Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-54/2023 05.10.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X23 Natiq oğlunun sədrliyi, Məmmədova Esma Kərim qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun hüquqlarını müdafiə edən fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun hüquqlarını müdafiə edən fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, xx.xx.1999-cu ildə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, subay, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X5 saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, işsiz, subay, Ağsu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 2 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X5 saxlanılan Təqsirləndirilən şəxs2 CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan, şəxsi istifadəsi üçün psixotrop maddə əldə edilməsindən ötrü tanışı Təqsirləndirilən şəxs2 köməklik göstərməsini xahiş etdikdən və sonuncuya həmin psixotrop maddənin əldə edilməsindən ötrü 20 manat pul verdikdən sonra Təqsirləndirilən şəxs2 ilə birlikdə Ağsu şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən Rabitəbankın yaxınlığına gələrək Təqsirləndirilən şəxs2 psixotrop maddələrin satışı ilə məşğul olan X1 20 manat pul müqabilində əldə edib daşıdıqdan sonra Ağsu şəhəri Natəvan küçəsində yerləşən 2 saylı tam orta məktəbin yaxınlığında ona verdiyi şəxsi istehlak miqdarından artıq miqdarda yəni, 0,231 qram təmiz çəkidə psixotrop maddə olan metamfetamini 23 may 2023-cü il tarixdə üzərində saxlamaqla daşımış, həmin tarixdə saat 21:00-da Ağsu rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun sağ tərəfində yerləşən kafenin həyətində saxlanılıb rayon X21 şəhəri M.Ə.Rəsulzadə küçəsi 25 ünvanında yerləşən inzibati binasına gətirilərək, orada saat 21:40-da üzərində şəxsi axtarış aparılarkən, əyninə geydiyi qara rəngli gödəkçəsinin sol iç cibindən, siqaretin kağızına bükülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,231 qram təmiz çəkidə psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 23 may 2023-cü il tarixdə saat 20 radələrində şəxsi istifadəsi üçün psixotrop maddə əldə edilməsində köməklik olunmasını xahiş etmiş tanışı, Ağsu şəhər sakini Təqsirləndirilən şəxs1 bu istəyini yerinə yetirmək üçün sonuncunun ona verdiyi 20 manat məbləğində pulu, narkotik vasitənin satışı barədə əvvəlcədən danışıb razılaşmadığı, özünün bu maddələrin satışından hər hansı mənfəət güdmədiyi halda Ağsu şəhəri Nizami küçəsində yerləşən Əli marketdə quraşdırılmış “Milli Ön” ödəmə terminalı vasitəsilə şəxsiyyəti istintaqa məlum olmayan Ceyhun adlı şəxsin kart hesabına göndərdikdən sonra Təqsirləndirilən şəxs1la birlikdə Ağsu şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən Rabitəbankın yaxınlığına gələrək Ceyhun Zamanov tərəfindən Ağsu şəhəri M.Ə.Rəsulzadə küçəsində Rabitə Bankın yaxınlığında yerləşdirilmiş şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,231 qram təmiz çəkidə, psixotrop maddə olan metamfetamini qanunsuz əldə edib üzərində daşımaqla, Ağsu şəhər Natəvan küçəsində yerləşən 2 saylı tam orta məktəbin yaxınlığında Təqsirləndirilən şəxs1 vermiş, həmin tarixdə saat 21:00-da Ağsu rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun sağ tərəfində yerləşən kafenin həyətində saxlanılıb rayon X21 şəhəri M.Ə.Rəsulzadə küçəsi 25 ünvanında yerləşən inzibati binasına gətirilərək, orada saat 22:20-da üzərində şəxsi axtarış aparılarkən, əyninə geydiyi qara rəngli gödəkçəsinin sol iç cibindən, siqaretin kağızına bükülmüş bir ədəd bükümdə 0,231 qram təmiz çəkidə psixotrop maddə metamfetamin aşkar olunaraq götürüldüyündən, o, şəxsi istehlak miqdarından artıq miqdarda yəni 0,231 qram təmiz çəkidə, psixotrop maddə olan metamfetamini qanunsuz əldə etməklə daşımışdır. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişlər. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ona CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Ağsu şəhəri sakini Təqsirləndirilən şəxs2 uzun müddətdir tanıyır. xx.xx.2023-cü il tarixdə səhhətində ağrılar yarandığı üçün axşam radələrində istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Cavidin istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəyə zəng edərək ona psixotrop maddə olan metamfetamin (patı) tapmasını xahiş etmişdir. Cavid də ona özündə olmadığını, 20 (iyirmi) manat pul müqabilində psixotrop maddə olan metamfetamin (patı) təşkil edə biləcəyini demişdir. Bundan sonra o, Cavidə Ağsu şəhər 2 saylı tam orta məktəbin yaxınlığına gəlməyini demişdir. Cavid də özünə məxsus Fiat markalı avtomobili ilə Ağsu şəhəri 2 saylı tam orta məktəbin yaxınlığına gəlmiş və orada görüşmüşlər. O, Cavidlə görüşdükdən sonra Cavidin avtomobili ilə Ağsu şəhəri Nizami küçəsində yerləşən Əli marketin qarşısına gəlmişlər. Onlar Əli marketin qarşısına çatdıqdan sonra Cavid avtomobildə Ağsu şəhər sakini Ceyhun Zamanova zəng edərək Ceyhunla telefonda danışıb Ceyhundan bank kartının nömrəsini soruşmuş və Ceyhuna bank kartına 20 manat pul köçürəcəyini bildirmişdir. Sonra isə Cavid 20 manat pul verməyini istəmiş və həmin pulu Ceyhun Zamanovun kart hesabına göndərəcəyini demişdir. O, da Təqsirləndirilən şəxs2 20 (iyirmi) manat yəni, bir ədəd 10 manatlıq və iki ədəd 5 manatlıq əskinazları nağd şəkildə vermişdir. Bundan sonra Cavid Əli marketin içərisinə keçərək onun verdiyi 20 manat pulu deməsinə görə Ceyhun Zamanovun kart hesabına göndərmişdir. Bundan sonra gəlib avtomobilə əyləşmiş və onlar Ağsu şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən Rabitə Bankın qarşısına gəlmişlər. Sonra Cavid avtomobili Rabitə Bankın qarşısında saxlamış və Ceyhun Zamanova zəng edib danışa-danışa avtomobildən düşüb getmişdir. O, da Cavidi avtomobildə gözləməyə başlamışdır. Bir neçə dəqiqədən sonra Cavid qayıdıb gəlmiş və ona psixotrop maddə olan metamfetamini əldə etdiyini, yəni ağacın dibindən götürdüyünü bildirmişdir. Bundan sonra onlar Cavidin avtomobili ilə Ağsu şəhər 2 saylı tam orta məktəbin arxa tərəfinə getmişlər. Onlar həmin yerə çatdıqdan sonra o, Cavidə qonaqları olduğunu və getmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 də psixotrop maddə olan metamfetamini dizinin üstündə 2 hissəyə bölmüşdür. Sonra isə 2 hissəyə böldüyü metamfetamininin yarısını ona vermiş, bir hissəsini də özü götürmüşdür. O da öz payına düşən psixotrop maddə olan metamfetamini əynində olan qara rəngli gödəkçəsinin sol iç cibinə qoymuşdur. Bundan sonra Bakı-Şamaxı-Yevlax avtomagistralının yaxınlığında yerləşən kafenin həyətinə getmişdir. Saat təxminən 21:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomagistralının yaxınlığında yerləşən kafenin həyətində dayanarkən, polis əməkdaşları onu saxlayaraq onlarla birlikdə Ağsu rayon polis şöbəsinə getməyini təklif etdikdə, o, polis əməkdaşları ilə birlikdə Ağsu rayon polis şöbəsinə getmişdir. Daha sonra vəkil dəvət olunmuş və ona hüquqları izah olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Sonra dəvət olunmuş vəkilin iştirakı ilə üzərində qanunsuz əşya olub-olmaması soruşulduqda o, üzərində psixotrop maddə olmasını etiraf etmişdir. Sonradan protokol tərtib olunaraq əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən, siqaretin kağızına bükülmüş metamfetamini (patı) cibindən çıxararaq təhvil vermişdir. Həmin psixotrop maddəni Təqsirləndirilən şəxs2 Ağsu şəhər sakini Ceyhun Zamanovdan 20 manat pul müqabilində almışdır. O, Caviddən ona psixotrop maddə olan metamfetamini tapmasını xahiş etmiş, Cavid də ona psixotrop maddə təşkil edəcəyi təqdirdə həmin psixotrop maddəni yarı bölüb birlikdə istifadə edəcəklərini demişdir. Lakin qonağı olduğuna görə o, getməli olmuşdur. Ona görə də Cavid həmin psixotrop maddə olan metamfetaminin yarısını özünə götürmüşdür. O, psixotrop maddə istifadə edir, lakin narkotik vasitə və psixotrop maddələrin alqı-satqısı ilə məşğul olmur. Təqsirləndirilən şəxs1 daha sonra ifadəsində törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, cinayətin açılmasına köməklik göstərməsini, gənc olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 Təqsirləndirilən şəxs1 əməlini səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, cinayətin açılmasına köməklik göstərməsini, gənc olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ona CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. O, narkotik vasitə və psixotrop maddələrin aludəçisidir. Uzun müddətdir ki, narkotik vasitələrin marixuana növündən istifadə edir. Narkotik vasitəni əvvəllər tanımadığı şəxslərdən, həmçinin Ağsu şəhər sakini Ceyhun Zamanovdan alaraq istifadə etmişdir. Sonuncu dəfə Ceyhun Zamanovdan psixotrop maddə olan metamfetamini 23 may 2023-cü il tarixdə saat 20:00 radələrində almışdır. 23 may 2023-cü il tarixdə Ağsu şəhər sakini Təqsirləndirilən şəxs1 ***-***-**-** saylı mobil nömrəsi ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək psixotrop maddə olan metamfetamin olub-olmamasını soruşmuş, o da Məhəmmədə metamfetamin (patı) təşkil edə biləcəyini, bunun üçün görüşmək lazım olduğunu bildirmişdir. Bundan sonra Məhəmmədlə Ağsu şəhər 2 saylı tam orta məktəbin qarşısına görüşmüşdür. O, Məhəmmədlə görüşdükdən sonra Məhəmməd onun avtomobilinə əyləşmiş və onun avtomobili ilə Ağsu şəhəri Şlanba deyilən əraziyə Əli marketin qarşısına gəlmişlər. Əli marketin qarşısına gəldikdən sonra o, Məhəmmədin yanında olarkən əvvəllər tanıdığı eyni zamanda, narkotik vasitə və psixotrop maddə alıb istifadə etdiyi Ceyhun Zamanova ***-***-**-** saylı mobil nömrədən Ceyhunun istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsinə zəng vuraraq psixotrop maddə olan metamfetamin olub-olmamasını soruşmuşdur. Ceyhun da ondan nə qədər lazım olduğunu soruşmuş o, da Ceyhuna 20 (iyirmi) manat dəyərində psixotrop maddə olan metamfetamin lazım olduğunu bildirmişdir. Ceyhun Zamanov da ona kart hesab məlumatlarını bildirmişdir. Bundan sonra o, Məhəmməddən 20 manat pul alıb avtomobildən aşağı düşmüşdür. O, Ağsu şəhəri Nizami küçəsində yerləşən Əli marketdə quraşdırılmış “MİLLİÖN” elektron ödəniş terminalı vasitəsilə Ceyhunun kart hesabına Məhəmməddən aldığı 20 manat pulu göndərmişdir. Pulu göndərdikdən sonra Ceyhun ona M.Ə.Rəsulzadə küçəsində yerləşən ”Rabitə Bank”-ın arxa tərəfində olan 3-cü ağacın dibindən psixotrop maddə olan metamfetamini götürə biləcəyini demişdir. Bundan sonra o, Məhəmmədlə birlikdə Ağsu şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən Rabitə Bankın qarşısına gəlmişdir. Onlar həmin yerə çatdıqdan sonra o, yenidən öz mobil nömrəsi ilə Ceyhuna zəng etmişdir. Ceyhun da psixotrop maddənin olduğu yeri ona dəqiq şəkildə bildirmişdir. O, da həmin yerə yaxınlaşıb psixotrop maddə olan metamfetamini götürmüşdür. Bundan sonra o, avtomobilə əyləşib Məhəmmədlə birlikdə Ağsu şəhəri 2 saylı tam orta məktəbin qarşısına gedərək patını çəkmək qərarına gəlmişlər. Lakin həmin vaxt Məhəmməd başqa yerdə qonağı olduğunu bildirmişdir. Buna görə də onlar həmin psixotrop maddə olan metamfetamini yarı bölmüşlər. Bundan sonra Məhəmməd həmin psixotrop maddə olan metamfetaminin yarısını götürüb getmişdir. O da biraz sonra psixotrop maddə olan metamfetaminin yarısını çəkmişdir. xx.xx.2023-cü il tarixdə Ağsu şəhəri Nizami küçəsində yerləşən kafedə olarkən, polis əməkdaşları onu saxlatdıraraq özünə məxsus “FİAT” markalı **-BU-*** saylı dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Ağsu RPŞ-nə getməyi təklif etdikdə, o, polis əməkdaşları ilə birlikdə Ağsu RPŞ-nə gəlmişdir. Daha sonra vəkil dəvət olunmuş və ona hüquqları izah olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Sonra dəvət olunmuş vəkilin iştirakı ilə üzərində qanunsuz əşya olub-olmaması soruşulduqda, o, üzərində heç bir qanunsuz əşya, həmçinin narkotik vasitə olmadığını bildirmişdir. Sonra üzərində axtarış aparılmış, əynində olan gödəkçənin cibində olan mobil telefonu götürülmüş və protokol tərtib olunmuşdur. Psixotrop maddənin X11 Umudova satılmasını təşkil etdiyi üçün onlar həmin psixotrop maddə olan metamfetamini yarıya bölmüşlər. Bundan sonra o, öz payına düşən hissəni çəkmişdir. O, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmur. Özü istifadə etmək üçün Ceyhun Zamanovdan alır. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş psixotrop maddə olan metamfetamin onun Ceyhun Zamanovdan alıb yarı hissəyə bölüb Məhəmmədə verdiyi psixotrop maddə olan matemfetamindir. Öz payına düşən hissəni isə çəkmişdir. Təqsirləndirilən şəxs2 daha sonra ifadəsində törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, cinayətin açılmasına köməklik göstərməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 Təqsirləndirilən şəxs2 əməlini səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, cinayətin açılmasına köməklik göstərməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, o, Ağsu RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 23 may 2023-cü il tarixdə Ağsu şəhər sakini, Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddələrin qanunsuz qəbul etməsi, saxlaması barədə məxfi mənbədən daxil olmuş məlumatı yoxlamaq məqsədilə şöbənin NMQ-nun əməliyyat müvəkkili Şahid2 ilə birlikdə vətəndaş Təqsirləndirilən şəxs1 Bakı-Şamaxı-Yevlax avtomagistralının yaxınlığında yerləşən kafenin həyətində dayandığını görüb, Təqsirləndirilən şəxs1 saxlayaraq, rayon polis şöbəsinə gəlməyə dəvət etmişlər. Təqsirləndirilən şəxs1 heç bir etiraz etmədən onlarla birlikdə rayon polis şöbəsinə gəlmişdir. Bundan sonra rayon polis şöbəsində vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli gödəkçənin sol iç cibindən siqaretin kağızına bükülmüş, bir bükümdə psixotrop maddə olan metamfetamini (patı) təqdim etmiş və bildirmişdir ki, psixotrop maddələrdən istifadə edir, həmin psixotrop maddəni xx.xx.2023-cü il tarixdə axşam radələrində Ağsu şəhər 2 saylı tam orta məktəbin yanında əvvəllər tanıdığı Ağsu şəhər sakini Təqsirləndirilən şəxs2 nağd şəkildə olan 20 (iyirmi) manat yəni, bir ədəd 10 manatlıq və iki ədəd 5 manatlıq pul əskinazlarını verib almış, sonra içərisində psixotrop maddə olan kağız bükümü əynində olan qara rəngli gödəkçəsinin sol iç cibinə qoyaraq Bakı-Şamaxı-Yevlax avtomagistralının yaxınlığında yerləşən kafenin həyətinə getmişdir. Bundan başqa axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarın sol yan cibindən markası və modeli bilinməyən qırmızı rəngli mobil telefon aşkar edilmişdir. Daha sonra psixotrop maddə, markası və modeli bilinməyən qırmızı rəngli mobil telefon qablaşdırılmış, tərtib olunmuş protokol ucadan oxunmuş, iştirakçılar və o, həmin protokolu imzalarla təsdiq etmişlər. Bundan başqa 24 may 2023-cü il tarixdə Ağsu şəhər sakini, Təqsirləndirilən şəxs2 narkotik vasitə və psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olması barədə daxil olmuş məlumatı yoxlamaq məqsədilə şöbənin NMQ-nun əməliyyat müvəkkili Şahid2 ilə birlikdə xidmətdə olan zaman vətəndaş Təqsirləndirilən şəxs2 Ağsu şəhəri Nizami küçəsində yerləşən kafenin içərisində olduğunu görüb, Təqsirləndirilən şəxs2 saxlayaraq sonuncuya məxsus “FİAT” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə birlikdə rayon polis şöbəsinə gəlməyə dəvət etmişlər. O da heç bir etiraz etmədən onlarla birlikdə rayon polis şöbəsinə gəlmişdir. Bundan sonra rayon polis şöbəsində vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs2 üzərində heç bir qanunsuz əşya, o cümlədən narkotik vasitə və psixotrop maddə aşkar edilməmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd qara rəngli, Samsung markalı mobil telefon, sol yan cibindən özünə məxsus “FİAT” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarı aşkar edilmişdir. Bir ədəd “FİAT” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarı sübut əhəmiyyəti daşımadığından Təqsirləndirilən şəxs2 geri qaytarılmışdır. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş psixotrop maddəni əvvəllər tanıdığı və narkotik vasitə aldığı Ceyhun Zamanovdan sonuncunun kart hesabına 20 (iyirmi) manat pul göndərdikdən sonra psixotrop maddəni Təqsirləndirilən şəxs1la birlikdə çəkmək məqsədilə aldığını bildirmişdir. Daha sonra müdafiəçinin və onların iştirakı ilə Təqsirləndirilən şəxs2 məxsus “FİAT” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonu və kabinəsinə baxış keçirilmiş, iş üçün sübut əhəmiyyəti kəsb edən heç bir əşya və predmet, o cümlədən narkotik vasitə və psixotrop maddə aşkar edilməmişdir. “Samsung” markalı mobil telefon sübut əhəmiyyəti daşıdığından maddi sübut kimi götürülmüş və qablaşdırılmışdır. Tərtib olunmuş protokol ucadan oxunmuş, iştirakçılar həmin protokolu imzalarla təsdiq etmişlər. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş psixotrop maddə olan metamfetamini 23 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 əvvəllər də narkotik vasitə aldığı Ceyhun Zamanovdan 20 manat pul müqabilində əldə edərək Təqsirləndirilən şəxs1 vermişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitə və ya psixotrop maddələrin alqı-satqısı ilə məşğul olması barədə hər hansı əməliyyat məlumatı yoxdur. X2 Təqsirləndirilən şəxs2 satdığı və yaşadığı evin həyətində yerləşən paralel qol adlanan idman alətinin dəmir borusunun içərisindən aşkar olunmuş eyni tərkibli psixotrop maddə olan metamfetamini Ceyhun Zamanovun haradan əldə etməsi barədə hər hansı əməliyyat məlumatı yoxdur. Ceyhun Zamanov narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısı ilə məşğul olur. 23 may 2003-cü il tarixdə Ceyhun Zamanov 20 manat pul müqabilində Təqsirləndirilən şəxs2 psixotrop maddə olan metamfetamin satmış və Təqsirləndirilən şəxs2 də həmin metamfetaminin yarısını Təqsirləndirilən şəxs1 vermişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş psixotrop maddə olan metamfetamin Təqsirləndirilən şəxs2 Ceyhun Zamanovdan 20 manat pul müqabilində aldığı psixotrop maddə olan metamfetamindir. Həmçinin, Təqsirləndirilən şəxs2 əvvəllər də bir neçə dəfə Ceyhun Zamanovdan narkotik vasitə almışdır. Məhkəmə iclasına şahid kimi dəvət olunmuş Şahid2 məhkəməyə müraciət edərək səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilmədiyini və ibtidai istintaqda verdiyi ifadəni təsdiq etdiyini qeyd etmişdir. Bundan sonra məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadə elan edilmişdir. O, ibtidai istintaq zamanı Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - Cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 24 may 2023-cü il tarixli qərarından görünür ki, fakta görə CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və aidiyyəti üzrə Ağsu RPŞ-nin İQ-na göndərilmişdir. - Şəxsi axtarış və götürmə aparılması haqqında 23 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə baxış zamanı əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən aşkar edilmiş bir ədəd siqaretin kağızına bükülmüş 0,37 qram çəkidə olan psixotrop maddəyə bənzər kütləni xx.xx.2023-cü il tarixdə Ağsu şəhərində yaşayan Yadigarın oğlu Caviddən almış, özü istifadə etmək üçün üzərində gəzdirir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X14 Bölməsi tərəfindən verilmiş 24 may 2023-cü il tarixli 17/421 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs: /imza/ Təqsirləndirilən şəxs1. Vəkil /imza/ Müdafiəçi1. Təhqiqatçı /imza/ S.Tağıyev” sözləri, imzalar və adlar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd göy-ağ rəngli kağız bükümdə, təmiz çəkisi – 0,231 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”-na daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi – 0,231 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq – 0,181 qram. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X14 Bölməsi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 07 iyun 2023-cü il tarixli 17/441 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tətqiqata təqdim edilmiş, üzərində “C.Ə.Zamanovun üzərindən aşkar olunmuş kağız materialdan olan boru” sözləri adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kağız materialdan hazırlanmış borucuqda cüzi miqdarda metamfetamin hissəcikləri vardır. Metamfetamin hissəcikləri cüzi miqdarda olduğundan təmiz çəkisini müəyyən etmək mümkün olmadı. Tədqiqata təqdim olunmuş, üzərində “C.Ə.Zamanovun yaşadığı evin həyətində olan paralel qol adlı idman alətinin içərisindən aşkar olunmuş psixotrop maddəyə bənzər kütlə ” sözləri adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi – 0,660 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Təqdim olunmuş üzərində “C.Ə.Zamanovun yaşadığı evin həyətində olan paralel qol adlı idman alətinin içərisindən aşkar olunmuş psixotrop maddəyə bənzər kütlə” sözləri adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə olan metamfetamin ilə üzərində “01 (bir) ədəd bükümdə metamfetamin. Təqsirləndirilən şəxs1 oğ.” Sözləri yazılmış 01 (bir) ədəd MEM-ə məxsus kağız paketin içərisindəki sellofana bükülmüş 01 (bir) ədəd göy-ağ rəngli kağız bükümdə olan metamfetamin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Qeyd: a) metamfetaminin təmiz çəkisi 0.660 qr. , tədqiqata sərf edildi - 0,050 qr. , qalıq 0,610 qram, b) metamfetaminin təmiz çəkisi 0.181 qr. , tədqiqata sərf edildi - 0,050 qr. , qalıq 0,131 qram. - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 25 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - Ağsu Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 23 may 2023-cü il tarixdən 3 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 26 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - Ağsu Rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 24 may 2023-cü il tarixdən 3 (üç) ay müdddətində həbs qətimkan tədbiri seçilmişdir. - 26 may 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 23 may 2023-cü il tarixdə psixotrop maddə olan metamfetamin tapmasından ötrü Təqsirləndirilən şəxs2 xahiş etdiyini və bunun müqabilində Təqsirləndirilən şəxs2 20 manat pul verdiyini, Təqsirləndirilən şəxs2 Ağsu şəhər sakini Ceyhun Zamanovla danışdığını və Ceyhun Zamanovun kart hesabına 20 manat pul göndərdiyini, daha sonra isə Təqsirləndirilən şəxs2 avtomobili ilə sonuncu ilə birlikdə Ağsu şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən Rabitəbankın qarşısına gəldiklərini, Təqsirləndirilən şəxs2 avtomobildən düşüb getdiyini və psixotrop maddə olan metamfetamini götürüb gəldiyini, sonra birlikdə Ağsu şəhəri 2 saylı tam orta məktəbin yaxınlığına getdiklərini, orada Təqsirləndirilən şəxs2 psixotrop maddə olan metamfetamini yarıya böldüyünü və yarısını ona verdiyini Təqsirləndirilən şəxs2 üzünə qarşı deməklə onu bir daha ifşa etmişdir. Üzləşmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir. - Mobil telefona baxış keçirilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə hərəkətləri aparılan zaman aşkar edilmiş Samsung markalı mobil telefona baxış keçirilmiş və mobil telefonun zənglər olan bölməsinə daxil olduqda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında xx.xx.2023-cü il tarixdə saat 16:52 dəqiqədə, 17:18 dəqiqədə, 19:19 dəqiqədə, 19:58 dəqiqədə danışıq aparılması, həmçinin Təqsirləndirilən şəxs2 istifadəsində olan 70-313-82-83 saylı mobil nömrə ilə X2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2023-cü il tarixdə saat 17:11 dəqiqədə, 20:04 dəqiqədə, 20:09 dəqiqədə, 20:53 dəqiqədə danışıqlar aparılması müəyyən olunmuşdur. - Diskə baxış keçirilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, CD diskdə olan video görüntüyə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə saat 20 radələrində telefonla danışa-danışa Ağsu şəhəri, Nizami küçəsində yerləşən Al Marketə daxil olur və marketdə quraşdırılmış “MİLLİÖN” elektron ödəniş terminalının yanına gələrək terminalda müvafiq düyməni seçib terminal vasitəsilə özünün deməsinə görə X7 məxsus kart hesabına Məhəmməddən aldığı 20 manat pulu köçürür. Təqsirləndirilən şəxs2 pulu köçürdükdən sonra marketdən çölə çıxır. - Azərcell Telecom MMC-dən xx.xx.2023-cü il tarixli, 14027 saylı məktubu ilə daxil olmuş diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında xx.xx.2023-cü il tarixdə saat 16:51 dəqiqədə (28 saniyə ərzində), 16:52 dəqiqədə (14 saniyə ərzində), 19:58 dəqiqədə (21 saniyə ərzində) danışıq aparılmışdır. Diskdə olan antena11418.xls adlı fayla daxil olduqda ***-***-**-** saylı mobil nömrənin xx.xx.2023-cü il tarixdə Ağsu şəhəri ərazisində olan antenlərin əhatə dairəsində olması müəyyən edilmişdir. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ”X24 “Ağsu Rayon Mərkəzi Xəstəxsanası” X22 05 iyul 2023-cü il tarixli, PHŞ-6-25-2-485/2023 saylı məktubundan görünür ki, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 ruhi-əsəb və narkomaniya xəstəlikləri ilə əlaqədar “Ağsu RMX” PHŞ-nə müraciət etməmiş və dispanser qeydiyyata götürülməmişdir. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ”X24 “Ağsu Rayon Mərkəzi Xəstəxsanası” X22 05 iyul 2023-cü il tarixli, PHŞ-6-25-2-486/2023 saylı məktubundan görünür ki, Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 16, mənzil 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 ruhi-əsəb xəstəlikləri ilə əlaqədar “Ağsu RMX” PHŞ-nə müraciət etməmiş və dispanser qeydiyyata götürülməmiş, lakin Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyi ilə əlaqədar “Ağsu RMX” PHŞ-nin narkoloji kabinetində dispanser qeydiyyatda dayanır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin 08 iyun 2023-cü il tarixli, 995 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 оğlu psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin 08 iyun 2023-cü il tarixli, 994 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. - Sübutların qiymətləndirilməsi haqqında 25 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminin aşkar olunmuş psixotrop maddə olan metamfetaminin tədqiqatdan sonrakı qalıqları, eləcə də Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş bir ədəd Samsung markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınmış və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət işinin istintaq materialları ilə tanış olduqdan sonra saxlanılması üçün Ağsu RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-ci il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan ifadələrlə tərtib olunmalı, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsləri, onların müdafiəçilərini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirlilikləri özlərinin etirafedici ifadələri ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 23 may 2023-cü il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 23 may 2023-cü il tarixdə saat 21:30-da şübhəli şəxs qismində tutulmuşdur. - 24 may 2023-cü il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 24 may 2023-cü il tarixdə saat 12:20-də şübhəli şəxs qismində tutulmuşdur. - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 26 iyun 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Ağsu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3, 62 maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 26 iyun 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Ağsu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Ağsu Rayon Məhkəməsinin hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs2 CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və həbsdə olduğu müddət nəzərə alınmaqla üzərində qəti olaraq 06 (altı) ay müddətində azadlıqdan məhrmetmə cəzası saxlanılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. CM-nin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 18.4.3-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı bu Məcəllənin 83cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar nəzərə alınmır. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmişdir. Təqsirləndirilən şəxs2 məhkumluğu xx.xx.2024-cü il tarixdə ödənilməli olduğu halda, məhkumluğu ödənilmədən, yəni xx.xx.2023-cü il tarixdə yenidən cinayət törətmişdir. Məhkəmə qeyd edir ki, məhkumluğu ödənilməmiş Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivi var, ona görə hazırda ona cəza təyin edilərkən həmin məhkumluq nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının: 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 2-ci bəndində qeyd olunmuşdur ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 234.1-ci maddəsi ilə törətdikləri əməl, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Ağsu rayon İcra Hakimiyyəti Ağsu Rayon Mənzil İstismar Sahəsinin 20 iyul 2023-cü il tarixli, 5-34-10/2-2-39/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 6 ünvanda yaşayır və aşağıdakı tərkibdə ailə üzvləri vardır: anası – X4, atası – X6, bacısı – X8. - Ağsu rayon İcra Hakimiyyəti Ağsu Rayon Mənzil İstismar Sahəsi tərəfindən təqdim edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 16, mənzil 6 ünvanında qeydiyyatdadır, subaydır. Təqsirləndirilən şəxs2 yaşadığı küçənin sakinləri arasında özünü nizam-intizamlı aparmış, özü və ailəsi barədə Ağsu Rayon Mənzil İstismar Sahəsinə nə yazılı, nə də şifahi şikayət xarakterli material daxil olmamışdır. - Ağsu rayon İcra Hakimiyyəti Başçısının Ağsu şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 20 iyul 2023-cü il tarixli, 5-34-13/2-3-1863/2023 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs1 Ağsu şəhər Natəvan küçəsi 5 saylı evdə qeydiyyatda olmaqla orada yaşayır və aşağıdakı tərkibdə ailə üzvləri var: atası-1965-ci il təvəllüdlü – X9, anası-1974-cü il təvəllüdlü - X10. - Ağsu rayon İcra Hakimiyyəti Ağsu şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən təqdim edilmiş 20 iyul 2023-cü il tarixli, 5-34-13/2-3-1863/2023 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 1 ünvanında qeydiyyatdadır, nizam-intizamlıdır, ona verilən tapşırıqları yerinə yetirir, ailə və məişətdə özünü aparmağı bacarır, böyüklərə hörmət etməyi bacarır. Təqsirləndirilən şəxs1 barədə Ağsu rayon İcra Hakimiyyəti Ağsu şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə nə yazılı, nə də şifahi şikayət xarakterli material daxil olmamışdır. CM-nin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayəti səmimi etiraf etmələrini, törətdikləri əməldən peşman olmalarını, cinayətin açılmasına köməklik göstərmələrini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını CM-nin 59.2-ci maddəsinə əsasən onların cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivini olmasını CM-nin 61.1.1-ci maddəsinə əsasən, cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsini CM-nin 61.1.3-cü maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs1 cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsini CM-nin 61.1.3-cü maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin onun şəxsiyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq belə qənaətə gəlir ki, ona CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. CPM-in 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 23 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Ağsu Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli qərarı ilə barəsində 23 may 2023-cü il tarixdən həbs qətimkan tədbiri seçilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 23 may 2023-cü il tarixdən 05 oktyabr 2023-cü il tarixədək tutulduğu 04 (dörd) ay 12 (on iki) gün həbsdə olma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunacaq cəzadan çıxılmalı və üzərində qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə Təqsirləndirilən şəxs1 üzərinə Ağsu rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlığın mədudlaşdırılması cəzasının müddətinin əvvəlini məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs1 azadlığın mədudlaşdırılması cəzası təyin edildiyindən barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli, həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs2 CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. CPM-in 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 24 may 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, 26 may 2023-cü il tarixdə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir, ona görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanma müddəti cəzaçəkmə müddətlərinə daxil edilməklə, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalıdır. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. CPM-in 346.1.13-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməli olduğu məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilməlidir. CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əvvəllər azadlıqdan məhrum məhrum etmə cəzasına məhkum olunduğundan və onun məhkumluğu ödənilmədiyindən ona təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut olan tədqiqatdan sonra qalıq qalmış 0,131 qram psixotrop maddə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş və maddi sübut kimi tanınmış bir ədəd Samsung markalı mobil telefon Təqsirləndirilən şəxs2 qaytarılmalı, maddi sübut olan 07 (yeddi) ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxslərdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamaların rəylərini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdırlar. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxslərə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 12 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçilərə müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı gündən, yəni 24 may 2023-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəsissəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 hazırkı iş üzrə ibtidai istintaq zamanı tutulduğu və həbsdə olduğu 23 may 2023-cü il tarixdən 05 oktyabr 2023-cü il tarixədək olan 04 ay 12 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 06 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə hər gün saat 23:00-da səhər saat 07:00-adək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Ağsu rayonunun ərazisi hüdudlarını tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Ağsu rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Ağsu rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilən maddi sübut – 0,131 qram çəkidə (tədqiqatdan sonrakı çəkisi) narkotik vasitə olan metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Ağsu rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilən Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılarkən aşkar edilərək götürülmüş 01 ədəd Samsung markalı mobil telefon qanuni sahibi Təqsirləndirilən şəxs2 təhvil verilsin. İş üzrə cinayət işində saxlanılan 07 ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aparılmış ekspertiza tədqiqatının dəyəri 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat alınıb Respublika büdcəsinin aşağıdakı hesabına keçirilsin: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ**********0000003944, SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi- VÖEN-**********, hesab-AZ34CTRE********************01. Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı göstərdiyi 12 saat hüquqi yardıma görə 72 manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi1 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərdiyi 12 saat hüquqi yardıma görə 72 manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi2 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №1(016)-54/2023
Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-54/2023
05.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver