Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-61/2023 23.11.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, Dövlət ittihamçısı X1, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu ildə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edib daşıyaraq saxlamış və satmışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq 0,28 qram təmiz çəkidə, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib yerini dəyişməklə daşıyıb, Ağsu şəhərinə gətirərək üzərində saxlamış, 07 iyul 2023-cü il tarixdə saat 23 radələrində tanışı Şahid6 ondan Şahid5 narkotik vasitə olan qurudulmuş marixuananı satmasını xahiş etdikdə o, bir büküm narkotik vasitə olan qurudulmuş marixuananı 10 manat məbləğində pul müqabilində sata biləcəyinə razılaşaraq həmin narkotik vasitəni Ağsu şəhəri, M.V.Vidadi küçəsində yerləşən aptekin arxa tərəfində gizlətmiş, daha sonra Şahid5 10 manat məbləğində pulu Təqsirləndirilən şəxs narkotik vasitəni gizlətdiyi yerə qoyaraq, həmin yerdə olan narkotik vasitəni qanunsuz olaraq satış məqsədi olmadan əldə edib, daşıyaraq Ağsu şəhəri, H.Əliyev küçəsində tanışı Şahid4 vermiş, Şahid4, Şahid5 aldığı narkotik vasitəni qanunsuz olaraq satış məqsədi olmadan əldə edərək daşıyıb, üzərində saxlamış, 08 iyul 2023-cü il tarixdə saat 17:30 radələrində Ağsu rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində üzərində narkotik vasitə gəzdirməkdə şübhələnildiyi üçün Şahid4 Ağsu şəhəri, M.A.Əliyev küçəsində saxlanılaraq rayon polis şöbəsinin ünvan 2 ünvanında yerləşən inzibati binasına gətirilmiş, orada həmin tarixdə saat 18:10 radələrində üzərində şəxsi axtarış aparılarkən əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş, təmiz çəkisi 0,28 qram olan, bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış, narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, 22 ay cəzaçəkmə müəssisəsində cəza çəkib, Eldar və Eltacı polislər saxladıqdan sonra Eltac ona zəng edərək bildirmişdir ki, onun da adını polisə verib. Daha sonra, polis şöbəsindən ona zəng edilərək harada olduğu soruşulmuş, o da evdə olduğunu bildirmişdir. O, oturub polis əməkdaşlarının gəlməsini gözləmişdir. Sonra qapının ağzına çıxmış, Vahidi görmüş, bilmişdir ki, onun arxasıyca gəlib. Sonra polis maşını saxlamış və maşından iki nəfər polis düşmüş, onu maşına mindirib, polis şöbəsinə gətirmişlər. Polis şöbəsində ona heç nə deməmişlər, qarşısına bükülü kağız qoymuşlar. Həmin bükümdə 0,28 qr. marixuana var idi. Bu qədər narkotik vasitənin qiyməti cəmi 2-3 manat edər, heç kəs ona 10 manat pul verməz. Polis şöbəsində boynuna almağının səbəbi o olmuşdur ki, onu polis şöbəsində belə ifadə verməsi üçün döymüşlər, bu səbəbdən satdığını demişdir. O, nə Eldarı nə də İsmayılı tanımır, onlar bir-birlərinin arasında satış ediblər. O, ancaq 5-10 manat tapanda narkotik vasitə alaraq istifadə edir, istifadə etdiyi üçün günahkardı, amma satışı ilə məşğul deyil. Satışı digərləri etsələr də onlar buraxılıblar, lakin onun gücü yoxdur deyə, ona CM-in 234.2-ci maddəsi ilə iş başlamışlar. Bu şəxslərlə heç bir əlaqəsi yoxdur, sadəcə Eltac onun qonşusudur. Digər iki nəfəri tanımır. Narkotik vasitə istifadəçisidir. Lakin narkotik vasitələrin satışı ilə məşğul olmur. Eltaca narkotik vasitə satmamışdır. Özünü CM-in 234.1-ci maddəsi ilə təqsirli bilir və ona həmin maddənin sankiyasında nəzərdə tutulmuş daha yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, o, narkotik vasitə olan marixuananın istifadəçisidir. Bunun üçün arabir narkotik vasitə olan marixuana əldə edərək istifadə edir. 07 iyul 2023-cü il tarixdə axşam saat təxminən 23 radələrində yaşadığı evdən çıxıb, öz mobil telefonu ilə tanışı Şahid5 zəng vurub ona narkotik vasitə tapmasını bildirmişdir. Şahid5 də ona narkotik vasitə olan marixuana tapa biləcəyini, bunun üçün Ağsu şəhəri, H.Əliyev prospektində olan köhnə uşaq xəstəxanasının yanına gəlməyini bildirmişdir. O, Eldarın dediyi yerə getmiş, orada Şahid5 ilə görüşmüşdür. Həmin vaxt Eldar ona bir büküm marixuana üçün 12 manat pul verməli olduğunu bildirmişdir. O, Eldarla razılaşaraq cibindən bir ədəd 10 manatlıq 2 ədəd isə 1 manatlıq əskinaz çıxarıb orada Eldara vermişdir. Eldar pulu aldıqdan sonra ona bir müddət həmin yerdə gözləməyini, narkotik vasitəni əldə etdikdən sonra geri qayıdaraq ona verəcəyini deyib, ordan uzaqlaşıb çıxıb getmişdir. Bundan bir müddət sonra Eldar onun yanına geri qayıtmış və cibindən çıxarıb siqaretin gümüşü kağızına bükülmüş bir bükümdə olan narkotik vasitə marixuananı ona vermişdir. O, həmin marixuananı cibinə qoyub yaşadığı evə çıxıb getmişdir. Həmin narkotik vasitəni istifadə etməyib, özündə saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat 17:30 radələrində yaşadığı evdən çıxıb, Ağsu şəhəri, M.A.Əliyev küçəsində piyada hərəkətdə olarkən, həmin ərazidə polis əməkdaşları onu saxlayaraq, birlikdə Ağsu RPŞ-nə getməyi təklif etdikdə, o, polis əməkdaşları ilə razılaşaraq polis əməkdaşları ilə birlikdə Ağsu RPŞ-nə gəlmişdir. Sonra dəvət olunmuş vəkilin iştirakı ilə üzərində qanunsuz əşya olub-olmaması soruşulduqda o, üzərində bir büküm narkotik vasitə olan marixuana olmasını etiraf etmişdir. Sonradan əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bir bükümdə olan marixuananı cibindən çıxararaq təqdim etmişdir. Daha sonra bu barədə protokol tərtib olunmuş və təqdim etdiyi narkotik vasitə ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. O, narkotik vasitələrin satışı ilə məşğul olmur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 göstərdi ki, narkotik vasitə istifadəçisidir və narkotik vasitə olan marixuanadan istifadə edir. Şahid4 onun qonşusudur, aralarında ədavət və düşmənçiliyi yoxdur. 07 iyul 2023-cü il tarixdə axşam saat təxminən 23 radələrində Şahid4 ona zəng edərək narkotik vasitə tapmağa kömək etməyini bildirmişdir. O, Şahid4 narkotik vasitə tapmağa kömək edə biləcəyini və Ağsu şəhəri, H.Əliyev prospektində yerləşən köhnə uşaq xəstəxanasının yanına gəlməsini bildirmişdir. Bir neçə dəqiqə sonra İsmayıl həmin yerə gəlmişdir. Orada o, İsmayıla narkotik vasitə almağı üçün 10 manat pul verməsini bildirmişdir. İsmayıl da ona 10 manat pul vermişdir. Daha sonra o, tanışı Eltaca zəng edərək narkotik vasitə olan marixuana tapmasını xahiş etmiş və harada olduğunu soruşmuşdur. Eltac da yaşadığı məhəllədə olduğunu bildirmişdir. Bundan sonra o, Eltacın yaşadığı məhəlləyə getmiş və Eltacla görüşmüşdür. Sonra öz telefonunda kontur olmadığı üçün Eltacdan telefonunu alıb başqa bir tanışına zəng etmişdir. Bundan sonra Eltaca tanışı Təqsirləndirilən şəxs zəng edib ona bir büküm narkotik vasitə olan marixuana təşkil etməsini bildirmişdir. Eltac da onun yanında zəng edib Təqsirləndirilən şəxsla danışmış və ona Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuananı Ağsu şəhəri, Vidadi küçəsində yerləşən aptekin arxa tərəfinə qoyacağını, həmin narkotik vasitəni oradan götürməyini və 10 manat pulu narkotik vasitənin yerinə qoymağını bildirmişdir. Bundan sonra o, tanımadığı taksi sürcüsünün idarə etdiyi avtomobilə əyləşərək həmin yerə getmiş və Eltacın dediyi yerdə olan narkotik vasitəni götürüb, 10 manat pulu həmin yerə qoymuşdur. Daha sonra başqa bir tanımadığı taksiyə minib yenidən İsmayılın yanına geri qayıtmışdır. Orada narkotik vasitəni İsmayıla vermişdir. İsmayıl da narkotik vasitəni götürüb çıxıb getmişdir. xx.xx.2023-cü il tarixdə saat 19:30 radələrində Ağsu şəhəri, Vidadi küçəsində iş yerinin qarşısında olarkən, həmin ərazidə polis əməkdaşları onu saxlayaraq, Ağsu RPŞ-nə getməyini təklif etdikdə, o, razılaşaraq polis əməkdaşları ilə birlikdə Ağsu RPŞ-nə gəlmişdir. Daha sonra o, şübhəli şəxs qismində tutulmuş, vəkil dəvət edilmiş və ona hüquqları izah olunmuşdur. Sonra dəvət olunmuş vəkilin iştirakı ilə üzərində qanunsuz əşya olub-olmaması soruşulduqda o, üzərində hər hansı bir qanunsuz əşya və ya predmet olmadığını bildirmişdir. Sonra üzərinə baxış keçirilmiş və üzərində hər hansı bir qanunsuz əşya aşkar olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 göstərdi ki, narkotik vasitələrin istifadəçisi deyil. Şahid5 tanıyır, aralarında hər hansı bir ədavət və düşmənçilik yoxdur. 07 iyul 2023-cü il tarixdə axşam saat təxminən 23 radələrində Şahid5 ona telefonla zəng edərək harada olduğunu soruşmuş, o isə cavabında Eldara yaşadığı məhəllədə olduğunu bildirmişdir. Eldar isə onunla görüşmək istədiyini deyərək bir neçə dəqiqə sonra onun yanına gəlmişdir. Eldar onun yanına gəldikdən sonra telefonunda konturu olub-olmadığını soruşmuş, o da cavabında Eldara telefonunda konturu olduğunu bildirmişdir. Sonra Eldar onun telefonu ilə tanışına zəng etmək istədiyini, tanışı ilə danışması üçün telefonunu ona verməyini xahiş etmişdir. O, Eldara tanışı ilə danışması üçün telefonunu vermiş, Eldar onun telefonu ilə kiməsə zəng vurub danışmış, sonra isə ondan ortaq tanışları Hakimə zəng vurub özü üçün narkotik vasitə təşkil etməyini bildirmişdir. O, Eldarın xahişinə görə öz mobil telefonu ilə Hakimə zəng vurub, Eldar üçün narkotik vasitə təşkil etməsini bildirmişdir. Hakim isə telefonda 10 dəqiqə sonra Eldarın gedib, Ağsu şəhəri, Vidadi küçəsində yerləşən aptekin arxasından narkotik vasitəni götürməsini və 10 manat pulu həmin yerə qoymasını bildirmişdir. O, Hakimin telefonda ona dediklərini Eldara demiş və gedib narkotik vasitəni Hakimin dediyi yerdən götürməsini bildirmişdir. Bundan sonra Eldar onun yanından uzaqlaşıb çıxıb getmişdir. xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində piyada hərəkətdə olarkən, həmin ərazidə polis əməkdaşları onu saxlayaraq, birlikdə Ağsu RPŞ-nə getməyi təklif etdikdə, o razılaşaraq polis əməkdaşları ilə birlikdə Ağsu RPŞ-nə gəlmişdir. Daha sonra o, şübhəli şəxs qismində tutulmuş, vəkil dəvət edilmiş və ona hüquqları izah olunmuşdur. Sonra dəvət olunmuş vəkilin iştirakı ilə üzərində qanunsuz əşya olub-olmaması soruşulmuş, o, üzərimdə heç bir qanunsuz əşya olmadığını bildirmişdir. Üzərinə baxış keçirilmiş və hər hansı bir qanunsuz əşya aşkar olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, o, Ağsu RPŞ-nin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023-ci il tarixdə Ağsu şəhər sakini, Şahid4 narkotik vasitələrin qanunsuz qəbul etməsi, saxlaması barədə məxfi mənbədən daxil olmuş məlumatı yoxlamaq məqsədilə şöbənin NMQ-nun əməliyyat müvəkkili X4 ilə birlikdə vətəndaş Şahid4 Ağsu şəhəri, M.A.Əliyev küçəsində piyada hərəkətdə olarkən, üzərində narkotik vasitə gəzdirməsində şübhəli olduğu üçün saxlayıb birlikdə Ağsu RPŞ-nə getməsini bildirmişlər. Şahid4 onlarla birlikdə Ağsu RPŞ-nə getməyinə heç bir etirazı olmadığını bildirmişdir. Bundan sonra Şahid4 onlarla birlikdə Ağsu RPŞ-nə gəlmiş, daha sonra şübhəli şəxs qismində tutulmuş və vəkil dəvət edilmişdir. Videoçəkiliş aparmaqla və vəkilin iştirakı ilə Şahid4 hüquqları izah edilərək üzərində narkotik vasitə, hər hansı odlu silah və döyüş sursatı olub-olmaması barədə soruşulmuşdur. Şahid4 üzərində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu demişdir. Bundan sonra Şahid4 əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibində siqaretin gümüşü kağızına bükülmüş narkotik vasitə olan marixuananı çıxarıb təqdim etmiş və bildirmişdir ki, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə Şahid5 almışdır. Daha sonra tərtib olunmuş protokol ucadan oxunmuş, iştirakçılarla həmin protokolu təsdiq etmişlər. Dindirmə zamanı İsmayıl narkotik vasitəni, Eldardan aldığını, Eldar Eltac adlı şəxsdən aldığını, Eltac isə Hakim adlı şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs tutulması, Ağsu RPŞ-nə gətirilməsi və üzərində axtarış aparılmasında iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, o, 2022-ci ildən Ağsu RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyir. Ağsu RPŞ-nin əməliyyat müvəkkili Şahid1 məlumat daxil olmuşdur ki, Ağsu şəhəri, M.A.Əliyev küçəsində yaşayan Şahid4 narkotik vasitə qəbul edir, həmçinin üzərində narkotik vasitə gəzdirir. Şahid1 tərəfindən həmin məlumat raportla RPŞ-nin rəhbərliyinə məruzə olunduqdan sonra Şahid4 ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirmək zərurəti yarandığından bu tədbirlərin keçirilməsi rəhbərlik tərəfindən Şahid1 həvalə olunmuş və bu barədə Şahid1 tərəfindən qərar qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində o, RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis mayoru Şahid1 ilə birlikdə Ağsu şəhəri, M.A.Əliyev küçəsində xidmətdə olan zaman Şahid4 həmin küçədə olması tərəflərindən müəyyən olunmuşdur. Onlar Şahid4 yaxınlaşaraq üzərində narkotik vasitə gəzdirməsində şübhəli olduğu üçün üzərində şəxsi axtarış aparılacağı barədə qərar qəbul olunduğunu və onlarla birlikdə Ağsu RPŞ-nə getməsini bildirmişlər. Şahid4 onlara üzərində şəxsi axtarış aparılacağına və onlarla birlikdə Ağsu RPŞ-nə getməyinə heç bir etirazı olmadığını bildirmişdir. Bundan sonra Şahid4 onlarla birlikdə Ağsu RPŞ-nə gəlmiş və onlar da oraya vəkil dəvət etmişlər. Videoçəkiliş aparmaqla və vəkilin iştirakı ilə Şahid4 hüquqları izah edilərək üzərində narkotik vasitə, hər hansı odlu silah və döyüş sursatı olub-olmaması barədə soruşulmuşdur. Şahid4 üzərində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu demişdir. Bundan sonra Şahid4 əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibində siqaretin gümüşü kağızına bükülmüş narkotik vasitə marixuananı çıxarıb təqdim etmiş və bildirmişdir ki, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə Şahid5 almışdır. Daha sonra tərtib olunmuş protokol ucadan oxunmuş iştirakçılarla həmin protokolu təsdiq etmişlər.Bundan sonra Şahid5 daxil olmuş tapşırıq əsasında xx.xx.2023cü il tarixdə Ağsu şəhəri, Vidadi küçəsində iş yerinin qarşısında əməliyyat müvəkkili Şahid3 ilə birlikdə saxlayıb Ağsu RPŞ-nə gətirmiş, daha sonra vəkil dəvət etmişlər. Videoçəkiliş aparmaqla və vəkilin iştirakı ilə Şahid5 hüquqları izah edilərək üzərində narkotik vasitə, hər hansı odlu silah və döyüş sursatı olub-olmaması barədə soruşulmuş, Şahid5 üzərində heç bir şey olmadığını bildirmişdir. Şahid5 üzərinə baxış keçirilmiş və üzərindən bir ədəd Samsung markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Şahid5 tanışı Şahid4 narkotik vasitə satmasını etiraf edərək həmin narkotik vasitəni Şahid6 aldığını bildirmişdir. Bundan sonra Şahid6 daxil olmuş tapşırıq əsasında xx.xx.2023-cü il tarixdə Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində əməliyyat müvəkkili Şahid3 ilə birlikdə saxlayıb Ağsu RPŞ-nə gətirmiş, daha sonra vəkil dəvət etmişlər. Videoçəkiliş aparmaqla və vəkilin iştirakı ilə Şahid6 hüquqları izah edilərək ondan üzərində narkotik vasitə, hər hansı odlu silah və döyüş sursatı olub-olmaması barədə soruşulmuş, Şahid6 üzərində heç bir şey olmadığını bildirmişdir. Şahid6 üzərinə baxış keçirilmiş və üzərindən bir ədəd “Redmi” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Şahid6 tanışı Şahid5 narkotik vasitə alması üçün Təqsirləndirilən şəxs zəng etdiyini, Şahid5 narkotik vasitəni Təqsirləndirilən şəxs satdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs daxil olmuş tapşırıq əsasında xx.xx.2023-cü il tarixdə Ağsu şəhəri, Vidadi küçəsində yaşadığı evin qarşısında əməliyyat müvəkkili Şahid3 ilə birlikdə saxlayıb Ağsu RPŞ-nə gətirmişlər, daha sonra vəkil dəvət edilmiş, videoçəkiliş aparmaqla və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs hüquqları izah edilərək ondan üzərində narkotik vasitə, hər hansı odlu silah və döyüş sursatı olub-olmaması barədə soruşulmuş, Təqsirləndirilən şəxs üzərində heç bir şey olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və ondan bir ədəd “Nokia” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Şahid5 10 manat pul müqabilində narkotik vasitəni satmasını etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, o, 2022-ci ildən Ağsu RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyir. Ağsu RPŞ-nin əməliyyat müvəkkili Şahid1 məlumat daxil olmuşdur ki, Ağsu şəhəri, M.A.Əliyev küçəsində yaşayan Şahid4 narkotik vasitə qəbul edir, həmçinin üzərində narkotik vasitə gəzdirir. Şahid1 tərəfindən həmin məlumat raportla RPŞ-nin rəhbərliyinə məruzə olunduqdan sonra Şahid4 ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirmək zərurəti yarandığından bu tədbirlərin keçirilməsi rəhbərlik tərəfindən Şahid1 həvalə olunmuş və bu barədə Şahid1 tərəfindən qərar qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində o, RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis mayoru Şahid1 ilə birlikdə Ağsu şəhəri, M.A.Əliyev küçəsində xidmətdə olan zaman Şahid4 həmin küçədə olması tərəflərindən müəyyən olunmuşdur. Onlar Şahid4 yaxınlaşaraq üzərində narkotik vasitə gəzdirməsində şübhəli olduğu üçün üzərində şəxsi axtarış aparılacağı barədə qərar qəbul olunduğunu və onlarla birlikdə Ağsu RPŞ-nə getməsini bildirmişlər. Şahid4 onlara üzərində şəxsi axtarış aparılacağına və onlarla birlikdə Ağsu RPŞ-nə getməyinə heç bir etirazı olmadığını bildirmişdir. Bundan sonra Şahid4 onlarla birlikdə Ağsu RPŞ-nə gəlmiş və onlar da oraya vəkil dəvət etmişlər. Videoçəkiliş aparmaqla və vəkilin iştirakı ilə Şahid4 hüquqları izah edilərək üzərində narkotik vasitə, hər hansı odlu silah və döyüş sursatı olub-olmaması barədə soruşulmuşdur. Şahid4 üzərində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu demişdir. Bundan sonra Şahid4 əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibində siqaretin gümüşü kağızına bükülmüş narkotik vasitə marixuananı çıxarıb təqdim etmiş və bildirmişdir ki, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə Şahid5 almışdır. Daha sonra tərtib olunmuş protokol ucadan oxunmuş iştirakçılarla həmin protokolu təsdiq etmişlər. Bundan sonra Şahid5 daxil olmuş tapşırıq əsasında xx.xx.2023cü il tarixdə Ağsu şəhəri, Vidadi küçəsində iş yerinin qarşısında əməliyyat müvəkkili Şahid3 ilə birlikdə saxlayıb Ağsu RPŞ-nə gətirmiş, daha sonra vəkil dəvət etmişlər. Videoçəkiliş aparmaqla və vəkilin iştirakı ilə Şahid5 hüquqları izah edilərək üzərində narkotik vasitə, hər hansı odlu silah və döyüş sursatı olub-olmaması barədə soruşulmuş, Şahid5 üzərində heç bir şey olmadığını bildirmişdir. Şahid5 üzərinə baxış keçirilmiş və üzərindən bir ədəd Samsung markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Şahid5 tanışı Şahid4 narkotik vasitə satmasını etiraf edərək həmin narkotik vasitəni Şahid6 aldığını bildirmişdir. Bundan sonra Şahid6 daxil olmuş tapşırıq əsasında xx.xx.2023-cü il tarixdə Ağsu şəhəri M.Ə.Rəsulzadə küçəsində əməliyyat müvəkkili Şahid3 ilə birlikdə saxlayıb Ağsu RPŞ-nə gətirmiş, daha sonra vəkil dəvət etmişlər. Videoçəkiliş aparmaqla və vəkilin iştirakı ilə Şahid6 hüquqları izah edilərək ondan üzərində narkotik vasitə, hər hansı odlu silah və döyüş sursatı olub-olmaması barədə soruşulmuş, Şahid6 üzərində heç bir şey olmadığını bildirmişdir. Şahid6 üzərinə baxış keçirilmiş və üzərindən bir ədəd “Redmi” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Şahid6 tanışı Şahid5 narkotik vasitə alması üçün Təqsirləndirilən şəxs zəng etdiyini, Şahid5 narkotik vasitəni Təqsirləndirilən şəxs satdığını bildirmişdir.Bundan sonra Təqsirləndirilən şəxs daxil olmuş tapşırıq əsasında xx.xx.2023-cü il tarixdə Ağsu şəhəri Vidadi küçəsində yaşadığı evin qarşısında əməliyyat müvəkkili Şahid3 ilə birlikdə saxlayıb Ağsu RPŞ-nə gətirmişlər, daha sonra vəkil dəvət etdik. Videoçəkiliş aparmaqla və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs hüquqları izah edilərək ondan üzərində narkotik vasitə, hər hansı odlu silah və döyüş sursatı olub-olmaması barədə soruşulmuş, Təqsirləndirilən şəxs üzərində heç bir şey olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və ondan bir ədəd “Nokia” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Şahid5 10 manat pul müqabilində narkotik vasitəni satmasını etiraf etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “Cinayət işinin başlanılması və istintaq aidiyyətı üzrə göndərilməsi haqqında” 09 iyul 2023-cü il tarixli qərardan görünür ki, fakta görə CM-in 234.2-ci maddəsi ilə cinayət işi başlanılmışdır. - “Cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 09 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 iyul 2023-cü il tarixdə, saat 00:40-da şübhəli şəxs qismində tutulmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 09 iyul 2023-cü il tarixli, 17/534 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs. 1/imza/ Şahid4....Baş təhqiqatçı:Vüsal Hüseynov /imza/....” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 1 ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi – 0,28 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” 10 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 18 iyul 2023-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs Ağsu Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə CM-in 221.2.2-ci maddəsi ilə təqsirli bilinib, 01 il müddətinə azadlıqdan məhruetmə cəzasına məhkum edilmiş, xx.xx.2004-cü il tarixdə CM-in 76-cı maddəsinə əsasən 3 ay 23 gün vaxtından əvvəl şərti azad edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-in 180.2.4-cü maddəsi ilə təqsirli bilinib 3 il 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə CM-in 180.1-ci maddəsi ilə tövsif edilməklə cəzası 2 ilə endirilmiş, qəti cəzası 1 il 11 ay 28 gün saxlanılmış, Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 02 ay 04 gün hisəsindən vaxtından əvvəl şərti azad olunmuşdur. - “Qətimkan tədbirinin seçilməsi haqqında” Ağsu Rayon Məhkəməsinin 10 iyul 2023cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, həbsdə saxlamanın müddəti 3 ay həddində müəyyən edilmiş və həbsetmənin əvvəli 09 iyul 2023-cü il tarixdən hesablanmışdır. - Ağsu Rayon İcra Hakimiyyəti başçısının Ağsu Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə və məişətdə özünü yaxşı aparmır, böyüklərə hörmət etmək bacarığına malik deyil, davranış qaydalarına tam əməl etmir, bir neçə dəfə məhkum olunmuşdur. - “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 13 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Şahid5 barəsində CM-in 234.1 və 234.4.1ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, təqsirləndirilən şəxs Şahid5 barəsində CM-in 234.2-ci maddəsi ilə aparılan cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM) 39.1.2-ci maddəsinə əsasən xitam verilmiş, təqsirləndirilən şəxs Şahid6 barəsində CM-in 234.1 və 234.4.1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, təqsirləndirilən şəxs Şahid6 barəsində CM-in 32.3 və 234.2-ci maddələri ilə aparılan cinayət təqibinə CPM-in 39.1.2-ci maddəsinə əsasən xitam verilmiş, Şahid4 barəsində CM-in 234.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs 10 iyul 2023-cü il tarixli qərarla CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittihamın məzmununa dəyişikliklər edilməklə ona həmin maddə ilə yenidən ittiham elan edilmiş, Şahid5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi üçün qəbul edilmiş qərarın surəti Ağsu rayon polis şöbəsinin İTB-yə göndərilmiş, Şahid6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi üçün qəbul edilmiş qərarın surəti Ağsu rayon polis şöbəsinin İTB-yə göndərilmiş, Şahid4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi üçün qəbul edilmiş qərarın surəti Ağsu rayon polis şöbəsinin İTB-yə göndərilmiş, Şahid6 və Şahid5 həqiqətəndə narkotik vasitələrin əldə edilməsi, daşınması, saxlanması, qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olmalarını müəyyən etmək məqsədi ilə ********* nömrəli cinayət işindən ayrıca material ayrılmış, iş üzrə məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 17/534 saylı, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1222 və 1223, eləcə də xx.xx.2023-cü il tarixli, 1264 saylı rəyləri, təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri, həmçinin CD-disklər sübut əhəmiyyətinə malik olduğundan sübut növü kimi qiymətləndirilmiş, Şahid4 üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananın, tədqiqatdan sonrakı qalıqlarının maddi sübut kimi tanınması və Ağsu RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi nəzərə alınmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin 31 iyul 2023-cü il tarixli, 1264 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Beləliklə, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməsə də, ibtidai istintaq zamanı CM-in 234.2-ci maddəsi ilə özünü tam təqsirli bilmiş, həmin maddə ilə ona ittiham elan edilərkən müdafiəçisi iştirak etmiş və özü heç bir etiraz bildirməmiş, iş materialları ilə müdafiəçisinin iştirakı ilə tanış olmuş və müvafiq protokolları imzalamışdır. Həmçinin dindirmə zamanı müdafiəçisi iştirak etmişdir. Göründüyü kimi ibtidai istintaqda təqsirləndirilən şəxs qismində cəlb edildiyi tarixdən istintaqın sonunadək Təqsirləndirilən şəxs istintaq sənədlərini imzalamış və heç bir etiraz bildirməmişdir. İbtidai istintaq zamanı toplanmış sübutlar məhkəmə istintaqı zamanı ağlabatan əsaslarla təkzib olunmamış, onların qəbul olunmasının yolverilməzliyi Təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən əsaslandırıla bilinməmişdir. Belə ki, CPM-in 125.8-ci maddəsinin tələbinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Qanunun bu müddəası ibtidai istintaq sübutlarının doğruluğu prezumpsiyasını nəzərdə tutur. Nə qədər ki, həmin sübutlar ağlabatan əsaslarla təkzib edilməyib onlar həqiqidir. Əgər şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən məhkəmə baxışı zamanı fərqli məzmunda (ziddiyyətli) ifadə verirsə əvvəlki ifadəsinin həqiqiliyini təkzib etmək onun üzərinə düşür. Bu təkzib əsaslı, ağlabatan olmalı, ona təzyiq və ya digər qanunsuz rəftarlar tətbiq edildiyinə istinad edirsə bunu sübut etməlidir. Hətda şəxs ifadəsini oxumadan imzaladığını qeyd edirsə belə onu təsdiq edən ağlabatan dəlil təqdim etməlidir. Lakin ibtidai araşdırma zamanı verdiyi ifadələrini məhkəmədə təkzib edən Təqsirləndirilən şəxs bunu təsdiq edən ağlabatan dəlil gətirə bilməmişdir. Bu da Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinin qeyri səmimiliyini, ibtidai istintaqın isə obyektivliyini tam təsdiq edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq CM-in qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərində əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxsin əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzasının əvvəli şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, 09 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut kimi tanınmış və Ağsu Rayon Polis Şöbəsinin maddi sübutların saxlama kamerasında saxlanılan Şahid4 Qaur oğlunun üzərində şəxsi axtarış aparılarkən aşkar edilərək götürülmüş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eekspertizası X5 Bölməsinin 2 nömrəli möhürü ilə möhürlənmiş 01 ədəd, zərfin içində olan bir ədəd bükümdə, 0,26 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış CD disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia yoxdur. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 35,97 manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 18 saat hüquqi yardıma görə 108 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə və CPM-in 344-347, 349, 351-353, 356 və 358-ci maddələrinə əsasən, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli şübhəli şəxs qismində tutulduğu 09 iyul 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Ağsu Rayon Polis Şöbəsinin maddi sübutların saxlama kamerasında saxlanılan Şahid4 Qaur oğlunun üzərində şəxsi axtarış aparılarkən aşkar edilərək götürülmüş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eekspertizası X5 Bölməsinin 2 nömrəli möhürü ilə möhürlənmiş 01 ədəd, zərfin içində olan bir ədəd bükümdə, 0,26 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış - CD disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 35,97 (otuz beş manat doxsan yeddi qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət büdcəsinə (Büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, X3, kod: 210005, VÖEN: **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab AZ34CTRE********************) ödənilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 18 saat hüquqi yardıma görə 108 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №1(016)-61/2023
Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-61/2023
23.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver