Məhkəmə qərarları › İş №1(016)-56/2024

Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-56/2024

19.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-56/2024 19.09.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X15 Natiq oğlunun sədrliyi, Ağabəyli Kamran Uğur oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxx 1991-ci ildə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, X5 yaşayan, barəsində 12 fevral 2024-cü il tarixli qərarla polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanının mövqeyinə əsasən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni xeyli miqdarda əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda, 0,173 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və xeyli miqdarda, 0,168 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib hissələrə bölüb üç ədəd ayrı-ayrı kağız bükümlərə qablaşdıraraq yerini dəyişməklə daşıyıb Ağsu şəhərinə gətirərkən üzərində saxlamış, 10 fevral 2024-cü il tarixdə saat 18:30 radələrində Ağsu rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində üzərində narkotik vasitə gəzdirməkdə şübhələnildiyi üçün idarə etdiyi “Vaz 21074” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu rayon dolaylarından keçən hissəsində hərəkətdə olarkən saxlanılaraq rayon polis şöbəsinin ünvan 3 ünvanında yerləşən inzibati binasına gətirilmiş, orada həmin tarixdə saat 19:30dan etibarən üzərində şəxsi axtarış və götürmə aparılarkən əynində olan boz rəngli cins şalvarının sol yan cibindən, iki ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,081 qram və 0,092 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və bir ədəd kağız bükümdə təmiz çəkisi 0,168 qram olan, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı ittiham elan olunmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, heç vaxt narkotik vasitə və ya psixotrop maddə satmamışdır. O, üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni şəxsi istifadəsi üçün üzərində gəzdirmişdir. Mahiyyəti üzrə bildirmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, X5 yaşayır. O, 10 fevral 2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu Xocəsən qəsəbəsi, X5 yaşadığı evin yaxınlığında imiş. Bu zaman yerdə bir ədəd siqaret qutusu görmüş və həmin siqaret qutusu onun diqqətini cəlb etdiyi üçün onu yerdən qaldırıb içərisinə baxmışdır. Həmin vaxt onun “Rothmans” markalı siqaretin qutusu olduğunu görmüş və həmin siqaret qutusunu açdıqda içərisində 03 ədəd kağız büküm, bir dədə falqa və bir ədəd “turbuçka” olduğunu görmüşdür. Kağız bükümləri açıb içinə baxdıqda onlardan birinin içərisində psixotrop maddə olan metamfetamin, digərlərinin içərisində narkotik vasitə olan heroin olduğunu görmüşdür. O, içində heroini və metamfetamin olan siqaret qutusunu istifadə etmək məqsədilə cibinə qoymuşdur. Daha sonra yaşadığı evə getmişdir. Bundan sonra qohumları Bilal, Vüqar və Əli adlı şəxslərlə birgə Ağsu rayonuna gəlmək qərarına gəlmişdir. Daha sonra qohumu Vüqar Gözəlova məxsus olan “Vaz 21074” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağsu rayonuna yola düşmüşlər. Həmin avtomobili o, idarə edirmiş. 10 fevral 2024-cü il tarixdə saat təxminən 18:30 radələrində idarə etdiyi avtomobil ilə Ağsu rayonu ərazisində yerləşən Ağsu rayon dolaylarında hərəkətdə olarkən Ağsu rayon polis şöbəsinin əməkdaşları avtomobilini saxlamışlar. Onlar yaxınlaşıb özlərini təqdim etmişlər. Polis əməkdaşları üzərində narkotik vasitələrin qanunsuz gəzdirməkdə şübhəli olduğu üçün onu polis şöbəsinə dəvət etmişlər. O, da buna etiraz etməmiş və onlarla birlikdə Ağsu rayon polis şöbəsinə gəlmişdir. Ağsu rayon Polis Şöbəsində olarkən ona hüquqlarının müdafiə olunması üçün vəkillərin siyahısı təqdim olunmuş və o, həmin siyahıdan hüquqlarını müdafiə etmək üçün vəkil Müdafiəçi1 seçmişdir. Vəkil Müdafiəçi1 gəldikdən sonra onun üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. O, üzərində heroin və metamfetamin olduğunu bildirmişdir. Sonra əynində olan boz rəngli cins şalvarın sol yan cibindən siqaret qutusunda olan, iki ədəd ayrı-ayrı kağız bükümlərdə olan narkotik vasitə olan heroini və bir ədəd kağız bükümdə olan psixotrop maddə metamfetamini çıxarıb təqdim etmişdir. Həmin kağız bükümlər onun və iştirakçıların iştirakı ilə açıldıqda orada heroinə bənzər maddə və metamfetaminə bənzər maddələr olması məlum olmuşdur. Daha sonra polis əməkdaşı tərəfindən onun üzərində şəxsi axtarış aparılmış və axtarış zamanı əlavə qanunsuz heç bir əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Daha sonra protokollar tərtib olunmuş, o, da bütün iştirakçılar kimi həmin protokollarla tanış olduqdan sonra imzalamışdır. Üzərindən aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni heç kəsdən almamışdır, üzərindən aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni Bakı şəhərində olarkən yerdən tapmış, özü istifadə etməsi üçün üzərində gəzdirmiş, üzərində narkotik vasitə və psixotrop maddə olmasından yanında olan qohumlarının xəbəri olmamış, qohumlarının bu barədə xəbəri o, tutulandan sonra olmuşdur. Əlavə olaraq bildirmişdir ki, Ağsu rayonuna həftənin birinci gün məhkəmədə mülki işi olduğu gəlirmiş, bu səbəbdən də evdə olan narkotik vasitələrini özü ilə həftə sonu istifadə etmək üçün gətirmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, narkotik vasitənin satışı ilə heç vaxt məşğul olmadığını, narkotik vasitəni yalnız özünün şəxsi istifadəsi üçün aldığını bildirərək, əməlinin CM-in 234.1-ci maddəsinə tövsif olunmasını, ailə vəziyyətini, himayəsində azyaşlı uşaqlar olmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını, əvvəllər məhkum olunmamasını nəzərə alaraq həmin maddə ilə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, narkotik vasitənin satışı ilə heç vaxt məşğul olmadığını, narkotik vasitəni yalnız özünün şəxsi istifadəsi üçün aldığını nəzərə alaraq onun əməlinin CM-in 234.1-ci maddəsinə tövsif olunmasını və ailə vəziyyətini, himayəsində azyaşlı uşaqlar olmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını, əvvəllər məhkum olunmamasını da nəzərə alaraq həmin maddə ilə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağsu rayon Polis Şöbəsinin cinayətaxtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən, polis baş leytenantı Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək ifadəsində göstərmişdir ki, 10 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitəni qanunsuz əldə edərək üzərində saxlaması və hazırda idarə etdiyi avtomobillə Ağsu rayon dolaylarında Ağsu şəhəri istiqamətində hərəkətdə olması barədə ona məxfi mənbədən məlumat daxil olmuşdur. O, daxil olmuş məlumatı yoxlamaq məqsədilə həmin məlumatı raportla şöbənin rəhbərliyinə məruzə etmişdir. Bundan sonra əməliyyat qrupu təşkil edilmişdir. Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirmək zərurəti yarandığından bu tədbirlərin keçirilməsi şöbə rəhbərliyi tərəfindən ona həvalə olunmuş və bu barədə qərar qəbul edilmişdir. Bundan sonra həmin gün saat 18 radələrində Ağsu RPŞ-nin CAB-ın axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyən, polis leytenantı X2, Ağsu RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyən, polis baş serjantı, Şahid3 və Ağsu RPŞ-nin DYPB-nin inspektoru, polis baş serjantı X10 ilə birlikdə Ağsu rayon dolaylarına getmişlər. Onlar Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz 21074” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili Ağsu rayon dolaylarında saxlamışlar. Onlar avtomobilə yaxınlaşmışlar. Bundan sonra sürücü Təqsirləndirilən şəxs özlərini təqdim etmişlər və üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib Təqsirləndirilən şəxs rayon polis şöbəsinə gəlməyə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etməmiş və Təqsirləndirilən şəxs polis şöbəsinə gətirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs rayon polis şöbəsində olarkən şübhəli şəxs qismində tutulmuş, daha sonra Təqsirləndirilən şəxs özünün seçdiyi vəkilin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynində olan boz rəngli cins şalvarının sol yan cibindən, iki ədəd kağız bükümdə, narkotik vasitə olan heroinə və bir ədəd kağız bükümdə psixotrop maddə metamfetaminə bənzər maddələri çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin maddələrin “patı” adlanan narkotik növü və heroin olmasını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs həmin maddələri Bakı şəhəri, Xocəsən qəsəbəsi ərazisində yerdən tapdığını demişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr elektron tərəzi ilə ölçülmüş və qablaşdırılmışdır. Daha sonra bu barədə tərtib olunmuş protokol ucadan oxunmuş və iştirakçılar həmin protokolu imzalayaraq təsdiq etmişlər. Şahid1 dindirilən zaman ona verilmiş əlavə suallara cavab olaraq bildirmişdir ki, 10 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs saxlayan zaman və ya rayon Polis Şbəsində olan zaman Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və psixoloji təsir göstərməmişdir. Suallara cavab olaraq bildirdi ki, əməliyyat məlumatı daxil olarkən üzərində saxlama və istifadəçi kimi daxil olmuşdur, üzərində narkotik vasitə çox olduğu üçün satış maqsədi olduğu düşünüldü, amma araşdırma nəticəsində Nihad özü istifadəsi üçün üzərində sağladığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağsu RPŞ-nin CAB-ın axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyən, polis leytenantı X2 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək ifadəsində göstərmişdir ki, o, 10 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitəni qanunsuz əldə edərək üzərində saxlaması barədə Ağsu RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyən, polis baş leytenantı Şahid1 məxfi mənbədən məlumat daxil olmuşdur. Bundan sonra əməliyyat qrupu təşkil edilmişdir. Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirmək zərurəti yarandığından şöbə rəhbərliyinin tapşırığı əsasında Şahid1 tərəfindən bu barədə qərar qəbul edilmişdir. Bundan sonra həmin gün saat təxminən 18 radələrində Ağsu RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyən, polis baş leytenantı Şahid1, Ağsu RPŞnin PPXB-nin polis nəfəri vəzifəsində işləyən, polis baş serjantı, Şahid3 və Ağsu RPŞ-nin DYPB-nin inspektoru, polis baş serjantı X10 ilə birlikdə Ağsu rayon dolaylarına getmişlər. Onlar Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz 21074” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili Ağsu rayon dolaylarında saxlamışlar və avtomobilə yaxınlaşmışlar. Bundan sonra sürücü Təqsirləndirilən şəxs özlərini təqdim etmişlər və üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib Təqsirləndirilən şəxs rayon polis şöbəsinə gəlməyə dəvət etmişlər. Təqsirləndirilən şəxs də heç bir etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs və idarə etdiyi avtomobildəki üç nəfər sərnişini rayon polis şöbəsinə gətirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs rayon polis şöbəsində olarkən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra Təqsirləndirilən şəxs özünün seçdiyi vəkilin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynində olan boz rəngli cins şalvarının sol yan cibindən, siqaret qutusunda, iki ədəd kağız bükümdə, narkotik vasitə olan heroinə və bir ədəd kağız bükümdə psixotrop maddə metamfetaminə bənzər maddələri çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin maddələrin “patı” adlanan narkotik növü və heroin olmasını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs həmin maddələri Bakı şəhəri, Xocəsən qəsəbəsi ərazisində yerdən tapdığını demişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr elektron tərəzi ilə ölçülmüş və qablaşdırılmışdır.Daha sonra bu barədə tərtib olunmuş protokol ucadan oxunmuş və iştirakçılar həmin protokolu imzalayaraq təsdiq etmişlər. Suallara cavab olaraq bildirdi ki, satış məqsədinin olub olmaması haqqında məlumatı yoxdur. Nihad özü istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağsu RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyən, polis baş serjantı Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək ifadəsində göstərmişdir ki, 10 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitəni qanunsuz əldə edərək üzərində saxlaması barədə Ağsu RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyən, polis baş leytenantı Şahid1 məxfi mənbədən məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirmək zərurəti yarandığından onun da üzvü olduğu əməliyyat qrupu təşkil edilmişdir. Daha sonra həmin gün saat təxminən 18 radələrində Ağsu RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1, Ağsu RPŞ-nin CAB-ın axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı X2 və Ağsu RPŞ-nin DYPB-nin inspektoru, polis baş serjantı X10 ilə birlikdə Ağsu rayon dolaylarına getmişlər. Onlar Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz 21074” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili Ağsu rayon dolaylarında saxlamış və avtomobilə yaxınlaşmışlar. Bundan sonra sürücü Təqsirləndirilən şəxs özümüzü təqdim etmişlər və üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib Təqsirləndirilən şəxs rayon polis şöbəsinə gəlməyə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etməmiş və Təqsirləndirilən şəxs rayon polis şöbəsinə gətirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs rayon polis şöbəsində olarkən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra Təqsirləndirilən şəxs özünün seçdiyi vəkilin iştirakı ilə onun üzərinə baxış keçirilmişdir. Üzərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sol yan cibindən, siqaret qutusunda, iki ədəd kağız bükümdə, narkotik vasitə olan heroinə və bir ədəd kağız bükümdə psixotrop maddə metamfetaminə bənzər maddələri çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin maddələrin “patı” adlanan narkotik növü və heroin olmasını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs həmin maddələri Bakı şəhəri, Xocəsən qəsəbəsi ərazisində yerdən tapdığını demişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr elektron tərəzi ilə ölçülmüş və qablaşdırılmışdır. Daha sonra bu barədə tərtib olunmuş protokol ucadan oxunmuş və iştirakçılar həmin protokolu imzalayaraq təsdiq etmişlər. Suallara cavab olaraq bildirdi ki, satış məqsədinin olub olmaması haqqında məlumatı yoxdur. Nihad özü istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağsu rayon Polis Şöbəsinin DYPB-nin Yol Patrul Xidmətinin inspektoru vəzifəsində işləyən, polis baş serjantı Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək ifadəsində göstərmişdir ki, 10 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitəni qanunsuz əldə edərək üzərində saxlaması barədə Ağsu RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyən, polis baş leytenantı Şahid1 məxfi mənbədən məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirmək zərurəti yarandığından əməliyyat qrupu təşkil edilmişdir. Daha sonra həmin gün saat təxminən 18 radələrində Ağsu RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1, Ağsu RPŞ-nin CAB-ın axtarış üzrə əməliyyat müvəkkili X2 və Ağsu RPŞ-nin PPXB-nin polis nəfəri Şahid3 ilə birlikdə Ağsu rayon dolaylarına getmişlər. Onlar Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz 21074” markalı, **-BE- *** dövlət qeydiyyat nişanlı avtomobili Ağsu rayon dolaylarında saxlamışlar və avtomobilə yaxınlaşmışlar. Bundan sonra sürücü Təqsirləndirilən şəxs özlərini təqdim etmişlər və üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib Təqsirləndirilən şəxs rayon polis şöbəsinə gəlməyə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs rayon polis şöbəsinə gətirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs rayon polis şöbəsində olarkən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra Təqsirləndirilən şəxs özünün seçdiyi vəkilin iştirakı ilə onun üzərinə baxış keçirilmişdir. Üzərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sol yan cibindən, siqaret qutusunda, iki ədəd kağız bükümdə, narkotik vasitə olan heroinə və bir ədəd kağız bükümdə psixotrop maddə metamfetaminə bənzər maddələri çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin maddələrin “patı” adlanan narkotik növü və heroin olmasını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs həmin maddələri Bakı şəhəri, Xocəsən qəsəbəsi ərazisində yerdən tapdığını demişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr elektron tərəzi ilə ölçülmüş və qablaşdırılmışdır. Daha sonra bu barədə tərtib olunmuş protokol ucadan oxunmuş və iştirakçılar həmin protokolu imzalayaraq təsdiq etmişlər. Suallara cavab olaraq bildirdi ki, satış məqsədi olub-olmaması barədə ona hər hansı məlumat verilməyib məlumatsızdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - “Cinayət işi başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 11 fevral 2024-cü il tarixli protokoldan görünür ki, fakta görə CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və istintaq aidiyyəti üzrə Ağsu RPŞ-nin İQ-na göndərilmişdir; - “Şəxsi axtarış və götürmə aparılması haqqında” 10 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Ağsu RPŞ-nin TQ-nin təhqiqatçısı, polis baş leytenantı Kənan Osmanlı tərəfindən Ağsu RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Ağsu RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Ağsu rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid3, Ağsu rayon polis şöbəsinin DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı Şahid4 və Müdafiəçi1 iştirakları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı Təqsirləndirilən şəxs əyninə geyindiyi boz rəngli cins şalvarın sol yan cibindən, bir ədəd siqaret qutusunda, iki ədəd kağız bükümlərdə, kağız büküm ilə birlikdə 0,12 qram və 0,14 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinə bənzər maddələr və bir ədəd kağız bükümdə, kağız büküm ilə birlikdə 0,21 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminə bənzər maddə, bir ədəd gümüşü falqa kağızı və bir ədəd dəmir borucuq aşkar edilərək götürülmüşdür. Şəxsi axtarışı əks etdirən CD disk iş materiallarına əlavə edilmişdir. - “Şəxsi axtarış və götürmə aparılması haqqında” 10 fevral 2024-cü il tarixli protokolun “DVD disk daşyıcısında qeydə alınan videoçəkilişinə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Ağsu RPŞ-nin TQ-nin təhqiqatçısı, polis baş leytenantı Kənan Osmanlı tərəfindən Ağsu RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Ağsu RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Ağsu rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri, polis baş serjantı Şahid3, Ağsu rayon polis şöbəsinin DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı Şahid4 və Müdafiəçi1 iştirakları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs ilk olaraq üzərində narkotik olub-olmadığı soruşulur, sonuncu isə üzərində olduğunu bildirir, bundan sonra Təqsirləndirilən şəxs üzərindəkiləri təqdim edilməsi təklif edilir, sonuncu əynindəki boz rəngli cins şalvarın sol yan cibindən, içərisində - iki ədəd kağız bükümlərdə, kağız büküm ilə birlikdə 0,12 qram və 0,14 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinə bənzər maddələr və bir ədəd kağız bükümdə, kağız büküm ilə birlikdə 0,21 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminə bənzər maddə, bir ədəd gümüşü falqa kağızı və bir ədəd dəmir borucuq olan bir ədəd rotmans markalı siqaret qutusunu, eyni zamanda digər 01 ədəd siqaret qutusunu, kabrosundə 02 ədəd Unibank və Kapital banka məxsus plastik kartlar olan 01 ədəd telefonu, 14 manat pulu masa üzərinə qoyur. Təhqiqatçı tərəfindən bir ədəd rotmans markalı siqaret qutusunda bükümlərin, həmçinin falqa kağızı və bir ədəd dəmir borucuğun nə olması soruşulduqda Təqsirləndirilən şəxs 2 ədəd bükümün narkotik vasitə olan heroin olduğunu, 01 ədəd bükümün patı olduğunu, falqa kağızı və bir ədəd dəmir borucuğun isə həmin narkotik vasitələri istifadə etmək üçün gəzdirdiyini bildirir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni tapdığını, istifadəsi üçün gəzdirdiyini, satışı ilə məşğul olmadığını və o, məqsədlə üzərində gəzdirmədiyini bildirir. Daha sonra narkotik maddələr bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlə möhürlənərək iştirakçılar tərəfindən imzalanır. Digər əşyalar özünə geri qaytarılır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in X9 11 fevral 2024-cü il tarixli, 3-16-16-2-17/141 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 03 ədəd kağız büküm, 01 ədəd falqa və 01 ədəd turbuçka.” yazısı, adlar və imzalar yazılmış, 01 ədəd zərfin içərisindəki: 02 (iki) ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri – 0,081 qram və 0,092 qram, ümumi çəkiləri – 0,173 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir, 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi – 0,168 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, 01 (bir) ədəd gümüşü falqa kağızında və 01 (bir) ədəd dəmir borucuqda cüzi miqdarda metamfetamin hissəcikləri vardır. Metamfetamin hissəcikləri cüzi miqdarda olduğundan təmiz çəkisini müəyyən etmək və təqdim olunmuş metamfetaminlə müqayisəli tədqiqatını (eynilik) aparmaq mümkün olmadı, tədqiqata təqdim olunmuş 02 (iki) ədəd kağız bükümlərdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər, həmin ekspert rəyinin qeyd hissəsində heroinlərin ümumi çəkisi- 0,173 qram olması, tədqiqata 0,040 qram sərf edilməsi və 0,133 qram qalıq heroin qalması göstərilmişdir. Metamfetaminin təmiz çəkisi- 0,168 qram olması, tədqiqata 0,050 qram sərf edilməsi və 0,118 qram qalıq metamfetamin qalması göstərilmişdir. Aparılmış tədqiqatın dəyəri 69 (altmış doqquz) manat 10 (on) qəpik təşkil edir; - Ağsu RPŞ-nin İQ-nin müstəntiqi tərəfindən tərtib edilmiş “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 11 fevral 2024-cü il tarixli qərardan görünür ki, CM-nin 234.1-ci maddəsi ilə fakta görə başlanılmış ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir; - “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 12 fevral 2024-cü il tarixli qərardan görünür ki, fakta görə CM-nin 234.1-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi üzrə əməl həmin məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir; - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 12 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; - “Əşyanın maddi sübut hesab edilməsi haqqında” 13 fevral 2024-cü il tarixli qərardan görünür ki, 01 ədəd zərfin içində olan, iki ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda tədqiqatdan sonrakı təmiz çəkiləri 0,061 qram və 0,072 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, bir ədəd kağız bükümdə tədqiqatdan sonrakı təmiz çəkisi 0,118 qram olan, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, bir ədəd gümüşü falqa kağızı və bir ədəd dəmir borucuq cinayət işi üzrə maddi sübut hesab edilərək saxlanması üçün Ağsu RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji Dispanserinin məhkəmə-narkoloji ekspertizasının 12 mart 2024-cü il tarixli, 432 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür; - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X20 “Ağsu Rayon Mərkəzi Xəstəxsanası” X14 13 mart 2024-cü il tarixli, 18-1-25/2-278/24 saylı məktubundan görünür ki, Ağsu şəhəri Xəqani küçəsi ev 9-da qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, X5 yaşayan 1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs ruhi-əsəb və narkomaniya xəstəliklərinə görə “Ağsu RMX” PHŞ-nə müraciət etməmiş və dispanser qeydiyyata götürülməmişdir. - “Diskə baxış keçirilməsi haqqında” 15 mart 2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** saylı mobil nömrəyə göndərilmiş SMS mətnlərində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə dəlalət edən aşağıdakı mesajlar müəyyən edilmişdir: xx-xx-2023 23:47:27 **********04---**********38 : “A xiyar taksinin yanında deye bilmirem bayaqdan. Tema var onu vereceç sene pul evezi götürürem prosda baxardın necedi götirməyə deyer ya yox menim basim cixmir. Ozum goturub geleceəm telin aciq olsun.” xx-xx-2023 17:01:07 **********04---**********33 : Yetim duzelir 2 denede zeng getmir sene oncun yazdim, xx-xx-2023 10:42:47 **********04---**********33 : Yetim mene zeng ele tapa bilmirem seni..vacibdi kecen defe dediyim duzelib. He yox denen sene söz vermişdim, xx-xx-2023 22:31:10 **********04---**********79 : Burdayam xanbala getirmisem dus gotur. Sohbetde eliyek, xx-xx-2023 00:52:57 **********04— **********53 Qaqa seni gozdireme men yorgunam gedmeliyem. Emanetde mendedi yig meni, xx-xx-2023 03:46:48 **********04---**********53 Ay qaqas seher acildiye seni gözdiyirem burda. Alinirsa getir ver. Alinmır pulu ver basima care qilim. Ne gozletdirsene meni burda. Qaqassss, xx-xx-2023 00:55:05 **********04---**********33 Soxum senin malivada. Gjdllag peayer sozun oyuncaq elemisen. Kecen defede soymediyin soyus qalmadi pulun yarsin vermedin..miride cekmez men cekmiremse. Soxar o da ele mala. Oldu Mal yaxçı olsaydı sene adam kimi diy, xx-xx-2023 18:52:29 **********04—**********01 Ne tamadi qaqas bu qurulub bilmirem. Amma kimliydise gotun sike sike cixardacam onnan bunun rasxodun.deyersen ilqara da o pati peyseridi. Pati qeyretinnen ustundu onun, xx-xx-2023 20:21:42 **********04—**********78 Casib eve zada yaxinlasarsan. 2 dene narmalni idare xvostumdadi cujoy paxmel gedersen senol. Sora basqa sey basa dusersen. Qardasinnan sorus bilir o idar, xx-xx- 2023 22:27:37 **********04—**********66 Yetim goturursen ozuncun bidenede yari mene goturde. Vezyey xarabdi senol. Xeber ele mene, xx-xx-2023 22:25:26 **********33--- **********04 Yerini yanımda adam varıdı danışa bilmirdim yetim 30 man varımdı, xx-xx- 2023 23:05:54 **********--- **********04 1 dene yari duz qos, xx-xx-2023 18:42:48 **********75--- **********04 Esidirsen menem Azad telefonu götür cavab ver saat 11 keçməsin alınmıyacaqsa lazım deyil mənə gec olmaqı gec olsa men sennen malı götürmüyecem pulu alacam, xx-xx-2023 20:28:55 **********--- **********04 Yetim yari lazimdi d, xx-xx-2023 00:52:58 **********---**********04 Qaqa seni gozdireme. - Sübutların qiymətləndirilməsi haqqında 23 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 09 aprel 2024-cü il tarixli qərarla CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, X3, X4 və X7 barələrində CM-nin 307-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin əldə edilmə mənbəyi ilə bağlı cinayət işi başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs ifadələrində narkotik vasitələrin satışı ilə məşğul olmaması və narkotik vasitələri satış məqsədi ilə deyil özü istifadə etmək məqsədi ilə əldə etməsi barədə göstərdiyi xüsusatlar iş materialları ilə təkzib olunduğundan özünün müdafiəsinə gətirdiyi dəlil kimi qimyətləndirilməklə, istintaq zamanı sübut kimi qəbul olunmadan rədd edilməsi nəzərə alınmış, iş üzrə maddi sübutların, yəni ilkin təhqiqat araşdırması zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən aşkar edilərək götürülmüş, 01 ədəd zərfin içində olan, iki ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda tədqiqatdan sonrakı təmiz çəkiləri 0,061 qram və 0,072 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin, bir ədəd kağız bükümdə tədqiqatdan sonrakı təmiz çəkisi 0,118 qram olan, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminin, bir ədəd gümüşü falqa kağızının və bir ədəd dəmir borucuğun 13 fevral 2024-cü il tarixli qərarla cinayət işi üzrə maddi sübut hesab edilərək saxlanması üçün Ağsu RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilməsi nəzərə alınmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin X9 11 fevral 2024-cü il tarixli, 3-16- 16-2-17/141 saylı ekspert rəyi və məhkəmə-narkoloji ekspertizasının 12 mart 2024-cü il tarixli, 432 nömrəli ekspert rəyi, iş üzrə dindirilmiş şahidlərin ifadələri, diskə baxış keçirilməsi haqqında 15 mart 2024-cü il tarixli protokol və 10 fevral 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokol iş üzrə sübut növü kimi qiymətləndirilmişdir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-ci il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan ifadələrlə tərtib olunmalı, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun tərəfindən törədilmiş əməl tövsif edilərkən səhvə yol verilmişdir. Belə ki, CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasinin qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Həmçinin, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli, 08 nömrəli Qərarının 9-cu bəndində göstərilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri törətməsi faktının müəyyən edilməsi kifayətdir. Belə tərkibə əsasən məsuliyyətin həllində ancaq dispozisiyada göstərilən hərəkət və ya hərəkətsizlik müəyyən edilir, nəticə tərkibdən kənarda qaldığı üçün onun müəyyən edilməsi lüzumu aradan qalxır. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs narkotik vasitənin satış məqdəsi ilə qanunsuz olaraq əldə etməsi, daşıması və saxlaması ilə bağlı ittiham verilmişdir ki, bununla bağlı ilk növbədə təqsirləndirilən şəxsin məqsədinin məhz əldə etdiyi və üzərində daşıyaraq saxladığı narkotik vasitənin satmağa yönəldiyi sübuta yetirilməlidir. Məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni məhz satış məqsədilə qanunsuz olaraq əldə etməsi, daşıması və saxlaması sübuta yetirilmir. Məhkəmə istintaqında aparılan araşdırma zamanı da Təqsirləndirilən şəxs narkotik vasitəni satmaq məqsədi birbaşa və ya dolayı yolla hər hansı sübutla təsdiq olunmur. Belə ki, təqsirləndirilən şəxsin üzərində iki ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,081 qram və 0,092 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və bir ədəd kağız bükümdə təmiz çəkisi 0,168 qram olan, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar olunsada həmin narkotik vasitənin məhz satış məqsədilə əldə olunmasını təsdiq edən hər hansı digər hallar mövcud deyildir. Əksinə Təqsirləndirilən şəxs polis tərəfindən saxlanılan və üzərinə baxış keçirilən zaman, həmçinin barəsində həbs qətimkan tədbiri seçilməsi üçün vəsatət və təqdimata baxılan zaman məhkəmədə də bildirmişdir ki, narkotik vasitədən istifadə edir. Üstündə aşkar edilmiş narkotik vasitə öz istifadəsi üçündür. O, Bakı şəhərində yaşayır. Üç ildir ki, qeydiyyatda olduğu Ağsu rayonuna gəlmir. Hazırda gəlməsinin səbəbi Ağsu Rayon Məhkəməsində xx.xx.2024-cü il tarixdə mülki mübahisə olması olmuşdur. Bununla bağlı Bakı şəhərində yas mərasimindən çıxdıqdan sonra həftənin şənbə günü rayona gələn qohumları ilə birgə gəlmişdir ki, birinci günə kimi qalsın, birinci gündə məhkəmə iclasında iştirak etsin və sonra Bakı şəhərinə geri qayıtsın. Özü narkotik vasitə istifadəçisi olduğu üçün və iki günlük gəldiyi üçün istifadə məqsədi ilə üstündə narkotik vasitə də gətirmişdir. Üzərində iki bükümdə heroin və hərdən onlarla birlikdə istifadə etdiyi xırda bir parça metanfetamin olmuşdur. O, narkotik vasitə istifadəçisidir. Satışı ilə məşğul olmamışdır, həmçinin belə bir məqsədi də olmamışdır. Məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin dediyi bu fakt təsdiqini tapmışdır. Bundan başqa təqsirləndirilən şəxsin mobil telefonuna baxış keçirilməmiş, orada narkotik vasitənin satış məqsədilə əldə olunmasını, satış üçün sifarişin olmasını təsdiq edən hər hansı sübut, o cümlədən iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir danışığın aparılmasını, məlumat və foto şəkilin aşkar olunmasını təsdiq edən sübut aşkar edilərək iş materiallarına əlavə edilməmişdir. Təqsirləndirilən şəxsin istifadəsində olmuş ********** saylı mobil nömrəyə göndərilmiş SMS mətnlərinə baxış keçirilsə də narkotik vasitələrin və psixotrop maddələrin satışına dəlalət edən mesajlar müəyyən edilməmiş, telefonda olan SMS mətnlərində qeyd olunanlar ətraflı araşdırılmamış, həmin şəxslər dindirilməmiş və ya harə hansı digər istintaq hərəkətləri aparılmamışdır. Bundan başqa şahidlərin ibtidai istintaq zamanı verdiyi ifadələrdən, həmçinin “Əməliyyat qrupunun təşkil edilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldanda görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, üzərində saxlayaraq daşıması, istifadəsi barədə daxil olmuş əməliyyat məlumatının yoxlanması, cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törədildikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin və psixotrop maddələrin, cinayət izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Bundan başqa istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsinə dair hər hansı sübut, həmçinin onların hazırlanması üçün avadanlıq aşkar edilməmişdir. İşin hallarından göründüyü kimi, bütün qeyd edilənlər Təqsirləndirilən şəxs narkotik vasitəsini əldə edərək üzərində daşımaqla saxlamasının məhz satış məqsədi ilə edilməsini bir daha şübhə altına alır. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ehtimal və mülahizələrə əsaslanaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq əldə etməsi, daşıması və saxlaması ilə bağlı ittiham verilmişdir ki, həmin ittiham əsasında məhkəmə Təqsirləndirilən şəxs CM-in 234.2ci maddəsi ilə məsuliyyətə cəlb edilməsini mümkün hesab etmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidir. 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. 145.1-ci maddəsin ə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir; 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Beləliklə, məhkəmə, məhkəmə istintaqında araşdırılan sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi və öz daxili inamına əsasən, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətlədirərək, “Avropa İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, həmçinin Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verərək, yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,173 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroini, təmiz çəkisi 0,168 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamasının satış məqsədilə olması öz təsdiqini tapmır, buna görə də o, şəxsi istehlak miqdarından artıq olan həmin narkotik vasitəni qanunsuz əldə etməsi, daşıması və saxlaması ilə bağlı cinayət məsuliyyətinə cəlb olunmalı, yəni təqsirləndirilən şəxsin əməli CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmalıdır. Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması, onun etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir); 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; 21-ci maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. Narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının müvafiq qanunlarla müəyyən edilmiş xeyli miqdarından aşağı olan miqdarı şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə əsas verən az miqdardır. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli Qərarının: 2-ci bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin araşdırılmasında mühüm əhəmiyyət kəsb edən bir sıra cinayət-hüquqi kateqoriyalara dair izahların “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 959-İİQ nömrəli Qanununun 1-ci maddəsində təsbit edildiyi nəzərə alınaraq, həmin izahlar, eləcə də baxılan ittihamın qanuni həlli üçün əhəmiyyətli olan Qanunun digər müddəaları rəhbər tutulmalı, düzgün təfsir olunaraq tətbiq edilməlidir; 4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur; 5-ci bəndinə əsasən narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir; 6-cı bəndinə əsasən istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nın “Narkotik vasitələr” adlı İ siyahısının 83-cü qrafasına əsasən təmiz halda 0,15-qramdan 2 qramadək heroin, “psixotrop maddələr” adlı İİ siyahısının 118-ci qrafasına əsasən təmiz halda 0,15qramdan 2 qramadək metamfetamin xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinin təmiz çəkisi 0,173 qram, psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,168 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Beləliklə, məhkəmə hesab edir ki, CPM-in 44.1-ci və 44.2.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - “Şübhəli şəxsin tutulması haqqında” 10 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 fevral 2024-cü il tarixdə, saat 18:30-da şübhəli şəxs qismində tutulmuşdur; - Ağsu Rayon Məhkəməsinin 4(016)-16/2024 saylı, 12 fevral 2024-cü il tarixli qərarının surətindən görünür ki, xx.xx.1991-ci il tarixdə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 4 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, X5 yaşayan Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, dərhal məhkəmə iclas zalından azad edilmişdir. - Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 12 fevral 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. - Şəki Apellyasiya Məhkəməsinin 4(107)-13/2024 saylı, 19 fevral 2024-cü il tarixli qərarının surətindən görünür ki, Ağsu Rayon Məhkəməsinin 4(016)-16/2024 saylı, 12 fevral 2024-cü il tarixli qərarı baxılmış protestə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş 13 fevral 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsibdə DİN BƏSİİ Əməliyyat-Sorğu kartotekasında heç bir məlumat yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının: 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 2-ci bəndində qeyd olunmuşdur ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Xocasən qəsəbəsi üzrə nümayəndəliyinin məktubundan görünür ki, Əliyev X8 qəsəbə nümayəndəliyinin inzibati ərazi fərdi yaşayış evində qeydiyyatsız yaşayır və onun haqqında qəsəbə nümayəndəliyinə şikayət-təqdimat daxil olmamışdır. Ailə tərkibi: həyat yoldaşı – X12 – 1996-cı il, qızı – X13-xx.xx.2017, qızı – X11-xx.xx.2021. CM-nin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin onun şəxsiyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq belə qənaətə gəlir ki, ona CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. CPM-in 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 10 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 12 fevral 2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 10 fevral 2024-cü il tarixdən 12 fevral 2024-cü il tarəxədək tutulduğu 02 (iki) gün müddət həbsdə olma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla təyin olunacaq cəzadan çıxılmaqla onun üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Ağsu rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan - 01 ədəd zərfin içində olan, iki ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda tədqiqatdan sonrakı təmiz çəkiləri 0,061 qram və 0,072 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, bir ədəd kağız bükümdə tədqiqatdan sonrakı təmiz çəkisi 0,118 qram olan, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, bir ədəd gümüşü falqa kağızı və bir ədəd dəmir borucuq hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalı, sübut olan iki ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. CM-nin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamaların rəylərini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs CMnin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 20 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 10 fevral 2024-cü il tarixdən 12 fevral 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-da səhər saat 07:00-adək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Bakı şəhərinin ərazisi hüdudlarını tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Ağsu rayon Polis Şöbəsində saxlanılan maddi sübutlar – 01 ədəd zərfin içində olan, iki ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda tədqiqatdan sonrakı təmiz çəkiləri 0,061 qram və 0,072 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, bir ədəd kağız bükümdə tədqiqatdan sonrakı təmiz çəkisi 0,118 qram olan, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, bir ədəd gümüşü falqa kağızı və bir ədəd dəmir borucuq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs aparılmış ekspertiza tədqiqatının dəyəri 69,10 (otuz dörd manat əlli beş qəpik) manat alınıb Respublika büdcəsinin aşağıdakı hesabına keçirilsin: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi-VÖEN-**********, hesab- AZ34CTRE********************01. Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 20 (iyirmi) saat hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi2 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar