Məhkəmə qərarları › İş №1(016)-49/2024

Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-49/2024

16.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-49/2024 16.05.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X18 Natiq oğlunun sədrliyi, Məmmədova Esma Kərim qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun hüquqlarını müdafiə edən fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1971-ci ildə Şamaxı rayonunda аnаdаn оlmuş, Аzərbаycаn Respublikаsı vətəndаşı, evli, оrtа təhsilli, fərdi sahibkar, məhkumluğu olmayan, ünvan 1 ünvanda yаşаyаn, barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında audio və video yazı aparmaqla baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, bilə-bilə hüquq verən saxta vəsiqədən təkrar istifadə etmişdir. Belə ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək üçün hüquq verən vəsiqə hesab edilən Rusiya Federasiyasının saxta sürücülük vəsiqəsini pul müqabilində aldıqdan sonra həmin saxta vəsiqəni Azərbaycan Respublikasında səlahiyyətli orqanlara təqdim etməklə saxta vəsiqə əsasında Azərbaycan Respublikasının original sürücülük vəsiqəsini almaq məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən istintaqa məlum olmayan vaxtda və şəraitdə blankı mətbəə çap üsulu ilə deyil, printerdə çap edilmiş, eyni növ sənədin nümunəsi ilə eynilik təşkil etməyən tam saxta Rusiya Federasiyasının “B, C” kateqoriyalı ********** nömrəli sürücülük vəsiqəsini 2016-cı ilin iyun ayında istintaqa məlum olmayan tarix və saatda Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən Heydər Əliyev adına X2rşısında şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən əldə etmiş, həmin saxta sürücülük vəsiqəsini Azərbaycan Respublikasının original sürücülük vəsiqəsi almaq məqsədilə 29 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X6 şəhəri, Şəhriyar qəsəbəsində yerləşən Şamaxı “ASAN xidmət” mərkəzindəki Daxili İşlər Nazirliyinin Baş X19 İdarəsinin Qeydiyyat İmtahan şöbəsinin məntəqəsinə saxta olduğunu bilə-bilə təqdim edib istifadə etməklə Azərbaycan Respublikasının “BC802657” nömrəli sürücülük vəsiqəsini əldə etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 29 aprel 2022-ci il tarixdə əldə etdiyi Azərbaycan Respublikasının “BC802657” nömrəli sürücülük vəsiqəsinin 1 illik etibarlılıq müddəti bitdiyi üçün həmin vəsiqəni dəyişdirmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən istintaqa məlum olmayan vaxtda və şəraitdə blankı mətbəə çap üsulu ilə deyil, printerdə çap edilmiş, eyni növ sənədin nümunəsi ilə eynilik təşkil etməyən tam saxta Rusiya Federasiyasının “B, C” kateqoriyalı ********** nömrəli sürücülük vəsiqəsini və qeyd edilən saxta sürücülük vəsiqəsini təqdim etməklə 29 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X6 şəhəri, Şəhriyar qəsəbəsində yerləşən Şamaxı “ASAN xidmət” mərkəzindəki Daxili İşlər Nazirliyinin Baş X19 İdarəsinin Qeydiyyat İmtahan şöbəsinin məntəqəsindən əldə etdiyi Azərbaycan Respublikasının “BC802657” nömrəli sürücülük vəsiqəsini 12 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X19 İdarəsinin Ağsu-Kürdəmir-Bəhramtəpə yolunun 4-cü kilometrində yerləşən 3 saylı Ağsu Rayonlararası Qeydiyyat-İmtahan və X12 saxta olduğunu bilə-bilə təqdim edib təkrar istifadə etmişdir. Bununla da Təqsirləndirilən şəxs CM-nin 320.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı ittiham irəli sürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclasında ona CM-nin 320.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Rusiya Federasiyasında 1993-2014-cü illərdə yaşamışdır. 2006-ci ilin 14 iyun tarixində Rusiyada olarkən sürücülük vəsiqəsi almışdır. 2014-cü ildə Azərbaycana qayıtmış və həmin ildə 2014-cü ildə Rusiya Federasiyasında aldığı sürücülük vəsiqəsinin müddəti bitmişdir. Qüvvədə olan sürücülük vəsiqəsi olmadığı üçün tanışı Yevgeni Petroviç adlı şəxsə sürücülük vəsiqəsi almaq üçün müraciət etmişdir. Çünki həmin vaxt Azərbaycan Respublikası vətəndaşı olmamış və Rusiyadan sürücülük vəsiqəsi almaq qərarına gəlmişdir. Bununla əlaqədar olaraq 2016-cı ilin iyun ayında tanışı Rusiya Federasiyasının Altaysky Kray bölgəsində, Barnaul şəhərində yaşayan Yevgeni Petroviç ilə əlaqə saxlamışdır. Yevgeni Petroviç ilə o, Rusiyada yaşayan ərəfədə tanış olmuş və həmin şəxslə yaxın münasibəti olmuşdur. Neçə dəfələrlə həmin şəxsə maddi cəhətdən yaxşılığı olmuşdur. X4 sürücülük məktəbində işlədiyi ona 2006-cı ildən məlum olmuşdur. O, Rusiyaya getmədən necə vəsiqə əldə edəcəyini həmin şəxsdən soruşmuşdur. Yevgeni Petroviç sadəcə özünə məxsus fotoşəkil göndərməli olduğunu, qalan işləri isə özünün həll edəcəyini ona bildirmişdir. Evqeny Petroviç belə dedikdə o, vəsiqənin qanuni yollarla hazırlanmayacağını anlamış və saxta sürücülük vəsiqəsinin sonradan ona problem yaşadacağını Yevgeni Petroviçə bildirmişdir. Yevgeni Petroviç ona narahat olmamağı neçə-neçə şəxsin bu yolla Rusiyadan sürücülük vəsiqəsi əldə etdiyini və heç bir problem yaranmadığını bildirmişdir. Beləliklə o, həmin şəxslə razılaşmışdır. O, həmin şəxsdən bu xidmət müqabilində nə qədər pul ödəyəcəyini soruşduqda həmin şəxs ondan heç bir pul istəməmişdir. 2016-cı ilin iyun ayında heç bir pul ödəmədən Yevgeni Petroviç tərəfindən tanımadığı şəxs vasitəsi ilə ona hazır sürücülük vəsiqəsi (22 09 510835 qeydiyyatlı) gətirilmişdir. O da Heydər Əliyev adına hava limanında həmin tanımadığı şəxslə görüşüb həmin sürücülük vəsiqəsini götürmüşdür. Vəsiqəni əldə etdikdən sonra üzərindən xeyli müddət keçdiyindən heç bir problem yaranmadığını görüb 29 aprel 2022-ci il tarixdə Rusiya Federasiyasına məxsus olan saxta sürücülük vəsiqəsini Azərbaycan Respublikasına məxsus sürücülük vəsiqəsinə dəyişmək qərarına gəlmiş və bu məqsədlə yaşadığı Şamaxı rayonunda yerləşən “ASAN Xidmət”-ə yaxınlaşmışdır. Həm də həmin vaxtı taksi işləmək istədiyi üçün sürücülük vəsiqəsi əldə etmək istəmişdir. Asan xidmətə həmin tarixdə saxta sürücülük vəsiqəsini təqdim etmiş və orada ona 1 illik müvəqqəti sürücülük vəsiqəsi (vəsiqə nömrəsi BC802657) verilmiş və bildirmişlər ki, “1 il müddətinə sorğu olacaq, nəticə müsbət olarsa ömürlük sürücülük vəsiqəsi təqdim edəcəklər”. Lakin 1 il müddət keçdikdən sonra ona məlumat verilməmiş və artıq onun aktiv sürücülük vəsiqəsi olmadığından yenidən Azərbaycan Respubliklasına məxsus sürücülük vəsiqəsi əldə etmək qərarına gəlmişdir. Bunun üçün saxta sürücülük vəsiqəsini və həmin vəsiqə əsasında Şamaxı rayonunda yerləşən “ASAN Xidmət”-dən əldə etdiyi Azərbaycan Respubliklasına məxsus sürücülük vəsiqəsini 12 sentyabr 2023-cü il tarixdə Ağsu rayonunda yerləşən Regional Qeydiyyat-İmtahan və X12 yeni vəsiqə əldə etmək üçün təqdim etmişdir. Lakin orada təqdim etdiyim xarici sürücülük vəsiqəsinin saxta olduğunu ona bildirmişlər. Beləcə vəsiqənin saxta olduğu aşkar olunmuş və ondan həmin sürücülük vəsiqəsi götürülmüşdür. Əməlimin məsuliyyətini dərk edir və törətdiyi əməldən peşmandır. Bundan başqa qeyd etmişdir ki, saxta sürcülük vəsiqəsini əldə etmək üçün Rusiya Federasiyasına getməmiş və ya oranın hər hansı rəsmi dövlət orqanına müraciət etməmiş, habelə qanunvericiliklə tələb olunan hər hansı sənəd təqdim etməmişdir. Sürücülük vəsiqəsinin saxta olmasından məlumatlı olmuş, lakin laqeydlik göstərib ciddi problem yaranmayacağını düşünmüşdür. Yevgeni Petroviç adlı şəxsin təxminən 65-70 arası yaşı olmuşdur. Hava limanında qarşılaşıb sürücülük vəsiqəsini təhvil aldığı şəxs Rusiyadan Azərbaycana gələn və Yevgeni Petroviçin tanışı olan biri olmuşdur. Saxta vəsiqənin hazırlanmasında həmin şəxsin hər hansı rolunun olduğunu düşünmür. Saxta sürücülük vəsiqəsini 2016-cı ildə əldə etməsinə baxmayaraq bir müddət gözləmiş və Yevgeni Petroviçin dediyi kimi hər hansı problem olmadığını düşünmüş və 2022-ci ildə Azərbaycan Respublikasına məxsus sürücülük vəsiqəsi əldə etmək üçün həmin saxta sürücülük vəsiqəsindən istifadə etmək qərarına gəlmişdir. Yevgeni Petroviçə gördüyü iş müqabilində hər hansı pul vəsaiti ödəməmiş, həmin şəxslə o zamanlar yaxın münasibəti olduğundan və çox yaxşılığı dəydiyindən Yevgeni Petroviç ondan hər hansı pul vəsaiti istəməmişdir. Yevgeni Petroviç adlı şəxsin xarici rus nömrəsi olmuşdur, lakin telefonunu dəyişdiyindən həmin şəxsin nömrəsi onda qalmamışdır. Təqsirləndirilən şəxs daha sonra ifadəsində törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkdiyini, ailəli olmasını, himayəsində iki yetkinlik yaşına çatmayan uşaq olmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkdiyini, ailəli olmasını, himayəsində iki yetkinlik yaşına çatmayan uşaq olmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinin 19 dekabr 2023-cü il tarixli qərarından görünür ki, fakta görə CM-nin 320.1 və 320.2-ci maddələri ilə cinayət işi başlanmış və ibtidai istintaqın davam etdirilməsi üçün icraata qəbul edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X19 İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-13-16/2-129464/2023 nömrəli məktubdan və həmin məktubun qoşmasından görünür ki, məktuba əlavə edilmiş siyahıda adları qeyd olunan Azərbaycan Respublikası vətəndaşları (Təqsirləndirilən şəxs xx.xx.1971-ci il, siyahı üzrə 1-ci şəxs) Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzinə müraciət edərək xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqələrini dəyişdirmişlər. Həmin şəxslərin təqdim etdikləri sürücülük vəsiqələrinin həqiqiliyi şübhə doğurduğundan toplanmış sənədlər araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə göndərilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X19 İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-13-16/2-129464/2023 nömrəli məktuba əlavə edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs BDPYİ-nin Qeydiyyat İmtahan şöbəsinin Şamaxı şəhərində yerləşən “ASAN xidmət” mərkəzindəki məntəqəsinə sürücülük vəsiqəsinin dəyişdirilməsi ilə bağlı müraciət etmiş və ona “BC 802657” nömrəli sürücülük vəsiqəsi verilmişdir. - 18.09.2023-cü il tarixli raportdan görünür ki, 12 sentyabr 2023-cü il tarixdə xx.xx.2016-cı il təvəllüdlü Təqsirləndirilən şəxs X11-İmtahan və X12 sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün müraciət etmiş və onun təqdim etdiyi Rusiya Federasiyasına məxsus xx.xx.2016-cı il tarixdə verilən 22 09 510835 seriyalı “B, C” kateqoriyalı xarici sürücülük vəsiqəsinin saxta olmasına dair şübhələr yarandığından xarici sürücülük vəsiqəsi vətəndaşdan alınmışdır. - Sürücülük vəsiqəsinin verilməsi və idarəetmə hüququnun yoxlanılması ilə bağlı nəticələri özündə əks etdirən Azərbaycan dilinə tərcümə olunmuş sənəddən görünür ki, 20 sentyabr 2023-cü il tarixdə saat 12:35-də aparılmış yoxlama zamanı xx.xx.2016-ci il tarixli 22 09 510835 nömrəli sürücülük vəsiqəsi haqqında hər hansı məlumat aşkar edilməmişdir. - Könüllü təqdim edilən əşyanı götürmə və əşyaya baxış keçirilməsi haqqında 10 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd Azərbaycan Respublikasına məxsus BC802657 nömrəli sürücülük vəsiqəsi götürülmüşdür. Vəsiqənin verilmə tarixi xx.xx.2022-ci il tarix göstərilmişdir. Həmin əşya iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün protokola əlavə edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 19 oktyabr 2023-cü il tarixli 5/1463 nömrəli Sənədlərin məhkəmətexniki ekspertizası rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs adına verilmiş 22 09 510835 nömrəli sürücülük vəsiqəsinə oxşar sənədin blankı mətbəə çap üsulu ilə deyil, printer vasitəsilə çap edilmişdir. Həmçinin tədqiqata təqdim edilmiş Rusiya Federasiyasının Təqsirləndirilən şəxs adına verilmiş 22 09 510835 nömrəli sürücülük vəsiqəsinə oxşar sənədin blankı Mərkəzdə olan “SDU ultra” məlumat sistemindəki eyni növ sənədin nümunəsi ilə eynilik təşkil etmir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X13 xx.xx.2024-cü il tarixli 562 saylı məktubundan görünür ki, xx.xx.1971-ci il təvəllüdlü Təqsirləndirilən şəxs baza məlumatlarına əsasən qeyd olunan xəstəxanaya müraciət etməməmiş və dispanser müşahidəsi aparılmamışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X13 xx.xx.2024-cü il tarixli 1129saylı məktubundan görünür ki, xx.xx.1971-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qeyd olunan xəstəxanada müalicədə olmamışdır. - Vahid Məlumat-Axtarış Sismətində (VMAS) “sərhədkeçmə” haqqında məlumata Baxış keçirilməsi haqqında 15 mart 2024-cü il tarixli protokoldan görünür ki, xx xxxxx 1971-cü il təvəllüdlü Təqsirləndirilən şəxs ümumvətəndaş pasportu var (№ C********) və o, xx.xx.2019-cu il tarixdə saat 19.00-da Azərbaycan Respublikası ərazisindən Gürcüstan Respublikası ərazisinə keçmiş, xx.xx.2019-cu il tarixdə saat 23.34-də isə Gürcüstan Respublikası ərazisindən Azərbaycan Respublikası ərazisinə daxil olmuşdur. Təqsirləndirilən şəxs bundan başqa ölkə ərazisini tərk etməsi halı müşahidə olunmamışdır. - Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və cinayət işinə hissəvi xitam verilməsi haqqında 27 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində CM-in 320.1-ci maddəsi ilə cinayət təqibinə AR CPM-in 39.1.2-ci maddəsinə əsasən xitam verilmiş; Təqsirləndirilən şəxs CM-nin 320.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilməklə barəsində qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs istifadə etdiyi saxta sürücülük vəsiqəsini hazırlayan şəxs və ya şəxslərin müəyyən olunması üçün hazırki cinayət işindən material ayrılaraq DİN-in KMBİ-nin İstintaq və Təhqiqat Şöbəsində Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilmiş; DİN-in Baş X19 İdarəsindən daxil olmuş məktubda Təqsirləndirilən şəxs başqa adları qeyd olunmuş şəxslərin barələrində DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində saxta sənədlərdən istifadə faktları ilə bağlı ayrıca cinayət işlərinin istintaqının aparılması nəzərə alınmış; Təqsirləndirilən şəxs etirafedici izahat və ifadəsi, DİN-in Baş X19 İdarəsindən daxil olmuş məktub və həmin məktuba əlavə edilmiş sənəd surətləri, “könüllü təqdim edilən əşyanı götürmə haqqında” və “baxış keçirilməsi haqqında” protokollar, sənədlərin məhkəmə-texniki ekspertizasının rəyi və digər sənədlər iş üzrə sübut növü kimi qiymətləndirilmiş; Rusiya Federasiyasına məxsus olduğu göstərilən Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2016-cı il tarixli ********** nömrəli sürücülük vəsiqəsinə oxşar sənədi və Azərbaycan Respublikasının Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2022-cü il tarixli BC802657 nömrəli sürücülük vəsiqəsi cinayət işi üzrə maddi sübut hesab edilmiş və cinayət işi materiallarına əlavə olunmuş; Azərbaycan Respublikasının Təqsirləndirilən şəxs adına verilmiş BC802657 nömrəli sürücülük vəsiqəsinin əldə edilmə mənbəyinin saxta olmasını nəzərə alaraq onun etibarsız hesab edilməsi üçün DİN-in BDYPİ-ə məlumat verildiyi nəzərə alınmış; ********* nömrəli cinayət işi üzrə cinayətin törədildiyi yerin Ağsu Rayon Məhkəməsinin yurisdiksiyasına aid olması nəzərə alınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinin xx.xx.2024-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs CM-nin 320.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmişdir. Məhkəmə qeyd edir ki, sürücülük vəsiqəsi - onun sahibi olan şəxsin nəqliyyat vasitələrini idarəetmə hüququnu təsdiq edən sənəddir. “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması, sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması qaydaları haqqında” Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “04” avqust 2012-ci il tarixli Q16-001-12 nömrəli qərarı ilə təsdiq edilmiş Təlimatın 6.1.7-ci bəndinə əsasən, yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsinə malik Azərbaycan Respublikasının vətəndaşının ölkə ərazisinə daxil olduğu vaxtdan bir aydan artıq müddətdə burada nəqliyyat vasitələrini idarə etmək niyyətində olması sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün əsaslardan biri sayılır. Həmin Təlimatın 6.10-1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini ölkə ərazisinə daxil olduğu gündən bir ay ərzində idarə etmək hüququna malikdir. Azərbaycan Respublikasının vətəndaşı ölkə ərazisində nəqliyyat vasitələrini həmin müddətdən artıq idarə etmək üçün sürücülük vəsiqəsini bu Təlimatın 6.1-6.3-1-ci bəndlərində müəyyən edilmiş qaydada dəyişdirməlidir. Sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi mütləq qatdada müvafiq quruma təqdim edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320-ci maddəsinə görə, hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma, o cümlədən bilə-bilə saxta sənədlərdən istifadə etmə cinayət məsuliyyətinə səbəb olur. Rəsmi sənədlər dedikdə, müəyyən hüquqi faktların mövcudluğunu təsdiq edən, hüquqi nəticələr doğuran, hüquqların həyata keçirilməsində müəyyən üstünlüklər, güzəştlər və imtiyazlar nəzərdə tutan sənədlər başa düşülür. Qeyd olunan cinayətin predmetini istənilən rəsmi sənəd deyil, yalnız hüquq verən və ya vəzifədən azad edən rəsmi sənədlər təşkil edir. Yuxarıda da qeyd edildiyi kimi, sürücülük vəsiqəsi onun sahibi olan şəxsin nəqliyyat vasitələrini idarəetmə hüququnu təsdiq edən sənəddir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-ci il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan ifadələrlə tərtib olunmalı, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 320.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 320.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. CM-nin 320.1-ci maddəsinə əsasən hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma—üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 320.2-ci maddəsinə əsasən bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə—min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 28 mart 2024-cü il tarixli qərarından görünür ki, xx xxxxx 1971-ci ildə Şamaxı rayonunda anadan olmuş, evli, orta təhsilli, fərdi sahibkar, məhkumluğu olmayan, ünvan 2 ünvanda yaşayan CM-nin 320.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Şamaxı Rayon Xalq Məhkəməsinin xx.xx.1990-cı il tarixli hökm ilə CM-nin 213.1-ci maddəsi ilə təqsirli bilinərək 100 rubl cərimə cəzasına məhkum edilmişdir. Hazırda Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının: 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 2-ci bəndində qeyd olunmuşdur ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs CM-nin 320.2-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə tərətməyən cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Şamaxı şəhər İnzibati Ərazi İdarəsi üzrə Nümayəndəliyinin 19 yanvar 2024-cü il tarixli, 5-75-12/2-116/2024 saylı Arayışından görünür ki, Şamaxı şəhəri, Bakı küçəsi, ev 78 yaşayan xx.xx.1971-ci ildə anadan olmuş Təqsirləndirilən şəxs ailə tərkibi: arvadı - xx.xx.1979-cu il təvəllüdlü X7; qızı - xx.xx.2005-ci il təvəllüdlü X8; qızı - xx.xx.2007-ci il təvəllüdlü X5; oğlu - xx.xx.2009-cu il təvəllüdlü X3r. - Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Şamaxı şəhər İnzibati Ərazi İdarəsi üzrə Nümayəndəliyinin 19 yanvar 2024-cü il tarixli, 5-75-12/2-117/2024 saylı Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində qonşuları və ailə üzvləri tərəfindən RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. Ailəlidir, 3 övladı var. - Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində Menecer vəzifəsində işləyir və aylıq əmək haqqı 442 manatdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti səmimi etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, ailəli olmasını, himayəsində iki yetkinlik yaşına çatmayan uşaq olmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını, məhkumluğunun olmamasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti təkrar törədilməsini əməlində CM-nin 61.1.1ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 3-cü bəndinin 2-ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, işin faktiki hallarını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, ailəli olmasını, himayəsində iki yetkinlik yaşına çatmayan uşaq olmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını, məhkumluğunun olmamasını, həmçinin onun şəxsiyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq belə qənaətə gəlir ki, ona CM-nin 320.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işlər növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində islah işlər növündə cəza təyin edilməlidir. CM-nin 49-cu maddəsinə əsasən islah işləri cəzası iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir; islah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur; islah işlərinə məhkum olunmuş şəxs həmin cəzanı çəkməkdən qərəzli boyun qaçırdıqda, məhkəmə islah işlərinin çəkilməmiş hissəsini azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edə bilər. Bu zaman məhkumun islah işlərini yerinə yetirdiyi müddət nəzərə alınır və çəkilməmiş iki gün islah işlərinə bir gün azadlığın məhdudlaşdırılması və ya dörd gün islah işlərinə bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır; islah işləri orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və hərbi qulluqçulara təyin edilmir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 28 mart 2024-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs islah işləri növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə CPM-in 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə olunmuş – Rusiya Federasiyasına məxsus olduğu göstərilən Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2016-cı il tarixli ********** nömrəli sürücülük vəsiqəsinə oxşar sənəd və Azərbaycan Respublikasının Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2022-cü il tarixli BC802657 nömrəli sürücülük vəsiqəsi cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxslərdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs CMnin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 04 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla, 10 (on) ay müddətinə islah işləri növündə cəza təyin edilsin o, cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablansın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şamaxı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə olunmuş – Rusiya Federasiyasına məxsus olduğu göstərilən Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2016-cı il tarixli ********** nömrəli sürücülük vəsiqəsinə oxşar sənəd və Azərbaycan Respublikasının Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2022-cü il tarixli BC802657 nömrəli sürücülük vəsiqəsi cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak eləcə də, xüsusi müsadirə olunması təklif olunan əmlak yoxdur. Təqsirləndirilən şəxs aparılmış ekspertiza tədqiqatının dəyəri 70 (yetmiş manat) manat alınıb Respublika büdcəsinin aşağıdakı hesabına keçirilsin: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi-VÖEN-**********, hesab-AZ34CTRE********************01. Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 04 saat hüquqi yardıma görə 24 (iyirmi dörd) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar