Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 1(016)-6/2025 14.02.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X7 Natiq oğlunun sədrliyi, Cəbrayılova Könül Alov qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X2, Böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə şikayət vermiş şəxs X1, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə xx xxxxxxx 1980-ci ildə Ağsu rayonu, Gəgəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Ağsu rayonu, Gəgəli kəndində qeydiyyatda olan və yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraatın materialı üzrə icraata məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında audio və video yazı aparmaqla baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 02 iyun 2024-cü il tarixdə saat 22 radələrində Ağsu rayonu Gəgəli kəndində yerləşən Samit Talıbzadəyə məxsus kafedə Təqsirləndirilən şəxs ilə həmkəndlisi Zərərçəkmiş şəxs arasında mübahisəsi baş vermişdir. Mübahisə zamanı Təqsirləndirilən şəxs piyvə bakalı ilə həmkəndlisi Zərərçəkmiş şəxs başına bir dəfə vurmaqla Zərərçəkmiş şəxs başın sol təpə nahiyyəsində üzərlərində cərrahi tikişləri olan yumşaq toxumanın əzilmiş-cırılmış yarası ilə nəticələnən səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə özünü təqsirli bilmiş, daha sonra məhkəmə iclaslarında iştirak etmədiyi üçün barəsində xx.xx.2024-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və axtarış elan edilmişdir. xx.xx.2024-cü il tarixdə Ağsu Rayon Polis Şöbəsinin məhkəməyə daxil olmuş məktubu ilə Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə əməliyyat-axtarış tədbiri nəticəsində yerinin müəyyən edilərək saxlanılması və Ağsu RPŞ-nə gətirilib aidiyyəti üzrə MSY-yə təhvil verilməsi müəyyən edilmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə cinayət işinin icraatı təzələnərək məhkəmə baxış iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Həmin tarixdə təqsirləndirilən şəxsin səhhəti ilə bağlı məhkəmə iclasında iştirakı mümkün olmamış və onun barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilərək polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş məhkəmə baxış iclası xx.xx.2025-ci il tarixə təxirə salınmışdır. Daha sonra Ağsu rayon qeydiyyat şöbəsindən verilmiş ölüm haqqında akt qeydinin təsdiq edilmiş surətindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə ölmüşdür. Qanunvericiliyin tələblərinə uyğun olaraq ölmüş təqsirləndirilən şəxsin yaxın qohumlarına şəxsin hüquqi varisi qismində tanınmaq istəklərinin olub-olmaması barədə yazılı bildiriş göndərilmiş və CPM-in 106-1.4-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində onun hüquqi varis qismində tanınması barədə müvafiq istək bildirilməmişdir. Məhkəmə baxış iclasında ölmüş şəxsin yaxın qohumu bu müddət ərzində onun hüquqi varis qismində tanınması barədə müvafiq istəyini bildirmədiyindən müdafiəçi Ağsu rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəməyə ərizə ilə müraciət edərək CM-in 128ci maddəsi ilə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs öldüyündən cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etdi. Dövlət ittihamçısı X4 cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs (böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə şikayət vermiş şəxs) iş üzrə icraata xitam verilməsinə etiraz etmədi və bu barədə müvafiq ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə, iş materiallarını araşdıraraq, işin bütün hallarını nəzərə alaraq hesab edir ki, qanunvericiliyin tələblərinə və aşağıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs CMin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs öldüyündən xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsin Göyçay rayon şöbəsinin 154 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilən xəsarət: başın sol təpə nahiyyəsində üzərlərində cərrahi tikişləri olan yumşaq toxumanın əzilmişcırılmış yaraları küt-bərk əşyanın təsirindən törnmişdir, törənmə müddəti xx.xx.2024-cü il tarixə uyğundur və dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. - Baxış keçirilməsi haqqında 03 iyun 2024-cü il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi yerə, yəni Ağsu rayonu Gəgəli kəndində yerləşən kafeyə hal şahidlərinin iştirakı ilə baxış keçirilərək, foto şəkillər çəkilmiş, protokol tərtib edilərək materiala əlavə edilmişdir. - Zərər çəkmiş şəxs qismində tanınma haqqında 05 iyun 2024-cü il tarixli qərardan görünür ki, böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanınmışdır. - 13 iyun 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, zərər çəkmiş Zərərçəkmiş şəxs ilə cinayət qanuni ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs arasında üzləşdirmə dindirmə istintaq hərəkəti aparılmış, həmin vaxt Zərərçəkmiş şəxs, onu 02 iyun 2024-cü il tarixdə piyvə bakalı ilə vuraraq xəsarət yetirməsini həmkəndlisi Təqsirləndirilən şəxs üzünə qarşı deyərək onu bir daha ifşa etmiş və Təqsirləndirilən şəxs də pivə bakalı ilə Zərərçəkmiş şəxs başına vuraraq onu döyməsini etiraf etmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Onun barəsində icraata xitam verilməmişdir. - Ağsu rayon qeydiyyat şöbəsindən verilmiş ölüm haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə ölmüşdür. Məhkəmənin 28 dekabr 2024-cü il tarixdə təqsirləndirilən şəxsin ünvanına göndərilmiş məktubdan görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində cəlb edilmiş şəxsin yaxın qohumlarına hüquqi varis qismində tanınma barədə istəklərini məhkəməyə bildirmələri və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 106-1-ci maddəsində göstərilən tələblər, həmçinin bununla bağlı hüquq və vəzifələri izah edilmişdir. Məhkəmə qeyd edir ki, ölmüş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs yaxın qohumlarına qanunvericiliyin tələblərinə əsasən məhkəmədə təqsirləndirilən şəxsin hüquqi varisi qismində iştirak etmələri məqsədi ilə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verməklə CPM-in 106-1-ci maddəsində göstərilən tələblər, həmçinin bununla bağlı hüquq və vəzifələri izah edilmişdir. Lakin qanunla müəyyən edilmiş müddət ərzində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs yaxın qohumları məhkəmə iclasına gəlməmişlər, eləcə də, təqsirləndirilən şəxsin hüquqi varisi qismində tanınma istəyi barədə məhkəməyə müraciət etməmişlər. CPM-in: 92.3.15-ci maddəsinə əsasən ölmüş təqsirləndirilən (şübhəli) şəxsin və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsin yaxın qohumu bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində onun hüquqi varis qismində tanınması barədə müvafiq istəyini bildirmədikdə cinayət prosesində müdafiəçinin iştirakı təmin olunmalıdır. 106-1.1-ci maddəsinə əsasən ölmüş təqsirləndirilən (şübhəli) şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi hesab olunur. Şəxs təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüşdürsə, onun yaxın qohumlarının da həmin şəxsin hüquqi varisi qismində tanınmaq hüququ vardır və bu Məcəllənin təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi ilə bağlı müddəaları onlara da şamil olunur; 106-1.3-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan bu Məcəllənin 106-1.1-ci maddəsində göstərilən şəxsin öldüyü vaxtdan 3 (üç) gün müddətində onun yaxın qohumlarına şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə yazılı bildiriş göndərir və ya təqdim edir. Həmin bildirişdə şəxsin ölməsi ilə əlaqədar cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsinin bəraətverici əsas hesab edilmədiyi barədə müvafiq izah da verilir. Ölmüş şəxsin yaxın qohumu cinayət təqibinə xitam verilənədək və ya bu Məcəllənin 282.1-1-ci maddəsində nəzərdə tutulmuş halda müvafiq istəyini bildirdikdə onun hüquqi varis qismində tanınması barədə qərar qəbul edilir; 106-1.4-cü maddəsinə əsasən ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar bu Məcəllənin 106-1.3-cü maddəsində nəzərdə tutulan bildirişin göndərildiyi və ya təqdim edildiyi gündən 20 (iyirmi) gün sonra çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə, cinayət işinə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində cəlb edilmişin hüquqi varisi olmadan CPM-in 106- 1.4-cü maddəsində nəzərdə tutulmuş qaydada müdafiəçinin razılığı ilə baxaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinin icraatına, həmin Məcəllənin 39.1.5-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, CPM-in: 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia, maddi sübut, məhkəmə məsrəfi yoxdur. CPM-in: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 15 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və CPM-in 39.1.11, 40.3, 43, 321 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraatın materialı üzrə icraata Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən xitam verilsin. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia, maddi sübut, məhkəmə məsrəfi yoxdur. Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından cinayət işinə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 15 (on beş) saat hüquqi yardıma görə 90 (doxsan) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi2 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan elan olduğu andan 20 gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №1(016)-6/2025
Ağsu Rayon Məhkəməsi Qərar — İş №1(016)-6/2025
14.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver