Məhkəmə qərarları › İş №1(016)-66/2023

Ağsu Rayon Məhkəməsi Hökm — İş №1(016)-66/2023

23.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Ağsu rayonu İş № 1(016)-66/2023 23.11.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X13 Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Esma Kərim qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun vəkili, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1973-cü ildə Ağsu rayonu, Pirhəsənli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, məhkumluğu olmayan, Ağsu rayonu, Pirhəsənli kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Masazır qəsəbəsi, M.Qaşqay küçəsi ev 11-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 178.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs arvadı Şahid əvvəllər 3-cü qrup əlilliyə görə aldığı pensiyanı tanışları vasitəsilə yenidən bərpa etdirəcəyi vədi ilə aldadıb, Zərərçəkmiş şəxs ona olan inam və etibarından sui-istifadə etməklə Zərərçəkmiş şəxs 21 oktyabr 2022-ci il tarixdə saat 13 radələrində onun istifadəsində olan 416973******2768 nömrəli kart hesabına "xxxx" ASC-yə məxsus ödəmə terminalı vasitəsilə köçürdüyü 650 manat məbləğində pulu, 2022-ci ilin noyabr ayının əvvəllərində Bakı şəhərində verdiyi 1000 manat məbləğində nağd pulu, 22 noyabr 2022-ci il tarixdə saat 13 radələrində istifadəsində olan 416973******2768 nömrəli kart hesabına “MilliÖn” elektron ödəmə sistemi vasitəsilə köçürdüyü 1000 manat məbləğində pulu, 02 dekabr 2022-ci il tarixdə saat 14 radələrində istifadəsində olan 416973******2768 nömrəli kart hesabına “eManat” elektron ödəmə sistemi vasitəsilə köçürdüyü 1350 manat məbləğində pulu əldə edib vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs ümumilikdə 4000 (dörd min) manat məbləğində pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclasında ona CM-nin 178.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edib əlavə olaraq göstərmişdir ki, o, Bakı şəhəri, ünvan 1 ünvanında yaşayır. Mahiyyəti üzrə bildirmişdir ki, Zərərçəkmiş şəxs 4000 manat məbləğində pul almamışdır. Belə ki, Zərərçəkmiş şəxs 2022-ci ilin iyun ayında tanımışdır. 2022-ci ilin iyun ayında Ağsu şəhəri ərazisində olan kafelərdən birində çay içərkən yan masada Zərərçəkmiş şəxs əyləşibmiş. Zərərçəkmiş şəxs həmin vaxt ona yaxınlaşaraq arvadı Şahid pensiya işini həll edə bilib-bilməyəcəyini ondan soruşmuşdur. O, məsələnin nə olduğunu soruşmuşdur. Zərərçəkmiş şəxs arvadının əvvəllər 3-cü qrup əlilliyə görə pensiya aldığını və hazırda pensiyasının dövlət tərəfindən dayandırıldığını bildirmişdir. Həmçinin Zərərçəkmiş şəxs ondan arvadının əvvəllər aldığı pensiyanı yenidən bərpa etdirə bilib-bilməyəcəyini soruşmuşdur. O, Zərərçəkmiş şəxs arvadının pensiyasını tanışlarım vasitəsilə yenidən bərpa etdirəcəyini bildirmişdir. Lakin bunun üçün 3000 manat pul lazım olduğunu demişdir. Zərərçəkmiş şəxs bu barədə fikirləşəcəyini ona demiş və onun telefon nömrəsini götürərək əlaqə saxlayacağını deyib oradan çıxıb getmişdir. Bundan təxminən 20 gün sonra telefon əlaqəsi saxlayıb Zərərçəkmiş şəxsla Ağsu şəhərində görüşmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs arvadının pensiya məsələsini həll etməyi müqabilində ona 3000 manat pul verəcəyini bildirmiş və onlar razılaşmışlar. O, pul lazım olduğu zaman ona xəbər edəcəyini bildirmişdir. Həmçinin arvadı Şahid tibbi sənədlərini, şəxsiyyət vəsiqəsinin surətini ona vermişdir. O, Şahid təkrar tibbi komissiyadan uğurla keçirəcəyini və bundan sonra pensiya almasını təmin etdirəcəyini bildirmişdir. Bundan bir müddət keçdikdən sonra, yəni 20 oktyabr 2022-ci il tarixdə o, istifadəsində olan ***-***-**-** saylı mobil nömrəmlə Zərərçəkmiş şəxs mobil nömrəsinə zəng edərək arvadı Şahid pensiya məsələsi ilə bağlı sənəd işləri gördüyünü və sənəd işləri üçün ilkin olaraq 650 manat məbləğində pul lazım olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs onunla razılaşmış və istifadəsində olan 416973******2768 saylı bank kartının nömrəsini demişdir. Ertəsi gün, yəni 21 oktyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs 416973******2768 saylı bank kartı hesabına "xxxx"-ın ödəmə terminalı vasitəsi ilə 650 manat pul göndərmişdir. Bundan başqa o, 21 noyabr 2022-ci il tarixdə Ağsu rayonunda olduğu zaman Zərərçəkmiş şəxsla yenidən telefon əlaqəsi saxlayaraq işin həll olunması üçün bank kartı hesabına daha 1000 manat pul göndərməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs razılaşmış və 22 noyabr 2022-ci il tarixdə 416973******2768 saylı plastik bank kartı hesabına “MilliÖn” ödəmə terminalı vasitəsi ilə daha 1000 manat pul göndərmişdir. Bundan bir müddət sonra, yəni 01 dekabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs zəng vurub bütün işləri həll etdiyini və son proseslər üçün 1350 manat pul lazım olduğunu bildirmişdir. Həmçinin sonra Şamaxı rayon Xəstəxanasına gedərək orada arvadı Şahid tibbi komissiyadan keçirə biləcəyini, komissiyada arvadına müsbət rəy verəcəklərini, yəni pensiya ala biləcəyini bildirmişdir. Daha sonra 02 dekabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs “eManat” ödəmə terminalı vasitəsi ilə onun kartına 1350 manat pul göndərmişdir. Bundan təxminən 10 gün sonra Şahid Şamaxı rayon Xəstəxanasına gedərək yenidən tibbi komissiyadan keçmiş, lakin tibbi komissiya onun sənədlərinə imtina yazmışdır. Daha sonra Zərərçəkmiş şəxs onun mobil nömrəsinə zəng vurub tibbi komissiyada arvadının sənədlərinə imtina yazıldığını bildirmiş və ona verdiyi 3000 manat pulu geri istəmişdir. O, Zərərçəkmiş şəxs arvadının qısa müdətdə pensiya ilə təmin olunacağını bildirmişdir. Lakin sonradan o, Şahid pensiya ilə təmin etdirə bilməyəcəyini anlamış və Zərərçəkmiş şəxs aldığı 3000 manat məbləğində pulu hissə-hissə geri qaytarmışdır. Zərərçəkmiş şəxs arvadı Şahid əvvəllər 3-cü qrup əlilliyə görə aldığı pensiyanı tanışları vasitəsilə yenidən bərpa etdirəcəyi vədi ilə aldadıb ümumilikdə 3000 manat pul almışdır. O, Zərərçəkmiş şəxsla 2022-ci ilin noyabr ayında bir neçə dəfə Bakı şəhərində görüşmüşdür. Lakin Zərərçəkmiş şəxs ona 1000 manat məbləğində pul verməmişdir. Şahid yenidən 3-cü qrup əlilliyə görə pensiya bərpa etdirəcəyi üçün heç bir yüksək vəzifəli şəxslə əlaqə saxlamamış və yüksək vəzifədə çalışan tanışlarının olmasını yalan demişdir. Təqsirləndirilən şəxs daha sonra ifadəsində törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, ailəli olmasını, himayəsində iki yetkinlik yaşına çatmayan uşaq olmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxslə barışmasını, ona dəyən ziyanı tam ödəməsini, zərər çəkmiş şəxsin şikayətçi olmamasını nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, ailəli olmasını, himayəsində iki yetkinlik yaşına çatmayan uşaq olmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxslə barışmasını, ona dəyən ziyanı tam ödəməsini, zərər çəkmiş şəxsin şikayətçi olmamasını nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında ailəsilə birlikdə yaşayır. Onun arvadı Şahid 2017-ci il tarixdə ümumi xəstəliyə görə 3-cü qrup əlilliklə əlaqədar olaraq 5 il müddətində təqaüd almışdır. Lakin 2022-ci il tarixdə təqaüd müddəti bitdiyindən arvadı Şahid təqaüdü kəsilmişdir. O, 2022-ci ilin iyun ayında Ağsu şəhəri ərazisində təsadüfən Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Belə ki, Ağsu şəhəri ərazisində olan kafelərdən birində çay içərkən yan masada Təqsirləndirilən şəxs tanımadığı şəxslərə əyləşdiyini və təqaüd işlərini həll etməsi barədə danışdığını eşitmişdir. Təqsirləndirilən şəxs bu barədə danışdıqlarını eşitdikdən sonra o, Təqsirləndirilən şəxs yaxınlaşaraq arvadı Şahid da təqaüd işini həll edib-edə bilməyəcəyini maraqlanmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs onun arvadının təqaüd işini həll edə biləcəyini, lakin bunun üçün 5000 manat pul lazım olduğunu bildirmişdir. Lakin o, həmin məbləğin çox olduğunu bildirmiş və Sübhanın telefon nömrəsini götürərək əlaqə saxlayacağını deyib oradan çıxıb getmişdir. Bundan təxminən 20 gün sonra o, yenidən Ağsu rayonuna gələrək Təqsirləndirilən şəxsla telefon əlaqəsi saxlayıb Ağsu şəhəri Meleoratorlar qəsəbəsi ərazisində Təqsirləndirilən şəxsla görüşmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxsla arvadının təqaüd işini həll etməsi müqabilində ona 4000 manat pul verəcəyi barədə razılaşmışlar. Bundan sonra Sübhan pul lazım olduğu zaman ona xəbər edəcəyini, pulu hissə-hissə onun bank kartı hesabına atmalı olduğunu, həmçinin Şahid tibbi sənədlərini, şəxsiyyət vəsiqəsinin surətini ona verməli olduğunu demiş və özü onun arvadını təkrar tibbi komissiyadan uğurla keçirəcəyini və təqaüd almasını təmin edəcəyi bildirmişdir. Bundan bir müddət keçdikdən sonra, yəni 20 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ona telefonla zəng edərək arvadının təqaüd işi ilə bağlı sənəd işləri gördüyünü və sənəd işləri üçün ilkin olaraq 650 manat pul lazım olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxsla razılaşmış və Sübhanın ona təqdim etdiyi 416973******2768 saylı plastik bank kartı hesabına xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu ərazisindən "xxxx"-ın ödəmə terminalı vasitəsi ilə 650 manat pul göndərmişdir. Bundan təxminən 15 gün sonra, yəni 2022-ci ilin noyabr ayının əvvələrində Təqsirləndirilən şəxs onunla yenidən telefon əlaqəsi saxlayaraq Abşeron rayonu, Xırdalan şəhəri ərazisində olduğunu, arvadının təqaüd işi ilə bağlı gəldiyini və təcili 1000 manat pul lazım olduğunu bildirmişdir. O, Sübhanla razılaşaraq 1000 manat pulu plastik kartına göndərməsini təklif etsə də, Sübhan Xırdalan şəhəri ərazisində olduğunu bir daha bildirərək, 1000 manat pulu ona görüşüb verməsini istəmişdir. Buna görə də o, həmin günü Abşeron rayonu, Xırdalan şəhəri ərazisində Təqsirləndirilən şəxsla görüşərək ona 1000 manat pul vermişdir. Təqsirləndirilən şəxs pulu ondan alarkən isə arxayn olmasını, işini həll edəcəyini bildirmişdir. O, 21 noyabr 2022-ci il tarixdə Ağsu rayonunda olduğu zaman Təqsirləndirilən şəxs onunla yenidən telefon əlaqəsi saxlayaraq işin həll olunması üçün plastik bank kartı hesabına daha 1000 manat pul göndərməsini istəmişdir. O, da Təqsirləndirilən şəxsla razılaşmış və 22 noyabr 2022-ci il tarixdə ona təqdim etdiyi 416973******2768 saylı plastik bank kartı hesabına Ağsu şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən marketin içərisinə quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsi ilə daha 1000 manat pul göndərmişdir. Bundan bir müddət sonra, yəni 01 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs onunla sonuncu dəfə əlaqə saxlayaraq bütün işləri həll etdiyini, qalan 1350 manat pulu bank kartı hesabına göndərməsini xahiş etmişdir. Həmçinin sonra Şamaxı rayon Xəstəxanasına gedərək orada arvadı Şahid tibbi komissiyadan keçirməsini, arvadına komissiyada müsbət rəy verəcəklərini, yəni taqüd ala biləcəyini bildirmişdir. O, yenə də Sübhanla razılaşmış və 02 dekabr 2022-ci il tarixdə Ağsu şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən “Rabitə Bank”-ın inzibati binasında yerləşən “eManat” ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs kart hesabına daha 1350 manat pul göndərmişdir. Bundan təxminən 10 gün sonra o, arvadı ilə birlikdə Şamaxı rayon Xəstəxanasına gedərək oradan arvadını yenidən tibbi komissiyadan keçirmişdir. Lakin tibbi komissiya arvadının sənədlərinə imtina yazmışdır. Bundan sonra isə o, Təqsirləndirilən şəxs onu aldatdığını, ona yalandan vəd verərək ümumilikdə 4000 manat pulunu ələ keçirdiyini anlamışdır. Buna görə də o, Təqsirləndirilən şəxsla əlaqə saxlayaraq tibbi komissiyanın arvadının sənədlərinə imtina yazdığını bildirib verdiyi pulunu geri qaytarmasını tələb etmişdir. Sübhan müxtəlif bahanələr gətirərək onu aldatmağa davam etmişdir. Lakin o, Sübhanla mütəmadi olaraq əlaqə saxlayaraq israrla pulunu tələb etdiyinə görə və barəsində şikayət edəcəyini dediyimə görə Sübhan 2022-ci ilin may ayında ondan aldığı 4000 manat puldan 1500 manatını bank kartı hesabına ödəyərək geri qaytarmışdır. Həmin vaxt o, Sübhandan qalan 2500 manat pulunu nə vaxt geri qaytaracağını maraqlandıqda Sübhan ona əlavə olaraq daha 1500 manat pul verəcəyini, qalan 1000 manatı isə ondan əlbəəl aldığı üçün sübutu olmadığını bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs barəsində şikayət etmək qərarına gəlmişdir. Buna görə də 13 iyun 2023-cü il tarixdə Sübhan Mürəslov barəsində Ağsu RPŞ-nə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs barəsində Ağsu RPŞ-nə ərizə ilə müraciət etdiyini öyrəndikdən sonra 2023-cü ilin iyun ayının sonlarında bank kartı hesabına daha 1500 manat pul göndərmişdir. Bundan sonra o, Sübhandan qalan 1000 manat pulumu tələb etdikdə isə Sübhan 1000 manat pulu ona verməsinə dair sübutu olmadığını bildirərək həmin pulu ona ödəməyəcəyini bildirmiş və hazırki vaxta qədər də həmin 1000 manat pulu ona geri qaytarmamışdır. Təqsirləndirilən şəxs ona arvadı Şahid kəsilən təqaüdünü yenidən bərpa edəcəyi vədini verərək ondan müxtəlif vaxtlarda və məbləğlərdə ümumilikdə 4000 manat pulu almışdır. Təqsirləndirilən şəxs ondan aldığı pullardan əvvəl 3000 manatını, daha sonra isə 1000 manatını da geri qaytarmışdır. Hazırda Təqsirləndirilən şəxs ona borcu yoxdur. O, təqsirləndirilən şəxslə barışmış, ona dəyən ziyan tam ödənilmiş, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş etmiş və bu barədə ərizəni məhkəməyə təqdim etmişdir. Zərərçəkmiş şəxs ifadəsində əlavə olaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs 4000 manat yox 3000 manat alması ilə bağlı dedikləri özünü müdafiə xarakterlidir, çünki o, Təqsirləndirilən şəxs 3000 manatı kart vasitəsilə, 1000 manatı isə əlbəəl vermişdir, bugünədək verdiyi bütün pulun hamısı geri qaytarmışdır. Məhkəmə iclasına şahid kimi dəvət olunmuş Şahid teleqramla ərizə ilə məhkəməyə müraciət edərək üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini və ibtidai istintaqda verdiyi ifadəni təsdiq etdiyini qeyd etmişdir. Bundan sonra məhkəmə iclasında Şahid ibtidai istintaq zamanı verdiyi ifadə elan edilmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında ailəsilə birlikdə yaşayır. 2017-ci il tarixdə ürəyində olan problemlərə görə ümumi xəstəliklə əlaqədar olaraq 5 il müddətində ona təqaüd təyin olunmuşdur. 2022-ci ildə isə müddət keçdiyindən və tibii komissiyadan keçə bilmədiyindən onun təqaüdü kəsilmişdir. 2022-ci ilin yay aylarında əri Zərərçəkmiş şəxs Ağsu şəhərində olarkən təsadüfən Təqsirləndirilən şəxs adlı şəxslə tanış olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs onun təqaüd işini 5000 manat müqabilində həll edə biləcəyi barədə ərinə yalandan vəd vermişdir. Sonradan isə Sübhan əri İsa ilə təqaüd işini həll etməsi üçün 4000 manat müqabilində razılaşmışlar. Bundan sonra isə Təqsirləndirilən şəxs yalandan vədlər verərək onları aldadıb, əri İsadan 2022-ci ilin oktyabr-dekabr aylarında müxtəlif məbləğlərdə olmaqla ümumilikdə 4000 manat pul almışdır. Sonda isə tibbi komissiya ilə danışdığını deyərək, onu təkrar tibbi komissiyaya göndərmişdir. Lakin o, təkrar tibbi komissiyadan kemək üçün Şamaxı rayon Xəstəxanasında təşkil olunan komissiyadan keçsə də onun komissiya tərəfindən sənədlərinə imtina yazılmışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs onu və ərini yalandan vəd verərək aldatdığını və 4000 manat pulu ələ keçirdiyini anlamışdır. Hazırda Təqsirləndirilən şəxs əri Zərərçəkmiş şəxs aldığı 4000 manat puldan 3000 manatını geri qaytarsa da, qalan 1000 manat pulu geri qaytarmamışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 29 iyul 2023-cü il tarixli qərardan görünür ki, fakta görə CM-nin 178.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. - Zərərçəkmiş şəxs kimi tanımaq haqqında 29 iyul 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. - Təqdim olunmuş qəbzlərə baxış keçirilməsi haqqında 29 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs 21 oktyabr 2022-ci il tarixdə ad, soyad, ata adı M****S****R****, kart nömrəsi 416973*******2768 yazılmış bank kartı hesabına Bakı şəhəri, Səbail rayonu ərazisində "xxxx" ödəmə terminalı vasitəsilə 650 manat, 22 noyabr 2022-ci il tarixdə ad, soyad, ata adı M****S****R****, kart nömrəsi 416973*******2768 yazılmış bank kartı hesabına Ağsu şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “Halal Market”-də quraşdırılmış “MilliÖnt” ödəmə terminalı vasitəsi ilə 1000 manat, 02 dekabr 2022-ci il tarixdə ad, soyad, ata adı M****S****R****, kart nömrəsi 416973*******2768 yazılmış bank kartı hesabına Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Rabitə Bank”-ın Ağsu rayon filalının inzibati binasına quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsi ilə 1350 manat pul köçürmüşdür. - Cinayət işinin icraata qəbul edilməsi haqqında 01 avqust 2023-cü il tarixli qərardan görünür ki, fakta görə CM-nin 178.1-ci maddəsi ilə cinayət işi icraata qəbul edilmiş və istintaq davam etdirilmişdir. - Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 19 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan olunmuşdur. - 19 sentyabr 2023-cü il tarixli Üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs 19 sentyabr 2023-cü il tarixdə üzləşdirilmiş və Zərərçəkmiş şəxs arvadının əvvəllər aldığı pensiyanı yenidən bərpa etdirəcəyi vədi ilə aldadıb ümumilikdə ondan 4000 manat pul aldığını üzünə qarşı deməklə Təqsirləndirilən şəxs bira daha ifşa etmişdir. - Tibbi Ərazi Bölmələrini X6 Rayon Mərkəzi Xəstəxanası X7 xx.xx.2023-cü il tarixli arayışından görünür ki, xx.xx.1973-cü il təvəllüdlü Ağsu rayonu Pirhəsənli kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs “Ağsu RMX” PHŞ-də psixatrik kabinetdə “üzvi qapalı kəllə beyin travması nəticəsində şəxsiyyət pozuntusu koqnetiv funksiyaları emnəsi” diaqnozu ilə dispanser qeydiyyatındadır. Narkomaniyaya görə müraciət etməmişdir. - Məhkəmə Psixiatrik Ekspertiza X9 Şəxsin xx.xx.2023-cü il tarixli 2686 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzvi şəxsiyyət pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini düzgün qavramaq və təsvir etmək imkanına malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMin 21-ci maddəsinin təsiri altına düşmür. - Sübutların qiymətləndirilməsi haqqında 28 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 19 sentyabr 2023-cü il tarixli qərarla CM-in 178.1-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, barəsində CMnin 32.4, 312-ci maddələri ilə cinayət təqibi başlanlması rədd edilmiş, Zərərçəkmiş şəxs barəsində CM-nin 312-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlar cinayət məsuliyyətindən yayınmağa hesablandığından onun özünü müdafiəsi kimi qiymətləndirilməklə rədd edilmiş, iş üzrə zərərçəkmiş şəxsin ifadəsi, üzləşdirmə protokolları, Zərərçəkmiş şəxs təqdim etdiyi 03 ədəd qəbzlər sübuti əhəmiyyətə malik olduğundan sübut növü kimi qiymətləndirilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, 7 nömrəli Qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmələrin nəzərinə çatdırılmışdır ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Məhkəmələrə izah edilmişdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Təsvir olunan Qərarın tələbindən görünür ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olduğu halda əməl dələduzluq kimi tövsif edilməlidir. Bundan başqa, CM-in 178.1-ci maddəsinin dispozisiyasında dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi qeyd edilmişdir. Etibardan sui-istifadə etmə və aldatma özgə əmlakının talanmasının üsulu kimi çıxış edir. Təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 saylı, 24 dekabr 2021-ci il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan ifadələrlə tərtib olunmalı, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərər çəkmiş şəxsi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi CPM-in 143-146-cı maddələrinə riayət etməklə toplanmış, tədqiq edilmiş, qiymətləndirilmiş və mənbəyinin mötəbərliyi, əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxs, şahid ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmişdən 4000 manat almasını təkzib etməsini özünü müdafiə xarakteri kimi qiymətləndirir. Belə ki, onun 4000 manat alması zərər çəkmiş şəxsin və şahidin izahatı, həmçinin üzləşmə protokolu ilə təsdiq olunur. Odur ki, CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 178.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. CM-nin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında 19 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 31 iyul 2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2021-ci il tarixdə CM-nin 178.1-ci maddəsi ilə başlanmış cinayət işi rədd edilmişdir (CPM-nin 40.3-cü maddəsinə əsasən). - Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 31 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 178.1-ci maddəsi ilə başlanmış cinayət işi CPM-nin 40.3-cü maddəsinə əsasən rədd edilmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının: 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 2-ci bəndində qeyd olunmuşdur ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs CM-nin 178.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə tərətməyən cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ağsu rayon İcra Hakimiyyəti Başçısının Pirhəsənli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş 5-34-47/2-3-651/2023 saylı Arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağsu rayonu, Pirhəsənli kəndində qeydiyyatdadır və onun ailə tərkibi 1986-cı il təvəllüdlü X2 – arvadı, 2005-ci il təvəllüdlü X1 – oğlu, 2006-cı il təvəllüdlü X3 – oğlu, 2013-cü il təvəllüdlü X4 – qızıdır. - Ağsu rayon İcra Hakimiyyəti Başçısının Pirhəsənli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs dövlətin keçirdiyi tədbir və görüşlərdə yaxından iştirak etmişdir. Onun barəsində Pirhəsənli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə ərizə və şikayət daxil olmamışdır. - Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs “X14” Məhdud Məsuliyyətli Cəmiyyətində sosial işçi vəzifəsində işləyir və aylıq əmək haqqı 345 manatdır. CM-nin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağın olmasını CM-nin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxslə barışmasını CM-nin 59.1.12-ci maddəsinə, zərərçəkmiş şəxsə dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini CM-nin 59.1.13cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Həmçinin, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ailəli olmasını, himayəsində bir azyaşlı uşaqdan əlavə bir yetkinlik yaşına çatmayan uşağının da olmasını, zərər çəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini, onunla barışmasını, zərər çəkmiş şəxsin ondan şikayətçi olmamasını, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 3-cü bəndinin 2-ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, işin faktiki hallarını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin törətdiyi əməli qismən etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, ailəli olmasını, himayəsində biri azyaşlı olmaqla iki yetkinlik yaşına çatmayan uşaq olmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxslə barışmasını, ona dəyən ziyanı tam ödəməsini, zərər çəkmiş şəxsin şikayətçi olmamasını, həmçinin onun şəxsiyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq belə qənaətə gəlir ki, ona CM-nin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işlər növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində islah işlər növündə cəza təyin edilməlidir. CM-nin 49-cu maddəsinə əsasən islah işləri cəzası iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir; islah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur; islah işlərinə məhkum olunmuş şəxs həmin cəzanı çəkməkdən qərəzli boyun qaçırdıqda, məhkəmə islah işlərinin çəkilməmiş hissəsini azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edə bilər. Bu zaman məhkumun islah işlərini yerinə yetirdiyi müddət nəzərə alınır və çəkilməmiş iki gün islah işlərinə bir gün azadlığın məhdudlaşdırılması və ya dörd gün islah işlərinə bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır; islah işləri orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və hərbi qulluqçulara təyin edilmir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 19 sentyabr 2023-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs islah işləri növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə CPM-in 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: Cinayət işi üzrə mülki iddia, maddi sübut yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; məhkəmə məsrəfinin tutulmasına səbəb olacaq ekspertiza isə keçirilməmişdir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs CMnin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 10 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla, 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri növündə cəza təyin edilsin o, cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablansın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Ağsu rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə mülki iddia, maddi sübut və üzərinə həbs qoyulmuş əmlak eləcə də, xüsusi müsadirə olunması təklif olunan əmlak yoxdur. Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi 10 saat hüquqi yardıma görə 60 manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi vəkil Müdafiəçi hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar