Məhkəmə qərarları › İş №1(016)-5/2024

Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-5/2024

01.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-5/2024 01.02.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X49 Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Esma Kərim qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, onun hüquqlarını müdafiə edən vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun hüquqlarını müdafiə edən vəkilləri Müdafiəçi1 iştirakları ilə, xx xxxxx 1972-ci ildə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam orta təhsilli, məhkumluğu olmayan, Ağsu şəhər Mənzil istismar sahəsində fəhlə işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2şqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, xx xxxx 1965-ci ildə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, Ağsu şəhərində yerləşən metal qəbulu sexində metal qırıntıların alışı fəaliyyəti ilə məşğul olan, ünvan 3 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 307.3cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs qismində qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmişdir. Belə ki, tanışı Ağsu şəhər sakini Şahid1 istifadəsində olan “**********8883” nömrəli mobil telefon vasitəsi ilə onun istifadəsində olan “**********2765” nömrəli mobil telefona 28 yanvar 2017-ci il tarixdə saat 01 radələrində zəng edərək ona xüsusilə ağır cinayət törətməsi barədə məlumat vermişdir. Məlumata əsasən Şahid1 27 yanvar 2017-ci il tarixdə saat 22 radələrində sevgi münasibətində olduğu, Ağsu şəhər sakini, 03 dekabr 1999-cu il təvəllüdlü X7 ilə X8 məxsus Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən nömrəsiz həyət evinin yataq otağında çarpayının üzərində könüllü olaraq təbii yolla cinsi əlaqədə olmaqla bəkarətini pozduqdan sonra X37 Manafovla ailə həyatı qurmaq məcburiyyətində olduğunu, onu evinə arvad kimi aparmalı olmasını bildirmiş, bu səbəbdən Şahid1la Ayşən Qəhrəmanova arasında şəxsi münasibətlər zəminində mübahisə yaranmış, nəticədə Şahid1 mübahisənin gedişində Ayşən Qəhrəmanovanı təkidlə bildirdiyi tələblərinə görə qisas almaq niyyəti ilə qəsdən öldürmək qərarına gəlib 28 yanvar 2017-ci il tarixdə, gecə saat 01 radələrində evlənmək adı ilə guya xalasıgilə kəsdirmə yolun qəbiristanlıq tərəfdən keçməsini deməklə Ağsu şəhəri, Qaraqaşlı kənd qəbiristanlığına aparıb Ayşən Qəhrəmanovaya üzərində kəsici-deşici alət olan bıçaqla həyati vacib orqanların yerləşdiyi nahiyələr istiqamətində ən azı doqquz dəfə kəsici-deşici alət xəsarətləri yetirərək sonuncunu qəsdən öldürmüşdür. Tanışı Şahid1 ona zəng etməkdə məqsədinin Ayşən Qəhrəmanovanın meyitinin gizlədilməsində köməklik etməsi olmuşdur. O, Şahid1 bu barədə eşidib qeyd olunan xüsusilə ağır cinayətin törədilməsinə inanmış və Şahid1 atası Təqsirləndirilən şəxs2 əvvəllər ona etdiyi maddi yaxşılıqları özünə mənəvi borc bilərək Şahid1 qəsdən adam öldürmə cinayəti barədə müvafiq hakimiyyət orqanlarına, yaxud onların hansısa vəzifəli şəxslərinə məlumat verməli olduğu halda bunu etməyib, şüurunda tanışı olan Şahid1 kömək etmədə formalaşdırdığı mövqeyini qətiləşdirmək məqsədilə sonuncuya razı olduğunu bildirib tək Ağsu şəhəri, Qaraqaşlı kənd qəbiristanlığına getmişdir. Orada Şahid1la görüşərək birlikdə Ayşən Qəhrəmanovanın meyitinin üzərini kol və digər əşyalarla örtüb qəbiristanlıq ərazisində gizlətdikdən sonra, meyiti bu vəziyətdə açıq ərazidə qoymağın təhlükəli olmasından, qısa müddət ərzində meyitin tapılacağından ehtiyyat edib, işlərini daha da etibarlı görmək, kimsənin aşkar edə bilməyəcəyi sahədə qazıb basdırmaq məqsədilə meyitin həmin ərazidən daşınıb başqa əraziyə aparılaraq basdırılması barədə razılığa gəlmişlər. Bu məqsədlə Şahid1la birlikdə sonuncunun yaşadığı ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə gedərək həmin gün Şahid1 atası Təqsirləndirilən şəxs2 ilə qarşılaşaraq hadisə barədə ona da danışıb meyitin üzərini Ağsu şəhəri, Qaraqaşlı kənd qəbiristanlığında kol və digər əşyalarla örtdüklərini bildirmişlər. Təqsirləndirilən şəxs2 isə oğlu Şahid1 cinayət məsuliyyətinə cəlb olunacağından, xüsusuilə ağır cinayət törətdiyi üçün ağır cəza alacağından ehtiyat edib cinayətin aləti olan bıçağın, habelə meyitin həmin ərazidən götürülərək başqa ərazidə daha etibarlı formada basdırılaraq gizlədilməsinə razı olduğunu qeyd etməklə onunla qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşmişdir. Qabaqcadan vəd edilməmiş xüsusilə ağır cinayətin gizlədilməsi məqsədilə 28 yanvar 2017-ci il tarixdə, saat 22 radələrində hazırladıqları cinayətkar plana uyğun olaraq özləri ilə sellofen, odeyal, iki ədəd bel, bir ədəd çalov götürərək Şahid1la birlikdə Ağsu şəhəri, Qaraqaşlı kənd qəbiristanlığına gəlib Ayşən Qəhrəmanovanın meyitini sellofen və odeyala bükməklə metal sim ilə onu bir neçə yerdən bağladıqdan sonra Şahid1la birlikdə meyiti götürərək sonucunun atası qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 idarə etdiyi göy rəngli, VAZ 2107 markalı, 06BE441 dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağına yerləşdirib Ağsu rayonunun İlxıçı bələdiyyəsi ərazisindən keçən Baş Şirvan kanalının qorunma zolağında yerləşən sahəyə aparmış, orada meyiti Şahid1la köməkli avtomobildən düşürərək sonuncu ilə birlikdə qazdıqları quyuda basdırmaqla, eləcə də meyiti basdırdıqdan sonra cinayətin aləti olmuş bıçağı yaxınlıqda yerləşmiş körpünün altından borularla axan su axıntısına atmaqla və meyitin əynində olmuş gödəkçəni yandıraraq məhv etməklə xüsusilə ağır cinayət törətmiş şəxsin yaxalanmasına, ifşa olunmasına, cəmiyyətdən təcrid edilməsinə, pozulmuş hüquqların bərpa olunmasına mane olmuşdur. Bununla da o, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmişdir. Bununla da Təqsirləndirilən şəxs1 ibtidai araşdırma orqanı tərəfindən CM-307.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı ittiham irəli sürülmüşdür. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs qismində qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmişdir. Belə ki, tanışı Təqsirləndirilən şəxs1 28 yanvar 2017-ci il tarixdə səhər radələrində ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə gələrək ona oğlu Şahid1 xüsusilə ağır cinayət törətməsi barədə məlumat vermişdir. Məlumata əsasən oğlu Şahid1 27 yanvar 2017-ci il tarixdə saat 22 radələrində sevgi münasibətində olduğu, Ağsu şəhər sakini, 03 dekabr 1999-cu il təvəllüdlü X7 ilə X8 məxsus Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən nömrəsiz həyət evinin yataq otağında çarpayının üzərində könüllü olaraq təbii yolla cinsi əlaqədə olmaqla bəkarətini pozduqdan sonra X37 Manafovla ailə həyatı qurmaq məcburiyyətində olduğunu, onu evinə arvad kimi aparmalı olmasını bildirmiş, bu səbəbdən Şahid1la Ayşən Qəhrəmanova arasında şəxsi münasibətlər zəminində mübahisə yaranmış, nəticədə Şahid1 mübahisənin gedişində Ayşən Qəhrəmanovanı təkidlə bildirdiyi tələblərinə görə qisas almaq niyyəti ilə qəsdən öldürmək qərarına gəlib 28 yanvar 2017-ci il tarixdə, gecə saat 01 radələrində evlənmək adı ilə guya xalasıgilə kəsdirmə yolun qəbiristanlıq tərəfdən keçməsini deməklə Ağsu şəhəri, Qaraqaşlı kənd qəbiristanlığına aparıb Ayşən Qəhrəmanovaya üzərində kəsici-deşici alət olan bıçaqla həyati vacib orqanların yerləşdiyi nahiyələr istiqamətində ən azı doqquz dəfə kəsici-deşici alət xəsarətləri yetirərək sonuncunu qəsdən öldürmüşdür. O, Təqsirləndirilən şəxs1 bu barədə eşidib oğlu Şahid1 tərəfindən qeyd olunan xüsusilə ağır cinayətin törədilməsinə inanmış və şüurunda doğma oğlu olan Şahid1 cinayət məsuliyyətinə cəlb olunacağını dərk edərək sonuncunun qəsdən adam öldürmə cinayəti barədə müvafiq hakimiyyət orqanlarına, yaxud onların hansısa vəzifəli şəxslərinə məlumat verməli olduğu halda bunu etməmişdir. Təqsirləndirilən şəxs1 isə işlərini daha da etibarlı görmək, kimsənin aşkar edə bilməyəcəyi sahədə qazıb basdırmaq məqsədilə meyitin həmin ərazidən daşınıb başqa əraziyə aparılaraq basdırılmasının vacibliyini bildirmişdir. O isə oğlu Şahid1 cinayət məsuliyyətinə cəlb olunacağından, xüsusilə ağır cinayət törətdiyi üçün ağır cəza alacağından ehtiyat edib cinayətin aləti olan bıçağın, habelə meyitin həmin ərazidən götürülərək başqa ərazidə daha etibarlı formada basdırılaraq gizlədilməsinə razı olduğunu qeyd etməklə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşmişdir. Qabaqcadan vəd edilməmiş xüsusilə ağır cinayətin gizlədilməsi məqsədilə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 28 yanvar 2017-ci il tarixdə, saat 22 radələrində hazırladıqları cinayətkar plana uyğun olaraq özləri ilə sellofen, odeyal, iki ədəd bel, bir ədəd çalov götürərək Şahid1la birlikdə Ağsu şəhəri, Qaraqaşlı kənd qəbiristanlığına gəlib Ayşən Qəhrəmanovanın meyitini sellofen və odeyala bükməklə metal sim ilə onu bir neçə yerdən bağladıqdan sonra o, özünə məxsus göy rəngli, VAZ 2107 markalı, 06BE441 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək həmin əraziyə gəlmiş, Şahid1 və qabaqcadan əl-bir olduğu Təqsirləndirilən şəxs1 birlikdə meyiti götürək avtomobilin arxa oturacağına yerləşdirdikdən sonra o, oğlu Şahid1 və qabaqcadan əl-bir olduğu Təqsirləndirilən şəxs1 ilə birlikdə meyiti idarə etdiyi avtomobil ilə Ağsu rayonunun İlxıçı bələdiyyəsi ərazisindən keçən Baş Şirvan kanalının qorunma zolağında yerləşən sahəyə aparıb meyitin Təqsirləndirilən şəxs1 və Şahid1 tərəfindən basdırılmasına nail olmaqla xüsusilə ağır cinayət törətmiş şəxsin yaxalanmasına, ifşa olunmasına, cəmiyyətdən təcrid edilməsinə, pozulmuş hüquqların bərpa olunmasına mane olmuşdur. Bununla da o, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmişdir. Bununla da Təqsirləndirilən şəxs2 ibtidai araşdırma orqanı tərəfindən CM-307.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı ittiham irəli sürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ona CM-in 307.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib göstərmişdir ki, o, hazırda Ağsu şəhərində arvadı X13, övladları X30 və X22 ilə birlikdə yaşayır. O, Ağsu şəhəri Mənzil istismar sahəsində fəhlə işləyir. İş olanda isə Ağsu rayonunda fəhləliklə məşğul olub qazandığı pulla ailəsini dolandırır. X45 isə Ağsu Rayon İcra Hakimiyyətində xadimə işləyir. Bundan başqa Ağsu Rayon İcra Hakimiyyətində işləmiş X8 məxsus Ağsu şəhərində yanğınsöndürmə idarəsinin arxasında yerləşən evində 2016-cı ildən Şahid1 tərəfindən törədilmiş cinayət əməlinin üstü açılana qədər bağban işləmişdir. X46 isə həmin evdə xadimə işləmişdir. Həmin evin açarlarının bir nüsxəsi də onlarda olmuşdur. Ağsu şəhər sakini Şahid1 tanımış, onun atası Təqsirləndirilən şəxs2 məxsus metal qəbulu sexində iş olanda fəhlə kimi metalların yüklənməsi və boşaldılması işlərini görmüşdür. Asifgil metal (dəmir, alüminium, mis) qəbul edib satmaqla məşğuldurlar. Təqsirləndirilən şəxs2la heç bir qohumluq əlaqəsi yoxdur, Arif onun atasının yaşadığı evin qonşuluğunda yaşayır. O, Arifi ata evində yaşadığı müddətdən tanıyır. İstifadəsində 2017ci ilin yanvar ayında ***-***-**-** saylı və ***-***-**-** saylı mobil nömrələr olmuşdur. X4 əvvəllər tanımamış və onunla, o cümlədən onun ailəsi ilə heç bir münasibəti olmamışdır. X16 atası Namizəd Qəhrəmanov, anası Məleykə Qəhrəmanova və analığı Zenfira Qəhrəmanovanı adlarını bilməsə də onları üzdən tanımışdır. Belə ki, onlar Ağsu şəhərində yerləşən bazarda sumaq, kəklikotu satmışlar və Namizədin sağlığında bir dəfə ondan kəklikotu almışdır. Onların adlarını və Ayşən Qəhrəmanova ilə qohum olmaqlarını 2017- 2018-ci illərdə Ağsu rayon prokurorluğuna çağırıldığı vaxtlarda orada görüb bilmişdir. 27 yanvar 2017-ci il tarixdə gündüz saatlarında onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı nömrə arasında olan danışıqları Asifin almış olduğu metalların yüklənməsi və boşaldılması ilə bağlı olmuşdur. Belə ki, həmin gün gündüz vaxtı Asif yaşadığı evin qarşısına gələrək onun çölə çağırmış, həmin vaxt Asif ondan İqbalın evində qızla görüşmək üçün icazə istəmişdir. Çünki Ağsu şəhərində yerləşən İqbal Mikayılova məxsus bir otaqlı bağ evinə o nəzarət etmiş və evin açarları onda olmuşdur. Tarixini xatırlamasa da Asif həmin evə sonradan adının Ayşən olduğunu bildiyi qızı bir dəfə də gətirib görüşmüşdür. Bir dəfə isə Asif yenə də Ayşənlə İqbalın evində görüşməyi planlaşdırsa da sonradan İqbalın öz evində tədbiri olduğundan görüşləri baş tutmamışdır. O X47 Mikayılovun evində görüşmələrinə icazə vermək müqabilində Asifdən pul və ya hər hansı maddi nemət almamışdır. Sadəcə olaraq Asif ondan istədiyi qızla görüşmək istəyini dediyi üçün onların İqbalın evində görşümələrinə icazə vermişdir. Bundan başqa həmin vaxt söhbətlərində Asif ona Kürdəmir rayonuna metal almağa getmək lazım olduğunu da demişdir. 27 yanvar 2017-ci il tarixdə axşam saatlarında o Şahid1la birlikdə Asifin idarə etmiş olduğu Qazel markalı yük maşını ilə Kürdəmir rayonuna metal almağa getmişlər. Həmin gün axşam Asif özlərinə məxsus Qazel markalı avtomaşınla onların evinin yaxınlığına gəlib onu yoldan götürmüş və onlar birbaşa Kürdəmir şəhərinə getmişlər. Onlar Kürdəmir şəhərində Aygün adlı qadının evində olan metalları alıb avtomaşına yükləmişlər. Bundan sonra Şərbala adlı şəxsin sexinə gedib onda olan metalları da almışlar. Daha sonra 2-3 nəfər adlarını xatırlamadığı şəxslərdən də metal alıb gəldikləri Qazel markalı maşına yükləmişlər. Bütün bu işləri görüb onlar yenidən Ağsu şəhərinə qayıtmışlar. Yolda olan zaman Asif telefonda hansısa qızla danışmış, lakin onun kiminlə danışmağını bilməmişdir. Kürdəmirdə olarkən onlar hər hansı bir yerdə oturub yemək yeməmişlər, ancaq Asif yoldan həm özünə, həm də ona siqaret almışdır. Onlar Ağsu şəhərinə daxil olanda hava şəraiti artıq qaranlıq olmuşdur. Saatı dəqiq xatırlamır. Asif Ağsuya gəlib onu evinin qapısında endirmiş və özü də Qazel maşını ilə öz evləri istiqamətində getmişdir. O evinə daxil olub yemək yemişdir. Axşam saat təxminən 22 radələrində Asif ona zəng etmiş və o da çölə çıxmışdır. Onlar birlikdə təsadüfən yoldan keçən taksi avtomobilini saxladıb həmin avtomobil vasitəsi ilə İqbalın evi istiqamətində getmişlər. Getdikləri avtomobilin markası və nömrəsi, eləcə də kimə məxsus olması yadında qalmamışdır. İqbalın evinin yaxınlığında yolda olarkən o avtomobildən enmiş və piyada məhəllə ilə gedib İqbalın evinə daxil olmuş, evin içərisində olan qızdırıcını otağın isinməsi üçün yandırmış, sonra çıxıb çöldə siqaret çəkməyə başlamışdır. Bu vaxt küçədən avtomobil səsi eşidilmiş, Asifin qızı da götürüb gəldiyini bilmişdir. Həmin vaxt Asif və adının sonradan Ayşən olduğunu bildiyi qız darvazadan içəri, daha sonra isə evə daxil olmuşlar. Həmin vaxt qızın əynində göy cins şalvar, qara qollu gödəkçə, başında qabağı çıxıntılı papaq, ayağında isə qısa boğazlı idman ayaqqabısı olmuşdur. Asif özü ilə çaxır və “Snickers” markalı şokalad alıb gətirmişdir. İqbalın evi girişdə mətbəx, daha sonra yataq otağı, ondan sonra isə hamam-tualet olmaqla iç-içə bir otaqlıdır. Həmin vaxt onlara istədiklərinə görə 2 ədəd stəkan vermiş, özü isə çölə çıxmışdır. O da həmin vaxt stəkanda meyvə şirəsi içmişdir. Lakin o Asifin aldığı çaxırdan içməmişdir. O ümumiyyətlə spirtli içki qəbul etmir. Onlar içəri otaqda olmuşlar və telefonda mahnıya qulaq asdıqlarını səsdən bilmişdir. Təxminən 30 dəqiqə onlar otaqdakı çarpayıda olmuşlar və həmin vaxt onların olduğu otağın qapısı örtülü olmuşdur. Bundan sonra o qızın ağlayan kimi səsi gəldiyini eşidib qapını döymüş və Asifi səsləyərək “bura gəl” demişdir. Asif qapını açanda qızın həmin otaqda digər tərəfə keçdiyini və paltarsız olduğunu görmüşdür. Asifdən nə olduğunu soruşduqda ona qızın bakirəliyini pozduğunu bildirmiş və nə etmək lazım olduğunu ondan soruşmuşdur. O isə ona qızı evdən aparıb rədd eləməsini söyləmişdir. Bu zaman Asif mətbəxdən bıçaq götürmək istəmiş və o bunu görüb ona söyüşlə qışqıraraq “əclaf neyniyirsən, bıçağı yerinə qoy” demişdir. Bundan sonra, Asif bıçağı mətbəxdə yerinə qoymuşdur. Həmin bıçaq mətbəx bıçağı olmaqla dəstəyi plastmasdan olmuş, rəngi isə yadında qalmamışdır. Bundan sonra qız paltarını geyinib otaqdan çıxmış və ondan içməyə su istəmiş, o da qıza stəkanda su vermişdir. Qız su içdikdən sonra onlar getməyə hazırlaşmışlar və o həyətə çıxıb darvazanın qapısını açıb onları yola salmışdır. Sonra yenidən evin otağına qayıdıb orada olan çaxır içilmiş stəkanları yumuşdur. Şüşə qabın (butulkanın) dibində az miqdarda çaxır qalmış və şüşə qabı evin hasarından arxada olan zibillik əraziyə tullamışdır. Həmin vaxt Asiflə qızın yatdığı çarpayının üzərindəki mələfənin üstündə qan olduğunu görüb həmin mələfəni də onlar gedəndən sonra çarpayıdan götürüb sellofana qoyub evinə aparmışdır. O evə xəstəxananın yanında dayanan VAZ 2107 markalı taksi ilə getmişdir. Ancaq taksinin qeydiyyat nömrəsi və sürücüsünü xatırlamır. o evin həyətində olan zaman Asif ona zəng edərək harada olduğunu soruşmuş, cavab olaraq Asifə evdə olduğunu bildirmişdir. Sonra isə o Asifə zəng edib onun harada olduğunu soruşmuş, Asif ona Qaraqaşlı kəndinə getdiyini bildirərək qızı xalasigilə aparacağını demişdir. Bir neçə dəqiqə sonra isə Asif yenidən ona zəng edərək Qaraqaşlı kəndində qəbiristanlıqda qızı öldürdüyünü bildirmişdir. O Asifdən qızı nə ilə öldürdüyünü soruşduqda Asif İqbalın evindən götürdüyü bıçaqla qızı öldürdüyünü söyləmişdir. O Asifə polislərin gecə şəhərdə gəzdiyini çıxıb evə gəlməsini demiş, Asifin Ayşəni öldürməsini eşidəndən sonra gecə səhərə qədər yata bilməmişdir. Gecə radələrində o evdə olan zaman Asifin atası Arif ona zəng edib Asifi soruşmuş, o isə Asifin harada olduğunu bilmədiyini demişdir. Səhər saat 06 radələrində Asif ona zəng edərək meyitə baxmağı təklif etmiş, həmin vaxt artıq hava işıqlanmışdır. Onlar yolda olan VAZ 2111 markalı taksi ilə tanımadığı Şirvan restoranının yaxınlığında düşüb piyada Qaraqaşlı qəbiristanlığına getmişlər. Asif qızın meyitinin olduğu yeri göstərmişdir. Qızın meyiti qəbiristanlığın qurtaracağında çəpərin dibində yanı üstə uzanıqlı vəziyyətdə olmuşdur. Həmin vaxt Asif meyitin üstünü kol-kosla örtmüşdür. Qızın ayaq hissəsinin açıqda qaldığını görüb oranı da kolu əyib sındırmaqla həmin nahiyəni də o özü örtmüşdür. Həmçinin qızın üstü orada olan baş daşlarına bağlanan qırmızı parça ilə də örtülmüşdür. Orada Asif qızı bıçaqla vurub öldürdüyünü bildirmişdir. Deməsinə görə Asif bıçaqla qızın boğaz və sinə nahiyəsinə vurmuşdur. Həmin vaxt hava artıq işıqlanmış və meyitin üzərində olan xəsarətlər görünmüşdür. Ayşənin meyitinin sağ sinə nahiyəsində və boğazının öndən sağ tərəfində yara izi və qan görünmüşdür. O bıçağı soruşduqda Asif bıçağı kənara atdığını demiş, bıçağı da ətrafda yerdən tapıb meyitin yanına qoymuşdur. Onlar meyiti axşam hava qaralandan sonra oradan götürməklə bağlı razılığa gəlmişlər. Onlar ayrı-ayrılıqda piyada evə qayıtmışlar. Evə gələndən bir müddət sonra Asifgilə getmiş, həmin vaxt Asif həyətdə olmuş, o Asifdən bu barədə atasının bilib-bilməməsini soruşduqda atasına bu barədə heçnə demədiyini bildirmişdir. O bundan sonra Asifgilin evlərinə daxil olmuş, həmin vaxt evin qapısını qızlardan biri açmışdır. O evdə ailə üzvlərinə Asifin Ayşən adlı qızı öldürdüyünü bildirmişdir. Həmin vaxt Asifin ailə üzvlərindən atası Arif, anası Zülfiyyə və qardaşları da evdə olmuşdur. Arif kimin qızını öldürdüyünü soruşduqda Asif Ağsu sakini Namizədin qızı Ayşən olduğunu bildirmişdir. X56 əsəbləşib bir sillə də vurmuşdur. Orada Asif meyiti həmin qəbiristanlıqda basdırmağı təklif etmiş, o isə meyiti Ağsu şəhərindən çıxartmaq lazım olduğunu bildirmişdir. Bundan sonra həmin gün 1 ədəd bel Asifgildən, 1 çalov, 1 beli isə o öz evindən gətirmiş, həmin bellərin sapı uzun olduğundan avtomobilə yerləşməsi üçün onların sapını kəsib qısaltmışlar. Asifgilin həyətindən sellofan və 1 ədəd odeyal götürüb VAZ 2107 markalı maşının salon hissəsinə qoymuşlar. Axşam hava qaraldıqda saat 21-22 radələrində o və Asif onların VAZ 2107 markalı avtomobili ilə meyitin olduğu yerə gedib çatdıqda maşında olan sellofan və odeyalı götürüb meyitin yanına getmişlər. Çalov və bellər maşında qalmışdır. Həmin vaxt Asif maşını qəbiristanlığın giriş yox, çıxış qapısında saxlamışdır. Çünki oradan meyitin olduğu yerə daha yaxın olmuşdur. Həmin vaxt Asifin atası Arif zəng edərək maşını evə gətirməyini tapşırmışdır. Asif bundan sonra maşını aparıb evlərinə qoyub yenidən qəbiristanlığa qayıtmış, Asif gələnə qədər isə o meyitin yanında durmayıb kənara gedib gəzmişdir. Təxminən 15-20 dəqiqədən sonra Asif qəbiristanlığa qayıtmışdır. Onlar oraya gətirdikləri sellofan və odeyalı yerə sərmişlər, sonra o meyitin ayağından Asif isə baş tərəfdən tutaraq qızın meyitini gətirib yerə sərdikləri sellofan və odeyala bükmüşlər. Sonra isə özü ilə gətirdiyi metal simlə bükülü meyiti bağlamışlar. Asif əvvəlcə meyiti çiynində aparmağa çalışsa da bir neçə addım getdikdən sonra gücü çatmamışdır. Sonra onlar köməkləşib meyiti qəbiristanlığın köhnə çıxışına doğru aparmışlar. Bundan sonra o, Arifə zəng edib maşınla oraya gəlməsini bildirmiş, Arif idarə etdiyi VAZ 2107 markalı avtomobili qəbiristanlığın çıxış qapısının yanında saxlamışdır. O və Asif köməkləşib bükdükləri meyiti maşına tərəf aparıb maşının arxa oturacağına qoymuşlar. Meyit arxaya qoyulanda o avtomobilin içərisinə keçib bir ucdan tutub bükülü meyiti özünə çəkib tam maşına yerləşdirmişlər. Həmin vaxt avtomobilin salonunda iki oturacaq arası yerdə isə belləri qoymuşlar, çalovlar isə maşının baqajında olmuşdur. Onlar Ağsunun ərazisini çıxmaq üçün Kürdəmir yoluna getmişlər. Çünki Kürdəmir ərazisində olan Şirvan kanalının yaxınlığında meyiti basdırmağı fikirləşmişlər. Onlar Ağsunu çıxdıqdan sonra Kürdəmir rayonu ərazisində olan Kəngərli kəndi istiqamətində magistral yol ilə gedərək Şirvan kanalına gedən torpaq yolu görüb həmin torpaq yola daxil olmuşlar. Torpaq yol boyu Şirvan kanalının qırağı ilə təxminən 2 km getdikdən sonra orada ağaclar olan yerdə boş torpaq yeri görüb saxlamışlar. Avtomobili Arif idarə etmiş, Asif isə qabaq oturacaqda oturmuşdur. Onlar avtomobildən enmişlər. Asiflə o maşından bükülü meyiti, belləri və çalovları götürüb yerə qoymuşlar. Dərhal o və Asif yeri qazmağa başlamışlar. Bu vaxt Arif isə avtomobili ərazidə bir neçə dəfə o tərəf bu tərəfə sürüb zəng gəldiyini deyərək oradan getmişdir. Onlar Arifə işləri bitirdikdən sonra ona xəbər edəcəklərini demişlər. Onlar orada 1,2 metr dərinliyində, 1,7x0,6 metr ölçüdə qəbir qazmışlar. Qəbir betondan olan Şirvan kanalından 10-12 metr aralıda kanala paralel qazılmışdır. Onlar həmin yeri qazanda torpaq gilli və nəm olmuş, bundan sonra meyiti bükdükləri sellofan və odeyalı açmışlar, meyitin əynində olan gödəkcəni çıxartmışlar və meyiti qazdıqları quyuya atmışlar. Həmin vaxt cins şalvar, ayaqqabılar və uzunqol köynək meyitin əynində olmuşdur. Gödəkçə meyitin əynində olsa meyitin gec çürüyəcəyini güman etmişlər. Bundan sonra meyitin üstünü torpaqla örtmüşlər. Özləri ilə gətirdikləri torbaya odeyalı və sellofanı qoymuşlar, gödəkçəni isə o geyinib üstündən də öz gödəçəsini geyinmişdir. Bıçağı da selofana büküb gödəkcənin cibinə qoymuşdur. Onlar oradan piyada torpaq yol ilə magistral yola tərəf getmişlər. Magistral yola çatıb yolun qırağı ilə 200 metr üzü Ağsu istiqamətində gedib orada olan körpüyə çatmışlar. Körpünün altında borularla su axıntısı gedən yerə o cibində olan bıçağı atmışdır. Qəbir qazdığı belləri də Ağsu Kürdəmir yoluna piyada gedən zaman yol kənarında tullamışlar. Sonra Ağsu şəhəri istiqamətində piyada getmişlər, yoldan keçən VAZ 21011 markalı avtomobil vasitəsi ilə Ağsu şəhərinə gəlib orada yerləşən 2 saylı məktəbdən təxminən 500 metr aralıda maşından düşmüşlər. Həmin avtomobilin sürücüsünün əlamətləri, maşının rəngi və qeydiyyat nömrəsini xatırlamır. Onlar avtomobildən enib 2 saylı məktəbin arxa zibillik olan tərəfində özləri ilə gətirdikləri sellofanı, odeyalı qızın gödəkcəsini yandırmışlar. Paltarları özlərində olan nefti tökərək yandırmışlar. Meyitin üzərinə neft töküb yandırmamışlar. Nefti meyiti basdırmağa hazırlıq görən zaman o öz evindən götürmüşdür. Paltarlar tam yandıqdan sonra onlar Ağsu şəhərində Şirvan restoranının yanında Arifə zəng edib onları götürməyini demişlər. Arif gəlib həmin restoranın yaxınlığındakı işıqforda onları götürmüş və evə getmişdir. O da öz evinin yanında düşüb evə getmişdir. Evdə əynində olan şalvar, gödəkcə, ayaqqabı, corabları, sviter maykanı sellofan torbaya qoyub evin yaxınlığında olan dəmir zibil yeşiyinə atmışdır. Bundan əlavə Təqsirləndirilən şəxs1 ibtidai istintaqda verdiyi ifadələrin hamısını, o cümlədən ********* saylı cinayət işi üzrə şahid qismində verdiyi bütün ifadələrini də təsdiq etdiyini bildirmiş, həmçinin meyidi ilk gördüyü yeri, basdırdıqları ərazini də özü əyani göstərdiyini vurğulamışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 məhkəmə iclasında dediklərini təkzib edərək bildirmişdir ki, məhkəmədə ifadə verərkən özündə olmamış, səhf məlumat vermişdir, eyni zamanda ibtidai istintaq zamanı ona təzyiq göstərmişlər. Belə ki, ibtidai istintaq zamanı istintaqı aparan müstəntiq ona demişdir ki, Təqsirləndirilən şəxs2 adını deməsə daha ağır maddə ilə ittiham olunub daha ağır cəza alacaqdır, həmin vaxt onun yanında qaynı X10 və arvadı X17 olmuş, o, da bu səbəbdən cinayətin izinin gizlədilməsində Arifin onlara kömək etməsini bildirməklə Arifin üzünə durmuşdur. Reallıqda isə hadisədən Arifin ümumiyyətlə xəbəri olmamışdır. Cinayətin izini onunla Asif gizlətmişdir. Təqsirləndirilən şəxs1 daha sonra ifadəsində etdiyi səhfi başa düşdüyünü, əməlindən peşman olmasını, himayəsində iki azyaşlı övladının olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışdığını, əvvəllər məhkum olunmamasını, törətdiyi əməli könüllü etiraf etməsini, cinayətin açılmasına fəal köməklik göstərməsini nəzərə alaraq ona təyin olunacaq azalıqdan məhrum etmə cəzasının şərti tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 təqsirləndirilən şəxsin etdiyi səhfi başa düşdüyünü, əməlindən peşman olmasını, himayəsində iki azyaşlı övladının olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışdığını, əvvəllər məhkum olunmamasını, törətdiyi əməli könüllü etiraf etməsini, cinayətin açılmasına fəal köməklik göstərməsini nəzərə alaraq ona təyin olunacaq azalıqdan məhrum etmə cəzasının şərti tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ona CM-in 307.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Ağsu şəhəri, N.Tağızadə küçəsi, ev 23 ünvanında yerləşən fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. O, Ağsu rayonunda metal tullantılarının alqı-satqısı ilə məşğul olur. Ağsu rayonundan eləcə də, qonşu rayonlardan yəni, Kürdəmir və Hacıqabul rayonundan müştəriləri zəng vurub metal tullantılarının hazır olduğunu bildirəndə Qazel markalı avtomobil ilə ora gedərək yükü maşına yükləyib zavodlara satırlar. Onların həm də icarəyə götürdükləri metal qəbulu sexləri vardır. Həmin sex Ağsu şəhərində Təzə bazardan aşağıdakı cərgələrdə yerləşir. O, oğlu Şahid1 Ayşən Qəhrəmanova adlı şəxsi öldürməsi barədə, eləcə də həmin şəxsin meyitinin basdırılması ilə bağlı istintaqa verdiyi ifadələrini təsdiq etmir. Onun oğlu Şahid1 kimisə öldürməsindən məlumatı olmamışdır. Eləcə də, o Ayşən Qəhrəmanovanın meyitinin basıdırılmasında iştirak etməmiş və meyitin harada basdırılmasından xəbəri olmamışdır. Hadisə ilə bağlı onun 15 mart 2022-ci il tarixdə məlumatı olmuşdur. Belə ki, oğlu Şahid1 həmin tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilən zaman o orada oğlunun cinayət hadisəsi törətməsindən məlumatlı olmuşdur. ********* saylı cinayət işi üzrə şahid qismində verdiyi 17 mart 2022-ci il tarixli ifadəsində, eləcə də ondan sonrakı istintaq hərəkətlərində səhhəti ilə bağlı problem olduğu üçün o həmin formada ifadə vermişdir. Təqsirləndirilən şəxs daha sonra ifadəsində onun cinayətdən məlumatlı olmaması və hər hansı cinayəti gizlətməməsi səbəbindən barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 əsas cinayəti törətmiş şəxsin cinayətdən məlumatlı olmamasını və hər hansı cinayəti gizlətməməsi səbəbindən Təqsirləndirilən şəxs2 barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 ********* saylı cinayət işi üzrə şahid qismində dindirilən zaman 17 mart 2022-ci il tarixli ifadəsində göstərmişdir ki, 28 yanvar 2017-ci il tarixdə səhər saatlarında qonşu kimi tanıdığı Bilal evinə gələrək ona Asifin adını sonradan bildiyi Ayşən adlı qızı öldürdüyünü demişdir. Əvvəlcə Bilal aşkar deməmişdir ki, həyəcanlanıb narahat olmasın. Sonra ona bildirmişdir ki, Asif 27 yanvar 2017-ci ildə axşam saatlarında özünün bağban kimi işlədiyi İqbal adlı şəxsin Ağsu şəhərində yerləşən evində Asiflə Ayşən adlı qızı görüşdürmüş, onlar orada şərab içdikdən sonra Asiflə qız həmin evdən ayrılıb getmişlər. Gecə saatlarında isə Asif Bilala zəng edərək onu öldürdüyünü bildirmiş, Bilal da qızın öldürüldüyü Qaraqaşlı qəbiristanlığına gedib orada meyiti kol-kosla gizlətmişlər. Bundan sonra məsləhət etmişlər ki, qızın meyitini Ağsu rayonundan kənara çıxarsınlar. Bunun üçün evdən əlcək, bel, çelov, odeyal və selofan götürülərək ona məxsus VAZ 2107 markalı avtomaşına qoyulmuşdur. Gecə saat 22 radələrində Asif və Bilal meyiti qəbiristanlıqda selofan və odeyala büküb onun idarə etdiyi VAZ 2107 markalı avtomaşına qoymuşlar və Ağsu rayonundan çıxıb Kürdəmir istiqamətində getmişlər. Orada Kəngərli kəndində torpaq yolla gedərək kanalın yaxınlığında dayanmışlar. Asif və Bilal maşından meyiti düşürüb qazıntı işləri aparmışlar. O, isə oradan Vaz 2107 markalı maşınla Ağsu şəhərinə qayıtmışdır. Gecə vaxtı Asif də evə gəlmiş və artıq onların meyiti basdırıb gəldiklərini bilmişdir. Asif Ayşənlə mübahisə etmiş, qızı aldadıb yalandan İqbalın onun dayısı olmasını demişdir. Onun yalan danışdığını qız bilmiş, mübahisə etmiş və qızla mübahisənin gedişində onu vurmuşdur. Asif və Bilalın deməsinə görə X25 bıçaqla xəsarət yetirərək öldürmüşdür. Asif həmin bıçağı İqbalın evindəki mətbəxdən götürmüşdür. Həmin bıçağı görməmişdir. Şahid1 Ayşən Qəhrəmanovaya məxsus mobil telefonu nə etməsi barədə məlumatı yoxdur. Ayşən Qəhrəmanovanın meyitini basdırmaq müqabilində Bilala pul və ya başqa maddi yardım etməmişdir. Asif və X53 Qəhrəmanovanı Qaraqaşlı yolunda, Qəbiristanlığın yaxınlığında öldürdüyünü demişdir. Şahid1 Ayşən Qəhrəmanovanı öldürməsi barədə oğlu Asif və Bilalın məlumatı olmuşdur. Onların bu barədə başqa adamlara deyib-deməməsi barədə məlumatı yoxdur. Ailəsi və qohumlarından isə bu barədə heç kimin məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində ibtidai istintaqda verdiyi ifadəni təkzib edərək göstərmişdir ki, hadisə olan vaxtı, yəni 27 yanvar 2017-ci il tarixdə Ayşənlə zəngləşmiş, görüşəcəklərini dəqiqləşdirmişlər. Həmin vaxt Bilal Ağsu şəhərində imiş, o, isə Kürdəmir rayonundan gəlirmiş. Bilala zəng vurub demişdir ki, qızla görüşmək istəyir evi hazırlasın. Sonra o, 27 yanvar tarixində saat 23:00-da Ayşənlə görüşüb taksi ilə həmin evə getmişdir. Bilal çöldə imiş, o, Ayşənin telefonuna baxanda görmüşdür ki, kiminləsə zəngləşib. Soruşanda ki, bu kimdir görmüş ki, yalan cavablar verir. Mətbəxdən bıçağı götürüb 2 dəfə Ayşənin ürək nahiyyəsindən vurmuşdur. Bilal vurmağını görməmiş, həmin vaxt onun yanında olmamışdır. Çölə çıxan zaman Bilal onu görəndə demişdir ki, qızı bıçaqla vurub öldürdüm, yox etməliyik. Sonra təxminən yarım saat çöldə oturmuş, bir az özünə gəlmiş və Bilal da evi təmizləmişdir. Bundan sonra o, evə getmiş, axşam olmasını gözləmişlər, səhər 06:00-da maşınla gəlmiş Bilalla birlikdə meyiti qəbirsanlığa götürüb aparmışlar. Orada Məcid deyilən kümbəzin yanına qoymuşlar, parçalarla üstünü örtüb getmişlər. Atasıgilin ümumiyyətlə xəbəri olmamışdır. Atasına deməmiş, maşını işə görə götürdüyünü demişdir. Sonra axşam Bilalla gəlmiş, meyiti büküb, qara sallofana qoyub aparmışlar və Kürdəmir rayonuna yaxın ərazidə çayın qırağında basdırmışlar. Bir müddət sonra Ağsu rayon prokurorluğu onları çağıranda əvvəlcədən öz aralarında danışmışlar ki, sözləri bir olsun. Daha sonra suallara cavab olaraq bildirmişdir ki, törətdiyi əməlin üstü açılanda özündə deyilmiş, atası gecə onu yığanda telefonu açmamışdır. İbtidai istintaq zamanı Bilalın danışdıqlarına imza atmışdır. O, dörd gün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində qalmışdır. Atası ilə ayrıayrı otaqlarda saxlanılmışlar. Cinayət işinin materiallarından görünür ki, ********* saylı cinayət işi üzrə Şahid1 istər şübhəli, istərsə də təqsirləndirilən şəxs qismində dindirilərkən 17 və 19 mart 2023-cü il tarixli ifadələrində göstərmişdir ki, Ağsu şəhəri, N.Tağızadə küçəsi, ev 23 ünvanında ailə üzvləri atası Təqsirləndirilən şəxs2, anası Zülfiyyə Manafova, qardaşları Elmin və Mirvasiflə birlikdə yaşayır. Bacıları Xəzangül və Yenigül ailə quraraq ayrı şəkildə yaşayırlar. Atası Təqsirləndirilən şəxs2 Ağsu rayonunda metal tullantılarının alqı-satqısı ilə məşğul olur. O isə qardaşı Elmin Manafovla birlikdə atasına kömək edir. Ağsu rayonundan eləcə də, qonşu rayonlardan yəni, Kürdəmir və Hacıqabul rayonundan tullantı metal tədarükçüləri olan müştərilərindən toplanmış metal tullantıları özlərinə məxsus **-RH-*** dövlət qeydiyyat nişanlı, “Qazel” markalı maşınla daşıyaraq zavodlara satırlar. Ağsu şəhərində Təzə bazardan aşağıdakı cərgədə, Vidadi küçəsində icarəyə götürdüyü metal qəbulu sexi vardır. 2016-cı ilin təqribən noyabr ayında metal sexinin qarşısında metal qəbul etmək üçün dayanarkən iki cavan qız ona yaxınlaşaraq dəmirin qəbul qiymətini soruşduqdan sonra dəmiri evdən gəlib götürüb-götürmədikləri ilə maraqlanmışlar. Həmin söhbət zamanı Ayşən Qəhrəmanova ilə tanış olmuş, yanındakı qadının kim olmasını bilməmişdir. Bundan sonra Ayşənə mobil telefon nömrəsini vermiş, daha sonra Ayşən ona zəng etmişdir. Beləliklə istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefondan Ayşənin istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefonla əlaqə saxlamış, həmçinin Ayşən Qəhrəmanovanın atasının və analığının nömrələri vasitəsi ilə mütəmadi olaraq onunla danışmışdır. Onunla Ayşənin danışığı sevgi mövzusunda olmuş və bir-birini sevmişlər. Ayşənlə 2-3 gündən bir həyətlərinin qarşısında görüşüb orada olan yarımtikili binada Ayşənlə özünün razılığı ilə qeyri-təbii yolla cinsi əlaqədə olmuşlar. Ayşən onu sevdiyi və onunla evlənəcəyini düşündüyü üçün onunla cinsi əlaqədə olmağına razılıq vermişdir. 26 yanvar 2017-ci il tarixdə Ayşən ona ***-***-**-** nömrəli mobil telefondan zəng etmiş və həmin vaxtdan sonra həmin nömrədən onunla danışmışdır. Ayşən ailə üzvlərindən gizlin telefon işlətdiyinə görə onunla danışmasından ailə üzvlərinin məlumatı olmamışdır. Ayşənin telefonunu evdə ailə üzvləri aşkar etdikdən sonra onunla yeni nömrə ilə, yəni ***- ***-**-** saylı nömrə ilə əlaqə saxlamışdır. 27 yanvar 2017-ci il tarixdə gündüz vaxtı Ağsu şəhərində öz evində olmuşdur. Həmin gün axşam saat 18 radələrində Təqsirləndirilən şəxs1lə birlikdə Qazel markalı yük maşını ilə metal almaq üçün getmişlər. Həmin gün Aygün, Şərbala, Ramin və Rauf adlı şəxslərdən Kürdəmir şəhərində metal almış və saat 22 radələrində Ağsu şəhərinə qayıtmışlar. Təqsirləndirilən şəxs1 qonşuluğunda yaşayır və 10-20 manat arası pul qarşılığında metal yüklənməsi, boşaldılması kimi işlərdə onlara kömək etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 İqbal Mikayılova məxsus Ağsu şəhərində yerləşən 1 otaqlı həyət evində nəzarətçi də işləmiş, X46 isə həmin evin təmizlik işlərini görmüşdür. Kürdəmir rayonunda olan zaman Ayşənlə telefonda danışanda axşam görüşmək qərarına gəlmişlər. Ağsu şəhərinə geri qayıdandan sonra Təqsirləndirilən şəxs1 İqbal Mikayılovun evində Ayşənlə görüşmək üçün icazə istəmişdir. Əvvəllər də İqbal Mikayılovun evində 1 dəfə Ayşənlə görüşüb qeyri-təbii yolla cinsi əlaqədə olmuş, 1 dəfə isə Bilal icazə verməsinə baxmayaraq evdə İqbal Mikayılov olduğu üçün görüşü baş tutmamışdır. Ayşənlə görüşü zamanı Təqsirləndirilən şəxs1 də evdə olmuşdur. 27 yanvar 2017-ci il tarixdə Ağsu şəhərinə gələn zaman yenə də Bilaldan İqbalın evində görüşmək üçün icazə istəmiş və Bilal isə buna razılıq vermişdir. Ağsu şəhərinə çatdıqdan sonra Bilalı evinin qarşısında düşürtmüş, özü isə Qazeli evinin qarşısında saxlamışdır. Evdə 2-3 dəqiqə dayanıb ailə üzvlərinə görsənəndən sonra həyətə düşmüş və İqbalın mağazasının qarşısında dayanmışdır. Həmin vaxt evdə ailə üzvləri və dayısı Ağaverdi Babayev olmuşdur. Saat 22 radələrində Bilal onun yanına gəlmiş və birlikdə təsadüfən yoldan keçən Xəyyam adlı taksi sürücüsünün idarə etdiyi ağ rəngli VAZ 2106 markalı avtomobilə əyləşərək oradan avtovağzalın arxasından, yəni Ayşənin evinin arxasından onu götürmüşdür. Həmin vaxt Ayşən Qəhrəmanovaya məxsus ***-***-**-** saylı mobil nömrəyə zəng etmiş və sonuncu dəfə onunla qısa müddətə danışaraq evlərinin arxasına çatdığını, yola çıxmasını demişdir. Yolüsdü “Elşad” marketdən 1 şüşə “İvanovka” qırmızı çaxır və 1 ədəd “Snickers” şokalad almışdır. Oraya çatanda Ayşən artıq yolda gözləmiş və onu da avtomobillə götürüb İqbal Mikayılovun evinə getmişlər. Xəyyam gedəndən sonra Bilal qonşuların diqqətini cəlb etməmək üçün hasardan hoppanıb darvazanı açmış və içəri keçmişlər. İqbal Mikayılovun evi geniş həyət, 1 otaq, mətbəx və hamam-tualetdən ibarət olmuşdur. İqbalın evinə girdikdən sonra 10-15 dəqiqə mətbəxdə oturub söhbət etmişlər. Sonra ona atası Təqsirləndirilən şəxs2 zəng etmiş və metalın pullarının haqq-hesabı üçün onu evə çağırmışdır. Yola çıxıb tanımadığı taksi ilə evə gedib pulları atasına verdikdən sonra geri qayıtmışdır. Onun evə gedib gəlməyi təxminən 15 dəqiqə çəkmişdir. Evə tanımadığı taksi ilə geri qayıtdıqdan sonra çaxırı açmış və bir stəkan Ayşənə süzmüşdür. Ayşən çaxırın hamısını içmişdir. Qalan çaxırın isə 3 stəkanını özü içmişdir. Çaxırı içəndən sonra Ayşən sərxoş olmuş və onunla yataq otağında çarpayının üzərində könüllü, təbii formada cinsi əlaqədə olmuşdur. Ayşənin qızlıq bəkarətini pozduqdan sonra Ayşən artıq evlərinə gedə bilməyəcəyini, onunla ailə qurmalı olduğunu və bunun üçün Ayşəni öz evinə aparmalı olduğunu demişdir. O, isə Ayşənə hamama girib yuyunmağını demişdir. Ayşən hamamda yuyunmuş və paltarlarını geyinməyə başlayan zaman Bilala Ayşənlə cinsi əlaqdə olub onun qızlıq bəkarətini pozduğunu, Ayşənin ona dediyi sözləri demişdir. Bilaldan nə edəcəyini soruşanda Bilal ona “nə edirsən et, burdan rədd elə” demişdir. Bilal onun Ayşəni də götürüb tez həmin evi tərk etməsini istəmişdir. Bundan sonra o, Ayşəni öldürmək niyyətinə gəlmiş və İqbalın evinin mətbəx otağından rəngini xatırlamadığı mətbəx bıçağını götürüb belində gizlətmişdir. Bilal bıçağı götürdüyünü görmüş və ona bıçağı yerinə qoymağını demişdir. Lakin o, yenə də Bilaldan xəbərsiz bıçağı götürmüşdür. Bu vaxt onun telefonu enerjisi bitdiyi üçün sönmüşdür. Ona görə də Ayşənin razılığı ilə onun telefonunu götürüb öz nömrəsini onun telefonunda istifadə etmişdir. Atası ona teztez zəng etdiyindən telefonunun açıq olması üçün Ayşəndən telefonunu götürmüşdür. Bundan sonra İqbalın evindən çıxmış və piyada Səadət sarayının yerləşdiyi küçə ilə üzü Qaraqaşlı kənd qəbiristanlığına tərəf getmişlər. Ayşənə yalandan onu xalasıgilə apardığını demişdir. Bu müddət ərzində Bilalla tez-tez telefonda danışaraq harada olduğunu dəqiqləşdirmişdir. Bu vaxt onu atası da axtardığına görə onunla da tez-tez danışmışdır. Qaraqaşlı kənd qəbiristanlığına çatandan sonra orada bir müddət gözləmiş və Ayşənə yalandan zəng gözlədiyini, zəng gələndən sonra xalasıgilə gedəcəklərini demişdir. Qaraqaşlı qəbiristanlığının yaxınlığında həqiqətəndə Südabə adlı xalasının evi olmuşdur. Lakin həmin vaxt Ayşəni xalası evinə aparmaq fikri olmamışdır. Təxminən 10 dəqiqə gözləyəndən sonra Ayşən onu aldatdığını hiss edib öz evlərinə getmək istədiyini demişdir. Ayşənin getdiyini görüb sağ tərəfdə şalvarının kəmərinin altında saxladığı bıçağı çıxardıb Ayşən qarşısında sol tərəfə çönən vaxt sağ əli ilə bıçağı onun sağ tərəfdən sinəsinə vurmuşdur. Bu vaxt bıçağın sapının plastmas üzlüyü sınıb yerə düşmüşdür. Ayşən qaçmaq istəyəndə onu yerə yıxmış və bıçaqla yenidən onun boğaz nahiyəsinə vurmuşdur. Ayşənə cəmi iki dəfə bıçaq xəsarəti yetirmişdir. Ayşənin nə qədər vaxta öldüyünü dəqiq xatırlamır. Ayşən öldükdən sonra Bilala zəng edib Ayşəni öldürdüyünü demişdir. Təxminən 6-7 dəqiqədən sonra Bilal qəbiristanlığa onun yanına gəlmişdir. Həmin vaxt artıq Ayşən ölmüşdür. Ayşəni qəbiristanlıqda çəpərin dibinə uzadıb üzərini ot, kol, əski parçası ilə örtmüşlər. Bundan sonra atası zəng edib onu axtardığına görə Bilalla evə qayıtmışdır. Meyitdən aralananda Bilal ona yaxınlaşaraq bıçağı nə etdiyini soruşmuş, o isə bıçağın qırıldığını və meyitin yanında qaldığını demişdir. Bilal geri qayıdıb bıçağı axtarmağa getmişdir. Bilalın bıçağı götürüb-götürmədiyini bilməmişdir. Qəbiristanlığın qabaq girişindən çıxıb evinə getmiş, Bilala zəng etdikdə o, arxadan çıxıb gedəcəyini demişdir. Əli qan olduğu üçün yolda arxda əlini yumuş və evə getmişdir. Evdə valideynləri oyaq olmuşdur. Üzəri palçıq olduğundan ondan bu barədə soruşduqda dava etdiyini demişdir. Evdən Bilala zəng etdikdə o da artıq evdə olduğunu demişdir. Səhər saat 06 radələrində Bilala yenidən zəng edərək qəbiristanlığa gedib meyiti basdırmağı təklif etmişdir. Lakin Bilal artıq havanın işıqlandığını demiş və axşam hava qaralandan sonra meyiti basdırmağın daha təhlükəsiz olacağını demişdir. Həmin vaxt evdən çölə çıxıb Bilalın evinə tərəf getmiş, bu vaxt atası ona zəng edib hara getdiyini soruşmuşdur. Sonra o, Bilalla birlikdə evinə qayıtmışdır. Qapını anası açmış və ondan axşamdan yatmadığını nə baş verdiyini soruşmuşdur. Bilala işarə edib heç nə deməməsini bildirmişdir. Lakin Bilal ona məhəl qoymamış və onun qız öldürdüyünü demişdir. Bundan sonra atası və bütün ailə üzvləri hadisəni bilmişdir. Atası əsəbiləşib onu və Bilalı söyüb qovmuşdur. 3-4 saat həyətdə gəzmiş sonra evə getmişdir. Sonra Bilala zəng etmiş və onların evinin qarşısında görüşmüşlər. Bilala gedib meyiti basdırmağı təklif etmiş, lakin Bilal artıq hərəkətləri ilə ətrafda şübhə yaratdığını gecə getməyi təklif etmişdir. Sonra yenə məhəllədə havanın qaralmasını gözləmiş, axşam saat 21 radələrində VAZ 2107 markalı avtomobili ilə Bilalgilə getmişdir. Bilal sellofan, odeyal və iki ədəd bel hazırlamış, bellərin avtomobilə yerləşməsi üçün onların sapını kəsmişdir. Həmin əşyaları maşına qoyub qəbiristanlığa getmişlər. Həmin gecə və gündüz qar yağdığına görə Ayşənin meyitinin üzərini qar örtmüşdür. Qəbiristanlıqda atası ona zəng etmiş, lakin o cavab verməmişdir. Sonra o Bilala zəng etmiş, Bilal qəbiristanlıqda olduqlarını demişdir. Bilal qəbiristanlıqdan çıxıb kənarda gözləmiş, o isə avtomobili evinə aparıb qoymaqla tanımadığı taksi ilə geri qayıtmışdır. Lakin atası avtomobillə onun arxası ilə gəlmişdir. Bilal meyiti qəbiristanlıqda basdırmağın münasib olmadığını demiş və onlar Ayşənin meyitini sellofana, sonra isə odeyala büküb avtomobilin salonuna sağ tərəfə qoymuşlar. Meyiti qəbiristanlıqdan Bilalla birlikdə çıxartmışlar. Atası onları avtomobildə gözləmişdir. O, öndə sağda, atası sükan arxasında, Bilal isə arxada sola oturmuşdur. Atası avtomobili Kürdəmir rayonuna sürmüşdür. Məqsədi Ayşənin meyitini Ağsu rayonundan kənarda basdırmaq olmuşdur. Meyitin konkret harada basdırılmasını Bilal məsləhət görmüşdür. Onlar meyiti Şirvan kanalı ilə paralel Şahbəyli kəndinə gedən yol istiqamətində, Şirvan kanalından Kəngərli kəndinə gedən su kanalının yanında basdırmışlar. Ağsu-Kürdəmir yolundan meyitin basdırıldığı yerə qədər yol boyunca 43 ədəd işıq dirəkləri basdırılmışdır. Quyunu onunla Bilal birlikdə qazmışlar. Təxminən 1 saat 30 dəqiqəyə 1 metr 20 sm-ə qədər quyu qazmışlar. Sonra Ayşəni sarıdıqları sellofan torba və odeyaldan çıxarıb quyuya basdırmışlar. Ayşənin üzərində ağ rəngli idman ayaqqabısı, göy rəngli cins şalvar, uzunqol köynək və qara rəngli gödəkçə olmuşdur. Sonra meyitin üzərini torpaqla örtüb üzərini hamarlamışlar. Onlar meyiti basdıran zaman atası avtomobili idarə edib Ağsu şəhərinə geri qayıtmışdır. O isə meyiti basdırdıqdan sonra belləri, gödəkçəni və Ayşənin başında olan qara rəngli papağı, odeyalı və sellofanı özü ilə götürüb belləri yolüstü hazırda xatırlamadığı əraziyə tullamışdır. Ağsu-Kürdəmir yoluna qədər piyada gəlmişlər. Sonra isə yolda tanımadığı avtomobili saxladıb Ağsu şəhərinə qayıtmışlar. Gödəkçəni və Ayşənin başında olan qara rəngli papağı, odeyalı və sellofanı Ağsu şəhərinə geri qayıdıb elə həmin gecə 2 nömrəli məktəbin arxasında yol kənarında olan zibillikdə Bilalla birlikdə yandırmışlar. Sonra isə oradan Bilaldan ayrılıb evinə getmişdir. Ayşəni öldürdüyü bıçaq qəbiristanlıqda qalmış, Bilal sonradan onu götürmək üçün geri qayıtmışdır. Lakin onun sonradan bıçağı nə etməsini xatırlamır. 27 yanvar 2017-ci il tarixdən 28 yanvar 2017-ci il tarixə keçən gecə Ayşənlə təbii yolla cinsi əlaqədə olmuş, bundan sonra Ayşən onunla ailə qurmalı olduğunu, əks halda ondan şikayət edəcəyini demişdir. O da qorxduğu üçün onu öldürmək qərarına gəlmişdir. Bilala Ayşəni öldürəcəyini deməmişdir. Lakin mətbəxdən bıçaq götürəndə o, şübhələnmiş və bıçağı yerinə qoymağını demişdir. Lakin o Bilaldan xəbərsiz bıçağı götürmüşdür. Ayşəni öldürdükdən sonra onun nömrəsini qırıb tullamışdır. Telefonu isə Ayşəni öldürəndən təxminən 20 gün sonra Hacıqabul yolunda avtomobillə hərəkətdə ola-ola tullamışdır. Lakin yeri dəqiq xatılamır. Ayşəni öldürdüyünü Təqsirləndirilən şəxs1, anası Zülfiyyə, atası Arif, qardaşları Elmin, Mirvasif bilmişlər. Ayşəni öldürən zaman üzərində qara rəngli cins şalvar, qara rəngli idman ayaqqabısı, qara rəngli jaket, qara rəngli gödəkçə olmuşdur. Üzərindən 5 ildən artıq vaxt keçdiyinə görə həmin paltarları istifadə etmiş və köhnələndən sonra tullamışdır. Ayşəni öldürdüyü gün onun üzərində pul, qiymətli əşya, çanta olmamışdır. Onun paltarlarından başqa heç bir şəxsi əşyası olmamışdır. Gecə atası onu axtardığından və telefonu açmadığından qardaşı Mirvasif ona ***-***-**-** nömrəli mobil telefondan 28 yanvar 2017-ci il tarixdə, saat 00:24-də “...hardasan” məzmunlu SMS göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində ********* saylı cinayət işi üzrə ibtidai istintaq zamanı zərər çəkmiş şəxsin hüquqi varisi kimi verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, qızı Ayşən Qəhrəmanova 27 yanvar 2017-ci il tarixdə, gecə saat 22 radələrində gizlin şəkildə evdən çıxmışdır. Bundan sonra onun qızından xəbəri yoxdur. 28 yanvar 2017-ci il tarixdə saat 07 radələrində Zenfira və Namizədlə birlikdə bazara getmişlər. Saat 11 radələrində Aygün onların yanına gələrək Ayşənin evdə olmadığını demişdir. Aygünü danışdıran zaman onlara məlum olmuşdur ki, 27 yanvar 2017-ci il tarixdə axşam Ayşən Aygünün yanında Asiflə telefonda danışmış və Aygünə Asiflə görüşməyə gedəcəyini demişdir. Ayşən itkin düşməzdən əvvəl də ona Asif adlı oğlanla telefonda danışdığını demişdir. Ayşən ona Asiflə bir-birini sevdiklərini, Asifin onunla evlənmək istədiyini dediyini demişdir. Ayşənin ona deməsinə görə Asifin atası Cabbardır və onlar Qaraqaşlı kəndindəndirlər. Lakin sonradan məlum olmuşdur ki, Asif Ayşənə özü haqqında yalan məlumatlar vermişdir. Ayşənin dediyi Asif adlı şəxs Ağsu şəhər sakini Şahid1dur. Qızı Ayşənin itkin düşməsində Şahid1 şübhələnir. Çünki qızı sonuncu dəfə Asiflə telefonda danışmış və itkin düşdüyü gecə onunla görüşə getmişdir. Ayşən Qəhrəmanovanın mobil telefon işlətməsi və gizlincə oğlanlarla danışması barədə yalnız bir dəfə Cavidan Ayşənin telefonunu tapan zaman məlumatı olmuşdur. Həmin vaxt hətta Ayşəni gizlin telefon işlətdiyinə görə döymüşdür. Cavidan Ayşənin gizlin işlətdiyi telefonu sındırmışdır. İlk dəfə Ayşənin itkin düşməsi barədə polisə müraciət edən zaman və bu barədə polis şöbəsində izahat verərkən Ayşənin kiməsə qoşulub qaçdığını, bir neçə günə tapılacağını fikirləşmişlər. Ona görə də, polis şöbəsində izahat verən zaman izahatını diqqətlə oxumamışdır. Ayşəni sonuncu dəfə 27 yanvar 2017-ci il tarixdə axşam evdə görmüşdür. Həmin vaxt Ayşən evin içində qızlarla söhbət etmişdir. Bundan sonra Ayşəni görməmiş və yatmışdır. Səhər durub işə gedən zaman da Ayşəni görməmişdir. 04 fevral 2017-ci il tarixdə polis şöbəsində izahat verən zaman da Ayşəni səhər gördüyünü deməmişdir. Onun bunu nə məqsədlə etdiyini bilmir. Ayşən itkin düşən zaman oğlu Amid evli olmuş və Ağsu şəhərində kirayə ev tutub orada yaşamışdır. 2021-ci ilin yay aylarında Amid Bakı şəhərinə köçmüşdür və hazırda Bakı şəhərində yaşayır. Zenfiranın oğulları Cavid və Cavidan isə Ayşən itkin düşən zaman Bakı şəhərində olmuşlar. Ayşənin mobil telefon işlətməsi və oğlanlarla telefonla danışması barədə Namizədin və ya qardaşlarının məlumatı olmamışdır. Ayşənin mobil telefonu olmasını yalnız Cavidan bilmişdir. Həmin vaxt Cavidan Ayşənin telefonunu sındıraraq onun danışdığı Sahil İsmayılova zəng etmişdir. X38 əlaqəsini kəsməsini bildirmişdir. Cavidan Ayşənin telefon işlətməsini və Sahillə telefonda danışmasını atasına və ya qardaşlarına heç vaxt deməmişdir. Qızı Ayşən evdən çıxan zaman üzərində göy rəngli cins şalvar, qara rəngli üzərində qırmızı rəngli gülləri olan köynək və qara rəngli gödəkçə olmuşdur. Bunu Ayşən itkin düşəndən sonra onun evdə olmayan paltarlarına əsasən müəyyən etmişdir. Ayşənin üzəri qara rəngli, altı isə narıncı rəngli idman ayaqqabısı olmuşdur. Bunu ona ögey qızı Aygün demişdir. Ayşənin evdən çıxmasını görməmişdir. Qızı Ayşən evdən çıxan zaman üzərində hansı zinət və ya bəzək əşyaları olmasını görməmişdir. Lakin Ayşən evdə olan zaman barmağına qiymətli olmayan sadə metaldan üzük taxmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ********* saylı cinayət işi üzrə ibtidai istintaq zamanı xx.xx.2017-ci il tarixdə şahid kimi verdiyi ifadəsi məhkəmə iclasında elan edilərək göstərilmişdir ki, o, ailə üzvləri ilə birlikdə yaşayır. Ailədə 7 nəfər, yəni atası Namizə, anası Zenfira, bacısı Aygün, qardaşı Cavidan, ögey anası Məleykə, ögey bacısı Ayşən ilə birlikdə yaşayırdılar. Atasının iki arvadı olduğu üçün onlar yaşadıqları 4 otaqlı evi iki hissəyə bölmüşlər və evin iki otağında onlar qalırmış, digər otağında isə ögey ana və qızı qalırmışlar. Onlar yemək yeyən zaman ögey anası və ögey bacısı Ayşən onlar qaldığı otağa gəlirmişlər və onlar birlikdə yemək yedikdən sonra isə öz otaqlarına gedirmişlər. Belə ki, Ayşənlə münasibəti yaxşı olmuşdur, onunla heç zaman dalaşmamışdır. O, təxminən sentyabr oktyabr ayında Ayşənin telefon işlətməsi barədə məlumatı olmuşdur və ondan soruşan da ki, bu telefonu haradan tapmısan, Ayşən də ona demişdir ki, ona bu telefonu Sahil adlı oğlan verib onunla danışır və Ayşən onlara Sahil barədə başqa məlumat verməmişdir. Onu da qeyd etmişdir ki, Sahil telefonu Ayşənə verən zaman həmin telefonun üzərində nömrə də vermişdir. Ayşəndən Sahil adlı şəxslə necə tanış olduqlarını soruşduqda bildirmişdir ki, yolda gedərkən Sahil ona kağıza yazılmış, nömrə vermişdir. Təxminən noyabr, dekabr aylarında isə Ayşənlə söhbət edən zaman bildirmişdir ki, qardaşı Cavidan onun telefonunu divara vurub qırmışdır. Bundan sonra isə Ayşənin hər hansısa bir telefon işlətməsi barədə məlumatı olmamışdır. Şahid3 ibtidai istintaq zamanı xx.xx.2019-cu il tarixdə şahid kimi verdiyi ifadəsi məhkəmə iclasında elan edilərək göstərilmişdir ki, o, əvvəllər verdiyi ifadələrini təsdiq edir. Bir daha bildirir ki, 27 yanvar 2017-ci il tarixdə gecə saatlarında bacısı Ayşən evdən Ağsu şəhər sakini Şahid1la çıxmışdır. Onu Şahid1 aparmışdır. Həmin gün Ayşən saçını yuyub, göy rəngli cins şalvar, yeri qara rəngli, üzərində qırmızı rəngdə gülləri olan uzunqol köynək geyinmiş, özünə bəzək-düzək vermişdir. 27 yanvar 2017-ci il tarixdə bəzənərək görüşə gedəcəyi barədə ondan başqa heç kimə heç nə deməmişdir, çünki atası Namizəd onun oğlanla görüşəcəyini bilsəymiş, buna imkan verməzmiş. Həmin axşam saat 21-22 radələrində ailə üzvləri evdə olduqları vaxt o, bacısı Ayşənlə həyətyanı sahələrində olan tualetə getmişlər, bacısı gecə vaxtı həyətə tək düşməkdən qorxduğu üçün onu da özü ilə birlikdə aparmışdır. Asiflə danışdığı qara rəngli, sınandan sonra üzəri skoçla bərkidilmiş olan, “Nokia” markalı, sadə telefon aparatı da onun əlində imiş. Onlar həyətlərindəki tualetə çatanda Ayşənə zəng gəlmiş, Ayşən ona zəng edən şəxsə demişdir ki, “axşam saat 22:00-da səni evimizin qarşısında gözləyəcəyəm, görüşərik”. O, onun Asiflə danışdığını təxmin etmişdir və dəqiqləşdirmək üçün Ayşəndən kiminlə görüşə getdiyini soruşmuşdur. Ayşən cavab vermişdir ki, “bilirsən də, sevgilim Asifdir, mənə bu gün axşam saat 22:00-da yaşadığımız evin qarşısında görüşməyi təklif edir. Asif maşınla evimizin qarşısına gələcək və mən gizlicə yatmaq bəhanəsi ilə öz otağıma keçəcəyəm, sonra isə qapıdan xəlvət çıxıb Asifin maşını ilə xəstəxananın yaxınlığına, Asifin dayısı İqbalın birotaqlı evinə gedib orada söhbət edəcəyik”. Ayşən ona and vermişdir ki, “Asiflə görüşəcəyim barədə atam, anam, qardaşım bilməsin, bilsələr, məni Asifdən ayıracaqlar”. Ayşən həmçinin bildirmişdir ki, “Asif Ağsu rayonunun Qaraqaşlı kəndində yaşayır, atası iş adamıdır, marketləri var, maddi imkanları əladır, münasibətimiz baş tutsa, mən də yaxşı gün görərəm”. O, Ayşəndən soruşmuşdur ki, “sənin indi Asiflə qoşulub qaçmaq fikrin var? Bəlkə, bu məqsədlə evdən çıxırsan? Mən atamgilə nə cavab verərəm?”, Ayşən isə cavab olaraq bildirmişdir ki, “narahat olma, həmişə görüşdüyüm kimi, Asiflə bu dəfə də görüşüb, söhbət edib, geri qayıdacağam, mənim Asifə qoşulub qaçmaq fikrim yoxdur, el adəti ilə elçi göndərsə, gəlin köçərəm”. O, da Ayşənin bu sözlərinə inanıb onun 27 yanvar 2017-ci il tarixdə saat 22:00 radələrində Asiflə birlikdə getməsi barədə ailə üzvlərinə məlumat verməmişdir. Səhəri gün, yəni 28 yanvar 2017-ci il tarixdə Ayşənin gecə evə qayıtmadığını gördükdən sonra anası Zemfiraya demişdir ki, “Ayşən gecə saat 22:00-da Asiflə görüşə gedib, ancaq atama bu barədə heç nə demə”. Bundan əlavə, bildirmişdir ki, Ayşən evdən çıxdığı vaxt istifadə etdiyi, Sahilin ona alıb verdiyi telefon üzərində olmuş, itkin düşməmişdən bir gün qabaq anası Zemfiranın adına olan ***-***-**-** nömrəsini anasından xəbərsiz həmin telefona taxaraq Asiflə danışmağa başlamışdır. Əlavə olaraq onu da bildirmək istəyir ki, Ayşən 2016-cı ilin təxminən dekabr ayında yenə gecə saat 22- 23 radələrində Asiflə görüşmək üçün evdən çıxmış, səhər isə ona görüş barədə danışarkən gecə xəstəxananın yaxınlığında yerləşən, Asifin dayısı İqbala məxsus birotaqlı evdə görüşdüklərini demişdi. Qeyd edir ki, daha əvvəl Ayşən onunla Asif barəsində söhbət edərkən demişdir ki, Asifin sözlərinə görə, İqbal onun dayısıdır və xəstəxananın yaxınlığında İqbalın birotaqlı evi var, o evdə heç kim yaşamır, yalnız evə nəzarət etmək üçün orada qarovulçu olur, o, həmçinin evin yaxınlığında İqbala məxsus boş torpaq sahəsi olduğunu da bildirmişdir. Qeyd etdiyi kimi, 2016-cı ilin dekabr ayında Asiflə baş tutmuş həmin görüşdən sonra Ayşən ona danışmışdır ki, gecə Asiflə birlikdə o evə getmiş, qarovulçudan icazə alıb evə daxil olmuş, orada oturub söhbət etmişlər. Şahid3 ibtidai istintaq zamanı xx.xx.2021-ci il tarixdə şahid kimi verdiyi ifadəsi məhkəmə iclasında elan edilərək göstərilmişdir ki, əvvəllər verdiyi ifadələri təsdiq edir. Bir daha bildirir ki, ailə üzvlərimlə birlikdə yaşayır. X7 onun bacısıdır. Hazırda yaşadığı evdə o, anası Zenfıra, bacıları Aysel və Fidan yaşayırlar. Bundan əlavə, atasının digər arvadı Məleykə və qızı Arzu da onlarla birlikdə yaşayır. Qardaşları Cavidan, Cavid və Amil hər üçü Bakı şəhərində yaşayırlar. X1 xx.xx.2020-ci il tarixdə dünyasını dəyişmişdir. Anası və analığı Məleykə Qəhrəmanova dağdan sumaq, kəklikotu və digər yabanı halda bitən bitkiləri toplayaraq onları Ağsu şəhərində yerləşən bazarda satmaqla ailələrini dolandırırlar. Onlar bir evdə yaşasalarda öz aralarında, eləcə də valideynlərinin arasında mübahisə, ədavət, düşmənçilik olmamışdır. X27 ilə də münasibətləri hər zaman yaxşı olmuşdur. 2016-cı ilin avqust ayında Ayşən Sahil adlı oğlanla anası Zenfıranın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəli telefonla və atasına məxsus ***-***-**-** saylı mobil nömrəli telefonla danışırmış. O, Ayşəndən danışdığı şəxsin kim olmasını soruşanda o, həmin şəxsin Sahil adlı oğlan olduğunu, onu istədiyini və evlənəcəklərini deyirmiş. Ayşən yoldan evə çınqıl daşıyan zaman Sahilin avtomobildən ona kağıza yazılmış nömrəsini tulladığını və həmin nömrəyə ona məxsus telefondan zəng edərək tanış olduqlarını demişdi. 2016-cı ilin oktyabr ayında Ayşən yenə Sahillə görüşə getmişdir. Ayşən Sahillə ümulikdə təxminən 2-3 dəfə görüşmüşdür. O hər dəfə görüşə gedən zaman ona Fidana deyirmiş. Həmin vaxt gecə saatlarında evdə olduqları zaman Məleykə Ayşənin evdə olmadığını demişdir. Onlar evdə və həyətdə Ayşəni axtarsalarda onu tapa bilməmişlər. Bu zaman Ayşənin küçənin başında tanımadıqları avtomobildən düşərək evə gəldiyini görmüşdür. Məleykə Ayşəndən haradan gəlməsini soruşanda o, Sahil adlı oğlanla tanışlıq üçün görüşə getdiyini demişdir. Həmin vaxt qardaşı Cavidan Ayşəni döymək istəsə də valideynləri buna imkan verməmişlər. Ayşənin Sahillə danışmasından və görüşməsindən atasının heç vaxt xəbəri olmamışdır. Bundan sonra oktyabr ayında valideynləri, Ayşən və Fidan Ərəbuşağı kəndinə sarımsaq əkməyə gedən zaman Ayşən Sahilin ona almış olduğu telefonu evdə gizlədirmiş. Bu vaxt Ayşənin istifadə etdiyi qara rəngli Nokia markalı telefona zəng gəlmişdir və telefonun səsini eşidən qardaşı Ayşənin yatdığı otağı axtararaq onun telefonunu tapmışdır. Cavidan həmin telefona gələn zənglərə baxdıqdan sonra Sahilin nömrəsini tapıb onunla danışmışdı və Ayşənə birdə zəng etməməsini bildirmişdir. Sonra Cavidan əsəbiləşərək həmin telefonu divara vurub sındırmışdır. Bu hadisədən bir neçə gün sonra Cavidan Bakı şəhərinə işləməyə getmişdir. Ayşən isə Cavidanın sındırdığı telefonu skoçla sarıyaraq yenidən işlətməyə başlamışdır və o, yenidən Sahilə zəng etmişdir. Lakin Sahil daha onun telefonlarına cavab vermirmiş. Bu hadisədən bir müddət sonra o, Ayşəndən yenə telefonla Sahillə danışıb danışmadığını soruşanda o daha Sahillə danışmadığını, Ağsu şəhər sakini olan Asif adlı oğlanla danışdığını demişdir. Ayşəndən həmin oğlanın kim olmasını soruşanda o həmin oğlanın ona səhv düşdüyünü və bundan sonra tanış olduqlarını, adının Asif olduğunu, maddi imkanlarının yaxşı olduğunu və Asifin onunla evlənəcəyinə söz verdiyini demişdir. Asif ona Qaraqaşlı kəndindən olduğunu, atasının adının Cabbar olduğunu, Qaraqaşlı kəndində Ümid adlı marketin və marketin arxasındakı ikimərtəbəli evin onlara məxsus olduğunu demişdir. Sonradan onlara məlum olmuşdur ki, həmin şəxs Şahid1dur və Ayşənə özü haqqında səhv məlumat vermişdir. Ayşən itkin düşəndən sonra bilmişlər ki, Ayşən Asifdən əvvəl onun qardaşı Emillə də telefonda danışmışdır. Ayşən qaraçı olduğunu biləndən sonra Emildən ayrılmışdır və Asif Emilin qardaşı olmasını gizlətmək üçün Ayşənə özü barədə yalan məlumat vermişdir. Ayşən Asiflə də gecələr görüşməyə gedirmiş. O Asiflə də təxminən 2-3 dəfə görüşmüşdür. Ayşən hər dəfə Asiflə görüşməyə gedən zaman ona deyirmiş. O Asiflə görüşmək üçün gecələr hamı yatdıqdan sonra gizlincə evdən çıxırmış. Ayşən Asiflə evlərinin yanında görüşürmüş. Sonuncu dəfə isə o, Asiflə görüşüb İqbal adlı şəxsin evinə gedəcəklərini demişdir. Ayşən Asiflə görüşəndə neynədiklərini ona demirmiş. Ayşən 27 yanvar 2017-ci il tarixdə axşam başını yumuşdur. O yenə də Asiflə görüşə getməyə hazırlaşırmış. Gecə saat 22 radələrində Ayşən valideynlərindən gizlin şəkildə evdən çıxmışdır. Bundan sonra onların Ayşəndən xəbərləri yoxdur. 28 yanvar 2017-ci il tarixdə saat 10 radələrində o, yuxudan durduqdan sonra Ayşənin evdə olmadığını görmüşdür. Həmin vaxt artıq valideynləri bazara işə getmişdilər. O, Ayşənin evdə olmadığını gördükdən sonra bazara gedərək bu barədə anasına və Məleykəyə demişdir. Sonra isə anası Ayşənin itkin düşməsi barədə polisə məlumat vermişdir. Lakin hazıradək Ayşənin harada olması onlara məlum deyil. O, ilk vaxt Ayşənin Asifə qoşulub qaçdığını fikirləşdiyi üçün və atasının qəzəbindən qorxduğundan valideynlərinə onun həmin gecə Asiflə görüşə getməsi barədə deməmişdir. Lakin bir müddət keçəndən sonra Ayşənin hələ də tapılmadığını gördükdən sonra 27 yanvar 2017-ci il tarixdə gecə Ayşənin Asiflə görüşə getdiyini valideynlərinə demişdir. Ayşən görüşə getməzdən əvvəl Asiflə telefonda danışmış və ona Asiflə görüşməyə gedəcəyini demişdir. Bundan sonra Ayşən yoxa çıxmışdır. O, Ayşənin itkin düşməsində Şahid1 şübhələnirmiş. Çünki Ayşən sonuncu dəfə Asiflə telefonda danışmışdır və itkin düşdüyü gecə onunla görüşə getmişdir. Şahid3 ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdə şahid kimi əlavə dindirilmə zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edilərək göstərilmişdir ki, əvvəlki ifadələrini təsdiq edir. Ayşən Qəhrəmanova evdən çıxan zaman üzərində göy rəngli cins şalvar, qara rəngli üzərində qırmızı rəngli gülləri olan köynək və qara rəngli gödəkçə olmuşdur. Onlar bunu Ayşən itkin düşəndən sonra onun evdə olmayan paltarlarına əsasən müəyyən etmişlər. Bundan başqa Ayşən evdən çıxan zaman onun ayağında qara rəngli, altı isə narıncı rəngli idman ayaqqabısı olmuşdur. Ayşən evdən çıxan zaman barmağında qiymətli olmayan sadə metaldan üzük taxmışdır. Onun üzərində başqa zinət və ya bəzək əşyaları olmasını görməmişdir. Bəlkə də olmuşdur. Konkret olaraq ona təqdim olunan əşyalara baxsa həmin əşyanın Ayşənə məxsus olub-olmamasını deyə bilər. İttiham aktında isə qeyd edilmişdir ki, ********* saylı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində ********* saylı cinayət işi üzrə ibtidai istintaq zamanı şahid kimi verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, 16 mart 2022-ci il tarixdə Bilal Ayşənin meyitinin yerini göstərməsi üçün aparılmışdır. Bilal evə gələndə bildirmişdir ki, Ayşəni qonşusu Asif öldürmüşdür. 27 yanvar 2017-ci il tarixdə Asif Bilala zəng edərək Qaraqaşlı qəbiristanlığında Ayşəni bıçaqla öldürməsi barədə ona məlumat vermiş, Bilal da Asifgilin evinə gedərək bunu Asifin atası Arifə demişdir. Bundan sonra Arif Bilalı hədələyərək hadisə barəsində onun da məlumatının olduğunu, ona da problem yaranacağını deyərək meyiti gizlətməkdə köməklik etməsini istəmişdir. Bundan sonra Bilal, Asif və Arif əvvəlcə Ayşənin meyitinin olduğu Qaraqaşlı qəbiristanlığına getmiş, meyiti oradan götürərək Kürdəmir rayonu ərazisində Kəngərli istiqamətinə aparıb Şirvan kanalının yaxınlığında basdırmışlar. X51 aralarında mübahisə olduğu üçün Qaraqaşlı qəbiristanlığında bıçaqla öldürdüyünü demişdir. Bilal qorxduğu üçün bu barədə heç nə deməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid5 məhkəmə iclasında Şahid4 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, Ağsu Rayon Prokurorluğunda olmuşdur. Həmin vaxt müstəntiq Ənvər Nəbiyev Təqsirləndirilən şəxs1 çağıraraq ona “işin açılmasına kömək etdiyin üçün səni tutulmağa qoymayacam” sözlərini deməsinin şəxsən şahidi olmuşdur. Daha sonra bacısı onu evlərinə dəvət etmiş, evdə olarkən Təqsirləndirilən şəxs1 ona demişdir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində olarkən müstəntiq Ənvər Nəbiyev ona Arif Manafonun adını çəkəcəyi təqdirdə kömək ediləcəyini bildirmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X17 ifadəsində bildirmişdir ki, müstəntiq Ənvər Nəbiyev onu ibtidai istintaq zamanı dindirmişdir. Bu zaman o, müstəntiqə əri Təqsirləndirilən şəxs1 həbs edilməməsini xahiş etmiş, müstəntiq də ona Arifin adını axıra kimi çəkməli olduğunu qeyd etmişdir, Bilal da Arifin orda olmadığını demişdir. Əri Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 adının axıra kimi hansı hadisə üzrə çəkməli olmasını bilməmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - “Cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın ləğv edilməsi və cinayət işi başlanıb istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 25 aprel 2017-ci il tarixli qərarın surətindən görünür ki, X2 xəbərsiz itkin düşməsi ilə Ağsu RPŞ-in Təhqiqat Qrupunda toplanmış HK-1/52 nömrəli material üzrə qəbul olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ləğv edilmiş, fakta görə CM-nin 144.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və həmin cinayət işi üzrə ibtidai istintaqın aparılması aidiyyəti üzrə Ağsu RPŞ-nin İstintaq qrupuna həvalə edilmişdir. - “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 25 oktyabr 2017-ci il tarixli qərarın surətindən görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl CM-nin 144.1-ci maddəsindən həmin Məcəllənin 144.1 və 145.1-ci maddələrinə tövsif edilmiş və istintaq aidiyyəti üzrə Ağsu rayon prokurorluğuna göndərilmişdir. - “Cinayət işinin tövsif edilməsi haqqında” 13 dekabr 2017-ci il tarixli qərarın surətindən görünür ki, CM-nin 144.1, 145.1-ci maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi CM-nin 144.1, 145.1-ci maddəsindən həmin Məcəllənin CM-nin 120.1-ci tövsif edilmişdir. - Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Şahid1 CM-nin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 13 (on üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. - Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şahid1 müdafiəçisi X14 apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü verilmiş apelyasiya şikayətinə münasibətdə hökm dəyişdirilmədən qüvvəsində saxlanılmış və qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minmişdir. Qeyd olunan hökm göstərilmişdir ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ********* nömrəli cinayət işinin istintaqı zamanı verdiyi səmimi ifadələri bir daha təsdiq edərək 28 yanvar 2017-ci il tarixdə gecə saatlarında Şahid1 mobil telefon vasitəsi ilə ona zəng edərək Ayşən Qəhrəmanovanı öldürməsini ona etiraf etdiyini, bu etirafdan bir müddət sonra meyitin olduğu əraziyə gedərək üzərinə kol və digər əşyalarla örtüklərini, daha sonra həmin gün hadisə ilə bağlı Şahid1 atası Təqsirləndirilən şəxs2 və digər ailə üzvlərinə məlumat verdiyini, 28 yanvar 2017-ci il tarixdə saat 22 radələrində Şahid1 ilə birlikdə onun atası Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobil ilə meyiti olduğu ərazidən götürüb Baş Şirvan kanalının qorunma zolağında yerləşən sahəyə aparaq orada badırdıqlarını bildirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Şahid1 və Təqsirləndirilən şəxs2 isə Ayşən Qəhrəmanovaya məxsus meyitin Şahid1 və Təqsirləndirilən şəxs1 tərəfindən basdırıldığını, Təqsirləndirilən şəxs2 isə bundan xəbərinin olmadığını qeyd etmişlər. Təqsirləndirilən şəxs Şahid1 məhkəmə istintaqı zamanı ifadəsində qeyd etdiyi xüsusatlar iş materialları və işin obyektiv halları ilə üst-üstə düşmədiyindən, məhkəmə kollegiyası onun məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşaraq əvvəlcədən seçilmiş müdafiə taktikası kimi qiymətləndirmişdir. Həmçinin, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı qeyd etdiklərinə də tənqidi yanaşaraq həmin şəxsin bu formada ifadə verməklə özünü gələcəkdə baş verə biləcək hər hansı məsuliyyətdən qorumağa çalışması kimi qiymətləndirmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi işin faktiki hallarına uyğun gəldiyindən, həmçinin həmin ifadələr cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşdüyündən, məhkəmə Təqsirləndirilən şəxs2 tərəfindən istintaq zamanı verilmiş ifadəni əsaslı saymışdır. - “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” 17 iyun 2022-ci il tarixli qərardan görünür ki, Şahid1 CM-nin 120.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair istintaq olunan ********* saylı cinayət işindən fakta görə CM-nin 307.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. - “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 30 mart 2023-cü il tarixli qərardan görünür ki, CM-nin 307.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi təzələnmiş və qanunla müəyyən edilmiş tərəflərə göndərilmişdir. - “İfadənin yerində yoxlanması haqqında” 16 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 foto və video çəkilişlə şahid qismində ifadəsi yerində yoxlanılmış və bu zaman 28 yanvar 2017-ci il tarixdə səhər saatlarında Şahid1 ilə birlikdə Ağsu şəhəri yaxınlığında Qaraqaşlı kənd qəbiristanlığında X2 meyitini gördüyü yeri göstərmiş, daha sonra həmin gün axşam X2 meyitini oradan Şahid1 və Təqsirləndirilən şəxs2la birlikdə sonuncuya məxsus VAZ 2107 markalı avtomobillə Ağsu şəhərindən Kürdəmir rayonu istiqamətində Ağsu-Kürəmir yolu ilə 17.2 km hərəkət etdikdə Şirvan kanalını keçdikdən sonra sola doğru kanala paralel olaraq uzanan, “Böyük Kəngərli və Bala Kəngərli” yazıları olan yerdən başlayaraq Şahbəyli kəndi istiqamətində 1.93 km hərəkət etdikdə yolun sol tərəfində bataqlıq əraziyə apararaq meyiti orada basdırdıqlarını bildirmişdir. - İlkin cinayət işinin istintaqı zamanı şahid Təqsirləndirilən şəxs1 ilə Şahid1 arasında aparılan 17 mart 2022-ci il tarixli üzləşdirmə protokolunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 ifadələrində qeyd etdiyi xüsusatları bir daha təsdiq edərək 28 yanvar 2017-ci il tarixdə gecə saatlarında Şahid1 mobil telefon vasitəsi ilə ona zəng edərək Ayşən Qəhrəmanovanı öldürməsini ona etiraf etdiyini, bu etirafdan sonra meyitin olduğu əraziyə gedərək üzərinə kol və digər əşyalarla örtüklərini, daha sonra həmin gün hadisə ilə bağlı Şahid1 atası Təqsirləndirilən şəxs2 və digər ailə üzvlərinə məlumat verdiyini, 28 yanvar 2017-ci il tarixdə saat 22 radələrində Şahid1 ilə birlikdə onun atası Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobil ilə meyitin olduğu ərazidən götürüb Baş Şirvan kanalının qorunma zolağında yerləşən sahəyə aparaq orada badırdıqlarını, cinayətin aləti olan bıçağı yaxınlıqda olan su arxına atdıqlarını, eləcə də meyitin əynində olmuş gödəkçəni yandırdıqlarını Şahid1 üzünə qarşı bildirməklə onu ifşa etmişdir. Şahid1 isə Təqsirləndirilən şəxs1 qeyd etdiyi xüsusatlarla tam razı olaraq həmin xüsusatları bütünlüklə təsdiq etmişdir. - İlkin cinayət işinin istintaqı zamanı şahid Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında 17 mart 2022-ci il tarixli üzləşdirmə protokolunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 ifadələrində qeyd etdiyi xüsusatları bir daha təsdiq edərək 28 yanvar 2017-ci il tarixdə gecə saatlarında Şahid1 mobil telefon vasitəsi ilə ona zəng edərək Ayşən Qəhrəmanovanı öldürməsini ona etiraf etdiyini, bu etirafdan sonra meyitin olduğu əraziyə gedərək üzərinə kol və digər əşyalarla örtüklərini, daha sonra həmin gün hadisə ilə bağlı Şahid1 atası Təqsirləndirilən şəxs2 və digər ailə üzvlərinə məlumat verdiyini, 28 yanvar 2017-ci il tarixdə saat 22 radələrində Şahid1 ilə birlikdə onun atası Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobil ilə meyiti olduğu ərazidən götürüb Baş Şirvan kanalının qorunma zolağında yerləşən sahəyə aparaq orada badırdıqlarını, cinayətin aləti olan bıçağı yaxınlıqda olan su arxına atdıqlarını, eləcə də meyitin əynində olmuş gödəkçəni yandırdıqlarını Təqsirləndirilən şəxs2 üzünə qarşı bildirmişdir. Təqsirləndirilən şəxs2 isə Təqsirləndirilən şəxs1 qeyd etdiyi xüsusatların əksər hissəsini təsdiq edərək yalnız Şahid1 Ayşən Qəhrəmanova ilə cinsi əlaqədə olması ilə bağlı heç kəsin ona məlumat vermədiyini, eləcə də Şahid1 cinayət törətməsindən ailə üzvlərinin xəbərinin olmamasını Təqsirləndirilən şəxs1 üzünə qarşı bildirmişdir. - “İfadənin yerində yoxlanması haqqında” 18 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 foto və video çəkilişlə şahid qismində ifadəsi yerində yoxlanılmış və bu zaman 28 yanvar 2017-ci il tarixdə gecə saatlarında Şahid1 və Təqsirləndirilən şəxs1 ilə birlikdə Ağsu şəhəri yaxınlığında Qaraqaşlı kənd qəbiristanlığından X2 meyitini ona məxsus olmuş VAZ 2107 markalı avtomobillə Ağsu şəhərindən Kürdəmir rayonu istiqamətində Ağsu-Kürəmir yolu ilə 17.2 km hərəkət etdikdə Şirvan kanalını keçdikdən sonra sola doğru kanala paralel olaraq uzanan, “Böyük Kəngərli və Bala Kəngərli” yazıları olan yerdən başlayaraq Şahbəyli kəndi istiqamətində 1.93 km hərəkət etdikdə yolun sol tərəfin bataqlıq əraziyə apardığını bildirmişdir. Göründüyü kimi ifadənin yerində yoxlanılması zamanı onun əyani olaraq göstərdikləri ilə daha əvvəl verdiyi sərbəst ifadələri arasında hər hansı ziddiyyət aşkar edilməmişdir. - “İfadənin yerində yoxlanması haqqında” 18 mart 2022-ci il tarixli protokoldan görünür ki, ********* saylı cinayət işinin istintaqı zamanı 18 mart 2022-ci il tarixdə Şahid1 müdafiəçisinin iştirakı ilə foto və video çəkilişlə şübhəli şəxs qismində ifadəsi yerində yoxlanılmış və bu zaman da 27 yanvar 2017-ci il tarixdə X7 ilə X8 məxsus Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən nömrəsiz həyət evində görüşdüyünü, onunla təbii yolla cinsi əlaqədə olmasını, daha sonra evdən çıxarkən Ayşən Qəhrəmanovanı öldürmək qərarına gəlib evin mətbəx otağından bıçağı götürüb üzərində gizlətdiyini əyani şəkildə göstərmişdir. İstintaq hərəkətinin gedişində Şahid1 İqbal Mikayılovun evindən çıxandan sonra hadisə günü X28 rayonu, Qaraqaşlı kənd qəbiristanlığına apardığı marşrutu göstərək Ağsu rayonu, Qaraqaşlı kənd qəbiristanlığında Ayşən Qəhrəmanovanı harada və hansı şəraitdə öldürməsini və meyiti gizlətməsini göstərmiş və ifadəsində göstərdiklərini bir daha təsdiq etmişdir. İstintaq hərəkətinin gedişində Şahid1 Ağsu şəhərindən Kürdəmir rayonu istiqamətində Ağsu-Kürəmir yolu ilə 17.2 km hərəkət edərək Şirvan kanalını keçdikdən sonra sola doğru kanala paralel olaraq uzanan, “Böyük Kəngərli və Bala Kəngərli” yazıları olan yerdən başlayaraq Şahbəyli kənd yolu istiqamətində 1.93 km hərəkət etdikdə yolun sol tərəfində yoldan 62 metr, Şirvan kanalından isə 17 metr məsafədə olan bataqlıq ərazini göstərərək atası Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobil ilə meyiti oraya gətirib Təqsirləndirilən şəxs1 köməyi ilə meyiti basdırdığı yeri göstərmişdir. - Bakcell MMC tərəfindən istintaqa təqdim edilmiş 27 oktyabr 2017-ci il tarixli məktuba əlavə edilmiş ***-***-**-** saylı, ***-***-**-** saylı, ***-***-**-** saylı mobil nömrələrə dair məlumatları özündə əks etdirən diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, X2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən xx.xx.2017-ci il tarixdə saat 15.22-də, saat 22.01-də, saat 22.14-də, saat 22.16-da, xx.xx.2017-ci il tarixdə saat 18.34-də, saat 19.51-də, saat 20.21-də, saat 20.31-də, saat 20.48-də, saat 22.16-da Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng olunaraq danışıq aparılmışdır. Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Ayşən Qəhrəmanovanın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə 26 yanvar 2017-ci il tarixdə saat 21.57-də, 27 yanvar 2017-ci il tarixdə saat 20.53-də, saat 21.18-də, saat 21.21-də, saat 22.15-də zəng olunaraq danışıq aparılması müəyyən edilmişdir. Şahid1 istifadəsində olan ***-***-**-** saylı nömrəyə 27-28 yanvar 2017-ci il tarixdə daxil olan və çıxan zənglərə, anten dairələrinə dair məlumatlarla onun, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələri ilə tam təsdiq olunur. Belə ki, telefon məlumatlarından da görünür ki, 27-28 yanvar 2017-ci il tarixdə saat 22 radələrinə qədər Şahid1 Kürdəmir rayonu ərazisində olmuşdur. Saat 22 radələrində o Ağsu şəhəri istiqamətində hərəkətdə olmuş və bu müddət ərzində mütəmadi olaraq Ayşən Qəhrəmanova ilə əlaqə saxlamışdır. Sonuncu dəfə o Ayşən Qəhrəmanovanın istifadəsində olmuş ********** saylı mobil nömrə ilə 7 saniyyə danışaraq onu evlərinin yaxınlığından götürmüş və bundan sonra Ayşən Qəhrəmanovanın nömrəsi istifadə olunmamışdır. Şahid1 istifadəsində olmuş ********** saylı mobil nömrə ilə Ağsu şəhəri və şəhərə bitişik Pirhəsənli kəndində quraşdırılmış antenlərin əhatə dairəsində saat 06:13-ə qədər Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ********* saylı və Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ********* saylı mobil nömrələrlə mütəmadi danışmışdır. Növbəti gün, yəni 28 yanvar 2017-ci il tarixdə saat 22:08-dən 29 yanvar 2017-ci il saat 00:28-dək Şahid1 istifadəsində olmuş ********** saylı və Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ********* saylı mobil nömrələrin anten dairəsi isə meyitin basdırıldığı yerin yaxınlığında yerləşən, Ağsu rayonu İlxıçı kəndində quraşdırılmış antenin əhatə dairəsində olmuşdur. - Azercell Telekom MMC tərəfindən istintaqa təqdim edilmiş 20 oktyabr 2021-ci il tarixli, 21922 nömrəli məktuba əlavə olunmuş diskə baxış keçirilməsi haqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı nömrəyə daxil olan və çıxan zənglərə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 adi günlərdə oğlu Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı nömrə ilə əsasən gündüz və axşam saatlarında bir neçə dəfə danışmasına baxmayaraq 27 yanvar 2017-ci il tarixdən 28 yanvar 2017-ci il tarixə keçən gecə saat 20:27-dən saat 01:32-dək 9 dəfə həmin nömrəyə zəng edib danışmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs2 ***-***-**-** saylı nömrədən həmin gecə saat 21:44-də digər oğlu Elmin Manafovun istifadəsində olan ***- ***-**-** saylı nömrəyə və 28 yanvar 2017-ci il tarixə saat 01:13-də Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı nömrəyə də zəng edərək danışıqlar həyata keçirmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən daxil olmuş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 25 aprel 2022-ci il tarixli 1035 nömrəli rəyin təsviri əsaslandırıcı hissəsindən görünür ki, Şahid1 psixoloji müayinə zamanı ekspertlərlə söhbət edərkən şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələri bir daha təsdiq edərək X4 hansı şəraitdə öldürdüyünü, daha sonra Təqsirləndirilən şəxs1lə birlikdə Ayşən Qəhrəmanovanın meyitini hansı şəraitdə basdırdıqlarını, bu prosesdə atası Təqsirləndirilən şəxs2 avtomobili ilə meyiti basdırdıqları yerə apararaq onlara necə kömək etməsini göstərmişdir. - Meyitin aşkar olunduğu yer xəritə üzərində Ağsu rayonu ilə Kürdəmir rayonunun sərhəddində yerləşdiyindən qeyd olunan ərazinin kordinatları götürülərək Ağsu Rayon İcra Hakimiyyətinə sorğu ünvanlanmış və 19 may 2022-ci il tarixli S-06-119yxs saylı məktubdan görünür ki, meyitin aşkar olunduğu ərazi Ağsu rayonunun İlxıçı bələdiyyəsi ərazisindən keçən Baş Şirvan kanalının qorunma zolağına aid ərazidir. - Kriminalistika və informasiya texnologiyaları idarəsinin Kriminalistika şöbəsinin 31 mart 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 DİN-in Vahid məlumat axtarış sistemində məhkumluqları barədə ilkin əməliyyat məlumatları aşkar edilməmişdir. - “Sübutların qiymətləndirilməsi haqqında” 04 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 müracitələrində göstərdiyi, qərarın təsviri hissəsində əks olunmuş xüsusatlar özünü müdafiə kimi qiymətləndirilərək sübut kimi qəbul olunmadan rədd edilmiş, Təqsirləndirilən şəxs1 CM-nin 307.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmiş, Təqsirləndirilən şəxs2 CM-nin 307.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmiş, Təqsirləndirilən şəxs1 əməlində CM-nin 307.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli olmasına baxmayaraq onun barəsində başlanmış cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən xitam verilmiş, ********* saylı cinayət işi üzrə qəbul edilmiş 17 iyun 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərara əsasən Təqsirləndirilən şəxs2, X12, X18, X35, X13, X30, X22 və X5 əməllərində CM-nin 307.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibi olmadığından həmin şəxslər barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi hazırda istintaqı aparılan cinayət işi üzrə nəzərə alınmış, ********* saylı cinayət işi üzrə qəbul edilmiş 17 iyun 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərara əsasən həmin cinayət işinin istintaqı zamanı texniki cəhətdən səhvlik yarandığı üçün cinayət işinin icraat materiallarında Şahid1 adının “Asif” kimi, soyadının isə “Manafov” kimi, X2 adının “Ayşən” kimi, eləcə də Şahid2 adının “Məlikə” kimi oxunması və qəbul edilməsi hazırda istintaqı aparılan cinayət işi üzrə nəzərə alınmış, cinayət işinin bu və ya digər xüsusat və halları üzrə qərarın təsviri hissəsində qeyd edilən şahidlərin ifadələri, ekspertiza rəyləri, baxış, götürmə, üzləşdirmə və digər istintaq hərəkəti protokolları, onlara əlavə olunmuş sənədlər, telefon danışıq məlumatları və digər istintaq materialları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi baxımından sübut kimi qiymətləndirilmiş, toplanmış sübutlar ittihamın həlli üçün kifayət hesab edilmişdir. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” 05 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 307.3-cü maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” 05 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 307.3-cü maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. - “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 05 aprel 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirləndirilən şəxs Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. - “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 05 aprel 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirləndirilən şəxs Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. - Ağsu rayon İHB-nın Ağsu şəhər İnzibati ƏD üzrə nümayəndəsinin 26 aprel 2022-ci il tarixli, 2660 saylı Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 nizam-intizamlı şəxs olmaqla ailə və məişətdə özünü aparmağı, böyüklərə hörmət etməyi bacarandır və ictimaiyyət arasında nüfuza malikdir. Təqsirləndirilən şəxs1 ailəlidir və 2 övladı var. Təqsirləndirilən şəxs1 barəsində Ağsu RİHB-nın Ağsu şəhər İƏD üzrə nümayəndəliyinə yazılı və şifahi qaydada cinayət xarakterli material və məlumat daxil olmamışdır. - Ağsu rayon İHB-nın Ağsu şəhər İnzibati ƏD üzrə nümayəndəsinin 26 aprel 2022-ci il tarixli, 2660 saylı Arayışından görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 7 ünvanında qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə ünvan 8nda yaşayır. Ailə üvzləri: 1973-cü il təvəllüdlü X17- arvadı, xx.xx.2004-cü il təvəllüdlü X30 - oğlu və xx.xx.2006-cı il təvəllüdlü X22- qızı vardır. - Ağsu rayon İHB-nın Ağsu şəhər İnzibati ƏD üzrə nümayəndəsinin 21 aprel 2022-ci il tarixli, 2661 saylı Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 nizam-intizamlı şəxs olmaqla ailə və məişətdə özünü aparmağı, böyüklərə hörmət etməyi bacarandır və ictimaiyyət arasında nüfuza malikdir. Təqsirləndirilən şəxs2 ailəlidir, barəsində Ağsu RİHBnın Ağsu şəhər İƏD üzrə nümayəndəliyinə yazılı və şifahi qaydada cinayət xarakterli material və məlumat daxil olmamışdır. - Ağsu rayon İHB-nın Ağsu şəhər İnzibati ƏD üzrə nümayəndəsinin 21 aprel 2022-ci il tarixli, 2661 saylı Arayışından görünür ki, Təqsirləndirilən şəxs2 Ağsu şəhəri, N.Tağızadə küçəsi, ev 23 ünvanında qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Ailə üvzləri: 1971-ci il təvəllüdlü X12- arvadı, 1991-ci il təvəllüdlü Şahid1- oğlu, 1992-ci il təvəllüdlü Babayeva (Manafova) Xəzəngül Arif qızı- qızı, 1993-cü il təvəllüdlü X36- oğlu, 1994-cü il təvəllüdlü X19- qızı, 2001-ci il təvəllüdlü X20- oğlu və 2013-cü il təvəllüdlü X31- nəvəsi vardır. - “Zəfəran” Klinikasının xx.xx.2021-ci il tarixli epikrizindən görünür ki, Təqsirləndirilən şəxs2 ÜİX: Miokardın aşağı divarının kəskin transmural infarktı XBT 10, i21.1 diaqnozu ilə müalicə almışdır. - ATU-nun X9 xx.xx.2021-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs2 “Ürəyin sol mədəcik miokardının inferior və inferolateral divarlarının bütün seqmentlərində bariz metobalizma defekti” diaqnozu ilə xəstədir. - Azərbaycan Tibb Universitetinin X6 xx.xx.2022-ci il tarixli epikrizindən görünür ki, Manafov X3 şuntlama*4 əməliyyatı olmuşdur. - “Ağsu Rayon Mərkəzi Xəstəxanası” X39 xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Ağsu şəhəri, N.Tağızadə küçəsi ev 23-də yaşayan, 1965-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 həqiqətən aşağıda göstərilən diaqnozla xəstədir və xəstəlik üzrə ambulator müalicə alır: Sabit gərginlik stenokardiyası FSİİİ. Postinfarkt kardioskleroz. AKŞ əməliyyatından sonrakı vəziyyət. Qarışıq astma tez-tez olan boğulma tutulmaları ilə. Xroniki ağ ciyər ürək çatışmamazlığı. - “Ağsu Rayon Mərkəzi Xəstəxanası” X39 xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Ağsu şəhəri, N.Tağızadə küçəsi ev 23-də yaşayan, 1965-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 həqiqətən aşağıda göstərilən diaqnozla xəstədir və xəstəlik üzrə ambulator müalicə alır: Sabit gərginlik stenokardiyası FSİİİ. Postinfarkt kardioskleroz. AKŞ əməliyyatından sonrakı vəziyyət. Xroniki ürək çatmamazlığı İİ-İİİ. Bronxial astma ağır forma. - “Ağsu Rayon Mərkəzi Xəstəxanası” X39 xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Ağsu şəhəri, N.Tağızadə küçəsi ev 23-də yaşayan, 1965-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 həqiqətən “Ürəyin işemik xəstəliyi, Bronxial astma” diaqnozu ilə 06.01; 26.01; 03.02; 08.02; 21.02; 23.02; 08.03; 09.03; 27.03; 30.03; 03.04; 04.04; 05.04; 09.04; 26.04; 08.06; 15.06; 29.06; 04.07 və xx.xx.2023-cü il tarixlərdə “Ağsu RMX” PHŞnə müraciət etmişdir. - “Ağsu Rayon Mərkəzi Xəstəxanası” X39 xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Ağsu şəhəri, N.Tağızadə küçəsi ev 23-də yaşayan, 1965-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 həqiqətən aşağıda göstərilən diaqnozla xəstədir və xəstə tez-tez oksigen terapiya qəbul edir. DZ: Bronxial astma infeksion allergik forma, hissəvi nəzarət olunan qeyri remissiya mərhələsi. Qarışıq tipli ventilyasiya pozğunluğu. Hal-hazırda xəstənin vəziyyəti ağırdır. - “Ağsu Rayon Mərkəzi Xəstəxanası” X39 xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Ağsu şəhəri, N.Tağızadə küçəsi ev 23-də yaşayan, 1965-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 həqiqətən xx.xx.2024-cü il tarixdən “Ağsu RMX” PHŞ-in reanimasiya şöbəsində aşağıda göstərilən diaqnozla stasionar müalicə olunur. DZ: Qeyri stabil stenokardiya. Postinfarkt kadioskleroz. AKŞ əməliyyatdan sonrakı vəziyyət. Xr. Ağ ciyər ürək çatmamazlığı. Bronxial astma-qarışıq forma, tez-tez boğulma tutmaları ilə. Halhazırda xəstənin vəziyyəti ağırdır. - “Ağsu Rayon Mərkəzi Xəstəxanası” X39 xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Ağsu şəhəri, N.Tağızadə küçəsi ev 23-də yaşayan, 1971-ci il təvəllüdlü X12 həqiqətən aşağıda göstərilən diaqnozla xəstədir, xəstəliyi ilə əlaqədar “Ağsu RMX PHŞ-də dispanser qeydiyyatdadır və xəstə vaxtaşırı ambulator müalicə alır: Sağ süd vəzin karsinomasına görə sağ tərəfli radikal mastektomiyadan sonrakı vəziyyət İİ (ikinci) mərhələ İİ kl.qr. Kombinə olunmuş müalicədən sonrakı vəziyyət. 3 kurs PKT-dən sonrakı vəziyyət. Ümumi qidalanma zəifliyi, ikincili anemiya. - Azərbaycan Respublikası Səhiyyə Nairliyinin xx.xx.2019-cu il tarixli epikrizindən görünür ki, X12 “C50.1-Süd vəzisinin mərkəzi hissəsinin bədxassəli yenitörəməsi pT2N1M0 mərhələ İİB G2” diaqnozu ilə xəstədir. - Zərər çəkmiş şəxsin hüquqi varisi Şahid2 notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs1 heç bir şikayət və tələbi yoxdur. - Zərər çəkmiş şəxsin hüquqi varisi Şahid2 notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs2 heç bir şikayət və tələbi yoxdur. - Ağsu Rayon Məhkəməsinə daxil olmuş xx.xx.2023-cü il tarixli teleqramdan görünür ki, zərər çəkmiş şəxsin hüquqi varisi Şahid2 qızı Ayşənin ölüm faktı üzrə bildirmişdir ki, Təqsirləndirilən şəxs2 özünün və ailə üzvlərinin ciddi xəstəliklərini, ailələrinə maddi və mənəvi dəstək olmalarını və gələcəkdə də dəstək olacağını nəzərə alıb çox xahiş edir ki, Təqsirləndirilən şəxs2 həbslə bağlı olmayan yüngül cəza verilsin. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-ci il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan ifadələrlə tərtib olunmalı, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsləri, onların müdafiəçilərini, şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 307.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi Təqsirləndirilən şəxs1 etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli CM-nin 307.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxslər qabaqcadan vəd etmədən xüsusilə ağır (CM-nin 120.1-ci maddəsində nəzərdə tutulan əməl) cinayəti gizlətmişlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Şahid1 tərəfindən Ayşən Qəhrəmanovanın qəsdən öldürülməsi barədə məlumatlı olmadığını, bu barədə yalnız cinayətin üstü açıldıqdan sonra məlumat əldə etdiyini, habelə Ayşən Qəhrəmanovaya məxsus meyitin Ağsu rayonunun İlxıçı bələdiyyəsi ərazisindən keçən Baş Şirvan kanalının qorunma zolağında yerləşən sahəyə aparılaraq basdırılmasında iştirak etmədiyini bildirməsi törədilən az ağır cinayət hadisəsinə görə məsuliyyətə cəlb olunmaqdan boyun qaçırmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi daşıdığından onun özünü müdafiə üçün gətirdiyi dəlillərdir. Onun məhkəmə istintaqı zamanı dedikləri özünün ********* saylı cinayət işi üzrə şahid qismində dindirilən zaman 17 mart 2022-ci il tarixli ifadəsi, çox saylı şahidlərin ifadələri, ekspertiza rəyləri, bir sıra digər istintaq hərəkətləri protokolları və digər sübutlarla tam təkzib olunmuşdur. Belə ki, istintaq zamanı Təqsirləndirilən şəxs2 video çəkiliş vasitəsi ilə şahid qismində dindirilərkən, eləcə də video çəkiliş vasitəsi ilə ifadəsi yerində yoxlanılarkən səmimi ifadə verərək 28 yanvar 2017-ci il tarixdə Şahid1 tərəfindən Ayşən Qəhrəmanovanın öldürülməsindən xəbərdar olduğunu, övladı Şahid1 və tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə idarə etdiyi avtomobil ilə Ayşən Qəhrəmanovaya məxsus meyiti Ağsu rayonunun İlxıçı bələdiyyəsi ərazisindən keçən Baş Şirvan kanalının qorunma zolağında yerləşən sahəyə apardığını etiraf etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə arasında keçirilən üzləşdirmə istintaq hərəkəti zamanı da cinayətin gizlədilməsində yaxından iştirakını bir daha təsdiq etmişdir. Bundan əlavə ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs Şahid1 video çəkiliş vasitəsi ilə istər şübhəli, istərsə də təqsirləndirilən şəxs qismində dindirilərkən, eləcə də şübhəli şəxs qismində ifadəsi yerində yoxlanılarkən, habelə Təqsirləndirilən şəxs1 ilə arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı 28 yanvar 2017-ci il tarixdə Ayşən Qəhrəmanovanı hansı səbəbdən, hansı şəraitdə, hansı üsul və vasitə ilə öldürməsini qeyd etməsindən əlavə sonuncuya məxsus meyiti atası Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə Baş Şirvan kanalının qorunma zolağında yerləşən sahəyə apardıqlarını və meyiti orada basdırdıqlarını düzgün şəkildə göstərmişdir. Bundan başqa istintaq zamanı Təqsirləndirilən şəxs1 şahid qismində dindirmə protokolu, telefon danışıq məlumatları, o cümlədən əməliyyat tapşırığına cavab məktubu Təqsirləndirilən şəxs2 CMnin 307.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilir və qeyd olunan materiallar işin faktiki hallarına uyğun gəlməklə yanaşı bir-biriləri ilə üst-üstə düşür. Bundan başqa məhkəmə həmçinin belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 məhkəmə araşdırması zamanı son dedikləri də onun tərəfindən Təqsirləndirilən şəxs2 müdafiəsi, həmçinin məhkəmə istintaqının yayındırılması xarakterli olmuşdur. Belə ki, yekun çıxışında Təqsirləndirilən şəxs1 “ibtidai istintaq zamanı ona təzyiq göstərilməsini, ibtidai istintaqı aparan müstəntiqin ona cinayətin gizlədilməsi zamanı Təqsirləndirilən şəxs2 da onlara kömək etməsi ilə bağlı Təqsirləndirilən şəxs2 adını deməsə daha ağır maddə ilə ittiham olunub daha ağır cəza alacağı, həmin vaxt onun yanında qaynı X10 və arvadı X17 olduğunu” bildirsədə, qeyd olunan fakt məhkəmədə tam və ətraflı araşdırılaraq adları çəkilən şəxslər əlavə şahid qismində dindirilmişdir. Lakin onlar Təqsirləndirilən şəxs1la oxşar məzmunlu ifadə versələr də X10 qeyd olunanları ona Bilalın dediyini, arvadı isə müstəntiqin yalnız Arifin adını axıra kimi deməlisən sözlərini dediyini qeyd etmişdir. Araşdırma zamanı həmin şəxslərin “cinayətin gizlədilməsi zamanı Təqsirləndirilən şəxs2 da onlara kömək etməsi ilə bağlı Təqsirləndirilən şəxs2 adını deməsə onun daha ağır maddə ilə ittiham olunub daha ağır cəza alacağı” ilə bağlı ibtidai istintaqı aparan müstəntiqin hədəsi təsdiq olunmamışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 Ağaəhməd oğlunun cinayətin gizlədilməsi zamanı Təqsirləndirilən şəxs2 da onlara kömək etməməsinə dair sübut kimi gətirdiyi dəlillər məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Odur ki, CPM-in 44.2.1-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarılmalı və ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təqsirləndirilən şəxslərə cəza təyin edilməməlidir. Belə ki, Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri ibtidai istintaq orqanı tərəfindən CM-in 307.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iş üzrə törətmiş olduğu cinayət əməli üzrə hazırda cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçmişdir. CM-nin: 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. 307.3-cü maddəsinə əsasən qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə — iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 307.3-cü maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət hesab olunur. CM-nin 75.1 və 75.1.2-ci maddəsinə əsasən az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. CM-nin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) CPM-in 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 307.3cü maddəsi ilə elan edilmiş ittihamdan və məhkəmə baxışında tədqiq edilmiş sübutların məcmusundan müəyyən olunmuşdur ki, ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə faktı üzr cinayət əməli xx.xx.2017-ci il tarixdə törədilmişdir. Göründüyü kimi, hal-hazırkı tarixədək az ağır cinayət hesab olunan həmin əməl üzrə cinayət əməlinin törədildiyi vaxtdan yeddi ildən artıq müddət keçmişdir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin etməməklə ittiham hökmü çıxarılması qənaətinə gəlmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi də sözügedən müddətləri vacib məhkəmə müdafiəsi üsulu kimi qəbul edir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın “Qanunsuz cəzalandırılmamaq” adlanan 7-ci maddəsi ilə bağlı Belçikaya qarşı (Coeme and others v. Belgium, §146) iş üzrə qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir. İş materiallarına əlavə edilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi haqqında 05 aprel 2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirləri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Məhkəmə CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Cinayət işi üzrə iş materiallarına əlavə edilmiş 14 (on dörd) ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, mülki iddia və maddi sübut yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır, məhkəmə məsrəfinin tutulmasına səbəb olacaq ekspertiza isə keçirilməmişdir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 307.3-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkil Müdafiəçi1 məhkəmədə iş materialları ilə tanış olmaqla birlikdə, Təqsirləndirilən şəxs2 göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 50 iş saatı müddətinə bərabər tutulduğundan (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə əlaqədar ona cəza təyin edilməsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə əlaqədar ona cəza təyin edilməsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə cinayət işində saxlanılan 14 (on dörd) ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Cinayət işi üzrə mülki iddia, maddi sübut və üzərinə həbs qoyulmuş əmlak, ekspertiza xərci, eləcə də xüsusi müsadirə olunması təklif olunan əmlak yoxdur. Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərdiyi 50 (əlli) saat hüquqi yardıma görə 300 manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi1 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar