Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-65/2025 16.01.2026 AĞSU RAYON MƏHKƏMƏSİ X30 Natiq oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəbrayılova Könül Alov qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs Sirac oğlunun və onun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxsin hüquqi varisi X6 iştirakları ilə xx.xx.1967-ci ildə Kürdəmir rayonu, Qağacılı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin infrastruktur departamentinin elektrik təchizatı xidmətinin 7 nömrəli Ucar elektrik təchizatı sahəsinin Kürdəmir təmas şəbəkəsinin elektrik-montyoru işləyən, Kürdəmir rayonu, Qağacılı kəndində qeydiyyatda olmaqla, yaşayan barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Sirac oğlunın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 162.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında, audio və video yazı aparılmaqla baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Sirac oğlu təqsirləndirilir ondan ötrü ki, o, 09 iyun 2021-ci il tarixli əmək müqaviləsi və eyni tarixli əmrlə Azərbaycan Dəmir Yolları QSC-nin infrastruktur departamentinin elektrik təchizatı xidmətinin 7 nömrəli Ucar elektrik təchizatı sahəsinin Kürdəmir təmas şəbəkəsinin elektrik-montyoru işləyərkən 08 sentyabr 2025-ci il tarixdə saat 09 radələrində ünvan 1 ünvanında yerləşən inzibati binasında tərtib olunan 9 №-li Naryad vərəqinə əsasən stansiya Sığırlı və Sığırlı-Padar mənzilində tək yolda 10 kilovattlıq yan xətdə gərginlik çıxarılıb torpaqlama qoyulmaqla, yəni gərginliyin torpağa ötürülməsindən sonra “OM” transformatorlarının sökülməsi işləri üzrə iş rəhbəri və müşahidəçisi təyin edilməklə həmin gün saat 14:40-da Kürdəmir rayonu, Sığırlı kəndində yeləşən Sığırlı stansiyasına gəldikdən sonra işçi qrupla birlikdə Padar stansiyasına gedərək texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət etməklə, torpaqlama qoyduqdan sonra ayrıcı açıb işə başlamanı təmin etməli olduğu halda, stansiyada qalaraq Padar stansiyasına getməmiş, bu hərəkətləri ilə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Kollegiyası tərəfindən təsdiq edilmiş “Elektrikləşdirilmiş dəmir yollarında kontakt şəbəkəsinin qurulması və texniki istismar qaydaları”nın 2.26.6-cı bəndinin, “Elektrikləşdirilmiş dəmir yolları kontakt şəbəkəsinin və avtobloklamanın elektrik təchizatı qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları”nın 5.3.1 və 5.4.1-ci bəndlərinin tələblərini pozaraq yəni, müvafiq təşkilati və texniki tərkibli tədbirlərin həyata keçirilməsini, o cümlədən yüksək təhlükəli yerlərin mühafizə nişanları ilə çəpərlənməsini, işçi gərginliyin çıxarılması və onun səhvən iş yerinə verilməsinin qarşısını alan tədbirlərin görülməsini, gərginliyin olmamasının yoxlanılmasını, torpaqlamaların qoyulmasını təmin etməmiş, həmçinin əmək müqaviləsinə əsasən vəzifə təlimatlarında nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi ilə bağlı iş rəhbəri və müşahidəçi təyin edilmiş şəxs kimi texniki təhlükəsizlik və əmək mühafizəsinin qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs olaraq üzərinə düşən vəzifələrə cinayətkarcasına etinasızlıq göstərərək öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda görməmiş, buna görə də həmin gün saat 16 radələrində Azərbaycan Respublikası Dəmir Yolları QSC-nin infrastruktur departamentinin Elektrik təchizatı xidmətinin 7 nömrəli Ucar Elektrik təchizatı sahəsinin Kürdəmir təmas şəbəkəsinin elektrik montyoru Kürdəmir rayonu, Qarasu kənd sakini, xx.xx.1989-cu il təvəllüdlü X1 rayonu, Padarqışlaq kəndində yerləşən ayrıcı torpaqlama qoymadan açdıqdan sonra, işin ləğv olunması əsası ilə həmin ayrıcı torpaqlama qoymadan bağlayarkən elektrik cərəyanı vurması nəticəsində sol qaş nahiyəsində zədələnmiş sahə (elektrik nişanəsi), başın üz hissəsinin sol yarısında (elektrik nişanələri), boynun ön səthində, sol çiyin nahiyəsindən başlayaraq sol bazunun orta 1/3 nahiyəsinə qədər, sağ budun ön səthində və döş qəfəsinin sağ yarısında 7-ci qabırğa qövsü səviyyəsində sıyrıq izləri alaraq, elektrik cərəyanı vurmasının təsirindən kəskin ürəkağciyər çatışmazlığından hadisə yerində ölmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Sirac oğluna CM-nin 162.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı ittiham irəli sürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Sirac oğlu ona CM-in 162.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, 1995-ci il tarixdən Kürdəmir Təmas şəbəkəsində elektrikmontyor işləmişdir. xx.xx.2025-ci il tarixdə saat 08:00-da işə gəlmişdir. xx.xx.2025-ci il tarixdən şəbəkənin rəisi Fərəc Kərimov əmək məzuniyyətində olduğu üçün rəhbər vəzifəsini Şahid1 icra etmişdir. xx.xx.2025-ci il tarixdə stansiya Sığırlı və Padar stansiyası arasında olan dəmiryol xətlərində olan işıqforların qidalandığı “OM” transformatorlar sökülməli idi, çünki artıq işıqforlar yeraltı kabellərlə qidalanırdı. Həmin gün saat 9 radələrində işə başalamazdan əvvəl Şahid1 Kürdəmir təmas şəbəkəsinin Kürdəmir rayonu, Xırdapay kəndində yerləşən ünvanında 9 nömrəli naryad tərtib etmiş və ona təhvil vermişdir. Naryada əsasən iş rəhbəri və müşahidəçi o təyin edilmişdir. Naryad əsasında iş rəhbərinin vəzifələrini bilmişdir. Belə ki, iş rəhbəri işçilərin təhlükəsizliyinə bilavasitə cavabdehlik daşımışdır. Həmin gün saat 14:40-da Gəncə dispetçeri X31 Səfərova zəng edərək artıq işə başlamağı bildirmişdir. Bundan sonra Şahid1 ona göstəriş vermişdir ki, Sığırlı stansiyasında gözləsin. Səbəbini soruşduqda, gedib ayrıcı açıb qayıdacaqlarını bildirmişdir. Bundan sonra o da Rəmzinin göstərişinə əsasən Sığırlı stansiyasında qalmışdır. Fikirləşmişdir ki, işçilər hamısı təcrübəlidirlər və özləri texniki təhlükəsizlik tədbirlərinə riayət etməklə, öz sağlamlıqlarını qorumaqla gedib ayrıcı açdıqdan sonra geri qayıdacaqlar və birlikdə təhlükəsiz şəraitdə naryadda göstərilən işləri görəcəklər. Şahid1, Məhəbbət Bağırov, Şahid2 və Şahid3 ADM 729 nömrəli drizinlə Sığırlı stansiyasından Ağsu rayonu, Padarqışlaq kəndində yerləşən Padar stansiyasına getmişlər. Təxmini 1 saat sonra ADM 729 nömrəli drizinin Sığırlı stansiyasına yaxınlaşdığını görmüş, bundan sonra o da yavaş-yavaş onlara yaxınlaşmışdır. Həmin vaxt görmüşdür ki, drizində 3 nəfər var və hamısı ağlayır. Səbəbini soruşduqda Şahid1 Məhəbbət Bağırovun özbaşına gərginliyə düşərək vəfat etməsini bildirmişdir. Bundan sonra öyrənmişdir ki, X22 rayonu Padarqışlaq kəndində yerləşən Padar stansiyasının ayrıcını torpaqlama qoymadan açmaq və bağlamaq işlərini görərkən təhlükəsizlik tədbirlərinə riayət etməmiş və öz ehtiyatsızlığından vəfat etmişdir. Əlavə olaraq hər gün işə başlamazdan əvvəl bütün işçilərin texniki təhlükəsizlik qaydaları ilə tanış olduğunu, işçiləri hər gün şəbəkə rəisi təlimatlandırdığını, əməyin mühafizəsi vasitələrindən kəmər, dielektrik əlcəklər, səyyar torpaqlama, 10 kvattlıq indiqator, kaska, jilet ilə təmin edildiklərini, 10 kvatlıq Padar stansiyasının həm Sığırlı stansiyasından, həm də Hacıqabul stansiyasından qidalandığını, hadisə zamanı Hacıqabul və Sığırlı stansiyalarının açıq olması barədə məlumatı olmadığını, 9 nömrəli naryada əsasən, iş rəhbəri və müşahidəçi təyin edildiyi halda Şahid1 göstəriş verdiyi üçün Sığırlı stansiyasında qaldığını, 9 nömrəli naryada əsasən, iş rəhbəri və müşahidəçi təyin edildiyinə görə iş yerində işçilərin fəaliyyətinə nəzarət etməli olduğunu bildiyini, buna baxmayaraq Şahid1 rəis olduğuna görə onun göstərişlərini icra etmək məcburiyyətində olduğunu, 9 nömrəli naryadın xx.xx.2025-ci il tarixdə, saat 9 radələrində tərtib edildiyini, Kürdəmir təmas şəbəkəsinin ünvanı Kürdəmir rayonu, Xırdapay kəndində yerləşidiyini, 9 nömrəli naryada əsasən xx.xx.2025-ci il tarixdə stansiya Sığırlı və Padar stansiyası arasında olan dəmiryol xətlərində olan işıqforların qidalandığı “OM” transformatorlar sökülməli olmasını, çünki artıq işıqforlar yeraltı kabellərlə qidalandığını, Padar stansiyasında Məhəbbət Bağırov tərəfindən ayrıc açılıb-bağlanarkən orada olmadığı üçün hansı səbəbdən torpaqlama qoyulmadığını bilmədiyini, 9 nömrəli naryada əsasən iş sahəsində olmalı olduğu halda Şahid1 tapşırığına əsasən Sığırlı stansiyasında qaldığını, məhkəmə texniki təhlükəsizlik ekspertizasının xx.xx.2025-ci il tarixli, 10/6336 nömrəli rəyi ilə, yəni “Bakı-Tbilisi dəmiryol xəttinin Sığırlı dəmiryol stansiyasının yaxınlığında yerləşən işıqforları elektrik enerjisi ilə təmin edən kiçik transformatorların sökülməsi işinin aparılması zamanı müvafiq təşkilati və texniki tərkibli tədbirlərin həyata keçirilməsini, o cümlədən yüksək təhlükəli yerlərin mühafizə nişanları ilə çəpərlənməsini, işçi gərginliyin çıxarılması və onun səhvən iş yerinə verilməsinin qarşısını alan tədbirlərin görülməsini, gərginliyin olmamasının yoxlanılmasını, torpaqlamaların qoyulmasını və s. təmin etmədiyinə görə, “Elektrikləşdirilmiş dəmir yollarında kontakt şəbəkəsinin qurulması və texniki istismar qaydaları”nın 2.26.6-cı bəndinin, “Elektrikləşdirilmiş dəmir yolları kontakt şəbəkəsinin və avtobloklamanın elektrik təchizatı qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları”nın 5.3.1 və 5.4.1-ci bəndlərinin tələbləri 9 No-li “Naryad”a əsasən həmin işin təhlükəsiz aparılmasına cavabdeh olan iş rəhbəri və müşahidəçi təyin olunmuş şəxs(lər) tərəfindən pozulmuşdur” ifadələri ilə razı olduğunu, 9 nömrəli naryada əsasən iş rəhbəri və müşahidəçi təyin edildiyini, əgər hadisə yerində olsaydı, Məhəbbət Bağırovu həmin işləri görməyə, yəni torpaqlama qoymadan və təhlükəsizlik tədbirlərinə riayət etmədən işləri görməsinə icazə verməyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs Sirac oğlu daha sonra ifadəsində törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını, əvvəllər məhkum olunmamasını, müsbət xarakterizə olunmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını, ürəyindən əməliyyat olmasını, daim həkim nəzarətində olmasını, zərər çəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tam ödəməsini nəzərə alaraq cəzadan azad olunmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi Təqsirləndirilən şəxs Sirac oğlunun günahı olmadığına görə onun barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, 2011-ci il tarixdə Məhəbbət Bağırov ilə ailə həyatı qurmuş, həmin evlilikdən 2 övladı olmuşdur. Evdar qadın olmaqla, Məhəbbət Bağırov ADY QSC 7 saylı Ucar elektrik təchizat şəbəkəsinin Kürdəmir təmas xəttininin elektrik montyoru işləmişdir. Məhəbbət Bağırov 2012-ci ildən həmin vəzifədə işləmişdir. Həyat yoldaşının heç kəslə düşmənçiliyi, ədavəti olmamışdır. xx.xx.2025-ci il tarixdə evdə olarkən atası Şahid1 ona zəng edərək Məhəbbət Bağırovun gərginlik nəticəsində vəfat etdiyini bildirmişdir. Daha sonra maraqlandıqda məlum oldu ki, həyat yoldaşı ehtiyatsızlıqdan gərginliyə düşərək vəfat etmişdir. Əlavə olaraq Məhəbbət Bağırovun hamı ilə mehriban olmasını, heçkəslə mübahisə və ya münaqişəsi olmadığını, hər hansı şəxs tərəfindən qəsdən elektrik cərəyanı vasitəsilə öldürülməsi ilə bağlı şübhəsi, hər hansı şikayət və ya tələbi olmadığını, təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın tam ödənilməsini bildirmiş və təqsirləndirilən şəxsin cəzadan azad edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, 1995-ci il tarixdən Kürdəmir Təmas şəbəkəsində əvvəllər elektrik-montyor, sonradan böyük mexanik işləmişdir. xx.xx.2025-ci il tarixdə saat 08:00-da işə gəlmişdir. xx.xx.2025-ci il tarixdən şəbəkənin rəisi Fərəc Kərimov əmək məzuniyyətində olduğu üçün rəhbər vəzifəsini icra etmişdir. xx.xx.2025-ci il tarixdə Gəncə enerqodispetçerinin növbədə olan dispetçerinə xx.xx.2025-ci il tarixdə stansiya Sığırlı və Sığırlı-Padar mənzilində 10 kvattluq yan xəttə, transformator OM söküləcəyi barədə məlumat vermişdir. Belə ki, dəmiryol xətlərində olan işıqforların qidalandığı OM transformatorlar sökülməlimiş, çünki artıq işıqforlar yeraltı kabellərlə qidalanırmış. İşə başalamazdan əvvəl 9 nömrəli naryad tərtib etmiş, naryada əsasən iş rəhbəri Təqsirləndirilən şəxs təyin edilmişdir. Bundan sonra xx.xx.2025-ci il tarixdə, saat 13:30-da Gəncə enerqodispetçerinin növbədə olan dispetçeri Anar Bayramova zəng edərək artıq stansiya Sığırlıda olduğunu və işə başlamaq üçün hazır vəziyyətdə olduqlarını bildirmişdir. Anar Bayramov gözləməyini, bundan sonra X23 və Hacıqabul dispetçerlərinə zəng edərək 10 kvattluq gərginliyi ayırmalarını və Sığırlı dispetçeri X15 yarımstansiyasından FİDER 27,5 kvattluq 3 nömrəli avtomatı söndürməyi bildirmişdir. Sığırlı dispetçeri Ağamurad Musayev və Hacıqabul dispetçeri İsmayıl Həsənli gərginlikləri açaraq Anar Bayramova məlumat vermişlər. Bundan sonra Anar Bayramov ona zəng edərək artıq işə başlamağı bildirmişdir. Daha sonra ADM 729 nömrəli drizinlə Sığırlı stansiyasından Padar stansiyasına getmişlər. Təxmini 10 dəqiqə sonra Padar stansiyasına çatmışlar. Orada kontakt şəbəkəsini A ayrıcısını gərginlikdən ayırmış, bundan sonra təxmini 60-70 metr irəli getdikdən sonra Məhəbbət Bağırov drizindən düşərək 10 kvatlıq ayrıcını açmaq istəmişdir. Bu vaxt ayrıcı tam açılmamışdır. X24 bu barədə məlumat vermiş, sonuncu da ona arxadan qatarların gəldiyini bildirərək, iş olmayacağını və Qarasu stansiyasına gedərək oradan geri dönüb qayıtmağı və qayıdanda hər iki ayrıcıları qoşmağı bildirmişdir. 10 dəqiqə ərzində Qarasu stansiyasına çatmış və 10 dəqiqəyə də geri qayıtmışlar. Geri qayıdanda Məhəbbət Bağırov 10 kvatlıq ayrıcının yanında düşmüş, o isə drizinlə 60-70 metr irəli gedərək kontakt şəbəkəsinin ayrıcını bağlamağa getmişdir. Ayrıcı bağlayıb geri qayıdaraq Məhəbbət Bağırovu götürmək istəyəndə, onun dayaqdan asılı vəziyyətdə qaldığını görmüşdür. Həmin vaxt saat 16:00 idi. Dərhal dispetçerə məlumat vermiş, bundan sonra Məhəbbət Bağırovun cansız bədənini yerə salıb, Təcili tibbi yardıma zəng etdikdən sonra Sığırlı stansiyasına aparmışlar. Təxmini xx.xx.2025-ci il tarixdə hadisə yerində olarkən 10 kvatlıq Padar stansiyasının açıq olduğunu görmüş, həmin ayrıc isə yalnız Hacıqabul təmas şəbəkəsindən açıla bilmişdir. Əlavə olaraq hər gün işə başlamazdan əvvəl bütün işçilər texniki təhlükəsizlik qaydaları ilə tanış olduğunu, işçiləri hər gün şəbəkə rəisi təlimatlandırdığını, həmin vaxt rəis əvəzi özü olduğunu, bundan başqa SƏTƏM mühəndisi Emil Əliyev tərəfindən ayda bir dəfə işçilər texniki təhlükəsizlik qaydaları ilə təlimatlandırıldığını, əməyin mühafizəsi vasitələrindən kəmər, dielektrik əlcəklər, səyyar torpaqlama, 10 kvattlıq indiqator, kaska, jilet ilə təmin edildiklərini, 10 kvatlıq Padar stansiyası həm Sığırlı stansiyasından, həm də Hacıqabul stansiyasından qidalandığını, hadisə zamanı Hacıqabul və Sığırlı stansiyalarının açıq olması barədə Gəncə dispetçeri Anar Bayramov verdiyini, Qarasu stansiyasından geri qayıdarkən Sığırlı və Hacıqabul stansiyalarındakı ayrıcların qoşulması ilə bağlı Anar Bayramov ilə danışmadığını, buna görə də, xətlər açıq vəziyyətdə olduğunu, odur ki, yenidən Anar Bayramov ilə danışmaq zərurəti olmadığını, 10 kvatlıq Padar stansiyasında ayrıc dayağın aşağı hissəsindən açıldığını, Məhəbbət Bağırov aşağıdan ayrıcı bağlamaq istəyərkən bıçaqlardan biri yerinə oturmadığı üçün heçkəsə demədən yuxarı çıxaraq bıçaqları yerinə oturtmaq istədiyini düşündüyünü, sonradan o da bıçaqlara baxanda həqiqətən bıçaqlardan birinin yerinə oturmadığını gördüyünü, hadisə vaxtı yanında Şahid2 və Azər Məcidzadə olduğunu, hər ikisi yeni işçi olduğu üçün işi öyrəndiklərini, onların adının naryada yazılmasına və drizini tərk etməsinə icazə olmadığını, Təqsirləndirilən şəxs Sığırlı stansiyasında qalaraq telefonla əlaqə saxlanılmasını gözlədiyini, buna baxmayaraq qanunvericiliyə əsasən, iş yerində olmalı və işçilərə nəzarət etməli olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilən Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunda ifadə verərək sonuncunun ifadəsində qeyd etdiklərini bir daha təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilən Şahid6 İspəndiyar oğlu ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Hacıqabul stansiyasından 10 kva xətt açılmışdır. Bundan sonra PR1 ayrıcısı açıldıqdan sonra, stansiya Hacıqabula gərginlik verilmişdir. Padar stansiyasındakı ayrıca onlar nəzarət etmişlər. Həmin ayrıc tam işlək vəziyyətdə olmuşdur. Həmin gün xəttə gərginlik olmasa da, işçilər hər ehitmala torpaqlama qoymalı, daha sonra iş görməli idilər. Torpaqlama qoymadıqlarına görə bilmədiyi səbəbdən olabilsin ki, induksiya nəticəsində xəttə gərginlik olmuş və nəticədə Məhəbbət Bağırov vəfat etmişdir. Əlavə olaraq Padar stansiyasındakı ayrıcın saz vəziyyətdə olduğunu, Padar stansiyasındakı ayrıcın saz vəziyyətdə saxlanılmasına cavabdeh onlar olduğunu, Padar stansiyasındakı açılarkən Məhəbbət Bağırovun hansı işləri görməsini bilmədiyini, ola bilsin ki, ayrıcı möhkəm vurub və ayrıc keçib o biri tərəfə, yenidən Məhəbbət yuxarı çıxaraq əli ilə düzəltmək istədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilən Şahid4 ifadəsində göstərmişdir ki, 1988-ci il tarixdən Kürdəmir Təmas şəbəkəsində elektrik-montyor işləmiş, xx.xx.2025-ci il tarixdə saat 08:00-da işə gəlmişdir. 9 nömrəli naryada əsasən “om” transformatorlarının sökülməsində iştirak etməlimiş. Bundan sonra həmin gün Şahid1 tibbi arayışı olmadığı üçün onu işə buraxmamışdır. Buna görə də tibbi yoxlanışdan keçmək üçün xəstəxanaya getmişdir. Həmin gün axşam saatlarında Məhəbbət Bağırovun gərginliyə düşərək vəfat etdiyini öyrənmişdir.Əvəz Abbasov ona verilmiş əlavə suallara cavab olaraq Sübhan Baxşıyev və Umud Cəfərovun onlarla eyni briqadada olduğunu, hamısının tabe olduğu iş icraçısı Mirzə Zeynalov olmasını bildirmişdir. Məhkəmə iclasına şahid kimi dəvət olunmuş Şahid5 məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirak edə bilmədiyini və ibtidai istintaqda verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Bundan sonra məhkəmə iclasında Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadə elan edilmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdən ADY QSC 7 saylı Ucar elektrik təchizatı şəbəkəsinin rəisi işləmiş, xx.xx.2025-ci il tarixdə səhhətilə əlaqədar ərizəsini yazaraq işdən azad olunmaq istəmişdir. Bundan sonra əmri gəlmədən iş yerindən çıxıb getmişdir. Əmri xx.xx.2025-ci il tarixdə verilmiş və işdən azad edilmişdir. Kürdəmir təmas xəttinin işçisi X2 gərginliyə düşərək vəfat etməsindən həmin gün xəbəri olmamış, hadisədən bir gün sonra xəbəri olmuşdur. xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2025-ci il tarixədək həmçinin hadisə baş verən gün ADY QSC 7 saylı Ucar elektrik təchizatı şəbəkəsinin rəisi vəzifəsini kimin icra etməsindən məlumatı olmamışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - “Cinayət işi başlanması haqqında” 06 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən material üzrə fakta görə CM-in 162.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. - xx.xx.2025-ci il tarixli hadisə yerinə baxış aparılması haqqında protokoldan görünür ki, hadisə yeri Kürdəmir rayonu, Sığırlı kəndində yerləşən X4 yardımçı dəmiryol xəttində dayanmış vəziyyətdə olan, üzərində "ADM-1 729" hərf və rəqəmləri yazılmış dəmiryol nəqliyyat vasitəsindən (driz) başladım. Nəqliyyat vasitəsinin sürücü kabinəsinə daxil olduqda sol tərəfdə taxta oturacağın üzərinə uzadılmış kişi cinsli insan meyidi vardır. Baxışda iştirak edən Şahid1 bildirdi ki, həmin meyit Kürdəmir rayon Qarasu kənd sakini, həmçinin iş yoldaşı X3 olduğuna məxsusdur. Meyitin əynində yaşıl rəngli jilet, açıq mavi rəngli köynək, qəhvəyi rəngli şalvar, ayağında qara rəngli ayaqqabı vardır. Meyitin üzündə xəsarət izləri və qan ləkələri vardır. Baxışda iştirak edən Şahid1 bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 15 radələrində içərisində ondan başqa idarənin işçiləri Şahid2, Şahid3 və X2 da olduğu 4 nəfərlik ekipajla birlikdə verilmiş tapşırığa əsasən Bakı-Tbilisi dəmiryol xəttinin Sığırlı dəmiryol stansiyasının yaxınlığında yerləşən 10 kilovoltluq, işıqforları elektrik enerjisi ilə təmin edən kiçik transformatorları sökmək üçün əvvəlcə dəmiryol xəttinin 167-ci kilometrliyinin 415 nömreli kontakt dayağına getmiş, Məhəbbət Bağırov orada düşərək dayağın aşağısında ayırıcı vasitəsi ilə gərginliyi ayırmış, o isə digər iş yoldaşları ilə dəmiryol nəqliyyat vasitəsi ilə təxminən 60 metr Sığırlı kəndi istiqamətinə gedərək dəmiryol xəttinin ayrıcısını ayıraraq gərginliyi bağlamış, daha sonra dipsetçer onunla əlaqə saxlayaraq görüləcək işin ləğv olunduğunu, gərginliyi bərpa edərək Sığırlı dəmiryol stansiyasına qayıtmalı olduqlarını bildirdiyindən yenidən 415 nömrəli dayaq şəbəkəsinə Məhəbbət Bağırovu götürmək üçün qayıtmış, dayağın yanına çatanda Məhəbbət Bağırovun 415 nömrəli dayağa qalxaraq 10 KV-nin ayrıcısinın yanında halsız vəziyyətdə təhlükəsizlik kəmərindən asılı vəziyyətdə dayaqda qaldığını görmüşdür. Məhəbbət Bağırovun meyiti xarici və daxili müayinə olunması üçün AR Səhiyyə Nazirliyinin MTE və PA birliyinin Kürdəmir rayon şöbəsinə göndərilmişdir. Bundan sonra Sığırlı dəmiryol stansiyasından hadisənin baş vermiş olduğu Bakı-Tbilisi dəmiryol xəttinin 167-ci kilometrliyinin 415 nömrəli kontakt dayağına doğru yola davam etdim. Məhəbbət Bağırovun elektrik cərəyanı vurduğu 415 nömrəli kontakt dayağı Kürdəmir rayon Sığırlı dəmiryol stansiyasından üzü Hacıqabul rayonu istiqamətində 11,4 km irəlidə yerləşir. Dayağın yerləşdiyi yer Bakı-Tbilisi dəmiryol xəttinin üzərindədir. Hadisə yerində 2 dəmiryol zolağı vardır. Hadisənin baş vermiş olduğu 415 nömrəli kontakt dayağı Sığırlı kəndindən üzü Hacıqabul rayonu istiqamətinə gedəndə dəmiryol xəttinin sağ tərəfində, xəttdən 2.75 metr sağda yerləşir. Dayağın üzərində metal lövhədə “415” rəqəmləri yazılmışdır. Dayağın aşağısında metaldan hazırlanmış elektrik şkafı vardır. Elektrik şkafının qapağı bağlıdır, kilidlə kilidlənmişdir. Elektrik şkafının üzərinə bərkidilmiş kiçik metal lövhədə “ATEF Elektrik Skafı ШK-5”, “Zavod N 1869/16”, “Nominal cərəyan, A 25”, “Mühafizə sinifi İP 54-ГOCT 22789-94”, “Azərbaycan istehsali 2020-ci il” söz və rəqəmləri yazılmışdır. Baxışda iştirak edən Şahid2 bildirdi ki, Məhəbbət Bağırovu 415 nömrəli dayaqda huşsuz vəziyyətdə görüb o digər iş yoldaşlarının köməkliyi ilə dayaqdan düşürülərək dəmiryol nəqliyyat vasitəsinin (drizin) kabinəsində olan oturacağa uzadılmış, onun öldüyünü başa düşmüşlər. Bundan sonra baş vermiş hadisə ilə bağlı dispetçerə və təcili tibbi yardıma məlumat verilmiş və Sığırlı dəmiryol stansiyasına daha yaxın olduqlarından dəmiryol nəqliyyat vasitəsini (drizi) Sığırlı dəmiryol stansiyasına apararaq orada hüquq-mühafizə orqanlarının gəlməsini gözləmişlər. Foto şəkillər protokola əlavə edilmişdir. - Meyitə baxış keçirilməsi barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, meyit kişi cinsli, düzgün bədən qurluşuna sahib olub kafi köklükdədir. Sol qaş nahiyyəsində zədələnmiş sahə (elektrik nişanəsi), başın üz hissəsinin sol yarısında sıyrıq izləri (elektrik nişanələri), boynun ön səthində sıyrıq izi, sol çiyin nahiyyəsindən başlayaraq sol bazunun orta 1/3 nahiyyəsinə qədər sıyrıq izləri, sağ budun ön səthində sıyrıq izləri, döş qəfəsinin sağ yarısında 7-ci qabırğa qövsü səviyyəsində sıyrıq izi vardır. Müayinə zamanı bədən səthində yuxarıda qeyd olunanlardan başqa xəsarət və xəsarət izi yoxdur. Foto şəkillər protokola əlavə edilmişdir. - 25.09.2025-ci il tarixli hadisə yerinə əlavə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri X2 Ağsu rayonu Padarqışlaq kəndində vəfat etdiyi Padar stansiyasına gərginlik ötürülən Kürdəmir rayonu, Sığırlı kəndində yerləşən Sığırlı dəmiryol yarımstansiyasıdır. Sığırlı yarımstansiyasının növbətçi otağında jurnala Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizalar Mərkəzinin texniki ekspertizalar şöbəsinin böyük eksperti Röyal Talıbovun iştirakı ilə baxış keçirildi, 10 kvattlıq Sığırlı xəttinin açılma və bağlanma tarixləri və saatları öyrənildi. Əyani olaraq elektrik açarlarının yerləşdiyi otaqlara baxış keçirildi, həmin hissədə müxtəlif təyinatlı elektrik qurğuları və avadanlıqları vardır. Baxışda iştirak edən şəxslər tərəfindən xəttin açılması və bağlanması üçün istifadə edilən qurğular təqdim edildi. Müəyyən edildi ki, həmin qurğular və avadanlıqlar üzərində hər hansı qəza halına xas olan izlər yoxdur, vizual baxış zamanı texniki cəhətdən saz olması müşahidə edildi. Bundan sonra Hacıqabul yarımstansiyasına avtomobil ilə doğru hərəkət edildi. Hacıqabul rayonunda yerləşən Hacıqabul yarımstansiyasına baxış zamanı növbətçi otağında jurnala ekspertin iştirakı ilə baxış keçirildi, 10 kvattlıq Sığırlı xəttinin açılma və bağlanma tarixləri və saatları öyrənildi. Əyani olaraq elektrik açarlarının yerləşdiyi otaqlara baxış keçirildi, həmin hissədə müxtəlif təyinatlı elektrik qurğuları və avadanlıqları vardır. Baxışda iştirak edən şəxslər tərəfindən xəttin açılması və bağlanması üçün istifadə edilən qurğular təqdim edildi. Müəyyən edildi ki, həmin qurğular vğə avadanlıqlar üzərində hər hansı qəza halına xas olan izlər yoxdur, vizual baxış zamanı texniki cəhətdən saz olması müşahidə edildi. Ardınca avtomobil ilə Hacıqabul elektrik təchizatı şəbəkəsinə baxış keçirildi. Bu zaman vizual cəhətdən müşahidə edildi ki, PR1 ayrıcı beton dirəyin üzərində quraşdırılmışdır və işlək vəziyyətdədir. Hazırki şəraitdə PR1 ayrıcının təyinatı üzrə istifadəyə yararlı olub-olmamasını yoxlamaq mümkün olmadı. Belə ki, xəttin ayrılması üçün əvvəlcədən sifariş edilməsi zərurəti bildirildi. Növbəti baxışda PR1 ayrıcının açıldıqdan sonra istifadəyə yararlı olub-olmaması və açıldıqdan sonra gərginlik altında qalıb-qalmaması müəyyən ediləcəkdir. Foto şəkillər protokola əlavə edilmişdir. - 26.09.2025-ci il tarixli hadisə yerinə əlavə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış məqsədilə ADY QSC-nin 3 saylı Hacıqabul ETS və 7 saylı Ucar ETS-nin Kürdəmir təmas şəbəkəsinin əməkdaşları ilə birlikdə Ağsu rayonu Padarqışlaq kəndində Məhəbbət Bağırovun vəfat etdiyi yerə gəldik. Məhəbbət Bağırovun xx.xx.2025-ci il tarixdə saat 16 radələrində işlədiyi şəraiti əyani olaraq yenidən təcrübə etdik. Belə ki, ilk öncə Hacıqabul və Sığırlı yarımstansiyalarında 10 kva (kilovatt) xətti açdırdıq. Daha sonra 3 saylı kontakt şəbəkəni açaraq torpaqlama qoyduq. Bundan sonra PR1 ayrıcını açıb torpaqlama qoyub, Hacıqabul yarımstansiyasından PR1 ayrıcına qədər gərginlik verildi. Ardınca 3 saylı Hacıqabul ETS əməkdaşları təhlükəsizlik tədbirlərinə riayət etməklə 10 kva indikatorla 10 kva xəttə gərginlik olmasını yoxladılar. Məlum oldu ki, torpaqlama qoyulmadan xətt yoxlanıldıqda xəttə gərginlik vardır. Baxış iştirakçıları həmin halı təsdiq etdi. Bundan sonra hadisə vaxtı iş yerində 10 kva xəttə torpaqlama qoyulardısa gərginlik olardımı sualına cavab tapmaq üçün 10 kva xəttə torpaqlama qoyub test etdik. Məlum oldu ki, artıq xətdə gərginlik yoxdur. Baxış iştirakçıları həmin halı təsdiq etdi. Baxış bununla da yekunlaşdı. Təhlükəsizilik tədbirlərinə riayət etməklə torpaqlamalar söküldü, açılmış bütün xəttlər yenidən bağlandı. Hadisə yerinə əlavə baxışın video görüntüsü əlavə edilmiş CM disk protokola əlavə edilmişdir. - Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 34 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, mərhum X2 bədən səthində aşağıdakı xəsarətlər aşkar olunmuşdur: Sol qaş nahiyyəsində zədələnmiş sahə (elektrik nişanəsi), başın üz hissəsinin sol yarısında sıyrıq izləri (elektrik nişanələri), boynun ön səthində sıyrıq izi, sol çiyin nahiyyəsindən başlayaraq sol bazunun orta 1/3 nahiyyəsinə qədər sıyrıq izləri, sağ budun ön səthində sıyrıq izləri, döş qəfəsinin sağ yarısında 7-ci qabırğa qövsü səviyyəsində sıyrıq izi. Qeyd olunan xəsarətlər yüksək elektrik cərəyanının təsirindən əmələ gəlməyə uyğundurlar, qərarda göstərilən 08 sentyabr 2025-ci il tarixinə uyğun gəlir. X2 ölümünə səbəb - elektrik cərəyanın vurmasının təsirindən kəskin ürək-ağciyər çatmazlığı olmuşdur. Meyitdə baş verən ilkin meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən ölüm meyit müayinə olunandan 4-8 saat əvvəl baş vermişdir. X2 bədən səthində yuxarıda göstərilən xəsarətlər hər biri ayrı-ayrılıqda elektrik cərəyanın vurması təsirindən əmələ gəlməyə uyğundurlar, onun bədən səthində hər hansı bir başqa təsirlə yetirilməyə uyğun xəsarətlər yoxdur. X2 meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində spirtli içki, narkotik və psixotrop maddalər aşkar edilməmişdir. - Məhkəmə-texniki təhlükəsizlik ekspertizasının xx.xx.2025-ci il tarixli, 10/6336 nömrəli rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar “Elektrikləşdirilmiş dəmir yollarında kontakt şəbəkəsinin qurulması ve texniki istismar qaydaları”nın 2.19.4, 2.26.6-cı bəndlərinin, “Elektrikləşdirilmiş dəmir yolları kontakt şəbəkəsinin və avtobloklamanın elektrik təchizatı qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları”nın 5.3.1 və 5.4.1-ci bəndlərinin və “İnfrastruktur departamentinin elektrik təchizatı xidmətinin 3 №-li Hacıqabul elektrik təchizatının sahəsinin rəisi”nin vəzifə təlimatının F7 bəndinin tələbləri pozulmuşdur. Bakı-Tbilisi dəmiryol xəttinin Sığırlı dəmiryol stansiyasının yaxınlığında yerləşən işıqforları elektrik enerjisi ilə təmin edən kiçik transformatorların sökülməsi işinin aparılması zamanı müvafiq təşkilati və texniki tərkibli tədbirlərin həyata keçirilməsini, o cümlədən yüksək təhlükəli yerlərin mühafizə nişanları ilə çəpərlənməsini, işçi gərginliyin çıxarılması və onun səhvən iş yerinə verilməsinin qarşısını alan tədbirlərin görülməsini, gərginliyin olmamasının yoxlanılmasını, torpaqlamaların qoyulmasını və s. təmin etmədiyinə görə, “Elektrikləşdirilmiş dəmir yollarında kontakt şəbəkəsinin qurulması və texniki istismar qaydaları”nın 2.26.6-cı bəndinin, “Elektrikləşdirilmiş dəmir yolları kontakt şəbəkəsinin və avtobloklamanın elektrik təchizatı qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları”nın 5.3.1 və 5.4.1-ci bəndlərinin tələbləri 9 No-li “Naryad”a əsasən həmin işin təhlükəsiz aparılmasına cavabdeh olan iş rəhbəri və müşahidəçi təyin olunmuş şəxs(lər) tərəfindən pozulmuşdur. Padar stansiyasındakı ayrıcının texniki cəhətdən saz vəziyyətdə saxlanılması təmin edilmədiyinə görə, vəzifə təlimatının F7 bəndinin və “Elektrikləşdirilmiş dəmir yollarında kontakt şəbəkəsinin qurulması və texniki istismar qaydaları”nın 2.19.4-cü bəndinin tələbləri "xxxx" QSC-nin İnfrastruktur departamentinin elektrik təchizatı xidmətinin 3 №-li Hacıqabul elektrik təchizatının sahəsinin rəisi tərəfindən pozulmuşdur. - 9 №-li “Naryad” vərəqinə əsasən, stansiya Sığırlı və Sığırlı-Padar mənzilində tək yolda 10 kva yan xətdə gərginlik çıxarılıb torpaqlama qoyulmaqla, yəni gərginliyin torpağa ötürülməsindən sonra “OM” transformatorlarının sökülməsi işlərini görülməsi ilə bağlı iş rəhbəri və müşahidəçi Təqsirləndirilən şəxs, briqada üzvləri Məhəbbət Bağırov və Şahid4 təyin edilmiş, Şahid4 üzvlükdən çıxarılmışdır. - "Cari təlimat jurnalı”ndan çıxarışdan görünür ki, M.Bağırov sonuncu dəfə hadisə günü yəni xx.xx.2025-ci il tarixdə təlimatlandırılmış, təlimat mənimsənildikdən sonra işə buraxılmışdır. - 09.06.2021-ci il tarixli əmək müqaviləsi və əmrdən görünür ki, ADY QSC və Təqsirləndirilən şəxs arasında sonuncunun Azərbaycan Respublikası Dəmir Yolları QSCnin infrastruktur departamentinin Elektrik təchizatı xidmətinin 7 nömrəli Ucar Elektrik təchizatı sahəsinin Kürdəmir təmas şəbəkəsinin elektrik montyoru vəzifəsinə təyin edilməsi ilə bağlı əmək müqaviləsi bağlanmış və əmr verilmişdir. - 09.06.2021-ci il tarixli əmək müqaviləsi və əmrdən görünür ki, ADY QSC və X3 arasında sonuncunun Azərbaycan Respublikası Dəmir Yolları QSC-nin infrastruktur departamentinin Elektrik təchizatı xidmətinin 7 nömrəli Ucar Elektrik təchizatı sahəsinin Kürdəmir təmas şəbəkəsinin elektrik montyoru vəzifəsinə təyin edilməsi ilə bağlı əmək müqaviləsi bağlanmış və əmr verilmişdir. - “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 21 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, X3 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. - “Zərərçəkmiş şəxsin yaxın qohumunun hüquqi varis qismində tanınması haqqında” 21 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X16 zərərçəkmiş şəxs X2 hüquqi varisi qismində tanınmışdır. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X27 tabeliyində olan Kürdəmir rayonu mərkəzi xəstəxanası X27dən daxil olmuş 29 oktyabr 2025-ci il tarixli məktubdan görünür ki, Kürdəmir rayonu, Qağacılı kəndində qeydiyyatda olmaqla yaşayan, xx.xx.1967-ci il təvəllüdlü, Əhmədov X12 Rayon Mərkəzi Xəstəxanası PHŞ-in Poliklinika şöbəsində psixiatrik, nevroloji, narkoloji, onkoloji və dəri-zöhrəvi kabinetlərində qeydiyyatda yoxdur. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 18 noyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Sirac oğlu CM-in 162.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. - Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 20 noyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Sirac oğluna 18 noyabr 2025-ci il tarixli qərarla CM-in 162.2-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs əməlində CM-nin 124-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi olmadığından, barəsində həmin maddə ilə cinayət təqibi başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs əməlində CM-nin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi olmadığından, barəsində həmin maddə ilə cinayət təqibi başlanması rədd edilmiş, Şahid6 İspəndiyar oğlunun əməlində Azərbaycan Respublikası CM-nin 124, 162.2 və 314.2-ci maddələrinin tərkib əlamətləri mövcud olmadığından barəsində cinayət təqibi başlanması rədd edilmiş, Şahid6 barəsində Azərbaycan Respublikası İXM-in 279.0.1-ci maddəsi ilə inzibati xəta haqqında icraat başlanılması məsələsinə baxılmasından ötrü Ağsu rayon prokurorunun qarşısında məsələ qaldırılmış, Şahid1, Şahid2 və Şahid3 əməllərində CM-nin 124, 162.2 və 314.2-ci maddələrinin tərkib əlamətləri mövcud olmadığından barələrində cinayət təqibi başlanması rədd edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MEM-in məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 34 nömrəli və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in məhkəmə-texniki təhlükəsizlik ekspertizasının xx.xx.2025-ci il tarixli, 10/6336 nömrəli ekspert rəyləri iş üzrə sübut növü kimi qiymətləndirilmiş, cinayət işi üzrə istintaq zamanı götürülmüş, hadisə baş verən vaxt Məhəbbət Bağırovun əynində olmuş 01 ədəd kaska, 01 cüt dielektrik əlcək, 01 ədəd kəmər, 01 ədəd yaşıl rəngli jilet maddi sübut hesab edilməklə iş üzrə yekun qərar qəbul edilənədək Ağsu rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılmış, cinayət işi üzrə istintaq zamanı götürülmüş 98 vərəqdən ibarət cari təlimat jurnalı ADY QSC-nin İnfrastruktur depatamentinin 7 saylı Ucar ETŞ-nin Kürdəmir ETS-ə geri qaytarılmışdır. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-ci il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan ifadələrlə tərtib olunmalı, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Sirac oğlunun CM-nin 162.2ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Sirac oğlunun əməli CM-nin 162.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs Sirac oğlunun barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 162.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. CM-in 162.1-ci maddəsinə əsasən, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs - tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır və ya az ağır zərər vurularsa iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 162.2-ci maddəsinə əsasən, eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda - üç ildən beş ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında 18 noyabr 2025-ci il tarixli qərarından görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Sirac oğlu barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. - “Elektron prokurorluq informasiya sistemi”ndən əldə edilmiş 02 noyabr 2025-ci il tarixli məlumatdan görünür ki, Təqsirləndirilən şəxs Sirac oğlu əvvəllər məhkum olunmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının: 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 2-ci bəndində qeyd olunmuşdur ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Sirac oğlunun CM-nin 162.2-ci maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 26-ci maddəsinə əsasən isə ehtiyatsızlıqla törədilmiş cinayət hesab olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Xırdapay kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 18 noyabr 2025-ci il tarixli arayışından görünür ki, Əhmədov X13 rayonu, Qağacılı kəndində yaşayır və ailə tərkibi: arvadı – 1967-ci il təvəllüdlü X17, qızı – 1992-ci il təvəllüdlü X18, oğlu – 1993-cü il təvəllüdlü X20, qızı – 1999-cu il təvəllüdlü X7r. - Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Xırdapay kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və ADY QSC-in xasiyyətnamələrindən görünür ki, Təqsirləndirilən şəxs Sirac oğlu müsbət xarakterizə edilmişdir. - Zərərçəkmiş şəxsin hüquqi varisi X6 notarial qaydasında təsdiq edilmiş xx.xx.2026-cı il tarixli ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs Sirac oğluna qarşı şikayət və tələbi yoxdur. CM-nin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını CM-nin 59.1.12-ci maddəsinə, zərərçəkmiş şəxsə dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini CM-nin 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Sirac oğlunun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Həmçinin, məhkəmə Təqsirləndirilən şəxs Sirac oğlunun yaşayış və iş yerləri üzrə müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını, ailəsinin yeganə qazanc gətirən olmasını, əvvəllər məhkum olunmamasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Sirac oğlunun cəzasını ağırlaşdıran hal qismində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 70.1-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. CM-in 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. CM-in 70.3-cü maddəsinə əsasən, şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. CM-in 70.5-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. CM-in 70.6-cı maddəsinə əsasən, şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir. Məhkəmə Təqsirləndirilən şəxs Sirac oğlunun barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun ehtiyatsızlıqdan ilk dəfə az ağır cinayət törətməsini, işin faktiki hallarını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirini etiraf etməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı hər hansı şikayət və tələbinin olmamasını, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, həmçinin onun şəxsiyyətini nəzərə alaraq, habelə cəzanın ədalətli olmasını və şəxsin islah olunmasına təsirini təmin etmək üçün Təqsirləndirilən şəxs Sirac oğlunun cəza çəkmədən islah olunmasını mümkün sayır və hesab edir ki, Təqsirləndirilən şəxs Sirac oğluna CM-in 162.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş texniki təhlükəsizlik sahəsi üzrə vəzifə tutma hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzası təyin edilməli və təyin olunan azadlıqdan məhrum etmə cəzası onun barəsində CM-in 70-ci maddəsi tətbiq olunmaqla şərti olaraq tətbiq edilməlidir. Təqsirləndirilən şəxs Sirac oğluna sınaq müddəti müəyyən olunmalı və üzərinə onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Sirac oğluna təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza şərti tətbiq edildiyindən onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Ağsu rayon prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan “hadisə baş verən vaxt Məhəbbət Bağırovun əynində olmuş 01 ədəd kaska, 01 cüt dielektrik əlcək, 01 ədəd kəmər, 01 ədəd yaşıl rəngli jilet” məhv olunmalı, sübut olan bir ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, CPM-in 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab olunan 100 manat ekspertiza xərci Təqsirləndirilən şəxs Sirac oğlundan tutulub Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Sirac oğlunun CM-nin nin 162.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 20 iş saatı müddətinə bərabər tutulduğundan, hər iş saatı üçün 11 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə və CPM-in 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrinə əsasən, məhkəmə HÖKM ETDİ: X21 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə texniki təhlükəsizlik sahəsi üzrə vəzifə tutma hüququndan məhrum edilməklə, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən X11 təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. X10 üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət X10 yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. X10 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Ağsu rayon prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan “hadisə baş verən vaxt Məhəbbət Bağırovun əynində olmuş 01 ədəd kaska, 01 cüt dielektrik əlcək, 01 ədəd kəmər, 01 ədəd yaşıl rəngli jilet” hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manat məbləğində məhkəmə xərci X8 tutularaq, dövlət büdcəsinə (Büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, X5, kod: 210005, VÖEN: **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab AZ34CTRE********************) ödənilsin. X11 məhkəmədə göstərilmiş 20 saat hüquqi yardıma görə 220 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №1(016)-65/2025
Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-65/2025
16.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver