Məhkəmə qərarları › İş №1(016)-65/2024

Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-65/2024

15.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-65/2024 15.11.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X23 Natiq oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun hüquqlarını müdafiə edən fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.2006-cı il tarixdə ünvan 1 ünvanında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 321.1-ci maddəsi təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, “Azərbaycan Respublikası vətəndaşlarının 2024-cü il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli Sərəncamına müvafiq olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən müvafiq tibbi müayinələrdən keçirilərək hərbi xidmətə yararlı sayılıb, 29 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 321-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyəti barədə xəbərdarlıq edildikdən sonra, xəbərdarlıq vərəqəsinə şəxsən imza etmiş, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin sərəncamı ilə müddətli həqiqi hərbi xidmət keçmək üçün ona Müdafiə Nazirliyinin “201” saylı hərbi hissəsinə təyinat verilmiş, “Hərbi vəzifə və Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının 23 dekabr 2011-ci il tarixli Qanununun 12.4-cü maddəsinin tələbinə əsasən vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra hakimiyyəti orqanının aktı qüvvəyə mindikdən sonra 30 aprel 2024-cü il tarixdə hərbi qeydiyyatda olduğu yer üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinə gəlməyərək, hərbi xidmətə gedəcəyinə görə ailə üzvlərinin başsız qalacağını, onlardan uzun müddət ayrı qalacağını fikirləşmiş, ailə üzvlərinə bağlı olduğuna görə hərbi xidmətdən yayınmaq üçün həmin tarixdə səhər saatlarında ünvan 1 ünvanında yerləşən evində “ülgüc” götürərək öz otağına keçmiş və sol saidin yuxarı-orta-aşağı 1/3-nin ön səthini dəfələrlə paralel şəkildə kəsərək sağlamlığına zərər vurmayan xəsarətlər yetirərək təyin olunmuş hərbi hissəyə getməmiş, bununla da qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmışdır. Bununla da, Təqsirləndirilən şəxs CM-nin 321.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı ittiham irəli sürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclasında ona CM-in 321.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, ona elan edilmiş ittihamın mahiyyəti və mənası aydın olmuş, törətdiyi əməldən peşman olmuşdur. Qeyd olunan ünvanda ailə üzvləri ilə birlikdə yaşamışdır. Ailədə atası X9, anası X4, bacısı X8, digər bacısı X6, babası X10, nənəsi X5 və özü olmaqla 7 nəfər olmuşdurlar. X28 Şəki Ağır Cinayətlər Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli hökmü ilə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə 06 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. X17 evdar qadındır. Babası və nənəsi təqaüdçüdürlər. X12 və Xədicə Abasova şagirddirlər. 2023-ü ilin mart ayında atası cəzaçəkmə müəssisəsində olduğuna görə sinə nahiyəsinə “ATA” döyməsi yazdırmışdır. 2024-cü ilin fevral ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsində hərbi həkim komissiyasından keçərkən sinə nahiyəsində olan “ATA” döyməsinə görə onu Mingəçevir şəhərində yerləşən rayonlararası psixonevroloji dispanserə göndərmişdirlər. Həmin müəssisədə yoxlanışdan keçdikdən sonra hərbi xidmətə yararlı olduğu müəyyən edilmişdir. Daha sonra 27 aprel 2024-cü il tarixdə Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissəyə yollanmışdır. Orada onurğa nahiyəsində skalioz olduğuna görə onu yenidən SHXÇDX-nin Ağsu rayon şöbəsinə qaytarmışdırlar. 29 aprel 2024-cü il tarixdə onu komissarlığın əməkdaşları Bakı şəhərində yerləşən “X25” PHŞ-yə aparmışdırlar. Orada müayinələrdən keçdikdən sonra yenidən hərbi xidmətə yararlı olduğu müəyyən edilmişdir. Bundan sonra SHXÇDX-nin Ağsu rayon şöbəsinə qayıtmışdırlar. Ona komissarlığın əməkdaşları tərəfindən həqiqi hərbi xidmətə çağırış vərəqəsi verilmişdir. Həmin çağırış vərəqəsinə əsasən 30 aprel 2024-cü il tarixdə həqiq hərbi xidmətə yollanmalı olmuşdur. 29 aprel 2024-cü il tarixdə evə gəldikdə axşam saatlarında ailə üzvlərinin onun hərbi xidmətə getməyinə görə ağladıqlarını görmüşdür. 30 aprel 2024-cü il tarixdə səhər yuxudan oyandıqdan sonra hərbi xidmətə gedəcəyinə görə evdəkilərin başsız qalacağını, ailə üzvlərindən uzun müddət ayrı qalacağını fikirləşmiş, evdəkilərə bağlı olduğuna görə “ülgüc” götürərək otağına keçdim və sol qolunu dəfələrlə kəsmişdir. Həmçinin göstərmişdir ki, 30 aprel 2024-cü il tarixdə həqiqi hərbi xidmətə yollanmağı üçün ona 29 aprel 2024-cü il tarixdə SHXÇDX-nin Ağsu rayon şöbəsi tərəfindən çağırış vərəqəsi verilmişdir. SHXÇDX-nin Ağsu rayon şöbəsi tərəfindən rayon prokurorluğuna təqdim edilmiş məlumata əlavə edilmiş çağırış vərəqəsində “İmza:” sözünün qarşısında olan imza ona məxsusdur və onun tərəfindən icra edilmişdir. Qolunu kəsərək özünə xəsarət yetirməyinə səbəb 29 aprel 2024-cü il tarixdə evə gəldikdə axşam saatlarında ailə üzvlərinin onun hərbi xidmətə getməyimə görə ağladıqlarını görmüş, 30 aprel 2024-cü il tarixdə səhər yuxudan oyandıqdan sonra hərbi xidmətə gedəcəyinə görə evdəkilərin başsız qalacağını, ailə üzvlərindən uzun müddət ayrı qalacağını fikirləşmiş, evdəkilərə bağlı olduğuna görə “ülgüc” götürərək otağına keçmiş və sol qolunu dəfələrlə kəsmişdir. Atasının cəzaçəkmə müəssisəsində olması, o da hərbi xidmətə getsə evə başçılıq edən şəxsin olmaması kimi fikirlər beynində dolaşmışdır. 30 aprel 2024-cü il tarixdə də elə bu məsələlərə görə əsəbləşərək qollarını kəsmişdir. SHXÇDX-nin Ağsu rayon şöbəsinin əməkdaşı 30 aprel 2024-cü il tarixdə mobil telefon vasitəsilə əlaqə saxladığı zaman qolunu kəsdiyini, “apara biləcəklərsə gəlsinlər bu vəziyyətdə aparsınlar” demişdir. Qolunu kəsərək özünə xəsarət yetirməsi ilə atasının məhkum olunması arasında müəyyən qədər əlaqə vardır. Belə ki, hərbi xidmətə gedəcəyi təqdirdə ailənin başsız qalacağını, anasının ağlamağını görüb belə bir addım atmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, hərbi xidmətdən yayınmaq fikrinin olmamasını, həqiqi hərbi xidmətə getmək istəməsini nəzərə alaraq barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, hərbi xədmətdən yayınmaq fikrinin olmamasını, həqiqi hərbi xidmətə getmək istəməsini nəzərə alaraq barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, 2007-ci il tarixdən SHXÇDX-nin Ağsu rayon şöbəsində işləyir. Təqsirləndirilən şəxs rayon sakini kimi tanımış, lakin aralarında hər hansı düşmənçilik və ya ədavət olmamışdır. Təqsirləndirilən şəxs 2024-cü ilin aprel ayında həqiqi hərbi xidmətə yollanmalı olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 27 aprel 2024-cü il tarixdə həqiqi hərbi xidmətə yollanması üçün çağırış vərəqəsi vermişdirlər. Təqsirləndirilən şəxs 27 aprel 2024-cü il tarixdə Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissəyə yollanmışdır. Lakin Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissədə Təqsirləndirilən şəxs həkim komissiyasından yenidən keçirilərkən onurğasında skalioz şübhəsi yarandığına görə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs 29 aprel 2024-cü il tarixdə Bakı şəhərində yerləşən “X25” PHŞ-də yoxlamadan keçirdikdən sonra onun həqiqi hərbi xidmətə yararlı olması məlum olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs yenidən 30 aprel 2024-cü il tarixdə SHXÇDX-nin Ağsu rayon şöbəsində olması və həqiqi hərbi xidmətə yollanmalı olması üçün qəbz vermişdirlər. 30 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs hərbi xidmətə yollanmaq üçün gəlmədiyinə görə mobil telefon vasitəsilə zəng etmişdir. Lakin ilk öncə zənginə cavab verməsə də, yenidən zəng edəndə Təqsirləndirilən şəxs telefona cavab verərək, qolunu kəsdiyini, al-qan içində olduğunu, hərbi xidmətə getmək istəmədiyini, anasının pis vəziyyətdə olmasını, apara bilirlərsə gəlib hərbi xidmətə aparmaqlarını bildirmişdir. Ondan sonra Təqsirləndirilən şəxs qollarını kəsmədiyini fikirləşdiyi üçün SHXÇDX-nin Ağsu rayon şöbəsinə gəlməsini bildirmişdir. Təqsirləndirilən şəxs gəldikdə şöbənin rəisinə bu barədə məruzə etmişdir. Dərhal həmin tarixdə, yəni 30 aprel 2024-cü ildə Təqsirləndirilən şəxs qoluna baxış keçirilməsi barədə akt tərtib etmişdirlər. Baxış zamanı həqiqətən Təqsirləndirilən şəxs sol qolunu kəsməsi məlum olmuşdur. Təqsirləndirilən şəxs qolundakı xəsarətlərin yeni olması, onun hərbi xidmət keçmək istəməməsi, psixonevroloji vəziyyəti qənaətbəxş olmaması, hərbi hissənin belə şəxsləri qəbul etməkdən imtina etməsi artıq bu barədə prokurorluq orqanlarına müraciət edilməsini zəruri etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 Şahid4 ilə eyni məzmunli ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, 1985-ci il tarixdən Ağsu RMX-də işləmişdir. Təqsirləndirilən şəxs hərbi həkim komissiyası zamanı rayon sakini kimi tanımış, lakin aralarında hər hansı düşmənçilik və ya ədavət olmamışdır. 2019-cu ildən SHXÇDX-nin Ağsu rayon şöbəsində hərbi həkim komissiyasının sədri işləmişdir. Təqsirləndirilən şəxs 2024-cü ilin aprel ayında həqiqi hərbi xidmətə yollanmalı olmuşdur. Belə ki, 2024-cü ilin fevral ayında Təqsirləndirilən şəxs müayinə edən zaman sonuncunun sinə nahiyəsində “ATA” döyməsi olduğu aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Mingəçevir şəhərində yerləşən rayonlararası psixonevroloji dispanserə göndərmişdir. Təqsirləndirilən şəxs orada müayinə edildikdən sonra həqiqi hərbi xidmətə yararlı olduğu müəyyən edilmişdir. Mingəçevir şəhərində yerləşən rayonlararası psixonevroloji dispanser tərəfindən tərtib edilmiş akta əsasən Təqsirləndirilən şəxs həqiqi hərbi xidmətə yararlı olduğu barədə rəy verilmişdir. Bundan sonra 30 aprel 2024-cü il tarixdə SHXÇDX-nin Ağsu rayon şöbəsi tərəfindən onu dəvət etmişdirlər. Oraya gəldikdə Təqsirləndirilən şəxs hərbi xidmət keçməkdən yayınmaq üçün qolunu kəsməsi məlum olmuşdur. Təqsirləndirilən şəxs qoluna baxış zamanı sol qolunda paralel çoxsaylı kəsiklər aşkar etmişdir. Adətən çağırışçılar hərbi xidmət keçməkdən boyun qaçırmaq üçün belə bir addıma əl atmışdırlar. Təqsirləndirilən şəxs qolunda olan kəsiklər dərin olmadığına və həyati təhlükə daşımadığına görə, onun hərbi xidmət keçməkdən boyun qaçırmaq üçün belə bir addıma əl atması məlum olmuşdur. Dərhal həmin hal aktlaşdırılmışdır. Həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs 2024-cü ilin fevral ayında müayinə etdiyi vaxt sağlamlığı tam qaydasında olmuşdur. Hərbi həkim komissiyasında fəaliyyət göstərən psixiatr və ixtisaslaşmış Mingəçevir şəhər rayonlararası psixonevroloji dispanser Təqsirləndirilən şəxs psixi cəhətdən sağlam olması barədə rəy vermişdirlər, yəni Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik olmamışdır. Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 nömrəli “Hərbihəkim ekspertizası haqqında” Əsasnaməsinə əsasən Təqsirləndirilən şəxs sol qolunu qəsdən kəsdiyinə, yəni özünə xəsarət yetirdiyinə görə onu həqiqi hərbi xidmətə göndərə bilməmişdirlər. Təqsirləndirilən şəxs daha da təcrübəli və ixtisaslaşmış psixiatriya müəssisəsinə göndərməli olduqlarını, daha sonra hərbi xidmətə yararlı olarsa növbəti çağırışlarda həqiqi hərbi xidmətə göndərə biləcəklərini qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, 1986-cı il tarixdən Ağsu RMX-də işləyir. Təqsirləndirilən şəxs hərbi həkim komissiyası zamanı rayon sakini kimi tanımış, lakin aralarında hər hansı düşmənçilik və ya ədavət olmamışdır. SHXÇDX-nin Ağsu rayon şöbəsində hərbi həkim komissiyası zamanı psixiatr kimi, çağırışçıların psixonevroloji vəziyyətlərini müayinə etmişdir. Təqsirləndirilən şəxs 2024-cü ilin aprel ayında həqiqi hərbi xidmətə yollanmalı olmuşdur. 2024-cü ilin fevral ayında Təqsirləndirilən şəxs müayinə edən zaman sonuncunun sinə nahiyəsində “ATA” döyməsi olduğunu aşkar etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Mingəçevir şəhərində yerləşən rayonlararası psixonevroloji dispanserə göndərmişdir. Təqsirləndirilən şəxs orada müayinə edildikdən sonra həqiqi hərbi xidmətə yararlı olduğu müəyyən edilmişdir. Mingəçevir şəhərində yerləşən rayonlararası psixonevroloji dispanser tərəfindən tərtib edilmiş akta əsasən Təqsirləndirilən şəxs həqiqi hərbi xidmətə yararlı olduğu barədə rəy vermişdir. Bundan sonra 30 aprel 2024-cü il tarixdə SHXÇDX-nin Ağsu rayon şöbəsi tərəfindən onu dəvət etmişdirlər. Oraya gəldikdə Təqsirləndirilən şəxs hərbi xidmət keçməkdən yayınmaq üçün qolunu kəsməsi məlum olmuşdur. Təqsirləndirilən şəxs qoluna baxış zamanı sol qolunda paralel çoxsaylı kəsiklər aşkar etmişdirlər. Adətən çağırışçılar hərbi xidmət keçməkdən boyun qaçırmaq üçün belə bir addıma əl atmışdırlar. Təcrübədə psixoloji xəstəlikdən əziyyət çəkən şəxslərin qollarını daha dərindən və həyati təhlükəli formada kəsməkləri görünmüşdür. Lakin Təqsirləndirilən şəxs qolundakı xəsarətlər səthi olduğundan artıq onun hərbi xidmət keçməkdən boyun qaçırmaq üçün belə bir addıma əl atması məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımış, onun doğma bacısı oğludur. Təqsirləndirilən şəxs atası X9 cəzaçəkmə müəssisəsində olduğuna görə tez-tez onlara baş çəkmək üçün getmişdir. 27 aprel 2024-cü il tarixdə bacısıoğlu Təqsirləndirilən şəxs Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissəyə yola salmışdır. Orada Təqsirləndirilən şəxs onurğa nahiyəsində skalioz olduğuna görə yenidən SHXÇDXnin Ağsu rayon şöbəsinə qaytarılmışdır. 29 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs komissarlığın əməkdaşları Bakı şəhərində yerləşən “X25” PHŞ-yə aparmışdırlar. Orada müayinələrdən keçdikdən sonra yenidən hərbi xidmətə yararlı olduğu müəyyən edilmişdir. Ona Təqsirləndirilən şəxs 30 aprel 2024-cü il tarixdə həqiq hərbi xidmətə yollanmalı olması barədə məlumat vermişdirlər. Həmin tarixdə Təqsirləndirilən şəxs hərbi xidmətə yola salmalı idi. Lakin yatıb qaldığından atası zəng edərək yuxudan oyatmış və Təqsirləndirilən şəxs qolunu kəsərək özünə xəsarət yetirdiyini bildirmişdir. Dərhal Təqsirləndirilən şəxs yanına getmiş və niyə belə bir addım atdığını soruşmuşdur. Təqsirləndirilən şəxs hərbi xidmətə getməyinə görə ailə üzvlərinin ağladıqlarını, hərbi xidmətə gedəcəyinə görə evdəkilərin başsız qalacağını, onlardan uzun müddət ayrı qalacağını, evdəkilərə bağlı olduğuna görə hərbi xidmətə getmək istəmədiyini və ani olaraq əsəbləşərək daha sonra sol qolunu dəfələrlə kəsdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs SHXÇDX-nin Ağsu rayon şöbəsinə aparmışdır. Orada Təqsirləndirilən şəxs sol qolunu kəsməyi ilə bağlı akt tərtib edilmiş və həmin akta imza atmışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - Ağsu rayon prokurorluğunun cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında 03 fevral 2024-cü il tarixli qərarından görünür ki, CM-nin 321.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 3-43-6/2-553/2024 saylı məktubundan görünür ki, çağırışçı Elvin Abbasov xx.xx.2024-cü il tarixdə aidiyyətı üzrə hərbi hissəyə təhvil verilməsi üçün Xİdmətin Ağsu rayon şöbəsinə çağırılmış və sol qolunda həmin gün edilmiş çoxsaylı kəsik işləri aşkarlanmışdır. Bu səbəbdən çağırışçının hərbi hissəyə təhvil verilməsi mümkün olmamışdır. - SHXÇDX-nin Ağsu rayon şöbəsində Təqsirləndirilən şəxs şəxsi işinə əlavə edilmiş, Mingəçevir rayonlararası psixonevroloji dispanserinin xx.xx.2024-cü il tarixli 127 nömrəli “sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı”ndan görünür ki, Təqsirləndirilən şəxs barəsində psixi pozuntu aşkar edilməmiş və şəhadətləndirilmə zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə əsasən hərbi xidmətə yararlı olması barədə qərar verilmişdir. - SHXÇDX-nin Ağsu rayon şöbəsində Təqsirləndirilən şəxs şəxsi işinə əlavə edilmiş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “X25” tərəfindən 29 aprel 2024-cü il tarixli 2/4266 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs barəsində “onurğanın skaliozu İ (birinci) mərhələ” diaqnozu təyin edilmiş və SHXÇDX Ağsu rayon şöbəsi tərəfindən çağırışçının EKQ müayinəsi zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə əsasən hərbi xidmətə yararlı olması barədə qərar verilmişdir. - SHXÇDX-nin Ağsu rayon şöbəsində Təqsirləndirilən şəxs şəxsi işinə əlavə edilmiş, xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı vəzifələri və bu vəzifələrin pozulmasına görə məsuliyyət barədə xəbərdarlıq elan edilmiş, CM-nin 321-ci maddəsi ilə tanış olmasını öz imzası ilə təsdiq etmişdir. - SHXÇDX-nin Ağsu rayon şöbəsindən rayon prokurorluğuna təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 3-43-6/2-553/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs müddətli həqiqi hərbi xidmət keçmək üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə təyin olunmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və X3 X21 xx.xx.2024-cü il tarixli, 58 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, 2006-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol saidin yuxarı - orta -aşağı 1/3-nin ön səthində dərinin epidermis qatının çoxsaylı səthi kəsikləri iti kənarlı kəsici əşyanın (ola bilsin ülgücün) təsirindən törənmişlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2024cü il tarixində özü - özünə yetirilməsi halı inkar edilmir və sağlamlığa Zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X21 Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 1306 nömrəli rəyində göstərilmişdir ki, aparılmış eksperimentalpsixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak prosessləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Fərdi-psixi xüsusiyyətlərində iradi zəiflik, tez qıcıqlanmaq, hövsələsizlik və s. kimi xarakter əlamətlərinin olması müəyyən edilir. Təqsirləndirilən şəxs əvvəllər, yəni hərbi xidmətə çağırılana kimi hər hansı bir psixi xəstəlikdən əziyyət çəkməmiş və hal-hazırda da, onda hər hansı bir psixi xəstəlik müəyyən edilmir. Hazırki müayinə zamanı Təqsirləndirilən şəxs psixi vəziyyəti və keçirdiyi hallar barəsində verdiyi məlumatların tədqiqi və təhlili ekspert komissiyasının üzvlərinin belənəticəyə gəlmələrinə əsas verir ki, Təqsirləndirilən şəxs təzahür edən psixi pozuntular təkrarlanan dissosiativ-konversion reaksiyalar kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə özünə xəsarət yetirərkən onda psixi fəaliyyətin müvəqqəti pozuntusu, kəmağıllılıq, digər psixi xəstəliklər biruzəverməmiş, onda xx.xx.2024-cü il tarixdə növbəti dəfə dissosiativ-konversion reaksiya meydana gəlmiş, nəticədə əsəblərini cilovlaya bilməyərək sol qoluna xəsarət yetirmişdir. Göstərilən əməli törətdiyi zaman Təqsirləndirilən şəxs öz hərəkətlərini ölçübbiçmək və onları idarə etmək iqtidarında olmuş, yəni anlaqlı hesab edilir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir, onda təkrarlanan dissosiativ-konversion reaksiyalar müəyyən edilir. Göstərilən diaqnoz psixi xəstəlik hesab edilmir, həmin diaqnoz psixi pozuntu hesab edilir. Təqsirləndirilən şəxs qərarda göstərilən əməli törətdiyi zaman o, öz hərəkətlərini ölçüb-biçmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyaci yoxdur. Təqsirləndirilən şəxs qərarda göstərilən əməli törətmə səbəbi psixiatrik müayinənin nəticə hissəsində öz əksini tapmışdır. Təqsirləndirilən şəxs fərdi-psixoloji xüsusiyyətlərində hövsələsizlik, qıcığa qarşı həssaslıq, emosional reaksiyalara meyillilik, iradi zəiflik və s. aşkar edilir. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyətli halları düzgün qavraya bilər. Təqsirləndirilən şəxsda təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri aşkar edilmədi. Təqsirləndirilən şəxsda özündən uydurmağa meyillilik əlamətləri aşkar edilmədi. O, etdiyi hərəkətlərin xarakter və mənasını anlaya bilərdi. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən zamanda özünə xəsarət yetirərkən psixi-emosional sferasında darıxma, sıxıntı, gərginlik, əsəbilik kimi hallar yaranmış, psixiatrik müayinənin nəticə hissəsində qeyd olunan dissosiativ-konversion reaksiya halını keçirərək özündə xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs özünə xəsarət yetirərkən fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs əqli intellektual imkanları normaya uyğundur, gerilik əlaməti aşkar edilmir. Təqsirləndirilən şəxs yaranmış şəraitin mahiyyətini dərk etmək və davranışlarının ola biləcək nəticələrini proqnozlaşdırmaq qabiliyyətindədir. - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 12 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 321.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 13 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə CM-nin 321.1-ci maddəsi ilə elan edilmiş ittiham və həmin tarixdə barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılmış, cinayət işi üzrə toplanmış ifadələr, ekspertiza rəyləri, istintaq hərəkəti protokolları, habelə cinayət işinə əlavə olunmuş arayışlar və digər sənədlər sübut növü kimi qiymətləndirilmiş, CM-nin 125ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə qeyd edir ki, “Hərbi xidmət keçməkdən boyun qaçırma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə və fərarilik işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-ci il tarixli qərarına əsasən Hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma (CM-nin 321-ci maddəsi) haqqında cinayət işlərinə baxarkən məhkəmələr nəzərə almalıdırlar ki, bu cinayətlərin tərkibi o zaman yaranır ki, həmin cinayətlərin subyektləri müddətli həqiqi hərbi xidmətlərini hansı hərbi hissədə keçmələri barədə məlumatı internet və ya qısa mesaj (SMS) vasitəsilə almalarına və yaxud başqa üsullarla əvvəlcədən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən xəbərdarlıq edilmələrinə baxmayaraq üzürlü səbəblər olmadan göstərilmiş müddətdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə gəlməməklə çağırışdan boyun qaçırmış olsunlar. CM-nin 321-ci maddəsində nəzərdə tutulmuş növbəti hərbi çağırışdan boyun qaçırma cinayətinin subyekti hərbi xidmətə çağırışın müəyyən edilmiş tələblərinə cavab verən müddətli hərbi xidmətə və ya zabitlərin həqiqi hərbi xidmətinə çağırılan və ya səfərbərlik üzrə çağırılan Azərbaycan Respublikası vətəndaşlarıdır. Müddətli hərbi xidmətə - Azərbaycan Respublikasının 18 yaşına çatmış sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları, zabitlərin həqiqi hərbi xidmətinə - müddətli həqiqi hərbi xidmət keçməmiş, yaşı 35-dən çox olmayan, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş ehtiyatda olan zabitlər çağırılırlar. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-ci il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan ifadələrlə tərtib olunmalı, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 321.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 321.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 321.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1-ci maddəsinə əsasən qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma—iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında 12 iyun 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının: 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 2-ci bəndində qeyd olunmuşdur ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs CM-nin 321.1-ci maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlüklə törətməyən cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ağsu rayon İcra Hakimiyyəti başçısının Ağsu şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 07 may 2024-cü il tarixli, 5-34-13/2-3-1033/2024 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Ağsu şəhər Ə.Bayramov küçəsi 7 saylı evdə qeydiyyatdadır. Ailə üzvləri: atası – X11 (1978-ci il təvəllüdlü; həbsdədir), anası – X2 (1985-ci il təvəllüdlü), bacısı – X7 (2009-cu il təvəllüdlü), bacısı – X1r (2014-cü il təvəllüdlü). - Ağsu rayon İcra Hakimiyyəti başçısının Ağsu şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən təqdim edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. CM-nin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkdiyini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasını, gənc olmasını, hazırda hərbi xidmət çəkmək istəməsini CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, işin faktiki hallarını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs CM-nin 321.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. CPM-in 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 175.1-ci maddəsinə əsasən qətimkan tədbiri cinayət prosesini həyata keçirən orqan tərəfindən öz səlahiyyəti daxilində, bunun zəruriliyi sübutlarla təsdiq olunduqda daha ciddi qətimkan tədbiri ilə, cinayət işi üzrə icraatın gedişində şübhəli və ya təqsirləndirilən şəxsin lazımi qaydada davranışının və hökmün icrasının təmin edilməsinə nail olmaq mümkün olduğu halda isə daha yüngül qətimkan tədbiri ilə əvəz edilə bilər. 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, CPM-in 175.5-ci maddəsinin tələbinə uyğun olaraq, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməlidir. CPM-in 346.1.13-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməli olduğu məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilməlidir. CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğundan ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə CPM-in 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut yoxdur, ekspertiza xərci yoxdur. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs CMnin 321.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 15 (on beş) iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 04 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal “həbs” edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı gündən, yəni 15 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki Penitensiar Müəssisəsi müəyyən edilsin. Cinayət işi üzrə mülki iddia, maddi sübut, ekspertiza xərci və üzərinə həbs qoyulmuş əmlak eləcə də, xüsusi müsadirə olunması təklif olunan əmlak yoxdur. Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 15 (on beş) saat hüquqi yardıma görə 90 (doxsan) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün surəti ona verildiyi andan) 20 gün müddətinə Ağsu Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar