Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 1(016)-58/2024 04.07.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X17 Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağabəyli Kamran Uğur oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun vəkili, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 1972-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ailəli, işsiz, orta təhsilli, məhkum olunmamış, Kürdəmir rayonu, Şahsevən kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, avtomobili idarə edərkən ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol hərəkəti qaydalarını pozma cinayət əməlini törətmişdir. Belə ki, o, 16 yanvar 2024-cü il tarixdə saat 10 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Ağsu rayonu, Yenilik kənd ərazisindən keçən 164-cü kilometrliyində texniki cəhətdən saz vəziyyətdə idarə etdiyi BMW X5 markalı **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Yevlax istiqamətində hərəkətdə olarkən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə zərər vurmamalı, diqqətini avtomobilin idarə olunmasından və daim dəyişən yol şəraitindən ayırmamalı, avtomobili mövcud yol şəraitində təhlükəsizliyi təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin idarə olunması ilə əlaqədar hərəkətlərini vaxtında yerinə yetirməklə avtomobilin hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməli, avtomobili 60 km/saat sürətlə idarə etməli olduğu halda həmin tələblərə riayət etməyib “X12” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq qeyd olunan tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq avtomobili 70-80 km/saat sürətlə idarə edərkən avtomobilin idarə etməsini itirməsi nəticəsində yolun sol kənarında dayanaraq xidmətdə olan BDYPİ-nin YPXA-nın 4cü tağımının inspektrou, polis serjantı Zərərçəkmiş şəxs təhkim olunmuş DİN-nin avtomobil təsərrüfat idarəsinə məxsus BMW F-30 markalı **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşduqdan sonra piyada Zərərçəkmiş şəxs vurmuş, ehtiyatsızlıqdan hadisə nəticəsində Zərərçəkmiş şəxs qapalı kəllə beyin travması, baş beyin əzilməsi, sol təpə nahiyəsinin lövhəvari epidural hematoması və epidural qansızma, sol təpə sümüyünün xətti sınığı, sol təpə ənsə və sol almacıq nahiyəsinin kəsilmiş-sıyrılmış və bədənin çoxsaylı əzilmiş yaraları, sol körpücük sümüyünün sınığı, sol İ, İİ, İİİ, İV qabırğaların başında yerdəyişmiş, sol V qabırğanın başında yerdəyişməmiş sınıqları, sol Xİ qabırğanın arxa hissəsində yerdəyişməmiş, sol Xİİ qabırğanın arxa hissəsində yerdəyişməmiş sınıqları, L1 fəqərənin sol transvers çıxıntısında yerdəyişməmiş sınığı kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aid xəsarət yetirməklə yol hərəkəti qaydalarını pozma cinayət əməlini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs CM-nin 263.1-1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Avtomobil ustası işləməklə pul qazanır. Özünə məxsus BMW X-5 markalı **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Sürücülük vəsiqəsi vardır və məhdudiyyəti yoxdur. 16 yanvar 2024-cü il tarixdə saat 08 radələrində yaşadığı kənddən tək özünə məxsus avtomobil ilə Ağdaş rayonuan getməkdən ötrü yola çıxmışdır. Ağsu rayonuna çatmağa az qalmış yolun kənarında olan 3 nəfər ailə üzvlərini görmüşdür. Onlar əl elədiklərinə görə avtomobili onların yanında saxlamış və onlar Göyçay rayonuna getdiklərini demişlər. Bundan sonra isə həmin istiqamətdə getdiyini bildirmiş və onlar avtomobilə əyləşmişlər. Onlardan kişi ön oturacaqda, qadın və qızı isə arxa oturacaqda əyləşmişdir. Daha sonra isə yoluna davam etmişdir. Kürdəmir Ağsu yolu ilə Ağsu rayonuna gəlmiş və oradan da Göyçay-Ağdaş rayonu istiqamətində hərəkət etməyə başlamışdır. Təxminən saat 10 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Ağsu rayonu Yenilik kənd istiqamətində hərəkətdə olmuşdur. Avtomobili təxminən 70-80 km/saat sürətlə idarə etmişdir. Hərəkətdə olan zaman yolun görünən hissəsi quru olmuşdur. Hərəkətdə olan zaman “padyomu” yəni yolun yoxuş hissəsini qalxdıqdan sonra qarşıda YPX-nin əməkdaşının olmasını görmüşdür. YPX-nin əməkdaşını gördükdə polis əməkdaşı yavaş sürməyi üçün əl işarəsi etməsini görmüşdür. Bu vaxt avtomobilin sürətini azaltmaqdan ötrü tormoz pedalını basmışdır. Bu vaxt isə yolun müəyyən hissəsinin buzlu olmasına görə avtomobilin idarə etməsini itirmişdir. Daha sonra isə avtomobilim sürüşərək yolun sol hissəsinə getmişdir. Bu vaxt isə yolun sol hissəsində nəyəsə dəyməsini hiss etmiş və avtomobilin şarları açılmışdır. Avtomobilin şarlarının açılmasına görə avtomobilinin əvvəlcə nəyə dəyməsini görə bilməmişdir. Avtomobili dayandıqdan sonra yerə düşdükdə avtomobilin YPX-nin xidməti avtomobilinə və YPX-nin əməkdaşı, sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxsə dəyməsini görmüşdür. Avtomobildən düşən kimi dərhal Mehdiyə kömək etmiş və 103-ə zəng elətdirmişdir. Bir müddət sonra isə təcili yardım gəlmiş və Mehdini Ağsu RMX-na aparmışlar. Həmin vaxt təcili yardım avtomobili ilə Ağsu RMX-na getmişdir. Avtomobilimdə olan sərnişinlər isə xəsarət almadıqlarına görə oradan çıxıb getmişlər. Bundan başqa ifadəsində hadisənin xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Ağsu rayonu ərazisində baş verdiyini, avtomobildə ondan başqa 3 sərnişin olduğunu, avtomobil yüksüz, tam saz vəziyyətdə olduğunu, xəsarət almadığını, avtomobili təxminən 70-80 km/saat sürətlə idarə etdiyini, hava açıq, yol buzlu olduğunu, ayıq olduğunu bildirmişdir. Son olaraq əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxslə barışmasını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq məhkəmədən barəsində olan CM-in 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilməsini xahiş etdi və bu barədə ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, DİO-da 2019cu ildən, BDYPİ-nin YPXA-nın 4-cü tağımında isə 2022-ci il tarixdən xidmət edir. BDYPİnin YPXA-nın 4-cü tağımn yol patrul xidməti inspektoru vəzifəsində xidmət edir, polis serjantı rütbəsindədir. Bakı-Şamaxı-Yevlax yolunun 163-cü kilometrliyindən 183-cü kilometrliyinə qədər olan məsafə ona təhkim olunmuş və həmin ərazidə xidmətin təşkil olunması X9 ilə birlikdə təşkil edir. 16 yanvar 2024-cü il tarixdə həmşəki kimi səhər 08 radələrində xidmətə başlamışdır. 2022-ci il tarixdən təhkim olunmuş BMW F-30 markalı **- YP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xidmətə başlamışdır. Xidmətə başladıqdan sonra Bakı-Şamaxı-Yevlax yolunun 164-cü kilometrliyində xidmət edir. Həmin yolun sağ tərəfində Bakı şəhər istiqamətində dayanaraq xidmət etmişdir. Həmin gün havanın şaxta olması səbəbindən yolun müəyyən hissələri buzlu olmuşdur. Yolun buzlu olmasına görə ola biləcək qəzaların qarşısını ala bilmək üçün yol idarəsinə məlumat vermiş və həmin yol idarəsindən müəyyən texnikaların gəlmiş və yolu təmizlətdirmişdir. Həmin ərazidə xidmət olan zaman Vaz-21074 markalı hazırda xatırlamıdığı avtomobil yolun buzlu olması səbəbindən idarə etməni itirməsi nəticəsində yoldan çıxmışdır. Həmin yol nəqliyyat hadisəsini sənədləşdirməkdən ötrü həmin ərazidə olmuşdur. İdarə etdiyi BMW F-30 markalı **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobili yolun sol kənarında, Bakı şəhər istiqamətində avtomobili yolun ehtiyat hissəsində saxlamış və özü isə avtomobilin sol arxa qapısı hissəsində dayanmışdır. Təxminən saat 10 radələri olmuşdur. Həmin vaxt Ağsu şəhəri istiqamətindən tanımadığı BMW X5 markalı **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilin yüksək sürətlə hərəkət etməsini görmüşdür. Həmin vaxt avtomobilə çatmağa az qalmış qəflətən yolun buzlu olması səbəbindən idarə etməni itirmiş və avtomobil üzərinə gəlməsini görmüşdür. Həmin vaxt baş verənlər ani anda baş verməsi səbəbindən qəzanın ola biləcəyini görsədə kənara qaça bilməmişdir. Bundan sonra isə BMW X5 markalı **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə etməni itirməsi nəticəsində sola istiqamətlənərək əvvəlcə avtomobilin ön hissəsinə dəymiş və daha sonra onu vurmuşdur. Bundan sonra isə bir qədər kənara məsafəyə düşmüşdür. Özünə gəldikdə Bakı şəhərində xəstəxanada olmağını görmüşdür. Həmin vaxt mənim artıq bir neçə bədəm hissəsin sınmasını başa düşmüşdür. Bundan sonra uzun müddət xəstəxanada qalmışdır. Hazırda ağır xəsarət almışdır. BMW X5 markalı **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəməmişdir. Buna görə də onun barəsində materialların məhkəməyə göndərilməsini xahiş edir. Bundan başqa ifadəsində hadisənin xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Ağsu rayonu, ərazisində baş verdiyini, həmin vaxt onun avtomobili dayanmış vəziyyətdə olduğunu, avtomobilin yanında ayaqüstə dayandığını, ağır xəsarət aldığını, həmin şəxsi tanımadığını, onunla arasında ədavət və düşmənçilik olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək, Təqsirləndirilən şəxs barəsində olan CM-in 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilməsinə etirazının olmamasına dair ozü tərəfindən imzalanmış ərizəni məhkəməyə təqdim etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ tərəfindən xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyatimtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1972-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə (xx.xx.2031-ci il tariədək etibarlı olan) BC 850803 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilib və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin Ağsu RQİ və TBŞ tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs sürücülük hüququndan məhrum olunması barədə BDYPİ-nin mərkəzi informasiya sistemində məlumat qeydə alınmamışdır. - “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi yeri Bakı Şamaxı Yevlax yolunun 164-cü kilometrliyidir, yolun hərəkət hissəsi asfalt örtüklüdür, hamardır, düzdür, buzludur, yaşdır, yolun profili üfüqidir. Yolun hərəkət hissəsinin eni 7 metrdir. Yolun sol sağ kənarında eni 2 metr olan yol çiyni vardır. Həmçinin yolun üzü Yevlax istiqamətində sol kənarında yaşayış evləri, sağ kənarı isə boş sahədir. Yolda hər hansı maneə müşahidə edilmir. BMV F-30 markalı **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobilin vurulduğu yer üzü Yevlax istiqamətinə yolun kənarında 1,40 m, piyadanın vurulduğu yer isə Yevlax istiqamətinə yolun kənarına doğru 0,85 metr məsafədə yerləşir. Yolun üzü Yevlax istiqamətinə sol kənarında BMV X-5 markalı **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid biri 11 metr, digəri isə 8 metr uzunluqda iki şin izi vardır. BMV X-5 markalı **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobil texniki cəhətdən saz vəziyyətdə və yüksüz olmuş, salonunda 3 nəfər sərnişin olmamışdır. BMV F-30 markalı **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobil isə yolun kənarında dayanmış halda salonunda heç kim olmamışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X5 X14 xx.xx.2024-cü il tarixli 304/K nömrəli məhkəmə kimyəvi ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbi mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X5 X14 xx.xx.2024-cü il tarixli 45 nömrəli canlı şəxsin ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizası zamanı bədəni üzərində aşkar olunan xəsarətlər- qapalı kəllə beyin travması, baş beyin əzilməsi, sol təpə nahiyəsinin lövhəvari epidural hematoması və epidural qansızma, sol təpə sümüyünün xətti sınığı, sol təpə ənsə və sol almacıq nahiyəsinin kəsilmiş- sıyrılmış və bədənin çoxsaylı əzilmiş yaraları, sol körpücük sümüyünün sınığı, sol İ, İİ, İİİ, İV qabırğaların başında yerdəyişmiş, sol V qabırğanın başında yerdəyişməmiş sınıqları, sol Xİ qabırğanın arxa hissəsində yerdəyişməmiş, sol Xİİ qabırğanın arxa hissəsində yerdəyişməmiş sınıqları, L1 fəqərənin sol transvers çıxıntısında yerdəyişməmiş sınıq küt – bərk əşyanın(əşyaların) təsirindən törənmişlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə qərarın təsviri hissəsində qeyd olunan avtomobil qəzası nəticəsində əmələ gəlmələri inkar edilmir və dərəcələrinə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 8/245 nömrəli məhkəmə-yol nəqliyyat hadisələri rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən BMW X-5 markalı **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X12” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda 70-80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “X12” Azərbaycan Respublikası Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. - Zərərçəkmiş şəxs kimi tanıma haqqında 20 fevral 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X19 “Kürdəmir Rayon Mərkəzi Xəstəxanası” X14 27 fevral 2024-cü il tarixli 18-1-49/2-214/2024 nömrəli məktubundan görünür ki, xx.xx.1972-ci il təvəllüdlü Yunusov X4 Rayon Mərkəzi Xəstəxanası PHŞ-in Poliklinika şöbəsində həkim psixiatr və narkoloqun qeydiyyatında yoxdur. - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 06 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmişdir. - “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 06 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Topalhəsənli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 147 nömrəli Arayışından görünür ki, Yunusov X4 rayonunun Şahsevən kəndində qeydiyyatdadır və yaşayır. - Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Topalhəsənli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 146 nömrəli Arayışından görünür ki, Yunusov X4 rayonunun Şahsevən kəndində qeydiyyatdadır və yaşayır. Ailə tərkibi: arvadı – xx.xx.1977-ci il təvəllüdlü X3, qızı – xx.xx.2005-ci il təvəllüdlü X6, qızı – xx.xx.2006-cı il təvəllüdlü X7, oğlu – xx.xx.2009-cu il təvəllüdlü X8, oğlu – xx.xx.2017-ci il təvəllüdlü X2r. - Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Topalhəsənli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən təqdim edilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. - “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə” 20 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 263.1-1-ci maddəsi ilə elan olunmuş ittihama əlavə və dəyişiklər edilmədiyindən ona elan olunmuş ittiham qüvvədə saxlanılmış, barəsində seçilmiş qətimkan tədbiri qüvvədə saxlanılmış, Təqsirləndirilən şəxs əməlində CM-nin 264-cü maddələrinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddə ilə cinayət işi başlanması rədd olunmuş və sonuncunun təqsirsizliyini təsdiq edən sənədlərin surəti çıxarılaraq ibtidai araşdırmaya prosessual rəhbərlik edən prokurora göndərilmiş, iş üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, baxış protokolu, hadisə yerinin sxemi, ekspertiza rəyləri və digər istintaq sənədləri iş üzrə sübut növü kimi qəbul olunmaqla ********* nömrəli cinayət işinə əlavə edilməsi nəzərə alınmış, BMW F-30 markalı **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobil və BMW X5 markalı **-DK- *** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış, hər iki avtomobil təqsirləndirilən və zərərçəkmiş şəxslərin iş materialları ilə tanış olmasından sonra qanuni sahibinə qaytarılmışdır. Məhkəmə, toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından və ona dəymiş ziyanı tam şəkildə ödədiyindən o, cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, CM-in 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CMin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə göstərilən halları, yəni zərərçəkmiş şəxsə vurulmuş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənildiyini, zərərçəkmiş şəxslə və onun qanuni nümayəndəsi ilə barışığın əldə edilməsini, habelə zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsinin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi haqqında 06 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunmalıdır. Cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut kimi tanınmış BMW F-30 markalı **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobil və BMW X5 markalı **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobil təqsirləndirilən və zərərçəkmiş şəxslərin iş materialları ilə tanış olmasından sonra qanuni sahibinə qaytarılması nəzərə alınmalı, CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 09 (doqquz) iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 40.3, 43.1.2, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunsun. Cinayət işi üzrə maddi sübut kimi tanınmış BMW F-30 markalı **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobil və BMW X5 markalı **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobil təqsirləndirilən və zərərçəkmiş şəxslərin iş materialları ilə tanış olmasından sonra qanuni sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat alınıb Respublika büdcəsinin aşağıdakı hesabına keçirilsin: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi-VÖEN-**********, hesab- AZ34CTRE********************01. Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 09 (doqquz) saat hüquqi yardıma görə 54 (əlli dörd) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №1(016)-58/2024
Ağsu Rayon Məhkəməsi Qərar — İş №1(016)-58/2024
04.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver