Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-51/2023 16.11.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs X3, Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X5 saxlanılan X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X9 təqsirləndirilir ondan ötrü ki, o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 30 aprel 2023-cü il tarixdə saat 01:30 radələrində ünvan 2 ünvanda yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinə qanunsuz daxil olaraq evin qonaq otağından bir ədəd “AKAİ” markalı, 82 diaqonal ekran ölçülü, 180 manat məbləğində televizoru oğurlayıb Zərərçəkmiş şəxs2 180 manat məbləğində maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 02 may 2023-cü il tarixdə saat 23:30 radələrində ünvan 3 ünvanda yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinə qanunsuz daxil olaraq evin ikinci mərtəbəsindəki otağın içərisində olan şkafın içərisində yerləşən çamadandan bir ədəd ələm formalı, 583 əyarlı, 81 manat 60 qəpik məbləğində qızıl-zinət əşyasını, evin birinci mərtəbəsində olan otaqdan bir ədəd, aliminium materiallı, 50 manat məbləğində böyük ölçülü qazanı və bir ədəd 10 manat məbləğində olan çaydanı, daha sonra fərdi yaşayış evinin həyətində yerləşən çardaq tipli tikilinin altından 2 ədəd, hər birinin qiyməti 20 manat məbləğində olan, 30 metr uzunluğunda elektrik uzadıcılarını (udlinitelləri), bir ədəd 25 manat məbləğində olan 20 metr uzunluğunda, 3 faza elektrik naqilini, bir ədəd 20 manat məbləğində olan, 30 metr uzunluğunda işıq lampası uzadıcısını və bir ədəd 20 manat məbləğində su qızdırıcısının (ptiminutka) radiatorunu oğurlayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 256 manat 60 qəpik məbləğində maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etmişdir. Həmin hərəkətləri ilə X9 CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında X9 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ünvan 4 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Əvvəllər oğurluq etdiyi üçün məhkum olunmuşdur. 29 aprel 2023-cü il tarixdə yaşadığı evdə olmuş, pulu olmadığı üçün oğurluq etmək qərarına gəlmişdir. 29 aprel 2023-cü il tarixdən 30 aprel 2023-cü il tarixə keçən gecə saat təxminən 01:30 radələrində ünvan 2 ünvanın qarşısına gəlmişdir. O, bir gün qabaq həmin küçədən keçərkən evin darvazasında qıfıl olduğunu görmüş və evdə heç kəsin yaşamadığını təxmin etmişdir. 30 aprel 2023-cü il tarixdə saat 01:30 radələrində həmin evin qarşısına gəldikdən sonra hasardan evin həyətinə keçmişdir. Həyətə keçdikdən sonra evin yan otağının pəncərəsinin yanına gəlib plastik materialdan pəncərəni itələyib açmışdır. Sonra pəncərədən otağa daxil olmuş, otağa daxil olduqdan sonra evin salonuna, qonaq otağına keçmişdir. Salonda olan televizoru oğurlamaq qərarına gəlmiş və televizoru götürüb pəncərədən çölə çıxarmışdır. Bundan sonra hasardan keçərək küçəyə çıxmışdır. Televizoru bir neçə küçə aparıb yeni salınan məhlədə yerləşən boş torpaq sahəsində olan yarımtikilinin içərisində gizlətmişdir. Bundan başqa Ağsu şəhəri, A.Osmanov küçəsində Barat adlı şəxsə məxsus evdə heç kəsin yaşamadığını bilirmiş. Buna görə də həmin evdən oğurluq etmək məqsədilə 02 may 2023cü il tarixdə saat təxminən 23:30 radələrində həmin evin qarşısına gəlmişdir. Hasardan evin həyətinə keçdikdən sonra evin ikinci mərtəbəsinə qalxmışdır. İkinci mərtəbəyə qaxdıqdan sonra qapının kənarında olan pəncərənin şüşəsini çıxarıb əlini pəncərədən içəri salaraq arxadan qapının cəftəsini açmışdır. Bundan sonra otağa daxil olmuş, otaqda satıb pul əldə etmək məqsədilə əşyalar axtarmağa başlamışdır. Sonra digər otağa keçib otaqda olan şkafların siyirmələrini və dolabları açmışdır. Otaqda olan şkafın içərisindəki çamadanın içərisindən ələm şəklində olan qızıl-zinət əşyasını götürmüşdür. Həmin qızılzinət əşyasını cibinə qoymuş, bundan sonra evin birinci mərtəbəsinə düşmüşdür. Otağın pəncərəsini çıxarıb pəncərədən içəri keçmiş, otağa daxil olduqdan sonra otağın taxta qapısını itləyib sındıraraq mətbəxə keçmişdir. Mətbəxə keçdikdən sonra oradan da digər otağa daxil olmuşdur. Həmin otaqda olan iri qazanı və çaydanı götürüb evin həyətinə düşmüşdür. Sonra həyətdə olan çardaq tipli tikilinin yanına gəlmişdir. Həmin tikilinin altında su qızdırıcısının sökülmüş vəziyyətdə olan radiatorunu götürmüşdür. Bundan sonra həmin tikilinin altında olan 2 ədəd 30 metr uzunluğunda elektrik uzadıcılarını, bir ədəd 20 metr uzunluğunda olan elektrik naqilini və bir ədəd 30 metr uzunluğunda olan pernoskanı götürmüşdür. Bütün götürdüyü əşyaları gətirib qazanın içərisinə yığmış, bundan sonra qazanı götürüb evin hasarından çölə çıxarmışdır. Hasardan çölə çıxan zaman taxta nərdivandan istifadə etmişdir. Sonra qazanı aparıb küçənin aşağı tərəfində olan kolluqda gizlətmiş və oradan da çıxıb yaşadığı evə getmişdir. 03 may 2023-cü il tarixdə səhər saat 06 radələrində yuxudan durub özünə məxsus “Vaz 2107” markalı avtomobillə kolluqda gizlətdiyi oğurluq əşyaları götürməyə getmiş, bu zaman oğurladığı 2 ədəd elektrik uzadıcılarının, bir ədəd elektrik naqilinin və bir ədəd pernoskanın naqilinin üzərində olan rezin materialı kolluğun yaxınlığında olan zibilliyin yanında yandırmışdır. Sonra həmin naqillərin mis metalını qazan, çaydan və su qızdırıcısının radiatoru ilə birlikdə avtomobilə yükləyib Ağsu şəhəri “Şlanba” adlanan ərazidə yerləşən Şahid3 metal qəbulu məntəqəsinə gətirmişdir. Sonra Şahid3 dəmir və mis metallar olduğunu onları satmaq istədiyini bildirmiş, Rauf da həmin əşyaların oğurluq olub-olmamasını soruşmuşdur. O da həmin əşyaların oğurluq olmadığını demişdir. Bundan sonra oğurladığı çaydanı, su qızdırıcısının radiatorunu və naqillərin mis metallarını 35 manat qarşılığında Rauf adlı şəxsə satmışdır. Lakin Rauf qazanı almaqdan imtina etmişdir. Daha sonra isə oğurladığı qazanı Şahid2 metal qəbulu məntəqəsinə gətirmiş və satmaq istədiyini demişdir. Şahid2 həmin qazanın oğurluq olub-olmamasını soruşmuş, o da qazanın oğurluq olmadığını bildirmişdir. Həmin qazanı da Şahid2 15 manat pul müqabilində satmışdır. Sonra isə oğurladığı qızıl-zinət əşyasını bazarın içərisində yerləşən sonradan adını bildiyi Ceyhun adlı şəxsin qızıl alışı və satışı məntəqəsinə aparmış və satmaq istədiyini bildirmişdir. Ceyhun da qızılın oğurluq olub-olmamasını soruşmuşdur. O da qızılın oğurluq olmadığını və ailəsinə məxsus olduğunu bildirmişdir. Sonra Ceyhun ondan həmin qızıl-zinət əşyasını alıb elektron tərəzidə çəkmişdir. Qızıl-zinət əşyanın çəkisi 1,02 qram gəlmişdir. Ceyhun qızıl-zinət əşyasını ondan alıb ona 55 manat pul vermişdir. O da çıxıb getmişdir. Dəymiş ziyanı ödəmişdir. O, törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Ağsu şəhəri, S.Hacıyev küçəsində yaşasa da, mərhum atasından qalma ünvan 3 ünvanda yerləşən evi vardır. Anası xəstə olduğundan, həmin evdə yaşayış yoxdur. Mərhum atasından qalma evdə yaşayış olmasa da, arada bir həmin evə gedərək nəzarət edir. Sonuncu dəfə həmin evə 30 aprel 2023-cü il tarixdə gedərkən, evdə olan əşyaların yerində olduğunu görmüşdür. 08 may 2023-cü il tarixdə saat 11 radələrində mərhum atasından qalma evə gedib, nəzarət etmək istəyərkən, evin içərisində olan əşyaların dağınıq vəziyyətdə olduğunu, evdə axtarış aparıldığını, evdən oğurluq edildiyini aşkar etmişdir. Bundan sonra evə baxarkən, naməlum şəxs və ya şəxslərin evin 1-ci mərtəbəsində qab-qaşıqları və digər əşyaları yığdığı otağın qapısını sındıraraq, otağa daxil olub, otaqda olan alüminium materiallı iri qazanı və çaydanı oğurlamalarını, evin həyətinə baxarkən, həyətdə olan quruluğun altında olan 2 ədəd, 30 metr uzunluğunda olan elektrik uzadıcılarını, bir ədəd 20 metr uzunluğunda olan 3 faza elektrik naqilini, 30 metr uzunluğunda olan pernoskanın və 1 ədəd ptiminutkanın radiatorunun oğurlanmasını aşkar etmişdir. Bundan sonra rayon polis şöbəsinə gələrək, hadisə barədə ərizə ilə müraciət etmişdir. Onu da qeyd etmişdir ki, evin ikinci mərtəbəsində yerləşən otaqda olan şkafın içərisindəki çamadanın içərisindən ələm şəklində olan qızıl-zinət əşyası da oğurlanmışdır. Lakin o, ilkin izahat verən zaman həmin ələm formalı qızıl-zinət əşyasının oğurlandığını aşkar etməmişdir. Sonradan evin əşyaların bir-bir yoxlayarkən həmin ələm formalı qızıl-zinət əşyasının da oğurlandığını müəyyən etmişdir. Ədavət və ya düşmənçilik etdiyi şəxslər yoxdur. Mərhum atasından qalma ünvan 3 ünvanda yerləşən evə sonuncu dəfə 30 aprel 2023-cü il tarixdə getmişdir. Həmin vaxt evdə əşyalar yerində olmuşdur. Evdən oğurluğun dəqiq vaxtını bilmir. Oğurluq 01 may 08 may 2023-cü il tarixləri arasında olmuşdur. Evə daxil olan şəxslər evin 1-ci mərtəbəsindən 150 manat dəyərində, alüminium materiallı iri qazanı, 10 manat dəyərində olan çaydanı, hər birinin dəyəri 40 manat olan, 2 ədəd, 30 metr uzunluğunda olan elektrik uzadıcılarını, 45 manat dəyərində, 20 metr uzunluğunda olan 3 faza elektrik naqilini, 40 manat dəyərində olan 30 metr uzunluğunda olan pernoskanı, 40 manat dəyərində olan 1 ədəd ptiminutkanın radiatorunu və 55 manat dəyərində ələm şəklində olan qızıl-zinət əşyası oğurlamaqla ona ümumilikdə 420 (dörd yüz iyirmi) manat maddi ziyan vurmuşdur. Ağsu şəhəri, A.Osmanov küçəsi 9 ünvanında yerləşən fərdi yaşayış evindən oğurlanmış müxtəlif məişət əşyalarının və bir ədəd qızılzinət əşyasının qiyməti ilə bağlı məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olumuş və ekspertizanın xx.xx.2023-cü il tarixli, 9/4233 saylı rəyində həmin məişət əşyalarının və bir ədəd qızıl-zinət əşyasının qiyməti fərqli göstərilmişdir. O, oğurlanmış müxtəlif məişət əşyalarının və bir ədəd qızıl-zinət əşyasının qiymətini təxmini olaraq fikirləşib demişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə tanış olmuşdur. O, ekspertizanın rəyində göstərilən qiymətlərlə razıdır. Heç bir narazılığı, şikayəti və yaxud vəsatəti yoxdur. Ona dəymiş ziyan ödənilmişdir. O, təqsirləndirilən şəxsə qanuni və ədalətli cəza təyin olunmasını xahiş etdi. İş üzrə zərəçəkmiş şəxsin nümayəndəsi Nümayəndə məhkəməyə teleqram göndərərək ibtidai istintaqda verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Zərəçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ibtidai istintaqda verdiyi ifadə məhkəmə iclasında elan olunmuşdur. Zərəçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Ağsu rayon Ağalarbəyli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Ağsu şəhəri, H.Aslanov küçəsində oğlu Zərərçəkmiş şəxs2 məxsus ev vardır. Oğlu Zərərçəkmiş şəxs2 Türkiyə Cumhuriyyətində yaşadığı və işlədiyi üçün ona məxsus evə mütəmadi olaraq onlar nəzarət edir. Onu da qeyd etmişdir ki, oğlu Zərərçəkmiş şəxs2 tərəfindən ona etibarnamə verilmiş və həmin etibarnamə əsasında o, Zərərçəkmiş şəxs2 adından bütün hüquq mühafizə orqanlarında nümayəndə qismində iştirak etmək, iddiaçıya, cavabdehə, üçüncü şəxsə və zərərçəkmişə qanunvericiliklə verilmiş bütün hüquqları, o cümlədən ərizələri, şikayətləri, və müraciətləri imzalamaq və təqdim etmək, vəsatətlər vermək, etirazlar etmək, hüquq mühafizə orqanlarının qərarlarından yuxarı orqanlara şikayətlər vermək qanuni qüvvəyə minmiş məhkəmə və digər orqanların qərarlarının məcburi icrasını tələb etmək hüquqları etibar olunmuşdur. Sonuncu dəfə Zərərçəkmiş şəxs2 məxsus evə digər oğlu Şahid1 28 aprel 2023-cü il tarixdə gedərkən, evdə olan əşyaların yerində olduğunu görmüşdür. 08 may 2023-cü il tarixdə saat 12 radələrində İsmət həmin evə gedib, nəzarət etmək istəyərkən, evin qonaq otağında olan 82 ekran ACAİ markalı televizorun yerində olmadığını görmüşdür. Bundan sonra digər otaqlara baxarkən, naməlum şəxs və ya şəxslərin evin yataq otağının plastik materialdan olan pəncərəsini çöldən açaraq, otağa daxil olmasını, sonra qonaq otağında olan bir ədəd televizoru oğurlamasını aşkar etmişdir. Sonra İsmət ona oğlu Zaurun evindən oğurluq olması barədə məlumat vermiş, o da bu barədə polisə müraciət etməsini bildirmişdir. Bundan sonra İsmət rayon polis şöbəsinə gedərək, hadisə barədə ərizə ilə müraciət etmişdir. Ədavət və ya düşmənçilik etdiyi şəxslər yoxdur. Zərərçəkmiş şəxs2 məxsus ünvan 2 ünvanda yerləşən evə sonuncu dəfə digər oğlu Şahid1 28 aprel 2023-cü il tarixdə getmişdir. Həmin vaxt evdə əşyalar yerində olmuşdur. Evdən oğurluğun dəqiq vaxtını bilmir. Oğurluq 28 aprel-08 may 2023-cü il tarixləri arasında olmuşdur. Zaura məxsus evdən bir ədəd, 300 manat dəyərində olan 82 ekran ölçüsündə olan ACAİ markalı televizoru oğurlamaqla onlara ümumilikdə 300 manat maddi ziyan vurulmuşdur. ünvan 5 ünvanında yerləşən, oğlu Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evindən oğurlanmış bir ədəd televizorun qiyməti ilə bağlı məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş və ekspertizanın xx.xx.2023cü il tarixli, 9/4233 saylı rəyində həmin televizorun qiyməti fərqli göstərilmişdir. O, oğurlanmış televizorun qiymətini təxmini olaraq fikirləşib demişdir. Məhkəməəmtəəşünaslıq ekspertizasının rəyi ilə tanış olmuşdur. O, ekspertizanın rəyində göstərilən qiymətlərlə razıdır. Heç bir narazılığı, şikayəti və yaxud vəsatəti yoxdur. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 zərəçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, ünvan 6 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Hal-hazırda əlvan və qara metalların qəbulu işi ilə məşğul olur. Onun yaşadığı evin həyətində metal qəbulu məntəqəsi vardır. O, həmin məntəqədə əlvan və qara metalların qəbulunu həyata keçirir. X7 Ağsu şəhər sakini kimi tanıyır. Aralarında heç bir ədavət və ya düşmənçiliyi yoxdur. 03 may 2023-cü il tarixdə saat təxminən 10 radələrində metal qəbulu məntəqəsində olan zaman Teymur Rəhimov məntəqəyə bir ədəd alüminium materialdan olan qazan gətirib, həmin qazanı metal kimi satmaq istədiyini bildirib qazanın müqabilində nə qədər pul verəcəyini soruşmuşdur. O da qazanı metal (alüminium) kimi qəbul edəcəyi təqdirdə qazanın çəkisinin 6 kiloqrama yaxın olduğunu nəzərə alıb qazanı alacağı təqdirdə 15 manat pul verəcəyini bildirmiş, Teymur Rəhimov da onunla razılaşmışdır. O, Teymur Rəhimovdan qazanı alan zaman qazanın oğurluq olub-olmamasını soruşmuş, Teymur isə qazanın oğurluq olmadığını bildirmişdir. Bundan sonra o, Teymur Rəhimovdan qazanı alıb ona 15 manat pul vermiş, Teymur Rəhimov da çıxıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Ağsu rayonu, Bozavand kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Hal-hazırda əlvan və qara metalların qəbulu işi ilə məşğul olur. Ağsu şəhəri “Şlanba” adlanan ərazidə metal qəbulu məntəqəsi vardır. O, həmin məntəqədə əlvan və qara metalların qəbulunu həyata keçirir. X7 Ağsu şəhər sakini kimi tanıyır. Aralarında heç bir ədavət və ya düşmənçilik yoxdur. 03 may 2023-cü il tarixdə saat təxminən 09 radələrində metal qəbulu məntəqəsində olan zaman Teymur Rəhimov məntəqəyə “Vaz 2107” markalı avtomobillə gəlib, dəmir və mis metallar olduğunu və onları satmaq istədiyini bildirmiş, o da həmin metallara baxmaq istədiyini demişdir. Teymur həmin metalların avtomobilin yük yerində olduğunu bildirmiş, bundan sonra onlar birlikdə həmin metallara baxmışlar. Avtomobilin yük yerində bir ədəd böyük qazan, bir ədəd çaydan, bir ədəd su qızdırıcısının radiatoru və yandırılmış elektrik naqillərinin mis metalı varmış. O, Teymurdan həmin əşyaları haradan əldə etdiyini soruşmuş, Teymur da həmin metalların özünə məxsus olduğunu və onları yaşadığı evdən gətirdiyini, oğurluq olmadığını bildirmişdir. Teymur qazanı metal kimi satmayacağını, lakin digər əşyaları metal kimi satacağını bildirmişdir. O da qazanı almaqdan imtina etmiş, lakin digər əşyaları alacağı təqdirdə ümumilikdə 35 manat pul verəcəyini bildirmiş, Teymur da onunla razılaşmışdır. Bundan sonra o, həmin metalları, yəni bir ədəd çaydanı, bir ədəd su qızdırıcısının radiatorunu və yandırılmış elektrik naqillərinin mis metalını Teymurdan alıb 35 manat pul vermiş, Teymur Rəhimov da çıxıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, ünvan 7 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Bacısı oğlu X13 şəhərində yerləşən bazarın içərisində qızıl alışı və satışı məntəqəsi vardır. O da həmin məntəqədə satıcı işləyir. X7 tanımırmış. Aralarında heç bir ədavət və ya düşmənçilik yoxdur. 03 may 2023cü il tarixdə saat təxminən 11 radələrində məntəqədə olan zaman Teymur Rəhimov məntəqəyə yaxınlaşıb ələm formalı qızıl-zinət əşyası olduğunu və satmaq istədiyini bildirmişdir. O da Teymur Rəhimovdan şəxsiyyətini təsdiq edən sənədi tələb etmiş və qızılı haradan əldə etdiyini soruşmuş, Teymur da həmin qızılın ailəsinə məxsus olduğunu bildirmişdir. Bundan sonra o, qızıla baxmışdır. Ələm formalı qızıl-zinət əşyası 583 əyarlıq kustar üsulla hazırlanmışdı. O, Teymurdan həmin qızıl-zinət əşyanı alıb elektron tərəzidə çəkmiş, qızıl-zinət əşyanın çəkisi 1,02 qram gəlmişdir. O da qızıl-zinət əşyasını Teymur Rəhimovdan alıb 55 manat pul vermiş, Teymur Rəhimov da çıxıb getmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə CM-in 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılmış və istintaq aidiyyəti üzrə Ağsu RPŞ-nin İQ-na göndərilmişdir. “Zərərçəkmiş şəxs kimi tanıma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 iş üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. “Zərərçəkmiş şəxsin nümayəndəsi kimi tanıma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Nümayəndə iş üzrə Zərərçəkmiş şəxs2 nümayəndəsi kimi tanınmışdır. “Zərərçəkmiş şəxs kimi tanıma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 iş üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, X9 xx.xx.2023-cü il tarixdə saat 17:10-da şübhəli şəxs qismində tutulmuşdur. “Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, CM-in 177.2.3-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi qanunvericiiyin tələbinə əsasən CM-in 177.2.3-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və cinayət işinin istintaqı ********* nömrə altında davam etdirilmişdir. “Əşyaların maddi sübut hesab edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxsin 30 aprel 2023-cü il tarixdə ünvan 2 ünvanda yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evindən oğurladığı “AKAİ” markalı, 82 diaqonal ekran ölçülü televizor, bundan başqa 02 may 2023-cü il tarixdə saat 23:30 radələrində ünvan 3 ünvanda yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evindən oğurladığı bir ədəd çaydan, üzərindəki rezin materialı yandırılmış 2 ədəd, 30 metr uzunluğunda olan elektrik uzadıcılarının (udlinitel), bir ədəd 20 metr uzunluğunda olan 3 faza elektrik naqilinin, bir ədəd 30 metr uzunluğunda olan pernoskanın mis naqilləri və 1 ədəd su qızdırıcısının radiatoru, bir ədəd alüminium materialdan olan böyük ölçülü qazan, eləcə də bir ədəd ələm formalı 583 əyarlıq qızıl-zinət əşyası ********* nömrəli cinayət işi üzrə maddi sübut hesab olunmuşdur. “Cinayət işinin tövsif edimləsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə X3 cinayət əməli CM-in 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə X9 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Ağsu Rayon Məhkəməsinin 4(016)-15/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, X9 barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, həbsdə saxlamanın müddəti 3 ay həddində müəyyən edilmiş və həbsetmənin əvvəli 13 may 2023cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X11 Hüquqi Şəxsinin 09 iyun 2023-cü il tarixli, 1596 nömrəli rəyindən görünür ki, X4 emosional davamsız şəxsiyyət pozuntusu aşkar olunmuşdur, hazırki psixi vəziyyətinə görə onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Onda aşkar olunmuş emosional davamsız şəxsiyyət pozuntusu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. O, törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir, törətdiyi əməli düzgün qavramaq və təsvir etmək imkanına malikdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 iyun 2023-cü il tarixli, 9/4233 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində qeyd edilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin aprel-may aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 436,60 manat müəyyən edilmişdir. Ağsu Rayon İcra Hakimiyyəti başçısının Ağsu Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, X9 çətin tərbiyə olunandır, ailə və məişətdə özünü yaxşı aparmır, böyüklərə hörmət etmək bacarığına malik deyil, bir neçə dəfə həbs olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 07 iyul 2023-cü il tarixli cavabdan görünür ki, X1 Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 100 manat cərimə edilmiş, Səbail Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə CM-in 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətində azadlıqdan məhrumetmə cəzasına, Ağsu Rayon Məhkəməsininn xx.xx.2013-cü il tarixli hökmü ilə CM-in 177.2.2, 177.2.3, 177.2.4, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-in 67.1-ci maddəsinə əsasən 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə Ağsu Rayon Məhkəməsininn xx.xx.2013-cü il tarixli hökmü dəyişdirilmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə X9 azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 07 ay 14 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə CMin 29, 304.2.1-ci maddəsi il təqsirli bilinərək CM-in 66.3 və 66.5-ci maddələrinə əsasən 06 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Ağsu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-in 67.1-ci maddəsinə əsasən 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-ü il tarixli qərardan görünür ki, X8 CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamın məzmununa dəyişiklik etməklə, ona həmin məcəllənin 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən itiham elan edilmiş, əməllərində cinayət tərkibi olmadığından Şahid2, Şahid3 və Şahid4 barələrində cinayət təqibinin başlanması rədd edilmiş, iş üzrə Zərərçəkmiş şəxs1 vurulmuş ziyanın məbləği 180 manat məbləğində qəbul edilmiş, iş üzrə təyin edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/4233 saylı rəyi, təqsirləndirilən, zərərçəkmiş və şahid ifadələri, üzləşdirmə protokolları, bundan başqa DİN-in Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-13-11/2-6543/2023 nömrəl məktubu, həmçinin cinayət işi materialarına əlavə edilmiş sənədlər sübut növü kimi tanınmış, təqsirləndirilən şəxsin oğurladığı bir ədəd çaydan, üzərindəki rezin materialı yandırılmış mis naqillər və 1 ədəd su qızdırıcısının radiatoru, Şahid4 satdığı bir ədəd ələm formalı 583 əyarlıq qızıl-zinət əşyası və Şahid2 satdığı bir ədəd alüminium materialdan olan qazan maddi sübut kimi tanınmışdır. Beləliklə, məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadələri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər dəlillərlə təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq CM-in qeyd olunan maddələri ilə tövsif edilmişdir. X3 hərəkətlərində əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. CPM-in 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs X3 barəsində ittiham hökmü çıxarılmalı və ona CMin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs X8 cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və dəymiş ziyanı ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin əməlində cinayətin təhlükəli residivinin olmasını cəzanı ağırlaşdıran hallar kimi nəzərə alır. CM-in 18.2.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır. CM-nin 65.2-ci maddəsinə görə, təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlinə münasibətdə residiv CM-in 61.1.1-ci maddəsinə görə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınaraq, ona cəza CM-in 65-ci maddəsinin tələblərinə uyğun təyin edilməlidir. CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin hesab edir ki, X3 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzasının əvvəli şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, 13 may 2023-cü il tarixdən hesablanmalı və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut kimi tanınmış, X9 tərəfindən oğurlanmış bir ədəd “AKAİ” markalı, 82 diaqonal ekran ölçülü televizor, bir ədəd çaydan, üzərindəki rezin materialı yandırılmış 2 ədəd, 30 metr uzunluğunda olan elektrik uzadıcılarının (udlinitel), bir ədəd 20 metr uzunluğunda olan 3 faza elektrik naqilinin, bir ədəd 30 metr uzunluğunda olan pernoskanın mis naqilləri və 1 ədəd su qızdırıcısının radiatoru, bir ədəd alüminium materialdan olan böyük ölçülü qazan və bir ədəd ələm formalı 583 əyarlıq qızıl-zinət əşyaların qanuni sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində məhkəmə xərci X2 tutularaq, dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. X8 məhkəmədə göstərilmiş 18 saat hüquqi yardıma görə 108 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə və CPM-in 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrinə əsasən, məhkəmə HÖKM ETDİ: X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 13 may 2023-cü il tarixdən hesablansın, cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. X3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış, X9 tərəfindən oğurlanmış bir ədəd “AKAİ” markalı, 82 diaqonal ekran ölçülü televizor, bir ədəd çaydan, üzərindəki rezin materialı yandırılmış 2 ədəd, 30 metr uzunluğunda olan elektrik uzadıcılarının (udlinitel), bir ədəd 20 metr uzunluğunda olan 3 faza elektrik naqilinin, bir ədəd 30 metr uzunluğunda olan pernoskanın mis naqilləri və 1 ədəd su qızdırıcısının radiatoru, bir ədəd alüminium materialdan olan böyük ölçülü qazan və bir ədəd ələm formalı 583 əyarlıq qızıl-zinət əşyaların qanuni sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci X2 tutularaq, dövlət büdcəsinə (Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, X6, kod: 210005, VÖEN: **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab AZ34CTRE********************) ödənilsin. X8 məhkəmədə göstərilmiş 18 saat hüquqi yardıma görə 108 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №1(016)-51/2023
Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-51/2023
16.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver