Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 1(016)-61/2025 07.11.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, Xüsusi ittihamçı X1, Barəsində şikayət verilən şəxs X2 və onun nümayəndəsi (vəkili) Müdafiəçi iştirakları ilə, Xüsusi ittiham qaydasında X1 şikayətinə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 xüsusi ittiham qaydasında şikayət ilə məhkəməyə müraciət edərək, X2, X6 və X5 barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət işinin başlanılması və əməllərinə hüquqi qiymət verilərək cəzalandırılmasını xahiş etmişdir. Xüsusi ittihamçı şikayətini onunla əsaslandırmışdır ki, o, X2 ilə xx.xx.2007-ci ildə rəsmi nikaha daxil olmuşdur. Evlilik dövründə yaşanan mübahisələr səbəbi ilə bu evliliyi davam etdirmək mümkün olmamış, Ağsu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(016)-77/2025 saylı qətnaməsi ilə onunla X2 arasında Ağsu rayon VVAQ şöbəsində bağlanılmış xx.xx.2007-ci il tarixli, 260 saylı nikah qeydinin pozulması qət edilmişdir. Bununla belə boşanmadan sonra X2 və onun ailə üzvləri X6 və X11 tərəfindən ona qarşı davamlı şəkildə təhqiredici və böhtan xarakterli ifadələr səsləndirilmişdir. Belə ki, xx.xx.2025-ci il tarixində baş vermiş mübahisə zamanı Ülviyyə Abdullayeva, Gültəkin Quliyeva və Əsli Abbasova onun ünvanına nalayiq və təhqiramiz ifadələr işlətmişdirlər. Onlar ona yaxınlarının yanında “gözü ilə görən oğraş, şərəfsiz, biqeyrət, cındır, qəhbə, pozğun, namussuz” deyərək onu təhqir etmişdir. Həmçinin, onlar onun qardaşının həyat yoldaşı ilə guya münasibətinin olduğunu və bacısı qızını guya abort etdirdiyini iddia edərək, böhtan xarakterli sözlərlə onun şərəf və ləyaqətini alçaltmağa cəhd etmişdir. Ülviyyə Abdullayeva, Gültəkin Quliyeva və Əsli Abbasova bu təhqir və böhtanları kütləvi şəkildə-başqalarının iştirakı ilə səsləndirmişdir. Hadisə zamanı X9 və X4 hadisə yerində olmuş və bu barədə ərizə yazaraq halı təsdiqləmişlər. Ülviyyə Abdullayeva, Gültəkin Quliyeva və Əsli Abbasova kütləvi formada çıxış edərək ona təhqirlər ünvanlamış, onun şərəf və ləyaqətini alçaltmışdır. Xüsusi ittihamçı X3 məhkəmə iclasında şikayətdə göstərilənləri müdafiə edərək xüsusi ittiham qaydasında şikayətin icraata qəbul olunmasını və məhkəmə baxışına təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində şikayət verilən şəxsin nümayəndəsi (vəkili) Müdafiəçi çıxış edərək bildirdi ki, xüsusi ittihamçının tərtib etdiyi xüsusi ittiham qaydasında şikayət Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinə uyğun tərtib olunmayıb. Həmçinin xüsusi ittihamçının onun barəsində şər və böhtan xarakterli məlumatlar bildirməsi barədə sosial şəbəklərdə, kütləvi informasiya vasitələrində heç bir məlumat yoxdur. Mübahisə zamanı təhqir olunma ilə bağlı isə aydın məsələdir ki, bir tərəf onu təhqir edəndə qarşı tərəf də ona cavab vermişdir. Ümumiyyətlə xüsusi ittiham qaydasında şikayət düzgün qaydada tərtib edilməmişdir. Bu səbəbdən, şikayətin icraata qəbul edilməsindən imtina edilməsini xahiş etdi. Barəsində şikayət verilən şəxs X2 vəkilinin dediklərini müdafiə edərək şikayətin icraata qəbul edilməsindən imtina edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM) 299.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. CPM-in 299.3.3-cü maddəsinə əsasən, cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılır. CPM-in 293.3-cü maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahişi, şikayətin verildiyi tarix (il, ay və gün) və yer və şikayəti vermiş şəxsin imzası göstərilir. İş materiallarından görünür ki, X3 şikayətində özünün məşğuliyyət növü, vəzifəsi, X6 və X5 yaşayış yeri və şikayətin verildiyi yeri göstərməmişdir. CPM-in 300.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə, müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə, cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə, cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın dayandırılması barədə, cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərarlardan biri qəbul edilir. CPM-in 302.1.3 və 302.1.7-ci maddələrinə əsasən, şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. CPM-in 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında X3 tərəfindən verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənlərə və CPM-in 299, 302 və 384-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: X2, X6 və X11 barələrində xüsusi ittiham qaydasında X3 tərəfindən verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №1(016)-61/2025
Ağsu Rayon Məhkəməsi Qərar — İş №1(016)-61/2025
07.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver