Məhkəmə qərarları › İş №1(016)-5/2025

Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-5/2025

15.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-5/2025 15.01.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, Xüsusi ittihamçı X10, Təqsirləndirilən şəxs X13, onun müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs X21, onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, X13 və X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmalarına dair xüsusi ittihamçı X10 xüsusi ittiham qaydasında şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X18 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X13 və X14 CM-in 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması və onların barəsində həmin maddələrin sanksiyalarında nəzərdə tutulmuş cəzanının yuxarı həddində cəza təyin olunmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, X13 və X21 05 sentyabr 2022-ci il tarixdə “Şimal Region” youtube informasiya kanalında “Ağsuda dəhşət: “Dövlət qurumlarının gözü qarşısında bələdiyyə sədri oğurluq edir” başlıqlı 30 dəqiqəlik videomaterialda çıxış edərək onun barəsində böhtan, yəni yalan olduğunu bilə-bilə, şərəf və ləyaqətini ləkələyən, nüfuzdan salan məlumatlar yaymışlar. Belə ki, X13 və X21 05 sentyabr 2022-ci il tarixdə “Şimal Region” adlı internet kanalı ilə internet informasiya ehtiyatında çıxış edərək, “Ağsu rayon Ləngəbiz bələdiyyəsinin sədri vəzifəsində işləyən X10 həmin bələdiyyə ərazisində yerləşən kəndin içməli su üçün istifadə edilmiş metal boruları qızının əri X22 tərəfindən satılması üçün ona hədiyyə vermək məqsədi ilə çıxarıb oğurlayaraq ərazidən apardığını” bildirmişlər. X13 və X21 həmçinin bildirmişlər ki, guya “bələdiyyə sədri Babaseyid Seyidov özbaşınalıq edir, tam saf, çürüyü olmayan, üst mühafizə qatı salamat olan metal boruları satılması məqsədilə qızının əri X19 hədiyyə etmək üçün kəsib çıxardaraq ərazidən daşıyır, həmin boruların əvəzinə isə suyun zəhərlənməsinə səbəb olan “kauçuk” boruları quraşdırır”. Bundan əlavə, X13 və X21 çıxışlarında “çıxarılmış su xəttinin metal borularının 1985-1987-ci illər dövründə quraşdırıldığını, həmin boruların 100 il istismar müddətinin olduğunu, quraşdırılmış yeni boruların 50-60 qəpik dəyərində olduğunu” bildirmişlər. Halbuki, həmin şəxslər mübahisələndirdikləri texniki qurğularla bağlı elmi biliklərə malik deyillər, onlar qərəzli olaraq bu barədə uydurmalardan istifadə etmişlər. Bundan əlavə, X13 və X21 çıxışlarında bildirirlər ki, “bələdiyyə sədri özbaşınalıq edir, kefi nə istəyir onu edir, bələdiyyənin büdcəsinə yığılan 36.000 manat pulu dağıdır”. Bundan əlavə, X13 və X21 çıxışlarında bildirirlər ki, guya “bələdiyyə sədri Seyidov Babaseyid pul alaraq kəndin otlaq yerlərini verib başqa kəndin adamlarına”. Həmin videogörüntüdə korroziyanın təsiri altında metal boruların üst izolyasiya qatının borudan ayrıldığı aşkar göründüyü halda X13 və X21 böhtan xarakterli çıxışlarında izolyasiyasının boruların üstündə olduğunu bildirirlər. 1985- 1987-ci illər dövründə quraşdırılmış, 40 il müddətində istismarda olan metal su borusunun korroziyaya uğramaması mümkün deyildir. 40 il müddət ərzində suyun təsiri altında metal boruların həm daxili səthində, həm də xarici səthində korroziya səbəbindən metal itkisi nəticəsində divarlarının nazikləşməsi boruların istismara yararsız olmasına səbəb olur. Korroziya nəticəsində boruların daxili səthindən qopan hissələr boruların daxilində toplaşmaqla daxili diametrini azaldır, bu da öz növbəsində axan suyun həcmini azaldaraq kənddə su qıtlığını yaradır. X13 və X21 tərəfindən çıxarılmış borulara 100 il istismar müddəti təyin etməsi ağlabatan mühakimə deyildir. Boruların istismar müddətini yalnız istehsalçı təyin edə bilər, buna biliklərə malik olmayan X13 və X21 yox. Digər tərəfdən həmin şəxslər tərəfindən yeni quraşdırılmış, 08 atmosfer təzyiqə hesablanmış, 01 metrinin qiyməti 2.5 manat, diametri 62.5 mm olan plastik boruların dəyərinin 50-60 qəpik məbləğində qiymətləndirilməsi onun şərəf və ləyaqətini ləkələmək üçün istifadə edilmiş uydurmalardır. Hamıya bəllidir ki, Azərbaycan Respublikasının digər rayonlarında olduğu kimi Ağsu rayon ərazisində də korroziyaya uğramaqla istismara yararsız olmuş qara metaldan olan içməli su borularını müasir standartlara uyğun plastik borularla əvəz edilir. Ləngəbiz kəndinin də əhalisi son zamanlar içməli su xətlərinin yararsız olmasından şikayətlənirdilər və rayon icra başçısı ilə xx.xx.2022-ci il tarixdə kənddə keçirilmiş görüş zamanı da sakinlər tərəfindən su xəttinin yararsız olması və xətlərin yenilənməsi məsələsi qaldırılmışdır. Həmin görüşdə icra başçısının verdiyi tapşırıq əsasında bələdiyyə tərəfindən kəndin içməli su xəttinin dəyişdirilməsi ilə bağlı işlərə başlanılmışdır. Bu məqsədlə 18 avqust 2022-ci il tarixdə Ləngəbiz kənd bələdiyyəsi ilə fiziki şəxs X27 arasında müqavilə imzalanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən İcraçı su xəttinin dəmir boruları İcraçının vəsaiti hesabına əvəz-əvəzə olaraq 63.5 mm-lik polietilen boru ilə dəyişdirilməsini, polietilen boruların insan həyatı üçün təhlükəsiz olması barədə “Uyğunluq sertifikatı” təqdim edilməsi, boruların 35-40 sm dərinlikdə qazılaraq basdırılması və su anbara tam sərbəst axıdıldıqdan sonra polietilen boruların əvəzinə verilmiş dəmir boruları İcraçının özü tərəfindən çıxarılıb aparılması nəzərdə tutulmuşdur. İş başa çatdıqdan sonra da təhvil-təslim aktı qəbul edilmiş və həmin aktdan da görünür ki, dağdan gələn içməli su yeni polietilen borular vasitəsilə tam sərbəst, təmiz və keyfiyyətli halda su anbarına axıdılır, təmirdən əvvəlki günlərdən fərqli olaraq hal-hazırda su anbarına sutkalıq yığılan suyun həcmində artım olduğu müşahidə olunur və təmir zamanı köhnə çürümüş, yararsız dəmir borular icraçı tərəfindən götürülmüşdür. Həmin təhvil-təslim aktı kənd əhalisi tərəfindən də imzalanmışdır. Bütün bunlar onu göstərir ki, X13 və X14 “Şimal Region” youtube informasiya kanalında 05 sentyabr 2022-ci il tarixdə “Ağsuda dəhşət: “Dövlət qurumlarının gözü qarşısında bələdiyyə sədri oğurluq edir” başlıqlı 30 dəqiqəlik videomaterialda yaydıqları məlumatlar onun barəsində böhtan, yəni yalan olduğunu bilə-bilə, şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatlardır. Bundan başqa, videomaterialda həmin şəxslər onu korrupsiya və qulluq mənafeyi əleyhinə olan cinayətlərdə ittiham edərək ona böhtan atmışlar. X13 və X14 onun barəsində böhtan, yəni yalan olduğunu bilə-bilə, şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatlar yaymaqda məqsədləri onun cəmiyyət, kənd camaatı arasında, dövlət orqanları qarşısında şərəf və ləyaqətini ləkələmək, onu nüfuzdan salmaq, cəmiyyətdəki mövqeyinə, işgüzar nüfuzuna xələl gətirmək olmuşdur. Bundan əlavə, “Şimal Region” youtube informasiya kanalında xx.xx.2022-ci il tarixdə yayılmış “Ağsuda dəhşət: “Dövlət qurumlarının gözü qarşısında bələdiyyə sədri oğurluq edir” başlıqlı videomateriala 118 bəyənmə gəlmiş və 38 rəy yazılmışdır. Həmin rəylərdən də görünür ki, bəzi şəxslər X13 və X21 tərəfindən söylənilən yalan məlumatlara inanaraq, bələdiyyə və onun barəsində mənfi fikirlər yazmışlar. X13 və X21 tərəfindən yayılan böhtan və yalan məlumatlar onun cəmiyyət, kənd camaatı arasında, dövlət orqanları qarşısındakı nüfuzuna, cəmiyyətdəki mövqeyinə, işgüzar nüfuzuna xələl gətirmişdir. xx.xx.2024-cü il tarixli məhkəmədə xüsusi ittihamçı X18 və vəkili Nümayəndə xüsusi ittiham qaydasında şikayətdə göstərilənləri müdafiə edərək X13 və X14 CM-in 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması və onların barəsində həmin maddələrin sanksiyalarında nəzərdə tutulmuş cəzanının yuxarı həddində cəza təyin olunmasını xahiş etdilər. Məhkəmə iclasında təqsirləndirilən şəxs X13 özünü ona qarşı sürülmüş xüsusi ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, X18 4 ildir ki, bələdiyyə sədri işləyir. Kənd camaatından indiyə kimi 160-180 min manat pul yığıb. Bir sənəd göstərsin ki, yığdığı pulla kənd üçün, camaat üçün nəsə iş görüb. Camaat bezib bunun əlindən. Onun CM-in 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmağına dair xüsusi ittiham qaydasında verilmiş şikayət əsassız olduğundan, barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Təqsirləndirilən şəxs X7 müdafiəçisi Müdafiəçi1 məhkəmə iclasında çıxış edərək xüsusi ittiham qaydasında verilmiş şikayət əsassız olduğundan, X13 barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs X21 özünü ona qarşı sürülmüş xüsusi ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, o, 1973-cü ildən Ağsu rayonunun Ləngəbiz kəndində yaşayır. Babaseyid Seyidovla da əvvəl qonşu olub. Bu adam camaata zülm edir. Onun CM-in 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmağına dair xüsusi ittiham qaydasında verilmiş şikayət əsassız olduğundan, barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Təqsirləndirilən şəxs X14 müdafiəçisi Müdafiəçi2 məhkəmə iclasında çıxış edərək xüsusi ittiham qaydasında verilmiş şikayət əsassız olduğundan, X13 barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/1439 nömrəli rəyindən görünür ki, cinayət işinin matereallarında təqdim olunmuş 01 ədəd ağ rəngli CD-R diskdə qeydə alınmış “Ağsuda dəhşət_DÖVLƏT QRUMLARİNİN GÖZÜ QARŞİSİNDA BƏLƏDİYYƏ SƏDRİ OĞURLUQ EDİR_(360P)” adlı videogörüntülərdə X13 və X21 tərəfindən X10 barəsində verdiyi məlumatlar xidməti fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında onun barəsində mənfi rəy yaratdığından öz təsdiqini tapmadığı təqdirdə X10 şərəf və ləyaqətini ləkələyən, ictimai şəxsi fəaliyyətinə xələl gətirərək nüfuzdan salan məlumatlar hesab edilir. Təqdim edilmiş materiallardakı məlumatların həqiqətə uyğun olub-olmamasının araşdırılması linqvist-ekspertin səlahiyyətinə aid deyildir. - Məhkəmənin sorğusuna əsasən Ağsu rayon Polis şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, RPŞ-nin İstintaq X4 barəsində təqsirləndirici material olmamış və cinayət işi istintaq olunmamışdır. - Məhkəmənin sorğusuna əsasən Ağsu rayon Prokurorluğu tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Ağsu rayon X1 barəsində material araşdırılmamış, edilməmişdir. Məhkəmə xüsusi ittihamçı X10 təqsirləndirilən şəxslər X13 və X14 məhkəmədə verdiyi ifadələrini iş materialları ilə müqayisəli şəkildə təhlil edərək, eləcə də, toplanmış materialların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər X13 və X14 əməlində CM-in 147.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət tərkibinin əlamətləri yoxdur. Belə ki, təqsirləndirilən şəxslər X13 və X21 bələdiyyə sədri kimi X15 ağır cinayətdə ittiham etməklə, böhtan atmamışlar. Bu səbəbdən də, toplanmış sübutların məcmusu təqsirləndirilən şəxslər X13 və X14 CM-in 147.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsinə dair təqsirliliyini təsdiq etmək üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan vermir. Aparılmış məhkəmə istintaqının nəticələrinə əsasən məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər X13 və X17 qarşı CM-in 147.2-ci maddəsi ilə irəli sürülmüş ittihamın əsasını xüsusi ittihamçı X2 mülahizələri təşkil etmişdir. Bu səbəbdən də, X13 və X14 əməlində CM-in 147.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin tərkibi olmadığı üçün onlara həmin ittiham üzrə bəraət verilməlidir. Məhkəmə ilk əvvəl onu da qeyd edir ki, şəxs barəsində yayılmış məlumatlarda tənqidə yol verilir, lakin təhqir qəbul edilməzdir. Bununla yanaşı, cəmiyyətdə müəyyən nüfuza malik şəxslər onların barəsində yayılmış məlumatlara müəyyən dözümlülük nümayiş etdirməlidirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 57-ci maddəsinin İ-İİ hissəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır... Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır. Təhqir və böhtan tənqid sayıla bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən, dövlətin Konvensiya əsasında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etməlidirlər. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasnın 10-cu maddəsinin 1-ci bəndinə əsasən, hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, və dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radioyayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Vanhamoe Almaniyaya qarşı” iş üzrə qərarında qeyd edilmişdir ki, məlumatarın “təhqir” və ya “tənqid” məqsədi ilə yayılması əhəmiyyət kəsb edir. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə şəxs barəsində yayılmış məlumatlarda tənqidə yol verilir, lakin təhqir qəbul edilməzdir. Belə ki, yayılmış məlumatlar təhqiredici məqsəd daşımamalıdır. Bununla yanaşı, cəmiyyətdə müəyyən nüfuza malik şəxslər onların barəsində yayılmış məlumatlara müəyyən dözümlülük nümayiş etdirməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Foks, Kempbell və Hartli “Birləşmiş Krallığa” qarşı” və “Çebotari Moldovaya qarşı” işlər üzrə qərarlarında qeyd edilmişdir ki, şübhənin ağlabatan əsaslar üzərində qurulması tələbi qanunsuz həbs və tutulmadan müdafiənin mühüm hissəsini təşkil edir. Şübhənin vicdanlı əsasda olması faktı kifayət deyil. “Əsaslı şübhə” ifadəsi bəhs olunan şəxsin cinayət əməlini törədə bilmiş olduğuna obyektiv müşahidəçini qane edəcək faktların və ya məlumatların mövcudluğudur. Avropa İnsan Hüquqları Məhkəməsinin “X3rşı” iş üzrə 03 dekabr 1997-ci il tarixli Komissiyanın Qərarında qeyd edilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən ədalətli məhkəmə araşdırması hüququ hər bir şəxsin prosessual hüququdur. Həmin hüquq o halda pozulmuş olur ki, məhkəmələr tərəfindən prosessual qaydalar pozulmuş olsun. Avropa İnsan Hüquqları Məhkəməsinin “Vera Fernandez-Huidobro İspaniyaya qarşı” iş üzrə 06 yanvar 2010-cu il tarixli Qərarında qeyd edilmişdir ki, qərəzsizlik tələbi “məhkəmə” mahiyyətindən irəli gələrək öz mühakimə funksiyası baxımından səciyyələndirilməli: hüquq normaları əsasında və prosessual qaydalara uyğun olaraq öz səlahiyyətinə aid məsələləri həll etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair" 12 may 2009-cu il tarixli Qərarında qeyd edilmişdir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə hətta istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi-hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasınavə qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 aprel 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. CM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM) 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, təqsirləndirilən şəxsin, onun müdafiəçisinin mövqelərinin qorunması ilə bağlı prosessual təminatların mövcudluğu baxımından işin mahiyyəti üzrə prosessual hüquq bərabərliyinin təmin olunması yolu ilə ittiham və müdafiə tərəfinin hər birinin bütün dəlillərinin məhkəmə prosesində baxılıb qiymətləndirilməsi təqsirsizlik prezumpsiyası prinsipinin təmin edilməsi istiqamətində mühüm əhəmiyyətə malikdir. CPM-in 28.5-ci maddəsinə əsasən, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 42.2.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli Qərarında qeyd edilir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-in 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Məhkəmə hökmünün əsaslılığının digər şərti məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsi, yəni həmin sübutların CPM-nin 146-cı maddəsinin tələbinə cavab verməsidir. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Məhkəmə hökmdə həm konkret məsələ üzrə gəldiyi nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Kuznetsov və digərlərinin” işi üzrə 21 yanvar 2007-ci il tarixli və “Hiro Balani İspaniyaya qarşı iş” üzrə 9 dekabr 1994-cü il tarixli Qərarlarında qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsi tələb edir ki, dövlətdaxili məhkəmələr həm mülki, həm də cinayət işlərində çıxardıqları qərarları əsaslandırsınlar. Məhkəmələr hər bir suala ətraflı cavab verməyə borclu deyillər, lakin əgər təqdim edilmiş arqument işin nəticələri üçün əhəmiyyətlidirsə, məhkəmə həmin arqumentlə bağlı mövqeyini konkret olaraq, əsaslandırmalıdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər X13 və X14 CM-in 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi məhkəmə istintaqı zamanı toplanmış sənədlərlə tam sübuta yetirilir. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. CM-in 147.1-ci maddəsinə əsasən, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma - min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. “Kütləvi informasiya vasitələri haqqında” Qanunun 10-cu maddəsinə əsasən, vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 14 may 1999-cu il tarixli 7 saylı Qərarına əsasən, yayma dedikdə, başqa şəxsi ləkələyən və ya nüfuzdan salan məlumatları bir şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirmə başa düşülür. Belə məlumatların şərəf və ləyaqəti ləkələyən və ya nüfuzdan salınan şəxsin özünə deyilməsi CM-nin 147-ci maddəsi ilə məsuliyyət yaratmır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2013-cü il tarixli Qərarında qeyd edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətlər üzrə işlərə baxarkən məhkəmələr hər kəsin toxunulmazlığının, şərəf və ləyaqətinin, habelə Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş digər hüquqlarının məhkəmə müdafiəsinin təmin edilməsi üçün qanunvericiliyin tələblərinə əməl etməlidirlər. Həmin Qərarla məhkəmələrə izah edilmişdir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə, onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin Qərarda qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Həmin Qərarındakı mövqeyinə görə, CM-in 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, X13 və X21 yalan olduğunu bilə-bilə - “Şimal Region” youtube informasiya kanalında Ağsu rayon Ləngəbiz bələdiyyəsinin sədri vəzifəsində işləyən X10 özbaşnalıq edərək kəndi yararlı su ilə təmin edən su borularını kəsdirib satdığını, onun yerinə sağlamlığa zərərli olan yararsız, ucuz kauçuk boruları ilə əvəz etdiyini, bununla da onun kənd sakinlərini zəhərlədiyini, dövlət malını taladığını, bu boruları öz kürəkəninə satan sədrin məqsədinin kürəkəninin daha da varlanması, dövlətlənməsi olmasını bildirərək şərəf və ləyaqəti alçaldan, böhtan xarakterli məlumatlar yaymışlar. X13 və X5 Region” youtube informasiya kanalında yaydıqları məlumatları sübut edə bilməmiş, həmçinin X18 ilə barışıq əldə etməmişlər. Məhkəmə hesab edir ki, X13 və X14 CM-in 147.1-ci maddəsi ilə təqsirli olmaları tam sübuta yetirilir və onlar həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalanmalıdırlar. Təqsirləndirilən şəxslər X13 və X14 CM-in 59.1-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirilən və həmin Məcəllənin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Lakin məhkəmə X13 və X14 yaşını, ilk dəfə məhkum olunmalarını CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə hesab edir ki, X13 və X17 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onların şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, təqsirləndirilən şəxslər X13 və X21 CM-in 147.1-ci maddəsi ilə təqsirli bilinməli, onlara CM-in 147.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş cərimə cəzası təyin edilməli və iş üzrə qətimkan tədbirinin seçilməməsi nəzərə alınmalıdır. CPM-in 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Həmin Məcəllənin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. CM-in 99-1.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir.Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, təqsirləndirilən şəxslər X13 və X21 hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmişlər. Belə vəziyyətdə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər X13 və X16 CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə maddi sübutun, xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınmalıdır. İş üzrə keçirilmiş məhkəmə-linqvistik ekspertizası tədqiqatının dəyəri olan 150 manat məbləğində ekspertiza xərci X13 və X11 müştərək qaydada tutularaq dövlət büdcəsinə keçirilməlidir. X9 məhkəmədə göstərilmiş 25 saat hüquqi yardıma görə 150 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi1, X17 məhkəmədə göstərilmiş 25 saat hüquqi yardıma görə 150 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi2 oğlunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə və CPM-in 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrinə əsasən, məhkəmə HÖKM ETDİ: X13 və X17 CM-in 147.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə əməldə cinayət tərkibi olmadığı üçün onlara bəraət verilsin. X13 CM-in 147.1-ci maddəsi ilə təqsirli bilinərək 1.000 (bir min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. X21 CM-in 147.1-ci maddəsi ilə təqsirli bilinərək 1.000 (bir min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. X13 və X17 təyin edilmiş cəzanın icrası onların yaşadığı yer üzrə Ağsu rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə keçirilmiş məhkəmə-linqvistik ekspertizası tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manat məbləğində pul X13 və X11 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: **********, X12, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, SFİFT. Bik: CTREAZ22) ödənilsin. X9 məhkəmədə göstərilmiş 25 saat hüquqi yardıma görə 150 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi1, X17 məhkəmədə göstərilmiş 25 saat hüquqi yardıma görə 150 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi2 oğlunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. İş üzrə qətimkan tədbirinin seçilməməsi, maddi sübutun, xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar