmiş Zərərçəkmiş şəxs2 215 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 05 iyul 2025-ci il tarixdə, saat 03 radələrində Ağsu şəhəri, H.Əliyev prospektində yerləşən Zərərçəkmiş şəxs1 məxsus “Zeytun-3” adlı aptekin qarşısına gələrək əvvəlcə həmin ərazidə kənar şəxsin olmadığına əmin olub aptekin qapısının kilidini dəmir əşya ilə sındırıb Təqsirləndirilən şəxs1la aptekə qanunsuz daxil olaraq, Təqsirləndirilən şəxs1 aptekin içərisində olan kassadan 120 manat pulu oğurlaması ilə zərərçəkmiş Zərərçəkmiş şəxs1 120 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 05 iyul 2025-ci il tarixdə, saat 03 radələrində Təqsirləndirilən şəxs1 Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus “Zeytun-7” adlı aptekin qarşısına gələrək əvvəlcə həmin ərazidə kənar şəxsin olmadığına əmin olduqdan sonra, o, aptekin qarşı tərəfində olan parkda kənar şəxslərin gəlib-gəlməməsini xəbər vermək məqsədilə gözləmiş, həmin vaxt Təqsirləndirilən şəxs1 aptekin qapısının kilidini dəmir əşya ilə sındıraraq aptekə qanunsuz daxil olub, aptekin içərisində olan kassadan 215 manat pulu oğurlayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 215 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, hazırda Ağsu rayonu, Ülgüc kəndində yaşayan Təqsirləndirilən şəxs2 o, uşaqlıq illərindən tanıyır, Alim ilə münasibətləri çox yaxşıdır. Belə ki, Alim əvvəllər Ağsu şəhəri, Vidadi küçəsində onunla qonşuluqda yaşayırmış. 04 iyul 2025-ci il tarixdə saat 23 radələrində Alimlə o, Ağsu şəhəri ərazisində Ağsu çayının sahilində oturub yemək yemiş və söhbət etmişlər. Söhbət zamanı o, Alimə hazırda atası Amidin cəzaçəkmə müəssisəsində olmasını, ona siqaret və s. kimi şeylər alıb göndərmək üçün pulunun olmamasını və bunun üçün də pula ehtiyacının olmasını bildirmişdir. Bu vaxt Alim ona Ağsu şəhəri ərazisində yerləşən apteklərə daxil olub oradan nağd pul oğurlamağı təklif etmişdir. Bu vaxt o, Alimlə razılaşmışdır. Bundan sonra Alim ona oğurluq etmək üçün təhlükəsiz şəraitin yaranmasını gözləməyi, bunun üçün gecə saat 3-ə qədər gözləmələrinin lazım olmasını bildirmiş və o da Alimlə razılaşmışdır. Bundan sonra onlar gözləməyə başlamışlar. 05 iyul 2025-ci il tarixdə saat 03 radələrində Alimin təklifi ilə sonuncu ilə birgə Ağsu şəhəri, H.Əliyev prospektində yerləşən aptekin qarşısına gəlmişlər. Bu vaxt o, qapının kilidini sındırmaq məqsədilə ətrafa göz gəzdirib kənar şəxsin olmamasını gördükdən sonra üzərindəki oğurluq edən zaman qapının sındırılmasında istifadə etmək üçün olan dəmir əşyanı çıxarıb qapının kilid hissəsinin yanına salmışdır. Lakin nə qədər cəhd etsə də qapının kilidini sındıra bilməmişdir. Bundan sonra Alim onun əlində olan dəmir əşyanı əlindən alıb qapının kilidinin yanına salmış və qapınının kilidini zorla sındırmışdır. Bundan sonra Alim və o, aptekin içərisinə daxil olmuşdur. İçəriyə daxil olduqdan sonra qapı açıq olub kənardan görə biləcək şəxslərin diqqətini cəlb etməsin deyə orada olan bir ədəd stulu götürüb qapının arxasına qoymuşdur. Bundan sonra o, piştaxtanın arxasına keçərək kassanı tapmış və kassanı açan zaman orada 30 manat kağız və 15 manat dəyərində qəpik pulların olmasını görmüşdür. Bundan sonra o, 30 manat kağız və 15 manat dəyərində qəpik pulları götürüb cibinə qoymuş və Alimlə bərabər aptekdən çıxmışlar. Lakin o və ya Alim həmin aptekdən başqa hər hansı əşya və ya predmet, o cümlədən dərman götürməmişlər. Aptekdən çıxan zaman kənardan diqqəti cəlb etməsin deyə yenidən qapının arxasına stul qoymuşdur. Bundan sonra onlar Ağsu şəhəri ərazisində piyada hərəkət etməyə başlamışdır. Bir qədər getdikdən sonra Alim ona “Şlanba” adlanan yerdə, yəni Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən aptekə gedərək orada olan kassadan nağd pul oğurlamağı təklif etmişdir. O, Alimə Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsinin mərkəzi küçələrdən biri olmasını və orada ətrafda daimi polis əməkdaşlarının olmasını bildirmişdir. Lakin Alim ona hazırda “Məhərrəmlik” olmasını, buna görə də polis əməkdaşlarının hazırda Ağsu rayonu ərazisində olan məscidlərdə olmalarını, hazırda Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində polis əməkdaşlarının olmamasını, yəni oradan oğurluq etmələrinin təhlükəsiz olmasını bildirmişdir. O, Alimlə razılaşaraq Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən aptekdən oğurluq etmələrini bildirmişdir. Bundan sonra onlar üzü Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsi istiqamətdə piyada hərəkət etməyə başlamışlar. Yolda olan zaman Alim ona özünün oğurluq etməyi planlaşdırdığı Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən apteklə üzbəüz yerləşən Zərifə Əliya adına parkda dayanıb ətrafa göz gəzdirməyini və nəzarət etməyini, əgər kimsə gələrsə özünə məxsus olan mobil telefonun işığını yandırıb aptekə tərəf tutaraq və fit çalaraq ona məlumat verəcəyini, əgər mobil telefonun işığını yandıraraq və ya fit çalaraq ətrafda kənar şəxs olması barədə məlumat verərsə onun gizlənməyini, yalnız kənar şəxs getdikdən sonra oğurluq etməyə davam etməyini, beləliklə aptekə məhz onun daxil olmağını bildirmişdir. O da Alimlə razılaşmışdır. Bir qədər getdikdən sonra onlar Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsinə gəlmişlər. Bu vaxt X6 adına parkda gözləməyə və ətrafa nəzarət etməyə başlamışdır. Bundan sonra o, Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən aptekin qarşısına gəlmiş və üzərində gətirdiyi dəmir əşyanı çıxarıb qapının kilid olan hissəsinin yanına salıb zorla qapının kilidini sındırmışdır. Bundan sonra o, içəriyə daxil olmuş, daxil olduqdan sonra qapı açıq olub kənardan görə biləcək şəxslərin diqqətini cəlb etməsin deyə qapının sol tərəfində yerdə olan iki qutu uşaq bezini götürüb qapının arxasına qoymuşdur. Bundan sonra o, piştaxtanın arxasına keçərək kassanı tapmış və kassanı açan zaman 30 manat kağız və 10 manat dəyərində qəpik pulların olmasını görmüşdür. Bundan sonra o, 30 manat kağız və 10 manat dəyərində qəpik pulları götürüb cibinə qoymuş və aptekdən çıxmışdır. Çıxan zaman kənardan diqqəti cəlb etməsin deyə yenidən qapının arxasına stul qoymuş, bundan sonra parka – Alimin yanına gəlmişdir. Bundan sonra Alim və o, birlikdə Alimin yaşadığı Ağsu rayonu, Ülgüc kəndində yerləşən evlərinə gəlmişlər. Həmin vaxt evdə Alimin arvadı və övladı olsalar da onlar yatmış imiş və onların gəlişinə oyanmamışlar. Bundan sonra Alimlə o, oğurladığı pulları saymış və orada 60 manatlıq kağız pulların, 25 manatlıq isə qəpik pulların olmasını görmüşlər. Lakin onlar birlikdə oğurladığı pulları bölməmiş və Bakı şəhərinə gedərək oğurladıqları pulları xərcləməyi və bütün pulların onun üzərində qalmasını qərara almışlar. Bundan sonra onlar yatmış və yalnız saat 06 radələrində oyanmışlar. Daha sonra yəni, 05 iyul 2025-ci il tarixdə 08 radələrində Alimlə o, əvvəlcə Kürdəmir şəhərinə, daha sonra isə Bakı şəhərinə getmişlər. Təqsirləndirilən şəxs2 ilə və ya tək başına və ya başqa şəxs və ya şəxslərlə Ağsu şəhəri ərazisində və ya başqa yerdə oğurluq etməmiş, Ağsu şəhəri, H.Əliyev prospektində və Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən apteklərdə oğurluq edən zaman qapının sındırılmasında istifadə etmək üçün üzərində gəzdirdiyi dəmir əşyanı 04 iyul 2025-ci il tarixdə Ağsu çayının sahilində gəzişərkən yerdən tapmış, həmin dəmir əşyanı Ağsu şəhəri, H.Əliyev prospektində və Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən apteklərdən oğurluq etdikdən sonra Alimin yaşadığı Ağsu rayonu, Ülgüc kəndində yerləşən evinə gedərkən yolda atmışdır. Həmin dəmir əşyanı konkret olaraq hansı əraziyə atmağını və oğurladıqları pulların konkret olaraq hansı əskinaslardan ibarət olmasını xatırlamır. O, törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxslərlə barışdığını, onlara dəymiş maddi ziyanı ödədiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, Təqsirləndirilən şəxs1 Ağsu şəhər sakini kimi tanıyır, Murad ilə münasibətləri yaxşıdır. 04 iyul 2025-ci il tarixdə saat 23 radələrində Muradla o, Ağsu şəhəri ərazisində Ağsu çayının sahilində oturub yemək yemiş və söhbət etmişlər. Söhbət zamanı Murad ona atası Amidin hazırda həbsdə olmasını və ona siqaret və s. kimi şeylər alıb göndərmək üçün pula ehtiyacının olmasını bildirmişdir. Bundan sonra o, Murada pul əldə etmək üçün Ağsu şəhəri ərazisində yerləşən iki aptekə gedib oradan nağd pul oğurlamağı təklif etmiş, Murad onunla razılaşmışdır. Bundan sonra o, Murada oğurluq etmək üçün təhlükəsiz şəraitin yaranmasını gözləməyi, bunun üçün gecə saat 3-ə qədər gözləmələrinin vacib olmasını bildirmiş və Murad yenə də onunla razılaşmışdır. Bundan sonra onlar gözləməyə başlamışlar. 05 iyul 2025-ci il tarixdə saat 03 radələrində onun təklifi ilə oğurluq etmək üçün Ağsu şəhəri, H.Əliyev prospektində yerləşən aptekin qarşısına gəlmişlər. Bu vaxt Murad ətrafa göz gəzdirib kənar şəxsin olmamasını gördükdən sonra üzərində olan dəmir əşyanı çıxarıb qapının kilid hissəsinin yanına salmış və qapının kilidini sındırmağa çalışmış, lakin Murad nə qədər cəhd etsə də qapının kilidini sındıra bilməmişdir. Bundan sonra o, Muradın əlində olan dəmir əşyanı onun əlindən alıb qapının kilidinin yanına salmış və qapının kilidini zorla sındırmışdır. Bu vaxt onlar aptekin içərisinə daxil olmuşlar. İçəriyə daxil olduqdan sonra Murad orada olan bir ədəd stulu götürüb qapının arxasına qoymuşdur. Bu vaxt o, kənardan gələn şəxs olarsa onu müşahidə edə bilmək üçün aptekin içərisində dayanaraq aptekin pəncərəsindən küçəyə baxırmış. Bundan sonra Murad piştaxtanın arxasına keçərək kassanı tapmış və orada olan pulları götürüb cibinə qoymuşdur. Lakin o, həmin vaxt onun cibinə nə qədər pul qoymasını görməmişdir. Həmin vaxt o, aptekin giriş qapısından sağda olan otağa keçmiş və otağı axtarsa da heç bir əşya götürməmişdir. Həmin vaxt otaqda olan dəmir kassanı açmağa cəhd etsə də kassanın bağlı olmasını görmüşdür. Bundan sonra Murad və o, bərabər aptekdən çıxmışlar. Çıxan zaman Murad yenidən qapının arxasına stul qoymuşdur. Bundan sonra onlar oğurluq etmək üçün “Şlanba” adlanan yerdə, yəni Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən aptekə tərəf getməyə başlamışlar. Yolda olan zaman o, Murada onun oğurluq etməyi planlaşdırdıqları Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən apteklə üzbəüz yerləşən Zərifə Əliyeva adına parkda dayanıb ətrafa göz gəzdirəcəyini və nəzarət etməyini, əgər kimsə gələrsə özünə məxsus olan mobil telefonun işığını yandırıb aptekə tərəf tutaraq və fit çalaraq ona məlumat verəcəyini, bu işarələrə uyğun olaraq onun ətrafda kənar şəxs olması barədə ona məlumat verəcəyini nəzərə alaraq onun gizlənməyini, yalnız kənar şəxs getdikdən sonra oğurluq etməyə davam etməyini, beləliklə aptekə məhz onun daxil olacağını bildirmişdir. Bundan sonra Murad onunla razılaşmışdır. Bir qədər getdikdən sonra onlar Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsinə gəlmişlər. Bu vaxt o, Zərifə Əliyeva adına parkda gözləməyə və ətrafa nəzarət etməyə başlamışdır. Bundan sonra Murad Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən aptekin qarşısına gəlmiş və üzərində gətirdiyi, oğurluq edəcəkləri qapının kilidini qırmaq üçün nəzərdə tutulmuş dəmiri çıxarıb qapının kilid olan hissəsinin yanına salıb zorla qapının kilidini qırmışdır. Bundan sonra Murad içəriyə daxil olmuşdur. O, parkda olduğu üçün konkret olaraq baş verənləri görməmişdir. Qısa müddət sonra Murad aptekdən çıxmış və onun yanına gəlmişdir. Daha sonra onlar birlikdə onun yaşadığı Ağsu rayonu Ülgüc kəndində yerləşən evlərinə gəlmişlər. Onlar evin həyətində olarkən Murad üzərində olan pulları çıxarıb saymağa başlamışdır. Murad pulları sayıb qurtardıqdan sonra ona hər iki aptekdən edilmiş oğurluq nəticəsində orada ümumilikdə 85 manat pul olmasını bildirmişdir. Bundan sonra onlar yatmış və yalnız saat 06 radələrində oyanmışlar. Daha sonra yəni, 05 iyul 2025-ci il tarixdə 08 radələrində Muradla o, əvvəlcə Kürdəmir şəhərinə, daha sonra isə Bakı şəhərinə getmişlər. Təqsirləndirilən şəxs1 ilə və ya tək başına və ya başqa şəxs və ya şəxslərlə Ağsu şəhəri ərazisində və ya başqa yerdə oğurluq etməmiş, 05 iyul 2025-ci il tarixdə saat 03 radələrində Ağsu şəhəri, H.Əliyev prospektində yerləşən aptekdən oğurluq edərkən pulu kassadan Muradın götürmüş, kassadan pulu şəxsən götürməmiş, bu səbəbdən oradan konkret olaraq nə qədər pulun oğurlanmasını bilməmiş, sadəcə olaraq Muradla yaşadığı Ağsu rayonu, Ülgüc kəndində yerləşən evdə olarkən Murad üzərində olan pulları çıxarıb saymağa başlamış və pulları sayıb qurtardıqdan sonra ona hər iki aptekdən edilmiş oğurluq nəticəsində orada ümumilikdə 85 manat pulun olmasını bildirmişdir. O, törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxslərlə barışdığını, onlara dəymiş maddi ziyanı ödədiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərdi ki, Ağsu şəhəri, H.Əliyev prospekti ilə Ağsu şəhəri, Ü.Hacıbəyov küçəsinin kəsişməsində yerləşən “Zeytun 3” adlı aptek onun özünə məxsusdur. Həmin aptekdə ondan başqa işçi yoxdur, aptekdə o, özü satıcı kimi insanlara dərman vasitələrinin satışını həyata keçirir. Ona məxsus olan “Zeytun 3” adlı apteki o, özü gündəlik olaraq saat 09 radələrində açır və saat 21 radələrində bağlayır. Aptekin qapısı və pəncərələri plastik materiallardandır. O, aptekdən gedən zaman pəncərələri bağlayır və qapını kilidləyir. 04 iyul 2025-ci il tarixdə saat 21 radələrində o, apteki bağlayıb evə getmək qərarına gəlmişdir. Bunun üçün əvvəlcə piştaxtanın arxasında olan siyirmədə yerləşən kassanı açıb oradakı pulları saymış, bu vaxt kassada 85 manat kağız pulların və 35 manat dəyərində isə qəpik pulların olmasını görmüşdür. Daha sonra o, kassanı əli ilə bağlamışdır. Lakin kassanın özünün kilidi yoxdur. Bundan sonra o, aptekin qapısını kilidləyib yaşadığı evə gəlmişdir. 05 iyul 2025-ci il tarixdə saat 08:40 radələrində o, özünə məxsus Ağsu şəhəri, H.Əliyev prospekti ilə Ağsu şəhəri, Ü.Hacıbəyov küçəsinin kəsişməsində yerləşən “Zeytun 3” adlı aptekin qarşısına gəlmişdir. Bu vaxt qapının yarı açıq olmasını, qapının arxasına stul qoyulmasını və qapının kilidinin sındırılmasını görüb aptekdən oğurluq edilməsini başa düşmüş və dərhal DİN-in 102 xidməti-zəng mərkəzinə zəng edərək məlumat vermişdir. Bundan sonra oraya polis əməkdaşları gəlmiş, o da polis əməkdaşları ilə aptekə daxil olmuşdur. O, özü ətrafa baxan zaman oradan heç bir dərman vasitəsinin oğurlanmamasını başa düşmüş və dərhal kassaya yaxınlaşmışdır. Kassa bağlı imiş. Əli ilə çəkərək kassanı açmış, bu vaxt kassanın içərisində olan bütün pulların orada olmamasını, oğurlanmasını görmüşdür. 05 iyul 2025-ci il tarixdə DİN-in 102 xidməti-zəng mərkəzinə zəng edən zaman həyəcanlı olduğu üçün səhv məlumat vermiş, əslində ona məxsus aptekdən 85 manat kağız və 35 manat qəpik pullar oğurlanmış, 05 iyul 2025-ci il tarixdə polis əməkdaşları ilə birgə aptekə daxil olan zaman kassada olan bütün pulların oğurlandığını görmüş, 85 manat kağız və 35 manat qəpik pulların konkret olaraq hansı əskinaslardan ibarət olmasını xatırlamır. Təqsirləndirilən şəxs1 məsuliyyətini yüngülləşdirmək üçün yalan danışıb, baş vermiş oğurluq nəticəsində ona məxsus 85 manat kağız və 35 manat qəpik pullar oğurlanmış, yəni ona ümumilikdə 120 manat maddi ziyan dəymişdir. Hal-hazırda ona vurulan zərər təqsirləndirilən şəxslər tərəfindən tam ödənilmişdir. Onları bağışlamış və onlarla barışmışdır. Heç bir iddiası və şikayəti yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Xudverdi oğlu göstərdi ki, Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Zeytun 7” adlı aptek onun özünə məxsusdur. Həmin aptekdə ondan başqa işçi yoxdur, aptekdə o, özü satıcı kimi insanlara dərman vasitələrinin satışını həyata keçirir. Ona məxsus olan “Zeytun 7” adlı apteki o, özü gündəlik olaraq saat 08 radələrində açır və saat 20 radələrində bağlayır. Ona məxsus “Zeytun 7” adlı aptekin bir qapısı var və həmin qapı plastik materiallardandır. O, aptekdən gedən zaman qapını kilidləyir. 04 iyul 2025-ci il tarixdə saat 20 radələrində o, apteki bağlayıb evə getmək qərarına gəlmişdir. Bunun üçün əvvəlcə piştaxtanın arxasında olan siyirmədə yerləşən kassanı açıb oradakı pulları saymışdır. Bu vaxt kassada 170 manat kağız pul və 45 manat dəyərində isə qəpik pul olmaqla, ümumilikdə 215 manat pulun olmasını görmüşdür. Daha sonra o, kassanı əli ilə bağlamışdır. Lakin kassanın özünün kilidi yoxdur. Bundan sonra o, aptekin qapısını kilidləyib yaşadığı evə gəlmişdir. 05 iyul 2025-ci il tarixdə saat 08 radələrində o, özünə məxsus Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Zeytun 7” adlı aptekin qarşısına gəlmiş, bu vaxt qapının açıq olmasını, qapının arxasına stul qoyulmasını və qapının kilidinin sındırılmasını görüb aptekdən oğurluq edilməsini başa düşmüşdür. Daha sonra aptekə daxil olmuş, ətrafa baxan zaman oradan heç bir dərman vasitəsinin oğurlanmamasını başa düşmüş və dərhal kassaya yaxınlaşmışdır. Kassa bağlı imiş. Əli ilə çəkərək kassanı açmış, bu vaxt kassanın içərisində olan bütün pulların orada olmamasını, oğurlanmasını görmüşdür. Daha sonra aptekə quraşdırılmış kameraya baxaraq videogörüntülərə baxmış və tanımadığı bir nəfər şəxsin aptekdən oğurluq etməsini görmüşdür. Həmin videogörüntüləri əks etdirən diski ifadəsinə əlavə etmişdir. 04 iyul 2025ci il tarixdə saat 20 radələrində kassada olan bütün pulları saysa da yalnız orada ümumilikdə 170 manat kağız və 45 manat qəpik pulların olmasını xatırlayır, 170 manat kağız və 45 manat qəpik pulların konkret olaraq hansı əskinaslardan ibarət olmasını xatırlamır. Təqsirləndirilən şəxs1 məsuliyyətini yüngülləşdirmək üçün yalan danışır, baş vermiş oğurluq nəticəsində ona məxsus 170 manat kağız və 45 manat qəpik pullar oğurlanmış, yəni ona ümumilikdə 215 manat maddi ziyan dəymişdir. Hal-hazırda ona vurulan zərər təqsirləndirilən şəxslər tərəfindən tam ödənilmişdir. Onları bağışlamış və onlarla barışmışdır. Heç bir iddiası və şikayəti yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə CM-in 177.2.1, 172.2 və 177.2.3-cü maddələri ilə cinayət işi başlanmış və icaata qəbul edilmişdir. - “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. - “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 16 iyul 2025-ci il tarixdə saat 17:50-də tutulmuşdur. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsiriləndirilən şəxs qismində cəlb edilmişdir. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsiriləndirilən şəxs qismində cəlb edilmişdir. - Ağsu Rayon Məhkəməsinin 7(016)-9/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Ağsu Rayon Məhkəməsinin 1(016)-35/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə X3 təyin olunmuş 11 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 07 ay 04 gün hissəsi iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla 03 ay 17 gün müddətinə azadlıqdan məhrumetmə növündə cəza ilə əvəz edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəza çəkməsinin əvvəlinin 01 may 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. - Ağsu Rayon Məhkəməsinin 4(016)-20/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2025-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs1 Ağsu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-in 29, 177.2.1, 29, 177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilərək 07 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci i tarixli “Amnistiya” qərarının 2.5 bəndinə əsasən azad edilmiş, Ağsu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilərək 11 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-ü il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilərək 03 ay 17 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü ildə cəzasının sonu ilə azad edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2025-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs2 Ağsu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.3, 180.2.2 və 180.2.3-cü maddələri ilə təqsirləndirilərək 02 il 01 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. - Ağsu Rayon Məhkəməsinin 1(016)-18/2019 nömrəli, xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 CM-in 177.2.2, 177.2.3, 180.2.2 və 180.2.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-in 177.2.2, 177.2.3-cü maddələri 02 il müddətində azadlığın məhdudlaşdırılması cəzasına, CM-in 180.2.2 və 180.2.3-cü maddələri ilə barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən cəzaların qismən toplanması yolu ilə Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək həbsdə saxlanıldığı 02 ay 15 gün müddətin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı hesablanaraq üzərində 2 il 1 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. - Ağsu Rayon Mərkəzi Xəstəxanası PHŞ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 “Yüngül dərəcəli əqli gerilik, davanış pozuntuları ilə Anamnezdə qıcolma tutmaarı” diaqnozu ilə “Ağsu RMX” PHŞ-in psixiatrik kabinetində dispanser qeydiyyatdadır. Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyi ilə əlaqədar “Ağsu RMX” PHŞ-nə müraciət etməmiş və dispanser qeydiyyata götürülməmişdir. - Ağsu Rayon Mərkəzi Xəstəxanası PHŞ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 oğu ruhi-əsəb və narkomaniya xəstəliyi ilə əlaqədar “Ağsu RMX” PHŞ-nə müraciət etməmiş və dispanser qeydiyyata götürülməmişdir. - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. - Ağsu Rayon Mənzil-istismar idarəsi tərəfindən Təqsirləndirilən şəxs2 verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, o, ailə və cəmiyyətdə özünü yaxşı aparmışdır, onun barəsində Mənzil İstismar Sahəsinə heç bir yazılı və şiahi xarakterli məlumat daxil olmamışdır. - Ağsu Rayon Mənzil-istismar idarəsi tərəfindən Təqsirləndirilən şəxs1 verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, o, ailə və cəmiyyətdə özünü yaxşı aparmışdır, onun barəsində Mənzil İstismar Sahəsinə heç bir yazılı və şifahi xarakterli məlumat daxil olmamışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X2 Hüquqi Şəxsin 2693 nömrəli, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 yüngül dərəcəli əqli gerilik aşkar olunur. Onun əməli CM-in 21-ci maddəsinin təsiri altına düşmür. - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs1 17 iyul 2025-ci il tarixdə CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihama əlavə və dəyişiklik edilməsi zərurəti olmadığından həmin ittihamın qüvvəsində saxlanılması və barəsində Ağsu Rayon Məhkəməsinin hakimi Anar Əsgərovun 17 iyul 2025-ci il tarixli qərarı ilə həbs qətimkan tədbirinin seçilməsinin nəzərə alınması, istintaq zamanı Təqsirləndirilən şəxs2 12 avqust 2025-ci il tarixdə CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihama əlavə və dəyişiklik edilməsi zərurəti olmadığından həmin ittiham və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin dəyişdirilmədən qüvvəsində saxlanılması, Zərərçəkmiş şəxs2 təqdim etdiyi içərisində video görüntü olan 01 ədəd diskin iş üzrə maddi sübut kimi tanınması və cinayət işi materiallarına əlavə edilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs1 yenidən qəsdən cinayət əməli törətməsi ilə əlaqədar əvvəl törətdiyi cinayət əməlinə görə məhkumluğu ödənilmədiyi üçün onun əməlində CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi olması nəzərə alınması, Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin resdivinin olmamasının nəzərə alınması, Təqsirləndirilən şəxs1 ifadəsində Zərərçəkmiş şəxs1 məxsus Ağsu şəhəri, H.Əliyev prospektində yerləşən aptekdən yalnız 30 manat kağız və 15 manat dəyərində qəpik pul oğurlamaları, həmin aptekdən başqa pul oğurlamamaları, Zərərçəkmiş şəxs2 məxsus Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən aptekdən yalnız 30 manat kağız və 10 manat dəyərində qəpik pul oğurlaması, həmin aptekdən başqa pul oğurlamaması, Təqsirləndirilən şəxs2 ifadəsində Ağsu rayonu, Ülgüc kəndində yerləşən evdə olarkən Muradın üzərində olan pulları sayıb qurtardıqdan sonra ona hər iki aptekdən edilmiş oğurluq nəticəsində orada ümumilikdə 85 manat pulun olması barədə göstərdikləri xüsusatlar zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ifadələrinə və iş materiallarına əlavə edilmiş üzləşdirmə protokollarına əsasən tam təkzib ediliyindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini müdafiə üçün gətirdikləri dəlillər kimi qiymətləndirilməsi və rədd edilməsi, cinayət işi üzrə toplanmış sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi baxımından iş üzrə hadisə yerinə baxış keçirilməsi haqqında 05 iyul 2025-ci il tarixli protokol, hadisə yerinə baxış keçirilməsi haqqında 06 iyul 2025-ci il tarixli protokol, Zərərçəkmiş şəxs2 təqdim etdiyi içərisində video görüntü olan 01 ədəd diskə baxış keçirilməsi barədə protokol, məhkəmə-psixiatrik ekspertizasının 15 avqust 2025-ci il tarixli, 2693 nömrəli rəyi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələri və ifadələrinin yerində yoxlanılması haqqında protokollar, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ifadələri, üzləşdirmə protokollarının sübut növü kimi qəbul edilməsi qərara aınmışdır. - Zərərçəkmiş şəxs1 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, hal-hazırda ona vurulan zərər təqsirləndirilən şəxslər tərəfindən tam ödənilmişdir. Onları bağışlamış və onlarla barışmışdır. Heç bir iddiası və şikayəti yoxdur. - Zərərçəkmiş şəxs2 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, hal-hazırda ona vurulan zərər təqsirləndirilən şəxslər tərəfindən tam ödənilmişdir. Onları bağışlamış və onlarla barışmışdır. Heç bir iddiası və şikayəti yoxdur. - Ağsu rayon İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Ağsu Rayon Məhkəməsinin 1(016)-18/2019 nömrəli, xx.xx.2019cu il tarixli hökmü ilə ona təyin olunmuş 02 il 01 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasını xx.xx.2021-ci il tarixdə çəkib qurtarmış, hazırda onun barəsində Şöbədə hər hansı cəza ilə bağlı şəxsi iş yoxdur. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər dəlillərlə təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətmiş olduqları cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq CM-in qeyd olunan maddələri ilə tövsif edilmiş, onların hərəkətlərində əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onlara CM-in 8, 41 və 58-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslərə cəza təyin edərkən məhkəmə, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, törətdikləri cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olubolmamasını, o cümlədən onlara təyin ediləcək cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf etiraf etməsini, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vurmuş olduğu ziyanı tam ödəməsini, onlarla barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vurmuş olduğu ziyanı tam ödəməsini, onlarla barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxslər tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini səciyyələndirən halları, cəzalarını yüngülləşdirən halları və işin digər faktiki halları nəzərə alaraq, həm də cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham edildiyi maddələrdə müəyyən edilmiş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi əsaslı və ədalətlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab edir. CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 16 iyul 2025-ci il tarixdən 17 oktyabr 2025-ci il tarixədək saxlanıldığı müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə hesablanmalıdır. Hökmün icrası təqsirləndirilən şəxsin yaşadığı yer üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv edilməli, o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməli və barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış - 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinə ayrı-ayrılıqda məhkəmədə göstərilmiş 15 saat hüquqi yardıma görə 165 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkillər Müdafiəçi2 və Müdafiəçi1 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrinə əsasən, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 16 iyul 2025-ci il tarixdən 17 oktyabr 2025-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 01 (bir) gün müddətin 1 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə Ağsu rayonunun ərazisi hüdudlarını tərk etməmək, gün ərzində saat 23:00-dan saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 üzərinə Ağsu rayonunun ərazisi hüdudlarını tərk etməmək, gün ərzində saat 23:00-dan saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış - 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birinə ayrı-ayrılıqda məhkəmədə göstərilmiş 15 saat hüquqi yardıma görə 165 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkillər Müdafiəçi2 və Müdafiəçi1 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar