Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-55/2025 31.10.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi3, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx.xx.2005-ci il tarixdə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Neftçala rayonu, Kürkənd kəndində qeydiyyatda olmaqla, Neftçala şəhəri, Heydər Əliyev prospektində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx.xx.2003-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Səbail rayonu, Ö.F.Nemanzadə küçəsində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 xx.xx.1997-ci il tarixdə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Neftçala şəhəri, X7 küçəsi, ev 41 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 oğlu təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli yolla talamaqla təkrarən oğurlamışdır. Belə ki, o, tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs3 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 09 may 2025-ci il tarixdə, saat 14 radələrində özünün idarə etdiyi Xəzər markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Salyan rayonu Dayıkənd kəndi ərazisinə gəlib yol kənarında həmin kənd sakini Zərərçəkmiş şəxs7 məxsus qoyunların olduğunu gördükdən sonra avtomobili kənara çəkib saxlamış, hər ikisi birlikdə avtomobildən yerə düşüb qoyunlara yaxınlaşaraq hər biri bir baş olmaqla Zərərçəkmiş şəxs7 məxsus 02 baş, orta köklükdə, erkək cinsli, 6-7 aylıq, diri çəkisi təxminən 30-35 kiloqram, hər birinin dəyəri ayrı-ayrılıqda 320 manat olan quzuları, ümumilikdə Zərərçəkmiş şəxs7 640 manat dəyərində əmlakını gizli yolla talamaqla oğurlamışdır. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs3 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 16 may 2025-ci il tarixdə, saat 13 radələrində özünün idarə etdiyi Xəzər markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağsu rayonu Pirhəsənli kəndi ərazisinə gəlib yol kənarında həmin kənd sakini Zərərçəkmiş şəxs1 məxsus qoyunların olduğunu gördükdən sonra avtomobili kənara çəkib saxlamış, hər ikisi birlikdə avtomobildən yerə düşüb qoyunlara yaxınlaşaraq hər biri bir baş olmaqla Nemət Mirzəyevə məxsus 02 baş, orta köklükdə, erkək cinsli, 7-8 aylıq, diri çəkisi təxminən 20-22 kiloqram hər birinin dəyəri ayrı-ayrılıqda 190 manat olan quzuları, ümumilikdə Zərərçəkmiş şəxs1 380 manat dəyərində əmlakını gizli yolla talamaqla oğurlamışdır. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs3 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 2025-ci ilin may ayının sonlarında istintaqa dəqiq məlum olmayan gündə özünün idarə etdiyi Xəzər markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Neftçala rayonu Qardaşbəyli kəndi ərazisinə gəlib yol kənarında həmin kənd sakini Zərərçəkmiş şəxs4 məxsus qoyunların olduğunu gördükdən sonra avtomobili kənara çəkib saxlamış, hər ikisi birlikdə avtomobildən yerə düşüb qoyunlara yaxınlaşaraq hər biri bir baş olmaqla Zərərçəkmiş şəxs4 məxsus 02 baş, orta köklükdə, erkək cinsli, 3 aylıq, diri çəkisi təxminən 25 kiloqram hər birinin dəyəri ayrı-ayrılıqda 210 manat olan quzuları, ümumilikdə Zərərçəkmiş şəxs4 420 manat dəyərində əmlakını gizli yolla talamaqla oğurlamışdır. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs3 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 04 iyun 2025-ci il tarixdə, saat 14 radələrində Təqsirləndirilən şəxs3 idarə etdiyi Azsamand markalı, **-YA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Salyan rayonu Dayıkənd kəndi ərazisinə gəlib yol kənarında həmin kənd sakini Zərərçəkmiş şəxs7 məxsus qoyunların olduğunu gördükdən sonra Təqsirləndirilən şəxs3 avtomobili kənara çəkib saxlamış və kənar şəxs gələrsə məlumat vermək üçün avtomobilin içərisində qalıb ətrafı müşahidə etmiş, o, isə avtomobildən yerə düşüb qoyunlara yaxınlaşaraq Zərərçəkmiş şəxs7 məxsus 01 baş, orta köklükdə, erkək cinsli, 6-7 aylıq, diri çəkisi təxminən 30-35 kiloqram 320 manat dəyərində olan quzunu gizli yolla talamaqla oğurlamışdır. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs3 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 07 iyun 2025-ci il tarixdə, saat 14 radələrində özünün idarə etdiyi Xəzər markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Salyan rayonu Sarvan kəndi ərazisinə gəlib yol kənarında həmin kənd sakini Zərərçəkmiş şəxs8 məxsus qoyunların olduğunu gördükdən sonra avtomobili kənara çəkib saxlamış, kənar şəxs gələrsə Təqsirləndirilən şəxs3 məlumat vermək üçün avtomobilin içərisində qalıb ətrafı müşahidə etmiş, Təqsirləndirilən şəxs3 isə avtomobildən yerə düşüb qoyunlara yaxınlaşaraq Zərərçəkmiş şəxs8 məxsus 01 baş, orta köklükdə, erkək cinsli, 1 illik diri çəkisi təxminən 40 kiloqram 360 manat dəyərində olan quzunu gizli yolla talamaqla oğurlamışdır. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs3 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 2025-ci ilin iyun ayının ilk on günlüyünün sonuna yaxın istintaqa dəqiq məlum olmayan gündə özünün idarə etdiyi Xəzər markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Neftçala rayonu Ərəbqardaşbəyli kəndi ərazisinə gəlib yol kənarında həmin kənd sakini Zərərçəkmiş şəxs5 məxsus qoyunların olduğunu gördükdən sonra avtomobili kənara çəkib saxlamış, kənar şəxs gələrsə Təqsirləndirilən şəxs3 məlumat vermək üçün avtomobilin içərisində qalıb ətrafı müşahidə etmiş, Təqsirləndirilən şəxs3 isə avtomobildən yerə düşüb qoyunlara yaxınlaşaraq Zərərçəkmiş şəxs5 məxsus 01 baş, orta köklükdə, erkək cinsli, 7 aylıq diri çəkisi təxminən 45 kiloqram 390 manat dəyərində olan quzunu gizli yolla talamaqla oğurlamışdır. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs3 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 15 iyun 2025-ci il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs3 idarə etdiyi Azsamand markalı, **-YA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Neftçala rayonu Ərəbqardaşbəyli kəndi ərazisinə gəlib yol kənarında həmin kənd sakini Zərərçəkmiş şəxs6 məxsus qoyunların olduğunu gördükdən sonra Təqsirləndirilən şəxs3 avtomobili kənara çəkib saxlamış və kənar şəxs gələrsə məlumat vermək üçün avtomobilin içərisində qalıb ətrafı müşahidə etmiş, o, isə avtomobildən yerə düşüb qoyunlara yaxınlaşaraq Zərərçəkmiş şəxs6 məxsus 01 baş, orta köklükdə, erkək cinsli, 6 aylıq, diri çəkisi təxminən 35 kiloqram 320 manat dəyərində olan quzunu gizli yolla talamaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 21 iyun 2025-ci il tarixdə, saat 12 radələrində Təqsirləndirilən şəxs2 idarə etdiyi Opel markalı, **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağsu rayonu Gəgəli kəndi ərazisinə gəlib həmin kənd sakini Zərərçəkmiş şəxs3 məxsus qoyunların sonuncunun mərhum əmisi X5 məxsus kənarları metal tor və ağac kolları ilə hasara alınmış həyətyanı sahənin içərisində olduğunu gördükdən sonra aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 kənar şəxs gələrsə məlumat vermək üçün ətrafı müşahidə etmiş, o və Təqsirləndirilən şəxs3 həyətyanı sahənin məftil ilə bağlanmış giriş qapısını əlləri ilə açdıqdan sonra qanunsuz daxil olaraq, həyətyanı sahəsinin içərisindən hər biri bir baş olmaqla Zərərçəkmiş şəxs3 məxsus 02 baş, orta köklükdə, dişi cinsli, 8-9 aylıq diri çəkisi təxminən 30-40 kiloqram hər birinin dəyəri 320 manat olan quzuları, ümumilikdə Zərərçəkmiş şəxs3 640 manat dəyərində əmlakını gizli yolla talamaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 21 iyun 2025-ci il tarixdə, saat 14 radələrində Təqsirləndirilən şəxs2 idarə etdiyi Opel markalı, **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağsu rayonu Dədəli kəndi ərazisinə gəlib həmin kənd sakini Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin arxa tərəfindən keçən yolun kənarında Zərərçəkmiş şəxs2 məxsus qoyunların olduğunu gördükdən sonra qoyunların yanına yaxınlaşıb, aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 kənar şəxs gələrsə məlumat vermək üçün ətrafı müşahidə etmiş, o və Təqsirləndirilən şəxs3 hər biri iki baş olmaqla Zərərçəkmiş şəxs2 məxsus 04 baş, orta köklükdə, biri dişi cinsli, 10-12 aylıq diri çəkisi təxminən 35-40 kiloqram 320 manat dəyərində, üçü erkək cinsli, 10-12 aylıq diri çəkisi təxminən 35-40 kiloqram, hər birinin dəyəri ayrı-ayrılıqda 340 manat olan quzuları ümumilikdə Zərərçəkmiş şəxs2 1.340 manat dəyərində əmlakını gizli yolla talamaqla oğurlamışdır. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli yolla talamaqla təkrarən oğurlamışdır. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 21 iyun 2025-ci il tarixdə, saat 12 radələrində özünün idarə etdiyi Opel markalı, **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağsu rayonu Gəgəli kəndi ərazisinə gəlib həmin kənd sakini Zərərçəkmiş şəxs3 məxsus qoyunların sonuncunun mərhum əmisi X5 məxsus kənarları metal tor və ağac kolları ilə hasara alınmış həyətyanı sahənin içərisində olduğunu gördükdən sonra aralarında olan razılaşmaya əsasən o, kənar şəxs gələrsə məlumat vermək üçün ətrafı müşahidə etmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 həyətyanı sahənin məftil ilə bağlanmış giriş qapısını əlləri ilə açdıqdan sonra qanunsuz daxil olaraq, həyətyanı sahəsinin içərisindən hər biri bir baş olmaqla Zərərçəkmiş şəxs3 məxsus 02 baş, orta köklükdə, dişi cinsli, 8-9 aylıq, diri çəkisi təxminən 30-40 kiloqram hər birinin dəyəri 320 manat olan quzuları, ümumilikdə Zərərçəkmiş şəxs3 640 manat dəyərində əmlakını gizli yolla talamaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 21 iyun 2025-ci il tarixdə, saat 14 radələrində özünün idarə etdiyi Opel markalı, **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağsu rayonu Dədəli kəndi ərazisinə gəlib həmin kənd sakini Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin arxa tərəfindən keçən yolun kənarında Zərərçəkmiş şəxs2 məxsus qoyunların olduğunu gördükdən sonra qoyunların yanına yaxınlaşıb, aralarında olan razılaşmaya əsasən o, kənar şəxs gələrsə məlumat vermək üçün ətrafı müşahidə etmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 hər biri iki baş olmaqla Zərərçəkmiş şəxs2 məxsus 04 baş, orta köklükdə, biri dişi cinsli, 10-12 aylıq, diri çəkisi təxminən 35-40 kiloqram 320 manat dəyərində, üçü erkək cinsli, 10-12 aylıq, diri çəkisi təxminən 35-40 kiloqram, hər birinin dəyəri ayrı-ayrılıqda 340 manat olan quzuları ümumilikdə Zərərçəkmiş şəxs2 1.340 manat dəyərində əmlakını gizli yolla talamaqla oğurlamışdır. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs3 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli yolla talamaqla təkrarən oğurlamışdır. Belə ki, o, tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 09 may 2025-ci il tarixdə, saat 14 radələrində sonuncunun idarə etdiyi Xəzər markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Salyan rayonu Dayıkənd kəndi ərazisinə gəlib yol kənarında həmin kənd sakini Zərərçəkmiş şəxs7 məxsus qoyunların olduğunu gördükdən sonra Təqsirləndirilən şəxs1 avtomobili kənara çəkib saxlamış, hər ikisi birlikdə avtomobildən yerə düşüb qoyunlara yaxınlaşaraq hər biri bir baş olmaqla Zərərçəkmiş şəxs7 məxsus 02 baş, orta köklükdə, erkək cinsli, 6-7 aylıq, diri çəkisi təxminən 30-35 kiloqram, hər birinin dəyəri ayrı-ayrılıqda 320 manat olan quzuları, ümumilikdə Zərərçəkmiş şəxs7 640 manat dəyərində əmlakını gizli yolla talamaqla oğurlamışdır. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 16 may 2025-ci il tarixdə, saat 13 radələrində sonuncunun idarə etdiyi Xəzər markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağsu rayonu Pirhəsənli kəndi ərazisinə gəlib yol kənarında həmin kənd sakini Zərərçəkmiş şəxs1 məxsus qoyunların olduğunu gördükdən sonra Təqsirləndirilən şəxs1 avtomobili kənara çəkib saxlamış, hər ikisi birlikdə avtomobildən yerə düşüb qoyunlara yaxınlaşaraq hər biri bir baş olmaqla Nemət Mirzəyevə məxsus 02 baş, orta köklükdə, erkək cinsli, 7-8 aylıq, diri çəkisi təxminən 20-22 kiloqram hər birinin dəyəri ayrı-ayrılıqda 190 manat olan quzuları, ümumilikdə Zərərçəkmiş şəxs1 380 manat dəyərində əmlakını gizli yolla talamaqla oğurlamışdır. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 2025-ci ilin may ayının sonlarında istintaqa dəqiq məlum olmayan gündə sonuncunun idarə etdiyi Xəzər markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Neftçala rayonu Qardaşbəyli kəndi ərazisinə gəlib yol kənarında həmin kənd sakini Zərərçəkmiş şəxs4 məxsus qoyunların olduğunu gördükdən sonra Təqsirləndirilən şəxs1 avtomobili kənara çəkib saxlamış, hər ikisi birlikdə avtomobildən yerə düşüb qoyunlara yaxınlaşaraq hər biri bir baş olmaqla Zərərçəkmiş şəxs4 məxsus 02 baş, orta köklükdə, erkək cinsli, 3 aylıq, diri çəkisi təxminən 25 kiloqram hər birinin dəyəri ayrı-ayrılıqda 210 manat olan quzuları, ümumilikdə Zərərçəkmiş şəxs4 420 manat dəyərində əmlakını gizli yolla talamaqla oğurlamışdır. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 04 iyun 2025-ci il tarixdə, saat 14 radələrində özünün idarə etdiyi Azsamand markalı, **-YA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Salyan rayonu Dayıkənd kəndi ərazisinə gəlib yol kənarında həmin kənd sakini Zərərçəkmiş şəxs7 məxsus qoyunların olduğunu gördükdən sonra avtomobili kənara çəkib saxlamış və kənar şəxs gələrsə məlumat vermək üçün avtomobilin içərisində qalıb ətrafı müşahidə etmiş, Təqsirləndirilən şəxs1 isə avtomobildən yerə düşüb qoyunlara yaxınlaşaraq Zərərçəkmiş şəxs7 məxsus 01 baş, orta köklükdə, erkək cinsli, 6-7 aylıq, diri çəkisi təxminən 30-35 kiloqram 320 manat dəyərində olan quzunu gizli yolla talamaqla oğurlamışdır. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 07 iyun 2025-ci il tarixdə, saat 14 radələrində sonuncunun idarə etdiyi Xəzər markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Salyan rayonu Sarvan kəndi ərazisinə gəlib yol kənarında həmin kənd sakini Zərərçəkmiş şəxs8 məxsus qoyunların olduğunu gördükdən sonra Təqsirləndirilən şəxs1 avtomobili kənara çəkib saxlamış, kənar şəxs gələrsə məlumat vermək üçün avtomobilin içərisində qalıb ətrafı müşahidə etmiş, o isə avtomobildən yerə düşüb qoyunlara yaxınlaşaraq Zərərçəkmiş şəxs8 məxsus 01 baş, orta köklükdə, erkək cinsli, 1 illik, diri çəkisi təxminən 40 kiloqram 360 manat dəyərində olan quzunu gizli yolla talamaqla oğurlamışdır. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 2025-ci ilin iyun ayının ilk on günlüyünün sonuna yaxın istintaqa dəqiq məlum olmayan gündə sonuncunun idarə etdiyi Xəzər markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Neftçala rayonu Ərəbqardaşbəyli kəndi ərazisinə gəlib yol kənarında həmin kənd sakini Zərərçəkmiş şəxs5 məxsus qoyunların olduğunu gördükdən sonra Təqsirləndirilən şəxs1 avtomobili kənara çəkib saxlamış, kənar şəxs gələrsə məlumat vermək üçün avtomobilin içərisində qalıb ətrafı müşahidə etmiş, o isə avtomobildən yerə düşüb qoyunlara yaxınlaşaraq Zərərçəkmiş şəxs5 məxsus 01 baş, orta köklükdə, erkək cinsli, 7 aylıq, diri çəkisi təxminən 45 kiloqram 390 manat dəyərində olan quzunu gizli yolla talamaqla oğurlamışdır. Bundan başqa o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 15 iyun 2025-ci il tarixdə saat 19 radələrində özünün idarə etdiyi Azsamand markalı, **-YA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Neftçala rayonu Ərəbqardaşbəyli kəndi ərazisinə gəlib yol kənarında həmin kənd sakini Zərərçəkmiş şəxs6 məxsus qoyunların olduğunu gördükdən sonra avtomobili kənara çəkib saxlamış və kənar şəxs gələrsə məlumat vermək üçün avtomobilin içərisində qalıb ətrafı müşahidə etmiş, Təqsirləndirilən şəxs1 isə avtomobildən yerə düşüb qoyunlara yaxınlaşaraq Zərərçəkmiş şəxs6 məxsus 01 baş, orta köklükdə, erkək cinsli, 6 aylıq diri çəkisi təxminən 35 kiloqram 320 manat dəyərində olan quzunu gizli yolla talamaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 21 iyun 2025-ci il tarixdə, saat 12 radələrində Təqsirləndirilən şəxs2 idarə etdiyi Opel markalı, **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağsu rayonu Gəgəli kəndi ərazisinə gəlib həmin kənd sakini Zərərçəkmiş şəxs3 məxsus qoyunların sonuncunun mərhum əmisi X5 məxsus kənarları metal tor və ağac kolları ilə hasara alınmış həyətyanı sahənin içərisində olduğunu gördükdən sonra aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 kənar şəxs gələrsə məlumat vermək üçün ətrafı müşahidə etmiş, o və Təqsirləndirilən şəxs1 həyətyanı sahənin məftil ilə bağlanmış giriş qapısını əlləri ilə açdıqdan sonra qanunsuz daxil olaraq, həyətyanı sahəsinin içərisindən hər biri bir baş olmaqla Zərərçəkmiş şəxs3 məxsus 02 baş, orta köklükdə, dişi cinsli, 8-9 aylıq, diri çəkisi təxminən 30-40 kiloqram hər birinin dəyəri 320 manat olan quzuları, ümumilikdə Zərərçəkmiş şəxs3 640 manat dəyərində əmlakını gizli yolla talamaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 21 iyun 2025-ci il tarixdə, saat 14 radələrində Təqsirləndirilən şəxs2 idarə etdiyi Opel markalı, **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağsu rayonu Dədəli kəndi ərazisinə gəlib həmin kənd sakini Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin arxa tərəfindən keçən yolun kənarında Zərərçəkmiş şəxs2 məxsus qoyunların olduğunu gördükdən sonra qoyunların yanına yaxınlaşıb, aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 kənar şəxs gələrsə məlumat vermək üçün ətrafı müşahidə etmiş, o və Təqsirləndirilən şəxs1 hər biri iki baş olmaqla Zərərçəkmiş şəxs2 məxsus 04 baş, orta köklükdə biri dişi cinsli, 10-12 aylıq, diri çəkisi təxminən 35-40 kiloqram, 320 manat dəyərində, üçü erkək cinsli, 10-12 aylıq, diri çəkisi təxminən 35-40 kiloqram, hər birinin dəyəri ayrı-ayrılıqda 340 manat olan quzuları ümumilikdə Zərərçəkmiş şəxs2 1.340 manat dəyərində əmlakını gizli yolla talamaqla oğurlamışdır. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs3 CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, Neftçala rayonu Kürkənd kəndində qeydiyyatda olsa da, faktiki olaraq nənəsi ilə birlikdə Neftçala şəhəri, H.Əliyev prospekti ev 21-də yaşayır, əvvəllər məhkum olunmamışdır. Özünə məxsus “Xəzər” markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Neftçala-Bakı marşrutu üzrə sərnişin daşımaqla məşğuldur, BC dərəcəli sürücülük vəsiqəsi vardır. Neftçala rayon sakinləri Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 onun tanışlarıdır. Təqsirləndirilən şəxs3 təxminən 2 ildir tanıyır, Ümüd də onun kimi taksi fəaliyyəti ilə məşğuldur, aralarında dostluq münasibətləri yaranmışdır, ədavət və ziddiyyət olmamışdır, hazırda da yoxdur. 2025-ci ilin aprel ayının ortalarında Ümüd ilə öz aralarında söhbət edərkən hər ikisinin maddi cəhətdən əziyyət çəkdiyini deyib birlikdə yol kənarında otlayan heyvanlardan oğurlayıb aparıb sataraq qazanc əldə edib pulu aralarında bölməklə bağlı qərara gəlmişlər. Edəcəkləri oğurluqları Salyan rayonu ərazisində etməyi qərarlaşdırmış və bundan sonra mayın 9-da günorta saatlarında onun idarə etdiyi “Xəzər” markalı avtomaşınla Salyan rayonu ərazisinə getmişlər. Salyan rayonu Dayıkənd kəndi ərazisində köhnə Ələt-Astara avtomobil yolu ilə hərəkətdə olarkən yol kənarında təxminən 20-25 başdan ibarət qoyun sürüsünün sahibsiz otladığını görüb həmin sürüdən 2 baş heyvan oğurlamaq qərarına gəlmişlər. Ətrafda heç kimin və yolda kənar avtomobillərin olmadığına əmin olduqdan sonra o, avtomobili heyvan sürüsünün yanında saxlamışdır. Onlar avtomobildən düşüb hərəyə bir baş erkək quzunu tutub cəmi 2 baş heyvanı avtomobilin arxa yük yerinə yerləşdirib Neftçala rayonu istiqamətində yola düşmüşlər. Neftçala rayonuna çatdıqda onun həyətinə gəlmişlər. Sonra o, heyvanları satmaq üçün heyvan alqı-satqısı ilə məşğul olan Neftçala şəhər sakini Şahid zəng edib satılıq heyvan olduğunu demişdir. Bir azdan Sadiq onların həyətinə gəlmiş və oğurlayıb gətirdikləri heyvanlara baxıb qiymətlərini soruşmuşdur. O, 2 baş, hər biri 30-35 kq çəkidə olan erkək quzuları cəmi 700 manata satdığını demiş, lakin Sadiq heyvanlara cəmi 600 manat verə biləcəyini dedikdə o, bu qiymətlə razılaşmışdır. Sadiq pulu onlara verdikdən sonra heyvanları götürüb getmiş, onlar isə pulu aralarında bölüb hərəyə 300 manat götürmüşlər. Bundan başqa 15 may 2025-ci il tarixdə o, Ümüdlə Neftçala şəhərində görüşüb söhbət edərkən pula ehtiyacı olduğu üçün oğurluq etmək və pul əldə etmək qərarına gəlmişlər. Sonra isə Ağsu rayonu ərazisinə getməyi və oradan xırda buynuzlu heyvan oğurlamağı planlaşdırmışlar. Səhəri gün, yəni 16 may 2025-ci il tarixdə saat 08 radələrində onun idarə etdiyi Xəzər markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ümüdlə birlikdə Ağsu rayonu istiqamətində gəlməyə başlamışlar. Ağsu rayonu ərazisinə çatdıqdan sonra adını sonradan bildiyi Ağsu rayon Pirhəsənli kəndinin içərisinə gəlmişlər. Saat təxminən 13 radələrində kəndin içərisinə çatdıqdan sonra kəndin içərisində yolun kənarında 15-20 baş xırdabuynuzlu qoyun heyvanlarının olduğunu görmüşlər. Onlar həmin ərazidə kiminsə olmadığına əmin olduqdan sonra o, avtomobili heyvanların yanına sürmüşdür. Sonra avtomobildən düşüb heyvanalara yaxınlaşıb hərəsi bir baş quzu heyvanı tutmuşlar. Sonra heyvanları gətirib avtomobilin yük yerinə yerləşdirmişlər. Bundan sonra avtomobilə əyləşib həmin ərazidən uzaqlaşmış və Neftçala rayonuna getmişlər. Heyvanları həmin gün Neftçala rayon sakini Sadiq adlı şəxsə ümumilikdə 350 manata satmışlar. Heyvanların satışından əldə edilən pulu Ümüdlə yarı bölmüşlər. Bundan başqa 2025-ci ilin may ayının sonlarında dəqiq yadında qalmayan tarixdə özünə məxsus “Xəzər” markalı **-YG-*** nömrəli maşınla tanışı Ümüdlə birlikdə Neftçala rayonu Ərəbqardaşbəyli kəndində hərəkətdə olarkən yolda ağacın altında bir neçə qoyunun olduğunu görmüşlər. Həmin vaxt günorta saat 12 radələri olarmış. O, maşını qoyunların yanında küçədə saxlamış və dərhal maşından düşərək sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs4 məxsus 02 baş quzunu maşının baqajına qoymuşlar. Daha sonra isə oradan uzaqlaşmış, həmin qoyunları Neftçala şəhər sakini Sadiq adlı qəssaba biri 170 manat, digəri 180 manat olmaqla satmışlar. Qoyunları Sadiqə satarkən onların özlərinə məxsus olduğunu bildirmişlər. Bundan başqa növbəti dəfə iyunun 04-də günorta saatlarında eynu üsulla oğurluq etmək məqsədilə Ümüd ilə birlikdə Ümüdün idarə etdiyi “Azsamand” markalı avtomaşınla yenidən Salyan rayonu Dayıkənd kəndi ərazisindən keçən Ələt-Astara avtomobil yolunun kənarında otlayan heyvan sürüsünün yanına gəlmişlər. Bu dəfə də yol kənarında otlayan təxminən 20-25 başdan ibarət qoyun sürüsünün sahibsiz otladığını görüb Ümüd avtomobili sürünün yanında saxlamışdır. Ətrafda heç kimin və yolda kənar avtomobilin olmadığına əmin olduqdan sonra o, avtomobildən enib 1 baş heyvanı tutub avtomobilin arxa yük yerinə yerləşdirdikdən sonra onlar Neftçala rayonu istiqamətində yola düşmüşlər. Neftçala rayonuna çatıb evin həyətinə gəlmiş və o, yenə Sadiqə zəng edib satılıq heyvan olduğunu demişdir. Bir azdan həyətə gələn Sadiq onların oğurlayıb gətirdiyi heyvana baxıb qiymətini soruşmuşdur. O, 1 baş, 15-16 kq çəkidə erkək quzunu 250 manata satdığını demiş lakin Sadiq heyvana cəmi 220 manat verə biləcəyini dedikdə onlar Sadiqlə razılaşmışlar. Sadiq pulu verdikdən sonra heyvanı götürüb özü ilə aparmış, onlar isə pulu Ümüd ilə aralarında bölüb hərəyə 110 manat götürmüşlər. Bundan başqa növbəti dəfə iyunun 07-də günorta saatlarında eynu üsulla oğurluq etmək məqsədilə Ümüd ilə birlikdə onun idarə etdiyi “Xəzər” markalı avtomaşınla Salyan rayonu Sarvan kəndi ərazisindən keçən Ələt-Astara avtomobil yolunun kənarında otlayan heyvan sürüsünün yanına gəlmişlər. Bu dəfə də yol kənarında otlayan təxminən 20-25 başdan ibarət qoyun sürüsünün sahibsiz otladığını görüb avtomobili sürünün yanında saxlamışdır. Ətrafda heç kimin və yolda kənar avtomobillərin olmadığına əmin olduqdan sonra Ümüd avtomobildən enib sürüdən 1 baş heyvanı tutub avtomobilin arxa yük yerinə yerləşdirdikdən sonra onlar Neftçala rayonu istiqamətində yola düşmüşlər. Neftçala rayonuna çatıb onların evinin həyətinə gəlmişlər. O, yenə Sadiqə zəng edib satılıq heyvan olduğunu demişdir. Bir azdan həyətə gələn Sadiq onların oğurlayıb gətirdiyi heyvana baxıb qiymətini soruşmuşdur. O, bu dəfə də 1 baş, 18-20 kq çəkidə olan erkək quzunu 250 manata satdığını demişdir, lakin Sadiq heyvana cəmi 220 manat verə biləcəyini dedikdə o, bu qiymətə razılaşmışdır. Sadiq pulu onlara verdikdən sonra heyvanı götürüb özü ilə aparmış, onlar isə pulu aralarında bölüb hərəyə 110 manat götürmüşlər. Bundan başqa onlar 2025-ci ilin iyun ayının əvvəllərində ayın 7-dən sonra təkrar olaraq Neftçala rayonu Ərəbqardaşbəyli kəndi ərazisində həmin yerdən bir baş sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs5 məxsus erkək quzunu oğurlayıb onun maşınının baqajına qoymuşlar. Həmin vaxt günorta saat 13 radələri olarmış. O, maşını saxlamış və Ümüd maşından düşərək quzunu baqaja qoymuşdur. Daha sonra isə oradan uzaqlaşmışlar. Hadisə vaxtı onları heç kim görməmişdir. Həmin quzunu konkret olaraq qəssaba satdıqlarını və ya bazarda satdıqlarını xatırlamır. Bundan başqa o, Ümüdlə birlikdə Ümüdə məxsus “Azsamand” markalı **-YA-*** nömrəli maşınla Neftçala rayonu Ərəbqardaşbəyli kəndində hərəkətdə olarkən yolda adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs6 məxsus quzuların olduğunu görmüşlər. Həmin vaxt 2025-ci ilin iyun ayının 15-i axşam saat 19 radələri imiş. Avtomobili Ümüd idarə edirmiş. Ümüd maşını küçədə quzuların yanında saxlamışdır. O isə tez maşından düşərək bir baş erkək quzunu tutub baqaja qoymuş və onları həmin yerdən uzaqlaşmışlar. Həmin quzunu oğurladıqları gün Salyan rayonunda heyvan bazarında tanımadıqları şəxsə 250 manata satmışlar. Onlar oğurladıqları heyvanları satarkən pulu Ümüdlə yarı bölürmüşlər. O, öz payına düşən pulları şəxsi məqsədləri üçün xərcləmişdir. Bundan başqa 20 iyun 2025-ci il tarixdə tanışları Ümüd və Hüseynlə Neftçala şəhərində görüşüb söhbət edərkən pula ehtiyacları olduğu üçün oğurluq etmək və pul əldə etmək qərarına gəlmişlər. Sonra isə Ağsu rayonu ərazisinə getməyi və oradan xırda buynuzlu heyvan oğurlamağı planlaşdırmışlar. Səhəri gün, yəni 21 iyun 2025-ci il tarixdə saat 08 radələrində Hüseynin idarə etdiyi Opel markalı **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağsu rayonu istiqamətində gəlməyə başlamışlar. Onlar gəlib Ağsu rayonu ərazisinə çatdıqdan sonra adını sonradan bildiyi Ağsu rayon Gəgəli kəndinin içərisinə gəlmişlər. Saat təxminən 12 radələrində kəndin içərisinə çatdıqdan sonra ətrafı metal torla (setka) çəpərlənmiş yaşayış sahəsinin içərisində təxminən 15-20 baş qoyun və quzu heyvanlarının olduğunu görmüşlər. Hüseyn avtomobili həmin yaşayış sahəsinin kənarında saxlamışdır. Onlar həmin ərazidə heç kimin olmadığına əmin olduqdan sonra o, və Ümüd avtomobildən düşmüşlər. Hüseyn də avtomobildən aşağı düşüb avtomobilin yük yerini açmışdır. O və Ümüd heyvanların olduğu yerin dəmirdən düzəldilmiş və məftil ilə bağlanmış qapısını açıb içəri girmişlər. Onlar heyvanlara yaxınlaşdıqdan sonra hərəsi bir baş qoyun heyvanı tutub tez gətirib avtomobilin yük yerinə yerləşdirmişdir. Sonra isə avtomobilə əyləşmişlər. Hüseyn tez avtomobili idarə edib onları həmin ərazidən uzaqlaşdırmışdır. Sonra onlar kənddən çıxıb Ağsu rayonunun başqa kəndlərinə tərəf getməyə başlamışlar. Təxminən iki saat sonra onlar Ağsu rayonunun adını sonradan bildiyi Dədəli kəndinə çatmışlar. Onlar saat 14 radələrində Dədəli kəndinə çatdıqdan sonra Hüseyn avtomobili kəndin içərisinə sürmüşdür. Kəndin içərisində olan zaman yolun kənarında 15-20 baş xırdabuynuzlu qoyun heyvanlarının olduğunu görmüşlər. Onlar həmin ərazidə kiminsə olmadığına əmin olduqdan sonra Hüseyn avtomobili heyvanların yanına sürmüşdür. Sonra onlar avtomobildən düşmüş, Hüseyn tez gedib avtomobilin yük yerini açmışdır. O və Ümüd heyvanalara yaxınlaşıb hərəsi bir baş qoyun heyvanı tutmuşlar. Ümüd tutduğu qoyun heyvanını avtomobilin yük yerinə yerləşdirmişdir. O, isə artıq avtomobilin yük yerində yer olmadığı görüb qoyunu avtomobilin salonuna arxa hissəyə yerləşdirmişdir. Bundan sonra yenidən heyvanlara yaxınlaşıb hərəsi bir baş qoyun heyvanı tutub həmin qoyunları da gətirib avtomobilin salonuna yerləşdirmişlər. Sonra avtomobilə əyləşmişlər. Hüseyn avtomobili idarə edərək onları həmin ərazidən uzaqlaşdırmışdır. Bundan sonra onlar Neftçala şəhərinə getmişlər. Neftçala şəhərinə çatdıqdan sonra heyvanları aparıb onun yaşadığı evin arxasında yerləşən köhnə tikilinin içərisinə yığmışlar. Lakin heyvanları ora aparmaqlarından heç kimin xəbəri olmamışdır. Heyvanları səhəri gün aparıb Salyan şəhərində yerləşən heyvan bazarında satmağı planlaşdırmışlar. 22 iyun 2025-ci il tarixdə Hüseyn heyvanları satmaq üçün bazara getməmişdir. O və Ümüd həmin heyvanları onun Xəzər markalı **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobilinə yükləyib Salyan şəhərində yerləşən heyvan bazarına aparmışlar. Heyvanları bazarda tanımadığı müxtəlif şəxslərə və müxtəlif qiymətlərə satmışlar. Heyvanların satışından ümumilikdə 960 manat pul əldə etmişlər. Həmin gün onlar Hüseynlə görüşmüşlər. Heyvanların satışından əldə edilən 960 manat pulu üç yerə bölmüşlər. Daha sonra hərəsi öz yaşadığı ünvana getmişlər. Hər dəfə heyvanları satanda heyvanların oğurluq olmadığını, başqa bir dostlarına məxsus olduğunu, heyvanları ucuz alıb gətirib baha qiymətə satdıqlarını demişlər. O, törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxslərlə barışdığını, onlara dəymiş maddi ziyanı ödədiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Səbail rayonu, Ö.F.Nemanzadə küçəsində ailə üzvləri ilə birlikdə yaşayır. Bəzi vaxtlarda Neftçala rayonnunda bəzi vaxtlarda isə Bakı şəhərində olur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 onun tanışlarıdır. O, həmin şəxsləri uzun müddətdir ki, tanıyır. Özü taksi fəaliyyəti ilə məşğul olduğu üçün 2025-ci ilin iyun ayının ortalarında sürmək üçün günlük icarə əsasında Opel markalı avtomobil icarəyə götürmüşdür. Həmin avtomobilin icarə pulunu ödəməkdə çətinlik çəkirmiş. 20 iyun 2025-ci il tarixdə tanışları Hacıbaba və Ümüdlə Neftçala şəhərində görüşüb söhbət edərkən pula ehtiyac olduğu üçün oğurluq etmək və pul əldə etmək qərarına gəlmişlər. Sonra isə Ağsu rayonu ərazisinə getməyi və xırda buynuzlu heyvan oğurlamağı planlaşdırmışlar. Səhəri gün, yəni 21 iyun 2025-ci il tarixdə saat 08 radələrində idarə etdiyi Opel markalı, **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağsu rayonu istiqamətində gəlməyə başlamışlar. Ağsu rayonu ərazisinə çatdıqdan sonra adını sonradan bildiyi Ağsu rayon Gəgəli kəndinin içərisinə gəlmişlər. Saat təxminən 12 radələrində kəndin içərisinə çatdıqdan sonra ətrafı metal torla (setka) çəpərlənmiş yaşayış sahəsinin içərisində təxminən 15-20 baş qoyun və quzu heyvanlarının olduğunu görmüşlər. Onlar avtomobili həmin yaşayış sahəsinin kənarında saxlamışdır. Onlar həmin ərazidə heç kimin olmadığına əmin olduqdan sonra Ümüd və Hacıbaba avtomobildən düşmüşlər. O da avtomobildən aşağı düşüb avtomobilin yük yerini açmışdır. Ümüd və Hacıbaba heyvanların olduğu yerin dəmirdən düzəldilmiş və məftil ilə bağlanmış qapısını açıb içəri girmişlər. Ümüd və Hacıbaba heyvanlara yaxınlaşdıqdan sonra hərəsi bir baş qoyun heyvanı tutub tez gətirib avtomobilin yük yerinə yerləşdirmişlər. Sonra isə avtomobilə əyləşmişlər. O, tez avtomobili idarə etmiş və həmin ərazidən uzaqlaşmışlar. Sonra onlar kənddən çıxıb Ağsu rayonunun başqa kəndlərinə tərəf getməyə başlamışlar. Təxminən iki saat sonra onlar Ağsu rayonunun adını sonradan bildiyi Dədəli kəndinə çatmışlar. Onlar saat 14 radələrində Dədəli kəndinə çatdıqdan sonra o, avtomobili kəndin içərisinə sürmüşdür. Kəndin içərisində olan zaman yolun kənarında 15-20 baş xırdabuynuzlu qoyun heyvanlarının olduğunu görmüşlər. Onlar həmin ərazidə kiminsə olmadığına əmin olduqdan sonra avtomobili heyvanların yanına sürmüşlər. Sonra onlar avtomobildən düşmüşlər. O, tez gedib avtomobilin yük yerini açmışdır. Ümüd və Hacıbaba heyvanlara yaxınlaşıb hərəsi bir baş qoyun heyvanı tutmuşdur. Ümüd tutduğu qoyun heyvanını avtomobilin yük yerinə yerləşdirmişdir. Hacıbaba isə artıq avtomobilin yük yerində yer olmadığını görüb qoyunu avtomobilin salonuna arxa hissəyə yerləşdirmişdir. Bundan sonra yenidən heyvanlara yaxınlaşıb hərəsi bir baş qoyun heyvanı tutub həmin qoyunları da gətirib avtomobilin salonuna yerləşdirmişlər. Sonra avtomobilə əyləşmişlər. O da avtomobili idarə etmiş və onlar həmin ərazidən uzaqlaşmışlar. Bundan sonra onlar Neftçala şəhərinə getmişlər. Neftçala şəhərinə çatdıqdan sonra heyvanları aparıb Hacıbabanın yaşadığı evin arxasında yerləşən köhnə tikilinin içərisinə yığmışlar. Lakin heyvanları ora aparmaqlarından heç kimin xəbəri olmamışdır. Heyvanları səhəri gün aparıb Salyan şəhərində yerləşən heyvan bazarında satmağı planlaşdırmışlar. Sonra o, çıxıb yaşadığı evə getmişdir. 22 iyun 2025-ci il tarixdə o, heyvanları satmaq üçün Salyan şəhərində yerləşən bazara getmək istəməmişdir. Ümüd və Hacıbaba həmin heyvanları Hacıbabanın Xəzər markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobilinə yükləyib Salyan şəhərində yerləşən heyvan bazarına aparmışlar. Heyvanları bazarda müxtəlif şəxslərə və müxtəlif qiymətlərə satmışlar. Heyvanların satışından ümumilikdə 960 manat pul əldə edilmişdir. Həmin gün o, Hacıbaba və Ümüdlə görüşmüş, heyvanların satışından əldə edilən 960 manat pulu üç yerə bölmüşlər. Hərəsinə 320 manat pul düşmüşdür. Sonra öz evinə getmişdir. Ümüd və Hacıbaba heyvanları tutub gətirib avtomobilə yükləyən zaman o, ətrafa baxıb kənar şəxslərin gəlib-gəlməməsini yoxlayırmış. Həmçinin Ümüd və Hacıbaba heyvanları gətirib avtomobilə yükləyərkən yük yerini və qapını açıb heyvanların avtomobilə yerləşdirilməsində köməklik göstərirmiş. O, törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxslərlə barışdığını, onlara dəymiş maddi ziyanı ödədiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, ünvan 6 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır, 2 azyaşlı övladı vardır, ailənin yeganə qazanc mənbəyi odur, əvvəllər məhkum olunmamışdır. Özünə məxsus “Azsamand” markalı, **-YA-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Neftçala-Bakı marşrutu üzrə sərnişin daşımaqla məşğuldur, BC dərəcəli sürücülük vəsiqəsi vardır. Neftçala rayon sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun tanışlarıdır. Təqsirləndirilən şəxs1 təxminən 1 il 6 aydır ki, tanıyır, Hacıbaba da taksi fəaliyyəti ilə məşğuldur, aralarında dostluq münasibətləri yaranmışdır, ədavət və ziddiyyət olmamışdır, hazırda da yoxdur. 2025-ci ilin aprel ayının ortalarında Hacıbaba ilə öz aralarında söhbət edərkən hər ikisi maddi cəhətdən əziyyət çəkdiyini deyib birlikdə qərara gəlmişlər ki, yol kənarında otlayan heyvanlardan oğurlayıb aparıb satıb qazanc əldə edib pulu aralarında bölsünlər. Edəcəkləri oğurluqları Salyan rayonu ərazisində etməyi qərarlaşdırmış və bundan sonra mayın 9-da günorta saatlarında, saat təxminən 14 radələrində Hacıbabanın idarə etdiyi “Xəzər” markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Salyan rayonu ərazisinə gəlmişlər. Salyan rayonu Dayıkənd kəndi ərazisində köhnə Ələt-Astara avtomobil yolu ilə hərəkətdə olarkən yol kənarında təxminən 20-25 başdan ibarət qoyun sürüsünün sahibsiz otladığını görüb həmin sürüdən 2 baş heyvan oğurlamaq qərarına gəlmişlər. Ətrafda heç kimin və yolda kənar avtomobillərin olmadığına əmin olduqdan sonra Hacıbaba avtomobili heyvan sürüsünün yanında saxlamışdır. Onlar avtomobildən düşüb hərəyə bir baş erkək quzunu tutub cəmi 2 baş heyvanı avtomobilin arxa yük yerinə yerləşdirib Neftçala rayonu istiqamətində yola düşmüşlər. Neftçala rayonuna çatdıqda Hacıbabanın yaşadığı evin həyətinə gəlmişlər. Sonra heyvanları satmaq üçün Hacıbaba heyvan alqı-satqısı ilə məşğul olan Neftçala şəhər sakini Şahid zəng edib satılıq heyvan olduğunu demişdir. Bir azdan Hacıbabanın həyətinə gələn Sadiq onların oğurlayıb gətirdiyi heyvanlara baxıb qiymətlərini soruşmuşdur. Hacıbaba 2 baş, hər biri 30-35 kq çəkidə olan erkək quzuları cəmi 700 manata satdığını demiş, lakin Sadiq heyvanlara cəmi 600 manat verə biləcəyini dedikdə onlar bu qiymətə razılaşmışlar. Sadiq pulu onlara verdikdən sonra heyvanları götürüb getmiş, onlar isə pulu aralarında bölüb hərəyə 300 manat götürmüşlər. Bundan başqa 15 may 2025-ci il tarixdə Hacıbaba ilə Neftçala şəhərində görüşüb söhbət edərkən pula ehtiyac olduğu üçün oğurluq etmək və pul əldə etmək qərarına gəlmişlər. Sonra isə Ağsu rayonu ərazisinə getməyi və oradan xırda buynuzlu heyvan oğurlamağı planlaşdırmışlar. Səhəri gün, yəni 16 may 2025-ci il tarixdə saat 08 radələrində Hacıbabanın idarə etdiyi Xəzər markalı **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıbaba ilə birlikdə Ağsu rayonu istiqamətində gəlməyə başlamışlar. Ağsu rayonu ərazisinə çatdıqdan sonra adını sonradan bildiyi Ağsu rayon Pirhəsənli kəndinin içərisinə gəlmişlər. Saat təxminən 13 radələrində kəndin içərisinə çatdıqdan sonra kəndin içərisində yolun kənarında 15-20 baş xırdabuynuzlu qoyun heyvanlarının olduğunu görmüşlər. Onlar həmin ərazidə kiminsə olmadığına əmin olduqdan sonra Hacıbaba avtomobili heyvanların yanına sürmüşdür. Sonra avtomobildən düşmüşlər. O və Hacıbaba heyvanlara yaxınlaşıb hərəsi bir baş quzu heyvanı tutmuşlar. Sonra heyvanları gətirib avtomobilin yük yerinə yerləşdirmişlər. Bundan sonra avtomobilə əyləşib həmin ərazidən uzaqlaşmış və Neftçala rayonuna getmişlər. Heyvanları həmin gün Neftçala rayon sakini Sadiq adlı şəxsə ümumilikdə 350 manata satmışlar. Heyvanların satışından əldə edilən pulu Hacıbaba ilə yarı bölmüşlər. Bundan başqa 2025-ci ilin may ayının sonlarında Hacıbabaya məxsus “Xəzər” markalı **-YG-*** nömrəli avtomobillə Neftçala rayonu Ərəbqardaşbəyli kəndində hərəkətdə olarkən yolda ağacın altında bir neçə qoyunun olduğunu görmüşlər. Həmin vaxt günorta saat 12 radələri olarmış. Hacıbaba maşını qoyunların yanında küçədə saxlamış və onlar dərhal maşından düşərək sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs4 məxsus 02 baş quzunu maşının baqajına qoymuşlar. Daha sonra isə oradan uzaqlaşmışlar. Həmin quzuları Neftçala şəhər sakini Sadiq adlı qəssaba biri 170 manat, digəri 180 manat olmaqla satmışlar. Quzuları Sadiqə satarkən heyvanların özlərinə məxsus olduğunu bildirmişlər. Bundan başqa növbəti dəfə iyunun 04-də günorta saatlarında eyni üsulla oğurluq etmək məqsədilə Hacıbaba ilə birlikdə onun idarə etdiyi “Azsamand” markalı avtomaşınla yenidən Salyan rayonu Dayıkənd kəndi ərazisindən keçən Ələt-Astara avtomobil yolunun kənarında otlayan heyvan sürüsünün yanına gəlmişlər. Bu dəfə də yol kənarında otlayan təxminən 20-25 başdan ibarət qoyun sürüsünün sahibsiz otladığını görüb avtomobili sürünün yanında saxlamışlar. Ətrafda heç kimin və yolda kənar avtomobilin olmadığına əmin olduqdan sonra Hacıbaba avtomobildən enib 1 baş heyvanı tutub avtomobilin arxa yük yerinə yerləşdirdikdən sonra Neftçala rayonu istiqamətində yola düşmüşlər. Neftçala rayonuna çatıb Hacıbabanın yaşadığı evin həyətinə gəlmiş və Hacıbaba yenə Sadiqə zəng edib satılıq heyvan olduğunu demişdir. Bir azdan həyətə gələn Sadiq onların oğurlayıb gətirdiyi heyvana baxıb qiymətini soruşmuşdur. Hacıbaba 1 baş, 35-40 kiloqram diri çəkidə erkək quzunu 250 manata satdığını demiş, lakin Sadiq heyvana cəmi 220 manat verə biləcəyini dedikdə onlar Sadiqlə razılaşmışlar. Sadiq pulu verdikdən sonra heyvanı götürüb aparmış, onlar isə pulu Hacıbaba ilə aralarında bölüb hərəyə 110 manat götürmüşlər. Bundan başqa növbəti dəfə iyunun 07-də günorta saatlarında eyni üsulla oğurluq etmək məqsədilə Hacıbaba ilə birlikdə bu dəfə onun idarə etdiyi “Xəzər” markalı avtomaşınla Salyan rayonu Sarvan kəndi ərazisindən keçən Ələt-Astara avtomobil yolunun kənarında otlayan heyvan sürüsünün yanına gəlmişlər. Bu dəfə də yol kənarında otlayan təxminən 20-25 başdan ibarət qoyun sürüsünün sahibsiz otladığını görüb Hacıbaba avtomobili sürünün yanında saxlamışdır. Ətrafda heç kimin və yolda kənar avtomobillərin olmadığına əmin olduqdan sonra o, avtomobildən enib sürüdən 1 baş heyvanı tutub avtomobilin arxa yük yerinə yerləşdirdikdən sonra Neftçala rayonu istiqamətində yola düşmüşlər. Neftçala rayonuna çatıb Hacıbabanın yaşadığı evin həyətinə gəlmişlər. Hacıbaba yenə Sadiqə zəng edib satılıq heyvan olduğunu demişdir. Bir azdan həyətə gələn Sadiq onların oğurlayıb gətirdiyi heyvana baxıb qiymətini soruşmuş. Hacıbaba bu dəfə də 1 baş, 35-40 kiloqram diri çəkidə olan erkək quzunu 250 manata satdığını demişdir, lakin Sadiq heyvana cəmi 220 manat verə biləcəyini dedikdə onlar bu qiymətə razılaşmışlar. Sadiq pulu onlara verdikdən sonra heyvanı götürüb özü ilə aparmış, onlar isə pulu aralarında bölüb hərəyə 110 manat götürmüşlər. Bundan başqa 2025-ci ilin iyun ayının əvvəllərində ayın 7-dən sonra oğurluq etmək məqsədilə Hacıbaba ilə birlikdə Hacıbabanın idarə etdiyi “Xəzər” markalı avtomaşınla Neftçala rayonu Ərəbqardaşbəyli kəndi ərazisinə gəlib yolda ağacın altından bir baş erkək cinsli, 40-45 kiloqram diri çəkidə olan quzunu oğurlayıb Hacıbabanın maşınının baqajına qoymuşlar. Həmin vaxt günorta saat 13 radələri olarmış. Hacıbaba maşını saxlamış və o, maşından düşərək quzunu baqaja qoymuşdur. Daha sonra isə oradan uzaqlaşmışlar. Hadisə vaxtı onları heç kim görməmişdir. Həmin quzunu da qəssab Sadiqə dəqiq xatırlamadığı qiymətə satmışlar. Sonradan onlara məlum olmuşdur ki, həmin quzu Neftçala rayon sakini Zərərçəkmiş şəxs5 məxsusdur. Bundan başqa o, Hacıbaba ilə birlikdə ona məxsus “Azsamand” markalı, **- YA-*** nömrəli maşınla Neftçala rayonu Ərəbqardaşbəyli kəndində hərəkətdə olarkən yolda adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs6 məxsus quzuların olduğunu görmüşlər. Həmin vaxt 2025-ci ilin iyun ayının 15-i axşam saat 19 radələri imiş. Avtomobili o, idarə edirmiş. O, maşını küçədə quzuların yanında saxlamışdır. Hacıbaba isə tez maşından düşərək bir baş erkək quzunu tutub baqaja qoymuş və onlar həmin yerdən uzaqlaşmışlar. Həmin quzunu oğurladıqları gün Salyan rayonunda heyvan bazarında tanımadığı şəxsə 250 manata satmışlar. Onlar oğurladığı heyvanları satarkən heyvanların pulunu Hacıbaba ilə yarı bölmüşlər. O, öz payına düşən pulları şəxsi məqsədləri üçün xərcləmişdir. Bundan başqa 20 iyun 2025-ci il tarixdə o, tanışları Hacıbaba və Hüseynlə Neftçala şəhərində görüşüb söhbət edərkən pula ehtiyac olduğu üçün oğurluq etmək və pul əldə etmək qərarına gəlmişlər. Sonra isə Ağsu rayonu ərazisinə getməyi və oradan xırda buynuzlu heyvan oğurlamağı planlaşdırmışlar. Səhəri gün, yəni 21 iyun 2025-ci il tarixdə saat 08 radələrində Hüseynin idarə etdiyi Opel markalı, **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağsu rayonu istiqamətində gəlməyə başlamışlar. Ağsu rayonu ərazisinə çatdıqdan sonra adını sonradan bildiyi Ağsu rayon Gəgəli kəndinin içərisinə gəlmişlər. Saat təxminən 12 radələrində kəndin içərisinə çatdıqdan sonra ətrafı metal torla (setka) çəpərlənmiş yaşayış sahəsinin içərisində təxminən 15-20 baş qoyun və quzu heyvanlarının olduğunu görmüşlər. Hüseyn avtomobili həmin yaşayış sahəsinin kənarında saxlamışdır. Onlar həmin ərazidə heç kimin olmadığına əmin olduqdan sonra o və Hacıbaba avtomobildən düşmüşlər. Hüseyn də avtomobildən aşağı düşüb avtomobilin yük yerini açmışdır. O və Hacıbaba heyvanların olduğu yerin dəmirdən düzəldilmiş və məftil ilə bağlanmış qapısını açıb içəri girmişlər. Onlar heyvanlara yaxınlaşdıqdan sonra hərəsi bir baş qoyun heyvanı tutub tez gətirib avtomobilin yük yerinə yerləşdirmişlər. Sonra isə avtomobilə əyləşmiş, Hüseyn tez avtomobili idarə edib onları həmin ərazidən uzaqlaşdırmışlar. Sonra onlar kənddən çıxıb Ağsu rayonunun başqa kəndlərinə tərəf getməyə başlamışlar. Təxminən iki saat sonra onlar Ağsu rayonunun adını sonradan bildiyi Dədəli kəndinə çatmışlar. Onlar saat 14 radələrində Dədəli kəndinə çatdıqdan sonra Hüseyn avtomobili kəndin içərisinə sürmüşdür. Kəndin içərisində olan zaman yolun kənarında 15-20 baş xırdabuynuzlu qoyun heyvanlarının olduğunu görmüşlər. Onlar həmin ərazidə kiminsə olmadığına əmin olduqdan sonra Hüseyn avtomobili heyvanların yanına sürmüşdür. Sonra onlar avtomobildən düşmüş, Hüseyn tez gedib avtomobilin yük yerini açmışdır. O və Hacıbaba heyvanlara yaxınlaşıb hərəsi bir baş qoyun heyvanı tutmuşlar. O tutuduğu qoyun heyvanını avtomobilin yük yerinə yerləşdirmişdir. Hacıbaba isə artıq avtomobilin yük yerində yer olmadığını görüb qoyunu avtomobilin salonuna arxa hissəyə yerləşdirmişdir. Bundan sonra yenidən heyvanlara yaxınlaşıb hərəsi bir baş qoyun heyvanı tutub həmin qoyunları da gətirib avtomobilin salonuna yerləşdirmişlər. Sonra avtomobilə əyləşmişlər. Hüseyn avtomobili idarə edərək onları həmin ərazidən uzaqlaşdırmışdır. Bundan sonra onlar Neftçala şəhərinə getmişlər. Neftçala şəhərinə çatdıqdan sonra heyvanları aparıb Hacıbabanın yaşadığı evin arxasında yerləşən köhnə tikilinin içərisinə yığmışlar. Lakin heyvanları ora aparmaqlarından heç kimin xəbəri olmamışdır. Heyvanları səhəri gün aparıb Salyan şəhərində yerləşən heyvan bazarında satmağı planlaşdırmışlar. 22 iyun 2025-ci il tarixdə Hüseyn heyvanları satmaq üçün bazara getməmişdir. 22 iyun 2025-ci il tarixdə o və Hacıbaba həmin heyvanları Hacıbabanın Xəzər markalı, **-YG-*** dövlət qeydiyyat nişanlı avtomobilinə yükləyib Salyan şəhərində yerləşən heyvan bazarına aparmışlar. Heyvanları bazarda tanımadıqları müxtəlif şəxslərə və müxtəlif qiymətlərə satmışlar. Heyvanların satışından ümumilikdə 960 manat pul əldə etmişlər. Həmin gün Hüseynlə görüşmüş və heyvanların satışından əldə edilən 960 manat pulu üç yerə bölmüşlər. Daha sonra hərəsi öz yaşadıqları ünvana getmişlər. Hər dəfə heyvanları satanda heyvanların oğurluq olmadığını, başqa bir dostlarına məxsus olduğunu, heyvanları ucuz alıb gətirib baha qiymətə satdıqlarını demişlər. O, törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxslərlə barışdığını, onlara dəymiş maddi ziyanı ödədiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 göstərdi ki, Ağsu rayon Gəgəli kəndində ailə üzvlərilə birlikdə yaşayır. Fərdi təsərüfatla məşğul olur, təsərüfatında özünə məxsus 16 baş xırdabuynuzlu heyvanı olmuşdur. O, həmin xırda buynuzlu heyvanları yaşadığı kənd ərazisində otarır. 21 iyun 2025-ci il tarixdə saat 10 radələrində havanının isti olmasına görə otardığı 16 baş xırdabuynuzlu heyvanları kəndin mərkəzi hissəsində yerləşən mərhum əmisinə məxsus yaşayış olmayan həyətyanı sahəyə salaraq evə getmişdir. Axşam saat 19 radələrində qoyunları həmin həyətyanı sahədən götürüb evə apararkən qoyunları saydıqda iki başının olmadığını müəyyən etmişdir. O, həmin həyətyanı sahənin kənarlarında açıq yerlər olduğundan əvvəlcə iki baş qoyun heyvanlarının itməsini düşündüyü üçün kənd ərazisində axtarmışdır. Lakin qoyunları tapa bilmədiyindən heyvanların oğurlanmasını düşünmüş və bu barədə DİN-in “102” zəng xidməti mərkəzinə məlumat vermişdir. Ona məxsus 2 baş xırdabuynuzlu heyvan 21 iyun 2025-ci il tarixdə saat 10:00-dan 19:00 dək olan müddətdə Ağsu rayonu Gəgəli kəndində yerləşən mərhum əmisinə məxsus yaşayış olmayan, lakin kənarları bağlı olan həyatyanı sahədən oğurlanmışdır. Həmin heyvanlar bədən hissəsi qırmızı, başı ağ rəngli, dişi, orta köklükdə, 8-9 aylıq, diri çəkisi təxminən 30-40 kiloqram olan quzular olmuşdur. Ona məxsus oğurlanmış quzuların qiyməti ilə bağlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dəymiş zərərin qiymətləndirilməsinə dair rəyində həmin quzuların qiyməti göstərilmişdir. Həmin rəy ilə tanış olmuşdur. O, qiymətləndirmə rəyində göstərilən qiymətlərlə razıdır. Heç bir narazılığı, şikayəti və yaxud vəsatəti yoxdur. İş üzrə ona dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən tam olaraq ödənilmişdir. Heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərdi ki, Ağsu rayon Pirhəsənli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Özünə məxsus təsərrüfatda xırdabuynuzlu və iribuynuzlu heyvanlar saxlayır. Həmin heyvanlardan iribuynuzlu heyvanları kənddə olan nobata qoşaraq otarır, xırdabuyunuzlu heyvanları isə özü evinin yaxınlığında olan otlaq sahəsində otarır. xx.xx.2025-ci il tarixdə səhər saat 09 radələrində həmin xırdabuynuzlu heyvanları evdən təxminən 500 metr məsafədə olan otlaq sahəyə aparmışdır. Saat 13 radələrində isə həmin heyvanları gətirib evinin çöl tərəfində açıq yerdə saxlayıb yemək yemək üçün evə getmişdir. Yemək yedikdən sonra 1- 2 saat istirahət edib, saat 16 radələrində küçəyə çıxıb heyvanları otarmağa aparmaq istəyən vaxtı heyvanların küçənin aşağı hissəsindən yuxarı evə doğru gəldiyini görmüşdür. O, heyvanların sayının az olduğunu görüb dərhal heyvanları saymağa başlamışdır. Həmin heyvanlardan 2 baş 6-7 aylıq erkək quzuların olmadığını görmüşdür. Bundan sonra həmin heyvanların itməsini, başqa heyvanlara qarışıb getməsini düşünüb onları axtarmağa başlamışdır. İki gün ərzində heyvanları yaşadığı kənddə və qonşu kəndlərdə axtarsa da, tapa bilməmişdir. xx.xx.2025-ci il tarixdə heyvanları tapa bilmədiyi üçün heyvanların oğurlandığını düşünüb DİN-nin “102” xidməti-zəng mərkəzinə məlumat vermişdir. Həmin heyvanlar biri açıq sarı rəngli, erkək, orta köklükdə, 7-8 aylıq, diri çəkisi təxminən 20-22 kiloqram, digəri isə ağ rəngli, erkək, orta köklükdə, 7-8 aylıq, diri çəkisi təxminən 20-22 kiloqram olan quzular olmuşdur. Heyvanlar həyətin çölündə, küçədə olan zaman naməlum şəxslər gəlib heyvanları oğurlamışlar. Ona məxsus oğurlanmış quzuların qiyməti ilə bağlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dəymiş zərərin qiymətləndirilməsinə dair rəyində həmin quzuların qiyməti göstərilmiş, həmin rəy ilə tanış olmuşdur. O, qiymətləndirmə rəyində göstərilən qiymətlərlə razıdır. Heç bir narazılığı, şikayəti və yaxud vəsatəti yoxdur. İş üzrə ona dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən tam olaraq ödənilmişdir. Heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, təqsirləndirilən şəxslərlə barışmışdır. Ona dəymiş ziyan onlar tərəfindən tam olaraq ödənilmişdir. Heç bir şikayəti yoxdur. Zərərçəkmiş şəxs7 məhkəməyə teleqram ünvanlayaraq bildirmişdir ki, təqsirləndirilən şəxslərlə barışmışdır. Ona dəymiş ziyan onlar tərəfindən tam olaraq ödənilmişdir. İşə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs4 məhkəməyə teleqram ünvanlayaraq bildirmişdir ki, təqsirləndirilən şəxslərlə barışmışdır. Ona dəymiş ziyan onlar tərəfindən tam olaraq ödənilmişdir. İşə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs6 məhkəməyə teleqram ünvanlayaraq bildirmişdir ki, təqsirləndirilən şəxslərlə barışmışdır. Ona dəymiş ziyan onlar tərəfindən tam olaraq ödənilmişdir. İşə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs5 məhkəməyə teleqram ünvanlayaraq bildirmişdir ki, təqsirləndirilən şəxslərlə barışmışdır. Ona dəymiş ziyan onlar tərəfindən tam olaraq ödənilmişdir. İşə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs8 məhkəməyə teleqram ünvanlayaraq bildirmişdir ki, təqsirləndirilən şəxslərlə barışmışdır. Ona dəymiş ziyan onlar tərəfindən tam olaraq ödənilmişdir. İşə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş üzrə Şahid məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etməyən zərərçəkmiş şəxslərin və şahidin ibtidai istintaqda verdikləri ifadələr elan olunmuşdur. Cinayət işi üzrə Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Ağsu rayon Dədəli kəndində ailə üzvlərilə birlikdə yaşayır. Fərdi təsərrüfatla məşğul olur, təsərrüfatında özünə məxsus 28 baş xırda buynuzlu heyvanı olmuşdur. O, həmin xırda buynuzlu heyvanları yaşadığı kənd ərazisində otarır. 21 iyun 2025-ci il tarixdə saat 10 radələrində havanın isti olmasına görə otardığı 28 baş xırda buynuzlu heyvanları yaşadığı küçədə sahibsiz qoyaraq evə getmişdir. Təxminən saat 15 radələrində qoyunların yanına gedərkən qoyunlardan 4 başının olmadığını müəyyən etmişdir. O, əvvəlcə qoyun heyvanlarının itməsini düşündüyü üçün kənd ərazisində heyvanlar axtarmışdır. Lakin heyvanları tapa bilmədiyindən heyvanların oğurlanmasını düşünmüş və bu barədə DİN-in “102” zəng xidməti mərkəzinə məlumat vermişdir. Ona məxsus 4 baş xırdabuynuzlu heyvanları 21 iyun 2025-ci il tarixdə saat 10:00-dan 15:00-dək olan müddətdə Ağsu rayonu Dədəli kəndində yerləşən küçədən oğurlanmışdır. Həmin heyvanlardan biri boz rəngli, dişi, orta köklükdə, 10-12 aylıq, diri çəkisi təxminən 35-40 kiloqram, üçü isə qara rəngli, erkək, orta köklükdə, 10-12 aylıq, diri çəkisi təxminən 35-40 kiloqram olan quzular olmuşdur. Ona məxsus oğurlanmış quzuların qiyməti ilə bağlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dəymiş zərərin qiymətləndirilməsinə dair rəyində həmin quzuların qiyməti göstərilmişdir. Həmin rəy ilə tanış olmuşdur. O, qiymətləndirmə rəyində göstərilən qiymətlərlə razıdır. Heç bir narazılığı, şikayəti və yaxud vəsatəti yoxdur. Cinayət işi üzrə Zərərçəkmiş şəxs7 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Salyan rayonu Dayıkənd kəndində yaşayır, məhkum olunmamışdır, şəxsi təsərrüfatla məşğuldur. Təsərrüfatında 23 baş xırda buynuzlu heyvan olmuşdur, heyvanları otarıb sonradan satmaqla məşğuldur. Yaşadığı ev kənd ərazisindən keçən Ələt-Astara avtomobil yolunun kənarında yerləşir, avtomobil yolu ilə evinin arasında 25-30 metr enində otlaq sahəsi olduğundan heyvanları həmişə həmin otlaq sahəsinə buraxıb orada otarır. 2025-ci il mayın 09-da səhər saatlarında növbəti dəfə heyvanları həmin otlaq sahəsinə buraxmış və axşam saatlarında heyvanları evə qaytaran zaman 2 baş heyvanın sürüdə olmadığını aşkar etmişdir. Həmin heyvanların hər biri 6-7 aylıq, 30-35 kq çəkidə erkək quzular olmuşdur və hər birinin qiyməti 300 manat olmuşdur. Həmin vaxt hesab etmişdir ki, heyvanlar sürüdən ayrılıb itmiş və bu barədə 12 may tarixində DİN-in “102” zəng xidməti mərkəzinə məlumat verib həmin tarixdə Salyan rayon polis şöbəsinə ərizə yazmışdır. Buna baxmayaraq itdiyini hesab etdiyi heyvanları özü axtarmağa davam edirmiş. Növbəti dəfə iyunun 7-də səhər saatlarında heyvanları həmin otlaq sahəsinə buraxmış və axşam saatlarında heyvanları həyətə qaytaran zaman bu dəfə 1 baş heyvanın sürüdə olmadığını aşkar etmişdir. Həmin heyvan da 6-7 aylıq, 15-16 kq çəkidə, 300 manat qiymətində erkək quzu olmuşdur. Bu dəfə də həmin heyvanın sürüdən ayrı düşüb itdiyini zənn etmiş və bu səbəbdən polisə məlumat verməmişdir. Buna baxmayaraq həmin quzunun da axtarışını özü aparmış, lakin heyvanı tapa bilməmişdir. Bu səbəbdən iyunun 27-də Salyan rayon Polis şöbəsinə gəlib hər iki halda baş vermiş hadisə zamanı heyvanların itmədiyi, naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığı barədə ərizə yazıb vermişdir. Ona məxsus oğurlanmış quzuların qiyməti ilə bağlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dəymiş zərərin qiymətləndirilməsinə dair rəyində həmin quzuların qiyməti göstərilmişdir. Həmin rəy ilə tanış olmuşdur. O, qiymətləndirmə rəyində göstərilən qiymətlərlə razıdır. Heç bir narazılığı, şikayəti və yaxud vəsatəti yoxdur. Cinayət işi üzrə Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, hazırda Neftçala rayonu Ərəbqardaşbəyli kəndində ailə üzvlərilə birlikdə yaşayır. Yaşadığı evin həyətyanı sahəsində 20 baş xırdabuynuzlu heyvan saxlayır. Həmin heyvanları otarmaq məqsədilə kənd ərazisində yerləşən çöl sahəsinə aparır. Təxminən 2025-ci ilin may ayının sonlarında heyvanları otarmaq məqsədilə çöl sahəsinə aparmışdır. 2025-ci ilin may ayının sonlarında günorta saat 12 radələrində heyvanları çöldən yaşadığı küçəyə gətirərək sərinləmək məqsədilə küçədə olan ağacın altında saxlamış, özü isə evə getmişdir. Sonradan heyvanları sayanda iki baş quzunun olmadığını aşkar etmişdir. Həmin vaxt heyvanları canavar və ya çaqqalın yediyini düşünmüş, bu səbəblə də polisə şikayət etməmişdir. Lakin bir müddət sonra 15 iyun 2025-ci il tarixdə onunla qonşuluqda yaşayan Zərərçəkmiş şəxs6 məxsus 01 baş quzunun oğurlandığını öyrənmiş, həmin vaxt ona məxsus quzuların da itmədiyini və oğurlandığını dərk etmişdir. Ona məxsus 02 baş erkək cinsli quzular 3 aylıq olmaqla, diri çəkiləri 25 kq olmuş, hər ikisi qumral rəngli olmaqla, birinin başında ağ rəngli xalı olmuşdur. Ona məxsus heyvanlar yaşadığı küçədən oğurlanmışdır. Ona məxsus oğurlanmış quzuların qiyməti ilə bağlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dəymiş zərərin qiymətləndirilməsinə dair rəyində həmin quzuların qiyməti göstərilmişdir. Həmin rəy ilə tanış olmuşdur. O, qiymətləndirmə rəyində göstərilən qiymətlərlə razıdır. Heç bir narazılığı, şikayəti və yaxud vəsatəti yoxdur. Cinayət işi üzrə Zərərçəkmiş şəxs6 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Neftçala rayon Ərəbqardaşbəyli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. O, yaşadığı evin həyətyanı sahəsində 5 baş quzu saxlayırmış. Həmin quzulardan bir baş dişi cinsli quzunu 08 iyun 2025-ci il tarixdə 300 manata bazarda satmışdır. Bundan bir həftə sonra 15 iyun 2025-ci il tarixdə axşam saat 19 radələrində o, quzuları otlaması məqsədilə yaşadığı küçəyə buraxmışdır. Həmin vaxt həyətdə olan itə su vermək məqsədilə həyətə girmiş, bundan bir az sonra işlərini qurtarıb heyvanların yanına getmişdir. Heyvanların yanına getdikdən sonra heyvanları saymış və heyvanların əksik olduğunu görmüşdür. Bu zaman o, heyvanların içərisindən 01 baş erkək cinsli, təxmini diri çəkisi 35 kiloqram olan 350 manat dəyərində quzunun olmadığını görmüşdür. Həmin vaxt o, quzunun oğurlandığını başa düşmüş, sonra isə bu barədə şikayət etmək qərarına gəlmişdir. Ona məxsus oğurlanmış quzuların qiyməti ilə bağlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dəymiş zərərin qiymətləndirilməsinə dair rəyində həmin quzuların qiyməti göstərilmişdir. Həmin rəy ilə tanış olmuşdur. O, qiymətləndirmə rəyində göstərilən qiymətlərlə razıdır. Heç bir narazılığı, şikayəti və yaxud vəsatəti yoxdur. Cinayət işi üzrə Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Neftçala rayonu Ərəbqardaşbəyli kəndində ailə üzvlərilə birlikdə yaşayır. Yaşadığı evin həyətyanı sahəsində 7 baş xırdabuynuzlu heyvan saxlayır. Həmin heyvanları otarmaq məqsədilə yaşadığı küçəyə buraxır. Təxminən 2025-ci ilin iyun ayının əvvəllərində heyvanları otlaması məqsədilə yaşadığı küçəyə buraxmışdır. Heyvanlar qonşu Zərərçəkmiş şəxs4 heyvanlarına qoşulmuş və küçədə olan ağacın altında sərinləmək məqsədilə yatmışlar. Günorta saat 13 radələrində evdə olarkən naməlum şəxslər ona məxsus 01 baş erkək cinsli, 7 aylıq, diri çəkisi 45 kiloqram olan, sarı rəngli 400 manat dəyərində quzunu küçədən oğurlamışlar. Bundan bir müddət sonra 15 iyun 2025-ci il tarixdə qonşuluqda yaşayan Zərərçəkmiş şəxs6 məxsus 01 baş quzunun oğurlandığını da öyrənmişdir. Həmçinin qonşu Mahirə məxsus 02 baş quzu da bu ilin may ayının sonlarında onun heyvanlarının oğurlandığı yerdən, yəni küçədə olan ağacın altından oğurlanmışdır. Ona məxsus oğurlanmış quzuların qiyməti ilə bağlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dəymiş zərərin qiymətləndirilməsinə dair rəyində həmin quzuların qiyməti göstərilmişdir. Həmin rəy ilə tanış olmuşdur. O, qiymətləndirmə rəyində göstərilən qiymətlərlə razıdır. Heç bir narazılığı, şikayəti və yaxud vəsatəti yoxdur. Cinayət işi üzrə Zərərçəkmiş şəxs8 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, ailəsilə birlikdə Salyan rayonu Sarvan kəndində yaşayır, məhkum olunmamış, şəxsi təsərrüfatla məşğuldur. Təsərrüfatında 26 baş xırda buynuzlu heyvan saxlayır, heyvanları otarıb kəsib ətini satmaqla məşğuldur. 2025-ci il iyunun 7-də Qurban bayramı ilə əlaqədar yaşadığı evin həyətində qurbanlıq qoyun kəsməklə məşğul olurmuş. Başı heyvan kəsiminə qarışdığından tövlədə olan digər heyvanlar həyətdən küçəyə çıxıb Ələt-Astara avtomobil yolunun kənarındakı sahədə otlamağa getmişlər. Təxminən saat 16:30 radələrində heyvanların tövlədə olmadığını görüb küçəyə çıxıb heyvanları axtarmağa başlamış və evindən təxminən 150-200 metr aralıda avtomobil yolunun kənarında sürü halında heyvanları otlayan görmüşdür. O, heyvanları qabağına qatıb gətirib tövləyə salarkən saydıqda məlum olmuşdur ki, 1 yaşlı, 20 kq çəkidə, 300 manat qiymətində qəhvəyi rəngli erkək qoyun sürüdə yoxdur. Heyvnaları tövləyə saldıqdan sonra yenidən avtomobil yolunun kənarına gedib həmin qoyunu gün batanadək axtarmış, lakin heyvanı tapa bilməmişdir. Sonrakı günlərdə də itmiş heyvanı axtarıb kənd sakinləri arasında soraqlaşma aparmış, lakin heyvanı tapa bilməmiş və qərara gəlmişdir ki, heyvan naməlum şəxslər tərəfindən oğurlanmışdır. Bu səbəbdən, həmin heyvanın oğurlanması barədə rayon polis şöbəsinə şikayət ərizəsi yazmışdır. Ona məxsus oğurlanmış quzuların qiyməti ilə bağlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dəymiş zərərin qiymətləndirilməsinə dair rəyində həmin quzuların qiyməti göstərilmişdir. Həmin rəy ilə tanış olmuşdur. O, qiymətləndirmə rəyində göstərilən qiymətlərlə razıdır. Heç bir narazılığı, şikayəti və yaxud vəsatəti yoxdur. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, valideynlərilə birlikdə Neftçala şəhəri, H.Əliyev prospekti, ev 126da yaşayır, məhkum olunmamışdır, heyvanların alqı-satqısı və kəsimi ilə məşğuldur. Neftçala rayon sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 rayon sakinləri kimi tanıyır. Hacıbabanı uşaqlıqdan tanıyır, atasının çoban işlədiyini bilirmiş. Ümüdi isə təxminən 1 ildir tanıyır, hər ikisi ilə normal münasibətləri vardır, aralarında ədavət olmamışdır, hazırda da yoxdur. 2025-ci il may ayının 09-da günortadan sonrakı saatlarda Hacıbaba ona zəng edib həyətlərində satılıq heyvanları olduğunu demişdir. O da Hacıbabagilə gəldikdə yanında Ümüdin olduğunu görmüşdür. Hacıbaba ona 2 baş, hər biri 6-7 aylıq, 30-35 kq çəkidə erkək quzuları göstərib heyvanları cəmi 700 manata satdıqlarını demişdir. O, heyvanlara baxdıqdan sonra hər iki heyvanı cəmi 600 manata ala biləcəyini dedikdə Hacıbaba ilə Ümüd bu qiymətə razılaşmış və o, heyvanları alıb öz həyətinə gətirmişdir. Bundan başqa iyun ayının 4-də günortadan sonrakı saatlarda Hacıbaba ona zəng edib həyətlərində satılıq heyvan olduğunu demiş, o, Hacıbabagilə gəldikdə yenidən Hacıbabanın yanında Ümüdin olduğunu görmüşdür. Hacıbaba bu dəfə ona 1 baş, 6-7 aylıq, 15-16 kq çəkidə erkək quzunu göstərib heyvanı 250 manata satdıqlarını demişdir. O, heyvana baxdıqdan sonra cəmi 220 manata ala biləcəyini dedikdə Hacıbaba ilə Ümüd bu qiymətə razılaşmış və o, heyvanı alıb öz həyətinə gətirmişdir. Bundan başqa iyun ayının 7də günortadan sonrakı saatlarda Hacıbaba ona zəng edib yenidən həyətlərində satılıq heyvan olduğunu demişdir. O, Hacıbabagilə gəldikdə yenidən Hacıbabanın yanında Ümüdin olduğunu görmüşdür. Hacıbaba bu dəfə ona 1 baş, 10-11 aylıq, 20 kq çəkidə erkək quzunu göstərib heyvanı 250 manata satdıqlarını demişdir. O, heyvana baxdıqdan sonra cəmi 220 manata ala biləcəyini dedikdə Hacıbaba ilə Ümüd bu qiymətə razılaşmış və o, heyvanı alıb öz həyətinə gətirmişdir. 2025-ci ilin may ayının əvvəllərində Hacıbaba ona zəng edərək 2 baş quzu satdığını bildirmişdir. O, həmin quzulara baxmaq məqsədilə Hacıbabanın yaşadığı evin həyətinə getmişdir. Quzulara baxdıqdan sonra almaq istədiyini bildirmiş və qiymətini soruşmuşdur. Həmin vaxt Ümid də Hacıbabanın yanında olmuşdur. O, həmin heyvanları 170 manata və 180 manata almışdır. Heyvanlar qumral rəngli, erkək cinsli olmaqla diri çəkiləri 25 kiloqram olmuş və birinin başında ağ rəngli xal olmuşdur. Həmin quzuları Hacıbabadan alarkən Hacıbaba və Ümüd özlərinə məxsus quzular olduğunu bidlirmişlər. O, həmin quzuların oğurluq olduğunu bilməmişdir. Sonradan Ümid və Hacıbaba polis əməkdaşları tərəfindən oğurluq etdikləri üçün saxlanılmışdır. Bundan sonra ona məlum olmuşdur ki, həmin 2 baş quzular Neftçala rayonu Ərəbqardaşbəyli kənd sakini Zərərçəkmiş şəxs4 məxsus olmuşdur. Lakin o, Ümid və Hacıbaba tərəfindən oğurlanmış Neftçala rayon sakinləri Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 məxsus quzuları almamışdır. Sadəcə olaraq Zərərçəkmiş şəxs4 məxsus 02 baş quzunu almışdır. 2025-ci ilin may ayının ortalarında Hacıbaba ona zəng edərək 2 baş quzu satdığını bildirmişdir. O, həmin quzulara baxmaq məqsədilə Hacıbabanın yaşadığı evin həyətinə getmişdir. Quzulara baxdıqdan sonra almaq istədiyini bildirmişdir və heyvanları yadında qalmayan qiymətə almışdır. Həmin quzuları Hacıbabadan alarkən Hacıbaba və Ümüd özlərinə məxsus quzular olduğunu bildirmişlər. O, həmin quzuların oğurluq olduğunu bilməmişdir. Sonradan Ümid və Hacıbaba polis əməkdaşları tərəfindən oğurluq etdikləri üçün saxlanılmışdır. Bundan sonra ona məlum olmuşdur ki, həmin 2 baş quzular Ağsu rayonu ərazisindən oğurlanmış quzulardır. Ümumiyyətlə Hacıbaba və Ümüd tərəfindən ona satılmış quzuların oğurluq olmasından məlumatı olmamışdır. Hacıbaba və Ümüd həmin quzuların özlərinə məxsus olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” Ağsu rayon Polis şöbəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, fakta görə CM-in 177.2.1, 172.2 və 177.2.3-cü maddələri ilə cinayət işi başlanmış və icaata qəbul edilmişdir. - “Zərərçəkmiş şəxs kimi tanınma haqqında” Ağsu rayon Polis şöbəsinin xx.xx.2025ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. - “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” Ağsu rayon Polis şöbəsinin xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır. - “Şübhəli şəxsin tutulması haqqında” Ağsu rayon Polis şöbəsinin xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 24 iyun 2025-ci il tarixdə saat 17:10də tutulmuşdur. - “Şübhəli şəxsin tutulması haqqında” Ağsu rayon Polis şöbəsinin xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 24 iyun 2025-ci il tarixdə saat 18:30da tutulmuşdur. - “Şübhəli şəxsin tutulması haqqında” Ağsu rayon Polis şöbəsinin xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 24 iyun 2025-ci il tarixdə saat 19:50də tutulmuşdur. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” Ağsu rayon Polis şöbəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsiriləndirilən şəxs qismində cəlb edilmişdir. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” Ağsu rayon Polis şöbəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsiriləndirilən şəxs qismində cəlb edilmişdir. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” Ağsu rayon Polis şöbəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs3 CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsiriləndirilən şəxs qismində cəlb edilmişdir. - “Qətimkan tədbirinin seçilməsi haqqında” Ağsu rayon Polis şöbəsinin xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. - “Qətimkan tədbirinin seçilməsi haqqında” Ağsu rayon Polis şöbəsinin xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. - “Qətimkan tədbirinin seçilməsi haqqında” Ağsu rayon Polis şöbəsinin xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” Neftçala rayon Polis şöbəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, fakta görə CM-in 177.2.1 və 172.2ci maddələri ilə cinayət işi başlanmış və icaata qəbul edilmişdir. - “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” Neftçala rayon Polis şöbəsinin xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmışdır. - “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” Neftçala rayon Polis şöbəsinin xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs5 zərərçəkmiş şəxs qismində tanınmışdır. - “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” Neftçala rayon Polis şöbəsinin xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs6 zərərçəkmiş şəxs qismində tanınmışdır. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” Neftçala rayon Polis şöbəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsiriləndirilən şəxs qismində cəlb edilmişdir. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” Neftçala rayon Polis şöbəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsiriləndirilən şəxs qismində cəlb edilmişdir. - “Cinayət işinin aidiyyatı üzrə göndərilməsi haqqında” Neftçala rayon Polis şöbəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsinə göstərilənlərə əsasən CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi Ağsu rayon Polis şöbəsinin İstintaq bölməsində istintaqı aparılan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsilə Ağsu rayon Polis şöbəsinə göndərilməsi üçün Neftçala rayon prokurorluğuna göndərilməsi qərara alınmışdır. - “Cinayət işinin icraata qəbul edilməsi haqqında” Ağsu rayon Polis şöbəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, fakta görə CM-in 177.2.1 və 172.2-ci maddələri ilə başlanılmış ********* nömrəli cinayət işi icaata qəbul edilmişdir. - “Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” Ağsu rayon Polis şöbəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Neftçala rayon Polis şöbəsinin İstintaq bölməsində istintaqı aparılmış və Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsilə Ağsu rayon Polis şöbəsinin İstintaq bölmsinə göndərilmiş ********* nömrəli cinayət işi qanunvericiliyin tələbinə əsasən CM-in 177.2.1, 172.2 və 177.2.3-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək cinayət işinin istintaqının ********* nömrə altında davam etdirilməsi qərara alınmışdır. - “Cinayət əməlinin tövsif edilməsi haqqnda” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl CM-in 177.2.1 və 172.2-ci maddələrindən həmin məcəllənin 177.2.1, 172.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” Salyan rayon Polis şöbəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, fakta görə CM-in 177.2.1 və 172.2ci maddələri ilə cinayət işi başlanmış və icaata qəbul edilmişdir. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” Salyan rayon Polis şöbəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsiriləndirilən şəxs qismində cəlb edilmişdir. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” Salyan RPŞ-in xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsiriləndirilən şəxs qismində cəlb edilmişdir. - “Cinayət işinin aidiyyatı üzrə göndərilməsi haqqında” Salyan rayon Polis şöbəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsinə göstərilənlərə əsasən CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə törədilmiş son cinayət əməli Ağsu rayonu ərazisində baş verdiyindən cinayət işinin istintaqının davam etdirilməsi məsələsinə baxılması üçün Salyan rayon prokurorluğu vasitəsilə Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi qərara alınmışdır. - “Cinayət işinin icraata qəbul edilməsi haqqında” Ağsu rayon Polis şöbəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, fakta görə CM-in 177.2.1 və 172.2-ci maddələri ilə başlanılmış ********* nömrəli cinayət işi icaata qəbul edilmişdir. - “Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” Ağsu rayon Polis şöbəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Salyan rayon Polis şöbəsinin İstintaq bölməsində istintaqı aparılmış və Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsilə Ağsu rayon Polis şöbəsinin İstintaq bölmsinə göndərilmiş ********* nömrəli cinayət işi qanunvericiliyin tələbinə əsasən CM-in 177.2.1, 172.2 və 177.2.3-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək cinayət işinin istintaqının ********* nömrə altında davam etdirilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2025-ci il tarixli cavabdan görünür ki, Əhmədli X2 rayon Polis şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı ilə CM-in 172.2.1 və 172.2.2-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb edilmiş, cinayət işi hazırda icraatdadır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2025-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs2 Ağsu rayon Polis şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı ilə CM-in 172.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb edilmiş, cinayət işi hazırda icraatdadır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2025-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs3 Neftçala rayon Polis şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı ilə CM-in 172.2.1 və 172.2.2-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb edilmiş, cinayət işi hazırda icraatdadır. - “Neftçala Rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 oğu “Neftçala RMX” PHŞ-nin Poliklinika şöbəsində əsəb-ruhi dispanser qeydiyyatında yoxdur. - “Neftçala Rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 oğu “Neftçala RMX” PHŞ-nin Poliklinika şöbəsində psixatrik kabinetdə dispanser qeydiyyatında yoxdur. - “Neftçala Rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs3 “Neftçala RMX” PHŞ-nin Poliklinika şöbəsində psixatrik kabinetdə dispanser qeydiyyatında yoxdur. - Neftçala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 barəsində Neftçala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və ya şifahi şikayət daxil olmamışdır. - Neftçala rayonu Kürkənd kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Əhmədli X1 yaşadığı müddət ərzində valideynlərinə və özündən böyüklərə hörmət göstərmiş ona verilən tapşırıqları layiqincə yerinə yetirmişdir. Kənd sakinləri arasında xüsusi hörmətə malikdir. İctimai işlərdə fəal iştirak etmişdir. İnsanlarla asan ünsiyyət qurmağı bacarır. Mülayim xasiyətlidir və kənddə olan xeyir-şərdə yaxından iştirak edərək öz köməkliyini göstərmişdir. Kürkənd kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyinə onun barəsində yazılı və ya şifahi şikayət daxil olmamışdır. - Neftçala rayonu İcra Hakimiyyəti başçısının Həsənabad qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Əsgərov X3 qəsəbəsində qeydiyyatda olduğu müddətdə özünü intizamlı əməksevər bir şəxs kimi göstərmişdir. Həsənabad qəsəbəsində qonşuları ilə münasibəti yaxşıdır, yaşlı insanların və həmyaşıdlarının hörmətini qazanmışdır. O, Həsənabad qəsəbəsində qeydiyyatda olduğu müddətdə heç bir qanunazidd hərəkətlərə yol verməmiş və onun haqqında nümayəndəliyə heç bir məlumat daxil olmamışdır. - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 14 sentyabr 2025-ci il tarixli qərarla CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamın qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs2 14 sentyabr 2025-ci il tarixli qərarla CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamın qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs3 14 sentyabr 2025-ci il tarixli qərarla CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamın qüvvəsində saxlanılması, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 barələrində “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri ləğv edilməklə barələrində xx.xx.2025-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin qüvvədə saxlanılması nəzərə alınması, Şahid və şəxsiyyəti istintaqa məlum olmayan şəxslərin əmməllərində CM-in 194-cü maddəsinin tərkib əlamətləri olmadığına görə barələrində həmin maddə ilə cinayət işinin başlanmasının rədd edilməsi, istintaq zamanı zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın məbləğləri "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə sorğu göndərilmiş və sorğuya verilmiş cavabda qeyd olunmuş mütəxəssis rəyinə əsasən müəyyənləşdirilməklə təqsirləndirilən şəxslərə ittiham elan edilməsinin nəzərə alınması, cinayət işi üzrə təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahid ifadələri, hadisə yerinə baxış keçirilməsi və ifadələrin yerində yoxlanılmasına dair protokollar, CD-disklər, "xxxx" MMC-nin dəymiş zərərin qiymətləndirilməsinə dair rəyi, həmçinin cinayət işi materiallarına əlavə edilmiş sənədlərin sübut növü kimi tanınması qərara alınmışdır. - Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslərlə barışmış, dəymiş ziyan onlar tərəfindən tam olaraq ödənilmişdir. Heç bir şikayəti yoxdur. - Zərərçəkmiş şəxs7 məhkəməyə ünvanladığı teleqramdan görünür ki, o, təqsirləndirilən şəxslərlə barışmış, dəymiş ziyan onlar tərəfindən tam olaraq ödənilmişdir. İşə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. - Zərərçəkmiş şəxs4 məhkəməyə ünvanladığı teleqramdan görünür ki, o, təqsirləndirilən şəxslərlə barışmış, dəymiş ziyan onlar tərəfindən tam olaraq ödənilmişdir. İşə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. - Zərərçəkmiş şəxs6 məhkəməyə ünvanladığı teleqramdan görünür ki, o, təqsirləndirilən şəxslərlə barışmış, dəymiş ziyan onlar tərəfindən tam olaraq ödənilmişdir. İşə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. - Zərərçəkmiş şəxs5 məhkəməyə ünvanladığı teleqramdan görünür ki, o, təqsirləndirilən şəxslərlə barışmış, dəymiş ziyan onlar tərəfindən tam olaraq ödənilmişdir. İşə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. - Zərərçəkmiş şəxs8 məhkəməyə ünvanladığı teleqramdan görünür ki, o, təqsirləndirilən şəxslərlə barışmış, dəymiş ziyan onlar tərəfindən tam olaraq ödənilmişdir. İşə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər dəlillərlə təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətmiş olduqları cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq CM-in qeyd olunan maddələri ilə tövsif edilmiş, onların hərəkətlərində əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onlara CM-in 8, 41 və 58-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslərə cəza təyin edərkən məhkəmə, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, törətdikləri cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olubolmamasını, o cümlədən onlara təyin ediləcək cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf etiraf etməsini, zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanı tam ödəməsini, onlarla barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanı tam ödəməsini, onlarla barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs3 törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanı tam ödəməsini, onlarla barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxslər tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini səciyyələndirən halları, cəzalarını yüngülləşdirən halları və işin digər faktiki halları nəzərə alaraq, həm də cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ittiham edildiyi maddələrdə müəyyən edilmiş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi əsaslı və ədalətlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab edir. CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Bununla əlaqədar məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı 24 iyun 2025-ci il tarixdən 26 iyun 2025-ci il tarixədək saxlanıldığı müddət onlara təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə hesablanmalıdır. Hökmün icrası təqsirləndirilən şəxslərin yaşadıqları yer üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər birinə ayrı-ayrılıqda məhkəmədə göstərilmiş 20 saat hüquqi yardıma görə 220 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkillər Müdafiəçi1, Müdafiəçi3 və Müdafiəçi2 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrinə əsasən, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinib, 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 24 iyun 2025-ci il tarixdən 26 iyun 2025-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddətin 1 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə Neftçala rayonunun ərazisi hüdudlarını tərk etməmək, gün ərzində saat 23:00-dan saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinib, 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 24 iyun 2025-ci il tarixdən 26 iyun 2025-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddətin 1 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində 01 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə Neftçala rayonunun ərazisi hüdudlarını tərk etməmək, gün ərzində saat 23:00-dan saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinib, 02 (bir) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 24 iyun 2025-ci il tarixdən 26 iyun 2025-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddətin 1 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə Neftçala rayonunun ərazisi hüdudlarını tərk etməmək, gün ərzində saat 23:00-dan saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər birinə ayrı-ayrılıqda məhkəmədə göstərilmiş 20 saat hüquqi yardıma görə 220 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkillər Müdafiəçi1, Müdafiəçi3 və Müdafiəçi2 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №1(016)-55/2025
Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-55/2025
31.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver