Məhkəmə qərarları › İş №1(016)-57/2023

Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-57/2023

05.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-57/2023 05.10.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X18 Natiq oğlunun sədrliyi, Məmmədova Esma Kərim qızının katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun hüquqlarını müdafiə edən fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1977-ci ildə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 17-də qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamin əldə edib yaşadığı evdə saxlamaqla satmışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni, 0,891 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib üzərində daşımaqla yaşadığı ünvan 2 evə gətirib saxlamış, qanunsuz olaraq əldə edib daşımaqla saxladığı həmin psixotrop maddədən 23 may 2023-cü il tarixdə saat təxminən 20 radələrində istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Ağsu şəhər sakini Şahid4 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə apardığı danışıqla sonuncuya satmağa razılaşdıqdan sonra, Şahid4 Ağsu şəhəri Nizami küçəsində yerləşən Əli Marketdə quraşdırılmış “Milli Ön” ödəmə terminalı vasitəsilə onun istifadə etdiyi Rabitəbanka məxsus 5261 6333 3309 2634 nömrəli bank kartına göndərdiyi 20 manat pul müqabilində şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,231 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini Şahid4 qanunsuz olaraq satmış, 06 iyun 2023-cü il tarixdə saat 13:15-də Ağsu rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Ağsu şəhəri M.Ə.Rəsulzadə küçəsində saxlanılıb rayon X16 şəhəri M.Ə.Rəsulzadə küçəsi 25 ünvanında yerləşən inzibati binasına gətirilmiş, həmin tarixdə saat 16:00-da yaşadığı ünvan 2 ünvanda axtarış və götürmə hərəkətləri aparılarkən həmin evin həyətində yerləşən paralel qol adlanan idman alətinin dəmir borusunun içərisində bir ədəd kağız bükümdə 0,660 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Həmin hərəkətləri Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində ona CM-nin 234.2ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, ünvan 3 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Hal-hazırda heç bir yerdə işləmir. O, narkotik vasitələrin və psixotrop maddələrin aludəçisidir və tez-tez narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Uzun müddətdir ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etdiyi üçün səhhətində ağrılar yaranmışdır. Əvvəllər narkotik vasitə satışı ilə məşğul olduğu üçün məhkum olunmuşdur. xx.xx.2023-cü il tarixdə Ağsu şəhəri M.Ə.Rəsulzadə küçəsində piyada hərəkətdə olarkən, polis əməkdaşları onu saxlatdıraraq narkotik vasitələrin və psixotrop maddələrin istifadəsində və saxlanmasında, eləcə də alqısatqısında şübhəli olduğu üçün birlikdə Ağsu RPŞ-nə getməyini təklif etdikdə, o polis əməkdaşları ilə birlikdə Ağsu RPŞ-nə getmişdir. Daha sonra vəkil dəvət olunmuş və ona hüquqları izah olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Sonra dəvət olunmuş vəkilin iştirakı ilə üzərində qanunsuz əşya olub-olmaması soruşulduqda o, üzərində narkotik vasitə və yaxud psixotrop maddə olmadığını sadəcə olaraq özünə məxsus olan bir ədəd redmi note 11 markalı mobil telefonu, bir ədəd Rabitə Bank ASC-yə məxsus 5261 6333 3309 2634 nömrəli bank kartını və narkotik vasitə və ya psixotrop maddə istifadəsi üçün lazım olan kağız materialdan olan borucuğu təqdim etmişdir. Daha sonra ondan yaşadığı evdə narkotik vasitə saxlayıb saxlamadığını soruşmuşlar. O da evin həyətində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Sonra polis əməkdaşları vəkilin iştirakı ilə onun yaşadığı evin həyətinə baxış keçirmişlər və o, həyətdə yerləşən paralel qol adlanan idman alətinin dəmir borusunun içərisində gizlətdiyi psixotrop maddə olan metamfetamini təqdim etmişdir. Bundan sonra həmin psixotrop maddə elektron tərəzi vasitəsilə çəkilmiş və çəkisi siqaretin kağızı ilə bir yerdə 0,76 qram olması müəyyən edilmişdir. Sonra bu barədə protokol tərtib olunmuş və qablaşdırılmışdır, tərtib olunmuş protokol o və baxışda iştirak edən şəxslər tərəfindən imzalarla təsdiq olunmuşdur. Yaşadığı evin həyətində yerləşən paralel qol adlanan idman alətinin dəmir borusunun içərisindən aşkar olunmuş psixotrop maddə olan metamfetamini heç kimdən almamışdır. O, həmin maddəni tutulmamışdan 15-20 gün qabaq Xırdalan şəhəri ərazisində piyada gəzərkən yerdən tapmışdır. O, narkotik vasitələrin və psixotrop maddələrin istifadəçisi olsa da, lakin alqısatqısı ilə məşğul olmur. Şahid4 tanıyır. Həmin şəxs onun qonşuluğunda yaşayır. Onun Cavidlə münasibətləri yaxşı olmuşdur. Aralarında heç bir ədavət va ya düşmənçilik olmamışdır. Özünə məxsus redmi note 11 markalı mobil telefonunda ***-***-**-**, ***-***-**- ** saylı mobil nömrələrdən istifadə edir. Üzərindən aşkar olunmuş Rabitə Bank ASC-yə məxsus 5261 6333 3309 2634 nömrəli bank kartını istifadə edir. Şahid4 ifadəsi ilə bağlı bildirir ki, Cavid yalan deyir. Cavidə psixotrop maddə olan metamfetamin satmamışdır. Şahid4 ona 140 manat borcu olmuşdur. Şahid4 ona olan borcunu qaytarmaq məqsədilə 23 may 2023-cü il tarixdə onun istifadə etdiyi Rabitə Bank ASC-yə məxsus 5261 6333 3309 2634 nömrəli bank kartına “Milli Ön” elektron ödəniş terminalı vasitəsilə 20 manat pul köçürmüşdür. Cavid ona zəng edib narkotik vasitə istəmiş, özündə olduğu üçün o, təmənnasız olaraq Cavidə narkotik vasitə vermişdir. Daha sonra qeyd etmişdir ki, Cavid cavan oğlandır ona narkotik vasitə və ya psixotrop maddə satmaz, lakin yaşlı insan olsa idi ağrıdan çıxmaq üçün narkotik vasitə verər. Təqsirləndirilən şəxs daha sonra ifadəsində himayəsində bir azyaşlı, iki yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, ailəli olmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını, məhkumluğunun olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq əməlinin düzgün tövsif edilib ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı, iki yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, ailəli olmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını, məhkumluğunun olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq əməlinin düzgün tövsif edilib ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək bildirmişdir ki, o, Ağsu RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 23 may 2023-cü il tarixdə Ağsu şəhər sakini, Şahid3 narkotik vasitə və psixotrop maddələrin qanunsuz qəbul etməsi, saxlaması barədə məxfi mənbədən daxil olmuş məlumatı yoxlamaq məqsədilə şöbənin NMQ-nun əməliyyat müvəkkili Şahid2 ilə birlikdə vətəndaş Şahid3 Bakı-Şamaxı-Yevlax avtomagistralının yaxınlığında yerləşən kafenin həyətində dayandığını görüb, Şahid3 saxlayaraq rayon polis şöbəsinə gəlməyə dəvət etmişlər. Şahid3 heç bir etiraz etmədən onlarla birlikdə rayon polis şöbəsinə gəlmişdir. Bundan sonra rayon polis şöbəsində vəkilin iştirakı ilə Şahid3 üzərinə baxış keçirilmiş, baxış zamanı Şahid3 əynində olan qara rəngli gödəkçənin sol iç cibindən siqaretin kağızına bükülmüş, bir bükümdə psixotrop maddə olan metamfetamini (patı) təqdim etmiş və bildirmişdir ki, psixotrop maddələrdən istifadə edir, həmin psixotrop maddəni xx.xx.2023-cü il tarixdə axşam radələrində Ağsu şəhər 2 saylı tam orta məktəbin yanında əvvəllər tanıdığı Ağsu şəhər sakini Şahid4 nağd şəkildə olan 20 (iyirmi) manat yəni, bir ədəd 10 manatlıq və iki ədəd 5 manatlıq pul əskinazlarını verib almış, sonra içərisində psixotrop maddə olan kağız bükümü əynində olan qara rəngli gödəkçəsinin sol iç cibinə qoyaraq Bakı-Şamaxı-Yevlax avtomagistralının yaxınlığında yerləşən kafenin həyətinə getmişdir. Bundan başqa axtarış zamanı Şahid3 əynində olan göy rəngli cins şalvarın sol yan cibindən markası və modeli bilinməyən qırmızı rəngli mobil telefon aşkar edilmişdir. Daha sonra psixotrop maddə, markası və modeli bilinməyən qırmızı rəngli mobil telefon qablaşdırılmış, tərtib olunmuş protokol ucadan oxunmuş, iştirakçılar və o, həmin protokolu imzalarla təsdiq etmişlər. Bundan sonra 24 may 2023-cü il tarixdə NMQ-nun əməliyyat müvəkkili Şahid2 ilə birlikdə xidmətdə olan zaman Ağsu şəhər sakini, Şahid4 Ağsu şəhəri Nizami küçəsində yerləşən kafenin içərisində olduğunu görüb, onu saxlayaraq, sonuncuya məxsus “FİAT” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə birlikdə rayon polis şöbəsinə gəlməyə dəvət etmişlər. O, da heç bir etiraz etmədən onlarla birlikdə rayon polis şöbəsinə gəlmişdir. Bundan sonra rayon polis şöbəsində vəkilin iştirakı ilə Şahid4 üzərinə baxış keçirilmiş, baxış zamanı Şahid4 üzərində heç bir qanunsuz əşya, o cümlədən narkotik vasitə və psixotrop maddə aşkar edilməmişdir. Axtarış zamanı Şahid4 əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd qara rəngli, Samsung markalı mobil telefon, sol yan cibindən özünə məxsus “FİAT” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarı aşkar edilmişdir. Bir ədəd “FİAT” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarı sübut əhəmiyyəti daşımadığından Şahid4 geri qaytarılmışdır. Şahid4, Şahid3 üzərindən aşkar olunmuş psixotrop maddəni əvvəllər tanıdığı və narkotik vasitə aldığı Təqsirləndirilən şəxs sonuncunun kart hesabına 20 (iyirmi) manat pul göndərdikdən sonra psixotrop maddəni Şahid3la birlikdə çəkmək məqsədilə aldığını bildirmişdir. Daha sonra müdafiəçinin və onların iştirakı ilə Şahid4 məxsus “FİAT” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonu və kabinəsinə baxış keçirilmiş, iş üçün sübut əhəmiyyəti kəsb edən heç bir əşya və predmet, o cümlədən narkotik vasitə və psixotrop maddə aşkar edilməmişdir. “Samsung” markalı mobil telefon sübut əhəmiyyəti daşıdığından maddi sübut kimi götürülmüş və qablaşdırılmışdır. Tərtib olunmuş protokol ucadan oxunmuş, iştirakçılar həmin protokolu imzalarla təsdiq etmişlər. Daha sonra Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olması barədə məlumatı yoxlamaq üçün əməliyyat müvəkkili Şahid2 ilə birlikdə 06 iyun 2023-cü il tarixdə əməliyyat-axtarış tədbiri keçirilmiş və Təqsirləndirilən şəxs Ağsu şəhəri M.Ə.Rəsulzadə küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq polis şöbəsinə dəvət edilmiş və o, heç bir etiraz etmədən Ağsu rayon Polis Şöbəsinin inzibati binasına gəlmişdir. Bundan sonra vəkilin iştirakı ilə üzərinə baxış keçirilmiş və onun üzərindən hər hansı qanunsuz əşya, o cümlədən narkotik vasitə və psixotrop maddə aşkar edilməmişdir. Axtarış zamanı o, əynində olan şalvarın arxa cibindən bir ədəd Redmi Note 11 markalı mobil telefon və bir ədəd Rabitə Banka məxsus bank kartı, həmçinin kağız materialdan olan borucuğu təqdim edərək bildirmişdir ki, telefon və kart ona məxsusdur, kağız materialdan olan borucuğu isə narkotik vasitə və psixotrop maddələri çəkmək üçün istifadə edir. Həmin əşyalar maddi sübut kimi götürlüb qablaşdırılmışdır. Bundan sonra yaşadığı evdə narkotik vasitə olub-olmaması soruşulmuş və o, öz növbəsində yaşadığı evin həyətində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanda axtarış və götürmə hərəkətləri aparılarkən həmin evin həyətində yerləşən paralel qol adlanan idman alətinin dəmir borusunun içərisində bir ədəd kağız bükümdə 0,660 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. İş üzrə şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, ünvan 4 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. O, psixotrop maddələrin aludəçisidir. Uzun müddət psixotrop maddələrdən istifadə etdiyi üçün səhhətində ağrılar yaranmışdır. Əvvəllər soyğunçuluq cinayət əməli törətdiyinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Ağsu şəhəri sakini Şahid4 uzun müddətdir ki, tanıyır. xx.xx.2023-cü il tarixdə səhhətində ağrılar yarandığı üçün axşam radələrində istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən əvvəllər tanıdığı Cavid adlı şəxsin istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəyə zəng edərək ona pixotrop maddə olan metamfetamin (patı) tapmasını xahiş etmişdir. Cavid də ona özündə psixotrop maddə olan metamfetamin (patı) olmadığını, əgər 20 (iyirmi) manat pul versə ona psixotrop maddə olan metamfetamin (patı) təşkil edə biləcəyini bildirmişdir. Bundan sonra o, Cavidə Ağsu şəhər 2 saylı tam orta məktəbin yaxınlığına gəlməyini bildirmişdir. Cavid də özünə məxsus Fiat markalı avtomobili ilə Ağsu şəhəri 2 saylı tam orta məktəbin yaxınlığına gəlmiş və orada görüşmüşlər. O, Cavidlə görüşdükdən sonra Cavidin avtomobili ilə Ağsu şəhəri Nizami küçəsində yerləşən Əli marketin qarşısına gəlmişlər. Onlar Əli marketin qarşısına çatdıqdan sonra Cavid avtomobildə Ağsu şəhər sakini Təqsirləndirilən şəxs zəng edərək Ceyhunla telefonda danışıb Ceyhundan bank kartının nömrəsini soruşmuş və Ceyhuna bank kartına 20 manat pul köçürəcəyini bildirmişdir. Sonra isə Cavid 20 manat pul verməyini istəmiş və bildirmişdir ki, həmin pulu Təqsirləndirilən şəxs kart hesabına göndərəcək. O da Şahid4 20 (iyirmi) manat yəni, bir ədəd 10 manatlıq və iki ədəd 5 manatlıq əskinazları nağd şəkildə vermişdir. Bundan sonra Cavid, Əli marketin içərisinə keçərək onun verdiyi 20 manat pulu deməsinə görə Təqsirləndirilən şəxs kart hesabına göndərmişdir. Bundan sonra gəlib avtomobilə əyləşmiş və onlar Ağsu şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən Rabitə Bankın qarşısına gəlmişlər. Sonra Cavid avtomobili Rabitə Bankın qarşısında saxlamış və Təqsirləndirilən şəxs zəng edib danışa-danışa avtomobildən düşüb getmişdir. O da Cavidi avtomobildə gözləməyə başlamışdır. Bir neçə dəqiqədən sonra Cavid qayıdıb gəlmiş və ona psixotrop maddə olan metamfetamini əldə etdiyini, yəni ağacın dibindən götürdüyünü bildirmişdir. Bundan sonra onlar Cavidin avtomobili ilə Ağsu şəhər 2 saylı tam orta məktəbin arxa tərəfinə getmişlər. Onlar həmin yerə çatdıqdan sonra o, Cavidə qonaqları olduğunu və getmək istədiyini bildirmişdir. Şahid4 də psixotrop maddə olan metamfetamini dizinin üstündə yarıya, yəni 2 hissəyə bölmüşdür. Sonra isə yarıya, yəni 2 hissəyə böldüyü metamfetamininin yarısını, yəni bir hissəsini ona vermiş, bir hissəsini də özü götürmüşdür. O da öz payına düşən psixotrop maddə olan metamfetamini əynində olan qara rəngli gödəkçəsinin sol iç cibinə qoymuşdur. Bundan sonra Bakı-Şamaxı-Yevlax avtomagistralının yaxınlığında yerləşən kafenin həyətinə getmişdir. Saat təxminən 21:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomagistralının yaxınlığında yerləşən kafenin həyətində dayanarkən, polis əməkdaşları onu saxlatdıraraq, onlarla birlikdə Ağsu rayon polis şöbəsinə getməyini təklif etdikdə, o, polis əməkdaşları ilə birlikdə Ağsu rayon polis şöbəsinə getmişdir. Daha sonra vəkil dəvət olunmuş və ona hüquqları izah olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Sonra dəvət olunmuş vəkilin iştirakı ilə üzərində qanunsuz əşya olub-olmaması soruşulduqda o, üzərində psixotrop maddə olmasını etiraf etmişdir. Sonradan protokol tərtib olunaraq əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən, siqaretin kağızına bükülmüş metamfetamini (patı) cibindən çıxararaq təhvil vermişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid4 məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, ünvan 5 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. O, narkotik vasitə və psixotrop maddələrin aludəçisidir. Uzun müddətdir ki, narkotik vasitələrin marixuana növündən istifadə edir. Narkotik vasitəni əvvəllər tanımadığı şəxslərdən, eləcə də Ağsu şəhər sakini Təqsirləndirilən şəxs alaraq, istifadə etmişdir. Sonuncu dəfə Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini 23 may 2023-cü il tarixdə saat 20:00 radələrində almışdır. 23 may 2023-cü il tarixdə Ağsu şəhər sakini Şahid3 ***-***-**-** saylı mobil nömrəsi ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək, psixotrop maddə olan metamfetamin olub-olmamasını soruşmuş, o da Məhəmmədə metamfetamin (patı) təşkil edə biləcəyini, bunun üçün görüşmək lazım olduğunu bildirmişdir. Bundan sonra Məhəmmədlə Ağsu şəhər 2 saylı tam orta məktəbin qarşısına görüşmüşdür. O, Məhəmmədlə görüşdükdən sonra Məhəmməd onun avtomobilinə əyləşmiş və onun avtomobili ilə Ağsu şəhəri Şlanba deyilən əraziyə Əli marketin qarşısına gəlmişlər. Əli marketin qarşısına gəldikdən sonra o, Məhəmmədin yanında olarkən əvvəllər tanıdığı eyni zamanda, narkotik vasitə və psixotrop maddə alıb istifadə etdiyi Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrədən Ceyhunun istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsinə zəng vuraraq, psixotrop maddə olan metamfetamin olub-olmamasını soruşmuşdur. Ceyhun da ondan nə qədər psixotrop maddə olan metamfetamin lazım olduğunu soruşmuş o, da Ceyhuna 20 (iyirmi) manat dəyərində psixotrop maddə olan metamfetamin lazım olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs da ona kart hesab məlumatlarını bildirmişdir. Bundan sonra o, Məhəmməddən 20 manat pul alıb avtomobildən aşağı düşmüşdür. O, Ağsu şəhəri Nizami küçəsində yerləşən Əli marketdə quraşdırılmış “MİLLİÖN” elektron ödəniş terminalı vasitəsilə Ceyhunun kart hesabına Məhəmməddən aldığı 20 manat pulu göndərmişdir. Pulu göndərdikdən sonra Ceyhun ona M.Ə.Rəsulzadə küçəsində yerləşən ”Rabitə Bank”ın arxa tərəfində olan 3-cü ağacın dibindən psixotrop maddə olan metamfetamini götürə biləcəyini demişdir. Bundan sonra o, Məhəmmədlə birlikdə Ağsu şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən Rabitə Bankın qarşısına gəlmişdir. Onlar həmin yerə çatdıqdan sonra o, yenidən öz mobil nömrəsi ilə Ceyhuna zəng etmişdir. Ceyhun da psixotrop maddənin olduğu yeri ona dəqiq şəkildə bildirmişdir. O da həmin yerə yaxınlaşıb psixotrop maddə olan metamfetamini götürmüşdür. Bundan sonra o, avtomobilə əyləşib Məhəmmədlə birlikdə Ağsu şəhəri 2 saylı tam orta məktəbin qarşısına gedərək patını çəkmək qərarına gəlmişlər. Lakin həmin vaxt Məhəmməd başqa yerdə qonağı olduğunu bildirmişdir. Buna görə də onlar həmin psixotrop maddə olan metamfetamini yarı bölmüşlər. Bundan sonra Məhəmməd həmin psixotrop maddə olan metamfetaminin yarısını götürüb getmişdir. O da biraz sonra psixotrop maddə olan metamfetaminin yarısını çəkmişdir. xx.xx.2023-cü il tarixdə Ağsu şəhəri Nizami küçəsində yerləşən kafedə olarkən, polis əməkdaşları onu saxlatdıraraq özünə məxsus “FİAT” markalı **-BU-*** saylı dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Ağsu RPŞ-nə getməyi təklif etdikdə, o, polis əməkdaşları ilə birlikdə Ağsu RPŞ-nə gəlmişdir. Daha sonra vəkil dəvət olunmuş və ona hüquqları izah olunaraq şübhəli şəxs qismində tutulmuşdur. Sonra dəvət olunmuş vəkilin iştirakı ilə üzərində qanunsuz əşya olub-olmaması soruşulduqda, o, üzərində heç bir qanunsuz əşya, həmçinin narkotik vasitə olmadığını bildirmişdir. Sonra üzərində axtarış aparılmış, əynində olan gödəkcənin cibində olan mobil telefonu götürülmüş və protokol tərtib olunmuşdur. Həmin metamfetamini Təqsirləndirilən şəxs alıb Şahid3 verdiyi üçün, yəni psixotrop maddənin Təqsirləndirilən şəxs, Şahid3 satılmasını təşkil etdiyi üçün onlar həmin psixotrop maddə olan metamfetamini yarıya bölmüşlər. Bundan sonra o, öz payına düşən hissəni çəkmişdir. O, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmur. Özü istifadə etmək üçün Təqsirləndirilən şəxs alır. Şahid3 üzərindən aşkar olunmuş psixotrop maddə olan metamfetamin onun Təqsirləndirilən şəxs alıb yarı hissəyə bölüb Məhəmmədə verdiyi psixotrop maddə olan matemfetamindir. Təqsirləndirilən şəxs heç bir borcu yoxdur. Onun kartına Məhəmməddən aldığı 20 manatı borcun ödənilməsi məqsədilə deyil, sırf psixotrop maddə olan metamfetamin almaq üçün göndərmişdir. Həmin pulu Təqsirləndirilən şəxs kartına göndərdikdən sonra Ceyhun ona psixotrop maddə olan metamfetamini haradan götürəcəyini demiş və daha sonra o, Məhəmmədlə həmin yerə gedib metamfetamini götürmüşdür. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - Şəxsi axtarış və götürmə aparılması haqqında 06 iyun 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 15:00 radələrində Ağsu RPŞ-nin İQ-nin baş müstəntiqi, polis kapitanı Rəhim Əhmədov tərəfindən Ağsu RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili, polis leytenantı Şahid1, Ağsu RPŞ-nin NMQ-un əməliyyat müvəkkili, polis leytenantı X1 və müdafiəçi X5 iştirakları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış və götürmə aparılması zamanı əyninə geyindiyi boz rəngli şalvarının sağ arxa cibindən bir ədəd Redni Note 11 markalı mobil telefonu, sol arxa cibindən isə bir ədəd Rabitə Banka məxsus bank kartını və sol yan cibindən bir ədəd kağız materialdan olan borucuq aşkar edilərək götürülmüşdür. - Axtarış və götürmə aparılması haqqında 06 iyun 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 16:00 radələrində Ağsu RPŞ-nin İQ-nin baş müstəntiqi, polis kapitanı Rəhim Əhmədov tərəfindən Ağsu RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili, polis leytenantı Şahid1, Ağsu RPŞ-nin NMQ-un əməliyyat müvəkkili, polis leytenantı X1 və müdafiəçi X5 iştiraklarıilə şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evə videoçəkilişlə axtarış və götürmə aparılması zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətində yerləşən paralel qol adlanan idman alətinin dəmir borusunun içərisində bir ədəd bükümlə birlikdə çəkisi 0,76 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. - 06 iyun 2023-cü il tarixli şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 14:00-da CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 08 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 08 iyun 2023-cü il tarixdə saat 09:00-da CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmişdir. - Ağsu Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli, 4(016)-23/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 06 iyun 2023-cü il tarixdən 3 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X11 Bölməsi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 07 iyun 2023-cü il tarixli 17/441 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tətqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kağız materialdan olan boru” sözləri adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kağız materialdan hazırlanmış borucuqda cüzi miqdarda metamfetamin hissəcikləri vardır. Metamfetamin hissəcikləri cüzi miqdarda olduğundan təmiz çəkisini müəyyən etmək mümkün olmadı. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin həyətində olan paralel qol adlı idman alətinin içərisindən aşkar olunmuş psixotrop maddəyə bənzər kütlə ” sözləri adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi – 0,660 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin həyətində olan paralel qol adlı idman alətinin içərisindən aşkar olunmuş psixotrop maddəyə bənzər kütlə” sözləri adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə olan metamfetamin ilə üzərində “01 (bir) ədəd bükümdə metamfetamin. Şahid3 oğ.” Sözləri yazılmış 01 (bir) ədəd MEM-ə məxsus kağız paketin içərisindəki sellofana bükülmüş 01 (bir) ədəd göy-ağ rəngli kağız bükümdə olan metamfetamin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Qeyd: a) metamfetaminin təmiz çəkisi 0.660 qr. , tədqiqata sərf edildi - 0,050 qr. , qalıq 0,610 qram, b) metamfetaminin təmiz çəkisi 0.181 qr. , tədqiqata sərf edildi - 0,050 qr. , qalıq 0,131 qram. - Diskə baxış keçirilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, CD diskdə olan video görüntüyə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Şahid4 xx.xx.2023-cü il tarixdə saat 20 radələrində telefonla danışa-danışa Ağsu şəhəri, Nizami küçəsində yerləşən Al Marketə daxil olur və marketdə quraşdırılmış “MİLLİÖN” elektron ödəniş terminalının yanına gələrək terminalda müvafiq düyməni seçib terminal vasitəsilə özünün deməsinə görə Təqsirləndirilən şəxs Rabitəbanka məxsus kart hesabına Məhəmməddən aldığı 20 manat pulu köçürür. Şahid4 pulu köçürdükdən sonra marketdən çölə çıxır. - Üzləşdirmə aparılması haqqında 28 iyun 2023-cü il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxslər Şahid4 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış, üzləşdirmə zamanı Şahid4 23 may 2023-cü il tarixdə psixotrop maddə olan metamfetamin satmasından ötrü Təqsirləndirilən şəxs zəng etdiyini, Təqsirləndirilən şəxs 20 manat pul istədiyini və Təqsirləndirilən şəxs kart hesabına 20 manat pul göndərdiyini, Təqsirləndirilən şəxs həmin psixotrop maddə olan metamfetamini Ağsu şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən Rabitəbankın yaxınlığında gizlətdiyini, daha sonra Şahid3la birlikdə Ağsu şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən Rabitəbankın yaxınlığına gəldiyini, bundan sonra Təqsirləndirilən şəxs orada gizlətdiyi psixotrop maddə olan metamfetamini götürdüyünü Təqsirləndirilən şəxs üzünə qarşı deməklə, onu bir daha ifşa etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs cavan insanlara narkotik vasitə və ya psixotrop maddə satmadığını, lakin yaşlı insanlara ağrıdan çıxmaq üçün narkotik vasitə verməsini səmimi olaraq etiraf etmişdir. - Mobil telefona baxış keçirilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə hərəkətləri aparılan zaman aşkar edilmiş Redmi Note 11 markalı mobil telefona baxış keçirilmiş və mobil telefonun zənglər olan bölməsinə daxil olduqda təqsirləndirilən şəxslər Şahid4 istifadəsində olan ***- ***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında xx.xx.2023-cü il tarixdə saat 17:10 dəqiqədə, 17:11 dəqiqədə, 20:03 dəqiqədə, 20:05 dəqiqədə, 20:08 dəqiqədə, 20:09 dəqiqədə, 20:52 dəqiqədə, 21:03 dəqiqədə və 21:27 dəqiqədə danışıq aparılması, bundan başqa mobil telefonun Watsapp olan bölməsinə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə müxtəlif şəxslərin istifadəsində olan ***-***-**-** saylı, ***-***-**-** saylı, +98- 919-069-3421 saylı, ***-***-**-** saylı mobil nömrələrlə narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısı ilə bağlı olan yazışmalar və danışıq səsləri aşkar olunmuşdur. - Rabitəbanka məxsus ödəniş kartı üzrə çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs məxsus 526163****2634 nömrəli kart hesabına “MİLLİ ÖN” elektron ödəniş terminalı vasitəsilə xx.xx.2023-cü il tarixdə 20 manat pul köçürülmüşdür. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanserinin 08 iyun 2023-cü il tarixli, 993 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Ağsu Rayon Mərkəzi Xəstəxsanası” X17 xx.xx.2023-cü il tarixli PHŞ/6-25-2-484/23 saylı məktubundan görünür ki, Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 17-də qeydiyyatda olan Təqsirləndirilən şəxs ruhi-əsəb xəstəliyinə görə “Ağsu RMX” PHŞ-nə müraciət etməmiş və dispanser qeydiyyata götürülməmişdir, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi ilə əlaqədar “Ağsu RMX” PHŞ-nin narkoloji kabinetində dispanser qeydiyyatda dayanır. - 25.07.2023-cü il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətində yerləşən paralel qol adlanan idman alətinin dəmir borusunun içərisindən aşkar olunmuş psixotrop maddə olan metamfetaminin tədqiqatdan sonrakı qalıqları, eləcə də Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd Redmi Note 11 markalı mobil telefon, bir ədəd Rabitə Banka məxsus bank kartı və narkotik vasitələrin və psixotrop maddələri çəkmək üçün istifadə olunan kağız materialdan olan borucuq iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Ağsu RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. - Sübutların qiymətləndirilməsi haqqında 09 avqust 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 17/421 saylı və xx.xx.2023-cü il tarixli 17/441 saylı, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 993, 994 və 995 saylı rəyləri, təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri, həmçinin CD-disklər sübut əhəmiyyətinə malik olduğundan sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs yaşadığı evin həyətində yerləşən paralel qol adlanan idman alətinin dəmir borusunun içərisindən aşkar olunmuş psixotrop maddə olan metamfetaminin tədqiqatdan sonrakı qalıqlarının, eləcə də Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd Redmi Note 11 markalı mobil telefonun, bir ədəd Rabitə Banka məxsus bank kartı və narkotik vasitələrin və psixotrop maddələri çəkmək üçün istifadə olunan kağız materialdan olan borucuğun 26 iyul 2023-cü il tarixli qərarla iş üzrə maddi sübut kimi tanınması nəzərə alınmışdır. Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Həmin qanunun 1.0.11-ci maddəsində Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışının şərhi verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 9-cu bəndi ilə məhkəmələrə izah edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-ci il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan ifadələrlə tərtib olunmalı, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitəni satmasını təkzib etməsini özünü müdafiə xarakteri kimi qiymətləndirir. Belə ki, Təqsirləndirilən şəxs ifadələrində narkotik vasitələrin və psixotrop maddələrin aludəçisi olduğunu, lakin narkotik vasitələrin satışı ilə məşğul olmadığını, Cavidə verdiyi psixotrop vasitəni Bakı şəhərindən tapmasını, Cavidin ona zəng edərək psixotrop maddə istəməsinə görə özündə olan psixotrop maddəni təmənnasız olaraq Cavidə verməsini, Cavidin ona 140 manat borcu olmasını, istifadə etdiyi Rabitə Bank ASC-yə məxsus bank kartına elektron ödəniş terminalı vasitəsilə Cavid tərəfindən 20 manat pul köçürülməsini ona olan borcun qaytarılması məqsədilə olduğunu bildirsə də aparılmış istintaq zamanı 23 may 2023-cü il tarixdə Şahid4 ilə Təqsirləndirilən şəxs arasında telefon danışıqlarının olması, Təqsirləndirilən şəxs yaşadığı evin həyətində yerləşən paralel qol adlanan idman alətinin dəmir borusunun içərisindən aşkar olunmuş psixotrop maddənin Şahid4 alıb Şahid3 verdiyi psixotrop maddə ilə eyni tərkibə malik olması, üzləşdirmə zamanı Şahid4 23 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Rabitəbanka məxsus kartına 20 manat pul köçürməklə psixotrop maddə almasını sonuncunun üzünə qarşı deməsi, həmçinin bu faktın istintaq zamanı öz təsdiqini tapması, eləcə də üzləşdirmə zamanı Təqsirləndirilən şəxs cavan insanlara narkotik vasitə və ya psixotrop maddə satmadığını, lakin yaşlı insanlara ağrıdan çıxmaq üçün narkotik vasitə verməsini səmimi olaraq etiraf etməsi, həmçinin Təqsirləndirilən şəxs istifadə etdiyi mobil telefona baxış zamanı narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısı ilə bağlı olan yazışmaların və danışıq səslərinin aşkar olunması sonuncunun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olduğunu bir daha təsdiq edir. Odur ki, CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. CM-nin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma—üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 07 iyul 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağsu Rayon Xalq Məhkəməsinin xx.xx.1996-cı il tarixli hökmü ilə CMnin 226-1-ci maddəsinin 1 hissəsinə əsasən 02 il müddətinə narkotikdən müalicə olunmaqla azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.1998-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Ali Məhkəmənin xx.xx.2000-ci il tarixli hökmü ilə CMnin 215, 93-3 maddəsinin 4-cü hissəsinə əsasən 09 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2006-cı ildə Əzizbəyov Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün MTCM-nə keçirilmişdir. Ağsu Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə CM-nin 234.2-ci maddəsinə əsasən 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2008-ci il tarixli Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə xx.xx.2008-ci il tarixli hökm dəyişdirilmədən saxlanmış, Xəzər Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə CM-nin 76-cı maddəsinə əsasən 08 ay 01 gün vaxtından əvvəl şərti azad olunmuşdur. CM-nin: 18.4.3-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı bu Məcəllənin 83cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar nəzərə alınmır. 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının: 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 2-ci bəndində qeyd olunmuşdur ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ağsu rayon İcra Hakimiyyəti Ağsu Rayon Mənzil İstismar Sahəsinin 08 avqust 2023-cü il tarixli, 5-34-10/2-2-48/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 17-də qeydiyyatda olmaqla yaşayır və aşağıdakı tərkibdə ailə üzvləri vardır: 1986-cı il təvəllüdlü X3- həyat yoldaşı, 2013-cü il təvəllüdlü X6. - Elektron Məhkəmə İnformasiya Sistemində qohumluq məlumatları olan bölmədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi: həyat yoldaşı - xx.xx.1986-cı il təvəllüdlü X3, oğlu - xx.xx.2007-ci il təvəllüdlü X7, qızı - xx.xx.2008-ci il təvəllüdlü X8, qızı - xx.xx.2013cü il təvəllüdlü X4r. - Ağsu rayon İcra Hakimiyyəti Ağsu Rayon Mənzil İstismar Sahəsi tərəfindən təqdim edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı küçənin sakinləri arasında özünü nizam-intizamlı aparmış, onun barəsində Ağsu Rayon Mənzil İstismar Sahəsinə nə yazılı, nə də şifahi şikayət xarakterli material daxil olmamışdır. CM-nin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə himayəsində bir azyaşlı uşağın olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Həmçinin, məhkəmə Təqsirləndirilən şəxs ailəli olmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını, himayəsində daha iki yetkinlik yaşına çatmayan uşaq olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Ağsu Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə CM-nin 234.2-ci maddəsinə əsasən təqsirli bilinib 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Xəzər Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə CM-nin 76-cı maddəsinə əsasən 08 ay 01 gün vaxtından əvvəl şərti azad olunmuş, lakin hazıradək tam islah olunmamış, məhkumluğu ödənilsə də yenə eyni cinayəti törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. CPM-in 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 06 iyun 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, 08 iyun 2023-cü il tarixdə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir, ona görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanma müddəti cəzaçəkmə müddətlərinə daxil edilməklə, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalıdır. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. CPM-in 346.1.13-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməli olduğu məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilməlidir. CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğundan ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə CPM-in 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Ağsu rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilən maddi sübut – 0,610 qram çəkidə (tədqiqatdan sonrakı çəkisi) narkotik vasitə olan metafetamin, həmçinin bir ədəd kağız materialdan olan borucuq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən aşkar edilərək götürülmüş “Rabitə Bank”-a məxsus, **********092634 nömrəli kart və 01 ədəd Redmi Note 11 markalı mobil telefon qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılmalı, iş üzrə cinayət işində saxlanılan 09 ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci 69,10 manat təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunmalı və o, narkoloji kabinetdə qeydiyyata alınmalıdır. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs CMnin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 12 (on iki) iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı gündən, yəni 06 iyun 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və o, narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Ağsu rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilən maddi sübut – 0,610 qram çəkidə (tədqiqatdan sonrakı çəkisi) narkotik vasitə olan metafetamin, həmçinin bir ədəd kağız materialdan olan borucuq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Ağsu rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən aşkar edilərək götürülmüş 01 ədəd “Rabitə Bank”-a məxsus **********092634 nömrəli kart və 01 ədəd Redmi Note 11 markalı mobil telefon qanuni sahibi Təqsirləndirilən şəxs təhvil verilsin. İş üzrə cinayət işində saxlanılan 09 ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs aparılmış ekspertiza tədqiqatının dəyəri 69,10 manat alınıb Respublika büdcəsinin aşağıdakı hesabına keçirilsin: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi-VÖEN-**********, hesab-AZ34CTRE********************01. Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 12 (on iki) saat hüquqi yardıma görə 72 manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar