Məhkəmə qərarları › İş №1(016)-63/2023

Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-63/2023

30.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-63/2023 30.11.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Ağsu rayonu, Cəlayır kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, əvvəllər məhkum olunmamış, Ağsu rayonu, Cəlayır kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs tanışları vasitəsilə Ağsu rayon Mərkəzi Xəstəxanasında xadimə olaraq işlə təmin etdirəcəyi vədi ilə aldadıb sonuncudan 2023-cü ilin fevral ayında Ağsu şəhəri ərazisində 50 manat məbləğində, 02 aprel 2023-cü il tarixdə isə Zərərçəkmiş şəxs yaşadığı Ağsu şəhəri 3-cü məhəllədə yerləşən evdə 800 manat məbləğində nağd pul alaraq vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs 850 manat məbləğində pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs CM-in 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, Zərərçəkmiş şəxs Şahid vasitəsilə tanımışdır. 2023-cü ilin fevral ayında Ağsu rayon X1 Şöbəsində stasionar olaraq müalicə almışdır. Müalicə aldığı müddət ərzində həmin xəstəxanada xadimə işləyən Şahid ilə tanış olmuş, həmin müddət ərzində Şahid qonşusu Zərərçəkmiş şəxs xəstəxanada işlə təmin olunmasına köməklik etməsini ondan xahiş etmişdir. O, Şahid bacardığı köməkliyi edə biləcəyini demiş, 2023-cü ilin fevral ayında Zərərçəkmiş şəxs ona telefonla zəng edərək onun nömrəsini Şahid aldığını və onun tanışları vasitəsilə Ağsu rayon Mərkəzi Xəstəxanasında işlə təmin etdirə bildiyini eşitdiyini demiş, həmçinin Zərərçəkmiş şəxs xəstəxanada işlə təmin olunmaq istədiyini bildirmiş və bu mövzuda köməklik göstərməsini ondan xahiş etmiş, o, həmin vaxt Zərərçəkmiş şəxs əlindən gələn köməkliyi edəcəyini bildirmişdir. 2023-cü ilin fevral ayında Zərərçəkmiş şəxs özünə məxsus sənədləri toplayaraq Ağsu şəhəri ərazisində onunla görüşərək sənədlərini ona təqdim etmiş və sənədlərin pulu üçün ona 50 manat vermişdir. 2023-cü ilin aprel ayının əvvəllərində tanışı Şahid zəng edərək 500 manat borc pula ehtiyacı olduğunu bildirmişdir. Şahid ona borc olaraq 500 manat pul verə biləcəyini bildirmiş və onu Ağsu RMX-nın yerləşdiyi ərazinin yaxınlığında salınmış təzə məhəlləyə çağırmışdır. O, Şahid çağırdığı yerə gedərək onunla görüşmüş, həmin vaxt Zərərçəkmiş şəxs Şahid yanında olmuşdur. O, orada Şahid 500 manat məbləğində borc pul almış, bu zaman Şahid tanışı Zərərçəkmiş şəxs işə düzəlməsində ona köməklik göstərməsini xahiş etmişdir. O, da əlindən gələn köməkliyi göstərəcəyini, Zərərçəkmiş şəxs sənədlərinin hazırda onda olduğunu işi alınacağı təqdirdə xəbər göndərəcəyini bildirmiş və oradan çıxıb getmişdir. Bundan bir müddət keçdikdən sonra Zərərçəkmiş şəxs onunla telefon əlaqəsi saxlayaraq işlə təmin olunmadığına görə ona verdiyi 850 manat pulu geri istəmişdir. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxslə barışmışdır. Ona dəymiş maddi ziyanı tam olaraq qaytarmışdır. Ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, Şahid onun qohumu və qonşusudur. 2023-cü ilin qış aylarında Şahid ilə söhbətləşərkən söhbət əsnasında Şahid ona Təqsirləndirilən şəxs adlı şəxs tanıdığını, həmin şəxsin Ağsu rayon Mərkəzi Xəstəxnasında işlə təmin etdirə bildiyini bildirmişdir. O, da təxminən 2-3 il əvvəl Ağsu rayon Mərkəzi Xəstəxnasında işə düzəlmək üçün qeydiyyatda dayandığı üçün Şahid Zaurla onun barədə danışmasını, Ağsu RMX-ya işə düzəlmək üçün ona köməklik etməsini xahiş etmişdir. Şahid isə ona Təqsirləndirilən şəxs belə işləri bacara bildiyini bildirmiş və onun işi barədə Təqsirləndirilən şəxs məlumat verəcəyini demişdir. Bundan təxminən 10-15 gün sonra o, Təqsirləndirilən şəxs mobil nömrəsini taparaq telefonla əlaqə saxlamışdır. Aralarında olan telefon danışığı zamanı o, özü barədə Təqsirləndirilən şəxs məlumat verərək 2-3 il əvvəl Ağsu RMX-ya işə düzəlmək üçün qeydiyyata dayandığını və adının siyahıda sonlarda olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs isə ona Şahid bu barədə ona danışdığını, onun adını siyahıda irəliyə çəkdirdiyini və onu işə düzəldə biləcəyini bildirmişdir. Həmçinin işə düzəlməyi müqabilində ondan 2.000 manat pul istəmiş, o, isə Təqsirləndirilən şəxs işə düzələcəyi təqdirdə 2.000 manat pul verəcəyini bildirmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs bəzi sənədləri toplayaraq ona verməsini xahiş etmişdir. O, qısa müddət ərzində Təqsirləndirilən şəxs istədiyi sənədləri düzəltdirmiş və 2023-cü ilin fevral ayında Təqsirləndirilən şəxsla Ağsu şəhəri ərazisində görüşərək sənədlərini Təqsirləndirilən şəxs təqdim etmişdir. Sənədlərini Təqsirləndirilən şəxs təqdim edərkən Təqsirləndirilən şəxs ondan sənədlər üçün 50 manat pul verməsini tələb etmiş, o, da Təqsirləndirilən şəxs ilkin olaraq 50 manat pul vermişdir. Daha sonra Təqsirləndirilən şəxs özü onunla əlaqə saxlayacağını bildirmişdir. Bundan bir müddət sonra Zaur Hüsyenov onunla yenidən telefon əlaqəsi saxlayaraq işini həll etdiyini, lakin ilkin olaraq 500 manat pul verməli olduğunu bildirmişdir. O, Zaur Hüsyenovla razılaşaraq təxminən bir həftə müddətində pul toplamış, 02 aprel 2023-cü il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs zəng edib 500 manat pul hazırladığını bildirmiş və həmin pulu yaşadığı evdə verə biləcəyini demişdir. Bundan bir qədər sonra Təqsirləndirilən şəxs onun yaşadığı evə gəlmiş və həyətə daxil olmuşdur. Söhbət əsnasında Təqsirləndirilən şəxs 500 manat pulu onu işlə təmin etdirmək üçün xərcləyəcəyini bildirmiş və işin tam yekunlaşması üçün əlavə olaraq 300 manat pul lazım olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxsla bu barədə söhbət edərkən qonşusu Şahid evin qapısının qarşısından keçirmiş. Şahid onları görüb yaxınlaşmış, yaxınlaşdıqdan sonra Təqsirləndirilən şəxs onu işlə təmin etdirməsini bir daha xahiş etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs 500 manatdan əlavə olaraq daha 300 manat pul lazım olduğunu bildirmişdir. O, özündə sadəcə olaraq 500 manat pul olduğundan Şahid 300 manat borc pul istəmiş, Şahid yaşadığı evə gedərək 300 manat pulu gətirib borc olaraq ona vermişdir. O, ümumilikdə, həmin vaxt 800 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs ona ən geci 10 may 2023-cü il tarixdə Ağsu RMX-da xadimə olaraq işə başlayacağını demişdir. Təqsirləndirilən şəxs dediyi tarix gəlib çatdıqdan sonra o, Təqsirləndirilən şəxsla telefon əlaqəsi saxlayaraq işi barədə maraqlanmışdır. Təqsirləndirilən şəxs ondan 2023-cü ilin may ayının sonuna kimi gözləməsini xahiş etmiş və qısa zamanda işini həll edəcəyini bildirmişdir. Həmin vaxt gəlib çatsa da Təqsirləndirilən şəxs ona zəng vurub heç bir məlumat verməmiş, o, Təqsirləndirilən şəxs mobil telefonuna dəfələrlə zəng vurmuş, lakin Təqsirləndirilən şəxs zəng çatmamışdır. O, bundan sonra Təqsirləndirilən şəxs onu yalan vədlə aldadaraq 850 manat məbləğində pulunu ələ keçirdiyini anlamışdır. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. Ona dəymiş maddi ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxsə cəza təyin olunmamasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid göstərdi ki, o, Təqsirləndirilən şəxs Ağsu rayon sakini kimi əvvəlcədən tanıyırmış. Zərərçəkmiş şəxs isə onun qonşusu və qohumudur. Təqsirləndirilən şəxs 2023-cü ilin qış aylarında işlədiyi Ağsu rayon X1 şöbəsində xəstə kimi stasionar qaydada müalicə almışdır. Təqsirləndirilən şəxs xəstəxanada müalicə aldığı müddətdə müxtəlif şəxsləri Ağsu rayon Mərkəzi Xəstəxanasında işə düzəldə bildiyi barədə ona söhbətlər edirmiş. O, Zərərçəkmiş şəxs Ağsu RMX-da xadimə kimi işə düzəlmək istədiyini əvvəlcədən bilirmiş. Təqsirləndirilən şəxs da xəstəxanaya işə düzəldə bildiyini eşitdiyi üçün Pərvanəni işə düzəldə biləcəyini düşünərək Təqsirləndirilən şəxs barəsində Zərərçəkmiş şəxs danışmışdır. Zərərçəkmiş şəxs isə ona Zaurla danışmasını bildirmiş və işinin həll olunmasında Təqsirləndirilən şəxs köməklik istəməsini xahiş etmişdir. O, da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs barəsində məlumat vermişdir. Zaur isə ona Zərərçəkmiş şəxs işlə təmin etdirə biləcəyini bildirmiş, bundan bir müddət sonra o, Pərvanənin Təqsirləndirilən şəxsla artıq özü əlaqə saxladığını və işi barədə özü danışdığını öyrəndiyi üçün daha bu barədə maraqlanmamışdır. Lakin Zərərçəkmiş şəxs sənədləri düzəltməsi üçün Təqsirləndirilən şəxs ilkin olaraq 50 manat pul verməsini eşitmişdir. 02 aprel 2023-cü il tarixdə saat 17 radələrində işdən çıxaraq yaşadığı evə gedərkən Zərərçəkmiş şəxs qonşu olduğundan Pərvanənin evinin qarşısından keçərkən Zaur və Pərvanənin söhbət etdiklərini görmüş, daha sonra o, Zaur və Pərvanənin olduğu yerə yaxınlaşmış və onların Pərvanənin işi barədə danışdıqlarını eşitmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 800 manat məbləğində pul verməli olduğunu, lakin özündə 500 manat məbləğində pul olduğunu bildirmiş və əlavə olaraq ona 300 manat məbləğində borc pul verməsini xahiş etmişdir. O, yaşadığı evdə gedərək 300 manat pulu gətirib Zərərçəkmiş şəxs vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs 800 manat məbləğində pulu onun yanında Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs pulu aldıqdan sonra 10 may 2023-cü il tarixdən etibarən Pərvanənin işə başlayacağını deyərək çıxıb getmiş, lakin Təqsirləndirilən şəxs vəd etdiyi tarix gəlib çatsa da Zaur vədinə əməl etməmiş, həmçinin Pərvanənin verdiyi pulu geri qaytarmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və icraata götürülməsi haqqında” 27 iyul 2023-cü il tarixli qərardan görünür ki, fakta görə CM-in 178.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. “Zərərçəkmiş şəxs kimi tanınma haqqında” 28 iyul 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” 21 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 178.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. “Qətimkan tədbirinin seçilməsi haqqında” 21 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 31 iyul 2023-cü il tarixli cavabdan görünür ki, Ağsu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs barəsində CM-in 178.1-ci maddəsi il başlanılmış cinayət işi üzrə icraata CM-in 73-1.1-ci maddəsinə əsasən xitam verilmişdir. Ağsu Rayon İcra Hakimiyyəti başçısının X4 Əazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə Ağsu rayonu, Ağabəyli kəndində yaşayır. Ağabəyli kənd sakinləri ilə aralarında bu günə kimi heç bir münaqişə yaranmayıb. X4 Ərazi dairəsi üzrə Nümayəndəliyinə bu günə kimi onu barəsində şikayət daxil olmayıb. 20 sentyabr 2023-cü il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs cinayət işi üzrə CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona ittiham elan olunmuş, X2 500 manat nağd pulunu dələduzluq yolu ilə talamış Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati icraat açılması üçün qərarın surəti Ağsu rayon X3 Təhlükəsizlik Bölməsinə göndərilmiş, Təqsirləndirilən şəxs barəsində CM-in 178.2.2-ci maddəs ilə cinayət işinin başlanması rədd edilmiş, ifadəsində göstərdiyi xüsusatlar onun özünü müdafiəsi kimi qiymətləndirilməklə rədd edilmiş, əməlində CM-in 32.4, 312-ci maddəsinin tərkib əlamətləri olmadığından, həmin maddələrlə Təqsirləndirilən şəxs barəsində cinayət təqibi başlanması rədd edilmiş, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs və Yasəmən Əliyevanın barəsində CM-in 312-ci maddəsi ilə cinayət təqibi başlanması rədd edilmiş, iş üzrə zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və üzləşdirmə protokolları sübuti əhəmiyyətə malik olduğundan sübut növü kimi qiymətləndirilmişdir. Beləliklə, məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər dəlillərlə təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 178.1-ci maddəsinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq CM-in qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərində əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. CPM-in 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxsə cəza təyin edərkən məhkəmə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni CM-in 15.2-ci maddəsinə əsasən, həmin cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş maddi ziyanı ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, işin faktiki hallarını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, ailəli olmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını, əvvəllər məhkum olunmamasını, həmçinin onun şəxsiyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq belə qənaətə gəlir ki, ona CM-in 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində ictimai işlər növündə cəza təyin edilməlidir. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 12 saat hüquqi yardıma görə 72 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə və CPM-in 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrinə əsasən, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs CM-in 178.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib, ona 480 (dörd yüz səksən) saat ictimai işlər cəzası təyin edilsin. İctimai işlər növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş ictimai işlər cəzasının icrası yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 12 saat hüquqi yardıma görə 72 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar