Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-63/2025 06.03.2026 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8, Barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X14, X26, X37 və onların nümayəndəsi və vəkili Müdafiəçi iştirakları ilə, Barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X14, X26 və X23 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, cinayət məsuliyyətinə cəlb olunmalarına dair xüsusi ittihamçı X8 xüsusi ittiham qaydasında şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X15 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X14, X40 və X17 CM-in 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını və onların 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmələrini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, o, X14 ilə xx.xx.2007-ci ildə rəsmi nikaha daxil olmuşdur. Evlilik dövründə yaşanan mübahisələr səbəbi ilə bu evliliyi davam etdirmək mümkün olmamış, Ağsu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(016)-77/2025 saylı qətnaməsi ilə onunla X14 arasında Ağsu rayon VVAQ şöbəsində bağlanılmış xx.xx.2007-ci il tarixli, 260 saylı nikah qeydinin pozulması qət edilmişdir. Bununla belə boşanmadan sonra X14 və onun ailə üzvləri X26 və X40 tərəfindən ona qarşı davamlı şəkildə təhqiredici və böhtan xarakterli ifadələr səsləndirilmişdir. Belə ki, xx.xx.2025-ci il tarixində onlar öz yaşadıqları Qaraqaşlı kəndindən onun yaşadığı ünvan 1 ünvanına gələrək ona nalayiq və təhqiramiz ifadələr işlətmişlər. Onlar ona yaxınlarının yanında “gözü ilə görən oğraş, şərəfsiz, biqeyrət, cındır, qəhbə, pozğun, namussuz” deyərək onu təhqir etmişdir. Həmçinin, onlar onun qardaşının həyat yoldaşı ilə guya münasibətinin olduğunu və bacısı qızını guya abort etdirdiyini iddia edərək, böhtan xarakterli sözlərlə onun şərəf və ləyaqətini alçaltmağa cəhd etmişlər. Lakin o, bu təhqirlərə cavab olaraq, qarşı tərəfa heç bir nalayiq ifadə işlətməmişdir. Ülviyyə Abdullayeva, Gültəkin Quliyeva və Əsli Abasova bu təhqir və böhtanları kütləvi şəkildə başqalarının iştirakı ilə səsləndirmişdir. Hadisə zamanı X32 və X18 hadisə yerində olmuş bu barədə ərizə yazaraq halı təsdiqləmişlər. Ülviyyə Abdullayeva, Gültəkin Quliyeva və Əsli Abasova kütləvi formada çıxış edərək ona təhqirlər ünvanlamış, onun şərəf və ləyaqətini alçaltmışlar. xx.xx.2026-cı il tarixli məhkəmə iclasında xüsusi ittihamçı X15 xüsusi ittiham qaydasında şikayətdə göstərilənləri müdafiə edərək bildirmişdir ki, videolarda açıq-aşkar görünür ki, təqsirləndirilən şəxslər onu təhqir ediblər. Onlar özləri də etiraf edirlər ki, əsəbi olduqları üçün həmin ifadələri işlədiblər. Lakin əsəbi olmaq heç bir halda təhqir olunmağa və ləyaqətin alçaldılmasına əsas ola bilməz. Bu səbəbdən, onların cəzalandırılmasını istəyir. Verilən suallara cavab olaraq X15 bildirmişdir ki, həmin vaxt təqsirləndirilən şəxslərin hər üçü orada olmuşdur. Əsli tərəfindən onun ünvanına qardaşı arvadını saxlayan ifadəsi işlədilmişdir. Bundan əlavə, Gültəkin tərəfindən həm bacısı qızını abort etdirmişlər, həm də qardaşı arvadını saxlayan oğraş kimi ifadələr səsləndirilmişdir. Videogörüntülər və səslərdən müəyyən etmişdir ki, təhqir edən həmin şəxslərdir. Onun həkimlik nüfuzuna zərər dəymişdir. Pasiyentləri bu hal ilə bağlı ona suallar ünvanlayır və o, utanc hissi keçirir. Boşanmadan əvvəl təxmini 5 pasiyenti olurdusa, lakin hadisələrdən sonra müraciət dayanmışdır. Ağsu kiçik rayon olduğu üçün həmin söhbətlər əksər insanlar tərəfindən eşidilmişdir. xx.xx.2026-cı il tarixli məhkəmə iclasında təqsirləndirilən şəxs X14 özünü ona qarşı sürülmüş xüsusi ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, rayon ərazisində Dəyanət barəsində müxtəlif söz-söhbətlər yayılmışdır, onun bacısı qızını abort məsələsi haqqında danışılır. Dəyanət bildirir ki, haqqında deyilən sözlər onun ləyaqətini alçaldıb və buna görə xəstələri onun yanına gəlmir. Əslində isə onun pasiyentlərə qarşı etik davranmadığı, qeyriciddi və uyğun olmayan təkliflər etməsi və hətta evli bir qadının bu barədə tik-tok sosial şəbəkəsində paylaşım etdiyi də qeyd olunur. xx.xx.2026-cı il tarixli məhkəmə iclasında təqsirləndirilən şəxs X26 özünü ona qarşı sürülmüş xüsusi ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, qızının əşyalarının çölə atılması onu çox əsəbiləşdirmiş, hadisə zamanı əsəbi şəkildə müəyyən qarğışlar işlətmişdir. Digər təqsirləndirilən şəxslər bu məsələdə günahsızdırlar. Əgər hansısa ifadələr səsləndirilibsə, onları o özü söyləmişdir. Lakin təhqiredici sözlər işlətməmişdir. Video yazılarında qeyd olunan təhqir xarakterli ifadələr ona aid deyil, ehtimal edir ki, həmin səslər başqa şəxsə məxsus ola bilər. Verilən suallara cavab olaraq X26 bildirmişdir ki, dediyi ifadələri əsəbi olduğu üçün işlətmişdir. Konkret olaraq qardaşı arvadını saxlayan sözünü deməyini xatırlamır, həmin an əsəbi halda qarğış etmişdir. Qarğışlar videoya düşmüşdür. Orada təhqiramiz sözlərin kim tərəfindən deyildiyini dəqiq xatırlamır, çünki hadisə zamanı əsəbi olmuşdur. xx.xx.2026-cı il tarixli məhkəmə iclasında təqsirləndirilən şəxs X40 özünü ona qarşı sürülmüş xüsusi ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, hadisə ilə bağlı videoda onun görüntüsü mövcud deyil. Həmin vaxt orada iştirak etməmişdir və səsləndirilən ifadələr də ona aid deyil. Buna baxmayaraq, onun adı əsassız şəkildə hallandırılmış və üzərinə şər atılmışdır. Onun CM-in 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmağına dair xüsusi ittiham qaydasında verilmiş şikayət əsassız olduğundan, barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Verilən suallara cavab olaraq X40 bildirmişdir ki, xeyr, həmin təhqiramiz sözləri o, deməmişdir. xx.xx.2026-cı il tarixli məhkəmə iclasında təqsirləndirilən şəxslərin müdafiəçisi Müdafiəçi məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, xüsusi ittiham qaydasında Dəyanət tərəfindən verilmiş şikayətdə göstərilir ki, təqsirləndirilən şəxlər kütləvi çıxışlar edərək onun işgüzar nüfuzuna zərər vurmuş, şərəf və ləyaqətini alçaltmışdır. İki ailə arasında məişət zəminində baş vermiş mübahisə zamanı qapalı bir həyətdə, bir neçə şəxslərin iştirakı ilə baş verən hadisədir və video çəkilişin hansı qaydada aparıldığı və səslərin kimə aid olduğu məlum deyil. Gültəkin xanım bildirir ki, qarğış etmişdir, lakin Dəyanətin şərəfin və ləyaqətini alçaldan konkret ifadələr işlətməmişdir. Kadrlardan da görünür ki, tərəflər qarşılıqlı şəkildə ifadələr səsləndirmiş, hətta Dəyanət özü də təqsirləndirilən şəxslər barəsində “tərbiyəsiz” ifadəsini işlətmişdir. Göstərilən hallara əsasən şikayət əsassızdır. xx.xx.2026-cı il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X41 ifadəsində bildirdi ki, o, hadisə zamanı mebelin daşınmasını, bir qədər sonra polislərin gəldiyini görmüşdür. Həmin vaxt həyətində tək imiş, sonra mübahisə səsi eşidilmişdir. Gültəkin və Ülviyyə fəryad etdikləri üçün küçəyə çıxmış və onları həyətə salmışdır ki, su və dərman vermişdir. Gültəkini də həmin zaman tanımışdır. Bu vaxt qonşular və polislər onun həyətinə toplaşmışdılar. O, bunların hamısını görmüş və sadəcə onlara köməklik etmişdir. Hətta Dəyanətin həyətini videoya çəkməsinə əsəbiləşmiş və video çəkməməsini istəmişdir. Verilən suallara cavab olaraq bildirdi ki, o, həyətinə Ülviyyəni və anasını salmışdır. Əslinin isə orada olub-olmadığını dəqiq xatırlamır. Yadında deyil. Onların təhqir etmələri, çünki o, onlara köməklik edirmiş. Həmin zaman həyətdə polislər və qonşular var idi. Onlar qonşular olaraq söyüş söyməmişlər. Sadəcə onları sakitləşdirməyə çalışmışlar. Söyüş söydüklərini görməmiş, amma fəryad etdiklərini görmüşdür. xx.xx.2026-cı il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X38 ifadəsində bildirdi ki, o, həmin vaxt orada olmamışdır. İşdən evə gəldikdən sonra hadisədən məlumatı olmuşdur. xx.xx.2026-cı il tarixli məhkəmə iclasında təqsirləndirilən şəxslərin nümayəndəsi və müdafiəçisi Müdafiəçi məhkəmə iclasında çıxış edərək bildirdi ki, müdafiə etdiyi şəxslər barəsində xüsusi ittiham qaydasında X15 tərəfindən onların guya söyüş söyməsi və kütləvi şəkildə təhqir etməsi ilə bağlı şikayət verilmişdir. Həmin şəxsin hərəkətləri müdafiə etdiyi şəxslərdə qıcıq yaradaraq onları təhrik etmişdir. O, bilərəkdən belə hərəkətlər etmiş və insanlarda emosional reaksiya doğuracaq davranışlar sərgiləmişdir ki, müdafiə etdiyi şəxslər emosiyalarını cilovlaya bilməsinlər. Təqdim etdiyi bütün video çəkilişlərdən də görünür ki, X9 şəxsi əşyaları və əmlakları küçənin ortasına çıxarılmışdır. Bu isə insanda narazılıq və emosional reaksiya yarada biləcək hərəkətlərdir. Qonşulardan biri çəkiliş zamanı “çəkməyin, burada qadınlar var” deyə irad bildirmişdir. O da anadır fəryad edib, qarğış edib və qarğışların arasında bəzi sözləri söyləmişdir. Xüsusi ittihamçının öz hərəkətləri videoda görünür və o, müdafiə etdiyi şəxslər barəsində “tərbiyəsizlər” ifadəsini işlədir. Təəssüf ki, müdafiə etdiyi şəxslər həmin anda onun dediklərini qeydə almaq vəziyyətində olmamışlar. Təqdim edilən çəkilişlər yalnız onun özü tərəfindən birtətəfli şəkildə çəkilmiş görüntülərdir. Həmçinin, Əslinin hadisə yerində olması ilə bağlı təqdim olunan şəkillərdə hər hansı süni intellekt və ya foto montajdan istifadə edilmədiyini təsdiq edən heç bir sübut da yoxdur. Bütün bunları nəzərə alaraq, şikayəti qəbul etmirlər və məhkəmədən rədd edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ağsu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(016)-77/2025 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X8 cavabdeh X12 qarşı “nikahın pozulması” tələbinə dair iddia qismən təmin edilmiş, X14 ilə cavabdeh X15 аrаsındа xx.xx.2007-ci il tаriхdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında аkt qеydləri kitаbındа 260 nömrə ilə qеyd edilmiş nikahın pozulması, birgə nikahdan anadan olmuş xx.xx.2008-ci il təvəllüdlü X19 və xx.xx.2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi ataları X8 himayəsinə verilməsi, birgə nikahdan anadan olmuş xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi anası X9 himayəsinə verilməsi qət edilmişdir. - X32 tərəfindən xx.xx.2025-ci il tarixdə yazılmış ərizədə qeyd edilmişdir ki, xx.xx.2025-ci il tarixində X14 ilə X15 arasında baş vermiş mübahisə zamanı hadisə yerində olmuşdur. Hadisə zamanı X14, X26 və X5 Dəyanət Ədalət oğluna qarşı aqresiv və kobud davranaraq onu nalayiq ifadələrlə təhqir etmişlər. X31 “gözü ilə görən oğraş, şərəfsiz, biqeyret, cındır, qəhbə, pozğun, namussuz” demişlər. Həmçinin onlar Dəyanət Abdullayevin qardaşının həyat yoldaşı ilə münasibətinin olduğunu və bacısı qızını abort etdirməsini iddia edərək ona qarşı böhtan xarakterli ifadələr işlətmişlər. - X18 tərəfindən xx.xx.2025-ci il tarixdə yazılmış ərizədə qeyd edilmişdir ki, xx.xx.2025-ci il tarixində X14 ilə X15 arasında baş vermiş mübahisə zamanı hadisə yerində olmuşdur. Hadisə zamanı X14, X26 və X5 Dəyanət Ədalət oğluna qarşı aqresiv və kobud davranaraq onu nalayiq ifadələrlə təhqir etmişlər. X31 “gözü ilə görən oğraş, şərəfsiz, biqeyret, cındır, qəhbə, pozğun, namussuz” demişdirlər. Həmçinin onlar Dəyanət Abdullayevin qardaşının həyat yoldaşı ilə münasibətinin olduğunu və bacısı qızının abort etdirməsini iddia edərək ona qarşı böhtan xarakterli ifadələr işlətmişlər. - “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Ağsu RPŞ-nin İB-nin baş müstəntiqi, polis mayoru X39, icraatında olan HK-1/1007 nömrəli materialı nəzərdən keçirib, toplanmış material üzrə cinayət işinin başlanmasını rədd etmişdir. - X15 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən, ona əlavə edilmiş sənədlər və CD diskdən görünür ki, “Tik-tok” sosial media platformasında Acelya Memmedov adlı səhifəsindən onun və yaxınları barəsində şərəf və ləyaqət alçaldan böhtan və təhqir xarakterli ifadələr paylaşılmışdır. Hesabın real sahibi ona rəsmi olaraq məlum olmasa da, videolarda və yazılarda istifadə olunan ifadələr real həyatda tanıdığı Quliyevlər ailəsi tərəfindən ona deyilmiş sözlərlə tam üst-üstə düşür. Bu hal onun şəxsi nüfuzuna, peşəkar imicinə və psixoloji vəziyyətinə ciddi ziyan vurmuşdur. Feyk hesabda səsləndirilən həmin ifadələri ona real həyatda deyən şəxslərin sözlərini video yazı şəklində sübut kimi toplamışdır. Bu videolar hazırda mövcuddur. Bundan əlavə, bir müddət əvvəl Quliyev Həbib barəsində tik-tok sosial şəbəkəsində bloger Qabil Məmmədov bir neçə məlumat paylaşmışdır. Bunlar da hər yerdə deyirmişlər ki, bu paylaşımı o, sifariş etmişdir. Buna əvəz olaraq onu da tik-tokda biabır edəcəyini hər yerdə dediklərini eşitmişdir. Bunlardan şübhələnməyinin bir əsası da odur ki, eyni ilə Qabil Məmmədovun səsi ilə o, biabır edilmişdir. Məhkəmədən xahiş etmişdir ki, həmin şəxslər barəsində qanunauyğun tədbir görülsün. Ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsi təmin olunsun. Məhkəmə xüsusi ittihamçı X8 təqsirləndirilən şəxslər X14, X40 və X17 məhkəmədə verdiyi ifadələrini iş materialları ilə müqayisəli şəkildə təhlil edərək, eləcə də, toplanmış materialların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X9 əməlində CM-in 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulan cinayət tərkibinin əlamətləri yoxdur. Belə ki, təqsirləndirilən şəxs X3 Dəyanət Ədalət oğluna qarşı təhqiramiz ifadələr işlətməmiş, ona böhtan atmamışdır. Bu səbəbdən də, toplanmış sübutların məcmusu təqsirləndirilən şəxs X9 CM-in 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsinə dair təqsirliliyini təsdiq etmək üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan vermir. Aparılmış məhkəmə istintaqının nəticələrinə əsasən məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs X12 qarşı CM-in 147.1 və 148-ci maddələri ilə irəli sürülmüş ittihamın əsasını xüsusi ittihamçı X1 mülahizələri təşkil etmişdir. Bu səbəbdən də, X9 əməlində CM-in 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlinin tərkibi olmadığı üçün ona həmin ittiham üzrə bəraət verilməlidir. Məhkəmə ilk əvvəl onu da qeyd edir ki, şəxs barəsində yayılmış məlumatlarda tənqidə yol verilir, lakin təhqir qəbul edilməzdir. Bununla yanaşı, cəmiyyətdə müəyyən nüfuza malik şəxslər onların barəsində yayılmış məlumatlara müəyyən dözümlülük nümayiş etdirməlidirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 57-ci maddəsinin İ-İİ hissəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır... Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır. Təhqir və böhtan tənqid sayıla bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən, dövlətin Konvensiya əsasında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etməlidirlər. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasnın 10-cu maddəsinin 1-ci bəndinə əsasən, hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, və dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radioyayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Vanhamoe Almaniyaya qarşı” iş üzrə qərarında qeyd edilmişdir ki, məlumatarın “təhqir” və ya “tənqid” məqsədi ilə yayılması əhəmiyyət kəsb edir. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə şəxs barəsində yayılmış məlumatlarda tənqidə yol verilir, lakin təhqir qəbul edilməzdir. Belə ki, yayılmış məlumatlar təhqiredici məqsəd daşımamalıdır. Bununla yanaşı, cəmiyyətdə müəyyən nüfuza malik şəxslər onların barəsində yayılmış məlumatlara müəyyən dözümlülük nümayiş etdirməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Foks, Kempbell və Hartli “Birləşmiş Krallığa” qarşı” və “Çebotari Moldovaya qarşı” işlər üzrə qərarlarında qeyd edilmişdir ki, şübhənin ağlabatan əsaslar üzərində qurulması tələbi qanunsuz həbs və tutulmadan müdafiənin mühüm hissəsini təşkil edir. Şübhənin vicdanlı əsasda olması faktı kifayət deyil. “Əsaslı şübhə” ifadəsi bəhs olunan şəxsin cinayət əməlini törədə bilmiş olduğuna obyektiv müşahidəçini qane edəcək faktların və ya məlumatların mövcudluğudur. Avropa İnsan Hüquqları Məhkəməsinin “X4rşı” iş üzrə 03 dekabr 1997-ci il tarixli Komissiyanın Qərarında qeyd edilmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən ədalətli məhkəmə araşdırması hüququ hər bir şəxsin prosessual hüququdur. Həmin hüquq o halda pozulmuş olur ki, məhkəmələr tərəfindən prosessual qaydalar pozulmuş olsun. Avropa İnsan Hüquqları Məhkəməsinin “Vera Fernandez-Huidobro İspaniyaya qarşı” iş üzrə 06 yanvar 2010-cu il tarixli Qərarında qeyd edilmişdir ki, qərəzsizlik tələbi “məhkəmə” mahiyyətindən irəli gələrək öz mühakimə funksiyası baxımından səciyyələndirilməli: hüquq normaları əsasında və prosessual qaydalara uyğun olaraq öz səlahiyyətinə aid məsələləri həll etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair" 12 may 2009-cu il tarixli Qərarında qeyd edilmişdir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə hətta istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi-hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasınavə qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 aprel 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. CM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM) 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, təqsirləndirilən şəxsin, onun müdafiəçisinin mövqelərinin qorunması ilə bağlı prosessual təminatların mövcudluğu baxımından işin mahiyyəti üzrə prosessual hüquq bərabərliyinin təmin olunması yolu ilə ittiham və müdafiə tərəfinin hər birinin bütün dəlillərinin məhkəmə prosesində baxılıb qiymətləndirilməsi təqsirsizlik prezumpsiyası prinsipinin təmin edilməsi istiqamətində mühüm əhəmiyyətə malikdir. CPM-in 28.5-ci maddəsinə əsasən, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 42.2.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli Qərarında qeyd edilir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-in 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Məhkəmə hökmünün əsaslılığının digər şərti məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsi, yəni həmin sübutların CPM-nin 146-cı maddəsinin tələbinə cavab verməsidir. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Məhkəmə hökmdə həm konkret məsələ üzrə gəldiyi nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Kuznetsov və digərlərinin” işi üzrə 21 yanvar 2007-ci il tarixli və “Hiro Balani İspaniyaya qarşı iş” üzrə 9 dekabr 1994-cü il tarixli Qərarlarında qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsi tələb edir ki, dövlətdaxili məhkəmələr həm mülki, həm də cinayət işlərində çıxardıqları qərarları əsaslandırsınlar. Məhkəmələr hər bir suala ətraflı cavab verməyə borclu deyillər, lakin əgər təqdim edilmiş arqument işin nəticələri üçün əhəmiyyətlidirsə, məhkəmə həmin arqumentlə bağlı mövqeyini konkret olaraq, əsaslandırmalıdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər X26 və X27 CMin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi məhkəmə istintaqı zamanı toplanmış sənədlərlə tam sübuta yetirilir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. CM-in 147.1-ci maddəsinə əsasən, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma - min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 148-ci maddəsinə əsasən, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. “Kütləvi informasiya vasitələri haqqında” Qanunun 10-cu maddəsinə əsasən, vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətlər üzrə işlərə baxarkən məhkəmələr hər kəsin toxunulmazlığının, şərəf və ləyaqətinin, habelə Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş digər hüquqlarının məhkəmə müdafiəsinin təmin edilməsi üçün qanunvericiliyin tələblərinə əməl etməlidirlər. Həmin Qərarla məhkəmələrə izah edilmişdir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə, onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin Qərarda qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Ali Məhkəmə Plenumunun 24 dekabr 2025-ci il tarixli, 20 nömrəli Qərarının: 2.2.1-ci bəndinə əsasən, insan ləyaqəti qorunur və ona hörmət edilir, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Heç kəs işgəncə və əzaba, insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. 2.2.2-ci bəndinə əsasən, şərəf – fiziki şəxsin mənəvi keyfiyyətlərinə, ictimai və şəxsi davranışında əsas tutduğu mənəvi-əxlaqi prinsiplərinə görə cəmiyyətdə qazandığı dəyərdir. 2.2.3-cü bəndinə əsasən, ləyaqət – fiziki şəxsin doğulduğu andan insan olması səbəbi ilə sahib olduğu mənəvi dəyərdir. 2.2.6-cı bəndinə əsasən, bu baxımdan məhkəmələr şərəfin və işgüzar nüfuzun müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalıdırlar: məlumatın, ifadənin və ya hərəkətin şəxsin şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələməsi; məlumatın doğru olmaması; yayılmanın mövcudluğu. Ləyaqətin alçaldılması ilə bağlı işlərə baxılarkən isə yayılmanın mövcudluğunun araşdırılması istisna edilir. Bununla yanaşı, qiymətləndirmə həyata keçirilərkən bu qərarın 4.24-cü bəndində qeyd edilən əməlin hüquqazidliyini aradan qaldıran halların mövcudluğu da araşdırılmalıdır. 2.2.7-ci bəndinə əsasən, odur ki, şərəfin və işgüzar nüfuzun müdafiəsini tələb edən iddiaçı məlumatların, ifadələrin və ya hərəkətlərin cavabdeh tərəfindən ifadə edildiyini və (və ya) yayıldığını, eləcə də ona münasibətdə şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən xarakter daşıdığını, cavabdeh isə yalnız məlumatlara münasibətdə onların həqiqətə uyğun olduğunu sübut etməlidir. 2.2.8-ci bəndinə əsasən, şəxsin şərəf və ləyaqətini ləkələyən məlumatlar dedikdə, şəxsiyyətini alçaldan və həqiqətə uyğun olmayan yazılı (mətn, şəkil, karikatura, audio, video və s.), habelə şifahi informasiyalar başa düşülür. İşgüzar nüfuzu ləkələyən məlumatlar dedikdə isə bu qərarın 2.3.5-ci bəndində göstərilən məlumatlar başa düşülür. Hər hansı məlumatın şərəf və ləyaqəti, habelə işgüzar nüfuzu ləkələyən məlumat hesab edilməsi üçün sadalanan iki şərt birlikdə mövcud olmalıdır. 2.2.13-cü bəndinə əsasən, təhqir və böhtana görə şəxsin cinayət məsuliyyətinə cəlb olunması zərərçəkmiş şəxsin şəxsiyyət hüquqlarının mülki mühakimə icraatı qaydasında müdafiəsini (təsbit iddiaları istisna olmaqla) və vurulmuş mənəvi zərərin kompensasiyasını tələb etmək hüququnu istisna etmir. 2.2.18-ci bəndinə əsasən, yayılma dedikdə məlumatların və ya ifadələrin üçüncü şəxsə, yaxud qeyrimüəyyən şəxslər dairəsinə onun (onların) eşidə və qavraya biləcəkləri şəkildə bəyan edilməsi, habelə hərəkətlərin həmin şəxslərin görə və qavraya biləcəyi şəkildə edilməsi başa düşülür. 2.2.19-cu bəndinə əsasən, yayılma informasiya agentliklərində, audiovizual, çap, onlayn media subyektlərində, habelə sosial şəbəkələrdə yayımlanmaqla, əsərlərdə təsvir və ifadə edilməklə, yığıncaq və toplantılarda səsləndirilməklə (edilməklə), məlumatın və ya ifadənin məktub, ərizə, şikayət və digər sənədlərdə göndərilməsi yolu ilə və s. üsullarla edilə bilər. 2.2.26-cı bəndinə əsasən, şərəf, ləyaqət və ya işgüzar nüfuzu ləkələyən məlumatların yayılması ilə bağlı işlərə baxarkən, məhkəmələr xüsusilə yayılan məlumatların məzmununa və onların ictimai şüurda təsirinin ağırlığına, iddiaçının keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabların dərəcəsinə, digər mənfi nəticələrin yaranıbyaranmamasına, məlumatların yayılma müddəti, üsulu, yeri və zərərçəkmiş şəxs haqqında mənfi ictimai fikrin formalaşdırılmasındakı roluna, iddiaçının işgüzar nüfuzuna, habelə şəxsiyyətinə, onun ictimai mövqeyinə, vəzifəsinə təsir edib-etməməsinə və digər əhəmiyyətli hallara diqqət yetirməlidirlər. 2.3.5-ci bəndinə əsasən, işgüzar nüfuzu ləkələyən məlumatlar - üçüncü şəxslərdə şəxsin işgüzar fəaliyyəti və bu fəaliyyətin keyfiyyəti barədə mənfi rəyin yaradılmasına yönəlmiş və həqiqətə uyğun olmayan məlumatlardır. Bu baxımdan qeyd edilməlidir ki, hər hansı məlumatın işgüzar nüfuzu ləkələyən hesab edilməsi üçün sadalanan bu iki şərt birlikdə mövcud olmalıdır 2.3.10-cu bəndinə əsasən, işgüzar nüfuzun pozulması sahibkarlıq subyektinin rəqabət səviyyəsinin aşağı enməsi, investisiyaların, ticarət dövriyyəsinin, müştərilərin və (və ya) istehlakçıların sayının azalması, biznes tərəfdaşları tərəfindən bağlanılması nəzərdə tutulan əqdlərin rəsmiləşdirilməsindən, yaxud bağlanılmış müqavilələrin icrasından imtina olunması, maliyyə-təsərrüfat göstəricilərinin pisləşməsi, tenderlərdən kənarlaşdırılma və maddi zərərlə səciyyələnən digər mənfi nəticələrə səbəb ola bilər. İş materiallarına əlavə edilmiş CD diskə baxış keçirilərkən “gözü ilə görən oğraş, şərəfsiz, biqeyrət, cındır, qəhbə, pozğun, namussuz” və “qardaşının arvadını saxlıyan oğraş” ifadələrin həqiqətən səslənməsi müəyyən edilmiş, həmin ifadələrdən “gözü ilə görən oğraş, şərəfsiz, biqeyrət, cındır, qəhbə, pozğun, namussuz” ifadəsinin X26, “qardaşının arvadını saxlıyan oğraş” ifadəsinin X37 tərəfindən işlədilməsi qənaətinə gəlinmişdir. Belə ki, X26 məhkəmə iclasında xx.xx.2025-ci il tarixində qızı Ülviyyənin əşyalarının çölə atılmasının onu çox əsəbiləşdirdiyini, hadisə zamanı əsəbi şəkildə müəyyən qarğışlar işlətdiyini, lakin heç kimi təhqir etmədiyini bildirmişdir. Lakin video görüntüdə X17 arxa tərəfdə dayanması və yüksək səslə danışaraq “gözü ilə görən oğraş, şərəfsiz, biqeyrət, cındır, qəhbə, pozğun, namussuz” ifadəsini işlətməsi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, X40 məhkəmə iclasında hadisə ilə bağlı video görüntüdə onun mövcud olmadığını, həmin vaxt orada iştirak etmədiyini bildirsə də, video görüntüyə baxış zamanı onun “qardaşının arvadını saxlıyan oğraş” ifadəsini deyə-deyə stol ətrafında oturan şəxslərə doğru getdiyi aşkar şəkildə görünür. İş materiallarına əlavə edilmiş X32 və X18 tərəfindən yazılaraq məhkəməyə ünvanlanmış ərizələrdən görünür ki, hər iki şəxs tərəflər arasında baş vermiş mübahisə zamanı hadisə yerində olmaqla Dəyanət X2, X26 və X37 tərəfindən “gözü ilə görən oğraş, şərəfsiz, biqeyret, cındır, qəhbə, pozğun, namussuz” kimi ifadələrlə təhqir edildiyinin şahidi olmalarını qeyd etmişlər. Lakin iddia ərizəsinə əlavə edilmiş CD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin şəxslər təqsirləndirilən şəxslərin birbaşa yanlarında olmamış, X8 yaxın qohumları olmaqla onunla birgə təqsirləndirilən şəxslərin olduqları həyətdən çöldə olmuşlar. Məhkəmə hesab edir ki, X26 və X27 CM-in 147.1 və 148-ci maddələri ilə təqsirli olmaları tam sübuta yetirilir və onlar həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalanmalıdırlar. CM-in 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Təqsirləndirilən şəxslər X26 və X27 CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Lakin məhkəmə X26 və X27 yaşını, ilk dəfə məhkum olunmalarını CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə hesab edir ki, X26 və X33 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onların şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, təqsirləndirilən şəxslər X26 və X40 CM-in 147.1 və 148-ci maddələri ilə təqsirli bilinməli, onlara CM-in 147.1 və 148-ci maddələrinin sanksiyasında müəyyən edilmiş cərimə cəzası təyin edilməli və iş üzrə qətimkan tədbirinin seçilməməsi nəzərə alınmalıdır. CPM-in 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Həmin Məcəllənin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. CM-in 99-1.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, təqsirləndirilən şəxslər X26 və X40 hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmişlər. Belə vəziyyətdə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər X14 və X20 CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. İş üzrə maddi sübutun, xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə və CPM-in 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrinə əsasən, məhkəmə HÖKM ETDİ: X12 CM-in 147.1 və 148-ci maddələri ilə elan olunmuş ittiham üzrə əməldə cinayət tərkibi olmadığı üçün ona bəraət verilsin. X26 CM-in 147.1-ci maddəsi ilə təqsirli bilinərək 1.500 (bir min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. X26 CM-in 148-ci maddəsi ilə təqsirli bilinərək 1.500 (bir min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə X21 qəti olaraq 2.000 (iki min) manat məbləğində cərimə cəzası cəzası təyin edilsin. X37 CM-in 147.1-ci maddəsi ilə təqsirli bilinərək 1.500 (bir min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. X37 CM-in 148-ci maddəsi ilə təqsirli bilinərək 1.500 (bir min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə X28 qəti olaraq 2.000 (iki min) manat məbləğində cərimə cəzası cəzası təyin edilsin. X26 və X28 təyin edilmiş cəzanın icrası onların yaşadığı yer üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə qətimkan tədbirinin seçilməməsi, maddi sübutun, xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №1(016)-63/2025
Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-63/2025
06.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver