Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-57/2024 03.10.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X12 Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağabəyli Kamran Uğur oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun hüquqlarını müdafiə edən fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1982-ci ildə Ağsu rayonu, Yenilik kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Ağsu rayonu, Yenilik kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 476,89 qram təmiz çəkidə çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib yerini dəyişməklə daşıyıb Ağsu rayonuna gətirərək həmin narkotik vasitənin bir hissəsini üzərində qalan hissəsini isə yaşadığı Ağsu rayon Yenilik kəndində yerləşən evinin həyətindəki çardağın altında olan buğda kisəsinin içərisində saxlamış, 18 fevral 2024-cü il tarixdə saat 19:00 radələrində Ağsu rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağsu şəhəri M.Ə.Rəsulzadə küçəsində saxlanılıb rayon X10 şəhəri M.Ə.Rəsulzadə küçəsi 25 ünvanında yerləşən inzibati binasına gətirilərək, orada saat 19:45-də üzərində şəxsi axtarış və götürmə hərəkətləri aparılarkən, əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən, bir ədəd kibrit qutusunun içərisində təmiz çəkisi 6,89 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, həmin tarixdə saat 21:00 radələrində yaşadığı Ağsu rayon Yenilik kəndində yerləşən evinin həyətində axtarış və götürmə hərəkətləri aparılan zaman evin həyətindəki çardağın altında olan buğda kisəsinin içərisindən 470,0 qram təmiz çəkidə çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı ittiham irəli sürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclasında ona CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Ağsu rayon Yenilik kəndində ailə üzvləri ilə birlikdə yaşayır. O, narkotik vasitə aludəçisidir, bunun üçün narkotik vasitə əldə edərək istifadə edir. 2022-ci ilin yaz-yay aylarında öz istifadəsi üçün yaşadığı kəndin yaxınlığında olan dağlıq ərazidə 01 ədəd çətənə kolu əkmişdir. Həmin çətənə kolu yetişdikdən sonra onun yarpaqlarını yığıb istifadə etmək üçün özü ilə yaşadığı evə aparmışdır. Evdə həmin narkotik vasitəni qurudub şüşə balona yığmışdır. Sonra həmin narkotik vasitəni yaşadığı evin həyətində olan buğda kisəsinin içərisində gizlətmişdir. Arabir həmin narkotik vasitədən istifadə edirmiş. xx.xx.2024-cü il tarixdə səhər evdən çıxarkən həmin narkotik vasitədən 01 ədəd kibrit qutusuna yığıb cibinə qoymuş və Ağsu şəhərinə gəlmişdir. xx.xx.2024-cü il tarixdə saat 19:00 radələrində Ağsu şəhəri M.Ə.Rəsulzadə küçəsində olduğu vaxt həmin ərazidə polis əməkdaşları onu saxlayaraq, birlikdə Ağsu RPŞ-nə getməyi təklif etdikdə, o, polis əməkdaşları ilə birlikdə Ağsu RPŞ-nə gəlmişdir. Daha sonra o, şübhəli şəxs qismində tutulmuş, vəkil dəvət edilmiş və ona hüquqları izah olunmuşdur. Sonra dəvət olunmuş vəkilin iştirakı ilə üzərində qanunsuz əşya olub-olmaması soruşulduqda o, üzərində narkotik vasitə olan qurudulmuş marixuana olmasını etiraf etmiş və əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd kibrit qutusunda olan qurudulmuş marixuananı cibindən çıxararaq təqdim etmişdir. Həmin narkotik vasitə dəqiq çəkisinin müəyyən edilməsi məqsədilə ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, tərtib olunmuş protokol o və baxışda iştirak edən şəxslər tərəfindən imzalarla təsdiq olunmuşdur. Daha sonra polis əməkdaşları ondan yaşadığı evdə narkotik vasitə saxlayıb saxlamadığını soruşmuşlar. O da üzərindən çıxan narkotik vasitə olan qurudulmuş marixuananın bir hissəsini yaşadığı evin həyətində yerləşən çardağın altında olan buğda kisəsinin içərisində gizlətdiyini bildirmişdir. Polis əməkdaşları da ona yaşadığı evə baxış keçirəcəklərini bildirmişlər. O da heç bir etirazının olmadığını bildirmişdir. Sonra polis əməkdaşları vəkilin iştirakı ilə onun yaşadığı evin həyətində yerləşən çardağın altına baxış keçirmişlər və o, həmin çardağın altında olan buğda kisəsinin içərisində gizlətdiyi narkotik vasitə olan qurudulmuş marixuananı təqdim etmişdir. Bundan sonra narkotik vasitə dəqiq çəkisinin müəyyən edilməsi məqsədilə ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, tərtib olunmuş protokol o və baxışda iştirak edən şəxslər tərəfindən imzalarla təsdiq olunmuşdur. Əlavə olaraq bildirmişdir ki, 2022-ci ilin yaz-yay aylarında yaşadığı kəndin yaxınlığında olan dağlıq ərazidə 01 ədəd çətənə kolu əkmişdir və narkotik vasitə olan marixuananı həmin çətənə bitkisindən yığıb saxlamışdır. Narkotik vasitə olan marixuananı heç kəsdən almamışdır. O, narkotik vasitələrin satışı ilə məşğul olmur. Narkotik vasitə aludəçisi olduğu üçün narkotik vasitədən istifadə edir. Təqsirləndirilən şəxs daha sonra ifadəsində törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində iki azyaşlı uşaq olmasını nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində iki azyaşlı uşaq olmasını nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, o, Ağsu RPŞ-nin X1 əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə Ağsu rayon Yenilik kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi və saxlaması barədə məxfi mənbədən daxil olmuş məlumatı yoxlamaq məqsədilə PPXB-nin polis nəfəri Şahid1 ilə birlikdə həmin tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs Ağsu şəhəri M.Ə.Rəsulzadə küçəsində piyada hərəkətdə olarkən saxlayıb, narkotik vasitə əldə etməsində və saxlamasında şübhəli olduğunu bildirib rayon polis şöbəsinə gəlməyə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarla birlikdə rayon polis şöbəsinə gəlmişdir. Bundan sonra rayon polis şöbəsinə vəkil dəvət olunaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd kibrit qutusunda olan marixuananı çıxararaq təqdim etmişdir. Həmin narkotik vasitə dəqiq çəkisinin müəyyən edilməsi məqsədilə ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, tərtib olunmuş protokol baxışda iştirak edən şəxslər tərəfindən imzalarla təsdiq olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə saxlayıb-saxlamadığı soruşulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əlavə olaraq yaşadığı evdə də narkotik vasitə olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış və götürmə hərəkətləri aparılmışdır. Təqsirləndirilən şəxs yaşadığı evin həyətində yerləşən çardağın altında olan buğda kisəsinin içərisindən sellofana bükülmüş ağ rəngli qapağı olan şüşə balonun içərisindən narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs 2022-ci ilin yaz-yay aylarında yaşadığı kəndin yaxınlığında olan dağlıq ərazidə 1 ədəd çətənə kolu əkdiyini və həmin narkotik vasitə olan marixuananı həmin çətənə bitkisindən yığıb saxladığını bildirmişdir. Daha sonra tərtib olunmuş protokol ucadan oxunmuş, iştirakçılarla birlikdə həmin protokolu imzalarla təsdiq etmişlər. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evin həyətindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuananı kimdən, nə vaxt və haradan əldə etməsi barədə hər hansı əməliyyat məlumatı yoxdur. Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisidir. Lakin narkotik vasitələrin alqı-satqısı ilə məşğul olması barədə hər hansı əməliyyat məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərilən xüsusatları bir daha təsdiq etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - Cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 19 fevral 2024-cü il tarixli qərarından görünür ki, fakta görə CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və aidiyyəti üzrə Ağsu RPŞ-nin İQ-na göndərilmişdir. - Şəxsi axtarış və götürmə aparılması haqqında 18 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış zamanı əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd kibrit qutusunda vasitə olan marixuanaya bənzər kütləni təqdim etmiş və bildirmişdir ki, həmin narkotik 2022-ci ilin yay aylarında öz həyətində əkdiyi çətənə bitkisindən yığmışdır. Deməsinə görə öz istifadəsi üçün üzərində gəzdirir. Həmin narkotik vasitə marixuanaya bənzər kütlə elektron tərəzidə çəilmiş, narkotik vasitə marixuanaya bənzər kütlə kibrit qutusu ilə birlikdə çəkisinin 10 qram təşkil etməsi müəyyən edilmişdir. Aşkar edilmiş narkotik vasitəyə bənzər kütlənin dəqiq çəkisinin və tərkibinin müəyyən olunması məqsədilə ekspertiza tədqiqatı üçün maddi sübut kimi götürülmüş və zərfə qoyularaq DİN-nin 93 saylı möhürü ilə möhürlənmişdir. Üzərində olan bir ədəd “Kapital bank”a məxsus **********542376 saylı bank kartı və bir ədəd “Samsung” markalı mobil telefon sübuti əhəmiyyət kəsb etdiyi üçün qablaşdırılaraq götürülmüşdür. Axtarış zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı və fotoşəkillər protokola əlavə edilmişdir. - Axtarış və götürmə haqqında 18 fevral 2024-cü il tarixli protokoldan görünür ki, axtarış zamanı Təqsirləndirilən şəxs evin həyətində yerləşən çardağı altındakı buğda kisəsinin içərisindən sellofana bükülmüş, ağ rəngli qapağı olan şüşə balonun içərisində balonla birlikdə 1255 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bu barədə 18 fevral 2024-cü il tarixli protokol tərtib edilməklə fotoşəkillər çəkilmiş və videoçəkiliş aparılmış, toplanmış istintaq sənədləri cinayət işi materiallarına əlavə edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsi tərəfindən verilmiş 19 fevral 2024-cü il tarixli 3-16-16-2-17/174 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə” yazısı, adlar və imzalar olan 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd kibrit qutusunda, təmiz çəkisi- 6,89 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “Təqsirləndirilən şəxs evindən götürülmüş narkotik vasitə” yazısı, adlar və imzalar olan 01 (bir) ədəd sellofan torbanın içərisində olan 01 (bir) ədəd şüşə balonun içərisində, təmiz çəkisi- 470,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd: a) Marixuanaların ümumi çəkisi – 476,89 qr., cəmi tətədqiqata sərf edildi – 0,10 qr. (hər ob. 0,05 qr.), qalıq – 476,79 qr. - Cinayət işinin icraata qəbul edilməsi haqqında 19 fevral 2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və istintaq davam etdirilmişdir. - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 20 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X14 “Ağsu Rayon Mərkəzi Xəstəxsanası” X11 07 mart 2024-cü il tarixli, 18-1-25/2-257/24 saylı məktubundan görünür ki, Ağsu rayonu, Yenilik kəndində yaşayan Təqsirləndirilən şəxs ruhi-əsəb və narkomaniya xəstəliklərinə görə “Ağsu RMX” PHŞ-nə müraciət etməmiş və dispanser qeydiyyata götürülməmişdir. - Baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə bağlı cinayət işinin materiallarına əlavə olunmuş Bakcell MMC-nin 01 aprel 2024-cü il tarixli, BKC/LGL-4852/24 saylı məktubu ilə daxil olmuş CD diskə baxış keçirilmiş, baxış zamanı CD diskdə narkotik vasitələrin və ya psixotrop maddələrin alqı-satqısı, həmçinin qanunsuz dövriyyəsi ilə bağlı sms yazışmaları aşkar olunmamışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli 649 saylı rəyində göstərilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. - Sübutların qiymətləndirilməsi haqqında 01 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 20 fevral 2024-cü il tarixli qərarla CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamın məzmununa dəyişikliklər edilməklə ona həmin məcəllənin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilməsi, Təqsirləndirilən şəxs barəsində CM-nin 237-ci maddəsi ilə cinayət təqibinin başlanması və İXM-nin 208-ci maddəsi ilə inzibati icraat açılması rədd edilməsi, iş üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16-2-17/259 saylı, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 649 saylı rəyləri, təqsirləndirilən şəxs və şahid ifadələri, həmçinin 02 ədəd CD-disk sübut əhəmiyyətinə malik olduğundan sübut növü kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evin həyətindəki çardağın altında olan buğda kisəsinin içərisindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananın tədqiqatdan sonrakı qalıqları iş üzrə maddi sübut kimi tanınması və Təqsirləndirilən şəxs cinayət işinin istintaq materialları ilə tanış olduqdan sonra saxlanılması üçün Ağsu RPŞ-nin maddi sübutlar saxlama otağına təhvil verilməsi qərara alınmışdır. - Təqsirləndirilən şəxsə elan olunmuş ittihamın məzmununa dəyişikliklər edilməklə ona yenidən ittiham elan edilməsi haqqında 02 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur. Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-ci il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan ifadələrlə tərtib olunmalı, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma —bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - Cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında 18 fevral 2024-cü il tarixli protokoldan görünür ki, xx xxxxxx 1982-ci ildə Ağsu rayonu, Yenilik kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, işsiz, Ağsu rayonu, Yenilik kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 18 fevral 2024-cü il tarixdə saat 19:20-də tutulmuşdur. - Cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş şəxsin saxlanıldığı MSY-dən azad edilməsi barədə 20 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Ağsu RPŞ-nin MSY-dən azad edilmişdir. - Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında 20 fevral 2024-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs xx xxxxxx 1982-ci ildə Ağsu rayonu, Yenilik kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, işsiz, Ağsu rayonu, Yenilik kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, qərar 20 fevral 2024-cü il tarixdə icra edilmişdir. - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Eyvazov X5 Rayon Məhkəsinin xx.xx.2007-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib Ş.V.M 3500 misli miqdarında cərimə cəzasına məhkum olunmuş, Ağsu Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində həmin məcəllənin 67.1-ci maddəsi tətbiq edilməklə İsmayıllı Rayon Məhkəsinin xx.xx.2007-ci il tarixli hökmü ilə CM-nin 177.2.1-ci maddəsinə əsasən Ş.V.M 3500 misli miqdarında cərimə cəzası ilə birləşdirilmiş və üzərində 1 il azadlıqdan məhrum etmə və Ş.V.M 1500 misli miqdarında cərimə cəzası saxlanılmışdır. xx.xx.2011-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. - Ağsu rayon icra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli 217/2024 saylı məktubundan görünür ki, hal-hazırda Ağsu rayon icra və probasiya şöbəsini icraatında Təqsirləndirilən şəxs barəsində hər hansı şəxsi iş və hər hansı cəza icrası ilə bağlı öhdəliyi yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının: 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 2-ci bəndində qeyd olunmuşdur ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ağsu rayon İcra Hakimiyyəti Başçısının Xanbulan kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 01 may 2024-cü il tarixli, 5-34-32/2-3-29/2024 saylı Arayışından görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda Ağsu rayonunun Yenilik kəndində yaşayır. - Ağsu rayon İcra Hakimiyyəti Başçısının Xanbulan kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 01 may 2024-cü il tarixli, 5-34-32/2-3-28/2024 saylı Arayışından görünür ki, Ağsu rayonunun Yenilik kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs ailə tərkibi arvadı – xx.xx.1989-cu il təvəllüdlü X3; oğlu – xx.xx.2007-ci il təvəllüdlü X8; oğlu – xx.xx.2010-cu il təvəllüdlü X9; oğlu – xx.xx.2013-cü il təvəllüdlü X4r. - Ağsu rayon İcra Hakimiyyəti Başçısının Xanbulan kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 01 may 2024-cü il tarixldə təqdim etdiyi Xasiyyətnamədən görünür ki, xx.xx.2024-cü ildə Ağsu rayonunun, Yenilik kəndində anadan olmuş, kişi, milliyyətcə Ləzgi, evli, orta təhsilli Təqsirləndirilən şəxs orta məktəbi bitirdikdən sonra 2000-ci ildə həqiqi hərbi xidmətə gedib, 2001-ci ildə hərbi xidmətdən təxris olunmuş, o. ailə və məişətdə özünü nizam-intizamlı aparır, Kəndə böyük hörmət və nüfuza sahib olmuşdur. Kənd ağsaqqallarının və gənclərinin hörmətini qazanmışdır. Dövlətin keçirdiyi tədbirlərdə yaxından iştirak edir və hökümətin apardığı uğurlu siyasəti təsdiqləyir. Bu günə kimi onun haqqında Xanbulan kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamışdır. CM-nin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını, məhkumluğunun olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailəli olmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 2022-ci ilin yaz-yay aylarında yaşadığı kəndin yaxınlığında olan dağlıq ərazidə 01 ədəd çətənə kolu əkmiş və həmin çətənə bitkisindən yığıb saxlamışdır. Bundan başqa əvvəllər cinayət törətməkdə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, lakin cəzasını çəkib qurtarmışdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. CPM-in 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 18 fevral 2024-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, 20 fevral 2024-cü il tarixdə müvəqqəti saxlama yerindən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, həmin iki gün müddət, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə qəti cəzadan bir günə bir gün hesabı ilə çıxılmalı və cəzaçəkmə müddətinin başlanğıcı barəsində “həbs qətimkan tədbiri seçildiyi” tarixdən hesablanmalıdır. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, CPM-in 175.5-ci maddəsinin tələbinə uyğun olaraq, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməlidir. CPM-in 346.1.13-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməli olduğu məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilməlidir. CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğundan CM-nin 56.1.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Ağsu rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalmış narkotik vasitə məhv olunmalı, iş üzrə Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd “Kapital bank”a məxsus **********542376 saylı bank kartı və bir ədəd “Samsung” markalı mobil telefonunun geri qaytarılması nəzərə alınmalı, sübut olan 03 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. CM-nin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamaların rəylərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunmalı və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs CMnin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 20 (iyirmi) iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 18 fevral 2024-cü il tarixdən 20 fevral 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal “həbs” edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı gündən, yəni 03 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki Pentensiar Müəssisəsi müəyyən edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Ağsu rayon Polis Şöbəsində saxlanılan maddi sübut – Təqsirləndirilən şəxs üzərindən 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd kibrit qutusunda və yaşadığı evin həyətindən 01 (bir) ədəd sellofan torbanın içərisində olan 01 (bir) ədəd şüşə balonun içərisində aşkar edilmiş ümumi 476,79 qram çəkidə (tədqiqatdan sonrakı çəkisi) narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd “Kapital bank”a məxsus **********542376 saylı bank kartı və bir ədəd “Samsung” markalı mobil telefonunun geri qaytarılması nəzərə alınsın. İş üzrə cinayət işində saxlanılan 03 ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs aparılmış ekspertiza tədqiqatının dəyəri 34,55 (otuz dörd manat əlli beş qəpik) manat alınıb Respublika büdcəsinin aşağıdakı hesabına keçirilsin: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi-VÖEN-**********, hesab- AZ34CTRE********************01. Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 20 (iyirmi) saat hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi2 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №1(016)-57/2024
Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-57/2024
03.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver