Məhkəmə qərarları › İş №1(016)-52/2025

Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-52/2025

14.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-52/2025 14.11.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X18 Natiq oğlunun sədrliyi, Cəbrayılova Könül Alov qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun hüquqlarını müdafiə edən fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1995-ci ildə Ağsu rayonu, Çaparlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, məhkum olunmamış, Ərəbuşağı bələdiyyəsi sədrinin müavini, cinayət törədilən vaxt Çaparlı bələdiyyəsinin sədri vəzifəsində işləmiş, Ağsu rayonu, Çaparlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 309.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, audio və video yazı aparılmaqla baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli 698-İQ №-li Qanununa uyğun yaradılmaqla, həmin Qanuna müvafiq surətdə təsdiq edilmiş “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli 771- İQ №-li Qanununa əlavə edilən bələdiyyələrin siyahısına görə Ağsu rayonunun Ağabəyli, Çaparlı, Qiyaslı və Rəhimağalı kəndlərinin ərazilərini əhatə edən Çaparlı bələdiyyəsinə xx.xx.2020-ci il tarixli, 03 saylı əmri ilə bələdiyyə sədri vəzifəsinə seçilməklə həmin vəzifədə işləyərkən “Ağsu rayonu, X1”nə əsasən, bələdiyyənin icra aparatının fəaliyyətinə rəhbərlik edilməsi, yerli əhaliyə xidmət, iqtisadi və sosial inkişaf proqramlarını həyata keçirmək üçün yaradılan icra strukturlarının rəhbərlərinin bələdiyyə iclasının qərarına əsasən təyin edilməsi, ayda bir dəfədən az olmayaraq bələdiyyə iclaslarının çağırılması, bələdiyyə qərarlarının icrasının təmin edilməsi, yerli büdcənin müzakirəsinin və təsdiqinin təşkil edilməsi, əmr və sərəncamlar verilməsi, bələdiyyə adından rəsmi sənədlərin imzalanması və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən rəhbər vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməklə, yəni Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin 1-3-cü bəndlərinə, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsinə əsasən, bələdiyyə iclasının bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli olduğu, bələdiyyənin bütün iclaslarının protokollaşdırılmalı olduğu və bələdiyyənin sədri və katibi tərəfindən imzalanaraq bələdiyyənin möhürü ilə təsdiqlənmiş bələdiyyənin iclas protokolunda iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsinin göstərilməli olmasına baxmayaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti X7 X16in Şamaxı ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən keçirilmiş xx.xx.2023-cü il tarixli müsabiqənin həmin tarixli 06, 07, 08 nömrəli protokollarına əsasən, müsabiqəyə çıxarılmış Çaparlı bələdiyyəsinin mülkiyyətində olmuş **********35 reyestr nömrəli, ********** qeydiyyat nömrəli 10 ha torpaq sahəsinə görə illik icarə haqqı 5401 manat, **********36 reyestr nömrəli, ********** qeydiyyat nömrəli 11,7449 ha torpaq sahəsinə illik icarə haqqı 5343 manat, **********35 reyestr nömrəli, ********** qeydiyyat nömrəli 6,6763 ha torpaq sahəsinə görə illik icarə haqqı 3037 manat təklif edərək qalib olmuş Şahid3 ilə notarial qaydada xx.xx.2023-cü il tarixdə ümumilikdə 13781 manat illik icarə haqqı ödənilməklə 20 illik müddətinə icarə müqavilələri bağlamış, xx.xx.2023-cü il tarixdə “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş “bələdiyyə büdcəsindən pul vəsaiti yalnız bələdiyyə iclasının qərarı ilə ayrılması və bu qərarda həmin vəsaitin təyinatı, məqsədi və dəqiq miqdarı göstərilməsi” tələbini pozaraq xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək, bələdiyyənin kollegiallıq prinsipini pozaraq, bələdiyyə iclasında müvafiq qərar qəbul edilmədən təkbaşına 3 nömrəli əmr verib, xx.xx.2023-cü il tarixdə Ağsu rayonu, Çaparlı kəndində yerləşən eyni adlı bələdiyyənin inzibati binasında təkbaşına imzaladığı və bələdiyyənin möhürünü vurduğu rəsmi sənəd hesab edilən həmin tarixli, 3 nömrəli əmrə bilə-bilə yalan məlumat, yəni “səhvən ödənilmiş vəsait” ifadəsini daxil etməklə Çaparlı bələdiyyəsinin büdcəsinə ödənilmiş ümumilikdə 13781 manat pulun bələdiyyə büdcəsindən Şahid3 qaytarılmasına nail olmaqla icarəçi ilə bələdiyyə arasında bağlanmış icarə müqavilələrini ləğv etməmiş, Şahid3 icarə hüquqlarının 10,9 ha torpaq sahəsi üzərində xx.xx.2023-cü il tarixdə, 9,2839 ha və 6,6419 ha torpaq sahələri üzərində isə xx.xx.2023-cü il tarixdə dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışlar verilməsinə nail olaraq bələdiyyə idarəetmə prinsiplərinin gözlənilməsi sahəsində formalaşmış vahid hüquqi prosedur qaydalarını pozaraq bələdiyyənin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərini aşmışdır. Bundan başqa o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməklə yəni, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2003-cü il tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi qaydaları”nın 18-ci maddəsinə əsasən hərracın və ya müsabiqənin keçirilməsi ilə bağlı bütün mübahisələrin məhkəmə qaydasında həll edilməli olduğu halda özünün və cinayətdən xəbərsiz bələdiyyə üzvlərinin iştirakı ilə qəbul olunmuş xx.xx.2023-cü il tarixli 18 nömrəli bələdiyyə iclas protokoluna əsasən icarə haqqını 1 ha əkin sahəsi üçün 40 manat müəyyən edib, həmin protokola əsaslanmaqla xx.xx.2023-cü il tarixdə Ağsu rayonu, Çaparlı kəndində yerləşən eyniadlı bələdiyyənin inzibati binasında 01, 02 və 03 nömrəli qərarlar verərək Şahid1 və Şahid2 icarəsində olan torpaq sahələrinin hər hektarına görə illik 40 manat icarə haqqı müəyyən edib, 2024-cü il ərzində bələdiyyə büdcəsinə Şahid2 tərəfindən 5401 manat ödənilməli olduğu halda 400 manat, Şahid1 tərəfindən 8380 manat ödənilməli olduğu halda 700 manat olmaqla, ümumilikdə illik icarə haqqı olaraq bələdiyyə büdcəsinə 13781 manat ödənilməli olduğu halda 1100 manat ödənilməsinə şərait yaradaraq bələdiyyə idarəetmə prinsiplərinin gözlənilməsi sahəsində formalaşmış vahid hüquqi prosedur qaydalarını pozaraq bələdiyyənin büdcəsinə ümumilikdə 12681 manat məbləğində mühüm zərər vuraraq vəzifə səlahiyyətlərini təkrarən aşmışdır. Bununla da, Təqsirləndirilən şəxs CM-nin 309.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı CM-in 309.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 28 aprel 2020-ci il tarixdə bələdiyyə seçkilərinə əsasən, Çaparlı bələdiyyəsinə sədr seçilmişəm və həmin tarixdə də özünün əmri ilə işə qəbul edilmiş, işlədiyi müddətdə torpaq sahələrinin icarəyə verilməsini hərrac və müsabiqə yolu ilə həyata keçirmişdir. Hazırki cinayət işinin istintaqında əsas götürülən 10,9 ha, 9,2839 ha və 6,6419 ha (cəmi 26,8258 ha) torpaq sahələrindən 9,2839 ha hissəsini X8 tərəfindən dövlət aktı əsasında 2003-2023-cü illər ərzində istifadə etmişdir. Digər torpaq sahələrini isə 2020-2021-ci illər ərzində vətəndaşlar mövsümi icarə müqaviləsi əsasında 9 aylıq istifadə etmişlər. 2022- 2023-cü illər ərzində mübahisəli torpaq sahələrindən 6.64 ha və 9.28 ha torpaq sahələrini Səbuhi Rəsulov, Şamil Rəsulov və Şahid8 müqavilə olmadan əkmişlər. xx.xx.2022-ci il tarixdə X9 yəni Şahid1 qızı mövsümi müqavilə əsasında 10.9 ha torpaq sahəsinin 8.50 ha torpaq sahəsini 9 aylıq müddətə istifadə etmişdir. Belə ki, onlar şəhid ailəsi olduğu üçün Prezident aparatına məktub yazmışlar, həmin ünvandan icra hakimiyyətinə gələn tapşırıq əsasında şəhid ailəsinə torpaq vermişlər. Buna baxmayaraq, bələdiyyə sədri olaraq 6.64 ha və 9.28 ha torpaq sahələrini Səbuhi Rəsulov, Şamil Rəsulov və Şahid8 icarəsinə verilməsi ilə bağlı müqavilə imzalamamışdır. 2023-cü ilin yanvar ayında bələdiyyə protokolları və qərarı əsasında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin 14 saylı Şamaxı regional filialında hərrac təşkil edilmiş və yuxarıda qeyd edilən torpaq sahələri müsabiqə vasitəsilə vətəndaşlara təqdim edilmişdir. 06 yanvar 2023-cü il tarixdə qeyd edilən müsabiqə keçirilmiş, müsabiqədə ən yüksək məbləği təklif edən Şahid3 qalib gəlmişdir. Belə ki, Şahid3 26,8258 ha torpaq sahəsi üçün illik 13781 manat təklif etmişdir. Həmin məbləği xx.xx.2023-cü il tarixdə bələdiyyə büdcəsinə köçürmüşdür. Bununla bağlı xx.xx.2023-cü il tarixdə icarə müqaviləsi bağlamışlar. Daha sonra Şahid3 qalib gəldiyi torpaq sahəsinə baxış keçirəndə torpaq sahələrinin yuxarıda qeyd etdiyi kimi kənd sakinləri tərəfindən əkildiyini öyrənmişdir. Şahid3 qalib gəlsə də, kənd ərazisində şəhid ailəsinin, yəni Şahid1 torpaq sahəsi ilə təmin edilməsini xahiş etmək məqsədilə Elşənlə görüşmüşdür. Şahid3 torpaq sahələrinin kənd sakinləri tərəfindən əkildiyini bildirdiyi üçün pulunun geri qaytarılmasını tələb etmişdir. Buna görə də, 13781 manat pulun sonuncuya geri qaytarılması üçün təkbaşına əmr vermişdir. 12 yanvar 2023-cü il tarixdə Şahid3 13367 manat pulu Ağsu rayon mərkəzi poçtundan geri çəkmişdir. Buna baxmayaraq, icarə müqaviləsinə xitam verilməmişdir. Daha sonra Şahid3 icarəsində olan torpaq sahələrinə dair icarə hüquqlarından 10.9 ha və 6.64 ha hissəsini Şahid1, 9.28 ha hissəsini isə qardaşı Şahid2 satmaq üçün Bakı şəhəri 23 saylı notariat ofisinə müraciət etmiş, o da icarə hüquqlarının satılmasına etiraz etməməyi ilə bağlı məktub vermişdir. Bundan sonra torpaq sahələrinin icarə haqqının 17.54 ha torpaq sahəsi üçün 2023-cü il tarixdə ümumilikdə 8380 manat pul vəsaiti Şahid1 tərəfindən, 9.28 ha torpaq sahəsi üçün 2023-cü il tarixdə ümumilikdə 5401 manat pul vəsaiti Şahid2 tərəfindən bələdiyyə büdcəsinə ödənilmişdir. Yəni, 2023-cü il tarix üçün icarə haqqları qanuni şəkildə satılmış və bələdiyyə büdcəsinə köçürülməli olan 13781 manat məbləğin köçürülməsi təmin edilmişdir. Bundan sonra icarə haqqlarının tənzimlənməsi ilə bağlı bələdiyyə iclası keçirilmişdir. xx.xx.2023-cü il tarixli 18 nömrəli bələdiyyə iclasının protokoluna əsasən 1 ha dağ örüş sahəsi üçün 25 manat, su altı örüş sahəsi üçün 30 manat, əkin sahəsi üçün 40 manat müəyyən edilmişdir. Bundan sonra özü tərəfindən xx.xx.2023-cü il tarixdə 1, 2 və 3 nömrəli qərarlar qəbul edilərək, həmin bələdiyyə iclas protokolu Şahid1 və Şahid2 icarəsində olan torpaq sahələrinə də şamil edilmişdir. Buna görə də, 2024-cü il tarixdə Şahid1 17.54 ha torpaq sahəsi üçün 700 manat, Şahid2 isə 9.28 ha torpaq sahəsi üçün 400 manat ödəniş etmişdir. Çaparlı bələdiyyəsi 2025-ci il yanvar ayından Ərəbuşağı bələdiyyəsinə birləşdirilmişdir. 2025-ci il üçün icarə haqqları artıq birləşmə aktına əsasən Ərəbuşağı bələdiyyəsinin büdcəsinə il ərzində köçürələcəkdir. 2022-2023-cü illər ərzində mübahisəli torpaq sahələrindən 6.64 ha və 9.28 ha torpaq sahələrini Səbuhi Rəsulov, Şamil Rəsulov və Şahid8 əkmişlər, xx.xx.2022-ci il tarixdə X9, yəni Şahid1 mövsümi müqavilə əsasında 10.9 ha torpaq sahəsinin 8.50 ha torpaq sahəsini 9 aylıq müddətə istifadə etmiş, Çaparlı bələdiyyəsinə məxsus 10,9 ha, 9,2839 ha və 6,6419 ha (cəmi 26,8258 ha) əkin sahələrinin 20 il müddətinə icarəyə verilməsinə görə Şahid3 13781 manat pulu illik icarə haqqı kimi ödəmiş, daha sonra torpaq sahəsini istifadə edə bilmədiyi üçün həmin pul səhvən ödənilmiş məbləğ kimi ona geri qaytarılmış, Bələdiyyələrin maliyyəsinin əsasları haqqında Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinin 2-ci hissəsinə əsasən, “Bələdiyyə büdcəsindən pul vəsaiti yalnız bələdiyyə iclasının qərarı ilə ayrılır və bu qərarda həmin vəsaitin təyinatı, məqsədi və dəqiq miqdarı göstərilməlidir” müddəasından xəbəri olmamış, xx.xx.2023-cü il tarixdə 18 saylı iclas zamanı iştirak edən bələdiyyə üzvlərinin xx.xx.2023-cü il tarixdə 1, 2 və 3 nömrəli qərarlar qəbul edərək Şahid1 və Şahid2 icarəsində olan torpaq sahələrinin icarə haqqlarının azaldılacağı barədə məlumatsız olmuş, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2003-cü il tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi qaydaları”nın 18-ci maddəsinə əsasən hərracın və ya müsabiqənin keçirilməsi ilə bağlı bütün mübahisələrin məhkəmə qaydasında həll edilməli olduğu müddəasından xəbəri olmamış, inflayasiya və indeksləşməni nəzərə alaraq, bələdiyyə mülkiyyətində olan bütün torpaq sahələri barəsində icarə haqqı vahid məbləğ müəyyən edilmişdir. Təqsirləndirilən şəxs daha sonra ifadəsində əməlindən səmimi peşmançılıq çəkdiyini, etdiyi səhfi başa düşməsini, zərər çəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tam ödənilməsini, zərər çəkmiş şəxsin şikayətçi olmamasını nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş ən yüngül cəzanın təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkdiyini, etdiyi səhfi başa düşməsini, zərər çəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tam ödənilməsini, zərər çəkmiş şəxsin şikayətçi olmamasını nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş ən yüngül cəzanın təyin olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, 29 yanvar 2025-ci il tarixdə keçirilmiş bələdiyyə seçkilərində qalib olmuş və 19 fevral 2025-ci il tarixdə Ərəbuşağı bələdiyyəsinin sədri vəzifəsinə təsdiq edilmişdir. Əvvəllər bələdiyyələr birləşdirilməmişdən qabaq Çaparlı bələdiyyəsi müstəqil bələdiyyə olmuşdur. Sonuncu seçkilərdə isə Çaparlı bələdiyyəsi Ərəbuşağı bələdiyyəsi ilə birləşdirilmişdir. Onda olan məlumata görə, 2023-cü ilin 06 yanvar tarixində Çaparlı bələdiyyəsi tərəfindən müsabiqə keçirilmiş, qalib Şahid3 olmuşdur. Daha sonra Şahid3 Çaparlı bələdiyyəsinin mülkiyyətində olan 26,82 ha torpaq sahəsinin icarəsi üçün 13781 manat pul ödəmişdir. Bundan sonra sabiq sədr Təqsirləndirilən şəxs təkbaşına əmrlə həmin pulu Şahid3 geri qaytarmış və bələdiyyə büdcəsinə ziyan vurmuşdur. Bələdiyyə büdcəsinə edilmiş ödənişləri təsdiq edən əsas amillərdən biri BAMS sistemində qeyd edilən ödənişlər olmaqla yanaşı, büdcəyə edilmiş ödənişləri təsdiq edən çeklərdir. Hazırki vaxtda 2023-cü il üçün bələdiyyə büdcəsinə dəymiş 13781 manat ziyan bələdiyyə büdcəsinə ödənilmişdir. Belə ki, bunu həm BAMS sistemindən əldə edilmiş çıxarış, həm də ödəniş çekləri təsdiq edir. Bundan sonra 2023-cü ilin oktyabr ayında torpağın icarə hüquqları Şahid3 tərəfindən Şahid2 və Şahid1 satılmışdır. Daha sonra bələdiyyə iclasında icarə haqqları bazar qiymətinə uyğunlaşdırılmış və 1 ha torpaq sahəsinin icarəsinə 40 manat müəyyən edilmişdir. Növbəti illərdən başlayaraq icarə haqqları hər hektar üçün 40 manatdan hesablanmaqla bələdiyyə büdcəsinə ödənilmişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs daha sonra ifadəsində təqsirləndirilən şəxslə barışmasını, bələdiyyəyə dəymiş ziyanın tam ödənilməsini, şikayətçi olmamasını nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş ən yüngül cəzanın təyin olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında ifadəsində ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, 2001-ci il tarixdən 2021-ci ilin yay aylarına qədər Rəhimağalı kəndində 10 ha torpaq sahəsini dövlət aktı əsasında istifadə etmişdir. Bundan sonra müqavilənin müddəti bitmiş, lakin ləğv edilmədiyi üçün 1 il əlavə istifadə etmişdir. Daha sonra 2022-2023-cü il sezonunda Rəsulov Şamil, Cavanşir və Səbuhi heç bir rəsmi sənəd olmadan bələdiyyə mülkiyyətində olan torpaq sahələrini əkmişdirlər. Daha sonra 2023-cü ilin 06 yanvar tarixində Çaparlı bələdiyyəsi 10,9 ha, 9,2839 ha və 6,6419 ha (cəmi 26,8258 ha) torpaq sahələrini müsabiqəyə çıxarmış, o da həmin müsabiqədə iştirak etmiş və ən yüksək məbləği təklif etdiyi üçün qalib olmuşdur. Daha sonra bələdiyyə ilə icarə müqaviləsi bağlamış və 13781 manat bələdiyyə büdcəsinə pul ödənişi etmişdir. Əkin sahələrinə baxış keçirdikdə sahələrin Rəsulovlar tərəfindən əkildiyi məlum olduğu üçün ödədiyi pulu geri tələb etmişdir. Bələdiyyə sədri Təqsirləndirilən şəxs əmri ilə pul tamamilə 13781 manat olaraq ona geri qaytarılmışdır. Rəsulovlar kənd camaatı olduqlarına görə onlardan qanunsuz zəbtlə bağlı şikayət etməmişlər. Hətta Rəsulovlar bildirmişdir ki, əkini biçdikdən sonra məhsulu onlara verəcəklər. O isə razı olmamış və həmin il əkini biçdikdən sonra torpaq sahəsindən istifadəni dayandırmağı bildirmişdir. Bundan sonra şəhid ailəsi Şahid1 uzun müddət müqavilə əsasında torpaqlardan istifadə etdiyini və yenidən icazəsilə orada əkin biçin işləri aparmağı xahiş etmişdir. O da torpaq sahələrindən 10.9 ha və 6.6419 ha torpaq sahələrini Şahid1, 9.28 ha torpaq sahəsinə dair icarə hüquqlarını isə qardaşı Şahid2 satmışdır. Onlara bildirmişdir ki, icarə haqqını geri almışdır. Qardaşı və Şahid1 isə icarə haqqlarını özləri ödəyəcəyini bildirmişdir. Şahid1 icarəyə götürdüyü torpaq sahələrinə görə müvafiq olaraq 5343 manat və 3037 manat öz adından 2023-cü ilin bələdiyyə büdcəsinə, qardaşı isə 9.28 ha torpaq sahəsinə görə 5401 manat öz adından 2023-cü ilin bələdiyyə büdcəsinə ödəniş etmişdir. 2023-cü il tarixdə torpaq sahələrindən istifadə edə bilmədiyi üçün icarə haqqını geri tələb etmiş, Təqsirləndirilən şəxs ondan pul tələb etməmiş, həmçinin özü də ona pul verməmiş, sadəcə torpaqdan istifadə edə bilmədiyi üçün pulunu geri tələb etmiş, bələdiyyə də pulunu tamamilə geri vermiş, 2023-cü il tarixdə bələdiyyə büdcəsinə qardaşı və Şahid1 tərəfindən 13781 manat məbləğ pul tamamilə köçürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid1 Şahid3 ilə eyni məzmunlu ifadə verərək göstərilən xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid8 Kamil oğlunun ibtidai istintaq zamanı şahid kimi verdiyi ifadəsi elan edilərək göstərilmişdir ki, Təqsirləndirilən şəxs 2020-ci il tarixdə Çaparlı bələdiyyəsinin sədri seçilmişdir. X19 2020-2021-ci il tarixlərdə bələdiyyə torpağından 2 ha icarəyə götürərək əkmişdir. Daha sonra 2021-ci il tarixdən başlayaraq 2023-cü ilin 06 yanvar tarixinədək Təqsirləndirilən şəxs tərəfindən hərraclar təşkil edilsə də, heç biri yekunlaşmamış, hamısı ləğv edilmişdir. 06 yanvar 2023cü il tarixdə isə müsabiqə təşkil edilmiş, icarəyə verilməli olan 11,74, 10 və 6.67 ha olmaqla ümumilikdə 28 ha torpaq sahəsi müsabiqədə iştirak etmişdir. Müsabiqədə 12 nəfər iştirak etmişdir. Səbuhi Rəsulov torpağın hər hektarına illik 350 manat, X10 410 manat təklif etmişdir. Buna baxmayaraq müsabiqədə iştirak edən Şahid3 daha yüksək yəni, 11,74 ha üçün illik 5343 manat, 10 ha üçün illik 5401 manat, 6.67 ha üçün illik 3037 manat olmaqla cəmi illik 13781 manat təklif edərək müsabiqənin qalibi olmuşdur. Hər şeyin qanun çərçivəsində olduğunu nəzərə alaraq qalibin Şahid3 olması ilə razılaşmışlar. Şahid3 13781 manat pulu bələdiyyənin büdcəsinə 09 yanvar 2023-cü il tarixdə ödəmiş, lakin 12 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq təkbaşına əmri əsasında həmin pul Şahid3 qaytarılmışdır. Təqsirləndirilən şəxs əsas kimi, kənd camaatının yeri istifadə etməsini göstərmişdir. Bununla da razılaşsalar, onda Təqsirləndirilən şəxs müsabiqənin nəticələrini ləğv etməli və yenidən müsabiqə keçirməli idi, lakin Təqsirləndirilən şəxs yenidən müsabiqə təşkil etməmişdir. Bundan başqa hər üç torpaq sahəsi üçün bağlanmış icarə müqaviləsində torpaqların ikinci əldən icarəyə verilə bilməməsi qeyd edilmişdir. Təqsirləndirilən şəxs əsas məqsədi torpaqların satılmasına qanuni don geydirmək olmuşdur. Buna görə də, Şahid3 icarə haqqı kimi ödədiyi illik 13781 manat pulu 3 gün sonra geri qaytarmışdır. Bundan sonra isə Şahid3 icarəyə vermə səlahiyyəti olmadığı üçün Təqsirləndirilən şəxs yenidən özbaşına arayış yazaraq bələdiyyənin torpaq sahələrini icarəyə verməsinə etiraz etməməsini bildirmiş, nəticədə Şahid3 torpaq sahəsindən 9.28 ha hissəni qardaşına, 6.64 ha və 10.90 ha hissələrini isə Asifin qohumu Şahid1 satmışdır. Şahid3 həmin torpaq sahələrini ikinci əldən icarəyə verən vaxt Təqsirləndirilən şəxs qanunsuz olaraq formal iclasla torpaq sahələrinin illik icarə haqqını 20 manata endirmişdir. Bununla da, Təqsirləndirilən şəxs qanunsuzluqlar etmişdir. Yəni müabiqəni formal təşkil edərək Şahid3 qalib etmiş, daha sonra ona ödənilmiş pulu geri qaytarmış, ikinci əldən torpağı icarəyə verilməsinə razılıq vermiş və daha aşağı qiymətlə öz istədiyi iki şəxsə icarəyə verilməsinə səbəb olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 və X10 Şahid8 Kamil oğlu ilə eyni məzmunlu ifadə verərək göstərilən xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı şahid kimi verdiyi ifadəsi elan edilərək göstərilmişdir ki, 2020-2025-ci illər ərzində sabiq Çaparlı bələdiyyəsinin üzvü olmuş, xx.xx.2023-cü il tarixdə bələdiyyə iclası keçirilərkən müzakirə mövzusu bələdiyyə mülkiyyətində olan uzunmüddətli icarəyə verilmiş torpaq sahələrinin bazar qiymətinə uyğun olaraq inflyasiya və indeksləşməni nəzərə alaraq dağ örüş sahəsinin hər hektarını illik 25 manat, su altı örüş sahəsini hər hektarını 30 manat, əkin sahəsinin hər hektarını 40 manatdan icarəyə verilməsi qərara alınmış, iclasda iştirak edən 6 nəfər bələdiyyə üzvü qərarın lehinə səs vermişdir. Buna baxmayaraq, Təqsirləndirilən şəxs sonradan həmin iclas protokolunu əsas götürərək müsabiqə yolu ilə icarəyə verilmiş torpaq sahəsinə görə Şahid1 və Şahid2 xeyirinə əlavə qərar qəbul etməsindən və icarə haqqını azaltmasından məlumatı olmamışdır. Əlavə olaraq Çaparlı bələdiyyəsinin icarəsində olan və uzunmüddətli vətəndaşlara icarəyə verilmiş torpaq sahələrinə görə icarə haqqının ən aşağı məbləği müəyyən edildiyini, lakin həmin qərarın müsabiqə nəticəsində vətəndaşların icarəsinə verilmiş torpaq sahələrinə şamil edilmədiyini, müsabiqə nəticəsində icarəyə verilmiş torpaq sahələrinin icarə haqqlarının yalnız müsabiqə nəticəsində müəyyən edildiyini və yalnız məhkəmə qaydasında dəyişdirilə bildiyini, Təqsirləndirilən şəxs həmin iclas protokoluna əsasən əlavə qərar qəbul edərək həmin qərarı Şahid2 və Şahid1 xeyrinə istifadə etməsindən məlumatı olmadığını bildirmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid10 Məhəmmədağa oğlunun, Şahid7, Şahid6 və Şahid9 İsbatəli oğlunun ibtidai istintaq zamanı şahid kimi verdikləri ifadələr elan edilmiş və onlar Şahid4 ilə eyni məzmunlu ifadələr verərək göstərilən xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq zamanı şahid kimi verdiyi ifadəsi elan edilərək göstərilmişdir ki, Bakı şəhəri 23 saylı notariat ofisinin xüsusi notariusu olmuş, xx.xx.2023-cü il tarixdə Şahid3 kimi özünü təqdim edən vətəndaş notariat ofisinə müraciət edərək icarə müqaviləsindən yaranan icarə hüquqlarını alğı-satqı etmək istədiyini bildirmişdir. Tərəfindən notarial qaydada icarə müqavilələri, torpaq sahələrinin çıxarışları və Çaparlı bələdiyyəsi tərəfindən həmin torpaq sahələrinin icarə hüquqlarının alğı satqısına etiraz edilməməsi ilə bağlı xx.xx.2023-cü il tarixli 93, 94, 95 nömrəli arayışlar öyrənildikdən və təqdim edilmiş sənədlərin qanuniliyinə heç bir şübhə olmadığından icarə hüquqlarının Şahid3 və Şahid2, Şahid1 arasında alğı-satqısı ilə bağlı 3M-1810, 3M-1811 və 3M-1812 nömrəli müqavilələri təsdiq etmişdir. Bundan sonra icarə haqqlarının Təqsirləndirilən şəxs tərəfindən hansı qaydada və hansı əsasla azaldılmasından məlumatı olmamışdır. Əlavə olaraq bildirmişdir ki, həmin alqı-satqı müqavilələri artıq ləğv edilmiş və torpaq sahələri Şahid3 qaytarılmışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - ünvan 2 sakini X11 10 yanvar 2024-cü il tarixli ərizəsindən görünür ki, o, Çaparlı bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs onu qanunsuz işdən çıxartması, ona əmək haqqı verməməsi barədə Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsi ilə Ağsu Rayon Prokurorluğuna müraciət etmişdir. - Ağsu Rayon Prokurorluğunun “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 14 fevral 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. - Azərbaycan Respublikası Baş Prokurorluğunun 2-2/1-044879/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X3 Ağsu rayonu, Çaparlı bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs qanunsuz əməlləri barədə müraciəti üzrə Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən daxil olmuş material rayon prokurorluğunda olan materiala əlavə edilib baxılmasından ötrü Ağsu Rayon Prokurorluğuna göndərilmişdir. - Ağsu Rayon Prokurorluğunun “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi” haqqında 18 aprel 2024-cü il tarixli qərarından görünür ki, Ağsu Rayon Prokurorluğunda toplanmış 12C-24 saylı material üzrə xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ləğv edilmişdir. - Ağsu Rayon Prokurorluğunun “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 23 aprel 2024-cü il tarixli qərarından görünür ki, toplanmış 12C-24 saylı material üzrə cinayət işinin başlanması CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir (vətəndaş X5 xx.xx.2024-cü il tarixli məktubla bu barədə məlumat verilmiş və həmin qərardan şikayət etmək hüququ izah edilmişdir). - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Baş İdarəsinin 25 aprel 2025-ci il tarixli məktubundan görünür ki, Şamil Rəsulovun Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən daxil olmuş əvvəlki müraciətinə baxılarkən müəyyən edilmişdir ki, Çaparlı bələdiyyəsinə məxsus 10,9 ha, 9,2839 ha və 6,6419 ha (cəmi 26,8258 ha) əkin sahələrinin 20 il müddətinə icarəyə verilməsi məqsədi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti X7 X16in Şamaxı ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilmiş torpaq müsabiqələrinin qalibi Şahid3 olmuş, xx.xx.2023-cü il tarixdə onunla bələdiyyə arasında notarial qaydada icarə müqavilələri bağlanmış və illik icarə haqqı ümumilikdə 13781 manat Şahid3 tərəfindən həmin tarixdə bələdiyyənin hesabına ödənilmişdir. Daha sonra bələdiyyə sədri Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə (icarə haqlarının ödənilməsindən 3 gün sonra) bələdiyyə iclasında müvafiq qərar qəbul edilmədən və səlahiyyəti olmadığı halda 3 nömrəli əmr tərtib edərək ödənilmiş 13781 manat icarə haqqını səhvən ödənilmiş vəsait kimi bələdiyyə büdcəsindən Şahid3 hesabına köçürmüşdür. Sözügedən torpaq sahələri Şahid3 icarəsində saxlanılmış və sonradan həmin şəxs tərəfindən yerli büdcəyə hər hansı vəsait ödənilməmişdir. Bələdiyyə sədri Təqsirləndirilən şəxs təqdim etdiyi məlumatında qeyd olunan torpaq sahələrində digər şəxslər tərəfindən qanunsuz əkin işləri aparıldığı üçün Şahid3 həmin torpaq sahələrindən istifadə edə bilmədiyini, bu səbəbdən onun tərəfindən bələdiyyə büdcəsinə ödənilmiş icarə haqlarının tam həcmdə geri qaytarılması ilə bağlı xx.xx.2023-cü il tarixli 3 nömrəli əmr yazdığını, bu barədə bələdiyyə iclasında qərar qəbul edilmədiyini və bələdiyyə üzvlərinin məsələdən məlumatlı olmadıqlarını bildirmişdir. Qanunvericiliyin tələblərinə əsasən icarə müqaviləsinin bağlandığı andan icarəçinin icarə haqqını ödəmək vəzifəsinin yaranmasına və təsərrüfat fəaliyyətinin nəticəsindən asılı olmayaraq ödənilməli olmasına baxmayaraq, Təqsirləndirilən şəxs bələdiyyə büdcəsinə ödənilmiş icarə haqqının hər hansı hüquqi əsas olmadan Şahid3 qaytarılmasını təmin etmiş və öz qanunsuz hərəkətlərini sonuncunun torpaq sahələrindən istifadə edə bilməməsi ilə əsaslandırmağa çalışmışdır. Sözügedən torpaq sahələrinin istifadə vəziyyətinin öyrənilməsi üçün ərazidə monitorinqin keçirilməsi ilə bağlı regional idarə tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət olunmuşdur. Xidmətin Şamaxı ərazi şöbəsinin əməkdaşları tərəfindən bələdiyyə sədrinin və müraciət müəllifinin iştirakları ilə aparılmış yerində araşdırma nəticəsində torpaqların zəbt olunması halı müəyyən edilməmişdir. Əldə edilmiş sənədlərdən məlum olmuşdur ki, Şahid3 icarə hüquqları 10,9 ha torpaq sahəsi üzərində xx.xx.2023-cü il tarixdə, 9,2839 ha və 6,6419 ha torpaq sahələri üzərində isə xx.xx.2023-cü il tarixdə dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışlar verilmişdir. Şahid3 10,9 ha və 6,6419 ha torpaq sahələri üzərində icarə hüquqlarını Şahid1, 9,2839 ha torpaq sahəsi üzərində icarə hüquqlarını isə qardaşı Şahid2 satmış və onlar arasında xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 23 saylı notariat ofisində müvafiq müqavilələr bağlanmışdır. İcarə hüquqlarının satılması ilə bağlı bələdiyyə sədri Təqsirləndirilən şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 93, 94 və 95 nömrəli arayışlarda icarə hüquqlarının satılmasına, həmçinin müsabiqədə müəyyənləşmiş 10,9 ha əkin sahəsinə görə 5343 manat illik icarəhaqqının 436 manat, 9,2839 ha əkin sahəsinə görə 5401 manat illik icarə haqqının 372 manat və 6,6419 ha əkin sahəsinə görə 3037 manat illik icarə haqqının 266 manat təyin olunmasına Çaparlı bələdiyyəsinin etiraz etmədiyi qeyd olunmuşdur. Bununla da, Təqsirləndirilən şəxs bələdiyyə sədri olmasından istifadə edərək bələdiyyə mülkiyyətinə aid ümumilikdə 26,8258 ha əkin sahəsinə görə illik icarə haqqı məbləğinin 13781 manatdan 1074 manata azaldılması barədə arayışlar tərtib etmişdir. Toplanmış sənədlər hüquqi qiymət verilməsi üçün Bələdiyyələrlə iş baş idarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə istintaq idarəsinə göndərilmiş, lakin Ağsu Rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli qərarı ilə əməlda cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilmişdir. Göstərilənləri nəzərə alaraq hazırki müraciət Ağsu rayon Prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarının qanuniliyi yoxlanılaraq nəticəsinə uyğun tədbir görülməsi üçün Ağsu rayon Prokurorluğuna göndərilmişdir. - Ağsu Rayon Prokurorluğunun “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi və cinayət işinin başlanması” haqqında 30 aprel 2025-ci il tarixli qərarından görünür ki, 12C-24 saylı material üzrə xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ləğv edilmiş, CM-nin 308.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. - Ağsu Rayon Prokurorluğunun “Cinayət işinin icraata qəbul edilməsi” haqqında 30 aprel 2025-ci il tarixli qərarından görünür ki, CM-nin 308.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir. - Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(117)-516/2025 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X3 cavabdehlər “X7” PHŞ, Ağsu rayon Notariat Ofisi, Ağsu rayon Çaparlı Bələdiyyəsi, DƏDKR X16 14 saylı Şamaxı Ərazi İdarəsi, üçüncü şəxslər Şahid3, Şahid1, Şahid2 və X4 qarşı “ƏMDX-nin Şamaxı ərazi şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilmiş ünvan 2 bələdiyyəsinin mülkiyyətində olan Rəhimağalı kəndində üç ayrı hissədə yerləşən 11,7449 ha, 10 ha və 6.6763 ha olan kənd təsərrüfatı təyinatı olan torpaq sahələrinin icarəsinə dair hərracın (müsabiqənin) protokolu və onun nəticəsinin; Ağsu rayonu Çaparlı Bələdiyyəsi və fiziki şəxs Şahid3 arasında ünvan 2 bələdiyyəsinin mülkiyyətində olan Rəhimağalı kəndində üç ayrı hissədə yerləşən 11,7449 ha, 10 ha və 6,6763 ha olan kənd təsərrüfatı təyinatlı olan torpaq sahələrinin icarəsinə dair Ağsu Notariat Kontorunda bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. - Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(117)-516/2025 nömrəli qərardadından görünür ki, Ağsu Rayon Çaparlı Bələdiyyəsinin sədrinin xx.xx.2023-cü il tarixli 3 nömrəli əmri ilə Şahid3 qeyd edilən torpaq sahələrinə görə ödənilmiş ümumilikdə 13781 manat vəsaitin geri qaytarılması barədə Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.1-ci maddəsinin tərkib əlamətlərinin yoxlanılması və tədbir görülməsi üçün bu barədə prokurora xəbər verilməsi qərara alınmışdır. - Ağsu rayonu Çaparlı bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 03 saylı əmrdən çıxarışdan görünür ki, həmin bələdiyyənin xx.xx.2020-ci il tarixli, 04 saylı iclas protokoluna əsasən Çaparlı bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs seçilmişdir. - Ağsu rayonu Çaparlı bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, 19 saylı əmrdən çıxarışdan görünür ki, həmin bələdiyyənin sədri Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən Əmək Məcəlləsinin 68.2.b maddəsinə əsasən Çaparlı bələdiyyəsinin sədri vəzifəsindən azad edilmişdir. - **********36 reyestr nömrəli xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, Ağsu rayon Çaparlı bələdiyyəsinin mülkiyyətində olan 11.7449 ha torpaq sahəsi üzərində hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış alınmışdır. - **********35 reyestr nömrəli xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, Ağsu rayon Çaparlı bələdiyyəsinin mülkiyyətində olan 16.6763 ha torpaq sahəsi üzərində hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış alınmışdır. - 002509 nömrəli şəhadətnamədən görünür ki, Ağsu rayon Çaparlı bələdiyyəsinin mülkiyyətində olan 6.6763 ha torpaq sahəsi xx.xx.2023-cü il tarixdə keçirilmiş müsabiqənin nəticəsində qalib olmuş Şahid3 3037 manata satılmışdır. - 002510 nömrəli şəhadətnamədən görünür ki, Ağsu rayon Çaparlı bələdiyyəsinin mülkiyyətində olan 10 ha torpaq sahəsi xx.xx.2023-cü il tarixdə keçirilmiş müsabiqənin nəticəsində qalib olmuş Şahid3 5401 manata satılmışdır. - 002511 nömrəli şəhadətnamədən görünür ki, Ağsu rayon Çaparlı bələdiyyəsinin mülkiyyətində olan 11.7449 ha torpaq sahəsi xx.xx.2023-cü il tarixdə keçirilmiş müsabiqənin nəticəsində qalib olmuş Şahid3 5343 manata satılmışdır. - xx.xx.2023-cü il tarixli, 3M-1 nömrəli icarə müqaviləsindən görünür ki, Çaparlı bələdiyyəsi və Şahid3 arasında bələdiyyə mülkiyyətində olan 10 ha torpaq sahəsinin icaryə verilməsi ilə bağlı icarə müqaviləsi bağlanmış, Şahid3 həmin torpaq sahəsinə görə illik 5401 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2023-cü il tarixli, 3M-2 nömrəli icarə müqaviləsindən görünür ki, Çaparlı bələdiyyəsi və Şahid3 arasında bələdiyyə mülkiyyətində olan 6.6763 ha torpaq sahəsinin icaryə verilməsi ilə bağlı icarə müqaviləsi bağlanmış, Şahid3 həmin torpaq sahəsinə görə illik 3037 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2023-cü il tarixli, 3M-3 nömrəli icarə müqaviləsindən görünür ki, Çaparlı bələdiyyəsi və Şahid3 arasında bələdiyyə mülkiyyətində olan 11.7449 ha torpaq sahəsinin icaryə verilməsi ilə bağlı icarə müqaviləsi bağlanmış, Şahid3 həmin torpaq sahəsinə görə illik 5343 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzlərindən görünür ki, Şahid3 tərəfindən Çaparlı bələdiyyəsinin büdcəsinə 5343 manat, 3037 manat və 5401 manat olmaqla ümumilikdə 13781 manat bələdiyyə mülkiyyətinin icarəsinə görə ödəniş edilmişdir. - xx.xx.2023-cü il tarixli, 3 nömrəli əmrdən görünür ki, Ağsu rayonu Çaparlı bələdiyəsinin sabiq sədri Təqsirləndirilən şəxs tərəfindən imza və möhür qeydləri edilməklə təkbaşına, Ağsu rayonu Çaparlı bələdiyəsinin icarəyə verilməsi məqsədilə hərraca çıxardığı torpaq sahəsinin sənədləşdirilməsi məqsədilə bələdiyyə büdcəsinə Şahid3 Böyüklşi oğlu tərəfindən xx.xx.2023-cü il tarixdə ödənilmiş 5401.00 (beş min dörd yüz bir) manat, 5343.00 (bes min üç yüz qırx üç) manat, 3037.00 (üç min otuz yeddi) manat ümumilikdə 13781.00 (on üç min yeddi yüz səksən bir) manat səhv ödənilmiş vəsait vətəndaşın azərpoçt MMC-nin Ağsu poçt filialında yerləşən hesabına ödənilməklə geri qaytarılması barədə əmr vermişdir. - xx.xx.2023-cü il tarixli, 01 nömrəli ödəniş tapşırığından görünür ki, Azərpoçt MMCnin Ağsu poçt filialından 13367.57 manat pul vəsaiti Çaparlı bələdiyyəsinin büdcəsindən səhvən ödənilmiş pul vəsaiti kimi Şahid3 qaytarılmışdır. - xx.xx.2023-cü il tarixli, **********36 reyestr nömrəli çıxarışdan görünür ki, 10.9 ha torpaq sahəsi Şahid3 xeyirinə hüquq yüklü edilməklə çıxarış alınmışdır. - xx.xx.2023-cü il tarixli, **********16 reyestr nömrəli çıxarışdan görünür ki, 6.6419 ha torpaq sahəsi Şahid3 xeyirinə hüquq yüklü edilməklə çıxarış alınmışdır. - xx.xx.2023-cü il tarixli, **********15 reyestr nömrəli çıxarışdan görünür ki, 9.2839 ha torpaq sahəsi Şahid3 xeyirinə hüquq yüklü edilməklə çıxarış alınmışdır. - xx.xx.2023-cü il tarixli, 93 nömrəli arayışdan görünür ki, Ağsu rayonu Çaparlı bələdiyyəsinin mülkiyyətində olan həmin bələdiyyənin xx.xx.2023-cü il tarixli 2 saylı icarə müqaviləsinə əsasən, xx.xx.2023-cü ildən xx.xx.2043-cü ilədək 20 (iyirmi) il müddətinə Şahid3 icarəyə verilmiş Ağsu rayonu, Rəhimağalı kəndi ərazisindəki 6.6419 ha torpaq sahəsinin Şahid1 icarə hüququnun alqı-satqı etməsinə və icarə müqaviləsində qeyd edilmiş illik icarə haqqının bazar qiymətinə uyğun olaraq 266.00 manat təyin olunmasına Ağsu rayonu, Çaparlı bələdiyyəsi etiraz etməmişdir. - xx.xx.2023-cü il tarixli, 94 nömrəli arayışdan görünür ki, Ağsu rayonu Çaparlı bələdiyyəsinin mülkiyyətində olan həmin bələdiyyənin xx.xx.2023-cü il tarixli 3 saylı icarə müqaviləsinə əsasən, xx.xx.2023-cü ildən xx.xx.2043-cü ilədək 20 (iyirmi) il müddətinə Şahid3 icarəyə verilmiş Ağsu rayonu, Rəhimağalı kəndi ərazisindəki 10.90 ha torpaq sahəsinin Şahid1 icarə hüququnun alqı-satqı etməsinə və icarə müqaviləsində qeyd edilmiş illik icarə haqqının bazar qiymətinə uyğun olaraq 436.00 manat təyin olunmasına Ağsu rayonu, Çaparlı bələdiyyəsi etiraz etməmişdir. - xx.xx.2023-cü il tarixli, 95 nömrəli arayışdan görünür ki, Ağsu rayonu Çaparlı bələdiyyəsinin mülkiyyətində olan həmin bələdiyyənin xx.xx.2023-cü il tarixli 1 saylı icarə müqaviləsinə əsasən, xx.xx.2023-cü ildən xx.xx.2043-cü ilədək 20 (iyirmi) il müddətinə Şahid3 icarəyə verilmiş Ağsu rayonu, Rəhimağalı kəndi ərazisindəki 9.2839 ha torpaq sahəsinin Şahid2 icarə hüququnun alqı-satqı etməsinə və icarə müqaviləsində qeyd edilmiş illik icarə haqqının bazar qiymətinə uyğun olaraq 372.00 manat təyin olunmasına Ağsu rayonu, Çaparlı bələdiyyəsi etiraz etməmişdir. - Bakı şəhəri 23 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, 3M-1810 nömrəli Torpağın icarə hüquqlarının alqı-satqısı müqavilədən görünür ki, Şahid3 xx.xx.2023-cü ildən başlayaraq 20 (iyirmi) il müddətinə ona icarəyə verilmiş Ağsu rayonu, Rəhimağalı kəndi ərazisindəki 6.6419 ha torpaq sahəsi üzərində icarə hüququnu Şahid1 satmışdır. - Bakı şəhəri 23 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, 3M-1811 nömrəli Torpağın icarə hüquqlarının alqı-satqısı müqaviləsindən görünür ki, Şahid3 xx.xx.2023-cü ildən başlayaraq 20 (iyirmi) il müddətinə ona icarəyə verilmiş Ağsu rayonu, Rəhimağalı kəndi ərazisindəki 9.2839 ha torpaq sahəsi üzərində icarə hüququnu Şahid2 satmışdır. - Bakı şəhəri 23 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, 3M-1812 nömrəli Torpağın icarə hüquqlarının alqı-satqısı müqavilədən görünür ki, Şahid3 xx.xx.2023-cü ildən başlayaraq 20 (iyirmi) il müddətinə ona icarəyə verilmiş Ağsu rayonu, Rəhimağalı kəndi ərazisindəki 10.90 ha torpaq sahəsi üzərində icarə hüququnu Şahid1 satmışdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X21i Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2023-cü il tarixli, **********16 reyestr nömrəli çıxarışdan görünür ki, 6.6419 ha torpaq sahəsi üzrə icarə hüququ Bakı şəhəri 23 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, 3M- 1810 nömrəli Torpağın icarə hüquqlarının alqı-satqısı müqaviləsinə əsasən Şahid1 xeyirinə hüquq yüklü edilməklə (hüququn əvvəlki yüklülüyü Şahid3) çıxarış alınmışdır. Daşınmaz əmlak dövlət reyestrində 148 nömrəli reyestr kitabının 78 nömrəli vərəqində qeydiyyat aparılmışdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X21i Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2023-cü il tarixli, **********15 reyestr nömrəli çıxarışdan görünür ki, 9.2839 ha torpaq sahəsi üzrə icarə hüququ Bakı şəhəri 23 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, 3M- 1811 nömrəli Torpağın icarə hüquqlarının alqı-satqısı müqaviləsinə əsasən Şahid2 xeyirinə hüquq yüklü edilməklə (hüququn əvvəlki yüklülüyü Şahid3) çıxarış alınmışdır. Daşınmaz əmlak dövlət reyestrində 148 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində qeydiyyat aparılmışdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X21i Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2023-cü il tarixli, **********36 reyestr nömrəli çıxarışdan görünür ki, 10.90 ha torpaq sahəsi üzrə icarə hüququ Bakı şəhəri 23 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, 3M- 1812 nömrəli Torpağın icarə hüquqlarının alqı-satqısı müqaviləsinə əsasən Şahid1 xeyirinə hüquq yüklü edilməklə (hüququn əvvəlki yüklülüyü Şahid3) çıxarış alınmışdır. Daşınmaz əmlak dövlət reyestrində 95 nömrəli reyestr kitabının 59 nömrəli vərəqində qeydiyyat aparılmışdır - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Şahid2 tərəfindən Çaparlı bələdiyyəsinin büdcəsinə 5401 manat bələdiyyə mülkiyyətinin icarəsinə görə ödəniş edilmişdir. - Bələdiyyələrin avtomatlaşdırılmış məlumat sistemindən xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, Şahid2 tərəfindən Çaparlı bələdiyyəsinin büdcəsinə 2023-cü il ərzində 5401 manat, 2024-cü il ərzində 400 manat ödəniş edilmiş, 2025-ci il ərzində ödəniş edilməmişdir. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Şahid1 tərəfindən Çaparlı bələdiyyəsinin büdcəsinə 5343 manat və 3037 manat olmaqla ümumilikdə 8380 manat bələdiyyə mülkiyyətinin icarəsinə görə ödəniş edilmişdir. - Bələdiyyələrin avtomatlaşdırılmış məlumat sistemindən xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, Şahid1 tərəfindən Çaparlı bələdiyyəsinin büdcəsinə 2023-cü il ərzində 8380 manat, 2024-cü il ərzində 700 manat ödəniş edilmiş, 2025-ci il ərzində ödəniş edilməmişdir. - xx.xx.2023-cü il tarixli, 18 nömrəli iclas protokolundan görünür ki, Ağsu rayonunun Çaparlı bələdiyyəsinin mülkiyyətində olan və vətəndaşlara uzunmüddətli icarəyə verilmiş torpaq sahələrinin indeksləşmə və infilyasiya ilə əlaqədar olaraq icarə haqlarının ən aşağı həddi 1 ha dağ örüş sahəsi üçün 25 manat, su altı örüş sahəsi üçün 30.00 manat, 1 ha əkin sahəsi üçün isə 40.00 manat müəyyən edilməsi, Ağsu rayonunun Çaparlı bələdiyyəsinin mülkiyyətində olan və vətəndaşlara uzunmüddətli icarəyə verilmiş torpaq sahələrinin indeksləşmə və infilyasiya ilə əlaqədar olaraq icarə haqları dəyişdirilməsi barədə icarədarlara xəbərdarlıq bildirişlərinin göndərilməsi təmin edilməsi qərara alınmışdır. - xx.xx.2023-cü il tarixli, 01 nömrəli qərardan görünür ki, ünvan 2i ünvanda qeydiyyatda olan, xx.xx.1970-ci il təvəllüdlü Şahid1 ilə Agsu rayon Çaparlı bələdiyyəsi arasında bağlanılmış xx.xx.2023-cü il tarixli 3M-1810 saylı icarə müqaviləsinə əsasən icarəsində olan torpaq sahəsinin icarə haqqının qiyməti torpaq sahəsinin hər hektar üçün 40.00 manat müəyyən edilmişdir. - xx.xx.2023-cü il tarixli, 02 nömrəli qərardan görünür ki, ünvan 2i ünvanda qeydiyyatda olan, xx.xx.1970-ci il təvəllüdlü Şahid1 ilə Ağsu rayon Çaparlı bələdiyyəsi arasında bağlanılmış xx.xx.2023-cü il tarixli 3M-1812 saylı icarə müqaviləsinə əsasən icarəsində olan torpaq sahəsinin icarə haqqının qiyməti torpaq sahəsinin hər hektarı üçün 40.00 manat müəyyən edilmişdir. - xx.xx.2023-cü il tarixli, 03 nömrəli qərardan görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan, xx.xx.1978-ci il təvəllüdlü Şahid2 ilə Ağsu rayon Çaparlı bələdiyyəsi arasında bağlanılmış xx.xx.2023-cü il tarixli 3M-1811 saylı icarə müqaviləsinə əsasən icarəsində olan torpaq sahəsinin icarə haqqının qiyməti torpaq sahəsinin hər hektarı üçün 40.00 manat müəyyən edilmişdir. - 15.09.2025-ci il tarixli 3M-1687 nömrəli Müqavilənin ləğv edilməsinə dair müqavilədən görünür ki, xx.xx.2023-cü il tarixli, 3M-1810 nömrəli Torpağın icarə hüquqlarının alqı-satqısı müqaviləsinə xitam verilmişdir. - 15.09.2025-ci il tarixli 3M-1688 nömrəli Müqavilənin ləğv edilməsinə dair müqavilədən görünür ki, xx.xx.2023-cü il tarixli, 3M-1812 nömrəli Torpağın icarə hüquqlarının alqı-satqısı müqaviləsinə xitam verilmişdir. - 15.09.2025-ci il tarixli 3M-1689 nömrəli Müqavilənin ləğv edilməsinə dair müqavilədən görünür ki, xx.xx.2023-cü il tarixli, 3M-1811 nömrəli Torpağın icarə hüquqlarının alqı-satqısı müqaviləsinə xitam verilmişdir. - 25.11.2024-cü il tarixli “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Azərbaycan Respublikası Qanununun 10.1ci bəndinə əsasən, Ağsu rayonu üzrə Aratlı Curuğlu, Çaparlı və Ərəbuşağı bələdiyyələrinin əhatə etdiyi Ağabəyli, Ağalarbəyli, Aratlı Curuğlu, Çaparlı, Ərəbuşağı, Qiyaslı, Maşadqanlı və Rəhimağalı kəndlərində yeni Ərəbuşağı bələdiyyəsinin yaradılması qərara alınmışdır. - Zərər çəkmiş şəxs qismində tanınma haqqında 02 iyun 2025-ci il tarixli qərardan görünür ki, Ağsu rayon Ərəbuşağı bələdiyyəsi ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır. - Zərər çəkmiş şəxsin nümayəndəsi qismində tanınma haqqında 02 iyun 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs olu zərər çəkmiş şəxs Ağsu rayon Ərəbuşağı bələdiyyəsinin nümayəndəsi qismində tanınmışdır. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X21 “Ağsu Rayon Mərkəzi Xəstəxsanası” X16 10 iyun 2025-ci il tarixli, 18-1-25/2-453/2025 saylı məktubundan görünür ki, ünvan 2 sakini 1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs ruhiəsəb, narkomaniya, nevroloji xəstəliklərlə əlaqədar “Ağsu RMX” PHŞ-nə müraciət etməmişdir. - “Cinayət işi üzrə əməlin tövsif edilməsi” haqqında 24 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, fakta görə CM-nin 308.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi həmin məcəllənin 309.1-ci maddəsinə tövsif edilmişdir. - Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 24 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-nin 309.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. - Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 25 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 24 sentyabr 2025-ci il tarixli qərarla CMnin 309.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, CMnin 309-cu maddəsində cinayətin təkrar törədilməsi cinayət tərkibinin əlaməti kimi cəzanı ağırlaşdıran hal hesab edilmədiyi üçün, həmin əməlin Təqsirləndirilən şəxs tərəfindən təkrar törədilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində CM-nin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün barəsində bəraətverici əsaslar olmadan xitam verilməsinə heç bir etiraz etmədiyinə görə həmin hissədə cinayət təqibinə xitam verilmiş, cinayətdən xəbərsiz bələdiyyə üzvləri Şahid10 Məhəmmədağa oğlu, Şahid7, Şahid6, Şahid4 və Şahid9 İsbatəli oğlunun əməllərində CM-nin 309.1-ci maddəsinin tərkib əlamətləri olmadığından, barələrində cinayət təqibi başlanmasına xitam verilmiş, X11 qeyd etdiyi xüsusatlar üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən həmin hissədə cinayət təqibinə xitam verilmiş, Şahid8 Kamil oğlu və övladları X6, X3 əməllərində CM-nin 188.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibi olub-olmamasını müəyyən etmək üçün cinayət işindən müvafiq sənədlərin surətləri çıxarılmaqla material ayrılıb istintaq aidiyyəti üzrə Ağsu RPŞ-ə göndərilmiş, 23 saylı notariat ofisinin xüsusi notariusu Şahid5 əməlində cinayət tərkibi olmadığından həmin hissədə cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş baş idarəsi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli məktub, Şəki kommersiya məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(117)-516/2025 nömrəli qərardadı, 002509, 002510 və 002511 nömrəli şəhadətnamələr, xx.xx.2023-cü il tarixli, 3M-1, 3M-2 və 3M-2 nömrəli icarə müqavilələri, xx.xx.2023-cü il tarixli mədaxil qəbzləri, xx.xx.2023-cü il tarixli, 3 nömrəli əmr, xx.xx.2023-cü il tarixli, 01 nömrəli ödəniş tapşırığı, xx.xx.2023-cü il tarixli, **********16 və **********15 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli, **********36 reyestr nömrəli çıxarışlar, xx.xx.2023-cü il tarixli, 93, 94 və 95 nömrəli arayışlar, xx.xx.2023-cü il tarixli, 3M-1810, 3M- 1811 və 3M-1812 nömrəli torpağın icarə hüquqlarının alqı-satqısı müqavilələri, xx.xx.2023cü il tarixli mədaxil qəbzləri, Bələdiyyələrin avtomatlaşdırılmış məlumat sistemindən xx.xx.2025-ci il tarixli çıxarış, Çaparlı bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 18 nömrəli iclas protokolu, xx.xx.2023-cü il tarixli, 01, 02 və 03 nömrəli qərarlar iş üzrə sübut növü kimi qiymətləndirilmişdir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-ci il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan ifadələrlə tərtib olunmalı, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 309.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 309.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, CPM-in 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 309.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. CM-nin 309.1-ci maddəsinə əsasən Vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda — iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - Azərbaycan Respublikası Baş X2 İnformasiya Sisteminin məhkumluq məlumatları modulu ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. - Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında 25 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının: 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 2-ci bəndində qeyd olunmuşdur ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs CM-nin 309.1-ci maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ağsu RİHB-nın Çaparlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış xx.xx.2025-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cəmiyyət arasında müsbət xarakterizə olunur və Ağsu rayonu, Çaparlı kəndində ata və anası ilə birlikdə yaşayır. - 24.09.2025-ci il tarixli ərizədən görünür ki, Ərəbuşağı bələdiyyəsinin Təqsirləndirilən şəxs hər hansı şikayət və ya tələbi olmamışdır. CM-nin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxslə barışmasını CM-nin 59.1.12ci maddəsinə, zərərçəkmiş şəxsə dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini CM-nin 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, törətdiyi əməli etiraf edib, səmimi peşmançılıq çəkməsini, əvvəllər məhkum olunmamasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs CM-nin 309.1-ci maddəsində göstərilən əməli təkar törətməsini CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin onun şəxsiyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq belə qənaətə gəlir ki, ona CM-nin 309.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdirdir. Məhkəmənin qənaətinə görə, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasibdir və bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. Bununla bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 25 sentyabr 2025-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cərimə növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs törətdiyi CM-in 309.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin obyekti dövlət və yerli özünüidarəetmə orqanlarının normal fəaliyyətidir. Əlavə obyekti qismində isə vətəndaşların və ya təşkilatların hüquqları və qanuni mənafeləri, habelə cəmiyyətin və dövlətin qanunla qorunan mənafeləri çıxış edir. Təqsirləndirilən şəxs Ağsu rayonu Çaparlı bələdiyyəsinin sədri kimi (vəzifəli şəxs) xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməklə dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərini aşmışdır. Həmin cinayət əməli birbaşa qəsdlə törədilmiş və az ağır cinayətlər kateqoriyasına aiddir. CM-in 309.1-ci maddəsində nəzərdə tutulmuş cinayət Cinayət Məcəlləsinin korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər fəslində əks olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs bələdiyyə sədri kimi qulluq mövqeyinin əleyhinə qəsdən cinayət əməli törətməklə xidməti səlahiyyətlərinin hüdudlarından açıq aşkar surətdə kənara çıxmışdır. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini bələdiyyə sədri işlədiyi dövrdə törətmişdir. Odur ki, tutduğu vəzifəni ləyaqətlə yerinə yetirməyib, bundan cinayət törətmə fürsəti kimi istifadə etmiş Təqsirləndirilən şəxs dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər, maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzasının təyin edilməsi məsələsinin müzakirəsi zəruridir. Belə ki, CPM-in 346.1.14-cü maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında cinayətin törədilməsində təqsirli hesab edilmiş təqsirləndirilən şəxs barəsində əlavə cəzaların və məhz hansı cəzanın təyin edilməsinin zəruri olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). CM-nin: 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. 46.2-ci maddəsinə əsasən isə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 14 noyabr 2011-ci il tarixli qərarı ilə formalaşdırdığı hüquqi mövqeyə əsasın, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas və əlavə cəza kimi o cinayətlərə görə tətbiq edilə bilər ki, həmin cinayətlər, əsasən, vəzifə səlahiyyətlərindən istifadə və ya müəyyən fəaliyyət növü ilə məşğul olma ilə əlaqədar törədilmiş olsun. Bu cəzanın məqsədi isə vəzifə səlahiyyətlərindən və ya qulluq mövqeyindən istifadə etməklə, habelə müəyyən fəaliyyətlə məşğul olmaqla cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Yuxarıda qeyd olunduğu kimi, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli qulluq mənafeyi əleyhinə olan digər cinayət omaqla, cinayətin obyekti dövlət və yerli özünüidarəetmə orqanlarının normal fəaliyyətidir. Təsadüfi deyildir ki, maddənin sanksiyasında müəyyən vəzifə tutma və ya nüəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Qeyd olunanlardan da aydın olur ki, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, təqsirkar şəxsin şəxsiyyəti onun həmin vəzifədə qalmasını qeyri-mümkün edir. Odur ki, məhkəmə hesab edir ki, tutduğu vəzifəni ləyaqətlə yerinə yetirməyib, bundan cinayət törətmə fürsəti kimi istifadə etmiş Təqsirləndirilən şəxs CM-in 46.2-cü maddəsinə istinad edilməklə əlavə cəza olaraq dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə CPM-in 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Cinayət işi üzrə mülki iddia və maddi sübut yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; məhkəmə məsrəfinin tutulmasına səbəb olacaq ekspertiza isə keçirilməmişdir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 309.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 15 iş saatı müddətinə bərabər tutulduğundan, hər iş saatı üçün 11 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3000 (üç min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Ağsu rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cərimə cəzası hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilsin. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə mülki iddia, maddi sübut, ekspertiza xərci və üzərinə həbs qoyulmuş əmlak eləcə də, xüsusi müsadirə olunması təklif olunan əmlak yoxdur. Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 15 (on beş) saat hüquqi yardıma görə 165 (bir yüz altmış beş) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar