Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-6/2023 09.02.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Ağsu rayonu, Hacıqədirli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, məhkumluğu ödənilməyən, Ağsu rayonu, Hacıqədirli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 29, 178.2.4, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 7 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş qardaşı Əfqan Nağıyevin vaxtından əvvəl azadlığa buraxılmasında köməklik göstərilməsi ilə bağlı 2021-ci ilin sentyabr ayında özünə müraciət etmiş Zərərçəkmiş şəxs özünün əvvəllər ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində işləyib hazırda təqaüdə çıxması səbəbindən guya müxtəlif vəzifələrdə işləyən səlahiyyətli şəxslərlə yaxın münasibətlərinin olmasını bildirib özünü işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib formalaşdırdığı inam və etibardan sui-istifadə edərək Əfqan Nağıyevin “28 May Müstəqillik günü” ilə əlaqədar “məhkum edilmiş bir sıra şəxslərin əfv olunması” haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə vaxtından əvvəl azadlığa buraxılmasını guya təmin etmək imkanına malik olduğunu yalandan bildirib, yaxın münasibətdə olduğu vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Əfqan Nağıyevin xeyrinə edəcəyi hərəkətə, yəni onun əfv olunması üçün zəruri olan tədbirlərin görülməsinə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 10.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirərək, onunla həmin işin 9.000 manat müqabilində müsbət həllinə dair razılığını almaqla sövdələşib, həmin niyyətlə xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs qardaşı Fuad Nağıyev tərəfindən "xxxx" MMC-nin Neftçala poçt filialında öz adına həmin Cəmiyyətin X20 göndərilmiş 250 manat pulu həmin tarixdə ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-nin Ağsu rayon filialından əldə edərək, həmçinin, xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanında yerləşən “Seymur aptek”də quraşdırılmış “eManat” elektron ödəmə sistemi vasitəsi ilə Zərərçəkmiş şəxs tərəfindən köçürülmüş cinayətdən xəbərsiz həmkəndlisi Şahid3 adına "xxxx" ASC-yə məxsus 4169********8189 nömrəli bank kartına 400 manat və 5103********0688 nömrəli bank kartına 2.100 manat olmaqla, cəmi 2.500 manat, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs tərəfindən Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən “Əli” marketin yanında “aviakassa” adlanan ərazidə cinayətdən xəbərsiz oğlu Şahid1 təqdim edilmiş 3.700 manat, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, Heydər Əliyev prospekti Rustavi küçəsində yerləşən “Elmar market”də quraşdırılmış “eManat” elektron ödəmə sistemi vasitəsi ilə Zərərçəkmiş şəxs tərəfindən cinayətdən xəbərsiz oğlu Şahid2 adına "xxxx" ASC-yə məxsus 4098********5084 nömrəli “Leobank” kartına köçürülmüş 550 manat, xx.xx.2022-ci il tarixdə Neftçala rayonu, Aşağı Qaramanlı kəndində yerləşən marketdə quraşdırılmış “Milli Ön” elektron ödəmə sistemi vasitəsi ilə Zərərçəkmiş şəxs qardaşı Fuad Nağıyev tərəfindən cinayətdən xəbərsiz tanışı X3 adına "xxxx" ASC-də olan 5167********3055 nömrəli karta köçürülmüş 300 manat, xx.xx.2022-ci il tarixdə Neftçala rayonu, Aşağı Qaramanlı kəndində yerləşən marketdə quraşdırılmış “Milli Ön” elektron ödəmə sistemi vasitəsi ilə Zərərçəkmiş şəxs qardaşı Fuad Nağıyev tərəfindən cinayətdən xəbərsiz oğlu Şahid2 adına "xxxx" ASC-yə məxsus 5103********0688 nömrəli bank kartına köçürülmüş 150 manat, xx.xx.2022-ci il tarixdə Neftçala rayonu, Aşağı Qaramanlı kəndində quraşdırılmış “Milli Ön” elektron ödəmə sistemi vasitəsi ilə Zərərçəkmiş şəxs qardaşı Fuad Nağıyev tərəfindən cinayətdən xəbərsiz oğlu Şahid2 adına "xxxx" ASC-yə məxsus 4098********5084 nömrəli “Leobank” kartına köçürülmüş 250 manat məbləğində pul vəsaitinin sonuncu tərəfindən qeyd edilən tarixdə cinayətdən xəbərsiz həmkəndlisi Şahid3 adına "xxxx" ASC-yə məxsus 4169********8189 nömrəli bank kartına köçürülərək xx.xx.2022-ci il tarixdə həmin banka məxsus Bakı- Şamaxı-Yevlax yolunun Ağsu şəhərindən keçən hissəsində yerləşən bankomatından çıxarılaraq, göstərilən qaydada Zərərçəkmiş şəxs və qardaşı Fuad Nağıyev tərəfindən nağd və köçürülmə qaydasında cinayətdən xəbərsiz şəxslərə verilmiş pul vəsaitinin özünə təqdim edilməsinə nail olub şəxsi ehtiyaclarına sərf etməklə, Zərərçəkmiş şəxs məxsus ümumilikdə 7.700 manat məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Əfqan Nağıyevin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə Zərərçəkmiş şəxs vahid niyyətlə təhrik etmiş, sonuncu Əfqan Nağıyevin adının əfv edilən şəxslərin siyahısına daxil edilmədiyini görüb aldadıldığını başa düşərək qalan məbləği verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib həmin pul vəsaitini ondan almağa nail olmayaraq, etibardan suiistifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs məxsus cəmi 9.000 manat məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs CM-in 29, 178.2.4, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-in 29, 178.2.4, 178.2.4 və 32.4, 312.1ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, o, 2006- 2014-cü illər ərzində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Ağsu rayon şöbəsində serjant rütbəsində mühafizəçi işləmiş, 2014-cü il tarixdə səhhəti ilə əlaqədar olaraq işdən çıxmışdır. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Bakı şəhəri, NZS qəsəbəsində yerləşən Heydər Əliyev adına X18 fəaliyyət göstərən Azərbaycan Respublikası Dövlət Neft şirkətinin təsis etdiyi "xxxx" Birgə Müəssisəsində boruçu vəzifəsində işləmişdir. Həmin müəssisədə işlədiyi müddətdə onunla birlikdə işləyən Zərərçəkmiş şəxs ilə tanış olmuş, sonuncu ona qardaşı Əfqan Nağıyevin narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə Lənkəran Ağır Cinayətlər məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğunu, hazırda cəzaçəkmə müəssisəsində cəza çəkdiyini demişdir. O, əvvəllər aralarında olan söhbətlərin birində Zərərçəkmiş şəxs ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində işləyib təqaüdə çıxdığını, geniş əlaqələrinin olduğunu, hazırda da vəzifədə işləyən müxtəlif tanışlarının olduğunu dediyinə görə sonuncu onun geniş əlaqələrinin olduğuna inanaraq qardaşı Əfqan Nağıyevin həbsdən azad edilməsinə köməklik göstərməsini ondan xahiş etmişdir. O, Ülfətə qardaşı Əfqan Nağıyevin həbsdən çıxarılmasına tanışları olan yuxarı vəzifəli şəxslərin vasitəsilə pul müqabilində köməklik edə biləcəyini demişdir. Zərərçəkmiş şəxs ondan qardaşı Əfqan Nağıyevin həbsdən buraxılması üçün hansı məbləğdə pul lazım olacağını soruşduqda, o, Ülfətə bu işdə köməklik göstərə biləcək tanışları olan vəzifəli şəxslər ilə görüşdükdən sonra ödəniləcək pulun məbləği barədə məlumat verəcəyini demişdir. Bir müddət sonra Ülfətə qardaşı Əfqan Nağıyevin cəzasının 3 il 6 ayını çəkib qurtardıqdan sonra, yəni “28 May Müstəqillik günü” ilə əlaqədar olaraq Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə əfv olunan şəxslərin siyahısına adını saldırmaqla azadlığa çıxardacağına dair vəd verib Ülfəti aldadaraq Əfqan Nağıyev cəzasının 3 il 6 ayını çəkib qurtarmasına yaxın müddətdə həmin məsələ ilə bağlı bir daha görüşüb söhbətləşmək üçün vədələşmişlər. O, xx.xx.2021-ci il tarixdə "xxxx" Birgə Müəssisəsindən işdən çıxıb Ağsu rayonu, Hacıqədirli kəndində yaşamağa başlamışdır. Ülfət təxminən 2022-ci ilin mart ayında ona zəng edərək qardaşı Əfqan Nağıyevin cəzasının 3 il 6 ayının çəkib qurtarmasına az qaldığını deyib ondan köməklik göstərməyini xahiş etmişdir. O, Ülfətə vəzifəli olan tanışlarından maraqlanıb deyəcəyini bildirmiş, bir müddət sonra telefonda Ülfətə qardaşı Əfqan Nağıyevin həbsdən çıxarılması müqabilində tanışı olan vəzifəli şəxslərə vermək üçün 10.000 (on min) manat ödəməli olduğunu demiş, Zərərçəkmiş şəxs isə 9.000 (doqquz min) manat pul verə biləcəyini ona demiş, məbləğlə razılaşıb sonuncuya bu işdə köməklik göstərəcəyini demişdir. 2022-ci ilin aprel ayında o, Zərərçəkmiş şəxs ilkin olaraq 250 manat pul lazım olduğunu bildirmiş, Ülfətdə onun öz adına X20 250 manat pul göndərmiş, o, həmin pulu poçtdan götürüb şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan bir neçə gün sonra o, Ülfətə zəng edərək işin həllinin ilkin mərhələsində 2.500 manat pulu göndərməyini bildirmişdir. O, xx.xx.2022-ci il tarixdə oğlu Səbuhinin və Ağsu rayon sakini olan Lətif adlı tanışının adına olan "xxxx" kartlarının şəkillərini Ülfətə göndərmiş, sonuncu Lətifin adına olan karta 400 manat, oğlu Səbuhinin adına olan karta isə 2.100 manat pul göndərmişdir. O, oğlu Səbuhiyə və tanışı Lətifə kartlarına göndərilən pulların hansı məqsədlə göndərilməsi barədə məlumat verməmişdir. Ülfət Lətifin adına olan karta pulu göndərdikdən sonra Lətif kartdan pulu çıxardaraq ona vermiş, oğlu Səbuhinin adına olan kartdan pulları sonuncu müxtəlif tarixlərdə çıxardaraq yol maşınları ilə ona göndərmişdir. O həmin pulları heç kimə verməmiş, hamısını özü xərcləmişdir. Bundan sonra o, Ülfətə 3.700 manat pulu adlarını sonuncuya demədiyi vəzifəli şəxslərə təqdim edəcəyi adı ilə istəmiş, Ülfət pulu hazır etdikdən sonra ona pulun hazır olduğunu demiş, o, həmin vaxtı rayonda olduğuna görə oğlu Nurəddinə Ülfətdən pulu götürməsini bildirmiş, Nurəddin Ülfətlə xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində görüşüb həmin pulu sonuncudan alaraq xatırlamadığı yol maşınların sürücüləri ilə rayona ona göndərmişdir. Həmin pulu aldıqdan bir müddət sonra o, Ülfətdən qardaşı Əfqan Nağıyevin barəsində olan məhkəmə hökmünün surətini istəmiş, həmin vaxtı rayonda olduğuna görə Ülfət həmin sənədləri gətirib oğlu Nurəddinə vermiş, sonuncu isə sənədləri ona göndərmişdir. Nurəddinin pulu və sənədləri hansı məqsədlə Ülfətdən almasından xəbəri olmamışdır. Bundan sonra da o, Əfqan Nağıyevin həbsdən çıxarılması üçün Zərərçəkmiş şəxs tələb etdiyi 9.000 manat pulun qalan hissəsini tələb etmiş, Ülfət isə xx.xx.2022-ci il tarixdə oğlu Şahid2 adına “Leobankda” olan kart hesabına 550 manat, xx.xx.2022-ci il tarixdə Ağsu rayon sakini Ruslan adlı tanışının adına olan “Beynəlxalq” bankda olan kart hesabına 300 manat, xx.xx.2022-ci il tarixdə oğlu Səbuhinin adına olan “Kapital” bankda olan kart hesabına 150 manat, xx.xx.2022-ci il tarixdə “Leobankda” olan kart hesabına 250 manat pul göndərmişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə oğlunun adına göndərilən 250 manat pulu oğlu Səbuhi həmin günü həməndlisi Lətifin kartına köçürmüş, növbəti günü, yəni xx.xx.2022-ci il tarixdə sonuncu Ağsu şəhərində yerləşən "xxxx" ASC-yə məxsus bankomatdan həmin pul vəsaitlərini çıxararaq elə həmin ünvanda ona vermişdir. O, ümumilikdə Ülfətdən 7.700 manat pul almış, sonuncu 1.300 manat pulu verməyərək Əfqan Nağıyevin azadlığa çıxmasından sonra verəcəyini ona demişdir. O, Ülfətə xx.xx.2022-ci il tarixdə qardaşı Əfqan Nağıyevin azadlığa çıxacağına dair vəd vermiş, həmin vaxt gəldikdə Əfqan Nağıyevin adı əfv sərəncamında çıxmadığı üçün Ülfət ona qalan 1.300 manat pulu verməmiş, əksinə ona verdiyi 7.700 manat pulu ondan geri istəməyə başlamışdır. O, isə Ülfətə məsələni 10 iyun 2022-ci ilə kimi həll edəcəyini yalandan demiş, həmin vaxt da gəlib çatdıqdan sonra məsələ öz həllini tapmadığına görə o, Ülfətə 7.700 manatı qaytaracağına dair söz vermişdir. Hazırda o, zərərçəkmiş şəxslə barışmış, zərəri tam olaraq ödəmişdir. Ona yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, X2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq Lənkəran Ağır Cinayətlər məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 2 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkir. O, 2021-ci ilin yanvar ayından 2022-ci ilin may ayına qədər "xxxx" Birgə Müəssisəsində qaynaqçı vəzifəsində işləmiş, layihələr başa çatdığına görə hazırda işdən çıxmışdır. "xxxx" Birgə Müəssisəsində işlədiyi müddətdə boruçu vəzifəsində işləyən Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. İşlədiyi müddətdə Təqsirləndirilən şəxs Dövlət Təhlükəsizliyi Xidmətində mayor rütbəsində işləyib təqaüdə çıxdığını ona demişdir. Təqsirləndirilən şəxs özünü əvvəllər Dövlət Təhlükəsizlik Xidmətində işləmiş şəxs kimi təqdim etməsi səbəbindən o, sonuncuya inanıb qardaşı Əfqan Nağıyevin həbsdən vaxtından əvvəl azad edilməsi üçün 2021-ci ilin təxminən sentyabr ayında sonuncudan nə kimi köməklik göstərə biləcəyini soruşmuşdur. Təqsirləndirilən şəxs ona qardaşı Əfqan Nağıyevin sənədlərini gətirməsini bildirmiş, o, Əfqan Nağıyevin barəsində olan məhkəmə hökmünü gətirib Təqsirləndirilən şəxs göstərmiş, sonuncu məhkəmə hökmünə baxdıqdan sonra Əfqan Nağıyevin cəzasının 3 il 6 ayını çəkdikdən sonra azadlığa çıxmasının mümkün olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs sənədlərə baxdıqdan sonra ona əvvəllər dövlət qurumlarında işlədiyinə görə geniş əlaqələrinin olduğunu, hazırda da tanışları olan vəzifəli şəxslər vasitəsilə qardaşı Əfqan Nağıyevin 2022-ci ilin may ayında 28 may müstəqillik günü ilə bağlı olacaq əfv sərəncamı ilə azadlığa buraxılmasında köməklik göstərəcəyini ona demişdir. O, Təqsirləndirilən şəxs sözlərinə inanaraq, hansı məbləğdə pul lazım olacağını sonuncudan soruşmuş, Təqsirləndirilən şəxs bu işdə ona köməklik göstərəcəyinə, qardaşının cəzasının 3 il 6 ayını çəkib qurtarmasına yaxın müddətdə tanışları olan vəzifəli şəxslər ilə görüşdükdən sonra hansı miqdarda vəsait ödəməli olduğunu bildirəcəyini demişdir. 2021-ci ilin oktyabr ayında Təqsirləndirilən şəxs "xxxx" BM-dən işdən çıxmışdır. O, Təqsirləndirilən şəxsla qardaşının cəzasının 3 il 6 ayını çəkib qurtarmasına yaxın müddətdə yəni 2022-ci ilin mart ayında görüşüb yenidən danışmaq üçün vədələşmişdir. O, həmin ərəfədə Təqsirləndirilən şəxsla əlaqə saxlamış, sonuncudan nə qədər pul qarşılığında qardaşı Əfqan Nağıyevin azadlığa çıxa biləcəyini soruşmuş, Əli ona tanışı olan vəzifəli şəxslərlə danışdıqdan sonra ona hansı məbləği ödəməli olacağını deyəcəyini bildirmişdir. Növbəti gün Təqsirləndirilən şəxs ona zəng edərək telefonda qardaşı Əfqan Nağıyevin azadlığa buraxılmasına görə vəzifəli şəxslərin 10.000 manat pul istədiyini bildirmiş, o, həmin məbləğin çox olduğunu və ümumilikdə 9.000 manat pul verə biləcəyini Təqsirləndirilən şəxs bildirmiş, Təqsirləndirilən şəxs onunla razılaşaraq bu işdə köməklik göstərəcəyini ona demişdir. 2022-ci ilin mart ayının sonlarında Təqsirləndirilən şəxs Dövlət Təhlükəsizlik Xidmətinin vəzifəli şəxsləri ilə görüşmək üçün ilkin olaraq 250 manat pul istədiyi üçün o, rayonda yaşayan qardaşı X21 Həmidovun adına poçt vasitəsi ilə 250 manat pul göndərməsini bildirmiş, Fuad Nağıyev həmin vaxtı şəxsiyyət vəsiqəsi üstündə olmadığı üçün həmin pulu atasının şəxsiyyəti vəsiqəsini təqdim edərək poçtda Təqsirləndirilən şəxs adına göndərmişdir. Bundan bir neçə gün sonra Təqsirləndirilən şəxs ona zəng edərək işin həllinin ilkin mərhələsində 2.500 manat pulu göndərməyini ona demiş, pulu Təqsirləndirilən şəxs ona göndərdiyi oğlu Şahid2 adına olan “LeoBank” və "xxxx" kart hesabına göndərməyini bildirmişdir. O, xx.xx.2022-ci il tarixdə, Təqsirləndirilən şəxs oğlu Şahid2 "xxxx"da olan kart hesabına ünvan 5 ünvanında yerləşən “Seymur” aptekdəki “eManat” elektron ödəmə sistemi vasitəsi ilə əvvəlcə 400 manat, bir neçə dəqiqə sonra isə eyni ödəmə sistemi vasitəsi ilə digər karta 2.100 manat pulu göndərmişdir. Pulu göndərdikdən bir neçə gün sonra Təqsirləndirilən şəxs ondan adlarını çəkmədiyi vəzifəli şəxslərə təqdim edəcəyi adı ilə 3.700 manat pul istəmiş, o, 3.700 manat pulun hazır olduğunu sonuncuya bildirdikdə, Təqsirləndirilən şəxs ona həmin pulu oğluna verməyini bildirmişdir. O, xx.xx.2022-ci il tarixdə saat 21-22 radələrində Sumqayıt şəhəri, Sülh Küçəsində yerləşən, “Əli” marketin yanında “aviakassa” adlanan ərazidə sonradan adının Nurəddin olduğunu bildiyi Əlinin oğlu ilə (***-***-**-**) zəngləşib görüşərək sonuncuya 3.700 manat pulu təqdim etmişdir. O, 3.700 manat pulu verdikdən sonra Təqsirləndirilən şəxs ondan qardaşının barəsində olan hökmü istəmiş, o, 2022-ci ilin aprel ayının axırlarında Bakı şəhəri, Nəsimi rayonu, “20 yanvar” metrostansiyasının yaxınlığında Təqsirləndirilən şəxs oğlu Şahid1la zəngləşib görüşərək sənədləri sonuncuya vermişdir. Bundan sonra da Təqsirləndirilən şəxs ondan işin həll edilməsi üçün tələb etdiyi 9.000 manat pulun qalan hissəsini tələb etdiyindən o, xx.xx.2022-ci il tarixdə Şahid2 adına “Leobankda” olan kart hesabına Sumqayıt şəhəri, 9-cu Mikrorayon Rustavi küçəsində yerləşən “Elmar” marketdəki “eManat” elektron ödəmə sistemi vasitəsi ilə 550 manat pul vəsaitini köçürmüşdür. xx.xx.2022-ci il tarixdə qardaşı X11 göndərdiyi bank kartının şəklini ataraq pul köçürməsini bildirdiyi üçün, Fuad Nağıyev “Azərbaycan Beynəlxalq Bankına” aid kart hesabına Neftçala rayonu, Aşağı Qaramanlı kəndindəki marketdə quraşdırılmış “Milli Ön” elektron ödəmə sistemi vasitəsi ilə 300 manat, xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-yə aid olan kart hesabına 150 manat, xx.xx.2022-ci il tarixdə “Leobankda” olan kart hesabına isə 250 manat pul göndərmişdir. O, ümumilikdə Təqsirləndirilən şəxs köçürmə yolu ilə 4.000 manat, nağd isə 3.700 manat olmaqla ümumilidə 7.700 manat pul vəsaitini vermişdir. Təqsirləndirilən şəxs 7.700 manat pul verdikdən sonra qalan 1.300 manatı iş tam yekunlaşandan sonra verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs qardaşının 28 may 2022-ci il tarixdə əfv olunacağını və azadlığa buraxılacağını ona demişdir. Lakin Təqsirləndirilən şəxs dedikləri baş tutmadıqda yəni əfv siyahısında qardaşı Əfqan Nağıyevin adı olmadığına görə o, qalan 1.300 manat pulu Əliyə verməmiş, əksinə sonuncuya verdiyi 7.700 manat pulu geri istəmişdir. Təqsirləndirilən şəxs ona 10 iyun 2022-ci ilə kimi məsələ həllini tapmasa 7.700 manat pulu geri qaytaracağını demiş, o, sonuncunun dediyi tarixədək məsələni həll etməsini gözləmiş, lakin həmin vaxtı da məsələ həllini tapmadığına görə o, yenidən Təqsirləndirilən şəxs (tel 070 579-76-61) zəng edərək 7.700 manat pul vəsaitini geri istəmiş, sonuncu qısa zamanda pulu geri qaytaracağını bildirsə də hazıradək pulu geri qaytarmamışdır. O, ifadəsində Təqsirləndirilən şəxs ona Dövlət Təhlükəsizlik Xidmətində işlədiyi dövrdən tanıdığı və hazırda da əlaqələrinin yaxşı olduğunu dediyi, lakin adını demədiyi vəzifəli şəxslərə qardaşı Əfqan Nağıyevin həbsdən azadlığa çıxarılması müqabilində pulu verəcəyini bildirərək ondan pulu aldığını bildirmişdir. O, təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan tam ödənilmişdir. Ona qanuni və ədalətli cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, o, Zərərçəkmiş şəxslə atası Təqsirləndirilən şəxs vasitəsi ilə tanış olmuşdur. Atası Təqsirləndirilən şəxs 2021-ci ilin mart ayından oktyabr ayına kimi Bakı şəhərində "xxxx" Birgə Müəssisəsində “boruçu” vəzifəsində işləmiş, atası işdən çıxdıqdan sonra Ağsu rayonu Hacıqədirli kəndinə köçərək kənddə yaşamışdır. 2022-ci ilin aprel ayında atası Əli ona zəng edərək Zərərçəkmiş şəxs mobil telefon nömrəsini verərək sonuncu ilə Sumqayıt şəhərində görüşüb Ülfətin verdiyi pulu götürüb ona göndərməyini bildirmişdir. O, Zərərçəkmiş şəxs telefon nömrəsi ilə əlaqə saxlamış, Sumqayıt şəhərində Ülfətlə vədələşib görüşmüş, sonuncudan təxminən 3.500 manat və yaxud da 3.700 manat pulu götürüb yol maşını ilə Ağsu rayonu Hacıqədirli kəndində yaşayan atası Təqsirləndirilən şəxs göndərmişdir. Həmin vaxt atasının Ülfətdən hansı məqsədlə pul almasından məlumatı olmamışdır. Pulu atasına göndərdikdən bir müddət sonra atası Təqsirləndirilən şəxs ona zəng edərək Ülfətdə sənəd olduğunu həmin sənədləri sonuncudan alıb göndərməyi bildirmiş, o da Ülfətlə Bakı şəhəri, 20 yanvar metrosunun yaxınlığında görüşərək sonuncudan sənədləri alıb atası Təqsirləndirilən şəxs göndərmişdir. Təxminən 2022-ci ilin iyun ayında atası ona zəng edərək Ülfətlə danışmasını, sonuncuya pulun qaytarılması üçün gözləməsini bildirməyini ona demiş, bundan sonra ona Zərərçəkmiş şəxs qardaşı Əfqan Nağıyevin həbsdən çıxarılmasına köməklik göstərilməsi üçün atası Təqsirləndirilən şəxs kömək istəməsi, sonuncunun isə Zərərçəkmiş şəxs aldadaraq 7.700 manat pulunu alması məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, atası Təqsirləndirilən şəxs 2021-ci ilin mart ayından oktyabr ayına kimi Bakı şəhərində "xxxx" Birgə Müəssisəsində “boruçu” vəzifəsində işləmişdir. Onun adına Kapital Bankda və Leobankda kart hesabları olmuş, bundan başqa onun adına Kapital bankdan aldığı “Birkart” və “Albalı” kredit kartları da olmuşdur. Ona pul lazım olduqda, eləcə də kredit kartlarına borcu olduqda atası Əlidən ona pul göndərməsini xahiş etmiş, sonuncu da onun Kapital Bank və LeoBankda olan kart hesablarına müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə pul göndərmişdir. Atası onun kart hesablarına göndərdiyi pulları kredit kartlarına olan kredit borclarını ödəmiş, həmçinin gündəlik müəyyən xərclərini qarşılamışdır. Onun adına olan "xxxx" və “Leobank”dakı kartları onda olmuş, bəzi hallarda isə atası Təqsirləndirilən şəxs olmuşdur. Atası Təqsirləndirilən şəxs onun kart hesablarına göndərdiyi pulları kimdən əldə edib ona göndərməsi barədə, eləcə də kimin vasitəsi ilə onun kart hesablarına pul göndərməsi barədə onun məlumatı olmamışdır. Bəzi hallarda atası onun kart hesablarına pul göndəriləcəyini, həmin pulu çıxardıb ona göndərməsini bildirmiş, o, da məbləğini və tarixini xatırlamadığı vaxtlarda onun Kapital Bank və Leobankda kart hesablarına göndərilmiş pulları çıxardıb yol maşını ilə atasına göndərmişdir. O, Kapital Bank və Leobankda kart hesablarına kim tərəfindən nə məqsədlə, nəyin müqabilində pul göndərilməsindən xəbərsiz olmuşdur. O, ifadəsində Zərərçəkmiş şəxs tanımadığını, adına olan "xxxx"dakı hesablarına xx.xx.2022-ci il tarixdə mədaxil olmuş 2.100 manat, xx.xx.2022-ci il tarixdə “Leobank”da olan kart hesabına mədaxil olmuş 550 manat, xx.xx.2022-ci il tarixdə "xxxx"da olan kart hesabına 150 manat, xx.xx.2022-ci il tarixdə “Leobank”da olan kart hesabına mədaxil olan 250 manat pul vəsaitlərinin kim tərəfindən göndərilməsi barədə məlumatsız olduğunu, lakin həmin pulların kartdan çıxardıb atasına göndərdiyi pullar olduğunu fikirləşdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 göstərdi ki, o, 2022-ci ilin may ayının sonlarında yaşadığı Neftçala rayonu, Aşağı Qaramanlı kəndindən Bakı şəhərinə köçmüşdür. Qardaşı X1 Ağır Cinayətlər məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Hazırda qardaşı Əfqan Nağıyev Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 2 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkir. Digər qardaşı Zərərçəkmiş şəxs 2021-ci ilin yanvar ayından 2022-ci ilin may ayına qədər "xxxx" Birgə Müəssisəsində qaynaqçı işləmişdir, hazırda işsizdir. Qardaşı Ülfət 2022-ci ilin mart ayının sonlarında ona Təqsirləndirilən şəxs adlı şəxsin adına poçtla 250 manat pul göndərməyini bildirmiş, o, poçta gedərək həmin vaxt şəxsiyyət vəsiqəsi üstündə olmadığı üçün atasının şəxsiyyət vəsiqəsi ilə Təqsirləndirilən şəxs adına 250 manat pul göndərmiş, lakin pulu nəyə görə göndərməsini bilməmişdir. Bundan sonra qardaşı Ülfət ona hazırda adlarını xatırlamadığı bank kartlarının şəkillərini göndərmiş, xx.xx.2022-ci il tarixdə həmin karta 300 manat pul köçürməyini xahiş etmiş, o da həmin günü yaşadığı Neftçala rayonu, Aşağı Qaramanlı kəndindəki marketdə quraşdırılmış “Milli Ön” elektron ödəmə sistemi vasitəsi ilə kart hesabına 300 manat, xx.xx.2022-ci il tarixdə yenə də Ülfətin ona göndərdiyi kart hesabına 150 manat, xx.xx.2022-ci il tarixdə Ülfətin göndərdiyi digər karta eyni ünvandakı ödəmə terminalından 250 manat pul köçürtmüşdür. Qardaşı Ülfət ona həmin pulun nəyə görə lazım olduğunu deməmişdir. Sonradan qardaşı Ülfətin Təqsirləndirilən şəxs adlı şəxs tərəfindən guya həbsdə olan qardaşı Əfqan Nağıyevin Azərbaycan Respublikası Prezidentinin əfvlə bağlı sərəncamı ilə azadlığa çıxardacağı adı ilə aldadılaraq 7.700 manat pulunun ələ keçirildiyini öyrənmişdir. O, Təqsirləndirilən şəxs tanımamış, sonuncuya Zərərçəkmiş şəxs tərəfindən verilmiş pullar Ülfətə məxsus olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 göstərdi ki, 2019-cu il tarixdə Ağsu rayonu, Hacıqədirli kənd sakini X6 ilə ailə həyatı qurduqdan sonra tez-tez Ağsu rayonu, Hacıqədirli kəndinə qonaq getmişdir. Zərərçəkmiş şəxs tanımır. Qayınatasının yaşadığı evin qonşuluğunda yaşayan Təqsirləndirilən şəxs kənd sakini kimi tanımış, aralarında düşmənçilik və ədavətləri olmamışdır. 2022-ci ilin fevral ayında Təqsirləndirilən şəxs ondan 230 manat borca pul istəmiş, o, 230 manat pul vəsaitini borc kimi Təqsirləndirilən şəxs vermişdir. O, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs zəng edərək borca verdiyi pul vəsaitini geri istəmiş, sonuncu isə ona pulu yaxın günlərdə qaytaracağına dair söz vermişdir. Bundan bir neçə gün sonra Əli ona zəng edərək pulu köçürmək üçün kart hesabı istəmiş, o, isə özünün adına “Azərbaycan Beynəlxalq Bank”-na aid olan 5167 5133 4197 3055 nömrəli kartın nömrələrini telefonda Əliyə demişdir. xx.xx.2022-ci il tarixdə axşam saat 21 radələrində Əli ona zəng edərək hesabına 300 manat pul göndərildiyini bildirmiş, onun həmin pul vəsaitinin kim tərəfindən kart hesabına göndərilməsindən xəbəri olmamışdır. Əli ona həmin pulun 230 manatını ona olan borcuna görə götürməyini, qalan 70 manat pulu isə oğlu Səbuhinin kart hesabına köçürtməyini bildirdiyi üçün o, Əlinin ona olan borcunu kartdan çıxartmış, qalan 70 manat pulu isə Əlinin oğlu Səbuhinin kart hesabına göndərmişdir. xx.xx.2022-ci il tarixdə şəxsiyyət vəsiqəsini təqdim etməklə əldə etdiyi Azərbaycan Beynəlxalq Bankında olan bank hesabından çıxarışda hesabına 300 manat pulun xx.xx.2022-ci il tarixdə deyil, xx.xx.2022-ci il tarixdə mədaxil olduğu göstərilmiş, lakin o, pulu xx.xx.2022-ci il tarixdə saat 21 radələrində kartına mədaxil olduğunu dəqiq bilir və axşam saatlarında kartına pul mədaxil olduğu üçün bank hesablarında çıxarışda növbəti iş günü üçün qeyd edildiyini düşünür. İş üzrə digər Şahid3 məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM) 317-ci maddəsinə əsasən, məhkəmə qeyd olunan şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, CPM-in 317-ci maddəsinə əsasən, bu Məcəllənin 226.1-226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağırılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün hallarının hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Məhkəmə iclasında Şahid3 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuşdur. Şahid3 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun dayısı oğlu olmaqla eyni kənddə yaşayırlar. Zərərçəkmiş şəxs tanımır. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq ona məxsus bank kartının nömrəsini soruşaraq ora pul köçürüləcəyini və həmin pul vəsaitinin ona verilməsini xahiş etmişdir. Həmin günü saat 09 radələrində yaşadığı kənddən özünə məxsus avtomaşınla Kapital Bank ASC-nin Ağsu şəhəri, Heydər Əliyev prospektində yerləşən filialına gedərək oradakı bankomatdan 396 manat pul vəsaitini çıxardaraq elə orada həmin pul vəsaitini Təqsirləndirilən şəxs vermişdir. Pul vəsaitinin onun kart hesabına kim tərəfindən və hansı məqsədlə köçürülməsindən xəbəri olmamışdır. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs yenidən onunla telefonla əlaqə saxlayıb oğlunun onun kart hesabına pul köçürdüyünü və sabah həmin pulu çıxartmaq üçün birlikdə Ağsu şəhərinə getməyi xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə saat 09-10 radələrində Təqsirləndirilən şəxsla birlikdə Bakı-Şamaxı-Yevlax yolunun Ağsu şəhərindən keçən hissəsində yerləşən “Buta” marketin qarşısında quraşdırılmış bankomatdan cəmi 244 manat məbləğində pul vəsaitini çıxardıb elə orada da Təqsirləndirilən şəxs vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması barədə” 02 avqust 2022-ci il tarixli qərardan görünür ki, fakta görə cinayət işi başlanılmışdır. “Zərərçəkmiş şəxs kimi tanınma haqqında” 18 avqust 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” 22 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 29, 178.2.4, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulan ittiham elan edilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 22 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri” növündə qətimkan tədbiri seçilmişdir. Ağsu Rayon Məhkəməsinin 17 oktyabr 2014-cü il tarixli ,1(016)-27/2014 nömrəli hökmünün təsdiq edilmiş surətindən görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 3.000 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. “Amnistiya aktının tətbiq edilməsi barədə” Ağsu rayon İcra şöbəsinin xx.xx.2016-cı il tarixli qərarından görünür ki, “28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı-ci il tarixli Qərarının 1.8-ci bəndi tətbiq edilməklə Təqsirləndirilən şəxs Ağsu Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə ona təyin olunmuş 3.000 manat cərimə cəzasının ödənilməmiş 2.000 manat hissəsindən azad edilmişdir. Şamaxı Rayon Məhkəməsinin 1(074)-79/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə cinayət işinin icraatına xitam verilmiş, o, həmin hissədə cinayət məsuliyyətindən azad edilmişdir. Şamaxı Rayon Məhkəməsinin 1(074)-79/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs CM-in 32.4 və 312.1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən, 29 mart 2022-ci il tarixdən 31 mart 2022-ci il tarixədək olan 2 gün həbsdə saxlanıldığı müddət 4 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılmış, onun üzərində qəti olaraq 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, həmçinin onun üzərinə yaşayış yeri üzrə ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmuşdur. Ağsu Rayon İcra Hakimiyyəti başçısının X10 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs kənddə yaşadığı müddətdə kənd camaatı tərəfindən özünə hörmət qazanmışdır. Kənddə gəncləri öz ətrafına toplamış, xeyir-şər işlərində yaxından iştirak etmişdir. Onun barəsində Nümayəndəliyə heç bir mənfi xarakterli şikayət və məlumat daxil olmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Zərərçəkmiş şəxs Baş İdarənin Əməliyyat Təminatı Şöbəsində aparılan araşdırma zamanı verdiyi izahatına əlavə etdiyi qəbzlərin surətləri, "xxxx" MMC və "xxxx" MMC-dən götürülmüş telefon danışıqlarına dair məlumatların olduğu 02 ədəd disk, həmçinin "xxxx" ASC-yə məxsus Şahid2 adına olan 5103********0699 nömrəli və Şahid3 adına olan 4169********8189 nömrəli, Şahid2 adına "xxxx" ASC-yə məxsus 4098********5084 nömrəli “Leobank”, X3 adına "xxxx" ASC-də olan 5167********3055 nömrəli kartlardan çıxarışlar maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 23 avqust 2022-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs Ağsu Rayon Məhkəməsinin 17.102014-cü il tarixli hökmünə əsasən CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 3.000 manat cərimə cəzasına məhkum edilmişdir. Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurmuş olduğu ziyanı tam məbləğdə ödəmiş, ona qarşı heç bir iddia və tələbi yoxdur. Ağsu rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Şamaxı Rayon Məhkəməsinin 1(074)-79/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə CM-in 32.4 və 312.1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Onun cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən başlanmış və həmin tarixdən məhkum barəsində elektron nəzarət vasitəsi tətbiq edilmişdir. Məhkumun cəzasının çəkilmiş hissəsi 2 ay 1 gün, çəkilməmiş hissəsi isə 2 il 9 ay 25 gün təşkil edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 29, 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai istintaqı aparan orqanının gəldiyi nəticə əsassızdır. Bu səbəbdən, Təqsirləndirilən şəxs CM-in 29, 178.2.4-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə ona bəraət verilməlidir. Belə ki, istintaq orqanı Təqsirləndirilən şəxs 29, 178.2.4-cü maddələri ilə ittiham irəli sürərkən belə nəticəyə gəlmişdir ki, Zərərçəkmiş şəxs Əfqan Nağıyevin adının əfv edilən şəxslərin siyahısına daxil edilmədiyini görüb aldadıldığını başa düşərək qalan Təqsirləndirilən şəxs verməli olduğu 9.000 manat pulun 1.300 manat məbləğini verməkdən imtina etdiyindən, Təqsirləndirilən şəxs bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib həmin pul vəsaitini ondan almağa nail olmayaraq, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs məxsus cəmi 9.000 manat məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Məhkəmə hesab edir ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edildiyindən və Təqsirləndirilən şəxs da Zərərçəkmiş şəxs nə qədər məbləğdə pulu ona verəcəyini bildirməsindən asılı olmayaraq, 7.700 manat pul məbləğini Zərərçəkmiş şəxs almaqla dələduzluq cinayətini törətmişdir. Buna görə də, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 29, 178.2.4-cü maddələri ilə irəli sürülmüş ittiham əsaslı hesab edilə bilməz. Bununla yanaşı, məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan CM-in 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsi onun etirafedici ifadəsi, zərərçəkmiş şəxs və şahidlərin ifadələri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər dəlillərlə təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. CPM-in 44.2.4-cü maddəsinə müvafiq olaraq, CM-in 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulmuş əməlləri törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxsə cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni CM-in 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə onun törətdiyi əməli etiraf etməsini, səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tam ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. CM-in 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. CM-in 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. CM-in 68.1.1-1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” növündə qətimkan tədbiri seçilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs təqdim etdiyi qəbzlərin surətləri, "xxxx" MMC və "xxxx" MMC-dən götürülmüş telefon danışıqlarına dair məlumatların olduğu 02 ədəd disk, "xxxx" ASC-yə məxsus Şahid2 adına olan 5103********0688 nömrəli və Şahid3 adına olan 4169********8189 nömrəli, Şahid2 adına "xxxx" ASC-yə məxsus 4098********5084 nömrəli “Leobank”, X3 adına "xxxx" ASC-də olan 5167********3055 nömrəli kartlardan çıxarışlar cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 18 saat hüquqi yardıma görə 108 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə və CPM-in 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrinə əsasən, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs CM-in 29, 178.2.4-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə ona bəraət verilsin. Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs CM-in 32.4, 312.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-in 66.5 və 68.1.1-1-ci maddələrinə əsasən Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan 2 il 09 ay 25 gün azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökm üzrə təyin edilmiş qəti cəzaya qismən toplama yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 5 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablansın, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilsin, barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs təqdim etdiyi qəbzlərin surətləri, "xxxx" MMC və "xxxx" MMC-dən götürülmüş telefon danışıqlarına dair məlumatların olduğu 02 ədəd disk, "xxxx" ASC-yə məxsus Şahid2 adına olan 5103********0688 nömrəli və Şahid3 adına olan 4169********8189 nömrəli, Şahid2 adına "xxxx" ASC-yə məxsus 4098********5084 nömrəli “Leobank”, X3 adına "xxxx" ASC-də olan 5167********3055 nömrəli kartlardan çıxarışlar cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 18 saat hüquqi yardıma görə 108 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №1(016)-6/2023
Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-6/2023
09.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver