Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 1(016)-64/2023 30.11.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X13 Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Esma Kərim qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, X1, Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi X2, Təqsirləndirilən şəxs və onun vəkili, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1986-cı ildə Ağsu rayonu, Ərəbuşağı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağsu rayonu, Ərəbuşağı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, yol hərəkəti qaydalarını pozmaqla, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 09 mart 2023-cü il tarixdə saat 15:30 radələrində sürücülük vəsiqəsi əsasında idarə etdiyi “Vaz 21061” minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ağsu şəhəri S.Vurğun küçəsində Ağsu rayonu Ərəbuşağı kəndi istiqamətində hərəkətdə olarkən “Yol-hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli və hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda qeyd edilən tələblərə əməl etməyib, həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda öz hərəkətini davam etdirərək, avtomobilin idarəetməsini itirib həmin vaxt onun hərəkət istiqamətində yolu sağ tərəfdən sol tərəfə keçən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ hissəsi ilə vurması nəticəsində ehtiyyatsızlıqdan Zərərçəkmiş şəxs sağ budun aşağı 1/3-nin qeyri-düzgün bitişmiş diafizar sınığı fonunda sağ diz oynağı nahiyəsinin şişkinliyi, sağ diz oynağı nahiyəsindən (açma və bükmə) hərəkətlərinin məhdudluğu, sağ aşağı ətrafın bir qədər sola nisbətdə qısalması kimi xəsarətlər almaqla ümumi əmək qabiliyyətinin 1/3-dən az olmamaqla daimi (dayanıqlı) itirilməsi ilə əlaqədar olan dərəcəsinə görə sağlamlığa ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da Təqsirləndirilən şəxs CM-nin 263.1-1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, Ağsu rayon Ərəbuşağı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Yaşıl rəngli, Vaz 21061 minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. 09 mart 2023cü il tarixdə özünə məxsus olan Vaz 21061 minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə həyat yoldaşı Şahid1 və azyaşlı qızı Samirə Abasova ilə birlikdə Ağsu rayon Ərəbuşağı kəndindən Ağsu şəhərinə gəlmişdir. Ağsu şəhərində işlərini gördükdən sonra saat 15:30 radələrində Ağsu rayon Ərəbuşağı kəndinə getməyə başlamışdır. O, avtomobillə Ağsu şəhərindən Ağsu rayonu Ərəbuşağı kəndi istiqamətində Ağsu şəhəri S.Vurğun küçəsi ilə yolun sağ hərəkət hissəsi ilə, yəni öz yolu ilə hərəkət edən zaman yolun sağ tərəfindən sol tərəfinə doğru keçmək istəyən piyada qəflətən avtomobilin qarşısına çıxmışdır. Həmin piyada avtomobilin qarşısına qəflətən çıxdığı üçün o, avtomobilin qabaq sağ tərəfi ilə həmin piyadanı vurmuşdur. O, piyadanı vurduqdan sonra sükanı sola çevirib əyləci basmışdır. Daha doğrusu həmin piyada avtomobil yoluna qəflətən çıxdığı üçün həmin vaxt onun əyləci basmağa və yaxud da hadisədən yayınmağa vaxtı olmamışdır. Onu da qeyd etmişdir ki, o, piyadanı vurduqdan sonra piyada yolun sağ tərəfinə yıxılmışdır. O, avtomobili saxladıqdan sonra aşağı düşüb piyadanın yanına gəlmiş və adını sonradan bildiyi Zərərçəkmiş şəxs su içirtmişdir. Sonra isə piyadanı avtomobilə mindirib Ağsu rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Hadisə baş verməmişdən əvvəl avtomobili saatda təxminən 50 km/saat sürətlə idarə edirmiş, həmin vaxt avtomobildə həyat yoldaşı Şahid1 və azyaşlı qızı Samirə Abasova olmuşdur. Başqa heç kim olmamışdır. Hadisə baş verən zaman avtomobilin yük yerində hər hansı yük olmamışdır. O, avtomobili idarə edərkən sərxoş olmamış, ayıq vəziyyətdə olmuşdur. Hərəkətdə olan zaman həmin piyadanın avtomobil yoluna çıxmasını görməmişdir. Son olaraq əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxslə və onun qanuni nümayəndəsi ilə barışmasını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq məhkəmədən barəsində olan CMin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilməsini xahiş etdi və bu barədə ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə iclasında qanuni nümayəndə və mütəxəssisin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, o, ünvan 1 ünvanında ailə üzvlərilə birlikdə yaşayır. Halhazırda ünvan 2ci sinifini bitirmişdir. 09 mart 2023-cü il tarixdə yaşadığı ünvandan çıxıb idmana getmək məqsədilə Ağsu şəhəri S.Vurğun küçəsinə getmişdir. Ağsu şəhəri S.Vurğun küçəsindən keçən yolun sağ tərəfində şəhərarası avtobusu gözləməyə başlamışdır. Həmin yerdə bir müddət gözləsə də şəhərarası avtobus gəlməmiş, bundan sonra yolun sağ tərəfindən sol tərəfinə keçmək qərarına gəlmişdir. Həmin vaxt saat 15:30 radələri olarmış. O, yolu sağ tərəfdən sol tərəfə doğru keçmək istəyərkən yola baxıb avtomobil gəlib-gəlməməsinə fikir vermişdir. Lakin hər hansı avtomobilin gəlməsini görməmişdir. O, yolu orta yerişlə sağ tərəfdən sol tərəfə doğru keçməyə başlamışdır. Təxminən bir-iki addım atmışdır ki, qəflətən sol tərəfdən gələn avtomobil onu sol tərəfdən vurmuşdur. Avtomobil onu sol tərəfdən vurduqdan sonra o, nə baş verdiyini bilməmişdir. O, yerə yıxılmış və yerdə bir neçə metr süründükdən sonra yolun sol hissəsində hərəkətsiz vəziyyətdə dayanmışdır. O, gözünü açıb görmüşdür ki, sağ ayağı şişib və dizdən aşağı sallaq vəziyyətdədir. Sonra orada olan tanımadığı şəxslər ona su vermişlər. Bundan sonra onu avtomobillə vuran sürücü, yəni adını sonradan bildiyim Sahil adlı şəxs onu avtomobilə mindirib Ağsu rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək, Təqsirləndirilən şəxs barəsində olan CM-in 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilməsinə etirazının olmamasına dair ozü, qanuni nümayəndəsi və mütəxəsis tərəfindən imzalanmış ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, o, Ağsu rayon Ərəbuşağı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Yaşıl rəngli, Vaz 21061 minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil həyat yoldaşı Təqsirləndirilən şəxs məxsusdur. 09 mart 2023-cü il tarixdə Sahilə məxsus avtomobillə həyat yoldaşı Təqsirləndirilən şəxs və azyaşlı qızı Samirə Abasova ilə birlikdə Ağsu rayon Ərəbuşağı kəndindən Ağsu şəhərinə gəlmişlər. Ağsu şəhərində işlərini gördükdən sonra saat 15:30 radələrində Ağsu rayon Ərəbuşağı kəndinə getməyə başlamışlar. Onlar avtomobillə Ağsu şəhərindən Ağsu rayonu Ərəbuşağı kəndi istiqamətində Ağsu şəhəri S.Vurğun küçəsi ilə yolun sağ hərəkət hissəsi ilə, hərəkət edən zaman yolun sağ tərəfindən sol tərəfinə doğru keçmək istəyən piyada qəflətən avtomobilin qarşısına çıxmışdır. Həmin piyada avtomobilin qarşısına qəflətən çıxdığı üçün Sahil avtomobilin qabaq sağ tərəfi ilə həmin piyadanı vurmuşdur. Sahil piyadanı vurduqdan sonra sükanı sola çevirib əyləci basmışdır. Daha doğrusu həmin piyada avtomobil yoluna qəflətən çıxdığı üçün həmin vaxt Sahilin əyləci basmağa və yaxud da hadisədən yayınmağa vaxtı olmamışdır. Onu da qeyd etmişdir ki, Sahil piyadanı vurduqdan sonra piyada yolun sağ tərəfinə yıxılmışdır. Onlar avtomobili saxladıqdan sonra aşağı düşüb piyadanın yanına gəlmiş və Sahil adını sonradan bildiyi piyada Zərərçəkmiş şəxs su içirtmişdir. Sonra isə piyadanı avtomobilə mindirib Ağsu rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Sahil hadisə baş verməmişdən əvvəl avtomobili saatda təxminən 50 km sürətlə idarə edirmiş. Həmin vaxt avtomobildə həyat yoldaşı Təqsirləndirilən şəxs, sərnişin qismində o və azyaşlı qızı Samirə Abasova olmuşdur. Başqa heç kim olmamışdır. Sahil avtomobili idarə edərkən sərxoş olmamışdır, ayıq vəziyyətdə olmuşdur. O, həmin piyadanın avtomobil yoluna çıxmasını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, o, xx.xx.2023-ci il tarixdə saat 16 radələrində Ağsu RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı Şahid3lə birlikdə xidmətdə olan zaman Ağsu şəhəri S.Vurğun küçəsində yol-nəqliyyat hadisəsi olması barədə Ağsu RPŞ-nin Növbətçi Hissəsindən məlumat almış və Ağsu RPŞ-nin rəhbərliyinin göstərişi ilə Ağsu RMX-na getmişlər. Ağsu rayon Mərkəzi Xəstəxanasında onlara məlum olmuşdur ki, Ağsu rayon Ərəbuşağı kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Ağsu şəhəri S.Vurğun küçəsində yol-nəqliyyat hadisəsi törədərək idarə etdiyi Vaz 2106 markalı, Az **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə piyada Ağsu şəhər sakini Zərərçəkmiş şəxs vurmuş və nəticədə Zərərçəkmiş şəxs xəsarətlər aldığı üçün Ağsu rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Bundan sonra biz sürücü Təqsirləndirilən şəxs və onun avtomobili ilə birlikdə Ağsu şəhəri S.Vurğun küçəsi yol-nəqliyyat hadisəsi baş vermiş yerə getdik. Orada hadisə yerinə baxış keçirilən zaman həmin baxışda iştirak etdik. Baxış zamanı sürücü Təqsirləndirilən şəxs bizə hadisə yerini göstərdi. Bundan sonra Təqsirləndirilən şəxs ilə birlikdə Ağsu rayon Polis Şöbəsinə qayıtmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Xamis oğlu Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərilən xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin Ağsu RQİTBŞ tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AE seriyalı 968579 nömrəli sürücülük vəsiqəsinin sürətindən görünür ki, BC kateqoriyalı sürücülük vəsiqəsi Təqsirləndirilən şəxs məxsusdur. - Ağsu RQİ və TBŞ tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş BD seriyalı 245727 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-BG-*** dövlət qeydiyyat nişanlı, “Vaz 21061” minik markalı nəqliyyat vasitəsinin sahibi Təqsirləndirilən şəxsdur. - “Ağsu rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2023-cü il tarixli, 173 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə sərxoş olmamışdır. - “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsihaqqında” 09 mart 2023-cü il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi Ağsu şəhəri S.Vurğun küçəsində hadisənin baş verdiyi hərəkət hissəsində yolun ümumi eni 8,5 metr olmaqla, quru, üfüqi və hamardır, yolda çala-çuxur yoxdur. Yol hər biri 4,25 metr enində iki hərəkət zolağından ibarət olmaqla, hərəkət zolaqlarını bir-birindən ayırmaq məqsədilə yolun orta hissəsi ilə düz xətt, piyada Zərərçəkmiş şəxs vurulduğu yerdə sola və sağa dönmək üçün işarə olan qırıq xətlər çəkilmiş, ancaq sonradan həmin xətlər görünməz vəziyyətə düşmüşdür. Piyada Zərərçəkmiş şəxs yolun hərəkət hissəsində sağ ehtiyyat hissədən 2 metr, yolun orta hissəsi ilə çəkilmiş qırıq xətdən isə 2,25 metr məsafədə vurulmuşdur. Hadisə zamanı piyada Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə olmamışdır. Ağsu şəhəri S.Vurğun küçəsindən keçən yolda piyadanın vurulduğu yerdən sonra Vaz 21061 minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus tormoz izləri aşkar edilmişdir. Belə ki, sol təkərin tormoz izinin 16 metr, sağ təkərin tormoz izinin isə hadisənin baş verdiyi yerdən 10 metr sonra 6 metr olması müəyyən olunmuşdur. Hadisə zamanı avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, avtomobildə yük olmamışdır. Avtomobildə sərnişin qismində Təqsirləndirilən şəxs həyat yoldaşı Şahid1 və azyaşlı qızı Samirə Abasova olmuşdur. Bu barədə protokol tərtib olunaraq fotoşəkillər çəkilmiş və araşdırma materiallarına əlavə edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X7 X14in xx.xx.2023-cü il tarixli, 32 nömrəli canlı şəxsin ekspertizası rəyindən görünür ki, 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ bud sümüyünün orta 1/3-nin qapalı, qəlpəli, yerdəyişmiş sınığı küt – bərk əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə, avtomobil qəzası nəticəsində əmələ gəlməsi inkar edilmir və onun adına tərtib edilmiş tibbi sənədlər (arayış, xəstəlik tarixi) təqdim edildikdən, müalicə tam başa çatdıqdan sonra yazılıb bildiriləcəkdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X7 X14in xx.xx.2023-cü il tarixli, 32/03 nömrəli canlı şəxsin əlavə məhkəmə-tibbi ekspertizası rəyindən görünür ki, MTE və PA Birliyi PHŞ-nin Göyçay rayon Şöbəsinin Zərərçəkmiş şəxs adına tərtib etdiyi xx.xx.2023-cü il tarixli 32 saylı rəyində qeyd olunanlara, onun təkrari məhkəmə-tibbi ekspertizasına, rentgenoloji rəyə əsasən qərarda hadisə haqqında göstərilənləri nəzərə alaraq və əlavə ekspertiza qarşsında qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinir: 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər sağ budun aşağı 1/3nin qeyri-düzgün bitişmiş diafizar sınığı fonunda sağ diz oynağı nahiyəsinin şişkinliyi, sağ diz oynağı nahiyəsindən (açma və bükmə) hərəkətlərinin məhdudluğu, sağ aşağı ətrafın bir qədər sola nisbətdə qısalması küt-bərk əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə avtomobil qəzası nəticəsində əmələ gəlməsi inkar edilmir və ümumi əmək qabiliyyətinin 1/3-dən az olmamaqla daimi (dayanıqlı) itirilməsi ilə əlaqədar olan dərəcəsinə görə sağlamlığa AĞİR ZƏRƏR vurmaya aiddirlər. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 8/1451 nömrəli məhkəmə-yol nəqliyyat hadisələri rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilən məlumatlara əsasən Vaz 21061 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısnı almağa texniki imkanı olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat təşkil edir. - Zərərçəkmiş şəxs kimi tanıma haqqında 22 iyul 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. - Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi kimi tanıma haqqında 22 iyul 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs atası X3 onun qanuni nümayəndəsi kimi tanınmışdır. - Avtomobilin maddi sübut hesab edilməsi haqqında 22 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı idarə etdiyi Vaz 21061 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və sahibi Təqsirləndirilən şəxs qaytarılmışdır. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X14 “Ağsu Rayon Mərkəzi Xəstəxanası” X10 xx.xx.2023-cü il tarixli PHŞ-6-25/2-652/23 nömrəli məktubundan görünür ki, Ağsu rayonunun Ərəbuşağı kənd sakini 1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs ruhi-əsəb və narkomaniya xəstəlikləri ilə əlaqədar “Ağsu RMX” PHŞnə müraciət etməmiş və dispanser qeydiyyata götürülməmişdir. - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 22 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmişdir. - “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 22 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən tərtib olunmuş 27 mart 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - Ağsu rayon İcra Hakimiyyəti Başçısının Ərəbuşağı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli Arayışından görünür ki, Təqsirləndirilən şəxs halhazırda Ağsu rayonunun Ərəbuşağı kəndində yaşayır. Ailə tərkibi: arvadı – xx.xx.1992-ci il təvəllüdlü X8, qızı – xx.xx.2018-ci il təvəllüdlü X5r. - Ağsu rayon İcra Hakimiyyəti Başçısının Ərəbuşağı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən təqdim edilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə və məişətdə özünü nizam-intizamlı aparmışdır. Kənddə yaşadığı dövrdə böyük hörmət və nüfuza sahib olmuşdur. Kənd ağsaqqallarının hörmətini qazanmışdır. Dövlətin keçirdiyi tədbirlərdə yaxından iştirak etmiş və hökumətin apardığı uğurlu siyasəti dəstəkləmişdir. Bu günə kimi Təqsirləndirilən şəxs haqqında Ərəbuşağı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamışdır. - “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə” 29 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 22 sentyabr 2023-cü il tarixdə CM-nin 263.1-1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində CM-nin 264-cü maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs məxsus Vaz 21061 minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə təhvil verilmişdir. Məhkəmə, toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X3 ilə barışdığından və onlara dəymiş ziyanı tam şəkildə ödədiyindən o, cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, CM-in 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CMin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə göstərilən halları, yəni zərərçəkmiş şəxsə vurulmuş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənildiyini, zərərçəkmiş şəxslə və onun qanuni nümayəndəsi ilə barışığın əldə edilməsini, habelə zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsinin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 40.3, 43.1.2, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №1(016)-64/2023
Ağsu Rayon Məhkəməsi Qərar — İş №1(016)-64/2023
30.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver