Məhkəmə qərarları › İş №1(016)-55/2024

Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-55/2024

01.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-55/2024 01.08.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X3 Natiq oğlunun sədrliyi Məhkəmə iclasının katibi Ağabəyli Kamran Uğur oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1980-ci ildə Ağsu rayonu, Cəlayır kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Ağsu rayonu, Cəlayır kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 178.1-ci maddəsi təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə tanışı, Ağsu şəhər sakini Zərərçəkmiş şəxs, arvadı Şahid Ağsu rayon Mərkəzi Xəstəxanasında işə düzəltdirəcəyini bilə-bilə yalan və həqiqətə uyğun olmayan vəd verib aldatmaqla, Zərərçəkmiş şəxs ona olan inam və etibarından sui-istifadə edərək sonuncudan yalan vədlərin təsiri altında könüllü surətdə Ağsu şəhəri Vidadi küçəsində 2022-ci ilin may ayının sonlarında 200 manat və 2022-ci ilin iyun ayının əvvəllərində 300 manat məbləğlərində, 2022-ci ilin iyun ayının sonlarında Zərərçəkmiş şəxs Ağsu şəhəri, 5ci məhəllədə yerləşən evinin həyətində 200 manat məbləğində, sonuncu dəfə 30 dekabr 2022-ci il tarixdə Ağsu şəhəri S.Vurğun küçəsində 200 manat məbləğində olmaqla ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs 900 manat məbləğində nağd pulunu vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı ittiham irəli sürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona CM-nin 178.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs rayon sakini kimi əvvəlcədən tanımışdır. Zərərçəkmiş şəxsla aralarında əvvəllər hər hansı bir ədavət və ya düşmənçilik olmamışdır. 2022-ci ilin may ayında Ağsu şəhəri, H.Əliyev küçəsində yerləşən 3 saylı tam orta məktəbin qarşısında Zərərçəkmiş şəxsla təsadüfən rastlaşmış, həmin vaxt Zərərçəkmiş şəxs avtomobil ilə olduğunu görüb, onu Ağsu rayon Mərkəzi Xəstəxanasına aparmasını xahiş etmiş, sonra Rəşadın idarə etdiyi avtomobil ilə birlikdə Ağsu rayon Mərkəzi Xəstəxanası istiqamətində getməyə başlamışdırlar. Yolda Rəşad ondan xəstəxanaya nə səbəbdən getdiyini soruşduqda o, xəstəxanada tanış həkim olduğunu, həmin həkimlə görüşməyə getdiyini bildirmişdir. Bundan sonra Rəşad arvadı Şahid Ağsu rayon Mərkəzi Xəstəxanasında işə düzəltdirmək istədiyini, bunun üçün köməklik edib-edə bilməyəcəyini soruşmuş, o, isə cavabında Zərərçəkmiş şəxs aldadaraq pulunu ələ keçirmək məqsədi ilə yalandan arvadını Ağsu RMX-da işə düzəltdirə biləcəyini bildirmiş və yalandan tanışları ilə danışaraq xəbər edəcəyini demişdir. Sonra Rəşad onu Ağsu RMX-nin qarşısında avtomobilindən düşürdərək çıxıb getmişdir. Bundan təxminən 10 gün sonra, yəni 2022-ci ilin may ayının sonlarında o, istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Rəşadın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək 200 manat pula ehtiyacı olduğunu ona borc pul verməsini bildirmiş, həmin gün Ağsu şəhəri Vidadi küçəsində Rəşadla görüşərək 200 manat pulu almışdır. Bundan bir neçə gün sonra Rəşadla yenidən görüşərkən Rəşad arvadının xəstəxanada işə düzəlməsində köməklik etməsini yenidən ondan xahiş etmiş, o, isə cavabında yalandan sənəd toplamalı olduğunu bildirmiş və ona verdiyi 200 manat pulu həmin sənədləri toplamaq üçün xərcləyəcəyini demişdir. Rəşad da bu barədə onunla razılaşmışdır. 2022-ci ilin iyun ayının əvvəllərində o, yenidən Zərərçəkmiş şəxs zəng edərək arvadı Şahid xəstəxanada işə düzəltdirəcəyini, işin üstündə olduğunu və əlavə 500 manat pul lazım olduğunu bildirmiş, lakin Rəşad ona 500 manat pulu olmadığını deyərək həmin gün Ağsu şəhəri Vidadi küçəsində onunla görüşüb, ona 300 manat pul vermişdir. Bundan bir neçə gün sonra o, Rəşadla telefon əlaqəsi saxlayaraq 100 manat borc olaraq ona verməsini xahiş etmiş, həmin gün Rəşaddan 100 manat borc pul alsa da, gün ərzində həmin pulu Rəşada geri qaytarmışdır. 2022-ci ilin iyun ayının sonlarında yenidən Rəşada zəng edərək arvadının işi üçün əlavə 200 manat pul lazım olduğunu bildirmiş, Rəşad da onunla razılaşmış və həmin gün yenidən Ağsu şəhəri Vidadi küçəsində görüşərək Rəşaddan 200 manat pulu almışdır. Sonuncu dəfə isə 30 dekabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxsla Ağsu şəhəri, S.Vurğun küçəsində görüşərək ondan arvadını işə düzəltməsi müqabilində əlavə olaraq 200 manat pul almış, beləliklə də Zərərçəkmiş şəxs arvadını işə düzəltmək üçün ümumilikdə 900 manat pul almışdır. Lakin həmin ərəfələrdə maddi vəziyyəti yaxşı olmadığından Zərərçəkmiş şəxs aldığı pulları öz şəxsi işlərinə xərcləmiş və Rəşada verdiyi vədinə əməl edə bilməmiş, həmçinin aldığı pulları geri qaytarmamışdır. Daha sonra bildirmişdir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı tam ödəmişdir. Təqsirləndirilən şəxs daha sonra ifadəsində əməlindən səmimi peşmançılıq çəkdiyini, ailəli olmasını, törətdiyi əməli səmimi etiraf etməsini, ailəsinin yeganə qazanc gətirəni olmasını, zərər çəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini,zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin şikayətçi olmamasını, hazırkı əməli məhkum olunduğu cinayətdən əvvəl törətdiyini nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi Təqsirləndirilən şəxs səmimi peşmançılıq çəkdiyini, ailəli olmasını, törətdiyi əməli səmimi etiraf etməsini, ailəsinin yeganə qazanc gətirəni olmasını, zərər çəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin şikayətçi olmamasını, hazırkı əməli məhkum olunduğu cinayətdən əvvəl törətdiyini nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, evlidir və üç övladı vardır. Hazırda fərdi əməklə məşğul olur. Təqsirləndirilən şəxs əvvəlcədən Ağsu rayon Ağabəyli kənd sakini kimi tanıyır. Təqsirləndirilən şəxsla əvvəllər aralarında hər hansı bir ədavət və ya düşmənçilik olmamışdır. 2022-ci ilin may ayının əvvəllərində Ağsu şəhəri 3 saylı tam orta məktəbdə təhsil alan övladını idarə etdiyi avtomobil ilə həmin məktəbə aramışdır. Övladını məktəbə yola saldıqdan sonra 3 saylı məktəbin yaxınlığında Təqsirləndirilən şəxsla rastlaşmış, həmin vaxt Təqsirləndirilən şəxs ondan hara getdiyini soruşduqda, o, cavabında evinə getdiyini bildirmiş, həmin vaxt Zaur Ağsu rayon Mərkəzi Xəstəxanasına avtomobili ilə onu aparmasını xahiş etmişdir. O da Zaurla tanış olduğu üçün avtomobili iləonu Ağsu rayon Mərkəzi xəstəxanasına aparmağa razılaşmış və Zaur avtomobilə əyləşdikdən sonra birlikdə avtomobili ilə hərəkətə başlamışdırlar. O, Zaurla Ağsu rayon Mərkəzi Xəstəxanasına gedərkən yolda Zaurdan xəstəxanaya nə üçün getdiyini soruşmuş, Zaur isə cavabında ona Ağsu rayon Mərkəzi xəstəxanasında işləyən həkimlərlə yaxşı münasibəti olduğunu və həkimlərlə görüşməyə getdiyini bildirmişdir. Həmin vaxt o, Zaurun danışığından Ağsu rayon Mərkəzi Xəstəxanasında nüfuza sahib olduğunu düşünərək Zaurdan arvadı Şahid xəstəxanada işə düzəldə bilib-bilməyəcəyini soruşmuşdur. Zaur isə ona Ağsu rayon Mərkəzi xəstəxansında tanışları ilə danışıb, bu barədə sonradan xəbər verəcəyini bildirmişdir. Bundan sonra isə o, Zauru xəstəxanaya apararaq avtomobilindən düşürtmüş və çıxıb getmişdir. Bundan təxminən 15-20 gün sonra, yəni 2022-ci ilin may ayının sonlarında Zaur istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək arvadı Şahid xəstəxanda işə düzəltmək üçün sənəd hazırlamalı olduğunu və buna görə 200 (iki yüz manat) pul lazım olduğunu bildirmişdir. O da Zaurla razılaşmış və həmin gün Ağsu şəhəri Vidadi küçəsində onunla görüşərək 200 manat nəğd pulu Təqsirləndirilən şəxs vermiş, həmin vaxt Zaur ona söz verərək arvadı Aygünü Ağsu rayon Mərkəzi Xəstəxanasına xadiməçi olaraq işə düzəldəcəyini bildirmişdir. Bundan təxminən on gün sonra, yəni 2022-ci ilin iyun ayının əvvəllərində Zaur yenidən istifadəsində olan mobil nömrə ilə ona zəng etmiş və TƏBİB-dən Ağsu rayon Mərkəzi Xəstəxansına xadiməçi ştatı gətirmək üçün 500 manat da əlavə pul lazım olduğunu bildirmiş, o isə Zaura əvvəlcədən 200 manat pul verdiyini xatırladaraq 500 manat pulu olmadığını, cəmi 300 manat verə biləcəyini bildirmişdir. Həmin vaxt Zaur onunla razılaşmış və həmin gün yenidən Ağsu şəhəri Vidadi küçəsində görüşərək orada Zaura nəğd olaraq 300 manatda pul vermişdir. Həmin vaxt Zaur ona arxayn olmasını, arvadını işə düzəldəcəyini bildirmişdir. Bundan təxminən bir həftə sonra, yəni 2022-ci ilin iyun ayının ortalarında Zaur ona yenidən telefonla zəng edərək əlavə olaraq 100 manat da pul verməsini istəmiş, O da Zaurla razılaşmış və həmin gün Zaurla Ağsu şəhəri Vidadi küçəsində görüşərək 100 manat pulu ona vermişdir. Bundan sonra, yəni 2022-ci ilin iyun ayının sonlarında Zaur ona yenidən telefonla zəng edərək işin düzəlməsinə az qaldığını və əlavə olaraq 200 manat pul lazım olduğunu bildirmişdir. O, isə Zaura daha pulu olmadığını bildirsə də Zaur, işin düzəlməsini istəyir sə haradan olasa 200 manat pulu tapıb verməli olduğunu bildirmiş, o bu barədə bir qədər fikirləşdikdən sonra Zauru evinə dəvət etmiş, onunla evinin həyətində görüşmüş, həmin vaxt arvadı Şahid da orada olmuşdur. Zaur onların evinə gəldikdən sonra bir daha Zaurdan arvadı Aygünü işə düzəldə bilib-bilməyəcəyini soruşmuş, həmin vaxt Zaur arvadını Ağsu rayon Mərkəzi Xəstəxanasında işə düzəldəcəyi barədə onu əmin etmiş və buna görə o, arvadı Aygünün yanında Zaura əlavə olaraq 200 manat da pul vermişdir. Bundan sonra o, tez-tez Zaurla telefonda danışaraq ondan işin düzəlib-düzəlmədiyini soruşduqda Zaur ona hər dəfə müxtəlif bəhanələr edərək işin düzəlmək üzrə olmasını ona bildirmiş, sonuncu dəfə 30 dekabr 2022-ci il tarixdə Zaur onunla telefon əlaqəsi saxlayaraq işin artıq düzəldiyini, lakin son olaraq da əlavə 200 manat pul verməli olduğunu bildirmiş, o Zaura əvvələcə 200 manat pulu vermək istəməmiş, lakin Zaur həmin gün onunla görüşərək onu çay içməyə dəvət etmiş, o, Zaurla birgə Ağsu şəhəri S.Vurğun küçəsində yerləşən çayxanada əyləşib çay içərkən Zaur onu yenidən arvadı Aygünün işlə təmin edəcəyinə inandıraraq 200 manat da pulu ondan almışdır. Bundan sonra o, dəfələrlə Zaurla danışaraq ona verdiyi vədinə nə zaman əməl edəcəyini soruşduqda, Zaur müxtəlif bəhanələr gətirərək onu inandırmış, lakin indiyə kimi vədinə əməl etməmişdir. Buna görə də o, Zaurun artıq vədinə əməl etməyəcəyini, onu aldadaraq 1000 manat pulunu ələ keçirdiyini müəyyən etmişdir. Zərərçəkmiş şəxs daha sonra ifadəsində qeyd etmişdir ki, hazırda təqsirləndirilən şəxslə barışmış, təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmiş, ona qarşı hər hansı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsə cəza təyin edilərkən qeyd olunanların nəzərə alınmasını və ona maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, Zərərçəkmiş şəxs onun əridir, onların 3 övladız vardır. Əri Zərərçəkmiş şəxs fərdi əməklə məşğul olur, lakin o, hazırda heç bir yerdə işləmir. Maddi vəziyyətləri yaxşı olmadığından o da işləyərək ailəsinə köməklik göstərmək istəmişdir. Bu barədə əri Zərərçəkmiş şəxsla razılaşmış və özünə uyğun işə taparaq işləmək qərarına gəlmişdir. Təqsirləndirilən şəxs isə əri Rəşadın tanışı olsa da o, Zauru əvvəlcədən tanımamış, Təqsirləndirilən şəxs sonradan tanımışdır, onunla aralarında hər hansı bir ədavət və ya düşmənçilik olmamışdır. 2022-ci ilin may ayında Təqsirləndirilən şəxsla əri Zərərçəkmiş şəxs Ağsu şəhəri ərazisində təsadüfən rastlaşaraq söhbət edərkən Zaur əri Rəşada onu Ağsu RMX-da işə düzəldə biləcəyi vədini yalandan verərək ərini buna inandırmışdır. Sonradan isə Zaur onu Ağsu RMX-da işə düzəltmək adı ilə əri Zərərçəkmiş şəxs hissəhissə, yəni 2022-ci ilin may ayının sonlarında 200 manat, 2022-ci ilin iyun ayının əvvəllərində 300 manat, iyun ayının ortalarında 100 manat, iyun ayının sonlarında daha 200 manat və son olaraq 30 dekabr 2022-ci il tarixdə 200 manat olmaqla ümumilikdə 1000 manat pul almış, lakin vədinə əməl etməyərək onları aldadıb, pulun ələ keçirmişdir. 2022ci ilin iyun ayının sonlarında Zaur əri Rəşadan 200 manat pulu yaşadıqları evin həyətində almışdır, həmin vaxt o da orada olmuşdur, hətta pulu Zaura verməsi üçün evdən götürüb əri Rəşada o vermişdir. Həmin vaxt da Zaur onu işə düzəldəcəyini, sənədlərin hazır olduğunu bildirmiş və onları arxayn salmışdır. Onlarda da Zaura inanaraq onu işə düzəltməsini gözləmişdirlər. Lakin bundan uzun müddət keçəsinə baxmayaraq Təqsirləndirilən şəxs vədinə əməl etməməsi və pulu geri qaytarmamasına görə artıq Təqsirləndirilən şəxs onları aldatdığını və ümumilikdə 1000 manat pullarını ələ keçirdiyini müəyyən etmişdirlər. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - Cinayət işinin başlanması və istintaq aidiyyatı üzrə göndərilməsi haqqında 03 aprel 2024-cü il tarixli qərardan görünür ki, fakta görə CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaq aidiyyatı üzrə Ağsu RPŞ-nin İQ-na göndərilmişdir. - Cinayət işinin icraata qəbul edilməsi haqqında 04 aprel 2024-cü il tarixli qərardan görünür ki, CM-nin 178.1-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və istintaqı davam etdirilmişdir. - Zərər çəkmiş şəxs kimi tanıma haqqında 05 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs iş üzrə zərər çəkmiş şəxs kimi tanınmışdır. - Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə şübhəli şəxs qismində Təqsirləndirilən şəxs arasında keçirilmiş 16 aprel 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dediklərini qismən qəbul etmiş, onun arvadı Şahid Ağsu RMX-da işə düzəltdirəcəyi vədi ilə ondan hissə-hissə 1000 manat deyil 900 manat pul almış, 100 manatı isə borc kimi almış və həmin gündə qaytarmışdır. Lakin həmin pulların heç birini onun arvadı Şahid yanında almamışdır. - Şahid ilə təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs arasında keçirilmiş 18 aprel 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs Şahid dediklərini qismən qəbul etmiş, onu Ağsu RMX-da işə düzəltdirəcəyi vədi ilə əri Zərərçəkmiş şəxs hissə-hissə 1000 manat deyil 900 manat pul almış, 100 manatı isə borc kimi almış və həmin gündə qaytarmışdır. Lakin həmin pulların heç birini onun yanında almamışdır. - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 18 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X4 “Ağsu Rayon Mərkəzi Xəstəxanası” X2 09 aprel 2024-cü il tarixli, 18-1-25/2-369/2024 nömrəli məktubdan görünür ki, 1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs ruhi-əsab və narkomaniyaya görə Ağsu “RMX” PHŞ-nə müraciət etməmiş və diapanser qeydiyyata götürülməmişdir. - Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 18 iyul 2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Onunla barışmışdır, heç bir şikayət və tələbi yoxdur. - Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 22 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs etirafedici ifadəsi, Zərərçəkmiş şəxs və Şahid ifadələri, həmçinin üzləşdirmə istintaq hərəkətinin protokolları sübut əhəmiyyətinə malik olduğundan sübut növü kimi qiymətləndirilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, 7 nömrəli Qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmələrin nəzərinə çatdırılmışdır ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Məhkəmələrə izah edilmişdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Təsvir olunan Qərarın tələbindən görünür ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olduğu halda əməl dələduzluq kimi tövsif edilməlidir. Bundan başqa, CM-in 178.1-ci maddəsinin dispozisiyasında dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi qeyd edilmişdir. Etibardan sui-istifadə etmə və aldatma özgə əmlakının talanmasının üsulu kimi çıxış edir. Təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-ci il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan ifadələrlə tərtib olunmalı, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərər çəkmiş şəxsi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi CPM-in 143-146-cı maddələrinə riayət etməklə toplanmış, tədqiq edilmiş, qiymətləndirilmiş və mənbəyinin mötəbərliyi, əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxs, şahid ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 178.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. CM-nin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - Cinayət törətməkdə şübhəli olan şəxsi tutma haqqında 16 aprel 2024-cü il tarixli protokoldan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 16 aprel 2024-cü il tarixdə saat 11:00-da tutulmuşdur. - Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və müvəqqəti saxlanma yerindən azad edilməsi haqqında 18 aprel 2024-cü il tarixli qərarda görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş xx.xx.1980-ci ildə Ağsu rayonu, Cəlayır kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Ağsu rayon, Cəlayır kəndində qeydiyyatda olmaqla, Ağsu rayon, Ağabəyli kəndində yaşayan Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və saxlanıldığı Ağsu RPŞ-nin MSY-dən azad edilmişdir. - Ağsu Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli 1(016)-55/2024 saylı qərarından görünür ki, xx xxxxxx 1980-cı ildə Ağsu rayonu, Cəlayir kəndində anadan olmuş, Ağsu rayonu, Cəlayir kəndində qeydiyyatda olan və Ağsu rayonu, Ağabəyli kəndində yaşayan Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. - Ağsu Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx xxxxxx 1980-cı ildə Ağsu rayonu, Cəlayir kəndində anadan olmuş, Ağsu rayonu, Cəlayir kəndində qeydiyyatda olan və Ağsu rayonu, Ağabəyli kəndində yaşayan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Ağsu rayonunda keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağsu rayonu ərazisində tutularaq Ağsu RPŞ-nin MSY-nə yerləşdirilmişdir. - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 30 mart 2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağsu Rayon Məhkəməsinin xx.xx.2020-cu il tarixli hökmünə əsasən CM-nin 178.1-ci maddəsi ilə təqsiriləndirilərək cinayət işi üzrə icraata AR CM 73.1.1-ci maddəsinə əsasən xitam verilmişdir, Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cu il tarixli hökmünə əsasən CM-nin 178.1-ci maddəsi ilə təqsiriləndirilərək 480 saat ictimai işlər cəzasına məhkum edilmişdir. - Ağsu rayon İcra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli 136/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(016)-63/2023 saylı hökmü ilə CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 480 saat ictimai işlər cəzasına məhkum edilmiş, cəzasının 268 saatını işləyərək yerinə yetirmiş, hal-hazırda məhkumun cəzasının çəkilməmiş qalan hissəsi 212 saat təşkil edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının: 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 2-ci bəndində qeyd olunmuşdur ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs CM-nın 178.1-ci maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ağsu rayon İcra Hakimiyyəti Başçısının Kəndoba Kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin 19 aprel 2024-cü il tarixli, 5-34-29/2-2-54/2024 saylı Arayışından görünür ki, xx.xx.1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Ağsu rayonu, Cəlayır kəndində qeydiyyatda olmasına baxmayaraq, uzun müddətdir Ağsu rayonu, Ağabəyli kəndində yaşayır. - Ağsu rayon İcra Hakimiyyəti Başçısının Kəndoba Kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən təqdim edilmiş 19 aprel 2024-cü il tarixli, 5-34-29/2-2-53/2024 saylı Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1980-ci ildə Ağsu rayonu, Cəlayır kəndində anadan olmuş, həmin kənddə qeydiyyatdadır və hal-hazırda Ağsu rayonu, Abasxanlı kəndində yaşayır. O, kənddə yaşadığı müddətdə kənd camaatı ilə normal münasibətdə olmuşdur. Təqsirləndirilən şəxs barəsində Kəndoba Kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinə heç bir mənfi xarakterli məlumat daxil olmamış və kənd ictimayyəti arasında müsbət xarakterizə olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını CM-nin 59.1.12-ci maddəsinə, zərərçəkmiş şəxsə dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini CMnin 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Həmçinin, məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlini könüllü etiraf etməsini ona CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, işin faktiki hallarını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, zərər çəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərər çəkmiş şəxsin şikayət və tələbinin olmamasını, həmçinin onun şəxsiyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq belə qənaətə gəlir ki, ona CM-nin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. CM-nin: 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, həmin Məcəllənin 66.5 və 66.2-ci maddələrinə əsasən Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(016)-63/2023 saylı hökmü ilə ona təyin edilmiş 480 saat ictimai işlər cəzasını hazırki hökmlə təyin edilmiş cəza ilə tam toplanılmaqla Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. CM-nin 68.3.2-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının bir gününə ictimai işlərin dörd saatı bərabər tutulur. İş materiallarında olan Ağsu rayon İcra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli 136/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(016)-63/2023 saylı hökmü ilə ona təyin edilmiş 480 saat ictimai işlər cəzasının 268 saatını işləyərək yerinə yetirmiş, hal-hazırda məhkumun cəzasının çəkilməmiş qalan hissəsi 212 saat təşkil edir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(016)-63/2023 saylı hökmü ilə ona təyin edilmiş 480 saat ictimai işlər cəzası CM-nin 68.3.2-ci maddəsinə əsasən 04 (dörd) saata 01 (bir) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunacaq cəzadan çıxılmaqla onun üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Bundan başqa CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. CPM-in 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 16 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 18 aprel 2023-cü il tarixdə müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, bundan sonra Ağsu Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilmiş və o, 19 iyun 2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs tutularaq Ağsu RPŞ-nin MSY-nə təhvil verilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 16 aprel 2024-cü il tarixdən 18 aprel 2024-cü il tarixədək, həmçinin 19 iyun 2024-cü il tarixdən 01 avqust 2024-cü il tarixədək tutulduğu 01 (bir) ay 15 (on beş) gün müddət həbsdə olma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunacaq cəzadan çıxılmaqla onun üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Ağsu rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin olunacaq azadlığın mədudlaşdırılması cəzasının müddətinin əvvəlini məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs azadlığın mədudlaşdırılması cəzası təyin edildiyindən barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli, məhkəmə iclas zalından dərhal azad edilməli, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Cinayət işi üzrə mülki iddia, maddi sübut, ekspertiza xərci yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 20 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5 və 66.2-ci maddələrinə əsasən, Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(016)-63/2023 saylı hökmü ilə ona təyin edilmiş 480 saat ictimai işlər cəzası CM-nin 68.3.2-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə tam toplanılmaqla, Təqsirləndirilən şəxs 01 (bir) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.3.2 və 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(016)-63/2023 saylı hökmü ilə təyin edilmiş 480 saat ictimai işlər cəzasının çəkilmiş 268 saatı azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) ay 07 (yeddi) gününə bərabər tutulmaqla, həmçinin ibtidai istintaq zamanı 16 aprel 2024-cü il tarixdən 18 aprel 2024-cü il tarixədək, həmçinin 19 iyun 2024-cü il tarixdən 01 avqust 2024-cü il tarixədək tutulduğu 01 (bir) ay 15 (on beş) günü azadlığın məhdudlaşdırılması cəzasının 03 (üç) aya bərabər tutulmaqla ona təyin edilmiş 01 (bir) il 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 04 (dörd) ay 23 (iyirmi üç) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-da səhər saat 07:00-adək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Ağsu rayonunun ərazisi hüdudlarını tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Ağsu rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin, məhkəmə iclas zalından dərhal azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə mülki iddia, maddi sübut, ekspertiza xərci və üzərinə həbs qoyulmuş əmlak eləcə də, xüsusi müsadirə olunması təklif olunan əmlak yoxdur. Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 20 (iyirmi) saat hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar