Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 1(016)-56/2023 23.08.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X17 Natiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Esma Kərim qızının katibliyi, Xüsusi ittihamçı X4, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X3 və X7 oğlunun iştirakı ilə, X3 və X5 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsinin) 147.1 və 147.2-ci maddələri ilə cinayət işinin başlanması barədə xüsusi ittiham qaydasında şikayət vermiş X4 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: X2 Mübariz Böyükkişi oğlunun və X5 barəsində Cinayət Məcəlləsinin 147.1 və 147.2ci maddələri ilə cinayət işinin başlanması barədə xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılır ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istinad edilən şəxslər, X11 və X6, böhtan, yəni yalan olduğunu bilə-bilə ona qarşı şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları “Şimal Region” kütləvi informasiya kanalı vasitəsi ilə internet informasiya ehtiyatında yaymışlar, (https://voutu.be/AUi9tk6zEBc). Hazırki şikayətə əlavə edilmiş DVD-R optik diskdə əks olunanlardan göründüyü kimi cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istinad edilən şəxslər, X11 və X6, “Şimal Region” kütləvi informasiya kanalı vasitəsi ilə internet informasiya ehtiyatında çıxış edərək Ağsu rayonu, Ləngəbiz bələdiyyəsinin sədrinin, yəni onun, həmin bələdiyyə ərazisində yerləşən kəndin içməli su üçün istifadə edilmiş metal boruları qızının əri X12 tərəfindən satılması üçün ona hədiyyə vermək məqsədi ilə çıxarıb oğurlayaraq ərazidən apardığını bildirmişlər. X11 və X6 çıxışlarını onunla əsaslandırmışlar ki, o, guya tam saf, çürüyü olmayan, üst izolyasiyası salamat olan metal boruların sonradan satılması məqsədi ilə qızının əri X10 hədiyyə etmək üçün kəsib çıxardaraq ərazidən daşıyır, həmin boruların əvəzinə isə, suyun zəhərlənməsinə səbəb olan “plastmas” boruları quraşdırmışdır. Bundan başqa X11 və X6 çıxışlarında, çıxarılmış su xəttinin metal borularının 1985-1987-ci illər dövründə quraşdırıldığını, həmin boruların 100 (bir yüz) il istismar müddətinin olduğunu, quraşdırımış yeni boruların 50-60 qəpik dəyərində olduğunu bildiriblər. Halbuki, həmin şəxslər mübahisələndirdikləri texniki qurğularla bağlı elmi biliklərə malik deyillər, onlar qərəzlilik məqsədi ilə texniki uydurmalardan istifadə etmişdilər. Video görüntüdə erroziyanın təsiri altında metal boruların üst izolyasiya qatının borudan ayrıldığı aşkar göründüyü halda X11 və X6 böhtan xarakterli çıxışlarında izolyasiyasının üstündə olduğu əsaslarından istifadə etmişdilər. 1985-1987-ci illər dövründə quraşdırılmış, 40 (qırx) il müddətində istismarda olan metal su borusunun erroziyaya uğramaması mümkün deyildir. 40 (qırx) il müddət ərzində suyun təsiri altında metal boruların həm daxili səthində, həm də xarici səthində erroziya səbəbindən metal itkisi nəticəsində divarlarının nazikləşməsi boruların istismara yararsız olmasına səbəb olur. Erroziya nəticəsində boruların daxili səthindən qopan hissələr boruların daxilində toplaşmaqla daxili diometrini azaldır, bu da öz növbəsində axan suyun həcmini azaldaraq kənddə su qıtlığını yaradır. X11 və X6 tərəfindən, çıxarılmış borulara 100 (bir yüz) il istismar müddəti təyin etməsi ağlabatan mühakimə deyildir. Boruların istismar müdətini yalnız istehsalçı təyin edə bilər, buna biliklərə malik olmayan X11 və X6 yox. Digər tərəfdən, yeni quraşdırılmış, 08 atmosfer təzyiqə hesablanmış, 01 metrinin qiyməti 2.5 manat, diametri 63.5 mm olan plastik boruların dəyərinin 50-60 qəpik məbləğində qiymətləndirilməsi yenə də, Ağsu rayonu, Ləngəbiz bələdiyyəsinin və bələdiyyə sədri X4 şərəf və ləyaqətini ləkələmək üçün istifadə edilmiş uydurmalardır. Hamıya bəllidir ki, Azərbaycan Respublikasının digər rayonlarında olduğu kimi Ağsu rayon ərazisində də erroziyaya uğramaqla istismara yararsız olmuş qara metaldan olan içməli su boruları müasir standartlara uyğun plastik borularla əvəz edilir. Digər tərəfdən, hazırki şikayətə əlavə edilmiş, Ağsu rayonu, Ləngəbiz bələdiyyəsinin, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ünvanladığı 01 fevral 2023-cü il tarixli, № 02 saylı məktubundan göründüyü kimi, həmin boruların dəyişdirilməsi, Ağsu Rayon İcra Hakimiyyətinin Başçısı Rövşən Bağırovun rəhbərliyi ilə 06 may 2022-ci il tarixdə keçirilmiş qəbulunda Rövşən Bağırovun verdiyi tapşırığı əsasında olmuşdur. 05 sentyabr 2022-ci il tarixdə “Şimal Region” kütləvi informasiya kanalının müxbiri tərəfindən çəkilişin aparılmasında, cinayət əməlini törətməsi istinad edilən X3 oğlu, Şahid1 özünün istifadəsində olan VAZ 2107 markalı, ** BE *** Dövlət qeydiyyat nişanlı avtomobildən istifadə edərək köməklik göstərmişdir. Həmin əsasla Şahid1 həmin cinayət əməlində şahiddir. Hesab edir ki, yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən, nüfuzdan salan məlumatları kütləvi nümayiş etdirməklə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2-ci maddələrində ərdə tutulan əməli törətdiklərinə görə onlar, həmin maddələrə uyğun cəzalandırılmalı, yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən (və ya nüfuzdan salan) məlumatları kütləvi nümayiş etdirməklə ona vurduqları mənəvi zərərin əvəzinə X3 və X5 hər birindən 10000 (on min ) manat olmaqla, ümumilikdə 20000 (iyirmi min) manat məbləğində pul alınaraq ona verilməlidir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X9 məhkəmədən xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində şikayət verilmiş şəxslər X11 və X6 şikayəti qəbul etməyərək xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayətə əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, şikayətin məzmunu Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun deyil Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 293.3-cü maddəsinə görə böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası; 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılır. Xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-in 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. CPM-in 74.1-ci maddəsində cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılması, 74.2.1-ci maddəsində uzanan cinayətin başa çatdığı yerin onun törədildiyi yer hesab olunması, 74.2.2-ci maddəsində cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yerin davam edən cinayətin başa çatdığı yer hesab olunması, 74.3-cü maddəsində xaricdə törədilməsi ehtimal olunan cinayət üzrə iş təqsirləndirilən şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəməyə aid olması müəyyən olunmuşdur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarının 12-ci bəndində göstərilmişdir ki, kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Lakin, xüsusi ittiham qaydasında şikayət vermiş X9 CPM-in 74-cü maddəsi ilə müəyyən olunmuş məhkəmə aiddiyyəti qaydalarını pozaraq böhtan və ya təhqir xarakterli sonuncu məlumatların yayıldığı kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəməsinə müraciət etməli olduğu halda, Ağsu Rayon Məhkəməsinə müraiət etmişdir. Belə ki, xüsusi ittiham qaydasında şikayətdən göründüyü kimi, Ağsu rayonunun Ləngəbiz kəndində yaşayan X3 və X1 informasiya vasitəsi sayılan “Şimal Region” kütləvi informasiya kanalında (https://voutu.be/AUi9tk6zEBc - linki altında) yerləşdirilən videodakı çıxışlarında yalan olduğunu bilə-bilə Babaseyid Seyidova böhtan ataraq təhqir etməklə onun şərəf və ləyaqətini ləkələyən və eləcə də nüfuzdan salan məlumatları yayaraq şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltdığı göstərilmişdir. Göstərildiyi kimi, həmin məlumatlar “Şimal Region” kütləvi informasiya kanalında yayılmışdır ki, onun hüquqi ünvanının məlum olmaması, yaxud da onun xaricdə qeydiyyata alınması barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Lakin göründüyü kimi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs sonuncu məlumatların yayıldığı, yəni törədilməsi ehtimal olunan cinayət əməlinin başa çatdığı internet portalının hüquqi ünvanı və ya bü ünvanın məlum olmaması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Beləliklə, qeyd olunanlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət CPM-in 293.3.1-293.3.7-cü maddəsində göstərilən xüsusi ittiham qaydasında verilmiş şikayətin forma və məzmununa dair tələblərinə riayət edilmədən verildiyindən, yəni xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyətini müəyyən etmək mümkün olmadığından və işə məhz Ağsu Rayon Məhkəməsində baxılmalı olmasını təsdiq edən sənədləri təqdim etmək vəzifəsinin xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin üzərinə düşdüyündən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və CPM-nin 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 və X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair X9 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №1(016)-56/2023
Ağsu Rayon Məhkəməsi Qərar — İş №1(016)-56/2023
23.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver