Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 1(016)-5/2023 28.12.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X39 Natiq oğlunun sədrliyi, Məmmədova Esma Kərim qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun hüquqlarını müdafiə edən fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1980-cı ildə Ağsu rayonu Kalva kəndində anadan olmuş, ali təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 259.1 və 188.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binаsındа açıq məhkəmə iclasında audi və video yazı ilə aparılmaqla bаxаrаq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, zərərçəkmişə xeyli miqdarda maddi ziyan vurmaqla meşə fonduna daxil olmayan ağacları və kolları qanunsuz kəsmiş və qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində özbaşına tikinti və quraşdırma işləri aparmışdır. Belə ki, o, 2021-ci ilin sentyabr-oktyabr aylarında Ağsu rayonu Dilman kəndi ərazisində Muğanlı-Kalva avtomobil yolunun sağ tərəfində yerləşən Ağsu rayonu Dilman bələdiyyəsinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsini, təmizlik işlərinin aparılmasından ötrü tərəfindən müəyyən haqq müqabilində fəhlə kimi cəlb edilmiş X12, X16 və X7 xüsusi mülkiyyətində olan torpaq sahəsi kimi təqdim edərək, həmin şəxsləri torpaq sahəsindən ağac və kolların kəsilməsinin qanuni olduğuna inandırıb, torpaq sahəsində meşə fonduna daxil olmayan 4 ədəd diametri 4 sm, 1 ədəd diametri 5 sm olan qarağac cinsli, 3 ədəd diametri 4 sm olan alça cinsli, 3 ədəd diametri 4 sm, 1 ədəd diametri 7 sm olan akasiya cinsli, 3 ədəd diametri 4 sm olan söyüd cinsli, 1 ədəd diametri 11 sm, 1 ədəd diametri 13 sm, 2 ədəd diametri 14 sm, 1 ədəd diametri 15 sm, 3 ədəd diametri 21 sm olan qovaq cinsli ağacların, həmçinin 16 topa yemişan cinsli, 14 topa göyəm cinsli, 2 topa sumaq cinsli və 2 topa qaratikan cinsli kolların X12, X16 və X13 tərəfindən kəsilməsi üçün sonunculara göstəriş verib, ağac və kolların adları qeyd edilən şəxslər tərəfindən elektrik mişarı və digər alətlərlə kəsilməsi zamanı həmin ərazidə olmaqla, işlərin aparılmasında bilavasitə iştirak edərək, zərərçəkmiş Ağsu rayonu Dilman bələdiyyəsinə 5280,00 manat (beş min iki yüz səksən) manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla meşə fonduna daxil olmayan ağacları və kolları qanunsuz kəsmişdir. Bundan başqa, o, 2021-ci ilin oktyabr ayında Ağsu rayonu Dilman kəndi ərazisində Muğanlı-Kalva avtomobil yolunun sağ tərəfində yerləşən Ağsu rayonu Dilman bələdiyyəsinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsində, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan, bələdiyyəyə müraciət etmədən, icarə müqaviləsi bağlamadan, bələdiyyənin icazəsi olmadan mişar daşlarından 60 metr uzunluqda hasar inşa etdirərək, metal darvaza qoymaqla, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində özbaşına tikinti və quraşdırma işləri aparmışdır. Bununla da Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən CM-nin 259.1 və 188.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi ilə bağlı ittiham irəli sürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə özünü özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 3irlikdə yaşayır. Şahid1 tanıyır. Həmin şəxslə onun heç bir ədavət və ya düşmənçiliyi yoxdur. Ağsu rayonu Dilman kəndi ərazisində Muğanlı-Kalva yolunun sağ tərəfində qardaşı X14 istifadəsində 2,88 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin çıxarışı vardır. Belə ki, torpaq sahəsi 2020-ci ilin noyabr ayında bələdiyyə tərəfindən X30un istifadəsinə verilmişdir. Torpaq sahəsində X30 tərəfindən təxminən 800 kv. metr ümumi sahəsi olan tikililər inşa edilmişdir. X30 hal-hazırda Rusiya Federasiyasında yaşayır. Həmin torpaq sahəsinə o, nəzarət edir. Torpaq sahəsinin giriş hissəsi 2021-ci ilin oktyabr ayında tərəfindən mişar daşlarından hasarlanmış və darvaza qoyulmuşdur. Darvazadan daxil olduqda sağ tərəfdəki torpaq sahəsi sənəd üzərində qardaşının istifadəsində olmaqla faktiki olaraq onun istifadəsindədir. Darvazadan daxil olduqda sol tərəfdəki torpaq sahəsinə isə onların heç bir hüququ yoxdur. Lakin həmin torpaq sahəsini də qardaşı Sənan mülkiyyətinə keçirmək istəyirmiş və bununla bağlı onlar Dilman bələdiyyəsinə müraciət də etmişlər. Həmin torpaq sahəsindən Şahid1 adlı şəxs qanunsuz istifadə edir. Şahid1 torpaq sahəsinə heç bir hüququ olmadığı üçün onlar bir neçə dəfə Sehramana torpaq sahəsindən çıxmasını bildirdikdə, Sehraman onlarla əsassız mübahisə etməyə başlamış və bundan sonra, aidiyyəti orqanlara onların barəsində əsassız şikayətlər ünvanlamışdır. Həmin vaxt o, Sehramanın istifadə etdiyi torpaq sahəsinin ətrafına çəkilmiş kol-kosdan çəpəri dağıtmışdır. Bundan sonra, Şahid1 onun barəsində daha bir neçə dəfə şikayət edərək, guya onun Sehramanın istifadə etdiyi torpaq sahəsindən ağacları kəsdirdiyini bildirmişdir. Belə ki, 2021-ci ilin oktyabr ayında 6 saylı Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları gələrək Sehramanın qanunsuz istifadə etdiyi torpaq sahəsinə baxış keçirmişlər və ağac-kolların kəsilməsi faktını aşkar etmişlər. Həmin vaxt o, öz torpaq sahəsində olmuşdur. Bundan sonra, 6 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən ondan izahat alınmış və o, ağacların kəsilməsindən məlumatsız olduğunu bildirmişdir. Daha sonra, Ağsu rayon polis şöbəsində də eyni məzmunlu izahat vermişdir. Bir daha bildirir ki, Dilman kəndi ərazisində olan torpaq sahəsindən ağacların kəsilməsinə onun heç bir aidiyyəti yoxdur. 2021-ci ilin oktyabr ayında Ağsu rayonu Dilman kəndi ərazisində Muğanlı-Kalva yolunun sağ tərəfində X30un istifadəsində olmaqla faktiki olaraq onun nəzarət etdiyi əraziyə gedən yolun giriş hissəsində mişar daşlarından hasarlama işləri aparıb darvaza qoysa da həmin ərazi bələdiyyə mülkiyyətindədir. Lakin, o, həmin ərazini müqavilə əsasında istifadə etməkdən ötrü tikinti işlərinin görülməsindən əvvəl şifahi formada Ağsu rayon Dilman bələdiyyəsinə müraciət etmişdir. Həmin ərazidə tikinti işləri aparan zaman işlətdiyi fəhlələrin kim olmasını xatırlamır. Ağsu rayon Dilman bələdiyyəsinin mülkiyyətində olmaqla Şahid1 qanunsuz istifadəsində olan torpaq sahəsindən 2021-ci ilin sentyabr-oktyabr aylarında ağac və kolların kim tərəfindən kəsilməsi barədə məlumatsızdır. Torpaq sahəsinin çəpəri tərəfindən çıxarılmış, lakin orada heç bir ağac və ya kol kəsilməmişdir. O, həmin torpaq sahəsində hər hansı ağac və ya kolun kəsilməsi ilə bağlı heç kimə göstəriş verməmişdir. Həmin ərazidə təmizlik işləri aparmışdır. Həmin işlərin görülməsi zamanı işlətdiyi fəhlələrin əmisi oğlu, Ağsu rayonu Kalva kənd sakini Xətai Zeynalov və Ağsu rayonu Quzey kənd sakini Mirzə adlı şəxslər olmuşlar. Ağsu şəhər sakinləri Seymur və Cavanşir adlı şəxslər isə orada fasilələrlə qısa müddət ərzində onun göstərişi ilə işləmişlər və buna görə o, həmin şəxslərə gördükləri işlərin müqabilində əməkhaqqı vermişdir. Daha sonra bildirmişdir ki, cinayət işinin başlanmasına səbəb olan ərazi ona verilən köhnə texniki pasportla onun ərazisi olmasa da həmin ərazinin yuxarı hissəsindən keçən yolun və aşağı hissəsindən keçən çayın mühafizə zolağı nəzərə alınacağı təqdirdə texniki pasport dəyişilməli və mübahisəli ərazi onun istifadəsində olan ərazinin hüdudları daxilinə düşməlidir. Çünki sənədlə onun istifadəsinə 2,88 hektar torpaq sahəsi verilmişdir, lakin faktiki istifadə etdiyi ərazinin sahəsi təxminən 1,5 hektardır. Bu hal da məhkəmə araşdırması zamanı tədqiq edilmiş və onun ərizəsi əsasında verilmiş yeni texniki pasporta əsasən mübahisəli ərazi onlara məxsus ərazi hüdudları daxilinə düşmüşdür. Bundan başqa iş üzrə bioloji ekspertiza keçirilən zaman kəsilən ağaclara dəymiş ziyanın məbləğinin ittiham aktında qeyd olunan qədər deyil, 800 manat olması müəyyən edilmişdir. Beləliklə də, onun barəsində cinayət işinin qaldırılmasına və ona ittiham verilməsinə əsas olmuş hallar aradan qalxmışdır. Ona görə də barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi çıxış edərək təqsirləndirilən şəxs barəsində cinayət işinin qaldırılmasına və ona ittiham verilməsinə əsas olmuş halların aradan qalxması səbəbindən barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Çıxışını yazılı qaydada məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində ibtidai istintaqda veridyi ifadəni təsdiq edərək göstərmişdir ki, o, Ağsu rayon Dilman kəndində ailə üzvləri ilə birlikdə yaşayır. 2019-cu ilin dekabr ayında keçirilmiş bələdiyyə seçkiləri zamanı Ağsu rayonu Dilman bələdiyyəsinin sədri vəzifəsinə seçilmişdir. Dilman bələdiyyəsinə rayonun Dilman, Xatman və Hacman kəndləri daxildir. Şahid1 və Təqsirləndirilən şəxs tanıyır. Həmin şəxslərlə heç bir ədavət və ya düşmənçiliyi yoxdur. Şahid1 1992-ci ildən Laçın rayonundan məcburi köçkün olmaqla Ağsu rayonu Dilman kəndində məskunlaşmışdır. O, bələdiyyə sədri seçildikdən sonra, Şahid1 Dilman kəndi ərazisində, Muğanlı-Kalva avtomobil yolunun 6-cı km-də yolun sağ tərəfində təxminən 0,15 ha torpaq sahəsini çəpərə alaraq orada təsərrüfatla, yəni arıçılıqla məşğul olduğunu, həmin torpaq sahəsində tikililər tikdiyini müəyyən etmişdir. O, Şahid1 torpaq sahəsi ilə bağlı sənədləri təqdim etməsini tələb etsə də, Sehraman ona heç bir sənəd təqdim etməmiş, hər dəfə müxtəlif bəhanələr gətirərək torpaq sahəsindən çıxmaqdan imtina etmişdir. 2020-ci ildə dəqiq xatırlamadığı tarixdə, Şahid1 istifadəsində olan torpaq sahəsi ilə qonşu sahədə yerləşən sahəni X21 heyvandarlıqla məşğul olmaqdan ötrü almış və torpaq sahəsi üzərində təxminən 0,08 ha sahəni xüsusi mülkiyyətinə keçirmişdir. 2.80 ha torpaq sahəsi isə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən çıxarış əsasında Sənan Zeynalovun istifadəsinə verilmişdir. Bundan sonra Sənan Zeynalovun qardaşı Təqsirləndirilən şəxs orada ferma tikintisinə başlamışdır. Təxminən 2021-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs ona Şahid1 istifadə etdiyi torpaq sahəsini icarəyə götürmək istədiyini bildirmişdir. O, isə Təqsirləndirilən şəxs sənədləşmə işində kömək edəcəyini bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs özbaşına Şahid1 istifadə etdiyi torpaq sahəsində təmizlik işləri aparmışdır. Təxminən 2021-ci ilin oktyabr ayında 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin müfəttişi X33 kəndində, Şahid1 istifadəsində olan torpaq sahəsində ağaclar kəsildiyi barədə ona məlumat vermişdir və oraya gəlməyini xahiş etmişdir. Sonradan birlikdə həmin əraziyə baxış keçirmişlər və baxış zamanı Təqsirləndirilən şəxs ağacları özünün göstərişi əsasında kəsildiyini təsdiq etmişdir. Baxış zamanı 16 topa yemişan cinsli, 14 topa göyəm cinsli, 5 ədəd qarağac cinsli, 3 ədəd alça cinsli, 4 ədəd akasiya cinsli, 3 ədəd söyüd cinsli, 2 topa sumaq kolu, 2 topa qaratikan kolu, 8 ədəd qovaq cinsli ağacların kəsilməsi faktı aşkar edilmiş və akt tərtib edilmişdir. Hazırda Şahid1 istifadəsində olan torpaq sahəsindəki ağaclar 2021-ci ilin təxminən sentyabr-oktyabr aylarında Təqsirləndirilən şəxs göstərişi əsasında aparılan təmizlik işləri zamanı kəsilmişdir. Bunu Təqsirləndirilən şəxs özü də 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları tərəfindən keçirilən baxış zamanı təsdiq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin ərazini də xüsusi mülkiyyətinə keçirmək istəyirmiş. Həmin ərazidəki ağaclar və kollar çox güman ki, Təqsirləndirilən şəxs tərəfindən gətirilmiş fəhlələr tərəfindən qırılmışdır. Lakin həmin fəhlələrin kim olmaları barədə heç bir məlumatı yoxdur. Sözü gedən, yəni ağacların kəsildiyi torpaq sahəsi Dilman bələdiyyəsinin mülkiyyətindədir və torpaq sahəsinə dair heç kimlə müqavilə bağlanmamışdır. Həmin ərazi Şahid1 tərəfindən çəpərlənmiş və həmin ərazidə arı saxlanılmış, həmçinin bir neçə il bundan qabaq tövlə, ev və yardımçı tikililər tikilmişdir. Həmin torpaq sahəsi Ağsu rayon Dilman Bələdiyyəsinin mülkiyyətindədir və Şahid1 həmin torpaq sahəsini özbaşına tutmuşdur. Şahid1 həmin torpaq sahəsi ilə bağlı heç bir sənədi yoxdur. Ağsu-Muğanlı-Kalva avtomobil yolunun sağ tərəfində avtomobil yolundan Şahid1 və Təqsirləndirilən şəxs istifadələrində olan torpaq sahələrinə gedən yolun ətrafı qanunsuz olaraq mişar daşları ilə hasarlanmış, girişə dəmir setkalı darvaza qoyulmuşdur. Həmin qanunsuz hasarlanma işləri də Təqsirləndirilən şəxs tərəfindən aparılmış və daravaza da Təqsirləndirilən şəxs tərəfindən qoyulmuşdur. Həmin tikinti işlərinin aparılması ilə bağlı Təqsirləndirilən şəxs həmin dövrdə ona heç bir sənəd təqdim etməmişdir. Həmin tikinti işləri qanunsuz olaraq təxminən 2021ci ilin yay aylarında aparılmışdır. Həmin tikinti işlərinin aparıldığı torpaq sahəsi də Ağsu rayon Dilman Bələdiyyəsinin mülkiyyətindədir. Daha sonra bildirmişdir ki, məhkəmə araşdırması zamanı əmlak komitəsinin nümayəndələri ilə birgə həmin ərazidə bir daha ölçmə işləri aparılmış və yolun, həmçinin çayın mühafizə zolağı nəzərə alınmaqla X17 yeni texniki pasport verilmişdir. Mişar daşlarından 60 metr uzunluqda inşa edilmiş hasar və metal darvaza həmin texniki pasporta əsasən X17 məxsus ərazinin hüdudları daxilinə düşmüşdür. Zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirərək bu barədə məhkəməyə ərizə təqdim etmiş və bu halların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində ibtidai istintaqda veridyi ifadəni təsdiq edərək göstərmişdir ki, 1992-ci ildən Laçın rayonundan məcburi köçkün düşərək Ağsu rayonu Dilman kəndində məskunlaşmışdır. Həmin vaxtdan kənd ərazisindəki Kolxozun fermasında çoban kimi işləmişdir. Kolxoz quruluşu dağıldıqdan sonra, fermanın ərazisindən kənarda Dilman bələdiyyəsinin mülkiyyətində olan 0,15 ha kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsində özünə ev, tövlə və köməkçi tikililər tikərək, torpaq sahəsinin ətrafını kol-kosla çəpərləyərək heyvandarlıqla və arıçılıqla məşğul olmuşdur. Təqsirləndirilən şəxsla heç bir ədavət və ya düşmənçiliyi yoxdur. 2021-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs onun məskunlaşdığı torpaq sahəsini mülkiyyətinə keçirmək istəyirmiş və bununla bağlı Dilman bələdiyyəsinə müraciət etmişdir. O, bu məsələdən xəbərdar olduqdan sonra, Dilman bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs bir neçə dəfə müraciət edərək, istifadə etdiyi 0,15 ha torpaq sahəsinin ona icarəyə verilməsini xahiş etmişdir. Lakin Zərərçəkmiş şəxs ona həmin torpaq sahəsini Təqsirləndirilən şəxs icarəyə verəcəyini bildirmişdir. Həmin ərəfələrdə qardaşı oğlanları Eldəniz və Qalib onunla əlaqə saxlayaraq Təqsirləndirilən şəxs özünün istifadəsində olan torpaq sahəsində iş gördürdüyünü, həmçinin onun istifadəsində olan torpaq sahəsində də təmizlik işləri apardığını, ağac və kolları kəsdirdiyini bildirmişlər. O da Bakı şəhərindən Ağsu rayonuna öz istifadəsində olan torpaq sahəsinə gəlmişdir. 2021-ci ilin sentyabr ayında dəqiq xatırlamadığı gündə o, qardaşı oğlanları Eldəniz və Qaliblə öz istifadəsində olan torpaq sahəsində olan zaman Təqsirləndirilən şəxs göstərişi ilə onun istifadəsində olan torpaq sahəsində 3 nəfər şəxsin işlədiyini, çəpərlədiyi torpaq sahəsinin çəpərini sökdüklərini və həmin torpaq sahəsində olan ağacları və kolları kəsdiklərini görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs özünün istifadəsində olan torpaq sahəsində olmuşdur. Onlar orada işləyən fəhlələrə niyə görə ağac və kolları kəsdiklərini, torpaq sahəsinin çəpərini sökdüklərini bildirdikdə, həmin fəhlələr isə onlara bu barədə Təqsirləndirilən şəxs göstəriş verdiyini bildirmişlər. Orada olan fəhlələr motomişarla ağacları və kolları kəsir, ağac və kolları kəsdikdən sonra daşıyıb torpaq sahəsinin kənarına yığırmışlar. Hətta o, Təqsirləndirilən şəxs niyə görə fəhlələrə bu cür göstəriş verdiyini, ağac və kolları kəsdirdiyini soruşmuşdur. Təqsirləndirilən şəxs isə həmin torpaq səhəsini aldığını bildirmişdir. O Təqsirləndirilən şəxs torpaq sahəsinin sənədini tələb etdikdə Təqsirləndirilən şəxs kobud cavab verərək onların həmin ərazidən çıxmağını istəmişdir. Həmçinin, Təqsirləndirilən şəxs göstərişi ilə orada təmizlik işləri, yəni ağac və kolların kəsilməsi, oradan çıxarılması, çəpərləmiş ərazinin çəpərinin sökülməsi bir gün deyil bir neçə gün ərzində baş vermişdir. Bundan sonra o, məcbur qalıb Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etmişdir. Bundan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilərək akt tərtib edilmiş və bu barədə Ağsu rayon polis şöbəsinə məlumat verilmişdir. Lakin Təqsirləndirilən şəxs rayon polis şöbəsinin təhqiqat qrupunda aparılan araşdırma zamanı torpaq sahəsinin onun xüsusi mülkiyyətində olduğunu bildirmiş, bələdiyyə sədri Zərərçəkmiş şəxs da Vüsalla əlaqəyə girərək Vüsalı müdafiə etmiş, torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmaması ilə bağlı araşdırmaya yalan məlumat təqdim etmişdir. Təqsirləndirilən şəxs, həm də onun istifadə etdiyi torpaq sahəsinə gedən yolda Təqsirləndirilən şəxs tərəfindən mişar daşlarından hasar hörülmüş və darvaza qoyulmuşdur. Lakin Təqsirləndirilən şəxs həmin yerə, yəni darvaza qoyulan və hasar çəkilən yerə dair heç bir sənədi yoxdur. O, Ağsu-Muğanlı-Kalva yolunun sağ tərəfində Ağsu rayon Dilman kəndinin ərazisində 0,15 ha torpaq səhəsinin ətrafını çəpərləmiş və həmin ərazidə arı saxlamış, həmçinin bir neçə il bundan qabaq tövlə, ev və yardımçı tikililər tikmiş olsa da həmin torpaq sahəsi ilə bağlı heç bir icazə və yaxud sənədi yoxdur. 2021-ci ilin sentyabr-oktyabr aylarında Ağsu rayon Dilman bələdiyyəsinin mülkiyyətində olan, lakin onun istifadəsində olan torpaq sahəsindən 16 topa yemişan cinsli, 14 topa göyəm cinsli, diametri 4 sm-ə qədər olan 4 ədəd, diametri 5 sm-ə qədər olan 1 ədəd, ümumilikdə 5 ədəd qarağac cinsli, diametri 4 sm-ə qədər olan 3 ədəd alça cinsli, diametri 4 sm-ə qədər 3 ədəd, diametri 7 sm-ə qədər 1 ədəd, ümumilikdə 4 ədəd akasiya cinsli, diametri 4 sm-ə qədər 3 ədəd söyüd cinsli, 2 topa sumaq kolu, 2 topa qaratikan kolu, diametri 11 sm olan 1 ədəd, diametri 13 sm olan 1 ədəd, diametri 14 sm olan 2 ədəd, diametri 15 sm olan 1 ədəd, diametri 21 sm olan 3 ədəd, ümumilikdə 8 ədəd qovaq cinsli ağaclar Təqsirləndirilən şəxs göstərişi əsasında fəhlələr tərəfindən kəsilmişdir. O, qardaşı oğlanları Qalib Vəliyev və Şahid2 həmin ağac və kolların kəsilməsini görmüşlər. Təqsirləndirilən şəxs tərəfindən onun istifadəsində olan torpaq sahəsində təmizlik işlərinin aparılması, torpaq sahəsinin çəpərinin sökülməsi və torpaq sahəsində ağac və kolların kəsilməsi, bir gün deyil bir neçə gün ərzində baş vermişdir. O, Bakı şəhərində olan zaman qardaşı oğlanları Eldəniz və Qalib onunla əlaqə saxlayaraq Təqsirləndirilən şəxs özünün istifadəsində olan torpaq sahəsində iş gördürdüyünü, həmçinin onun istifadəsində olan torpaq sahəsində də təmizlik işləri apardığını bildirmişlər. O da Bakı şəhərindən Ağsu rayonuna öz istifadəsində olan torpaq sahəsinə gəlmişdir. O, öz istifadəsində olan torpaq sahəsində olan zaman da Təqsirləndirilən şəxs onun orada olmağına heç bir əhəmiyyət verməmiş və öz işlərini davam etdirmişdir. Hətta Təqsirləndirilən şəxs onun həmin ərazidən çıxmağını tələb etmiş və onu hədələmişdir. Orada işləyən fəhlələrdən Ağsu rayon Quzey kənd sakini Mirzə adlı şəxsi tanıyır. Onu da qeyd etmişdir ki, Mirzə həmin fəhlələrin iş görməsində rəhbər kimi çıxış etmişdir. Digər fəhlələr isə Seymur və tanımadığı bir nəfər şəxs olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində ibtidai istintaqda veridyi ifadəni təsdiq edərək göstərmişdir ki, Laçın rayonu Nurəddin kəndində qeydiyyatda olmaqla hal-hazırda Ağsu rayonu Dilman kəndi ərazisində ailəsilə birlikdə yaşayır. Təqsirləndirilən şəxsla heç bir ədavət və ya düşmənçiliyi yoxdur. Şahid1 onun əmisidir. Şahid1 Ağsu Muğanlı-Kalva yolunun sağ tərəfində Ağsu rayon Dilman kəndinin ərazisində uzun illərdir ki, arı saxlayır. Şahid1 həmin torpaq sahəsində uzun illər təsərrüfatla da məşğul olmuşdur. Həmin torpaq sahəsi təxminən 0,15 ha olar. Şahid1 həmin torpaq sahəsinin ətrafını kol-kosla çəpərləmiş və orada təsərrüfatla məşğul olan zaman bir ədəd tövlə, bir ədəd qalmaq üçün 2 otaqlı ev və yardımçı tikili tikmişdir. Həmin torpaq sahəsinin sağ tərəfində Ağsu rayon sakini Təqsirləndirilən şəxs faktiki sahibiliyində olan torpaq sahəsi vardır. Həmin torpaq sahəsi Sənan Zeynalovun mülkiyyətində olsa da həmin torpaq sahəsinə hal-hazırda nəzarəti və sahibliyi Təqsirləndirilən şəxs edir. X34 Federasiyasında işləyir və yaşayır. 2021-ci ilin sentyabr ayında dəqiq xatırlamadığı gündə o, qardaşı X24 və əmisi Şahid1 ilə birlikdə əmisi Şahid1 istifadəsində olan torpaq sahəsində olan zaman Təqsirləndirilən şəxs göstərişi ilə Şahid1 istifadəsində olan və Sehraman tərəfindən çəpərlənmiş torpaq sahəsində 3 nəfər şəxsin işlədiyini, əmisi Şahid1 çəpərlədiyi torpaq sahəsinin çəpərini sökdüklərini və həmin torpaq sahəsində olan ağacları və kolları kəsdiklərini görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs özünün istifadəsində olan torpaq sahəsində olmuşdur. Onlar orada işləyən fəhlələrə niyə görə ağac və kolları kəsdiklərini, əmisi Sehramanın istifadəsində olan torpaq sahəsinin çəpərini sökdüklərini bildirmişlər. Həmin fəhlələr isə onlara bu barədə Təqsirləndirilən şəxs göstəriş verdiyini bildirmişlər. Orada olan fəhlələr motomişarla ağacları və kolları kəsir, ağac və kolları kəsdikdən sonra daşıyıb torpaq sahəsinin kənarına yığırmışlar. Hətta əmisi Sehraman, Təqsirləndirilən şəxs niyə görə fəhlələrə bu cür göstəriş verdiyini, ağac və kolları kəsdirdiyini soruşmuşdur. Təqsirləndirilən şəxs isə həmin torpaq səhəsini aldığını bildirmişdir. Əmisi Şahid1, Təqsirləndirilən şəxs torpaq sahəsinin sənədini tələb etdikdə Təqsirləndirilən şəxs kobud cavab verərək onların həmin ərazidən çıxmağını istəmişdir. Həmçinin Təqsirləndirilən şəxs göstərişi ilə orada təmizlik işləri, yəni ağac və kolların kəsilməsi, oradan çıxarılması əmisi Şahid1 tərəfindən çəpərləmiş ərazinin çəpərinin sökülməsi bir gün deyil bir neçə gün ərzində baş vermişdir. Bundan sonra əmisi Şahid1 məcbur qalıb Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etmişdir. Onu da qeyd etmişdir ki, həm Təqsirləndirilən şəxs, həm də əmisi Sehramanın istifadə etdiyi torpaq sahəsinə gedən yolda Təqsirləndirilən şəxs tərəfindən mişar daşlarından hasar hörülmüş və darvaza qoyulmuşdur. Lakin Təqsirləndirilən şəxs həmin yerə, yəni darvaza qoyulan və hasar çəkilən yerə dair heç bir sənədi yoxdur. Ağsu-Muğanlı-Kalva yolunun sağ tərəfində Ağsu rayon Dilman kəndinin ərazisində əmisi Şahid1 0,15 ha torpaq səhəsinin ətrafının çəpərləmiş və həmin ərazidə arı saxlamışdır. Həmçinin bir neçə il bundan qabaq tövlə, ev və yardımçı tikililər tikmişdir. Lakin Şahid1 həmin torpaq sahəsi ilə bağlı heç bir icazəsi və yaxud sənədi yoxdur. 2021-ci ilin sentyabr-oktyabr aylarında Ağsu rayon Dilman bələdiyyəsinin mülkiyyətində olan, lakin əmisi Sehrman Əsədovun istifadəsinə olan torpaq sahəsindən 16 topa yemişan cinsli, 14 topa göyəm cinsli, diametri 4 sm-ə qədər olan 4 ədəd, diametri 5 sm-ə qədər olan 1 ədəd, ümumilikdə 5 ədəd qarağac cinsli, diametri 4 sm-ə qədər olan 3 ədəd alça cinsli, diametri 4 sm-ə qədər 3 ədəd, diametri 7 sm-ə qədər 1 ədəd, ümumilikdə 4 ədəd akasiya cinsli, diametri 4 sm-ə qədər 3 ədəd söyüd cinsli, 2 topa sumaq kolu, 2 topa qaratikan kolu, diametri 11 sm olan 1 ədəd, diametri 13 sm olan 1 ədəd, diametri 14 sm olan 2 ədəd, diametri 15 sm olan 1 ədəd, diametri 21 sm olan 3 ədəd, ümumilikdə 8 ədəd qovaq cinsli ağaclar Təqsirləndirilən şəxs göstərişi əsasında fəhlələr tərəfindən kəsilmişdir. O, qardaşı Qalib Vəliyev və əmisi Şahid1 həmin ağac və kolların kəsilməsini görmüşdür. O, həmin fəhlələrdən Ağsu rayon Quzey kənd sakini Mirzə adlı şəxsi tanıyır. Mirzə həmin fəhlələrin iş görməsində rəhbər kimi çıxış etmişdir. Digər fəhlələr isə Seymur və tanımadığı bir nəfər şəxs olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X24 Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərilən xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 ifadəsində ibtidai istintaqda veridyi ifadəni təsdiq edərək göstərmişdir ki, o, 2015-ci ildən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı ərazi Şöbəsinin məsləhətçisi vəzifəsində işləyir. Xidməti ərazisinə Ağsu şəhəri və Ağsu rayonun bütün kəndləri aiddir. 18 fevral 2022-ci il tarixdə Ağsu rayon prokurorluğunda aparılan araşdırma ilə əlaqədar Ağsu rayonu Dilman kəndi ərazisində yerləşən, Muğanlı-Kalva avtomobil yolunun sağ tərəfindəki torpaq sahəsinə keçirilən baxışda o, da iştirak etmiş və ağacların kəsildiyi torpaq sahəsinin koordinatlarını yoxlayaraq, torpaq sahəsinin Dilman bələdiyyəsinin mülkiyyətinə aid olmasını, torpaq sahəsinə dair hər hansı şəxslə müqavilə bağlanmamasını, torpaq sahəsinin hər hansı şəxsin istifadəsində olmamasını müəyyən etmişdir. Bildirir ki, həmin torpaq sahəsinə qonşu yerləşən torpaq sahəsi, çıxarış əsasında Sənan Zeynalovun mülkiyyətindədir. Sonradan o, Dilman bələdiyyəsinin müraciəti əsasında, sözü gedən torpaq sahəsinə baxış keçirən zaman torpaq sahəsində, həmçinin qanunsuz hasarlama işləri aparılmasını da müəyyən edərək, bu barədə akt tərtib etməklə həmin aktı Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim etmişdir. X19 ifadəsini davam etdirərək göstərmişdir ki, Ağsu rayonu Dilman kəndi ərazisində olan Dilman bələdiyyəsinə məxsus torpaq sahəsində 3729 kv.metr ərazidə ağac və kolların kəsilməsi müəyyən edilmişdir. Qeyd edilən torpaq sahəsinə onunda iştirakı ilə baxış keçirilmiş, torpaq sahəsinin koordinatları mobil telefonundakı xüsusi proqram vasitəsilə müəyyən edilmişdir. Həmin torpaq sahəsinə o, əvvəllər də baxış keçirmişdir. Torpaq sahəsinin koordinatlarını bələdiyyə xəritələrinə əsasən yoxlamışdır. Həmin torpaq sahəsi Dilman bələdiyyəsinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş torpaq sahələridir. Ağsu rayonu Dilman kəndi ərazisində olan Dilman bələdiyyəsinə məxsus torpaq sahəsində hasarlama işləri Ağsu rayon Dilman bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs deməsinə görə Təqsirləndirilən şəxs adlı şəxs tərəfindən aparılmışdır. Buna görə də o, tərtib etdiyi aktda hasarlama işlərinin Təqsirləndirilən şəxs tərəfindən aparıldığını göstərmişdir. 2021-ci ilin yay aylarında Təqsirləndirilən şəxs göstərişi əsasında mişar daşlarından hasar inşa edilmiş və darvaza qoyulmuş ərazi Dilman Bələdiyyəsinin mülkiyyətindədir. Həmçinin 2021-ci ilin sentyabr– oktyabr aylarında Təqsirləndirilən şəxs göstərişi əsasında ağac və kolların kəsildiyi ərazi də Şahid1 qanunsuz istifadəsində olmaqla Dilman Bələdiyyəsinin mülkiyyətindədir. Hər iki ərazi kənd təsərrüfat təyinatlı örüş torpaq sahələridir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, o, halhazırda Ağsu rayonu Quzey kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs tanıyır. Həmin şəxslə onun heç bir ədavət və ya düşmənçiliyi yoxdur. Ağsu rayonu Dilman kəndi ərazisində Muğanlı-Kalva avtomobil yolunun 6-cı km-də yolun sağ tərəfində X14 mülkiyyətində 2,88 ha torpaq sahəsi vardır. Hal-hazırda həmin torpaq sahəsi Sənan Zeynalovun qardaşı Təqsirləndirilən şəxs faktiki sahibliyindədir. X34 Federasiyasında işləyir və yaşayır. Onunla Təqsirləndirilən şəxs arasında olan şifahi razılaşmaya əsasən həmin yerə arabir nəzarət edir və həmin ərazinin qarovulunu çəkir. Həmçinin həmin ərazidə iş görülən zaman Təqsirləndirilən şəxs göstərişi əsasında o, müəyyən işləri görür və bunun müqabilində Təqsirləndirilən şəxs onun əmək haqqını verir. Həmin ərazinin kənarında Dilman bələdiyyəsinə məxsus olan 0,15 ha torpaq sahəsi vardır ki, Şahid1 orada özünə ev, tövlə və köməkçi tikililər tikərək, torpaq sahəsinin ətrafını kol-kosla çəpərləyərək həmin torpaq sahəsində arı saxlayır. Təqsirləndirilən şəxs 2021-ci ilin yay aylarında Şahid1 həmin ərazidə olan arı yeşiklərini oradan götürməyini və ərazidən çıxmağını bildirmişdir. Lakin Şahid1 həmin torpaq sahəsinin özünə məxsus olduğunu bildirərək torpaq sahəsindən çıxmayacağını demişdir. 2021-ci ilin sentyabr ayında dəqiq xatırlamadığı gündə Təqsirləndirilən şəxs ona göstəriş verərək Şahid1 çəpərləyərək arı saxladığı torpaq sahəsinin çəpərini sökməyini və orada təmizlik işləri aparmağını bildirmişdir. O da kömək üçün Ağsu şəhər sakinləri Seymur və Cavanşir adlı şəxslərə zəng edib təmizlik işləri apardığını və ona köməklik göstərmələrini bildirmişdir. Onlar da pul müqabilində gəlib işləyəcəklərini demişlər. Sonra Cavanşir və Seymur həmin əraziyə gəlmişlər. Bundan sonra o, Cavanşir və Seymur həmin ərazidə Təqsirləndirilən şəxs göstərişi əsasında təmizlik işləri aparmağa başlamışlar. Onlar Şahid1 ərazinin ətrafına çəkdiyi çəpəri sökmüş sonra isə orada olan kol-kosları və ağacları kəsib ərazidən kənara çıxarmışlar. Lakin onlar Şahid1 məxsus arı yeşiklərinə dəyməmişlər. Həmin vaxt Sehrman Əsədov onların həmin ərazidə təmizlik işləri apardığını görürmüş. Hətta onlar Şahid1 təklif etmişlər ki, arı yeşiklərinin daşınmasında köməklik göstərə bilərlər. Lakin Şahid1 onlarla razılaşmamış, onlar da arı yeşiklərinə dəyməmiş və həmin ərazidən çıxıb getmişdir. Onlar həmin ərazidə işlərini görüb qurtardıqdan sonra çıxıb getmişlər. Əlavə olaraq bildirmişdir ki, onlar yalnız Vüsalın həyətində işləmişlər, Vüsal onlara yalnız ərazini təmizləməyi demişdir, çəpər çör-çöpdən ibarət imiş, orada kol-kos təmizləmişlər, ağac kəsməmişlər. Kol-kosu təmizləyən zaman motomişardan istifadə etmişdir. O, həmin ərazinin X18 mülkiyyətində olduğunu bilməmişdir. O, elə bilirmiş ki, həmin ərazi Təqsirləndirilən şəxs X30un mülkiyyətindədir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. O, ayrı ayrı şəxslərin sifarişi əsasında gündəlik işləyir və buna görə əməkhaqqı alır. Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxsla heç bir ədavət və ya düşmənçiliyi yoxdur. 2021-ci ilin sentyabr ayında tanışı Ağsu şəhər sakini Seymur adlı şəxs ona zəng edərək Ağsu rayon Dilman kəndi ərazisində Təqsirləndirilən şəxs məxsus yer olduğunu və həmin ərazidə təmizlik işləri görmək lazım olduğunu bildirmişdir. Sonra onlar 2021-ci ilin sentyabr ayında dəqiq xatırlamadığı gündə Seymurla birlikdə həmin yerə getmişlər. Təqsirləndirilən şəxs onlara göstəriş verərək arı saxlanılan torpaq sahəsində təmizlik işləri aparmağı bildirmişdir. Bundan sonra o, Mirzə və Seymur həmin ərazidə Təqsirləndirilən şəxs göstərişi əsasında təmizlik işləri aparmağa başlamışlar. Onlar həmin ərazidə olan kol-kosları və ağacları kəsib ərazidən kənara çıxarmışlar. Lakin orada olan arı yeşiklərinə dəyməmişlər. Onlar həmin ərazidə işlərini görüb qurtardıqdan sonra çıxıb getmişlər. O, həmin ərazidə bir gün deyil təxminən 20 gün işləmişdir. Həmin 20 gün müddətində orada yəni Təqsirləndirilən şəxs göstərdiyi ərazidə təmizlik işləri aparmışlar. Bunun müqabilində də Təqsirləndirilən şəxs onun əmək haqqısını vermişdir. Həmin ərazidə o, Seymur və Mirzə, Təqsirləndirilən şəxs göstərişi əsasında təmizlik işləri aparmışlar, həmin ərazidə olan ağac və kolları onlar kəsmişlər. Orada böyük ağaclar kəsməmişlər, quru ağaclar var imiş, böyürtikan kollarının hündürlüyü təxminən 1,5 metr olarmış. Həmin ərazidə ağacları və kolları o, Seymur və Mirzə birlikdə kəsib daşıyıb ərazidən kənara çıxarmışlar. O, həmin ərazinin X18 mülkiyyətində olduğunu bilməmişdir. O, elə bilmişdir ki, həmin ərazi Təqsirləndirilən şəxs məxsusdur. Qonşu ilə sərhəddə olan çəpəri sökmüşlər, Qonşunun həyətində heç bir iş görməmişlər. Vüsal onlara yalnız həmin ərazini təmizləməyi göstəriş vermişdi. Oradakı ferma ilə Vüsalın həyətinin ara məsafəsi təxminən 2-3 metr olarmış, orada böyük ağaclar kəsməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 şahid X8 ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərilən xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində ibtidai istintaqda veridyi ifadəni təsdiq edərək göstərmişdir ki, 2017-ci ildən 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində məsləhətçi-müfəttiş vəzifəsində işləyir. Şahid1 Ağsu rayonu Dilman kəndi ərazisindən ağacların kəsilməsi barədə müraciəti əsasında 07 oktyabr 2021-ci il tarixdə həmin əraziyə tərəfindən baxış keçirilmiş, baxış zamanı 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin mühafizə yegerləri Babək Hacalıyev və Fəxrəddin Hümbətov, eləcə də Şahid1 da iştirak etmişlər. Bundan başqa, baxış keçirilən yerə Ağsu rayon Dilman bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs da dəvət olunmuş, baxış keçirilən zaman Şahid1 göstərdiyi ərazidə 16 topa yemişan cinsli, 14 topa göyəm cinsli, diametri 4 sm-ə qədər olan 4 ədəd, diametri 5 sm-ə qədər olan 1 ədəd, ümumilikdə 5 ədəd qarağac cinsli, diametri 4 sm-ə qədər olan 3 ədəd alça cinsli, diametri 4 sm-ə qədər 3 ədəd, diametri 7 sm-ə qədər 1 ədəd, ümumilikdə 4 ədəd akasiya cinsli, diametri 4 sm-ə qədər 3 ədəd söyüd cinsli, 2 topa sumaq kolu, 2 topa qaratikan kolu, diametri 11 sm olan 1 ədəd, diametri 13 sm olan 1 ədəd, diametri 14 sm olan 2 ədəd, diametri 15 sm olan 1 ədəd, diametri 21 sm olan 3 ədəd, ümumilikdə 8 ədəd qovaq cinsli ağaclar kəsilməsi müəyyən edilmiş və bununla bağlı tərəfindən 71224 nömrəli akt tərtib edilmişdir. Baxış zamanı Şahid1 ərazidən ağacların Təqsirləndirilən şəxs adlı şəxs tərəfindən kəsdirildiyini bildirmiş, bələdiyyə sədri Zərərçəkmiş şəxs isə ağacların Təqsirləndirilən şəxs X30 tərəfindən kəsdirildiyini qeyd etmişdir. Zərərçəkmiş şəxs ərazinin bələdiyyə mülkiyyətində olub-olmamasını bilmədiyini, həmin ərazinin Sənan Zeynalov tərəfindən istifadə edildiyini bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əraziyə qonşu olan digər torpaq sahəsində olmuş və ağacların tərəfindən kəsdirilmədiyini, Şahid1la arasında olan ədavət səbəbindən sonuncunun böhtan atdığını bildirmişdir. Odur ki, toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsindən ötrü xx.xx.2021-ci il tarixli, 107 nömrəli məktubla Ağsu rayon polis şöbəsinə göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 şahid X4 ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərilən xüsusatları bir daha təsdiq etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövllət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş **********73-12301 nömrəli çıxarışdan görünür ki, Ağsu rayonu, Kalva kəndi, Muğanlı-Kalva yolunun şərq hissəsindəki ümumi sahəsi 714,7 kv/m olan əmlak kompleksi X14 xüsusi mülkiyyətindədir, bələdiyyə mülkiyyəti olan 0,081040 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi isə istifadəsindədir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 5953 saylı İnventar və **********73-12301 Reyestr nömrəli Texniki Pasportdan görünür ki, həmin Texniki Pasport xx.xx.2021-ci il tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş və X14 faktiki istifadəsinə 2,88 ha torpaq sahəsi verilmişdir. Obyektin koordinatları X20 tərəfindən tərtib edilmiş X25 tərəfindən yoxlanılmışdır. - “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, əməldə cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilmişdir. Əsas kimidə xüsusi mülkiyyətdə olan ərazidə abadlıq işi aparılarkən quru ot, kol-kosun kəsilməsi ilə bağlı Təqsirləndirilən şəxs əməlində CM-nin 259-cu maddəsinin tərkibi yaranmamasıdır. - “Cinayət işi başlanmasının rədd edilməsinə dair qərarın ləğv olunması haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərar ləğv edilmişdir. - “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, əməldə cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilmişdir. - “Cinayət işi başlanmasının rədd edilməsinə dair qərarın ləğv olunması haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərar ləğv edilmişdir. - “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Ağsu rayonu Dilman kəndi ərazisində, Muğanlı-Kalva avtomobil yolunun 6-cı km-də yolun sağ tərəfindəki torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, avtomobil yolundan torpaq sahəsinin giriş hissəsinə gedən yolun ətrafı mişar daşları ilə hasarlanmış, girişə dəmir darvaza qoyulmuşdur. Baxışda iştirak edən Şahid1 darvazadan içəri daxil olub sol tərəfdəki torpaq sahəsini göstərərək, həmin ərazinin Dilman bələdiyyəsinin mülkiyyətinə aid olduğunu, uzun müddət həmin torpaq sahəsindən istifadə edərək orada arıçılıqla məşğul olduğunu, lakin Təqsirləndirilən şəxs torpaq sahəsini ələ keçirərək orada ağacları kəsdirdiyini bildirmişdir. Şahid1 darvazadan daxil olduqda sağ tərəfdəki torpaq sahəsini göstərərək, həmin torpaq sahəsinin Dilman bələdiyyəsi tərəfindən Təqsirləndirilən şəxs qardaşının mülkiyyətinə verildiyini, lakin Təqsirləndirilən şəxs onun istifadə etdiyi torpaq sahəsinə də haqq iddia etdiyini bildirmişdir. Darvazadan içəri daxil olduqda sol tərəfdə yerləşən torpaq sahəsinə baxış keçirilən zaman torpaq sahəsində iki ədəd mişar daşlarından inşa edilmiş tikili olması, ərazidə olan ağacların bir qisminin kəsilməsi müəyyən edilmişdir. Belə ki, ümumilikdə torpaq sahəsində 16 topa yemişan cinsli, 14 topa göyəm cinsli, diametri 4 sm-ə qədər olan 4 ədəd, diametri 5 sm-ə qədər olan 1 ədəd, ümumilkdə 5 ədəd qarağac cinsli, diametri 4 sm-ə qədər olan 3 ədəd alça cinsli, diametri 4 sm-ə qədər 3 ədəd, diametri 7 sm-ə qədər 1 ədəd, ümumilikdə 4 ədəd akasiya cinsli, diametri 4 sm-ə qədər 3 ədəd söyüd cinsli, 2 topa sumaq kolu, 2 topa qaratikan kolu, diametri 11 sm olan 1 ədəd, diametri 13 sm olan 1 ədəd, diametri 14 sm olan 2 ədəd, diametri 15 sm olan 1 ədəd, diametri 21 sm olan 3 ədəd, ümumilikdə 8 ədəd qovaq cinsli ağaclar kəsilmiş, həmin ağac və kolların kökləri qalmışdır. Baxışda iştirak edən Qoşqar Hacıyev torpaq sahəsinə 2021-ci ilin oktyabr ayında baxış keçirərək akt tərtib etdiyini, həmin aktı aidiyyəti üzrə Ağsu rayon polis şöbəsinə göndərdiyini bildirmişdir. Bundan sonra, baxış iştirakçısı Vüqar Əsgərovla birlikdə torpaq sahəsinin kənarları gəzilərək, sonuncu tərəfindən torpaq sahəsinin koordinatları xüsusi proqramdan istifadə edilməklə, müəyyən edilmişdir. Müəyyən edilmişdir ki, ağac və kolların kəsildiyi torpaq sahəsinin ümumi sahəsi 3729 kv. metr təşkil edir. Baxışda iştirak edən Dilman bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs bildirmişdir ki, baxış keçirilən torpaq sahəsi bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Lakin qeyd edilən torpaq sahəsinə dair bələdiyyə ilə hər hansı şəxs arasında icarə müqaviləsi bağlanmamışdır. Qeyd edilən torpaq sahəsində ağac və kollar, onun bildiyinə görə, Təqsirləndirilən şəxs adlı şəxs tərəfindən kəsilmişdir. Bu barədə protokol tərtib olunmuş və fotoşəkillər çəkilərək cinayət işi materiallarına əlavə edilmişdir. - “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Ağsu rayonu Dilman bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən qanunsuz ağacların kəsilməsi və həmin torpaq sahəsində özbaşına hasarlama işləri aparılması xüsusatları üzrə bələdiyyə sədri Zərərçəkmiş şəxs əməlində cinayət tərkibi olmadığından, barəsində cinayət işi başlanması rədd edilməsi, Ağsu rayon Dilman bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində mişar daşlarından hasar inşa edilməklə, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama və qeyd edilən torpaq sahəsindən ağac və kolların kəsilməsi nəticəsində təbiətə xeyli miqdarda ziyan vurulması faktı üzrə CM-nin 188.1 və 259.1-ci maddələri ilə cinayət işi başlanması məsələsinə baxılmasından ötrü toplanmış material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirilən prokurora təqdim edilməsi, Ağsu rayon Dilman bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs barəsində İXM-nin 253-1.1.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmasından ötrü ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror qarşısında vəsasin qaldırılması qərara alınmışdır. - Cinayət işinin başlanması haqqında 15 aprel 2022-ci il tarixli qərardan görünür ki, Ağsu rayon Dilman bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində ağac və kolların kəsilməsi nəticəsində təbiətə xeyli miqdarda ziyan vurulması və həmin torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan özbaşına hasarlama faktı üzrə CM-nin 188.1 və 259.1-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdir. - Cinayət işinin icraata qəbul edilməsi haqqında 27 aprel 2023-cü il tarixli qərardan görünür ki, CM-nin 188.1 və 259.1-ci maddələri ilə başlanılmış ********** nömrəli cinayət işi Ağsu rayon PŞ-nin İQ-nin müstəntiqi tərəfindən icraata qəbul edilmiş və istintaq davam etdirilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 15 mart 2022-ci il tarixli, **********64 saylı məktubundan görnür ki, Ağsu rayon Dilman bələdiyyəsinin ərazisində ona məxsus kiçikölçülü evin və tövlənin yerləşdiyi, həmçinin arıçılıq təsərrüfatı ilə məşğul olduğu torpaq sahəsinə gediş-gəliş yolunun Təqsirləndirilən şəxs tərəfindən daş hasarla bağlanması, eləcə də istifadəsində olan həmin ərazinin icarəsinə verilməsinə bələdiyyə sədri tərəfindən maneələrin yaradılması barədə vətəndaş Şahid1 Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsindən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə daxil olmuş müraciəti Xidmətin Şamaxı ərazi şöbəsinin işçiləri tərəfindən monitorinq aparılmışdır. Monitorinq zamanı Təqsirləndirilən şəxs tərəfindən X30un müvafiq çıxarışa əsasən istifadəsində olan 2,88 hektar torpaq sahəsindən əlavə bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı örüş sahəsində 60 metr uzunluğunda mişar daşından ibarət hasar çəkildiyi və metal darvaza qoyulduğu müəyyən edilmiş, beləliklə də Şahid1 istifadəsində olan əraziyə gediş-gəliş yolunun bağlanması faktı öz təsdiqini tapmışdır. Bundan başqa araşdırma zamanı şikayətçi Şahid1 məxsus ev və tövlənin yerləşdiyi, həmçinin arıçılıq təsərrüfatı ilə məşğul olduğu torpaq sahəsinin də bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı örüş sahəsi olduğu məlum olmuşdur. Beləliklə Təqsirləndirilən şəxs hasara çəkilmiş torpaq sahəsinə (X:290152.62, Y:4508172.79) və Şahid1 isə istifadəsi olan əraziyə (X:290206.00, Y:4508207.26) dair qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadığı müəyyən edilmişdir ki, bu da CMnin 188-ci madəsinin tələblərinə uyğun gəlir. Göstərilənləri, eləcə də “Torpaqdan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında Əsasnamə”nin 9.5-ci yarımbəndini nəzərə alaraq, qeyd edilən torpaq sahələrinin özbaşına tutulması (zəbt edilməsi), həmçinin qanunvericilikdə nəzərdə tutulmayan qaydada aparılmış işlərin qarşısının alınması məqsədilə həmin şəxslər barəsində CM-nin müvafiq maddələri ilə tədbirlərin görülməsini və nəticəsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə məlumat verilməsi xahiş olunmuşdur. - Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı ərazi şöbəsinin Torpaq idarə edilməsi və istifadəsinə nəzarət sektorunun məsləhətçisi X10, Ağsu rayon Dilman bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs və Bakı şəhər sakini Şahid1 iştirakı ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli Aktdan görünür ki, xx.xx.2022-ci il tarixdə (DƏQKİS: **********) Göyçay Regional Ədliyyə İdarəsinin Bakı şəhər sakini Şahid1 ərizəssinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanladığı müraciəti ilə əlaqədar Ağsu rayon Dilman bələdiyyəsi ərazisinə baxış keçirilmiş və araşdırma aparılmışdır. Baxış zamanı bələdiyyə ərazisində tikinti (əsaslı tikinti vasitəsi ilə hasarlama) işlərinin aparılması faktı aşkarlanmışdır. Məlum olmuşdur ki, bələdiyyə ərazisində 60 metr uzunluğunda hasar tikilərək və metal konstruksiyalı darvaza qoyularaq Şahid1 məxsus tikililərə gedən yoldan istifadə məhdudlaşdırılmışdır. Bələdiyyə sədrinin verdiyi məlumatlara əsasən müəyyən edilmişdir ki, hasarlama işləri Təqsirləndirilən şəxs tərəfindən aparılmışdır. Təqsirləndirilən şəxs ərazidən (X:290152.62, Y:4508172.79) istifadəyə dair hüquq müəyyənedici sənədlər tələb edildikdə, o X14 (qardaşı) istifadəsində olan Əmlak kompleksi kimi müəssisəyə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlkaın Dövlət reyestrindən **********73-12301 nömrəli çıxarış təqdim etmişdir. Çıxarışda istifadədə olan torpaq sahəsi 0,081 ha kimi qeyd edilsə də, Əmlak kompleksi kimi müəssisəyə dair texniki pasportda ümumi sahə kimi 2,88 ha göstərilmişdir. Baza məlumatlarında aparaılmış araşdırma zamanı sözü gedən tikinti işləri aparılan ərazinin təqdim olunmuş sənədlərdə qeyd edilən torpaq sahəsinin sərhədləri xaricində yerləşdiyi və həmin ərazinin Ağsu rayon Dilman bələdiyyəsinə məxsus kənd təsərrüfat təyinatlı örüş torpaq sahəsi olduğu müəyyənləşdirilmişdir. Həmçinin şikayətçi Şahid1 istifadə etdiyi əraziyə vizual baxış zamanı fərdi yaşayış evi (təxminən 9m*6m ölçüdə) və tövlə (təxminən 6m*7m ölçüdə) mövcud olduğu, əlavə olaraq arıçılıq təsərrüfatı üçün arı yeşiklərinin yerləşdiyi faktı öz təsdiqini tapmışdır. Şahid1 ərazidən istifadəyə dair hər hansı hüquq müəyyənedici sənəd tələb edilsə də o, heç bir sənəd təqdim etməmişdir. TEKİUS proqramı vasitəsi ilə kameral araşdırma zamanı həmin ərazinin Ağsu rayon Dilman bələdiyyəsinə məxsus kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi olduğu məlum olmuşdur (X:290206.00, Y:4508207.26). Qeyd olunan qanun pozuntusu halları CM-nin müvafiq maddəsinə (188-ci maddə) əsasən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına zəbtetmə xarakteri daşıdığı bələdiyyə ilə birlikdə baxış zamanı öz təsdiqini tapmışdır. Ərazinin koordinatları (X:290154.64, Y:4508007.39), əldə olunmuş sənədlər, fotoşəkillər və ortofoto görüntü akta əlavə olunmuşdur. - Zərər çəkmiş şəxs kimi tanıma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Ağsu rayon Dilman bələdiyyəsi ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs kimi tanınmışdır. - Zərər çəkmiş şəxsin nümayəndəsi kimi tanıma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Ağsu rayon Dilman bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs zərər çəkmiş şəxsin nümayəndəsi kimi tanınmışdır. - Cinayət işi üzrə əməlin tövsif edilməsi barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta görə CM-nin 188.1 və 259.1-ci maddələri ilə başlanmış ********* nömrəli cinayət işi üzrə əməl həmin məcəllənin 188.2 və 259.1-ci maddələrinə tövsif edilmişdir. - Cinayət işi üzrə əməlin tövsif edilməsi barədə 29 avqust 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl CM-nin 259.1 və 188.3-cü maddələrinə tövsif edilmişdir. - Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 29 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 259.1 və 188.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə ittiham elan edilmişdir. - Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında 29 avqust 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Ş.T.Quliyev adına “Ağsu Rayon Mərkəzi Xəstəxsanası” X31 28 iyun 2022-ci il tarixli, 832 saylı məktubundan görünür ki, Ağsu rayonu, Kalva kəndində anadan olmuş, ünvan 6 ünvanında qeydiyyatda olmaqla Ağsu şəhəri, T.İsmayılov küçəsi ev 28-də yaşayan Təqsirləndirilən şəxs ruhi-əsəb və narkomaniya xəstəlikləri ilə əlaqədar Ağsu Rayon Mərkəzi Xəstəxsanası PHŞ-nə müraciət etməmiş dispanser qeydiyyata götürülməmişdir. - Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 29 avqust 2022-ci il tarixdə CM-nin 259.1 və 188.3-cü maddələri ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs Dilman bələdiyyəsinin mülkiyyətində olmaqla Şahid1 qanunsuz istifadə etdiyi ərazidən ağacların və kolların kəsilməsindən məlumatsız olması, ağac və kolların kəsilməsi üçün heç kimə göstəriş verməməsi, sadəcə həm özünün istifadəsində olan, həmdə Şahid1 istifadəsində olan torpaq sahəsində təmizlik işləri aparılması üçün işlətdiyi fəhlələrə göstəriş verməsi barədə göstərdiyi xüsusatlar iş materialları ilə təkzib olunduğundan özünün müdafiəsinə gətirdiyi dəlil kimi qiymətləndirilməklə, sübut kimi qəbul olunmadan rədd edilmiş, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin işçiləri tərəfindən tərtib olunmuş 11 oktyabr 2021-ci il tarixli akt, 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər iİdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 45/94 nömrəli məktub, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Şamaxı ərazi şöbəsinin məsləhətçisi Vüqar Əsgərovun, Ağsu rayon Dilman bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs və Şahid1nn iştirakı ilə tərtib edilmiş 02 mart 2022-ci il tarixli akt, İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/964 saylı rəyi, zərərçəkmiş və şahidlərin ifadələri sübut növü kimi qiymətləndirilmiş, Şahid1 əməllərinə qiymət verilməsindən ötrü cinayət işindən material ayrılmış, X12, X16 və X5 barələrində CM-nin 259-cu maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş 03 fevral 2023-cü il tarixli **********46 saylı mütəxəssis rəyinin və yerquruluşu planının verilməsi barədə məktub və ona əlavə edilmiş mütəxəssis rəyi və yerquruluşu planından görünür ki, Ağsu rayon Dilman Bələdiyyəsi ərazisində (Muğanlı-Kalva yolunun şərq tərəfində) yerləşən vətəndaş X14 xüsusi mülkiyyətində olan (mal ferması) əmlak kompleksinə işlənmiş **********73-12301 nömrəli texniki pasportda göstərilən və istifadəsində olan 2,88 ha torpaq sahəsinin şərti sərhədlərinin koordinatları və naturada faktiki istifadə vəziyyəti müəyyən edilmişdir. X17 **********73-12301 nömrəli texniki pasport işlənən zaman Ağsu çayının 50 metr qorunma zolağı və avtomobil yolunun 12 metr qorunma zolağı nəzərə alınmamışdır. Belə ki, texniki pasprtda göstərilən şərti sərhədlərin koordinatlarına əsasən vətəndaşın istifadəsində olan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin 1,66 ha hissəsi elektron uçot məlumat bazasına əsasən çəkilmiş Ağsu çayına və çayın sərhəddindən olan 50 metrlik qorunma zolağına və 0,04 ha hissəsi mövcud avtomobil yolunun 12 metrlik qorunma zolağına düşür. Təqsirləndirilən şəxs naturada göstərdiyi və istifadə etdikləri torpaq sahəsi 3,72 hektar təşkil edir və bunun da 1,66 ha hissəsi elektron uçot məlumat bazasına əsasən çəkilmiş Ağsu çayına və çayın sərhəddindən olan 50 metrlik qorunma zolağına düşür. Mübahisəli torpaq sahəsinin faktiki istifadə vəziyyətinə naturada baxış keçirilərək ölçü işləri aparılmış və kameral şəraitdə araşdırılmışdır. Torpaq sahəsinin yerləşdiyi ərazinin xəritə materialları və elektron baza məlumatları aparılmış çöl ölçü işlərinin nəticəsi ilə araşdırılaraq yerqurluşu planı tərtib edilmişdir və həmin planda sənəd üzrə olan torpaq sahəsi, faktiki istifadə vəziyyəti, Ağsu çayının elektron uçot məlumat bazasına əsasən olan sərhəddinin 50 metr qorunma zolağı və avtomobil yolunun 12 metr qorunma zolağının coğrafi yerləşmə mövqeləri öz əksini tapmışdır. Ağsu rayonun Dilman bələdiyyəsinin torpaqlarında inşa edilmiş mişar daşından olan dirəklərin və dəmir tordan quraşdırılmış darvaza texniki pasortda göstərilən şərti sərhədlərin koordinatları daxilində olan 2,88 ha torpaq sahəsinə düşmür. Lakin Ağsu rayonu Dilman bələdiyyəsinin torpaqlarında inşa edilməsi iddia edilən mişar daşından olan dirəklər (tumba) və dəmir tordan quraşdırılmış darvaza vətəndaş Təqsirləndirilən şəxs naturada faktiki istifadə etdiyi Dilman bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsində yerləşir. Təqsirləndirilən şəxs naturada istifadə etdiyi Dilman bələdiyyəsinin mülkiyyətinə aid olan 3,72 ha torpaq sahəsindən elektron uçot məlumat bazasına əsasən çəkilmiş Ağsu çayına düşən hissəsini və çayın sərhəddindən olan qorunma zolağını, avtomobil yolunun qorunma zolağını nəzərə aldıqda 1,57 ha torpaq sahəsi təşkil edir. Əlavə olaraq bildirilmişdir ki, şərti sərhədlər daxilində olan 2,88 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər mövcud deyil. Torpaq sahəsi Dilman bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsidir. Naturada aparılmış çöl-ölçmə işləri və kameral araşdırma nəticəsində tərtib olunmuş yerquruluşu planı əlavə edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 5953 saylı İnventar və **********73-12301 Reyestr nömrəli Texniki Pasportdan görünür ki, Texniki Pasport xx.xx.2023-cü il tarixdə tərtib olunmuş və X14 faktiki istifadəsinə 2,6 ha torpaq sahəsi verilmişdir. Obyektin koordinatları X20 tərəfindən tərtib edilmiş X22 tərəfindən yoxlanılmışdır. Pasportun tərtib edilməsi üçün əsaslar: 1. Hüquqların Dövllət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron çıxarış. Reyestr nömrəsi **********73-12301. Qeydiyyat nömrəsi **********. xx.xx.2020-ci il. 2. DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 5953 saylı İnventar nömrəli, xx.xx.2021-ci il tarixli texniki pasport. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli **********34 nömrəli məktubdan görünür ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin arxiv məlumatlarına əsasən bildirilir ki, Ağsu rayonunun Xatman kəndli fermer təsərrüfatının yerli aqrar islahat komissiyasının 25 dekabr 2005-ci il tarixli protokoluna əsasən təsərrüfatın balansında olan 1969-cu ildə tikilmiş mal ferması X1. 01 aprel 2003-cü il tarixdə həmin qeyri-yaşayış binası F.Fərhadovun adına qeydiyyata alınmış və ona 02 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Həmçinin həmin əmlaka mart 2003-cü il tarixdə texniki pasport tərtib olunmuşdur. Həmin texniki pasportda fermanın tikintialtı sahəsi 810 kv.metr, yerləşdiyi ərazisi 2,88 ha qeyd olunmuşdur. Sözügedən texniki pasportda mübahisəli hasar öz əksini tapmamışdır. Sonradan xx.xx.2020-ci il tarixdə sözügedən əmlak Qobustan rayon notariat ofisində bağlanmış 4ə-65 nömrəli alqı-satqı müqaviləsinə əsasən X3. Əmlak xx.xx.2020-ci il tarixdə X14 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan zaman əmlak kompleksinin tikililərinin yerləşdiyi 810,4 kv.metr kənd təsərrüfatı təyinatlı torpaq sahəsi istifadə hüququ əsasında bələdiyyə mülkiyyəti kimi qeyd olunmuşdur. Əmlakın texiniki pasportunda (xx.xx.2021-ci il tarixə tərtib olunmuş) əmlak kompleksinin yerləşdiyi ərazi keçmiş Ağsu rayonlararası TİBMHQ İdarəsi tərəfindən 2003-cü il tarixdə tərtib olunmuş texniki pasporta istinad olunaraq 2,88 ha ölçüdə qeyd olunmuşdur. 2003-cü ilə tərtib olunmuş texniki pasportda hasar qeyd olunmadığıma görə xx.xx.2021-ci il tarixdə tərtib olunmuş texniki pasportda həmin hasar qeyd olunmamışdır. Bundan başqa bildirilir ki, həmin əraziyə Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı Ərazi Şöbəsi tərəfindən baxış keçirilən zaman Təqsirləndirilən şəxs hasar çəkilmiş torpaq sahəsinə (X:290152.62, Y:4508172.79) mülkiyyət, istifadə və ya icarə hüququ olmadığından xx.xx.2022-ci il tarixli **********1 nömrəli məktubla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət ünvanlanmışdır. X14 əmlak kompleksinin texniki pasportunda cari dəyişikliyin edilməsi barədə xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən Ərazi İdarəsinin mühəndisləri tərəfindən və bələdiyyənin nümayəndəsinin iştirakı ilə yenidən ölçü işləri aparılmış, sel sularının nəticəsində Ağsu çayının məcrasının dəyişdiyini nəzərə almaqla və Ağsu çayının qoruma zonası çıxılmaqla faktı istifadəsində olan torpaq sahəsi bir daha dəqiqləşdirilmiş və aktlaşdırılaraq xx.xx.2023-cü il tarixdə yeni tərtib olunmuş texniki pasportda torpaq sahəsinin ölçüsü 2,5189 ha ölçüdə qeyd olunmuşdur. Təqsirləndirilən şəxs tərəfindən çəkilmiş hasar faktiki yerində aşkar edildiyindən, həmin hasar yeni tərtib olunmuş texniki pasporta əlavə edilmişdir. Lakin alqı-satqı müqaviləsi əsasında tərtib olunmuş texniki pasport 2003-cü ildə tərtib olunmuş texniki pasporta əsasən çəkildiyi üçün və həmin texniki pasportda mübahisəli hasar əks olunmadığına görə xx.xx.2021-ci il tarixdə tərtib olunmuş texniki pasportda da qeyd olunmamışdır. Hasarın və digər tikililərin tikintialtı sahəsi bələdiyyə mülkiyyəti olmaqla X14 faktiki istifadəsindədir. Məlumat üçün bildirilir ki, əmlak kompleksinin yerləşdiyi ərazi (2,5189 ha) bütövlüklə, o cümlədən tikintialtı sahələri, bələdiyyə mülkiyyətinə aiddir. - Ağsu rayonu Dilman Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 33 nömrəli məktubundan görünür ki, ********* saylı cinayət işi üzrə zərər çəkmiş kimi tanınan Ağsu rayonu X6 Vüsal Sahil oğluna qarşı hər hansı iddia və tələbi, şikayəti yoxdur. Cinayət işi üzrə sənədlərə hüquqi qiymət verərkən zərər çəkən qismində işə cəlb olunmuş Ağsu rayonu Dilman Bələdiyyəsinin şikayətinin olmamasına dair mövqeyinin nəzərə alınması xahiş olunmuşdur. - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 28 iyun 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. - “Nəsimi-6” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin 02 sentyabr 2022-ci il tarixli, 177 saylı Arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 6 ünvanında qeydiyyatdadır və halhazırda Ağsu şəhəri, T.İsmayılov küçəsi ev 28-də yaşayır. - “Nəsimi-6” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin 02 sentyabr 2022-ci il tarixli, 176 saylı Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 6 ünvanında yaşadığı müddətdə öz mülayim davranışı və təvazökarlığı ilə həmişə seçilmiş, qonşulara qarşı həssas və lazım olan vaxtda öz köməkliyini əsirgəməmişdir. Kooperativ binanın ictimai həyatında yaxından iştirak etmiş, Ağsaqqalların hörmətini saxlayan, öz davranışı ilə qonşulara nümunə olan, yüksək intelektə, geniş dünya görüşə malikdir. - Ağsu Rayon Məhkəməsinin 1(016)-5/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığından ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə bəraət verilmiş və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dərhal ləğv olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-nin 188.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmiş və onun əməli CM-nin 188.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, CM-nin 74-cü maddəsinə əsasən şəraitin dəyişməsi nəticəsində törədilmiş əməlin və ya bu əməli törətmiş şəxsin ictimai təhlükəli olmadığı müəyyən edildikdə, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət və ya az ağır cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər. CPM-in: 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. 43.1.2-ci maddəsində qeyd olunan əsaslarla cinayət məsuliyyətindən azad etmək səlahiyyəti məhkəmə baxışının gedişində məhkəməyə verilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan torpaq sahəsi üzərində hasarlama işləri aparmaqla torpaq üzərində mülkiyyət hüququnu pozma cinayət əməlini törətsə də, hazırda həmin torpaq sahəsi texniki pasporta əsasən onun sahibliyinə və istifadəsinə verilmişdir. (Texniki pasport, məktub və X18 arayışı) Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şəraitin dəyişməsi nəticəsində törədilmiş əməlin və bu əməli törətmiş şəxsin ictimai təhlükəli olmadığı müəyyən edilməsi ilə cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 sentyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayət hüquq nəzəriyyəsində şəraitin dəyişməsi dedikdə, cinayət törədilən ana qədər mövcud olan vəziyyətlə müqayisədə şəxsin həyatında şəraitin ciddi surətdə dəyişməsi başa düşülür. Belə hallarda şəraitin dəyişməsi şəxsin həyatı ilə bağlı olur. Bu, cinayət törədən şəxsin yaşayış yerini dəyişməsində, ali məktəbə daxil olmasında, həqiqi hərbi xidmətə getməsində və s. ifadə oluna bilər. Bundan başqa, şəraitin dəyişməsi siyasi, iqtisadi və sosial sahələrdə baş verən dəyişikliklərlə də bağlı ola bilər. Belə dəyişiklik ölkə miqyasında və ya müəyyən regionda, şəhərdə və s. ərazidə baş verə bilər. Şəraitin dəyişməsinin nisbətən geniş miqyasda baş verməsi ictimai münasibətlər sistemində elə dəyişikliyi nəzərdə tutur ki, bunun təsiri ilə cinayət əməli öz maddi əlamətini - ictimai təhlükəliliyini itirir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə nəzərdə tutulmuş cinayət əməlini törədərkən mübahisəli torpaq sahəsinin X18 Bələdiyyəsinin mülkiyyətində olması, hazırda isə həmin torpaq sahəsinin onun qardaşı X2 və istifadəsinə verilməsi onun cinayət törədilən ana qədər mövcud olan vəziyyətlə müqayisədə hazırki vəziyyətdə şəraitin ciddi surətdə dəyişməsi kimi qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə qeyd edilənlərin fonunda hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət az ağır cinayətlər kateqoriyasına aid olduğundan və ona münasibətdə hazırki vəziyyətdə şərait dəyişdiyindən o, cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. Odur ki, məhkəmə hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir Məhkəmə, həmçinin hesab edir ki, Ağsu Rayon Məhkəməsinin 1(016)-5/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dərhal ləğv olunması nəzərə alınmalıdır. İş üzrə maddi sübut, xüsusi müsadirə olunmalı əmlak və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 321, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsi tətbiq edilsin və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə başlanmış cinayət təqibinə və cinayət işi üzrə üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbirinin Ağsu Rayon Məhkəməsinin 1(016)-5/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə ləğv edilməsi nəzərə alınsın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və yа protesti verilə bilər. Qərardan bu müddətdə şikayət və ya protest verilmədikdə qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №1(016)-5/2023
Ağsu Rayon Məhkəməsi Qərar — İş №1(016)-5/2023
28.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver