Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-60/2024 01.08.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X10 Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağabəyli Kamran Uğur oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun hüquqlarını müdafiə edən fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1986-ci ildə Ağsu şəhərində anadan olmuş, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Sumqayıt şəhəri, 9-cu MKR, ev 26, mənzil 25-də qeydiyyatda olmaqla yaşayan, barəsində Ağsu rayon Məhkəməsinin qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddəni əldə edib, daşıyaraq saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq kustar üsulla hazırlanmış xeyli miqdarda, yəni 0,379 qram təmiz çəkidə psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib, daşıyaraq yerini dəyişməklə Ağsu rayonu Ərəbmehdibəy kəndinə gətirib, üzərində saxlamış, 14 mart 2024cü il tarixdə saat 17:00 radələrində Ağsu rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağsu rayon Ərəbmehdibəy kəndi ərazisində saxlanılıb, rayon X8 şəhəri M.Ə.Rəsulzadə küçəsi 25 ünvanında yerləşən inzibati binasına gətirilərək, orada saat 18:05-də üzərində şəxsi axtarış aparılarkən, əynində olan qara rəngli cins şalvarının sol arxa cibindən, bir ədəd siqaretin gümüşü kazğızına bükülmüş bükümdə içərisində təmiz çəkisi 0,379 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı ittiham irəli sürülmüşdür. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində ona CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o, Sumqayıt şəhəri, 9-cu MKR, ev 26, mənzil 25-də ailəsilə birlikdə yaşayır. Anası və atası isə Ağsu rayon Ərəbmehdibəy kəndində yaşayırlar. Narkotik vasitə olan heroin və psixotrop maddə metamfetaminin aludəçisidir, təxminən 3-4 gün fasilələrlə heroin və metamfetamin qarışdıraraq şipris vasitəsi bədəninə vurur. 11 mart 2024-cü il tarixdə, saat təxminən 10 radələrində Ağsu rayon Ərəbmehdibəy kəndində yaşayan valideyinlərini ziyarət etmək üçün Sumqayıt şəhərində yerləşən evindən çıxmış və yola düşmüşdür. Ağsu rayonuna gəlmək üçün öncə Sumqayıt şəhərindən Bakı şəhərinə getməli, oradan isə Ağsu rayonuna getmək üçün taksi tutmalı olmuşdur. O, Sumqayıt şəhərində yaşadığı evdən çıxaraq piayada şəkildə hərəkət edərək Bakı şəhərinə getmək üçün yola çıxarkən yaşadığı mənzilin yerləşdiyi binanın yaxınlığında olan qonşu binanın həyətində, yerdə siqaretin gümüşü kağızına bükülmüş büküm olmasını müəyyən etmişdir. Həmin büküm ona maraqlı gəldiyi üçün bükümü yerdən götürmüş, daha sonra həmin kağız bükümü açıb içərisinə baxdıqda içərisində psixotrop maddə olan metamfetamin olmasını görmüşdür. O, əvvəllər də psixotrop maddə olan metamfetamin istifadə etdiyi üçün həmin maddənin metamfetamin olmasını anlamışdır. Sonra yerdən tapdığı meteamfetamini özü istifadə etmək məqsədi ilə götürmüş və əynində olan şalvarının cibinə qoymuşdur. Sonra isə Bakı şəhərinə, oradan da Ağsu rayonuna gəlmişdir. Həmin günü axşam saatlarında Ağsu rayonu Ərəbmehdibəy kəndinə çatmış və atası Vahid Məlikovun evinə getmişdir. 14 mart 2024-cü il tarixədək Sumqayıt şəhərindən yerdən tapdığı metamfetamini istifadə etməmişdir. Çünki adətən metamfetamin və heroini birlikdə qarışdıraraq istifadə etdiyindən və üzərində sadəcə olaraq metamfetamin olduğundan yaxşı həzz ala bilməyəcəyini düşünərək tapdığı metamfetamini istifadə etməyərək üzərində saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində tapdığı bir büküm metamfetamini əynində olan şalvarının arxa sol cibinə qoyaraq atasının Ağsu rayonu Ərəbmehdibəy kəndində yerləşən evindən çıxmış və kəndin girişində həmkəndlisi Şamil ilə görüşməyə getmişdir. O, Şamilin yanına çatdıqda həmkəndlisi Şamilin yanında adlarını sonradan öyrəndiyi Cavid və Mehran adlı şəxslərin olmasını görmüşdür. Sonra onlar birlikdə Cavid adlı şəxsin avtomobilinə əyləşmiş və söhbətləşməyə başlamışdırlar. Bir qədər sonra isə onlar avtomobildə olarkən polis əməkdaşları onlara yaxınlaşmış və onları saxlayaraq, birlikdə Ağsu RPŞ-nə getməyi təklif etdikdə, polis əməkdaşları ilə birlikdə Ağsu RPŞ-nə gəlmişdirlər. Daha sonra ona hüquqları izah olunaraq şübhəli şəxs qismində tutulmuş, sonra ona müdafiəçinin yardımından istifadə etmək hüququ izah olunmuş və ona təqdim olunmuş siyahıdan Müdafiəçisi qismində seçmişdir. Sonra dəvət olunmuş vəkilin iştirakı ilə üzərində qanunsuz əşya, narkotik və ya psixotrop maddə olub-olmaması soruşulduqda o, üzərində psixotrop maddə olan metamfetamin olmasını etiraf etmiş və əynində olan qara rəngli şalvarının arxa sol cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş metamfetamini cibindən çıxararaq təqdim etmişdir. Təqdim etdiyi kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin kağız bükümlə birlikdə 0.7 qram olması müəyyən edilmişdir, sonra o, üzərində olan şipris və narkotik vasitə ilə psixotrop maddənin qarşdırarkən yaxşı reaksiya olunsun deyə istifadə etdiyi limon duzunu da təqdim etmişdir. Təqdim etdiyi psixotrop maddə və digər əşyalar ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Sonda bu barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən həmin protokol imzalanmışdır. Əlavə olaraq qeyd etmişdir ki, psixotrop maddəni xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhərində yerdən tapmışdır, psixotrop maddəni heç kəsdən almamışdır, şəxsi istifadəsi üçün üzərində saxlamışdır, psixotrop maddəni taparkən yanında heçkim olmamışdır, o, narkotik vasitə və ya psixotrop vasitələrin satışı ilə məşğul olmur, həmin maddədən heç kimə satmamış və yaxud pay verməmişdir, başqa hər hansı bir yerdə narkotik vasitə, eləcə də psixotrop maddə saxlamır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəni təkzib edərək ona CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, o, Sumqayıt şəhəri, 9-cu MKR, ev 26, mənzil 25-də ailəsilə birlikdə yaşayır. Anası və atası isə Ağsu rayon Ərəbmehdibəy kəndində yaşayırlar. Narkotik vasitə olan heroin və psixotrop maddə metamfetaminin aludəçisidir, təxminən 3-4 gün fasilələrlə heroin və metamfetamin qarışdıraraq şipris vasitəsi bədəninə vurur. Polis əməkdaşları tərəfindən saxlanılan zaman onun üzərində psixotrop maddə olmamışdır, çünki Şamillə birgə həmin vaxt artıq psixotrop maddəni istifadə etmişlər, Şamil psixotrop maddəni bədənə vurduqları şprisləri saxlamış və bu səbəbdən də polis tərəfindən saxlanılan zaman onların üzərlərinə baxış keçirilərkən heç bir psixotrop maddə aşkar edilməmiş, sadəcə istifadə edilmiş şprislər aşkar edilmişdir. Bundan sonra polis şöbəsinə gətirilmişlər və orada üzərinə baxış keçirilən zaman aşkar edilmiş psixotrop maddə polis əməkdaşları tərəfindən ona verilmişdir. Saxlanılan zaman onun üzərində iki ədəd mobil telefon olmuş, lakin şəxsi axtarış keçirilən zamanı həmin mobil telefonların da onun üzərindən çıxmamışdır. Çünki mobil telefonlar polis əməkdaşları tərəfindən maşın saxlanılan zaman onların üzərində axtarış aparılaraq ondan alınmışdır. Təqsirləndirilən şəxs daha sonra polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində psixotrop maddə olmamasını, ona qarşı zor tətbiq edilməklə üzərinə psixotrop maddə qoyulmasını nəzərə alaraq barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsini, polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində psixotrop maddə olmamasını, ona qarşı zor tətbiq edilməklə üzərinə psixotrop maddə qoyulmasını, fiziki təsir nəticəsində toplanılmış sübutların qanuna zidd olmasını nəzərə alaraq barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şahid6 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, o, hal-hazırda işləmir, heç vaxt ruhi-əsəb xəstəliyi keçirməmişdir və bununla bağlı müalicə almamışdır. O, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. 14 mart 2024-cü il tarixdə günorta radələrində Ağsu rayon Ərəbmehdibəy kəndində yerləşən evinin yaxınlığında küçədə gəzərkən yerdə bir ədəd büküm görüb həmin bükümü götürmüşdür. Bükümün içərisinə baxan zaman içərisində psixotrop maddə olan metamfetamin olduğunu görmüşdür. Sonra həmin bükümü şalvarının arxa sağ cibinə qoymuşdur. Həmin gün Ərəbmehdibəy kəndinin içərisində olarkən tanışları Mehran və Cavidlə rastlaşmış, onlar Cavidə məxsus Opel Astra markalı, **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağsu şəhərinə getdiklərini bildirmişdirlər. Onun da Ağsu şəhərində işləri olduğu üçün onu da Ağsu şəhərinə aparmalarını xahiş etmiş, onunla razılaşmışdırlar. Həmin vaxt həmkəndlisi Təqsirləndirilən şəxs da olduqları yerə gəlmiş, Təqsirləndirilən şəxs onlarla salamlaşdıqdan sonra Ağsu şəhərinə getdiklərini öyrənib onu da Ağsu şəhərinə aparmalarını xahiş etmişdir. Bundan sonra Cavidə məxsus avtomobilə əyləşib Ağsu şəhərinə getməyə başlamışdırlar. Saat 17 radələrində Ağsu rayon Ərəbmehdibəy kəndinin giriş hissəsində Ağsu rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış, polis əməkdaşları özlərini təqdim etmişdirlər, polis əməkdaşları narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz gəzdirilməsində şübhəli olduqları üçün üzərilərində şəxsi axtarış keçirilməsi üçün onu və Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət etmişdirlər. Onlar da buna etiraz etməyərək birlikdə Ağsu rayon polis şöbəsinə gəlmişdirlər. Daha sonra o, şübhəli şəxs qisində tutulmuş və üzərindən psixotrop maddə olan metamfetamin aşkar olunmuşdur. Sonradan öyrənmiş ki, Təqsirləndirilən şəxs da üzərindən psixotrop maddə olan metamfetmin aşkar olunmuşdur, Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olmasından onun xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində ibtidai istintaqda verdiyi ifadəsini təkzib edərək göstərmişdir ki, psixotrop maddəni Təqsirləndirilən şəxsla birlikdə istifadə etmiş, saxlanılan zaman üzərlərində psixotrop maddə olmamış və üzərlərinə ilk öncə saxlanıldıqları yerdə axtarış aparılmış, lakin psixotrop maddə çıxmamış, sadəcə şpris çıxmış, onuda kənd təsərrüfatında istifadə etmək üçün üzərində saxlamışdır. Daha sonra şöbədə əgər üzərlərində psixotrop maddə olmasını bildirməsələr onları daha ağır maddə ilə ittiham edəcəklərini bildirmişlər, qeyd olunan hallarla bağlı nə müdafiəçisinə, nədə barəsində həbs qətiimkan tədbiri seçilərkən məhkəməyə bildirməmiş, eyni zamanda barəsində həbs qətimkan tədbiri seçildikdən sonra saxlanıldığı istintaq təcridxanasında da bu barədə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, 14 mart 2024-cü il tarixdə tanışı Şahid4la birlikdə idarə etdiyi avtomobil ilə Ağsu rayon Ərəbmehdibəy kəndinə işləmək üçün getmişdir. Həmin gün, saat təxminən 17 radələrində Ərəbmehdibəy kəndində işlərini qurtardıqdan sonra Ağsu rayonuna geri qayıtmaq qərarına gəlmişdirlər. Bundan sonra Şahid4 idarə etdiyi avtomobil ilə Ərəbmehdibəy kəndi ərazisində hərəkətdə olarkən yolda Ərəbmehdibəy kənd sakini olan və əvvəllər tanıdığı Şahid6 yolda piyada hərəkətdə olmasını görmüşdür. Buna görə də Şahid4 avtomobilini Şamilin yanında saxlamasını bildirmişdir. Cavid avtomobilini saxladıqdan sonra o, Şahid6la görüşmüş və söhbətləşməyə başlamışdır. Onlar bir qədər söhbətləşdikdən sonra həmin yerə Şamilin həmkəndlisi Təqsirləndirilən şəxs da gəlmişdir. Təqsirləndirilən şəxs da gəldikdən sonra aralarında baş tutan söhbət zamanı Şamil və İlqar onları da Ağsu şəhərinə aparmalarını xahiş etmişdirlər. Onlar da Ağsu şəhərinə getdiklərindən Şamil və İlqarla razılaşmış, sonra Şamil və İlqar Cavidin idarə etdiyi avtomobilə əyləşərək avtomobil ilə hərəkətə başlayıb Ağsu rayon Ərəbmehdibəy kəndinin giriş hissəsi istiqamətində getmişdirlər. Bir qədər getdikdən sonra Ağsu rayon Ərəbmehdibəy kəndinin giriş hissəsinə çatdıqda həmin yerdə polis əməkdaşları onları saxlamış, sonra Polis əməkdaşları onlara yaxınlşaraq özlərini təqdim edib, avtomobildə olan Şahid6 və Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddə saxlamaqda şübhəli olduqlarını bildirib rayon Polis Şöbəsinə getməyə dəvət etmişdirlər. Həmin vaxt İlqar və Şamil etiraz etmədən avtomobildən düşərək Polis əməkdaşları ilə birlikdə çıxıb getmişdirlər. Sonra polis əməkdaşları Şahid4 və onu da şahid qismində izahat vermək üçün Polis Şöbəsinə dəvət etmişdirlər. Bundan sonra Polis şöbəsində Şahid6 və Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə saxladıqları üçün şübhəli şəxs qismində tutulmuş, Şahid4 və o isə izahat verdikdən sonra sərbəst buraxılmışlar. O, İlqarın üzərlərində psixotrop maddə olan metamfetamin olduğunu əvvəlcədən bilməmişdir. Əlavə olaraq bildirmişdir ki, polis əməkdaşları avtomobili saxlayarkən üzərlərində qanunsuz əşya və narkotik vasitə olub-olmamasını soruşmuşlar, bundan sonra polis şöbəsinə aparmışlar, lakin orada kimin üzərində nə olub-olmamasından məlumatı olmamış və heç bir şey görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, 14 mart 2024-cü il tarixdə o, Mehramla birlikdə Mehranın işi ilə əlaqədar onun idarə etdiyi Opel Astra markalı **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağsu rayonu, Ərəbmehdibəy kəndinə getmişlər, həmin gün Ağsu şəhərinə qayıdan zaman Ərəbmehdibəy kəndinin içərisində Mehranın tanışı Şahid6 görmüşlər və avtomobili onun yanında saxlamış, onlar Şahid6la görüşdükdən sonra Şamil də Ağsu şəhərinə getdiyini və onu da aparmağı xahiş etmişdir. Onlarda razılaşmış və bu zaman Təqsirləndirilən şəxs gəlmişdir. Təqsirləndirilən şəxs onlarla birlikdə Ağsu şəhərinə getmək üçün maşına əyləşmişdir. Bundan sonra onlar Ağsu şəhərinə tərəf hərəkət etmişlər, saat təxminən 17 radələrində Ərəbmehdibəy kənd ərazisində polis əməkdaşları onları saxlatmış və Şamillə, İlqarın narkotik və psixotrop maddəsində şübhəli olduqlarını bildirib, onları, həmçinin onlarla bərabər onunla Mehranıda polis şöbəsinə dəvət etmişlər. Onlar da etiraz etmədən rayon Polis şöbəsinə gəlmişlər. Bundan sonra rayon polis şöbəsində Şamili və İlqarı şübhəli şəxs qismində tutmuşlar, onlar isə gözləmişlər. Daha sonra onlara Şamil və İlqarın üzərində psixotrop maddə olan metamfetamin aşkar edildiyini bildirmişlər. Bundan sonra polis əmıkdaşları onların izahatlarını almışlar. O, Şamil və İlqarın üzərində psixotrop maddə olan metamfetamin olduğunu əvvəlcədən bilməmişdir. Əlavə olaraq bildirmişdir ki, avtomobil saxlanılan zaman onların üzərlərinə baxış keçirilməmiş, ilk dəfə şəxsi axtarış polis şöbəsində keçirilmişdir. Kimin üzərində nə olubolmamasından məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, o, 2023-cü ildən Ağsu RPŞ-nin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Sumqayıt şəhər sakinləri Təqsirləndirilən şəxs və Şahid6 narkotik vasitələri və psixotrop maddələri qanunsuz qəbul etməsi, saxlaması və Ağsu rayonu Ərəbmehdibəy kəndi ərazisində olmaları barədə məxfi mənbədən daxil olmuş məlumatı yoxlamaq məqsədilə 14 mart 2024-cü il tarixdə saat 17 radələrində şöbənin CAB-ın baş əməliyyat müvəkkili Şahid2 və Ağsu RPŞ-nin PPXB-nün komandir müavini Şahid5 ilə birlikdə Təqsirləndirilən şəxs və Şahid6 Ağsu rayon Ərəbmedhibəy kəndi ərazisində saxlayaraq onlara narkotik vasitələrin və psixotrop maddələrin qəbulunda və saxlanılmasında şübhəli olduqlarını bildirib rayon polis şöbəsinə gəlməyə dəvət etmişdirlər. Təqsirləndirilən şəxs və Şahid6 da heç bir etiraz etmədən onlarla birlikdə rayon polis şöbəsinə gəlmişdir. Şöbəyə çatdıqdan sonra Təqsirləndirilən şəxs və Şahid6 RPŞ-nə gətirmələri barədə raportlarla Şöbənin rəhbərliyinə mərzuə etmişdirlər. Sonra Təqsirləndirilən şəxs barəsində olan raportun icrası RPŞ-nin TQ-nun baş təhqiqatçısı polis mayoru, Vüsal Hüseynova həvalə olunduğundan Təqsirləndirilən şəxs təhqiqatçı Vüsal Hüseynovun xidməti otağına aparmışdırlar. Bundan sonra Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi ilə təmin olunmuş və şübhəli şəxs qismində tutulmuşdur. Sonra videoçəkiliş aparmaqla və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan olunmuş əşya, predmet və ya maddə vardırsa könüllü təqdim etməsi izah edilmiş, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol arxa cibindən 01 ədəd siqaretin kağızına bükülmüş bükümdə deməsinə görə psixotrop maddə olan mütamfetamini təqdim etmiş və həmin psixotrop maddə olan metamfetamini tutulmazdan 3 gün əvvəl Sumqayıt şəhərində yaşadığı məhəllədə yerləşən binaların arasından yerdən taparaq əldə etdiyini bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə və ya psixotrop maddəni bədənə yeritmək üçün istifadə olan 01 ədəd şipris eləcə də psixotrop maddə və ya narkotik vasitə qəbul edərkən istifadə etdiyi 01 ədə plastik qabda deməsinə görə limon duzu olan maddələr aşakar olunaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə elektron tərəzi vasitəsilə çəkilmiş və çəkisinin kağız bükümlə birlikdə 0,7 qram olması müəyyən edilmişdir. Sonra bu barədə protokol tərtib olunmuş, aşkar olunmuş psixotrop maddə, 01 ədəd şpris və 01 ədə plastik qabda olan limon duzu ekspertiza tədqiqatının aparılması məqsədilə ekspertizaya göndərilməsi üçün qablaşdırılmiş, tərtib olunmuş protokol o və baxışda iştirak edən şəxslər tərəfindən imzalarla təsdiq olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 və Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadələr verərək göstərilən xüsusatları bir daha təsdiq etmişlər. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - Cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 15 mart 2024-cü il tarixli qərarından görünür ki, fakta görə CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və aidiyyəti üzrə Ağsu RPŞ-nin İQ-na göndərilmişdir. - Şəxsi axtarış və götürmə aparılması haqqında 14 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı əynində olan qara rəngli şalvarının arxa sol cibindən 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş halda psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim etmiş və bildirmişdir ki, həmin psixotrop maddəni 3 gün bundan qabaq Sumqayıt şəhərində yerdən tapmışdır, deməsinə görə öz istifadəsi üçün üzərində gəzdirir. Həmin psixotrop maddə olan metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş, psixotrop maddə olan metamfetaminə bənzər kütlə kağız ilə birlikdə çəkisinin 0,7 qram təşkil etməsi müəyyən edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərindən 01 ədəd şpris və 01 ədəd plastik qabın içərisində öz deməsinə görə limon duzu aşkar edilərək götürülmüşdür. Həmin limon duzuna bənzər maddə qabı ilə birlikdə çəkisinin 15,3 qram təşkil etməsi müəyyən edilmişdir. Aşkar edilmiş narkotik vasitəyə bənzər kütlənin dəqiq çəkisinin və tərkibinin müəyyən olunması məqsədilə ekspertiza tədqiqatı üçün götürülmüş, 01 ədəd şpris və limon duzuna bənzər maddə ilə birlikdə eyni zərfə DİN-nin 93 saylı möhürü ilə möhürlənmişdir. Üzərində olan bir ədəd "xxxx"a məxsus **********447802 saylı və bir ədəd "xxxx"a məxsus **********924150 saylı bank kartları sübuti əhəmiyyət kəsb etdiyi üçün qablaşdırılaraq götürülmüşdür. Axtarış zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı və fotoşəkillər protokola əlavə edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsi tərəfindən verilmiş 15 mart 2024-cü il tarixli 3-16-16-2-17/270 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş psixotrop maddəyə bənzər kütlə...” sözləri, imzalar və adlar yazılmış zərfin içərisindəki 01 ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi- 0,379 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir, 01 (bir) ədəd kiçik plastik qabda, təmiz çəkisi – 2,439 qram olan limon duzuna oxşar maddə narkotik vasitələrə və psixotrop maddələrə aid deyil. 01 (bir) ədəd şprisin içərisində olan cüzi miqdar maddə hissəcikləri narkotik vasitə heroin hissəcikləridir. Həmin heroin hissəcikləri cüzi miqdarda olduğuna görə təmiz çəkisini müəyyən etmək mümkün olmamışdır. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına” daxildir (İ siyahı). Qeyd: Metamfetaminin təmiz çəkisi – 0,379 qr., tədqiqata sərf edildi – 0,050 qr., qalıq – 0,329 qr. - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 15 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - Əşyanın maddi sübut hesab edilməsi haqqında 18 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən aşkar edilərək götürülmüş 01 ədəd zərfin içərisində, tədqiqatdan sonrakı təmiz çəkisi 0,329 qram təşkil edən və psixotrop maddə olan metamfetamin, 01 (bir) ədəd kiçik plastik qabda, təmiz çəkisi – 2,439 qram olan limon duzuna oxşar maddə, 01 (bir) ədəd şpris ********* nömrəli cinayət işi üzrə maddi sübut hesab edilmiş və Ağsu RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli 127 saylı məktubundan görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayonda, ev 26, mənzil 25-də qeydiyyatda olmaqla yaşayan xx.xx.1986cı il təvəllüdlü Təqsirləndirilən şəxs Sumqayıt şəhər Psixiatriya Xəstəxanasına müraciət etməmiş və hal-hazırda stasionar müalicədə yoxdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin 16 aprel 2024-cü il tarixli, 644 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. - Sübutların qiymətləndirilməsi haqqında 14 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 15 mart 2024-cü il tarixli qərarla CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-1 və 234.2-ci maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Şahid6 və Təqsirləndirilən şəxs barələrində CM-nin 234.4.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş və onların əməlləri CM-nin 61.1.3-cü maddəsi ilə, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında psixotrop maddə əldə etmə, daşıma və saxlama kimi qiymətləndirilməmiş, Şahid3 və Şahid4 barələrində CM-nin 307-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddənin əldə edilmə mənbəyi ilə bağlı cinayət işi başlanması rədd edilmiş, cinayət işinin materiallarına uyğun olmaqla yanaşı, obyektiv rəylər olduğundan iş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16-2-17/270 saylı rəyi, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 644 saylı rəyi, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını əks etdirən 01 ədəd CD-disk, Təqsirləndirilən şəxs, eləcə də şahidlərin ifadələri sübut əhəmiyyətinə malik olduğundan sübut növü kimi qiymətləndirilmiş, şübhəli şəxs qismində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən aşkar edilmiş kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminin tədqiqatdan sonrakı qalığının (0,329 qram), 01 (bir) ədəd kiçik plastik qabda, təmiz çəkisi – 2,439 qram olan limon duzuna oxşar maddə, 01 (bir) ədəd şpris 18 mart 2024-cü il tarixli qərarla cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün Ağsu RPŞ-nin maddi sübutlar saxlama otağına verilməsi nəzərə alınmışdır. Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-ci il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan ifadələrlə tərtib olunmalı, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs və Şahid6 məhkəmə iclasında polis əməkdaşları tərəfindən saxlanılan zaman onun üzərində psixotrop maddə olmaması, polis şöbəsində şəxsi axtarış zamanı üzərindən çıxan psixotrop maddənin üzərinə polis əməkdaşları tərəfindən qoyulması ilə bağlı dedikləri özünü müdafiə xarakteri kimi qiymətləndirir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərində iki ədəd mobil telefon olması, saxlanılan zaman həmin mobil telefonların polis əməkdaşları tərəfindən götürülməsi və şöbədə üzərinə şəxsi axtarış keçirilən zaman həmin telefonların üzərində olmaması ilə bağlı dediklərini təsdiq edən sübutlar da müəyyən edilməmişdir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs və Şahid6 ibtidai istintaq zamanı, həmçinin barəsində həbs qətimkan tədbirinin seçilib-seçilməməsi ilə bağlı keçirilən məhkəmə iclasında saxlanılan zaman onlara hər hansı təsirin olmasına, üzərlərində psixotrop maddə olmamasına, psixotrop maddəni məcburiyyət qarşısında seçmələrinə dair söz deməmişlər, bununla bağlı vəsatət və ya ərizə verməmişlər, eyni zamanda təqsirləndirilən şəxs məhkəmə tərəfindən verilən suala cavab olaraq təqsirini etiraf etmiş, barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilməsini xahiş etmiş, həmçinin üzərinə baxış keçirilən zaman müdafiəçinin ona hər hansı təsirin olub-olması ilə bağlı sualına inkaredici cavab vermişdir. Odur ki, CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - Cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında 14 mart 2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.1986-ci ildə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Sumqayıt şəhəri, 9-cu MKR, ev 26, mənzil 25-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 14 mart 2024-cü il tarixdə saat 17:40-da tutulmuşdur. - Ağsu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(016)-22/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 14 mart 2024-cü il tarixdən hesablanmışdır. - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 03 aprel 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikasının Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə CM-nin 234.1, 29,180.2.1, 66.3-cü maddələri ilə təqsirli bilinərək 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Əzizbəyov Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsinin 02 ilini QH keçirilib, Xəzər Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə CM-nin 317-2.1, 67.1-ci maddələri ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci ildə cəzasının sonu ilə azad edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-nin 29,177.2.3, 234.1, 66.2 maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə xx.xx.2018-ci il tarixli hökmü dəyişdirilmiş, azadlıqdan məhrum etmə cəzası 03 ilə endirilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. CM-nin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır. 18.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-nin 29,177.2.3, 234.1, 66.2-ci maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə xx.xx.2018-ci il tarixli hökmü dəyişdirilmiş, azadlıqdan məhrum etmə cəzası 03 ilə endirilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş və cəza müddəti başa çatması ilə əlaqədar xx.xx.2021-ci il tarixdə azad olunmuşdur. Hazırkı cinayət əməlini də xx.xx.2024-cü il tarixdə törətmişdir. Cinayət işinin materiallarından göründüyü kimi CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hazırki cinayəti törətdiyi vaxt məhkumluğu ödənilmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının: 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 2-ci bəndində qeyd olunmuşdur ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 14 saylı Mənzil-Kommunal Sahəsinin 19 mart 2024-cü il tarixli, 146 nömrəli ailə tərkibi haqqında arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 9-cu mikrorayonda, ev 26, mənzil 25-də qeydiyyatdadır. Ailə üzvləri: atası – Məlikov Vahid Əli oğlu, anası – X2, arvadı – X3, qızı – X4r. - Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 14 saylı Mənzil-Kommunal Sahəsinin 19 mart 2024-cü il tarixli, 149 nömrəli Xasiyyətnamədən görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayonda, ev 26, mənzil 25-də yaşayan Təqsirləndirilən şəxs qonşularla davranışda yaxşıdır, kommunal ödənişlərini vaxtında edir, ailədə və qonşular arasında özünə hörmət qazanmışdır, onun barəsində 14 saylı MKS-ya heç bir şikayət daxil olmamışdır. Qonşularla münasibəti yaxışıdır. CM-nin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. CPM-in 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 14 mart 2024-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, 15 mart 2024-cü il tarixdə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir, ona görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanma müddəti cəzaçəkmə müddətlərinə daxil edilməklə, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalıdır. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. CPM-in 346.1.13-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməli olduğu məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilməlidir. CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğundan CM-nin 56.1.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə CPM-in 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Ağsu rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilən maddi sübut – Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən götürülmüş 01 ədəd zərfin içərisində, tədqiqatdan sonrakı təmiz çəkisi 0,329 qram təşkil edən və psixotrop maddə olan metamfetamin, 01 (bir) ədəd kiçik plastik qabda, təmiz çəkisi – 2,439 qram olan limon duzuna oxşar maddə, 01 (bir) ədəd şpris hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs oğlunun təqdim etdiyi 01 ədəd "xxxx" ASC-yə məxsus **********447802 saylı və 01 ədəd "xxxx" ASC-yə məxsus **********924150 saylı plastik kartların geri qaytarılması nəzərə alınmalı, iş üzrə cinayət işində saxlanılan 01 ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci 71,94 manat təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs CMnin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 12 (on iki) iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı gündən, yəni 14 mart 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Ağsu rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilən maddi sübut – Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən götürülmüş 01 ədəd zərfin içərisində, tədqiqatdan sonrakı təmiz çəkisi 0,329 qram təşkil edən və psixotrop maddə olan metamfetamin, 01 (bir) ədəd kiçik plastik qabda, təmiz çəkisi – 2,439 qram olan limon duzuna oxşar maddə, 01 (bir) ədəd şpris hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd "xxxx" ASC-yə məxsus **********447802 saylı və 01 ədəd "xxxx" ASC-yə məxsus **********924150 saylı plastik kartların geri qaytarılması nəzərə alınsın. İş üzrə cinayət işində saxlanılan 01 ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs aparılmış ekspertiza tədqiqatının dəyəri 71,94 manat alınıb Respublika büdcəsinin aşağıdakı hesabına keçirilsin: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi-VÖEN-**********, hesab-AZ34CTRE********************01. Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 12 (on iki) saat hüquqi yardıma görə 72 (yetmiş iki) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Babək Qasımov İş № 1(016)-34/2024 Azərbaycan Respublikası adından HÖKM Ağsu Rayon Məhkəməsi ____ 2024-cü il Ağsu şəhəri X10 Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Esma Kərim qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun hüquqlarını müdafiə edən fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1986-ci ildə Ağsu şəhərində anadan olmuş, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Sumqayıt şəhəri, 9-cu MKR, ev 26, mənzil 25-də qeydiyyatda olmaqla yaşayan, barəsində Ağsu rayon Məhkəməsinin qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı gündən, yəni 14 mart 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Ağsu rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilən maddi sübut – Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən götürülmüş 01 ədəd zərfin içərisində, tədqiqatdan sonrakı təmiz çəkisi 0,329 qram təşkil edən və psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə Təqsirləndirilən şəxs təqdim etdiyi __ bank kartlarının geri qaytarılması nəzərə alınsın. İş üzrə cinayət işində saxlanılan 01 ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs aparılmış ekspertiza tədqiqatının dəyəri 71,94 manat alınıb Respublika büdcəsinin aşağıdakı hesabına keçirilsin: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi-VÖEN-**********, hesab-AZ34CTRE********************01. Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 15 (on beş) saat hüquqi yardıma görə 90 (doxsan) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Babək Qasımov
Məhkəmə qərarları › İş №1(016)-60/2024
Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-60/2024
01.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver